Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-46/2024 10.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1973-cü ildə Xaçmaz rayonunun Köhnə-Xudat kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, 2-ci qrup əlil, məhkumluğu olmayan, Xaçmaz rayonunun Köhnə-Xudat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış bu fakt o, 30 avqust 2023-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin X10 əməkdaşları tərəfindən Polis Bölməsinə dəvət edilib X10 inzibati binasında onun üzərinə 30 avqust 2023-cü il tarixdə saat 17:40-dan 17:50-dək olan vaxt müddətində şəxsi axtarış keçirilərkən əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Piramida” markalı siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2-ci qrup əili olmaqla son bir neçə aydır ki, bədənində ağrıların olması ilə əlaqədar narkotik vasitə heroindən istifadə edir. 29 avqust 2023-cü il tarixdə axşam saatlarında təkbaşına Xudat şəhərində yerləşən Heydər Əliyev parkında gəzərəkn yerdən 1 ədəd “Piramida” markalı siqaret qutusu tapmış, qutunu götürüb içərisinə baxdıqda siqaret qutusunun içərisində 11-12 ədəd siqaret dənəsinin və 1 ədəd gümüşü rəngli bükümün olduğunu görmüşdür. Bükümü açdıqda içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. Narkotik vasitələrdən istifadə etdiyinə görə həmin bükümü yenidən siqaret qutusunun içərisinə qoymuş, ardınca isə siqaret qutusunu da özü ilə birlikdə götürmüşdür ki, siqaretdən və narkotik vasitədən istifadə etsin. 30 avqust 2023cü il tarixdə axşam saatlarında Xudat şəhəri, Heydər Əliyev küçəsində gəzərkən polis əməkdaşları ona yaxınlaşıb onun narkotik vasitələrin saxlanmasında və daşınmasında şübhəli olduğunu bildirirərək X12 dəvət etmişlər. Bölmədə olarkən hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilinin iştirakı ilə üzərimə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan 1 ədəd bükümdə narkotik vasitə heroini polis əməkdaşlarına könüllü şəkildə təqdim etmiş, ardınca təhqiqatçı tərəfindən həmin büküm götürülüb müvafiq qaydada zərfə qoyularaq qablaşdırılaraq möhürlənmiş və daha sonra o və digər iştirakçılar zərfi imzalamışlar. Əməlindən peşmandır, ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin X10 baş əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xaçmaz rayonunun Köhnə-Xudat kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat aparatına məlumat daxil olduğundan onu saxlamaq qərarına gəlmişlər. Buna görə də 30 avqust 2023-cü il tarixdə, saat 17:00-da Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Xudat şəhəri, Heydər Əliyev küçəsində saxlayaraq X12 dəvət etmişlər. Bölməyə vəkil dəvət olunduqdan sonra vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş və üzərinə video çəkilişlə baxış keçiriləcəyi bildirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Piramida” markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Təhqiqatçı tərəfindən siqaret qutusunun içərisinə baxış keçirilən zaman onun içərisindən 1 ədəd gümüşü rəngli kağız bükümünün olması aşkar edilmiş, həmin büküm açılarkən bükümün içərisində qəhvəyi rəngli kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və bükümün ona məxsus olduğunu bildirmişdir. Aşkar olunmuş bükümdəki kütlənin narkotik vasitə olub-olmamasını müəyyən etmək məqsədilə təhqiqatçı tərəfindən həmin büküm ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və istintaq hərəkətinin iştirakçıları tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz RPŞ-nin Xudat PB-nin polis nəfəri, polis serjantı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Xaçmaz Rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis leytenantı X5 tərəfindən tərtib olunmuş şəxsi axtarış aparılması haqqında 30 avqust 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis X11 Bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd “Piramida” markalı siqaret qutusunun içərisindən 1 ədəd bükümdə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan CD diskə baxış keçirilməsi barədə 05 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə 30 avqust 2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülər olan diskə müstəntiq tərəfindən 05 sentyabr 2023-cü il tarixdə Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında baxış keçirilərkən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin və sonuncunun əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd “Piramida” markalı siqaret qutusunun aşkar edilməsi, onun içərisindən isə 1 ədəd bükümdə narkotik vasitə olan heroinin olmasının görüntüləri öz əksini tapmışdır. Təqsirləndirilən şəxs görüntüdə olan şəxsin özü olduğunu bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 31 avqust 2023-cü il tarixli, 3-16- 16/2-6/4630 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş....” sözləri yazılmış zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,785 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata sərfdən sonra heroinin qalıq çəkisi 1,685 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 12 oktyabr 2023-cü il tarixli 6465 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 06 sentyabr 2023-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1,785 qram çəkidə narkotik vasitə heroin müstəntiq tərəfindən 06 sentyabr 2023-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 1,685 qram təşkil edən narkotik vasitə heroin saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinə təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərinə 30 avqust 2023-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 18-1-43/2-2705/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmünə əsasən sonuncu Azərbaycan Respublikası CM-nin 226.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2001-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli “Amnistiya” qərarının 1.5-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənildiyinə görə hazırda məhkumluğu olmayan şəxs hesab edilir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Köhnə Xudat kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 292 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Köhnə Xudat kəndində yaşayır, ailə tərkibi xx.xx.1974-cü il təvəllüdlü arvadı X2, uşaqları- xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2012-ci il təvəllüdlü X3 ibarətdir. İş materiallarında olan Elektron məhkəmə sistemindən çıxarılmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış bu fakt o, 30 avqust 2023-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin X10 əməkdaşları tərəfindən Polis Bölməsinə dəvət edilib X10 inzibati binasında onun üzərinə 30 avqust 2023-cü il tarixdə saat 17:40-dan 17:50-dək olan vaxt müddətində şəxsi axtarış keçirilərkən əynindəki mavi rəngli cins şalvarın sağ yan cibindən bir ədəd “Piramida” markalı siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,785 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.5ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4-cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar heroin üçün 0,15 qram müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması və himayəsində bir nəfər azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 30 avqust 2023-cü il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən həbsdən azad edilməsi və barəsində barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 01 sentyabr 2023-cü il tarixli qərarından və həmin tarixli “Başqa yerə getməmək haqqında iltizam”dan görünür ki, Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 01 sentyabr 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalı, cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 10 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərfdən sonra qalıq çəkisi 1,685 qram təşkil edən narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini özündə əks etdirən bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 88 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 avqust 2023-cü il tarixdən 01 sentyabr 2023-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 10 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təhqiqata sərfdən sonra qalıq çəkisi 1,685 qram təşkil edən narkotik vasitə heroin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 81 (səksən bir) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-46/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-46/2024
10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver