Məhkəmə qərarları › İş №1(067)-46/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-46/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-46/2025 04.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 Əbdul oğlunun iştirakları ilə xx.xx.1982-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 barəsində «həbs» növündə qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda - 34,27 qram çəkidə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxil olan narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə saat 19:55-də yuxarıda qeyd edilən ünvanda idarə etdiyi “Vaz 2109” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq idarə etdiyi avtomobil ilə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin gün saat 21:23-dən etibarən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd göy rəngli zolaqlı şalvarın sağ yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 16 ədəd bükümdə tərkiblərinə görə eynilik təşkil edən ayrı-ayrılıqda çəkiləri 2,09 qram, 3,70 qram, 1,36 qram, 2,35 qram, 2,13 qram, 2,12 qram, 1,55 qram, 1,52 qram, 1,97 qram, 1,71 qram, 1,40 qram, 1,89 qram, 2,61 qram, 2,62 qram, 3,66 qram və 1,59 qram olmaqla ümumilikdə təmiz çəkisi 34,27 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs öz hərəkətləri Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmə kimi qiymətləndirilmş və ona həmin maddə ilə ittiham elan edilmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilir. O, maşın ustası olmaqla qaynaqçı işləyir. Narkotik vasitə olan marixuananı aldığı şəxs onun müştərisi olmuşdur. Həmin şəxs onun yanına gələrək ucuz qiymətə marixuana satdığını bildirmiş və o, hər bir bükümünü 5 manatdan olmaqla ondan almışdır ki, 5-6 ay özü istifadə etsin. İşdən çıxıb evə gedərkən, evin yaxınlığında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu saxlamışlar. O, həmin şəxsin adını bilmədiyini, onun müştərisi olduğunu və Şabran şəhər sakini kimi tanıdığını demişdir.O, marixuana istifadəçisi olsa da, heç kəsə marixuana satmadığını bildirmişdir. Həmin şəxs marixuanaları büküm şəklində satdığı üçün onları büküm ilə almışdır. O, həmin şəxsdən ümumi olaraq 16 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuana almışdır. Həmçinin bildirmişdir ki, marixuanaları aldıqda bükümlərin hansı çəkilərdə olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, təxminən 10 ilə yaxındır ki narkotik vasitə olan qurudulmuş marixuanada istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana bükümlərini dəqiq xatirində deyil təxminən 2-3 il bundan əvvəl şəxsi istifadəsi məqsədi ilə Xaçmaz rayonda meşəlik sahədə əkdiyi çətənə bitkisindən əldə etmişdir. Həmin əkdiyi çətənə bitkisindən təxminən 2 kiloqrama yaxın qurudulmuş marixuana əldə etmişdir. Tutulduğu günə kimə əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı hissəhissə özü istifadə etmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuana bükümlərinidə şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Üzərində narkotik vasitə olmasından heç kimin məlumatı olmamış və bu barədə heç kimə məlumat verməmişdir. 20 iyun 2024-cü il tarixdə saat 19:55-də ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Vaz 2109” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları ondan özünü təqdim etməsini xahiş etmişlər, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq satışı ilə məşğul olmaqda şübhəli olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat- axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. Yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, üstündə adını “marixuana” kimi bildiyi narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə Xaçmaz Rayon Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində olan zaman hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Üzərində narkotik vasitə, psixotrop maddə varsa, təqdim etməyi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan tünd göy rəngli zolaqlı' şalvarın sağ yan cibindən 16 ədəd ağ rəngli sellofan bükümləri, həmin şalvarın sol yan cibindən açarları və arxa sağ cibindən 100 manat pul ilə plastik bank kartı və plastik market kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Üstündən sonradan əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra tərəfindən təqdim etdiyi əşyalara polis^əməkdaşı tərəfindən baxış keçirilməyə başlanılmışdır. İlk öncə təqdim etdiyim 01 ədəd “Leo” banka aid plastik pul kartına baxış keçirilmiş, sonra üzərində “Ailə market” sözləri yazılmış plastik karta və 100 manat pula baxış keçirilmişdir. Şifahi sorğu zamanı 100 manat pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini bildirmişdir. Açarlara baxış keçirərkən isə həmin açarların idarə etdiyi avtomobilə və yaşadığı evə aid olduğunu bildirmişdir. Bundan sonra 100 manat pul, plastik market kartı və açarlar ona geri qaytarılmışdır. Daha sonra təqdim etdiyi 16 ədəd ağ rəngli sellofan bükümlərə baxış keçirilmiş və həmin bükümlərin hər birinin içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı həmin marixuanaya bənzər kütlələrin özünə məxsus olmasını, 4-5 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, üstündən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlələri 2-3 il əvvəl hazırda ünvanını xatırlamadığı Xaçmaz rayonu ərazisində yerləşən meşəlikdə şəxsi istifadəsi üçün əkib-becərərək qurudub saxladığını, həmin kütlələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 16 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr polislər tərəfindən qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra razılığı ilə idarə etdiyi “VAZ 2109” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, lakin baxış zamanı avtomobildən hər hansı bır qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilmiş suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, çətənə bitkisi əkdiyi yerin yadında olmadığını, bunun üzərindən uzun müddət keçdiyini, buna görə çətənə bitkisi əkdiyi yerin yadında olmadığımdan yerini göstərə bilmədiyini, təxminən 10 gün bundan əvvəl istifadəsində olan mobil telefon ehtiyatsızlıqdan əlindən yerə düşərək yararsız hala gəldiyini, buna görə istifadəsində olan telefonu yararsız hala düşdüyündən tulladığını, 20 iyun 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin həyətində odun doğrayarkən taxtanın gözünə dəyməsi nəticəsində sağ gözünün üst nahiyəsindən xəsarət aldığını, bundan əlavə həmin tarixdə həyətyanı sahəsində çalışan zaman ağac budaqları sağ və sol qolunun üzərində cızıq formaları izlər saldığını və bununla bağlı heç kimdən heç bir şikavət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid bildirdi ki, 19 iyun 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat raport vasitəsi ilə rəhbərliyə məruzə olunduqdan sonra 3 nəfərdən ibarət əməliyyat qrupu yarıdıldı. Həmin əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra həm əməliyyat tədbirlərin keçirilməsi barədə qərar qəbul olundu. Daha sonra onlar 20 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs etimal olunan yerə,yəni Xaçmaz şəhərinə yollanmışlar. Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində “Vaz 2109” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilin yanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla idarə etdiyi avtomobil ilə Xaçmaz RPŞ-nin inzibati binasına gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış və götürülmə prosesi həyata keçirildi. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmet olduğunu bildirdikdə həmin şəxs şalvarın cibindən 16 ədəd bükümdə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim elədi və həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirdi. Təxminən 2-3 gün bundan əvvəl Xaçmaz şəhər ərazisində meşəli ərazidə özünün şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs “Vaz 2109” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, lakin avtomobilindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Şahid Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 19 iyun 2024-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək üstündə saxlaması, eləcə də daşıması bildirilmişdir. Həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə bağlı əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik mənə həvalə edilmişdir. 20 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Xaşmaz şəhəri ərazisində olması ilə əlaqədar məlumat daxil olmuş və onlar əməliyyat qrupunun digər üzvləri ilə birlikdə onun olması ehtimal olunan əraziyə, yəni Xaçmaz getmişlər. 20 iyun 2024-cü il tarixdə saat 19:55-də ünvan 1 ünvanının yaxınlığında “Vaz 2109” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilin yanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla idarə etdiyi avtomobil ilə Xaçmaz RPŞ-nin inzibati binasına gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasının xidməti otaqlarının birində Baş İdarənin təhqiqatçısı Arif Rzayev tərəfindən həmin şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi izah edilmişdir. Bundan sonra 20 iyun 2024-cü il tarixdə saat 21 radələrdə Xaçmaz RPŞ-nin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində şəxsi axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra o şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edilərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üstündə adını “marixuana” kimi bildiyi narkotik vasitə olduğunu bildirərək əynində olan tünd göy rəngli zolaqlı şalvarın sağ yan cibindən 16 ədəd ağ rəngli sellofan bükümləri, həmin şalvarın sol yan cibindən açarları və arxa sağ cibindən pul əskinası ilə plastik bank kartı və plastik market kartını çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üstündən sonradan əlavə, hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim olunmuş əşyalara baxış keçirilməyə başlanılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pulun özünə məxsus olduğunu və hər hansı bir cinayət yolu ilə əldə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi açarların idarə etdiyi avtomobilə və yaşadığı evə aid olduğunu bildirmişdir. Bundan sonra pul, plastik market kartı və açarlar onun özünə geri qaytarılmışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 16 ədəd ağ rəngli sellofan bükümlərə baxış keçirilmiş və həmin bükümlərin hər birinin içərisində bitki mənşəli, yaşıl rəngli, xüsusi spesifik iyə malik olan, narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin marixuanaya bənzər kütlələrin ona məxsus olmasını, özünün 4-5 ilə yaxındır ki, narkotik vasitə istifadəçisi olduğunu, üstündən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər kütlələri 2-3 il əvvəl hazırda ünvanını xatırlamadığı Xaçmaz rayonu ərazisində yerləşən meşəlikdə şəxsi istifadəsi məqsədi ilə əkib-becərərək qurudub saxladığını, həmin kütlələrdən heç kimə satmadığını, hədiyyə və ya pay qismində vermədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 16 ədəd şəffaf rəngli sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Həmçinin Təqsirləndirilən şəxs şifahi sorğu zamanı sağ göz nahiyyəsinin üstündə olan xəsarəti saxlanıldığı gün, yəni 20 iyun 2024-cü il tarixdə səhər saatlarında yaşadığı evin həyətində odun doğrayarkən taxtanın gözünə dəyməsi nəticəsində aldığını bildirmişdir. Şəxsi axtarış və götürmə protokolunun tərtibatından sonra “Vaz 2109” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında 20 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materillarında olan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müstəntiqi, polis baş leytenantı Süleyman Süleymanovun cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə etməsi, saxlaması və daşıması faktına görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. İş materillarında olan şəxsi axtarış aparılması haqqında 20 iyun 2024-cü il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edilmiş Təqsirləndirilən şəxs üzərinə şöbənin inzibati binasında şəxsi axtarış keçirilərkən əynində tünd göy rəngli zolaqlı şalvarın sağ yan cibindən ağ rəngli sellofan bükümlərdə 16 ədəd narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarında olan baxış və götürmə aparılması haqqında 20 iyun 2024-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Vaz 2109” markalı, **- BP-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobildən iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə məhkəmə-bioloji ekspertizasına dair 21 iyun 2024-cü il tarixli məhkəmə-bioloji ekspertizasının 3-16-16/2-7/1013 rəyində göstərilmişdir ki; Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş...” sözləri yazılmış paketdə 16 (on altı) ədəd şəffaf sellofan paketdə hər birinin içərisində ağ rəngli sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1)2,09 qram, 2) 3,70 qram, 3) 1,36 qram, 4) 2,35 qram, 5) 2,13 qram, 6) 2,12 qram, 7) 1,55 qram, 8) 1,52 qram, 9) 1,97 qram, 10) 1,71 qram, 11) 1,40 qram, 12) 1,89 qram, 13) 2,61 qram, 14) 2,62 qram, 15) 3,66 qram və 16) 1,59 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən küstar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalardır. Ümumi çəkisi - 34,27 qramdır. Tədqiqata təqdim olunmuş olan 16 (on altı) ədəd ağ rəngli sellofan bükümdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuananın ümumi çəkisi-34,27 qram, tədqiqata sərf edildi - 0,8 qram (hər 1-16 №-li obyektdən 0,05 qram tədqiqata götürüldü), qalıq - 33,47 qramdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında 22 iyun 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham edilmişdir. İş materiallarında olan Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-839/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri secilmişdir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin 28 iyun 2024-cü il tarixli, 5(067)-171/2024 saylı qərarından görünür ki, məhkəmənin həmin qərarına əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 19 iyun 2024-cü il tarixli qərarı qanuni hesab edilmişdir. İş materiallarında olan maddi sübut hesab edilməsi haqqında 01 iyul 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və tədqiqatdan sonra qalan 33,47 qram qurudulmuş marixuana saxlanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanc yerinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İƏD-nin nümayəndəsi tərəfindən verilmiş 22 iyul 2024-cü il tarixli 1964 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2005-ci il təvəllüdlü X3, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X6 adlı ikisi yetkinlik yaşına catmaqla üç uşağı vardır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xudat şəhər İƏDnin nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görürün ki, Təqsirləndirilən şəxs yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa çalışmış, ətrafındakılara qarşı mehriban olmuşdur. Şəhərin ictimai işlərində fəal iştirak etmişdir. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxsn məhkum olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 4330 nömrəli rəyində göstərilmişdir ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs KANNABİOİDLƏRİN qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.” İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 30 avqust 2024-cü il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 34,27 qram narkotik vasitə qurudulmuş marixuana müstəntiq tərəfindən 01 iyul 2024-cü il tarixli qərar ilə maddi sübut hesab olunmuş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 33,47 qram təşkil edən narkotik vasitə narkotik vasitə qurudulmuş marixuana saxlanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanc yerinə təhvil verilmiş, eləcə də Təqsirləndirilən şəxs üzərinə 20 iyun 2024-cü il tarixdə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd «CD» formatlı disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut hesab olunaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş cinayət işi üzrə materialın ayrılması üzrə 30 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 34,27 qram çəkidə narkotik vasitə qurudulmuş marixuanın əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədilə ********* nömrəli cinayət işindən material ayrılsın və zəruri sənədlərin surəti əlavə edilərək icraatına qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 30 avqust 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə yenidən ittiham elan olunmuşdur. İş materiallanda olan Nərimanov rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1101/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, yəni 20 oktyabr 2024-cü il tarixə kimi uzadılmışdır. Məhkəmə yuxarıda sadalanan ifadələri, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutları məcmu halda qiymətləndirərək, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitələri əldə edərək saxlama cinayətini satış məqsədi ilə törətmiş olması barədə yanlış qənaətə gələrək, onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Belə ki, iş materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi bilinməsi barədə nəticəyə gələrkən yalnız Şahid mücərrəd və ehtimala əsaslanan dəqiqləşdirilməmiş ifadəsinə istinad etmiş, gəldiyi nəticəni digər sübutlarla yetərincə əsaslandırmamışdır. Məhkəmə ilk olaraq qeyd edir ki, ibtidai istintaq zamanı təqsirləndirilən şəxsin narkotik vasitə satdığını bildirmiş yeganə şahid və ibtidai istintaq orqanının “narkotik vasitənin satış məqsədi ilə bağlı” gəldiyi nəticəsini təsdiqləyən ifadəsi alınmış yeganə Şahid məhkəmə iclasında ifadə verərək, bildirmişdir ki, 19 iyun 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs barəsində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat raport vasitəsi ilə rəhbərliyə məruzə olunduqdan sonra 3 nəfərdən ibarət əməliyyat qrupu yarıdıldı. Həmin əməliyyat qrupuna rəhbərlik ona həvalə olunmuşdur. Bundan sonra əməliyyat tədbirlərin keçirilməsi barədə qərar qəbul olundu. Daha sonra onlar 20 iyun 2024-cü il tarixdə Təqsirləndirilən şəxs etimal olunan yerə,yəni Xaçmaz şəhərinə yollanmışlar. Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsində “Vaz 2109” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilin yanında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşayan bir nəfər şəxsin olduğunu müəyyən etmişlər. Həmin şəxsə yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşları olduqlarını bildirib, ondan özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bu zaman həmin şəxsə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu barəsində qəbul edilmiş qərarla tanış etmiş və onu Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. O da etiraz etmədən onlarla idarə etdiyi avtomobil ilə Xaçmaz RPŞ-nin inzibati binasına gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunaraq, hüquq və vəzifələri izah edilmiş və bundan sonra videoçəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış və götürülmə prosesi həyata keçirildi. Təqsirləndirilən şəxs könüllü olaraq üzərində qanunla qadağan olunmuş hər hansısa əşya və ya predmet olduğunu bildirdikdə həmin şəxs şalvarın cibindən 16 ədəd bükümdə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim elədi və həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirdi. Təxminən 2-3 il bundan əvvəl Xaçmaz şəhər ərazisində meşəli ərazidə özünün şəxsi istifadəsi üçün əkdiyini bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs “Vaz 2109” markalı, **-BP-*** qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş, lakin avtomobilindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsi iş materialları ilə əlaqəli şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, həmin şahidin ifadəsində bildirdiyi “Təqsirləndirilən şəxs narkotik vasitə satmasına dair xüsusatlar” heç biri əsaslı dəlillə öz təsdiqini tapmır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin digər şəxslərə narkotik vasitə satması iş materiallarında olan digər sübutlarla da öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, Şahid ifadəsi Təqsirləndirilən şəxs narkotik vasitə satmasını təsdiqləyən sübut növü kimi qəbul edilməməlidir. Yuxarıda sadalananlara əsasən, məhkəmə hesab edir ki, Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsinə tənqidi yanaşılmalı və işin digər halları ilə təstiq olunmadığından obyektiv həqiqəti kimi qiymətləndirilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 33.1 və 33.3-cü maddəsinin tələblərinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respkublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 2-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvenisyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsidir. Məhkəmə cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübut olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 125.2-ci maddəsinə əsasən, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: Həmin Məcəllənin 125.2.7-ci maddəsinə əsasən, istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; Həmin Məcəllənin 125.2.9-cu maddəsinə əsasən, məhkəmə iclasında məlum olmayan şəxsdən, yaxud müəyyən olunmayan mənbədən alındıqda. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Bununla yanaşı məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarının 2-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair əməlləri təsbit edən CM-in 26-cı fəslində yer alan cinayət hüquqi normalar əsasən blanket quruluşa malik olmaqla əməlin cinayət xarakterli olduğunu göstərmək üçün onunla müvafiq normativ hüquqi aktların müddəalarının müqayisə edilməsini, bu müddəalar nəzərə alınmaqla əməlin hüquqi qiymətləndirilməsinin aparılmasını tələb edir. O, cümlədən, narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin araşdırılmasında mühüm əhəmiyyət kəsb edən bir sıra cinayət-hüquqi kateqoriyalara dair izahların “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 959-İİQ nömrəli Qanununun (bundan sonra – Qanun) 1-ci maddəsində təsbit edildiyi nəzərə alınaraq, həmin izahlar, eləcə də baxılan ittihamın qanuni həlli üçün əhəmiyyətli olan Qanunun digər müddəaları rəhbər tutulmalı, düzgün təfsir olunaraq tətbiq edilməlidir. Plenum Qərarının 9-cu bəndində izah olunur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, əməlin Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilməsi üçün ilk olaraq aşkar olunmuş narkotik vasitənin əldə edilməsinin, saxlanılmasının, daşınmasının, hazırlanmasının və s. hərəkətlərin satış məqsədi ilə edilməsi sübuta yetirilməlidir. Narkotik vasitə satış məqsədi olmadan qanunsuz olaraq əldə olunaraq saxlanılırsa, həmin əməl narkotik vasitənin şəxsi istehlak miqdarından artıq istənilən miqdarda olduğu halda da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin tərkibini yaradır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs narkotik vasitənin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsi heç bir sübutla əsaslandırılmamış, təqsirləndirilən şəxsin hansısa qazanc əldə etməsi, eləcə də hansı şəxsi maraq naminə maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi iş üzrə müəyyən olunmamışdır. Həmin qərarda həmçinin qeyd edilir ki, məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməlini qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən işin halları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə əsasən tam və hərtərəfli araşdırılmamış, gəldiyi nəticənin həqiqətə uyğunluğu barədə öz mövqeyini yetərincə əsaslandırmamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsində sübutların kifayət etməməsinə yetərincə diqqət yetirməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsinin Velikova Bolqarıstana qarşı 04 oktyabr 2000-ci il tarixli qərarında göstərilir ki, “Əsaslı şübhə yeri qoymayan” sübut standartları sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin yaxud faktlara əsaslanan anoloji təkzibedilməz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlaması etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə tərəfindən araşdırılmış və tədqiq edilmiş işin digər materialları ilə tam təsdiq olunur. Lakin əməlin hüquqi tövsifi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli olduğu halda, ibtidai istintaq orqanı düzgün olmayaraq onun əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin hazırlanması üçün avadanlığın olması, yəni təqsirləndirilən şəxsin evindən aşkar edilmiş ümumilikdə 34,27 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustarüsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi və ya saxlaması nə işdə olan sübutlarla, nə də ki, şahid ifadələri ilə öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə etməsinə dair hər hansı bir mötəbər sübut olmadığı halda, sadəcə ibtidai istintaqda verdiyi ifadəsini və təqsirləndiirlən şəxslə üzləşməsini təsdiq etməyən Şahid ifadəsinə və aşkar edilmiş ümumilikdə 34,27 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırladığı narkotik vasitə qurudulmuş marixuananın bükümlərdə olmasına əsaslanaraq Təqsirləndirilən şəxs əməlinin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və ya saxlaması kimi tövsif edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə görə, həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla özünün istehlakı üçün narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək saxlamış, daşımış və bununla da, həmin hərəkətləri ilə o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə, narkotik vasitə olan marixuananın şəxsi istehlak miqdarından artıq miqdarı qurudulmuş halda 5 qramdan artıq olması, külli miqdarı isə 500 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin yaşadığı evdən aşkar olunmuş narkotik vasitə - qurudulmuş marixuananın ümumilikdə xalis çəkisi 34,27 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirildiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himiayəsində azyaşlı uşağının olmasını, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut olan, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 33,47 qram təşkil edən narkotik vasitə narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 89 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2024-cü il tarixdən il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, İş üzrə maddi sübut olan, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlanc yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 33,47 qram təşkil edən narkotik vasitə narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə məhkəmə-bioloji ekspertizasının xərci olan 89 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM NƏRMİN ABİYEVA.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar