Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-44/2025 09.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X14 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs: xx xxx 1986-cı ildə Quba rayonu, Xucbala kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Quba rayonu, Xucbala kəndində qeydiyyatda olmaqla faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, sərxoş vəziyyətdə 11 may 2024-cü il tarixdə, saat 19:30 radələrində Xaçmaz şəhəri, İslam Səfərli küçəsində qonşusu Zərərçəkmiş şəxs nömrəsiz evinin qarşısında söyüş söyərkən ictimai qaydanın qorunması üzrə borcunu yerinə yetirərək ictimai qaydanın pozulmasının qarşısını alan Zərərçəkmiş şəxs ona söyüş söyməməsini deməklə irad bildirməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüş söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərib, şəxs üzər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək yumruqla bir dəfə Zərərçəkmiş şəxs alın nahiyəsindən qəsdən vurmaqla sonuncuya alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ göz ətrafının qançırı, sağ göz almasına qansızma ilə nəticələnən qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ağırlaşdırıcı halda xuliqanlıq etmiş, yəni ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər rərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Həmin hərəkərləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərək istintaqa verdiyi ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs ona böhtan atmışdır və mütəmadi olaraq ona qarşı qəsdən münaqişəyə səbəb olacaq hərəkətlər etmişdir. Qarşı tərəf onun həyat yoldaşına dəfələrlə sataşmışlar və onun özünü məsxərəyə qoyaraq məhəllədə psixi pozuntusu olan şəxs kimi qələmə vermişlər. Lakin o, X19 Dispanserində qeydiyyatda olmamışdır. Yalnız güclü avtoqəza keçirmişdir. Hadisə günü onun məclisdən spirtli içki qəbul edib gəldiyindən istifadə edərək küçədə uşaqlar ona dəli deyib gülmüşlər. O, uşaqlara “gedin buradan atanızı çağırıb deyəcəm” sözlərini işlətmişdir. Hadisə günü uşaqlar uzaqlaşdıqdan sonra o öz evinə getmiş, 3-5 dəqiqə sonra evindən haradasa 100 metr uzaq məsafədə yerləşən mağazaya siqaret almaq niyyətilə evdən çıxmışdır. Həmin vaxt qonşusu Babək orada digər qonşusu olan Oktay ilə sonuncuya məxsus yük avtomobilində ot gətirməyə getdikləri vaxt ona yaxınlaşıb guya ki, dəfələrlə belə hərəkətlərə yol verdiyini, uşaqları söydüyünü və qovduğunu bildirmişdir. O, Babəkə məclisdən gəldiyini və sərxoş olduğunu, sabah söhbət edə biləcəklərini deməsinə baxmayaraq Babək getməyəcəyini, bugün söhbət etməli olduqlarını ona demişdir. Hadisə anı Babək onun üzərinə getmiş, o, Babəki itələyərək özündən uzaqlaşmasını demişdir. Daha sonra Babəklə yaxalaşdığında o əsəbləşib yumuruqla Babəkin sağ qaşına vurmuşdur. Babək isə onu kəlləsi ilə və yumuruğu ilə vurmuş, o, yerə yıxıldıqdan sonra burnunun qanladığını görmüş, həmçinin gözünün altında və başında xəsarət izləri yaranmışdır. Aralarında olan həmin münaqişə 1-2 dəqiqə vaxt ərzində çəkmişdir və kiminsə istirahətinin pozulması kimi hallara səbəb olmamışdır. Hadisə zamanı evlərinin önündə həyat yoldaşı ilə birlikdə dayanan Oktay onları ayırmışlar. Oktay həmin hadisənin əvvəldən axıradək şahidi olmuş və mübahisə vaxtı orada Kazım, Oktay, qonşuları Baba, Babanın həyat yoldaşı, Babəkin və Kazımın uşaqları, həmçinin özünün həyat yoldaşı olmuşlar. O, münaqişədən sonra mağazadan siqaret alıb geri qayıtmış, Kazımın yaşadığı evin qapısına gedərək onu çağırmış və bu barədə söhbət etməli olduqlarını demişdir. Lakin Kazım çölə çıxmadığı üçün o öz evinə getmişdir. Həmin vaxt Kazım DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş və polis əməkdaşları hadisə yerinə getmişlər. Polis əməkdaşları onu özləri ilə apardıqları vaxt Babəki niyə özləri ilə aparmadığları barədə onlardan soruşduğunda polis əməkdaşları Babəkində gələcəyini onunla işinin olmamasını bildirmişlər. Bu vaxt qarşı tərəf ona güldüklərinə görə o əsəbləşmişdir. Polislərə geyimini dəyişmək üçün evə daxil olmaq istədiyini dedikdə polis əməkdaşları qolundan tutub əllərini bağlayaraq onu evinin önündə, həyat yoldaşının gözlərinin qarşısında və daha sonra PŞnın inzibati binasında döymüşlər. Lakin hadisə vaxtı orada olanlara və polis əməkdaşlarına qarşı nalayiq ifadələr işlətməmişdir, müqavimət göstərməmişdir. Polis əməkdaşları onu məcbur avtomobilə oturdub özləri ilə aparmışlar və polisə müqavimət maddəsi ilə məhkəmədə barəsində inzibati işə baxılmışdır. Xaçmaz RPŞ-də saxlanıldığı vaxt Samir adlı təhqiqatçı ona münaqişə zamanı aldığı xəsarətlərlə bağlı şikayətinin olub-olmadığını soruşduğunda o, şikayətinin olmadığını bildirmişdir. Lakin Babəkin xəsarətlə əlaqədar olaraq ekspertizadan keçməsini və şikayətçi olmasından həmin vaxt xəbərsiz olmuşdur. Babəkin şikayətçi olması barədə Nurlan adlı müstəntiqin Qusar rayonunda işdə olduğu vaxt ona zəng edib məlumat verdiyində xəbərdar olmuşdur. O, xəsarət almağı ilə əlaqədar fotoşəkilləri PŞ-dan əldə edə bilməmişdir. Lakin Babəkin və qonşuları olan Beglər adlı şəxsin evində təhlükəsizlik kamerası vardır. Beglər adlı şəxsin evindəki təhlükəsizlik kameraları bütün küçəni, hətta onun qapısının önünü də çəkmişdir. Beglərin oğlu video kameralardan hadisənin bütün təfərrüatı ilə qeydə alındığını ona demişdir. Lakin hadisədən 01 ay müddət ötdüyündən qeydə alınmış videoçəkiliş yenilənmə gedərək silinmişdir. Onların arasında olan əvvəlki münaqişələrə səbəb arxa su buraxmağları barədə və uşaqlarının həmin arxa tullantıları atmaları barədə olmuşdur. Dəfələrlə narazıçılığını bildirmiş, lakin aidiyyəti qurumlara şikayət etməmişdir. Bu barədə videoçəkilişlə qeydə almışdır. O, məhkumluğunun olmadığını, həmçinin qonşuları ilə yaxşı münasibətdə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yekun məhkəmə iclasında son söz olaraq körpə uşağı olduğu üçün həyat yoldaşının işləyə bilmədiyini, özünün isə rəsmi iş yerinin olmadığını bildirmişdir. Həmçinin hadisə vaxtı əsəbi olduğu üçün həmin əməli törətdiyini və etdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs istintaqa verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs spirtli içki qəbul edib küçədə dəfələrlə söyüş söymüşdür. Onlar narazılıqlarını bildirməklərinə baxmayaraq, Elvin öz hərəkətlərini davam etmişdir. O, səhər saatlarında işə gedib axşam saatlarında evə qayıdır, heç kimlə düşmənçiliyi və ya ədavəti yoxdur, qonşuları ilə yaxşı münasibətdədir. Hadisə günü o, işdən evə gəlməzdən əvvəl uşaqlar küçədə öz aralarında gülərək oynadıqları vaxt Təqsirləndirilən şəxs uşaqların ona güldüklərini zənn edib onları söymüş, daha sonra isə Şahid1 söydüyü üçün sonuncu DİN-nin “102” xidmətinə zəng edərək şikayət etmişdir. O, işdən gəldiyində uşaqları Şahid1 həyətinə toplandıqlarını görüb onlardan məsələ barədə soruşduğunda Təqsirləndirilən şəxs yenə söyüş söydüyünü ona demişlər. Daha sonra polis əməkdaşları gəlib Elvini evindən çölə çıxması üçün çağırmışlar. Lakin Təqsirləndirilən şəxs həyat yoldaşı çölə çıxıb onun evdə olmadığını dedikdə polis əməkdaşları çıxıb getmişlər. O, qonşusu Şahid1 həyətində əyləşib çay içdiyi vaxt Şahid2 yanlarına getmişdir. Onun Şahid2la birlikdə işləri olduğu üçün sonuncuya məxsus yük avtomobilinin qapısını açıb əyləşib oradan getmək istədiyində Təqsirləndirilən şəxs həyətindən çıxıb yenidən söyüş söymüş və ona “sən kişi deyilsən” sözlərini işlədib onu vurmuşdur. Təqsirləndirilən şəxslə onun arasında əlbəyaxa dava olmamışdır. Yalnız A.Elvin onun dayandığı yerdə üz nahiyəsinə yumuruqla vurduqdan sonra o da bir dəfə Elvinin burun nahiyəsindən vurmuşdur. A.Elvinin onu vurması nəticəsində qaşından xəsarət almışdır. Daha sonra Oktay və Kazım onları ayırmışdır. Hadisə vaxtı Kazım, Oktay, eyni zamanda uşaqlarından Rəşid və Mehdi orada Elvinin onu vurmasının şahidi olmuşlar. Kazımın DİN-nin “102” xidmətinə zəng etdiyi vaxt həyətinə toplaşan uşaqlar, Oktay və Kazım küçədə Elvinin onu yumuruqla vurmasının şahidi olmuşlar. Həmin hadisə təxminən 1-2 dəqiqə çəkmişdir. O, DİN-nin “102” xidmətinə üç dəfə zəng edib məlumat verdikdən sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Polis əməkdaşları özləri də, Elvinin və ailəsinin onların ailəsinə qarşı nalayiq ifadələr işlətmələrinin şahidi olmuşlar və həmin vaxt qonşular nalayiq ifadələri eşitmişlər. Daha sonra A.Elvini polis əməkdaşları avtomobilə əyləşdirib aparmışlar. Həmçinin tullantı sularının axdığı arx digər qonşular kimi Elvinində evinin önündən keçir. Elvin arxla əlaqədar narazılığını heç vaxt onlara bildirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilərkən Şahid2 ifadəsində bildirmişdir ki, qonşusu Təqsirləndirilən şəxslə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Babək ona zəng edərək birlikdə ot gətirməyə getdikləri vaxt Təqsirləndirilən şəxs çölə çıxmış və Zərərçəkmiş şəxs avtomobilə əyləşdiyi vaxt Elvin Babəkin üzərinə getmişdir. Həmin vaxt Elvin ümumi söyüşlər söymüşdür. Babək Elvinə söyüş söyməməsini dedikdə Elvin “küçüklərini yığışdır” sözünü işlətmişdir. Elvin Babəkin qaş nahiyəsindən yumuruqla vurmuş, Babəkdə qarşılıq verərək Elvini vurmuşdur. X24 harasından vurmasını görməmişdir. O, Babəklə Elvini ayıraraq Elvini evinə aparmışdır. Lakin Elvini öz həyətində burnunun qanını yumasını görməmişdir. Həmçinin uşaqların da təqsirləndirilən şəxsə dəli deyib gülmələrinin şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 da eyni məzmunlu ifadə verərək Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Şahid3 qanuni nümayəndəsi (anası) X3 və mütəxəssisin iştirakı ilə ifadə verərək bildirmişdir ki, o, Mehdi ilə küçədə dayandığı vaxt, qonşuları A.Elvin sərxoş halda həyətindən küçəyə çıxıb söyüş söymüş və daha sonra ona və Mehdi Hüseynova baxaraq nalayiq ifadələr işlətmişdir. A.Elvin dəfələrlə eyni əməli törətmişdir. Daha sonra atası Q.Babək işdən gəldiyində Elvinin onları söydüyünü demişdir. Atası Q.Babək təqsirləndirilən şəxsin yanına gedərək onları hansı səbəbə görə söyməsini soruşduğunda A.Elvin onun atası ilə mübahisə etmiş, atasını vurmuş və atası da Elvini vurmuşdur. O, həmin vaxt həyətlərinə keçərək qapıdan baxdığında Elvinin onun atasını vurmasının şahidi olmuşdur. Məhkəmə istintaqı zamanı yetkinlik yaşına çatmayan şahid X15 qanuni nümayəndəsi (anası) X5 və mütəxəssisin iştirakı ilə eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində qeyd etdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və tədqiq edilən: - 29 iyun 2024-cü il tarixli “Cinayət işinin başlanması və istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yüngül xəsarət yetirməsi faktı ilə əlaqədar 71c-24 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. - 11 may 2024-cü il tarixli “Raport”dan (cild 01, vərəq 04) müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 19:49 radələrində İslam Səfərli küçəsində yaşayan Zərərçəkmiş şəxs **********39 nömrədən AR-sı DİN-in “102” xidmətinə zəng edərək Qurbanov Elvin adlı şəxsin onu təhqir etməsini bildirmişdir. - 11 may 2024-cü il tarixli “Raport”dan (cild 01, vərəq 05) müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 18:26 radələrində Xaçmaz rayonu, Qobuqırağı kəndində mobil stansiyasının arxasında yaşayan Şahid1 **********39 nömrədən AR-sı DİN-in “102” xidmətinə zəng edərək Elvin adlı şəxsin içkili olması, uşaqları narahat etməsi barədə şikayətini bildirmişdir. - 11 may 2024-cü il tarixli “Raport”dan (cild 01, vərəq 06) müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 23:01 radələrində Xaçmaz RMX-nin tibb bacısı Hacıyeva RPŞ-nin Növbətçi Hissəsinə zəng edərək, Xaçmaz rayonu, İslam Səfərli küçəsində yaşayan 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs “Sağ göz nahiyəsinin qançırı, sağ qaş nahiyəsinin əzilmiş cırılmış yarası” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Xəstənin deməsinə görə qonşusu tərəfindən xəsarət yetirilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X26 13 may 2024-cü il tarixli, 214 nömrəli ekspert rəyindən (cild 01, vərəq 10) müəyyən edilir ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ göz ətrafının qançırı, sağ göz almasına qansızma bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 11) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 03 iyul 2024-cü il tarixli “Cinayət işinin icraata qəbul edilməsi haqqında” qərardan (cild 01, vərəq 26) müəyyən edilri ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi icraata qəbul edilmiş və istintaqı aparılmışdır. - 03 iyul 2024-cü il tarixli “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərardan (cild 01, vərəq 28) müəyyən edilir ki, Xaçmaz şəhəri, İ.Səfərli küçəsində yaşayan Zərərçəkmiş şəxs iş üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. - 04 iyul 2024-cü il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və foto şəkillərdən (cild 01, vərəq 47-49) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin müstəntiqi, polis baş leytenantı X1 RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis mayoru X6 iştirakı ilə şahid Təqsirləndirilən şəxs ifadələrinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə həmin ifadəni onun iştirakı ilə yerində yoxlamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifət və sağ göz nahiyəsinə yetirdiyi xəsarətin dəqiq yerini və hadisənin mexanizmini bilavasitə hadisə yerinə çıxmaqla göstərməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu təkliflə razılaşmış və birlikdə hadisə yerinə getmişlər. Təqsirləndirilən şəxs ilə birlikdə avtomaşına əyləşib rayon polis şöbəsindən çıxdıqdan sonra Xaçmaz şəhərindən Bakı şəhəri istiqamətində avtomobil yolunun “Grand Oil” yanacaqdoldurma məntəqəsindən sol tərəfə Xaçmaz rayonu, Qobuqırağı kəndinin girişindən iki kilometr getdikdən sonra qarşıdakı yoldan sağa dönərək irəlidəki 2-ci yolayrıcıdan sola dönüb 20 metr irəli getdikdən sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evin qarşısını göstərərək onlara burada dayanmaqlarını bildirmişdir. Həmin yer çınqıl daşlı olmaqla, quru, nahamardır. Təqsirləndirilən şəxs əli ilə yeri göstərərək bildirmişdir ki, 11 may 2024-cü il tarixdə, saat 19:30 radələrində Zərərçəkmiş şəxs ilə aralarında yaranmış söz mübahisəsi zamanı Zərərçəkmiş şəxs ona kobud cavab verdiyi üçün Zərərçəkmiş şəxsla əlbəyaxa olmasını və Babəkin boynundan tutub onun sağ qaş nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Bundan sonra onlar Oqtay adlı tanışlarının ayırmasını və mübahisənin bitməsini bildirmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X26 08 iyul 2024-cü il tarixli, 281 nömrəli ekspert rəyindən (cild 01, vərəq 52) müəyyən edilir ki, 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. - 02 avqust 2024-cü il tarixli “Əməlin tövsif edilməsi haqqında” qərardan (cild 01, vərəq 54) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.2-ci maddəsinə tövsif edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 19 iyul 2024-cü il tarixli məktubundan (cild 01, vərəq 56) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. - 15 avqust 2024-cü il tarixli “Yetkinlik yaşına çatmayan şahidin valideyninin qanuni nümayəndə qismində prosesə buraxılması haqqında” qərardan (cild 01, vərəq 60) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə X7 yetkinlik yaşına çatmayan Şahid3 qanuni nümayəndəsi qismində prosesə buraxılmaqla hüquq və vəzifələri izah edilmişdir. - 15 avqust 2024-cü il tarixli “Yetkinlik yaşına çatmayan şahidin valideyninin qanuni nümayəndə qismində prosesə buraxılması haqqında” qərardan (cild 01, vərəq 68) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə X12 yetkinlik yaşına çatmayan şahid X8 qanuni nümayəndəsi qismində prosesə buraxılmaqla hüquq və vəzifələri izah edilmişdir. - Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 74) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Fərruux oğlu həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmışdır. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - 20 avqust 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 76) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. - 20 avqust 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan və “İltizam”dan (cild 01, vərəq 95-97) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - 20 avqust 2024-cü il tarixli “Vəsatətin təmin olunmasından imtina edilməsi haqqında” qərardan (cild 01, vərəq 98) müəyyən edilir ki, Təqsirləndirilən şəxsnn özünümüdafiə vəsatəti rədd edilmişdir. - Xaçmaz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 3(067)-616/2024 nömrəli qərarından (cild 01, vərəq 106) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək onun barəsində 12 (on iki) gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. - 25 avqust 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 110) müəyyən edilir ki, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128 və 221-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. - Məhkəmə istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il təvəllüdlü bir azyaşlı övladı vardır. - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinin və həmin inzibati xətaya görə Xaçmaz Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli qərarı ilə barəsində 12 gün müddətə həbs növündə inzibati tənbeh tətbiq edilməsinin onun qonşusu Zərərçəkmiş şəxs qarşı xuliqanlıq cinayəti törətməsinə aidiyyətinin olmaması nəzərə alınmışdır. - Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsilə cinayət təqibi başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının CM-nin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayətin anlayışı verilmişdir. Həmin maddəyə əsasən xuliqanlıq ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqcasına hörmətsizlik ifadə edən vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgəsinin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin törədilməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 221.2.2-ci maddəsinin dispozisiyasına əsasən CM-nin 221.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törətməkdə ifadə olunur. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il Qərarında göstərilir, CM-in 221.2.2-ci maddəsinin mənasına görə digər şəxs qismində hakimiyyət nümayəndəsinin səlahiyyətinə malik olmayan, lakin ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya öz təşəbbüsü ilə ictimai qaydanın pozulmasının qarşısının alınmasında iştirak edən hər hansı şəxs (zərərçəkən istisna olmaqla) ola bilər. Cinayət işinin məhkəmə istintaqı ilə müəyyən edilən hallarından habelə, təqsirləndirilən şəxsə elan edilmiş ittihamın məzmunundan görünür ki, hadisə zərəçəkmiş şəxsin ictimai qaydanın pozulmasının qarşısını almağa cəhd göstərərkən deyil, hər hər hansı üçüncü şəxs olmadan bilavasitə təqsirləndirilən şəxslə zəzərçəkmiş şəxs arasında ani vaxtda yaranmış mübahisə zamanı baş vermiş, təqsirləndirləndirilən şəxslə zərərçəkmiş şəxs bir-birilərini vurmuşlar. Hadisə günü isə zərərçəkmiş şəxsin uşağının və digər qonşusunun uşağının hərəkətlərinə qıcıqlanaraq xuliqanlıq hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə zərərçəkmiş şəxsin sağlamlığına yüngül xəsarət yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, baş vermiş hadisədə təqsirləndirilən şəxsin hərəkətləri ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədilmədiyindən, əməlində CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi ola bilməz. Məhkəmə istintaqı ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ona ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərinə görə irad bildirməsindən hiddətlənərək aralarında baş vermiş əlbəyaxa dava zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs alın nahiyəsinin əzilmiş cırılmış yarası, sağ göz ətrafının qançırı, sağ göz almasına qansızma bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə ilə bağlı əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsinin tələblərinə əsaslanan əlamətləri aşkar etməmişdir. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirərək sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurması sübuta yetmiş, lakin CM-nın 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi cinayət işinin materialları və məhkəmə istintaqı ilə kifayət qədər sübuta yetirilməmişdir. Məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun həmin cinayəti törətməsi özünün ifadəsi, zərərçəkmişin, şahidlərin ifadələri ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davaranış və birgəyaşayış qaydalarının sistemi, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 maddəsinin tövsifedici əlamətləri vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib cıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Hüquq normalarının dəqiq, aydın, birmənalı və müəyyən olması, hüquqtənzimetmə sistemində onların bir-birinə uyğunluğu tələbi yuxarıda qeyd olunan konstitusion prinsiplərdən irəli gəlir. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquq tətbiq etmə təcrübəsi yaranar. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli, 1 nömrəli Qərarının 3-cü bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsi münasibətlər zəminində başlanılmış intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. «X10 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən həmin Məcəllənin 221.1-ci maddəsinə tövsif olunmalıdır. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 221.1-ci maddəsi cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-nin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyi X26 13 may 2024-cü il tarixli, 214 nömrəli ekspert rəyindən (cild 01, vərəq 10) müəyyən edilir ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər – alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ göz ətrafının qançırı, sağ göz almasına qansızma bərk küt əşya (əşyalar) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2024-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 11) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Quba Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in 19 iyul 2024-cü il tarixli məktubundan (cild 01, vərəq 56) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Quba Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 74) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Fərruux oğlu həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmışdır. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş “Doğum haqqında şəhadətnamə”nin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü bir azyaşlı övladı vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilən zaman CM-in 58 və 59-cu maddələrinin tələbləri nəzərə alınmalıdır. Məhkəmə, CM-in Məcəllənin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən himayəsində 1 azyaşlı uşağının olmasını və ilk dəfə cinayət törətməsini təqsirləndirilən şəxs X4 cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (böyük ictimai təhlükə törətməyən cinayət olmasını), təqsirkarın şəxsiyyətini (müsbət xarakterizə olunmasını), təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın məqsədini və cəzasını yüngülləşdirən halları, həmçinin məhkumluğunun və barəsində cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı əlavə vəzifələri yerinə yetirməlidir: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.4-cü maddəsinə əsasən məhkum islah olunmasına kömək edən digər vəzifələri yerinə yetirməlidir: - Onun davranışına nəzarəti həyata keçirən orqanın nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək: - Onun davranışına nəzarəti həyata keçirən orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək. 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 21:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı əlavə vəzifələr qoyulmalıdır: Kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Onun davranışına nəzarəti həyata keçirən orqanın nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək. Onun davranışına nəzarəti həyata keçirən orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə tövsif edilsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə aşağıdakı əlavə vəzifələr qoyulsun: Kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək. Onun davranışına nəzarəti həyata keçirən orqanın nəzarət telefon zənglərinə və ya digər nəzarət siqnallarına cavab vermək. Onun davranışına nəzarəti həyata keçirən orqana müəyyən edilmiş vaxtda zəng etmək, yaxud şəxsən gəlmək. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə maddi sübutun, mülki iddianın, məhkəmə məsrəfinin olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Aynur Aliyeva
Məhkəmə qərarları › İş №1(067)-44/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-44/2025
09.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver