Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-47/2023 22.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə
1. xx xxxx 1998-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə;
2. xx.xx.1999-ci ildə Xaçmaz rayonunun Qaraqurtlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Xaçmaz rayonunun Qaraqurtlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq
MÜƏYYƏN ETDİ :
Təqsirləndirilən şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonunun Qaraqurtlu kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etməyi razılaşdıraraq, bu məqsədlə 06 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində idarə etdiyi “Vaz-2109” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı həmin evin qarşısına gəlib, qabaqcadan razılaşdıqları kimi evin yaxınlığında küçədə pusquda dayanıb kənar şəxslərin yaxınlaşmasına nəzarət edərək Təqsirləndirilən şəxs2 oğurluq etməsinə şərait yaratmaqla sonuncunun həmin evin həyətinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən həyətdəki talvarın altına yığılmış 4 ədəd kisədə olan 130 kq fındıq məhsulunu gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 həmkəndlisi Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonunun Qaraqurtlu kəndində yerləşən fərdi yaşayış evindən oğurluq etməyi razılaşdıraraq, bu məqsədlə 06 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Təqsirləndirilən şəxs1 idarə etdiyi “Vaz-2109” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı həmin evin qarşısına gəlib, qabaqcadan razılaşdıqları kimi Təqsirləndirilən şəxs1 evin yaxınlığında küçədə pusquda dayanıb kənar şəxslərin yaxınlaşmasına nəzarət edərək onun oğurluq etməsinə şərait yaratmasından istifadə edib, həmin evin həyətinə hasardan qanunsuz daxil olmaqla saxlanc yeri hesab edilən həyətdəki talvarın altına yığılmış 4 ədəd kisədə olan 130 kq fındıq məhsulunu gizli şəkildə talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını açıq talama məqsədilə 31 yanvar 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 məxsus olan ünvan 2 ünvanında yerləşən “Appetite” marketə daxil olaraq həmin gün saat 12:29-dan 12:36-dək olan müddətdə marketin yağlar yığılan rəfinə yaxınlaşıb oradan birinin dəyəri 17 manat 90 qəpik olmaqla ümimi dəyəri ümumilikdə 179 manat təşkil edən 10 ədəd 1 kiloqramlıq “Belaya korova” markalı kərə yağlarını qanunsuz götürmüş, daha sonra marketin qapısına yaxınlaşaraq, həmin vaxt marketin kassiri Şahid2 onun arxasınca gəlməsinə və səsləyərək dayanmasını tələb etməsinə əhəmiyyət vermədən hadisə yerindən uzaqlaşmaqla sonuncunun gözü qarşısında ümumilikdə 179 (yüz yetmiş doqquz) manat dəyərində “Belaya korova” markalı kərə yağlarını açıq talayaraq təkrar soyğunçuluq etmiş, yəni təkrar özgənin əmlakını açıq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 2022-ci ilin fevral ayının ortalarında yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və şəxsiyyəti istintaqa məlum olmayan "Elnur" adlı taksi sürücüsünün idarə etdiyi “Vaz 2106” markalı avtomobillə Xaçmaz rayonunun Qaraqurtlu kəndi ərazisində, Xaçmaz-Niyazabad kənd yolunun sağ tərəfində, "Şabran" kafesindən təxminən 100 metr məsafədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus arı yeşiklərinin olduğu pay torpağı sahəsinə gedərək taksi sürücüsünə həmin bağ sahəsinin özünə məxus olmasını bildirmiş, oraya qoyulmuş hər birinin dəyəri 120 manat olmaqla ümumi dəyəri 1200 manat təşkil edən içərisində bal olan 10 ədəd arı yeşiklərini vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin fevral ayının ortalarında 3 dəfəyə qanunsuz götürüb avtomobilin yük yerinə və salonuna qoyub apararaq sonradan həmin arı yeşiklərini tanışı Şahid4 satmaqla 1200 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 05 sentyabr 2020-ci il tarixdən 06 sentyabr 2020-ci il tarixə keçən gecə saat 24 radələrində həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs2 ona zəng edərək küçələrində görüşməyi təklif etmişdir. Bir qədər sonra o, Nadirlə yaşadıqları evin yaxınlığında görüşmüş, Nadir ona gecə saatlarında bir ünvandan fındıq götürəcəyini bildirmiş və onun avtomobili olduğundan fındıqları satmaq üçün aparmağa kömək etməsini xahiş etmişdir. O, Nadirlə razılaşmış və bundan sonra ayrılmışlar. 06 sentyabr 2022-ci il tarixdə saat 02 radələrində o, küçədə özünə məxsus olan ** KF *** dövlət qeydiyyat nişanlı “Vaz 2109” markalı avtomobilin içərisində əyləşib Nadiri gözləmiş, həmin vaxt Nadir yaxınlaşaraq avtomobildə əyləşmiş və ona avtomobili sürməsini, yol gedərkən götürəcəyi fındıqları bazara apararaq satacaqlarını və bunun müqabilində ona pul verəcəyini bildirmişdir. Az sonra Nadir avtomobili X5 yaşadığı evin bağının yaxınlığında saxlamasını bildirmiş, o, avtomobili Fikrətgilin evinin yaxılığında saxlamışdır. Nadir Hikmətgilin evinin həyətinə daxil olmuş, 5 dəqiqə ərzində fındıq kisələrini Hikmətgilin evinin həyətindən çölə atmış və özü də hasardan tullanaraq çölə çıxmışdır. Nadir ümumilkdə 4 kisə dolu fındıq məhsulunu götürmüşdür. Bundan sonra o, avtomobilin arxasını Nadirin fındıq kisələrini yığdığı kolun yaxınlığına sürüb avtomobildən düşərək yük yerini açmış, Nadir özü fındıq kisələrini avtomobilin yük yerinə yükləmişdir. Daha sonra onlar oradan çıxaraq Xaçmaz şəhərinə gəlmiş, lakin səhər açılmadığından onlar şəhərdə avtomobillə hərəkət edərək vaxt keçirməyə çalışmışlar. O, avtomobili Quba-Xaçmaz avtomobil yolu ilə hərəkət etdirmiş, bu zaman onlar yolda Fikrət Aydəmirovla da rastlaşmışlar. Həmin günü saat 07 radələrində Xaçmaz bazarına yollanmış, avtomobili həmin vaxt orada yük avtomobilləri olan hissədə üzərində “fındıq alınır” sözü yazılmış yük maşının yaxınlığında saxlamışdır. Nadir avtomobildən düşərək yük maşınının sahibi ilə danışmış, sonra ona fındıq alan şəxslə razılaşdıqlarını deyərək həmin fındıqları yük yerindən çıxarmasını bildirmişdir. O, avtomobildən düşərək yük yerini açmış, Nadir həmin fındıqları bir-bir tərəziyə qoymuş və sonra fındıqları həmin şəxsə satmışdır. Oğurluq faktı aşkar edildikdən sonra o, fındıq məhsulunu həmin məhsulu alan şəxsdən geri götürərək Fikrət Aydəmirova qaytarmışdır. Təqsirləndirilən şəxs2 ona əldə etdiyi puldan yalnız taksi xidməti göstərdiyinə görə zəhmət haqqı olaraq yadında qalmadığı müəyyən məbləğdə pul vermiş, lakin Nadirin oğurluq etməsindən xəbəri olmamışdır. Əməlindən səmimi peşmandır. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, 05 sentyabr 2020-ci il tarixdə həmkəndlisi və qonşusu Təqsirləndirilən şəxs1 ilə telefonla danışıb görüşmüş və onlar söhbət zamanı qərara gəlmişlər ki, Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətindən fındıq oğurlasınlar. 06 sentyabr 2020-ci il tarixdə saat 02 radələrində Orxanla danışıb görüşmüş və birlikdə Orxanın idarə etdiyi “Vaz 2109” markalı avtomobillə Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonunun Qaraqurtlu kəndində yerləşən ünvana getmişlər. Həmin ünvana çatdıqdan sonra o, darvazadan aşmaqla həyətə daxil olmuş, Orxan isə küçədə onu gözləmişdir. O, həyətdəki talvarın altında olan 04 kisə fındığı götürüb hasardan çölə atmış, sonra da həmin fındıq kisələrini Orxanın avtomobilinin yük yerinə qoyub Xaçmaz şəhəri, 20 Yanvar küçəsi ilə Üzeyir Hacıbəyov küçələrinin kəsişməsinə getmişlər. Orxan avtomobili yük avtomobilləri olan hissədə üzərində “fındıq alınır” sözü yazılmış yük maşının yaxınlığında saxlamışdır. Orxan və o, avtomobildən düşərək həmin yük maşınının sahibi, sonradan şəxsiyyəti ona məlum olan Şahid1 ilə danışmış, sonra da fındıqları birlikdə avtomobildən düşürdüb oradakı bir tərəzinin üzərinə qoymuşlar. Ümumilikdə həmin fındıq kisələrinin çəkiləri 130 kiloqramdan çox olmuşdur. Həmin şəxs fındıqların kilosunu 5 manatdan bir qədər yuxarı qiymətə almış və 704 manat pul vermişdir. Onlar yenidən avtomobilə əyləşərək yaşadıqları kənd istiqamətində irəliləmiş, yolda olarkən isə pulu öz aralarında yarı bölmüşlər. Fındığı alan şəxsə oğurluq olması barədə heç bir söz deməmişlər, həmin fınıdığın özlərinə məxsus olduğunu deyərək onu inanadırmışlar. Bundan başqa 31 yanvar 2022-ci il tarixdə saat 12 radələrində Xaçmaz şəhəri Rəşid Behbudov küçəsi ilə hərəkət etdiyi zaman irəlidə "Eko Appetite" adlı marketin olmasını görmüş, maddi çətinlikləri ilə əlaqədar mağazaya daxil olub oradan oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə marketə daxil olaraq bir qədər hərəkət etmiş, yağların saxlanıldığı hissəyə gəldikdən sonra düşünmüşdür ki, yağ oğurlasın. Bu məqsədlə o, marketdən ümumilikdə 10 ədəd 1 kiloqramlıq "Belaya korova" markalı kərə yağını götürərərək sellofan torbalara yığmış, sonra əlində həmin kərə yağları ilə mağazanın qapısından çölə çıxmışdır. Lakin həmin vaxt mağazada kassada işləyən qadın onun arxasınca səslənərək, ödənişi etməyi ona bildirərək qeri qayıtmasını tələb etmiş, qadının onu səsləməsinə məhəl qoymayaraq mağazadan əlində yağlarla çıxıb tanımadığı taksiyə əyləşmişdir. O, taksi sürücüsünə tələsdiyini deyib tez bazar ərazisinə sürməsini bildirmişdir. Həmin vaxt mağazada işləyən qadının onun arxasınca mağazadan çıxmasını görmüşdür. Oğurladığı yağları Xaçmaz bazarı ərazisində tanımadığı şəxslərə satmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Lakin onun niyyəti soyğunçuluq etmək olmamışdır. Pula ehtiyacı olduğundan oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinə davam edərək göstərdi ki, Zərərçəkmiş şəxs1 onun həmkəndlisidir. Xaçmaz-Niyazabad kənd yolunda, “Şabran” kafenin təxminən 100 metrliyində, yolun sağ tərəfində olan pay torpağı sahəsində bir neçə ədəd arı yeşikləri olmasını görmüşdür. Onun daimi iş yeri olmadığından və pula ehtiyacı olduğundan qərara gəlmişdir ki, həmin arı yeşiklərini oğurlayıb satsın. Bu məqsədlə bir neçə nəfər şəxslə danışmış və həmin arı yeşiklərini satmaq üçün adam axtarmışdır. O, Xaçmaz şəhər sakini Şahid4 ilə danışmış və Ramil arı saxladığı üçün arıları ona satmaqda razılaşmışdır. 2022ci ilin fevral ayının ortalarında, saat 20 radələrində Xaçmaz şəhərində taksi fəaliyyəti ilə məşğul olan “Elnur” adlı şəxsə zəng edərək yaşadığı ünvana çağırmış, Elnur gəldikdən sonra küçəyə çıxıb Elnura istiqamət vermiş və arı yeşiklərinin olduğu yerə gəlmişlər. Elnur avtomobili saxladıqdan sonra o, yerə enmiş və xahiş etmişdir ki, düşüb kömək etsin. Elnur da ondan həmin yeşiklərin kimə məxsus olmasını, nə üçün götürdüyünü soruşmuşdur. O, Elnura həmin yeşiklərdə olan araların qohumunun arıları olduğunu, qohumu özü ona həmin yeşiklərdəki arıları aparıb dediyi ünvana qoymasını tapşırmışdır. Elnur onun sözlərinə inanmış və həmin yeşiklərdən 2 ədədini avtomobilin yük yerinə qoyub Ramilin yaşadığı evə getmişdir. O, yeşikləri Ramilin yaşadığı evin həyətinə düşürtmüş, Elnur isə avtomobildə oturub onu gözləmişdir. Ramil yeşiyi açıb arılara baxdıqdan sonra hər yeşiyə görə ona 70 manat, ümumilikdə 140 manat pul vermişdir. Sonra o, Ramilgildən çıxıb kəndə qayıtmış, taksi sürücüsünə 10 manat pul verib evə getmişdir. Bundan 3 gün sonra, saat 18 radələrində o, qalan yeşikləri də oğurlamaq məqsədilə yenidən Elnura zəng edib evinə çağırmış, Elnura yenidən demişdir ki, arıların sahibi ona neçə ədəd arı yeşiyi varsa hamısını aparıb Ramilgilin həyətinə qoymasını tapşırmışdır. Buna görə Elnur ona heç bir etiraz etməmiş və onlar yenidən arı yeşiklərinin olduğu pay torpağı sahəsinə getmiş, birlikdə yeşikləri avtomobilə qoyub Xaçmaz şəhərinə Ramilin yaşadığı Şirvanşahlar küçəsinə gəlmişlər. O, 4 ədəd arı yeşiyini avtomobildən düşürüb Ramilgilin həyətinə qoymuşdur. Elnur isə avtomobildən düşməmişdir. Ramil həmin yeşikləri açıb arılara baxmış və hər yeşiyə görə 70 manat olmaqla ona ümumilikdə 280 manat vermişdir. O, Ramilə demişdir ki, “yenə arı var, istəyirsənsə gətirim.” Ramil də ondan həmin arıları haradan aldığını soruşduqda Ramilə arıların dostuna məxsus olduğunu, təcili pul lazım olduğuna görə satdığını demişdir. Ramil də demişdir ki, “əgər yenə varsa gətir alaram, problem deyil.” O, yenidən Elnurla birlikdə Qaraqurtlu kəndinə həmin sahəyə getmiş, yeşikləri açıb baxmış və görmüşdür ki, orada qalan yeşiklərdən 4 ədədinin içərisində arı vardır. O, həmin 4 yeşik arını götürüb eyni formada avtomobilin yük yerinə və salonuna qoymuş, sonra da sürüb Ramilgilə getmişdir. Həmin yeşikləri də Elnurun xəbəri olmadan Ramilə satmış və Ramildən 280 manat pul almışdır. Beləliklə oğurladığı 10 ədəd arı yeşiklərinə görə Ramildən ümumilikdə 700 manat pul almışdır. Sonra da Elnurla yaşadığı kəndə qayıtmış, Elnura yenə 10 manat yol pulu vermiş və öz evinə getmişdir. Zərərçəkmiş şəxs2 məxsus evdən Təqsirləndirilən şəxs1la birlikdə oğurladığı 130 kq fındıq məhsulunu Şahid1 satarkən nə o, nə də ki, Orxan oğurluq olmasını deməmişlər, həmin fınıdığın özlərinə məxsus olmasını deyərək onu inandırmışlar. Əmlaklarını oğurladığı zərərçəkmiş şəxslərə vurduğu maddi zərəri tam şəkildə ödəmişdir. Törətdiyi cinayət əməllərindən peşmandır. Ona həbslə əlaqədar olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qisimində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, Xaçmaz rayonunun Qaraqurtlu kəndində ailə üzvlərilə birlikdə yaşayır. 02 sentyabr 2020- ci il tarixdə, yaşadığı evin həyətyanı bağ sahəsindən yığdığı 4 kisə yarım fındıq məhsulunu evin həyətində olan talvara qoymuşdur. Həmin fındığı saxlayaraq qış vaxtı daha baha qiymətə satmaq üçün yığmışdır. 05 sentyabr 2020-ci il tarixdə talvarın altında saxladığı həmin 4 kisə fındıq axşam saat 23 radələrinə kimi orada olmuşdur. 06 sentyabr 2020-ci il tarixdə təxminən saat 08 radələrində həyətə gedərkən görmüşdür ki, 4 kisə fındıq yerində yoxdur. Bu zaman həmin fındıqların naməlum şəxslər tərəfindən oğurlandığını başa düşərək Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək oğurluq barədə məlumat vermişdir. Bununla bağlı Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək baxış keçirmişlər. Sonradan ona məlum olmuşdur ki, ona məxsus fındıqları oğurlayan şəxslər həmkəndliləri olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1dur. Onlar birlikdə fındıqları oğurladıqdan sonra bazara apararaq Nuran adlı şəxsə 704 manata satmışlar. Ona vurulmuş ziyan oğurluq edən şəxslər tərəfindən sonradan tam şəkildə ödənmişdir. Məhkəmə istintaqında zərərməkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, yaşadığı Qaraqurtlu kəndində ona və ailə üzvlərinə məxsus olan pay torpaq sahəsi vardır. 4 ildir ki, həmin torpaq sahəsində arı yeşikləri qoyaraq bal arısı saxlamaqla məşğuldur. 2022-ci ildə həmin sahədə 16 ədəd arı yeşiyi olmuş, onlardan 10 ədədinin içində bal arıları olmuşdur. 2022-ci ilin fevral ayının ortalarında o, pay torpaq sahəsinə gedib arı yeşiklərinə baxarkən görmüşdür ki, içərisində arı olan 10 ədəd yeşiklərin heç biri yerində deyil, sahədə yalnız boş arı yeşikləri qalmışdır. O, ilk əvvəl şikayət etməmiş, özü oğrunun kim olmasını axtarmağa başlamış, xeyli adamlardan soruşduqdan sonra müəyyən etmişdir ki, oğurlanmış arı yeşikləri Xaçmaz şəhəri, Şirvanşahlar küçəsində yaşayan Şahid4 yaşadığı evin həyətindədir. Bundan sonra rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət etmişdir. Polis əməkdaşları ilə birlikdə Şahid4 yaşadığı evə baxış keçirilərkən ona məxsus oğurlanmış həmin 10 ədəd içərisində arı olan yeşikləri orada görərək tanımışdır. Şahid4 həmin 10 ədəd yeşiyi bir ədədini 70 manata Qaraqurtlu kənd sakini Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Lakin onların oğuluq olması barədə Nadir ona heç bir rməlumat verməmişdir. Həmin 10 ədəd arı yeşiyinin Təqsirləndirilən şəxs2 Ramilə ümumilikdə 700 manata satığını bildirmişdir. Bundan sonra məlum olmuşdur ki, ona məxsus həmin arı yeşiklərini onun həmkəndlisi Təqsirləndirilən şəxs2 oğurlayaraq satmışdır. Daha sonra ona məxsus həmin 10 ədəd arı yeşiyi polis əməkdaşlarını iştirakı ilə Şahid4 tərəfindən ona qaytarılmışdır. Ona dəymiş maddi ziyan ödənildiyindən Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərməkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs3 göstərdi ki, onun Xaçmaz şəhəri Rəşid Behbudov küçəsində yerləşən “Apetit” adlı marketi vardır, həmin marketə rəhbərlik edir. 31 yanvar 2022-ci il tarixdə marketin işçiləri onunla əlaqə saxlayaraq bir nəfər şəxsin marketə daxil olaraq hər birinin satış qiyməti 17 manat 90 qəpik olan və hər birinin çəkisi 1 kiloqram olan 10 (on)ədəd ümumilikdə 179 manat dəyərində «Belaya korova» markalı kərə yağlarını götürdüyünü, sonra isə kassadan yan keçərək götürdüyü yağları apardığını bildirmişlər. Hətta işçiləri həmin şəxsin arxasınca qaçsa da həmin şəxs ona məhəl qoymadan qaçaraq marketdən uzalaşmışdır. O, dərhal mağazaya gələrək, xidməti otaqda marketin müşahidə kamerlarında aparılmış videogürüntüyə baxdıqda əynində boz rəngli gödəkçə başında kapuşon olan, üzü saqqalı, təxminən 20-25 yaşlarında bir nəfər şəxsin əvvəlcə yağ bölməsindən 10 ədəd “belaya korova” markalı kərə yağlarını iki ədəd sellofan paketə yığaraq marketin kassasına yaxınlaşaraq yan keçməsini və ödəniş etmədən tələsik olaraq mağazadan çölə çıxması, mağazada işləyən Aygül adlı kassa işçisinin onun arxasınca çıxması görüntülərini görmüşdür. Sonradan onlara məlum olmuşdur ki, mağazanın yağlarını talayan həmin şəxs Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini Təqsirləndirilən şəxs2dur. O, bundan sonra Xaçmaz rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmiş, marketin kameralında Təqsirləndirilən şəxs2 kərə yağlarını götürərək mağazadan qaçmasının videogörüntülərini diskə köçürərək istintaqa təqdim etmişdir. Marketdə baş vermiş soyğunçuluqla bağlı ona ümumilikdə 179 manat maddi ziyan dəymişdir. Həmin ziyan Təqsirləndirilən şəxs2 atası Tərlan Şeydayev tərəfindən ona tam şəkildə ödənilmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, Xaçmaz şəhərində bazar yaxınlığında özünə məxsus olan “Ford Tranzit” markalı, ** FJ *** dövlət qeydiyyat nişanlı yük avtomobililə dayanaraq fındıq satmaq istəyən şəxslərin fındıqlarını alır, daha sonra isə həmin fındıqları müxtəlif zavodlara satır. 06 sentyabr 2020-ci il tarixdə həmişə olduğu kimi bazar yaxınlığında avtomobilini saxlamış, bu zaman “Vaz 2106” markalı avtomobildən düşərək bir nəfər şəxs ona yaxınlaşmışdır. Həmin şəxsin adının sonradan Nadir olduğunu bilmişdir. Nadir ona yaxınlaşaraq fındığının olduğunu və satmaq istədiyini bildirmişdir. O, Nadirdən fındıqların haradan olduğunu soruşduqda Nadir ona Xaçmaz rayonundan öz həyətinin malı olduğunu bildirmişdir. O, Nadirə fındıqları 5,30 manatdan aldığını bildirmiş, Nadir razılaşaraq yolun digər tərəfində olan avtomobilin sürücüsünə, yəni adının sonradan Orxan olduğunu bildiyi şəxsə avtomobili onlara yaxınlaşdırmasını tapşırmışdır. Həmin şəxs avtomobili onlara yaxınlaşdırdıqdan sonra avtomobildən düşərək yük yerini açmış, Nadir 4 ədəd içərisində fındıq olan kisələri bir-bir tərəzinin üzərinə qoymuşdur. Ümumilikdə həmin fındıqlar 133 kq olmuş, həmin fındıqların müqabilində Nadirə 704,9 manat pul vermişdir. Bundan sonra onlar oradan uzaqlaşmşılar. Sonradan o, yol polisi kimi tanıdığı Fikrət adlı şəxsin qardaşı Hikmətin 4 kisə fındıqlarının oğurlanmasını bilmiş və bu barədə Fikrətə bildirmişdir. Daha sonradan ona fındıq satan şəxslərdən Orxan yenidən gələrək həmin fındıqları sahibinə geri qaytarmaq üçün ondan almışdır. Həmin vaxt bilmişdir ki, ona fındıqları satan Nadir adlı şəxs qaçdığından Orxan zərərçəkənlə barışmaq üçün bunu etmişdir. O, həmin fındıqların oğurluq olmasını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, Xaçmaz şəhəri, R.Behbudov küçəsində yerləşən Zərərçəkmiş şəxs3 məxsus “EKO Appetite” marketdə kassir işləyir. 31 mart 2022-ci il tarixdə saat 12:30 radələrində həmin mağazada kassada olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 mağazadan içərisində bir neçə ədəd 1 kq-lıq “Belaya korova” kərə yağı olan iki ədəd sarı rəngli sellofan paketi əlində tutub kassanın yaxınlığından keçdiyini görmüş, o, həmin şəxsdən aldığı yağlara görə kassaya ödəniş edib-etməməsini soruşmuş, sonuncu yağlara görə ödəniş etdiyini bildirərək mağazadan çıxıb getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs1 onun doğma qardaşıdır. O, 2020-ci ilin avqust ayında “Vaz 2109” markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobil almışdır. Həmin avtomobili qardaşı Orxanın adına sənədləşdirmiş, avtomobili ikisi də idarə etmişlər. 05 sentyabr 2020-ci il tarixdən 06 sentyabr 2020-ci il tarixə keçən gecə Xaçmaz rayonu Qaraqurtlu kəndində yaşadığı evdə olmuş, həmin gün qardaşının harada olmasını bilməmiş, qardaşı Orxan 06 sentyabr 2020ci il tarixdə saat 09 radələrində avtomobillə yaşadıqları evin həyətinə gəlmişdir. O, bir qədər sonra Hikmətgildən fındıq oğurlandığını bilmişdir. Hikmətgilin fındıqlarının kimlər tərəfindən oğurlanmasını əvvəlcədən bilməmişdir. Lakin sonradan həmin oğurluğu qardaşı Orxanla həmkəndlisi Nadirin birlikdə törətmələrini bilmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 11 oktyabr 2020-ci il tarixli protokoldan və əlavə olunmuş fotoşəkillərdən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs1 ibtidai istintaqa verdiyi ifadəsi özünün iştirakı ilə Zərərçəkmiş şəxs2 yaşadığı ünvanda edilmiş oğurluq faktı üzrə yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi halları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 19 sentyabr 2022-ci il tarixli protokoldan və əlavə olunmuş fotoşəkillərdən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs2 ibtidai istintaqa verdiyi ifadəsi özünün iştirakı ilə Zərərçəkmiş şəxs2 yaşadığı ünvanda edilmiş oğurluq faktı üzrə yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi halları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 19 sentyabr 2022-ci il tarixli digər protokoldan və əlavə olunmuş fotoşəkillərdən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs2 ibtidai istintaqa verdiyi ifadəsi özünün iştirakı ilə Zərərçəkmiş şəxs3 məxsus “Appetite” marketdə edilmiş talama faktı üzrə yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi halları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 19 sentyabr 2022-ci il tarixli digər protokoldan və əlavə olunmuş fotoşəkillərdən görünür ki, qeyd edilən tarixdə Təqsirləndirilən şəxs2 ibtidai istintaqa verdiyi ifadəsi özünün iştirakı ilə Zərərçəkmiş şəxs1 məxsus pay torpaq sahəsində yerində yoxlanılmış və o, ifadəsində qeyd etdiyi halları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair 03 fevral 2021-ci il tarixli 9/5870 nömrəli ekspert rəyinnin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 1 kq iri dənəli qabıqlı fındığın 2020-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5,0 manat, 130 kq fındığın ümumi dəyəri 650,0 manat müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin, məhkəmə-əmtəəşünaslıq ekspertizasına dair 29 aprel 2022-ci il tarixli, 9/3041 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və fotoşəkillərdə göstərilən 45x55 sm və 50x55 sm ölçüsü olan, hər birinin içərisində 4 ədəd lövhə və təxminən 2 min ədəd bal arısı olan taxta materialdan hazırlanmış 10 ədəd arı yeşiyinin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi nəzəri qaydada təxminən 1200,00 manat (10 ədəd x 120 manat) müəyyən edilir. İş materiallarında olan “Appetite” marketə aid mallara dair qəbzdən görünür ki, “Belaya korova” markalı yağın 1 kq, 1 ədədi 17,90 manat təşkil edir, həmçinin zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, 10 ədəd kərə yağlarının talanması nəticəsində ona ümumilikdə 179 manat maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs3 məxsus mağazadan 10 ədəd kərə yağlarının talanmasını nəzərə alaraq ona dəymiş ümumi maddi ziyan 179 manat hesab edilmişdir. İş materiallarında olan Xaçmaz rayon X9 bölməsinin təhqiqatçısı, polis leytenantı X1 08 fevral 2022-ci il tarixli diskə baxış protolundan görünür ki, ünvan 5 ünvanında yerləşən “Appetite” marketin adminstratoru işləyən X2 iştirakı ilə 31 yanvar 2022-ci il tarixdə "Appetite" marketdən yağların talanması görüntüləri olan 01 ədəd DVD diskə baxış keçirmişdir. Həmin disk mağazanın müşahidə kameraları tərəfindən çəkilmiş görüntülərin olduğu və Ağalar Mirzəbəyovun təqdim etdiyi diskdir. Diskə baxış zamanı müəyyən olunmuşdur ki, marketin yağlar düzülmüş rəflərin qarşısında əynində boz rəngli gödəkçə, həmin gödəkçənin kapuşonunu başına keçirmiş, üzü saqqalı bir nəfər şəxsin əvvəlcə yağ bölməsindən 10 ədəd kərə yağlarını iki ədəd sellofan paketə yığaraq hərəkət etmiş və görüntü bitmişdir. “Video 2” yazısı olan fayl açılan zaman müəyyən olunmuşdur ki, fayl 1 dəqiqə 12 saniyəlik videogörüntüdür. Görüntüdə, yuxarıda qeyd olunan həmin şəxs marketin daxilində içərisində yağlar olan iki ədəd sellofan paketi əlində götürüb marketin kassasına yaxınlaşaraq ödəniş etmədən yan keçmiş və mağazanın içərisində çıxışa yaxın hissədə olan ödəmə terminalına yaxınlaşaraq dayanmışdır. Bu vaxt marketin qapıları açılan kimi tələsik mağazadan çölə çıxmış, mağazada işləyən xanım işçi qaçaraq onun arxasınca çıxmış və videogörüntü həmin yerdə bitmişdir. Həmin hadisələrin başlanma və bitmə saatı 12:29-dan 12:36-dək olan müddəti əhatə etmişdir. Diskə baxış zamanı Ağalar Mirzəbəyovun həmin hadisənin törədən şəxsin Xaçmaz rayonunun Qaraqurtlu kənd sakini Təqsirləndirilən şəxs2 olduğunu bildirmişdir. DVD diskə baxış saat 17:20-də başlanmış və saat 17:35-də başa çatdırılmışdır. Həmin videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk təhqiqatçı Qəhrəman Qurbanov tərəfindən götürülmüşdür. İş materiallarında olan müstəntiqin cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 23 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs2 31 yanvar 2022-ci il tarixdə "Appetite" marketdən soyğunçuluq etməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk Azərbaycan Respublikası CPM-nin 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, üzərində hadisənin izlərinin saxlanıldığına görə müvafiq qərarla maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs2 31 yanvar 2022-ci il tarixdə "Appetite" marketdən soyğunçuluq etməsinin marketin müşahidə kameralarındakı görüntülərinin köçürüldüyü bir ədəd DVD diskə müstəntiq tərəfindən 05 oktyabr 2022-ci il tarixdə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 və müdafiəçisi X3 iştirakları ilə Xaçmaz rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerində baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs2 görüntüdə olan şəxsin özü olduğunu bildirərək törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il il tarixli tələbnamədən görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2022-ci il il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan şəxsdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 özünü elan olunmuş ittihamlar üzrə qismən təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2 Bayram oğlu ona əldə etdiyi puldan yalnız taksi xidməti göstərdiyinə görə zəhmət haqqı olaraq yadında qalmadığı müəyyən məbləğdə pul vermiş, lakin Nadirin oğurluq etməsindən xəbəri olmamışdır. Həmçinin məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 məxsus “Appetite” marketdən 10 ədəd 1 kiloqramlıq “Belaya korova” markalı kərə yağlarını gizli yolla oğurlamış, lakin onun niyyəti soyğunçuluq etmək olmamışdır. Sadəcə olaraq pula ehtiyacı olduğundan oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş “EKO Appetite” marketdə kassir işləyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, 31 mart 2022-ci il tarixdə saat 12:30 radələrində Zərərçəkmiş şəxs3 məxsus “EKO Appetite” marketdə kassada olarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs2 mağazadan içərisində bir neçə ədəd 1 kq-lıq “Belaya korova” kərə yağı olan iki ədəd sarı rəngli sellofan paketi əlində tutub kassanın yaxınlığından keçdiyini görmüş, o, həmin şəxsdən aldığı yağlara görə kassaya ödəniş edib-etməməsini soruşmuş, sonuncu yağlara görə ödəniş etdiyini bildirərək mağazadan çıxıb getmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrini və onlara elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin törədilməsində iştirakını qismən inkar etmələrini araşdırılmış sübutların məcmusu və işin faktiki halları ilə müqayisəli təhlil edib onların bu barədə verdikləri ifadələrini özünümüdafiə və məsuliyyətlərini yüngülləşdirmək xarakteri daşıdığı qənaətinə gəlir. Təqsirləndirilən şəxslərin yuxarıda göstərdikləri hallar və bu kimi ifadələrində irəli sürdükləri dəlillər aparılmış məhkəmə araşdırması zamanı hər hansı mötəbər sübutla öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Məhkəmə həmçinin şahid qismində dindirilmiş Şahid2 məhkəmə istintaqında verdiyi ibtidai istintaqdakı ifadəsindən fərqli ifadəsini inandırıcı hesab etmir, Şahid2 həmin ifadəsi Təqsirləndirilən şəxs2 ittihamdan müdafiə və məsuliyyətdən yaxa qurtarmaq xarakteri daşımaqla iş materialları və iş materiallarında olan Təqsirləndirilən şəxs2 "Appetite" marketdən soyğunçuluq etməsinin görüntülərini özündə əks etdirən DVD diskdəki videogörüntülərlə tam təkzib olunmuşdur. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsilərin, şahidlərin ifadələri, istintaq və məhkəmə hərəkətlərinin protokolları, "Appetite" marketin müşahidə kameralarındakı görüntülərin köçürüldüyü DVD disk və iş materiallarında olan digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməsində təqsirli olmaları kifayət qədər sübuta yetirilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, hüquqi tövsüf məsələsini müzakirə edərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli isə həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində dəymiş ziyanı zərərçəkmiş şəxslərə tamamilə ödəməklə zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslərin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə təqsirləndirilən şəxslər X7 və Təqsirləndirilən şəxs2 oğluna hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirləndirilən şəxs X6 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə, Təqsirləndirilən şəxs2 barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü və 180.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsi qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 07 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs X6 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam növündə, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 10 oktyabr 2020-ci il tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 11 oktyabr 2020-ci il tarixli qərarından və həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür Təqsirləndirilən şəxs1 10 oktyabr 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11 oktyabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməklə o, Xaçmaz rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Həmçinin iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 oktyabr 2020-ci il tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin seçilməsi və müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 11 oktyabr 2020-ci il tarixli qərarından, həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan, təqsirləndirilən şəxsin tutulması haqqında 07 iyul 2022-ci il tarixli protokoldan və Xaçmaz rayon məhkəməsinin 09 iyul 2022-ci il qərarından görünür ki, Təqsirləndirilən şəxs2 09 oktyabr 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 11 oktyabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilməklə o, Xaçmaz rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən həbsdən azad edilmiş, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozması ilə əlaqədar olaraq 07 iyul 2022-ci il tarixdə tutulmuş, 09 iyul 2022-ci il tarixdə barəsində Xaçmaz rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 oktyabr 2020-ci il tarixdən 11 oktyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, Təqsirləndirilən şəxs2 09 oktyabr 2020-ci il tarixdən 11 oktyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla onların hər birinin üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs2 31 yanvar 2022-ci il tarixdə "Appetite" marketdən soyğunçuluq etməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə cinayət nəticəsində dəymiş ziyanın zərərçəkmiş şəxslərə təqsirləndirilən şəxslər tərəfindən könüllü olaraq tamamilə ödənilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 100 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ :
1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 oktyabr 2020-ci il tarixdən 11 oktyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə (cəmi 02 gün) hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs1 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1nun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın.
2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 180.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə, Cinayət Məcəlləsinin 180.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 09 oktyabr 2020-ci il tarixdən 11 oktyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli, həbsə alındığı gündən, yəni 07 iyul 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut olan, Təqsirləndirilən şəxs2 31 yanvar 2022-ci il tarixdə "Appetite" marketdən soyğunçuluq etməsinin görüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Hazırkı cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması, dəymiş ziyanın zərərçəkmiş şəxslərə tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan 100 (bir yüz) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Xıdır Quliyev.