Məhkəmə qərarları › İş №1(067)-45/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-45/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-45/2023 10.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi –Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1984-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi ev 24-də qeydiyyatda olan, Xaçmaz rayonunun Rəhimoba kəndində yaşayan, hazırkı iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, hazırda barəsində olan digər cinayət işi üzrə cəzaçəkmə müəssisəsində cəza çəkən - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 0,596 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 4,399 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı daşıyaraq yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndi ərazisində, həmin kənd sakinlərinin ümumi istifadəsində olan su çənindən qərb istiqamətində 350 metr aralı məsafədə yerləşən evdə saxlamışdır. Belə ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 19:30-19:40 müddətində Xaçmaz Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndi ərazisində, həmin kənd sakinlərinin ümumi istifadəsində olan su çənindən qərb istiqamətində 350 metr aralı məsafədə yerləşən evə baxış keçirilərkən yataq otağındakı dolabın üst siyirməsində saxladığı sellofan torbanın içərisində olan “LD” markalı siqaret qutusunun içərisindən iki ədəd sellofan bükümdə, 0,408 qram və 0,188 qram çəkilərdə olmaqla, ümumilikdə 0,596 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, habelə, bir ədəd kibrit qutusunda 0,334 qram və bir ədəd kağız bükülüdə 4,065 qram çəkilərdə olmaqla, ümumilikdə 4,399 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib daşımaqla saxlamışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, polis tərəfindən saxlanılan gün, gündüz saat təxminən 12 radələrində o, yaşadığı evdə yatmış, ailə üzvləri onu oyadaraq evin qarşısında üç-dörd nəfərin dayandığını bildirmişlər. Bundan sonra o, evin pəncərəsindən baxmış, həmin şəxslər onu yanlarına çağırmış, o, həmin şəxslərin yanına getmiş və həmin şəxslər ona demişlər ki, kəndə asfalt yol çəkməyə gəlmişlər, o da onlara nə köməklik lazım olarasa onlara kömək edə biləcəyini demiş, həmin şəxslər ondan onun telefon nömrəsini soruşaraq özlərində qeyd edib getmiş, o da yaşadığı evə qayıtmışdır. 10-15 dəqiqə keçdikdən sonra ona ailə üzvləri evin, qapının qarşısında bir avtomobilin dayandığını bildirmişlər. O, baxdıqda görmüşdür ki, bayaqkı şəxslərdir, yenə onu yanına çağırmış, o, həmin şəxslərin yanına getmiş və bu zaman onlar baş idarənin işçiləri olduqlarını deyərək onun əllərini bağlayaraq onu gəldikləri avtomobilə salmışlar. Onu avtomobilə salar-salmaz həmin şəxslərdən üçdördü də onun yaşadığı evin içərisinə qaçmışlar. Yəni onu bu şəkildə tutmuşlar. Onun həyat yoldaşı bu barədə onun anasına zəng edərək bildirmiş, anası da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra Xaçmaz RPŞ-nin əməkdaşları gəlmiş və görmüşlər ki, onu tutan Quba RPŞ-nin əməkdaşlarıdır. Bundan sonra isə onu Xaçmaz RPŞnin əməkdaşlarına təhvil vermişlər. Onu gündüz saat 01 radələrində tutub saxlamışlar, çəkilişi isə hava qaralanda, təxminən saat 6-7 radələrində etmişlər. Həmin müddətədək isə o, polis əməkdaşlarının gəldikləri qara rəngli “Mercedes” markalı avtomobildə olmuşdur. Onu saxlayan Quba RPŞ-nin əməkdaşları olmuş, onun həyat yoldaşını da evdən çölə çıxarıb saxlamışlar, onun özünü isə avtomobildə saxlamışlar və həmin polis şöbəsinin əməkdaşları özləri evə girərək nə istədiklərini çıxarmışlar. Həmçinin bildirdi ki, onun evindən aşkar edilmiş narkotik vasitələr ona məxsus olmamış, polis əməkdaşları onu arvadı ilə hədələyərək həmin narkotik vasitələrin onun evindən aşkar edilməsini, ona məxsus olmasını bildirməyə məcbur etmişlər, həmçinin dediklərini edəcəyi təqdirdə ona qarşı CMnin 234.1-ci maddəsi ilə cinayət işi açılacağına söz vermişlər. Bundan sonra o, polis əməkdaşları ilə razılaşdıqdan sonra sonuncular aşkar olunmuş həmin narkotik vasitələri onun evinə qoymuşlar, daha sonra isə videoçəkilişlə evinə baxış keçirilmişdir. O, narkotik vasitələr istehlak edir. O yalnız onun həyat yoldaşını hədələdikləri üçün narkotik vasitələrin ona məxsus olduğunu bildirməyə razı olmuş, həmçinin ona əməlini CM-nin 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini bildirdikləri üçün o, ibtidai istintaq zamanı sənədləri oxumadan imzalamışdır. Onun yaşadığı evdən aşkar edilmiş tərəzilər də onun olmamışdır. O, təxminən bir-iki il olar ki, narkotik vasitələrdən istifadə etmiş, həbs edildiyi vaxtdan isə istifadə etmir. O, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. Quba RPŞ-nin polis əməkdaşları onu gündüz saat 1-2 radələrində tutub avtomobilin içərisində saxlamış, Xaçmaz RPŞ-nin əməkdaşları isə hadisə yerinə axşamüstü saat 5-6 radələrində gəlmişlər. Onu tutub saxlayan Quba RPŞ-nin əməliyyatçılarından birinin - Vüsal adlı şəxsin adı onun yadında qalmışdır. O, məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir, o həmin ifadəni ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan ediləcəyi şərtilə vermişdir. Əməliyyatçılar həmçinin onun evindən həyat yoldaşının çantasından 300 manat pulu və onun avtomobilinin içərisindən 600 manat pulu götürmüşlər, o, Vüsal adlı əməliyyatçıya zəng edib bu barədə demiş, sonradan isə həmin pulu gətirib qaytarmışlar. O, özünü ona elan edilmiş ittihamda təqsirli bilmir. O, nə indi, nə də heç vaxt narkotik satışı və dövriyyəsi ilə məşğul olmamış, yalnız özü istifadə etmişdir. Evindən aşkar edilmiş elektron tərəzilərin ona heç bir aidiyyəti yoxdur. O, ailəlidir, onun ikisi azyaşlı olmaqla üç övladı var, böyük övladı gözdən əlildir. Qardaşı X1 Qarabağ müharibəsi şəhididir, atası vəfat etmiş, qoca və xəstə anası da onun himayəsindədir. Ona görə də əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən 234.1-ci maddəsinə tövsif edilərək ona CM-nin 234.1-ci maddəsinin sanksiyası daxilində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı elan edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanında verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi ev 24 ünvanında qeydiyyatda olsa da, faktiki olaraq Xaçmaz rayonu, Rəhimoba kəndində özünə məxsus evdə yaşayır. O, narkotik vasitə qurudulmuş marixuanadan və heroindən yandırıb çəkməklə istifadə etmişdir. İki gün bundan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində özünə məxsus olan itini yaşadığı evin yerləşdiyi küçədə gəzdirən zaman küçənin zibil atılan hissəsinin yaxınlığından keçəndə itin zibillikdə olan bir ədəd sellofan torbanı iylədiyini görmüşdür. İtin bu hərəkətinə görə həmin sellofan torbanın içərisində nə olması ona maraqlı gəlmiş, ona görə də əyilib həmin sellofan torbanı götürərək içərisinə baxanda içərisində iki ədəd elektron tərəzinin, bir ədəd kağız bükümdə marixuananın, iki ədəd kiçik sellofan bükümdə heroinin, 5 ədəd kiçik bükümlərdə çətənə toxumlarının olmasını görmüşdür. O özü narkotik vasitə istifadəçisi olduğundan bunları tanımış və şəxsi istifadəsi üçün üzərində saxlamaq qərarına gəlmişdir. O, həmin vaxt ətrafa baxdıqda isə hər hansı bir şəxsin ətrafda olmadığını görmüşdür. Sellofan torbanı özü ilə yaşadığı evə gətirmişdir. Belə ki, həmin narkotik vasitə heroindən və qurudulmuş marixuanadan bir qədər istifadə etmişdir. O, iki ədəd sellofan bükümdə olan heroinləri ayrı-ayrılıqda kağıza büküb özünə məxsus olan “LD” markalı siqaret qutusunun içərisinə qoyub həmin siqaret qutusunu da tapdığı sellofan torbanın içərisinə qoymuşdur. Kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini isə kibrit qutusunun içərisinə qoymuşdur. Həmçinin o, narkotik vasitə heroini yandıraraq kağız və pul əskinaslarından düzəltdiyi borucuq vasitəsilə istifadə etməklə tüstüsünü qəbul etmişdir. 03 sentyabr 2022-ci il tarixdə, saat təxminən 19:30 radələrində yaşadığı evdə olduğu zaman polis əməkdaşları evin həyət qapısına yaxınlaşaraq onu səsləmişlər. O, küçəyə çıxıb polis əməkdaşlarına yaxınlaşdığı zaman polis əməkdaşları onun qanunsuz olaraq narkotik vasitəsini əldə edərək yaşadığı ünvanda saxlaması barədə məlumat daxil olduğunu bildirmişlər və yaşadığı evə baxış keçirilməli olduğunu bildirmişlər. O, polis əməkdaşlarının yaşadığı evə videogörüntü ilə baxış keçirmələrinə icazə vermiş və həmin şəxslərin iştirakına da etiraz etməmişdir. O, başa düşmüşdür ki, polis əməkdaşlarının artıq onun taparaq yaşadığı evdə saxladığı narkotik vasitələrdən məlumatları vardır. Ona təklif olunmuşdur ki, yaşadığı evdə hər hansı qanunsuz əşya və ya narkotik vasitə varsa təqdim etsin. O, bu təklifdən sonra polis əməkdaşlarını yaşadığı evə dəvət edərək evin ona məxsus yataq otağındakı kiçik dolabın üst siyirməsində olan sellofan torbanı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Müstəntiq həmin sellofan torbaya baxan zaman torbanın içərisindən iki ədəd elektron tərəzini, iki ədəd sellofan bükümdəki narkotik vasitə heroini, bir ədəd kağız büküm və bir ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuananı, 03 ədəd ağ rəngli, 01 ədəd qırmızı rəngli və 01 ədəd göy rəngli kağız bükümlərdə olan çətənə toxumlarını və borucuq formasında olan 03 pul əskinasları və 01 ədəd kağız parçasını aşkar etmişdir. Həmin borocuq formasında olan pul əskinasları və kağız parçasından narkotik vasitə olan heroinin tüstüsünü qəbul etmək üçün istifadə etmişdir. Həmin sellofan torbanın içərisindən səhhətində olan xəstəliklə əlaqədar istifadə etdiyi dərman həbləri də aşkar olunmuş, ancaq həblər əhəmiyyət kəsb etmədiyi üçün müstəntiq tərəfindən götürülməmişdir. Müstəntiq tərəfindən aşkar olunmuş iki ədəd sellofan bükümdəki narkotik vasitə olan heroin, bir ədəd kağız bükümdə və bir ədəd kibrit qutusundakı narkotik vasitə olan qurudulmuş marixuana, 05 ədəd kağız bükümdəki çətənə bitkisinin toxumları və iki ədəd elektron tərəzi bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Həmin zərfin üzəri o və baxışda iştirak edən digər şəxslər tərəfindən imzalanmışdır. O, heç kimə narkotik vasitə satmamış və heç kimdən almamışdır. Yaşadığı evdən aşkar edilən narkotik vasitələri şəxsi istifadəsi üçün yaşadığı evdə saxlamışdır. Onun yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən ev doğma qardaşı X1 Qarabağ müharibəsində şəhid olduqdan sonra onun adına verilmiş evdir. Həmin evdə hərdən o yaşayır. Ancaq elə olmuşdur ki, qeydiyyatda olduğu Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi ev 24-də də yaşayır. O, tapdığı narkotik vasitələrdən özü istifadə etdiyi üçün özünə məxsus dərman həblərini də həmin sellofan torbanın içərisinə qoymuşdur. O, narkotik vasitə olan heroin istifadə edən zaman yaşadığı evdən aşkar edilən tərəzidən istifadə edərək çəkib sonra qəbul etmişdir. Ona görə də bilmişdir ki, həmin tərəzilərdən biri işləyir, digəri isə ümumiyyətlə işləmir. Polis əməkdaşları baxış zamanı ona hər hansı təzyiq etməmişlər. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-yə Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat Xaçmaz RPŞ-nin rəhbərliyinə məruzə olunduqdan sonra ondan və həmin polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra onlar müstəntiq Nemət Xasayevin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşmış, onlar sonuncunu evindən çölə çağırmışlar, Təqsirləndirilən şəxs çölə çıxmış, onlar ona evində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu və buna görə evinə baxış keçirəcəklərini bildirmişlər, o, evində özünün istifadəsi üçün narkotik vasitə saxladığını bildirərək evində baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs özü ilə birlikdə sonuncunun evinə daxil olaraq videoçəkilişdən istifadə etməklə baxış keçirmişlər və evindən qurudulmuş marixuana, çətənə toxumları, heroin və iki ədəd tərəzi aşkar edilərək qablaşdırılıb ekspertizaya göndərilmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirir. Həmçinin bildirdi ki, evə baxış təqsirləndirilən şəxsin yaşadığı Xaçmaz rayonunun Rəhimoba kəndindəki evində aparılmış, narkotik vasitələr həmin evin bir otağından aşkar edilmişdir. Xaçmaz RPŞ-də Vüsal adlı əməliyyatçı olmamış, həmçinin onların Quba RPŞnin əməliyyatçıları ilə birgə əməliyyatları olmamışdır. O, baxış zamanı təqsirləndirilən şəxsin evində ailə üzvlərindən kimsəni görməmiş, təqsirləndirilən şəxsin evində baxış keçirmişlər, sonuncunun təqdim etdiyi yerdən narkotik vasitəni və tərəziləri aşkar edərək götürmüşlər, təqsirləndirilən şəxsin evində axtarış keçirilməmiş, yəni digər otaqlara baxmamışlar. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 03 sentyabr 2022-ci il tarixdə Xaçmaz rayonu, Rəhimoba kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. O, dərhal bu məlumatı Xaçmaz rayon polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun üzvlərinə hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 03 sentyabr 2022-ci il tarixdə onlar Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evdə olduğunu müəyyən etmişlər və həmin ünvana baxış keçirilməsi Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Nemət Xasayevə həvalə olunduğundan onlar birlikdə həmin ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çatıb sonuncunu səsləmişlər və Təqsirləndirilən şəxs onların yanına, yəni küçəyə çıxmışdır. Onların yanına gəldikdən sonra müstəntiq X19 Tarverdiyevə, qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması və yaşadığı evdə saxlaması barədə Xaçmaz RPŞ-nə məlumat daxil olduğunu, buna görə də videoçəkilişlə yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs öz istifadəsi üçün yaşadığı evdə narkotik vasitə saxlamasını bildirmiş və həmin narkotik vasitələri təqdim edə biləcəyini demişdir. Bundan sonra onlar özlərini təqdim etmişlər və Təqsirləndirilən şəxs baxışın onların iştirakı ilə keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onları yaşadığı evə dəvət etmiş və evə girişdən solda yerləşən birinci otağa daxil olub, otaqda olan çarpayının sağ tərəfindəki dolabın üst siyirməsindən bir ədəd sellofan torbanı çıxarıb təqdim etmişdir. Müstəntiq həmin sellofan torbanın içərisinə baxdıqda torbanın içərisindən iki ədəd elektron tərəzi, bir ədəd «LD» markalı siqaret qutusu, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd kağız büküm, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd kibrit qutusu, içərisində narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər toxumlar olan üç ədəd ağ rəngli, bir ədəd qırmızı rəngli və bir ədəd göy rəngli kağız bükümlər, tibbi məqsədlər üçün istifadə edilən dərman həbləri, həmçinin borucuq formasında düzəldilmiş 03 ədəd pul əskinası və 01 ədəd kağız parçası aşkar etmişdir. Aşkar edilmiş «LD» markalı siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisindən iki ədəd kağız büküm aşkar olunmuşdur. Həmin kağız bükümlərin hər birinin içərisində bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz halında, narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs siqaret qutusunun içərisindən aşkar edilmiş iki ədəd sellofan bükümdə olan toz halındakı maddənin «kakos», yəni narkotik vasitə olan heroin olduğunu, bir ədəd kağız bükümdə və bir ədəd kibrit qutusunda olan bitki kütlələrinin «nəşə», yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını, kağız bükümlərdə olan toxumların isə narkotik tərkibli çətənə bitkilərinin toxumları olduğunu, dərman həblərini isə səhhətində olan xəstəliklə əlaqədar qəbul etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar edilənləri yaşadığı evin yerləşdiyi küçədən tapdığını və şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını, hər hansı bir şəxsə narkotik vasitə satmadığını və hər hansı bir şəxsdən narkotik vasitə almadığını bildirmişdir. Sellofan torbanın içərisindən aşkar edilən iki ədəd elektron tərəzi, bir ədəd LD markalı siqaret qutusunun içərisindən iki ayrı sellofan bükümdəki qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi olan kağız büküm, bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi olan kibrit qutusu, beş ədəd içərisində çətənə bitkisinin toxumlarına bənzər toxumlar olan kağız bükümlər, 3 ədəd üzərində narkotik vasitələrin izləri ola biləcək boru halına salınmış pul əskinasları və 1 ədəd üzərində narkotik vasitələrin izləri ola biləcək boru halına salınmış kağız parçası onların iştirakı ilə bir ədəd zərfdə qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Həmin zərfin üzəri baxışda iştirak edən şəxslər tərəfindən imzalanmış, aşkar edilmiş dərman həbləri isə götürülməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən başqa əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumatın dəqiqləşdirilməsi istiqamətində tədbirləri davam etdirilmiş, əldə etdikləri məlumata görə Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri sonuncu satış məqsədi ilə əldə etmiş, aşkar edilmiş tərəzilər də buna xidmət etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təqsirləndirilən şəxs polis tərəfindən saxlanılan gün onlar özləri Xaçmaz rayonunun Rəhimoba kəndindəki evlərində olmuş, uşaqları isə həmin vaxt qayınanasının yaşadığı evdə, sonuncunun yanında olmuşlar. Həmin gün günorta saatlarında o görmüşdür ki, evlərinin qarşısında iki üç nəfər dayanaraq onların evinə baxır. O, Qasıma bu barədə demiş, bundan sonra Qasım evin pəncərəsindən çölə baxmış və həmin şəxslər Qasıma əl edərək çölə çağırmışlar. Qasım çölə çıxaraq həmin şəxslərə yaxınlaşmış, həmin şəxslər özlərini təqdim edərək yol idarəsindən gəldiklərini bildirmişlər, Qasım da onlara nə köməklik lazım olsa edə biləcəyini bildirmişdir. Bundan sonra Qasım evə daxil olmuş və ona demişdir ki, kəndə asfalt yol çəkiləcəkdir. Sonra isə o, həmin şəxslərin yenidən gələrək çağırdıqlarını görmüş və bu barədə Qasıma demiş, sonuncu çölə, həmin şəxslərin yanına getmiş və o görmüşdür ki, Qasımın əl-qolunu bağlayaraq avtomobilə salmışlar, bunun ardınca da 5-6 nəfər dərhal evə daxil olmuşlar, özlərini təqdim etməmişlər, o, həmin şəxslərdən evə daxil olmalarının səbəbini soruşmuş, lakin ona heç bir cavab verməmişlər, evin içərisini dağıdıbtökmüşlər, yoldaşı Qasım barədə təhqiredici sözlər demişlər. Həmin şəxslər evdən heç nə tapmayıb bir-birinə “nahaq bura gəlmişik, bizə ünvanı səhv veriblər” demişlər. Onlar ondan ərinin narkotik vasitəni harada gizlətməsi barədə soruşmuşlar, o, həmin şəxslərə ərinin nəinki narkotik vasitə satmasını, heç istifadə etməsini də görmədiyini demişdir. Sonra isə həmin şəxslər onu çölə çıxarmışlar, o öz mobil telefonu vasitəsilə qayınanasına zəng edərək baş verənlər barədə bildirmiş və qayınanasına tez gəlməsini demiş, bundan sonra qayınanası da həmin evlərinə gəlmiş, həmin şəxslər qayınanasını çağırmasını ona irad bildirmişlər. Qayınanası gəldikdən sonra DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, həmin şəxslər 102 xidmətinə zəng etmələrini onlara irad tutmuşlar və ona demişlər ki, “səni də tutarıq, sən də “patı” istifadə edirsən, narkotik satmaqda ərinə köməklik edirsən”, o da onlara gedib qan analizi verə biləcəyini demişdir. Yoldaşı Qasım da qışqıraraq həmin şəxslərə arvadından əl çəkmələrini, özünün hər şeyi boynuna alacağını, imza edəcəyini bildirərək onları öz yanına çağırmışdır. Sonra isə iş istintaqda olarkən özü də şəxsən eşitmişdir ki, əri Qasım müstəntiqdən dəfələrlə elan edilmiş ittihamın 234.1 ilə olduğunu soruşmuş, müstəntiq də 234.1 olduğunu demişdir. Həmin şəxslər axşamadək evi axtarmışlar, onun çantasından üç yüz manat pulu, yoldaşı Qasımın avtomobilindən altı yüzyeddi yüz manat pulu oğurlamışlar, uşağının idman alətini sındırmışlar. O, həmin günün səhəri çantasına baxdıqda üç yüz manat pulunun yerində olmadığını görmüş və bu barədə qayınanasına demişdir. Ona hadisə günü Quba RPŞ-nin NMQ-nun rəisinin telefon nömrəsini verib nə problem olarsa zəng etməsini demişlər, o da həmin nömrəyə zəng edərək üç yüz manat barədə bildirmiş, bundan sonra rəis Ruslan evinə gələrək həmin məbləğdə pulu ona qaytarmış, lakin digər pulu qaytarmamışlar. Həmçinin evdən ərinin təsbehlərinin, qol saatını da oğurladıqlarını aşkar etmişdir. Həmçinin bildirdi ki, polis əməkdaşı ona demişdir ki, “sənin ərinin torbasını tikiblər”. Xaçmaz RPŞ-nin əməkdaşları hadisə yerinə gələndə onun ərini tanıyaraq Quba RPŞ-nin əməkdaşlarına demişlər ki, “bu yetimə hələ təzəliklə cəza verilib, qolbağı var, o nə vaxt narkotik vasitə tapdı ki?!”, Quba RPŞ-nin əməkdaşları da heç nə tapmadıqlarını və buna görə “başlarının ağırdacağını” demişlər. Həmçinin həmin vaxt ora qadın polis əməkdaşı, Sevinc xanım da gəlmiş, 102 xidmətinə zənglə bağlı izahat alınmışdır. Quba RPŞ-nin əməkdaşları onların Rəhimoba kəndindəki evlərindən heç bir narkotik vasitə tapmamışlar, onların evində ümumiyyətlə narkotik vasitə olmamışdır. İş materiallarında olan 03 sentyabr 2022-ci il tarixli raportdan, həmin tarixli “Əməliyyat tədbirinin keçirilməsi barədə” qərardan və Əmrdən müəyyən edilir ki, Xaçmaz RPŞ-yə iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, istifadə etməsi və evində saxlaması barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuş, əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və Xaçmaz RPŞnin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan 03 sentyabr 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı CD diskdəki videofayla baxış keçirilərək müəyyən olundu ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz RPŞ-nin müstəntiqi X14 həmin polis şöbəsinin CAB-nin əməliyyat müvəkkilləri Şahid2, X11 və Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Rəhimoba kəndində yerləşən evinə sonuncunun da iştirakı ilə baxış keçirmişlər. Hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Rəhimoba kəndi ərazisində, kənd üçün nəzərdə tutulan irihəcmli dəmir materialdan olan su çənindən 350 metr qərb istiqamətdə yerləşən evdir. Evin həyətyanı sahəsi dəmir materialdan olan tor hasarla əhatələnmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin həyət qapısının qarşısına dəvət etdikdən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, istifadə etməsi və yaşadığı Xaçmaz rayonunun Rəhimoba kəndində yerləşən evində saxlaması baradə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğunu və bu səbəbdən yaşadığı evə baxış keçiriləcəyini bildirilmişdir. Baxışda iştirak edən şəxslər özlərini təqdim etdikdən sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs videoçəkilişlə yaşadığı evə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs hər hansı bir etirazının olmadığını və yaşadığı evdə özünün istifadəsi üçün narkotik vasitə saxlamasını bildirir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs həmin narkotik vasitələri təqdim etməsi təklif olunur. Bundan sonra onlar Təqsirləndirilən şəxs icazəsi ilə əvvəlcə evin həyətinə, daha sonra evin giriş qapısına yaxınlaşırlar. Evin həyət qapısından həyətə daxil olduqdan sonra, təxminən 8 metr irəlidə Təqsirləndirilən şəxs yaşadığı ev yerləşir. Ev kürsülü olmaqla bir mərtəbəlidir. Evin pilləkəni ilə kiçik eyvana qalxdıqdan sonra, evin dəmir materialdan olan qapısından evin içərisinə daxil olmuşlar. İrəlidə hərəkət edən Təqsirləndirilən şəxs yaşadığı evə daxil olduqdan sonra evin giriş qapısından soldakı ilk otağa, yəni yataq otağına daxil olaraq otaqda olan çarpayının sağ kənarında yerləşən dolabın üst çəkməcəsinin içərisindən bir ədəd sellofan torbanı çıxararaq təqdim edir. Həmin torbanın içərisinə baxılan zaman oradan iki ədəd elektron tərəzi, bir ədəd «LD» markalı siqaret qutusu, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd kağız büküm, içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsi olan bir ədəd kibrit qutusu, içərisində narkotik tərkibli çətənə bitkisinin toxumlarına bənzər toxumlar olan üç ədəd ağ rəngli, bir ədəd qırmızı rəngli və bir ədəd göy rəngli kağız bükümlər, tibbi məqsədlər üçün istifadə edilən dərman həbləri, həmçinin borucuq formasında düzəldilmiş 03 ədəd pul əskinası və 01 ədəd kağız parçası aşkar edilir. Aşkar edilmiş «LD» markalı siqaret qutusunun içərisinə baxılan zaman qutunun içərisindən iki ədəd kağız büküm aşkar olunur. Həmin kağız bükümlərin hər birinin içərisində bir ədəd sellofan bükümdə qəhvəyi rəngli, toz halında, narkotik vasitə heroinə bənzər maddə olması aşkar olunmuşdur. Təqsirləndirilən şəxs siqaret qutusunun içərisindən aşkar edilmiş iki ədəd sellofan bükümdə olan toz halındakı maddənin «kakos», yəni narkotik vasitə olan heroin olduğunu, bir ədəd kağız bükümdə və bir ədəd kibrit qutusunda olan bitki kütlələrinin «nəşə», yəni narkotik vasitə olan qurudulmuş marixuana olmasını, kağız bükümlərdə olan toxumların isə narkotik tərkibli çətənə bitkilərinin toxumları olduğunu, dərman həblərini isə səhhətində olan xəstəliklə əlaqədar qəbul etdiyini bildirir. Təqsirləndirilən şəxs aşkar edilənləri yaşadığı evin yerləşdiyi küçədən tapdığını və şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını bildirmişdir. O hər hansı bir şəxsə narkotik vasitə satmadığını və hər hansı bir şəxsdən narkotik vasitə almadığını bildirmişdir. Sellofan torbanın içərisindən aşkar edilən iki ədəd elektron tərəzi, bir ədəd “LD” markalı siqaret qutusunun içərisindən iki ayrı sellofan bükümdəki qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi olan kağız büküm, bir ədəd içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər yaşıl rəngli bitki kütləsi olan kibrit qutusu, beş ədəd içərisində çətənə bitkisinin toxumlarına bənzər toxumlar olan kağız bükümlər, 3 ədəd üzərində narkotik vasitələrin izləri ola biləcək boru halına salınmış xarici dövlətə məxsus köhnə pul əskinasları və 1 ədəd üzərində narkotik vasitələrin izləri ola biləcək boru halına salınmış kağız parçası baxışda iştirak edən şəxslərin iştirakı ilə müstəntiq tərəfindən bir ədəd zərfdə qabşaldırılaraq möhürlənib götürülmüşdür. Baxiş zamanı hər hansı bir başqa əşya götürülməmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2022-ci il tarixli, 6/4762 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün N58” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd siqaret qutusunda iki ədəd bükümdə ayrıayrılıqda təmiz çəkisi 0,408 qram, 0,188 qram, ümumi təmiz çəkisi 0,596 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroindən təqdqiqata 0,1 qram sərf edildikdən sonra qalıq – 0,496 qram təşkil etmişdir. Təqdim edilmiş iki ədəd elektron tərəzidə, borucuq formasına salınmış 03 ədəd pul əskinasında və bir ədəd kağızda narkotik vasitə olan heroinin izləri vardır. Heroin iz şəklində olduğu üçün çəkisini müəyyən etmək və müqayisəli tədqiqat aparılması mümkün deyildir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2022-ci il tarixli, 7/977 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs imza...” sözləri yazılmış kağız paketdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,334 qram və bir ədəd kağız bükülüdə təmiz çəkisi 4,065 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Ümumi çəkisi - 4,399 qramdır; təqdim olunmuş bir ədəd kibrit qutusunda və bir ədəd kağız bükülüdə olan marixuanalar tərkiblərinə görə eynidirlər; təqdim olunmuş 05 (beş) ədəd kağız bükülüdə ümumi çəkisi ümumi çəkisi 0,886 qram olan bitki toxumları narkotik təbiətli çətənə (kannabis) bitkisinin toxumlarıdır; tədqiqata təqdim edilmiş elektron tərəzilərin, pul əskinasların və kağız bükümünün üzərində narkotik vasitə olan marixuananın hissəcikləri yoxdur. Marixuanadan tədqiqata cəmi 0,04 qram sərf edildikdən sonra qalıq – 4,359 qram təşkil etmişdir. Çətənə (kannabis) bitkisinin toxumlarından tədqiqata cəmi 0,1 qram sərf edildikdən sonra qalıq – 0,786 qram təşkil etmişdir. İş materiallarında olan 06 sentyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və sübutlatın qiymətləndirilməsinə dair 24 noyabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evə baxış keçirilən zaman aşkar edilmiş bir ədəd siqaret qutusunda iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,408 qram, 0,188 qram, ümumi təmiz çəkisi 0,596 qram təşkil etmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin; bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,334 qram və bir ədəd kağız bükülüdə təmiz çəkisi 4,065 qram, ümumi təmiz çəkisi 4,399 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana; üzərində narkotik vasitə olan heroin izləri olan, borucuq formasına salınmış, xarici dövlətə məxsus 03 ədəd köhnə pul əskinasları və bir ədəd kağız, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 0,496 qram təşkil etmiş heroin narkotik vasitəsi, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 4,359 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd kağız, üzərində narkotik vasitə olan heroin izləri olan borucuq formasına salınmış 03 ədəd pul əskinası, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi maddi sübut kimi; həmçinin maddi sübut kimi tanınmamış çətənə bitkisinin toxumlarının ekspertiza tədqiqatından sonra qalan 0,786 qramı Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılırlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 20 oktyabr 2022-ci il tarixli, 6170 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyən edilir ki, keçirilmiş əməliyyat tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroini və qurudulmuş marixuananı haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Lakin onun əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olması barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Həmçinin əldə edilmiş məlumata əsasən yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroini və qurudulmuş marixuananı Təqsirləndirilən şəxs satış məqsədi ilə naməlum mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 05 sentyabr 2022-ci il tarixli, 5(067)- 147/2023 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması, istifadə etməsi və yaşadığı evdə saxlaması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 03 sentyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinə dair aşağıdakıları qeyd edir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı məhkəmə iclasındakı ifadəsində bildirmişdir ki, onun evindən aşkar edilmiş narkotik vasitələr ona məxsus olmamış, polis əməkdaşları onu arvadı ilə hədələyərək həmin narkotik vasitələrin onun evindən aşkar edilməsini, ona məxsus olmasını bildirməyə məcbur etmişlər, həmçinin dediklərini edəcəyi təqdirdə ona qarşı CM-nin 234.1-ci maddəsi ilə cinayət işi açılacağına söz vermişlər. Bundan sonra o, polis əməkdaşları ilə razılaşdıqdan sonra sonuncular aşkar olunmuş həmin narkotik vasitələri onun evinə qoymuşlar, daha sonra isə videoçəkilişlə evinə baxış keçirilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadələrini oxumadan imza etmişdir. Həmçinin onun yaşadığı evdən aşkar edilmiş tərəzilər də onun olmamışdır. Bundan başqa, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində, habelə son sözündə özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirmiş, əməlinin CM-nin 234.1-ci maddəyə tövsif edilərək həmin maddə ilə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs iş materiallarında olan 03 sentyabr 2022-ci il tarixdə müdafiəçinin (Müdafiəçi1) iştirakı ilə verdiyi izahatından, onun 04 sentyabr 2022-ci il tarixdə müdafiəçinin (Müdafiəçi1) iştirakı ilə şübhəli şəxs qismində dindirilməsi barədə protokoldan, onun 25 noyabr 2022-ci il tarixdə müdafiəçinin (Müdafiəçi1) iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilməsi barədə protokoldan müəyyən edilir ki, o, evindən aşkar edilmiş narkotik vasitələri, tərəziləri və çətənə toxumlarını birlikdə sellofan torbanın içərisində olmaqla yerdən (zibillikdən) taparaq gətirib yaşadığı evdə özünün istifadəsi üçün saxladığını, həmçinin sonradan həmin sellofan torbaya narkotik vasitələri istifadə etməsi üçün borucuq formalı pul əskinaslarını və kağız parçasını, habelə səhhətindəki problemlə bağlı dərman həblərini də əlavə etdiyini bildirmişdir. Həmin ifadələr təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imzalanmışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Rəhimoba kəndindəki evinə keçirilmiş baxış prosesinin köçürüldüyü CD diskdəki videogörüntülərdən müəyyən edilir ki, Xaçmaz RPŞ-nin polis əməkdaşları təqsirləndirilən şəxsin həmin evinə, təqsirləndirilən şəxsin narkotik vasitəni saxladığını göstərdiyi yataq otağına təqsirləndirilən şəxslə birlikdə daxil olurlar, təqsirləndirilən şəxs çarpayının yanında olan dolabın siyirməsindən bir ədəd sellofan torbanı çıxararaq təqdim edir və bunun ardınca təqsirləndirilən şəxs özü həmin torbadan iki ədəd əşyanı çıxarır və polis əməkdaşları həmin əşyalar barədə soruşmamış özü dərhal “bunlar işləmir” deyir, müstəntiq həmin əşyaların nə olduğunu soruşduqda təqsirləndirilən şəxs bir neçə dəfə “tərəzilərdir, amma bunlar işləmir, lazımsızdır” deyir, müstəntiq tərəziləri götürərək baxdıqda biri işə düşmüş, təqsirləndirilən həmin işə düşən tərəzinin düzgün ölçmədiyini, nasaz olduğunu, içinin töküldüyünü bildirməklə həmin tərəzini yenidən öz əlinə götürüb silkələyərək içindən gələn detalların bir-birinə toxunması səsini nümayiş etdirir. Müstəntiqin ona dediklərinin aydın olduğunu deməsinə baxmayaraq, təqsirləndirilən yenidən (israrla) həmin tərəzilərin işləmədiyini deyir. Məhkəmə müdafiə tərəfinin vəsatəti əsasında təqsirləndirilən şəxsin arvadı (rəsmi nikahı olmayan) Gülşən Allahverdiyevanın əlavə şahid qismində məhkəmə iclasında verdiyi ifadəsi ilə bağlı isə aşağıdakıları qeyd edir. Belə ki, həmin şahid ifadəsində yaşadıqları evdə heç vaxt narkotik vasitə olmadığını, Quba RPŞ-nin əməkdaşlarının gündüz saat 12 radələrində evə basılaraq evi alt-üst etmələrini, narkotik vasitə tapmadıqlarını görərək həmin polis əməkdaşlarının, evdən sonradan Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən aşkar olunmuş, narkotik vasitələri evə qoymalarını, Quba RPŞ-nin əməkdaşları tərəfindən onun özünə qarşı kobud hərəkətlər edildiyini, əri Təqsirləndirilən şəxs qollarının həmin polis əməkdaşları tərəfindən qandallanaraq evin qarşısında avtomobilə salındığını, həmin polislər tərəfindən hədələndiklərini və bu zaman ərinin qışqıraraq arvadından əl çəkmələrini, cinayəti boynuna götürəcəyini, həmin vaxt onun çox emosional, gərgin olmasını, zəng edərək hadisə yerinə qayınanasını, yəni təqsirləndirilən şəxsin anasını çağırdığını və sonuncunun da hadisə yerinə gəldiyini, bundan sonra Xaçmaz RPŞ-nin hadisə yerinə gəlmələrini və evə baxış keçirdiklərini bildirmiş, həmçinin baxış zamanı Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən ona və ərinə qarşı hər hansı təzyiq edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, şahid Gülşən Allahverdiyevanın ifadəsini, evə baxış keçirilməsinin videoçəkilişini və iş materiallarını əlaqəli şəkildə tədqiq edərək hesab edir ki, onların bu xüsusatda ifadələri həqiqətə uyğun gəlmir, həmçinin hər hansı sübutla öz təsdiqini tapmır. Belə ki, qeyd olunan videoçəkilişdən müəyyən edilir ki, Xaçmaz RPŞ-nin əməkdaşları təqsirləndirilən şəxsin evinə baxış keçirərəkən evin qarşısında (küçədə) olduqları müddətdən evin içərisində olduqları və baxış başa çatanadək olan müddətdə nə Gülşən Allahverdiyevanın, nə təqsirləndirilən şəxsin anasının, nə ailə üzvlərindən kimsənin orada olması (hər hansı əlaməti) görünmür (müəyyən olunmur). Bundan başqa, həmin videoçəkilişdən təqsirləndirilən şəxsin evinin içərisində əşyaların hər hansı dağılması, sınması halları müəyyən edilmir. Həmçinin iş materiallarından hazırkı iş üzrə Quba RPŞ tərəfindən hər hansı istintaq hərəkətlərinin aparılması müəyyən edilmir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında (ziddiyyətli ifadələr verməklə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir, həmçinin şahid X3 ifadəsinin sübut növü kimi qəbul edilməməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan baxış keçirilməsinin videoçəkilişi qeyd olunmuş 01 ədəd CD diski, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Həmin Qərarın 8-ci bəndində izah edilir ki, həmin Qanunda (1.0.11) şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 9-cu bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin Məcəllənin 234.2-ci maddəsinin tərkibini yaradır. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi 0,596 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 4,399 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı daşıyaraq yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndi ərazisində, həmin kənd sakinlərinin ümumi istifadəsində olan su çənindən qərb istiqamətində 350 metr aralı məsafədə yerləşən evdə saxlamışdır. Belə ki, 03 sentyabr 2022-ci il tarixdə, saat 19:30-19:40 müddətində Xaçmaz Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndi ərazisində, həmin kənd sakinlərinin ümumi istifadəsində olan su çənindən qərb istiqamətində 350 metr aralı məsafədə yerləşən evə baxış keçirilərkən yataq otağındakı dolabın üst siyirməsində saxladığı sellofan torbanın içərisində olan “LD” markalı siqaret qutusunun içərisindən iki ədəd sellofan bükümdə, 0,408 qram və 0,188 qram çəkilərdə olmaqla, ümumilikdə 0,596 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, habelə, bir ədəd kibrit qutusunda 0,334 qram və bir ədəd kağız bükülüdə 4,065 qram çəkilərdə olmaqla, ümumilikdə 4,399 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə edib daşımaqla saxlamışdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmün, qərarın surətlərindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X4 İdarəsinin tərtib etdiyi tələbnamədən və iş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına (xx.xx.2013), CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına (xx.xx.2019) məhkum edilmiş, həmin məhkumluqları ödənilmişdir. Sonuncu dəfə o, Xaçmaz Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 1(067)-4/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; Xaçmaz Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 7(067)- 15/2023-saylı qərarı ilə xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 14 gün hissəsi, 11 (on bir) ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan, doğum haqqında şəhadətnamələrin surətlərindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var. (xx.xx.2007 və xx.xx.2008) İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi və Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlardan və iş materiallarına əlavə edilmiş Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən iş üzrə təqsirləndirilən şəxsin anası X5 adına verilmiş vəsiqənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs anası şəhid ailəsi üzvüdür, anası Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, İ.Qayıbov küçəsi ev 24 ünvanında yaşayır, Təqsirləndirilən şəxs həm sonuncu ünvanda, həm də Xaçmaz rayonunun Rəhimoba kəndində şəhid ailələri üçün dövlət tərəfindən tikilmiş evdə yaşayır. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmuşdur. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Xaçmaz Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 1(067)-4/2022 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanı çəkərkən, həmin cəzanı çəkib qurtarmadan, məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli, 1(067)-4/2022 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış; Xaçmaz Rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli, 7(067)-15/2023-saylı qərarı ilə xx.xx.2022-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 14 gün hissəsi, 11 (on bir) ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkəmə iclas zalında dərhal həbsə alınmaqla azadlıqdan məhrumetmə cəzasının əvvəli 14 fevral 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)- 4/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 02 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 14 gün hissəsinin Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(067)-15/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş hissəsi, yəni 11 (on bir) ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzasının (hazırkı günə) çəkilməmiş qalan 05 (beş) ay 10 gün hissəsi hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 03 sentyabr 2022-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 05 sentyabr 2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunacaq qəti cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs digər cinayət işi üzrə cəzaçəkmə müəssisəsində cəza çəkir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində hazırkı cinayət işi üzrə “həbs” növündə qətimkan tədbiri seçilməlidir. Barəsində hazırkı cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evə baxış keçirilən zaman aşkar edilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,408 qram, 0,188 qram, ümumi təmiz çəkisi 0,596 qram təşkil etmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin; bir ədəd kibrit qutusunda təmiz çəkisi 0,334 qram və bir ədəd kağız bükülüdə təmiz çəkisi 4,065 qram, ümumi təmiz çəkisi 4,399 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana; üzərində narkotik vasitə olan heroin izləri olan, borucuq formasına salınmış 03 ədəd köhnə pul əskinasları və bir ədəd kağız, üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi cinayət işi üzrə maddi sübut kimi tanınmış - ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 0,496 qram təşkil etmiş heroin narkotik vasitəsi, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 4,359 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi, üzərində narkotik vasitə olan heroin izləri olan, borucuq formasına salınmış 03 ədəd köhnə pul əskinasları, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd kağız, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi maddi sübut kimi Xaçmaz RPŞ-nin saxlanc yerində, həmçinin maddi sübut kimi tanınmamış - çətənə bitkisinin toxumlarının ekspertiza tədqiqatından sonra qalan 0,786 qramı Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılırlar. İş üzrə maddi sübutlar – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,496 qram təşkil etmiş heroin narkotik vasitəsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,359 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd kağız, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, üzərində narkotik vasitə heroinin izləri olan 03 (üç) ədəd pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz Rayon Məhkəməsinə təqdim edilərək cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Rəhimoba kəndində yaşadığı evə keçirilmiş baxış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işində saxlanılmalıdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalan 0,786 qram çəkidə çətənə bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)-4/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs üzərində qəti olaraq saxlanılmış 02 il 05 ay 10 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 10 ay 14 gün hissəsinin Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(067)-15/2023 saylı qərarı ilə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş hissəsi, yəni 11 (on bir) ay 07 gün müddətə azadlıqdan məhrumetmə cəzasının (hazırkı günə) çəkilməmiş qalan 05 (beş) ay 10 gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş qəti cəzadan çıxılaraq üzərində 03 (üç) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs digər cinayət işi ilə əlaqədar hazırda cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,496 qram təşkil etmiş heroin narkotik vasitəsi, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 4,359 qram təşkil etmiş qurudulmuş marixuana narkotik vasitəsi, üzərində narkotik vasitə heroinin izləri olan bir ədəd kağız, həmçinin üzərində narkotik vasitə heroinin izləri olan iki ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, üzərində narkotik vasitə heroinin izləri olan 03 (üç) ədəd pul əskinası hökm qanuni qüvvəsini aldıqdan sonra Xaçmaz Rayon Məhkəməsinə təqdim edilərək cinayət işində saxlanılsın (əlavə edilsin). İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Rəhimoba kəndində yaşadığı evə keçirilmiş baxış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd CD disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Rəhimoba kəndində yerləşən evə baxış keçirilən zaman aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalan 0,786 qram çəkidə çətənə bitkisinin toxumları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 154 (yüz əlli dörd) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar