Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-45/2025 10.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkən şəxs Ağamirova (Mahmudova) Ülkər Abduləhəd qızının, müdafiəçi – Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1985-ci ildə Xaçmaz rayonunun Yergüc kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, Xaçmaz rayonunun Yergüc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən başlayaraq, övladları - xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Ağamirova (Mahmudova) Ülkər Abduləhəd qızına ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)-183/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətində inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2024-cü il tarixədək 10700 (on min yeddi yüz) manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Ağamirova (Mahmudova) Ülkər Abduləhəd qızının xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində (xx.xx.2024) göstərdi ki, o, Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)-183/2022 saylı qətnaməsi ilə təyin edilmiş alimentlə bağlı barəsində hazırkı iş üzrə təqdimat verilənədək bir dəfəyə olmaqla cəmi 1000 manat ödəmiş, 10700 manat məbləğində aliment borcu yaranmışdır. Hazırda isə 10700 manat aliment borcundan 2800 manat ödəmiş, qalan məbləği isə tam olaraq 2025-ci ilin fevral ayının birinədək ödəyəcəyilə bağlı zərərçəkmiş şəxslə razılığa gələrək aralarında notarial qaydada müqavilə bağlamışlar. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Daha sonra (xx.xx.2025) bildirdi ki, o, hazırda zərərçəkmiş şəxsə aliment borcunu tamamilə ödəmiş, bununla əlaqədar olaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Ağamirova (Mahmudova) Ülkər Abduləhəd qızı ilə birgə nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Ağamirova Esma, xx.xx.2014-cü il təvəllüdlü Ağamirova Hüsna və xx.xx.2017-ci il təvəllüdlü Ağamirov Ağamir adlı övladları doğulmuşdur. Evləndikdən sonra uzun müddət Ülkər ilə mehriban ailə şəraitində yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)-183/2022 saylı qətnaməsi ilə onların nikahları pozulmuş və cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixdən başlayaraq, övladları - xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Ağamirova (Mahmudova) Ülkər Abduləhəd qızına verilməsi qət edilmişdir. Xaçmaz Rayon İcra və Probasiya Şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Aliment borcunu ödəmədiyindən dəfələrlə Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin inzibati xəta barədə protokoluna əsasən Xaçmaz Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 08 gün müddətində həbs olunmuş və bundan sonra icra məmuru tərəfindən ona yenidən aliment borcunu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda fərdi əməklə, yəni fəhləliklə məşğul olmaqla aylıq 300-350 manat məbləğində qazanc əldə edir. Maddi imkanının zəif olması səbəbindən aliment borcu üzrə qətnaməni icra etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Ağamirova (Mahmudova) Ülkər Abduləhəd qızı ifadəsində göstərdi ki, təqsirləndirilən şəxsin ona ümumilikdə 10700 manat məbləğində aliment borcu yaranmış, hazırda isə təqsirləndirilən şəxs 10700 manat aliment borcunu tamamilə ödəmiş, ona görə də təqsirləndirilən şəxsin barəsində olan cinayət işinin icraatına xitam verilməsinə etirazı yoxdur. Zərərçəkən şəxs Ağamirova (Mahmudova) Ülkər Abduləhəd qızının cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs ilə 2012-ci il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Ağamirova Esma, xx.xx.2014-cü il təvəllüdlü Ağamirova Hüsna və xx.xx.2017-ci il təvəllüdlü Ağamirov Ağamir adlı övladları doğulmuşdur. Evləndikdən sonra səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Faktiki olaraq ayrı yaşadığı müddətdə Səbuhi uşaqları ilə maraqlanmamışdır. Həmçinin bir ailə kimi yaşamaqları mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)-183/2022 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, övladları - xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Birgə nikahda olduqları dövrdə Təqsirləndirilən şəxs müxtəlif yerlərdə yüksək tonnajlı yük maşınlarında sürücü işləyib, eyni zamanda boş vaxtlarında fərdi əməklə məşğul olmaqla hər iki iş üzrə ümumilikdə aylıq 1000-1500 manat qazanc əldə edib. Lakin qazancını özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də Xaçmaz Rayon Məhkəməsinin inzibati xəta barədə qərarı ilə inzibati qaydada 08 gün müddətində həbs olunmuşdur. Maddi vəziyyəti aşağı olduğundan aliment borcunu tam olaraq nağd şəkildə tələb edir. Odur ki, aliment üzrə toplanmış 10700 manat pulun Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə, əks halda barəsində qanuni tədbirlərin görülməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərdi ki, Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)-183/2022 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 05 oktyabr 2021-ci il tarixdən hesablanmaqla, övladları - xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Ağamirova (Mahmudova) Ülkər Abduləhəd qızının xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2024-cü il tarixədək 10700 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıqlar edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati qaydada 08 gün müddətində həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2024-cü il tarixədək 10700 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədilə zəruri icra hərəkətləri həyata keçirilmişdir. Borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Tələbkar Ağamirova (Mahmudova) X8 Rayon icra və Probasiya şöbəsinə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs tərəfindən borcun ödənilməsini, əks halda, onun qanunvericilikdə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 ifadəsindən müəyyən olundu ki, o, Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Həmçinin bildirdi ki, həmin icra işi onun icraatında olmuşdur. Təqsirləndirilən şəxs barəsində cinayət işinin başlanması ilə bağlı təqdimat veriləndən sonra Təqsirləndirilən şəxs tərəfindən aliment borcu ilə bağlı ödəniş edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)-183/2022 saylı qətnaməsinin surətindən müəyyən edilir ki, xx.xx.2013-cü il təvəllüdlü X7, xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 390 manat sabit pul şəklində aliment alınaraq Ağamirova (Mahmudova) Ülkər Abduləhəd qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 04 oktyabr 2022-ci il tarixli, 2(067)-183/2022 saylı icra vərəqəsinin surətindən və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-183/2022 saylı qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-183/2022 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, məsuliyyəti barədə xəbərdar edilmişdir. Bildiriş borclu Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs icra və probasiya şöbəsində verdiyi xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü tarixli izahatlarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, o, izahatlarında ilk olaraq məhkəmənin qətnaməsinin alimentlə bağlı hissəsi ilə razı olmadığından ödənişlər etmədiyini bildirmiş, daha sonra isə hissə-hisə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin inzibati xəta haqqında 21 noyabr 2023-cü il tarixli protokolunun təsdiqlənmiş surətindən və Xaçmaz Rayon Məhkəməsinin həmin tarixli 3(067)-1511/2023 saylı inzibati xəta haqqında iş üzrə qərarının surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-183/2022 saylı icra vərəqəsini üzrsüz səbəbdən icra etməyərək, icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək aliment borcu yarandığından onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə təqdim edilmiş və həmin məhkəmənin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Ağamirov X9 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin təqdimatının və Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(067)-40/2024 saylı qərardadının surətindən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-183/2022 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli “Xəbərdarlıq”larının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs yaranmış aliment borcunu ödəməsi üçün vaxt verilmiş, həmçinin aliment borcunu ödəməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. Həmin “Xəbərdarlıq”lar borclu Təqsirləndirilən şəxs tərəfindən şəxsən qəbul edilmişdir. İş materiallarında olan X16 İnkişaf Mərkəzinin 07 mart 2024-cü il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına Quba DAİM X11 Sektorunun daşınar əmlakın rəsmi reyestrində mexaniki nəqliyyat vasitələri və kənd təsərrüfatı texnikaları qeydiyyata alınmamışdır. İş materiallarında olan “Borclunun yaşayış yerinin (iş yeri və ya olduğu yerin) dəyişdirilməsinin və yaxud tələbin yönəldilə biləcəyi əmlakının və ya yetərli olmamasının müəyyən edilməsi haqqında” 07 mart 2024-cü il tarixli Aktın təsdiqlənmiş surətindən müəyyən edilir ki, icra məmuru hal şahidlərinin iştirakı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-183/2022 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Yergüc kəndindəki ünvanında olmuşlar, həmin ünvanda tələbin yönəldilə biləcəyi heç bir əmlak aşkar edilməmişdir. İş materiallarında olan X6 X3 filialının 12 mart 2024-cü il tarixli cavab məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Ağamirov X2 elektron informasiya sistemində işaxtaran kimi qeydiyyatdadır və o, xx.xx.2018-ci il tarixdə “Maldarlıq təsərrüfatı zərfi” üzrə aktivlərlə təmin edilmişdir. İş materiallarında olan aliment ödənişləri barədə cədvəldən müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-183/2022 saylı icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs tələbkar Zərərçəkmiş şəxs xeyrinə cəmi bir dəfəyə olmaqla xx.xx.2023-cü il tarixdə 1000 manat ödəmiş, qalan aylar üzrə ödənişlər etməmiş, bununla da Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək 10700 manat aliment borcu yaranmışdır. İş materiallarında olan 05 aprel 2024-cü il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar Ağamirova (Mahmudova) X8 Rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(067)-183/2022 saylı icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs aliment borcunu ödəmədiyindən borclunun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası “İcra haqqında” Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla) icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlər məhkəməyə bu qənaətə gəlməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif etmiş, bununla belə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin təqdim edərək iş materiallarına əlavə edilmiş 10 fevral 2025-ci il tarixli ərizəsindən müəyyən edilir ki, zərərçəkmiş şəxs Ağamirova (Mahmudova) Ülkər Abduləhəd qızı Təqsirləndirilən şəxs tərəfindən ona hazırkı cinayət işi üzrə vurulmuş 10700 manat ziyanın (aliment borcunun) tam olaraq ödənildiyini bildirərək, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsin zərərçəkmişə verməli olduğu aliment borcunu tamamilə ödədiyini bildirərək təqsirləndirilən şəxsin barəsində olan hazırkı cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməklə cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi üzrə xx.xx.2024-cü ilədək yaranmış öhdəliyini (ödəməli olduğu məbləği) ödəməklə qətnaməni icra etməsini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə görə, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 356, 381, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinin “Qeyd”inə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Qərardan elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-45/2025
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-45/2025
10.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver