Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-46/2021 25.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Dadaşova Könül Vasif qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş -Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 02 ədəd bükümlərdə olmaqla üzərində saxlamaqla daşımış, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 iyul 2020-ci il tarixdə saat 01 radələrində Xudat şəhəri, Xudat-Nabran yolunun 1-ci kilometrliyində saxlanılaraq PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,873 qram və 0,790 qram olmaqla ümumilikdə 1,663 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, 11 iyul 2020-ci tarixdə, təxminən saat 10 radələrində Sumqayıt şəhərində tanışı olan Şahid3 ilə birlikdə olduğu zaman yolun kənarında bir ədəd siqaret qutusu diqqətlərini çəkmişdir. Onlar həmin qutunun səliqəli olduğunu görüb içərisində siqaret ola biləcəyini düşünərək qutunu götürmüşlər. Qutunu ilk olaraq o götürmüş və onlar qutunun içərisinə baxdıqları zaman içərisində 3 ədəd bükümün olduğunu görmüşlər. Ramil də onun kimi narkotik vasitə olan “kakos” adlandırılan narkotik vasitədən istifadə etdiyindən həmin bükümlərin içərisinə baxdıqları zaman bükümlərdə narkotik vasitə olduğunu görmüşlər. Onlar bir-birlərinin narkotik vasitə istifadə etdiklərini bildiklərindən tapdıqları narkotik vasitəni bölüşdürmək qərarına gəlmişlər. Həmin zaman qutunu ilk olaraq o gördüyündən o bükümlərdən ikisini Ramil isə birini götürmüşdür. Həmin tarixdə onlar meyvə bağlarında işləmək üçün Ramillə birlikdə Az ** TX *** dövlət qeydiyyat nişanlı Ramilin etibarnamə ilə idarə etdiyi “Renault” markalı avtomobillə Xudat şəhərinə getmişlər. 11 iyul 2020-ci il tarixdən 12 iyul 2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində Xudat-Nabran yolunun kənarında siqaret almaq üçün açıq dükan axtaran zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq əvvəlcə özlərini təqdim etmişlər. Bundan sonra onlar ona və tanışı Ramilə narkotik vasitələri qanunsuz olaraq narkotik maddə saxlamaqla daşımaqda şübhəli olduqlarını bildirərək onları PB-nə dəvət etmişlər. Onlar isə heç bir etiraz etməyərək avtomobillə Xudat PB-nə getmişlər. PB-də videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman Sumqayıt şəhərindən Ramillə birlikdə olduqları zaman tapdıqları və onun götürdüyü 2 ədəd içərisində narkotik vasitə olan bükümlər üzərindən aşkar olunmuşdur. O həmin bükümləri təqdim etmişdir. Ramilin də üzərindən digər bir ədəd büküm aşkar edilmişdir. Həmçinin Ramilin idarə etdiyi avtomobilə baxış keçirilən zaman avtomobildən ona məxsus olan ampulalar, şprislər və limon duzu aşkar edilmişdir. O və Ramil həmin bükümləri birlikdə olduqları zaman birlikdə tapmışlar. Heç biri digərinə həmin bükümləri satmamış və heç nə qarşılığında verməmişlər. Sadəcə həmin bükümləri tapdıqdan sonra əvəzsiz olaraq aralarında bölmüşlər. Onlar üzərlərində çıxan narkotik vasitəni şəxsi istifadələri üçün saxlamışlar. Onlar heç kimə narkotik vasitə satmamışıq. Onlar polis əməkdaşları tərəfindən saxlanılarkən və bundan sonra hüquqları pozulmamış və onlara qarşı hər hansı bir qanunsuzluq olmamışdır.Törətdiyi əməldən peşmandır, himayəsindən azyaşlı uşağın olmasını, ilk dəfə cinayət törətməsini məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, Xaçmaz RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən zaman 11 iyul 2020-ci il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və saxlaması barədə Xaçmaz RPŞ-nin Xudat PB-nə məlumat daxil olmuşdur. O dərhal bu məlmatı Xaçmaz RPŞ-nin Xudat PB-nin rəhbərliyinə raportla məruzə etmiş və Ədalət Aşuroivun ifşa olunması məqsədilə o və polis nəfəri, polis serjantı Şahid2 Nizam oğlundan ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə, yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. Onlar 12 iyul 2020-ci il tarixdə saat təxminən 01 radələrində Təqsirləndirilən şəxs Xudat Nabran yolunun yaxınlığında olduğunu müəyyən etmişlər və həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edərək, onlarla birlikdə Xaçmaz RPŞ-nin Xudat PB-nə gəlməsini qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda və üzərində saxlamaqda şübhəli olduğunu bildirmişlər. Ədalət onlarla Xaçmaz RPŞ-nin Xudat PB-nə gəlmişdir. Bölmədə Təqsirləndirilən şəxs razılığı ilə videoçəkilişlə və digər polis əməkdaşlarının iştirakları ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən içərisində narkotik vasitə heroinə bənzər maddə olan iki ədəd sellofan bükümlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş bükümlərin içərisində olan maddənin narkotik vasitə olan “kakos” yəni heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd büküm bir ədə kağız zərfdə qablaşdırılmışdır. Keçirilmiş şəxsi axtarış barədə protokol tərtib edilmiş, hamıya ucadan oxunmuşdur. İştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs özü də digər iştirakçılar kimi protokolun doğru yazılmasını və qabalaşdırılmış zərflərin tamlığını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Ədalət həmin narkotik vasitə olan heroini tapdığını və şəxsi istifadəsi üçün götürdüyünü bildirmişdir. Məhkəmə istintaqında ifadəsi elan olunmuş şahid Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri, polis serjantı Şahid2 Nizam oğlu, ibdidai istintaq zamanı Şahid1 ifadəsi ilə anoloji ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərmişdir ki, 11 iyul 2020-ci tarixdə, təxminən saat 10 radələrində Sumqayıt şəhərində yaşadığı küçənin yaxınlığında tanışı olan Təqsirləndirilən şəxs ilə birlikdə olduğu zaman yolun kənarında bir ədəd siqaret qutusu diqqətlərini çəkmişdir. Onlar həmin qutunun səliqəli olduğunu görüb içərisində siqaret ola biləcəyini düşünərək qutunu götürmüşlər. Qutunu ilk olaraq Ədalət götürmüş və onlar qutunun içərisinə baxdıqları zaman içərisində 3 ədəd bükümün olduğunu görmüşlər. Ədalət də onun kimi narkotik vasitə olan “kakos” adlandırılan narkotik vasitədən istifadə etdiyindən həmin bükümlərin içərisinə baxdıqları zaman bükümlərdə narkotik vasitə olduğunu görmüşlər. Onlar bir-birlərinin narkotik vasitə istifadə etdikərlini bildiklərindən tapdıqları narkotik vasitəni bölüşdürmək qərarına gəlmişlər. Həmin zaman qutunu ilk olaraq Ədalət gördüyündən bükümlərdən ikisini o isə birini götürmüşdür. O həmin tapdıqları bükümü şəxsi istifadəsi üçün əynində olan qara rəngli cins şalvarın sağ yan cibinə qoyaraq özündə saxlamışdır. Həmin tarixdə o meyvə bağlarında işləmək üçün Ədalətlə birlikdə Az ** TX *** dövlət qeydiyyat nişanlı etibarnamə ilə idarə etdiyi “Renault” markalı avtomobillə Xudat şəhərinə getmişdir. 11 iyul 2020-ci il tarixdən 12 iyul 2020-ci il tarixə keçən gecə saat təxminən 01 radələrində Xudat-Nabran yolunun kənarında siqaret almaq üçün açıq dükan axtaran zaman mülki geyimli şəxslər onlara yaxınlaşaraq əvvəlcə polis olduqlarını bildirərək özlərini təqdim etmişlər. Bundan sonra polis əməkdaşları ona və tanışı Ədalətə narkotik vasitələri qanunsuz olaraq saxlamaqla üzərlərində narkotik maddə saxlamaqla daşımalarında şübhəli olduqlarını bildirərək onları PB-nə dəvət etmişlər. Onlar heç bir etiraz etməyərək idarə etdiyi avtomobildə polis əməkdaşları ilə birlikdə Xudat PB-nə getmişlər. PB-də videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılan zaman o, Sumqayıt şəhərindən Ədalətlə birlikdə olduqları zaman tapdıqları və onun götürdüyü 1 ədəd içərisində narkotik vasitə olan bükümü əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmçinin onun avtomobilinə baxış keçirilən zaman həmin narkotik vasitəni istifadə edən zaman istifadə etdiyi iki ədəd şpris, iki ədəd ampula və bir ədəd sellofan bükümdə limon duzu aşkar edilərək götürülmüşdür. Onlar Təqsirləndirilən şəxslə birlikdə olduqları zaman həmin bükümləri birlikdə tapmışlar. Heç biri digərinə həmin bükümləri satmamışlar və heç nə qarşılığında verməmişlər. Sadəcə həmin bükümləri tapdıqdan sonra əvəzsiz olaraq aralarında bölmüşlər. O, üzərindən çıxan narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamışdır. O heç kimə narkotik vasitə satmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 12 iyul 2020-ci il tarixli 6/1283 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs” yazısı olan zərfdəki 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.873 qram və 0.790 qram, ümumilikdə təmiz çəkisi 1.663 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının 24 sentyabr 2020-ci il tarixli 2638 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09.02.2006-cı il tarixli 39 saylı “narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq, hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs 29.07.2016-cı il tarixdə Sumqayıt şəhər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar olaraq 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 05.12.2016-cı il tarixdə Xəzər rayon Məhkəməsinin qərarı ilə 04 ay 01 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, 20.04.2017-ci il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmamış hesab olunurlar. Sumqayıt şəhər İcra Hakimiyyəti mənzil Komunal təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil Komunal Sahəsi tərəfindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərindən və Sumqayıt şəhər İcra Hakimiyyəti mənzil Komunal təsərrüfatı İstehsalat Birliyinin 7 saylı Mənzil Komunal Sahəsi tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 16.03.2011-ci il təvəllüdlü X2 və 16.01.2013-cü il təvəllüdlü X2 adlı iki azyaşlı övladı var. Təqsirləndirilən şəxs məhkəmə iclaslarına gəlməyərək qacıb gizləndiyi üçün, Xaçmaz rayon məhkəməsinin 22 aprel 2021-ci il tarixli qərarı ilə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan olunmuşdur. İş materiallarına əlavə olunmuş 3 saylı İstintaq Təcridxanasından verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 26.05.2021-ci il tarixdə Xaçmaz RPŞ əməkdaşları tərəfindən tutularaq 29.05.2021-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini 02 ədəd bükümlərdə olmaqla üzərində saxlamaqla daşımış, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 12 iyul 2020-ci il tarixdə saat 01 radələrində Xudat şəhəri, Xudat-Nabran yolunun 1-ci kilometrliyində saxlanılaraq PB-nə gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkilər 0,873 qram və 0,790 qram olmaqla ümumilikdə 1,663 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilən halların məcmusunu nəzərə alan məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməyi əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı övladın olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 26 may 2021- ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-nin anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 1.553 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasına görə məhkəmə xərci 114 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 iyul 2021-ci il tarixdən 07 oktyabr 2021-ci il tarixədək, yəni 02 (iki) ay 25 (iyirmi beş) gün həbsdə saxlandığı müddətinin 01(bir) günü 01 (bir) gün azadlıqdan məhrum etməyə bərabər tutularaq, 02 (iki) ay 25 (iyirmi beş) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 05 (beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 26 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Xaçmaz RPŞ-nin anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalan 1.553 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizasına görə məhkəmə xərci 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-46/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-46/2021
25.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver