Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-48/2021 27.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs “xxxx” QSC-nin nümayəndəsi Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1955-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 27.11.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs – fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması, öhdəliklər götürülməsi, öhdəliklərə görə cavabdehlik daşınılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 2014-2015-ci ilin vergi bəyannamələrinə əsasən fərdi dövriyyəsi və gəliri ümumiyyətlə olmadığı halda Xaçmaz şəhərində yerləşən Mərkəzi bazarda tikinti materialları və məişət avadanlıqlarının satışı ilə bağlı fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar “xxxx” QSC-nin “Xaçmaz” filialı tərəfindən 04.04.2015-ci il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 139.901 (bir yüz otuz doqquz min doqquz yüz bir) manat, ödəmə qabiliyyətinin isə aylıq 16.912 (on altı min doqquz yüz on iki) manat olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 22.05.2015-ci il tarixli 011R********** №-li “Kredit razılaşması” əsasında 48 ay müddətinə, aylıq 1.33 % dərəcəsi ilə 240.000 (iki yüz qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 251.640 (iki yüz əlli bir min altı yüz qırx) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 800 (səkkiz yüz) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 838,8 manatının (səkkiz yüz otuz səkkiz manat səksən qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 239.200 (iki yüz otuz doqquz min iki yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 250.801,2 manatını (iki yüz əlli min səkkiz yüz bir manat iyirmi qəpik) 007861 saylı bank çeki əsasında ünvan 2 ünvanında yerləşən həmin bankın “Xaçmaz” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 105.459,15 ABŞ dolları (bir yüz beş min dörd yüz əlli doqquz dollar on beş sent), faiz üzrə 21.108,52 ABŞ dolları (iyirmi bir min bir yüz səkkiz dollar əlli iki sent) məbləğində ödəniş həyata keçirib, 25 yanvar 2021-ci il tarixə 134.540,85 ABŞ dolları (bir yüz otuz dörd min beş yüz qırx dollar səksən beş sent), həmin dövrün rəsmi məzənnəsi ilə 248.719,44 manat (iki yüz qırx səkkiz min yeddi yüz on doqquz manat qırx dörd qəpik) məbləğində əsas və 91.556,2 ABŞ dolları (doxsan bir min beş yüz əlli altı dollar iyirmi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 155.645,54 manat (bir yüz əlli beş min altı yüz qırx beş manat əlli dörd qəpik) məbləğində faiz borclarını, cəmi 226.097,05 ABŞ dolları (iki yüz iyirmi altı min doxsan yeddi dollar beş sent), həmin dövrün rəsmi məzənnəsi ilə 384.364,98 manat (üç yüz səksən dörd min üç yüz altmış dörd manat doxsan səkkiz qəpik) məbləğində pulu qəsdən ödəməməklə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 240.000 (iki yüz qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 251.640 (iki yüz əlli bir min altı yüz qırx) manat məbləğdə qanunsuz kredit alaraq “xxxx” QSC-yə külli miqdarda ziyan vurmuş, həmin kreditlər üzrə cəmi 226.097,05 ABŞ dolları (iki yüz iyirmi altı min doxsan yeddi dollar beş sent), həmin dövrün rəsmi məzənnəsi ilə 384.364,98 manat (üç yüz səksən dörd min üç yüz altmış dörd manat doxsan səkkiz qəpik) məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan “xxxx” QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Xaçmaz şəhərində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla məişət əşyalarının və tikinti avadanlıqlarının alqı-satqısı ilə məşğul olur. 27.11.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İlk dəfə 2010-cu ildə işləri yaxşı getmədiyi üçün dövriyyəsini artırmaq məqsədilə kredit götürmək qərarına gəlmiş və bununla bağlı “xxxx” QSC-nin “Xaçmaz” filialına müraciət edərək kredit götürmək istədiyini bildirmişdir. Həmin vaxt filial ilə onun arasında “Uzunmüddətli kredit xətti” müqaviləsi bağlanmışdır. 2010-cu ildən 2015-ci ilədək həmin bankdan iki dəfə müxtəlif məbləğlərdə kredit götürərək həmin kreditləri ödəyib bağlamışdır. 2015-ci ilin aprel ayında bazarda işləri yaxşı getmədiyi üçün dövriyyəsində pulu olmadığından kredit götürmək qərarına gəlmiş və bu məqsədlə yenidən ərizə ilə “xxxx” QSC-nin “Xaçmaz” filialına müraciət etdikdən sonra bankın adını xatırlamadığı mütəxəssisi onun bazardakı iki satış obyektinə gəlib baxaraq kredit ödəmə qabiliyyətini yoxlama məqsədilə ümumi dövriyyəsini, xərclərini və aylıq gəlirini soruşmuşdur. Bununla bağlı bankın əməkdaşına dəftərçəsində olan məlumatları təqdim etdikdən sonra müvafiq sənədləşmə işləri aparılmışdır. Həmin vaxt yenidən bankın digər əməkdaşı bazara gələrək ticarət obyektlərinə baxış keçirmiş və ondan dövriyyəsi, xərcləri və aylıq gəlirini soruşmuşdur. O yenə də dəftərçəsində qeydlərini həmin şəxsə təqdim etmişdir. Bundan sonra onunla bank arasında bağlanan 22.05.2015-ci il tarixli “Kredit razılaşması” əsasında ona 48 ay müddətinə, aylıq 1.333 % dərəcəsi ilə 240.000 (iki yüz qırx min) ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin məbləğdən 800 (səkkiz yüz) ABŞ dolları komissiya haqqı kimi bank tərəfindən tutulmuş, qalan 239.200 (iki yüz otuz doqquz min iki yüz) ABŞ dollarını isə o, kassadan götürərək ticarətlə bağlı dövriyyəsini artırmaq məqsədi ilə müvafiq əşyalar almış və tikintiyə sərf etmişdir. Devolvasiyadan sonra ticarət zəiflədiyi üçün o, həmin krediti tam şəkildə ödəyə bilməmişdir. Həmçinin o, 04.04.2015-ci il tarixli “Borc alan barədə məlumat” vərəqəsində, 22.05.2015-ci il tarixli 011R********** №-li Kredit Razılaşması vərəqəsində, 22.05.2015-ci il tarixli “kreditin verilməsi-köçürmə” vərəqəsində, həmin tarixli “ödəniş planı” vərəqəsindəki “müştəri” qrafası qarşısındakı imzaların ona məxsus olduğunu, onun tərəfindən icra edildiyini bildirmişdir. Qeyd edilən sənədlər əsasında bankdan ona 240.000 ABŞ dolları məbləğində kredit verilmişdir. 04.04.2015-ci il tarixli “kredit analizi” vərəqəsində “Mənfəət və zərər qrafasında” göstərilən məlumatları, yəni 2015-ci ildə aylıq dövriyyəsinin 139.901 manat və aylıq gəlirinin isə 16.912 manat olduğunu bankın nümayəndəsinə özü təqdim etmişdir. Belə ki, kredit verilməmişdən əvvəl bankın hazırda adını xatırlamadığı nümayəndəsi - kredit mütəxəssisi onun bazardakı iki satış obyektinə gəlib baxaraq kredit ödəmə qabiliyyətini yoxlama məqsədilə ümumi dövriyyəni, xərclərini və aylıq gəlirini soruşmuş, o da bununla bağlı bankın hazırda xatırlamadığı əməkdaşına dəftərçəsində olan məlumatları təqdim etmiş və bununla bağlı təqdim olunan “kredit analizi” vərəqəsi tərtib edilmişdir. Hazırda uzun müddət keçdiyi üçün o, bankın nümayəndəsinə təqdim etdiyi dəftərçəni məhv etdiyi üçün istintaqa təqdim edə bilməmişdir. Bundan başqa, o, 2014-2015-ci ilin vergi bəyannamələrində onun həmin dövrdə ümumiyyətlə dövriyyəsinin və gəlirinin olmaması ilə bağlı bəyannamələrdə göstərilənlərin doğru olduğunu bildirmiş, həmin dövrdə gəliri olmamış, bankdan kredit götürməyə nail olmaq məqsədilə bakın nümayəndəsinə dövriyyəsinin 139.901 manat və aylıq gəlirinin isə 16.912 manat olduğunu, yəni bilə-bilə şişirdilmiş məlumatlar vermişdir. Buna səbəb isə kredit götürüb mal-material alaraq dövriyyəsini artırmaqla yaxşı gəlir əldə edərək krediti ödəyəcəyini hesab etmiş, lakin müflis olduğu üçün həmin krediti ödəyə bilməmişdir. İbtidai istintaq və məhkəmə istintaqı zamanı o, zərərçəkmiş şəxsə ödənişlər etmişdir. Hazırda zərərçəkmiş şəxsə ödəməli olduğu maddi ziyanı zərərçəkmişə hissə-hissə ödəmək barədə zərərçəkmişlə razılığa gəlmişlər. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirmiş, vurduğu ziyandan qalan məbləği də hissə-hissə ödəyəcəyini bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs “xxxx” QSC-nin nümayəndəsi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Xaçmaz şəhərində fərdi sahibkarlıqla məşğul olmuş və ilk dəfə 2010-cu ildə “xxxx” QSC-nin Xaçmaz filialına müraciət edərək öz biznesini genişləndirmək məqsədilə kredit götürmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs Xaçmaz şəhərində özünə məxsus mağazada təsərrüffat və tikinti materiallarının alqısatqısı ilə məşğul olmuşdur. 2010-cu ildə Təqsirləndirilən şəxsla filial arasında “Kredit xətti” müqaviləsi bağlanmış və həmin vaxtdan bir neçə dəfə filialdan xırda məbləğlərdə kredit götürərək bağlamışdır. 04 aprel 2015-ci ildə Təqsirləndirilən şəxs filiala yenidən ərizə ilə müraciət edərək 300.000 ABŞ dolları məbləğində kredit götürmək istədiyini bildirdikdən sonra sonuncunun kredit ödəmə qabiliyyətinin yoxlanılması kredit mütəxssisi kimi Şahid1 həvalə edilmişdir. Şahid1 Təqsirləndirilən şəxsla filialda görüşərək müraciəti ilə bağlı ərizəsini almış və həmin ərizəsində Təqsirləndirilən şəxs gəlirlərini nəzərə alaraq hər ay asanlıqla 10.000 ABŞ dolları məbləğini ödəniş edə biləcəyini göstərmişdir. Şahid1 Təqsirləndirilən şəxs ərizəsini qəbul etdikdən sonra sonuncunun işlədiyi Xaçmaz şəhəri Mərkəzi Bazarında iki obyektinə gedərək baxış keçirmişdir. Təqsirləndirilən şəxs təsərrüfat və tikinti materiallarının alqı-satıqısını həyata keçirdiyini, həmin vaxt devolvasiya olmasına baxmayaraq, işlərinin yaxşı getdiyini deyərək özünün mal alışları və satışlarının qeydiyyat dəftərini təqdim edərək aylıq dövriyyəsinin 139.901 manat və xərcləri çıxıldıqdan sonra aylıq gəlirinin 16.912 manat olduğunu bildirmişdir. Mütəxəssis həmin dəftərlərə baxaraq Təqsirləndirilən şəxs məlumatlarını qeyd etmiş, 04.04.2015-ci il tarixli “Kredit Analizi” vərəqəsini tərtib edərək Təqsirləndirilən şəxs həmin vərəqə ilə tanış etmişdir. Bundan sonra toplanmış həmin məlumatları filial müdirinə təqdim etdikdən sonra Baş ofisə Kredit Komitəsinə göndərmişlər. Baş ofis tərəfindən Şahid3 adlı nümayəndə Ramizlə görüşərək qeyd olunan məlumatları dəqiqləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən öz sahibkarlıq fəaliyyəti ilə kredit ödəmə qabiliyyəti olduğu müəyyən edildiyi üçün 240.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə qərar qəbul edilmiş və sonuncuyla filial müdiri Şahid2 tərəfindən 22 may 2015-ci il tarixli “kredit razılaşması” imzalanmışdır. Həmin razılaşmaya əsasən Təqsirləndirilən şəxs 240.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Təqsirləndirilən şəxs devolvasiyadan sonra kredit götürsə də, 2018-ci ilin may ayınadək də hər dəfə devolvasiyanı bəhanə gətirərək kredit ödəmək imkanı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs vurduğu maddi ziyandan 12.10.2018-ci il tarixədək, yəni cinayət işinin başlanması tarixinədək, 47727.64 ABŞ dolları ödəniş etmiş, cinayət işinin istintaqı dövründə isə 78840.03 ABŞ dolları ödəniş etmiş, həmin məbləğ əsas borcdan silinmişdir. İstintaq yekunlaşdıqdan sonra, həmçinin iş məhkəmənin icraatında olduğu dövrdə 12000 ABŞ dolları ödəmişdir. Təqsirləndiriləndirilən şəxs ümumilikdə 138567.67 ABŞ dolları (117459.15 ABŞ dolları əsas və 21108.52 ABŞ dolları faiz) ödəniş etmişdir. Hazırda təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurduğu ödənilməmiş maddi ziyanın məbləği 214097.05 ABŞ dolları (122540.85 ABŞ dolları əsas və 91556.2 ABŞ dolları faiz) təşkil edir. Həmçinin təqsirləndirilən şəxslə bank arasında vurulmuş maddi ziyanın hissə-hissə ödəməsi barədə razılıq əldə edilmişdir. Odur ki, maddi ziyanın qismən ödənilməsinin və ziyanın ödənilməsi ilə bağlı razılıq əldə olunmasının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə “xxxx” QSC-nin “Xaçmaz” filialında mikro kreditlər üzrə mütəxəssis vəzifəsinə işə düzələrək işləmiş, 2015-ci ildə isə həmin filialda KOBK üzrə kredit mütəxəssisi vəzifəsinə təyin olunaraq həmin vəzifədə 2018-c ilin may ayınadək çalışmışdır. 2018-ci ilin may ayından hazıradək isə “xxxx” ASC-nin Xaçmaz filialında Kiçik və orta biznes kreditləri mütəxəssis vəzifəsində işləyir. Kredit mütəxəssisi kimi onun əsas vəzifəsi kredit götürmək üçün müraciət etmiş müştərilər tərəfindən təqdim edilən məlumatların yoxlanılması, kredit ödəmə qabiliyyətlərinin olub-olmamasının müəyyən edilməsi, müştərinin biznes fəaliyyəti ilə bağlı obyektlərinə baxış keçirilməsi, biznes fəaliyyətinin analizinin aparılması, toplanmış materialları filial müdiri və Baş ofisə təqdim edilməsi və sairdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs ilk dəfə 2010-cu ildə “xxxx” QSC-nin Xaçmaz filialına müraciət edərək öz biznesini genişləndirmək məqsədilə kredit götürmək istədiyini bildirmişdir. 2010-cu ildə Təqsirləndirilən şəxsla filial arasında “Kredit xətti” müqaviləsi bağlanmış və həmin vaxtdan bir neçə dəfə filialdan xırda məbləğlərdə kredit götürərək bağlamışdır. 04 aprel 2015-ci ildə Təqsirləndirilən şəxs filiala yenidən ərizə ilə müraciət edərək 300.000 ABŞ dolları məbləğində kredit götürmək istədiyini bildirdikdən sonra sonuncunun kredit ödəmə qabiliyyətinin yoxlanılması kredit mütəxssisi kimi ona həvalə edilmişdir. O, Təqsirləndirilən şəxsla filialda görüşərək müraciəti ilə bağlı ərizəsini almış və həmin ərizəsində Təqsirləndirilən şəxs gəlirlərini nəzərə alaraq hər ay asanlıqla 10.000 ABŞ dolları məbləğini ödəniş edə biləcəyini göstərmişdir. O, Təqsirləndirilən şəxs ərizəsini qəbul etdikdən sonra sonuncunun işlədiyi Xaçmaz şəhəri Mərkəzi Bazarında iki obyektinə gedərək baxış keçirmişdir. Təqsirləndirilən şəxs təsərrüfat və tikinti materiallarının alqısatıqısını həyata keçirdiyini, həmin vaxt devolvasiya olmasına baxmayaraq, işlərinin yaxşı getdiyini deyərək ona özünün mal alışları və satışlarının qeydiyyat dəftərini təqdim edərək aylıq dövriyyəsinin 139.901 manat və xərcləri çıxıldıqdan sonra aylıq gəlirinin 16.912 manat olduğunu bildirmişdir. O, həmin dəftərlərə baxaraq Ramizin məlumatlarını qeyd etmiş, 04.04.2015-ci il tarixli “Kredit Analizi” vərəqəsini tərtib edərək Təqsirləndirilən şəxs həmin vərəqə ilə tanış etmişdir. Bundan sonra toplanmış həmin məlumatları filial müdirinə təqdim etdikdən sonra Baş ofisə Kredit Komitəsinə göndərmişlər. Baş ofis tərəfindən Şahid3 adlı nümayəndə Ramizlə görüşərək qeyd olunan məlumatları dəqiqləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən öz sahibkarlıq fəaliyyəti ilə kredit ödəmə qabiliyyəti olduğu müəyyən edildiyi üçün 240.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə qərar qəbul edilmiş və sonuncuyla filial müdiri Şahid2 tərəfindən 22 may 2015-ci il tarixli “kredit razılaşması” imzalanmışdır. Həmin razılaşmaya əsasən Təqsirləndirilən şəxs 240.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Təqsirləndirilən şəxs devolvasiyadan sonra kredit götürsə də, 2018-ci ilin may ayınadək də hər dəfə devolvasiyanı bəhanə gətirərək kredit ödəmək imkanı olmadığını bildirmişdir. Həmçinin cinayət işinin istintaq materiallarına əlavə edilmiş 04.04.2015-cü il tarixli “kredit analizi” vərəqəsini özü tərtib etmişdir. Belə ki, Təqsirləndirilən şəxs kredit verilməmişdən əvvəl onun tərəfindən biznes fəaliyyəti yoxlanılmış, Təqsirləndirilən şəxs Xaçmaz şəhəri Mərkəzi Bazarında iki obyektində təsərrüfat və tikinti materiallarının alqı-satıqısını həyata keçirdiyini müəyyən etmişdir. Kredit verilməmişdən əvvəl Təqsirləndirilən şəxsla birlikdə obyektlərinə baxış keçirmiş, devolvasiya olmasına baxmayaraq, Təqsirləndirilən şəxs işlərinin yaxşı getdiyini bildirmiş, mal alışları və satışlarının qeydiyyat dəftərini ona təqdim edərək aylıq dövriyyəsinin 139.901 (bir yüz otuz doqquz min doqquz yüz bir) manat və xərcləri çıxıldıqdan sonra aylıq gəlirinin 16.912 (on altı min doqquz yüz bir) manat olduğunu göstərmişdir. Təqdim olunan məlumatlara əsasən o, 04.04.2015-ci il tarixli “Kredit Analizi” vərəqəsini tərtib edərək Təqsirləndirilən şəxs həmin vərəqə ilə tanış etmişdir. Bundan sonra toplanmış həmin məlumatları filial müdirinə təqdim etdikdən sonra kredit ayrılmasına qərar verilməsi üçün Baş ofisin Kredit Komitəsinə göndərmişdir. Baş ofis tərəfindən həmin məlumatlar yoxlandıqdan sonra Təqsirləndirilən şəxs 240.000 ABŞ dolları məbləğində kredit verilməsi ilə bağlı qərar qəbul edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs krediti götürməyə nail olduqdan sonra ödənişlərlə bağlı gecikmələri yarandığı üçün sonuncunun öz maliyyə vəziyyəti ilə bağlı filiala şişirdilmiş məlumatlar təqdim etdiyini anlamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi məlumatları sonuncunun iştirakı ilə qeyd edərək “Kredit analizi” vərəqəsi tərtib etmişdir. Həmin dövrdə Bankın vergi məlumatlarını əldə etmək səlahiyyəti olmadığından onun Təqsirləndirilən şəxs vergilərə təqdim etdiyi məlumatlardan heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 2005-ci ilin aprel ayından “xxxx” QSC-də işləmiş, 2013-cü ilin dekabr ayından 2018-ci ilin sentyabr ayınadək həmin bankın “Xaçmaz” filialının müdiri vəzifəsində, 2018-ci ilin sentyabr ayından isə bankın “Xırdalan” filialında çalışmış, 06 fevral 2020-ci ildən hal-hazıradək “xxxx” ASC-nin Sumqayıt filialının müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs 2015-ci ildən həmin vaxt rəhbəri olduğu filialın müştərisi kimi tanımışdır. Təqsirləndirilən şəxs “xxxx” QSC-nin “Xaçmaz” filialına ilk dəfə 2010-cu ildə müraciət edərək kredit götürmək istədiyini bildirmiş və həmin vaxt sonuncuyla bank arasında 2010-cu il tarixli kredit xətti müqaviləsi bağlanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs bir neçə dəfə xırda məbləğlərdə filialdan kredit götürərək bağlamışdır. 2013-cü ildə həmin filiala müdir vəzifəsinə təyin edilmiş, filial müdiri kimi əsas vəzifəsi filialın bütün işlərinə, o cümlədən kredit mütəxəssisləri tərəfindən toplanmış sənədlərin qanuniliyinə və qaydalara uyğun olmasına nəzarət etməkdən ibarət olmuşdur. Kredit mütəxəssisləri kredit götürmək üçün müraciət etmiş müştərilər tərəfindən təqdim edilən məlumatları yoxlamaqla, kredit ödəmə qabiliyyətlərinin olub-olmamasını müəyyən edərək, müştərinin biznes fəaliyyəti ilə bağlı obyektlərinə baxış keçirir, biznes fəaliyyətinin analizini apardıqdan sonra toplanmış materialları filial müdiri kimi ona təqdim edirlər. O isə öz növbəsində, toplanmış sənədləri yenidən baxılması və yoxlanılması üçün Baş ofisə təqdim edir. Təqsirləndirilən şəxs Xaçmaz şəhərində fərdi sahibkarlıqla məşğul olmuşdur. 04 aprel 2015-ci ildə Təqsirləndirilən şəxs filiala yenidən ərizə ilə müraciət edərək 300.000 ABŞ dolları məbləğində kredit götürmək istədiyini bildirdikdən sonra kredit ödəmə qabiliyyətinin yoxlanılması kredit mütəxəssisi kimi Şahid1 həvalə edilmişdir. Şahid1 Təqsirləndirilən şəxsla filialda görüşərək müraciəti ilə bağlı ərizəsini almış və həmin ərizəsində Təqsirləndirilən şəxs gəlirlərini nəzərə alaraq hər ay asanlıqla 10.000 ABŞ dolları məbləğində ödəniş edə biləcəyini göstərmişdir. Təqsirləndirilən şəxs ərizəsini qəbul etdikdən sonra Tural tərəfindən Təqsirləndirilən şəxs işlədiyi Xaçmaz şəhəri Mərkəzi Bazarında iki obyektinə gedərək baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs devolvasiya olmasına baxmayaraq, işlərinin yaxşı getdiyini deyərək Şahid1 özünün mal alışları və satışlarının qeydiyyat dəftərini təqdim edərək aylıq dövriyyəsinin 139.901 manat və xərcləri çıxıldıqdan sonra aylıq gəlirinin 16.912 manat olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi məlumatlar əsasında 04.04.2015-ci il tarixli “Kredit Analizi” vərəqəsi tərtib edilmiş və bundan sonra toplanmış həmin məlumatları filial müdiri kimi ona, onun vasitəsilə isə qərar qəbul edilməsi üçün Baş ofisin Kredit Komitəsinə göndərilmişdir. Baş ofis tərəfindən Şahid3 yenidən qeyd olunan məlumatları yoxlamaq məqsədilə Ramizlə görüşərək qeyd olunan məlumatları dəqiqləşdirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən öz sahibkarlıq fəaliyyəti ilə kredit ödəmə qabiliyyəti olduğu müəyyən edildiyi üçün 240.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə qərar qəbul edilmişdir. Təqsirləndirilən şəxsla filial müdiri kimi onun arasında 22 may 2015-ci il tarixli “kredit razılaşması” imzalanmışdır. Həmin razılaşmaya əsasən Təqsirləndirilən şəxs 240.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmçinin 22.05.2015-ci il tarixli “kredit razılaşması”, “kreditin verilməsi-köçürmə” vərəqəsi, “ödəniş planı” vərəqəsində “Bank” və “Şahid2 Nuraddin” qrafaları qarşısındakı imzalar ona məxsusdur, onun tərəfindən icra edilərək filialın möhürü ilə təsdiq edilmişdir. Həmin sənədlərə əsasən Təqsirləndirilən şəxs 240.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Təqsirləndirilən şəxs krediti götürməyə nail olduqdan sonra ödənişlərlə bağlı gecikmələri yarandığı üçün sonuncunun öz maliyyə vəziyyəti ilə bağlı filiala şişirdilmiş məlumatlar təqdim etdiyini anlamışdır. Həmin dövrdə Bankın vergi məlumatları əldə etmək səlahiyyəti olmadığından onun Təqsirləndirilən şəxs vergilərə təqdim etdiyi məlumatlardan heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 2004-cü ilin aprel ayından “xxxx” QSC-də müxtəlif vəzifələrdə işləmiş, 2013-cü ildən 2019-cu ilədək bankın Baş ofisində Kiçik və orta biznes kreditləri üzrə direktor vəzifəsində çalışmış, 2019-cu ildən hal-hazıradək isə bankın “Azadlıq” filialının müdiri vəzifəsində işləyir. 2013-cü ildən 2019cu ilədək bankın Baş ofisində Kiçik və orta biznes kreditləri üzrə direktor vəzifəsində işlədiyi müddətdə onun vəzifəsi rayon filiallarında verilən iri kreditlərin bank qaydalarına uyğun verilib-verilməməsini, toplanmış materialların doğru olub-olmamasını yoxlamaqdan ibarət olmuşdur. Ümumiyyətlə, kredit məbləğinin verilməsi proseduru kredit götürmək üçün müraciət etmiş müştərilər tərəfindən təqdim edilən məlumatları yoxlamaqdan, kredit ödəmə qabiliyyətlərinin olub-olmamasının müəyyən edilməsindən, müştərinin biznes fəaliyyəti ilə bağlı obyektlərinə baxış keçirilməsindən, biznes fəaliyyətinin analizini apararaq toplanmış materialların yoxlanılması üçün Baş ofisə göndərilməsindən ibarət olmuşdur. Həmçinin 2015-ci ilin may ayında “xxxx” QSC-nin “Xaçmaz” filialından Təqsirləndirilən şəxs kredit verilməsi ilə bağlı toplanmış sənədlər yoxlanılması üçün ona verilmişdir. Həmin sənədləri nəzərdən keçirərək Təqsirləndirilən şəxs “xxxx” QSC-nin “Xaçmaz” filialına ilk dəfə 2010-cu ildə müraciət edərək kredit götürdüyünü, həmin vaxt sonuncuyla bank arasında 2010-cu il tarixli kredit xətti müqaviləsi bağlandığı məlum olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs iki dəfə xırda məbləğlərdə filialdan kredit götürərək bağlamışdır. 04 aprel 2015-ci ildə Təqsirləndirilən şəxs filiala yenidən ərizə ilə müraciət edərək 300.000 ABŞ dolları məbləğində kredit götürmək istədiyini bildirdikdən sonra sonuncunun kredit ödəmə qabiliyyətinin yoxlanılması kredit mütəxssisi kimi Şahid1 həvalə edilmişdir. Şahid1 Təqsirləndirilən şəxsla filialda görüşərək müraciəti ilə bağlı ərizəsini almış və həmin ərizəsində Təqsirləndirilən şəxs gəlirlərini nəzərə alaraq hər ay asanlıqla 10.000 ABŞ dolları məbləğində ödəniş edə biləcəyini göstərmişdir. Təqsirləndirilən şəxs ərizəsini qəbul etdikdən sonra Tural tərəfindən Təqsirləndirilən şəxs işlədiyi Xaçmaz şəhəri Mərkəzi Bazarında iki obyektinə gedərək baxış keçirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs devolvasiya olmasına baxmayaraq, işlərinin yaxşı getdiyini deyərək Şahid1 özünün mal alışları və satışlarının qeydiyyat dəftərini təqdim edərək aylıq dövriyyəsinin 139.901 manat və xərcləri çıxıldıqdan sonra aylıq gəlirinin 16.912 manat olduğunu bildirmişdir. 2015-ci ilin aprel ayında Təqsirləndirilən şəxs 240.000 ABŞ dolları məbləğində kredit verilməsi ilə bağlı toplanmış məlumatlar əsasında o, Xaçmaz şəhərinə gedərək Təqsirləndirilən şəxsla şəhərin Mərkəzi bazarında sonuncunun iş yerində görüşmüşdür. Təqsirləndirilən şəxs Xaçmaz şəhərində özünə məxsus mağazada təsərrüfat və tikinti materiallarının alqı-satqısı ilə məşğul olduğunu görmüşdür. Kredit analizi vərəqəsində göstərilən məlumatları dəqiqləşdirmək məqsədilə yenidən qeyd olunan məlumatları Təqsirləndirilən şəxs təqdim etmiş, sonuncu dəftərçəsindəki qeydlərə əsasən həmin məlumatların doğru olduğunu və həmin məlumatları Şahid1 özü təqdim etdiyini ona bildirmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs tərəfindən öz sahibkarlıq fəaliyyəti ilə kredit ödəmə qabiliyyəti olduğu müəyyən edildiyi üçün 240.000 ABŞ dolları məbləğində kredit verilməsi barədə qərar qəbul edilmiş və 22 may 2015-ci il tarixli “kredit razılaşması” imzalanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 27 noyabr 2004-cü il tarixli şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs fiziki şəxs-sahibkar kimi 27.11.2004-cü il tarixdə qeydiyyata alınmış, ünvanı Xaçmaz rayonu, Xaçmaz şəhəri, Ə.Bayramov küçəsi, ev 69-da yerləşir, ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi uçota götürülmüşdür. İş materiallarında olan bank sənədlərindən müəyyən edilir ki, 08.09.2010-cu il tarixli 11L000000662 saylı “Kredit xətti müqaviləsi”nin şərtləri nəzərə alınmaqla, Təqsirləndirilən şəxs (VÖEN **********) (Ş.V.N AZE 0*******) 04.04.2015-ci il tarixli kredit ərizəsi əsasında onunla “xxxx” QSC-nin Xaçmaz filialı arasında 22.05.2015-ci il tarixli 011R********** saylı “Kredit razılaşması” imzalanmışdır. Razılaşmanın 1-ci bəndinə əsasən bank tərəfindən Təqsirləndirilən şəxs 48 ay müddətinə, aylıq 1.3333 % olmaqla, 240.000 ABŞ dolları məbləğində kreditin verilməsi nəzərdə tutulmuşdur. Həmin tarixdə verilmiş vəsaitin 800 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bank tərəfindən tutulmuş, qalan 239.200 ABŞ dolları Təqsirləndirilən şəxs tərəfindən 007861 saylı çeklə nağd məxaric edilmişdir. İş materiallarında olan bank tərəfindən təqdim olunmuş bank hesabından çıxarışlar əsasında müəyyən edilir ki, 22.05.2015-ci il tarixli 011R********** saylı “Kredit razılaşması”na görə əsas borc üzrə 105 459.15 ABŞ dolları, faiz borc üzrə 21 108.52 ABŞ dolları ödənilmiş, 25.01.2021-ci il tarixə 134.540,85 ABŞ dolları məbləğində əsas, 91.556,20 ABŞ dolları faiz, 202 856.60 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 428.953,65 ABŞ dolları olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təqdim edilmiş vergilər üzrə şəxsi hesab vərəqədə Təqsirləndirilən şəxs 01.01.2014-cü il tarixdən 26.11.2018-ci il tarixədək dövriyyəsinin olmadığı göstərilmişdir. İş materiallarında olan 13 yanvar 2021-ci il tarixli “mütəxəssis yoxlamasının aparılması haqqında” qərardan müəyyən edilir ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsi tərəfindən araşdırma aparılmışdır. İş materiallarında olan 25 yanvar 2021-ci il tarixli “xxxx QSC-nin Xaçmaz filial tərəfindən sahibkar fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN **********) verilmiş kreditlə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair” mütəxəssis rəyindən müəyyən edilir ki, sahibkar fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN **********) ilə “xxxx” QSC-nin Xaçmaz filialı arasında bağlanmış 08 sentyabr 2010-cu il tarixli 11L000000662 saylı “Kredit xətti müqaviləsi”nin tələblərinə müvafiq olaraq imzalanmış 22.05.2015-ci il tarixli 011R********** saylı “Kredit razılaşması” əsasında 240 000.0 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit razılaşması əsasında alınmış kredit üzrə 134 540.85 ABŞ dolları məbləğində əsas və 91556.20 ABŞ dolları faiz borcu qalmışdır. Bank tərəfindən tərtib olunmuş Kredit təhlili cədvəlində, borclu Təqsirləndirilən şəxs aylıq ortalama gəlirinin 139 901.00 manat, satışın və gəlirinin maya dəyərinin 113 889.00 manat, biznes xərclərinin 7 142.0 manat, xalis gəlirinin 18 870.00 manat, cari şəxsi xərclərinin 1 958.00 manat, aylıq ödəmə qabiliyyətinin 16 912.00 manat olduğu qeyd edilsə də, vergi orqanı tərəfindən yoxlamaya təqdim olunmuş vergilər üzrə şəxsi hesab vərəqədə Təqsirləndirilən şəxs 01.01.2014-cü il tarixdən 26.11.2018-ci il tarixədək dövriyyəsinin olmadığı göstərilmişdir. Bank tərəfindən təqdim edilmiş çıxarışa əsasən, 22.05.2015-ci il tarixdə 240000.00 ABŞ dolları məbləğində kredit vəsaiti Təqsirləndirilən şəxs AZ12ACAB******************** nömrəli cari hesabına köçürülmüşdür. Köçürülmüş kredit vəsaitdən 800.00 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bankın gəlirinə tutulmuş, qalan vəsait, yəni 239200.00 ABŞ dolları nağd məxaric edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 fevral 2021-ci il tarixli 9/665 №-li ekspert rəyindən müəyyən edilir ki: -sahibkar fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN **********) ilə “xxxx” QSC-nin Xaçmaz filialı arasında bağlanmış 08 sentyabr 2010-cu il tarixli 11L000000662 saylı “Kredit xətti müqaviləsi”nin tələblərinə müvafiq olaraq imzalanmış 22.05.2015-ci il tarixli 011R********** saylı“ Kredit razılaşması” əsasında 240 000.0 ABŞ dolları məbləğində kredit verilmişdir; -kredit razılaşması əsasında alınmış kredit üzrə 134 540.85 ABŞ dolları məbləğində əsas, 91 556.20 ABŞ dolları faiz borcu qalmışdır; -bank tərəfindən tərtib olunmuş Kredit təhlili cədvəlində, borclu Təqsirləndirilən şəxs aylıq ortalama gəlirinin 139 901.00 manat, satışın və gəlirinin maya dəyərinin 113 889.00 manat, biznes xərclərinin 7 142.0 manat, xalis gəlirinin 18 870.00 manat, cari şəxsi xərclərinin 1 958.00 manat, aylıq ödəmə qabiliyyətinin 16 912.00 manat olduğu qeyd edilsə də, vergi orqanı tərəfindən yoxlamaya təqdim olunmuş vergilər üzrə şəxsi hesab vərəqədə Təqsirləndirilən şəxs 01.01.2014-cü il tarixdən 26.11.2018-ci il tarixədək dövriyyəsinin olmadığı göstərilmişdir; Bank tərəfindən təqdim edilmiş çıxarışa əsasən, 22.05.2015-ci il tarixdə 240 000.00 ABŞ dolları məbləğində kredit vəsaiti Təqsirləndirilən şəxs AZ12ACAB******************** nömrəli cari hesabına köçürülmüşdür. Köçürülmüş kredit vəsaitdən 800.00 ABŞ dolları olan hissəsi komissiya haqqı olaraq bankın gəlirinə tutulmuş, qalan vəsait, yəni 239 200.00 ABŞ dolları nağd məxaric edilmişdir. İş materiallarında olan 04 aprel 2015-ci il tarixli “kredit analizi” vərəqəsindən görünür ki, vərəqənin “mənfəət və zərər hesabatı” qrafasında Təqsirləndirilən şəxs aylıq ortalama gəlirinin 139.901 manat, satışın və gəlirinin maya dəyərinin 113.889 manat, biznes xərclərinin 7.142 manat, xalis gəlirinin 18.870 manat, cari şəxsi xərclərinin 1.958 manat, aylıq ödəmə qabiliyyətinin 16.912 manat olduğu göstərilmişdir. İş materiallarında olan 19 fevral 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş Azərbaycan Mərkəzi Bankının internet səhifəsindən (www.cbar.az) çap edilmiş məlumatlardan müəyyən edilir ki, 1 ABŞ dollarının manata münasibətdə məzənnəsi 22 may 2015-ci il tarixdə 1.0485 manat və 25 yanvar 2021-ci il tarixdə 1,7 manat təşkil etmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəyini və digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs Təhməzov Ramiz Mustafa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxsin törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, təşkilatın rəhbəri və ya fərdi sahibkar tərəfindən təşkilatın, yaxud fərdi sahibkarın təsərüffat və ya maliyyə vəziyyəti barədə bilə-bilə yalan məlumatlar verməklə kreditin, güzəştli şərtlərlə kreditin və ya məqsədli dövlət kreditinin alınması, habelə ondan təyinatı üzrə istifadə edilməməsi külli miqdarda ziyan vurduqda Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yaranır. Cinayət Məcəlləsinin 190-cı maddəsinin Qeydinə görə, bu Məcəllənin 190.2, 192- 1.3.2, 194.2.4, 195.2, 195-1.3, 195-2.2, 196.2, 197.2, 198.2, 200-2.3, 201-1.2, 202.2, 202-1.2, 202-2.1, 203.2, 203-1.1, 204.3.2, 205.2.3, 205-2.2.3, 210.2, 211.2 və 212.2-ci maddələrində “külli miqdar” dedikdə iki yüz min manatdan artıq olan məbləğ başa düşülür. İş materiallarından göründüyü kimi təqsirləndirilən şəxs zərərçəkmiş şəxs “xxxx” QSC-dən 240.000 (iki yüz qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 251.640 (iki yüz əlli bir min altı yüz qırx) manat məbləğində kredit almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, vəzifə səlahiyyətlərindən suiistifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini əmələ gətirir. Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin tərkibini yaradır. Cinayət Məcəlləsinin 308-ci maddəsinin Qeydinə görə, bu fəslin (CM-nin 33-cü fəsli) maddələrində “vəzifəli şəxs” dedikdə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər də başa düşülür. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs – fərdi sahibkar kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, təqsirləndirilən şəxs həmin kreditlər üzrə cəmi 226.097,05 ABŞ dolları (iki yüz iyirmi altı min doxsan yeddi dollar beş sent), həmin dövrün rəsmi məzənnəsi ilə 384.364,98 manat (üç yüz səksən dörd min üç yüz altmış dörd manat doxsan səkkiz qəpik) məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan “xxxx” QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Beləliklə, məhkəmə istintaqı ilə müəyyən olundu ki, Təqsirləndirilən şəxs 27.11.2004-cü il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış, sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxs – fərdi sahibkar kimi hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, yəni işçilərin işə götürülməsi, müqavilələr bağlanılması, öhdəliklər götürülməsi, öhdəliklərə görə cavabdehlik daşınılması və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs olmaqla xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyi ziddinə qəsdən istifadə etməklə Azərbaycan Respublikası Vergilər Nazirliyinə təqdim etdiyi 2014- 2015-ci ilin vergi bəyannamələrinə əsasən fərdi dövriyyəsi və gəliri ümumiyyətlə olmadığı halda Xaçmaz şəhərində yerləşən Mərkəzi bazarda tikinti materialları və məişət avadanlıqlarının satışı ilə bağlı fəaliyyətini genişləndirmək təyinatı üzrə kredit verilməsinə dair müraciəti ilə əlaqədar “xxxx” QSC-nin “Xaçmaz” filialı tərəfindən 04.04.2015-ci il tarixdə aparılan maliyyə vəziyyətinin analizi zamanı özünün fərdi sahibkar kimi aylıq dövriyyəsinin 139.901 (bir yüz otuz doqquz min doqquz yüz bir) manat, ödəmə qabiliyyətinin isə aylıq 16.912 (on altı min doqquz yüz on iki) manat olması barədə, yəni maliyyə vəziyyətinə dair bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə bankla bağlanmış 22.05.2015-ci il tarixli 011R********** №-li “Kredit razılaşması” əsasında 48 ay müddətinə, aylıq 1.33 % dərəcəsi ilə 240.000 (iki yüz qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 251.640 (iki yüz əlli bir min altı yüz qırx) manat məbləğində kredit verilməsinə nail olub, həmin tarixdə pulun 800 (səkkiz yüz) ABŞ dollarının, həmin dövrün rəsmi məzənnəsi ilə 838,8 manatının (səkkiz yüz otuz səkkiz manat səksən qəpiyinin) komissiya haqqı kimi bank tərəfindən tutulması nəzərə alınmaqla, 239.200 (iki yüz otuz doqquz min iki yüz) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 250.801,2 manatını (iki yüz əlli min səkkiz yüz bir manat iyirmi qəpik) 007861 saylı bank çeki əsasında ünvan 2 ünvanında yerləşən həmin bankın “Xaçmaz” filialının kassasından nağd olaraq götürməklə qanunsuz kredit almış, həmin kreditdən ümumilikdə əsas məbləğ üzrə 105.459,15 ABŞ dolları (bir yüz beş min dörd yüz əlli doqquz dollar on beş sent), faiz üzrə 21.108,52 ABŞ dolları (iyirmi bir min bir yüz səkkiz dollar əlli iki sent) məbləğində ödəniş həyata keçirib, 25 yanvar 2021-ci il tarixə 134.540,85 ABŞ dolları (bir yüz otuz dörd min beş yüz qırx dollar səksən beş sent), həmin dövrün rəsmi məzənnəsi ilə 248.719,44 manat (iki yüz qırx səkkiz min yeddi yüz on doqquz manat qırx dörd qəpik) məbləğində əsas və 91.556,2 ABŞ dolları (doxsan bir min beş yüz əlli altı dollar iyirmi sent), həmin dövrün rəsmi məzənnəsi ilə 155.645,54 manat (bir yüz əlli beş min altı yüz qırx beş manat əlli dörd qəpik) məbləğində faiz borclarını, cəmi 226.097,05 ABŞ dolları (iki yüz iyirmi altı min doxsan yeddi dollar beş sent), həmin dövrün rəsmi məzənnəsi ilə 384.364,98 manat (üç yüz səksən dörd min üç yüz altmış dörd manat doxsan səkkiz qəpik) məbləğində pulu qəsdən ödəməməklə, maliyyə vəziyyətinə dair qeyd edilən qaydada bilə-bilə şişirdilmiş yalan məlumatlar verməklə vahid niyyətlə cəmi 240.000 (iki yüz qırx min) ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 251.640 (iki yüz əlli bir min altı yüz qırx) manat məbləğdə qanunsuz kredit alaraq “xxxx” QSC-yə külli miqdarda ziyan vurmuş, həmin kreditlər üzrə cəmi 226.097,05 ABŞ dolları (iki yüz iyirmi altı min doxsan yeddi dollar beş sent), həmin dövrün rəsmi məzənnəsi ilə 384.364,98 manat (üç yüz səksən dörd min üç yüz altmış dörd manat doxsan səkkiz qəpik) məbləğində pul vəsaitini qəsdən ödəməməklə hüquqi şəxs olan “xxxx” QSC-nin bank fəaliyyətinin və kredit siyasətinin stabilliyinə mənfi təsir göstərib bankın normal fəaliyyətinin pozulmasında ifadə olunan hüquqlarına və qanuni mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Bununla da o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Göründüyü kimi, iş üzrə toplanmış sübutların həcmi təqsirləndirilən şəxsə istinad olunan cinayət üzrə sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və həmin idarə tərəfindən verilmiş cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs “xxxx” QSC tərəfindən ünvanlanmış 28 aprel 2021-ci il tarixli ərizədən, 06 may 2021-ci il tarixli ərizədən və 06 may 2021-ci il tarixli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs vurduğu maddi ziyandan 12.10.2018-ci il tarixədək, yəni cinayət işinin başlanması tarixinədək, 47727.64 ABŞ dolları ödəniş etmişdir. Cinayət işinin istintaqı dövründə isə 78840.03 ABŞ dolları ödəniş etmiş, həmin məbləğ əsas borcdan silinmişdir. İstintaq yekunlaşdıqdan sonra, həmçinin iş məhkəmənin icraatında olduğu dövrdə 12000 ABŞ dolları ödəmişdir. Təqsirləndiriləndirilən şəxs ümumilikdə 138567.67 ABŞ dolları (117459.15 ABŞ dolları əsas və 21108.52 ABŞ dolları faiz) ödəniş etmişdir. Hazırda təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində vurduğu ödənilməmiş maddi ziyanın məbləği 214097.05 ABŞ dolları (122540.85 ABŞ dolları əsas və 91556.2 ABŞ dolları faiz) təşkil edir. Həmçinin təqsirləndirilən şəxslə bank arasında vurulmuş maddi ziyanın hissə-hissə ödəməsi barədə razılıq əldə edilmişdir. Odur ki, maddi ziyanın qismən ödənilməsinin və ziyanın ödənilməsi ilə bağlı razılıq əldə olunmasının nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə qeyd edir ki, yalnız cinayət qanunu normalarının tələblərinə əməl olunmaqla təyin edilmiş, həm təqsirkara münasibətdə, həm də obyektiv müşahidəçinin baxışında ədalətli olan cəza öz sosial təyinatını səmərəli şəkildə yerinə yetirə, cinayət törətmiş şəxsə münasibətdə islahedici, digər şəxslərə münasibətdə xəbərdaredici rolunu oynaya bilər. Təsvir edilən cinayət-hüquqi normalardan göründüyü kimi, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyəti olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsaslarınvə bu əsaslarla uzlaşan hər bir təqsirkara şəxsə aid konkret faktiki halların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır və cinayət qanununda nəzərdə tutulmuş güzəştli institutlar elə tətbiq olunmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hallardandır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlinə görə səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkən şəxsə vurduğu ziyanın bir qismini ödəməsini, zərərçəkmiş şəxslə ziyanın qalan məbləğinin hissə-hissə ödəməsi barədə razılığa gəlmələrini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə xahişini və təqsirləndirilən şəxsin 65 yaşında olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 195.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza, eləcə də Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə barəsində qəti olaraq müəyyən vəzifə tutma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin olunmalıdır. Qeyd olunanlarla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların məcmusunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətdiyi cinayət əməlini etiraf edərək cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkən şəxsə vurduğu ziyanın bir qismini ödəməsini, zərərçəkmiş şəxslə ziyanın qalan məbləğinin hissə-hissə ödəməsi barədə razılığa gəlmələrini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsi barədə xahişini, həmçinin cinayətin törədilməsi halını, onun 65 yaşında olmasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını çəkmədən, yəni onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab etdiyindən, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə şərti məhkum etmə barədə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır: Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsində cəzanın 3 məqsədi müəyyən olunub: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM maddə 41.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsində şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməyib. (CM maddə 70.1). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür. İş materiallarından müəyyən olunur ki, təqsirləndirilən şəxs ilk dəfə cinayət törədib, onun 65 yaşı var, təqsirini səmimi etiraf edir, əməlindən səmimi peşmandır, zərər çəkmiş şəxslə ziyanın qalan məbləğinin hissə-hissə ödənilməsi barədə razılıq əldə olunub, zərər çəkmiş şəxs onun barəsində azadlıqdan məhrumrtmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir, həmçinin təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, təqsirləndirilən şəxsin qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəzaçəkmə müəssisəsində cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə ilk dəfə cinayət törədən, təqsirini səmimi etiraf edən, əməlindən peşman olan, zərərçəkmiş şəxslə ziyanın qalan məbləğinin hissəhissə ödənilməsi barədə razılıq əldə edən, həmçinin zərərçəkmiş şəxsin onun barəsində azadlıqdan məhrumrtmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdiyi bir halda təqsirləndirilən şəxsin şərti məhkum etmə institutunun imkanlarından yararlanmaq hüququ təmin olunmalıdır. Birlikdə götürülməklə şərti məhkum etmə və cəza təyin etmənin ümumi əsaslarına dair normaların mənasına görə, təqsirkar şəxsin təyin olunmuş cəzanı çəkmədən islah olunacağına dair inam onun barəsində şərti məhkum etmənin tətbiqini şərtləndirən əsas kimi çıxış etməli, bu cür inam isə Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilənbütün halların məcmusundan, o cümlədən, cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin, törədilmə hallarının, təqsirkarın şəxsiyyətinin, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən edilib nəzərə alınmasından irəli gəlməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci madəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddəti müəyyən edilməli və üzərinə onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Belə ki, Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən, şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Həmin Məcəllənin 70.5-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 dekabr 2010cu il tarixli Qərarında göstərilir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə, məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir; Məhkəmə şərti məhkum etmə tətbiq edilən şəxsə sınaq müddəti müəyyən edir. Cinayət Məcəlləsinin 70.3-cü maddəsində şərti məhkum etmənin sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilmişdir. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını, yəni onda qanuna, cəmiyyətə, birgəyaşayış qayda və ənənələrinə hörmət hissinin yaranmasını və onlara riayət edilməsini sübut etməlidir. Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Xaçmaz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X3, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 195.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 02 (iki) il müddətinə sahibkarlıq sahəsində vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il müddətinə sahibkarlıq sahəsində vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin olunmuş əsas cəza, yəni 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla 02 (iki) il sınaq müddəti müəyyən edilərək şərti hesab edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 150 (yüz əlli) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. İş üzrə mülki iddia verilməmişdir. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-48/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-48/2021
27.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver