Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-44/2023 30.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxx 1990-cı ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, İmişli şəhəri, H.Əliyev prospekti ev 127-də qeydiyyatda olan, Ali Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli, 1(102)- 1060/2022 saylı qərarı ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş və hazırda Penitensiar Xidmətin 15 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxx 1976-cı ildə Naxçıvan MR-nın Culfa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Yasamal rayonu, Ə.Salamzadə küçəsi ev 5-də qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi ev 53, mənzil 34-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək ona görə məhkəməyə verilmişdir ki, o, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 08 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Qaradağ rayon məhkəməsinin 09 iyun 2016-cı il tarixli qərarı ilə 11 ay 08 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, habelə 31 iyul 2020-ci il tarixdə İmişli rayonu ərazisində törətdiyi oğurluq cinayətinə görə barəsində İmişli RPŞ İB-də Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılmasına baxmayaraq, təkrar törədilməklə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun bələdçiliyi ilə 13 sentyabr 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Xaçmaz-Qusar avtomobil yolunun Xaçmaz rayonu, Köhnə- Xudat kəndindən keçən hissəsində sol tərəfdə, yoldan 200 metr aralıda yerləşən evin qarşısına getmiş, Təqsirləndirilən şəxs2 qeyd olunan evi ona göstərib özü yaxınlıqda pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət etmiş, o isə həmin evin hasarından aşmaqla evin həyətinə, daha sonra isə yaşayış sahəsi hesab edilən evə pəncərədən qanunsuz daxil olub qonaq otağındakı dolabdan 1040 manat nağd pulu, həmin dolabda olan əl çantasının içərisindən 900 manat dəyərində 10 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 810 manat dəyərində 9 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 720 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 720 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, qonaq otağındakı televizor altlığının rəfindən 150 manat dəyərində bir ədəd işlənmiş “Samsung Note 3” markalı və 225 manat dəyərində bir ədəd “Nokia 2720” markalı mobil telefonları, 220 manat dəyərində bir ədəd “Sony” markalı video-kameranı qanunsuz götürüb aparmaqla ümumilikdə 4785 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilərək ona görə məhkəməyə verilmişdir ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün bələdçiliyi ilə 13 sentyabr 2020-ci il tarixdə, saat 03 radələrində qardaşı Zərərçəkmiş şəxs məxsus Xaçmaz-Qusar avtomobil yolunun Xaçmaz rayonu, Köhnə-Xudat kəndindən keçən hissəsində sol tərəfdə, yoldan 200 metr aralıda yerləşən evin qarşısına gedib həmin evi Təqsirləndirilən şəxs1 göstərdikdən sonra, özü yaxınlıqda pusquda dayanaraq kənar şəxslərin yaxınlaşmamasına nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə həmin evin hasarından aşaraq evin həyətinə, daha sonra isə yaşayış sahəsi hesab edilən evə pəncərədən qanunsuz daxil olmaqla qonaq otağındakı dolabdan 1040 manat nağd pulu, həmin dolabda olan əl çantasının içərisindən 900 manat dəyərində 10 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 810 manat dəyərində 9 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 720 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 720 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, qonaq otağındakı televizor altlığının rəfindən 150 manat dəyərində bir ədəd işlənmiş “Samsung Note 3” markalı və 225 manat dəyərində bir ədəd “Nokia 2720” markalı mobil telefonları, 220 manat dəyərində bir ədəd “Sony” markalı video-kameranı qanunsuz götürüb aparmaqla ümumilikdə 4785 manat nləbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, gecə saatlarında Xaçmaz rayonunun Köhnə-Xudat kəndinə gələrək Zərərçəkmiş şəxs evinə daxil olub əmlakları oğurlamışdır. O, buraları, yəni Xaçmaz rayonu ərazisini tanımamış, onu digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 gətirərək onun oğurluq etdiyi yeri ona göstərmişdir. O, təqsirləndirilən Təqsirləndirilən şəxs2 ilə internet vasitəsilə tanış olmuşdur. Belə ki, onun Elcan adlı bir dostum var, sonuncu hansısa Avropa ölkəsinə gedərək orada yaşayır, ona görə də Elcan ona demişdir ki, onun torpaq sahəsi üçün müştəri taparaq satsın. O da həmin torpağı satmaqla bağlı internetdə elan yerləşdirmiş, Təqsirləndirilən şəxs2 da onun telefon nömrəsini həmin elandan götürərək torpaqla bağlı ona zəng etmiş və danışmışlar. Kamalə ilə ilk dəfə Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında görüşüb torpaq məsələsi ilə bağlı danışmışlar, onlar torpaqla bağlı bir-iki dəfə görüşüb danışmış, sonra isə Kamalə ilə telefon vasitəsilə yazışmağa başlamışlar və münasibətləri yaranmışdır. Kamalə ona demişdir ki, qardaşı Famil Xaçmaz rayonunda yaşayır, Bakı şəhərində Mehdiabad qəsəbəsində yaşayan onların digər qardaşı Firudinin vəfatı ilə əlaqədar Famil və ailəsi birlikdə Mehdiabad qəsəbəsinə gedəcək, Familin Xaçmaz rayonundakı evində kimsə olmayacaq və həmin vaxt gedərək həmin evdən oğurluq edə bilər. Kamalə ona həmin evdə oğurlamaq üçün konkret olaraq hansı əmlakların olduğunu, yerini deməmiş, lakin haradan və necə daxil olmağı, oğurlamaq üçün əmlakın olacağı təqdirdə, oğurlamasını demişdir. Oğurluq etdikləri gün Bakı şəhərində gecə saatlarında, o, taksi xidməti göstərən hazırda xatırlamadığı qısa nömrəyə zəng edərək taksi çağırmış, taksi qeyd etdiyi ünvana gəldikdən sonra Kamalə ilə birlikdə taksiyə əyləşib Xaçmaz rayonun gəlmişlər, Xaçmaz rayonunda Kamalə ona qardaşı Familin evini işarə vermiş, gəldikləri taksini saxladaraq o, düşmüş və Familin evinə daxil olub oğurluq etmişdir. Onlar taksi sürücüsünə demişlər ki, guya o, qohumugilə gəlmiş, qohumumu görüb qayıdacaqdır. O, zərərçəkmişin evinə gecə saatlarında, evin pəncərəsini açaraq daxil olmuşdur. Kamalə həmin evə onunla daxil olmamış, taksidə gözləmiş, o, evə tək daxil olmuşdur. Taksi bir qədər aralıya sürərək dayanmışdır, taksi sürücüsü onun tanımadığı şəxs olmuşdur. O, Familin evindən 1040 manat pul, dörd ədəd qızıl qolbaq, iki ədəd mobil telefon, bir ədəd videokamera götürərək oğurlamışdır. O, qızıl qolbaqları otaqdakı şkafın siyirməsindən götürmüşdür. Oğurladığı həmin əşyaları elə Familin evində olan bir dəmir qutunu götürərək onun içərisinə qoymuşdur. Həmin əmlakları oğurlayandan sonra Familin evindən çıxmış, bir qədər getdikdən sonra taksinin olduğu yerə çatmış və əyləşib Kamalə ilə Bakı şəhərinə yola düşmüşdür. Oğurluğu etdikdən sonra o, taksidə arxa oturacaqda Kamalənin yanında oturmuş, elə yolda olarkən sonuncuya oğurladığı əmlakları vermişdir. Oğurladığı 1040 manat puldan 300 manatını kirayə qaldığı evin kirayə haqqını vermişlər, 740 manat pulu və qızıl zinət əşyalarını Kamaləyə vermiş, mobil telefonlar və videokamera isə onda, kirayədə yaşadığı evdə qalmış, mobil telefonların və videokameranın sonradan harada olması barədə məlumatı yoxdur. Sonra isə Kamalə ilə onda qalan pul ilə ərzaq almışlar. Təqsirləndirilən şəxs2 ifadəsində falçılıqla bağlı xüsusatı yalandır. Onunla Kamalə arasında münasibət yaranmış, onlar kirayə evdə birlikdə yaşamışlar, kirayə haqqını da Kamalə vermişdir. Bundan əlavə o, məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında ifadə verərkən bildirmişdir ki, oğurluq etmək təklifini Kamaləyə o etmişdir. Belə ki, onun maddi vəziyyəti pis olduğundan Kamaləyə oğurluq etmək lazım olduğunu demiş, Kamalə də qardaşı Familin evindən oğurluq etməyi ona təklif etmiş, o da razılaşmışdır. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında isə bildirmişdir ki, Təqsirləndirilən şəxs2 oğlunun sonuncuya maddi problemlər yaratdığını, kredit borcu olduğunu deyərək qardaşı Familin evindən oğurluq etməyi təklif etmiş, o da cinayətkar olduğundan həmin oğurluğu etmişdir. Yəni o, oğurluğu Kamaləyə görə etmiş, bu səbəbdən də oğurladığı qızıl zinət əşyalarını, pulu Kamaləyə vermişdir. O, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixdə verdiyi ifadəsini təsdiq edir. O, törətdiyi cinayət əməlinə görə peşmandır. O, vurduğu ziyanla bağlı zərərçəkmiş şəxsə heç bir məbləğ ödəməmiş, onun ziyanla bağlı ödəniş etməsi üçün maddi imkanı yoxdur. Onun ailəli olmaqla iki azyaşlı uşağının olmasının, ailə vəziyyətinin nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs Muradın ifadəsində bildirdikləri uydurmadır. O, çətin vəziyyətdə kirayələrdə qalmış, onun torpaq alqı-satqısı ilə bağlı heç bir məsələsi, istəyi olmamışdır. O, Muradı İnstaqram sosial şəbəkəsindən baxıcı kimi görüb tanımışdır. Belə ki, həmin ərəfələrdə onun oğlunun bəzi pis vərdişləri olmuş, buna görə o, narahat olmuş, müalicələr nəticə verməmişdir. Buna görə də o, ağılsızlıq edərək baxıcı ilə, yəni Muradla əlaqə saxlamışdır. Murad İnstaqramda ona bildirmişdir ki, “sizin oğlunuzu ölüm, həbsxana gözləyir. Kartıma yüz manat pul atın, oğlunuza köməklik edim”. O isə Murada demişdir ki, “mən sizi tanımadan, görmədən sizə necə pul göndərim, bəlkə, siz yalan deyirsiz”. Murad ona yaşadığı ünvanı demiş, o, taksi çağıraraq Muradın dediyi ünvana, yəni ünvan 2uş, pilləkənlə qalxdıqdan sonra içəri daxil olanda solda iki kiçik otaq olmuş, Murad həmin otaqlardan birində onu qəbul etmiş və demişdir ki, onun evində baxıcılıq etmək üçün xüsusi otağı var, lakin evində təmir işləri aparıldığına görə həmin otağa daxil olmaq mümkün deyil. Murad orada ondan yüz manatı istəmiş və o, sonuncuya yüz manat pul vermiş, Murad ona oğluna köməklik edəcəyini bildirmişdir. O, bir neçə dəfə Muradın evinə gedib-gəlməli olmuşdur. Hətta ikinci dəfə gedəndə onu Muradın arvadı da görmüşdür. Bir dəfə də o, Murada zəng edəndə sonuncuya zəng çatmamış, o, taksi ilə onun ünvanına getmiş, qapıya arvadı çıxmış, arvadından Muradı soruşmuş, arvadı demişdir ki, Murad evdə yoxdur, arvadı ondan nə məsələ olduğunu soruşmuş, o, ona Muradın onun üçün fala baxdığını demişdir. Arvadı isə “o, fala baxan olsaydı, özünə gün ağlayardı” deyərək ona irəlidə başqa yaxşı baxıcı olduğunu bildirmişdir. O, Muradın arvadına demişdir ki, o, Murada istədiyi məbləği vermişdir. Yəni onun Muradla tanışlığı sonuncunun baxıcılığına görə olmuşdur. Sonradan Murad hansısa cinayətə görə tutulmuş, çıxandan sonra onunla əlaqə saxlamış və demişdir ki, “narahat olma, sənin uşağına köməklik edəcəm”. O yenə Murada müəyyən məbləğlərdə pul göndərmişdir. Bir gün ona 29-cu polis şöbəsindən zəng gəlmişdir ki, onun oğlundan Murad şikayət edərək deyib ki, guya onun oğlu yaşadıqları evdə evi dağıdıb-tökür, anasını, bacısını döyür. O da bildirmişdir ki, elə bir hal yoxdur, olsaydı, o özü gəlib şikayət edərdi. Bundan sonra Murada zəng edib demişdir ki, “mən səndən uşağıma kömək etməni istəmişdim, polisin əli ilə etməni istəməmişdim, bunu özüm də edə bilərdim”. Bundan sonra isə Murad onu şantaj edərək demişdir ki, “məndə sənin, oğlunun şəkilləri var, pul verməsən, oğluna göstərəcəm” və sair. O da Muradın baxıcılığı ilə bağlı oğlunun paltarlarından, oğlunun onunla olan şəkillərini Murada vermişdir. O da qorxmuşdur ki, oğlu da həmin vaxtlarda pis vəziyyətdə olmuş, oğlu bunları görüb onun üçün nəsə etdirmək istədiyini fikirləşər və daha da pis olar. O da Muradın bu şantajına görə hazırkı cinayətə əl atmalı olmuşdur. Murad hətta ona təklif etmişdir ki, qohumlarında kimlərinsə bank kartlarının arxa tərəflərinin fotolarını çəkib ona atsın, oradakı kodlar vasitəsilə pul çıxarsın. O, Murada bunu edə bilməyəcəyini bildirmişdir. Polis şöbəsindən ona zəng gəlməsi, Muradın bu şantajı onu bu barədə kiməsə nəsə deməyə çəkindirmiş, qorxmuşdur. Murad isə ona qohumlarından kiminsə evini ona işarə verməsini və həmin evdən oğurluq edə biləcəyini demişdir. O da qardaşının evini Murada göstərməyə məcbur olmuşdur. Fikirləşmişdir ki, sonradan qardaşına vəziyyəti başa salar və şikayətini edər. Taksi ilə gedərək Murada qardaşının evini göstərmiş, Murad həmin evə girib oğurluq etmişdir. Murad oğurladığı pulun hamısını özündə saxlamış, ona verməmiş, qızıl qolbaqları isə ona vermişdir ki, satıb pulunu onun özünə versin. Bir qədər əvvəldə bildirdiyi məsələ ilə bağlı Muradın 29-cu polis şöbəsində izahatı da vardır. Onun torpaq alqı-satqısı ilə bağlı heç bir söhbəti olmamış, bundan əvvəl onun oğurluqla heç bir əlaqəsi də olmamışdır. O, Muradın şantajına görə çıxılmaz vəziyyətdə qalaraq hazırkı əməli törətmiş, yəni ona qardaşı Familin evini oğurluq etməsi üçün göstərmişdir. Həmçinin bildirdi ki, onun qardaşı Famil ilə düşmənçiliyi və ədavəti olmamışdır. O, oğurluq hadisəsinədək qardaşının evinə gedib-gəlmişdir. Qardaşının evində pulun, qızıl əşyalarının harada yerləşməsindən onun xəbəri olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 oğurlanan həmin qızıl əşyalarını satmaq üçün ona verməsinin səbəbi o olmuşdur ki, Murad ona demişdir ki, qızılları satarkən pasport istənilir, onun isə pasportu yoxdur, xarici pasportu var və o, izlənilib tapıla bilər. Muradı şantajına görə evə pul vermək adı ilə çağırıb polisə məlumat vermək olardı, lakin o, həmin vaxt çıxış yolu kimi oğurluq edərək Murada pul verməyi görmüşdür, o, polisə məlumat verməməklə səhv etmiş, gərək Muradın şantajı ilə bağlı məlumat verərdi və hazırkı cinayəti törətməzdi. Oğurladıqları 4 ədəd qızıl qolbağı o, 2000 manata satmış və həmin pulu Murada vermişdir. Murada həmin pulları sonuncuya falçılığı ilə bağlı verdiyi oğlunun paltarlarının, fotoların ona qaytarılması üçün vermişdir. O, oğlunun pis vərdişlərinin müalicəsi üçün ona maddi köməklik etməsindən ötrü qardaşına müraciət etməmişdir. O, ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı xx.xx.2023-cü il tarixli məhkəmə iclasındakı ifadəsini təsdiq edir. O, hazırda zərərçəkmiş şəxsə vurulmuş ziyanla bağlı 3000 manat ödəmişdir. Ziyanın çox hissəsinin onun ödəməsinin səbəbi odur ki, qardaşı bu cinayət hadisəsinin səbəbkarı kimi onu görmüş və qınamışdır. O, törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təqsirləndirilən şəxslərin ikisi də yalan danışır. O, Təqsirləndirilən şəxs2 bacısı kimi çoxdan həyatından silmiş, sonuncu ilə əri vəfat edəndən sonra əlaqəni kəsmiş, münasibətləri olmamışdır. Kamalə vaxtilə analarına burada olan torpaq sahəsini satdırmış, həmin pulu nə etdiyini bilməmişlər. Vəfat etmiş qardaşı Kamaləyə hər ay iki min manat maaş vermiş, Kamalə ərinin avtomobilini satdırmış, oğlu ilə qumar oynamışlar, on yeddi min manat da qumara görə vermişlər. Bütün bunlara görə o Kamalə ilə münasibəti tamam kəsmişdir. Kamalənin oğlu da anası Kamalənin sayəsində pis yola düşmüşdür. O, hesab edir ki, Təqsirləndirilən şəxs1 onun evimə tək girməmişdir. Onlar biliblər ki, o, Bakı şəhərində yas mərasimində olacaq, onlar arxayın şəkildə evin pəncərəsini açıb daxil olmuşlar, evin mətbəxində oturmuşlar. 1040 manat pul da bir yerdə olmamış, 1000 manat pul qızılların olduğu siyirmədə, 40 manat isə digər otaqda olmuşdur. Evdən həm də uşağının qulaqlıqlarını, onun gümüş boyunbağını, yəni bu kimi xırda şeyləri də oğurlamışlar. Bundan başqa, evin seyf qapısını linglə qararaq sındırmışlar. Yəni ki, bu, bir nəfərin işi deyil, evindən oğurluğu tələsmədən etmişlər. Hətta onun mətbəxdə ehtiyat saxladığı siqaretləri də götürüb elə orada çəkmişlər. Həmçinin həyətə daxil olanda həyətdəki talvarın işığını da söndürmüşlər. Həmçinin bildirdi ki, o, Kamalə ilə sonuncunun əri vəfat edəndən sonra, təxminən 7-8 il olar ki, münasibətini kəsmişdir. Kamalə onun evində əvvəllər olmuş, lakin o, onun evində nəyin harada olduğunu bilməmişdir, çünki Kamalə ilə münasibəti kəsəndən sonrakı vaxtlarda onun evində təmir işləri, dəyişikliklər olmuşdur. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onun evindən oğurlanmış əmlaklardan yalnız “Nokıa” markalı telefon ona qaytarılmışdır. Ona vurulmuş 4785 manat ziyandan təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 3000 (üç min) manat ödəmiş, Təqsirləndirilən şəxs1 isə heç bir məbləğ ödəməmişdir. Onun Təqsirləndirilən şəxs2 qarşı şikayəti yoxdur, Təqsirləndirilən şəxs1 qarşı isə şikayətçidir. Zərərçəkmiş şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, rəsmi olaraq "xxxx" QSC-nin mühafizə departamentində Yalama mühafizə komandasının böyük atıcısı kimi işləmiş, təxminən 20 il bundan əvvəl o, Xaçmaz rayonu, Köhnə Xudat kəndində torpaq sahəsi alıb özü üçün fərdi yaşayış evi tikdirmiş, onun evi 4 otaqlı olmuş, həmin evdə o, həyat yoldaşı və iki övladı ilə birlikdə yaşamışdır. 12 sentyabr 2020-ci il tarixdə o, ailə üzvərilə birlikdə Xaçmaz rayonundan Bakı şəhərinə vəfat edən qardaşının qırx mərasimində iştirak etmək üçün getmiş, həmin vaxt o, evdən çıxan zaman evin qapısını daxili kilidlə bağlamış və sonra isə həyət qapısından çıxan zaman da həyət qapısını daxili kilidlə bağlayıb öz idarə etdiyi avtomobillə Bakı şəhərinə ailə üzvlərilə birlikdə getmiş, 21 sentyabr 2020-ci il tarixdə o öz ailə üzvlərilə birlikdə getdiyi qardaşının yas mərasimindən qayıdıb Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yerləşən evinin qarşısına gələn zaman evin həyət qapısını açıb həyətə daxil olmuş, həyətə daxil olan kimi evin uşaq otağının pəncərəsinin qarşısında iki ədəd stulun olduğunu görmüş, həmin stullar onun həyətində olmuş, o, ailə üzvlərilə birikdə evin həyətində olan zaman həmin stullardan istifadə etmişdir, o, evinin uşaq otağının pəncərəsinin qarşısında iki ədəd stulu gördükdən sonra uşaq otağının pəncərəsinə baxmış və pəncərədə olan dəmir barmaqlığın sol küncündən divara bərkidilən yerindən sındırılıb divardan aralandığını görüb və dərhal Xudat polis bölməsinə zəng edib bu barədə məlumat vermiş, dərhal polis əməkdaşları onun evinə gəlmiş, o, polis əməkdaşlarının yanında evin qapısının bağladığı daxili kilidini açmaq üçün açarı kilidə salıb çevirən zaman kilidin açılsa da, qapının açılmadığını görmüş, bu zaman Xudat polis bölməsinin əməkdaşları onun yaşadığı evə uşaq otağının sınmış dəmir barmaqlıqlarından daxil olub evin qapısını içəridən açmış, daha sonra o, evinə daxil olub evdəki şəxsi əşyaların dağınıq vəziyyətdə olduğunu görmüş, həmin vaxt o, evdəki əşyaları yoxladıqda qonaq otağındakı şüşəli dolabın alt çəkməcəli bölməsindən əl çantasının içərisindən 01 ədəd 650 manat dəyərində 10 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağın, 01 ədəd 585 manat dəyərində 9 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağın, 01 ədəd 520 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağın, 01 ədəd 520 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağın oğurlandığını görmüşdür. Daha sonra qonaq otağındakı televizor altlığının rəfindən 01 ədəd 150 manat dəyərində işlənmiş “Samsung Not 3” markalı və 01 ədəd 225 manat dəyərində “Nokia 2720” markalı mobil telefonların, 01 ədəd 220 manat dəyərində “Sony” markalı video-kameranın oğurladığını görmüşdür. Ona məxsus olan “Nokia 2720” markalı mobil telefonunun İMEİ kodu **********8663 nömrəli olmuş, bundan başqa onun yaşadığı evin pəncərəsinin dəmir barmaqlıqlarının sındırlıması və evin seyf qapısının yararsız hala salınması nəticəsində ona 500 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Şahid2 onun doğma oğlu olmuş, Ehtibar 27 aprel 2021-ci il tarixdə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirəri nəticəsində tutulmuş, daha sonra isə Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş, Ehtibarın Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanıldığını bildirmişdir. 2021-ci ilin mart ayının sonlarında Novruz bayramı ərəfəsində o və arvadı Ehtibarın kirayə yaşadığı Binə qəsəbəsində yerləşən evə qonaq getmiş, həmin vaxt Ehtibar istifadəsində olan mobil telefonun köhnəldiyini görüb, ona “evdə Nokia markalı mobil telefon vardır, istifadəsiz qalıb, istəyirsənsə götürüb istifadə et” demiş, o da razışmış və “Nokia” markalı mobil telefonu istifadə etmək üçün ona vermiş, lakin Ehtibar həmin telefonu kimdən aldığını və haradan əldə etdiyini ona deməmiş, o da bu barədə Ehtibardan heç nə soruşmamış, həmin mobil telefonu ona Ehtibar işlətmək üçün vermiş, həmin mobil telefonun kimə məxsus olmasından onun məlumatı olmamış, 28 fevral 2022ci il tarixdə o, yaşadığı evdə olan zaman yaşadığı evə iki nəfər şəxs gəlib özlərini Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirdikdən sonra onun istifadəsində “Nokia 2720” markalı mobil telefon olub-olmamasını soruşduqda o özündə olan “Nokia 2720” markalı mobil telefonu polis əməkdaşlarına göstərmiş, polis əməkdaşları həmin telefonun İMEİ koduna baxmış və onun istifadəsində olan mobil telefon Zərərçəkmiş şəxs məxsus olan və evindən oğrulanmış telefon olduğunu bildirmişdir. O, həmin telefonun oğurluq yolu ilə əldə edilməsindən xəbəri olmadığını bildirmiş, hazırda həmin mobil telefonun özündə olduğunu və o, həmin telefonu təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xəzər rayonu, Mərdəkan qəsəbəsində anadan olmuş və həmin qəsəbədə böyümüş, cinayət məsuliyyətinə cəlb edilməmişdən əvvəl də Mərdəkan qəsəbəsinin, S.Yesenin küçəsində yaşamışdır. Xaçmaz rayonu, Köhnə-Xudat kəndində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evdən oğurlanan “Nokia 2720” markalı mobil telefonun atası Şahid1 aşkar edilərək götürülməsi və bununla bağlı atası şahid qismində ifadə verən zaman həmin telefonu onun işlətmək üçün verdiyini bildirməsi barədə göstərmişdir ki, həmin telefonu o, Mərdəkan qəsəbəsində yaşadığı küçədən iki küçə aralıda yerləşən R.Qasımov küçəsində yaşayan Şahid3 Nizam oğlundan 2020-ci ilin təxminən oktyabr ayında 30 manat pul verərək almışdır. Samiri o, təxminən 7-8 ildir ki, tanımış, Samirin Mahir və Rahil adlı iki qardaşı olmuş, məktəbi bitirdikdən sonra mühərrik ustası və çilingər işləməyə başlayan zamanlarda Mahir və Samirin öz avtomobillərini tez-tez onun yanına təmir üçün gətirdiyini, işlədiyi təmir sexinin elə yaşadığı küçədə yerləşdiyini bildirmişdir. Samirin köhnə bir “Vaz-2106” markalı, 570 nömrəli avtomobili olduğunu, həmin avtomobil köhnə olduğu üçün tez-tez xarab olmuş, buna görə də çox vaxt Samir avtomobilini onun yanına təmir üçün gətirmiş, həmin vaxtlardan Samirlə münasibətləri yaranmış, Samirin atası Nizam vəfat etsə də, anası Züleyxa Məmmədova isə Samirlə birlikdə yaşamış, Samir subay olmuş, Samir onun bildiyinə görə bir neçə dəfə törətdiyi oğruluq və narkotik vasitələrin qanusuz dövriyyəsi ilə bağlı cinayətlərə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 2020-ci ilin təxminən oktyabr ayında dəqiq xatırlamadığı günlərin birində o öz avtomobil təmiri sexində Samirin “Vaz 2106” markalı avtomobilini təmir edib qurtarmış və Samir öz avtomobilini ondan götürmək üçün gəlmiş, o, avtomobili Samirə təhvil verdikdən sonra Samir ona “satılıq telefon var, istəmirsən ?” demiş, o da həmin vaxt ondan “nə telefondur ?” soruşmuş, bu zaman Samir ona “telefonu anam işlədib, indi mənə verib, mən də satıram” demiş, həmin vaxt Samir telefonu 40 manata satdığını bildirmiş, o, həmin telefonu götürüb funksiyalarının işləməsinə baxmağa başlamış və telefonun normal işlədiyini, internet bağlantısı da olmuş, “Nokia” 2720 markalı və qara rəngli, qapaqlı telefon olmuşdur. Telefonun normal işlədiyini görüb Samirə “30 manat pulum vardır, satırsansa alım, başqa pulum yoxdur” demiş. Samir də onunla razılaşmış, telefonu alan zaman o, Samirdən telefonun sənədləri, adapteri və qutusu barədə soruşduqda Samir ona “telefonun sənədləri, adapteri və qutusu anamdadır, anam da işdədir, axşam gələndə sənədləri, qutunu, adapteri gətirib sənə verərəm” demiş, o da Samirə inanmış, daha sonra o, Samirə heç olmasa şəxsiyyət vəsiqəsinin kserosurətini çıxarıb ona verməsini, əgər telefonla bağlı hər hansı bir problem olarsa telefonu Samirdən aldığını şəxsiyyət vəsiqəsinin surətini göstərməklə sübut etmək istədyini bildirmişdir. Bundan sonra Samir öz şəxsiyyət vəsiqəsinin surətini yaxınlıqda yerləşən dükanda çıxarıb ona vermiş, daha sonra isə o, Samirdən telefonu alıb, 30 manat pul vermiş. Samir çıxıb getmiş, lakin ona söz verdiyi adapteri, telefonun qutusunu və sənədlərini ona verməmiş, o, Samirin şəxsiyyət vəsiqəsinin surətini aldığı üçün daha bu barədə Samirdən telefonun sənədlərini istəməmiş, o, telefonu Samirdən aldıqdan sonra öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini həmin telefonda istifadə etməyə başlamış, göstərdiyi nömrəni o, 2020-ci ilin oktyabr ayından həmin ilin dekabr ayının sonlarına qədər Samirin ona 30 manata satdığı “Nokia 2720” markalı telefonda işlətdiyini, sonradan özünə yeni mobil telefon aldığı üçün Samirin ona satdığı mobil telefonu evə qoyduğunu bildirmişdir. Samirin ona telefonun anasının istifadəsində olduğunu dediyini, sonradan isə anası Züleyxanın ona verdiyini demişdir. 2021-ci ilin yanvar ayının əvəllərində yaşadığı Mərdəkan qəsəbəsindən həyat yoldaşı və iki övladıyla birlikdə Xəzər rayonu, Binə qəsəbəsinə köçərək orada kirayə ev tutaraq yaşamağa başlamış, 2021-ci ilin mart ayının sonlarında Novruz bayramı ərəfəsində atası və anası onun yaşadığı Binə qəsəbəsindəki evə qonaq gəlmiş, həmin vaxt atası Mehmanla söhbət edən zaman atasının istifadəsində olan mobil telefonun köhnəldiyini görüb, atasına “evdə Nokia markalı mobil telefon vardır, istifadəsiz qalıb, istəyirsənsə götürüb istifadə et’ demiş, atası da onunla razışmış və o, 2020-ci ilin təxminən oktyabr ayında Şahid3 aldığı “Nokia” markalı mobil telefonu istifadə etməsi üçün atasına vermiş, həmin vaxt atası ***-***-**-** saylı mobil telefon nörməsini işlətmiş, o, telefonu atasına verdikdən sonra mütəmadi olaraq həmin telefonda istifadə etdiyi yuxarıda qeyd etdiyi nömrəsi ilə əlaqə saxlamış, lakin o, atasına ümumiyyətlə həmin telefonu kimdən aldığını deməmiş, atası da bu barədə ondan heç nə soruşmamış, daha sonra o, 27 aprel 2021-ci il tarixdə qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu üçün Xəzər rayon Polis İdarəsinin 1-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirəri nəticəsində tutulmuş, bundan sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 onun yeznəsidir. Təqsirləndirilən şəxs1la qızı Şahid5 birgə nikahlarından iki azyaşlı övladları olmuşdur. Təqsirləndirilən şəxs1 əslən İmişli rayonundan olmuş və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda da Təqsirləndirilən şəxs1 öz dayısının evindən qızıl-zinət əşyaları oğurladığı üçün Azərbaycan Respubikası Ədliyyə Nazirliyi Penitansiar Xidmətin 15 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsə də, baxıcılıqla və falçılıqla məşğul olmamış, Təqsirləndirilən şəxs1 2020-ci ilin yaz-yay aylarında bəzi günlərdə onun hazırda yaşadığı ünvan 3 ünvanında yerləşən evində arvadı Şahid5 və iki azyaşlı övladı ilə birlikdə yaşadıqlarını, lakin onun evində yaşadıqları vaxtlarda Muradın hansısa qadını anası onun evində qəbul etməsini, baxıcılıqla, falçılıqla məşğul olmasını görmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xəzər rayon Məhkəməsinin 21 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 28 aprel 2022-ci il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Onun yaşadığı küçədə evindən bir neçə ev aralıda Təranə adlı qadın yaşamış, onun ailəsinin həmin qadının ailəsi ilə yaxın münasibətləri olmuş, o, Təranənin yeznəsi Təqsirləndirilən şəxs1 tanımış, onunla görüşmüş, Murad özü Təranənin evinə gedib gəlsə də, Bakı şəhərində yaşamış, Muradın öz avtomobili olmamış, həmişə Təranənin evinə taksi ilə gedibgəlmişdir. Təxminən 2020-ci ilin sentyabr ayının oratalarında yenə yaşadığı küçədə Muradı görmüş, həmin vaxt Murad öz qayınanasının evinə gəlmiş, Muradla görüşüb söhbət etdikdən sonra Murad özündə olan “Nokia 2720” markalı mobil telefonu satdığını, həmin telefonu ailə üzvləri üçün alsa da, ailə üzvlərinin həmin telefonu işlətmək istəmədiyini, buna görə həmin mobil telefonu 50 manata satmaq istədiyini bildirmişdir. Bu zaman o, Muraddan telefonu alıb baxdıqda mobil telefonun təzə olmasını görmüş, buna görə də Murada 50 manat pul verib mobil telefonu ondan almış, bundan sonra isə Muradı görməmişdir. Sonardan həmin mobil telefonu onun anası Züleyxa istifadə etmiş, bir müddət anası istifadə etdikdən sonra, başqa mobil telefon aldığından həmin “Nokia 2720” markalı mobil telefonu Mərdəkan qəsəbəsində onun evinin yaxınlığında yaşayan tanışı Ehtibar adlı şəxsə 30 manata satdığını, Təqsirləndirilən şəxs1 falçılıqla məşğul olmasının şahidi olmadığını bildirmişdir. İş materiallarında olan ərizədən müəyyən olunur ki, iş üzrə Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-nin Xudat PB-yə müraciət edərək 12 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixədək ailə üzvləri ilə birlikdə Bakı şəhərində olduqları müddətdə Xaçmaz rayonunun Köhnə-Xudat kəndində yerləşən evindən naməlum şəxs və ya şəxslər evin pəncərəsindəki dəmir barmaqlığı sındıraraq pəncərədən evinə daxil olmaqla qızıl zinət əşyalarını, nağd pulları, mobil telefonları və videokameranı oğurlamaları barədə məlumat verib həmin şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilmələrini xahiş etmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 21 sentyabr 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz- Qusar avtomobil yolunun Xaçmaz rayonu, Köhnə-Xudat kəndindən keçən hissəsindən Qusar rayonu istiqamətində yolun sol tərəfində, yoldan 200 metr aralıda yerləşən fərdi yaşayış evidir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs həmin fərdi yaşayış evinin ona məxsus olduğunu, ailə üzvləri ilə birlikdə həmin evdə yaşadığını bildirmiş, yaşayış evinin həyətinin giriş qapısı dəmir darvaza olmuş, dəmir darvazanın hündürlüyündə isə çəhrayı rənglə rənglənmiş, mişar daşından hörülmüş daş hasar olmuş, bayır tərəfindən fərdi yaşayış evinin həyətinin üzərində talvar olması görünmüş, giriş qapısından içəridə həyətin daş döşəməsi olmuşdur. Giriş qapısından həyətə daxil olduqda girişdən sağ tərəfdə birmərtəbəli tikilinin olması görünmüş, girişdən sağ tərəfdə giriş darvazasından 15 metr aralıda birmərtəbəli, kürsülü fərdi yaşayış evi olmuş, evin giriş qapısı dəmirdən, birtaylı, pəncərələri isə plastik materialdan olmuş və pəncərələrdə dəmir barmaqlıqlar olmuşdur. Evin giriş qapısından sağ tərəfə keçdikdə evin yan tərəfində iki ədəd pəncərə olması görünmüş, həmin iki ədəd pəncərədən evin daş hasarına yaxın olan pəncərənin dəmir barmaqlığının divardan qopardılması aşkar edilmiş, baxışda iştirak edən Zərərçəkmiş şəxs 12 sentyabr 2020-ci il tarixdən 21 sentyabr 2020-ci il tarixədək olan müddət ərzində evdə heç bir ailə üzvünün olmadığı vaxt naməlum şəxs və ya şəxslərin həmin dəmir barmaqlığı sındırıb divardan qoparmaqla həmin pəncərədən evinə qanunsuz daxil olduğunu bildirmiş, daha sonra həmin yaşayış evinin içərisinə daxil olduqda evin dörd otaqdan, mətbəxdən və dəhlizdən ibarət olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs evin qonaq otağını və yataq otaqlarını təqdim etmiş, qonaq otağının döşəməsində xalça, pəncərəsində pərdə, pəncərənin sağ tərəfində isə güzgülü-şüşəli, müxətlif qablar yığılmış kamod olmuş, həmin kamodun siyirməli bölməsinin açıq olması və içərisində olan əşyaların dağınıq olması aşkar edilmiş, baxışda iştirak edən Zərərçəkmiş şəxs göstərdiyi kamodun siyirməsində saxladığı 2100 manat dəyərində qızıl qolbaqların, 1040 manat pulun həmin yerdən oğrulandığını bildirmiş, daha sonra Zərərçəkmiş şəxs qonaq otağında olan televizor altlığının siyirməli bölməsini göstərib həmin yerdə saxladığı özünə məxsus iki ədəd mobil telefonların və bir ədəd videokameranın oğurlandığını bildirmişdir. Daha sonra yataq otağına daxil olan Zərərçəkmiş şəxs həmin yataq otağının pəncərəsini göstərib, evinə qanunsuz daxil olan şəxslərin həmin pəncərəni açaraq evinə qanunsuz daxil olduğunu bildirmişdir. Baxış davam etdirilsə də, hadisə yerində və ətraf ərazilərdə maddi sübut əhəmiyyətinə malik olan, hadisənin izlərini özündə saxlayan hər hansı bir əşya və predmet aşkar edilməmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 22 may 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs2 13 sentyabr 2020-ci il tarixdə oğurluq etdiyi evi göstərməsi təklif edilmiş, bundan sonra iştirakçılar Təqsirləndirilən şəxs2 təklifi ilə Xaçmaz RPŞ-nin xidməti “Fiat Doblo” markalı avtomobilinə əyləşib Xudat şəhər istiqamətində hərəkəti davam etdirərək Xaçmaz rayonu, Köhnə-Xudat kəndi istiqamətində gedilmişdir. Təqsirləndirilən şəxs2 Xaçmaz- Qusar avtomobil yolunun Xaçmaz rayonu, Köhnə-Xudat kəndindən keçən hissəsində Qusar rayonu istiqamətində yolun sol tərəfini yoldan 200 metr aralıda yerləşən fərdi yaşayış evini göstərib həmin evin qardaşı Zərərçəkmiş şəxs yaşadığı ev olduğunu bildirmişdir. Həmin evin qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs2 avtomobildən düşüb qardaşı Zərərçəkmiş şəxs yaşadığı evi göstərmiş və 13 sentyabr 2020-ci il tarixdə, saat 00 radələrində həmin evin yerini tanışı Təqsirləndirilən şəxs1 oğurluq etməsi üçün göstərdiyini, Muradla qabaqcadan qardaşı Zərərçəkmiş şəxs evinə qanunsuz olaraq daxil olub oğurluq etməsi barədə razılaşdığını, Təqsirləndirilən şəxs1 da həmin evin qarşısında düşdüyünü, özünün isə avtomobillə Zərərçəkmiş şəxs evinin yaxınlığında gözlədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 qardaşı Zərərçəkmiş şəxs evini və Muradın avtomobildən düşüb getdikdən sonra Muradı avtomobildə gözlədiyi yeri göstərmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 05 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması məqsədilə Xaçmaz RPŞ-də Təqsirləndirilən şəxs1 13 sentyabr 2020-ci il tarixdə oğurluq etdiyi evi göstərməsi təklif edilmiş, bundan sonra iştirakçılar Təqsirləndirilən şəxs1 təklifi ilə Xaçmaz RPŞ-nin xidməti “Fiat Doblo” markalı avtomobilinə əyləşib Xudat şəhər istiqamətində hərəkəti davam etdirərək Xudat şəhərində yerləşən “Heydər Əliyev” adına olan istirahət parkına çatmışlar. Təqsirləndirilən şəxs1 göstərdiyi kimi xidməti avtomobillə sola dönüb Xaçmaz rayonu, Köhnə-Xudat kəndi istiqamətində gedilmiş, bir qədər sonra Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 qardaşı Zərərçəkmiş şəxs yaşadığı evi göstərmişdir. Həmin evin qarşısına gəldikdən sonra Təqsirləndirilən şəxs1 avtomobildən düşüb Zərərçəkmiş şəxs yaşadığı evi göstərmiş və 13 sentyabr 2020-ci il tarixdə, saat 03 radələrində həmin evin qarşısına tanışı Təqsirləndirilən şəxs2 ilə oğurluq etmək üçün gəldiyini, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan Zərərçəkmiş şəxs evinə qanunsuz olaraq daxil olub-oğurluq etməsi barədə razılaşdığını, özünün Təqsirləndirilən şəxs2 göstərdiyi evin qarşısında düşdüyünü, evin həyətinin mişar daşından hörülmüş hasarından aşmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olduğunu, evin həyətində olan zaman evin pəncərəsində olan dəmir barmaqlığı sındırıb divardan ayırdıqdan sonra pəncərədən evin yataq otağına qanunsuz daxil olduqdan sonra həmin evdən Zərərçəkmiş şəxs məxsus 02 ədəd mobil telefonu, 01 ədəd videokameranı, 04 ədəd qızıl qolbaqları, 1040 manat nağd pulu oğurladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evini, həmin evə daxil olduğu pəncərəni göstərmişdir. İş materiallarında olan 28 fevral 2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şahid1 01 ədəd '‘Nokia" markalı mobil telefonu ünvan 4 ünvanında yerləşən evində təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd mobil telefon qara rəngli, qatlanan mobil telefondur. Həmin mobil telefonun işlək vəziyyətdə olması müəyyən edilmişdir. Daha sonra mobil telefonun arxa tərəfində bir ədəd videokameranın olması müəyyən edilmişdir. Telefonun arxa qapağı açıldıqda mobil telefonun eneri daşının yerində olması aşkar edilmişdir. Eneji daşı çıxarıldıqdan sonra həmin daşın altında "HMD Global OY, Model: TA-1175, İMEİ 1:**********08663. İMEİ 2: **********92663, CODE:23BTS75RU00. MADE İN VİETNAM” sözləri və hərfləri yazılmışdır. Qeyd olunan mobil telefonu təqdim edən Şahid1 bildirmişdir ki, 2021-ci ilin mart ayının sonlarında həmin mobil telefonu ona oğlu Şahid2 işlətməsi üçün vermişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs Şahid1 təqdim etdiyi bir ədəd "Nokia” markalı mobil telefonun özünə məxsus olduğunu, həmin mobil telefonun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək olan müddət ərzində yaşadığı evdə olmadığı zaman evindən oğurlandığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyul 2022-ci il tarixli, 9/3772 nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Nokia 2720” markalı, aksesuraları olmayan mobil telefonun istifadəsi nəzərə alınmaqla və təqdim edilməyən digər 5 adda əşyaların (qızıl zinət əşyaları və “Samsung Note 3” markalı telefon) 12-13 sentyabr 2020-ci il tarixə nəzəri orta bazar qiyməti təxminən 3300 manat müəyyən edilir. Belə ki, 2008-ci il tarixdə alınmış bir ədəd 10 qram çəkidə 750 əyarlı, İtaliya istehsalı olan qızıl qolbağın qiyməti 900 manat, 2008-ci il tarixdə alınmış bir ədəd 9 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağın qiyməti 810 manat, 2008-ci il tarixdə alınmış bir ədəd 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı qızıl qolbağın qiyməti 720 manat, 2008-ci il tarixdə alınmış bir ədəd 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı qızıl qolbağın qiyməti 720 manat, 2019-cu ilin sonlarında alınmış “Samsung Note 3” markalı, istifadədə olub qiyməti 80 manat, “Nokia 7270” markalı mobil telefon istifadə olub qiyməti 70 manat müəyən edilmişdir. 1 ədəd “Sony” markalı videokameranın modeli məlum olmadığından qiymətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan 25 avqust 2022-ci il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış “Sony” markalı videokameranın nəzəri olaraq qiymətinin iş üzrə təyin edilərək keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyul 2022-ci il tarixli, 9/3772 nömrəli ekspert rəyi ilə müəyyənləşdirilməsi mümkün olmadığından, həmin “Sony” markalı videokameranın dəyəri Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi qiymətlərə istinad edilməklə 220 manat olması qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs ona məxsus evdən oğurlanmış, 02 adda əmlakların (“Samsung Note 3” və “Nokia 7270” markalı mobil telefonların) məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 iyul 2022-ci il tarixli, 9/3772 nömrəli ekspert rəyi üzrə 150 manat hesablanması ilə razılaşmadığı, həmin adda əmlakların qiymətlərinin Zərərçəkmiş şəxs ifadəsinə göstərdiyi qiymətlərə istinad edilməklə cəmi 375 manat olması qərara alınmışdır. Sübutların qiymətləndirilməsi barədə qərardan müəyyən edilir ki, Şahid3, Şahid2 və 13 sentyabr 2020-ci il tarixdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Xaçmaz rayonu, Köhnə-Xudat kəndinə gətirən taksi avtomobilinin sürücüsünün əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 194-cü maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ifadələrində Təqsirləndirilən şəxs1 falçılıqbaxıcılıqla məşğul olması, ondan bununla bağlı pul alması və daha sonra onu baxıcılıqla bağlı hədələməsi barədə bildirdiyi xüsusatlara tənqidi yanaşaraq, bu halı onun özünü müdafiə xarakteri daşıdığı qənaətinə gəlir. Belə ki, iş materiallarında olan “Əməliyyat tapşırığı”na cavabdan, şahidlər Şahid4, Şahid5 ifadələrindən görünür ki, Təqsirləndirilən şəxs1 falçılıq-baxıcılıqla məşğul olması, Təqsirləndirilən şəxs2 bununla bağlı bildirdiyi xüsusatlar öz təsdiqini tapmamışdır. İbtidai İstintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs1 31 iyul 2020-ci il tarixdə İmişli rayonu ərazisində törətdiyi oğurluq cinayətinə görə barəsində İmişli RPŞ İB-də Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılmasına baxmayaraq, təkrar törədilməklə, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun bələdçiliyi ilə 13 sentyabr 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Xaçmaz-Qusar avtomobil yolunun Xaçmaz rayonu, Köhnə- Xudat kəndindən keçən hissəsində sol tərəfdə, yoldan 200 metr aralıda yerləşən evin qarşısına getmiş, Təqsirləndirilən şəxs2 qeyd olunan evi ona göstərib özü yaxınlıqda pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət etmiş, o isə həmin evin hasarından aşmaqla evin həyətinə, daha sonra isə yaşayış sahəsi hesab edilən evə pəncərədən qanunsuz daxil olub qonaq otağındakı dolabdan 1040 manat nağd pulu, həmin dolabda olan əl çantasının içərisindən 900 manat dəyərində 10 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 810 manat dəyərində 9 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 720 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 720 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, qonaq otağındakı televizor altlığının rəfindən 150 manat dəyərində bir ədəd işlənmiş “Samsung Note 3” markalı və 225 manat dəyərində bir ədəd “Nokia 2720” markalı mobil telefonları, 220 manat dəyərində bir ədəd “Sony” markalı video-kameranı qanunsuz götürüb aparmaqla ümumilikdə 4785 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Lakin işin məhkəmə baxışı iclasında dövlət ittihamçısı ittiham nitqində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun barəsində olan yuxarıda qeyd olunan cinayət işi üzrə İmişli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə məhkum edilmişdir. Buna görə də Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamdan Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə əsasən CM-nin 177.2.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə həmin xüsusata münasibətdə qeyd edir ki, dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə elan edilmiş ittihamdan CM-nin 177.2.2-ci maddəsinin xaric edilməsi əsaslıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 31 iyul 2020-ci il tarixdə İmişli rayonu ərazisində törətdiyi oğurluq cinayətinə görə barəsində İmişli RPŞ-nin İB-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işinin ibtidai istintaqı aparılmış, Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayət əməlini isə 13 sentyabr 2020-ci il tarixdə törətmiş, ibtidai istintaq orqanı tərəfindən ona qeyd olunan sonuncu cinayət əməlinə görə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə yanaşı 177.2.2-ci maddəsi ilə də ittiham elan olunmaqla iş Xaçmaz Rayon Məhkəməsinə göndərilərək 09 dekabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmünün surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 31 iyul 2020-ci il tarixdə İmişli rayonu ərazisində törətdiyi oğurluq cinayətinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamdan CM-nin 177.2.2-ci maddəsi xaric edilməlidir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə həmin Məcəllənin 177.2.1 və 177.2.3-cü maddələrinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Ali Məhkəmənin qeyd olunan qərarının 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında sonuncunun bələdçiliyi ilə 13 sentyabr 2020-ci il tarixdə, saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Xaçmaz-Qusar avtomobil yolunun Xaçmaz rayonu, Köhnə- Xudat kəndindən keçən hissəsində sol tərəfdə, yoldan 200 metr aralıda yerləşən evin qarşısına getmiş, Təqsirləndirilən şəxs2 qeyd olunan evi ona göstərib özü yaxınlıqda pusquda dayanıb kənar şəxslərin yaxınlaşmamasına nəzarət etmiş, o isə həmin evin hasarından aşmaqla evin həyətinə, daha sonra isə yaşayış sahəsi hesab edilən evə pəncərədən qanunsuz daxil olub qonaq otağındakı dolabdan 1040 manat nağd pulu, həmin dolabda olan əl çantasının içərisindən 900 manat dəyərində 10 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 810 manat dəyərində 9 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 720 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 720 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, qonaq otağındakı televizor altlığının rəfindən 150 manat dəyərində bir ədəd işlənmiş “Samsung Note 3” markalı və 225 manat dəyərində bir ədəd “Nokia 2720” markalı mobil telefonları, 220 manat dəyərində bir ədəd “Sony” markalı video-kameranı qanunsuz götürüb aparmaqla ümumilikdə 4785 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özünün bələdçiliyi ilə 13 sentyabr 2020-ci il tarixdə, saat 03 radələrində qardaşı Zərərçəkmiş şəxs məxsus Xaçmaz-Qusar avtomobil yolunun Xaçmaz rayonu, Köhnə-Xudat kəndindən keçən hissəsində sol tərəfdə, yoldan 200 metr aralıda yerləşən evin qarşısına gedib həmin evi Təqsirləndirilən şəxs1 göstərdikdən sonra, özü yaxınlıqda pusquda dayanaraq kənar şəxslərin yaxınlaşmamasına nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə həmin evin hasarından aşaraq evin həyətinə, daha sonra isə yaşayış sahəsi hesab edilən evə pəncərədən qanunsuz daxil olmaqla qonaq otağındakı dolabdan 1040 manat nağd pulu, həmin dolabda olan əl çantasının içərisindən 900 manat dəyərində 10 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 810 manat dəyərində 9 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 720 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, 720 manat dəyərində 8 qram çəkidə 750 əyarlı İtaliya istehsalı olan qızıl qolbağı, qonaq otağındakı televizor altlığının rəfindən 150 manat dəyərində bir ədəd işlənmiş “Samsung Note 3” markalı və 225 manat dəyərində bir ədəd “Nokia 2720” markalı mobil telefonları, 220 manat dəyərində bir ədəd “Sony” markalı video-kameranı qanunsuz götürüb aparmaqla ümumilikdə 4785 manat nləbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Bakı şəhər Yasamal Rayon İcra Hakimiyyəti MKTB 24 saylı MKTS tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində həmin MKTS-ə yazılı və ya şifahi surətdə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin 05 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslər tərəfindən Zərərçəkmiş şəxs vurulmuş 4785 manat məbləğində ziyandan Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxsə 3000 (üç min) manat ödəmiş, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ilə barışmış, zərərçəkmiş şəxsin sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. İş materiallarında olan hökmlərin, qərarın surətlərindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-365 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 7(002)-348/2016 saylı qərarına əsasən qeyd olunan hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 ay 08 gün gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 evlidir və onun iki azyaşlı uşağı var. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin 05 aprel 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyanla bağlı heç bir məbləğ ödənilməmiş, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 qarşı şikayətçidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, vurduğu ziyanla bağlı zərərçəkmiş şəxsə ödəniş etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını və iki azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal müəyyən etmədi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-365 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 08 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 7(002)-348/2016 saylı qərarına əsasən qeyd olunan hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 11 ay 08 gün gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.4.2-ci maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxx 1990-cı il təvəllüdlü olmaqla, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli, 1(101)-365 saylı hökmü üzrə olan cinayət əməllərini 2008-ci ilin oktyabr-noyabr ayları ərzində törətmiş və o, bu zaman yetkinlik yaşına çatmamışdır. İş materiallarından müəyyən edilir ki, İmişli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin hökmünə əsasən yaranmış məhkumluğunun ödənilməməsi cinayətlərin residivi halı kimi nəzərə alınmış, İmişli Rayon Məhkəməsinin həmin hökmündən verilmiş apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(102)-1060/2022 saylı qərarından müəyyən edilir ki, məhkum Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasına dair müddəalar İmişli Rayon Məhkəməsinin hökmündən və Şirvan Apellyasiya Məhkəməsinin qərarından CMnin 18.4.2-ci maddəsinə əsasən xaric edilmişdir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 92.0.3-cü maddəsinə əsasən şərti məhkum etməyə görə məhkumluq istisna olmaqla, məhkumluğun bu Məcəllənin 83.3-cü maddəsində nəzərdə tutulmuş müddətləri cinayət törətmiş yetkinlik yaşına çatmayanlar üçün qısaldılır və ağır və ya xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzanın çəkilib qurtardığı gündən üç il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09 aprel 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 181.2.1, 181.2.2 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib 08 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Qaradağ rayon məhkəməsinin 09 iyun 2016-cı il tarixli qərarı ilə 11 ay 08 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Lakin Cinayət Məcəlləsinin normalarına əsasən Təqsirləndirilən şəxs1 13 sentyabr 2020-ci il tarixdə Xaçmaz rayonunun ərazisində yeni cinayəti törədərkən, 3 il müddət keçdiyindən məhkumluğu ödənilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs2 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halın olmamasını, həmçinin cinayət əməlinin törədilməsi halını, eləcə də ilk dəfə zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 22 may 2022-ci il tarixli protokoldan (saat 03:20) və “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsinə dair 23 may 2022-ci il tarixli qərardan (saat 16:50) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanaraq, 04 (dörd) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 münasibətdə qeyd olunanları nəzərə almaqla cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını, eləcə də əvvəlki hökm üzrə məhkumluğu ödənilmədən (və ya götürülmədən) hazırkı cinayəti törətməsi, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəməməsi və zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olması hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(102)-1060/2022 saylı qərarı ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair “ 22 fevral 2012-ci il tarixli qərarında göstərilir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Bununla da məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 hazırkı hökmlə təyin ediləcək cəza Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(102)-1060/2022 saylı hökmü ilə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaqla ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 1(102)- 1060/2022 saylı qərarına əsasən məhkəmə Təqsirləndirilən şəxs1 barəsində cinayətlərin residivi halının olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 İmişli Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə (Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə) təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının əvvəli 17 sentyabr 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2020-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində olan digər qərar üzrə cəzaçəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbirinə münasibətdə, onun hazırda cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınmalıdır. İş materiallarında olan maddi sübuta dair 20 avqust 2022-ci il qərardan, həmin tarixli qəbzdən, həmçinin zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs evindən oğurladıqları əmlaklardan 01 ədəd “Nokıa 2720” markalı mobil telefon ibtidai istintaq zamanı zərərçəkmiş şəxsin özünə qaytarılmışdır. Odur ki, iş üzrə maddi sübut olan 01 ədəd “Nokıa 2720” markalı mobil telefonun zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Zərərçəkmiş şəxsə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs X4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X3 22 may 2023-cü ildən (saat 03:20) 23 may 2023-cü il tarixədək (saat 16:50) olan müddət, yəni 02 gün həbsdə saxlandığı müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq, 04 gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X3 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 00:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasını yaşayış yeri üzrə çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası X3 yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittihamdan CM-nin 177.2.2-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Ali Məhkəmənin 27 sentyabr 2022-ci il tarixli, 1(102)-1060/2022 saylı qərarı ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən ona hazırkı hökmlə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində qətimkan tədbirinə münasibətdə, onun hazırda cəzaçəkmə müəssisəsində azadlıqdan məhrumetmə növündə cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Zərərçəkmiş şəxsə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə, Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-44/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-44/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver