Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-48/2024 04.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı Məhkəmə iclasının katibi: X9 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxsin müdafiəçisi: Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü ildə Xaçmaz rayonu, Xudat şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Xaçmaz rayonu, Xudat şəhəri, 1 may küçəsi, dalan 1, ev 9-da qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ((bundan sonra – CM) 234.1cimaddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Xaçmaz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən elan edilmiş ittihama əsasən o, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda satış məqsədi olmadan, qanunsuz olaraq, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini üzərində saxlamaqla daşımış, bu fakt Xaçmaz Rayon Polis X12 Bölməsinin əməkdaşları tərəfindən 29 sentyabr 2023-cü il tarixdə o, Xaçmaz rayonu, Qaraqurtlu kəndində saxlanılıb həmin gün saat 19:50-dən 20:00-dək olan müddətdə Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız kəsiyində saxlanan sellafon bükümdə təmiz çəkisi 0.248 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan, qanunsuz olaraq, narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə baxışı zamanı dindirilmişTəqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, cəzasını çəkib qurtardıqdan bir müddət sonra Cəzaçəkmə Müəssisəndə birlikdə cəza çəkdiyi Aqşin adlı şəxslə Xaçmaz şəhərində təsadüfən rastlaşmış, birlikdə cəza çəkdiyi üçün sonuncunun telefon nömrəsini almışdır. Növbəti dəfə Aqşinlə görüşüb çay içdikdən sonra sonuncudan narkotik vasitə almaq üçün onunla birlikdə PŞ-da saxlanılan Artur və Elmanı tanış etmişdir. Belə ki, o,29 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Xaçmaz rayonu, Xudat şəhərində yaşadığı evdə olarkən qonşuluğunda yaşayan Elman və Artur ona zəng edərək Xaçmaz şəhəri istiqamətinə gedəcəklərini demişlər. Həmin şəxslər narkotiklə əlaqədar Aqşinə zəng etmişlər, Aqşin isə Qaraqurtlu kənd yoluna getməklərini onlara demişdir. Onlar Xaçmaz rayonu, Qaraqurtlu kəndi yolunda kəndə çatmamış Aqşinlə görüşdükdən sonra Aqşin onlarla birlikdə Elmanın avtomobilində sonuncu ilə yanaşı avtomobilin ön hissəsində, o və Artur isə avtomobilin arxa hissəsində əyləşmişlər. Aqşin narkotik vasitəni Şahid4 təqdim etmişdir. Aqşindən ümumilikdə bir bükümdə narkotik vasitə alınmışdır. Lakin o, Aqşindən narkotik vasitə almamışdır. Onlar Xaçmaz rayonu, Qaraqurtlu kəndi yolunda saat 5-6 radələrində yolun kənarında avtomobildə əyləşib birlikdə narkotik vasitə istifadə etmişlər. Onlar Aqşinlə görüşdükdən təxminən 5 dəqiqə sonra polis əməkdaşları tərəfindən saxlanılmışlar. İstifadə etdikləri narkotik vasitənin qalıq qalan hissəsi əməliyyat keçirilən zaman avtomobildə Elmanın ayağının altında aşkar edilmişdir. O, ittiham aktında qeyd olunanlarla razılaşmamışdır. Belə ki,ittiham aktına əsasən onun Xaçmaz rayonu, Qaraqurtlu kəndində Xaçmaz RPŞ-nin Yalama PB-nin əməkdaşları tərəfindən saxlanılması qeyd edilmişdir. Lakin o, hadisə baş verdiyi gün, yəni 29 sentyabr 2023-cü il tarixdə saat 17-18 radələrində Xaçmaz RPŞ-nin əməliyyatçıları tərəfindən saxlanılmamışdır. İki avtomobildə olan Xaçmaz RPŞ-nin 6-7 nəfər əməliyyatçısı əməliyyat keçirərək onları Xaçmaz RPŞ-yə aparmışlar. Əvvəlcə onların dördünü də birlikdə saxlamışlar. Lakin daha sonra Aqşini onların yanından ayırmışlar. Əməliyyat müvəkkili onlardan Aqşinin kartına kimin tərəfindən pul göndərildiyini soruşduqda məlum olmuşdur ki, yanındakı digər şəxslər ayrı-ayrılıqda hərəsi 30 manat pulu Aqşinin kartına göndəriblər. Həmin əməliyyat müvəkkillərindən bircə Orxan adlı şəxsi tanıdığını bildirmişdir. Lakin onlara qarşı keçirilən əməliyyatda Şahid5 və Şahid1 iştirak etməmişlər. Xaçmaz RPŞ-nin inzibati binasında olduqları vaxt təxminən saxlanıldıqlarından 1 saat sonra Xaçmaz RPŞ-nin Yalama PB-nin əməliyyat müvəkkili Şahid5, həmin bölmənin polis nəfəri Şahid1 və yanlarında bir nəfər kapitan rütbəsində polis əməkdaşı ilə birlikdə onların yanına gəlmişlər. Şahid5 zəng edilərək Xudat sakinlərinin saxlanıldığı üçün PŞ-ya dəvət edildiyini demişdir. Lakin həmin kapitan rütbəsində olan polis əməkdaşı ilə tanışlıqları olduğundan ona qarşı şahidlik etməkdən imtina etmişdir. Polis əməkdaşı olan iş üzrə şahid qismində cəlb edilmiş şəxs Şahid5 ona məhkumluğu olduğu üçün tutulacağını demişdir. Lakin saxlanıldığı vaxt onun üzərində qanunla qadağan olunmuş heç nə olmamışdır. Onunla birlikdə saxlanılan digər şəxslərin məhkumluğları olmadığından həmin şəxslər polis əməkdaşları tərəfindən buraxılmışlar. Polis əməkdaşları onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunacağını və videoçəkilişlə narkotik vasitəni cibindən çıxardaraq stolun üstünə qoyub özünə məxsus olmasını bildirməyini ona demişlər. O, həmin polis əməkdaşları ilə razılaşmayaraq saxlanıldığı vaxt onların 4 nəfər olduqlarını və narkotik vasitənin ona məxsus olmadığını demişdir. O, cinayət işi materialları ilə tanış olmadan polis əməkdaşları tərəfindən aldadılaraq qol çəkdirilmişdir. Belə ki, Pənah adlı əməliyyatçı onun məhkumluğu olduğu üçün barəsində cəza təyin edilməsi qaçılmaz olduğundan hərşeyi boynuna almağını bildirmişdir ki, heç olmasa digər üç nəfəri azad etsinlər. O, narkotik vasitənin özünə məxsus olmasını boynuna almadığını bildirdikdə polis əməkdaşları ona polisin həmin qanunsuz əməllərinə göz yuman digər başqa vəkil dəvət olunaraq, həmin vəkilin iştirakı ilə külli miqdar narkotik vasitəni stolun üstünə qoyub ona məxsus olmasını məcbur olaraq boynuna qoyacaqlarını demişlər. Videoçəkiliş üçün polis əməkdaşları tərəfindən ona təqdim edilən yarım qram narkotik vasitə Ford markalı avtomobildə birlikdə istifadə etdikdən sonra saxlanıldıqları vaxt qalıq qalan narkotik vasitə olmuşdur. Onunla birlikdə saxlanılan digər şəxslər polis əməkdaşları tərəfindən videoşəkiliş vasitəsilə qeydə alınmamışlar. Bu barədə Elman ona bildirmişdir ki, hərəsi 3000 min manat pul verərək azadlıqda qalıblar. Lakin o da pul təklif etmiş, lakin Pənah adlı əməliyyat müvəkkili qəbul etməmişdir, məhkumluğunun olduğu, subay olduğu və övladının olmadığı üçün barəsində cəza təyin edilməsinin fərqi olmadığını bildirmişdir. Lakin günahsız yerə ona cəza təyin edilməməlidir. Əlavə olaraq son sözlə məhkəməyə müarciətində bildirmişdir ki, polis tərəfindən axtarıldığı üçün 3-4 gündür ki, evdən kənarda qalır. Polis orqanı tərəfindən axtarılmağına səbəb isə məhkəməyə gəlməyinə polis əməkdaşlarının maneçilik törətmək istəmələridir ki, hal-hazırda da məhkəmənin inzibati binasının önündə polis əməkdaşları dayanmışlar. O, hazırki cinayət işində günahsız olduğunun hamı tərəfindən bilindiyini, səbəb isə başqa polis əməkdaşları tərəfindən saxlanıldığı halda digər polis əməkdaşlarının saxladıqlarını bildirmələridir. O, keçirilən əməliyyat zamanı tək saxlanılmadığını, lakin məsuliyyətə təkcə onun cəlb olunduğunu bildirmişdir. Bir daha həmin narkotik vasitənin ona aid olmadığını, onun boynuna qoyulduğunu, həmçinin qeyd etdiklərinin hamısının fakt olduğunu bildirmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, sentyabr ayının axırları daxil olmuş əməliyyat məlumatı əsasında iki nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxsin yeri saat 18-19 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Məntəqə Tipli Cəzaçəkmə Müəsissəsindən müəyyən qədər məsafədə yolun sol istiqamətində müəyyən edilərək Xaçmaz RPŞ-yə dəvət edilmişdir. Təqsirləndirilən şəxsə müdafiəçi təqdim edilmiş və müstəntiqin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar edilərək ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Həmçinin o, təqsirləndirilən şəxsin həmin vaxt tək və piyada dayandığını bildirmişdir. Belə ki, o, narkotik istifadəçilərinin narkotik asılılığı olduğu üçün istənilən rayonda gedib narkotikdən istifadə edə biləcəklərini bildirmişdir. Belə ki, onlara kənd yolu ilə hərəkətdə olduqları vaxt yolun kənarında təqsirləndirilən şəxsi görə biləcəkləri məlumatı daxil olmuşdur. Lakin həmin kəndin yolu ilə hansı məsafəni qət etdiklərini xatırlamadığını bildirmişdir. O, əvvəldən Xaçmaz RPŞ-nin Xudat PB-da işlədiyindən təqsirləndirilən şəxsi tanımışdır. Təqsirləndirilən şəxsin əvvəlki məhkumluqlarında da saxlanılmasında iştirakı olmuşdur. Lakin Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra bir müddət düzgün həyat yaşamışdır. O, Elman, Artur və Aqşin adlı şəxsləri xatırlamadığını, həmçinin ifadəsini təsdiq etdiyini bildirmişdir. Əlavə olaraq ********** mobil telefon nömrəsinin ona məxsus olduğunu, həmin mobil telefon nömrəsi daimi istifadəsində olduğunu bildirmişdir. Lakin işi ilə əlaqədar bir neçə mobil telefonu və mobil telefon nömrələri vardır. O, tez-tez dəyişən əməliyyat nömrələrinin olduğunu bildirmişdir. Üzərində daima olan ********** mobil telefon nömrəsidir, lakin əməliyyat zamanı digər mobil telefon nömrələri də olur. Məhkəmə baxışı iclasına 26 sentyabr 2024-cü il tarixdə təkrar dindirilməsi üçün çağırılmış Şahid5 ifadəsində göstərmişdir ki, məhkəməyə verdiyi ilkin ifadəsi zamanı ondan ********** mobil telefon nömrəsinin ona məxsus olması barədə soruşulduqda özünün adında olduğunu və istifadə etdiyini, lakin digər mobil nömrələrdəndə istifadə etdiyini bildirməsini söyləmişdir. O, mobil telefon nömrəsinin anten məlumatlarına əsasən əməliyyatın keçirildiyi ünvanda, yəni ünvan 3ox bir neçə mobil telefon nömrəsindən istifadə etməsini qeyd etmişdir. Lakin bir neçə mobil telefon nömrəsi və telefonu olduğundan həmin vaxt hansının onun üzərində olmasını xatırlamadığını bildirmişdir. Belə ki, mobil telefon nömrəsi barədə əldə olunan anten məlumatlara əsasən əməliyyatın keçirildiyi ərazidə olmadığı göstərilibsə demək ki, həmin vaxt həmin mobil telefon nömrəsi üzərində olmamışdır. Həmin əməliyyat tədbirinin üzərindən uzun müddət keçdiyindən hansı mobil telefon nömrəsinin üzərində olmasını xatırlamadığını bildirmişdir. Ola bilər ki, əməliyyat məlumatı başqa mobil telefon nömrəsinə gəlmişdir, ona görə də hadisə yerinə gedərkən digər mobil telefonu üzərində olmuş ola bilər. Bəzən isə mobil telefonu avtomobildə, dostunda və ya enerjisi az qaldığından hansısa mağazada enerji yığması üçün qoyur. O, ötən məhkəmə iclasında həmin mobil telefon nömrəsinin ona məxsus olması barədə verilən sualı xatırlamış, lakin əməliyyat zamanı üzərində olması barədə sual yadında deyildir. Həmin mobil telefon nömrəsinin üzərində olduğu telefona rəisindən və ya digər şəxslərdən zəng gələrsə üzərində olmadığı halda başqa kimsə cavab verə biləcəyini bildirmişdir. Belə ki, təqsirləndirilən şəxs tək halda tərəflərindən saxlanılmışdır. O, təqsirləndirilən şəxsin və özlərinin mobil telefon nömrələrinin anten məlumatlarına əsasən həmin vaxt onların başqa ərazilərdə olduqlarının göstərilməsinə deyəcək fikri olmadığını, həmin vaxt əməliyyat keçirilən ərazidə olduqlarını bildirmişdir. Digər mobil telefon nömrələri qeydiyyatda olmayan nömrələrdir və əməliyyat tədbirləri zamanı istifadə etmişdir, lakin hazırda istifadə etmir. Telefonunda olan WhatsApp vasitəsilə gələn zənglərə də, başqa kimisə cavab verə biləcəyini bildirmişdir. Əməliyyat zamanı üzərində mobil telefon olmuş, lakin markasını xatırlamamışdır. O, hal-hazırda polis əməkdaşı kimi fəaliyyət göstərmir. O, məhkəməyə verdiyi ilkin ifadəsini çox vaxt keçdiyindən xatırlamaya biləcəyini, həmin əməliyyatın keçirildiyi ərəfələrdə bir çox cinayət hadisələri olduğundan üzərində əməliyyat keçirildiyi vaxt hansı mobil telefonun və ya nömrənin olduğunu xatırlamamışdır. O, həmin ərəfələrdə baş əməliyyat müvəkkili olduğu üçün təkcə narkotiklə əlaqədar hadisələrə deyil, bütün növ cinayət hadisələri barədə olan əməliyyat işlərində iştirak etmişdir. Həmçinin o, ibtidai istintaq zamanı, ötən məhkəmə iclasında və hazırkı məhkəmə iclasında verdiyi ifadələrinin doğruluqlarını təsdiq etmişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 29 sentyabr 2023-cü il tarixdə PB-nin baş əməliyyat müvəkkili Şahid5 onu yanına dəvət edərək narkotiklərin dövriyyəsində şübhəli bilinən bir nəfər şəxsin saxlanılması üçün Xaçmaz şəhəri istiqamətinə getməli olduğlarını bildirmişdir. O və baş əməliyyat müvəkkili Şahid5 Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisinə gədərək təqsirləndirilən şəxsin yerini saat 18:40 radələrindəmüəyyən etdikdən sonra sonuncunu Xaçmaz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxsin yeri tərəflərindən müəyyən edildiyində sonuncu tək və piyada olmuşdur. O, ərazini yaxşı tanımadığını, yalnız pivə zavodun yanında təqsirləndirilən şəxsi saxladığlarını bildirmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış aparılan zaman sonuncunun üzərindən bir ədəd kağız bükümdə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmçinin ********** və ********** mobil telefon nömrələri ona məxsusdur. Ola bilsin ki, hər iki mobil telefon nömrəsi əməliyyat vaxtı üzərində olsun. Əlavə olaraq Elmanı, Aqşini və Arturu tanımadığını bildirmişdir. Məhkəmə baxışı iclasına 08 avqust 2024-cü il tarixdə təkrar dindirilməsi üçün dəvət edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əməliyyat tədbirləri ilə əlaqədar olaraq tez-tez mobil telefon nömrələrini dəyişdiklərindən həmin əməliyyat tədbirini keçirdikləri zaman üzərində hansı mobil telefonun olduğunu xatırlamamışdır. Hazırda istifadəsində 4 ədəd mobil telefon nömrəsinin olduğunu bildirmişdir. Bəzi hallarda isə 5 ədəd mobil telefon nömrəsindən istifadə etmişdir. O, əməliyyat zamanı istifadə etdiyi mobil telefon nömrələrinin özünün və ya digər şəxslərin adına olduğunu bildirmişdir. Şəxsi istifadəsində 2 ədəd mobil telefonu vardır, hadisə yerində isə üzərində bir mobil telefonu olmuşdur. Digər mobil telefonu isə iş yoldaşının və ya özünün avtomobilində qalmış ola bilər. Həmin gün ona məxsus avtomobili iş yoldaşı istifadə etmişdir və avtomobilində qalan mobil telefonuna gələn zənglərə iş yoldaşı tərəfindən cavab verilmiş ola bilər. Onlar həmin günü iki əməliyyat tədbirində iştirak etmişlər. Belə ki, səhər saatlarında Xudat şəhərindən Xaçmaz şəhərinə iki dəfə gəlib-qayıtmışlar. Ola bilsin ki,anten məlumatlarının əldə edilməsi üçün məhkəməyə təqdim etdiyi mobil telefon nömrəsini hansı əməliyyat tədbirində hansı mobil telefondan istifadə etdiyini səhv demiş ola bilər. O, anten məlumatlarının əldə olunması üçün istifadəsində olan bütün mobil telefon nömrələrini əməliyyat sirri olduğundan məhkəməyə təqdim edə bilməyəcəyini bildirmişdir. O, əməliyyat tədbirini keçirdikləri vaxt təqsirləndirilən şəxsin yolun kənarında dayanmış vəziyyətdə və onların yaxınlaşdıqlarından xəbərsiz olduğunu bildirmişdir. Həmçinin o, Elman adlı şəxslə heç bir münasibətinin olmadığını bildirmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs Xaçmaz RPŞ-də özü üzərində olan narkotik vasitəni təqdim etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, o, 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxslə birlikdə cəza çəkmişdir. O, ilk olaraq suallara cavab vermək istəməyərək hadisəni xatırlamadığını və ifadə verməkdən imtina etdiyini bildirmişdir. Həmçinin o, hansı əməliyyat müvəkkilləri tərəfindən saxlanıldığlarını və Xaçmaz RPŞ-nin inzibati binasında neçə saat saxlanıldığını xatırlamadığını bildirmişdir. Lakin o, həmin vaxt polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxslə və tanımadığı digər şəxslərlə birlikdə saxlanıldıqlarını bildirmişdir. Həmin vaxt o “Ford” markalı avtomobildə əyləşmiş, lakin üzərində narkotik vasitə olmamışdır, polis əməkdaşları tərəfindən onunla birlikdə saxlanılan digər şəxslərin üzərində narkotik vasitə olub-olmamasını isə bilməmişdir. O, Qaraqurtlu kəndinin ərazisini dəqiq tanımadığı üçün onların dayandıqları yerin hansı ərazi olduqlarını bilmir və polis əməkdaşları tərəfindən harada saxlanıldığlarını xatırlamamışdır. Lakin o, köhnə pivə zavodun yaxınılığında olarkən polis əməkdaşları tərəfindən saxlanıldıqlarını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 30 sentyabr 2023-cü il tarixli “Cinayət işi başlamaq və işi icraata götürmək haqqında” qərardan (cild 01, vərəq 01) görünür ki, toplanmış material üzrə CM-in 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir. - 29 sentyabr 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan (cild 01, vərəq 20), 01 oktyabr 2023-cü il tarixli təsirləndirilən şəxs barəsində tutmadan azad edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan və iltizamdan (cild 01, vərəq 53-55) müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). - 29 sentyabr 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 01, vərəq 24- 26) baxış keçirərkən görünmüşdür ki, Xaçmaz RPŞ-nin İB-nınmüstəntiqi, polis kapitanı X1 RPŞ-nin Yalama PB-nin baş əməliyyat müvəkkili Şahid5, Xaçmaz RPŞ-nin Yalama PB-nin əməliyyat müvəkkili X3, Xaçmaz RPŞ-nin Yalama PB-nin polis nəfəri X10 və Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmişdir. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X7 özünü təqdim etmiş və narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması və daşımasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim etmişdir. Təqsirləndirilən şəxs əynində tünd boz rəngli uzun qol köynək, tünd göy rəngli cins şalvar və ayağında qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs bildirildi ki, üzərində qanunsuz narkotik vasitə və yaxud qanunla qadağan olunmuş digər əşya vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirərək əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd kağız kəsiyi bükümünü çıxarıb otaqda olan masanın üzərinə qoydu. Təqsirləndirilən şəxs təqdim etdiyi kağız kəsiyi bükümün içərisinə baxan zaman kağız kəsiyi bükümünü içərisində bir ədəd sellofan büküm olması, həmin sellofan bükümün içərisində isə heroinə bənzər qəhvəyi rəngli toz halında maddənin olması müəyyən edildi. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirildi, qanunsuz başqa heç nə aşkar edilmədi. Heroinə bənzər kütlə bir ədəd kağız zərfdə qablaşdırılıb və imzalanıb möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs qanunsuz başqa hər-hansı əşya, predmet aşkar edilmədi və götürülmədi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin Yalama PB-nin əməliyyat müvəkkili, polis mayoru X5 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/5131 (cild 01, vərəq 34) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №58” möhür əksi, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” və s., soyad, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,248 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,198 qram təşkil etmişdir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. - 01 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 42) müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. - 02 oktyabr 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan (cild 01, vərəq 58) və 06 noyabr 2024-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan (cild 01, vərəq 99) müəyyən edilir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 0,248 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut hesab edilmiş və həmin narkotik vasitənin ekspert tədqiqatından sonra qalıq qalmış 0,198 qramı saxlanılması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı videoçəkilişdən istifadə olunmuş və qeyd olunan görüntülər 01 (bir) ədəd “CD” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. - 02 oktyabr 2023-cü il tarixli “Elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında” protokoldan (cild 01, vərəq 60) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərin köçürüldüyü bir ədəd diskə şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında baxış keçirilmişdir. - “Əməliyyat tapşırığı”ndan və “Raport”dan (cild 01, vərəq 66, 88) müəyən edilir ki, faktla bağlı bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinihardan əldə etməsi və kimlərə satması barədə müsbət nəticə əldə etmək mümkün olmamışdır. - Xaçmaz rayon məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 5(067)-217/2023 saylı qərarından (cild 01, vərəq 69) müəyyən edilir ki, Xaçmaz RPŞ-ninYalama PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid5 Təqsirləndirilən şəxs barəsində narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsinə dair əməliyyat tədbirinin keçirilməsi barədə 29 sentyabr 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamə sənədlərinə əsasən (cild 01, vərəq 73) Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə Xaçmaz rayon məhkəməsinin hökmü ilə CM-in 234.1, 69.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 234.2, 68.1.1-1 və 67.1-ci maddələri ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 11 oktyabr 2023-cü il tarixli, 6423 nömrəli ambulator X2nın rəyindən (cild 01, vərəq 77) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Kannabinoidlərinbirgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Xaçmaz RİHB-nın Xudat şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş “Xasiyyətnamə”dən (cild 01, vərəq 82) müəyyən edilir ki, Təqsirləndirilən şəxs haqqında Xudat şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 12 oktyabr 2023-cü il tarixli məktubdan (cild 01, vərəq 83) görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “F12” diaqnozu ilə “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun qeydiyyatındadır, həkim-psixiatrın qeydiyyatında yoxdur. - Xaçmaz Rayon Məhkəməsinin 08 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-in234.2-ci maddəsində nəzərdət tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, CM-in 68.1.1-1 və 67.1-ci maddələrinə əsasən 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. - Məhkəmə istintaqı zamanı Xaçmaz Rayon Məhkəməsinin 1(067)-48/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti təmin edilmiş və ********* №-li cinayət işi üzrə Təqsirləndirilən şəxs 050 413-13-57, baş əməliyyat müvəkkili Şahid5 050 873-00-09 və polis serjantı Şahid1 055, 070 318-30-18 saylı qeyd olunan mobil telefon nömrələr üzrə xx.xx.2023-cü il tarixdə, gün ərzində anten əhatə dairələrinə dair məlumatlar DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən, habelə "xxxx" MMC-dən, "xxxx" MMC-dən və "xxxx" MMC-dən ələ keçirilməsinə dair qərar qəbul olunmuşdur. - Xaçmaz Rayon Məhkəməsinin 1(067)-48/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının icrası ilə əlaqədar Azərbaycan Respublikası DİN Baş İnformasiya- Kommunikasiya İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, qeyd olunan sorğunun icrası texniki imkanlarının xaricindədir. - Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN X4 Xidmətinə xx.xx.2023-cü il tarixdə, saat 16:00-18:40 radələrində **-HK-*** dövlət qeydiyyat nişanlı, “FORD TRANSİT” markalı avtomobilin olduğu yerin görüntüsünün Xaçmaz RPŞ-nin ətrafında olan təhlükəsizlik şəhər kameralarından çıxarılaraq Xaçmaz rayon məhkəməsinə təqdim edilməsi barədə məktub göndərilmiş və həmin məktuba cavab olaraq Təhlükəsizlik Şəhər Xidmətində arxivlərin saxlanılma müddəti bitdiyindən müvafiq informasiyanın məhkəməyə təqdim edilməsi mümkün olmadığı bildirilmişdir. - Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında məhkəmə tərəfindən Xaçmaz RPŞ-yə göndərilmiş xx.xx.2024-cü il tarixli, 1(067)-48/2024 nömrəli məktuba cavab olaraq bildirilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində tutulmuşdur. xx.xx.2023-cü il tarixdən xeyli vaxt keçdiyindən Xaçmaz RPŞ-nin giriş hissəsində quraşdırılmış müşahidə kameralarının video görüntülərini məhkəməyə təqdim etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında "xxxx" MMC-dən əldə olunmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zamanşahid qismində cəlb edilmiş şəxs polis əməkdaşı olan Şahid1 istifadəsində olan 055 318-30-18saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən 29 sentyabr 2023-cü il tarixdə saat 01:23-22:24 dəqiqə müddətində Xaçmaz rayonu, Xudat şəhəri, Xaçmaz şəhəri, həmçinin İzmaylovka adlı ərazi və bir neçə kəndlərin ərazi hüdudlarında olduğu,lakinXaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında "xxxx" MMC-dən əldə olunmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zamanşahid qismində cəlb edilmiş şəxs polis əməkdaşı olan Şahid1 istifadəsində olan 070 318-30-18saylı mobil telefon nömrəsinin anten məlumatlarına əsasən 29 sentyabr 2023-cü il tarixdə saat 00:02-22:30 dəqiqə müddətində Xaçmaz rayonu, Xudat şəhəri, Xaçmaz şəhəri, həmçinin İzmaylovka adlı ərazi və bir neçə kəndlərin ərazi hüdudlarında olduğu,lakin Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində olmadığı müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında "xxxx" MMC-dən əldə olunmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zamanşahid qismində cəlb edilmiş şəxs polis əməkdaşı olan Şahid5 istifadəsində olan 050 873-00-09 saylı mobil telefon nömrəsinin əhatə dairəsinə aid məlumatların 29 sentyabr 2023-cü il tarixdə saat 10:41-22:31 dəqiqə müddətində Xaçmaz rayonu, Xudat şəhəri, Xaçmaz şəhəriərazisi və bir neçə kəndlərin ərazi hüdudlarında olduğu, lakin Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində olmadığı müəyyən edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 06 may 2024-cü il tarixli, 1(067)-48/2024 nömrəli məkubuna əsasən "xxxx" MMC-dən əldə olunmuş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilən zamanTəqsirləndirilən şəxs istifadəsində olan 050 413-13-57 vəşahid qismində cəlb edilmiş şəxs polis əməkdaşı olan Şahid5 istifadəsində olan 050 873-00-09 saylı mobil telefon nömrələrinin əhatə dairəsinə aid məlumatların 29 sentyabr 2023-cü il tarixdə saat10:13-20:12 dəqiqə müddətində Xaçmaz rayonu, Xudat şəhəri, Xaçmaz şəhəri ərazisi və bir neçə kəndlərin ərazi hüdudlarında olduğu, lakin Xaçmaz rayonu, Qaraqurtlu kəndi ərazisində olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, ittiham aktında qeyd olunancinayət hadisəsinin törədildiyi xx.xx.2023-cü il tarixdə, təqsirləndirilnən şəxs və əməliyyat müvəkkilləri hadisə yerində olmamışlar. Təqsirlənidirilən şəxsin və əlavə şahid qismində cəlb edilmiş şahidin verdiyi ifadələrdən məlum olur ki, həmin tarixdə Təqsirləndirilən şəxs özünün tanışları olan Elman və Artur adlı Xudat şəhər sakinləri əvvəlcədən mobil telefon vasitəsilə razılaşdırılmış qaydada Təqsirləndirilən şəxs tanışı olan Aqşin adlı şəxslə Xaçmaz rayonu, Qaraqurtlu kəndində deyil, kənd yolunda görüşmək niyyətilə Təqsirləndirilən şəxslə birlikdə Elmana məxsus “Ford” markalı avtomobillə Xaçmaz rayonu, Qaraqutlu kənd yolu ilə getmişlər. Qaraqutlu kənd yolunun kənarında onların gəlməsini gözləyən Aqşin adlı şəxslə görüşmüşlər. Onlar Aqşinlə birlikdə Elmanın idarə etdiyi “Ford” markalı avtomobildə əyləşərək heç yerə getmədən narkotik vasitə olan heroinin bir hissəsini avtomobildə istifadə etmişlər. Həmin vaxt əməliyyatçılar tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı saxlanılmışlar, əməliyyatçılar tərəfindən nəqliyyat vasitəsinə baxış keçirilmiş və narkotik vasitə olan heroin nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüşdür. Bundan sonra onlar Xaçmaz RPŞ-yə həmin nəqliyyat vasitəsi ilə birlikdə aparılmışlar. Lakin məhkməyə təqdim edilən ittiham aktında qeyd oluna hallar göstərilməmiş, nəqliyyat vasitəsinə baxış keçirilməsinə dair protokol, nəqliyyat vasitəsinə baxış keçirilməsi ilə bağlı müvafiq məhkəmə qərarı, hal şahidləri və ya videoçəkiliş və s., iş materialına əlavə edilməmişdir. İttiham aktına əsasən təqsiləndirilən şəxs piyada yol ilə gedərkən polis əməkdaşları ona yaxınlaşaraq onu RPŞ-yə dəvət etmişlər, şöbədə üzərinə baxış keçirilmiş və üzərindən narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, məhkəmə tərəfindən qeyd olunan halların araşdırılması üçün həmçinin, Xaçmaz RPŞ-nin giriş hissəsində quraşdırılmış müşahidə kameralarının video görüntülərinin məhkəməyə təqdim edilməsi barədə Xaçmaz RPŞ-yə və **-HK-*** dövlət qeydiyyat nişanlı, “FORD TRANSİT” markalı avtomobilin olduğu yerin görüntüsünün Xaçmaz RPŞ-nin ətrafında olan təhlükəsizlik şəhər kameralarından çıxarılaraq Xaçmaz rayon məhkəməsinə təqdim edilməsi barədə Azərbaycan Respublikası DİN X4 Xidmətinə məktub göndərilsə də, həmin qurumlar tərəfindən təqsirləndirilnən şəxsin RPŞ-yə nə vaxt, hansı formada, neçə nəfər olmaqla gətirilməsini əks etdirən, o cümlədən həmin nəqliyyat vasitəsinin xx.xx.2023-cü il tarixdə harada olmasını əks etdirən video-görüntülər məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, ittiham aktında və digər iş materiallarında təqsirləndirilən şəxsin Xaçmaz rayonu, Qaraqurtlu kəndində saxlanıldığı qeyd edilməklə kifayətlənilmiş, hadisə yerinin dəqiq təsviri, kəndin hansı küçəsində, nəyin yaxınlığında və s göstərilməmişdir ki bu da cinayət işinin materiallarının hazırlanmasına ötəri yanaşıldığını, iş materialarının Cinayət Prosessual Məcəllənin tələbləri nəzərə alımadan tərtib edildiyini nümayiş etdirir və təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsinə mane olur. Təsvir olunanlardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ittiham olunduğu cinayət əməli üzrə özünü təqsirli bilməmiş və üzərindən heç bir narkotik vasitə çıxmadığını, Xaçmaz RPŞ-yə aparıldıqdan sonra təzyiqlərlə üzləşdiyini və məcburiyyət qarşısında qalaraq CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli özünün törətdiyini qəbul etmişdir. Məhkəmə araşdırması zamanı şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri ittihamı təsdiq edən ifadələr olmamış, ibtidai istintaq dövründəki ifadələrlə, iş materiallarında göstərilən hallarla məhkəmə araşdırması zamanı verilən ifadələr, həmçinin əlavə şahid qismində cəlb edilmiş şəxsin ifadəsi arasında ziddiyyətlər olmuşdur. Məhkəmə istintaqı zamanı şahidlərin ziddiyyətli ifadələri və əlavə şahid qismində cəlb edilmiş şəxsin Şahid3 ifadəsi Təqsirləndirilən şəxs ifadəsilə eynilik təşkil etməklə həmin ifadələr təqsirləndirilən şəxsin yol ilə piyada gedərkəntək saxlanılması və Xaçmaz RPŞ-də üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən narkotik vasitə olan heroin aşkarlanması faktını əsaslı şübhə altına almışdır. Məhkəmə hesab edir ki, qeyd olunanlar ittihamın əsasını təşkil edən xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolun, “şəxsi axtarış keçirilməsi haqqında” protokolun və ona əlavə edilmiş videoçəkilişin (istintaq hərəkətinin) mötəbərliyini şübhə altına alır və həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən sübut kimi qəbul edilə bilməz. Cinayət işində olan 30 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi protokolunda və 01 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi protokolunda Təqsirləndirilən şəxs qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixdə Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən avtovağzalın ərazisində piyada hərəkətdə olan zaman yerdə bir ədəd kiçik həcmli bükülü görüb, həmin bükülünü yerdən götürüb açdıqda bükülünün içərisində narkotik vasitələri üzdən tanıdığı üçün onun heroin olmasını bilmiş və narkotik vasitə istifadəçisi olduğu üçün həmin bükülünü əynində olan şalvarın cibinə qoymuş və fikirləşmişdir ki, tək olanda istifadə edər. xx.xx.2023-cü il tarixdə saaat 18:40 radələrində Xaçmaz rayonu, Qaraqurtlu kəndində piyada yol ilə gedərkən polis işçiləri ona yaxınlaşıb qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olduğunu bildirərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Halbuki məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyən Təqsirləndirilən şəxs təzyiqlərə görə yalan ifadə verdiyini bildirərək, üzərində heç bir narkotik vasitə olmadığınıvə onun saxlanılma yeri və şəraiti barədə qeyd etdiyi hallar iş üzrə şahid və əlavə şahid ifadələri, o cümlədən təqsirləndirilən şəxsin və şahidlərin istifadəsində olan mobil telefon nömrələrinin anten məlumatları ilə öz təsdiqini tapmışdır. Həmçinin anten məlumatları ilə təqsirləndirilən şəxsin 29 sentyabr 2023-cü il tarixdə Xaçmaz rayonu, Qaraqutlu kəndi ərazisində olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittiham tərəfinin sübutları ziddiyyətli olmaqla uydurma xarakter daşıdığından həmin sübutlar Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən mötəbər sübutlar kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.2-ci maddəsinə əsasən - insan və vətəndaşların konstitusiya hüququqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda (maddə 125.2.1); şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə (maddə 125.2.3); cinayət prosesində onun iştirakını istisna edən halları bildiyi və ya bilməli olduğu halda etiraz edilməli şəxsin iştirakı ilə (maddə 125.2.6) və istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda (maddə 125.2.7) - əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Həmin Məcəllənin 125.5-ci maddəsinə əsasən, cinayət-prosessual qanunvericiliyinin tələblərinin ittiham tərəfindən pozulması nəticəsində sübuti əhəmiyyətini itirmiş hesab oluna bilən materialın sübut qismində qəbul edilməsinə müdafiə tərəfinin vəsatəti əsasında yol verilir. Yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, ümumilikdə 0,248 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi ilə bağlı, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışla əlaqədar Xaçmaz RPŞ-nin İBnin müstəntiqi, polis kapitanı X7 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli “Şəxsi axtarış keçirilməsi haqqında” protokol mötəbər sübut kimi qəbul edilə bilmədiyindən, eləcə də cinayət işinin materialları və məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərin ifadələri ilə Təqsirləndirilən şəxs saxlanılması və hazırkı cinayətin predmeti olan narkotik vasitənin aşkar edilməsi ilə bağlı tərtib edilmiş digər sənədlər də mahiyyət etibarilə bir-birinə zidd olmaqla, reallığı özündə əks etdirmədiyindən onun ittiham edildiyi cinayət əməlini törətməsini təsdiq etmir və həmin ittiham üzrə onun təqsirli olduğuna əsaslı şübhələr yaradır. Eləcə də, yuxarıda təsvir və tədqiq edilən şahid ifadələri və istintaq sənədləri ilə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda nəzərdə tutulan cinayət əməlinin aşkar edilməsi faktının gedişatının dəqiq, obyektiv və tam müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibı üzrə sübutlar hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət prosesinin qanunçuluq prinsipinin təsbit olunduğu Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.1-ci maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Həmin Məcəllənin 10.5-ci maddəsinə əsasən, qanunun bu maddəsində (10-cu maddəsində) göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən, Cinayət-Prosessual Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinətəqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsindətəqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Yuxarıda təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirini sübuta yetirə bilməmiş və ittiham tərəfindən məhkəməyə onun həmin cinayətdə təqsirliliyini təsdiq edən heç bir mötəbər sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin tələbinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsinin tələbinə görə, məhkəmənin hökmü - Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (349.5.1-ci maddə), bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə (349.5.2-ci maddə) və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3cü maddə) - məhkəmənin hökmü əsaslı hesab edilir. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət işi üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan cəmi 0,248 qram heroin qanunsuz əldə edilməsinə, saxlamaqla daşımasına aidiyyəti və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunduğu cinayətin törədilməsində təqsirliliyi məhkəmədə sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin təqsirliliyi sübuta yetirilmədikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.4-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” 12 may 2009-cu il tarixli Qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə işə baxdıqdan sonra, öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı, həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli, cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli, cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli, şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-in 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə də, məhkəmə yuxarıda təsvir olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə bəraət verilməli və iş üzrə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dərhal ləğv edilməlidir. Bəraət aldığına görə məhkəmə xərcləri Təqsirləndirilən şəxs tutulmamalıdır. xx.xx.2023-cü il tarixli, 6423 nömrəli “Ambulator X2” rəyində göstərilənlərlə əlaqədar məhkəmə qeyd edir ki, bəraət aldığına görə Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilə bilməz. Gələcəkdə ehtiyac yaranarsa həmin məsələ “Şəxsin narkolojitibb müəssisəsinə məcburi yerləşdirilməsi barədə işlər üzrə icraat” qaydalarını tənzimləyən Mülki Prosesual Məcəllənin 40-cı fəslinə uyğun həll edilə bilər. İş materiallarından görünür ki, ekspertiza tədqiqatında tədqiq edilmiş təmiz çəkisi 0,248 qram çəkidə narkotik vasitə olan heroin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,198 qram hissəsi Xaçmaz rayon Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılır. Həmin maddi sübutun bəraət almış şəxs Təqsirləndirilən şəxs aidiyyəti sübuta yetirilmədiyindən və narkotik vasitə olan heroininqanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutulduğundan - hazırkı hökm qanuni qüvvəyə mindikdən sonra həmin fakt üzrə müvafiq araşdırmanın aparılması və cinayət təqibi məsələsinin həll edilməsi üçün zəruri materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli və buna görə də, maddi sübut kimi saxlanılan, çəkisi 0,198 qram olan narkotik vasitə olan heroin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Xaçmazi rayon Polis Şöbəsində saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış axtarış və götürmənin keçirilməsi zamanı aparılmış video çəkilişin qeydə alındığı 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CPM-in 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Təqsirləndirilən şəxs bəraət almış təqsirləndirilən şəxs kimi cinayət prosesini həyata keçirən orqanın sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Cinayət işi üzrə CM-in 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Həmçinin cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən CPM-in 42, 55, 61, 62, 346-350, 352-353, 356, 357, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham üzrə təqsiri sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmə xərcləri tutulmasın. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilsin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən təmiz çəkisi 0,248 qram olan narkotik vasitə heroin qanunsuz dövriyyəsi ilə bağlı cinayət təqibi məsələsinin həll edilməsi üçün hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə müvafiq materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin və iş üzrə maddi sübut kimi tanınmış Xaçmaz rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,198 qram olan narkotik vasitə heroin həmin fakta görə aparılacaq araşdırma ilə əlaqədar Xaçmaz rayon Polis Şöbəsində saxlanılsın. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. Hökm elan olunduğu andan 20 gün müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə SumqayıtApellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən elan olunduğu andan 20 gün müddətində apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-48/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-48/2024
04.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver