Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-49/2021 20.05.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1986-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ibtidai təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Xaçmaz şəhəri, Şəfəq küçəsi, ev 42-də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, baərsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq istinataq məlum olamayan mənbədən əldə etdiyi özündə olan çətənə (kannabis) bitkisinin toxumalarını yetişdirmək məqsədilə yaşadığı ünvan 2 ünvanda yerləşən evin həyətyanı sahəsində torpağa basdırmaqla əkmiş və əkdiyi həmin toxumlardan əmələ gələn 15 (on beş) ədəd çətənə (kannabis) bitkisinə 13 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 avqust 2020-ci il tarixdə, saat 18:30 radələrində həmin sahəyə baxış keçirilən zaman 15 (on beş) ədəd, yaş vəziyyətdə ümumi xalis çəkisi 3500,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüş və bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, uzun müddətdir ki, alkoqol aludəçisidir. Müalicələrinin əhəmiyyəti olmadığından qərara gəlmişdir ki, narkotik tərkibli çətənə bitkisi əkərək qurudulmuş marixuana əldə etsin və ondan istifadə etsin. 2020-ci ilin iyun ayının əvvəllərində yaşadığı evin yaxınlığında küçədə yerdən tapdığı çətənə toxumlarını yetişdirmək məqsədilə yaşadığı evin həyətyanı torpaq sahəsində əkmişdir. Əkdiyi 15 ədəd çətənə bitkilərinə su verərək, diblərini yumşaldaraq və alaq otlarından təmizləyərək qulluq göstərmişdir ki, onlar tez və yaxşı inkişaf etsin. 13 avqust 2020-ci il tarixdə, saat 18:30 radələrində yaşadığı ünvana gələn Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları ona bildirmişlər ki, yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərinin əkilməsi barədə polisdə məlumat var və bu məlumatın yoxlanılmasından ötrü onlar tərəfindən həyətyanı torpaq sahəsinə baxış keçrilməsi zərurəti yaranmışdır. O, polis əməkdaşları tərəfindən həyətyanı sahəsinə baxış keçirilməsinə etiraz etməmişdir. Onlar dəvət edilmiş aqronom-mütəxəssəsinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətyanı torpaq saahəsində narkotik tərkibli çətənə bitkiləri aşkar edilmişdir. O, polis əməkdaşlarına səmimi etiraf edərək, aşkar edilmiş həmin bitkilərin narkotik tərkibli çətənə bitkiləri olduğunu, qurudulmuş marixuana əldə etmək məqsədilə bu bitkiləri özü tək qulluq göstərərək yetişdirdiyini və bu barədə heç kimin xəbəri olmadığını bildirmişdir. Aqronom-mütəxəssis həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərildiyini, yəni əkildiyini, su verildiyini, torpaqda narkotik tərkibli çətənə bitkilərinin əkilib-becərilməsi üçün tam əlverişli münbit şəraitin olmasını bildirirərək bu barədə rəy vermişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri sayılmış və onların ümumilikdə 15 (on beş) ədəd olması müəyyən edilmişdir. Həmin 15 (on beş) ədəd çətənə bitkisi polis əməkdaşları tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüş, Xaçmaz rayon X7çısı Əli Almazov tərəfindən baxış keçirilməsi və həmin bitkilərin aşkar edilərək maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün əvvəlcə o, daha sonra digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş çətənə bitkilərinin qablaşdırmasının üzərinə imza etmişlər. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, həqiqətən 13 avqust 2020-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saat 18:30 radələrində onların yaşadıqları ünvan 2 ünvanda yerləşən evin həyətyanı sahəsinə baxış keçirdikləri zaman oğlu Təqsirləndirilən şəxs tərəfindən əkilərək yetişdirilmiş 15 (on beş) ədəd narkotik tərkibli çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, 13 avqust 2020-ci il tarixdə Xaçmaz şəhəri, Şəfəq küçəsi ev 15-də yaşayan Təqsirləndirilən şəxs evinin həyətində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat əldə etmişdir. Həmin məlumat əsasında şöbə rəisinə raportla məruzə etmiş, rəisin razılığı ilə şöbədə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupunun üzvlərinə davranış xətti izah edilmişdir. Daha sonra 13 avqust 2020-ci il tarixdə saat 19 radələrində yaradılmış əməliyyat qrupunun üzvləri ilə, həmçinin Xaçmaz rayon X7 Bölməsinin təhqiqatçısı Əli Almazov, Polis Şöbəsinin kriminalist eksperti Fariz Muradov və mütəxəssis Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olarkən X9 video çəkilişlə özünü təqdim edərək ona gəlmələrinin səbəbini izah etmiş, yaşadığı evin həyətinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs da etirazının olmadığını bildirdikdən sonra onlar birlikdə həyətə daxil olmuşlar. Evin həyətinə videoçəkilişlə baxış keçirilən zaman həyətdəki bağ sahəsinin müxtəlif yerlərində meyvə ağaclarının yanından ümumilikdə 15 ədəd kök üstə yaş narkotik tərkibli çətənə kollarına oxşar bitkilər aşkar edilmişdir. Əli Almazov Təqsirləndirilən şəxs bitkilərin nə olduğunu və hansı məqsədlə əkməsini soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin bitkilərin “nəşə” olmasını və özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Baxış zamanı aşkar olunmuş həmin kollar mütəxəssis Şahid1 tərəfindən bir-bir kökündən çıxarılmış, həyətdə bir yerə yığılmışdır. Şahid1 bildirmişdir ki, həmin kollar narkotik tərkibli çətənə kollarıdır və onlara aqrotexniki qaydada qulluq edilmişdir. Daha sonra həmin bitkilər X9 tərəfindən qablaşdırıldıqdan sonra götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X11 Patrul Xidməti Bölməsinin polis nəfəri Şahid5 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış həmin bölmənin digər polis nəfəri Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Mənzil İstismar idarəsinin aqronomu Şahid1 ifadəsində göstərdi ki, 13 avqust 2020-ci il tarixdə Xaçmaz rayon X7 Bölməsinin təhqiqatçısı Əli Almazovun mütəxəssis təyin olunmasına dair qərarına əsasən Polis Şöbəsinə dəvət olunmuşdur. X4 qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsi ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, Şəfəq küçəsi 15 saylı ünvanda yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirəcəklərini demiş və həmin baxışda mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O da etiraz etməmiş və bundan sonra həmin tarixdə saat 19 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları Fariz Muradov, Şahid3, Şahid5, Şahid4, həmçinin X9la birlikdə qeyd olunan ünvana getmişlər. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilər əkib-becərməsi barədə məlumat olduğu və buna görə də videoçəkiliş vasitəsi ilə həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs da həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və onları yaşadığı evin həyətinə dəvət etmişdir. Baxış keçirməyə başlamazdan əvvəl Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsində tərkibində narkotik maddələr olan bitkilər, narkotik vasitə və ya qanunla qadağan edilmiş əşyalar varsa onları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da narkotik tərkibli çətənə bitkilərini yaşadığı evin həyətyanı torpaq sahəsində əkib- becərdiyini etiraf etmişdir. Evin həyətinə videoçəkilişlə baxış keçirilən zaman həyətdəki bağ sahəsinin müxtəlif yerlərində meyvə ağaclarının yanından ümumilikdə 15 ədəd kök üstə yaş narkotik tərkibli çətənə kolları aşkar edilmişdir. X9 Təqsirləndirilən şəxs bitkiləri hansı məqsədlə əkməsini soruşmuşdur. Təqsirləndirilən şəxs da həmin bitkilərin “nəşə” olmasını və özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Baxış zamanı aşkar olunmuş həmin kolları kökündən çıxarmış, çıxardığı kolları həyətdə bir yerə yığmışdır. Bundan sonra həmin kolların narkotik tərkibli çətənə kolları olması və onlara aqrotexniki qaydada qulluq edilməsi barədə tərəfindən bir mütəxəssis kimi rəy verilmişdir. Daha sonra həmin bitkilər X9 tərəfindən qablaşdırıİdıqdan sonra götürülmüşdür. Baxış keçirilməsi barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. O da aşkar olunmuş kollara dair rəy yazaraq təhqiqatçıya təqdim etmişdir. İş materillarında olan baxış keçirilməsi haqqında 13 avqust 2020-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz şəhəri, 15 saylı yaşayış evinin həyətyanı torpaq sahəsinə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz Mənzil Kommunal İdarəsinin nəzarətçi aqronomu Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki bağ sahəsində şəxsi istifadəsi üçün əkdiyi 15 ədəd narkotik təbiətli çətənə kollarına bənzər bitkiləri təqdim etmişdir. Baxış zamanı aqronom Şahid1 həmin bitkilərin narkotik tərkibli çətənə kolları olduğunu və onlara aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Həmin bitkilər aqronom Şahid1 tərəfindən kökündən çıxarılmış, daha sonra həmin bitki kolları təhqiqatçı X10 tərəfindən bir ədəd kisədə qablaşdırılmaqla iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Baxış keçirilməsi prosesi Xaçmaz rayon Polis Şöbəsinin ekpert kriminalisti X5 tərəfindən “Sony” markalı videokamera ilə çəkilmişdir. İş materiallarında olan Xaçmaz rayon Mənzil İstismar İdarəsinin aqronomu Şahid1 tərəfindən tərtib edilmiş 13 avqust 2020-ci il tarixli rəydən görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Şəfəq küçəsi 15 ünvanında yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən bağ sahəsində aşkar olunmuş əkilibbecərilmiş vəziyyətdə, hündürlüyü 30 sm-dən 1.5 metrədək olmaqla ümumilikdə 15 (on beş) ədəd kollar narkotik xassəli çətənə bitkisi olmaqla, həmin bitkilərin dibləri suvarılmış və aqrotexniki qaydada qulluq göstərilməklə becərilmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının 15 avqust 2020-ci il tarixli, 7/517 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən akar olunmuş 15 ədəd kollar” yazıları və imzalar olan ağ rəngli sintetik torbada yaş vəziyyətdə, ümumi sayı 15 (on beş) ədəd, ümumi çəkisi- 3500.0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Tədqiqata sərfdən sonra çətənə bitkilərinin qalıq çəkisi 3499,25 qram təşkil edir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2021-ci il tarixli, 186 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Müayinə zamanı Təqsirləndirilən şəxs alkoqoldan sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindiromu xəstəliyi aşkar olunur. Alkoqolizmdən məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində alkoqolizmlə əlaqədar qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 20 avqust 2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş cəza şərti hesab edilməklə üzərində 2 il sınaq müddəti müəyyən edilmişdir. 11.09.2017-ci il tarixdə sınaq müdəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi özündə olan çətənə (kannabis) bitkisinin toxumlarını yetişdirmək məqsədilə yaşadığı ünvan 8 ünvanda yerləşən evin həyətyanı sahəsində torpağa basdıraraq əkmiş və əkdiyi həmin toxumlardan əmələ gələn 15 (on beş) ədəd çətənə (kannabis) bitkisinə 13 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində aqrotexniki qaydada qulluq göstərərək kultivasiya etmiş, Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 13 avqust 2020-ci il tarixdə, saat 18:30 radələrində həmin sahəyə baxış keçirilən zaman 15 (on beş) ədəd, yaş vəziyyətdə ümumi xalis çəkisi 3500,0 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüş və bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, kultivasiya etdiyi narkotik vasitənin miqdarının külli miqdara yaxın olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti həbsə alındığı gündən, yəni 20 may 2020-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alkoqolizmdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində alkoqolizmlə əlaqədar qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 3499.25 qram təşkil edən narkotik təbiətli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 66,46 manat pul Təqsirləndirilən şəxs oğlundan tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 1(067)-49/2021 saylı qərarı əsasında Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 10 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 10 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 60 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 20 may 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs alkoqolizmdən məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində alkoqolizmlə əlaqədar qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 3499.25 qram təşkil edən 15 (on beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan 66 (altmış altı) manat 46 (qırx altı) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 10 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 60 (altmış) manat ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №1(067)-49/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-49/2021
20.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver