Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-49/2023 25.01.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs Xasmətova (Poladova) Elnarə Şakir qızının, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, tərcüməçi X5 iştirakı ilə xx xxxxxx 1984-cü ildə Xaçmaz rayonunun Yalama kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Xaçmaz rayonunun Yalama kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 28 mart 2013cü il tarixdən başlayaraq, övladları xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 70 (yetmiş) manat olmaqla cəmi 140 (yüz qırx) manat sabit pul məbləğində alimentin alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsinə dair Qusar Rayon Məhkəməsinin 14 may 2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə xəbərdarlıq edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, təqdimat verilən xx.xx.2022-ci il tarixədək 11900 (on bir min doqquz yüz) manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs xeyrinə ödəməmiş, ona həmin məbləğdə maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq, qəsdən icra etməyərək ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onunla Zərərçəkmiş şəxs 2004-cü ildə ailə qurmuş, nikahlarını 2008-ci ildə rəsmiləşdirmişlər. Onunla zərərçəkmişin birgə nikahından iki uşağı var. Məhkəmənin qətnaməsinə əsasən zərərçəkmiş şəxslə birgə nikahından olan iki uşağın saxlanılması üçün hər ay hər uşağa görə 70 manat olmaqla cəmi 140 manat məbləğində alimenti zərərçəkmişə verməlidir. O, işləmədiyinə görə onun 11900 manat aliment borcu yaranmışdır. Ona icra məmuru tərəfindən məşğulluq mərkəzində qeydiyyata dayanması təklif olunsa da, o, həmin mərkəzdə təklif olunan işlərin əmək haqqısının az olması səbəbindən qeydiyyata dayanmamışdır. İşlədiyi vaxtlarda alimentlə bağlı ödənişlər etmişdir. Lakin o, uşağını saxlamaq onun borcu olduğunu bilir, alimenti ödəyəcəkdir. Həmçinin bildirmişdir ki, o, əvvəllər fəhləliklə məşğul olmuş, hazırda isə iş olmadığından işləmir, hazırda gündəlik beş-altı manat gəliri olur. Barəsində cinayət işi başlanandan hazıradək aliment borcu ilə bağlı ödəniş etməmiş, lakin o, aliment borcunu ödəmək istəyir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs Xasmətova (Poladova) Elnarə Şakir qızı ifadəsində göstərdi ki, onunla Təqsirləndirilən şəxs 2004-cü ildə ailə qurmuş, nikahlarını isə 2008-ci ildə rəsmiləşdirmişlər. Onunla təqsirləndirilən şəxsin birgə nikahından xx.xx.2005-ci il təvəllüdlü və xx.xx.2008-ci il təvəllüdlü övladları var. Sonradan təqsirləndirilənlə birlikdə ailə kimi yaşamaları mümkünsüz olduğundan ayrılmışlar, 2013-cü ildə Qusar Rayon Məhkəməsinin qətnaməsinə əsasən təqsirləndirilən şəxsdən iki uşağın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 70 manat olmaqla cəmi 140 manat məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Təqsirləndirilən şəxs müxtəlif yerlərdə fəhləlik edərək, çobanlıq edərək işləsə də, uşaqların saxlanılması üçün aliment ödəmir. Həmçinin bildirmişdir ki, təqsirləndirləndirilən şəxs onun barəsində cinayət işinin başlanması üçün təqdimat verilən gündən, yəni 2022-ci ilin iyul ayından hazıradək aliment borcu olan 11900 manat məbləğdən heç bir ödəniş etməmiş, o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, alimenti ödəməsini və ya həbs edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid1 oğlu ifadəsində göstərdi ki, Qusar Rayon Məhkəməsinin 14 may 2013-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən başlayaraq, övladları xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 70 manat olmaqla cəmi 140 manat məbləğində sabit alimenti tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödəməmişdir. Həmin qətnamə üzrə borclu Təqsirləndirilən şəxs tələbkarın xeyrinə cəmi 3640 manat məbləğində aliment pulu ödəmiş və cinayət məsuliyyətinə cəlb olunması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 11900 manat məbləğində aliment borcu yaranmışdır. Sözügedən qətnamə icra edilməsi üçün Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş, qətnamə üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası ilə bağlı bildiriş göndərilərək 10 gün könüllü icra müddəti təyin edilmiş, lakin xəbərdarlıq edilməyinə, izahatı alınıb məsulliyyəti izah edilməsinə, ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına, eləcə də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, yenidən izahatı alınıb Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməyinə baxmayaraq, borclu Təqsirləndirilən şəxs təqdimat verilən xx.xx.2022-ci il tarixədək 11900 manat məbləğində aliment borcunu tələbkarın xeyrinə qərəzli olaraq ödəməmişdir. Tələbin borclunun əmlak və gəlirlərinə yönəldilməsi məqsədi ilə zəruri icra hərəkətləri həyata keçirilmiş, borclunun əmlak və gəlir yerlərinin axtarışları ilə bağlı görülmüş tədbirlər nəticə verməmişdir. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxs icra sənədinin icrası ilə bağlı hər dəfə icra şöbəsinə çağırılsa da, gəlməkdən yayınmış və axtarışla icra şöbəsinə gətirilmiş, bundan başqa, təqsirləndirilənin barəsində İXM-nin 528.1-ci madəsi ilə həbs inzibati tənbehi təyin edilmiş, lakin o yenə də aliment borcundan ödəniş etməmiş, təqsirləndirilən şəxsə Məşğulluq Mərkəzində işlə bağlı qeydiyyata dayanması barədə bildirilmiş, lakin o, həmin mərkəzdə təklif edilən işlərin ona sərf etmədiyini deyərək qeydiyyata dayanmamışdır. Məhkəmə istintaqı zamanı şahid Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 14 may 2013-cü il tarixli, 2(029)- 332/2013 saylı qətnaməsinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 28 mart 2013-cü il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 70 (yetmiş) manat olmaqla, cəmi 140 manat aliment tutularaq X4 verilməsi qət edilmişdir. İş materiallarında olan Qusar rayon məhkəməsinin 14 may 2013-cü il tarixli icra vərəqəsinin və Xaçmaz rayon icra şöbəsinin xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, Qusar rayon məhkəməsinin 14 may 2013-cü il tarixli qətnaməsi qanuni qüvvəsini aldığından icraata başlanması qərara alınmışdır. İş materiallarında olan Xaçmaz rayon icra şöbəsinin “Tələbin könüllü icrası barədə” bildirişinin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs Qusar rayon məhkəməsinin 14 may 2013-cü il tarixli 2(029)-332/2013 saylı icra sənədini könüllü icra etməsi üçün vaxt verilmiş, məsuliyyəti barədə xəbərdar edilmişdir. Təqsirləndirilən şəxs bildirişi şəxsən qəbul etmişdir. İş materiallarında olan borclu Təqsirləndirilən şəxs Xaçmaz rayon icra şöbəsində verdiyi xx.xx.2014, xx.xx.2016, xx.xx.2017, xx.xx.2019, xx.xx.2021, xx.xx.2021-ci il tarixli izahatlarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, izahatlarında 14 may 2013-cü il tarixli icra sənədinə əsasən tələbkar Elnarə Xasmətova olan aliment borcunu ödəməli olduğunu, həmin icra sənədinin icrası ilə bağlı bildirişi və icraata başlamaq haqqında qərarın surətini aldığını, yaranmış aliment borcunu ödəmədiyini, icra məmuru tərəfindən ona Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata dayanmasının təklif olunduğunu, lakin təklif olunan işlər onu qane etmədiyini, icra sənədini icra etməyəcəyi təqdirdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə məsuliyyətə cəlb olunacağı barədə ona xəbərdarlıq edildiyini bildirmişdir. İş materiallarında olan “Borclunun axtarılması haqqında” xx.xx.2017-ci il tarixli qərarın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs onun məlum olan yaşayış yerində yaşamadığından və bununla da icra sənədinin icrasını təmin etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon icra şöbəsinin inzibati xəta haqqında 16 may 2017ci il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)-252/2017 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs üzrsüz səbəbdən icra vərəqəsini icra etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və Xaçmaz rayon məhkəməsinin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Poladov X9 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin inzibati xəta haqqında 02 aprel 2019-cu il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)-219/2019 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs üzrsüz səbəbdən icra vərəqəsini icra etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və Xaçmaz rayon məhkəməsinin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Poladov X9 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan “Borclunun axtarılması haqqında” xx.xx.2021-ci il tarixli qərarın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs onun məlum olan yaşayış yerində yaşamadığından və bununla da icra sənədinin icrasını təmin etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Xaçmaz rayon icra və probasiya şöbəsinin inzibati xəta haqqında 09 mart 2021-ci il tarixli protokolunun və Xaçmaz rayon məhkəməsinin həmin tarixli 3(067)-213/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarının təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs üzrsüz səbəbdən icra vərəqəsini icra etmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən onun barəsində Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək toplanmış materiallar aidiyyəti üzrə baxılması üçün Xaçmaz rayon məhkəməsinə təqdim edilmiş və Xaçmaz rayon məhkəməsinin qeyd olunan inzibati xəta haqqında iş üzrə qərarına əsasən Poladov X9 Хətalar Мəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Xəbərdarlıq”ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs tələbkara ödəməli olduğu yaranmış aliment borcunu ödəməsi üçün 10 gün vaxt verilmiş, həmin müddətdə icra sənədini təkrar icra etməyəcəyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət işinin başlanması üçün təqdimat veriləcəyi barədə xəbərdar edilmişdir. “Xəbərdarlıq”ın surətini şəxsən qəbul etmişdir. İş materiallarında olan 10 yanvar 2022-ci il tarixli “Akt”ın və 27 yanvar 2022-ci il tarixli cinayət məsuliyyətinə cəlbetmə haqqında “Bildiriş”in təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs borcunu ödəməyəcəyi təqdirdə barəsində Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə xəbərdarlıq edilmiş, borclu izahat verməkdən imtina etmişdir. İş materiallarında olan xx.xx.2022, xx.xx.2022-ci il tarixli aktların təsdiqlənmiş surətlərindən müəyyən edilir ki, icra məmurlarının iştirakı ilə borclu Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlanılmış və Təqsirləndirilən şəxs aliment borcundan heç bir ödəniş etmədiyini bildirmişdir. İş materiallarında olan X3 9 saylı Ərazi Məşğulluq Mərkəzi filialının məktubunun təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs ƏƏSMN-nin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində qeydiyyatda deyildir. İş materiallarında olan borclunun əmlakının müəyyən edilməsi haqqında xx.xx.2021-ci il tarixli Akt-ın təsdiqlənmiş surətindən müəyyən edilir ki, icra məmuru hal şahidlərinin iştirakı ilə borclu Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun Yalama kəndindəki ünvanda olmuş, borclunun yaşayış evində qanunla tələbi yönəldə bilən borcluya məxsus əmlak olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin elektron informasiya sistemindən çıxarışın təsdiqlənmiş surətindən müəyyən edilir ki, borclu Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı əmlak aşkar edilməmişdir. İş materiallarında olan 30 noyabr 2021-ci il tarixli ərizənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, tələbkar X1 rayon icra və probasiya şöbəsinə ərizə ilə müraciət edərək Qusar rayon məhkəməsinin 14 may 2013-cü il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə müvafiq təqdimat verilməsini xahiş etmişdir. İş materiallarında olan alimentin ödənilməsi barədə ərizədən və 15 iyul 2022-ci il tarixli cədvəldən müəyyən edilir ki, Qusar rayon məhkəməsinin 14 may 2013-cü il tarixli icra sənədinə əsasən borclu Təqsirləndirilən şəxs 11900 manat qalıq aliment borcu vardır. Məhkəmə istintaq hərəkətlərinin protokollarını, proses iştirakçılarının ifadələrini, iş materiallarında olan sənədləri məcmu halda nəzərdən keçirərək sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 02 oktyabr 2012-ci il tarixli Qərarında göstərilir ki, məhkəmə qətnaməsini, hökmünü, qərarını, yaxud digər aktını icra etməmə dedikdə, icra üçün daxil olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icrasını həyata keçirmək üçün bu və ya digər hərəkəti etməli olan şəxsin qanunla müəyyən edilmiş müddətdə həmin hərəkətləri etməməsi başa düşülür. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. Azərbaycan Respublikası İcra haqqında Qanununun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. Həmin Qanunun 82.3-cü maddəsinə əsasən, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana (bu Qanunun 84-2.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla), icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X2 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Yalama kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamənin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı yerdə özünü nümunəvi, intizamlı biri kimi tanıtmışdır. Ailə daxilində münasibətləri normal olmuşdur. Kənd sakinləri və həmyaşıdları ilə münasibətlərində anlaşıqlıq yaradılmasına səy göstərməyə çalışır. Onun barəsində Nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan təqsirləndirilən şəxsin axtarışa verilməsi, tutulması və cinayət işi üzrə icraatın dayandırılması haqqında 10 oktyabr 2022-ci il tarixli qərarlardan, axtarışda olan şəxsin tutulması barədə 07 noyabr 2022-ci il tarixli (saat 09:00) protokoldan və 08 noyabr 2022-ci il tarixli iltizamdan, müvəqqəti saxlama yerindən azad edilmə barədə qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. (hökmün bu hissədə icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-49/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-49/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver