Məhkəmə qərarları › İş №1(067)-43/2025

Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-43/2025

05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-43/2025 05.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1981-ci ildə Xaçmaz rayonu, Muruğoba kəndində anadan olmuş, Azərbaycan Respublikasi vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Xacmaz rayonu, Muruğoba kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə saat 19 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs otardığı xırdabuynuzlu heyvanlarının ona məxsus Xaçmaz rayonu, Moruqoba kəndi ərazisindəki orta məktəbdən cənuba doğru 50 metr məsafədə yerləşən yaşadığı evin qarşısında olan tel hasarla əhatələdiyi torpaq sahəsinə girməsini görərək iradını bildirdikdən sonra aralarında yaranan münaqişə zamanı həmin torpaq sahəsində üzərində saxladığı soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağını çıxararaq Zərərçəkmiş şəxs qəsdən iki dəfə zərbə vurmaqla sonuncuya sol çiyin və sol kürək nahiyələrinin deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bununla da o. qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, hadisə may ayında olmuşdur. Beşinci gün o, qəbir üstünə ot təmizləməyə gedmişdir. Evə qayıdanda evdə heç kəs olmamışdır, anasıgil qonaqlığa getmişlər.Zərərçəkmiş şəxs olan Mehdinin yaşadığı evin qarşısında çəpərlədiyi əraziyə, Mehdi özünə məxsus xırdabuynuzlu heyvanları salmasını görmüşdür. Bundan öncə də Mehdi dəfələrlə özünə məxsus xırdabuynuzlu heyvanları həmin yerə salmış və o Mehdiyə bunu etməməsini bildirmişdir. O Mehdiyə dəfələrlə xahiş etdiyini, heyvanları ona məxsus əraziyə salmamasını bildirdiyini dedikdə aralarında mübahisə başlamışdır. O, üzərində olan qatlanan cib bıçağını çıxararaq Mehdinin çiyin nahiyəsindən vurmuşdur. O Mehdini vurub kənara çəkilmiş və bir daha onun sahəsinə heyvan salmamasını deyib evə getmişdir. Mehdi də, heyvanlarını götürərək oradan uzaqlaşmışdır.Hadisəyə kənar şəxslər şahid olmamışdır, orada yalnız ikisi olmuşlar. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs tanıyır, onunla düşmənçiliyi və ya ədavəti olmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində o özünə məxsus Xaçmaz rayonu, Moruğoba kəndində yerləşən bağ sahəsindən yaşadığı evə gəlmişdir. Evdə olan zaman o Mehdinin yaşadığı evin qarşısında çəpərlədiyi əraziyə özünə məxsus xırdabuynuzlu heyvanları salmasını görmüşdür. Bundan öncə də Mehdi dəfələrlə özünə məxsus xırdabuynuzlu heyvanları həmin yerə salmış və o Mehdiyə bunu etməməsini bildirmişdir. O Mehdiyə yaxınlaşaraq heyvanlarını nə üçün yenidən sahəsinə saldığını soruşmuşdur. Mehdi, həmin vaxt sərxoş vəziyyətdə olmuş və cavabında ona həyətyanı sahəyə qapı qoymağını bildirmişdir. O Mehdiyə dəfələrlə xahiş etdiyini, heyvanları ona məxsus əraziyə salmamasını bildirdiyini demiş və bu mövzuda aralarında mübahisə başlamışdır. Həmin vaxt Mehdi onun yaxasından tutmuş və o düşünmüşdür ki, Mehdi onu vurmaq istəyir. O Mehdini əli ilə itələmiş, Mehdi içkili olduğu üçün yerə yıxılmış, sonra da üzərində olan bağ işlərində istifadə etdiyi qatlanan cib bıçağını çıxararaq onu qorxuzmaq məqsədilə iki dəfə bıçağın uc tərəfi ilə Mehdinin sol çiyin və kürək nahiyəsinə asta zərbə ilə vurmuşdur. O Mehdini vurub kənara çəkilmiş və bir daha onun sahəsinə heyvan salmamasını deyib evə getmişdir. Həmin vaxt Mehdi də heyvanlarını götürərək oradan uzaqlaşmışdır.Hadisəyə kənar şəxslər şahid olmamışdır, orada yalnız ikisi olmuşlar. Zərərçəkmiş şəxs mütəmadi olaraq öz heyvanlarını ona məxsus əraziyə saldığı üçün bıçaqla asta zərbə ilə çiyin nahiyəsinə vurmuşdur. Hadisəni törətdiyi bıçağı da təqdim etmişdir. O Mehdiyə yenə də bıçaq zərbələri endirə bilərmiş. O Mehdiyə ilk zərbə vuranda elə bilmişdir ki, bıçaq sonuncuya batmadı, çünki əynindəki paltar qalın olmuşdur. Lakin ikinci zərbədə bıçağın Mehdinin bədəninə batmasını hiss etmiş, buna görə özü əməlini dayandırıb kənara çəkilmişdir. Mehdi ona müqavimət göstərməmişdir, istəsə özü Mehdiyə daha ağır xəsarət yetirə bilərmiş. Məqsədi sadəcə Mehdini qorxutmaq olmuşdur ki, bir daha heyvanları onun çəpərlədiyi yerə salmasın. Məhkəmə istintaqında dindirilən Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə özünə məxsus qoyunları otarıb geri gətirən zaman qoyunların bir neçəsi Ramilin evinin qarşısında çəkdiyi çəpərin içərisinə daxil olmuşdur. O, heyvanları çıxarmaq istəyən zaman Ramil evin həyət qapısın açıb çölə çıxmış, ona qarşı nalayiq söyüşlər söymüşdür. O da Ramilə “söyüş niyə söyürsən qoyunduda, girib orda nə var ki?" sözlərini demişdir. Ramil də ona “yox mənim yerimdi niyə buraxmısan” dedi.O heyvanları oradan çıxarmış, özü də heyvanların arxasınca çıxmaq istəyən zaman Ramil arxadan yaxınlaşaraq onu tutub yerə yıxmışdır. O dizlərinin üstündə durub ayağa qalxmaq istəyən zaman Ramil cibindən qatlanan bıçaq çıxarıb onun sol çiyin-kürək nahiyəsinə 2 dəfə zərbə vurmuşdur. Ramil onun çiyin nahiyəsindən qan axmasını görüb özü ondan uzaqlaşmış və çıxıb evə getmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O da ayağa durub yaşadığı ev istiqamətində getmişdir. O yolun yarısına kimi gəlmiş, halının pisləşdiyini görüb dərhal mobil telefonla qonşusu Murada zəng etmişdir. X7rdaşı oğlu ilə onun yanına gəlmişdir. Onların köməyi ilə o yaşadığı evə getmişdir. Ertəsi gün isə Murad öz avtomaşını ilə onu Xudat şəhərinə xəstəxanaya getmiş, həkimlər onun yarasına sarğı və tikiş qoyduqdan sonra da evə qayıtmışdır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, bu günədək aralarında heç bir ədavət olmamışdır. xx.xx.2024-cü ı tarixdə yaşadığı kəndin ərazisində və yaxın otlaq sahələrdə xırdabuynuzlu heyvan otarmışdır. Saat 19 radələrində otlaq sahəsindən heyvanları geri gətirən zaman onlardan bir neçəsi Ramilin evinin qarşısında çəkdiyi çəpərin içərisinə daxil olmuşdur. Həmin çəpərlər Ramilin həyəti deyil, evinin qabağında məftil torla çəpəıiədıyı ərazidir. O, heyvanları çəpərlənmiş ərazidən çıxarmaq istəyən zaman Ramil evin həyət qapısın açıb çölə çıxmış, ona qarşı nalayiq söyüşlər söymüş və heyvanları nə üçün onun çəpərlədıyı sahəyə saldığını soruşmuşdur. O, da Ramilə “görürsən ki, çıxarıram, söyüş niyə söyürsən? " sözlərini demişdir. Ramil də ona “yaxşı edirəm söyürəm” sözlərim demişdir. O, Ramilə baş qoşmamış, heyvanları oradan çıxarmış, özü də heyvanların arxasınca çəpərlənmiş yerdən çıxmaq istəyən zaman Ramil arxadan gəlib onun paltarından tutub badalaq verərək onu yerə yıxmışdır. O, dizlərinin üstündə durub ayağa qalxmaq istəyən zaman Ramil cibindən qatlanan bıçaq çıxarıb onun sol çiyin-kürək nahiyəsinə 2 dəfə zərbə vurmuşdur. Ramil onun çiyin nahiyəsindən qan axmasını görüb özü ondan uzaqlaşmış və çıxıb evə getmişdir. Həmin vaxt yanlarında heç kim olmamışdır. O, da ayağa durub yaşadığı ev istiqamətində getmişdir. O, Moruqoba kəndində Kamil adlı həmkəndlisinin evinin yanın çatanda görmüşdür ki, halı pisdir, özünü ıtırır. O, dərhal mobil telefonla Murad adlı həmkəndlisinə zəng edərək Ramil tərəfindən bıçaqlandığım demiş və yanma gəlməsini bildirmişdir. Murad da Gülbala adlı həmkəndlisi ilə təxminən 5 dəqiqə sonra onun yanına gəlmişdir. Onların köməyi ilə o yaşadığı evə getmişdir. Ertəsi gün isə Murad və Gülbala ilə birlikdə Xudat şəhərinə xəstəxanaya getmiş, həkimlər onun yarasına sarğı və tikiş qoyduqdan sonra da evə qayıtmışdır. Hadisə zamanı orada heç kim olmamış, aralarında olan mübahisəyə heç kim yığışmamış, yalnız Ramil və o həmin yerdə olmuşdur.O, Ramilə müqavimət göstər bilməmiş, çünki yerə yıxılmış, ayağa durmağa çalışmışdır. Ramil həmin anda onu bıçaqla vurmuş, o gözləmirmış kı, Ramil onu bıçaqla vuracaq. Ramil onu 2 dəfə bıçaqla vurandan sonra özü çıxıb getmiş, öz qanunsuz hərəkətlərini özü dayandırmışdır.Onların mübahisələri 1 dəqiqədən az vaxtda baş verib bitmişdir. Hadisə Ramilin yaşadığı evin qarşısında qanunsuz çəpələnmiş ərazinin içəri tərəfində baş vermişdir. Onun bıçaqlanması barədə özü əvəzinə xx.xx.2024- cü il tarixdə qardaşının arvadı olan X1 102 xidmətinə zəng edərək Ramil adlı şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə bıçaqlanmasım bildirməsinin səbəbi bunu necə edəcəyimi bilməməsi və Nigarın ona kömək məqsədilə bunu etməsi olmuşdur. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olduğu zaman Zərərçəkmiş şəxs mobil teleton vasitəsilə ona zəng edərək bıcaqla vurulduğunu bildirmişdir. O da yaşadığı evdən çıxaraq Mehdinin evlinə tərəf getmişdir. O, Mehdinin evlərinə az qalmış yolda onunla rastlaşmış və görmüşdür ki, əynindəki paltarın sol çiyin hissəsində qan ləkəri vardır. O Mehdini yaşadığı evə aparmışdır. Evdə Mehdinin əynindəki üst paltarlarını çıxartmış və Mehdinin çiyinindəki qan ləklərini təmizləmiş sonra yodla Mehdinin çiyninə surtmuş və leykoplastır yapışdırmışdır. Ertəsi gün isə o Mehdini Xudat şəhərinə xəstəxanaya aparmışlar, həkimlər ona ilkin tibbi yardım göstərmişlər və tikiş qoymuşlar sonra da evə qayıtmışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir, Təqsirləndirilən şəxs həmçinin onun qonşusudur. Hər ıkısı ilə münasibətləri yaxşıdır, aralarında heç bir ədavət olmamışdır. xx.xx.2024-cüıı tarixdə saat 19 radələrində yaşadığı evdə olduğu zaman Zərərçəkmiş şəxs mobil teleton vasitəsilə zəng edərək ona bildirmişdir ki, “Ramil ilə mən mübahisə etmişəm, deyəsən məni bıçaqla vurub, özümü yaxşı hiss eləmirəm, gəl bizə”. O da yaşadığı evdən çıxaraq Mehdisinin evinə tərəf getmişdir. Mehdigilin evlərinə az qalmış yolda Mehdi ıb rastlaşmış və görmüşdür ki, əynindəki paltarın sol çiyin hissəsində qan ləkləri vardır. O Mehdini yaşadığı evə aparmışdır. Evdə Mehdinin əynindəki üst paltarlarını çıxartmış və Mehdinin çiyinindəki qan ləklərini nəmli əski ilə təmizləmişdir. Qonşuluqda yaşayan Şahid2 zəng edərək Mehtigilə çağırmış və bint, yod gətirməsim bildirmişdir. Gülbala Mehdigilə gəlmiş və gətirdiyi yod məhlulunu Mehdinin çiyninə surtmuş və leykoplastır yapışdırmışdır. Həmin vaxt Mehdinin vəziyyəti normal imış, yəni o, masada oturmuşdur o Mehdiyə çay və su vermişdir. Bundan sonra o və Gülbala oradan çıxaraq öz yaşadıqları evə getmişlər. Ertəsi gün isə o və Gülbala ilə birlikdə Mehdini Xudat şəhərinə xəstəxanaya aparmışlar, həkimlər ona ilkin tibbi yardım göstərmişlər və tikiş qoymuşlar sonra da evə qayıtmışlar. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, hadisə olan günü qonşusu Murad ona zəng edərək Zərərçəkmiş şəxs bıcaqlandığını və onun ora gəlməsini bildirdi. O, da özü ilə oraya yod və bint aparmışdır. Murad onun gətirdiyi yodla Mehdinin çiyninə surtmuş və leykoplastır yapışdırmışdır. Ertəsi gün isə Mehdini Xudat şəhərinə xəstəxanaya aparmışlar, həkimlər ona ilkin tibbi yardım göstərmişlər və tikiş qoymuşlar. Sonra isə onlar evə qayıtmışlar. Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki,Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir, Təqsirləndirilən şəxs həmçinin onun qohumudur. Hər ikısı ilə münasibətləri yaxşıdır, aralarında heç bir ədavət olmamışdır. xx.xx.2024-cüıı tarixdə saat 19 radələrində yaşadığı evdə olduğu zaman qonşusu Murad mobil teleton vasitəsilə zəng edərək Zərərçəkmiş şəxs bıcaqlandığını ona bildirmiş və ona bint, yod götürərək Mehdigilə gəlməsini dedi. O da yaşadığı evdən çıxaraq Mehdinin yaşadığı evə getmişdir. Murad onun gətirdiyi yod məhlulunu Mehdinin çiyninə surtmuş və leykoplastır yapışdırmışdır. Bundan sonra o və Murad oradan çıxaraq öz yaşadıqları evə getmişlər. Ertəsi gün isə o və Murad ilə birlikdə Mehdini Xudat şəhərinə xəstəxanaya aparmışlar, həkimlər ona ilkin tibbi yardım göstərmişlər və tikiş qoymuşlar sonra da evə qayıtmışlar. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT X8 Şəxsin Xaçmaz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli 225 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilən xəsarətlər-sol çiyin və sol kürək nahiyələrinin deşilmiş-kəsilmiş yaraları deşici-kəsici alətin təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə olunmuş baxış keçirilməsi haqqında 17 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu bıçağı təqdim etdərək həmin bıçağa baxış keçirilmiş və müəyyən olunmuşdur ki, bıçaq qatlanan bıçaqdır, tiyə və qulp hissəsindən ibarəğdir. Bıçağın qulpu qara rəngdə,qara rəngdədir, dəmir materialdır. Bıçağın üzərində dəmir materialdandı. Bıçağın tiyə hissəsi isə qara rəngdədir, dəmir materialdır. Bıçağın üzərində hər-hansı firma loqosu, istehsalçı zavod və sair yazılmamışdır. Bıçağın qulp hissəsinin üzərində düymə kimi basılan hissə vardır, həmin düyməni sıxdıqda bıçaq açılır. Tiyə hissəsinin üzərində isə çox kiçik miqdarda qeyri-müəyyən formalı ləkələr vardır. İş materiallarında olan hadisə yerinə keçirilmiş 18 may 2024-cü il tarixli baxış protokolundan görünür ki, hadisə yeri Xaçmaz rayonu, Moruqoba kəndi ərazisində yerləşən orta məktəbdən, cənuba doğru 50 metr məsafədə yerləşən Təqsirləndirilən şəxs yaşadığı evinin qarşısında tel hasarla çəpərlədiyi torpaq sahəsidir. Hadisə yerinə baxılan zaman tək tək ağaclar olmaqla düz torpaq sahəsi olması müşahidə edildi. Cinayət işinin materiallarından görünür ki, 12 iyun 2024-cü il tarixdə Zərərçəkmiş şəxsnın ərizəsi əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan hadisə yerinə keçirilmiş 13 iyun 2024-cü il tarixli baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanan vaxtı əynində olmuş geyimlərindən bir ədəd uzunqol köynəyi istintaqa təqdim etmiş və həmin köynəyə baxış keçirilən zaman müəyyən olmuşdur ki, köynək uzun qolludur, sintetik materialdandır, boz rəngdədir. Köynəyin yaxası döyməlidir, üzərində və boyun nahiyyəsində «VAGONE» yazısı yazılmış etiket tikilmişdir.Köynəyin üzərində 2 ədəd deşilmiş-kəsilmiş zədə (dəlik) yeri vardır. Həmin zədənin ətrafında olmaqla səthində qeyri-müəyyən formalı qan ləkələrinə oxşar ləkələr var. Bundan başqa hər hansı mexaniki zədə (dəlik) yeri yoxdur. İş materiallarında olan məhkəmə-tibbi-kriminalistik və məhkəmə kriminalistik ekspertizasının 01,07.2024-cü il tarixli 279/2024-MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin sol qolunun və sol qolunun tikiş xətti üzərlərində olan 02(iki) ədəd dəlib-keçən zədələr müşahidə olundu. Bu zədələrin forma, xarakter və morfoloji əlamətlərinə görə demək olar ki. bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin(lərin) təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş Nəsrullayev Mehdi Minabəddin oğluna məxsus köynək üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin eksperimental zədələrlə müqayisəli təhlilinə əsasən demək olar ki, bu zədələrin təqdim edilmiş bıçağın tiyəsi və ya oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlərin) tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus köynəyin arxa səthinin nisbətən orta nahiyyəsində 01 ədəd, koftanın arxa səthinin nisbətən orta nahiyyəsində isə 02 ədəd dəlib-keçən zədələr müşahidə olundu. Bu zədələr deşilmiş-kgsilmiş zədələr olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alıtin(lərin) təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş Nəsrullayev Mehdi Minabəddin oğluna məxsus köynəyin arxa səthinin sol qol və sol qolun tikiş xətti üzərində aşkar edilmiş 02 (iki) ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin sol çiyin və kürək nahiyəsində olan yaraları ilə yerləşməsinə görə nisbi olaraq üst-üstə düşürlər. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı cib bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 404/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: A-beta/11// şəxsiyyəti təsdiq edən portal axtanş vərəqəsinin kserosurətinə əsasən/ Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti ABO sitemi üzrə tədqiq olunduqda A antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini də alındı. Beləklə, bu qan ləkələri A-beta/11/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim edilən 01 ədəd qatlanan cib bıçağı üzərində qan aşkar olunmadı. İş materiallarında olan maddi sübut kimi tanımaq haqqında 29 iyul 2024-cü il tarixli qərarından görünür ki, iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüş 1 ədəd qatlanan bıçaq və 1 ədəd uzunqol köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutlar saxlama yerinə təhvil vnrilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 02 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxsAzərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş başqa yerə qetməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 02 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Ləcət inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs sakit təbiətli, təvazökar, ünsiyyətçil bir şəxsdir. Qonşularla yaxşı münasibətdədir.Kənd camaatı arasında hörmətlə qarşılanır. Xoş xasiyyətlidir. Ümumiyyətlə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş sübutların qiymətləndirilməsi haqqında 05 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221 və 228-ci maddələri ilə cinayət təqibi başlanması rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(067)-177/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində məcburi gətirmə tədbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(067)-177/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində təkrar məcburi gətirmə tədbiq edilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)-43/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon Polis Şöbəsinin axtarışda olan şəxsin tutulması barədə 03 fevral 2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə Xaçmaz rayonunun Moruqoba kəndi ərazisində tutulmuşdur. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(067)-43/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatı təzələnmişdir. İş materiallarında olan Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən təstiq olunmuş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs barışmış və ona dəymiş ziyan tam ödənilib və onun Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai araşdırma orqanı təqsirləndirilən şəxsin əməlini Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin Qeyd hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətinin olmamasını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri ləğv edilərək, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar