Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-48/2025 08.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxx 1978-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əməllərində cinayətlərin residivi olan, Xaçmaz rayonu, Qaraqurdlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliy Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib xx.xx.2022-ci il tarixdən hesablanmaqla 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Salyan Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 01 ay 17 gün şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0,271 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq qəsdən əldə edib üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 24 may 2024-cü il tarixdə Xaçmaz rayonu, Qaraqurdlu kəndində saxlanılıb Xaçmaz şəhəri, Tfeydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin inzibati binasına gətirilərək 24 may 2024-cü il tarixdə saat 21:30-dən 21:40-dək olan müddətdə onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan açıq boz rəngli şalvarın sağ yan cibində olan “Prima” markalı siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngli bükümdə təmiz çəkisi 0,271 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Əsasəndə istifadə etdiyi narkotik vasitə heroindir. 24 may 2024-cü il tarixdə günorta saatlarında Xaçmaz şəhərində yerləşən bazarın yaxınlığında tək başına gəzən zaman yerdə 1 *ədəd “Prima” markalı siqaret qutusu görmüşdür. O ilk əvvəl həmin qutunun içərisində siqaret olduğunu düşündüyünə görə qutunu yerdə götürərək içərisinə baxmışdır. İçərisinə baxdıqda isə içərisində siqaretin olmadığını, ancaq bir ədəd gümüşü kağıza bükülmüş büküm gözünə dəymişdir. Ona maraqlı gəldiyinə görə götürdükdə həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu aşkar etmişdir. Özü də heroindən istifadə etdiyinə görə heroini görən kimi tanımışdır. Həmin bükümü tapdığım kimi “Prima” markalı siqaret qutusunun içərisinə qoyaraq siqaret qutusunu da şalvarının sağ yan cibinə qoymuşdur. Həmin narkotik vasitəni götürməkdə məqsədi gələcəkdə ürəyi nə vaxt istəsə istifadə edə bilimək istəməsi olmuşdur. Elə həmin günü saat 20 radələrində yaşadığı evə gedən zaman Xaçmaz rayonu, Qaraqurdlu kəndində mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin saxlanmasında və daşınmasında şübhəli olduğuna görə onu RPŞ-nə dəvət etmişlər. O polis əməkdaşlarının dəvəti ilə RPŞnə gəlmişdir. Həmin zaman həmin gün yerdən tapdığı narkotik vasitə heroin üzərində olmuşdur. RPŞ-də olan zaman hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmiş və onun hüquqları ona izah olunmuşdur. Ardınca isə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində şəxsi istifadəsi məqsədilə saxladığı siqaret qutusunun içərisində olan narkotik vasitə heroini polis əməkdaşlarına könüllü şəkildə təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən elektron tərəziyə qoyularaq çəkildikdə çəkisinin 0,35 qram olduğu müəyyən edilmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa hər hansısa bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra isə müstəntiq tərəfindən həmin narkotik vasitə heroin ağ rəngli zərfə qoyularaq iştirakçılar tərəfindən imzalandıqdan sonra qablaşdırılmışdır. Daha sonra isə “Prima” markalı siqaret qutusu da əhəmiyyət kəsb etmədiyinə görə sonradan özünə qaytarılmışdır. O polis əməkdaşları tərəfindən saxlandığı zaman hüquqları pozulmamış, ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. O narkotik vasitələrin satışı ilə məşğul deyildir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 göstərdi ki, Xaçmaz RPŞ-nin CABın əməliyyat müvəkkili olmaqla polis baş leytenantı rütbəsindədir. 24 may 2024-cü il tarixdə Xaçmaz rayonu, Qaraqurdlu kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və istifadə etməsi barədə məlumat daxil olmuşdur. Tərəfindən bu məlumat polis şöbəsinin rəhbərliyinə raportla məruzə edilmiş və Təqsirləndirilən şəxs ifşa olunması məqsədilə o, Xaçmaz RPŞ-nin PPXB-nin sahə polis nəfəri, polis serjantı Şahid2 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qurupunun üzvlərinə yəni onlara hüquq, vəzifələri və tədbir zamanı davranış xətti izah edilmişdir. 24 may 2024-cü il tarixdə saat 20:40-da onlar Təqsirləndirilən şəxs Xaçmaz rayonu, Qaraqurdlu kəndində olmasını müəyyən etmişlər, sonuncuya yaxınlaşıb özlərini təqdim edərək, qanunsuz olaraq narkotik vasitə əldə etməkdə, daşımaqda, üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu bildirmişlər. Lakin həmin ərazidə vətəndaşların çox olması avtomobillərin intensiv hərəkət etməsi və azyaşlı uşaqların olması səbəbindən Təqsirləndirilən şəxs Xaçmaz RPŞ-nə dəvət etmişlər. Bundan sonra Pərviz onlarla şöbəyə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs hüquqularının müdafiəsi üçün vəkil təqdim edilmişdir. Sonra videoçəkilişlə sonuncunun üzərində şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs buna etiraz etməmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl təklif olunmuşdur ki, üzərindəkiləri təqdim etsin. Bu təklifdən sonra Pərviz könüllü olaraq əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən bir ədəd "Prima” markalı siqaret qutusunu masanın üzərinə qoymuşdur. Həmin siqaret qutusuna baxış keçirilən zaman siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngdə kağız büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükümün içərisində "kakös” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həmin gün, Xaçmaz şəhərində yerləşən bazarın yaxınlığında tapdığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Büküm açılıb içərisinə baxılan zaman bükümün içərisində tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilmişdir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansısa bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,35 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra qablaşma zərfinin üzəri şəxsi axtarışda iştirak edən şəxslərin imzaları ilə təsdiq edilməklə müstəntiq tərəfindən götürülmüşdür. Daha sonra isə əhəmiyyət kəsb etmədiyinə görə "Prima" markalı siqaret qutusu Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Təqsirləndirilən şəxs şifahi olaraq heç bir şəxsə narkotik vasitə satmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Xaçmaz şəhərində yerləşən bazarında yaxınlığında tapmasını və şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd etmişdir. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 tərəfindən şəxsi axtarış keçirilməsi haqqında tərtib edilmiş 24 may 2024-cti il tarixli protokoldan görünür ki. Təqsirləndirilən şəxs əynində açıq boz rəngli şalvarın sağ yan cibindəki "Prima” markalı siqaret qutusundan içərisində sonradan təmiz çəkisi 0.271 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışın görüntüləri əks olunan disk daşıyıcıya Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə 15 iyun 2024-cü il tarixdə tərəfimdən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı X8 özünü təqdim edir və narkotik vasitələrin qanunsuz olaraq əldə olunmasında, saxlanılmasında, istifadəsində və daşınmasında şübhəli olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və şəxsi axtarışda iştirak edən şəxsləri təqdim edir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunur ki, üzərində narkotik vasitə, psixotrop maddə və yaxud hər hansısa bir qanunsuz əşya varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan açıq boz rəngli şalvarın sağ yan cibindən bir ədəd "Prima" markalı siqaret qutusunu masanın üzərinə qoyur. Həmin siqaret qutusunu baxış keçirilən zaman siqaret qutusunun içərisindən 1 ədəd gümüşü rəngdə kağız büküm aşkar edilir. Təqsirləndirilən şəxs bükümün içərisində "kakos” kimi tanınan narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni həmin gün, Xaçmaz şəhərində yerləşən bazarın yaxınlığında tapdığını və öz şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Büküm açılıb içərisinə baxılan zaman bükümün içərisində tünd qəhvəyi rəngdə narkotik vasitə heroinə bənzər kütlənin olması müəyyən edilir. Bundan əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansısa bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzidə çəkilir və çəkisinin 0,35 qram olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürləndikdən sonra qablaşma zərfinin üzəri şəxsi axtarışda iştirak edən şəxslərin imzalan ilə təsdiq edilməklə müstəntiq tərəfindən götürülür. Daha sonra isə əhəmiyyət kəsb etmədiyinə görə "Prima" markalı siqaret qutusu Təqsirləndirilən şəxs özünə qaytarılır. Disk daşıyıcıda olan videogörüntüyə baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs video görüntüdə olan şəxsin özü olduğunu, üzərindən aşkar edilən narkotik vasitə heroinin özünə məxsus olduğunu bir daha etiraf edir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Məhkəmə-kimyəvi ekspertizasının 25 may 2024-cü il tarixli 3-16-16/2-6/2964 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzəri bir ədəd bükümdə təmiz çəkisi 0,271 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan istintaq zamanı Təqsirləndirilən şəxs barəsində məhkəmə narkoloji ekspertizası təyin edilərək keçirilmiş, ekspertizanın 03 iyul 2024-cü il tarixli 4550 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs məxsus üzərindən aşkar edilmiş təmiz çəkisi 0,271 qram olan narkotik vasitə heroin və bir ədəd içərisində şəxsi axtarış videogörüntüsii olan disk daşıyıcı xx.xx.2024-cü il tarixli qərarla işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalan 0,221 qram qalığı saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmiş və bir ədəd disk daşıyıcı isə iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan cinayət işinə əlavə edilmiş çıxarışlardan, tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar olaraq 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixli Salyan Rayon Məhkəməsinin qərarına əsasən cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən 01 ay 17 gün şərti azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənməmişdir. Bunda başqa o. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsində nəzərədə tutulan cinayət əməlini törətməsi ilə əlaqədar olaraq 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 12 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs yenidən cinayət əməlini törətməsi əməllərində cinayətlərin residivini yaradır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Qaraçı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyəti Qaraçı kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 161 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs subaydır, himayəsində X6 adında təqaüdçü anası var. Azərbaycan Respublikası CM-nin 18.1, 83.1 və 83.3.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş, əməlində cinayətlərin residi vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Qaraçı kənd İƏD-dən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, subaydır, Xaçmaz rayonu, Qaraqurdlu kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. Beləliklə, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 09 yanvar 2023-cü tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə təqsirli bilinib 09 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və Salyan Rayon Məhkəməsinin 04 may 2023-cü il tarixli qərarı ilə 01 ay 17 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda əməllərində cinayətlərin residivi yaranmaqla satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, Z.Əliyeva küçəsində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis- şöbəsinə dəvət edilib ünvan 5 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 25 sentyabr 2023-cü il tarixdə saat 19:30-19:40 müddətində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli köynəyin ön sağ cibində saxladığı 01 ədəd sellofan bükümdə 0,264 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən əməlinin yüngülləşdirən halların olmamasını, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini isə cəzasını ağırlaşdıran hal kimi nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 65.1 və 65.2-ci maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti təqsirləndirildiyi maddənin sanksiyasında müəyyən edilmiş daha ciddi cəzanın son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Xaçmaz rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 1(067)-64/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib təyin olunmuş 01 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 may 2024-cü il tarixdən 26 may 2024-cü il tarixədək həbsdə saxlanıldğı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsinə seçilmiş həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən şəxs hazırda Xaçmaz rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 1(067)-64/2024 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə və cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı 23 iyul 2024-cü il tarixdən hesablnmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,221 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xaçmaz rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 1(067)-64/2024 saylı hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin olunmuş 01 il 08 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 il azadlıqdan məhrum etmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə 24 may 2024-cü il tarixdən 26 may 2024-cü il tarixədək həbsdə saxlanıldğı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsinə seçilmiş həbs qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs hazırda Xaçmaz rayon məhkəməsinin 23 iyul 2024-cü il tarixli, 1(067)-64/2024 saylı hökmünə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və cəzaçəkmə müəssisəsində saxlanılması nəzərə alınsın.. Cəzaçəkmə müddətinin başlanğıcı 23 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut olan, Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,221 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi görüntülərini və yaşadığı evinə baxış keçirilməsi görüntülərini özündə əks etdirən və maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 110 (bir yüz on) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-48/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-48/2025
08.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver