Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-46/2022 01.09.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1997-ci ildə Siyəzən rayonu, Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşamış, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(067)-46/2022 saylı qərarı ilə əvəz edilərək həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin avqust ayının sonlarında gecə saat 23:00 radələrindən 05:00 radələrinədək Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, Əzizli kəndində yerləşən evin yaxınlığına gedərək həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla, həmin evin həyətyanı sahəsinə düşmüş, daha sonra evin həyətyanı sahəsində saxlanc yeri kimi istifadə olunan yardımçı tikilinin pəncərəsinin dəmir barmaqlıqlarını çıxarıb atdıqdan sonra, həmin yerə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin içərisində 35 kiloqram olmaqla 11 kisə fındığı, ümumilikdə 1617 manat dəyərində 385 kiloqram fındığı götürüb aparmaqla oğurluq etmiş, yəni, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin sentyabr ayının əvvəllərində gecə saat 23:00 radələrindən 23:30 radələrinədək Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, Əzizli kəndində yerləşən evin yaxınlığına gedərək həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla, həmin evin həyətyanı sahəsinə düşmüş, daha sonra həmin evin həyətyanı sahəsində saxlanc yeri kimi istifadə olunan yardımçı tikilinin pəncərəsindən qanunsuz daxil olaraq oradan hər birinin içərisində 35 kiloqram olmaqla 09 kisə fındığı, ümumilikdə 1323 manat dəyərində 315 kiloqram fındığı götürüb aparmaqla oğurluq etmiş, yəni, təkrar saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, o, 2018-ci ildən Xaçmaz şəhər sakini Ramin adlı şəxsin kafel-metlax sexində fəhlə kimi işləmişdir. Həmin vaxtı orada təxminən 8-10 nəfər fəhlə işləmişdir. Orada işləyən şəxslərdən biri də, Şahid11 olmuşdur. O, Cavidlə demək olar ki, hər gün görüşmüşdür deyə, yaxşı münasibəti yaranmışdır. Hər il, meyvə sezonu vaxtı, Siyəzən rayonundan fəhlə işləmək istəyən şəxslər Xaçmaz rayonunda bağlarda fəhlə işləmək üçün Xaçmaz rayonuna gəlirlər. 2021-ci ildə də, o, iş tapmaq üçün Xaçmaz rayonu, Nərəcan kəndinə getmişdir. Bir qayda olaraq, Xaçmaz şəhərindən Nabran kəndinə gedən yolun Nərəcan kəndi ərazisindən keçən hissədə, gedib dayanmışlar, kənd sakinlərindən də, kimin ki, bağında işləmək üçün fəhlə lazım olmuş, gəlib onlarə işləmək üçün bağlarına aparmışlar. Beləliklə, hər gün fəhlə işləyərək, dolanmışlar. O, Nərəcan kəndində 2021-ci ilin may ayından avqust ayınadək işləmişdir. Nərəcan kəndində işlər yekunlaşdıqdan sonra, onunla birlikdə Nərəcan kəndində fəhlə işləyən Pərvin adında oğlan ona demişdir ki, Əzizli kəndində bir bağda fındıq yığmaq üçün fəhlə lazımdır, əgər istəyirsə gedib orada fındıq yığa bilərlər. O da, Pərvinlə razılaşaraq Əzizli kəndinə getməyi qərara almışdır. Pərvin onun həmkəndlisidir. Beləliklə, 2021-ci ilin avqust ayının ortalarında, o, Pərvin, Emil və Talehlə birlikdə Əzizli kənd sakini Zərərçəkmiş şəxs1 bağında işləməyə getmişdir. Emin, Pərvinin bibisi oğludur. Talefç də, Emilgilin qonşusudur. Onlar Nərəcan kəndində də, birlikdə işləmişlər. Gedib bağa baxdıqdan sonra, görmüşlər ki, bağdan bir dəfə mal yığılıb, ona görə də, bağda az fındıq vardır. Onlar da, fındıqları yığdıqdan sonra, yığdıqları fındığın hər kiloqramına görə 40 (qırx) qəpik pul almışlar. Həmin bağda da, fındıq az olduğuna görə, əvvəcə yığmaq istəməmişlər. Bunu görən bağın sahibi Zərərçəkmiş şəxs1 onlara, fındığın hər kiloqramına görə 50 qəpik pul verəcəyini bildirmişdir. Onlar da, bundan sonra, razılaşaraq fındıqları yığmağa başlamışlar. Birinci gün, Zərərçəkmiş şəxs1 bağında dördü də işləmişlər. Pərvin, Emil və Taleh bağın bir başında, o isə Pərvin, Emil və Talehdən aralıda, bağın digər tərəfində işləmişdir. Həmin həyətdə fındıq ağaclarından əlavə, müxtəlif meyvə ağacları da vardır. Həmçinin, orada yaşayış evindən başqa, çardaq da vardır. Onlar, fındıqları yığdıqdan sonra, quruması üçün çardağın altına yığmışlar. Onlar, bağda işləyən zaman, Taleh sərf etmədiyini, günlük qazancın az olduğunu, bağda fındığın az olduğunu deyərək getmələrini demişdir. Pərvin nə qədər buna etiraz etsə də, onlar getməyi qərara almışlar. Pərvinin etiraz etməsinin səbəbi o olmuşdur ki, Pərvin Güllü müəllimənin bağında olan fındıqları yığmaları üçün hər birinin adından söz vermişdir. Onlar da, Pərvinə demişlər ki, indi gedək, əgər səhərə qədər başqa bir iş təklifi olmazsa, onda gəlib yenə də işləyərlər. Beləliklə onlar, həmin gün saat 15 radələrinə qədər bağda işləmişlər. O, həmin gün işlədiyi bağdan oğurlamaq məqsədi ilə, bağda, ağacların dibinə tökülmüş fındıqlardan bir kisəyə yığmışdır. Həmin bir kisəni, gizlincə həyətdən çıxararaq aparıb satmağı düşünmüşdür. Beləliklə, o, ağacların dibinə tökülmüş fındıqlardan bir kisəyə yığmış, kisə tamamlandıqdan sonra, gizlincə həmin kisəni, bağın hasarının üzərindən, küçəyə tərəf atmışdır. Küçənin həmin hissəsində heç kim olmamış və atdığı həmin kisə kollunğun içərisinə, hasarın dibinə düşmüşdür. O, həmin kisəni hasardan küçəyə tərəf atanda artıq saat 15 radələri olmuşdur. Həmin gün, saat 16 radələrinə qədər onlar yemək yeməmişlət. Zərərçəkmiş şəxs1 ilə danışıqlarına görə, sonuncu onlara nahar yeməyi verməli deyilmiş. Onalr, kənddə olan marketlərin birindən özlərinə yemək alıb yeməyi fıkirləmişlər. Ancaq, sonradan həmin bağda işləyən zaman öyrənmişlər ki, Əzizli kəndində market yoxdur. Bağda işləyən zaman ağaclarda olan fındıq az idi olımuşdur deyə getməyi qərara almışlar. Danışıqlarına görə Zərərçəkmiş şəxs1 onları aparıb gətirmək üçün taksi danışmışdır. Ancaq həmin taksi axşam saatlarında, yəni saat 18-19 radələrində gəlib onlar aparmalı idi. Onlar da, saat 16 radələrində getməyi qərara almışlar deyə, həm onları həmin bağdan aparması üçün, həm də, yemək alıb gətirməsi üçün əvvəlcədən tanıdığı Cavid adlı şəxsə zəng etmişdir. Cavidə Əzizli kəndində işlədiklərini, onları gəlib bağdan götürməsini, gələn zaman da, yemək üçün sosiska və çörək almasını demişdir. Cavid də, yaxşı deyərək gələcəyini bildirmişdir. Təxminən saat 16 radələrində Cavid idarə etdiyi, özünə məxsus VAZ 21011 markalı, qırmızı rəngli avtomobil ilə Zərərçəkmiş şəxs1 bağına, onların yanma gəlmişdir. Cavid bağa çatmış, həmin vaxtı Zərərçəkmiş şəxs1 da, bağda olmuşdur. Cavid saat 16 radələrində gəldikdən sonra, Güllü müəllimə, Cavidi, evin həyətinə çay içməyə dəvət etmişdir. Onlar, ac olduqlarm üçün, Cavidin alıb gətirdiyi sosiska və çörəyin bir hissəsini yeməyə başlamışlar. Yemək yeyən zaman o, su içmək istədiyi üçün, həyətdən bir ədəd boş butulka götürərək, bulağa su doldurmağa getmişdir. Həm də, ora getməkdə onun məqsədi, oğurlamaq niyyəti ilə yığıb həmin gün gizlincə küçəyə atdığı bir kisə fındığa baxmaq olmuşdur. Su doldurmağa gedən zaman Caviddən avtomobilin açarlarını almışdır. O, Cavidə demişdir ki, çirkli paltarlarını avtomobilə qoyacaq. O, su doldurub qayıdan zaman, küçəyə atdığı bir kisə fındığı əlinə götürüb, Cavidin avtomobilinin yük hissəsinə qoymuşdur. Bundan sonra həyətə daxil olub, əlində olan sudan digər uşaqlara da vermişdir. Bu zaman, o, yığdıqları fındıqları çəkmək üçün tərəzi axtarmışdır. Daha sonra tərəzi tapmış, yığıdıqları fındıqları çəkmişlər və həmin gün, hər birinə yəni, Taleh, Emil, Pərvin və ona təxminən 20 manat pul düşmüşdür. Bundan sonra, Zərərçəkmiş şəxs1 evdən onların pulunu vermək üçün pul gətirmək adı ilə evə getmişdir. Zərərçəkmiş şəxs1 onların zəhmət haqqlarını verdikdən sonra, onlar, Cavidin idarə etdiyi avtomobil ilə Xudat-Xaçmaz yoluna tərəf gəlməyə başlamışlar. Cavid demişdir ki, İzmayılovka yolu ilə getmək istəyir, Köhnə- Xaçmaz kəndi ərazisindən keçən yol narahatdır. O da, etiraz edərək yolu uzatmamasını, gəldiyi yol ilə qayıtmasını demişdir. Beləliklə, onlar, həmin gün Xaçmaz rayonu, Qımıl- qışlaq kəndinin girişinə, daha dçğrusu, həmin kəndin girişində olan svetoforun yanma gəlib dayanmışlar. O, Cavidə avtomobili həmin yerdə dayandırmasım bildirmişdir. Avtomobildən endikdən sonra Cavidə, alıb gətirdiyi yemək pulu ilə birlikdə taksi pulunu da hesablayıb 20 manat pul vermişlər və o, Taleh, Emil və Pərvinə demişdir ki, “siz gedin mənim işim var, mən rayona sonra gələcəm,”, ondan nə işinin olduğunu soruşduqlarında Nabrana gedəcəyini demişdir. Emil, Taleh və Pərvin yanından getdikdən sonra o, Cavidə demişdir ki, avtomobilin yük yerində bir kisə fındıq vardır, həmin kisəni düşürməlidir. Cavid həmin bir kisə fındığın nə olduğunu soruşduqda, o, Cavidə “özümündür, müəllimə mənə verib” deyə cavab vermişdir. Cavid, həmin bir kisə fındığın oğurluq olduğunu bilməmişdir. Həmçinin, onun Zərərçəkmiş şəxs1 məxsus bağdan, bir kisə fındıq oğurlamasından, onunla birgə işləyən Taleh, Emil və Pərvinin də məlumatı olmamışdır. Bundan sonra, həmin bir kisə fındığı, orada fındıq alan Bəxtiyar adında şəxsə satmış və təxminən 92 manat pul almışdır. Həmin vaxtı, bir kisə fındığı alan Bəxtiyar adlı şəxs, satdığı bir kisə fındığın oğurluq olduğunu bilməmişdir. O da, fındığı satdıqdan sonra yaşadığı Siyəzən rayonuna getmişdir. Həmin günün səhəri günü Taleh onlarla getməmişdir. Ona görə də, Zərərçəkmiş şəxs1 bağına işləmək üçün onlar üçü, yəni Emil, Pərvin və o getmişlər. Çünki, Taleh elə birinci gündən sərf etmədiyini deyərək, bundan sonra gəlməyəcəyini bildirmişdir. Həmin gün də, bağda axşama qədər işlədikdən sonra zəhmət haqqlarını alıb evə gəlmişlər. Ancaq o, həmin gün bağdan heç bir şey oğurlamamışdır. Həmin gün işləyərək yığıdıqları fındıqların çəkisinə görə hər birinin payına 15 manat pul düşmüşdür. Elə həmin gün söhbət əsnasında Zərərçəkmiş şəxs1 fındıqları yığıb qurtardıqdan sonra Bakı şəhərinə gedəcəyini, daimi yaşayış yerinin Bakı şəhəri olduğunu, fındıqları Novruz bayramı ərəfəsində satacağmı demişdir. Bundan sonra, səhəri gün, yenə də, Zərərçəkmiş şəxs1 bağında işləməyə getmişdir. Həmin gün, Pərvin və Emil onunla işləmək üçün gəlməmişlər. O da, işləmək üçün başqa adam tapmamışdır deyə, özü tək getmişdir. Taleh, qiymət sərf etmədiyi üçün birinci gündən sonra gəlməmiş, Pərvinin qardaşı isə hərbi xidmətdən qayıtdığına görə gəlməmişdir. Həm də, Pərvin avqust ayının sonlarında Rusiya Federasiyasına gedəcəkdi deyə işləməyə gəlmək istəməmişdir. Emil də, həmin gün yatıb qaldığına görə, gələ bilməmişdir. O da, bu barədə Zərərçəkmiş şəxs1 zəng edib bildirmiş, sonuncu da, ona demişdir ki, bir uşaq tap gəl, ancaq o da, heç kimi tapa bilmədiyinə görə tək getmişdir. Həmin gün, o, Zərərçəkmiş şəxs1 həyətində tək işləmiş, sonda da, Zərərçəkmiş şəxs1 ilə aralarında narazılıq olmuşdur deyə, 15 manat zəhmət haqqı alıb getmişdir. 2021-ci ilin avqust ayının sonlarında onun pula ehtiyacı olmuşdur. Çünki həmin vaxtlar demək olar ki, işləməmiş, ona görə də pulu qurtarmışdır. Bu səbəbədən də o, fikirləşmişdir ki, Zərərçəkmiş şəxs1 həmin vaxt Bakı şəhərində olar, ona görə də, sonuncunun bağında olan fındıqları əgər satmayıbsa oğurlamaq fikrinə düşmüşdür. O, 2021-ci ilin avqust ayının sonlarında, Siyəzən rayonundan Xaçmaz şəhərinə, köhnə avtovağzal adlanan yerə gəlmişdir. Oradan, tanımadığı taksilərin biri ilə Əzizli kəndinə getmişdir. O, gəlib Əzizli kəndinin girişində avtomobildən düşmüşdür. Həmin vaxt təxminən saat 23 radələri olmuşdur. O, Zərərçəkmiş şəxs1 yaşadığı evin yanma getmişdir. Evə yaxınlaşıb, hasarın yanından, küçədən evin içərisində işıq yanb-yanmadığına baxmış və görmüşdür ki, evin nə içərisində, nə də ki çölündə heç bir işıq yanmır. Bundan sonra, evin digər başından da, içəridə işıq yanıb-yanmadığına baxdıqda, görmüşdür ki, heç bir işıq yanmır. Bundan sonra, o, evin həyətinin mişar daşından olan hasarının üzərindən aşıb həyətə daxil olmuşdur. Onlar, Zərərçəkmiş şəxs1 bağında işləyən zaman, paltarlarını dəyişdikləri yer, evin həyətində olan anbara bənzər otaq olmuşdur. Fikirləşmişdir ki, əgər Zərərçəkmiş şəxs1 yığdıqları fındıqları satmayıbsa həmin anbara yığar. O, həyətə daxil olduqdan sonra, bir başa həmin anbarın yanma getmişdir. Anbarın qapısı dəmir metaldandır. Fikirləşmişdir ki, əgər qapını açsa səs-küy gələr, qonşular bunu eşidər. Ona görə də, anbarın plastik materialdan olan pəncərəsini açmaq qərarına gəlmişdir. Bu məqsədlə, pəncərədə olan dəmir barmaqlıqları əli ilə dartaraq yerindən çıxarmış, çıxardığı dəmir barmaqlıqları bağa atmışdır. Bundan sonra o, pəncərənin yuxarı hissəsini əli ilə içəriyə doğru itələyib, əlində götürdüyü qalın ağac parçasını pəncərənin yuxarı hissəsinə salaraq aşağıya doğru dartmışdır. Bu zaman plastik pəncərə açılmışdır. O, anbarın içərisinə daxil olmuşdur. Bundan sonra o, evin həyətindp bir neçə dəqiqə oturub gözləmişdir ki, birdən kimsə gələr. Heç kimin gəlmədiyini görüb, o, anbarın pəncərəsindən içəriyə daxil olub, içərisində fındıq məhsulları olan kisələri, evin həyətinin hasarının yanma daşımağa başlamışdır. Birinci 3 ədəd kisəni ard-arda anbarın pəncərəsindən çıxarıb aparıb hasarın yanına qoymuşdur. Bundan sonra, o, ayağını hasarın yanında olan, əl yumaq üçün hazırlanmış tikilinin üstünə qoyaraq, çiynində olan fındıq kisəsi ilə birlikdə, həmin yerin üzərinə çıxmış, bundan sonra çiynində olan kisəni hasarın üzərinə qoymuşdur. Beləliklə, eyni qaydada o, hər üç kisəni hasarın üzərinə qoymuşdur. O, kisələri hasarın üzərindən səs çıxmaması üçün yerə atmamışdır. Hasarın üzərinə qoyduqdan sonra, hasardan çölə çıxaraq hasarın üzərində olan kisələri götürüb yol tərəfdən hasarın dibinə yerə qoymuşdur. Bundan sonra yenə də o, anbara daxil olaraq bu dəfə dörd kisəni ardıcıl qaydada hasarın yanına aparmış, sonra yenə də, eyni qaydada hasarın üzərinə qoymuşdur. Bu dəfə də, kisələri əvvəlcə hasarın üzərinə, daha sonra da, hasarın üzərindən yerə qoymuşdur. Daha sonra yenə də, ardıcıl qaydada dörd kisəni oğurlayaraq hasardan çölə qoymuşdur. Bundan sonra, o, kənddə, Xaçmaz şəhərinə tərəf hərəkətdə olan avtomobili saxlayaraq, Xaçmaz şəhərinə gəlmişdir. O, həmin avtomobil ilə, Xaçmaz şəhərinə gələrək, Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən “Azpetrolun” yanında avtomobildən enmişdir. O, bundan sonra piyada Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanma getmişdir. Həmin vaxt saat təxminən 05 radələri olmuşdur. Oradan, yol ilə hərəkətdə olan taksi sürücünü görüb saxlatdırmış, tanımadığı taksi sürücüsünə demişdirk ki, “Əzizli kəndində qardaşımın həyətində on bir kisə fındıq var, onu Qımılqışlaq kəndinin girişinə gətirmək lazımdır”. Taksi sürücüsü onunla razılaşaraq 20 manat pul istəmişdir. O da, sonuncuya 20 manat pul verəcəyimi bildirmidir. Beləliklə, o, həmin taksiyə əyləşərək Əzizli kəndinə getmişdir. Əzizli kəndində, Zərərçəkmiş şəxs1 yaşadığı evə çatdıqdan sonra, inandırıcı olsun deyə, yalandan telefonu qulağına tutaraq guya qardaşı ilə danışırmış kimi edərək, qardaşına “fındıqları öz başına küçəyə qoyub hara getmisiniz” demiş, sonra da, telefonu cibinə qoymuşdur. Bundan sonra, əvvəlcədən küçəyə yığdığı 11 kisə fındığı taksi sürücüsünün köməkliyi jlə avtomobilə yükləmişdir. Həmin avtomobil ilə, 11 kisə fındığı Qımılqışlaq kəndinin girişində fındıq alan, Bəxtiyar adlı şəxsə satmaq üçün, kəndin girişinə gətirmişdir. O, həmin yerə çatan zaman saat təxminən 07 radələri olmuşdur. Həmin vaxt Bəxtiyar fındıq aldığı yerdə olmamışdır. O, fındıq kisələrini taksidən endirib saat 9-a işləmişə qədər Bəxtiyarın gəlməsini gözləmiş, Bəxtiyar 9-a işləmiş gəlib çıxmış və o, Bəxtiyara 11 kisə fındığı 980 manat müqabilində satmışdır. O, fındığın bir kiloqramını təxminən 3.20 manata satmışdır. O, fındığı satan zaman, Bəxtiyar həmin fındıqların oğurluq olduğunu bilməmişdir. Çünki Bəxtiyar onu, Xaçmaz rayon sakini kimi tanımışdır. Ona görə də elə bilmişdir ki, həmin fındıqlar onun öz həyətinin məhsuludur. Beləliklə, o, 980 manata 11 kisə fındığı satdıqdan sonra, Siyəzən rayonuna qayıtmışdır. Həmin vaxt 2021-ci ilin avqust ayının sonları olmuşdur. Bundan sonra onun daha Zərərçəkmiş şəxs1 bağından oğurluq etmək fikri olmamışdır. O, əldə etdiyi 980 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan bir neçə gün sonra, təxminən 2021-ci ilin sentyabr ayının əvvəllərində, onun yenidən pula ehtiyacı olduğu üçün, yenə də, oğurluq etmək fikrinə düşmüş, yenə də, Zərərçəkmiş şəxs1 evindən oğurluq etməyi planlaşdırmışdır. O, Zərərçəkmiş şəxs1 məxsus 11 kisə fındığı oğurladıqdan sonra, orada 9 kisə fındıq qalmışdır. O, həmin 9 kisə fındığı oğurlamaq üçün, Siyəzən rayonundan rastgələ 2 manatlıq taksilərin biri ilə, Xaçmaz şəhərinə gələrək, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Zeytun” adlı kafenin qarşısında düşmüşdür. Bundan sonra piyada Xaçmaz şəhəri, Bakı prospektində yerləşən dairənin yanma getmişdir. Həmin vaxt təxminən saat təxminən 23 radələri olmuşdur. O, dairənin yanında yenə də yol ilə hərəkətdə olan taksilərin birini saxladaraq həmin taksiyə əyləşib Əzizli kəndinə aparmasının demiş, taksi sürücüsü ilə, 15 manata razılaşmış, bundan sonra, taksi sürücüsü onu Əzizli kəndinə aparıb daha sonra çıxıb getmişdir. O, bu dəfə də, evin mişar daşından olan hasarının üzərindən aşaraq həyətə daxil olmuş, daha sonra, həmin fındıq kisələri olan anbara pəncərədən daxil olaraq oradan 9 kisə fındığı daşıyaraq hasarın yanma aparmış, daha sonra həmin kisələri hissə-hissə olmaqla hasarın üzərinə qoymuş, bundan sonra, küçəyə çıxaraq kisələri yerə qoymuşdur. Fındıq kisələrini küçəyə yığdıqdan sonra piyada Əzizli kəndinin çıxışına gəlmiş, oradan yol il^ hərəkətdə olan tanımadığı şəxsin idarə etdiyi avtomobilə əyləşərək Xaçmaz şəhərinə gəlmişdir. Həmin vaxt təxminən gecə saat 23:00 olmuşdur. Daha sonra, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Şimal Mall”-m yanından hərəkətdə olan bir ədəd taksi saxladaraq həmin taksi ilə danışmış və taksi sürücüsünə bağından fındıq kisələrini götürüb, fındıq qəbul edən yerlərə vermək lazım olduğunu demişdir. Beləliklə, o, Əzizli kəndinə gedərək, təxminən 23:30 radələrində Əzizli kəndinə çatıb, 9 kisə fındığı taksiyə yükləmişdir. Sonra taksi ilə, Qımılqışlaq yoluna gəlmiş, həmin vaxt Bəxtiyar kəndin girişində olmamışdır. Bundan sonra, taksi sürücüsünə demişdir ki, fındıqları, Xudat şəhəri istiqamətində olan fındıq qəbulu yerlərinə versinlər. Beləliklə, Xudat şəhərinə qədər getsə də həmin saatlarda açıq olan fındıq qəbul edən yer tapmamışdır. Taksi sürücüsünə demişdir ki, onu Nabran kəndinə aparsın. Nabran kəndində, uMalibu” ailəvi istirahət mərkəzinin yanında avtomobili dayandırmasmı demişdir. Taksi sürücüsü orada dayanaraq, onu və fındıq kisələrini düşürmüşdür. O, taksi sürücüsünə 40 manat zəhmət haqqı vermişdir. O, 9 kisə fındığı “Malibu” istirahət mərkəzinin yanında olan, əvvəllər kafe kimi işləmiş, hazırda isə sadəcə köhnə binası olan kafenin yanında yerləşən yerdə kolların arasında gizlətmişdir. O, həmin yeri əvvəlcədən tanımışdır. Səhərə qədər, orada gözləmiş, səhər açıldıqdan sonra, yolüstü bir taksi dayadırıb, onu Xaçmaz şəhərinə gətiməsini demişdir. O, taksi sürücüsü ilə yolda gələn zaman, açıq fındıq qəbulu yeri gördüyündən, fındıqları Palçıqoba kəndinin girişində fındıq qəbulu yerinə ümumilikdə 470 manata satmışdır. Bundan sonra, həmin taksi ilə, Xaçmaz şəhərinə gəlmiş,oradan da, Siyəzən rayonuna qayıtmışdır. O, fındıqları oğurlayan zaman fındıq kisələrini aparan taksi sürücülərinin heç birini tanımamış, həmçinin həmin avtyomobillərin hansı marka və model olunasını, həmçinin, qeydiyyat nişanlarını bilməmişdir. Onun oğurladığı fındıq kisələrini aparan taksi sürücüləri, həmin fındıq məhsullaınm oğurluq olduğunu bilməmişlər. Həmçinin onun satdığı fındıq məhsullarını alan Bəxtiyar adlı şəxs, eləcə də, Xaçmaz rayonu, Palçıqoba kəndinin girişində fındıq alan Zahir adlı şəxs də onun satdığı fındıqların oğurluq olduğunu bilməmişlər. O, 2021-ci ilin avqust ayının ortalarında, Zərərçəkmiş şəxs1 məxsus bağda fəhlə işləyərkən bir kisə fındığı oğurlayan zaman, oradan daha, sonra yenə də fındıq oğurlamaq fikri olmamışdır. Lakin sonradan pula ehtiyacı olduğu üçün, Zərərçəkmiş şəxs1 məxsus fındıq məhsullarını oğurlamışdır. O, fındıq məhsullarını oğurlayarkən, onu heç kim görməmişdir. Onun oğurladığı bir kisə fındığın təxminən 30- 35 kiloqram çəkisi olmuşdur. O, birinci dəfə, yəni 2021-ci ilin avqust ayının sonlarında Zərərçəkmiş şəxs1 məxsus bağa oğurluq etmək məqsədi ilə gedəndə, həmin vaxt evin sahibi Zərərçəkmiş şəxs1 evdə olub-olmamasını dəqiq bilməmiş, ona görə də o, gecə vaxtı, kənardan Güllü Həsnovanın evini müşahidə etmişdir. Bir müddət müşahidə etdikdən sonra, keçib evin digər tərəfindən də evi müşahidə etmiş, evi müşahidə etməyə onun bir saatdan çox vaxtı getmişdir. Evin içərisində heç kim olmadığına əmin olduqdan sonra, hasardan aşaraq evin həyətyanı sahəsinə daxil olmuş, bundan sonra onun həyətə daxil olmağını hansısa qonşunun görüb-görmədiyinə əmin olmaq üçün bir az gözləmişdir. Ancaq heç kimin xəbəri olmadığından əmin olduqdan sonra, qapıda qıfıl olduğunu görmüş, qapını açarsa səs olacağından qorxub, saxlanc yerinin dəmir barmaqlıqlarını sökmək qərarına gəlmişdir. Dəmir barmaqlıqları da səssiz şəkildə sökmək üçün xeyli vaxtı getmişdir. Ona görə də, birinci dəfə oğurluq etməyə onun çox vaxtı getmişdir. Ancaq, birinci dəfədən fərqli olaraq, ikinci dəfə, yəni 2021-ci ilin sentyabr ayının əvvəllərində yenidən oğurluğa gedib evin həyətinə daxil olanda görmüşdür ki, o, necə qoyub getmişdirsə, elə həmin vəziyyətdə də qalmışdır. Ona görə də bu dəfə rahat şəkildə oradan tez bir müddətdə oğurluq etmişdir. İfadəsinin sonunda bildirmişdir ki, törətdiyi əməldən peşmandır, zərəçəkmişə dəymiş maddi ziyanı tam şəkildə ödəyərək, barışıq əldə etmişdir. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, ev 58, mənzil 40-da ailəsi ilə birlikdə yaşayır. O, 1 nömrəli Fizika, Riyaziyyat və İnformatiki təmaülü liseyində riyaziyyat müəlliməsi işləyir. Onun əri X3 2021-ci ilin aprel ayının 28- də xəstəlikdən rəhmətə getmişdir. Ərimin Xaçmaz rayonu, Əzizli kəndində bağ evi vardır. Həmin evin yerləşdiyi torpaq sahəsi təxminən 43 sotdur. Həmin evin həyətyanı torpaq sahəsində müxtəlif meyvə ağacları, eləcə də fındıq ağacları, bir ədəd saxlanc yeri kimi istifadə etdiyi tikili vardır. O, əsasən Bakı şəhərində yaşayır. Xaçmaz rayonuna hər ilin yay aylarında gəlir. 2021-ci ilin avqust ayının ortalarında o, Əzizli kəndində olan bağdakı ağaclardan fındıq məhsullarını yığmaq üçün fəhlə axtarmışdır. Ancaq həmin vaxtlarda Əzizli kəndində olan bütün fəhlələrin işi olduğuna görə, fındıqları yığdırmaq üçün fəhlə-ı tapa bilməmişdir. O, çarəsiz qaldığından bu barədə Bakı şəhərində, işlədiyi liseydə şagirdi olan Murada bağda işləmək üçün fəhlə tapa bilmədiyini demişdir. Çünki, Muradla söhbət əsnasında onların da Xaçmaz rayonunda bağları olduğunu demişdir. O, Murada bu barədə dedikdən sonra, Murad atasına deyəcəyini, atasının fəhlə tapa biləcəyini demişdir. Bir neçə saat sonra Murad ona zəng edərək Siyəzən rayon sakini Pərvin adlı şəxsin nömrəsini verərək, həmin şəxsin fəhlə olduğunu, fındıq yığmaqla məşğul olduğunu bildirmişdir. O, bundan sonra Pərvinə zəng etməmişdən əvvəl, yenə də, Əzizli kəndindən fəhlə tapmaq istəsə də tapa bilməmiş, buna görə də, Pərvinin mobil telefon nömrəsinə zəng edərək Əzizli kənd sakini olduğunu, bağında fındıq məhsulları olduğunu, məhsulları yığmaq üçün fəhlə lazım olduğunu bildirmişdir. Pərvin gəlib yığa biləcəklərini, eləcə də yanında başqa fəhlələr gətirə biləcəklərini demişdir. Bundan sonra, 2021-ci ilin avqust ayının ortalarında Pərvin yanında özündən başqa 3 nəfər şəxslə bağda işləməyə gəlmişdir. O, fəhlələri fındıqları yığmaları üçün həmin gün mağazadan 20 ədəd kisə almışdır. Həmin kisələri alan zaman, qonşusu Elsəvər də onun yanında olmuşdur. Gələn şəxslərin adları Pərvin, Taleh, Emil və Rüfət olmuşdur. Fəhlələr həmin gün təxminən saat 16 radələrinə qədər işləmişlər. Ancaq buna baxmayaraq, həmin gün saat 14-15 radələrində fəhlələri aparmaq üçün taksi gəlmişdir. Sonradan öyrənmişdir ki, həmin taksi sürücüsünün adı Caviddir. Çavid, qırmızı rəngli avtomobil idarə edir. O, həmin şəxsin kim olduğunu soruşduqda, Rüfət qohumunun olduğunu, özləri üçün yemək gətirdiyini demişdir. O, bu hala təəccüblə yanaşmamışdır. Çünki, onun fəhlələrlə danışığına görə, o, fəhlələrə yemək verməli deyildi. Cavid gəldikdən sonra, o, Cavidi həyətə dəvət edərək çay vermişdir. Cavid, idarə etdiyi avtomobil ilə gəldikdən sonra, saat 16 radələrində, Pərvin getmək istədiklərini, səhəri gün tez gəlib axşam saatlarına qədər işləyəcəklərini demişdir. O, əvvəlcə fəhlələrin belə tez getmələrinə etiraz etmişdir. Ancaq Pərvin səhəri gün gəlib axşama qədər bütün məhsulu yığacaqlarını, bu gün işləmək istəmədiklərini demişdir. O da, səhəri gün tezdən gəlib işləyəcəklərini ümid edərək getmələrinə bir şey deyə bilməmişdir. Çünki, həmin vaxt əri dünyasını dəyişmiş, buna görə də bir az fikirli olmuşdur. Rüfət və digər fəhlələr yığdıqları fındıqları çəkmişlər. Həmin vaxt Rüfət, su gətirmək üçün küçəyə çıxmışdır. O da, fəhlələrin yığdıqları fındığın pulunu gətirmək üçün evə getmişdir. Pulu gətirdikdən sonra, fəhlələrin hər birinə zəhmət haqqlarını vermişdir. Bundan sonra fəhlələr anidən Cavidin idarə etdiyi avtomobilə əyləşmişlər. Fəhlələr avtomobilə əyləşmək üçün küçəyə çıxan zaman, o, fındıqları yığmaq üçün aldığı kisələri saymağa başlamışdır. O, aldığı 20 ədəd kisənin hamısını fəhlələrə verməmiş, ancaq, aldığı kisələrin neçə ədədini verməyimə dair dəqiq say yadında qalmamışdır. Fəhlələr avtomobilə əyləşmək üçün küçəyə çıxan zaman, o, fəhlələrə verdiyi kisələri saymağa başlamışdır. Fəhlələrə verdiyi kisələri saydıqdan sonra, yeni kisələri, yəni 20 ədəd kisədən fəhlələrə vermədiyi kisələri da saydıqdan sonra, ümumi sayın 19 ədəd kisə olduğunu görmüşdür. O, bir kisənin hara getdiyini bilməmişdir. Həmin vaxt ürəyinə şübhə gəlmişdir ki, bəlkə fəhlələr bir kisəyə fındıq yığıb oğurlamışlar. O, bunu öyrənmək məqsədi ilə, küçəyə çıxan zaman, fəhlələr taksiyə əyləşib çıxıb getmişlər. Bundan sonra o, kisələrin sayının dəqiq 20 ədəd olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə qonşusu Elsəvərə zəng edib, mağazadan 20 ədəd kisə adlıqlarım hesab etdiyini, hazırda isə kisələrin sayının 19 olduğunu demişdir. Bu zaman Elsəvər demişdir ki, “ola bilər ki, mağazada səhv sayıb deyiblər”. Bundan sonra o, kisələrin ümumi sayının 19 olmasına əhəmiyyət verməmişdir. Çünki, fəhlələrin bir kisə fındığı oğurlamalarının şahidi olmamış və görməmişdir. Həmin gün bir kisə fındığın oğurlanmasını dəqiq bilməmişdir. Bundan sonra da, ehtimala görə, fəhlələrin də üstünə şər atmaqdan qorxub fəhlələrə bu barədə bir şey deməmişdir. Çünki, həmin gün oğruluq edilməsindən əmin olmamışdır. Bundan sonra səhəri gün, Taleh gəlməmişdir. O, Talehi soruşduqda, Talehin gəlmək istəmədiyini bildirmişlər. Fəhlələr həmin günü də demək olar ki, günün yarısını işləyib, zəhmət haqqlarını alıb getmişlər. Bundan sonra 3-cü gün, Rüfət Emil ilə gələcəyini desə də, həmin tək gəlməmişdir. Rüfət, tək gəlsə də işləyəcəyini bildirmiş, lakin o, görmüşdür ki, Rüfət ancaq oturur, işləməkdan yayınır. O da, Rüfətin belə işlədiyini görüb, özü də kömək etməyə başlamışdır. Bundan sonra, o, həyətin təmizlənməsində Rüfətə kömək etsə də, görmüşdür ki, özü Rüfətdən daha çox işləyir, Rüfət isə, işləməkdan yayınır. O, Rüfətdən işləməsini tələb etdikdə, Rüfət bu işin özü üçün olmadığını deyərək işləmək istəmədini bildirmişdir. O da, təəccüblə o zaman nə üçün gəldiyini, elədirsə çıxıb getməsini demişdir. Bundan sonra Rüfət əynini dəyişib çıxıb getmişdir. Daha sonra bağda olan fındıqları başqa fəhlə tapıb onlara yığdırmışdır. Onun həyətindən ümumilikdə 20 kisə fındıq məhsulu olmuşdur. O, həmin fındıqları çardağın altında sərib qurutduqdan sonra, fındıqları kisələrə yığaraq kisələrin ağzını tikmişdir. Kisələrin hır birinin içərisində 35 kiloqram fındıq məhsulu olmuşdur. O, həmin kisələri saxlamaq üçün həyətində olan saxlanc yerinə yığmışdır. Həmin saxlanc yerinin qapısı dəmir materialdandır. Oranın plastik materialdan olan pəncərəsi, pəncərəsində isə dəmir barmaqlıqları vardır. O, fındıq kisələrini saxlanc yerinə yığdıqdan sonra, həmin yerin qapısını qıfıl ilə bağlamış və Bakı şəhərinə, yaşadığı evə getmişdir. O, Bakı şəhərində olan zaman, bağa nəzarət etməsi üçün qonşusu Elsəvərə həyətin giriş qapısının açarlarını vermişdir. 2021-ci ilin sentyabr ayının 9-da Elsəvər, bağda olan ağacları sulamaq üçün həyətə gələn zaman, görmüşdür ki, həyətdə olan saxlanc yerinin pəncərəsində olan dəmir barmaqlıqlar yerində yoxdur, pəncərə isə açıq vəziyyətdədir. Bu zaman Elsəvər, oğurluq edilməsindən qorxaraq tez həyətdən çıxıb ona zəng etmişdir. Elsəvər ona zəng edib həyətdə gördüklərini demiş, o da, səhəri gün gəlib özünün maraqlanacağını demişdir. 10 sentyabr 2021-ci il tarixdə o, Bakı şəhərindən bir başa Xaçmaz RPŞ-nə gəlib, Elsəvərih ona dedikləri barədə məlumat vermişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Əzizli kəndində yerləşən bağa getmişdir. Bağa çatıb həyətə daxil olan zaman görmüşdür ki, həyətdə olan saxlanc yerinin pəncərəsi açıq vəziyyətdədir, dəmir barmaqlıqlar isə yerinən çıxarılaraq kənara atılmışdır. Bundan sonra saxlanc yerinə daxil olduqda görmüşdür ki, saxlanc yerinə yığdığı 20 kisə fındıq məhsulunun hamısı oğurlanmışdır. O, bu barədə polisə ərizə yazmışdır. Polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Daha sonra ondan oğurluq edilməsində kimdən şübhələndiyini soruşmuşlar. O da, həyətində işləyən fəhlələrdən şübhələndiyini demişdir. Ona məxsus oğurlanmış fındığın ümumi çəkisi 700 kiloqram təşkil etmişdir. O, saxlanc yerinə hər birinin içərisində 35 kiloqram fındıq olmaqla, ümumilikdə 20 kisə fındıq qoymuşdur. Həmin vaxt fındığın bir kiloqramının qiyməti 4.20 manat təşkil etdiyindən, oğurluq nəticəsində ona 2940 manat maddi ziyan dəymişdir. O, maqazindən aldığı kisələrin sayının 19 olduğunu gördükdən sonra, qonşusu Elsevərdən 3-4 ədəd kisə almış, lakin ona məxsus bağdan ümumilikdə 20 kisə fındıq məhsulu olmuşdur. Kisələrin hər birinin içərisində 35 kiloqram fındıq olmuşdur. Fəhlələr onun bağında işləyən zaman, bir kisə fındıq oğurlanmasını görməmiş, bu səbəbdən növbəti gün fəhlələr işləməyə gələrkən onlara bu barədə bir söz deməmişdir. O, fəhlələr işləyənin ikinci günündə, söhbət əsnasında Rüfətə fındıqları Novruz bayramı ərəfəsində satacağnıı, daimi yaşayış yerinin Bakı şəhəri olduğunu demişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxsin ona dəymiş maddi ziyanın tam ödənildiyini bildirmiş, ondan heç bir şikayət və tələbi olmadığını, habelə təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, o, anadan olandan Xaçmaz rayonu, Əzizli kəndində ailəsi ilə birlikdə yaşayır. O, kənd sakinlərini Xaçmaz şəhərinə gətirib aparmaqdan əldə etdiyi qazancla ailəsini dolandırır. Əvvəllər bir neçə dəfə Güllü müəllimə Əzizli kəndində olanda, sonuncunu Xaçmaz şəhərinə aparıb gətirmişdir. Beləliklə Güllü müəllimə ilə aralarında münasbət yaranmışdır. Güllü müəllimə Bakı şəhərində, yaşayır və Əzizli kəndinə yay aylarında gəlir. 2021-ci ilin yay aylarında Güllü müəllimə bağında olan fındıqları yığdırmaq üçün adam axtarmış, sonuncu, fındıqları yığdırmamışdan əvvəl, onun idarə etdiyi avtomobil ilə mağazaya gedərək 20 ədəd kisə almışdır ki, bağda işləyəcək fəhlələr fındıqları həmin kisələrə yığıb daşısınlar. Güllü müəllimə kənd sakinlərindən fəhlə tapa bilməmişdir deyə, kənardan fəhlə tapmışdır. Təxminən 2021-ci ilin avqust ayının ortalarında Güllü müəllimə onun mobil telefon nömrəsinə zəng edərək, mağazadan 20 ədəd kisə aldığını, həyətdə kisələri saydıqda isə saylarının 19 olduğunu dedikdə, o, Güllü müəlliməyə demişdir ki, “mağazada işləyən də insandır, ola bilər birini əskik sayıb”. Güllü müəllimə də yaxşı deyib telefonu söndürmüşdür. 2021-ci ilin sentyabr ayında Güllü müəllimə Bakı şəhərinə gedərkən, ona bağında olan ağacları sulamasını demişdir. Onun yaşadığı kənddə, su növbə ilə paylanır. Belə ki, kənd sakinləri arasında suyu kimin hansı vaxt istifadə edəcəyi barəsində razılaşma olmuşdur. Güllü müəllimə də ona demişdir ki, ona 20 manat zəhmət haqqı verəcək, o da, əvəzində Güllü müəllimənin bağında olan ağacları sulasın. 2021-ci ilin sentyabr ayının 9-da o, növbə üzrə Güllü müəllimənin bağında olan ağacları sulamaq üçün sonuncuya məxsus bağa getmişdir. Bağda olan zaman, görmüşdür ki, evin həyətində olan, müəlimənin saxlanc yeri kimi sitifadə etdiyi yerin pəncərəsinin dəmir barmaqlıqları yerindən çıxarılıb bağa atılıb, pəncərələr isə açıq vəziyyətdədir. O, dərhal başa düşmüşdür ki, oradan oğurluq edilmişdir. Ona görə də dərhal Güllü müəllimənin istifadəsində olan mobil telefon nömrəsinə zəng edib,ona gördüklərimi demişdir. Güllü müəllimə də ona demişdir ki, səhəri gün gəlib özü maraqlanacaq. Bundan sonra Güllü müəllimənin nə etməsi barədə onun məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid6 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Siyəzən rayonu, Yenikənd kəndində yaşayır. Təqsirləndirilən şəxs onun həm kəndlisidir. O, 2021-ci ilin avqust ayında Təqsirləndirilən şəxslə birlikdə Xaçmaz rayonu, Əzizli kənd sakini Zərərçəkmiş şəxs1 məxsus bağda fəhlə işləmişdir. O və rüfətdən əlavə həmin yerdə Pərvin və Taleh adlı şəxslər də işləmişdir. Onlar dördü də eyni kənddə yaşayırlar. Həmin bağda, Taleh bir gün işləmişdir. Onlardan ən çox, Təqsirləndirilən şəxs həmin bağda işləmişdir. Bağda işləyən zaman, brinci gün Taleh, Pərvin və o, bağın baş hissəsində, Rüfət isə özü onlardan ayrı bağın digər baş hissəsində işləmişdir. Bağ uzun bağ olmuş və ərazisi böyük olmuşdur. Onlar, ağaclardan fındıqları çırpıb yerə saldıqdan sonra, kisələrə yığıb quruması üçün həyətdə olan çardağın altına tökmüşlər. Rüfət, bağın çardaq tərəfdə olan baş hissəsində işləmişdir. Bağda çoxlu meyvə ağacları olmuş və ağaclar yarpaqlı olduğundan onlar Rüfətin bağın digər baş hissəsində hansı işləri görməsini görə bilməmişlər. Bağın Rüfət işləyən baş hissəsi küçəyə və hasara yaxın olmuşdur. Onlar işləyən tərəf isə digər qonşuların həyətləri ilə həmsərhəd olmuşdur. Onların danışığına görə, bağın sahibi olan Güllü Həsənçva onlara yemək verməli deyilmiş. Onlar fikirləşmişlər ki, gedib işləyərlər, nahar vaxtı isə həmin kənddə yerləşən marketlərin birindən nə isə alıb yeyərlər. Ancaq işləyən zaman nahar vaxtı öyrənmişlər həmin kənddə mağaza yoxdur, nə isə almaq üçün qonşu kənddə yerləşən mağazaya getmək lazımdır. Onlar, həmin yerdə işləyənin birinci günündə artıq saat 14 radələri olmasına baxmayaraq yemək yeməmişlər. Onların hər biri Siyəzən rayon sakini olduqları üçün də, Xaçmaz rayonunda tanış adamları olmamışdır. Ancaq Rüfət onların üçündən fərqli olaraq Xaçmaz rayonunda əvvəlidən işləmişdir. Ona görə də Rüfət, həm onlara yemək gətirməsi üçün, həm də onlara Əzizli kəndindən Qımıl kəndinin girişinə aparmaq üçün, Cavid adlı taksi sürücüsünə zəng edib yemək gətirməsini və onları burdan aparmasını demişdir. Onlar, əvvəlcadan danışıq zamanı axşama qədər işləyəcəklərini planlaşalar da, bağda olan fındıq məhsulu az olduğuna görə həmin gün tez getməyi qərara almışlar. Aralarında danışmışlar ki, əgər sabaha qədər işləmək üçün başqa bağ tapılmasa, onda səhəri gün yenə də gəlib işləyərlər. Ancaq onların bu fikrinə Pərvin etiraz etmişdir. Çünki, Pərvin hamısının adından bağda olan məhsullar yığılıb qurtarana kimi işləmələri üçün söz vermişdir. Onlae, getmək istəmələri barədə Zərərçəkmiş şəxs1 dedikdə, sonuncu əvvəlcə tez getmələrinə etiraz etsə də, sonradan Pərvinin səhəri günü gəlib axşama qədər işləyib məhsulun hamısını yığacaqları barədə söz verməsindən sonra Zərərçəkmiş şəxs1 onlarla razılaşmışdır. Rüfət zəng etdikdən təxminən bir saat sonra Cavid idarə etdiyi avtomobil ilə Əzizli kəndinə onların yanma gəlmişdir. Rüfət kəndin girişində Cavidi qarşılayıb Zərərçəkmiş şəxs1 bağına gətirmişdir. Cavid onlara sosiska və çörək də alıb gətirmişdir. Cavid həmin yerə gəldikdən sonra Cavidin gətirdiyi yeməyin bir hissəsini yemişlər. Onlar yemək yeyən zaman, Rüfət, Zərərçəkmiş şəxs1 məxsus həyətin giriş qapısının qarşısında olan bulaqdan su gətirmək üçün yola çıxmışdır. Rüfət, küçəyə çıxan zaman, çirkli paltarları qoymaq üçün Caviddən avtomobilin açarlarını istəmiş, Cavid də açarları Rüfətə vermişdir. Bir neçə dəqiqə sonra Rüfət onların yanma gəlmiş və içmək üçün butulkada gətirdiyi sudan onlara da vermişdir. Daha sonra onlar, yığdıqları fındıq məhsullarını çəkmişlər. Hər birinə nə qədər pul düşəcəyi məlum olduqdan sonra bağın sahibi Zərərçəkmiş şəxs1 pul gətirmək üçün evin içərisinə getmiş, bir az sonra evdən pul gətirib onların zəhmət haqlarını vermişdir. Onlar, çəkiyə uyğun zəhmət haqlarını aldıqdan sonra, Cavidə məxsus avtomobilə əyləşmək üçün küçəyə çıxmışlar. Daha sonra Cavidin idarə etdiyi avtomobilə əyləşib Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndinin girişinə gəlmişlər. Çünki onlar, Xaçmaz rayonundan Siyəzən rayonuna həmin yol ilə gedən avtobuslarla gedirmişlər. Belə ki, Siyəzən rayonunda iş yerləri az olduğuna görə, Siyəzən rayon sakinləri Xaçmaz rayonuna gələrək fəhlə işləyirmişlər. Ona görə də, Siyəzən rayonundan Xaçmaz rayonuna işləməyə gələnləri gətirib aparmaq üçün avtobuslar işləyir. Beləliklə onlar, Cavidin idarə etdiyi avtomobil ilə Xaçmaz rayonu, Qımıl-Qışlaq kəndinin girişinə gəlmişlər. Onlar, avtomobildən endikdən sonra, Rüfət onlara demidir ki, “siz gedin, mənim Nabran tərəfdə bir az işlərim var”. Bundan sonra o, Taleh və Pərvin Siyəzən rayonuna gedən avtobuslara əyləşib evə getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs nə etməsi ilə bağlı onun hər hansı bir məlumatı olmamışdır. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus bağdan fındıq oğurayıbmış. X6 Həsənovaya məxsus bağdan bir kisə fındıq oğurlamasını o, Xaçmaz RPŞ-nə dəvət edildikdən sonra bilmişdir. Fəhlə işləyən zaman Rüfətin oğurluq etməsindən xəbəri olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, o, ailəsi ilə biflikdə ünvan 2 ünvanında yaşayır. O, təxminən 16-17 ildir ki fındıq alışı ilə məşğul olur. O, aldığı fındıqları Xaçmaz rayonu, Xudat şəhərində yerləşən fındıq zavoduna aparıb satır. Bir qayda olaraq zavoda fındığı gündəlik təhvil verir. Demək olar ki, hər ilin may, iyun və iyul ayları istisna olmaqla, ilin 9 ayının fındıq alıb-satmaqla məşğul olur. O, Rüfət adlı şəxsi tanıdığını bildirmişdir. Belə ki, həmin şəxs, ona 2021-ci ilin avqust ayının ortalarında bir kisə fındıq gətirib satmışdır. O, həmin fındığı Rüfətdən almışdır. Aldığı fındığın müqabilində Rüfətə təxminən 90 manat miqdarında pul vermişdir. O, gündəlik olaraq vətəndaşlardan təxminən bir ton, bir ton yarım fındıq məhsulu almışdır. Bundan başqa, təxminən 2021-ci ilin avqust ayının sonlarında Rüfət ona 11 kisə fındıq məhsulu gətirib satmış, o da, həmin fındıqların müqabilində Təqsirləndirilən şəxs təxminən 980 manat pul vermişdir. Rüfət Fəttullayev ona fındıq satarkən, həmin fındıqların oğurluq olduğunu deməmişdir. Təqsirləndirilən şəxs 25 yaşlarında, saqqallı, orta boylu, arıq bədənli şəxs olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Palçıqoba kəndində yaşayır. O, uzun müddətdir ki, fındıq alışı ilə məşğul olur. Aldığı fındıqları Xaçmaz rayonu, Xudat şəhərində yerləşən fındıq zavoduna aparıb satır. Demək olar ki, hər ilin 9-10 ayından fındıq alış və satışı ilə məşğul olur. 2021-ci ilin sentyabr ayının əvvəllərində, orta boylu, təxminən 23-24 yaşlarında bir nəfər oğlan ona yaxınlaşaraq adının Rüfət olduğunu, 9 kisə fındıq məhsulu olduğunu və həmin fındıqları satmaq istədiyini bildirmişdir. O da, fındıqlara baxdıqdan sonra ala biləcəyimi demişdir. Bundan sonra o, avtomobildə yüklənmiş olan fındıqlara baxmış, pis fındıq olmadığına görə, ala biləcəyini demişdir. O, Rüfətlə danışıb razılaşaraq, həmin vaxt olan bazar qiyməti ilə fındıqları almışdır. Onun Rüfətə həmin vaxt nə qədər məbləğdə pul verməsi və nə qədər miqdarda fındıq məhsulu alması yadında qalmamışdır. Ancaq bircə o yadındadır ki, o, Rüfət adlı şəxsdən 09 kisə fındıq məhsulu almışdır. Təqsirləndirilən şəxs doqquz kisə fındığı ona satan zaman, həmin fındıqların oğurluq olduğunu bilməmiş, bu barədə Təqsirləndirilən şəxs də ona bir söz deməmişdir. Təqsirləndirilən şəxs 25 yaşlarında, saqqallı, orta boylu, arıq bədənli şəxs olmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid2 ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında araşdırılan məhkəməəmtəəşünaslıq ekspertizasının 30 dekabr 2021-ci il tarixli 9/8858 nömrəli ekspert rəyinə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən iri dənəli, quru halda (qabıqlı) və yerli fındığın 2021-ci ilin avqust-sentyabr aylarına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 01 kiloqramı 4,00 manat, 385 kiloqramı 1540,00 manat, 315 kiloqramı 1260,00 manat və 35 kiloqramı 140,00 manat müəyyən olunur. Lakin zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin 30 dekabr 2021-ci il tarixli 9/8858 nömrəli rəyi ilə razılaşmayaraq, ona dəymiş maddi zərərin miqdarının ümumilikdə 2940 (iki min doqquz yüz qırx) manat məbləğində olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında araşdırılan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək Siyəzən rayon məhkəməsinin xx.xx.2014- cü il tarixli hökmü ilə 500 manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 67, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Siyəzən rayon məhkəməsinin xx.xx.2015- ci il tarixli hökmü ilə ilə 03 il müddərinə azadlıqdan məhrum etmə cəzasına və 500 manat cərimə cəzasına məhkum edilmişdir. xx.xx.2018-ci ildə cəzasının sonu ildə azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında araşdırılan Siyəzən rayon İcra və Probasiya şöbəsindən alınmış 01 fevral 2022-ci il tarixli 211/2022-64-1 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikalı CM-nin 67, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il azadlıqdan məhrum etmə və 500 manat cərimə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs cəriməni tam ödədiyi üçün xx.xx.2018-ci il tarixdə şöbənin qeydiyyatından çıxarılmışdır. Təqsirləndirilən şəxs üzərində heç bir çəkilməmiş cəza qalmamışdır. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən məhkumluğu olmamışdır. İş materiallarında olan Siyəzən rayon İHB-nm Yenikən kənd İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, subay, Siyəzən rayonu, Yenikənd kəndində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında araşdırılan Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam ödənilib və onun heç bir şikayəti və tələbi yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin avqust ayının sonlarında gecə saat 23:00 radələrindən 05:00 radələrinədək Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu, Əzizli kəndində yerləşən evin yaxınlığına gedərək həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla, həmin evin həyətyanı sahəsinə düşmüş, daha sonra evin həyətyanı sahəsində saxlanc yeri kimi istifadə olunan yardımçı tikilinin pəncərəsinin dəmir barmaqlıqlarını çıxarıb atdıqdan sonra, həmin yerə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan hər birinin içərisində 35 kiloqram olmaqla 11 kisə fındığı, ümumilikdə 1617 manat dəyərində 385 kiloqram fındığı götürüb aparmaqla oğurluq etmiş, yəni, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2021-ci ilin sentyabr ayının əvvəllərində gecə saat 23:00 radələrindən 23:30 radələrinədək Zərərçəkmiş şəxs1 qızma məxsus Xaçmaz rayonu, Əzizli kəndində yerləşən evin yaxınlığına gedərək həmin yaşayış sahəsində heç kimin olmadığına əmin olduqdan sonra hasardan aşmaqla, həmin evin həyətyanı sahəsinə düşmüş, daha sonra həmin evin həyətyanı sahəsində saxlanc yeri kimi istifadə olunan yardımçı tikilinin pəncərəsindən qanunsuz daxil olaraq oradan hər birinin içərisində 35 kiloqram olmaqla 09 kisə fındığı, ümumilikdə 1323 manat dəyərində 315 kiloqram fındığı götürüb aparmaqla oğurluq etmiş, yəni, təkrar saxlanc yerinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsində zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsi cəzanı yüngülləşdirən hallardan biridir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs təqsirini tam etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, dəymiş zərərin tam ödənilməsi, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmasını (əvvəllər məhkum olunmamasını, ibtidai istintaq zamanı barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin şərtlərinin pozmamasını, yaşayış yerindən müsbət xarakterizə olmasını, törətdiyi əməli səmimi etiraf etməsini, cinayətin digər iştirakçıların ifşa edilməsini, zərərçəkmiş şəxsin şikayətinin olmamasını), həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 22 noyabr 2021-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 24 noyabr 2021-ci il tarixli qərarından, Xaçmaz rayon məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarından, axtarışda olan şəxsin tutulması haqqında 30 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 24 noyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilməklə Xaçmaz rayon X5 Saxlama Yerindən azad edilmiş, Xaçmaz rayon məhkəməsinin 21 aprel 2022-ci il tarixli qərarı ilə barəsində axtarış elan edilməklə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, məhkəmənin müvafiq axtarış qərarı əsasında 30 may 2022-ci il tarixdə axtarışda olan şəxs qismində tutulmuşdur. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək və 30 may 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı cəmi 03 ay 04 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Siyəzən rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə onun məhkəmə iclas zalından dərhal həbsdən azad edilməsi məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasına görə 50 manat məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 noyabr 2021-ci il tarixdən 24 noyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı, habelə 30 may 2022-ci il tarixdən həbsdə saxlanıldığı 03 ay 4 gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 06 ay 08 gün) hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Siyəzən rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Siyəzən rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut yoxdur. İş üzrə mülki iddia yoxdur. İş üzrə müsadirə olunası əmlak yoxdur. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №1(067)-46/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-46/2022
01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver