Məhkəmə qərarları › İş №1(067)-44/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-44/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-44/2021 30.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, qanuni nümayəndəsi Qanuni nümayəndə3 Mövlud oğlunun və müdafəiçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs3, qanuni nümayəndəsi Qanuni nümayəndə1 və müdafəiçisi Müdafiəçi3 Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi Qanuni nümayəndə2 və müdafəiçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 2005-ci ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, müvəqqəti işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Ləcət kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx xxxxxx 2003-cü ildə Xaçmaz rayonu, Ləcət kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Ləcət kəndində qeydiyyatda olmaqla, Xaçmaz rayonu, Xudat şəhəri, Vidadi küçəsi, ev 5-də yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxx 2003-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, müvəqqəti işləməyən, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə küçəsi, ev 5, mənzil 2-də qeydiyyatda olmaqla yaşayan, barəsində nəzarət altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 Xaçmaz rayonu, Xudat şəhəri, Mərkəzi Malikanə küçəsi, ev 5, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 may 2020-ci il tarixdə saat 15 radələrində babası Zərərçəkmiş şəxs1 icarəyə götürüb anbar kimi istifadə etdiyi Xudat şəhər bazarı yaxınlığında yerləşən saxlanc yerinin arxa tərəfinə gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 özləri ilə gətirdiyi bıçaqla saxlanc yerinin arxa tərəfində olan pəncərənin şüşəsini çıxardıqdan sonra qanunsuz içəri daxil olaraq bir kiloqramlıq şüşə balonun içərisindən özgə əmlakı olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 5000 manat pul vəsaitini gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən 03 may 2020-ci il tarixdən 17 may 2020-ci il tarixədək olan müddət ərzində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə babası Zərərçəkmiş şəxs1 icarəyə götürüb anbar kimi istifadə etdiyi Xudat şəhər bazarı yaxınlığında yerləşən saxlanc yerinin qapısını özündə olan açarla açmaqla içəri daxil olaraq bir kiloqramlıq şüşə balonların içərisindən özgə əmlakı olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus xeyli miqdarda, yəni 23800 manat pul vəsaitini və 291,06 manat məbləğində 12600 rus rublunu ayrı-ayrı günlərdə vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs3 Xaçmaz rayonu, Ləcət kəndində yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 may 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 icarəyə götürüb anbar kimi istifadə etdiyi Xudat şəhər bazarı yaxınlığında yerləşən saxlanc yerinin arxa tərəfinə gəlmiş, bundan sonra Təqsirləndirilən şəxs2 həmin yerdə pusquda dayanıb gözləmiş, o, isə saxlanc yerinin arxa tərəfində olan pəncərədən içəri qanunsuz daxil olaraq bir kiloqramlıq şüşə balonun içərisindən özgə əmlakı olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 5000 manat pul vəsaitini gizli olaraq talamış, bununla da o, qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu, Ləcət kəndində yaşayan Təqsirləndirilən şəxs1 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 02 may 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 icarəyə götürüb anbar kimi istifadə etdiyi Xudat şəhər bazarı yaxınlığında yerləşən saxlanc yerinin arxa tərəfinə gələrək özləri ilə gətirdiyi bıçaqla saxlanc yerinin arxa tərəfində olan pəncərənin şüşəsini çıxardıqdan sonra Səbuhi Alxazovla birlikdə içəri qanunsuz daxil olaraq bir kiloqramlıq şüşə balonun içərisindən özgə əmlakı olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 5000 manat pul vəsaitini gizli olaraq talamışlar. Bundan başqa, o, təkrarən Xaçmaz rayonu, Xudat şəhəri, Vidadi küçəsi, ev 5-də yaşayan Təqsirləndirilən şəxs3 ilə birlikdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 19 may 2020-ci il tarixdə saat 19 radələrində Zərərçəkmiş şəxs1 icarəyə götürüb anbar kimi istifadə etdiyi Xudat şəhər bazarı yaxınlığında yerləşən saxlanc yerinin arxa tərəfinə gələrək pusquda dayanıb gözləmiş, Təqsirləndirilən şəxs3 isə saxlanc yerinin arxa tərəfində olan pəncərədən içəri qanunsuz daxil olaraq bir kiloqramlıq şüşə balonun içərisindən özgə əmlakı olan Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus 5000 manat pul vəsaitini gizli olaraq talamışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, anası Sevinc və ögey atası Novruzla birlikdə Xaçmaz rayonu, Ləcət kəndində yaşayır. O, Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbində doqquzuncu sinifədək təhsil almış, sonra isə təhsilini davam etdirməyib məktəbdən çıxmışdır, hal-hazırda oxumur və işləmir. O, uşaq olarkən atası Mənsur anasından ayrılmış, sonradan anası Xaçmaz rayonu, Ləcət kəndində yaşayan Novruzla evlənmişdir. O, 10 yaşınadək anasının yanında qalmışdır. Ögey atası Novruz mütəmadi olaraq spirtli içki qəbul edərək evə gəlib onunla yaxşı rəftar etməmiş, ona görə də babası Əlirza onu Xudat şəhərinə öz evinə aparıb yanında saxlamışdır. X11 şəhər bazarında meyvə-tərəvəz alıb-satmaqla məşğul olaraq Teyyub adlı şəxslə şərik işləmişdir. Teyyub rayonlara gedib meyvə-tərəvəz alıb gətirmiş, babasıda Teyyubun alıbgətirdiyi meyvə tərəvəzi Xudat şəhər bazarında satmışdır. O, özü də tez-tez Xudat şəhər bazarına gedib babasına kömək göstərmişdir. Xudat şəhər bazarının arxa tərəfində olan mişar daşından inşa edilmiş tikilini babası anbar kimi istifadə etmiş və həmin anbarda alıb gətirdikləri meyvə-tərəvəzi və boş taraları saxlamışdır. Babası anbarın giriş qapısını asma qıfılla bağlamış və qıfılın açarından birini ona vermişdir. Anbarın giriş qapısından daxil olduqda həmin yerdə babası meyvə-tərəvəz saxlamış, ondan sonra əlavə bir qapı olmuş, həmin qapının üstündə asma qıfıl olsa da bağlanmamış və babası qıfılı qapının üstünə keçirsə də bağlamamışdır. İkinci qapıdan içəri daxil olduqda isə həmin yerə babası boş taraları yığıb saxlamışdır. Nəyisə götürmək lazım olanda o, özüdə babasının verdiyi açarla anbarın qapısında olan asma qıfılı açıb içəri daxil olmuşdur. O, Xudat şəhərində yaşayan Təqsirləndirilən şəxs2 2020-ci ilin yanvar ayından, Şahid2 təxminən bir il, Xaçmaz rayonu, Ləcət kəndində yaşayan Təqsirləndirilən şəxs3 isə təxminən 5-6 il olarkı tanımışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin aprel ayının axırları olardı babası aldığı soğanı gətirib anbara boşaltmış, o, da babasının alıb gətirdiyi soğanı boş taralara yığmışdır. Həmin vaxt Əmrahda gəlib ona köməklik göstərmişdir. Soğanı yığmaq üçün boş tara lazım olmuş və Əmrahla birlikdə taraların yığıldığı yerə gedib boş tara götürmək istəyəndə o, boş şüşə balonların yığıldığı yerdə sellofan torba görmüş və həmin sellofan torbanı götürüb baxanda görmüşdür ki, içərisində heç nə yoxdur. Sonra Əmrah orada olan ikinci sellofan torbanı götürəndə görmüşlər ki, içərisində iplə bağlanmış pullar var. Əmrah pulları görüb ona demişdir ki, gəl iplə bağlanmış pullardan birini götürüb gedək. O, Əmraha lazım deyil deyib onun təklifi ilə razılaşmamışdır. Bundan sonra onlar boş taralar götürüb soğanları yığmışlar və Əmrah ona demişdir ki, o, pul götürmək istəyir. O, etiraz etməmiş və Əmrah gedib iplə bağlanmış pulun bir bükümünü götürərək ondan ayrılıb getmiş, o, da anbarın qapısını bağlayıb Xudat şəhərinə babasının yaşadığı evə gəlmiş və Əmrahın anbardan pul götürməsi barədə babasına heç bir söz deməmişdir. 02 may 2020-ci il tarixdə Xudat şəhər bazarında olarkən Binyaz gəlib ondan 10 manat pul istəmiş, o, da ona pulu olmadığını bildirmişdir. Həmin vaxt yanlarında olan Əmrah ona demişdir ki, gedib anbara daxil olub babasına məxsus puldan götürsünlər. O, əvvəlcə Əmrahla razılaşmamış və ondan anbardan götürdüyü pulları nə etdiyini soruşduqda «heç nə» deməklə cavab vermişdir. Yemək almaq üçün pulu olmadığına görə sonradan o, Əmrahla razılaşmış və anbarın qapısının açarı onda olmadığına görə piştaxtanın üstündə olan bıçağı götürüb Əmraha demişdir ki, gedək anbarın şüşəsini çıxarıb içəri daxil olaq və pul götürüb özümüz üçün yemək alaq. Əmrah onunla razılaşmış və onlar birlikdə anbarın arxa tərəfinə gəlmişlər. O, bıçağı Əmraha vermiş, sonuncuda bıçaqla anbarın arxa tərəfində olan pəncərəyə vurulmuş mismarları çıxarmışdır. Sonra pəncərənin şüşəsini çıxarmaq istəyəndə sınmış və o, həmin yerdən içəri daxil olub sellofan torbanı açaraq içərisində olan bükümlərin birindən bir ədəd 100 manatlıq əskinas götürmüş və geridə pəncərədən bayıra çıxaraq Əmrahın yanına gəlmişdir. Bundan sonra Əmrahla birlikdə mağazaya gedib özləri üçün su və şirniyyat almışlar. Bir neçə gün keçdikdən sonra Xudat şəhər bazarında olduğu zaman Ramik onun yanına gəlib ondan 20 manat borc pul istəmiş, o, da Ramikə demişdir ki, gözlə gəlirəm. Bundan sonra özündə olan açarla anbarın qapısının üstündə olan qıfılı açıb içəri daxil olmuş və sellofan torbanı açıb bükümlərin birindən 100 manat götürüb geri Ramikin yanına qayıdaraq Ramikə demişdir ki, «Ləzginka» kafesinə gedib çay içsinlər. Ramik onunla razılaşmış və o, şirniyyat almaq üçün mağazaya getmiş, Ramik isə bazarda dayanıb gözləmişdir. O, mağazadan şirniyyat alıb geri qayıtmış və onlar birlikdə bazar ərazisində olan «Ləzginka» kafesinə gedib şirniyyatla çay içmişlər. Təxminən iki saata yaxın Ramiklə birlikdə kafedə olmuşlar, sonra o, içdikləri çayın hesabını ödəmiş və cibindən çıxarıb Ramikə 15 manat pul vermişdir. Ramik də 15 manatı götürmüş və ondan ayrılıb getmişdir. Həmin vaxt Ramikə pulu haradan götürməsi barədə heç bir söz deməmiş və sonuncunun özünün də bu barədə məlumatı olmamışdır. İki-üç gün keçdikdən sonra Ramik Xudat şəhər bazarına gəlib onunla görüşmüşdür. Sonra o, gedib anbarın qapısını özündə olan açarla açıb içəri daxil olaraq sellofan torbada olan bükümlərin birindən 100 manat götürüb bayıra çıxmış və anbarın qapısını bağlayıb Ramikin yanına gəlmişdir. Bir qədər keçdikdən sonra o, zəng vurub Elmanı, Binyazı, Namiki çağırmış və təxminən 15-20 dəqiqə keçdikdən sonra Namik, Elman, Binyaz Xudat şəhər bazarına onların yanına gəlmişlər və o, onlara demişdir ki, birlikdə «Qala» restoranına gedib çay içsinlər. Onlar etiraz etməmişlər və birlikdə onlar Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən «Qala» çay evinə getmişlər. «Qala» çay evində olarkən o, çay, şirniyyatlar, dönər almış və hesabıda özü ödəmişdir. Sonra onlar restorandan çıxmışlar və Ramik onlardan ayrılıb getmişdir. Üç-dörd gün keçdikdən sonra Ramik yenidən gəlib onunla görüşmüş və o, Ramikə demişdir ki, birlikdə anbara getsinlər, o, pul götürsün. Ramik onunla birlikdə anbarın qarşısına gəlmiş və o, özündə olan açarla anbarın giriş qapısını açıb içəri daxil olanda Ramikin arxasınca gəldyini görüb ona demişdir ki, sən gəlmə. Ramik isə onun arxasınca içəri gəlmiş və o, şüşə balonun içərisində olan bükümlərin birindən 100 manat pul götürmüşdür. Ramik bunu görüb ondan götürdüyü pulun kimə məxsus olduğunu soruşduqda demişdir ki, babası özünə məxsus pulları burada saxlayır, o, da həmin pullardan götürüb xərcləyir. Onlar anbardan çıxıb birlikdə Xudat şəhər bazarı ərazisində olan «Ləzginka» kafesinə getmişlər. Kafedə olarkən o, çay, şirniyyat almış və hesabıda özü ödəmişdir. Bundan başqa 2020-ci ilin may ayının əvvəllərində tanıdığı Namik gəlib Xudat şəhər bazarında onunla görüşmüş və söhbət zamanı o, Namikə demişdir ki, babası öz pullarını anbarda saxlayır, birlikdə getsinlər, o, anbara daxil olub pul götürsün, sonra birlikdə gedib yemək yesinlər. Namik onunla razılaşmayıb demişdir ki, sonra baban bilib şikayət edər, o, onunla getmir. O, da Namikə demişdir ki, bir dəfə Əmrahla birlikdə anbara daxil olub pul götürmüşlər, o, narahat olmasın, heç nəyin ona aidiyyəti yoxdur, özü anbara daxil olub pul götürəcəkdir, babası onun pul götürməsinə icazə verir, o, onunla birlikdə gəlsin. Namik ona inanmış və onlar birlikdə anbarın qarşısına getmişlər. O, özündə olan açarla anbarın giriş qapısını açıb içəri daxil olarkən Namikə demişdir ki, sən burada dayanıb gözlə, indi qayıdıb gəlirəm. Namik anbarın giriş qapısının yanında dayanıb gözləmiş, o, isə içəri gedib bükümlərin birindən 100 manat götürərək qayıdıb Namikin yanına gəlmiş və ona demişdir ki, anbardan 100 manat pul götürmüşdür. Bundan sonra onlar birlikdə əvvəlcə Xudat şəhəri, M.F.Axundov küçəsində olan mağazaya gedib şirniyyat almışlar, sonra isə bazar ərazisində olan «Ləzginka» kafesinə gedib aldıqları şirniyyatla çay içmişlər. Təxminən 30 dəqiqə Namiklə birlikdə kafedə olmuşlar, sonra isə kafedən bayıra çıxmışlar. Kafedən çıxanda o, Namikə 21 manat pul verib demişdir ki, anabara daxil olub istədiyi qədər babasının anbarda saxladığı puldan götürərək xərcləyir, 21 manatı o, götürsün, istədiyi bir şey olarsa özü üçün alsın. Namikdə 21 manatı götürmüş və ondan ayrılıb getmişdir. Səhəri gün Namik Xudat şəhər bazarına gəlib onunla görüşmüş və o, Namikə demişdir ki, birlikdə anbara getsinlər, o, pul götürsün. O, özündə olan açarla anbarın giriş qapısını açıb içəri daxil olmuş, Namik isə içəri daxil olmayaraq qapının qarşısında dayanıb gözləmişdir. O, bükümlərin birindən 100 manat pul götürmüş və qayıdıb Namikin yanına gələrək ona demişdir ki, anbardan 100 manat pul götürmüşdür. Onlar qayıdıb bazara gəlmişlər, sonra onların yanına tanışı Elman gəlmiş və üçü bir yerdə «Ləzginka» kafesinə gedib çay içmişlər. Hesabı özü ödəmiş və çay içib kafedən çıxandan sonra Namiklə Elman ondan ayrılıb getmişlər. Sonrakı günlərdə Namiki görməmiş və iki-üç gün keçdikdən sonra Namik Xudat şəhər bazarına gəlib onunla görüşmüşdür. Həmin vaxt Elmanda onun yanında olmuşdur. Elman ondan ayrılıb gedəndən sonra Namikə demişdir ki, birlikdə anbara getsinlər, o, pul götürsün. Onlar birlikdə anbarın qarşısına getmişlər, o, özündə olan açarla anbarın giriş qapısını açıb içəri daxil olmuş və bükümlərin birindən 50 manat pul götürüb geri Namikin yanına qayıtmışdır. Sonra o, anbarın giriş qapısını bağlamış və onlar birlikdə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən «Qala» çay evinə getmişlər. Sonra onların yanına Elman, Raul, Ramik gəlmişlər və onlarda onlarla bir stol arxasında oturub çay içmişlər. Hesabı o, özü ödəmiş və çayxanadan çıxandan sonra o, onlardan ayrılıb evə getmişdir. 2020-ci ilin may ayında o, özüdə müxtəlif günlərdə özündə olan açarla anbarın qapısını açıb içəri daxil olaraq müxtəlif məbləğlərdə pullar götürüb xərcləmişdir. Babasının anbarda saxladığı puldan hansı məbləğdə götürüb xərclədiyini dəqiq xatırlamır. Ancaq babasının anbarda saxladığı puldan götürüb özünə 450 manata bir ədəd «Xiomi Redmi 8», 165 manata bir ədəd «Samsung A5», 65 manata bir ədəd «Samsung C1» markalı mobil telefonlar və geyim əşyaları almışdır. Sonradan «Xiomi Redmi 8» markalı mobil telefonu Ramikə vermiş, sonuncuda əvəzində özünə məxsus «Samsung A10» markalı mobil telefonu ona vermişdir. Babasının «Samsung A10» markalı mobil telefonu onda görüb haradan və hansı pula əldə etdiyini soruşacağından ehtiyyat etmiş, bu səbəbdən də həmin mobil telefonu Ləcət kəndində yaşayan Turala verib demişdir ki, özündə saxla, istəyəndə qaytarıb verərsən. Tural mobil telefonu saxlaması üçün ona verməsinin səbəbini soruşmuş, o, da ona demişdir ki, belə lazımdır, səndə qalsın, sonra qaytarıb verərsən. Tural başqa bir söz demədən mobil telefonu ondan götürmüşdür. Həmin mobil telefon isə hal-hazırda babasındadır. Anbardan ayrı-ayrı günlərdə müxtəlif məbləğlərdə pul götürdüyünə görə dəqiq məbləğini xatırlamır. O, babasına məxsus puldan oğurlayıb Binyazada geyim əşyaları almış və onlar tez-tez restorana gedib yemək yemişlər. Hər dəfə də restoranda yemək yeyərkən müxtəlif məbləğlərdə hesab ödəmişdir. Xərclədiyi bütün pullar babasına məxsus olmuş, həmin pulları babası Xudat şəhərində olan anbarda saxlamış, o, da xərclədiyi bütün pulları anbardan oğurlamışdır. Sonradan bilmişdir ki, Əmrahla Binyaz da ondan xəbərsiz anbara daxil olub babasına məxsus puldan oğurlamışlar. Ancaq o, Əmrahla Binyazın hansı məbləğdə pul oğurladıqlarını bilməmişdir. 2020-ci ilin may ayında o, özü müxtəlif günlərdə özündə olan açarla anbarın qapısını açıb içəri daxil olaraq müxtəlif məbləğlərdə pullar götürüb xərcləmişdir. Bundan başqa Əmrahla Bünyazda ondan xəbərsiz anbara daxil olub babasına məxsus pullardan oğurlamışlar. O, anbardan nə qədər, yəni hansı məbləğdə pul oğurladığını və anbarda nə qədər pul qaldığını dəqiq bilməmişdir. Birinci və ikinci dəfə anbara daxil olarkən Ramikə anbarda pul olması və anbardan pul götürməsi barədə heç bir söz deməmiş, Ramik özüdə onun nəyə görə anbara daxil olduğunu bilməmişdir. Üçüncü dəfə anbara daxil olub 100 manat pul götürməsini Ramik görmüş və həmin vaxt o, ona demişdir ki, həmin pul babasına məxsusdur, anbarda saxlayır, o, da götürüb xərcləyir. İlk ifadəsində Ramikə 300 manat pul verməsi barədə göstərdikləri düz deyildir. O, Ramikə 300 manat pul verməmişdir. O, ancaq bir dəfə Ramikə 15 manat pul vermişdir. 2020-ci ilin may ayının əvvəllərində Namik ondan pul istəməmişdir. Namik bilmişdir ki, anbarda olan pullar onun babasına məxsusdur. Ancaq Namik onun babasına məxsus pulları oğurladığını bilməmişdir. O, Namikə demişdir ki, babası anbarda saxladığı puldan onun götürüb xərcləməsinə icazə verir. Namikdə elə bilmişdir ki, o, anbardan babasının razılığı ilə pul götürüb xərcləyir. İlk ifadəsində Namikə 250 manat pul verməsi barədə göstərdikləri düz deyildir. O, Namikə 250 manat pul verməmişdir. O, ancaq bir dəfə Namikə 21 manat pul vermişdir. O, anbardan rus rublu oğurlamamışdır. O, anbardan ayrı-ayrı günlərdə müxtəlif məbləğlərdə Azərbaycan manatı oğurlamışdır. O, sonuncu dəfə 17 may 2020-ci il tarixdə anbarın qapısını açıb içəri daxil olaraq pul oğurlamışdır. Həmin vaxt nə qədər pul oğurladığını isə xatırlamır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 22 iyun 2021-ci il tarixli növbəti məhkəmə baxış iclasında məhkəmədən icazə alaraq ayağa durub həqiqəti demək istədiyini bildirərək babası Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birgə icarəyə götürüb anbar kimi istifadə etdiyi Xudat şəhər bazarı yaxınlığında yerləşən saxlanc yerinə X4 və X7 ilə ayrı-ayrılıqda deyil birlikdə getdiklərini, birinci dəfə 500 manat, 2-ci dəfə 100 manat, 3-cü dəfə 100 manat, 4cü dəfə 1000 manat, 5-ci dəfə 500 manat və 6-cı dəfə 700 manat olmaqla həmin şəxslərlə 6 dəfə birlikdə oğurluq etməklə ümumilikdə 2900 manat pul oğurladıqlarını, pulun bir çox hissəsini birlikdə xərclədiklərini, oğurluğa getdikləri vaxt bir neçə dəfə gələn olsa xəbər verməsi üçün Ramiqi bayırda gözlədərək Namiqlə birlikdə içəri daxil olmasını, bir neçə dəfə isə Namiqi bayırda gözlədərək Ramiqlə içəri daxil olaraq pul götürmələrini, Əmrahla oğurluğa 2 dəfə getməsini, birinci dəfə birlikdə 200 manat götürərək xərcləmələrini, Əmrah ona anasının xəstə olmasına görə 10000 manat pul lazım olmasını deyərək təkid etməsinə görə 2-ci dəfə yenə birlikdə gedərək birlikdə içəri daxil olaraq 10000 manat pul götürmələrini və həmin pulu Əmrahın anasının müalicəsi üçün aparmasını bildirdi. Həmin vaxt məhkəmə zalında olan və Təqsirləndirilən şəxs1la yanaşı əyləşmiş Təqsirləndirilən şəxs2 Səbuhiyə durub qulağının dibinə bir şapalaq vuracağını dedi, Səbuhi isə bu sözdən sonra bildirdi ki, əvvəlki qaydada ifadə verməsi üçün Əmrahın onun və digər uşaqların arasında söyüş qoymasını, lakin bu gün bir məsələyə görə həmin söyüşü aradan götürmələrinə görə hər şeyi düzgün danışmasını və Əmraha həqiqətən də sonuncunun anasının müalicəsi üçün birlikdə 10000 manat pul götürmələrini bildirdi. Təqsirləndirilən şəxs1 ilə Şahid1 Elşən oğlu və Şahid2 arasında məhkəmə baxış iclasında keçirilən üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 ayrı-ayrılıqda deyil birlikdə oğurluğa getmələrini, birinci dəfə 500 manat, 2-ci dəfə 100 manat, 3-cü dəfə 100 manat, 4cü dəfə 1000 manat, 5-ci dəfə 500 manat və 6-cı dəfə 700 manat olmaqla Şahid1 Elşən oğlu və Şahid2 ilə 6 dəfə birlikdə oğurluq etməklə ümumilikdə 2900 manat pul oğurladıqlarını, pulun bir çox hissəsini birlikdə xərclədiklərini, oğurluğa getdikləri vaxt bir neçə dəfə gələn olsa xəbər verməsi üçün Ramiqi bayırda gözlədərək Namiqlə birlikdə içəri daxil olmasını, bir neçə dəfə isə Namiqi bayırda gözlədərək Ramiqlə içəri daxil olaraq pul götürmələrini hər iki şahidin üzünə dedi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.1və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, anası Suzana ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Vidadi küçəsi, ev 5-də yaşayır. Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbinin 11-ci sinfində oxuyur. Anası Suzana hələ o, uşaq olarkən atası Fariddən ayrılmışdır. Anası atasından ayrıldıqdan sonra o, əvvəlcə anasının yanında qalmış, 11-12 yaşı olanda isə Xaçmaz rayonu, Ləcət kəndinə gedib atası ilə yaşamışdır. 18 mart 2020-ci il tarixdə atası Farid xəstəlikdən vəfat etmiş və o, yenidən Xudat şəhərinə gəlib anası Suzananın yanında qalmışdır. O, Təqsirləndirilən şəxs1 təxminən 6-7 il olarkı tanıyır. Xudat şəhərində tez-tez Səbuhi ilə görüşmüş və sonuncu ilə yaxın münasibəti olmuşdur. Səbuhinin X11 şəhər bazarında meyvə-tərəvəz satmaqla məşğul olmuş, Səbuhidə bazara gedib babasına kömək göstərmişdir. Səbuhi tez-tez zəng vurub onu Xudat şəhər bazarı yaxınlığında olan «Lider» kafesinə çağırmış, o, da gedib kafedə Səbuhi ilə görüşüb çay içmişdir. Həmin vaxt Səbuhinin yanında Elman, Namik, Ramik adlı tanışları da olmuşlar. Kafedə nə yeyib-içsələr hesabı Səbuhi özü ödəmişdir. Elə günlər də olmuşdur ki, kafedə yemək yedikdən sonra Səbuhi 100 manat, elə günlər də olmuşdur ki, 200 manat hesab ödəmiş, masa xidmətçisinə isə 50 manat pul vermişdir. Nə vaxt kafedə yemək yesələr hesabı Səbuhi özü ödəmişdir. İlk vaxtlar Səbuhinin pulu haradan əldə etdiyini bilməmiş, Səbuhidən xərclədiyi pulu haradan aldığını soruşduqda isə demişdir ki, babasına kömək göstərir, babası da göstərdiyi köməyin əvəzində ona xərcləməsi üçün pul verir. O, əvvəlcə Səbuhiyə inanmışdır. 02 may 2020-ci il tarixdə təxminən saat 14:30 radələrində Xudat şəhərində tanıdığı Əmrahla görüşmüş və onlar gəzə-gəzə Xudat şəhər bazarına gələndə görmüşlər ki, Səbuhi bazarda limon satır. Səbuhi ilə görüşəndə təxminən saat 15 radələri olardı. Həmin vaxt Səbuhi Əmrahla söhbət etdikdən sonra ondan xahiş etmişdir ki, o, bazarda qalıb piştaxtanın üstündə olan limonları satsın, onların işləri var, gedib tez də gələcəklər, qayıdıb gələndə o, onun zəhmət haqqını verəcəkdir. O, Səbuhi ilə Əmrahın hara getdiklərini bilməmiş və onunla razılaşmışdır. Səbuhi piştaxtanın üstündə olan bıçağı götürüb Əmrahla birlikdə getmişdir. Təxminən 40-50 dəqiqə keçdikdən sonra Səbuhi ilə Əmrah birlikdə qayıdıb onun yanına gəlmişlər. Səbuhi piştaxtanın arxasına keçib cibindən pul çıxarmış və o, baxanda görmüşdür ki, hamısı 100 manatlıq əskinaslardır və orta hissədən iplə bağlanıb. Səbuhi bir ədəd 100 manatlıq əskinası çəkib digər pullardan ayırdıqdan sonra bütün pulları qaytarıb cibinə qoymuş və 100 manatlıq əskinası Əmraha verib demişdir ki, özü bazarda qalıb satdığı meyvəyə nəzarət edəcəkdir, onlar mağazaya gedib şirniyyat, meyvə şirəsi, ayran, dönər, konfet, pendir, çörək alıb onun yanına gəlsinlər. Onlar etiraz etməmişlər və Əmrah 100 manatlıq əskinası Səbuhidən götürmüş və onlar birlikdə yaxınlıqda olan mağazaya getmişlər. Mağazada olarkən Əmrah çörək, pendir, meyvə şirəsi, sular, ayran, dönər, banan, konfet almış və onlar qayıdıb bazara Səbuhinin yanına gəlmişlər. Mağazada Əmrahın nə qədər pul xərclədiyini o, bilməmiş və bazarda olarkən Əmrah pulun qalığını qaytarıb onun yanında Səbuhinin özünə vermiş, Səbuhidə onlar gedəndən sonra piştaxtanın arxasında dayanıb limon satdığına görə ona 10 manat pul vermişdir. Onlar Səbuhinin yanında dayanıb mağazadan aldıqları şirniyyatları, dönəri, bananı yemişlər, suları isə içmişlər. Təxminən bir saata yaxın vaxt keçdikdən sonra Əmrahla birlikdə Səbuhidən ayrılıb evə getmişlər. Sonrakı günlərdə o, yenədə Səbuhi ilə görüşmüş və onlar birlikdə kafeyə gedib çay içmişlər. 2020-ci ilin may ayının ortalarında Səbuhi ilə görüşərkən sonuncu ona demişdir ki, onunla birlikdə Xudat şəhər bazarına getsin, o, özü üçün paltar almaq istəyir. O, etiraz etməmiş və onlar birlikdə Xudat şəhər bazarına getmişlər. Səbuhi ilə bazarda geyim əşyaları satılan yerdə gəzib baxarkən Səbuhi özü üçün köynək, şalvar, ayaqqabı, onun üçün bir ədəd qara rəngli uzunqol köynək almış və ona demişdiri ki, özü üçün aldığı paltarları o, aparıb evdə saxlasın, Ləcət kəndinə gedəndə gəlib götürəcəkdir. O, bunun səbəbini Səbuhidən soruşmamış və onun özü üçün aldığı geyim əşyalarını götürüb yaşadığı evə aparmışdır. Həmin gün axşam saatlarında Səbuhi onun yaşadığı evin qarşısına gəlib özü üçün aldığı geyim əşyalarını istəmiş, o, gətirib həmin geyim əşyalarını onun özünə vermiş və Səbuhi özü üçün aldığı geyim əşyalarını götürüb getmişdir. 19 may 2020-ci il tarixdə Xudat şəhərində dostu Əsgərxanlar görüşərkən sonuncu ondan 500 manat borc pul istəmişdir. O, Əsgərxana pulu olmadığını bildirmiş, ancaq Əsgərxanla yaxın münasibəti olduğuna görə istəmişdir ki, ona köməklik göstərsin. Həmin gün Xudat şəhərində Əmrahla görüşərkən ona demişdir ki, pula ehtiyacı var, ona borc pul versin. Əmrahda ona demişdir ki, həmişə Səbuhidə pul olur, ondan istəsə borc verər. Əmrahdan Səbuhinin pulu haradan əldə etdiyini soruşduqda demişdir ki, Səbuhinin babası pulunu bazarda olan anbarda saxlayır, Səbuhidə istədiyi vaxt anbara daxil olaraq babasının pulundan götürüb xərcləyir. Əmraha demişdir ki, ona 1000 manatdan çox pul lazımdır, Səbuhidən həmin məbləğdə pulu istəsə o, həmin məbləğdə pulu ona verməz, onsuzda Səbuhi hər gün oradan pulları götürüb xərcləyir, pulun olduğu yeri ona göstərsin, özü daxil olub oradan pul götürəcəkdir. Əmrah hal-hazırda həmin yerdə pul olub-olmadığını bilmədiyini, ancaq bir dəfə 02 may 2020-ci il tarixdə Səbuhi ilə birlikdə pəncərədən anbarın içərisinə daxil olduqlarını və Səbuhinin boş şüşə balonun içərisindən pul götürməsini gördüyünü deyərək bildirmişdir ki, anbara daxil olmaq onluq deyil, pulun olduğu yeri ona göstərəcək, özü daxil olub pul götürər. O, Əmrahla razılaşmış və 19 may 2020-ci il tarixdə təxminən saat 19 radələrində Əmrahla birlikdə Xudat şəhər bazarında olan anbarın arxa tərəfinə gəlmişlər və Əmrah pulların olduğu yeri ona başa saldıqdan sonra o, başa düşmüşdür ki, pullar yerdə olan bir kiloqramlıq şüşə balonların içərisindədir. O, anbarın arxa tərəifndə olan pəncərədən içəri daxil olmuş, Əmrah isə içəri daxil olmayaraq bayrıda dayanıb gözləmişdir ki, gələn olsa ona bildirsin. O, anbarın içərisinə daxil olduqdan sonra axtarıb şüşə balonları tapmış və baxanda görmüşdür ki, yerə düzülmüş bir kiloqramlıq şüşə balonların üstünə üç kiloqramlıq şüşə balonlar qoyulub. O, üç kiloqramlıq şüşə balonları qaldırıb baxanda görmüşdür ki, bir kiloqramlıq balonlardan ikisinin içərisində Azərbaycan manatı, digər bir kiloqramlıq şüşə balonun içərisində isə rus rublu var. O, bir kiloqramlıq şüşə balonun içərisində olan pul bükümünü götürüb digər balonların içərisində olan pulları sayanda görmüşdür ki, balonlardan birinin içərisində 1200 manat, digərinin içərisində isə 7400 rus rublu var. O, 1200 manatı və 7400 rus rublunu götürməmiş və pəncərədən bayıra çıxıb Əmrahın yanına gəlmişdir. Əmrah ondan nə qədər pul götürdüyünü soruşduqda yalandan ona 400 manat götürdüyünü demiş və onlar piyada gəzə-gəzə Xudat şəhərində olan körpünün alt hissəsinə gəlmişlər. Həmin yerdə anbardan oğurladığı pulu cibindən çıxarıb baxanda görmüşdür ki, hamısı 100 manatlıq əskinaslardır və üst-üstə qoyularaq orta hissədən iplə bağlanıb. O, oğurladığı pulu sayanda görmüşdür ki, 5000 manatdır. Əmraha anbardan 5000 manat pul oğurladığını bildirərək ona demişdir ki, həmin pulun 2500 manatını özünə götürəcək, 500 manatını Əsgərxan adlı dostuna borc olaraq verəcək, 2000 manatı onun payına düşür, necə istəyirsə elədə istifadə edər. Əmrahda ona demişdir ki, onun payına düşən pulu birlikdə xərcləyərlər. O, Əmrahla razılaşmış və onlar əvvəlcə onun yaşadığı evə gəlmişlər, o, paltarını dəyişdikdən sonra payına düşən 2500 manat pulu kağız qutunun içərisinə qoyaraq yaşadığı evin həyətində qazılmış quyunun içərisində gizlətmişdir. Əmrahla birlikdə Xudat şəhərində gəzərək sonuncunun payına düşən 2000 manat pulu kafelərdə, restoranda və başqa yerlərdə xərcləmişlər, 500 manatı isə borc olaraq dostu Əsgərxana vermişdir. Əsgərxan ona verdiyi pulu haradan əldə etdiyini ondan soruşmamış, o, da bu barədə ona heç bir söz deməmişdir. Sonrakı günlərdə o, öz payına düşən puldanda 68 manat xərcləmiş, 2432 manatını isə həyətlərində olan quyunun içərisində gizlədib saxlamışdır. Üç-dörd gün keçdikdən sonra o, eşitmişdir ki, Əlirza anbarda saxladığı pullarının oğurlandığını bilib və bu barədə polisə şikayət edib. Sonra o, Xudat PB-nə dəvət olunduğuna görə Xudat polis bölməsinə gəlmişdir. Xudat PB-də etiraf edərək bildirmişdir ki, 19 may 2020-ci il tarixdə Xudat şəhər bazarında olan anbara daxil olaraq 5000 manat pul oğurlamışdır. Sonra o, Xaçmaz RPŞ-nə dəvət olunub izahat verdikdən sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evin həyətinə getmiş və həyətdə olan quyunun içərisində gizlədib saxladığı 2432 manat pulu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin pul sənədləşdirmə aparılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Əsgərxana 500 manat pulu borc olaraq vermişdir. Həmin vaxt o, Əsgərxana pulu haradan əldə etdiyini deməmiş, Əsgərxanın özünündə onun həmin pulu oğurluq yolu ilə əldə etməsindən məlumatı olmamışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, valideynləri ilə birlikdə Xudat şəhəri, Mərkəzi Malikanə ev 5, mənzil 2-də yaşayır. Xudat şəhər 1 saylı tam orta məktəbin 11-ci sinfini bitirmişdir. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin mart və ya aprel ayı olardı. Xudat şəhərində sinif yoldaşı Namiklə rastlaşarkən görmüşdür ki, sonuncunun yanında bir cavan oğlan var. Namik onu yanında olan oğlanla tanış edərək həmin oğlanın adının Səbuhu olduğunu və dost olduqlarını bildirmişdir. Həmin gündən sonra o, Səbuhini tanımış və rastlaşanda onlar salamlaşmışlar. Sonradan bilmişdir ki, Səbuhinin X11 şəhər bazarında meyvə-tərəvəz satmaqla məşğul olur, Səbuhidə bazara gedib babasına kömək göstərir. Namikin tez-tez Xudat şəhər bazarına gedib Səbuhi ilə görüşdüyünü bildiyi üçün o, özüdə aradabir Xudat şəhər bazarına gedib Namik və Səbuhi ilə görüşmüşdür. 2020-ci ilin aprel ayının axırlarında Namikə zəng vurub harada olduğunu soruşduqda demişdir ki, bazarda Səbuhinin yanındadır. O, Xudat şəhər bazarına gələndə görmüşdür ki, Namiklə Səbuhi yerə tökülmüş soğanı taralara yığırlar. Namik gəlib onlara köməklik göstərməsini bildirmiş, o, da gəlib onlara köməklik göstərib taralara soğan yığmış, sonra isə onlardan ayrılıb getmişdir. Sonrakı günlərdə Səbuhi ilə görüşəndə sonuncu onu, Namiki və başqa tanışlarını Xudat şəhərində olan çayxanalara aparıb onlar üçün çay, bahalı şirniyyatlar almışdır. Səbuhidən xərclədiyi pulu haradan aldığını soruşduqda isə demişdir ki, babasına köməklik göstərir, babasıda göstərdiyi köməkliyin əvəzində ona xərcləməsi üçün pul verir. O, əvvəlcə Səbuhiyə inanmışdır. 02 may 2020-ci il tarixdə təxminən saat 14:30 radələrində Xudat şəhərində tanıdığı Binyazla görüşmüş və onlar gəzə-gəzə Xudat şəhər bazarına gələndə görmüşlər ki, Səbuhi bazardadır. Səbuhi ilə görüşəndə təxminən saat 15 radələri olardı. Həmin vaxt Səbuhi ona demişdir ki, babası öz pullarını anbarda saxlayır, babası anbarın açarını ona vermişdir və babası anbarda saxladığı puldan onun götürüb xərcləməsinə icazə verir, birlikdə getsinlər o, anbara daxil olub pul götürsün, sonra isə birlikdə gedib yemək yesinlər. O, Səbuhi ilə razılaşmış, sonuncu piştaxtanın üstündə olan bıçağı götürüb onunla anbarın arxa tərəfinə getmiş, Binyaz isə bazarda dayanıb gözləmişdir. Həmin vaxt Binyaz onunla Səbuhinin hara getdiklərini bilməmişdir. Anbarın arxa tərəfinə gələndə Səbuhi anbarın açarının onda olmadığını deyərək bıçağı ona vermişdir ki, pəncərənin şüşəsini çıxartsın. O, bıçaqla anbarın arxa tərəfində olan pəncərəyə vurulmuş mismarları, sonra isə pəncərənin şüşəsindən birini çıxarmış, ikinci şüşəni çıxarmaq istəyəndə sınmış və qabaqda Səbuhi, onun arxasınca isə o, özü pəncərədən içəri daxil olmuş və baxanda görmüşdür ki, Səbuhi boş balonun içərisindən sellofan torbanı çıxarıb açdı və içərisindən topa halda pul götürüb şalvarının cibinə qoydu, sellofan torbanı isə büküb yerə atdı. Bundan sonra onlar pəncərədən bayıra çıxıb Binyazın yanına gəlmişlər. Bazarda olarkən Səbuhi piştaxtanın arxasına keçib anbardan götürdüyü pulu cibindən çıxaranda görmüşdür ki, hamısı 100 manatlıq əskinaslardır və orta hissədən iplə bağlanıb. Səbuhi bir ədəd 100 manatlıq əskinası çəkib digər pullardan ayırdıqdan sonra bütün pulları qaytarıb cibinə qoymuş və 100 manatlıq əskinası ona verib demişdir ki, özü bazarda qalıb satdığı meyvəyə nəzarət edəcəkdir, onlar mağazaya gedib şirniyya, meyvə şirəsi, ayran, dönər, konfet, pendir, çörək alıb onun yanına gəlsinlər. Onlar etiraz etməmişlər və o, 100 manatlıq əskinası Səbuhidən götürüb Binyazla birlikdə yaxınlıqda olan mağazaya getmişdir. Mağazada olarkən o, çörək, pendir, meyvə şirəsi, sular, ayran, dönər, banan, konfet almış və onlar qayıdıb bazara Səbuhinin yanına gəlmişlər. Mağazada nə qədər pul xərclədiyini isə xatırlamır. Bazarda olarkən o, pulun qalığını qaytarıb Binyazın yanında Səbuhinin özünə vermiş, Səbuhidə onlar gedəndən sonra piştaxtanın arxasında dayanıb limon satdığına görə Binyaza 10 manat pul vermişdir. Onlar Səbuhinin yanında dayanıb mağazadan aldıqları şirniyyatları, dönəri, bananı yemişlər, suları isə içmişlər. Həmin vaxt Səbuhi ona pul verməmiş və qalan bütün pullar Səbuhinin özündə qalmışdır. Təxminən bir saata yaxın vaxt keçdikdən sonra Binyazla birlikdə Səbuhidən ayrılıb evə getmişdir. Sonradan eşitmişdir ki, Səbuhi tanışları ilə tez-tez restorana gedib yemək yeyir, restoranda böyük məbləğlərdə hesablar ödəyir, özünə və tanışlarına geyim əşyaları alır, tez-tez gəzmək üçün Xaçmaz şəhərinə gəlir. 19 may 2020-ci il tarixdə Xudat şəhərində tanışı Binyazla görüşərkən sonuncu pula ehtiyacı olduğunu bildirdikdə ona demişdir ki, həmişə Səbuhidə pul olur, ondan istə sənə verər. Binyaz Səbuhinin pulu haradan əldə etdiyini soruşduqda demişdir ki, Səbuhinin babası pulunu bazarda olan anbarda saxlayır, Səbuhidə istədiyi vaxt anbara daxil olaraq babasının pulundan götürüb xərcləyir. Binyazda ona demişdir ki, ona 1000 manatdan çox pul lazımdır, Səbuhidən həmin məbləğdə pulu istəsədə o, həmin məbləğdə pulu ona verə bilməz, onsuzda Səbuhi hər gün oradan pulları götürüb xərcləyir, o, pulun olduğu yeri ona göstərsin, özü daxil olub oradan pul götürəcəkdir. O, da Binyaza demişdir ki, hal-hazırda həmin yerdə pul olubolmadığını dəqiq bilmir, ancaq bir dəfə 02 may 2020-ci il tarixdə Səbuhi ilə birlikdə pəncərədən anbarın içərisinə daxil olmuşlar və həmin vaxt Səbuhinin boş şüşə balonun içərisindən pul götürdüyünü görmüşdür, anbara daxil olmaq onluq deyil, ona göstərər, özün daxil olub pul götürər. 19 may 2020-ci il tarixdə təxminən saat 19 radələrində Binyazla birlikdə anbarın arxa tərəfinə gəlmişlər və o, pulların olduğu yeri Binyaza başa saldıqdan sonra sonuncu Səbuhinin içəri daxil olduğu yerdən, yəni pəncərədən içəri daxil olmuş, o, özü isə içəri daxil olmayaraq bayrıda dayanıb gözləmişdir. Təxminən 5 dəqiqə keçdikdən sonra Binyaz pəncərədən bayıra çıxıb onun yanına gəlmiş və əvvəlcə ona 400 manat götürdüyünü desədə sonradan demişdir ki, anbardan 5000 manat pul oğurlayıb, şüşə balonun içərisində yenədə 1200 manat pul və 7-8 min rus rublu qalmışdır, ancaq o, həmin pulları götürməmişdir. Binyaz anbardan oğurladığı 5000 manat pulun 2500 manatını özünə götürmüş, 500 manatını Əsgərxan adlı dostuna verəcəyini bildirmiş, qalan 2000 manatı isə Binyazla birlikdə restoranda və başqa yerlərdə xərcləmişlər. Üçdörd gün keçdikdən sonra o, eşitmişdir ki, Əlirza anbarda saxladığı pullarının oğurlandığını bilib və bu barədə polisə şikayət edib. Sonra o, Xudat PB-nə dəvət olunanda bilmişdir ki, Səbuhi anbardan babasına məxsus pulun oğurlanmasında onunda iştirak etdiyini bildirib. O, da Xudat PB-nə gəlib etiraf edərək bildirmişdir ki, 02 noyabr 2020-ci il tarixdə Səbuhi onunla birlikdə pəncərədən anbara daxil olaraq bir ədəd bükümdə olan 100 manatlıq əskinasları oğurlamış, 19 may 2020-ci il tarixdə isə Binyaz anbara daxil olaraq 5000 manat pul oğurlamışdır. Bildiyinə görə Binyaz oğurladığı pulun bir hissəsini geri qaytarmışdır. Soğan yığarkən Namikdə orada olmuş və soğanları boş taralara yığdıqdan sonra o, heç nə götürmədən oradan çıxıb getmişdir. Həmin vaxt o, ümumiyyətlə Əlirzanın anbarda pul saxlamasını bilməmiş və bu barədə məlumatı olmamışdır. Səbuhinin soğan yığarkən onun anbardan pul götürməsi barədə göstərdikləri yalandır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 bildirdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Xəzər küçəsi, ev 17-də yaşayır. Təxminən 20 il olar ki Xudat şəhər bazarında meyvə-tərəvəz satmaqla məşğul olur. Təqsirləndirilən şəxs1 onun nəvəsidir. Səbuhi qızı Sevincin birinci ərindən olan oğludur. X8 rayonu, Ləcəd kəndində yaşayan Novruz adlı şəxslə ailə qurduğuna görə Səbuhi onun yanında qalmışdır. O, 10 il əvvəl Sabirabad şəhərində yaşayan Zərərçəkmiş şəxs2 ilə tanış olmuşdur. Həmin illərdə Teyyub da idarə etdiyi avtomobillə qarpız və nar gətirib Xudat şəhər bazarında satmışdır. Təxminən 4-5 ilə əvvəl Teyyubla oz aralarında razılaşmışlar ki, şərikli meyvə-tərəvəz satışı ilə məşğul olsunlar. Teyyub idarə etdiyi avtomobillə rayonları gəzərək meyvə-tərəvəz alıb gətirmiş, o, da Teyyubun alıb gətirdiyi meyvə-tərəvəzi Xudat şəhər bazarında satmışdır. Əldə etdikləri gəliridə bərabər şəkildə öz aralarında bölmüşlər. O, Xudat şəhər bazarının yaxınlığında yerləşən bir mərtəbəli tikilini icarəyə götürüb anbar kimi istifadə etmiş və onlar aldıqları meyvə-tərəvəzi icarəyə götürdüyü həmin tikilidə saxlamışlar. Anbar kimi istifadə etdikləri tikilinin içərisində o, meyvə-tərəvəzdən başqa boş taraları, kağız qutuları, aldığı bir və üç kiloqramlıq şüşə balonları, avtomobilinin köhnə ehtiyyat hissələrini saxlamışdır. Aldıqları meyvə-tərəvəzin satışı ilə özü məşğul olduğuna görə satdıqları meyvə-tərəvəzin pulu onda olmuş və lazım olduqca o, Teyyuba pul vermiş, sonuncuda idarə etdiyi avtomobillə rayonlara gedərək meyvə-tərəvəz alıb gətirmiş, bəzi meyvələri isə mövsümü olaraq Xaçmaz rayonunda o, özü almışdır. Meyvə-tərəvəz satışından əldə etdikləri pulları beş min manat məbləğində düzəltdikdən sonra qatlayıb orta hissədən iplə bağlamış, sonra həmin pulu sellofan torbanın içərisinə qoyub bükmüş və aparıb anbarda olan bir kiloqramlıq şüşə balonların içərisinə qoymuşdur. Anabar kimi istifadə etdiyi tikilinin içərisində saxladığı 7 ədəd bir kiloqramlıq şüşə balonların hər birinin içərsinə 5000 manat olmaq ümumilikdə 35000 manat pul, digər bir ədəd bir kiloqramlıq şüşə balonun içərisinə isə 20000 rus rublu qoymuşdur. Rus rublunu ayrı-ayrı vaxtlarda bazara gələn şəxslərdən almışdır və anbarda olan bir kiloqramlıq şüşə balonun içərisinə yığıb saxlamışdır. İçərilərində pul olan bir kiloqramlıq şüşə balonların üzərlərinə iki ədəd kisə sərmiş, onun üstünə isə sellofan paketin içərisində olan 6-7 ədəd 3 kiloqramlıq şüşə balonlar qoymuşdur. Pulları saxladığı yeri ondan başqa heç kim bilməmişdir. Nəvəsi Səbuhi bazara gəlib ona köməklik göstərmiş, bəzən isə o, hansısa bir işlə bağlı harasa gedəndə Səbuhi bazarda qalıb onun əvəzinə meyvə-tərəvəz satmışdır. Ona görə də o, anbarın giriş qapısını bağladığı asma qıfılın açarlarından birini nəvəsi Səbuhiyə vermiş və o, olmayanda Səbuhi anbarın qapısını açıb meyvə-tərəvəz götürmüş və ya piştaxtanın üstünə yığdığı meyvə-tərəvəzi anbara yığmışdır. 21 may 2020-ci il tarixdə təxminən saat 16 radələrində o, anbarın qapısını açıb içəri daxil olmuşdur ki, avtomobili üçün ehtiyyat hissəsi götürsün. İçəri daxil olanda bir kiloqramlıq şüşə balonların üstünə qoyduğu üç kiloqramlıq şuşə balonların və kisələrin yerdə olduğunu görmüş və yaxınlaşıb bir kiloqramlıq şüşə balonların içərisinə baxadan görmüşdür ki, balonların içərisinə qoyub saxladığı pullar yerində yoxdur, balonlardan birinin içərisində azərbaycan manatı, digər bir balonun içərisində isə rus rublu qalıb. Bir kiloqramlıq şüşə balonun içərisində olan azərbaycan manatını saydıqda 1200 manat, rus rublunu saydıqda isə 7400 rubl olduğunu bilmiş və ətrafa nəzər yetirəndə anbarın arxa tərəfində olan pəncərənin şüşələrindən birinin sındığını və pəncərənin bir layının açıq olduğunu görüb başa düşmüşdür ki, kimsə pəncərədən içəri daxil olaraq bir kiloqramlıq şüşə balonların içərisində saxladığı pulları oğurlamışdır. Həmin gün Teyyub Xudat şəhərinə gəlmiş və o, bu barədə Teyyuba bildirdikdən sonra onlar Səbuhini çağırıb anbara başqa kimin daxil-olub olmadığını soruşmuşlar, Səbuhidə onlara demişdir ki, onun heç nədən xəbəri yoxdur. Bu səbəbdən də 22 may 2020-ci il tarixdə o, özü Xudat PB-nə gedib bununla bağlı şikayət ərizəsi yazmışdır. Bir neçə gün keçdikdən sonra bilmişdir ki, anbar kimi istifadə etdiyi yerdən pulları nəvəsi Səbuhi və onun Binyaz, Əmrah adlı dostları oğurlamışlar. Binyazdan götürülmüş 2432 manat isə ona təhvil verilmişdir. Sonuncu dəfə o, 2020-ci ilin aprel ayının axırlarında anbarda saxladığı şüşə balonun içərisinə pul qoymuş, həmin vaxt bütün pullar yerində olmuşdur. Anbar kimi istifadə etdiyi yerdən ümumilikdə 33800 manat və 12600 rus rublu oğurlanmışdır. Oğurlanmış pulun 15000 manatı şəriki Teyyuba, qalan 18800 manat və rus rublu isə onun özünə məxsus olmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan ödənilməsə də. onun təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o, ailəsi ilə birlikdə Sabirabad şəhəri, H.Əliyev prospekti, ev 91-də yaşayır. Təxminən 15-20 il olarkı meyvə-tərəvəz alıb satmaqla məşğul olur. Onun özünə məxsus «Ford Tranzit» markalı avtomobil var və o, idarə etdiyi avtomobillə rayonları gəzib meyvətərəvəz alaraq Xudat şəhər bazarına gətirib satmışdır. Təxminən 5 il əvvəl Xudat şəhər bazarında meyvə-tərəvəz satışı ilə məşğul olan Əlirza ilə razılaşmışlar ki, şərikli meyvətərəvəz satışı ilə məşğul olsunlar. O, idarə etdiyi avtomobillə rayonları gəzərək meyvətərəvəz alıb gətirmiş, Əlirzada onun alıb gətirdiyi meyvə-tərəvəzi Xudat şəhər bazarında satmışdır. Əldə etdikləri gəliridə bərabər şəkildə öz aralarında bölmüşlər. Əlirza Xudat şəhər bazarının yaxınlığında yerləşən bir mərtəbəli tikilini icarəyə götürüb anbar kimi istifadə etmiş və onlar aldıqları meyvə-tərəvəzi Əlirzanın icarəyə götürdüyü həmin tikilidə saxlamışlar. Anbar kimi istifadə etdikləri tikilinin içərisində meyvə-tərəvəzdən başqa boş taraları, kağız qutuları, Əlirzanın aldığı bir və üç kiloqramlıq şüşə balonları, avtomobilə aid köhnə ehtiyyat hissələrini saxlamışlar. Aldıqları meyvə-tərəvəzin satışı ilə Əlirza məşğul olduğuna görə satdıqları meyvə-tərəvəzin pulu onda olmuş və lazım olduqca Əlirza ona pul vermiş, o, da idarə etdiyi avtomobillə rayonlara gedərək meyvə-tərəvəz alıb gətirmiş, bəzi meyvələri isə mövsümü olaraq Əlirza özü Xaçmaz rayonundan almışdır. Əlirza ilə şərikli ticarətlə məşğul olduqları ilk gündən başlayaraq əldə etdikləri gəlirdən ayırıb saxlamışlar ki, sonradan meyvə-tərəvəz alarkən həmin puldan istifadə etsinlər. Həmin pulları Əlirza özündə saxlamış, ancaq o, Əlirzanın həmin pulları harada saxladığını bilməmiş və Əlirza özü də bu barədə ona heç bir söz deməmişdir. Onlar əldə etdikləri gəlirdən ümumilikdə 35000 manat yığıb saxlamışlar. Həmin pulun 15000 manatı ona, qalan hissəsi isə Əlirzaya aid olmuşdur. 2020-ci ilin mart ayının ortalarında o, Xudat şəhərinə gəlib sonrakı günləri Xudat şəhərində qalmış, mart ayının axırlarında qayıdıb Sabirabad şəhərinə yaşadığı evə getmiş və sonrakı aylarda Xudat şəhərinə gəlməmişdir. 20 may 2020-ci il tarixdə Əlirza ona zəng vurub demişdir ki, Xudat şəhərinə gəlsin, gələrkən də onun idarə etdiyi avtomobil üçün arxa şüşə alıb gətirsin. O, etiraz etməyib 22 may 2020-ci il tarixdə Xudat şəhərinə gəlmişdir. Xudat şəhərinə gəlib Əlirza ilə görüşərkən onun həyacanlı olduğunu görüb nə olduğunu soruşduqda demişdir ki, meyvə-tərəvəz satışından əldə etdikləri 35000 manat pulu anbarda saxlamışdır, kimsə anbara daxil olub 33800 manat pulu və 12600 rus rublunu oğurlanmışdır. Onlar gedib əvvəlcə anbara baxmışlar, sonra isə zəng vurub Əlirzanın nəvəsi Səbuhini çağırmışlar. Çünki Səbuhi bazara gəlib babası Əlirzaya köməklik göstərdiyi üçün anbarın qapısının açarlarından biri Səbuhidə olmuşdur. Səbuhidən anbara başqa kiminsə daxil olub- olmadığını soruşduqda demişdir ki, onun heç nədən xəbəri yoxdur. Bu səbəbdən də 22 may 2020-ci il tarixdə Əlirza Xudat PB-nə gedib bununla bağlı şikayət ərizəsi yazmışdır. Bir neçə gün keçdikdən sonra bilmişdir ki, anbar kimi istifadə etdikləri yerdən pulları Əlirzanın nəvəsi Səbuhi və onun Binyaz, Əmrah adlı dostları oğurlamışlar. Sonradan Binyazdan götürülmüş 2432 manat Əlirzaya təhvil verilmişdir. Anbar kimi istifadə etdikləri yerdən Əlirzanın deməsinə görə ümumilikdə 33800 manat və 12600 rus rublu oğurlanmşıdır. Oğurlanmış pulun 15000 manatı ona, qalan 18800 manatı və rus rublu isə Əlirzaya aid olmuşdur. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş ziyan ödənilməsə də. onun təqsirləndirilən şəxslərdən şikayəti və tələbi yoxdur. Məhkəmədə qanuni nümayəndəsi Qanuni nümayəndə4 iştirakı ilə ifadə vermiş Şahid2 göstərmişdir ki, o, valideynləri ilə birlikdə Xaçmaz rayonu, Xudat şəhəri, Koroğlu küçəsi, ev 5-də yaşayır. O, Xudat şəhər bir nömrəli tam orta məktəbin 11-ci sinfini bitirmişdir. Hal-hazırda oxumur və işləmir. O, Təqsirləndirilən şəxs1 təxminən bir il olar ki tanıyır. Səbuhinin X11 şəhər bazarında meyvə-tərəvəz satmaqla məşğul olmuş, Səbuhidə bazara gedib babasına köməklik göstərmişdir. O, da Səbuhini bazarda görüb tanımış, sonradan mütəmadi olaraq Xudat şəhərində Səbuhi ilə görüşmüş və sonuncu ilə yaxın münasibəti yaranmışdır. Səbuhi tez-tez onu və digər tanışlarını Xudat şəhər bazarında olan «Ləzginka» kafesinə aparıb onlar üçün çay, bahalı şirniyyatlar almışdır. Səbuhidən xərclədiyi pulu haradan aldığını soruşduqda isə demişdir ki, babasına köməklik göstərir, babasıda göstərdiyi köməkliyin əvəzində ona xərcləməsi üçün pul verir. O, Səbuhinin dediyi sözlərə inanmışdır. Dəqiq tarixi xatırlamır 2020-ci ilin aprel ayının axırlarında Xudat şəhər bazarına gələndə görmüşdür ki, Səbuhi yerə tökülmüş soğanları boş taraların içərisinə doldurur. O, gəlib Səbuhiyə köməklik göstərərək soğanları boş taralara yığmışdır. Həmin vaxt tanışı Əmrah ona zəng vurub harada olduğunu soruşmuş, o, da ona bazarda Səbuhinin yanında olduğunu demişdir. Bir neçə dəqiqə keçdikdən sonra Əmrah onların yanına gəlmiş və o, Əmraha gəlib onlara köməklik göstərməisni demiş, Əmrah gəlib onlara soğan yağmaqda köməklik göstərmiş, sonra isə onlardan ayrılıb getmişdir. Əmrah getdikdən bir neçə dəqiqə sonra o, da Səbuhidən ayrılıb getmişdir. Sonrakı günlərdə Səbuhi ilə görüşəndə sonuncu onu Ramiki, Əmrahı, Binyazı və başqa tanışlarını Xudat şəhərində olan çayxanalara, «Qala» restoranına, «Lider» dönər evinə aparıb onlar üçün çay, bahalı şirniyyatlar, yemək, dönər almış, hesabıda özü ödəmişdir. 04 may 2020-ci il tarixdə təxminən saat 14 radələrində Xudat şəhər bazarında Səbuhi ilə görüşərkən sonuncu ona demişdir ki, babası öz pullarını anbarda saxlayır, birlikdə getsinlər o, anbara daxil olub pul götürsün, sonra birlikdə gedib yemək yesinlər. O, Səbuhi ilə razılaşmayıb ona demişdir ki, sonra baban bilib şikayət edər, mən getmirəm. Səbuhidə ona demişdir ki, bir dəfə Əmrahla birlikdə anbara daxil olub pul götürmüşlər, o, narahat olmasın, heç nəyin ona aidiyyəti yoxdur, özü anbara daxil olub pul götürəcəkdir, babası onun pul götürməsinə icazə verir, o, onunla birlikdə gəlsin. O, Səbuhiyə inanıb onunla birlikdə Xudat şəhər bazarının yaxınlığında olan anbara getmişdir. Səbuhi özündə olan açarla anbarın giriş qapısını açıb içəri daxil olanda görmüşdür ki, üzbəüz başqa bir qapıda var. Səbuhi ikinci qapını da açıb içəri daxil olarkən ona dayanıb gözləməsini, indi qayıdıb gələcəyini demişdir. O, anbarın giriş qapısının yanında dayanıb gözləmiş və bir neçə dəqiqə keçdikdən sonra Səbuhi qayıdıb gələrək ona demişdir ki, anbardan 100 manat pul götürmüşdür. Bundan sonra Səbuhi ilə birlikdə əvvəlcə Xudat şəhəri, M.F.Axundov küçəsində olan mağazaya gedib şirniyyat almışlar, sonra isə bazar ərazisində olan «Ləzginka» kafesinə gedib aldıqları şirniyyatla çay içmişlər. Təxminən 30 dəqiqə Səbuhi ilə birlikdə kafedə olmuşlar, sonra isə kafedən bayıra çıxmışlar. Kafedən çıxanda Səbuhi ona 21 manat verib demişdir ki, anabara daxil olub istədiyi qədər babasının anbarda saxladığı puldan götürərək xərcləyir, 21 manatı o, götürsün, istədiyi bir şey olarsa özü üçün alar. O, da 21 manatı Səbuhidən götürmüş və ondan ayrılıb evə getmişdir. 05 may 2020-ci il tarixdə təxminən saat 10:30 radələrində o, evdən çıxıb Xudat şəhər bazarına gələndə görmüşdür ki, Səbuhi bazardadır. Səbuhi ilə görüşüb söhbət edərkən sonuncu ona demişdir ki, birlikdə anbara getsinlər o, pul götürsün. Anbarın giriş qapısının açarı Səbuhidə olduğuna, Səbuhi açarla qapını açıb rahat şəkildə içəri daxil olduğuna görə o, onunla razılaşmış və onlar birlikdə anbarın qarşısına gəlmişlər. Yenədə Səbuhi özündə olan açarla anbarın giriş qapısını açıb içəri daxil olmuş, o, isə içəri daxil olmayaraq qapının qarşısında dayanıb gözləmişdir. Bir neçə dəqiqə keçdikdən sonra Səbuhi bayıra çıxıb anbarın qapısını açarla bağlamış və yanına gəlib ona 100 manat pul götürdüyünü demişdir. Onlar qayıdıb bazara gəlmişlər, sonra onların yanına Elman adlı oğlan gəlmiş və üçü bir yerdə «Ləzginka» kafesinə gedib çay içmişlər. Hesabı Səbuhi ödəmiş və çay içib kafedən çıxandan sonra o, onlardan ayrılıb getmişdir. Sonrakı günlərdə Səbuhini görməmiş və 08 may 2020-ci il tarixdə təxminən saat 15:30 radələrində Xudat şəhər bazarına gələndə görmüşdür ki, Səbuhi ilə Elman birlikdə dayanıb söhbət edirlər. O, da gəlib onlarla görüşmüşdür. Təxminən 5-10 dəqiqə keçdikdən sonra Elman onlardan ayrılıb getmişdir Elman getdikdən sonra Səbuhi ona demişdir ki, birlikdə anbara getsinlər o, pul götürsün. O, Səbuhi ilə birlikdə anbarın qarşısına getmiş, Səbuhi özündə olan açarla anbarın giriş qapısını açıb içəri daxil olmuş və tezdə bayıra çıxıb ona demişdir ki, 50 manat pul götürmüşdür. Səbuhi anbarın giriş qapısını bağlamış və onlar birlikdə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən «Qala» çay evinə getmişlər. Sonra onların yanına Elman, Raul, Ramik gəlmişlər və onlarda onlarla bir stol arxasında oturub çay içmişlər. Səbuhi hesabı ödəmiş və çayxanadan çıxandan sonra o, onlardan ayrılıb evə getmişdir. Sonradan o, eşitmişdir ki, Əlirza anbarda saxladığı pullarının oğurlandığını bilib və bu barədə polisə şikayət edib. O, polis əməkdaşları tərəfindən Xudat PB-nə dəvət olunduğuna görə polis bölməsinə gəlmişdir. Xudat PB-də etiraf edərək bildirmişdir ki, Səbuhi onunla birlikdə üç dəfə Xudat şəhər bazarında olan anbara getmiş, ona iki dəfə anbardan 100 manat, bir dəfə isə 50 manat götürdüyünü demişdir. Səbuhi 21 manatdan əlavə ona pul verməmişdir. O, özü heç vaxt Xudat şəhər bazarı ərazisində olan anbara daxil olmamış və oradan pul oğurlamamışdır. Onun yanında üç dəfə Səbuhi özü anbara daxil olub pul götürmüşdür. Səbuhinin özünün deməsinə görə iki dəfə anbardan 100 manat, bir dəfə isə 50 manat pul götürmüşdür. O, özü Səbuhi ilə birlikdə anbara daxil olmamışdır. Ona görə də Səbuhinin anbardan nə qədər pul götürməsini dəqiq bilməmişdir. O, heç vaxt Səbuhidən pul istəməmişdir. Səbuhi özü ona demişdir ki, babası pulunu anbarda saxlayır, birlikdə getsinlər o, özü pul götürsün. O, heç vaxt Səbuhi ilə birlikdə anbarın içərisinə daxil olmamış və pulun harada olmasını bilməmişdir. Lakin Səbuhi anbara daxil olanda kənarda dayanıb kənar şəxsin gəlib-gəlməməsini müşahidə etmişdir. Hər dəfə Səbuhi özündə olan açarla qapını açıb içəri daxil olmuş, bir neçə dəqiqə keçdikdən sonra isə bayıra çıxıb açarla qapını bağlamışdır. Birinci dəfə Səbuhi anbardan pul götürdükdən sonra onunla birlikdə «Ləzginka» kafesinə gedib çay içmiş, sonra isə ona 21 manat pul vermişdir. Sonradan Səbuhi yenə də iki dəfə anbardan pulu götürmüş və onlar birlikdə gedib çay içsələr də Səbuhi götürdüyü puldan ona verməmişdir. Səbuhi ancaq içdikləri çayların və yedikləri şirniyyatların hesabını ödəmişdir. Səbuhi anbarda olan pulun babasına məxsus olduğunu ona demişdir. Ancaq Səbuhi babasından xəbərsiz pul oğurlaması barədə ona heç bir söz deməmişdir. Səbuhi ona demişdir ki, babasına kömək edib bazarda meyvə satdığına görə babası yığıb anbarda saxladığı puldan onun götürüb xərcləməsinə icazə verir. O, da Səbuhinin sözlərinə inanıb onunla birlikdə anbarın qarşısına getmiş və Səbuhi özündə olan açarla anbarın giriş qapısını açıb içəri daxil olaraq pul götürmüşdür. Səbuhinin babasından xəbərsiz anbardan pul oğurladığını bilsəydi onunla razılaşıb anbarın qarşısına getməzdi. Məhkəmədə qanuni nümayəndəsi Qanuni nümayəndə5 iştirakı ilə ifadə vermiş Şahid1 göstərmişdir ki, o, valideynləri ilə birlikdə Xaçmaz rayonu, Ləcət kəndində yaşayır. Xaçmaz rayonu, Ləcət kənd tam orta məktəbində doqquzuncu sinfədək təhsil almış, sonra isə təhsilini davam etdirməyib məktəbdən çıxmış, hal-hazırda oxumur və işləmir. O, Təqsirləndirilən şəxs1 təxminən 9-10 il olarkı tanıyır. Səbuhi əvvəllər Xaçmaz rayonu, Ləcət kəndində atasının yanında qalmış və Ləcət kənd tam orta məktəbində onunla bir sinifdə oxumuşdur. Onun Səbuhi ilə münasibəti yaxşı olmuş və onlar dostluq etmişlər. X9 şəhərinə gedib ana babası Əlirzanın yanında qalmışdır. Səbuhi ilə dostluq münasibəti olduğuna görə o, Xudat şəhərinə gəlib Səbuhi ilə görüşmüş, sonuncu onu və digər tanışlarını Xudat şəhər bazarında olan «Ləzginka» kafesinə aparıb onlar üçün çay, bahalı şirniyyatlar almışdır. İçdikləri çayın, yedikləri şirniyyatların pulunu həmişə Səbuhi özü vermişdir. Səbuhinin X11 şəhər bazarında meyvə-tərəvəz satmaqla məşğul olmuş, Səbuhidə bazara gedib babasına köməklik göstərmişdir. Səbuhi tez-tez Xaçmaz şəhərinə gəlib-getdiyinə, çayxanalarda, kafelərdə, restoranda çox pul xərclədiyinə görə ondan xərclədiyi pulu haradan aldığını soruşduqda demişdir ki, babasına köməklik göstərir, babasıda göstərdiyi köməkliyin əvəzində ona xərcləməsi üçün pul verir. O, Səbuhinin dediyi sözlərə inanmışdır. Səbuhi ilə görüşərkən aradabir həmkəndlisi Binyazı, Xudat şhərində yaşayan Əmrahı, Namiki Səbuhinin yanında görmüşdür. Elə vaxtlarda olmuşdur ki, Səbuhi ilə görüşərkən onu, Ramiki, Əmrahı, Binyazı və başqa tanışlarını Xudat şəhərində olan çayxanalara, «Qala» restoranına aparıb onlar üçün çay, bahalı şirniyyatlar, yemək, dönər almış, hesabıda özü ödəmişdir. 07 may 2020-ci il tarixdə təxminən saat 12:30 radələrində Xudat şəhər bazarına gəlib Səbuhi ilə görüşmüşdür. Həmin vaxt Səbuhidən borc olaraq 20 manat pul istəmiş, sonuncu da ona demişdir ki, onunla gəlsin ona 20 manat verəcəkdir. Onlar birlikdə Xudat şəhər bazarının yaxınlığında olan anbarın qarşısına getmişlər. Səbuhi ona burada gözlə gəlirəm demiş və özündə olan açarla anbarın giriş qapısını açıb içəri daxil olmuşdur. O, anbarın qarşısında dayanıb gözləmiş, kənar şəxsin gəlib-gəlmədiyini müşahidə etmişdir və bir neçə dəqiqə keçdikdən sonra Səbuhi anbardan bayıra çıxıb özündə olan açarla anbarın giriş qapısını bağlayıb ona demişdir ki, birlikdə gedib «Ləzginka» kafesində çay içsinlər. O, Səbuhi ilə razılaşmış və sonuncu şirniyyat almaq üçün mağazaya getmiş, o, isə bazarda dayanıb gözləmişdir. Bir qədər keçdikdən sonra Səbuhi mağazadan şirniyyat alıb geri qayıtmış və onlar birlikdə bazar ərazisində olan «Ləzginka» kafesinə gedib Səbuhinin aldığı şirniyyatla çay içmişlər. Təxminən iki saata yaxın Səbuhi ilə birlikdə kafedə olmuşlar, sonra Səbuhi içdikləri çayın hesabını ödəmiş və ona 15 manat pul vermişdir. O, da 15 manatı Səbuhidən götürmüş və ondan ayrılıb evə getmişdir. Həmin vaxt Səbuhi ona babasının anbarda pul saxlaması və babasına məxsus puldan götürməsi barədə heç bir söz deməmiş, o, özüdə Səbuhinin anbardan pul götürməsini bilməmişdir. O, elə bilmişdir ki, əvvəldən Səbuhinin özündə pul olmuşdur. Sonrakı günlərdə Səbuhini görməmiş və 10 may 2020-ci il tarixdə təxminən saat 12 radələrində Xudat şəhər bazarına gəlib Səbuhi ilə görüşmüşdür. Sonra Səbuhi zəng vurub Elmanı, Binyazı, Namiki çağırmış və yenədə gedib özündə olan açarla anbarın qapısını açıb içəri daxil olmuşdur. Bir neçə dəqiqə keçdikdən sonra isə bayıra çıxıb anbarın qapısını bağlayaraq onun yanına gəlmişdir. O, yenədə Səbuhinin anbara daxil olmasının səbəbini bilməmiş və özü də ona heç bir söz deməmişdir. Təxminən 15-20 dəqiqə keçdikdən sonra Namik, Elman, Binyaz Xudat şəhər bazarına onların yanına gəlmişlər və Səbuhi onlara demişdir ki, birlikdə «Qala» restoranına gedib çay içsinlər. Onlar etiraz etməmişlər və birlikdə Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən «Qala» çay evinə getmişlər. «Qala» çay evində olarkən Səbuhi onlar üçün çay, şirniyyatlar, dönər almış və hesabıda özü ödəmişdir. Həmin vaxt Səbuhi restorana 60 manat hesab ödəmişdir. Sonra onlar restorandan çıxmışlar və o, onlardan ayrılıb getmişdir. Sonrakı iki gün ərzində Səbuhini görməmiş və 12 may 2020-ci il tarixdə təxminən saat 11 radələrində Xudat şəhər bazarına gələndə görmüşdür ki, Səbuhi bazardadır. Səbuhi ilə söhbət edərkən sonuncu ona demişdir ki, birlikdə anbara getsinlər o, pul götürəcəkdir. O, Səbuhi ilə birlikdə anbarın qarşısına gəlmiş və sonuncu özündə olan açarla anbarın giriş qapısını açıb içəri daxil olanda o, da onun arxasınca içəri daxil olmuşdur. Səbuhi onu içəri buraxmaq istəməmiş, ancaq o, onu dinləməyib içəri daxil olub baxanda görmüşdür ki, üzbəüz başqa bir qapıda var. Səbuhi ikinci qapınıda açıb içəri daxil olanda o, da onun arxasınca getmiş və görmüşdür ki, Səbuhi orada olan şüşə balonun içərisindən 100 manat pul götürdü. Səbuhidən götürdüyü pulun kimə məxsus olduğunu soruşduqda demişdir ki, babası özünə məxsus pulları burada saxlayır, o, da həmin pullardan götürüb xərcləyir. O, Səbuhiyə heç bir söz deməmiş və onlar birlikdə Xudat şəhər bazarı ərazisində olan «Ləzginka» kafesinə getmişlər. Kafedə olarkən Səbuhi çay, şirniyyat almış, hesabıda özü ödəmişdir. Həmin vaxtdan sonra o, Səbuhinin babasına məxsus pulları anbardan götürüb xərclədiyini bilmiş və bir daha Səbuhi ilə heç bir yerə getməmişdir. 20 may 2020-ci il tarixdə Xudat şəhərində Səbuhi ilə görüşərkən sonuncu özündə olan «Xiomi Redmi 8» markalı mobil telefonu ona göstərib demişdir ki, istəyirsə özünə məxsus «Samsung A10» markalı mobil telefonu onun telefonu ilə dəyişsin. O, Səbuhi ilə razılaşaraq özünə məxsus «Samsung A10» markalı mobil telefonu Səbuhiyə, sonuncuda özündə olan «Xiomi Redmi 8» markalı mobil telefonu ona vermişdir. Sonradan eşitmişdir ki, Əlirza anbarda saxladığı pullarının oğurlandığını bilib və bu barədə polisə şikayət edib. O, polis əməkdaşları tərəfindən Xudat PB-nə dəvət olunduğuna görə polis bölməsinə gəlmişdir. Xudat PB-də etiraf edərək bildirmişdir ki, o, Səbuhinin anbara daxil olub 100 manat pul götürməsini görmüşdür. Səbuhi 15 manatdan əlavə ona pul verməmişdir. O, özü heç vaxt Xudat şəhər bazarı ərazisində olan anbara daxil olmamış və oradan pul oğurlamamışdır. O, özü Səbuhinin üç dəfə özündə olan açarla anbarın qapısını açıb içəri daxil olduğunu görmüşdür. Birinci və ikinci dəfə Səbuhinin anbara nə məqsədlə daxil olduğunu bilməmiş, üçüncü dəfə Səbuhi ilə birlikdə anbara daxil olduğuna görə onun orada olan şüşə balonun içərisindən 100 manat pul götürdüyünü görmüşdür. Səbuhi özündə olan açarla qapını açıb rahat şəkildə anbarın içərisinə daxil olmuş, sonra isə bayıra çıxıb özündə olan açarla qapını bağlamışdır. O, ancaq üçüncü dəfə Səbuhi ilə birlikdə anbara daxil olanda bilmişdir ki, onun babası Əlirza öz pullarını anbarda saxlayır, Səbuhidə babasının pullarından götürüb xərcləyir. Ona görə də Səbuhinin əvvəllər anbardan nə qədər pul götürməsini o, dəqiq bilməmişdir. O, bir dəfə Səbuhidən borc olaraq 20 manat pul istəmiş, o, da ona 15 manat pul vermişdir. Ancaq çayxanada, kafedə və restoranda içdikləri çayların, yedikləri şirniyyatların, dönərin pulunu həmişə Səbuhi ödəmişdir. Səbuhinin babasından xəbərsiz anbardan pul oğurladığını bilsəydi heç vaxt onunla ünsiyyət saxlamazdı və onunla heç bir yerə getməzdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Ləcət kənd İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Xudat şəhər İƏD-dən tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyətinin Ləcət kənd İƏD tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə və Təqsirləndirilən şəxs2 törətdiyi əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 27-ci bəndinə əsasən talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, təqsirini səmimi olaraq etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs3 ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, təqsirini səmimi olaraq etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini, təqsirini səmimi olaraq etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, zərərçəkmiş şəxslərin ondan heç bir şikayətinin və tələbinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. İş üzrə zərərçəkmiş şəxslər məhkəməyə ünvanlıdığı ərizələrində təqsirləndirilən şəxslər tərəfindən onlara vurulmuş zərərin tam olaraq sonuncular tərəfindən ödənildiyini, bu səbəbdən təqsirləndirilən şəxslərdən heç bir şikayətinin və tələbinin olmadığını qeyd etmişlər və hökm çıxarılarkən, bu xüsusatların nəzərə alınmasını və təqsirləndirilən şəxslər barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişlər. Bu hal isə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaltmışdır. Təqsirləndirilən şəxslərin cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslərə vurduğu zərərin ödəməsi eyni zamanda onların törətdiyi əmələ və özlərinin davranışına da tənqidi yanaşmalarının sübutu kimi qəbul edilə bilər. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.2-ci, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 177.2.1-ci və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi məqsədəmüvafiq hesab edir. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir.Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxslərin yaşını, ilk dəfə olaraq az ağır cinayət törətmələrini, cinayətin yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilməsini, təqsirlərini səmimi olaraq etiraf etmələrini, törətdikləri əməldən səmimi peşmançılıq çəkmələrini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmələrini, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslər tərəfindən onlara vurulan maddi ziyanın ödənilməsini bildirməklə heç bir şikayət və tələblərinin olmamasını, təqsirləndirilən şəxslərin yaşadıqları ərazi üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs1 hətda cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və onlara ittiham olunduqları maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini 20:00-dan 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş nəzarət altına haqqında iltizam qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-in 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. İş üzrə ekspertiza xərci yoxdur və mülki iddia verilməmişdir. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də saxlanılan bir ədəd «Xiomi Redmi» markalı mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılmalıdır. Təqsirləndirilən şəxs1 babası Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 ilə birgə icarəyə götürüb anbar kimi istifadə etdiyi Xudat şəhər bazarı yaxınlığında yerləşən saxlanc yerinə X4 və X7 ilə birlikdə gedərək, birinci dəfə 500 manat, 2-ci dəfə 100 manat, 3-cü dəfə 100 manat, 4-cü dəfə 1000 manat, 5-ci dəfə 500 manat və 6-cı dəfə 700 manat olmaqla həmin şəxslərlə 6 dəfə birlikdə oğurluq etməklə ümumilikdə 2900 manat pul oğurlamaları ilə bağlı X4 və X2 haqqında xüsusi qərar çıxarılmalı və onların barəsində araşdırma aparılması üçün xüsusi qərar və məhkəmə iclas protokollarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən xəçmaz rayon prokuroruna göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini 20:00-dan 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «nəzarət altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini 20:00-dan 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «nəzarət altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini 20:00-dan 08:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş «nəzarət altına vermə » növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə X4 və X2 haqqında xüsusi qərar çıxarılsın və onların barəsində araşdırma aparılması üçün xüsusi qərar və məhkəmə iclas protokollarının surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən xəçmaz rayon prokuroruna göndərilsin. İş üzrə ekspertiza xərcinin olmaması və mülki iddianın verilməməsi nəzərə alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz RPŞ-də saxlanılan bir ədəd «Xiomi Redmi» markalı mobil telefon Zərərçəkmiş şəxs2 qaytarılsın. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində (həbsdə saxlanılan şəxs hökmün surətinin ona verildiyi andan 20 gün müddətində) Xaçmaz Rayon Məhkəməsinin vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM : İLKİN XƏLİLOV.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar