Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-46/2020 27.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, xx xxx 1978-ci ildə Əli-bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 A, mənzil 31 ünvanında qeydiyyatda olmaqla, Hacıqabul şəhəri, S.Almazov küçəsi, 68 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə edib yaşadığı Hacıqabul şəhəri, S.Almazov küçəsi, 68 ünvanında yerləşən evdə şəxsi istifadəsi üçün saxlamış olduğu külli miqdarda 194,581 qram tiryək narkotik vasitəsini gələcəkdə X3 şəhərində istifadə etmək məqsədilə həmin şəhərə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindın gizli qaçaqmalçılıq yolu ilə göndərmək qərarına gəlmiş, bunun üçün xx xxxxxxx 2019-cu il tarixdə yaşadığı evin zirzəmisində 194,581 qram tiryək narkotik vasitəsini 109,124 və 85,457 qramlıq iki ədəd uzunsov formalı bağlamada qablaşdırıb qara polietilenə bükülürək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə özünə məxsus 1 ədəd qırmızı rəngli çantanın tutacağının borularında gizlədib saxlamış, daha sonra çantanın içərisinə müxtəlif ərzaq məhsulları yığaraq X3 şəhərində yaşayan anasına pay göndərmək adı ilə küllü miqdarda narkotik vasitə gizlədilmiş çantanı xx xxxxxxx 2019-cu ildə cinayətlər barədə xəbərsiz tanışı, Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşı Şahid1 göndərmiş və qeyd edilən narkotik vasitənin həmin tarixdə 23 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda cinayətlər barədə xəbərsiz Azərbaycan Respublikası vətəndaşı Şahid3 idarə etdiyi “Mercedes Benz C180” markalı, ** MR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sərnişin kimi əyləşmiş, cinayətlər barədə xəbərsiz Şahid1 müşayiət etdiyi əl yükündə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, gömrük nəzarəti zamanı “Çarli” ləqəbli xidməti kinoloji itin reaksiyasına əsasən aparılmış baxış zamanı çantanın tutacağanın borularında gömrük nəzarətindən gizlədilmiş həmin narkotik vasitəsi gömrük əməkdaşları tərəfidən aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər X3 şəhərində meyvə-tərəvəz ticarəti ilə məşğul olmuş, sonra xəstəliyi ilə əlaqədar Azərbaycan Respublikasına geri qayıtmışdır. Bakı şəhərində X4 müalicə almış, xəstəliyi ilə əlaqədar bədənində ağrılar olduğu üçün narkotik vasitə olan tiryəkdən mütəmadi olaraq istifadə etmişdir. Moskva şəhərində olduğu zaman həmin narkotik vasitənin tapılmasında çətinlik çəkdiyindən və orada tiryək baha olduğundan o, Hacıqabul rayonunda olan zaman əvvəllər bir neçə dəfə özü üçün tanımadığı şəxslərdən aldığı və evində gizlədərək saxladığı təxminən 200 qrama yaxın olan tiryəki hər hansı bir üsulla Moskva şəhərinə göndərməyi və orada özü üçün istifadə etməyi qərara almışdır. xx xxxxxxx 2019-cu il tarixdə Hacıqabuldakı evində olarkən qohumları Azad, Vazi və Ramil ona baş çəkməyə gəlmişlər. Arvadının qohumu olan Ramiin uzun müddət Hacıqabul rayonundan X3 şəhərinə özünə məxsus “X12” markalı nəqliyyat vasitəsi ilə sərnişin və yük daşıdığını bilmişdir. Ramillə söhbət edərkən sonuncu avtomobilinin mühərrikində nasazlıq yarandığını, bu səbəbdən Moskva şəhərinə özünə məxsus “Vaz-012” markalı avtomobillə Azərbaycana gəldiyini, lakin həmin avtomobilə görə gömrük postunda depozit qoya bilmədiyi üçün avtomobilinin Rusiya tərəfində qaldığını bildirmişdir. O, həmçinin xarici pasportunu dəyişmək üçün Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə vermiş, xx xxxxxxx 2019-cu il tarixdə pasportunu aldıqdan sonra Rusiya Federasiyasına gedəcəyini bildirmişdir. O, özündə olan narkotik vasitə tiryəki Ramilin vasitəsilə Moskva şəhərinə göndərmək qərarına gəlmiş və Ramilə gedən günü ona xəbər etməsini, onun vasitəsilə Moskva şəhərində olan anası Təzəgülə içərisində mürəbbə, meyvə və toyuq olan bir ədəd çanta göndərəcəyini bildirmişdir. Ramil onunla razılaşmışdır. Bundan sonra o, xx xxxxxxx 2019-cu il tarixdə yaşadığı evin zirzəmisində gizlətdiyi tiryəki çıxarmış və həmin vaxt evdə olan təkərli əl çantasının tutacağının borularını çıxardaraq, tiryəki iki hissəyə bölüb polietilen paketlərə bükmüş və həmin paketləri əl çantasının borularının içinə yerləşdirmişdir. Daha sonra boruları yenidən çantada olan dəmirlərə keçirmişdir. Belə vəziyyətdə boruların içində tiryək olduğu üçün çantanın tutacaq yerləri tam içəri keçməmişdir. Sonra bazardan meyvə, iki ədəd toyuq alaraq evdə olan bir neçə mürəbbə bankalarını səliqəli şəkildə çantaya yerləşdirmişdir. O, çantanı zirzəmiyə qoymuş, xx xxxxxxx 2019-cu il tarixdə səhər anası Təzəgülə zəng vurub ona mürəbbə, meyvə və toyuq olan çanta göndərcəyini bildirmişdir. Anası ilə danışdıqdan sonra o, saat 12 radələrində Ramilə zəng vurub ona anasına göndərəcəyi çantanın hazır olduğunu bildirmişdir. Şahid1 ona çantanı onun evinə göndərməyini bildirmişdir. O, da Zamiq adlı taksi şoferi ilə çantanı Ramilgilə göndərmişdir. xx xxxxxxx 2019-cu il tarixdə Ramilin Gömrük məntəqəsindən keçərkən yoxlama zamanı onun anasına göndərdiyi çantada gizlətdiyi narkotik vasitənin aşkar olunduöunu eşitmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, səhhəti və ailə vəziyyəti nəzərə alınmaqla ona həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Hacıqabul şəhərində yaşayır. Hacıqabul şəhərindən X9 şəhərinə “X12” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə sərnişin və əl yüklərini daşıma fəaliyyəti göstərir. xx xxxxxxx 2019-cu il tarixdə qohumları Azad və Vazi ilə birlikdə Hacıqabulda yaşayan xəstə qohumu, bağırsaqlarından əməliyyat olunan Təqsirləndirilən şəxs evinə ona baş çəkməyə getmişlər. Vüsalgildə olarkən sonuncu ona Moskva şəhərində yaşayan anası Təzəgül üçün 1 ədəd əl yükü göndərəcəyini bildirməklə gedərkən həmin əl yükünü aparmasını ondan xahiş etmişdir. xx xxxxxxx 2019-cu il tarixdə, saat 12 radələrində Vüsal ona zəng edərək əl yükünü götürməsini xahiş etmiş, o, saat 15 radələridə yola düşəcəyini bildirərək həmin əl yükünü onun evinə göndərməsini xahiş etmişdir. Həmin gün saat 14 radələrində Vüsal 1 ədəd çantanı, Zamiq adlı taksi sürücüsü ilə ona göndərmişdir. O, çantanı ondan qəbul etmiş, həmin vaxt, çantanı açıb içərisini yoxlamaq istəmiş, lakin aça bilməmişdir. Vüsala zəng edərək çantanın içərisində olan yüklər barəsində soruşmuş, Vüsal çantada meyvə, mürəbbə və toyuq olduöunu bildirmişdir. Lakin o, çantaya açıb baxa bilməmiş və Vüsalın dedikləri ilə kifayətlənərək çantanı götürmüşdür. Bundan sonra saat 17 radələrində, Vüsala məxsus çantanı və əvvəlcədən qəbul etdiyi digər əl yüklərini götürüb atasının “Mercedes Benz GL” markalı, ** MB *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yükləmiş, yükləri atasının nəqliyyat vasitəsilə gətirib, Hacıqabul avtovağzalından Bakıya gedən “Mercedes” markalı taksiyə qoyaraq Bakı şəhəri, Şamaxinka adlanan əraziyə gəlmiş, saat 20:50 radələrində başqa bir taksi ilə “Xanoba” gömrük postuna gəlmək üçün yola düşmüş, saat 23:20 radələrində “Xanoba” gömrük postunun qarşısına çatdıqdan sonra əl yüklərini Şahid3 idarə etdiyi “Mercedes Benz C 180” markalı, ** MR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə qoymuşdur. Saat 23 radələrində o, Şahid3 ilə birlikdə, onun idarə etdiyi nəqliyyat vasitəsilə posta daxil olmuşdur. O, əl yüklərindən 1 bağlamasını götürüb postun ixrac piyada xəttinə daxil olmuşdur. Əl yüklərinin qalan hissəsi nəqliyyat vasitəsində qalmışdır. Şahid3 nəqliyyat vasitəsi ilə postun ixrac gömrük nəzarəti zonasına daxil olmuş, o, postun ixrac piyada xəttini keçdikdən sonra, nəqliyyat vasitəsinin sürücüsü Nazir ona gömrük əməkdaşının onu postun içərisinə dəvət etdiyini demişdir. O, posta daxil olduqdan sonra gömrük əməkdaşları ona nəqliyyat vasitəsində olan əl yüklərinə baxış keçiriləcəyini bildirmişlər. Həmin əl yükləri kinoloji it vasitısilə yoxlanılaraq rentgen baxışından keçirilmiş, kinoloji it Vüsalın ona verdiyi çantaya yaxınlaşaraq reaksiya verdiyindən həmin çanta da yoxlanılmış rentgen baxışı zamanı çantada şübhəli cizgilər aşkar olunduğundan çanta onun iştirakı ilə açılaraq yoxlanılmışdır. Yoxlama zamanı, çantanın tutacağının borularından 2 (iki) ədəd uzunsov formada qara polietilenə bükülü bağlamalar aşkar edilmişdir. Həmin bükülülər açılaraq yoxlanılarkən elektron tərəzidə çəkilmiş və bunların 1 (bir) bükümünün təqribi çəkisi 111 qram, 1 (bir) bükümünün təqribi çəkisi 87 qram, ümumlikdə təqribi çəkisi 198 qram olan tünd-qəhvəyi rəngli, spesifik iyə malik vasitə- həşişə bənzər maddə olduğu məlum olmuşdur. Bundan sonra həmin həşişə bənzər maddə gömrük əməkdaşlarının, iki nəfər hal şahidinin və onun iştirakı ilə nömrəli xüsusi polietilen bağlamaya qablaşdırılaraq bu barədə protokol tərtib edilmişdir. Çantada narkotik vasitə olub-olmaması barədə məlumatı olmamış, çantada narkotik vasitə olması barədə Vüsal ona heç bir söz deməmişdir. Yalnız çantada meyvə, mürəbbə və toyuqlar olduöunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid8 göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Əri ilə uzun müddət X3 şəhərində yaşamış, orada meyvə tərəvəz alveri ilə məşğul olmuşlar. Bir neçə ay bundan əvvəl ərində bağırsaq keçməməzliyi xəstəliyi aşkar olunmuş, bu səbəbdən Azərbaycana qayıtmış və bağırsaqlarından əməliyyat olunmaqla müalicə almışdır. xx xxxxxxx 2019-cu il tarixdə Vüsal ona qohumu Ramilin Moskva şəhərinə gedəcəyini, o, Ramilin vasitəsilə Moskva şəhərində yaşayan anası Təzəgülə bir ədəd bağlama göndərəcəyini demişdir. Bu səbəbdən evdə olan tünd qırmızı rəngli və alt hissəsində 4 təkərləri olan çemodanı götürmüş və içinə müxtəlif ərzaq məhsulları 2 ədəd toyuq, bir selofan torbada şor, iki şüşə qabda mürəbbə, göyərti və mermeyvə yığmışlar. Həmin gün Vüsal çemodanı qohumu Ramilə göndərmişdir ki, o, da Moskva şəhərinə aparsın. Səhəri gün o, eşitmişdir ki, Ramil həmin çemodanı gömrük postundan keçirmək istəyərkən tutulmuş və müəyyən edilmişdir ki, çemodanın tutacağının borularında əri tərəfindən gizlədilmiş narkotik vasitə aşkar edilmişdir. Onun həmin çemodanın içərisində narkotik vasitənin olmasından xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində “Xanoba” gömrük postunun qarşısında duraraq idarə etdiyi “Mercedes Benz C 180” markalı, ** MR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə ərzaq məhsulları almaq üçün Rusiya Federasiyasına getməyə hazırlaşmışdır. Bu zaman avtomaşınının arxasında bir avtomaşın dayanmış və həmin avtomaşından bir nəfər şəxs düşüb ona yaxınlaşaraq ondan onu da Rusiya Federasiyasına tərəf avtomaşını ilə keçirməsini xahiş etmişdir. O, həmin şəxslə 1200 rus publuna razılaşaraq onu qarşı tərəfə keçirməyə razılaşmış və həmin şəxs əlində olan 4-5 çanta ilə birlikdə avtomaşınına minmiş və onlar “Xanoba” gömrük məntəqəsinə daxil olduqdan sonra sərhəd gömrük işçiləri həmin şəxsin iştirakı ilə ona məxsus çantaları rentgen monitoru vasitəsi ilə yoxlamışlar. Həmin şəxs, sonradan adını bildiri Şahid1 çantalarını monitor yoxlamasından keçdikdən sonra götürüb avtomaşına yaxınlaşmaq istəyərkən orada olan gömrük işçisinin iti ona məxsus çantalardan birinə reaksiya verərək əlləri ilə həmin çantanı cırmaqlamağa və hürməyə başlamışdır. Gömrük işçiləri itin reaksiyasını görüb həmin çantanı yoxlamağa başlamışlar. O, maşının yanında qalmış və Ramil gömrük işmiləri ilə birlikdə çantalarının yoxlanılmasına getmişdir. Daha sonra orada olan gömrük işçiləri həmin şəxsi Şimal ərazi Gömrük Baş İdarəsinə aparmış, orada onun və həmin şəxsin izahatlarını almışlar və onu buraxmışlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şimal Ərazi Gömrük İdarəsi Skanlaşdırma texniki nəzarət vasitələrinin Tətbiqi şöbəsinin inspektoru gömrük xidməti baş leytenantı Şahid6 göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə “Xanoba” gömrük postunda növbədə olduğu gün saat 23 radələrində “Xanoba” gömrük postundan keçməklə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşı Şahid3 idarə etdiyi “Mercedes-Benz C180” markalı, ** MR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sərnişin olan Azərbaycan Respublikası vətəndaşı Şahid1 Hacıqabul rayonundan ona göndərilən yük kimi verildiyini bildirdiyi qırmızı rəngli çantaya Şimal Ərazi Baş Gömrük idarəsinə daxil olmuş əməliyyat məlumatı əsasında yoxlama aparılması məqsədilə “Çarli” ləqəbli kinoloji xidməti iti cəlb etmişlər. İt həmin çantaya reaksiya verdiyi üçün çantaya “Heimann X-ray” markalı texniki vasitəsi ilə gömrük baxışı həyata keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Şahid1 həmin çantada olan mallarla bağlı sorğu-sual etmişdir. Bu zaman o, şifahi şəkildə həmin çantada müxtəlif ərzaq malları və yeyinti məhsullarının, yəni mürrəbənin, Hind toyuğu ətinin və meyvələrin olduğunu bildirmişdir. Bundan sonra o, Şahid1 çantanı rentgen aparatının lentinə qoymasını xahiş etmişdir. Çanta aparatın lentindən keçən zamanı monitorda çantada şübhəli hissələrin olduğunu müəyyən etmişdir. Bu barədə növbə rəisinə məlumat vermiş və çantaya baxış keçirmək üçün 2 nəfər hal şahidi dəvət etmişlər. “Xanoba” gömrük postunda xidmət aparan Şimal Ərazi Baş Gömrük idarəsinə təhkim olunmuş Kinoloji mərkəzin “itçilik” klubunun təlimçisi Şahid7, hal şahidlərinin və Şahid1 iştirakları ilə çantanı açaraq yoxlamağa başlamışdır. Yoxlama zamanı çantanın tutacağanın borularından 2 ədəd uzunsov formada qara polietilen bükülüdə tünd-qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə həşişə bənzər maddə aşkar etmişlər. Aşkar olunmuş içərisində maddələri “ACCULAB GSİ-2001” markalı elektron tərəzidə çəkərkən bir bükümün təqribi çəkisinin 111 qram, digər bükümün təqribi çəkisinin isə 87 qram olduğunu müəyyən etmişdir. Şifahi sorğu zamanı Şahid1 bildirmişdir ki, onun çantasından aşkar olunaraq götürülmüş həmin narkotik vasitədən heç bir xəbəri olmamış və həmin çantanın Moskva şəhərinə aparılması üçün Hacıqabul rayonunda olarkən həmin rayon sakini Təqsirləndirilən şəxs tərəfindən verildiyini bildirmişdir. Daha sonra işlə bağlı protokol tərtib edilmiş və çantadan aşkar edilmiş 2 ədəd bükülüdə ümumi təqribi çəkisi 198 qram olan həşişə bənzər maddə protokol əsasında götürülərək, araşdırma aparılmasından ötrü akt əsasında Baş İdarənin Əməliyyat və Təhqiqat Bölməsinə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Dövlət Gömrük Komitəsinin Kinoloji mərkəzinin “İtçilik” klubunun təlimçisi Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, xx xxxxxxx 2019-cu il tarixdə saat 01 radələrində gömrük işçisi ona və onun kimi “Xanoba” gömrük postunda fəhləlik edən Şahid5 yaxınlaşaraq onlara “Xanoba” gömrük postunda keçriləcək yoxlamada hal şahidi qismində iştirak etmələrini xahiş etmişdir. Onlar etiraz etməyərək yoxlamada iştirak etməkdən ötrü gömrük işçisi ilə birlikdə “Xanoba” gömrük postuna daxil olmuşlar və orada olan bir ədəd qırmızı rəngli çantaya keçiriləcək yoxlamada iştirak etmişdir. Yoxlama zamanı çantanın tutacağanın borularından 2 ədəd uzun formada qara polietilen bükülüdə tünd-qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə həşişə bənzər maddə aşkar edilmişdir. Aşkar olunmuş içərisində maddələr olan bükülülər elektron tərəzidə çəkilmiş və bir bükümün təqribi çəkisinin 111 qram, digər bükümün təqribi çəkisinin isə 87 qram olduğu müəyyə olunmuşdur. Gömrük işçisinin şifahi sorğusu zamanı Şahid1 bildirmişdir ki, onun çantasında aşkar olunaraq götürülmüş həmin narkotik vasitədən heç bir xəbəri olmamış və həmin çantanın Hacıqabul rayonunda olarkən Moskva şəhərinə aparılması üçün həmin rayon sakini Təqsirləndirilən şəxs tərəfindən verildiyini bildirmişdir. Daha sonra isə gömrük içisi onlara həmin çantanı gömrük nəzarətindən keçirən Azərbaycan Respublikası vətəndaşı Şahid1 üzərinə baxış keçiriləcəyini bildirmiş və onlar da həmin yoxlamada iştirak etmişlər. Lakin şəxsi yoxlama zamanı Şahid1 üzərində gömrük nəzarətindən qanunla dövriyyəsi qadağan olunmuş və ya məhdudlaşdırılmış, eləcə də gömrük nəzarətindən gizlədilmiş və ya gömrük nəzarətinə bəyan edilməmiş heç bir predmet aşkar edilməmişdir. Bundan sonra, Gömrük işçisi tərəfindən bu barədə protokollar tərtib edilmiş və çantadan aşkar edilmiş 2 ədəd bükülüdə olan həşişə bənzər maddə yoxlama haqqında protokol əsasında götürülmüşdür. Bu barədə tərtib edilmiş protokollara imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. İbtidai araşdırma zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid2 göstərdi ki, o, yaşadığı Hacıqabul rayonunda özünə məxsus VAZ 2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs tanıyır və onun 3 övladını daima Hacıqabul şəhərindən Şirvan şəhərinə 10 saylı orta məktəbə aparıb gətirir. Bunun müqabilində o, Vüsaldan aylıq olaraq 20 manat pul alır. xx xxxxxxx 2019-cu il tarixdə saat təxminən 15 radələrində o, Hacıqabul şəhərinin ərazisində dayanıb müştəri gözləyərkən Vüsal ona zəng edərək bildirmişdir ki, onlara getsin və orada bir sumka var və həmin sumkanı Moskva şəhərinə gedən maşının sürücüsü tanışları Ramilə versin. Bundan sonra isə o, oraya gedərək Vüsaldan bir ədə tünd qırmızı rəngli 4 təkərli girib çıxan tutacağı olan çemodanı götürüb Vüsalın dediyi Ramilə vermək üçün aparmışdır. Bundan sonra isə o, təxminən 15 dəqiqədən sonra o, Ramilin yaşadığı evə getmiş və Vüsalın verdiyi həmin çantanı ona vermişdir. Bu zaman Ramil həmin çantanın ağır olduğunu bildirib götürərək özlərinə məxsus mağazaya qoymuş və o, çıxıb getmişdir. Daha sonra isə o, səhəri gün axşam saat təxminən 18 radələrində Ramilin əmisi oğlu ona bildirmişdir ki, Ramil Vüsalın onun vasitəsi ilə göndərmiş olduğu çantanın qulpundan narkotik vasitə çıxdığı üçün sərhəddə tutulub. Həmin vaxt Təqsirləndirilən şəxs ona həmin çantanın tutacağında narkotik vasitə olduğunu bildirməmiş və bu barədə Vüsal ona heç nə deməmişdir. Sadəcə olaraq həmin çantanın içərisində toyuq,meyvə və sair ərzaq məhsulları olduğunu bildirmişdir. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli protokoldan görünür ki, qeyd edilən tarixdə “Xanoba” gömrük postunda gömrük əməkdaşları tərəfindən hal şahidlərinin iştirakı ilə Rusiya Federasiyası ərazisinə keçən Şahid1 məxsis əşyalara gömrük baxışı zamanı Şahid1 məsus 1 ədəd çantanın tutacağanın borularından 2 ədəd uzunsov formada qara polietilen bükülüdə tünd-qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə həşişə bənzər maddə aşkar edilmişdir. Aşkar olunmuş maddələr elektron tərəzidə çəkilərkən bir bükümün çəkisinin 111 qram, digər bükümün çəkisinin isə 87 qram olduğu müəyyən edilmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə fiziki-kimyəvi ekspertzasının xx xxxxxxx 2019-cu il tarixli, 26480 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “№ 204962 Şimal Ərazi Baş Gömrük İdarəsi Azərbaycan Respublikası Şahid1...” və.s Qeydlər olan polietilen paketdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 109,124 qram və 85,457 qram təmiz çəkisi 194,581 qram olan maddələr, xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Tiryəkin ümumi təmiz çəkisi 194,581 qram olmuş, tədqiqata sərfdən sonra ümumi qalıq çəki 194,481 qram təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli 2593 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx xxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan Şahid1 götürülmüş, ekspertiza tədqiqatına sərfdən sonra ümumi qalıq çəkisi 194,481 qram təşkil edən narkotik vasitə tiryək cinayət işi üzrə maddi sübut kimi tanınmış və NBPİ və DYNPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xx xxxxx 2007-ci il tarixli AZ-İ№ 305482 saylı nikah haqqında, xx xxxxxx 2008-ci il tarixli, AZ-İİ seriyalı, 135503 saylı, xx xxxxxx 2020-ci il tarixli, AZ-İİ seriyalı, 592046 saylı və xx xxxxxx 2011-ci il tarixli, AZ-İİ seriyalı, 592047 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən və X19 Hakimiyyəti başçısının 1 nömrəli X18 Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 664 saylı arayışdan görünür ki, görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 A, mənzil 31 ünvanında qeydiyyatdadır, ailəli olmaqla ailə tərkibi arvadı- Şahid8, azyaşlı uşaqları- xx xxxx 2008 ci ildə anadan olmuş X10, xx xxxxxx 2011-ci ildə anadan olmuş X11 və X1 ibarətdir. İş materiallarında olan X19 Hakimiyyəti başçısının 1 nömrəli X18 Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Mərkəzi Klinika Bakı Xəstəxanası tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli epikrizdən görünür ki, Təqsirləndirilən şəxs Zalfüqar oğlu qeyd edilən Klinikada müayinə olunmuş, müayinə zamanı müəyyən olunmuşdur ki, müayinədən 2 ay əvvəl “Kəskin bağırsaq keçməzliyi” diaqnozu ilə onun bədənində “Loop İleostomiya” əməliyyatı icra olunub. Hazırda xəstə ileostomiyanın ləğvi üçün müraciət edib. İş materiallarına əlavə olunmuş, məhkəməyə təqdim edilmiş Şirvan şəhər Mərkəzi Xəstəxanasının müalicə həkimi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli ambulator xəstənin tibbi kartasından, fotoşəkillərdən və rentgenoloji müayinə sənədindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs sol median sinirin postravmatik nevriti, sol əlin İ-İİ-İİİ barmaqların deformasiyası və kontrakturası nəticəsində sol said və əl əzələlərinin atrofiyası, əlin tutma funksiyasının pozulması, daimi ağrı sindromu müəyyən olunmuşdur. Xəstənin deməsinə görə 3 il bundan əvvəl Rusiya Federasiyasında yol-nəqliyyat hadisəsi nəticəsində zədə almış, qəza nəticəsində sol saidin geniş həcmli yumşaq toxumaları əzilmiş, sol əlinin İ-İİ-İİİ barmaqlarında bükmə hərəkətləri tam məhdudlaşmışdır. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən əldə edib yaşadığı Hacıqabul şəhəri, S.Almazov küçəsi, 68 ünvanında yerləşən evdə şəxsi istifadəsi üçün saxlamış olduğu külli miqdarda 194,581 qram tiryək narkotik vasitəsini gələcəkdə X3 şəhərində istifadə etmək məqsədilə həmin şəhərə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindın gizli qaçaqmalçılıq yolu ilə göndərmək qərarına gəlmiş, bunun üçün xx xxxxxxx 2019-cu il tarixdə yaşadığı evin zirzəmisində 194,581 qram tiryək narkotik vasitəsini 109,124 və 85,457 qramlıq iki ədəd uzunsov formalı bağlamada qablaşdırıb qara polietilenə bükülürək malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə özünə məxsus 1 ədəd qırmızı rəngli çantanın tutacağının borularında gizlədib saxlamış, daha sonra çantanın içərisinə müxtəlif ərzaq məhsulları yığaraq X3 şəhərində yaşayan anasına pay göndərmək adı ilə küllü miqdarda narkotik vasitə gizlədilmiş çantanı xx xxxxxxx 2019-cu ildə cinayətlər barədə xəbərsiz tanışı, Azərbaycan Respublikasından Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşı Şahid1 göndərmiş və qeyd edilən narkotik vasitənin həmin tarixdə 23 radələrində Dövlət Gömrük Komitəsi Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postunda cinayətlər barədə xəbərsiz Azərbaycan Respublikası vətəndaşı Şahid3 idarə etdiyi “Mercedes Benz C180” markalı, ** MR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sərnişin kimi əyləşmiş, cinayətlər barədə xəbərsiz Şahid1 müşayiət etdiyi əl yükündə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirilməsinə nail olmuş, gömrük nəzarəti zamanı “Çarli” ləqəbli xidməti kinoloji itin reaksiyasına əsasən aparılmış baxış zamanı çantanın tutacağanın borularında gömrük nəzarətindən gizlədilmiş həmin narkotik vasitəsi gömrük əməkdaşları tərəfidən aşkar edilib götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx xxxx 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, xəstə olmasını, himayəsində 4 nəfər ailə üzvü o cümlədən üç nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikasının 206.2-ci maddəsinin sanksiyasında qaçaqmalçılıq -Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının....Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi kimi törədilmiş cinayət əməlinə görə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutlmiuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-сi maddəsinə əsasən сinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə сəza təyin edərkən törətdiyi əməlin iсtimaitəhlükəlilik dərəсəsini və yuxarıda sadalanan şəxsiyyətini səсiyyələndirən halları, kəskin bağırsaq keçməzliyi xəstəliyi ilə bağlı ağır əməliyyat keçirməsini, həmin xəstəliyi ilə əlaqədar hal-hazırda da müalicə almasını, Rusiya Federasiyasında keçirdiyi yol-nəqliyyat qəzası nəticəsində sol əlinin əzilərək deformasiyaya uğraması ilə əlaqədar hal-hazırda sol said və əl əzələlərinin atrofiyaya uğraması və əlin tutma funksiyasının pozulmasını və beləliklə onun səhhətinin hazırki vəziyyətini, həmçinin digər halların məсmusunu müstəsna hal kimi qəbul edərək ədalət və humanizm prinsiplərini rəhbər tutaraq barəsində Azərbayсan Respublikasının CM-nin 62-сi maddəsi tətbiq olunmaqla ona təqsirləndirildiyi Cinayət Məcəlləsinin 206.2-сi maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə növündə сəzadan daha yüngül сəza növü- azadlığın məhdudlaşdırılması növündə сəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cəza təyin edərkən yuxarıda sadalanan şəxsiyyətini səсiyyələndirən halları nəzərə alaraq təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə сəzasının real olaraq təyin olunması ədalət və humanizm prinsipləri nöqteyi-nəzərdən məqsədəmüvafiq deyildir, belə olan təqdirdə сinayət və сəza arasında balans pozulmaqla onun özü və ailəsi məhrumiyyətlərə düçar ola bilər, сəzanın məqsədləri tam təmin olunmaz. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə təqsirləndirildiyi təqsirləndirildiyi hər bir cinayətə görə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1 və 66.2-ci maddələrinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti cəza təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Hacıqabulrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Nəqliyyatda Baş Polis X15 X2 saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatına sərfdən sonra qalıq çəkisi 194,481 qram təşkil edən narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 108 manat 40 qəpik pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş materiallarından görünür ki, Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi İstintaq və X6 Şöbəsinin böyük müstəntiqi İlqar Əhmədovun xx xxxxxxx 2019-cu il tarixli qərarı əsasında məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 80 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxx 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərdiyi cəmi 80 iş saatı hüquqi yardıma görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 480 manat ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində həmin Məсəllənin 62-сi maddəsi tətbiq olunmaqla 04 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 05 (beş) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan saat 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Hacıqabul rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Nəqliyyatda Baş Polis X15 X2 saxlanc yerində saxlanılan, ekspertiza tədqiqatına sərfdən sonra qalıq çəkisi 194,481 qram təşkil edən narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 108 (bir yüz səkkiz) manat 40 (qırx) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı göstərdiyi cəmi 80 iş saatı hüquqi yardıma görə Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 480 (dörd yüz səksən) manat ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-46/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-46/2020
27.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver