Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-44/2022 20.06.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1969-cu ildə Xaçmaz rayonununda anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, evli, ali təhsilli, fərdi əmək faəliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Rusiya Fedrasiyası, Sankt- Peterbuq şəhəri, Admiralteyski rayonu, Şkapina küçəsi, ev 6, mənzil 6 ünvanında qeydiyyatda olmaqla, Xaçmaz rayonu Qaraqurtlu kəndində faktiki yaşamış və hal-hazırda barəsində “həbs” qətimkan tədbiri seçilmləklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,506 qram, 3,298 qram və 3,272 qram, ümumilikdə təmiz çəkisi, şəxsi istehlak miqdarından artıq miqdardda 10,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisinə qanunsuz daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində o 28 avqust 2021-ci il tarixdə saat 15.45-də Xaçmaz rayonu, Qaraqurtlu kəndində saxlanılaraq Xaçmaz RPŞ-nin inzibati binasına gətirilib inzibati otaqların birində saat 17.06-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,506 qram, 3,298 qram və 3,272 qram, ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 10,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o əvvəllər hər-hansı cinayətə görə məhkum olunmamışdır. Azərbaycan Respublikasında anadan olsa da, 8-ci sinfə kimi Azərbaycanda təhsil almışdır və 1992-ci ildən etibarən Rusiya Federasiyasında yaşamışdır. Rusiya Federasiyasının vətəndaşı olsa da, azərbaycan dilində sərbəst yaza və oxuya bilir, tərcüməçiyə ehtiyacı yoxdur. Heç vaxt narkotik vasitələrin heç bir növündən istifadə etməmişdir. Tutulmamışdan bir neçə gün öncə günorta vaxtı yaşadığı yerin yaxınlığında yolun kənarı ilə gedərkən yolda üç ədəd büküm olduğunu görmüşdür. Bükümlərdə ağ rəngli şüşə qırıntılarına oxşar maddələrin olması diqqətini cəlb etmişdir. Son zamanlar narkotik vasitələrin qanunsuz dövriyyəsinin çox geniş yayılması barədə sosial şəbəkələrdən və kütləvi informasiya vasitələrindən eşitdiyindən, həmin həblərin narkotik ola biləcəyini güman etmişdir. Narkotikin cəmiyyət və bəşəriyyət üçün böyük bir bəla olması heç kəs üçün sirr deyil. Məlumdur ki, narkotik satanlar daha çox insanların narkotikin istifadə edilməsinə cəlb olunmasında maraqlıdırlar. Çünki bir dəfə narkotikin dadını bilən insan, onun aludəçisinə çevrilir və ondan asılı vəziyyətə düşür. Bu isə narkotik satanların narkotik satışının artmasına gətirib çıxarır. O isə 9 uşaq atasıdır. Bir valideyn olaraq bilir ki, heç bir valideyn heç vaxt istəməz ki, övladları narkotik istifadəçisi olsunlar. Bu baxımdan da, yerdə gördüyü bükümlərin narkotik olmasını ehtimal edərək, onları yerdən götürüb, məhv etmək fikrinə gəlmişdir. Bükümləri elə şəraitdə məhv etmək istəyirdi ki, onları birdə istifadə etmək mümkün olmasın. Lakin sonradan başqa işləri olduğu üçün, bükümlərin onun üstündə olmasını unutmuşdur. Həm də, o bükümlərdə dəqiq narkotik vasitə olmasını bilmirdi, ona görə də özündə biraz arxayınçilik var idi ki, əməlində hər hansı qanunsuz hərəkət yoxdur. 28 avqust 2021-ci il tarixdə saat 15:45 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində qohumu Şahid5 ilə birlikdə sonuncunun idarə etdiyi “Toyota Prado” markalı, **-KL-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib və xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin' əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O başa düşmüşdür ki, saxlanmasının səbəni üzərində saxladığı maddələr ilə bağlıdır. Buna görə də, hər şeyi səmimi etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onu və Şahid5 Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. O və Şahid5 buna etiraz etməyib Şahid5 idarə etdiyi avtomobillə birlikdə polis əməkdaşları ilə Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişlər. Polis Şöbəsində hüquqlarının müdafiə edilməsi üçün o müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış və Şahid5 üzərinə isə baxış keçirilmişdir. Polis şöbəsində hər şeyi yuxarıda qeyd etdiyi kimi, danışmışdır. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, çoxuşaqlı atadır, himayəsində 9 uşağı var, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, o, hər-hansı formada narkotik vasitə və ya psixotrop maddə istifadə etməmişdir. 28 avqust 2021-ci il tarixdə saat 15:45 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində qohumu Təqsirləndirilən şəxs ilə birlikdə ona məxsus olan “Toyota Prado” markalı, **-KL-*** qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman onlara 4 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib və xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etmələrini xahiş etmişlər, onlar özlərini təqdim etdikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla Elçini tanış etmişlər. Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib üzərində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs və onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. O etiraz etməyib idarə etdiyi avtomobildə Elçinlə birlikdə polis əməkdaşları ilə Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişlər. X27 Əskərbəylinin hüquqlarının müdafiə edilməsi üçün Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, onun üzərimə isə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 20 manat pulu və 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində kristal şəkilli, ağ rəngli, psixotrop maddə metamfetamin olması aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 27 avqust 2021-ci il tarixdə saat 17 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və psixotrop maddələri götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 20 manat pul Elçinin özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon polis əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, o, 28 avqust 2021-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə xx.xx.1969-cu il tarixdə Xaçmaz rayonunda anadan olmuş, Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Admiralteyski rayonu, Şkapina küçəsi, ev 6, mənzil 6 ünvanında qeydiyyatda olmaqla, Xaçmaz rayonu, Qaraqurtlu kəndində faktiki yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 28 avqust 2021-ci il tarixli qərar çıxarılmış və BMCMİ-nin əməkdaşları - əməliyyat müvəkkili X7, baş əməliyyat müvəkkili Şahid2, baş əməliyyat müvəkkili Şahid3, Təhqiqat Bölməsinin xmiü baş təhqiqatçısı X2 və ondan ibarət əməliyyat qrupu yaradılmış, ».əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qəbul edilmiş qərarın icra edilməsi üçün əməliyyat qrupu Xaçmaz rayonuna yola düşmüşdür. Xaçmaz rayonuna gəldikdən sonra təxirəsalınmadan qərarın icra edilməsi məqsədilə qrup üzvləri şəxsin olması ehtimal edilən Xaçmaz rayonu, Qaraqurtlu kəndinə yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü saat 15:45 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində Təqsirləndirilən şəxs bənzər şəxs “Toyota Prado” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında başqa bir şəxslə birlikdə saxlanılmışdır. Özlarım təqdim edib polis əməkdaşları olduqlarını demiş və həmin şəxslərə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxslər özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs və Şahid5 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmə, özündə saxlayaraq daşıma və satmaqda şübhəli olması Təqsirləndirilən şəxs bildirilmiş və üzərində keçiriləcək istintaq hərəkətləri üçün, Şahid5 isə istintaq hərəkətində iştirak etmək üçün “Toyota Prado” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına dəvət edilmişdir. Polis Şöbəsinə gəldikdən sonra Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşı olduğu üçün tərcüməçi ilə təmin edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Xaçmaz Rayon Vəkil Bürosunun vəkili X16 dəvət olunaraq Təqsirləndirilən şəxs təqdim olunmuşdur. Təqsirləndirilən şəxs hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazı olmadığını bildirmiş və Təqsirləndirilən şəxs ilə müdafiəçisinə konfıdensial ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Təqsirləndirilən şəxs və müdafiəçisi konfıdensial ünsiyyət saxladıqdan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmə, özündə saxlayaraq daşıma və satmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi, Şahid5 isə üzərinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs və Şahid5 buna etiraz etmədiklərini, üstlərinin yoxlanmasına razı olduqlarını bildirmişlər. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri, həmçinin bir neçə müdafiəçinin yardımından istifadə etmək, ailə üzvləri və yaxın qohumları haqqında məlumat verməmək, azərbaycan dilini sərbəst bilmədiyi halda tərcüməçinin yardımından istifadə etmək kimi hüquqları izah edilmişdir. Baxış keçirilməzdən əvvəl Şahid5 Azərbaycan Respublikası CPM-in 19-cu maddəsinə əsasən hüquqi yardım almaq, həmin Məcəllənin 26-cı maddəsinə əsasən cinayət mühakimə icraatının aparıldığı dili bilmədiyi halda öz ana dilindən istifadə etmək, ibtidai araşdırma zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqları izah edilmişdir. Təqsirləndirilən şəxs və Şahid5 hüquqlarının aydın olduğunu bildirmişlər. Şəxsi axtarış və götürmə xx.xx.2021 -ci il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarının cibində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirib əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 03 ədəd şəffaf sellofan bükümü, şalvarının sağ yan cibində olan 20 manat pulu və 01 ədəd “İphone” markalı mobil telefonu çıxardıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd şəffaf sellofan bükümün içində “şüşə” adı ilə tanıdığı psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümlərin içərisində psixotrop maddə metamfetaminə oxşar maddələr olması müşahidə edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini 27 avqust 2021 -ci il tarixdə saat 17 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində yaşadığı evin yaxınlığından təsadüfən tapdığını və psixotrop maddələri götürüb üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd şəffaf sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda aşkar edilmiş 20 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “İphone” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra şəxsi axtarış, baxış və götürmə aparılması prosesində iştirak edən Şahid5 üzərinə baxış keçirilmişdir. Baxış keçirilməsindən əvvəl Şahid5 baxışın videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, Şahid5 buna etiraz etmədiyini bildirdikdən sonra paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi Şahid5 təklif edilmişdir. Bu təklifdən sonra Şahid5 üzərində narkotik vasitə və psixotrop maddə olmadığını bildirib əynində olan şalvarının sağ bel hissəsində kəmərdən asdığı telefon qabının içində olan 01 ədəd “Nokia” markalı mobil telefonu, əynində olan şalvarın sağ yan cibində olan 50 manat pulu və şalvarının sol yan cibində olan 01 ədəd konfeti, şalvarının sol arxa cibində olan cib dəsmalını və əynində olan köynəyinin sol döş cibində olan avtomobil açarını çıxardıb masanın üzərmə qoymaqla təqdim etmişdir. Baxış davam etdirilərkən Şahid5 üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Sorğu zamanı Şahid5 birlikdə saxlanıldığı Təqsirləndirilən şəxs qohumu olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə olmasından məlumatının olmadığını bildirmişdir. Baxış zamanı aşkar edilmiş 50 manat pul, konfet, mobil telefon, cib dəsmalı və avtomobil açarı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Şahid5 özünə qaytarılmışdır. Daha sonra şəxsi axtarış, baxış və götürmə keçirilməsinə dair protokol tərtib edilmiş, düzgün tərtib edildiyindən imzalarla təsdiq edilmişdir. Daha sonra Şahid5 ərizə verərək “Toyota Prado” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Azərbaycan Respublikası DİN-in BMCMİ-nin digər əməkdaşları Şahid2, Şahid4 və Şahid3, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 oğlunun ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 29 avqust 2021-ci il tarixli 6/3761 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilən üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi olan, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd kağız paketin içərisində olan üç ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 3,506 qram, 3,298 qram, 3,272 qram ümumi təmiz çəkisi 10,076 qram olan ağ rəngli kristallik formada maddələr xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub kustar üsulla hazırlanmış psixptrop maddə - metamfetamindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburinarkoloji tibbi yoxlamanın 06 dekabr 2021-ci il tarixli 4904 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyat alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan BMCMİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin xmiü baş təhqiqatçısı Mirata Seyidov tərəfindən tərtib edilmiş “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” 28 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 28 avqust 2021-ci il tarixdə saat 15.45 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində saxlanılaraq Xaçmaz RPŞ- nin inzibati binasına dəvət edilərək orada üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 03 ədəd bükümdə ümumi təmiz çəkisi 10,076 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz Rayon Məhkəməsinin hakimi X8 15 sentyabr 2021 -ci il tarixli 5(067)-127/2021 saylı qərarından görünür ki, Xaçmaz rayonu Qaraqurtlu kəndində yaşayan Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanması məqsədilə onun ətrafında əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə AR DİN Baş mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən daxil olmuş 28 avqust 2021 -ci il tarixli qərarın qanuni və əsaslı olduğu müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Sankt-Peterburq höküməti X3 Qeydiyyatı işləri üzrə komitəsinin Admiralteyski rayonu X3 Qeydiyyatı şöbəsinin 09 yanvar 2014-cü il tarixli, İİİ-AK seriyalı 736181 nömrəli Atalığın müəyyən edilməsi haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 16 dekabr 2013cü il təvəllüdlü Rafael Saqdiyevin atası olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Sankt-Peterburq höküməti X1 Qeydiyyatı işləri üzrə komitəsinin Krasnoselski rayonu X3 Qeydiyyatı şöbəsinin 12 may 2018-ci il tarixli, İV-AK seriyalı 773492 nömrəli doğum haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs X14 ilə birgə nikahlarından 28 aprel 2018-ci il təvəllüdlü X18 adlı azayaşlı qızı vardır. İş materiallarında olan Xaçmaz rayon X3 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 04 oktyabr 2001-ci il tarixli, AZ-İ seriyalı 353679 nömrəli doğum haqqında şəhadətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs X9 ilə birgə nikahlarından, 21 sentyabr 2001-ci il təvəllüdlü X23 adında oğlu vardır. İş materiallarında olan Xaçmaz rayon X3 Qeydiyyatı Şöbəsi tərəfindən verilmiş 02 iyul 2003-cü il tarixli, AZ-İ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X9 ilə birgə nikahlarından, 16 iyun 2003-cü il təvəllüdlü X20 adında oğlu vardır. İş materiallarında olan 5 saylı Bakı “ASAN Xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 02 dekabr 2020-ci il tarixli, AZ-İV seriyalı 534820 nömrəli oğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs X10 ilə birgə nikahlarından, 11 noyabr 2020-ci il təvəllüdlü X4 adında bir oğlu vardır. İş materiallarında olan AZE 18276410, AZE 12599677 və AZE 12599942 nömrəli şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü X24, xx.xx.2011-ci il təvəllüdlü X12 və xx.xx.2010-cu il təvəllüdlü X13 adında uşaqları vardır. İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış xx.xx.2021 -ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,506 qram, 3,298 qram və 3,272 qram, ümumilikdə təmiz çəkisi, şəxsi istehlak miqdarından artıq miqdardda 10,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində qanunsuz saxlamaqla Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisinə qanunsuz daşımış, Təqsirləndirilən şəxs qanunsuz olaraq psixotrop maddə əldə etməsi, özündə saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o 28 avqust 2021-ci il tarixdə saat 15.45-də Xaçmaz rayonu, Qaraqurtlu kəndində saxlanılaraq Xaçmaz RPŞ-nin inzibati binasına gətirilib inzibati otaqların birində saat 17.06-dan etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,506 qram, 3,298 qram və 3,272 qram, ümumi təmiz çəkisi şəxsi istehlak miqdarından artıq miqdarda 10,076 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladlarının olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61 maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 28 avqust 2021-ci il tarixli, şübhəli şəxsin tutulması haqqında protokoldan və Bakı şəhəri, Nərimanov rayonu məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 4(005)-863/2021 saylı qərarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Azərbsaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Müətəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,926 qram təşkil edən psixotrop maddə metafetamin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 65 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. Azərbaycan Respublikası CM-nin 52.2.3-cü maddəsinə görə Azərbaycan Respublikasında doğulmuş şəxslərə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü şamil edilmir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının vətəndaşı, yəni əcnəbi olsa da, o Azərbaycan Respublikasında doğulmuşdur. Belə olan halda, Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü tətbiq edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Təqsirləndirilən şəxsin cəzaçəkməsinin əvvəli 28 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Azərbsaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Müətəşəkkil Cinayətlkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 9,926 qram təşkil edən psixotrop maddə metafetamin məhv edilsin. İş üzrə ekspertiza xərci olan 65 (altmış beş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın və müsadirə olunacaq əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-44/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-44/2022
20.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver