Məhkəmə qərarları › İş №1(067)-45/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-45/2021

07.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-45/2021 07.04.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 Nafih oğlunun iştirakları ilə xx xxx 1965-ci ildə Xaçmaz rayonunun Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə xx xxxxxx 2021-ci il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini daşımaqla yaşadığı evdə saxlamış və xx xxxxxx 2021-ci il tarixdə saat 14:35 radələrində Xaçmaz rayon Polis Şöbəsinin X7 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Xaçmaz rayonunun Xudat şəhəri, Ə.Vahid küçəsi, 49 nömrəli evə baxış keçirilərkən yataq otağında olan stulun üzərindəki örtüyün altında bir ədəd sellofan bükümdə olmaqla 1,800 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ara-sıra narkotik vasitə olan heroindən istifadə etmişdir. xx xxxxxx 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb mağazaya gedərkən yerdə bir ədəd sellofan büküm olduğunu, həmin bükümü götürüb açdıqda içərisində narkotik vasitə olan heroin olduğunu görüb bükümü şalvarının cibinə qoyaraq yaşadığı evə gətirmişdir. Tapdığı heroini yataq otağında olan stulun üstündəki örtüyün altına qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. xx xxxxxx 2021-ci il tarixdə saat 14:35 radələrində evdə olarkən yaşadığı ünvana polis əməkdaşları gəlmiş, ona yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat olduğunu bildirərək video çəkilişlə evə baxış keçirmək istədiklərini bildirmişlər. O, etiraz etməyərək polis əməkdaşlarını evə dəvət etdikdən sonra onlarla birlikdə yataq otağına daxil olmuş və həmin otaqda olan stulun üstündəki örtüyü qaldıraraq içərisində heroin olan olan bükümü polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları onun iştirakı ilə sellofan bükümü açıb içərisinə baxdıqda bükümün içərisində heroin olduğunu görmüşlər və ondan bükümdə olan və sellofan paketdə olan kütlənin nə olduğunu və haradan aldığını soruşduqda o, bükümdə olan kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu, bükümün yanındakı paketdə olan kütlənin limon duzu olduğunu, həmin əşyaların özünə məxsus olduğunu, heroin olan bükülünü küçədən tapdığını bildirmişdir. Polis əməkdaşları onun iştirakı ilə aşkar olunmuş narkotik vasitə heroini, onun yanındakı limon duzunu, baş hissəsi sınmış şüşə ampulanı və 5 ml-lik şprisi bir ədəd zərfdə qablaşdıraraq möhürləmiş və bu barədə protokol tərtib etmişlər. O, da protokolu oxuduqdan sonra imza etmişdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X7 əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə Xaçmaz rayon X9 X10 şəhəri, Ə.Vahid küçəsi, ev 49 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və yaşadığı evdə saxlması barədə məlumat daxil olmuşdur. Daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə xx xxxxxx 2021-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş, bölmə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və X7 manqa komandiri Şahid2 iştirakı ilə əməliyyat qurupu yaradılaraq araşdırmanın aparılması Xaçmaz rayon X5 Bölməsinin müstəntiqi, polis baş leytenantı Nemət Xasayevə həvalə olunmuşdur. Həmin gün saat 14:35 radələrində onlar Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs özlərini təqdim etdikdən sonra X6 tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə onun evinə baxış keçiriləcəyi bildirilmiş, ona hüquq və vəzifələri izah olunduqdan sonra yaşadığı evə video çəkilişlə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs etirazı olmadığını bildirmiş və onları yaşadığı evə dəvət etmişdir. X6 Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı bir əşya və ya narkotik vasitə vardırsa könüllü olaraq təqdim etməsini təklif etmiş, bundan sonra Təqsirləndirilən şəxs evin yataq otağına keçərək yataq otağında olan stulun üstündəki örtüyü qaldırmış, həmin vaxt onlar örtüyün altında bir ədəd sellofan büküm, bir ədəd sellofan paketdə ağ rəngli toz şəkilli kütlə, bir ədəd baş hissəsi sınmış şüşə ampula və bir ədəd şpris olduğunu görmüşlər. X6 tərəfindən sellofan büküm açıldıqda içərisində qəhvəyi rəngli toz şəkilli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki kütlənin nə olduğu soruşulduqda o, bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu, sellofan paketdə olan ağ rəngli kütlənin isə limon duzu olduğunu, həmin əşyaların özünə məxsus olduğunu, heroini küçədən tapdığını bildirmişdir. Aşkar olunmuş heroin və gigər vasitələr ağ rəngli zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, iştirakçılar zərfin üzərinə və bununla bağlı yazılmış protokola imza etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinin görüntüləri baş inspektor-krimianlist Şahid3 tərəfindən əvvəldən video çəkiliş vasitəsi ilə qeydə almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X7 manqa komandiri Şahid2 və Xaçmaz rayon Polis Şöbəsinin baş inspektor-kriminalisti Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan baxış keçirilməsi haqqında xx xxxxxx 2021-ci il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə Xaçmaz rayon Polis Şöbəsinin X7 əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağına videogörüntü vasitəsilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs evin yataq otağına keçərək yataq otağında olan stulun üstündəki örtüyü qaldırıb həmin örtüyün altından bir ədəd sellofan bükümü, bir ədəd sellofan paketdə ağ rəngli toz şəkilli kütləni, bir ədəd baş hissəsi sınmış şüşə ampulanı və bir ədəd şprisi təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu, sellofan paketdə olan ağ rəngli toz şəkilli kütlənin isə limon duzu olduğunu, heroini həmin limon duzu, ampula və şprisdən istifadə edərək qəbul etdiyini, narkotik vasitəni Xudat şəhərində küçədən tapdığını bildirmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2021-ci il tarixli 6/53 nömrəli ekspert rəyindən görünür ki, tədiqaqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs...” yazısı olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,800 qram qəhvəyi rəngli tozşəkilli kütlə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd üzərində «вода для инeкций» yazısı olan şüşə ampulada və bir ədəd 5 ml-lik şprisin içərisində narkotik vasitə olan heroin izləri vardır. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 1,750 qram təşkil edir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanun ilə təsdiq olunmuş “ Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitəlri”in İ siyahısına daxildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsinin xx xxxxxx 2021-ci il tarixli 34 nömrəli Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən qeydə alınmış video görüntülər bir ədəd “CD” formatlı diskə köçürülərək maddi sübut hesab edilməklə cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx xxxx 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 03 il 07 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə cəzasının şəkilməmiş qalan 09 ay 01 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini daşımaqla yaşadığı evdə saxlamış və xx xxxxxx 2021-ci il tarixdə saat 14:35 radələrində Xaçmaz rayon Polis Şöbəsinin X7 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı Xaçmaz rayonunun Xudat şəhəri, Ə.Vahid küçəsi, 49 nömrəli evə baxış keçirilərkən yataq otağında olan stulun üzərindəki örtüyün altında bir ədəd sellofan bükümdə olmaqla 1,800 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əldə etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın aşağı həddinin təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli tutulduğu gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,750 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 114 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 1(067)-45/2021 saylı qərarı əsasında Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Nafih oğlu Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 8 iş saatı sərf etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 8 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Nafih oğluna Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 48 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,750 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 114 (bir yüz on dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 8 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 Nafih oğluna Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 48 (qırx səkkiz) manat ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədelik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar