Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-48/2020 11.08.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi X3, Zərərçəkmiş şəxs1 iştirakı ilə Xaçmaz rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında xx.xx.1950-ci ildə Dəvəçi rayonu, Konstitusiya sovxozunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmamış, Xaçmaz şəhəri, 1 May küçəsi, ev 21-də qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu il tarixdə saat 20 radələrində qaranlıq və quru hava şəraitində özünə məxsus «Daewoo Nexıa» markalı ** VC *** qeydiyyatlı nişanlı avtomobili idarə edib Xaçmaz şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin təhlükəsizlik tədbirlərinə riyayət etməyərək H.Əliyev prospekti ilə Natəvan küçəsinin kəsişməsində yolun sol tərəfindən sağ tərəfinə hərəkət edən piyada Zərərçəkmiş şəxs1 vurmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs1 baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın, sağ dirsək, sol diz və sol baldır nahiyələrinin qançırları, sağ qalça və qasıq sümüklərinin qapalı sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər alması ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, 1 May küçəsi, ev 21-də yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, Təqaüdçüdür. Onun özünə məxsus «Daewoo Nexıa» markalı ** VC *** qeydiyyatlı nişanlı avtomobil vardır və o, özünə məxsus həmin avtomobili etibarnamə əsasında idarə etmişdir. Nəqliyyat vasitəsini idarə etmək üçün isə «B» dərəcəli sürücülük vəsiqəsi olmuşdur. O, arada bir özünə məxsus ««Daewoo Nexıa» markalı avtomobillə taksi fəaliyyəti göstərib sərnişin daşımaqla məşğul olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 20 radələrində özünə məxsus «Daewoo Nexıa» markalı avtomobili idarə edib Xaçmaz şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olmuş və H.Əliyev prospekti ilə Natəvan küçəsinin kəsişməsinə çatanda iki nəfər qadının yolun sol kənarından sağ kənarına doğru hərəkət etdiklərini görüb diqqətini həmin qadınlara yönəltmiş və bir qədər də yaxınlaşanda görmüşdür ki, onlardan qabaqda başqa bir yaşlı qadın gedir. O, həmin qadını vurmamaq üçün əyləci basıb avtomobili saxlamağa çalışsada bu mümkün olmamış və idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə həmin qadını, yəni sonradan tanıdığı Zərərçəkmiş şəxs1 vurmuşdur. Zərbədən Rəfiqə yerə yıxılmış və o, tez avtomobili saxlayıb yerə düşərək Rəfiqəyə yaxınlaşmışdır. Rəfiqə ciddi bir xəsarətinin olmadığını bildirsə də o, ona əhəmiyyət verməmiş və Rəfiqəni yanındakı qızı ilə birlikdə avtomobilinə əyləşdirib Xaçmaz RMX-na aparmışdır. Xaçmaz RMX-da həkimlər Rəfiqəni müayinə etdikdən sonra onun sağ qalça və sağ qasıq sümüklərinin sındığını bildirmişlər. Sonra Xaçmaz RMX-na polis əməkdaşları gəlmişlər və onunla birlikdə hadisə yerinə gedib baxış keçirmişlər. Sonrakı günlərdə Rəfiqə xəstəxanada müalicə olunmuş, o, da onun müalicəsinə 500 manat pul xərcləmişdir. 2019-cu ilin dekabr ayında o, bilmişdir ki, Xaçmaz RPŞ-nin İB-də onun barəsində araşdırma aparılaraq cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir və qərarın surəti barəsində inzibati tədbir görülməsindən ötrü Xaçmaz RPŞ-nin DYPB-nə göndərilmişdir. Sonradan Zərərçəkmiş şəxs1 ondan əlavə pul istəmiş və onun Rəfiqəyə əlavə pul vermək imkanı olmamışdır. Bu səbəbdən də Rəfiqə onun barəsində şikayət ərizələri yazmışdır. Hadisə zamanı avtomobili təxminən saatda 50-60 km sürətlə idarə etmiş, həmin vaxt piyada, yəni Rəfiqə yolun sol kənarından sağ kənarına doğru hərəkət etmiş və o, onu neçə metr məsafədən gördüyünü dəqiq xatırlamamışdır. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, o, qızı Nailə ilə birlikdə Xaçmaz şəhəri, Qudyalçay küçəsi, ev 3də yaşayır. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 18 radələrində qızı Nailə birlikdə evdən çıxıb Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Qayalı» marketə getmişlər. «Qayalı» marketdən çıxdıqdan sonra qızı Nailə ilə birlikdə piyada Xaçmaz şəhəri, H.Əliyev prospektinə gəlmişlər, sonra isə Xaçmaz şəhəri, H.Əliyev prospekti ilə yaşadığı ev istiqamətində getmişlər. Xaçmaz şəhəri, H.Əliyev prospektində yolun sol kənarında yerləşən uşaq bağçasının qarşısına çatanda yolun sol tərəfindən sağ tərəfinə keçmişlər. Yolun sağ tərəfində olan səkinin üzərinə ayağını qoyanda arxadan gələn «Daewoo Nexıa» markalı avtomobil səkinin üzərində onu vurmuşdur. Qızı Nailə qışqırmış və sürücü avtomobili saxlamışdır. Bundan sonra qızı Nailə onu həmin «Daewoo Nexıa» markalı avtomobilə əyləşdirib Xaçmaz RMX-na aparmışdır. Xəstəxanada həkimlər onu müayinə etdikdən sonra ona sağ qalça və sağ qasıq sümüklərinin sındığını bildirmişlər və sonrakı günlərdə o, xəstəxanada qalıb müalicəsini davam etdirmişdir. Onu vurmuş avtomobilin sürücüsü Yusif onun müalicəsinə köməklik göstərməmiş, bu səbəbdən də o, müxtəlif instansiyalara şikayət etmişdir. Hal-hazırda da o, müalicəsini davam etdirir. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan olunmuş şahid Zərərçəkmiş şəxs2 qızının ifadəsindən görünür ki, o, anası Rəfiqə ilə birlikdə Xaçmaz şəhəri, Qudyalçay küçəsi, ev 3-də yaşayır. xx xxxxxxx 2019-cu il tarixdə təxminən saat 18 radələrində anası Rəfiqə ilə birlikdə evdən çıxıb Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən «Qayalı» marketə getmişlər. «Qayalı» marketdən çıxdıqdan sonra anası Rəfiqə ilə birlikdə piyada Xaçmaz şəhəri, H.Əliyev prospektinə gəlmişlər, sonra isə Xaçmaz şəhəri, H.Əliyev prospekti ilə yaşadığı ev istiqamətində getmişlər. Xaçmaz şəhəri, H.Əliyev prospektində yolun sol kənarında yerləşən uşaq bağçasının qarşısına çatanda yolun sol tərəfindən sağ tərəfinə keçmişlər. Anası Rəfiqə yolun sağ tərəfində olan səkinin üzərinə ayağını qoyanda arxadan gələn «Daewoo Nexıa» markalı avtomobil səkinin üzərində onu vurmuşdur. O, qışqırmış və sürücü avtomobili saxlamışdır. Bundan sonra o, anası Rəfiqəni həmin «Daewoo Nexıa» markalı avtomobilə əyləşdirib Xaçmaz RMX-na aparmışdır. Xəstəxanada həkimlər anası Rəfiqəni müayinə etdikdən sonra ona sağ qalça və sağ qasıq sümüklərinin sındığını bildirmişlər və sonrakı günlərdə o, xəstəxanada qalıb müalicəsini davam etdirmişdir. Anası Rəfiqəni vurmuş avtomobilin sürücüsü Yusif onun müalicəsinə köməklik göstərməmiş, bu səbəbdən də o, müxtəlif instansiyalara şikayət etmişdir. Hal-hazırda da anası müalicəsini davam etdirir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və Patoloci anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin xx xxxxxx 2019-cu il tarixli 04/782 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər-baş beyin silkələnməsi ilə müşayiət olunmuş alın, sağ dirsək, sol diz və sol baldır nahiyələrinin qançırları, sağ qalça və qasıq sümüklərinin qapalı sınıqları bərk küt əşya (əşyaların) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi xx.xx.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 516 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən «Daewoo Nexıa» markalı ** VC *** qeydiyyatlı nişanlı avtomobilin sürücüsü X1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, Xaçmaz RİHB-nın Xaçmaz şəhər İƏD-si tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloci meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cnayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin 1-ci bəndinə əsasən yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindəndir. Həmin Qanununun 42-cı maddəsinin 1-ci hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. «Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxxx 2004-cü il tarixli qərarının 2-ci və 3-cü bəndlərinə əsasən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayət işləri üzrə şəxsin təqsirlilik məsələlərini həll edərkən məhkəmələr işin bütün faktiki hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərini pozduğunu və bu pozuntunun konkret nədə ifadə olunduğunu göstərməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğunu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olubolmadığını müəyyənləşdirməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin predmeti avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitələri, o cümlədən trolleybuslar, traktorlar, motosikllər, habelə başqa özüyeriyən maşın və mexanizmlərdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin yaşını, ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini, himayəsində iki azyaşlı uşağın olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır və ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini 23:30-dan 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 100 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:30-dan 07:00-dəktərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmazrayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbirihökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, AZ xx xxxx 013601**********3944 SWİFTBİKCTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 44 (qırx dörd) iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 264 (iki yüz altmış dörd) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-48/2020
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-48/2020
11.08.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver