Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-43/2022 18.08.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 11:30 radələrində işıqlı və quru hava şəraitində Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinin qarşısında olan duracaqda tanışı Şahid məxsus «Hyundai Sonata» markalı ** VH *** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib arxaya hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsinin geriyə hərəkətinə o, şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riyayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq piyada Zərərçəkmiş şəxs vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol aşıq-daban oynağı nahiyəsinin şişkinliyi və sol qamış sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 2021-ci ilin iyun ayının əvvəllərində tanışı Şahid ona istirahət etmək üçün Xaçmaz rayonunun Nabran kəndinə getmək istədiyini, getsə onu da özü ilə aparacağını bildirmişdir. O, razılaşmış və 12 iyun 2021-ci il tarixdə səhər tezdən Vüsalın idarə etdiyi «Hyundai Sonata» markalı ** VH *** qeydiyyat nişanlı avtomobilə əyləşib Xaçmaz rayonunun Nabran kəndinə yola düşmüş və saat 11 radələrində onlar Nabran kəndində olan «Atlant» istirahət mərkəzinin qarşısına çatmışlar. Vüsal avtomobili «Atlant» istirahət mərkəzinin qarşısında saxlamış və açarı avtomobilin üzərində qoyaraq ona yanacağın çox istifadə olunmaması üçün kondensioneri qoşmamasını demişdir. Vüsal avtomobildən düşüb «Atlant» istirahət mərkəzinə getmiş, təxminən 30 dəqiqəyə yaxın vaxt keçsə də Vüsal qayıdıb gəlməmiş və o, Vüsala zəng vurub demişdir ki, avtomobilin salonu çox istidir, icazə versən avtomobili idarə edib yaxınlıqdakı ağacın kölgəsində saxlasın. Vüsal avtomobili idarə edib kölgədə saxlamasına icazə vermiş və o, sükan arxasında əyləşib üzərində olan açarla mühərriki işə salaraq avtomobili arxaya hərəkət etdirmiş, bu zaman kiminsə qışqıraraq əli ilə avtomobilin arxasına vurmasını eşitmişdir. O, tez avtomobili saxlayıb yerə düşdükdə avtomobili arxaya hərəkət etdirərəkən sonradan adını bildiyi Zərərçəkmiş şəxs avtomobilin arxası ilə vurduğunu görmüşdür. Nurlan sol ayağının əzildiyini bildirərək yerə yıxılmış və kömək istəmişdir. Sonra tanımadığı adamlar və Vüsal onların yanına gəlmişlər və o, baş verənləri Vüsala danışdıqdan sonra Vüsal Nurlanı avtomobilinə əyləşdirib xəstəxanaya aparmış, o, özü isə «Atlant» istirahət mərkəzinin qarşısında gözləmişdir. Təxminən 4-5 saata yaxın vaxt keçdikdən sonra Vüsal qayıdıb gəlmiş və onlar həmin günü Nabran kəndində «Atlant» istirahət mərkəzində qalmış, səhəri gün isə X4 gəlib izahat verdikdən sonra Bakı şəhərinə getmişlər. Vüsala məxsus «Hyundai Sonata» markalı ** VH *** qeydiyyat nişanlı avtomobili idarə etmək üçün onun etibarnaməsi və sürücülük vəsiqəsi olmamışdır. Öz əməlindən dərin peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxsə vurduğu maddi zərəri ödəməklə barışıq əldə etmişdir. Ona güzəşt edilməklə barəsində yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 12 iyun 2021-ci tarixdə o, istirahət etmək üçün Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmiş, saat 11:30 radələrində istirahət mərkəzinin qarşısına çatdıqdan sonra avtomobildən düşüb istirahət mərkəzinə doğru getmişdir. «Atlant» istirahət mərkəzinin girişindən bir qədər aralıda dayanmış qara rəngli Hyundai Sonata markalı avtomobilin arxasından keçib getmək istəyərkən qəflətən həmin avtomobil arxaya hərəkət edərək ona dəymiş və o, yerə yıxılmışdır. Ayağa durmaq istədikdə sol ayağında bərk ağrı hiss edib dura bilməmiş və onu vuran avtomobilin sükanı arxasından sonradan şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs düşüb ona yaxınlaşmışdır. O, həmin şəxsə avtomobili arxaya hərəkət etdirərkən onu vurduğunu bildirmiş, Aidə də ona demişdir ki, avtomobili ağacın kölgəsində saxlamaq üçün arxaya hərəkət etdirmiş və onu görməmişdir. Sonra onların yanına Vüsal adlı oğlan gəlmiş və sonunucu onu həmin “Hyundai Sonata” markalı avtomobilə əyləşdirib əvvəlcə Xudat şəhər xəstəxanasına, sonra isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirmişdir. Xəstəxanada həkimlər onu müayinə etdikdən sonra sol ayağının qamış sümüyünün sındığını bildirmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödəmiş, onlar barışmaqla hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid göstərmişdir ki, 12 iyun 2022-ci il tarixdə səhər saatlarında tanışı Təqsirləndirilən şəxs ilə birlikdə özünə məxsus Hyundai Sonata markalı ** VH *** qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən çıxıb istirahət etmək məqsədilə Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinə gəlmişlər. O, avtomobilini istirahət mərkəzinin qarşısında saxlamış və mühərriki söndürmədən açarı avtomobilin üzərində qoyaraq düşüb «Atlant» istirahət mərkəzinə getmişdir ki, ödəniş edib qalacaqları otağın açarını götürsün. Təxminən 10-15 dəqiqə keçdikdən sonra Aidə ona zəng vurub avtomobilin salonunun çox isti olduğunu, avtomobili orada olan ağacın kölgəsində saxlamaq istədiyini bildirmişdir. Avtomobilini onlarla birlikdə gələn dostu Əlinin idarə edəcəyini fikirləşib Aidəyə demişdir ki, avtomobilini idarə edib ağacın kölgəsində saxlasınlar. Bir qədər keçdikdən sonra dostu Əli «Atlant» istirahət mərkəzinə gəlib ona demişdir ki, Aidə ona məxsus avtomobili arxaya hərəkət etdirərkən bir piyadanı vurmuşdur. O, «Atlant» istirahət mərkəzinin qarşısına gəldikdə tanımadığı bir oğlanın, yəni həmin vaxt adını bildiyi Nurlanın onun avtomobilinin arxa oturacağında oturduğunu görmüş, sonuncu ona ayağının ağrıdığını bildirmişdir. O, hadisənin necə baş verdiyini soruşduqda Aidə ona demişdir ki, onun avtomobilini arxaya hərəkət etdirib ağacın kölgəsində saxlamaq istəyərkən Nurlanı vurmuşdur. Bundan sonra o, sükan arxasında əyləşib avtomobilini idarə edərək Nurlanı Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmış, Aidə isə «Atlant» istirahət mərkəzinin qarşısında dayanıb onu gözləmişdir. Nurlanı xəstəxanaya yerləşdirdikdən sonra qayıdıb «Atlant» istirahət mərkəzinə getmiş, onlar həmin günü Nabran kəndində «Atlant» istirahət mərkəzində qalmış, səhəri gün isə X4 gəlib izahat verdikdən sonra Bakı şəhərinə qayıtmışlar. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 13 iyun 2021-ci il tarixli 313 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol aşıq-daban oynağı nahiyəsinin şişkinliyi və sol qamış sümüyünün sınığı bərk küt əşya təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2021-ci iltarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol nəqliyyat hadisələri ekspertizasına dair 24 sentyabr 2021-ci il tarixli 8/2193 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Hyundai Sonata” markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü A.X3 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan 12 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Xaçmaz rayonu, Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinin qarşısındakı duracaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Xaçmaz RQİ və TBŞ-nin 21 oktyabr 2021-ci il tarixli, 016-297-3477-1221 nömrəli məktubundan görünür ki, Xaçmaz RQİ və TBŞ-nin baza məlumatlarına əsasən Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi qeydə alınmamışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs 30 mart 2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək qəza nəticəsində Təqsirləndirilən şəxs ona dəymiş maddi və mənəvi ziyanı tam olaraq ödədiyini, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı tələbi olmadığını, gələcəkdə də ona qarşı heç bir iddiası və şikayəti olmayacağını bidirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 12 iyun 2021-ci il tarixdə saat 11:30 radələrində işıqlı və quru hava şəraitində Xaçmaz rayonunun Nabran kəndi ərazisində yerləşən «Atlant» istirahət mərkəzinin qarşısında olan duracaqda tanışı Şahid məxsus «Hyundai Sonata» markalı ** VH *** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edib arxaya hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 13-cü hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsinin geriyə hərəkətinə o, şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçılarına maneə yaratmamalı, lazım gəldikdə sürücü başqa şəxslərin köməyindən istifadə etməli olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riyayət etməmiş, həmçinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq piyada Zərərçəkmiş şəxs vurması nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol aşıq-daban oynağı nahiyəsinin şişkinliyi və sol qamış sümüyünün sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət vurulmasına səbəb olmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə tövsüf olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməklə sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, cərimə növündə cəza təyin olunmasını qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 100 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Hökmün icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 100 (bir yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Hazırki cinayət işi üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-43/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-43/2022
18.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver