Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-47/2022 27.04.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1987-ci ildə Quba rayonunun Söhüb kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olmaqla Xaçmaz şəhəri, Dağıstan küçəsi ev 92-də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində sərxoş vəziyyətdə, Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasının yaxınlığında dayanan Zərərçəkmiş şəxs Əlibaba oğluna məxsus Vaz-2106 markalı, ** BD *** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun zərərçəkmiş şəxslə tanışlığı olmamış, əvvəllər tanımamışdır. O, avtomobil təmiri ustasıdır. Zərərçəkmişin avtomobilini küçədə görmüş və həmin avtomobili icazəsiz idarə edərək Quba rayonuna gedib qayıtmışdır. Quba rayonundan qayıtdıqdan sonra zərərçəkmişin avtomobilini yaşadığı ünvana yaxın küçələrin birində saxlayıb düşərək evinə getmişdir. Həmçinin bildirdi ki, zərərçəkmişin avtomobilini götürdüyü vaxt çoxlu ağrıkəsici dərman qəbul etdiyindən nə etdiyini bilməmiş, anlaqsız olmuş, anlaqsız olsa da, Quba rayonuna rahat gedib-qayıtmağının necə baş verdiyini bilmir, Quba rayonuna niyə görə getdiyini xatırlamamış, həmin vaxt anlaqsız olmuş, Quba rayonundan qayıtdıqdan sonra qaçırdığı avtomobili, avtomobilin onun olduğunu zənn etdiyi həmin tanışının evinin yaxınlığında saxlayaraq düşüb evinə getmişdir. Əlavə olaraq bildirdi ki, Quba rayonuna getmək üçün zərərçəkmişin avtomobilini qaçırmışdır, belə ki, Quba rayonuna orada bir şəxsdən pul almalı olmuş və buna görə Qubaya getmişdir. Üzərində pul olmadığından taksi çağırmamış, tanışının, yəni usta yoldaşının avtomobilini lazım olanda götürüb getmiş, həmin gün isə tanışına zəng çatmamışdır. Zərərçəkmişin avtomobilini Xaçmaz RPŞ-nin yaxınlığından, küçədən qaçırmış, həmin avtomobilə arxa qapısını açaraq əyləşmiş, həmin avtomobilin işəsalma açarının yerini çıxarıb oradakı naqilləri bir-birinə toxunduraraq avtomobili işə salmış və sürərək getmişdir. Törətdiyi cinayət əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödədiyini və zərərçəkmişlə barışdıqlarını bildirərək barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs Əlibaba oğlu ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəridir. O, həmin avtomobilini qaçırılan gün Qaz idarəsinin yanında, Xaçmaz RPŞ-nin yaxınlığında küçədə saxlamışdır. Avtomobili qaçırılan gecə o, xidmətdə olmuşdur. Səhər saatlarında xidmətdən çıxanda avtomobilinin yerində olmadığını gördmüş, bu barədə raportla Xaçmaz RPŞ-nin rəhbərliyinə məlumat vermişdir. Sonra isə polis nəfəri Şahid ona zəng edərək demişdir ki, avtomobili onların küçəsindədir. O, gedib avtomobilini oradan götürmüşdür. Müşahidə kameralarına baxanda məlum olmuşdur ki, avtomobilini Təqsirləndirilən şəxs qaçırmışdır. Həmçinin bildirdi ki, müşahidə kamerlarına baxanda məlum olmuşdur ki, təqsirləndirilən avtomobilini gecə saat 01-də qaçırmış, təqsirləndirilən “İzmayılovka” adlanan yaşayış ərazisi tərəfdən gələrək avtomobilinin qabaq qapısını açmaq istəyəndə bağlı olduğunu görmüş, arxa qapını açaraq avtomobilə daxil olmuş və sürərək getmişdir. Həmin vaxt avtomobilinin arxa qapısı nasazlıq səbəbindən kilidlənməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanın tamamilə ödənildiyini, təqsirləndirilənə qarşı şikayətçi olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəridir, zərərçəkmiş şəxslə iş yoldaşıdırlar. Zərərçəkmişin avtomobilinin qaçırılması barədə məlumatlandırılmışlar. O, səhər saatlarında evindən küçəyə çıxanda zərərçəkmişin avtomobilinin yaşadığı küçədə, qonşunun evinin yaxınlığında olduğunu görüb zərərçəkmişə zəng edib bu barədə bildirmişdir. İş materiallarında olan 10 noyabr 2021-ci il tarixli raportdan və həmin tarixli izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs Əlibaba oğlu polis nəfəri kimi işlədiyi Xaçmaz RPŞ-də xidmətdə olması ilə əlaqədar 09.11.2021 ci il tarixdə, saat 20 radələrində özünə məxsus VAZ 2106 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilini Xaçmaz şəhəri, Heydər Əliyev prospektində saxlayaraq polis nəfəri kimi xidmətə başlamış, 10.11.2021-ci il tarixdə, saat 09 radələrində xidmət vaxtı başa çatdığından Xaçmaz RPŞ-yə gələrək təlimatda iştirak etmiş və bundan sonra yaşadığı ünvana getmək üçün avtomobilini saxladığı yerə gələndə avtomobilinin saxladığı yerdə olmadığını görmüş, ətrafa nəzər salmış və başa düşmüşdür ki, avtomobilini qaçırmışlar. Bundan sonra polis şöbəsinə raportla məlumat vermişdir. 10.11.2021-ci il tarixdə, saat 11 radələrində o bilmişdir ki, avtomobili polis əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Xəzər küçəsində aşkar olunmuşdur. O, avtomobilinin aşkar olunduğu həmin yerə gedərək avtomobilinə nəzər yetirmiş, hər hansı zədə izlərinin olmadığını, avtomobilindən hər hansı əşyanın götürülmədiyini müəyyən etmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən olunur ki, zərərçəkmiş şəxs avtomobilini saxladığı yeri əyani olaraq göstərmiş, həmin yerdə avtomobilinə aid hər hansı iz, şüşə, yaxud digər qırıntılar aşkar edilməmişdir. İş materiallarında olan raportdan, “Baxış keçirilməsi haqqında” 10 noyabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri Şahid Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng vuraraq Zərərçəkmiş şəxs Əlibaba oğluna məxsus VAZ 2106 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin Xaçmaz şəhəri, Xəzər küçəsində olması barədə məlumat vermişdir. Bundan sonra həmin avtomobilin aşkar olunduğu yerə gedilərək baxış keçirilmiş və avtomobilin üzərində hər hansı zədə, əzik aşkar olunmamışdır. Baxışda iştirak etmiş zərərçəkmiş şəxs avtomobilin içərisinə baxaraq avtomobilindən heç bir əşyanın götürülmədiyini bildirmişdir. İş materiallarında olan “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” 07 dekabr 2021-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, həmin tarixdə iş üzrə Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılaraq müəyyən edilmişdir ki, polis əməkdaşlarının cinayət əməlini törətdiyi yeri göstərməsi təklifindən sonra təqsirləndirilən şəxsin göstərdiyi istiqamətdə gedilərək Xaçmaz şəhəri, H.Əliyev prospektinə gedilmiş və Təqsirləndirilən şəxs H.Əliyev prospektində yerləşən Xaçmaz RPŞ-nin inzibati binasının yaxınlığında yolun sağ kənarını göstərərək bildirmişdir ki, 10 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində Vaz-21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil həmin yerdə dayanmış və o, avtomobilin sol arxa qapısı üzərində olan şüşəni aşağı salıb qapını açdıqdan sonra sükan arxasında əyləşib idarə edərək Quba şəhərinə gedib qayıtdıqdan sonra Xaçmaz şəhəri, Xəzər küçəsinə gələrək avtomobili həmin küçədə saxlayıb evinə getmişdir. Bundan sonra Xaçmaz şəhəri, Xəzər küçəsinə gedilmiş və Təqsirləndirilən şəxs həmin küçədə yolun sağ kənarını göstərərək bildirmişdir ki, Quba şəhərindən gəldikdən sonra avtomobili həmin yerdə qoyaraq evinə getmişdir. İş materiallarından müəyyən edilir ki, VAZ 21061 markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs Əlibaba oğluna məxsusdur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə həmin Məcəllənin 185.1ci maddəsinin tərkibini yaradır. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, təqsirkar CM-nin 185-ci maddəsində nəzərdə tutulmuş əməli törətməklə təkcə avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüquqlarını pozmur, həm də yol hərəkəti qaydalarını təhlükə altına alır. Qaçırılmış nəqliyyat vasitəsindən başqa cinayətlərin törədilməsi üçün istifadə edilməsi təhlil edilən əməlin təhlükəliliyini xeyti artırmış olur. Bu cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Bu cinayət obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada) ifadə olunmuşdur. Qaçırma - başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Avtomobil və ya başqa nəqliyyat vasitəsi onun sahibi və ya buna səlahiyyəti olan şəxs tərəfindən istənilən yerdə (küçədə, qarajda, dayanacaqda, müəssisənin ərazisində, digər yerdə) saxlanıla bilər. Dayanacaq daimi və ya müvəqqəti ola bilər. Avtomobili və ya başqa nəqliyyat vasitəsini qaçırma mahiyyətcə həmin nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya sair qanuni sahibinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlərdən ibarətdir. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Nəqliyyat vasitəsini aparma mühərrikin köməyi ilə, habelə maşının əllə bir yerdən başqa yerə hərəkət etdirilməsi yolu ilə həyata keçirilə bilər. Nəqliyyat vasitəsi əvvəlki yerinə qaytarıldığı, yaxud hər hansı başqa yerdə qoyulduğu və ya onu aparan şəxsin tutulduğu andan cinayət başa çatmış sayılır. Bu cinayətin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırma talamadan nəqliyyat vasitəsinə yiyələnmə məqsədinə görə fərqlənir. CM-in 185-ci maddəsi nəqliyyat vasitəsinin müvəqqəti istifadə üçün qaçırılmasını nəzərdə tutur. Əgər qaçıran şəxs nəqliyyat vasitəsini daimi olaraq öz istifadəsinə, sahibliyinə, sərəncamına keçirmək məqsədi güdürsə, əməl əmlakın talanması hesab olunur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 10 noyabr 2021-ci il tarixdə, saat 01 radələrində sərxoş vəziyyətdə, Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasının yaxınlığında dayanan Zərərçəkmiş şəxs Əlibaba oğluna məxsus Vaz-2106 markalı, ** BD *** qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işində zərərçəkmiş şəxs X3 ərizəsindən və həmin cinayət işi üzrə Təqsirləndirilən şəxs ərizəsindən müəyyən edilir ki, zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs barışdıqlarından onlar bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata hissəvi xitam verilməsi haqqında” 08 fevral 2022-ci il tarixli qərardan müəyyən edilir ki, cinayət işinin Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə bağlı həmin hissəsində Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə, CPM-nin 39.1.11, 40.3-cü maddələrinə əsasən cinayət işi üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, Xaçmaz rayon icra və probasiya şöbəsinin 02 fevral 2022-ci il tarixli məktubundan və məktuba əlavə edilmiş “Amnistiya aktının tətbiq edilməsi barədə” 04 iyun 2013-cü il tarixli qərarın surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı ünvanda ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Çalışmışdır ki, qohum-qonşular ondan narazı qalmasınlar. Barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Əlibaba oğlunun 10 mart 2022-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyan tam ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, zərərçəkən şəxsə vurduğu zərərin ödənilməsini, zərərçəkən şəxsin ona qarşı şikayəti və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. Cəzasının icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət təqsirləndirilən şəxsin yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” 08 fevral 2022-ci il tarixli protokoldan və “Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 08 fevral 2022-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq 01 (bir) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma (tutulma) müddəti, yəni 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 02 (iki) gün müddət ona təyin olunacaq azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00dan səhər saat 08:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 185.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 08:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-47/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-47/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver