Məhkəmə qərarları › İş №1(067)-43/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-43/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-43/2024 25.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1984-cü ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, evli, məhkumluğu olmayan, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş –Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib özündə saxladığı narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə 2023-cü ilin may ayında yaşadığı Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində, kəndin girişindəki şəhid abidəsindən şimala doğru 500 metr məsafədə yerləşən evinin həyətyanı sahəsində torpağa basdıraraq əkmiş və əkdiyi həmin toxumlardan yetişən 12 (on iki) ədəd çətənə bitkisinə 01 avqust 2023-cü il tarixədək olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərməklə onları kultivasiya etmiş, bu fakt Xaçmaz rayon Polis şöbəsinin əməkdaşları tərəfindən 01 avqust 2023-cü il tarixdə saat 23:25-23:47 müddətində qeyd olunan əraziyə baxış keçirilən zaman, həmin yerdən 12 (on iki) ədəd yaş vəziyyətdə, ümümi çəkisi 10030,0 (on min otuz) qram əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, yaşadığı kəndin yaxınlığında meşə massivində hərəkət edərkən içərisində narkotik tərkibli çətənə bitkilərinin toxumları olan kibrit qutusunu tapmışdır. Həmin toxumları cücərtmək üçün götürmüş və götürdüyü toxumlardan 12 toxum cücərmişdir. O, həmin toxumları becərilmə qaydasını internetdən maraqlanaraq özünün istifadəsi üçün cücərtdiyini, əmələ gələcək narkotik tərkibli çətənə bitkilərinin hansı boyda inkişaf edəcəyini bilmədiyi üçün təxminən hər gün 3 dənə olmaqla istifadə edəcəyini düşünmüşdür. O, 01 avqust tarixdən sonra narkotik vasitə istifadə etmədiyini və narkotik vasitənin onda asılılıq yaratmadığını bildirmişdir. Polis əməkdaşları yaşadığı evə baxış keçirmələri üçün gəldiklərində o, evdə olmuşdur. Müdafiəçi tərəfindən hüquqları müdafiə edilmiş və ona hər hansı təyziq göstərilməmişdir. Etdiyi əməldən peşmandır, bir daha narkotik vasitələrin əkib-becərilməsi və istifadəsi ilə məşğul olmayacaqdır. Məhkəmədən barəsində həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etməsi (əkmə və ya yetişdirmə) barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı Şahid4 ifadəsində göstərdi ki, Xaçmaz rayon PŞ-nə daxil olmuş məlumat əsasında Xaçmaz rayon PŞ-nin əməkdaşları tərəfindən 01 avqust 2023-cü il tarixdə Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxışa mütəxəssis qismində dəvət edilmişdir. Polis əməkdaşları əvvəlcə onun işlədiyi idarənin rəhbərinə zəng etdikdən sonra o, polis şöbəsinə getmiş, sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanına gedərək icazə aldıqdan sonra videoçəkilişlə içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində polis əməkdaşları tərəfindən baxış zamanı həyətdəki evin arxa hissəsində həmin evdən 3 metr aralıda torpaqda əkilmiş 12 (on iki) ədəd kiçiyi 70 sm və hündürü 1 metr uzunluğunda əkilib-becərilməsi qadağan edilmiş çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. Həmin çətənə bitkilərinə bənzər kollara dəqiq xatırlamadığı saatda tərəfindən keçirilən baxış zamanı onların 2023-cü ilin may ayının əvvəllərində əkilməsi, diblərinin alaqdan təmizlənərək suvarılması, kübrə verilməsi və aqrotexniki qaydada qulluq edilməsi müəyyən olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs də həmin bitkiləri həyətində özünün tək əkdiyini və onlara aqrotexniki qaydada qulluq etdiyini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, 01 avqust tarixdə Xaçmaz rayonu, Köhnə Xaçmaz kənd sakini Təqsirləndirilən şəxs həyətyanı bağ sahəsində narkotik tərkibli bitkilərin əkilməsi ilə əlaqədar məlumat daxil olmuşdur. Bununla əlaqədar cinayət xarakterli məlumat olduğu üçün və narkotik tərkibli bitki kolların çıxardılıb atılma ehtimalı olduğundan əməliyyat qrupu yaradılaraq təxirə salınmaz əməliyyat keçirilmişdir. Onlar təqsirləndirilən şəxsin yaşadığı ünvanına çatdıqlarında ilk olaraq həyat yoldaşı onları qarşılamış və təqsirləndirilən şəxsi evdən çağırmışdır. Təqsirləndirilən şəxs təxminən 5-10 dəqiqə sonra gələrək müstəntiqin və aqronomun iştirakı ilə evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Həmin vaxt təqsirləndirilən şəxsin atası orada olmasına baxmayaraq narkotik tərkibli bitki kollarından xəbərsiz idi. Həmin narkotik tərkibli bitki kolları giriş qapısından daxil olduqda evin arxa tərəfində olan bağ sahəsində aşkar olunaraq müəyyən olunmuşdur ki, fərqli ölçülərdə olan narkotik tərkibli bitki kolları tam yetişməyib. Təqsirləndirilən şəxsin özü tərəfindən 12 kiloqram narkotik tərkibli bitki kolları çıxarılaraq sayıldıqdan sonra həmin 12 ədəd narkotik tərkibli bitki kolları müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs özü də etiraf etmişdir ki, xəstə olduğu üçün özü tərəfindən əkilib. Təqsirləndirilən şəxs səmimi peşmanlığını bildirmişdir. Həmin ünvanda əlavə izlərə rast gəlinməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid3 və Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldanvə baxış keçirilməsi videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 1, vərəq 10-12) baxış keçirərkən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın baş müstəntiqi X4, Xaçmaz RPŞ-nin CAB-nin axtarış üzrə baş əməliyyat müvəkkili Şahid1 və Xaçmaz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, Xaçmaz rayon MKTİ-nin baş aqronomu Şahid4, Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən evinə baxış keçirilmişdir. Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X4 özünü təqdim edir və Xaçmaz RPŞ-nə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşdığı Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən evinə baxış keçiriləcəyini bildirir. Təqsirləndirilən şəxs yaşadığı evdə videogörüntü ilə baxış keçirilməsinə etiraz etmədiyini bildirir. Müstəntiq tərəfindən baxışda iştirak edən şəxslər təqdim edilir. Bundan sonra müvafiq təklifə uyğun olaraq Təqsirləndirilən şəxs evin həyət qapısından daxil olaraq həyətyanı sahədə özünün əkdiyini bildirdiyi çətənə bitkilərini təqdim edir. Müvafiq suallara cavab olaraq həmin bitkiləri öz istifadəsi üçün əkdiyini bildirir. Baxışda iştirak edən aqronom həmin bitkilərə baxaraq onlara aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını bildirir. Aşkar edilmiş çətənə bitkiləri çıxarılaraq sayılır və ümumilikdə 12 ədəd olması müəyyən edilir. Çıxarılmış çətənə bitkiləri möhürlənərək qablaşdırılır. Qablaşmaların üzəri iştirakçılarla imzalanaraq tamlığı təsdiq edilir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid2 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs 01 avqust 2023-cü il tarixli ərizəsindən (cild 1, vərəq 9) görünür ki, Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən evinə Xaçmaz RPŞ-nin əməkdaşlarının baxış keçirmələrinə etirazı yoxdur. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 01 avqust 2023-cü il tarixli mütəxəssis qismində təyin etmə haqqında qərarla (cild 1, vərəq 5) təyin edilmiş Xaçmaz rayon MKTİ-nin baş aqronomu Şahid4 01 avqust 2023-cü il tarixli rəyindən (cild 1, vərəq 13) müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən evin həyətyanı sahəsinə keçirilən baxış zamanı həyətdəki evin arxa hissəsində həmin evdən 3 metr aralıda torpaqda əkilmiş 12 (on iki) ədəd ən kiçiyi 70 sm və hündürü 1 metr uzunluğunda əkilib- becərilməsi qadağan edilmiş çətənə bitkilərinə bənzər kollar aşkar edilmişdir. Həmin çətənə bitkilərinə bənzər kollara tərəfindən keçirilən baxış zamanı onların 2023-cü ilin may ayının əvvəllərində əkilməsi, diblərinin alaqdan təmizlənərək suvarılması, kübrə verilməsi və aqrotexniki qaydada qulluq edilməsi müəyyən olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 02 avqust 2023-cü il tarixli protokoldan (cild 1, vərəq 23), xx.xx.2023cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və tutmadan azad edilməsi haqqında qərardan (cild 1, vərəq 50), müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 avqust 2023-cü il tarixli, 3-16-16/2- 7/1108 (cild 1, vərəq 33) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “...Xaçmaz rayonu Köhnə-Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxs həyətində aşkar edilmiş narkotik vasitəyə bənzər bitkilər” yazılar və imzalar olan 3 ədəd ağ rəngli sintetik torbalarda yaş vəziyyətdə, ümumi sayı 12 (on iki) ədəd, ümumi çəkisi -10030,0 qram bitki nümunələri, əkilib becərilməsi qadağan olunmuş narkotik tərkibli-çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş 12 (on iki) ədəd çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkilərindən təqdqiqata 0,6 qram (hər obyektdən 0,05 qram) sərf edildikdən sonra qalıq – 10029,4 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 02 avqust 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 1, vərəq 38) və 03 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 48) müəyyən edilir ki, Təqsirləndirilən şəxs təxminən 3 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. O, 2023-cü ilin aprel ayının əvvəllərində yaşadığı kəndin yaxınlığında meşə massivində 1 ədəd kibrit qutusunda 12 ədəd marixuana bitkisinə aid toxumları taparaq onları əkmək üçün özündə saxlamış və 2023-cü ilin may ayının əvvəllərində həmin toxumları Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yaşadığı evin arxa hissəsində evindən 3 metr aralıda həyətyanı bağ sahəsində əkib onlara mütəmadi olaraq qulluq edərək su vermiş və həmin toxumlar cücərdikdən sonra əmələ gəlmiş çətənə bitkilərinə aqrotexniki qaydada qulluq edərək diblərini alaqdan təmizləyib və onlara daim su vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəq 40) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və tutulmadan azad edilməsi haqqında qərardan və iltizamdan (cild 01, vərəq 50-51) görünür ki, 03 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində «Başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 06 avqust 2023-cü il tarixli “Əməliyyat tapşırığı”ndan (cild 1, vərəq 56) və ona cavabdan (cild 01, vərəq 61) müəyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs tərəfindən kultivasiya edilmiş baxış zamanı aşkar edilmiş çətənə bitkilərini meşədən tapdığı toxumları əkərək kultivasiya etdiyini bildirmişdir. Həmin toxumların mənbəsini müəyyən etmək məqsədilə tərəflərindən sorğular verilmişdir. Lakin Təqsirləndirilən şəxs toxumları haradan əldə etməsini müəyyən etmək mümkün olmamış, həmçinin onun narkotik tərkibli bitkiləri hər hansı bir şəxslə əlbir olaraq kultivasiya etməsini, onun narkotik vasitə satmasını, başqa cinayət əməli törətməsini təsdiq edən məlumat əldə edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 avqust 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan (cil 1, vərəq 59) və 03 noyabr 2023ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 96) müəyyən edilir ki, Təqsirləndirilən şəxs məxsus yaşadığı ünvandan aşkar edilərək götürülmüş təmiz çəkisi 10030,0 qram olan 12 ədəd çətənə bitkisi, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 10029,4 qram təşkil edən narkotik tərkibli çətənə bitkiləri sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin13 sentyabr 2023-cü il tarixli, 5868 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 1, vərəq 85) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 15 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə ibtidai istintaqın dayandırılması haqqında qərardan (cild 01, vərəq 88) müəyyən edilir ki, haqqında seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna görə Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-nin istintaq bölməsinə təmin edilməsi məqsədilə axtarış elan edilmiş və istintaqdan gizləndiyi üçün cinayət işinin icraatı dayandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 03 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin könüllü olaraq istintaq orqanına gəlməsi barədə protokoldan və həmin tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan (cild 01, vərəq 91-92) müəyyən edilir ki, Təqsirləndirilən şəxs könüllü olaraq Xaçmaz RPŞ-nə gəldiyindən və iş üzrə bəzi istintaq hərəkətlərinin həyata keçirilməsi zərurəti yarandığından icraat təzələnmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 1, vərəq 69) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarının 2-ci və 19-cu bəndlərinə əsasən məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsində işlədilən narkotik xassəli, yəni tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası anlayışının şərhi Qanunun 1.0.6-cı maddəsində verilmişdir. Məhkəmələrə izah olunsun ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsinə əsasən tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanmasıdır. Azərbaycan Respublikasının“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİİ Siyahı), qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin xeyli miqdarı 3-15 ədəd (6-30), külli miqdarı isə aşağı həddi 16 ədəd (31 hissə) kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin yaşadığı ünvandan aşkar olunmuş kultivasiya etdiyi 12 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin təmiz çəkisi 10030,0 qram olmuşdur. Qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsifedilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə düzgün tövsifolunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir və əməli başa çatmış cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinə əsasən Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Müşkür kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən (cild 1, vərəq 67-68) müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü və xx.xx.2010-cu il təvəllüdlü iki qız övladı var. O, Xaçmaz rayon Köhnə Xaçmaz kəndində daimi passport qeydiyyatındadır. Onun yaşadığı ərazidə kənd sakinləri və qonşuları ilə münasibəti normaldır. Təqsirləndirilən şəxs barəsində Hüquq Mühafizə orqanları tərəfindən Nümayəndəliyə cinayət xarakterli heç bir sorğu daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Quba Rayon Psixonevroloji Reabilitasiya Mərkəzindən daxil olan 11 sentyabr 2023-cü il tarixli, 1213 nömrəli məktubdan (cil 1, vərəq 70) görünür ki, Təqsirləndirilən şəxs Quba rayon PNRM-nə müraciət etməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 13 sentyabr 2023-cü il tarixliməktubdan (cild 1, vərəq 71) görünür ki, Təqsirləndirilən şəxs “Xaçmaz RMX” PHŞdə həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində göstərilənlərə əsasən törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5- ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib- edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidi. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 02 avqust 2023-cü il tarixdən 03 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilənşəxs Təqsirləndirilən şəxs ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs kultivasiya etdiyi, 12 ədəd, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 10029,4 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72,0 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 09 (doqquz) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin.(hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə 12 ədəd maddi sübut kimi tanınmış ekspertiza təhqiqatından sonra qalıq qalmış çəkisi 10029,4 qram təşkil edən narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin, Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsi zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 72,0 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. Cinayət işi üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar