Məhkəmə qərarları › İş №1(067)-43/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-43/2023

26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-43/2023 26.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X12, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4, Müdafiəçilər Müdafiəçi2, Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi4, X1 iştirakları ilə, xx xxxxx 1978-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ikinci dərəcəli əlil, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1, xx xxxxxxx 1981-ci ildə Özbəkistan Respublikasının Kaşka-Dərya vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Xudat şəhəri, X36 küçəsi, ev 6 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, xx xxx 1987-ci ildə Özbəkistan Respublikasının Kara-Kalpak şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, üçüncü dərəcəli əlil, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə; xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ikinci dərəcəli əlil, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “barəsində məhkəmənin müvafiq qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İsintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs4, qohumları- Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 25 may 2022-ci il tarixdə saat 13 radələrində Xaçmaz rayonunun Xudat şəhəri, Nizami küçəsində heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşmış, nalayiq söyüşlər söyüb təhqir edərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələri, əxlaq normalarını, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək o, Səməd və Təqsirləndirilən şəxs2larla birlikdə yumruq və təpiklə, həmçinin Təqsirləndirilən şəxs4 isə istintaqa məlum olmayan taxta parçasından, daşdan və digər predmetlərdən silah qismində istifadə olunan əşyalardan istifadə etməklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla sonuncuya ənsə nahiyəsinin hematoması, sol qulaq seyvanı, sağ gözün bayır bucağı, döş qəfəsi və sol kürək nahiyələrinin qançırları, sol bud nahiyəsinin sıyrığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 qardaşı Təqsirləndirilən şəxs3, qohumları- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 25 may 2022-ci il tarixdə saat 13 radələrində Xaçmaz rayonunun Xudat şəhəri, Nizami küçəsində heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşmış, nalayiq söyüşlər söyüb təhqir edərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələri, əxlaq normalarını, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la birlikdə yumruq və təpiklə, həmçinin Təqsirləndirilən şəxs4 isə istintaqa məlum olmayan taxta parçasından, daşdan və digər predmetlərdən silah qismində istifadə olunan əşyalardan istifadə etməklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla sonuncuya ənsə nahiyəsinin hematoması, sol qulaq seyvanı, sağ gözün bayır bucağı, döş qəfəsi və sol kürək nahiyələrinin qançırları, sol bud nahiyəsinin sıyrığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs3 qardaşı Təqsirləndirilən şəxs2, qohumları- Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 25 may 2022-ci il tarixdə saat 13 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Nizami küçəsində heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşmış, nalayiq söyüşlər söyüb təhqir edərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələri, əxlaq normalarını, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək o, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə yumruq və təpiklə, həmçinin Təqsirləndirilən şəxs4 isə istintaqa məlum olmayan taxta parçasından, daşdan və digər predmetlərdən silah qismində istifadə olunan əşyalardan istifadə etməklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla sonuncuya ənsə nahiyəsinin hematoması, sol qulaq seyvanı, sağ gözün bayır bucağı, döş qəfəsi və sol kürək nahiyələrinin qançırları, sol bud nahiyəsinin sıyrığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirməklə bir qrup şəxs halında qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs4 qardaşı Təqsirləndirilən şəxs1, qohumları- Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət olunan qərəzli hərəkətlər etmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək bir qrup şəxs təşkil etmiş, bu məqsədlə 25 may 2022-ci il tarixdə saat 13 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Nizami küçəsində heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ilə mübahisə edib dalaşmış, nalayiq söyüşlər söyüb təhqir edərək cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələri, əxlaq normalarını, habelə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən hərəkətlər edərək o, istintaqa məlum olmayan taxta parçasından, daşdan və digər predmetlərdən silah qismində istifadə olunan əşyalardan istifadə etməklə, həmçinin, Təqsirləndirilən şəxs1, Səməd və Təqsirləndirilən şəxs2lar isə yumruq və təpiklə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə vurmaqla sonuncuya ənsə nahiyəsinin hematoması, sol qulaq seyvanı, sağ gözün bayır bucağı, döş qəfəsi və sol kürək nahiyələrinin qançırları, sol bud nahiyəsinin sıyrığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirməklə bir qrup şəxs halında silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs4 onun doğma qardaşı, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə dayısı oğlanlarıdır. Dayısı oğlu Təqsirləndirilən şəxs3la Xudat şəhər sakini- Zərərçəkmiş şəxs arasında Bahar adlı qadına görə münasibətlərinin gərginləşməsi barədə məlumatı olmuşdur. 25 may 2022-ci il tarixdə günorta saatlarında Xudat şəhəri, Nizami küçəsində dayısı oğlu Səmədin bərbər köşkündə olarkən Səməd Aslanın azyaşlı uşağının saçını kəsməklə məşğul olmuşdur. Həmin vaxt bərbər köşkünün qarşısında Zərərçəkmiş şəxs özünə məxsus avtomobilini saxladığını görmüşdür. O, yaxınlıqda olan “milliön” aparatından telefonuna kontur yükləmək üçün gedərkən Səməd ondan hara getdiyini soruşub tez geri qayıtmasını bildirdiyindən onun sözü ilə tez geri qayıtmış, həmin vaxt başa düşmüşdür ki, Səməd onu Fərid ora gəldiyi üçün tez cağırmışdır. Gəlib köşkə keçdikdə Aslanın oğlu Aslan və Səmədin çöldə kiminləsə danışdığını demişdir. Çölə çıxaraq onların yanına getdikdə orada Zərərçəkmiş şəxs avtomobilindən düşərək əlində olan bıçaqla Səmədin üstünə getdiyini görmüş, həmin vaxt Səmədin yanında Aslan da olmuşdur. O, Fəridə “lazım deyil, burada mübahisə etməyək” deyib əynində olan kurtkasını çıxardaraq bıçağı Fəridin əlindən almaq istəmiş, Fərid əlində olan bıçağı harasa qoymuşdur. Bu vaxt o, qardaşı Aslan və Səməd Fəridin üzərinə gedərək yumruqla onun bədəninin müxtəlif nahiyələrinə vurmuşlar. Həmin vaxt Saday da ora gəlib çıxaraq onları ayırmağa başlamış, Fəridlə gələn Şahid2 ayağında xəsarəti və ayağı sarğılı olduğu üçün kənarda dayanmışdır. Onlar, yəni o, Aslan və Səməd Zərərçəkmiş şəxs köşkün yaxınlığında yumruqla vuraraq xəsarət yetirmişlər, dalaşma zamanı Fəridin əynindəki paltarları dartılmaqdan cırılmış, həmin vaxt orada olan adamlar onlara sakitləşməyi bildirdikdən sonra onlar Fəridi buraxaraq ondan kənarlaşmışlar. Səs-küy olduğu üçün polis işçiləri gələrək onları şöbəyə aparmış, orada izahat verdikdən sonra buraxılmışlar. Hadisə zamanı Zərərçəkmiş şəxs onlara heç bir xəsarət yetirməmişdir. Hadisədən sonra Zərərçəkmiş şəxsla barışmışlar. Hərəkətlərindən peşman olmaqla ona güzəşt edilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Təqsirləndirilən şəxs3 onun qardaşı, Kamal və Təqsirləndirilən şəxs4lar bibisi oğlanlarıdır. X31 Qəribova arasında ər-arvad münasibətləri olmuş, münasibətləri pozulduqdan sonra Baharın Zərərçəkmiş şəxsla münasibəti yarandığından qardaşı Səmədlə Fərid arasında gərgin münasibətlər olmuşdur. 25 may 2022-ci il tarixdə günorta saatlarında nahar fasiləsi olduğu üçün yaşadığı ünvana nahar etmək üçün gəlmiş, həmin vaxt qardaşı Səmədin Xudat şəhəri Nizami küçəsində yerləşən bərbər köşkünün qarşısından keçərək işinə qayıtdığını və bu vaxt yolda Fəridin özünə məxsus «Priora» markalı avtomobili ilə köşkün qarşısında dayandığını, Fəridin qardaşı Səməd, bibisi oğlanları Kamal və Aslanla mübahisə etdiklərini, onlara yaxınlaşdıqda isə Kamal, Aslan və Səmədin Fəridi avtomobildən dartaraq çölə çıxartdığını, Fəridin yanında Şahid2 olduğunu görmüşdür. Fəridin avtomobilində olan Amil əvvəllər yol-nəqliyyat hadisəsində ayağından xəsarət almaqla yeriyə bilmədiyindən mübahisəyə müdaxilə etməmişdir. Kamal, Aslan və Səməd Fəridi dartaraq köşkün yerləşdiyi həyətə aparıb yumruqla vuraraq dartışdırmış, Fəridin əynindəki paltarları cırılaraq əynindən çıxmış, Fərid də onlara yumruqla cavab vermişdir. O və Amil onları ayıraraq Fəridi sakitləşdirmiş, lakin Fəridi vurmamışdır. Dava-dalaş zamanı orada məhlədə yaşayan adamlar olmuş, qonşular və küçədən gedib gələnlərin hamısı onların davasına tamaşa etmiş, sonra səs-küyə polis əməkdaşları gələrək onları şöbəyə aparmış, orada izahatları alındıqdan sonra buraxılmışlar. Bu hadisəyə müdaxilə etdiyinə görə özünü təqsirli bilir. Hadisədən sonra Zərərçəkmiş şəxsla barışmışlar. Hərəkətlərindən peşman olmaqla ona güzəşt edilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, özünə məxsus Xaçmaz rayonunun Xudat şəhəri Nizami küçəsində yerləşən bərbər köşkündə bərbər işləyir, Təqsirləndirilən şəxs2 doğma qardaşıdır. Kamal və Təqsirləndirilən şəxs4lar doğma bibisi oğlanlarıdır. Şahid1 adlı qadınla uzun müddətdir ki, yaxın münasibətləri olmuş, sonradan münasibətləri pozulmuşdur. Bahar onun mobil telefon nömrəsini ondan ayrıldıqdan sonra tanış olduğu Xudat şəhər sakini Zərərçəkmiş şəxs vermiş, Fərid ona zəng edərək onunla görüşməsini bildirmişdir. 25 may 2022-ci il tarixdə saat 13 radələrində Fərid idarə etdiyi “Priora” markalı avtomobillə onun işlədiyi bərbər köşkünün qarşısına gəlmiş, Fəridin avtomobilində tanışı Şahid2 da olmuşdur. Fərid gəldikdən sonra onu avtomobilinə çağırmış, o, avtomobilə əyləşdikdən sonra Fəridlə Baharın üstündə aralarında mübahisə düşmüş, Fərid avtomobilin qapılarını bağlamışdır. Bu vaxt Aslanın oğlunun başını qırxdığı üçün Aslanın oğlu qışqıraraq atasını çağırmış, Aslan gələrək Fəridə avtomobildən aşağı düşməsini bildirmiş, Fərid də ona «sən kimsən bizim öz işimiz var» demiş, Aslan da azyaşlı övladının saçını onun qırxdığını deyərək Fəridə avtomobildən düşməsini bildirmiş, Fərid avtomobildə olan bıçağı götürüb aşağı düşərək Aslanın üstünə bıçaq çəkmişdir. Həmin vaxt Aslan, o və orada olan Kamal yumruqla Fəridi vuraraq başından və bədənindən xəsarət yetirmişlər və qardaşı Saday orada olsa da Fəridi vurmamış, onları ayırmışdır. Amilin ayağında xəsarət olması ilə əlaqədar onların dava-dalaşına qarışmamış, səs-küyə təxminən 10-15 nəfər adam gəlmiş, sonradan polis əməkdaşları gələrək onları Xudat Polis bölməsinə aparmışlar. Hadisədən sonra Zərərçəkmiş şəxsla barışmışlar. Hərəkətlərindən peşman olmaqla ona güzəşt edilməsini xahiş edir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 25 may 2022-ci il tarixdə günorta saat 13 radələrində azyaşlı uşaqlarının saçını kəsdirmək üçün onları dayısı oğlu Səmədin Xaçmaz rayonu Xudat şəhəri Nizami küçəsində yerləşən bərbər köşkünə aparmış, orada olarkən Fərid özünə məxsus «Priora» markalı avtomobillə gələrək avtomobili köşkün qarşısında saxlamış, həmin avtomobildə Şahid2 da olmuşdur. Fərid Səmədi çağırmış və Səməd avtomobilə minmiş, bu vaxt azyaşlı uşağı ona demişdir ki, Səməd dayını avtomobilə mindirib aparırlar. O da tez gələrək avtomobilin sükanından tutub Fəridə demişdir ki, «Səmədi hara aparırsan» və Fərid ona «sən kimsən get işinlə məşğul ol, Səmədlə söhbətim var» demiş, o, Fəridə bildirmişdir ki, Səmədi buraxsın, uşağın saçını yarımçıq saxlayıb. Fərid isə avtomobildən düşərək yumruqla başından vurmuş, bu vaxt qardaşı Kamal və bibisi oğlu Sadayın gəldiyini görüb Fərid bıçaq çıxartmış, həmin vaxt Amil Fəridin əlindən bıçağı alaraq avtomobilin günlüyünə qoymuşdur. Sonra onlar Fəridi avtomobildən dartıb çıxararaq köşkün yerləşdiyi həyətə aparıb orada onunla dalaşmışlar. Lakin o, Fəridi taxta və daş parçaları ilə vurmamışdır. Sadəcə olaraq Fəridlə qarşılıqlı dartışmışlar və dartışma zamanı Fəridin əynindəki paltarları cırılmışdır. Səs-küyə camaat toplaşmış, az sonra hadisə yerinə polis əməkdaşları gələrək onları polisə aparmışdır. Hadisədən sonra Zərərçəkmiş şəxsla barışmışlar. Hərəkətlərindən peşmandır, himayəsində azyaşlı uşaqları və ailəsinin yeganə qazanc gətirən olması nəzərə alınmaqla ona güzəşt edilməsini və barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, 2021-ci ilin avqust ayından Xaçmaz rayonu, İstisu qəsəbə sakini Şahid1 ilə qeyri-rəsmi ər-arvad kimi yaşamışdır. Baharla əvvəllər işlədiyi Nabran qəsəbəsinda yerləşən «RİVER-İNN» otelində işləyərkən tanış olmuş, Bahar söhbət əsnasında ona Təqsirləndirilən şəxs3 tərəfindən narahat olunduğunu demişdir. 25 may 2022-ci il tarixdə günorta saatlarında Səməd onun mobil telefon nömrəsinə zəng edərək onunla Bahara görə mübahisə etmiş, onun ünvanına nalayiq ifadələr işlətməklə münasibətlərini aydınlaşdırmaq üçün onu bərbər işlədiyi Xudat şəhəri, Nizami küçəsində yerləşən köşkə dəvət etmişdir. O, özünə məxsus «Lada Priora» markalı avtomobilə əyləşib yaşadığı evdən çıxmış, onunla arasında dava-dalaş olmasın deyə dostu Şahid2 da yaşadığı evdən götürüb Səmədin işlədiyi yerə getmişdir. Bərbərxananın qarşısına çatdıqda orada Səməd, Səmədin qardaşı Saday, Səmədin qohumları Kamal və Aslanın da dayandığını görmüş, onların yanına çatıb avtomobili saxlamış, avtomobili dayandırdıqdan sonra Amil avtomobilin qapısının şüşəsini endirib oturduğu yerdən Səməd və qardaşı Sadaya avtomobilə əyləşmələrini, gedib sakit bir yerdə söhbət etmələrini demişdir. Bu zaman Səmədlə Saday avtomobilin arxa sağ qapısını açıb oradan əllərini oturduğu oturacağa uzadaraq onu yumruq ilə vurmağa, bundan başqa eyni vaxtda Kamal ilə Aslan avtomobilin qabaq sağ qapısını açıb oradan içəriyə uzanaraq yumruq ilə vurmağa başlamışlar. Avtomobilin içərisində dava-dalaş olarkən Aslanla Kamal onun əynində olan köynəyini cırıb çıxartmış və bundan sonra onların əlindən qurtularaq avtomobildən yerə enmişdir. Avtomildən çıxdıqdan sonra onlar dördü də üstünə hücum edib onu vuraraq yerə yıxmağa çalışmış, onlar yumruqla bədən və başına vurmuş, ancaq onlara müqavimət göstərmişdir ki, yerə yıxa bilməsinlər. Həmin vaxt dostu Amilin ayağı zədəli olduğu üçün o, avtomobildən yerə enə bilməmişdir. Aslan onun arxa tərəfinə keçmiş, yerdən əlinə daş götürərək həmin daşla əvvəlcə sol qulağından, daha sonra isə belindən vurmuş, sonra onu dartaraq köşkün həyətinə aparmışlar. Daha sonra onlar dördü də onu vurub yerə yıxmağa çalışmış, dava-dalaş zamanı yenə də Aslan arxasına tərəf keçib əlinə iri taxta parçası götürüb həmin taxta parçası ilə əvvəlcə sol ayağına, daha sonra isə başının arxa nahiyəsindən vurmuş, zərbədən gözləri qaralaraq huşunu itirib yerə yıxılmış, həmin vaxt bir nəfər oğlan oraya gəlib onları aralayaraq küçəyə çıxartmış, küçəyə çıxarkən oraya çoxlu insanlar toplaşdığını görmüşdür. Hadisə yerinə X24 əməkdaşları gəlmişlər. Hadisədən sonra Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4la barışmışlar. Onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, onun bir neçə il Xudat şəhər sakini Təqsirləndirilən şəxs3la münasibəti olmuş, 2021-ci ildə aralarında sözsöhbət yarandığından ayrılmış, sonra 2021-ci ilin avqust ayından etibarən Xudat şəhər sakini Zərərçəkmiş şəxsla tanış olaraq onunla ər-arvad münasibətlərində yaşamağa başlamışdır. 2022-ci ilin mart ayından sonra Fəridə Səməd barəsində qısa məlumat vermiş və ayrıldıqdan sonra Səmədin onu tez-tez narahat etdiyini bildirmişdir. 25 may 2022-ci il tarixdə Səməd yenə onu narahat etmiş, Fəridin mobil telefon nömrəsini istədiyindən o, Səmədə Fəridin mobil telefon nömrəsini vermişdir. Sonradan ona məlum olmuşdur ki, Səməd Fəridi işlədiyi bərbər köşkünə dəvət etmiş və orada qardaşı Saday, qohumları Kamal və Aslanla birləşib Fəridlə dalaşaraq onu döymüşlər. X19r tərəfindən döyülməsini çəkdiyi şəkilləri ona göndərərək Fəridi döydüklərini yazdığı mesajlarda bildirmişdir. Hadisədən sonra həmin yazıları və şəkilləri istintaqa təqdim etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Xaçmaz rayonunun Xudat şəhərində yaşayır. 25 may 2022-ci il tarixdə saat 13 radələrində yaşadığı Xudat şəhəri Nizami küçəsində yerləşən Təqsirləndirilən şəxs3 məxsus bərbər köşkünün arxasında Zərərçəkmiş şəxs Səməd və Təqsirləndirilən şəxs2lar, Aslan və Təqsirləndirilən şəxs1lar tərəfindən döyüldüyünü, həmin şəxslərin yumruqla Fəridin sifət və baş nahiyyəsinə vuraraq xəsarət yetirdiklərini görmüş, dərhal yaxınlaşıb onları ayırmış, Fəridi onların əlindən almışdır. Səs-küyə ətrafa çoxlu adam toplaşmış və sonradan polis əməkdaşları gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 25 may 2022-ci il tarixdə günorta vaxtı tanışı Zərərçəkmiş şəxs zəng edib onu yaşadığı ünvana cağıraraq onu və övladlarını məktəbə aparmasını xahiş etmiş, Fərid yaşadığı ünvana gələrək onu və övladlarını idarə etdiyi avtomobillə məktəbə apararkən yol boyu Xudat şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs3 Fəridə zəng edərək onunla söyüşlə danışmış və mübahisə etmişlər. Məktəbdən qayıdarkən Fəriddən nə baş verdiyini soruşduqda Fərid Şahid1 ilə bağlı Səmədlə aralarında söz-söhbət olduğunu, Səməd əl telefonuna zəng edərək onu təhqir edib görüşə cağırdığını demişdir. Yolda Fəridə bəlkə hardasa çayxanada görüşüb Səmədlə söhbət etmələrini təklif etdikdə Fərid Səmədin bərbər işlədiyi ünvana gedib söhbət etmələrini demişdir. O da Fəridlə birlikdə onun idarə etdiyi avtomobillə Xudat şəhəri Nizami küçəsində yerləşən Səmədə məxsus həyətin içərisində olan bərbər köşkünün qarşısına getmişlər. Saat 13:00 radələrində bərbərxananın qarşısına çatdıqda orada Səməd, Səmədin qardaşı Saday, Səmədin qohumları Kamal və Aslanın dayandığını görmüş, Fərid onların yanına çatıb avtomobili saxladıqdan sonra onlar Səməd və qardaşı Sadaya avtomobilə əyləşmələrini, gedib sakit bir yerdə dördü söhbət etmələrini təklif etmişlər. Bu zaman Səmədlə Saday avtomobilin arxa sağ qapısını açıb oradan əllərini Fəridin oturduğu oturacağa uzadaraq yumruq ilə vurmağa başlamışlar, həmin yumruqlar Fəridin üzünə və boynuna dəymişdir. Onun ayağı sınıq olduğu üçün avtomobildən yerə düşə bilməmiş, Səmədgilə sakitləşmələrini demiş, lakin Səmədgil sakitləşməmiş, eyni vaxtda Kamal ilə Aslan da avtomobilin qabaq sağ qapısını açıb oradan içəriyə uzanaraq Fəridi yumruqla vurmağa başlamışlar. Avtomobilin içərisində dava-dalaş zamanı X32 əynində olan köynəyini cırıb çıxararkən Fərid çətinliklə onların əlindən çıxaraq avtomobildən yerə enmiş, onlar Fəridi tutaraq həyətə aparmış, orada Təqsirləndirilən şəxs4 Fəridi daşla kürəyindən vurmuş, sonradan isə oradan götürdüyü taxta parçası ilə də Fəridin kürəyindən vuraraq xəsarət yetirmişdir. Həmin vaxt Aslanın yanında olan Saday və Təqsirləndirilən şəxs3lar, həmçinin Təqsirləndirilən şəxs1 da yumruqla Fəridi vuraraq bədəninin müxtəlif nahiyələrinə xəsarət yetirmişlər. O, qışqıraraq Səmədgilə Fəridi buraxmalarını desə də onlar ona fikir verməmişlər. Onun ayağı sarğılı olduğu üçün Fəridə kömək edə bilməmiş, səs-küyə ətrafda olan adamlar da toplaşmış və həmin şəxslərdən bir neçəsi yaxınlaşaraq onları ayırmışlar. Sonra oraya polis əməkdaşları gəlmiş və onlar gəldikdən sonra sakitlik yaranmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid5 göstərmişdir ki, 25 may 2022-ci ıl tarixdə saat 13 radələrındə yaşadığı ünvan 6 ünvanın qarşısında olan bərbər köşkünün qarşısındakı küçədə səs-küy gəldiyini eşidib həmin yerə getdikdə küçədə 4 nəfərin bır nəfərlə dalaşmasını görmüş, lakin onların kim olduğunu bilməmiş və orada olan bir nəfər şəxs ona ora getməməsini, orada adamlar dava-dalaş etdiyini demişdir. O, onkolojı xəstə olduğu üçün evinə qayıtmışdır. Lakin küçədə çox adam olmuş və o, da səs-küyə həmin yerə getmişdir. Sonradan Fərid adlı şəxsin qonşuluqda yaşayan Səməd, Saday, Aslan və Kamalla dalaşdığını eşitmişdir. İş materiallarında olan maddi sübutun götürülməsi və baxış keçirilməsi haqqında 25 may 2022-ci il tarixli qərardan və həmin tarixli protokoldan görünür ki, 25 may 2022-ci il tarixdə Xaçmaz rayon Polis şöbəsinin təhqiqatçısı polis kapitanı Sevinc Hüseynova tərəfindən araşdırma aparılaraq Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qara rəngli zamoklu, müxtəlif yerləri cırılmış vəziyyətdə jaket və bir ədəd boz rəngli cırılmış vəziyyətdə mayka götürülərək qablaşdırılmış və əşyaları təqdim edərkən Zərərçəkmiş şəxs şifahi olaraq 25 may 2022-ci il tarixdə gönürta radələrində Xudat şəhəri ərazisində Səməd, Aslan, Kamal və Saday adlı şəxslər tərəfindən döyüldüyünü bildirmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 26 may 2022-ci il tarixli 294 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlərənsə nahiyəsinin hematoması, sol qulaq seyvanı, sağ gözün bayır bucağı, döş qəfəsi və sol kürək nahiyələrinin qançırları, sol bud nahiyəsinin sıyrığı bərk küt əşya təsirindən törənmişdir. Yetirilmə müddəti qərarda qeyd olunduğu kimi xx.xx.2022-ci tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan 30 iyun 2022-ci il tarixli 7/569 qeydiyyat nömrəli baxış keçirilməsi və götürmə aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs A51 markalı telefonunda olan məlumatlarla bağlı telefona baxış zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus (055) ***-**-** mobil nömrəsinin “Whatsapp” proqramında olan məlumatlara daxil olduqda onun mobil nömrəsinə Şahid1 istifadəsində olan (077) ***-**-** mobil nömrədən səs yazıları göndərilmişdir. Həmin səs yazılarında kişi səsinə məxsus insan danışır. Həmin səs yazılarında qadına söyüşlərlə Zərərçəkmiş şəxs gəldikdən sonra onun Təqsirləndirilən şəxs3 və tanışları tərəfindən döyüləcəyi göstərilmişdir. Həmçinin (077) ***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan (055) ***-**-** mobil nömrəsinin “Whatsapp” proqramına döyülmüş vəziyyətdə, yəni avtomobildə lüt oturmuş vəziyyətdə şəkil də göndərilmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs telefonundakı video qovluğunda olan videoya baxış zamanı həmin videoda döyülərək xəsarət alması göstərilmişdir. Həmin səs yazılarına və videoya baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, Şahid1 ona həmin səs yazılarını və şəkili göndərmiş, səs yazılarında o, Təqsirləndirilən şəxs3la görüşə getməmişdən qabaq Təqsirləndirilən şəxs3 Bahara səsli mesaj göndərərək onun Səmədgillə görüşə gələndə Təqsirləndirilən şəxs3 və tanışları tərəfindən döyüləcəyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 onun döyülmüş vəziyyətdə olan şəkilini ataraq səsli mesaj göndərib özü və digər yaxınları ilə onu döydüyünü bildirmişdir. X25 həmin səs yazılarında olan şəxsin Təqsirləndirilən şəxs3 olmasını, Təqsirləndirilən şəxs3 onu yaxınları- qardaşı Saday, qohumları Aslan və Təqsirləndirilən şəxs1larla birlikdə döymələri üçün Təqsirləndirilən şəxs3 məxsus bərbərxanaya cağırılmasını, Təqsirləndirilən şəxs3 məxsus bərbərxananın qarşısında yuxarıda göstərilən şəxslər tərəfindən adamların gözü qarşısında döyülərək xəsarət aldığını göstərmişdir. Bu səbəbdən telefonda olan sübut əhəmiyyət kəsb edən şəkil, video və səs yazıları diskə köçürülərək götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış 06 iyul 2022-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, X20 və Təqsirləndirilən şəxs4 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan 16 iyul 2022-ci il tarixli 7/605 qeydiyyat nömrəli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid1nın «Redmi» markalı telefonunda və təqdim etdiyi diskdə olan məlumatlara baxarkən istifadəsində olan mobil nömrəsinə Təqsirləndirilən şəxs3 Fərfadoviçin istifadəsində olan (055) 814-05-14, (070) 314-05-14, (055) 282-12-30, (055) 284-10-77, (055) 245-70-67, (099) 314-05-14, (077) 622-55-15, (077) 613-21-22, (070) 828-00-27, (070) 776-59-69, (077) ***-**-** və Ukrayna Respublikasına məxsus +**********25 mobil nömrələrdən sms və səs yazıları göndərilmişdir. Həmin səs yazılarında kişi səsinə məxsus insan danışır. Həmin səs yazılarında qadına söyüşlərlə Zərərçəkmiş şəxs gəldikdən sonra onun Təqsirləndirilən şəxs3 və tanışları tərəfindən döyüləcəyi göstərilmişdir. Həmçinin Şahid1 istifadəsində olan (077) ***-**-** mobil nömrəsinə Təqsirləndirilən şəxs3 istifadəsində olan (070) ***-**-** mobil nömrəsinin “Whatsapp” proqramına Zərərçəkmiş şəxs 25 may 2022-ci il tarixdə döyülmüş vəziyyətdə, yəni avtomobildə lüt oturmuş vəziyyətdə şəkili göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs3 Şahid1 istifadəsində olan mobil telefon nömrəsinin “Whatsapp” şəbəkəsinə lüt şəkillərini yollamışdır. Həmin məlumatlar diskdə olan məlumatlarda öz əksini tapmışdır. Şahid1 diski təqdim edərək bütün telefonunda olan məlumatları həmin diskə köçürdüyünü, X33 Əhmədov və tanışları tərəfindən 25 may 2022-ci il tarixdə günorta vaxtı Xaçmaz rayonu Xudat şəhərində döyüldüyünü, döyülməsi barədə Təqsirləndirilən şəxs3 ona səsli mesaj göndərdiyini və həmin məlumatların da təqdim etdiyi diskdə olduğunu bildirmişdir. Bu səbəbdən diskdə olan sübut əhəmiyyəti kəsb edən şəkil, video və səs yazıları götürülərək protokola əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Quba Rayon Psixonevroloji Mərkəzinin 21 iyul 2022-ci il tarixli 1191 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 xx.xx.1999-cu il tarixindən Quba rayon PNRM-nın müşahidəsindədir. xx.xx.2011-ci il tarixindən xx.xx.2011-ci il tarixinə qədər Quba rayon PNRM-da stasionar müalicədə olub. Diaqnoz: «şəxsiyyətin emosional tip davranış pozuntusu, özünü kəsmələrlə, yüngül kəmağıllıq, epilepteforma cəngolma tutmaları ilə.» Təqsirləndirilən şəxs1 xx.xx.1994-cü il tarixindən Quba rayon PNRM-nın müşahidəsindədir. Diaqnoz: «emosiya və iradi pozğunluqları ilə kəskin dərəcəli debillik.» Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Quba rayon PNRM-nə müraciət etməmişlər. İş materiallarında olan Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» X43 «Xaçmaz Rayon Mərkəzi Xəstəxanası» X34 daxil olmuş 29 iyul 2022-ci il tarixli 831 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 hər hansı bir xəstəliklə bağlı xəstəxanada stasionar müalicə olunmamışdır. Vətəndaş Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdən «Affektiv tip şəxsiyyət pozuntusu. Susid meyillik» diaqnozu ilə Xaçmaz RMX-da həkim-psixiatrın qeydiyyatındadır, həkim-narkoloqun qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs1 xx.xx.2020, xx.xx.2022-ci il tarixlərdə «Ezofagitlə birgə müşahidə olunan qastroezofagial reflüks.» diaqnozu ilə xəstəxananın terapiya şöbəsinə müraciət etmişdir. Xəstəyə həkim Ə.Əsədov tibbi yardım göstərmiş və ambulator müalicə təyin etmişdir. Vətəndaş xəstəxanada həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 15:40 radələrində «Ənsə nahiyəsinin yumşaq toxumalarının əzilməsi. Dərialtı hematoması. Sol qulaq seyvanının əzilməsi. Sağ göz yuvası nahiyəsisinin əzilməsi və qançırı. Döş qəfəsinin və bel nahiyəsinin əzilməsi.» diaqnozu ilə Acil şöbəsinə müraciət etmişdir. Xəstəyə həkim O.Şeydayev tibbi yardım göstərmiş və ambulator müalicə təyin etmişdir. Vətəndaş xəstəxanada həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs3 xx.xx.2021-ci il tarixdə «Aşağı ətrafın donmasının termiki və kimyəvi yanığın nəticələri.» diaqnozu ilə poliklinika şöbəsinə müraciət etmişdir. Xəstəyə həkim Z.Əlibəyov tibbi yardım göstərmiş və ambulator müalicə təyin etmişdir. Vətəndaş xəstəxanada həkimpsixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxs2 hər hansı bir xəstəliklə bağlı xəstəxanaya müraciət etməmiş, həkim-psixiatrın və həkim-narkoloqun qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi Ekspertiza və X11” X26 cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə-tibbi ekspertizası üzrə verdiyi 22 avqust 2022-ci il tarixli 353/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər: ənsə nahiyəsinin hematoması, sol qulaq seyvanı, sağ gözün bayır bucağı, döş qəfəsi və sol kürək nahiyələrinin qançırları, sol bud nahiyəsinin sıyrığı müayinə olunanın göstərdiyi şəraitdə bərk küt əşyanın (əşyaların) təsirindən (daş, taxta parcası, paya, əllə, ayaqla və s.) yetirilə bilərdilər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 cinayət işi üzrə təyin edilmiş kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizası üzrə verdiyi 07 sentyabr 2022-ci il tarixli 2399 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 yüngül debillik dərəcəsində oliqofreniya müəyyən edilir. Törətdiyi əmələ görə anlaqlı hesab olunmalıdır. Qıcığa qarşı həssaslıq, səthilik, inadkarlıq, hövsələsizlik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Əqli intişafında gerilik əlamətləri qeydə alınır. Əqli intişafında gerilik əlamətləri müşahidə olunur. Buna baxmayaraq o, öz hərəkətlərinin mahiyyətini dərk edə etmək və öz hərəkətərini idarə etmək qabiliyyətinə malikdir. Əqli gerilik o dərəcədə ifadə olunmayıb ki, o, ona ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Hadisə zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Bu onun anlamaq imkanını kifayət qədər inkişafı ilə, praktiki həyata qarşı bələdliyi ilə, tənqidi imkanların kifayət qədər olması ilə təsdiq olunur. Əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Halhazırda da öz hərəkətlərinin dərk etmək və onları idarə etmək iqtidarındadır. Məcburi müalicəyə ehtiyacı yoxdur. Bu iş üzrə ifadə vermək iqtidarındadır, yəni öz psixi vəziyyətinə görə iş üzrə prosessual fəaliyyət qabiliyyətlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X26 cinayət işi üzrə təyin edilmiş kompleks məhkəməpsixiatrik və psixoloji ekspertizası üzrə verdiyi 22 sentyabr 2022-ci il tarixli 2531 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Ona istinad edilən cinayət əməllərini törədərkən anlaqlı hesab edilməlidir. Barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Qıcığa qarşı həssaslıq, impulsivlik, emosional dayanıqsızlıq, tez özündən çıxmaq, özünü psixoloji müdafiə etməyə meyillilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Əqli-intellektual imkanları normaya uyğundur. Əqli və psixi inkişafı nəzərə alınmaqla törətdiyi əməl zamanı öz hərəkətlərinin mahiyyətini dərk etmək və hərəkətərini idarə etmək qabiliyyətinə malik olmuşdur. Hadisəni törədən vaxt fizioloji affekt vəziyyətində olmamışdır. İctimai təhlükəli əməli törətdiyi zaman emosional davamsız şəxsiyyət pozuntusu qeyd edilib. Şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, onu ictimai təhlükəli əməli törətdiyi zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarından məhrum etsin. Öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Hazırda emosional davamsız şəxsiyyət pozuntusu müəyyən edilir. Hazırda əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş 12 oktyabr 2022, 13 oktyabr 2022 və 16 oktyabr 2022-ci il tarixli ərizələrindən görünür ki, qeyd edilən tarixdə Zərərçəkmiş şəxs istintaqa notarial qaydada təsdiq olunmuş ərizəsini təqdim edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2oviç, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 tərəfindən döyülərək xəsarət aldığını, hazırda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2oviç, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayət və tələbi olmadığını bildirmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin ifadəsinin yoxlanılması haqqında 29 iyul 2022-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, qeyd edilən tarixdə müstəntiq tərəfindən Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılmış, Zərərçəkmiş şəxs hadisə yerini göstərərək bildimişdir ki, onun Təqsirləndirilən şəxs3 Fərhədoviç, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tərəfindən döyülərək yüngül xəsarət aldığı yer Xaçmaz rayonunun Xudat şəhəri Nizami küçəsində yolun sağı və bərbər köşkünün qarşısı və sağ tərəfdə olan həyətdir. Həmin yer dörd yol ayrıcı, yolun sağında yerləşir. Yolun sağında yanmış və üzəri salafanla bağlanmış bərbər köşkü, bərbər köşkünün arxasında həyət evi vardır. Həmin həyətin içərisində baxımsız vəziyyətdə bir mərtəbəli ev vardır. Yolun sağında şalbandan işıq dirəyi, həmin dirəyin qarşısında arx vardır. Zərərçəkmiş şəxs şifahi olaraq bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat 13 radələrində özünə məxsus «VAZ 21703 Lada Priora» markalı H991HC05 qeydiyyat nişanlı avtomobili yolun sağında saxlamış, bərbərxananın qarşısında Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Kamal və Təqsirləndirilən şəxs4lar dayanmış, sürücü oturacağında oturduğu yerdən Səməd və qardaşı Sadaya avtomobilə əyləşmələrini təklif etsə də heç bir səbəb olmadan avtomobilin arxa sağ qapısını açıb oradan əlləri ilə yumruqla baş nahiyyəsinə və sifətinə vurmuşlar, Kamal ilə Təqsirləndirilən şəxs4lar avtomobilin qabaq sağ qapısını açıb oradan içəriyə uzanaraq yumruqla onun baş nahiyəsindən vurmuşlar və dava-dalaş zamanı Aslanla Kamal əynində olan köynəyini cırıb çıxartmışlar. Bundan sonra avtomobildən yerə enmiş, küçədə onlar dördü də üstünə hücum etmiş, yumruqla vurub yıxmağa çalışmış və onlar onun əllərindən tutaraq həyətə aparmışlar. Həyətdə olan davadalaş zamanı Təqsirləndirilən şəxs4 taxta parçası ilə baş və ayağından və daşla kürəyindən vurmuş, Aslan, Kamal və Saday onu vurmuş, Səməd isə əyilib sağ ayağından tutub yıxmağa çalışmış və həyətdə də onlar onu yumruqla başından və sifətindən vuraraq xəsarət yetirmişlər. Həmçinin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs4 tərəfindən vurulduğu taxta parçasını və daşı axtarsa da tapa bilməyərək aşkar edilməmişdir. İş materiallarında olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında müstəntiqin 17 oktyabr 2022-c il tarixli qərarının nəticə hissəsindən və digər iş materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd disk, bir ədəd qara rəngli jaket, bir ədəd boz rəngli mayka və fotoşəkil, Şahid1nın təqdim etdiyi bir disk maddi sübut qismində tanınmış, Zərərçəkmiş şəxs və Şahid1nın təqdim etdiyi disklər və fotoşəkil iş materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd qara rəngli jaket, bir ədəd boz rəngli mayka Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 ünvan 7 ünvanında yaşayır. Ailə tərkibi xx.xx.1994-cü il təvəllüdlü arvadı X15, xx.xx.1955-ci il təvəllüdlü atası X16, xx.xx.1962-ci il təvəllüdlü anası X2 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 15 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 üçüncü dərəcəli əlildir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli arayışdan, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 4 ünvanında yaşayır. Ailəli olmaqla ailə tərkibi xx.xx.1981-ci il təvəllüdlü arvadı X13, 24 avqust 2021-ci il təvəllüdlü uşağı X9 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 15 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ikinci dərəcəli əlildir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 16 fevral 2023-cü il tarixli arayışdan, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 Xaçmaz rayonunun Xudat şəhəri, ünvan 8 ünvanında yaşayır. Ailəli olmaqla ailə tərkibi xx.xx.1987-ci il təvəllüdlü arvadı X4, uşaqları- xx.xx.2012-ci il təvəllüdlü X21 və xx.xx.2013-cü il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli arayışdan, nikah və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 4 ünvanında yaşayır. Ailəli olmaqla ailə tərkibi xx.xx.1984-cü il təvəllüdlü arvadı X7, uşaqları- xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X8 ibarətdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidməti 15 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs4 ikinci dərəcəli əlildir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək bildirmişdir ki, qardaşı Təqsirləndirilən şəxs3, qohumları Kamal və Təqsirləndirilən şəxs4lar Zərərçəkmiş şəxsla dalaşarkən o, Fəridi vurmamış, yalnız həmin dalaşmaya müdaxilə etdiyinə görə özünü təqsirli bilir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs4 özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək bildirmişdir ki, Zərərçəkmiş şəxsla aralarında baş vermiş dalaşma zamanı o, Fəridi taxta parçası və daş ilə vurmamışdır. Sadəcə olaraq Fəridlə qarşılıqlı dartışmışlar. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 məhkəmədə verdikləri ifadələrini və onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların və iş üzrə digər Təqsirləndirilən şəxs3 bu barədə verdikləri ifadələri özünümüdafiə və məsuliyyətini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Təqsirləndirilən şəxslərin yuxarıda göstərdiyi hallar və bu kimi ifadəsindələrində irəli sürdüyü dəlillər aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 onlara elan edilmiş ittiham üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, hüquqi tövsüf məsələsini müzakirə edərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs4 törətdiyi cinayət əməli isə həmin Məcəllənin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra könüllü gəlib təqsirlərini boyunlarına almalarını cəzanı yüngülləşdirən hal kimi qəbul etmişdir. Məhkəmə isə ibtidai istinraq orqanın həmin mövqeyi ilə razılaşmır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin Plenumunun 02 aprel 2012-ci il tarixli qərarında aşağıdakı halların şəxsin könüllü gəlib təqsirini boynuna alması kimi qiymətləndirilməsi mümkün hesab edilmişdir: • cinayət hadisəsi və onu törədənin şəxsiyyəti hüquq-mühafizə orqanlarına məlum olmadıqda şəxsin könüllü gəlib təqsirini boynuna alması; • cinayət, cinayət prosesini həyata keçirən orqanlara məlum olsa da, həmin cinayəti törətmiş şəxsin müəyyən olunmadığı halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; • hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin onun tapılması üçün əməliyyat-axtarış tədbirlərinin heç bir nəticə vermədiyi halda şəxsin könüllü gəlib təqsirini boynuna alması; • hüquq-mühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması; • açıq-aşkar cinayət törətdikdən dərhal sonra şəxsin hüquq mühafizə orqanlarına və ya digər dövlət orqanına könüllü gəlib təqsirini boynuna alması (bu zaman cinayətin şahidləri olmuş şəxslərin təqsirkarın hüquq mühafizə orqanlarına gedib çatanadək onun barəsində xəbər vermələri, habelə xəsarət alaraq tibb müəssisəsinə yerləşdirilmiş zərər çəkmiş şəxs haqqında və ya onun sözlərindən cinayətin halları barədə həmin müəssisədən hüquqmühafizə orqanlarına məlumat verilməsi qeyd olunan nəticəyə gəlməyə mane olmamalıdır); • cinayət məsuliyyətinə alınmış şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri də törətdiyini bildirməsi. İş materiallarından göründüyü kimi ibtidai istintaq zamanı, eləcə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərlə bağlı yuxarıda göstərilən hallarından heç biri baş verməmişdir. Belə ki, hadisə baş verən zaman X24 Post Patrul Xidmətinin əməkdaşları gəlmiş və cinayət hadisəsinin iştirakçılarını Polis Bölməsinə dəvət etmişlər. Eləcə də, ibtidai istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 özlərini ümumiyyətlə təqsirli bilməmişlər. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi, yəni şəxsi könüllü gəlib təqsirini boynuna almasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ikinci dərəcəli əlil olmasını və himayəsində bir nəfər azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və üçüncü dərəcəli əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə az ağır cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs4 ilk dəfə az ağır cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ikinci dərəcəli əlil olmaqla himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 barəsində təqsirli bilindikləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə, Təqsirləndirilən şəxs4 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə, Təqsirləndirilən şəxs4 barəsində seçilmiş «həbs» növündə qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 19 yanvar 2023-cü il tarixli, 1(067)-43/2023 saylı qərarından və axtarışda olan şəxsin tutulması haqqında 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 məhkəmənin çağrışlarına üzürlü səbəb olmadan gəlməməklə məhkəmədən gizləndiyindən məhkəmənin 19 yanvar 2023-cü il tarixli, 1(067)-43/2023 nömrəli qərarı ilə onun barəsində axtarış elan edilməklə, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında o, 13 fevral 2023-cü il tarixdə tutulmuşdur. Odur ki, Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddəti axtarışda olan şəxs qismində tutularaq həbsə alındığı gündən, yəni 13 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs və Şahid1nın təqdim etdiyi disklər və fotoşəkillər cinayət işində saxlanılmalı, maddi sübut kimi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd qara rəngli jaket və bir ədəd boz rəngli mayka Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 13 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs və Şahid1nın təqdim etdiyi disklər və fotoşəkillər cinayət işində saxlanılsın. İş üzrə maddi sübut kimi Bakı şəhəri Səbail rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş bir ədəd qara rəngli jaket və bir ədəd boz rəngli mayka Zərərçəkmiş şəxs qaytarılsın Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar