Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-47/2025 22.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X7 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə 05 avqust 1988-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Sumqayıt şəhəri, 42-ci məhəllə, 5 saylı yataqxana, 99-cu otaqda qeydiyyatda olmaqla Xaçmaz şəhəri, 61-ci X10 nömrəsiz evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 28 iyun 2024-cü il tarixdə saat 14:30 radələrində "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən “Elit Optimal” adlı filialının önünə gələrək, həmin filialın birinci mərtəbəsinə müştəri qismində daxil olmuş, orada vitrində satış üçün təqdim edilən mobil telefonlardan birini almaq niyyətində olmasını nümayiş etdirərək ətrafında heç kəsin ondan şübhələnmədiyinə və ona nəzarətin olmamasına əmin olduqdan sonra "xxxx" MMC-yə məxsus bir ədəd 600 manat dəyərində qara rəngli, “Amoled” tipli 6.7 ekran düymlü, 8 GB RAM yaddaşlı, 256 GB əsas yaddaşlı 2024-cü il istehsallı “Honor” markalı “X 8 B” modelli, İMEİ 1: **********51964 və İMEİ 2: **********71970 kodlu mobil telefonu qəsdən qanunsuz götürüb aparmaqla oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 29 iyun 2024-cü il tarixdə saat 14 radələrində "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən “Elit Optimal” adlı filialının önünə gələrək, həmin filialın birinci mərtəbəsinə müştəri qismində daxil olmuş, orada vitrində satışüçün təqdim edilən mobil telefonlardan birini almaq niyyətində olmasını nümayiş etdirərək ətrafında heç kəsin ondan şübhələnmədiyinə və ona nəzarətin olmamasına əmin olduqdan sonra "xxxx" MMC-yə məxsus bir ədəd 1250 manat dəyərində bir ədəd ağ rəngli, moled” tipli 6.67 ekran düymlü, 8 GB RAM yaddaşlı, 256 GB əsas yaddaşlı, 2024-cü il istehsallı “Xiaomi” markalı “Redmi Note 13 Pro plus” modelli, İMEİ 1: **********51942 və İMEİ 2: **********51959 kodlu mobil telefonu qəsdən qanunsuz götürüb aparmaqla təkrar oğurluq etmiş, yəni təkrar, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar, özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 30 iyun 2024-cü il tarixdə günorta saatlarında "xxxx" MMC-nin ünvan 2 ünvanında yerləşən yerləşən “Barkod Electronics” adlı filialın önünə gələrək, diqqət yayındırmaq üçün həmin filialın ikinci mərtəbəsinə qalxıb, orada kreditlə mobil telefon almaq istədiyini bildirmiş, ona kreditlə telefon verilə bilinməyəcəyi bildirildikdən sonra o, həmin filialın birinci mərtəbəsinə gələrək, orada vitrində satış üçün təqdim edilən mobil telefonlara baxmaq adı ilə ətrafında heç kəsin ondan şübhələnmədiyinə və ona nəzarətin olmamasına əmin olduqdan sonra "xxxx" MMC-yə məxsus bir ədəd 1299 manat dəyərində bir ədəd qara rəngli, “Amoled” tipli 6.67 ekran düymlü, 12 GB RAM yaddaşlı, 512 GB əsas yaddaşlı, 2024-cü il istehsallı “Xiaomi” markalı Redmi Note 13 Pro plus” modelli, İMEİ 1: **********77966 və İMEİ 2: **********77974 kodlu mobil telefonu qəsdən qanunsuz götürüb aparmaqla təkrar oğurluq etmiş, yəni təkrar, özgənin əmlakını gizli olaraq talamışdır. Həmin əməli ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilir. Hazırki cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilmiş və etdiyi cinayət əməlini etiraf edərək ifadəsində bildirmişdir ki, o, birinci epizod üzrə 28 iyun 2024-cü il tarixdə "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən “Elit Optimal” adlı filialından “Honor” markalı mobil telefonu oğurlamaqla cinayət əməlini törətmişdir. İkinci epizod üzrə növbəti gün, yəni 29 iyun 2024-cü il tarixdə yenidən həmin mağazaya daxil olmaqla “Xiaomi markalı mobil telefonu oğurlamış, üçüncü epizod üzrə isə 30 iyun 2024-cü il tarixdə “Baku Elektronics” mağazasına daxil olaraq “Xiaomi” markalı mobil telefonu oğurlamaqla oğurluq əməllərini törətmişdir. Həmin cinayət əməllərini törətməkdə səbəbi isə 1000 manat məbləğində borcunun olması və 31 iyun 2024-cü il tarixdə ödəniş vaxtının çatması olmuşdur. O, ilk əvvəl kreditlə mobil telefon alıb, həmin telefonu satdıqdan sonra borcunu ödəyərək mağazaya krediti hissə-hissə ödəmək fikrində olmuşdur. Daha sonra mağazanın qarşısından keçdiyi anda oradan oğurluq etmək fikrinə düşmüşdür. O, mağazaya daxil olub mobil telefon almaq bəhanəsi ilə maraqlandığı zaman mağazanın işçilərinin özündən aralı məsafədə olmalarından istifadə edib elektrik enerjisinə qoşulu olmayan, satış üçün təqdim olunmuş təzə halda olan sözügedən mobil telefonları ayrı-ayrı vaxtlarda oğurlamışdır. Oğurladığı mobil telefonları şəxsiyyət vəsiqəsini təqdim etməklə Xaçmaz şəhərində yerləşən telefon mağazasına 300, 250 və 200 manat məbləğində pulun qarşılığında satmışdır. O, həmin mobil telefonlardan ikisini bir şəxsə, birini isə başqa şəxsə satmışdır. Eyni alıcıya satmamasının səbəbi isə telefonların qutuları alıcılar tərəfindən istənilməsi olmuşdur. O, telefonu mağazaya satdığında alıcıya borcunun olduğu üçün ucuz qiymətə satdığını bildirmişdir. Oğurladığı mobil telefonları satdığı şəxslər əvvəlcə həmin telefonların kreditdə olub-olmadığını yoxlamışlar. Daha sonra həmin mobil telefonların qutuları olmadığı üçün satış qiymətindən çox aşağı qiymətə almışlar. Ola bilər ki, alıcılar həmin mobil telefonların oğurluq olduğunu başa düşmüşlər. Lakin alıcılar ilə aralarında əvvəlcədən satmaq üçün onların yanına mobil telefon gətirəcəyi barədə heç bir sövdələşmə olmamışdır. Ümumiyyətlə borcunu bitirdikdən sonra isə oğurluq etmək fikrində olmamışdır. Hadisəni törətdiyi zaman mağazanın qarşısında onu kimsə gözləməmişdir və kiməsə oğurluq əməli barədə heç nə deməmişdir. Cinayət əməllərini törətdikdən təxminən 15-20 gün sonra Qusar rayonuna işə gedərkən Xudat şəhəri ərazisində avtobusun gəlmə vaxtına yarım saat qaldığı üçün mağazaya daxil olmuş və mağazanın qapısından çölə çıxdığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin hadisəni tək törətmiş və 3 epizodun hər biri ilə özünü təqsirli olduğunu bildirmişdir. 03 uşağı var, atası 2-ci qrup əlil, anası isə şəkər xəstəsidir. Etdiyi əməldən isə peşmandır. Təqsirləndirilən şəxs təkrar oğurluq etməsi, yəni təkrar özgənin əmlakını gizli olaraq talaması barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin Xaçmaz şəhərində yerləşən “Barkod Electronics” adlı filialda mağaza müdiri vəzifəsində işləyir. Hadisə 30 iyun 2024-cü il tarixdə baş vermişdir. Oğurluq əməlini törədən şəxs Təqsirləndirilən şəxs əvvəlcə mağazaya yaxınlaşaraq kredit üçün müraciət etmiş və şəxsiyyət vəsiqəsini təqdim etdikdən sonra tərəflərindən barəsində Mərkəzi Kredit Bürosuna müraciət olunmuşdur. Bu barədə təqsirləndirilən şəxsin imzası da vardır. Lakin adında 5 və ya 6 icra işi olduğu üçün kredit ayrılması mümkün olmadığından rədd cavabı verilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən mağazadan dəyəri 1299 manat məbləğində olan Redmi Note 13 Pro plus modelli mobil telefon oğurlanmışdır. Hər dəfə yeni mallar gətirildiyi zaman mağazada olan malların həftəlik sayımı aparılır. Mağazada növbəti sayımın aparılması 01 iyul 2024-cü il tarixdə baş tutmuş, bu zaman həmin oğurlanan telefonun mağazada olmadığı müəyyən edilmişdir. Mağazada təhlükəsizlik kamerası mobil telefonların olduğu hissəni videoçəkiliş vasitəsi ilə qeydə aldığı üçün dərhal həmin videogörüntülərə baxaraq mobil telefonun oğurlandığını aşkar etmişlər. Mağazanın videokamerasından qeydə alınmış görüntülərə nəzər yetirdikdə təqsirləndirilən şəxs mağazadan çıxıb tək getmiş, mağazanın çölündə Təqsirləndirilən şəxs kimsə və ya hər hansı avtomobilin gözlədiyi müəyyən edilməmişdir. O, dərhal aidiyyəti yerlərə bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs əvvəllər onların mağazasına gələrək kreditlə nə isə almasını və ya oğurluq əməlini törətməsini müşahidə etməmişlər. Lakin hadisə barədə məlumat verdikləri zaman Xudat şəhərində yerləşən filialın rəhbərliyi də bu barədə məlumatlanması üçün yanlarında olmuşdur. Çünki belə hal onların mağazasında da baş vermiş olsa məlumatlı olsunlar. Daha sonra Təqsirləndirilən şəxs təxminən 2-3 iyul tarixdə Xudat şəhərində yerləşən mağaza filialına getmişdir. Lakin Xudat şəhərində yerləşən mağazanın təhlükəsizlik kameralarından həmin görüntülər yoxdur. O, Xudat şəhərində yerləşən mağazanın əməkdaşlarına polisə zəng edərək məlumat vermələrini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, "xxxx" MMC-nin Şabran şəhərində yerləşən mağazasının müdiri vəzifəsində işləyir. Hadisənin baş verdiyi vaxt iki aylıq müddətə Xaçmaz şəhərində yerləşən mağaza filialına ezam gəlmişdir. Təqsirləndirilən şəxs 28 iyun 2024-cü il tarixdə onların mağazasına daxil olmuşdur. Həmin vaxt işçilərdən biri nahar fasiləsində, digər işçi xanım isə mağazanın içərisində olmuşdur. Təqsirləndirilən şəxs 5 dəqiqə müddətində işçinin yanında mağazanın içərisində gəzişmiş, lakin sonra anasını gözlədiyini, kreditlə telefon alacaqlarını bildirib telefonla danışmışdır. Bundan sonra mağazanın işçisi Təqsirləndirilən şəxs yanından uzaqlaşmışdır. Həmin vaxt bundan istifadə edərək Təqsirləndirilən şəxs mobil telefonun birini götürüb arxa cibinə qoymuş və mağazadan çıxmışdır. Həmin hal mağazanın video kamera görüntülərində əks olunmuşdur. Həmin gün onun istirahət günü olduğu üçün işdə olmamışdır. Lakin növbəti gün o işdə olduğu zaman Təqsirləndirilən şəxs yenidən mağazaya daxil olmuşdur. Həmin vaxt şirkətin əməkdaşları mağazaya gəldiklərindən şirkət əməkdaşları ilə birlikdə mağazada soyuducuların olduğu hissədə durmuşlar. Onlar mağazanın daxilində olan otaqda olduqları vaxt həmin işçi xanım onlara yaxınlaşaraq bir nəfər müştərinin 1 saatdır ki, mağazanın içərisində gəzişdiyi haqqında məlumat vermişdir. O, işçiyə hansısa hadisənin baş verə biləcəyini və bu səbəbdən müştərinin yanına gedib dayanmasını bildirmişdir. Video kamera görüntülərindən müəyyən olunur ki, xanım işçi təxminən 10 saniyə müddətinə müştəridən uzaqlaşdıqdan sonra həmin müştəri, yəni Təqsirləndirilən şəxs telefonun birini götürüb cibinə qoymuş və təxminən 3 dəqiqə müddətində mağazanın içərisində gəzişmiş sonra çölə çıxıb getmişdir. Bundan sonra həmin xanım işçi telefonların ikisinin yerində olmadığını görüb onlara bu barədə məlumat vermişdir. Onlar kamera görüntülərinə baxdıqlarında təqsirləndirilən şəxs telefonu arxa cibinə qoyub mağazadan çıxaraq küçənin yuxarı istiqamətində getdiyini müşahidə etmişlər. Kamera görüntülərinə sonadək baxmadan onun ardınca çıxmalarına baxmayaraq küçədə onu tapa bilməmişlər və qayıdaraq mağazada kamera görüntülərinə sonadək baxdıqlarında təqsirləndirilən şəxsin əvvəlcə mağazadan çıxıb N.Nərimanov küçəsi ilə yuxarı istiqamətdə getdiyini, lakin sonradan qayıdaraq ara küçədən keçib getdiyini müəyyən etmişlər. Onlar dərhal polis orqanlarına bu barədə məlumat vermişlər. Polis əməkdaşları hadisə yerinə gəlib kamera görüntülərinə baxıb onların izahatlarını almışlar. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs tək halda onların mağazasına yaxınlaşaraq bir ay müddətdir ki, övladı üçün Redmi Note 13 Pro plus markalı mobil telefonu alıb işlətdiyini, lakin övladının telefona başı qarışdığından dərslərini oxumadığı üçün telefonu satmaq niyyətinə gəldiyini bildirərərək şəxsiyyət vəsiqəsini təqdim edib və onların yanına gəlməzdən əvvəl mobil telefonun yaddaşını format etməklə telefonu onlara satmışdır. Lakin o, telefonun üzərində cızıqlar olduğu üçün telefonun təzə olmadığını anlamış və telefonu 250 manat pul qarşılığında almışdır. Modelindən asılı olmayaraq bütün telefonları, hətta təzə halda, alındıqdan bir saat sonra belə, sahibi tərəfindən satmaq fikrinə düşüldükdə həmin telefonu real qiymətindən 60 faiz aşağı qiymətə alınır. Lakin onlara məxsus mağazada həmin modeldə mobil telefonun qiyməti 870 manat dəyərində olmuşdur. Belə ki, mobil telefonu format etməklə onun istifadəyə başlamaq müddətini sıfırlamaq mümkündür. O, həmin mobil telefonun üzərinə 60 manat qiymət qoyaraq satmışdır. Həmin mobil telefonu satdığı şəxsin kimliyi haqqında isə məlumatı yoxdur. Çünki işlənmiş telefonun satışı zamanı alıcının kimliyi barədə məlumatlar sənədlərdə qeyd olunmur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs ona yaxınlaşaraq usta işlədiyini və işlədiyi yerdə ev sahibinin zəhmət haqqı kimi veriləcək pulu ödəməkdə çətinlik çəkdiyi üçün əvəzində verdiyi mobil telefonları satmaq niyyətinin olduğunu bildirmişdir. Belə ki, işlənmiş telefonu aldıqlarında yaddaşını format etmələrinə baxmayaraq həmin telefonların formata ehtiyacları olmadığı üçün oğurluq olması barədə şübhələnməmişdir. O, Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin surətini əldə etməklə həmin 2 ədəd “Honor” və “Redmi” markalı mobil telefonları 200 və ya 250 manat pulun qarşılığında almış və hər bir telefonun üzərinə 30 manat pul qoymaqla satmışdır. Lakin telefon gətirməsi və onun həmin mobil telefonları alacağı barədə aralarında əvvəldən sövdələşmə olmamışdır. O, həmin mobil telefonları aldığında ideal vəziyyətdə olmaqla biriki gün müddətdə işlənmiş vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxsdən aldığı telefonların mağazada hər birinin təzə halda qiyməti isə təxminən 400-450 manat civarındadır. Təqsirləndirilən şəxsdən aldığı həmin mobil telefonlar artıq satılmışdır. Belə ki, telefonu kimdən aldıqlarını özlərində qeyd etmələrinə baxmayaraq, kimə satmaları barədə tərəflərindən hər hansı qeyd aparılmamışdır. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - 07 iyul 2024-cü il tarixli “Cinayət işi başlamaq və işi icraata qəbul etmək haqqında” qərardan (cild 01, vərəq 01) müəyyən edilmişdir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai araşdırma aparılmasından ötrü icraata qəbul edilmişdir. - 29 iyun 2024-cü il tarixli “Raport”dan (cild 01, vərəq 03) müəyyən edilir ki, xx.xx.2024-cü il tarixdə, saat 15:39-da vətəndaş Zərərçəkmiş şəxs1 099 206-02-30 saylı mobil nömrəsindən Azərbaycan Respublikası DİN-nin “102” xidmətinə zəng edərək, ünvan 1 ünvanında yerləşən “Elit Optimal” mağazasından “Redmi” və “Honor” markalı 2 ədəd mobil telefonların oğurlanması barədə məlumat vermişdir. Şəxs (kişi) mağazada video görüntüdə aşkar edilmişdir. - 06 iyul 2024-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 30) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 06 iyul 2024-cü il tarixdə, saat 20:05-də Xaçmaz RPŞ-nin inzibati binasında müdafiəçi Xaçmaz rayon vəkil bürosunun vəkili X3 iştirakı ilə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. - 08 iyul 2024-cü il tarixli “Hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan (cild 01, vərəq 37) müəyyən edilmişdir ki, ********* №-li cinayət işi üzrə, "xxxx" MMC hüquqi şəxs olaraq zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. - 08 iyul 2024-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 51) müəyyən edilir ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə ilə ittiham elan olunmuşdur. - Xaçmaz rayon məhkəməsinin 4(067)-110/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından (cild 01, vərəq 70) müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və o dərhal məhkəmə iclas zalında həbsdən azad olunmuşdur. Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş və ev dustaqlığının müddəti istintaq müddətinin sonunadək, yəni 07 oktyabr 2024cü il tarixədək müəyyən edilmişdir. - 13 iyul 2024-cü il tarixli “Hüquqi şəxsin zərərçəkmiş şəxs qismində tanınması haqqında” qərardan (cild 01, vərəq 83) müəyyən edilmişdir ki, ********* №-li cinayət işi üzrə, "xxxx" MMC hüquqi şəxs olaraq zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır. - 16 iyul 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və fotoşəkillərdən (cild 01, vərəq 100-103) müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi xx.xx.2024-cü il tarixdə, saat 11:30-11:45 Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi halları əyani olaraq göstərərək ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişdir. - 16 iyul 2024-cü il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və fotoşəkillərdən (cild 01, vərəq 104-107) müəyyən edilir ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsi xx.xx.2024-cü il tarixdə, saat 12:30-13:30-da Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X4 tərəfindən yerində yoxlanılmış, o, ifadəsində qeyd etdiyi halları əyani olaraq göstərərək ifadəsində qeyd etdiklərini bir daha təsdiq etmişdir. - Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 113) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - 05 avqust 2024-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” qərardan (cild 01, vərəq 115) müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona həmin Məcəllənin 177.2.2-ci maddəsi ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. - 06 avqust 2024-cü il tarixli “Əməliyyat tapşırığı”ndan və 01 sentyabr 2024-cü il tarixli “Raport”dan (cild 01, vərəq 127-152) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Nurlan Əliyevin yazmış olduğu ********* nömrəli cinayət işi ilə əlaqədar raportu müvafiq əməliyyat tədbirlərinin keçirilməsi üçün Xaçmaz RPŞ-nin CAB-nın rəisi, polis mayoru Hidayət Babayevin icraatına daxil olmuşdur. Raportda qeyd olunanlara əsasən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki: Təqsirləndirilən şəxs Xaçmaz rayonu və ya respublikasının digər bölgələrində başqa əmlakı talama cinayətləri ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi oğurluq hadisələrində ona başqa şəxsin və ya şəxslərin köməyi olmamış, hadisəni tək törətmişdir. - 10 avqust 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan (cild 01, vərəq 132) və 07 sentyabr 2024-cü il tarixli “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan (cild 01, vərəq 155) müəyyən edilir ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törədərkən qeydə alınan video görüntülərinin köçürüldüyü 02 (iki) ədəd “DVD” formatlı disklər və 02 (iki) ədəd qəbzlər maddi sübut hesab edilmiş və cinayət işinin materiallarında saxlanılmışdır. - 11 avqust 2024-cü il tarixli “Elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 133) müəyyən edilir ki, zərərçəkmiş "xxxx" MMC adlı hüquqi şəxsin nümayəndəsi olan Zərərçəkmiş şəxs2 təqdim etdiyi görüntülərin köçürüldüyü bir ədəd diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə xx.xx.2024cü il tarixdə keçirilən baxış zamanı "xxxx" MMC-nin Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən “Barkod Electronics” adlı filialında bir nəfər ortaboylu, 30-35 yaşlarında üzündə saqqalı olan, üzərində “AİR” yazısı və marka işarəsi olan qara və göy rəngli köynək, qara şalvar, qara ayaqqabı və qara rəngli yay baş geyimi geyinmiş, əlində bir ədəd içki şüşəsi, ağ rəngli paket olan bir nəfər kişi cinsindən olan şəxsin birinci mərtəbədə olan telefon vitrinindən bir ədəd telefonu heç kimi şübhələndirmədən götürüb, kənara gedib, cibinə qoyması və həmin yerdən uzaqlaşması görünür. Təqsirləndirilən şəxs video görüntüdəki şəxsin özü olduğunu bildirib, törətdiyi cinayət əməlini bir daha etiraf etmişdir. - 11 avqust 2024-cü il tarixli “Elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 134) müəyyən edilir ki, zərərçəkmiş "xxxx" MMC adlı hüquqi şəxsin nümayəndəsi olan Zərərçəkmiş şəxs1 təqdim etdiyi görüntülərin köçürüldüyü bir ədəd diskə Təqsirləndirilən şəxs və müdafiəçisinin iştirakı ilə xx.xx.2024cü il tarixdə keçirilən baxış zamanı "xxxx" MMC-nin Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən “Elit Optimal” adlı filialının birinci mərtəbəsində bir nəfər ortaboylu, 30-35 yaşlarında üzündə saqqalı olan, qırmızı rəngli köynək, qara şalvar, qara rəngli yay baş geyimi geyinmiş, əlində ağ rəngli paket olan bir nəfər kişi cinsindən olan şəxsin birinci mərtəbədə olan telefon vitrinindən bir ədəd telefonu heç kimi şübhələndirmədən götürüb, cibinə qoyması və həmin yerdən uzaqlaşması görünür. Təqsirləndirilən şəxs video görüntüdəki şəxsin özü olduğunu bildirib, görüntünün xx.xx.2024-cü il tarixdə törətdiyi cinayət əməlinə aid olmasını bildirib, törətdiyi əməli bir daha etiraf etmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 06 avqust 2024-cü il tarixli, 9/5709 nömrəli ekspert rəyindən (cild 01, vərəq 137) müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda mobil telefonların yeni vəziyyətdə, 2024-cü ilin iyun ayına olan orta bazar qiymətləri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən olunur:
1. Bir ədəd ağ rəngli, “Amoled” tipli 6.67 ekran düymlü, 8 GB RAM yaddaşlı, 256 GB əsas yaddaşlı, 2024-cü il istehsallı “Xiaomi” markalı “Redmi Note 13 Pro plus” modeli mobil telefon – 835,0 manat;
2. Bir ədəd qara rəngli, “Amoled” tipli 6.7 ekran düymlü, 8 GB RAM yaddaşlı, 256 GB əsas yaddaşlı 2024-cü il istehsallı “Honor” markalı “ X 8 B” modelli telefon – 450,0 manat;
3. Bir ədəd qara rəngli, “Amoled” tipli 6.67 ekran düymlü, 12 GB RAM yaddaşlı, 512 GB əsas yaddaşlı, 2024-cü il istehsallı “Xiaomi” markalı “Redmi Note 13 Pro plus” modelli mobil telefon – 940,0 manat. - Cinayət işi materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(067)-47/2025 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Həmçinin olduğu yer müəyyən edilənə və məhkəməyə gətirilənədək icraat dayandırılmışdır. - Cinayət işi materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(067)-47/2025 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. - Cinayət işi materiallarına əlavə edilmiş Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(067)-47/2025 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat təzələnmişdir. - Cinayət işi materiallarına əlavə edilmiş Baku Digital MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 Xaçmaz rayon məhkəməsinə ünvanlandığı ərizədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə onlara dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hazırda barışmışlar və Təqsirləndirilən şəxs barəsində heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.1 və 351.2-ci maddələrinə əsasən ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş hüquqi şəxslərin və şahidlərin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsini, əməlində cinayət tərkibinin olmasını, bununla da təqsirliliyini tam sübuta yetirilmiş hesab edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayətin bütün əlamətləri var. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona ibtidai istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Təqsirləndirilən şəxs cinayət əməlini qəsdən törətmişdir. Onun əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə az ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır: Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhəri İƏD tərəfindən verilmiş “Arayış”dan (cild 01, vərəq 73) müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2015-ci il təvəllüdlü X5, 2017-ci il təvəllüdlü X6 və 2020-ci il təvəllüdlü X8 adlı azyaşlı övladları vardır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz RİHB-nın Xaçmaz şəhəri İƏD tərəfindən verilmiş “İctimai xasiyyətnamə”dən (cild 01, vərəq 74) müəyyən edilir ki, Sumqayıt şəhəri, məhəllə 42, yataqxana 05, mənzil 99-da qeydiyyatda olan və hal-hazırda Xaçmaz şəhəri 61-ci X10 yaşayan, ev nömrəsi qeyd olunmayan Təqsirləndirilən şəxs həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşuları ilə yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşuları ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən (cild 01, vərəq 113) müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs2 tərəfindən 31 yanvar 2025-ci il tarixdə məhkəməyə daxil olmuş və cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli “Ərizə”dən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə onlara dəymiş zərəri tam şəkildə ödəmiş və aralarında barışıq əldə olnmuşdur. Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və ya tələbləri yoxdur. - Cinayət işi materiallarına əlavə edilmiş ödəniş qəbzlərindən müəyyən edilir ki, ELİT.EO MMC-nin hesabına 1.700, 100, 50 və 50 AZN mədaxil edilmişdir. - Quba rayon məhkəməsinin 3(027)-886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 227ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddəti ona inzibati həbs tətbiq edilmişdir. - Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixdə Xaçmaz rayon məhkəməsinə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(067)-47/2025 saylı qərarı ilə barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına aparılmışdır. - Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nın tərəfindən Xaçmaz rayon məhkəməsinə xx.xx.2025-ci il tarixli məktubla daxil olmuş xx.xx.2025-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan müəyyən edilir ki, keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə təqsirləndirilən şəxs, barəsində xx.xx.2025-ci il tarixdə 730297 saylı axtarış işi açılmış xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 20:50-də Quba rayonu ərazisində saxlanılaraq 4-cü PB-yə aparılmışdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Beləliklə, Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində cəzasını çəkməlidir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanları ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cəzanı ağırlaşdıran halın olmamasını, barəsində cəzasını yüngülləşdirən halları, yəni törətdiyi cinayət əməlinə görə peşmanlıq hissi keçirməsini, əvvəllər məhkum olunmamasını, himayəsində 3 azyaşlı uşağının olmasını və cinayət nəticəsində dəymiş ziyanları ödəməsini, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları, o cümlədən barəsində “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsinə baxmayaraq, Quba rayon məhkəməsinin 3(027)-886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 25 (iyirmi beş) gün müddətinə inzibati həbs tətbiq edilməsini eyni zamanda, (Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinin verdiyi məlumata əsasən) “ev dustaqlığı” qətimkan tədbirinin tətbiqi müddətində onun barəsində yenidən Azərbaycan Respublikası CM-nin177.2.2, 177.2.3 və 177.2.5-ci maddələri ilə cinayət işinin başlanılmasını həmçinin, hazırkı cinayət işi üzrə keçirilmiş məhkəmə proseslərindən yayınmasını səbəbindən barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın aşağı həddində cəza təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 06 iyul 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 08 iyul 2024-cü il tarixdən 18 mart 2025-ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 08 (səkkiz) ay 12 (on iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun axtarışla tutulduğu vaxtdan, yəni 31 mart 2025-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk daşıyıcısı və 02 (iki) ədəd qəbz cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa məhkəmə, CPM-in 197-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə məhkəmə xərci kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H ÖK M E TDİ :
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində 06 iyul 2024-cü il tarixdən 08 iyul 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və 08 iyul 2024-cü il tarixdən 18 mart 2025-ci il tarixədək ev dustaqlığında olduğu ümumilikdə 08 (səkkiz) ay 12 (on iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 03 (üç) 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli onun axtarışla tutulduğu vaxtdan, yəni 31 mart 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) İş üzrə maddi sübut kimi tanınmış 02 (iki) ədəd disk daşıyıcıda və 02 (iki) ədəd qəbz cinayət işi materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944, SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın və xüsusi müsadirə edilməli əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Sədrlik edən Aynur Əliyeva