Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-49/2025 26.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Bayramov Samir Zakir oğlunun sədrliyi, məhkəmə iclasının katibi İzzətli Anar İzzət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs10, müdafiəçi - Xaçmaz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1991-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, işləməyən, subay, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(067)-139/2021 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5, 69.3-cü maddələrinə əsasən üzərində qəti olaraq 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(011)-705/2023 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 02 (iki) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, Xaçmaz şəhəri, M.Müşviq küçəsi, ev 3, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib xx.xx.2020-ci il tarixdən hesablanmaqla 02 il 06 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdə 02 ay 02 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda, özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin yanvar ayının sonlarında axşam saatlarında Zərərçəkmiş şəxs9 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan aşıb həyətə, oradan isə plastik pəncərəni dəmir parçası ilə açmaqla yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olmaqla evdən 1 ədəd 350 manat dəyərində “Gorenje” markalı ətçəkən maşını, 1 ədəd 250 manat dəyərində “Tefal” markalı ütünü, 1 dəst 420 manat dəyərində “Korkmaz” markalı qazan dəstini, hər biri 30 manat olmaqla ümumi dəyəri 90 manat olan 3 ədəd şirəli qazanı, 1 ədəd 50 manat dəyərində "Broni" markalı saç fenini, 1 ədəd 90 manat dəyərində tutumu 3 litrlik olan elektrikli samovarı, ümumi dəyəri 130 manat olan 2 dəst xrustal stəkanı, ümumi dəyəri 80 manat olan 4 ədəd xrustal qənd qabını, ümumi dəyəri 170 manat olan 3 ədəd meyvə qabını və 1 ədəd 50 manat dəyərində güldanı qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 1680 manat məbləğində maddi ziyan vurub yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin yanvar ayının sonlarında axşam saatlarında Zərərçəkmiş şəxs9 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan aşıb həyətə, oradan isə plastik pəncərəni açmaqla yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olmaqla evdən ümumi dəyəri 350 manat olan 2 ədəd xalçanı və dəyəri 150 manat olan velosipedi qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 500 manat məbləğində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin yanvar ayının sonlarında axşam saatlarında Zərərçəkmiş şəxs9 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan aşıb həyətə, oradan isə plastik pəncərəni açmaqla yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olmaqla evdən ümumi dəyəri 60 manat olan 2 ədəd dolçanı, ümumi dəyəri 150 manat olan 3 dəst bıçaq dəstini, 300 manat dəyərində 1 dəst boşqab dəstini, ümumi dəyəri 50 manat olan 3 ədəd sinini, ümumi dəyəri 100 manat olan 1 dəst çəngəl-bıçaq dəstini, ümumi dəyəri 100 manat olan 24 ədəd nəlbəkini, ümumi dəyəri 80 manat olan 24 ədəd mürəbbə qabım, ümumi dəyəri 80 manat olan 3 dəst bakalı, ümumi dəyəri 120 manat olan 4 dəst fincan-nəlbəki dəstini, 250 manat dəyərində 1 dəst yemək servisini, ümumi dəyəri 100 manat olan 05 dəst boşqab dəstini, 50 manat dəyərində 01 ədəd qəfədam, 35 manat dəyərində 1 ədəd çərəz qabı dəstini, ümumi dəyəri 20 manat olan 2 ədəd şüşə vazı, ümumi dəyəri 80 manat olan 2 dəst stəkan-bakal dəstini, ümumi dəyəri 30 manat olan 2 ədəd şüşə tavanı və 20 manat dəyərində 1 dəst kasanı qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 1625 manat məbləğində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə 01 fevral 2024-cü il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxs9 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini, əhatə edən hasardan aşıb həyətə, oradan isə plastik pəncərəni açmaqla yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olmaqla evdən ümumi dəyəri 25 manat olan 2 dəst salat qabını, 20 manat dəyərində 1 dəst qənd qabını, 25 manat dəyərində 1 dəst qaşıq dəstini, ümumi dəyəri 150 manat olan 4 ədəd yataq dəstini, 50 manat dəyərində 1 ədəd tirmə şalı, ümumi dəyəri 50 manat olan 2 ədəd yataq örtüyünü, ümumi dəyəri 70 manat olan 2 ədəd ədyalı, 80 manat dəyərində 1 ədəd toxunma süfrəni, ümumi dəyəri 150 manat olan 2 ədəd süfrəni və ümumi dəyəri 140 manat olan 3 dəst dəsmal dəstini qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 760 manat məbləğində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 2 ünvanda yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, oradan tapdığı burğacla evin arxa hissəsində olan plastik pəncərəni aralamaqla açaraq evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub oradan 1 ədəd 6 hissəli 18 manat dəyərində çay dəstini, 1 ədəd “Arzum Mikrojet AR 282 Mıcrowave oven with grill” markalı və modelli 280 manat dəyərində mikrodalğalı sobanı, 1 ədəd “Netlon” markalı, 11 hissəli 120 manat dəyərində qazan dəstini, 1 ədəd 6 hissəli “Sitra” markalı 50 manat dəyərində çay dəstini, 1 ədəd “Galaksi” markalı 100 manat dəyərində şirəçəkən aparatı, 1 ədəd “Alper Berg” markalı 84 hissəli 100 manat dəyərində çəngəl qaşıq bıçaq dəstini, 1 ədəd Yağmur markalı 40 manat dəyərində 2 hissəli çay dəstini, 1 ədəd 25 manat dəyərində yapon istehsallı “BSB” markalı 10 hissəli boşqab dəstini, 3 ədəd hər biri 100 manat olmaqla 300 manat dəyərində markasız güldanı, 2 ədəd hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində markasız meyvə qabım, 1 ədəd 12 hissəli 220 manat dəyərində Türkiyə istehsallı çəngəl, bıçaq, qaşıq dəstini, 4 ədəd hər biri 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində olan markasız qənd qabını, 2 ədəd hər biri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində markasız çayniki, 1 ədəd 12 hissəli 200 manat dəyərində Türkiyə istehsallı bıçaq dəstini, 1 ədəd 240 manat dəyərində ət maşınını, 1 ədəd 2x3 ölçülü Türkiyə istehsallı 100 manat dəyərində xalçanı, 1 ədəd 52 manat dəyərində elektrik peçini, 2 ədəd hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində Türkiyə istehsallı yorğan üzlük dəstini, 6 ədəd hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 60 manat dəyərində Türkiyə istehsallı əl üz dəsmalım, 4 ədəd hər biri 20 manat dəyərində olmaqla ümumilikdə 80 manat dəyərində markasız süfrəni, 12 ədəd hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 120 manat dəyərində olan Türkiyə istehsallı çay dəsmallarını, 1 ədəd 12 hissəli 24 manat dəyərində Türkiyə istehsallı nəlbəki dəstini, 1 ədəd 6 hissəli 60 manat dəyərində Türkiyə istehsallı kompot qabı dəstini, 1 ədəd 6 hissəli 220 manat dəyərində Türkiyə istehsallı qazan dəstini və evin əşyalar yığılan otağındakı sandığın içərisindən 300 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 2989 (iki min doqquz yüz səksən doqquz) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 2 ünvanda yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin ön hissəsindəki taxta pəncərənin şüşəsini çıxarıb evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub oradan 1 ədəd “arçelik” markalı 1 ədəd 19 V, 57W max göstəricili, 500 manat dəyərində televizoru, 1 ədəd 2x3 ölçülü Türkiyə istehsallı 700 manat dəyərində xalçanı, 1 ədəd 3 hissəli “JVC" markalı CA-DXJİO modelli 400 manat dəyərində musiqi mərkəzini, 1 ədəd 48 hissəli Türkiyə istehsallı, 200 manat dəyərində boşqab dəstini, 1 ədəd 30 manat dəyərində markasız külqabını, 3 ədəd hər biri 20 manat olmaqla ümumilikdə 60 manat dəyərində markasız bulud boşqabları, 1 ədəd 60 manat dəyərində markasız çayniki, 6 ədəd hər biri 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində markasız rumkanı qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 1980(min doqquz yüz səksən) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 3 ünvanda yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, oradan tapdığı burğacla evin plastik pəncərəsini aralamaqla açaraq evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı paltar rəfindən 12 ədəd Türkiyə istehsallı hər biri 20 manat dəyərində olmaqla ümumilikdə 240 manat dəyərində döşəkağını, 10 ədəd hər biri 15 manat dəyərində olmaqla ümumilikdə 150 manat dəyərində əl-üz dəsmalını, 8 ədəd hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 400 manat dəyərində olan süfrə, 2 qutu yerli istehsal, hər biri 12 hissədən ibarət 80 manat dəyərində olmaqla ümumilikdə 160 manat dəyərində xrustal çay stəkanları, 1 ədəd 1 litrlik "‘Beluga” markalı 80 manat dəyərində araq və 2 ədəd hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində olan Türkiyə istehsallı qadın şərflərini qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 1090 (min doxsan) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin plastik pəncərəsini oradan tapdığı balta ilə aralamaqla açaraq evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı güzgülü rəfin çəkməcəsindən 1 ədəd 750 əyarlı, 17,5 qram çəkidə 1925 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 750 əyarlı, 7,5 qram çəkidə 825 manat dəyərində qızıl qolbağı, 1 ədəd 750 əyarlı üzərində 12 ədəd brilyant qaşlar olan 8 qram çəkidə 1000 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 5 qram çəkidə 425 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 2 qram çəkidə 170 manat dəyərində qızıl üzüyü və 500 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 4845 (dörd min səkkiz yüz qırx beş) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin giriş qapısının sol hissəsində olan plastik pəncərəni dəmirlə aralamaqla açaraq evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin giriş qapısından soldan birinci otaq olan zalından 1 ədəd '‘Nikai NTV3216LED2” markalı 650 manat dəyərində televizoru, həmin zalda olan masanın üzərindəki pul qabının içərisindən 112 manat pulu, həmin zaldakı qab rəfindən 5 ədəd hər biri 25 manat dəyərində olmaqla ümumilikdə 125 manat dəyərində yerli istehsal xrustal qablar, 1 dəst 6 hissəli 45 manat dəyərində Türkiyə istehsallı şirniyyat qabları, 1 ədəd qızıldan hazırlanmış 600 manat dəyərində saat, 2 ədəd 3x6 ölçüdə hər biri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində markasız süfrə, evin giriş qapısından sağdan ikinci otaq olan yataq otağındakı paltar rəfindən 2 ədəd hər biri 60 manat dəyərində olmaqla ümumilikdə 120 manat dəyərində dəst halında Türkiyə istehsallı oğlan uşaq paltarı, 1 ədəd 200 manat dəyərində Türkiyə istehsallı kişi kostyumu, evin giriş qapısı ilə üzbəüz olan yataq otağındakı tumbadan 1 cüt 10 qram çəkidə 583 əyarlıq 1200 manat dəyərində qızıl sırğa, həmin yataq otağındakı paltar rəfindən 1 ədəd 80 manat dəyərində Türkiyə istehsallı 3 hissəli hamam dəsmal dəsti, 2 ədəd hər biri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində Türkiyə istehsallı yataq dəsti, eyni rəfin içərisində olan paltonun sağ yan cibindən 1105 manat dəyərində 650 ABŞ dolları pul, həmin yataq otağında olan sandıqdan 4 ədəd hər biri 30 manat dəyərində olmaqla ümumilikdə 120 manat dəyərində Türkiyə istehsallı hamam dəsmalları, 2 ədəd paket halında hər biri 70 manat olmaqla ümumilikdə 140 manat dəyərində Türkiyə istehsallı qadın gecə paltarı, evin mətbəxindən 1 ədəd “Eurolux” markalı, “EU-MG3160YR” modelli 175 manat dəyərində ət çəkən maşın, 1 ədəd “Tefal” markalı ZE370138 modelli 95 manat dəyərində şirəçəkən maşın, evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən 1 ədəd 5 litrlik dörd ayaqlı çuqundan olan 500 manat dəyərində odun samovarı, 2 ədəd nikeldən hazırlanmış 3 litrlik hər biri 45 manat dəyərində olmaqla ümumilikdə 90 manat dəyərində qəfədanlar, 1 ədəd “Zenit” markalı 45 manat dəyərində drel, 2 ədəd qablaşdırılmış topa halında misdən hazırlanan bir ədədi 75 manat olmaqla ümumilikdə 150 manat dəyərində elektrik naqilləri, 6 ədəd hər biri 2.5 manat dəyərində olmaqla ümumilikdə 15 manat dəyərində “Pulmo” markalı razetkalar, 1 ədəd istifadə edilməyən 50 kiloqram çəkidə 30 manat dəyərində çuqundan hazırlanmış ceyran peçi, 2 topa halında hər biri 30 manat dəyərində olmaqla ümumilikdə 60 manat dəyərində olan aliminiumdan hazırlanmış elektrik naqilləri, 1 ədəd 15 manat dəyərində dəmir lom, 2 ədəd hər biri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində dəmir mismarçıxaran, 1 ədəd 40 metr uzunluğunda 35 manat dəyərində udliniteli qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 5847 (beş min səkkiz yüz qırx yeddi) manat xeyli miqdarda maddi ziyan vurmaqla, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, xeyli miqdarda ziyan vurmaqla, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 6 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin eyvanında olan plastik pəncərəni dəmirlə aralamaqla açaraq evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağında olan paltar rəfinin sağ üstdən ikinci gözündəki qadın çantasının içərisindən 1 ədəd sadə 7 qram çəkidə 50 manat dəyərində üzüyü və 1 ədəd 5 qram çəkidə 583 əyarlıq 500 manat dəyərində qızıl üzüyü qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 550 (beş yüz əlli) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin eyvan hissəsində olan pəncərəsinin mismarlarını çıxarmaqla oradan evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin mətbəxindən 1 ədəd aliminiumdan hazırlanmış 50 manat dəyərində 5 litrlik qazanı, 1 ədəd paslanmayan poladdan olan 50 manat dəyərində 3 litrlik qəfədam, 1 ədəd 50 manat dəyərində balon bağlayanı, 2 ədəd diametri 40 sm olan Türkiyə istehsallı hər biri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində tavanı, 2 ədəd diametri 30 sm olan Türkiyə istehsallı hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində tavanı. 1 ədəd 4 hissəli Türkiyə istehsallı 30 manat dəyərində mantı qazanını, evin yataq otağından 1 cüt Türkiyə istehsallı 60 manat dəyərində kişi ayaqqabısını, 4 ədəd Türkiyə istehsallı, hər biri 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində yastığı, 5 ədəd paket halında hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 50 manat dəyərində Türkiyə istehsallı kişi alt paltarlarını, 1 ədəd Türkiyə istehsallı 30 manat dəyərində yun yorğanı, həmçinin evin zirzəmisindən 1 ədəd 80 manat dəyərində dəmir manqalı, 1 ədəd kafel kəsmək üçün olan 200 manat dəyərində laqondanı, 1 ədəd 50 litrlik 120 manat dəyərində dəmir çəlləyi, 40 metr uzunluğunda 100 manat dəyərində dəmir turbanı qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 1040 (min qırx) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı ünvan 8 ünvanında yerləşən evinin həyətyanı sahəsinə həyət qapısını aşaraq daxil olmuş, evin taxta pəncərəsinin mismarlarını əli ilə boşaldaraq çıxarmaqla şüşəni çıxarıb yerə qoyduqdan sonra evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağındakı paltar rəfinin sol üst gözündə olan pul kisəsindəki 2500 manat pulu, həmin kisənin yanında olan 1 kiloqramlıq 0,30 manat dəyərində bankanı və içərisində olan 200 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla cəmi 2700,3 (iki min yeddi yüz manat otuz qəpik) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 9 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin yataq otağında olan pəncərəsini sərt itələyətək açmaqla oradan evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında olan paltar rəfındəki kişi pencəyinin cibindən 500 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla eyni məbləğdə maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakım gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs10 məxsus ünvan 10 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarın aşaraq daxil olmuş, evin plastik pəncərəsini oradan tapdığı dabankeşlə açaraq evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub qonaq otağındakı paltar rəfinin orta üst gözündəki qadın çantasından 1 ədəd 750 əyarlı, 12 qram çəkidə 1320 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 583 əyarlı, 28 qram çəkidə 2380 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 583 əyarlı 5 qram çəkidə 425 manat dəyərində qızıl klonu, 1 ədəd 583 əyarlı 6 qram çəkili 510 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 5 qram çəkili 425 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 7 qram çəkili 595 manat dəyərində qızıl üzüyü, 1 cüt 583 əyarlı 10 qram çəkili 850 manat dəyərində qızıl sırğanı, 1 ədəd 7 qram çəkidə 750 əyarlı 770 manat dəyərində qızıl qolbağı və 3000 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 10275 (on min iki yüz yetmiş beş) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, bununla da o, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ittihamda nə qeyd olunubsa düzdür, həmin əmlakları oğurlamışdır. Ona cəza təyin edilməsini istəyir. Həmçinin bildirdi ki, ifadəsinə əlavəsi yoxdur. O, zərərçəkmiş şəxslərin ifadələrində bildirdikləri ilə razıdır, ifadələrinə etirazı yoxdur. O, Zərərçəkmiş şəxs8 məhkəmə iclasındakı ifadəsi ilə razıdır, belə ki, o, həmin zərərçəkmişin evindən 900 manat oğurlamışdır. O, məhkəmə iclasında ifadə vermiş Şahid1 ifadəsində bildirdiklərinin düzgün olduğunu təsdiqləyir. Məhkəmə istintaqı zamanı elan edilmiş iş üzrə məhkəmə iclasında iştirak etməmiş zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaq orqanında verdikləri ifadələri ilə razıdır, hər hansı etirazı yoxdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı tədqiq olunmuş cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadələrindən müəyyən edilir ki, o, 2020ci ildə oğurluq etməyi ilə bağlı azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2023-cü il tarixdə azad olunmuşdur. Özü heç bir yerdə işləmir. Əvvəllər məhkum olunduğuna görə də iş tapmaqda çətinlik çəkirmiş. Buna görə də məcbur olub oğurluq etmişdir. 2024-cü ilin yanvar ayının ortalarında ünvan 1 ünvanının qarşısından keçən zaman həmin evin darvazasının qıfıllı olduğunu görmüşdür. Sonrakı günlərdə də həmin evin qarşısından 3-4 dəfə fərqli vaxtlarda keçdikdə yenidən həmin evin darvazasının qıfıllı olduğunu görmüşdür. Bundan anlamışdır ki, evdə daimi yaşayış yoxdur. Buna görə də evdən oğurluq etmək qərarına gəlmişdir. 2024-cü ilin yanvar ayının sonlarında axşam saatlarında qeyd edilən ünvanın qarşısına gəlmişdir. Əvvəl ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin hasarını aşmaqla evin həyətinə daxil olmuşdur. Ardınca isə evin plastik pəncərəsini açmaq üçün özü ilə gətirdiyi kiçik bir dəmir parçası ilə evin plastik pəncərəsini açaraq içəri daxil olmuşdur. Evə daxil olduqda bir-bir otaqları gəzmişdir. Ardınca otaqlardan birində cehizlik üçün olduğunu zənn etdiyi müxtəlif ev avadanlıqlarının qutularında bir kənarda yığıldığını aşkar etmişdir. Həmin vaxt orada müxtəlif qab-qacaqlar və məişət əşyaları olmuşdur. Orada olan avadanlıqlar çox olduğuna görə onları birdəfəlik oğurlaya bilməzmiş. Buna görə də gücü çatan qədər aparmağı, sonrakı günlərdə də qalanını aparmağı qərarlaşdırmışdır. Beləcə, ilk gün evdən 1 ədəd ətçəkən maşını, 1 ədəd ütünü, 1 ədəd qazan dəstini, 3 ədəd şirəli qazanı, 1 ədəd saç fenini, 1 ədəd elektrikli samovar, 02 dəst xrustal stəkanı, 04 ədəd xrustal qənd qabını, 03 ədəd meyvə qabını və 1 ədəd güldanı özü ilə gətirdiyi 02 ədəd ağ rəngli kisələrə yığmışdır. Ardınca isə gəldiyi kimi də evi tərk eləmişdir. Evdən çıxan zaman qeyd etdiyi avadanlıqları çıxartdığı qutuları yenidən səliqəli formada yerinə yığmışdır, çıxanda da pəncərini örtmüşdür ki, birdən ev yiyələri gəlsə oğurluqdan xəbərləri olmasın. Oğurladığı avadanlıqları tanımadığı müxtəlif şəxslərə dəyər-dəyməzə satmışdır. Ancaq tam dəqiq neçəyə satmağı xatırlamır. Hamısını ümumilikdə 150 manata yaxın məbləğə satmışdır. Əldə etdiyi pula da özü üçün ərzaq almışdır. Sonrakı günlərdə yenidən pulu bitdiyinə görə yenidən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də yenidən 2024-cü ilin yanvar ayının sonlarında qeyd edilən ünvana gələrək əvvəl ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasarı aşmaqla həyətə, oradan isə əvvəl daxil olduğu pəncərədən yenidən evə daxil olmuşdur. Bu zaman yenə həmin otaqda olan 02 ədəd xalçanı və 1 ədəd velosipedi götürərək yenidən gəldiyi kimi evi tərk eləmişdir. Onları da yenidən tanımadığı iki nəfər şəxsə səhəri gün ümumilikdə 200 manata satmışdır. Həmin pulu da özü üçün xərcləmişdir. Pulu qurtardığına görə yenidən bir gün sonra 2024-cü ilin yanvar ayının sonlarında həmin qayda ilə yenidən həmin evə daxil olmuşdur. Bu zaman isə evdən 2 ədəd dolçanı, 4 dəst bıçaq dəstini, 1 dəst boşqab dəstini, 3 ədəd sinini, 24 ədəd nəlbəkini, 24 ədəd mürəbbə qabını, 3 dəst bakalı, 2 dəst stəkan-bakal dəsti, 4 dəst fincan-nəlbəki dəstini, 1 dəst yemək servisini, 05 dəst boşqab dəstini, 01 ədəd qəfədanı, 1 ədəd çərəz qabı dəstini, 2 ədəd şüşə vazı, 2 ədəd şüşə tavanı və 1 dəst kasanı yenidən keçən səfərki kimi özü ilə gətirdiyi 2 ədəd kisəyə yığaraq gəldiyi kimi yenə də evi tərk etmişdir. Keçən səfərki kimi qeyd etdiyi avadanlıqları qutularından çıxaran zaman qutuları səliqəli formada əvvəlki qaydada yerinə qoymuşdur ki, birdən evə kimsə gəlsə heç nədən şübhələnməsin. Ardınca isə gəldiyi kimi də evi tərk etmişdir. Oğurladığı qab-qacaqları kisələrə tez-tələsik yığdığına və hadisə yerindən tələsik kimsə görməsin deyə qaçdığına görə qab-qacaqların bir qismi kisədə olan zaman sınmışdır. Yerdə qalan qab-qacaqları isə Xaçmaz şəhəri ərazisində səhəri gün gəzməklə tanımadığı müxtəlif şəxslərə satmışdır. Həmin günü oğurladığı avadanlıqları ümumilikdə 70 manata satmış və həmin pula da özünə yemək və siqaret almışdır. Yenidən pulu bitdiyinə görə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 01 fevral 2024-cü il tarixdə axşam saatlarında əvvəlki qayda da evə daxil olmuşdur. Bu zaman isə evdən 2 dəst salat qabını, 1 dəst qənd qabını, 1 dəst qaşıq dəstini, 4 ədəd yataq dəstini, 1 ədəd tirmə şalı, 2 ədəd yataq örtüyünü, 2 ədəd ədyalı, 3 ədəd süfrəni və 3 dəst dəsmal dəstini əvvəlki qaydada özü ilə gətirdiyi 2 ədəd kisələrə yığaraq əvvəlki qaydada evi tərk etmişdir. Bu səfər də evdən oğurluq edən zaman qeyd etdiyi avdanlıqları qutularından çıxarandan sonra qutuları səliqəli formada yerinə yığmışdır. Oğurladığı avadanlıqları da səhəri gün Xaçmaz şəhəri ərazisində tanımadığı şəxslərə ümumilikdə 50 manata satmış və həmin pulu da özünə yemək və siqaret almışdır. Həmin günün səhəri günü bu səfər isə günorta saatlarında yenidən əvvəlki qayda da evin hasarını aşmaqla həyətə daxil olmuşdur. Elə təzəcə daxil olmuşdur ki, bir anda qonşuluqda səs-küy gəldiyini eşitmişdir. Evə kiminsə yaxınlaşıb-yaxınlaşmadığını görmək üçün hasara yaxınlaşıb çölə baxdıqda bir nəfər yaşlı kişinin evə yaxınlaşdığını görmüşdür. Həmin şəxs ondan burada nə etdiyini soruşduqda o yalandan evin yiyəsinin onu çağırdığını, buna görə həyətdə olduğunu söyləmişdir. Ardınca isə tutulmaqdan qorxduğuna görə qaçaraq evin arxa hasarından tullanmaqla arxa küçəyə çıxaraq oradan uzaqlaşmış və bir daha da həmin ev tərəfə getməmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs5 əvvəllər tanımamaqla aralarında hər hansı bir münasibət olmamışdır. 2024-cü ilin əvvəllərində o, maddi cəhətdən çətin vəziyyətdə olmuşdur. O, bu məqsədlə oğurluq etmək qərarına gəlmişdir. Lakin haradan oğurluq edəcəyini bilmirmiş. 02 fevral 2024-cü il tarixdə Xaçmaz şəhəri, B.Məcidov küçəsi ilə hərəkət etdiyi zaman sonradan Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs5 məxsus evlərin olduğu həyətin qapısı üzərində qıfıl olmasını görmüşdür. Həmin zaman günorta saatları olduğundan o, axşam saatlarında oradan oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 03 fevral 2024-cü il tarixdə, saat 01 radələrində həmin həyət qapısının yaxınlığına gəlmişdir. Hasardan aşaraq həyətə daxil olmuşdur. O həyətə daxil olduqda evin həyətindən burğac taparaq həyət qapısından girişdə solda yerləşən evin yataq otağının plastik pəncərəsini aralamaqla açaraq evə daxil olmuşdur. Burğacı isə həyətə atmışdır. O, oradan müxtəlif otaqlardan qutuda qazan dəsti, stəkan- nəlbəki dəsti, mikrodalğalı soba, həmçinin evdən tapdığı yorğan üzlüyünün içərisinə mətbəx və məişət ləvazimalarını yığaraq evin həyətinə çıxarmışdır. O, evin həyət qapısını içərisindən açaraq sadaladığı əşyaları iki dəfəyə yaxınlıqda olan yolun kənarındakı zibilliyə aparmışdır. Sonra geri qayıdıb həyət qapısını içəridən bağlamış və hasardan çıxaraq oradan uzaqlaşmışdır. O, oğurladığı əşyaların yanına gələrək yoldan keçən tanımadığı taksini dayandırmışdır. O, həmin taksiyə əşyaları yığmışdır. Həmin şəxs ondan hər hansı bir söz soruşmadığından o, məlumat verməmişdir. Bir qədər sonra yaşadığı evə çatdıqda taksiyə 2 manat pul vermişdir. Əşyaları isə tək yaşadığı evin həyətinə qoymuşdur. Bundan sonra o, həmin əşyaların bir hissəsini Xaçmaz bazarının yaxınlığında tanımadığı şəxslərə ucuz qiymətlərə satmışdır. 2 gün sonra, yəni 05 fevral 2024-cü il tarixdə, saat 01 radələrində yenidən həmin həyət qapısının qarşısına getmişdir. O düşünmüşdür ki, eyni həyətdə yerləşən digər evdən də oğurluq etsin. Bu məqsədlə o, yenidən hasardan həyətə daxil olmuşdur. O, həyət qapısından həyətə daxil olduqda qarşıdakı evin görünən pəncərəsinin mismarlarını əli ilə çıxararaq pəncərə şüşəsini yerə qoymuşdur. Özü isə oradan evə daxil olmuşdur. O, evə girdikdə oradan televizor, xalçanı, musiqi mərkəzi və müxtəlif qab-qacaqları götürərək ilk öncə evin həyətyanı sahəsinə yığmışdır. Sonra həyət qapısını açaraq oradan küçəyə çıxmışdır. O, yola çıxaraq tanımadığı taksi saxlayaraq həmin taksini evə yaxın sürdürməklə əşyaları avtomobilə yüklətdirmişdir. O, taksi sürücüsünə evin özünə məxsus olmasını bildirmişdir. Oğurluq etdiyi evin həyət qapısını isə bu dəfə bağlamamışdır. O, taksiyə əşyaları digər evinə apardığını bildirmişdir. O, evə çatdığı zaman həmin taksiyə də 2 manat pul vermişdir. Bundan sonrakı günlərdə o hər iki-evdən oğurladığı ümumi əşyaları hissə-hissə Xaçmaz bazarının yaxınlığında ucuz qiymətə satmışdır. Oğurladığı əşyalardan 1 ədəd mikrodalğalı sobanı, bir ədəd televizoru, musiqi mərkəzini, şirəcəkən aparatı, qazan, çay, bıçaq, çəngəl, boşqab dəstlərini, 1 ədəd xalçanı Xaçmaz şəhər sakini kimi uzun müddətdir ki, tanıdığı Şahid1 müxtəlif qiymətlərə satmışdır. Ziyadın həmin əşyaların oğurluq olmasından məlumatı olmamışdır. O, həmin əşyaların özünə məxsus olmasını ona bildirmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs6 əvvəllər tanımamaqla aralarında hər hansı bir münasibət olmamışdır. 2024-cü ilin fevral ayının ortalarında oğurluq etmək və əldə etdiyi gəlirdən şəxsi ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Belə ki, 10 fevral 2024-cü il tarixdə, saat 23 radələrində Xaçmaz şəhəri, Məktəbli küçəsində gəzdiyi zaman sonradan Zərərçəkmiş şəxs6 məxsus olan ev olmasını bildiyi evin işıqlarının yanmamasını görmüşdür. O, həmin evdə hər hansı şəxsin olmamasını başa düşüb evə daxil olmaq qərarına gəlmişdir. O, evin həyətinə hasarı aşmaqla daxil olmuşdur. O, evin həyətindən bir ədəd burğacı götürərək evin plastik pəncərəsini açmaq üçün çardağın üzərinə qalxmışdır. O, plastik pəncərəni aralamaqla oradan evə daxil olmuşdur. Evin içərisində yataq otağında olan rəfdən dəsmallar, döşəkağı, araq, xrustal stəkanlar, süfrə və şərfləri götürmüşdür. O, həmin oğurladığı əşyaları özü ilə gətirdiyi sellofan torbaya yığmışdır. O, evin qapısını içəridən açmaqla həyətə düşmüşdür. Daha sonra həyət qapısını da içəridən açmaqla oradan çıxaraq yaşadığı evə yollanmışdır. O, oradan götürdüyü əşyaları Xaçmaz bazarında satmışdır. Satdığı şəxsləri tanımır. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 Xaçmaz rayonu ərazisində faizə pul verən kimi tanıyır. Aralarında əvvəllər hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. 15 fevral 2024-cü il tarixdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Xaçmaz şəhəri ərazisində gəzirmiş. Belə ki, Xaçmaz şəhəri, X.Məmmədov küçəsindən keçdiyi zaman orada Həqiqətin evinə nəzər salmışdır. Bu zaman evin işıqlarının yanmamasını görüb həmin evə oğurluğa girmək qərarına gəlmişdir. Həmin zaman saat 20 radələri olmuşdur. Belə ki, o, evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olmuşdur. Evin plastik pəncərəsini oradan tapdığı baltayla aralayıb açmışdır. O, evə daxil olaraq orada çəkməcədən 500 manat pul və zinət əşyalarını oğurlamışdır. Bundan sonra evdən çıxmışdır. O, oğurladığı pulu xərcləsə də, qızıl zinət əşyalarını Bakı şəhərində “Moskva univermağında” satmışdır. Lakin həmin oğurladığı qızıl zinət əşyalarından 1 ədəd qızıl boyunbağını mart ayının əvvəllərində Xaçmaz şəhərində yerləşən Şahid2 işlətdiyi qızıl mağazasına satmışdır. Tural ondan həmin qızıl boyunbağının kimə məxsus olmasını soruşduğu zaman ailəsinə məxsus olmasını, ehtiyacla bağlı satmalı olduqlarını bildirmişdir. Həmçinin ondan şübhələnməsin deyə şəxsiyyət vəsiqəsini də təqdim etmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs4 əvvəllər Xaçmaz şəhər sakini kimi tanımışdır. Aralarında hər hansı bir münasibət, dava-dalaş və ədavət olmamışdır. 2024-cü ilin fevral ayının ortalarında oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Xaçmaz şəhəri ərazisində gəzirmiş. Belə ki, onun məqsədi yaşayış olmayan evə daxil olaraq orada olan əşyaları oğurlamaq olmuşdur. Xaçmaz şəhəri, N.Ələskərov küçəsində hərəkət etdiyi zaman sonradan Zərərçəkmiş şəxs4 məxsus olmasını bildiyi evin işıqlarının sönülü olmasını bilmişdir. O, onun tək yaşamasını və bu səbəbdən evində işıq sönmüşsə həmin evdə heç kimin olmadığını başa düşmüşdür. Həmin gün, yəni 16 fevral 2024-cü il tarixdə Raviləyə məxsus evə girmək qərarına gəlmişdir. Lakin saat hələ tez olduğundan o bir qədər zaman keçməsini gözləmişdir. Belə ki, 17 fevral 2024-cü il tarixdə, saat 01 radələrində həmin evə daxil olmaq qərarına gələrək evin qapısı üzərindən aşmaqla evə daxil olmuşdur. O, evin ön hissəsində olan plastik pəncərəni həyətdə olan dəmir parçası ilə aralamaqla açaraq evə daxil olmuşdur. Evə daxil olduqdan sonra oradan televizor, xrustal qablar, qol saatı, süfrə, geyim əşyaları, qızıl sırğa, ətçəkən maşın, şirəçəkən maşın, qəfədanlar və başqa məişət əşyalarını çıxararaq həyətə qoymuşdur. Həmçinin evin həyətində gəzdiyi zaman orada yardımçı tikili olmasını və onun içərisində dəmir və texniki alətlərin olmasını görmüşdür. O, oradan odun samovarı, direl, elektrik naqilləri, razetkalar, ceyran peçi, dəmir lom, dəmir mismarçıxaran, udliniteli götürərək evin həyət qapısına yaxın yerə gətirmişdir. O, sonradan axşam olduğundan həmin əşyaları hissə-hissə həyət qapısından çıxararaq yaxınlıqda olan digər küçəyə boş yerə daşımışdır. Daha sonra yoldan tanımadığı taksini saxlayaraq öz əşyalarını daşımaq istəməyini bildirərək həmin əşyaları oradan taksi ilə yaşadığı ünvana daşımışdır. O, həmin taksinin kim olmasını, avtomobilin nömrəsini xatırlamır. Oğurlayaraq yaşadığı evə gətirdiyi əşyaları Xaçmaz bazarında tanımadığı şəxslərə satmışdır. Dəmir avadanlıqları isə səyyar dəmir alışı ilə məşğul olan tanımadığı avtomobilə satmışdır. Lakin Ravilənin evindən oğurladığı 1 ədəd direl və razetkaları polis əməkdaşlarına təqdim etmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs7 əvvəllər tanımamışdır. Aralarında əvvəllər hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. 25 fevral 2024-cü il tarixdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Xaçmaz şəhəri ərazisində gəzirmiş. Belə ki, Xaçmaz şəhəri, E.Tağıyev küçəsindən keçdiyi zaman orada sonradan Zahidə məxsus olmasını bildiyi evin işığının yanmadığını görmüşdür. O, evin həyətinə boylandıqda evdə heç kimin olmadığına əmin olmuş və hasardan aşmaqla evin həyətinə daxil olmuşdur. Həmin zaman saat 01 radələri olarmış. Evin plastik pəncərəsini oradan tapdığı dəmir parçası ilə aralayıb açmışdır. O, evə daxil olaraq evin yataq otağına keçmiş və orada olan paltar rəfindən qadın çantası tapmışdır. Həmin çantanın içərisinə baxdığı zaman orada 2 ədəd qızıl üzüyün olmasını görmüşdür. O, həmin qızıl üzükləri götürərək evdən çıxmışdır. Lakin oradan başqa hər hansı əşya oğurlamamışdır. O, oğurladığı qızıl üzüyün birinin sadə olmasını bilib atmışdır. Lakin qızıl olan digər üzüyü isə Bakı şəhərində Moskva univermağında satmışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Aralarında hər hansı bir münasibət, dava-dalaş və ədavət olmamışdır. 2024-cü ilin fevral ayının sonlarında oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Xaçmaz şəhəri ərazisində gəzirmiş. Onun məqsədi yaşayış olmayan evə daxil olaraq orada olan əşyaları oğurlamaq olmuşdur. Xaçmaz şəhəri, S.Xatun küçəsi ilə hərəkət etdiyi zaman sonradan Zərərçəkmiş şəxs1 məxsus olmasını bildiyi evin işıqlarının sönülü olmasını bilmişdir. O, həmin evdə hər hansı bir şəxsin yaşamadığına əmin olduqdan sonra 25 fevral 2024-cü il tarixdə həmin evə oğurluğa girmək qərarına gəlmişdir. Həmin gün saat 15 radələrində həmin evin həyətyanı sahəsinə hasarı aşmaqla daxil olmuşdur. Evin içərisinə isə ön hissəsində olan pəncərəni açaraq daxil olmuşdur. O, evin içərisinə daxil olaraq orada olan otaqlardan və mətbəxdən müxtəlif əşyaları götürərək ilk öncə evin həyətinə yığmışdır. Daha sonra isə həmin evin zirzəmisinə daxil olaraq oradan dəmir əşyalarla texniki avadanlıqları götürərək həyətə yığmışdır. O, küçədə heç kimin olmamasına əmin olduqdan sonra həyət qapısını içəridən açmaqla əşyaları hissə-hissə digər küçəyə yolun kənarına yığmışdır. Daha sonra yoldan tanımadığı taksini saxlayaraq öz əşyalarını daşımaq istəməyini bildirərək həmin əşyaları oradan taksi ilə yaşadığı ünvana daşımışdır. O, həmin taksinin kim olmasını, avtomobilin nömrəsini xatırlamamışdır. O, Zərərçəkmiş şəxs1 evindən manqal, laqonda, çəllək, dəmir borular, mətbəx avadanlıqları, ayaqqabı, həmçinin geyim və məişət əşyaları oğurlamışdır. Oğurlayaraq yaşadığı evə gətirdiyi əşyaları Xaçmaz bazarında tanımadığı şəxslərə satmışdır. Dəmir avadanlıqları isə səyyar dəmir alışı ilə məşğul olan tanımadığı avtomobilə satmışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 əvvəllər tanımamaqla aralarında hər hansı bir münasibət olmamışdır. 2024-cü ilin mart ayının əvvəllərində oğurluq etmək və əldə etdiyi gəlirdən şəxsi ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Belə ki, 03 mart 2024-eü il tarixdə, saat 20 radələrində Xaçmaz şəhəri, K.Veyisov küçəsində gəzdiyi zaman sonradan Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı ev olmasını bildiyi evin işıqlarının yanmamasını görmüşdür. O, həmin evdə hər hansı şəxsin olmamasını başa düşüb evə daxil olmaq qərarına gəlmişdir. O, evin həyət qapısının üzərindən aşmaqla evə daxil olmuşdur. O, evin ön hissəsində olan köhnə pəncərələrin mismarlarını əli ilə boşaltmaqla pəncərə şüşəsini çıxarıb yerə qoymuşdur. Bundan sonra həmin pəncərədən evə daxil olmuşdur. O, evin içərisində rəfdən 2500 manat pul və şüşə banka içərisində olan pulları götürmüşdür. O, evə daxil olduğu kimi həmin evdən çıxmışdır. Evin açdığı pəncərəsini yenidən geriyə taxıb mismarları da keçirtmişdir. Bundan sonra oradan uzaqlaşmışdır. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs8 əvvəllər tanımamışdır. Aralarında əvvəllər hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. 04 mart 2024-cü il tarixdə oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə Xaçmaz şəhəri ərazisində gəzirmiş. Belə ki, Xaçmaz şəhəri, Ə.Xaqani küçəsindən keçdiyi zaman orada sonradan Həkimşaha məxsus olmasını bildiyi evin həyət qapısının bağlı olmasını görmüşdür. O, evin həyətinə boylandıqda evdə heç kimin olmadığına əmin olmuş və hasardan aşmaqla evin həyətinə daxil olmuşdur. Həmin zaman saat 18 radələri olmuşdur. Evin taxta pəncərəsini sərt şəkildə itələməklə aralayıb açmışdır. O, evə daxil olaraq dəyərli əşyalar axtarmışdır. Evin yataq otağında olan paltar rəfindəki paltarların cibini yoxladığı zaman pencəyin cibində 500 manat pulun olmasını görmüş və onu götürmüşdür. Bundan sonra ev sahibi gəlməsindən qorxaraq evdən çıxmışdır. Oradan başqa hər hansı əşya oğurlamamışdır. O, oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 əvvəllər tanımamaqla aralarında hər hansı bir münasibət olmamışdır. 2024-cü ilin mart ayının əvvəllərində oğurluq etmək və əldə etdiyi gəlirdən şəxsi ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Belə ki, 05 mart 2024-cü il tarixdə, saat 16 radələrində Xaçmaz şəhəri, A.Ağabalayev küçəsində gəzdiyi zaman sonradan Zərərçəkmiş şəxs10 məxsus olan ev olmasını bildiyi evin həyət qapısının üzərində asma kilidin olmasını görmüşdür. O, həmin evdə hər hansı şəxsin olmamasını başa düşüb evə daxil olmaq qərarına gəlmişdir. O, evin həyətinə hasarı aşmaqla daxil olmuşdur. O, evin həyətindən bir ədəd dabankeşi götürərək evin plastik pəncərəsini aralayaraq açmaq yolu ilə oradan evə daxil olmuşdur. Evin içərisində 3000 manat pul və qızıl zinət əşyalarını oğurlamışdır. Bundan sonra evə daxil olduğu kimi oradan çıxmışdır. Oğurladığı qızıl zinət əşyalarından 1 cüt qızıl sırğanı Xaçmaz şəhərində yerləşən Şahid2 işlətdiyi qızıl mağazasına satmışdır. Tural yenidən həmin qızılı satmağı ilə bağlı ondan şəxsiyyət vəsiqəsini istəmişdir. Lakin Tural daha artıq qızıl almadığından o, digər qızılları Bakı şəhərinə aparmaqla Moskva univermağında satmışdır. Oğurluq əməllərini törədərkən hər hansı bir şəxs onunla əlbir olmamış, əşyaları satdığı şəxslər həmin əşyaların oğurluq olmasını bilməmişlər. O, əşyaları satdığı şəxslərə özünə məxsus olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, onun Xaçmaz rayonunda evi var, lakin o, uşaqlarının təhsili ilə bağlı Quba rayonunda yaşayır. Onun Xaçmaz rayonundakı həmin evin açarlarını qonşusuna vermiş, evə qonşusu nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə, günorta saatlarında qonşusu ona zəng edərək ərinin (sonuncunun) onun evinin həyətində bir nəfər şəxsin olduğunu və həyətdən dəmirləri götürdüyünü gördüyünü demişdir. Bundan sonra qonşusu onun xahişi ilə evinə gedib baxmış və ona zəng edərək demişdir ki, evdə qızının cehiz əmlaklarının olduğu qutuların içərisi boşdur. Bundan sonra o, Xaçmaz rayonundakı həmin evinə gəlmiş, bu vaxt polis əməkdaşları da evinə gəlmişlər. O, evə daxil olub görmüşdür ki, sandığın içərisində saxladığı əmlaklar da oğurlanıb. O, sandığın üzərinə yorğan-döşək yığmış, təqsirləndirilən şəxs onları götürüb sandığın içərisini boşaldandan sonra yorğan döşəyi yenidən sandığın üzərinə qoymuşdur. Evdə içərisində əmlakları olan bütün qutuların, həmçinin uşaqlarının otağındakı şkafda olan qutuların içərisində olan əmlakların hamısını oğurlamışdır. Həmçinin bildirdi ki, məhkəmə iclasında ittihamın ona aid hissəsi ilə bağlı elan edilmiş xüsusatlar, əmlak siyahısı düzgündür. Təqsirləndirilən şəxs ona vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməmişdir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, vurduğu ziyanı ödəməsini tələb edir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əlavə olaraq bildirdi ki, ona təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində 4565 manat məbləğində maddi ziyan vurulmuş, o, mülki iddianı müdafiə edərək təmin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs9 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, hal-hazırda övladları Quba rayonunda təhsil aldıqlarına görə məcbur olub onlarla birlikdə ünvan 11 ünvanında yaşayır. Bundan əlavə, əri Qurban Məmmədov da X9 işlədiyinə görə çox vaxt dənizdə olur. Buna görə də evlərində halhazırda yaşayış yoxdur. O özü də ayda bir dəfə evə gedib baş çəkirmiş. Bundan əlavə, qonşuluqda yaşayan Şahid3 adlı şəxsə evlərinin açarlarını vermişlər. Açarları Oqtaya verməkdə məqsəd birdən təcili nəsə olarsa evin açarları da onda olsun. Həmin şəxs də güvəndikləri adamdır. Evdə axırıncı dəfə əri Qurban olmuşdur. Qurban 17 yanvar 2024-cü ildə evdə olmuşdur. Həmin gün axşam saatlarında da evi bağlayaraq Quba rayonuna getmişdir. Evlərində axırıncı dəfə olan adam da məhz əri olmuşdur. 03 fevral 2024-cü il tarixdə qonşuluqda yaşayan Oqtay onunla telefon əlaqəsi saxlayaraq həyətlərində naməlum şəxsin daxil olduğunu və həmin şəxsi saxladığını, ancaq son anda həmin şəxsin qaçaraq ondan uzaqlaşdığını söyləmişdir. Buna görə də o, evə gələrək baxış keçirtmişdir. Baxış keçirən zaman da ona məlum olmuşdur ki, evdəki bir çox əşyalar oğurlanmışdır. Belə ki, evdən 1 ədəd istehsal tarixini bilmədiyi “Gorenje” markalı 350 manat dəyərində ətçəkən maşın, 1 ədəd istehsal tarixini bilmədiyi “Tefal” markalı 250 manat dəyərində ütü, “Korkmaz” markalı istehsal tarixini bilmədiyi 420 manat dəyərində 1 dəst qazan dəsti, 3 ədəd markasını və istehsal tarixini bilmədiyi ümumi dəyəri 90 manat olan şirəli qazan, 1 ədəd “Broni” markalı istehsal tarixini bilmədiyi 50 manat dəyərində saç feni, 1 ədəd markasını və istehsal tarixini bilmədiyi 90 manat dəyərində olan tutumu 3 litllk elektrikli samovar, 02 ədəd markasını və istehsal tarixini bilmədiyi ümumi dəyəri 350 manat olan xalça, 1 ədəd markasını və istehsal tarixini bilmədiyi 150 manat dəyərində olan velosiped, 02 dəst markasını və istehsal tarixini bilmədiyi ümumi dəyəri 130 manat olan xrustal stəkan, 04 ədəd markasını və istehsal tarixini bilmədiyi ümumi dəyəri 80 manat olan xrustal qənd qabı, 02 ədəd markasını və istehsal tarixini bilmədiyi 100 manat dəyərində olan zərli meyvə qabı, 1 ədəd markasını və istehsal tarixini bilmədiyi 50 manat dəyərində ağ rəngli güldan, 1 ədəd markasını və istehsal tarixini bilmədiyi 70 manat dəyərində ağ rəngli meyvə qabı, 2 ədəd markasını və istehsal tarixini bilmədiyi ümumi dəyəri 60 manat olan qara rəngli dolça, markasını və istehsal tarixini bilmədiyi 150 manat dəyərində olan 3 dəst bıçaq dəsti, markasını və istehsal tarixini bilmədiyi 300 manat dəyərində 1 dəst boşqab dəsti, 3 ədəd markasını və istehsal tarixini bilmədiyi ümumi dəyəri 50 manat dəyərində sini, markasını və istehsal tarixini bilmədiyi ümumi dəyəri 100 manat dəyərində 1 dəst çəngəl-bıçaq dəsti, 24 ədəd markası və istehsal tarixini bilmədiyi ümumi dəyəri 100 manat dəyərində qara rəngli nəlbəki, 24 ədəd markasını və istehsal tarixini bilmədiyi 80 manat dəyərində mürəbbə qabı, markasını və istehsal tarixini bilmədiyi 80 manat dəyərində 3 dəst bakal, markasını və istehsal tarixini bilmədiyi 120 manat dəyərində 4 dəst fincan-nəlbəki dəsti, markasını və istehsal tarixini bilmədiyi 250 manat dəyərində 1 dəst yemək servisi, markasını və istehsal tarixini bilmədiyi 100 manat dəyərində 05 dəst boşqab dəsti, 01 ədəd markasını və istehsal tarixini bilmədiyi 50 manat dəyərində qəfədan. 1 ədəd markasını və istehsal tarixini bilmədiyi 35 manat dəyərində çərəz qabı dəsti, 2 ədəd markasını və istehsal tarixini bilmədiyi ümumi dəyəri 20 manat dəyərində şüşə vaz, 2 dəst markasını və istehsal tarixini bilmədiyi ümumi dəyəri 80 manat dəyərində stəkan-bakal dəsti, 2 ədəd markasını və istehsal tarixini bilmədiyi 30 manat dəyərində şüşə tava, 1 dəst markasını və istehsal tarixini bilmədiyi 20 manat kasa, 2 dəst markasını və istehsal tarixini bilmədiyi 25 manat dəyərində salat qabı, 1 dəst markasını və istehsal tarixini bilmədiyi 20 manat dəyərində qənd qabı, 1 dəst markasını və istehsal tarixini bilmədiyi 25 manat dəyərində qaşıq dəsti, 4 ədəd markasını və istehsal tarixini bilmədiyi 150 manat dəyərində yataq dəsti, 1 ədəd markasını və istehsal tarixini bilmədiyi 50 manat dəyərində tirmə şal, 2 ədəd markasını və istehsal tarixini bilmədiyi 50 manat dəyərində yataq örtüyü, 2 ədəd markasını və istehsal tarixini bilmədiyi 70 manat dəyərində ədyal, 1 ədəd markasını və istehsal tarixini bilmədiyi 80 manat dəyərində əldə toxunma süfrə, 2 ədəd markasını və istehsal tarixini bilmədiyi 150 manat dəyərində süfrə, markasını və istehsal tarixini bilmədiyi 140 manat dəyərində 3 dəst dəsmal dəsti oğurlanmışdır. Oğurluq nəticəsində ona 4565 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs2 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Xırdalan şəhərində olmuş, xx.xx.2024-cü il tarixdə Xaçmaz rayonundakı evinə gəldikdə hiss etmişdir ki, həmin evə pəncərədən olmaqla kimsə daxil olub, lakin evdən nəyinsə götürldüyünü həmin vaxt bilməmişdir. Sonra ona məlum olmuşdur ki, evindən ümumilikdə 40 qram qızıl zinət əşyaları və 500 manat pul oğurlanıb. İttihamda ondan oğurlanmış qızıl zinət əşyalarının siyahısı və ekspertiza ilə müəyyən edilmiş dəyəri, pulun məbləği düzgün olaraq göstərilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bütün xüsusatları göstərmiş, həmin ifadəsini təsdiq edir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı heç bir məbləğ ödənilməmişdir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Təqsirləndirilən şəxsin həbs edilib-edilməməsi ona maraqlı deyil, o, ona vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs4 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, qardaşının xəstəliyi ilə əlaqədar Bakı şəhərinə getmişdir. 2024-cü ilin fevral ayının təxminən 19-u evinə qayıtdıqda isə görmüşdür ki, evdə hər şey dağınıq vəziyyətdədir. O, bununla bağlı qardaşına zəng edib demiş, qardaşı ona dərhal polisə məlumat verməsini bildirmişdir. O, polisə məlumat vermiş və həmin vaxt polis əməkdaşları evinə gəlib baxmışlar, həmin vaxt pəncərələr açılmış vəziyyətdə olmamış, yəni oğurluq etmiş şəxsin evə necə daxil olduğu aydın görünməmişdir. Sonra polis əməkdaşları təqsirləndirilən şəxsi onun evinə oğurluğu necə etməsini göstərmək üçün gətirəndə təqsirləndirilən şəxs pəncərəni hansı qaydada açaraq evə daxil olmasını əyani şəkildə, həm də utanc hissi keçirmədən rahatlıqla göstərmişdir. Təqsirləndirilən şəxs onun evindən xeyli sayda əmlakı oğurlamışdır. Onun əri həkim olmuş, vəfat etmiş, oğurlanan həmin əmlakların arasında vəfat etmiş ərinin otuz illiyi münasibətilə işçilər tərəfindən verilmiş qol saatı da olmuşdur. O, təqsirləndirilən şəxsdən xahiş etmişdir ki, heç olmasa o saatı qaytarsın. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Ona ittihamda qeyd olunan 5847 manat məbləğində maddi ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs ona vurduğu ziyanla bağlı heç bir məbləğ ödəməmişdir. O, təqsirləndirilən şəxsə cəza verilməsini istəməz, təki, onun pulunu, əmlakını qaytarsın. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs8 göstərdi ki, evindən oğurluq hadisəsi 2024-cü ilin mart ayında olmuşdur. O, pensiyasını alaraq evində şifonerin içində olan pencəyinin cibinə qoymuşdur. Sonradan həmin pulun yerində olmadığını aşkar etmişdir. Bu hadisədən bir neçə ay sonra polis əməkdaşları iş üzrə təqsirləndirilən şəxsi yaşadığı evə cinayət əməlini necə törətdiyini göstərmək üçün gətirmişlər. Həmçinin bildirdi ki, onun evindən təxminən 800-900 manat pul oğurlanmış, ibtidai istintaq zamanı verdiyi və iş materiallarındakı ifadəsində həmin məbləğin 500 manat göstərilməsinin səhv qeyd olduğunu hesab edir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, ona vurduğu ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı ifadəsində zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs10 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, onun evindən oğurluq hadisəsi xx.xx.2024-cü il tarixdə, gündüz saat təxminən 4-6 ərzində baş vermişdir. Həmin tarixdə, gündüz saat təxminən dördün yarısı o, evindən çıxmışdır. Ondan sonra isə evdən həyat yoldaşı çıxaraq nəvələri üçün aldığı məktəb ləvazimatlarını sonunculara vermək üçün getmişdir. Həmin gün saat 6-da həyat yoldaşı evlərindən ona zəng edərək evdən oğurluq edildiyini bildirmişdir. Onlar müəyyən etmişlər ki, evlərindən 3000 manat pul və qızıl zinət əşyaları oğurlanmışdır. Ona ümumilikdə 10275 manat ziyan vurulmuşdur. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, təqsirləndirilən şəxsə qarşı şikayətçidir, ziyanın ödənilməsini tələb edir. O, verdiyi mülki iddianı müdafiə edərək, təmin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs6 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, onun ünvan 13 ünvanında yerləşən evindən 2024-cü ilin fevral ayında oğurluq hadisəsi baş vermişdir. Həmin vaxt o, evinə gəldikdə qapılar açıq olmuş, evdən əşyaların oğurlandığını müəyyən etmişdir. O, bununla bağlı polisə müraciət etmiş, evindən oğurluq etmiş şəxs müəyyən edilmiş, polis tərəfindən həmin şəxs, yəni iş üzrə təqsirləndirilən şəxs sonuncunun ifadəsinin yerində yoxlanılması üçün onun evinə gətirilmiş və əməli törətdiyini boynuna almışdır. Həmçinin bildirdi ki, ona təxminən 1500 manat ziyan vurulmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyanla bağlı heç bir məbləğ ödənilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Zərərçəkmiş şəxs7 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, onun ünvan 6 ünvanında yerləşən evi vardır. Hazırkı iş üzrə oğurluq hadisəsinin baş verdiyi vaxt onlar həmin evdə olmamışlar, evə qayıtdıqda isə evin pəncərəsinin açılmış vəziyyətdə olduğunu görmüşlər, evə daxil olaraq baxdıqda həmin vaxtlarda onlarda yaşayan, hazırda isə vəfat etmiş qayınanasının çantasından biri sadə, digəri isə qızıl olmaqla iki ədəd üzüyün oğurlandığını aşkar etmişdir. Lakin o, bu barədə həmin vaxt polisə şikayət etməmişdir. Sonra isə evindən oğurluq etmiş şəxs, yəni iş üzrə təqsirləndirilən şəxs polis tərəfindən müəyyən edildikdən sonra üzüklərdən biri təqsirləndirilən şəxsdə aşkar edilmiş və polis tərəfindən onlara qaytarılmışdır, ona dəymiş ziyan ödənilmişdir. Həmçinin bildirdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli teleqramlar ünvanlayaraq, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ifadəsini təsdiq etdiyini, heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 iş materiallarında olan ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, onun əri Rusiya Federasiyasında olduğundan və oğlu isə Bakı şəhərində təhsil aldığından o, bəzi zamanlarda Xaçmaz rayonu Müşkür kəndindəki ata evində qalır. Axırıncı dəfə 20 fevral 2024-cü il tarixdə ünvan 14 ünvanında yerləşən evlərinə baş çəkmişdir. Həmin zaman evlərindən hər hansı əşya oğurlanmamışdır. Bunda sonra yenidən ata evinə yollanmışdır. 03 mart 2024-cü il tarixdə, saat təxminən 18 radələrində qonşusu Səmayə Haşımova ona zəng edərək bildirmişdir ki, “evdə, deyəsən, oğurluq olub, evinizin və darvazanızın qapısı açıqdır". O da atası Şairlə birlikdə evə gələndə görmüşdür ki, həyətin darvazası və evin qapısı açıqdır. O, evə baxdığı zaman evin zirzəmisindən 1 ədəd 80 manat dəyərində dəmir manqal, 1 ədəd 200 manat dəyərində kafel kəsmək üçün olan laqonda, 1 ədəd 120 manat dəyərində 50 litrlik dəmir çəllək, 40 metr uzunluğunda 100 manat dəyərində dəmir trubanı, evin mətbəxindən 1 ədəd 50 manat dəyərində alüminiumdan hazırlanmış 5 litrlik qazan, 1 ədəd paslanmayan poladdan olan 50 manat dəyərində 3 litrlik qəfədan, 1 ədəd 50 manat dəyərində balon bağlayan, 2 ədəd hər biri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində diametri 40 sm olan Türkiyə istehsallı tava, 2 ədəd hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində diametri 30 sm olan Türkiyə istehsallı tava, 1 ədəd 4 hissəli 30 manat dəyərində Türkiyə istehsallı mantı qazanı, evin yataq otağından 1 cüt 60 manat dəyərində Türkiyə istehsallı kişi ayaqqabısı, 4 ədəd Türkiyə istehsallı, hər biri 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində Türkiyə istehsallı yastıq, 5 ədəd paket halında hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 50 manat dəyərində Türkiyə istehsallı kişi alt paltarları və 1 ədəd 30 manat dəyərində Türkiyə istehsallı yun yorğanın oğurlanmasını bilmişdir. Hadisə zamanı ona ümumilikdə 1040 manat maddi ziyan dəymişdir. Bundan başqa, o, əlavə ifadəsində göstərmişdir ki, ona məxsus olan oğurlanmış əşyalardan hansının ki dəyərləri qeyd olunan ekspertiza rəyində daha yüksək müəyyən edilmişdirsə ekspertiza rəyindəki dəyərləri, hansının ki dəyərləri daha öncədən verdiyi ifadəsində daha yüksəkdirsə ifadəsindəki dəyərlərin əsas qəbul edilməsini istəmişdir. Həmçinin ekspertiza rəyində dəyərləndirilməsi mümkün olmayan əşyaların dəyərinin daha öncədən ifadəsində göstərdiyi qiymətlər kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 iş materiallarında olan ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 8 ünvanında kirayə yaşayır. 03 marrt 2024-cü il tarixdə, saat 09:30 radələrində Xaçmaz şəhərində kirayə yaşadığı yuxarıda qeyd etdiyi evdən çıxaraq Sumqayıt şəhərindəki maşın bazarına getmişdir. Həyat yoldaşı X3 da həmin gün saat 17 radələrində evdən çıxaraq ata evi olan Xaçmaz rayonu, Qarabağlı kəndinə getmişdir. O, saat 23 radələrində evə geri qayıtdığı zaman evin eyvan pəncərəsinin açıq olmasını görmüşdür. Evə daxil olaraq evin yataq otağında olan paltar rəfinə baxmış və həmin zaman rəfin sol üst gözündə olan pul kisəsinin içərisindəki 2500 manat və onun yanında olan 1 kiloqramlıq şüşə bankada yığdığı 200 manat pulun banka ilə birlikdə oğurlanmasını görmüşdür. Pul kisəsini isə oğurlamamışlar. Bundan sonra o, polisə bu barədə şikayət etmiş və polis əməkdaşları gələrək evə baxış keçirmişlər. Ona məxsus olan oğurlanmış 1 kiloqramlıq bankanın dəyəri 0,30 qəpik olmuşdur. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs5 iş materiallarında olan ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, onun Xaçmaz şəhəri, B.Məcidov küçəsi ev 27 ünvanında yerləşən həyət evi vardır. Həmçinin həmin həyətin daxilində mərhum ögey oğlu üçün ev tikdirmişlər ki, həmin ev faktiki olaraq gəlini Zərərçəkmiş şəxs11 məxsusdur. Hər iki evin ünvanı eynidir. O, həmin evdə tək yaşayır. Gəlini və uşaqları isə Bakı şəhərində yaşayırlar. Zenfira öz evlərini bağlayaraq açarını özündə saxlayır. O özü xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası Volqoqrad şəhərinə qızının yanına getmişdir. 06 fevral 2024cü il tarixdə nəvəsi Ülkər onunla əlaqə saxlayaraq evlərinə oğru girməsini bildirmişdir. O, bunu eşitdikdən sonra 11 fevral 2024-cü il tarixdə Xaçmaz şəhərinə geri qayıtmışdır. Belə ki, evə gəldiyi zaman görmüşdür ki, ona məxsus olan evə pəncərədən daxil olunmuşdur. O, evə diqqətlə baxdığı zaman evdən ona məxsus olan 1 ədəd 6 hissəli 18 manat dəyərində çay dəsti, 1 ədəd “Arzum Mikrojet AR 282 Mıcrowave oven with grill” markalı və modelli 280 manat dəyərində mikrodalğalı soba, 1 ədəd “Netlon” markalı, 11 hissəli 120 manat dəyərində qazan dəsti, 1 ədəd 6 hissəli “Sitra” markalı 50 manat dəyərində çay dəsti, 1 ədəd “Galaksi" markalı 100 manat dəyərində şirəçəkən aparat, 1 ədəd “Alper Berg” markalı 84 hissəli 100 manat dəyərində çəngəl-qaşıq-bıçaq dəsti, 1 ədəd Yağmur markalı 40 manat dəyərində 2 hissəli çay dəsti, 1 ədəd 25 manat dəyərində yapon istehsallı “BSB” markalı 10 hissəli boşqab dəsti, 3 ədəd hər biri 100 manat olmaqla 300 manat dəyərində markasız güldanın, 2 ədəd hər biri 30 manat olmaqla 60 manat dəyərində markasız meyvə qabının, 1 ədəd 12 hissəli Türkiyə istehsallı 220 manat dəyərində çəngəl-bıçaq-qaşıq dəstinin, 4 ədəd hər biri 8 manat olmaqla ümumilikdə 32 manat dəyərində markasız qənd qabının, 2 ədəd hər biri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində markasız çaynikin, 1 ədəd 12 hissəli 200 manat dəyərində Türkiyə istehsallı bıçaq dəsti, 1 ədəd 240 manat dəyərində ət maşını, 1 ədəd 100 manat dəyərində 2x3 ölçülü Türkiyə istehsallı xalça, 1 ədəd 52 manat dəyərində elektrik peçi, 2 ədəd hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində Türkiyə istehsallı yorğan üzlük dəsti, 6 ədəd hər biri 10 manat olmaqla ümumilikdə 60 manat dəyərində Türkiyə istehsallı əl üz dəsmalı, 4 ədəd hər biri 20 manat dəyərində olmaqla ümumilikdə 80 manat dəyərində markasız süfrə, 12 ədəd hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 120 manat dəyərində olan Türkiyə istehsallı çay dəsmalları, 1 ədəd 12 hissəli 10 manat dəyərində Türkiyə istehsallı nəlbəki, 1 ədəd 6 hissəli 60 manat dəyərində Türkiyə istehsallı kompot qabı, 1 ədəd 6 hissəli 220 manat dəyərində Türkiyə istehsallı qazan dəstinin oğurlanmasını müəyyən etmişdir. Həmçinin evin əşyalar yığılan otağındakı sandığın içərisindən 300 manat pul oğurlanmışdır. Hadisə zamanı ona ümumilikdə 2967 manat maddi ziyan dəymişdir. Gəlininə isə nə qədər maddi ziyan dəyməsini bilmir. Bundan başqa o, əlavə ifadəsində göstərmişdir ki, ona məxsus olan oğurlanmış əşyalarından hansının ki dəyərləri qeyd olunan ekspertiza rəyində daha yüksək müəyyən edilmişdirsə ekspertiza rəyindəki dəyərləri, hansının ki dəyərləri daha öncədən verdiyi ifadəsində daha yüksəkdirsə ifadəsindəki dəyərlərin əsas qəbul edilməsini istəmişdir. Həmçinin ekspertiza rəyində dəyərləndirilməsi mümkün olmayan əşyaların dəyərinin daha öncədən ifadəsində göstərdiyi qiymətlər kimi qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs11 məhkəməyə xx.xx.2025-ci il tarixli teleqram ünvanlayaraq, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs11 iş materiallarında olan ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, o, Bakı şəhərində yaşasa da, ünvan 17 ünvanda iki ev olmaqla biri onun qayınanası Zərərçəkmiş şəxs5, digəri isə ona məxsus olan evdir. 07 fevral 2024-cü il tarixdə qohumları onunla əlaqə saxlayaraq onların evlərinə oğrunun girməsi barədə şübhələndiklərini bildirmişlər. O, bundan sonra Xaçmaz şəhərinə gəlmişdir və evinə daxil olduqda əmin olmuşdur ki, onun və qayınanasının evində oğurluq baş vermişdir. Bundan sonra o, DİN-in 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Bir qədər sonra evlərində polis əməkdaşları gələrək baxış keçirmişlər. Hadisə zamanı onun yaşadığı evdən 500 manat dəyərində televizoru, 700 manat dəyərində xalçanı, 1 ədəd “Sony” markalı maqnitofonu və 300 manat dəyərində müxtəlif qabları oğurlamışlar. Ümumilikdə ona təxminən 2100 manat maddi ziyan dəymişdir. O, baş vermiş hadisə ilə bağlı hər hansı şəxsdən şübhələnmir. Hadisə zamanı ona məxsus olan 1 ədəd arçelik markalı 1 ədəd 19 V, 57W max göstəricili 500 manat dəyərində televizor, 3 hissəli 400 manat dəyərində “JVC” markalı CA-DXJ10 modelli musiqi mərkəzi, 1 ədəd 700 manat dəyərində 2x3 metr ölçülü Türkiyə istehsallı xalça, 1 ədəd 200 manat dəyərində 48 hissəli boşqab dəsti, 30 manat dəyərində markasız külqabı, 3 ədəd ümumilikdə 60 manat dəyərində markasız bulud boşqablar, 60 manat dəyərində markasız çaynik, 6 ədəd 30 manat dəyərində markasız rumka oğurlanmışdır. Bundan başqa o, əlavə ifadəsində göstərmişdir ki, ona məxsus olan oğurlanmış əşyalarıdan hansının ki dəyərləri qeyd olunan ekspertiza rəyində daha yüksək müəyyən edilmişdirsə ekspertiza rəyindəki dəyərləri, hansının ki dəyərləri daha öncədən verdiyi ifadəsində daha yüksəkdirsə ifadəsindəki dəyərlərin əsas qəbul edilməsini istəmişdir. Həmçinin ekspertiza rəyində dəyərləndirilməsi mümkün olmayan əşyaların dəyərinin daha öncədən ifadəsində göstərdiyi qiymətlər kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində Şahid1 ibtidai istintaq orqanında verdiyi ifadəsini təsdiq etməklə göstərdi ki, o, Təqsirləndirilən şəxs satdığı müxtəlif ev-məişət əşyalarını sonuncudan almış, sonrada isə həmin əmlakların oğurluq olduğu məlum olduqdan sonra polisə təhvil vermişdir. Həmçinin bildirdi ki, o, həmin əmlakların oğurluq olmasını bilməmişdir. Şahid1 cinayət işinin materiallarında olan ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs5 əvvəllər tanımamışdır. Onlarla aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, Xaçmaz şəhər sakini kimi tanıyır. Onunla da aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Onun atası X6 08 yanvar 2024-cü il tarixdə vəfat etmişdir. Tural atasının rəhmətə getməsi ilə əlaqədar olaraq 2024-cü ilin fevral ayının əvvəlində cümə məclisi təşkil etdiyi zaman yaşadığı evə gəlmişdir. Onlar birlikdə məclisdə oturub çay içən zaman Tural ona özünün Bakı şəhərinə getmək istədiyini, bu səbəbdən evində olan əşyaları satmaq istədiyini bildirmişdir. O, Turaldan satmaq istədiyi əşyaların nə olması ilə maraqlandıqda Tural ona müxtəlif məişət əşyaları olmasını demişdir. O özündə çox pul olmamasını deyərək qazan dəstini neçəyə satmaq istəməsini soruşmuşdur. Tural ona qazan dəstini 80 manata satmaq istədiyini demişdir. O, Turala həmin qazanı gətirməsini demişdir. Tural gedərək bir saat sonra yenidən yaşadığı evə gəlmişdir. O, həmin qazan dəstini evdə göstərdikdən sonra Turala 80 manat pul vermiş və Turaldan həmin qazan dəstini almışdır. Onlar razılaşmışlar ki, bir neçə gün sonra o, maaşını aldıqda digər əşyaları da gətirəcək və o, onlara baxıb alacaqmış. Bundan təxminən 3 gün sonra o, maaşı alıb Turala bu barədə bildirmişdir. Tural həmin gün digər 1 ədəd televizor, 1 ədəd fincan dəsti və 1 ədəd mikro dalğalı sobanı evlərinə gətirmişdir. O, həmin əşyaları evdə göstərdikdən sonra həmin əşyaları almaq qərarına gəlmiş və Turala həmin əşyalar üçün ümumilikdə 220 manat vermişdir. O, bütün əşyaları almaq üçün Turala ümumilikdə 300 manat pul vermişdir. Bundan sonra 2024-cü ilin fevral ayının ortalarında Təqsirləndirilən şəxs yenidən Xaçmaz şəhərində yerləşən “Heyvanlar parkı”ndakı çayxanada gördüyü zaman özündə satmaq istədiyi əşyaların olmasını bildirmişdir. O, Turala həmin əşyaları gətirməsini, daha sonradan həmin əşyaların pulunu ona verəcəyini bildirmişdir. Bundan sonra Tural həmin günün axşamı onun evinə 1 ədəd xalça, 1 ədəd 3 hissəli musiqi mərkəzi, 1 ədəd 84 hissəli qaşıq-çəngəl-bıçaq dəsti, 1 ədəd 6 hissəli çay dəsti, 1 ədəd şirəçəkən maşın, 1 ədəd iki hissəli çay dəsti, 1 ədəd 10 hissəli boşqab dəsti və 1 ədəd 6 hissəli Sitra markalı çay dəsti gətirmişdir. O, həmin əşyaları neçəyə satmasını soruşduqda 200 manata satmaq istədiyini bildirmişdir. O, Turalla razılaşmışdır. Bundan sonra həmin əşyaları evinə salmışdır. Növbəti gün Tural onun yaşadığı ünvana gələrək həmin 200 manat pulu götürmüşdür. O daha sonradan polis əməkdaşları onunla əlaqə saxladıqları zaman Turalın ona satdığı əşyaların oğurluq olmasını bilmişdir. O, adlarını qeyd etdiklərindən başqa Turaldan hər hansı əşya almamışdır. Həmin aldığı əşyaları təqdim etmişdir. Tural ona həmin əşyaların öz yaşadığı evdə olmasını və pula ehtiyacı olduğundan satmaq istədiyini bildirmişdir. Şahid2 məhkəməyə xx.xx.2025 və xx.xx.2025-ci il tarixli teleqramlar ünvanlayaraq, məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 iş materiallarında olan ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Həmçinin cinayət işi üzrə zərərçəkmiş şəxslərin heç birini tanımır. O, Xaçmaz şəhəri, N.Nərimanov küçəsi bina 47 yaxınlığında qızıl alış-veriş mağazası vardır. O, həmin mağazanı dostu X7 ilə birlikdə işlədir. Onlar işləri ilə əlaqədar olaraq qızıllarını satmaq istəyən şəxslərdən alır və onları xammal kimi əriməyə göndərirlər. 2024-cü ilin mart ayının əvvəllərində sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi şəxs onun işlədiyi qızıl dükanına yaxınlaşmışdır. Tural özündə satmaq istədiyi qızıl olmasını bildirmişdir. O isə Turaldan şübhələnmədiyi üçün hər hansı bir sual vermədən şəxsiyyət vəsiqəsini verməsini istəmişdir. Çünki gələcəkdə yarana biləcək hər hansı problemlərlə bağlı şəxsiyyət vəsiqəsini özlərində saxlayırlar. Şəxsiyyət vəsiqəsini aldığı zaman adını bilmişdir. Tural ona 1 ədəd qızıl boyunbağısının olmasını demişdir. O, həmin qızıl boyunbağını ondan çəkisini ölçməklə almışdır. Lakin aldığı qızıl boyunbağının çəkisi və Turala verdiyi pul yadından çıxmışdır. Bundan sonra Tural dükandan getmişdir. Təxminən 3-4 gün sonra Tural yenidən onun işlədiyi dükana gələrək 1 cüt qızıl sırğasının olmasını və onu da satmaq istədiyini bildirmişdir. O yenidən Turaldan ikinci dəfə şəxsiyyət vəsiqəsini istəyərək həmin qızıl sırğanı da almışdır. Qızıl sırğanın çəkisi və bunun müqabilində Turala verdiyi pul üzərindən zaman keçdiyindən yadından çıxmışdır. Tural qızıl sırğanın pulunu aldıqdan sonra dükandan çıxaraq uzaqlaşmışdır. O daha sonradan polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-yə dəvət olunduğu zaman həmin Turalın ona satdığı qızılların oğurluq olmasını bilmişdir. Təqsirləndirilən şəxs ona satdığı qızılların oğurluq olmasını bildirməmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 iş materiallarında olan ifadəsi elan edilərək həmin ifadədən müəyyən edildi ki, o, ünvan 18 ünvanında qeydiyyatda olmaqla ünvan 19kdə yaşayır. Zərərçəkmiş şəxs9 onunla qapı qonşudur, övladlarının təhsili ilə əlaqədar Aytən ailəsi ilə birlikdə Quba rayonunda ata evində yaşayır. Bundan əlavə, əri Qurban Məmmədov da X9 işlədiyinə görə çox vaxt dənizdə olur. Buna görə də yaşadıqları ünvan 20 ünvanında yerləşən evlərində çox olmurlar. Buna görə də Aytən və əri Qurban darvazanın və evin açarlarını ona verərək ondan xahiş etmişdirlər ki, evə və həyətə nəzarət etsin. O da buna görə tez-tez həyətə və evə nəzarət edirmiş. 03 fevral 2024-cü il tarixdə günorta saatlarında evdə olan zaman çöldən səs-küy gəlmişdir. Buna görə çölə çıxdıqda həmin səs-küyün Aytəngilin evindən gəldiyini eşitmişdir. Buna görə də şübhələrək Aytəngilin evinə yaxınlaşmışdır. Evə yaxınlaşan zaman 30-40 yaşları arasında bir nəfər kişinin həyətin içərisindən başını çıxardaraq çölə baxdığını görmüşdür. Həmin şəxs də onu gördükdə bir anda duruxmuş və yerində dayanmışdır. O, həmin şəxsdən həyətdə nə etdiyini soruşduqda həmin şəxs evin yiyəsinin onu çağırdığını və həyətdə ondan başqa bir nəfər şəxsin də olduğunu söyləmişdir. Həmin şəxs özünü elə normal aparırmış ki, bir anda onda inam yaranmışdır. Elə həyəti açıb içəri girmək istəyirmiş ki, həmin şəxs hasarın o biri tərəfinə keçərək hasarı tullanmış və qaçmağa başlamışdır. Ondan yaşlı bir insan olduğuna görə arxası ilə gedə bilməmişdir. Ardınca isə evin qapısını açaraq evə daxil olmuşdur. Ancaq bu zaman evin səliqəli olduğunu və dağınıq olmadığını aşkar etmişdir. Mövcud vəziyyətdən şübhələndiyinə görə əvvəl DİN-nin 102 xidmətinə, sonra isə evin yiyəsi Aytənə məlumat vermişdir. Ardınca da polis əməkdaşları və Aytən evə gələrək evə baxış keçirmişlər. Baxış keçirən zaman da məlum olmuşdur ki, Aytənin evindən bir sıra avadanlıqlar oğurlanmışdır. O, həmin şəxsi tanımır. Həyətdə ümumilikdə 1 nəfər şəxs görmüşdür. Həmin şəxs orta yaşlı, arıq, qəhvəyi saçlı, təxminən 165-170 sm boylarında olan şəxs olmuşdur. Üzünü gördüyü zaman həmin şəxsi xatırlaya biləcəyini bildirmişdir. İş materiallarında olan 03 fevral 2024-cü il tarixli raportdan müəyyən edilir ki, Şahid3 xx.xx.2024-cü il tarixdə, saat 13:52 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək Xaçmaz şəhəri, Xəqani Şirvani küçəsində qonşusu Qurban adlı şəxsin evindən oğurluq edilməsi barədə məlumat verərək, həmin evdə yaşayanların evdə olmadığını bildirmişdir. İş materiallarında 03 fevral 2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs9 Xaçmaz RPŞ-yə müraciət edərək, 17 yanvar 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarix, saat 13 radələrinədək olan müddət ərzində ünvan 21 ünvanında yerləşən evində olmadığı vaxt naməlum şəxs (şəxslər) tərəfindən həmin evindən oğurluq edilməsi barədə bildirərək həmin şəxs və ya şəxsləri müəyyən edərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 03 fevral 2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən olunur ki, baxış keçirilən yer Xaçmaz şəhəri, X.Şirvani küçəsində yerləşən Zərərçəkmiş şəxs9 məxsus 15 saylı fərdi yaşayış evidir. Həyətə daxil olduqda həyətdə birmərtəbəli evin olması müşahidə olunmuşdur. Evin dəmir qapısı olmaqla daxil olduqda evdə 1 zal və 3 otağın olması müşahidə edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs9 otaqları göstərərək naməlum şəxs və ya şəxslərin oradan cehiz olaraq qızları üçün yığdığı özünə məxsus olan əşyaları oğurlamasını bildirmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” 06 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 22 ünvanda yerləşən Zərərçəkmiş şəxs9 məxsus fərdi yaşayış evindən 2024-cü ilin yanvar ayının sonlarında etdiyi oğurluq əməlini necə törətməsini həmin ünvana gedilərək əyani şəkildə göstərməklə ifadəsində həmin oğurluq əməli ilə bağlı bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan “Şəxsin tanınmaya təqdim edilməsi haqqında” 06 iyun 2024-cü il tarixli protokoldan müəyyən edilir ki, tanıyan şəxs Şahid3 təqdim edilən şəxslər arasından Təqsirləndirilən şəxs göstərərək sonuncunun 03 fevral 2024-cü il tarixdə günorta saatlarında qonşusu Zərərçəkmiş şəxs9 məxsus ünvan 23 ünvanında yerləşən fərdi yaşayış evinin həyətində gördüyü şəxs olmasını bildirmişdir. İş materiallarında olan 03 fevral 2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs5 Xaçmaz RPŞ-yə müraciət edərək, 02 noyabr 2023-cü il tarixdən 11 fevral 2024-cü il tarixədək olan müddət ərzində Xaçmaz şəhəri, B.Məcidov küçəsi 27 ünvanında yerləşən evində olmadığı vaxt naməlum şəxs (şəxslər) tərəfindən həmin evindən oğurluq edilməsi barədə bildirərək həmin şəxs və ya şəxsləri müəyyən edərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 12 fevral 2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan müəyyən olunur ki, baxış keçirilən yer Xaçmaz şəhəri, Bəhram Məcidov küçəsində yerləşən Zərərçəkmiş şəxs5 məxsus 27 saylı fərdi yaşayış evidir. Həyətə daxil olduqda həyətdə iki ev mövcuddur, həmin evlərin biri Zərərçəkmiş şəxs5, digəri isə Zərərçəkmiş şəxs11 məxsus olmaqla evlərin hər ikisi bir mərtəbədən ibarətdir. Evlərdən həyət qapısından daxil olduqda və sol tərəfdə yerləşən ev Zərərçəkmiş şəxs5 məxsus evdir. Evə daxil olduqda otaqların dağınıq vəziyyətdə olması müəyyən edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs5 evin müxtəlif yerlərini göstərərək məişət əşyalarının həmin yerlərdən oğurlandığını bildirmişdir. İş materiallarında olan 07 fevral 2024-cü il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs11 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmçinin Xaçmaz RPŞ-yə müraciət edərək, 15 dekabr 2023-cü il tarixdən 07 fevral 2024-cü il tarixədək olan müddət ərzində Xaçmaz şəhəri, B.Məcidov küçəsi 27 ünvanında yerləşən evində olmadığı vaxt naməlum şəxs (şəxslər) tərəfindən həmin evindən oğurluq edilməsi barədə bildirərək həmin şəxs və ya şəxsləri müəyyən edərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 07 fevral 2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, baxış keçirilən yer Xaçmaz şəhəri, Bəhram Məcidov küçəsində yerləşən Zərərçəkmiş şəxs11 məxsus 27 saylı fərdi yaşayış evidir. Həyətə daxil olduqda həyətdə iki ev mövcuddur, həmin evlərin biri Zərərçəkmiş şəxs5, digəri isə Zərərçəkmiş şəxs11 məxsus olmaqla evlərin hər ikisi bir mərtəbədən ibarətdir. Evlərdən həyət qapısından daxil olduqda irəlidəki Zərərçəkmiş şəxs11 məxsus evdir. Həmin evin pəncərələri taxtadan olan pəncərələrdir. Evə daxil olduqda evin qonaq otağında əşyalar dağınıq vəziyyətdədir və bəzi qab-qacaqlar böyük masanın üzərinə yığılmışdır. Evin yataq otağına daxil olduqda divarın dibinə 2 ədəd çarpayı qoyulmuş və iki çarpayının ortasında paltar dolabı vardır. Baxış zamanı Zərərçəkmiş şəxs11 evin müxtəlif yerlərini göstərərək məişət əşyalarının həmin yerlərdən oğurlandığını bildirmişdir. Baxışda iştirak etmiş kriminalist F.Muradov tərəfindən evin müxtəlif hissələrindən ümumilikdə 8 ədəd əl barmaq izləri aşkar edilməklə götürülmüşdür. İş materiallarında olan “Əşyaya baxış keçirilməsi haqqında” 10 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Şahid1 tərəfindən təqdim edilən məişət əşyaları 1 ədəd 6 hissəli çay dəsti, 1 ədəd “Arçelik” markalı 1 ədəd 19 V, 57W max göstəricili televizor, 1 ədəd “Arzum Mikrojet AR 282 Mıcrowave oven with grill” markalı və modelli mikrodalğalı soba, 3 hissəli “JVC” markalı CA-DXJl0 modelli musiqi mərkəzi, 1 ədəd “Netlon” markalı, 11 hissəli qazan dəsti, 1 ədəd 6 hissəli “Sitra” markalı çay dəsti, 1 ədəd “Galaksi” markalı şirəçəkən aparat, 1 ədəd “Alper Berg” markalı 84 hissəli çəngəl-qaşıq-bıçaq dəsti, 1 ədəd “Yağmur” markalı 2 hissəli çay dəsti, 1 ədəd yapon istehsallı “BSB” markalı 10 hissəli boşqab dəsti və 1 ədəd 2x3 metr ölçülü Türkiyə istehsallı xalçadır. Baxışda iştirak edən Şahid1 həmin əşyaları baxışda iştirak edən Təqsirləndirilən şəxs sonuncunun oğurlamasını bilmədən 2024-cü ilin fevral ayı ərzində almasını bildirmişdir. Həmçinin baxışda iştirak edən Təqsirləndirilən şəxs Şahid1 tərəfindən təqdim edilmiş əşyaları özünün sonradan Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs5 məxsus olmasını bildiyi Xaçmaz şəhəri, B.Məcidov küçəsində yerləşən evlərdən oğurlamasını etiraf etmişdir. Zərərçəkmiş şəxs11 təqdim edilən əşyalardan 1 ədəd televizorun və 1 ədəd 3 hissəli musiqi mərkəzinin ona məxsus olmasını, həmin əşyaları üzərlərində olan göstəricilərdən, rəng və xüsusiyyətlərindən tanıdığını bildirmişdir. Həmçinin baxışda iştirak edən Zərərçəkmiş şəxs5 təqdim edilən əşyalardan 1 ədəd 6 hissəli çay dəstinin, 1 ədəd mikrodalğalı sobanın, 1 ədəd 2x3 metr ölçülü Türkiyə istehsallı xalçanın, 1 ədəd 11 hissəli qazan dəstinin, 1 ədəd 6 hissəli “Sitra” markalı çay dəstinin, 1 ədəd şirəçəkən aparat, 1 ədəd 84 hissəli çəngəl-qaşıqbıçaq dəsti, 1 ədəd 10 hissəli boşqab dəstinin və 1 ədəd 2 hissəli çay dəstinin ona məxsus olmasını, həmin əşyaları üzərlərində olan göstəricilərdən, rəng və xüsusiyyətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 24 ünvanda yerləşən Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs11 məxsus fərdi yaşayış evlərindən müvafiq olaraq xx.xx.2024-cü il tarixdə və xx.xx.2024-cü il tarixdə etdiyi oğurluq əməlini necə törətməsini həmin ünvana gedilərək əyani şəkildə göstərməklə ifadəsində həmin oğurluq əməli ilə bağlı bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli raportdan, həmin tarixli ərizədən və izahatından müəyyən olunur ki, Zərərçəkmiş şəxs6 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmçinin Xaçmaz RPŞ-yə müraciət edərək, 09 fevral 2024cü il tarixdən 11 fevral 2024-cü il tarixədək olan müddət ərzində Xaçmaz şəhəri, Məktəbli küçəsi 47 ünvanında yerləşən evində olmadığı vaxt naməlum şəxs tərəfindən həmin evindən oğurluq edilməsi barədə bildirərək həmin şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 14 fevral 2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən olunur ki, baxış keçirilən yer Xaçmaz şəhəri, Məktəbli küçəsində yerləşən Zərərçəkmiş şəxs6 məxsus 47 saylı fərdi yaşayış evidir. Həyətə daxil olduqda sol tərəfdə birmərtəbəli kürsülü evin olması müşahidə edilmişdir. Evin giriş qapısından sonra dəhlizin, sonra isə qonaq otağının olması müşahidə edilmişdir. Qonaq otağına daxil olduqda həmin otağa açılan solda mətbəx, sağda isə iki yataq otağının olması müşahidə edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 qonaq otağından sağda birinci yataq otağına daxil olaraq oradakı paltar rəfini təqdim etmiş, həmin paltar rəfindən döşəkağı, içki, əl-üz dəsmalları, süfrə, stəkanlar və şərflərin oğurlanmasını bildirmişdir. Baxış zamanı evin oğurluq baş verən yataq otağına açılan pəncərəsinin açılması müşahidə olunmuşdur. Pəncərənin plastik hissəsinin sərt alət salınmaqla zədələnməsi müşahidə olunmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 25 ünvanda yerləşən Zərərçəkmiş şəxs6 məxsus fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixdə etdiyi oğurluq əməlini necə törətməsini həmin ünvana gedilərək əyani şəkildə göstərməklə ifadəsində həmin oğurluq əməli ilə bağlı bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ünvan 26 ünvanında yerləşən evində olmadığı vaxt naməlum şəxs və ya şəxslər tərəfindən həmin evindən oğurluq edilməsi barədə bildirərək həmin şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs2 məxsus, birmərtəbəli fərdi yaşayış evidir. Fərdi yaşayış evinin ətrafı beton örtüklə və mişar daşı ilə çəkilmiş hasara alınmışdır. Fərdi yaşayış evinin həyətyanı sahəsi vardır. Baxış zamanı evin birinci mərtəbəsinin pəncərələri plastik materialdan olması müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 yataq otağında yerləşən güzgülü şkafın çəkməcəsini göstərərək içərisindən qızıl-zinət əşyalarının və 500 manatadək nağd pulun oğurlanması barədə bildirmişdir. Baxış zamanı evin qonaq otağına açılan pəncərəsinin açıq olması, pəncərənin plastik hissəsinin sərt alət salınmaqla zədələnməsi müşahidə olunmuşdur. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 27 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixdə etdiyi oğurluq əməlini necə törətməsini həmin ünvana gedilərək əyani şəkildə göstərməklə ifadəsində həmin oğurluq əməli ilə bağlı bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli raportdan, həmin tarixli ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmçinin Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ünvan 28 ünvanında yerləşən evində olmadığı vaxt naməlum şəxs və ya şəxslər tərəfindən həmin evindən oğurluq edilməsi barədə bildirərək həmin şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 20 fevral 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, ünvan 29 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 məxsus həmin yaşayış evi iki mərtəbədən ibarətdir. Həmin yaşayış evinin ətrafı daş hasarla əhatəyə alınmışdır. Yaşayış evi üç otaqdan ibarətdir. Baxış zamanı Zərərçəkmiş şəxs4 bildirmişdir ki, naməlum şəxs və ya şəxslər ona məxsus yaşayış evinin giriş qapısının kilidini qırmaqla evin içərisinə daxil olmuş, yataq otağından üzərində brilyant qaşları olan 01 cüt qızıl sırğa, 01 ədəd televizor, 01 ədəd xrustal meyvə qabı, 01 ədəd dəsmal dəsti, 03 ədəd hamam dəsmalı, 02 ədəd uşaq paltarı, 650 dollar və 112 manat pul oğurlamışdır. İş materiallarında olan “Əşyaya baxış keçirilməsi haqqında” 13 mart 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs tərəfindən təqdim edilən məişət əşyalarının 6 ədəd “Pulmo” markalı razetka və 1 ədəd “Zenit” markalı drelin olması müəyyən edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs həmin əşyaları özünün sonradan Zərərçəkmiş şəxs4 məxsus olmasını bildiyi Xaçmaz şəhəri, N.Ələskərov küçəsində yerləşən evindən oğurlamasını etiraf etmişdir. Zərərçəkmiş şəxs4 təqdim edilən əşyaların ona məxsus olmasını bildirmişdir. O, həmin əşyaları markalarından, rəng və xüsusiyyətlərindən tanıdığını bildirmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 30 ünvanda yerləşən Zərərçəkmiş şəxs4 məxsus fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixdə etdiyi oğurluq əməlini necə törətməsini həmin ünvana gedilərək əyani şəkildə göstərməklə ifadəsində həmin oğurluq əməli ilə bağlı bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 28 may 2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs7 Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2024-cü il tarixdə ünvan 31 ünvanında yerləşən evində olmadığı vaxt naməlum şəxs və ya şəxslər tərəfindən həmin evindən oğurluq edilməsi barədə bildirərək həmin şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 28 may 2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Zərərçəkmiş şəxs7 məxsus ünvan 6 ünvanında yerləşən evdir. Həyətə daxil olduqda solda birmərtəbəli evin olması müşahidə olunmuşdur. Evin giriş qapısı pilləkənlə qalxdıqda sağ tərəfdə yerləşir. Evin giriş qapısı dəmirdəndir. Evə daxil olduqda bir qonaq və üç yataq otağının olması müşahidə olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs7 otaqda olan paltar rəfinin sağ üstdən ikinci gözünü göstərərək orada olan qadın çantasını təqdim edərək həmin çantadan 1 ədəd sadə və 1 ədəd qızıl üzüyün oğurlanmasını bildirmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 32 ünvanda yerləşən Zərərçəkmiş şəxs7 məxsus fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixdə etdiyi oğurluq əməlini necə törətməsini həmin ünvana gedilərək əyani şəkildə göstərməklə ifadəsində həmin oğurluq əməli ilə bağlı bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 03 mart 2024-cü il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmçinin Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində ünvan 33 ünvanında yerləşən evində olmadığı vaxt naməlum şəxs və ya şəxslər tərəfindən həmin evindən oğurluq edilməsi barədə bildirərək həmin şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 03 mart 2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evidir. Həmin ev zirzəmili, birmərtəbəlidir. Evin həyəti mişar daşı ilə hasarlanmışdır. Hadisə baş vermiş evin yaxınlığında təhlükəsizlik kamerası yoxdur. 18 ədəd əl barmaq izləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 34 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixdə etdiyi oğurluq əməlini necə törətməsini həmin ünvana gedilərək əyani şəkildə göstərməklə ifadəsində həmin oğurluq əməli ilə bağlı bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 03 mart 2024-cü il tarixli raportdan, həmin tarixli ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmçinin Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2024-cü il tarixdə, ailəsi ilə birlikdə kirayə yaşadığı ünvan 35 ünvanında yerləşən evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər tərəfindən həmin evdən ona məxsus pulların oğurlandığı barədə bildirərək həmin şəxsin müəyyən edilərək barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Zərərçəkmiş şəxs3 yaşadığı ünvan 8 ünvanında yerləşən evdir. Yaşayış evi bir zal, iki otaq və bir mətbəxdən ibarətdir. Həyətyanı sahə mişar daşı ilə əhatəyə alınmışdır. Hadisə baş vermiş evin yaxınlığında təhlükəsizlik kamerası yoxdur. Baxış zamanı evdən 7 ədəd əl barmaq izləri ekspert kriminalist tərəfindən götürülmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 evin yataq otağındakı paltar rəfini təqdim edərək oradan pullarının oğurlanmasını bildirmişdir. O, bankaya yığdığı pullarının isə banka ilə birlikdə oğurlandığını bildirmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 36 ünvanda yerləşən Zərərçəkmiş şəxs3 yaşadığı fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixdə etdiyi oğurluq əməlini necə törətməsini həmin ünvana gedilərək əyani şəkildə göstərməklə ifadəsində həmin oğurluq əməli ilə bağlı bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 26 may 2024-cü il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs8 Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2024-cü il tarixdə ona məxsus ünvan 37 ünvanında yerləşən evdə olmadığı vaxt naməlum şəxs və ya şəxslər tərəfindən həmin evindən pulunun oğurlandığı barədə bildirərək həmin şəxsin müəyyən edilərək barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan 26 may 2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Zərərçəkmiş şəxs8 məxsus ünvan 9 ünvanında yerləşən evdir. Həyətə daxil olduqda sağda birmərtəbəli evin olması müşahidə olunmuşdur. Evin giriş qapısı pilləkənlə qalxdıqda qonaq otağı və həmin otaqdan giriş olan yataq otağının olması müşahidə edilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs8 otaqda olan paltar rəfində asılqandan asılmış pencəyin sağ yan cibini göstərərək oradan 500 manat pulun oğurlanmasını bildirmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 03 iyun 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 38 ünvanda yerləşən Zərərçəkmiş şəxs8 məxsus fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixdə etdiyi oğurluq əməlini necə törətməsini həmin ünvana gedilərək əyani şəkildə göstərməklə ifadəsində həmin oğurluq əməli ilə bağlı bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli raportdan və həmin tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs10 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, həmçinin Xaçmaz RPŞ-yə müraciət edərək, xx.xx.2024-cü il tarixdə ünvan 39 ünvanında yerləşən evində olmadığı vaxt naməlum şəxs və ya şəxslər tərəfindən həmin evindən oğurluq edilməsi barədə bildirərək həmin şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan 05 mart 2024-cü il tarixli “Baxış aparılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Zərərçəkmiş şəxs10 məxsus ünvan 39 ünvanında yerləşən evdir. Həyətə daxil olduqda birmərtəbəli evin olması müşahidə olunmuşdur. Evin giriş qapısı pilləkənlə qalxdıqda sağ tərəfdə yerləşir. Evin giriş qapısı dəmirdəndir. Evə daxil olduqda 1 qonaq və 3 yataq otağının olması müşahidə olunmuşdur. Baxış zamanı Zərərçəkmiş şəxs10 otaqda olan paltar rəfinin orta üst gözünü göstərərək orada saxladığı qadın çantasından 3000 manat pul, qızıldan olmaqla 2 ədəd boyunbağı, 1 ədəd klon, 3 ədəd üzük, 1 cüt sırğa və 1 ədəd boyunbağının oğurlanmasını bildirmişdir. Baxış zamanı oğurluq baş vermiş otağın pəncərəsinin plastik hissəsinin zədəli olması müşahidə edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ünvan 40 ünvanda yerləşən Zərərçəkmiş şəxs10 məxsus fərdi yaşayış evindən xx.xx.2024-cü il tarixdə etdiyi oğurluq əməlini necə törətməsini həmin ünvana gedilərək əyani şəkildə göstərməklə ifadəsində həmin oğurluq əməli ilə bağlı bildirdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-daktiloskopik ekspertizasının 12 iyun 2024-cü il tarixli, 3-6-16/2-3/901 nömrəli rəyindən müəyyən edilir ki, 1 №li zərfdə təqdim edilmiş 1“a",’‘b","c”, 6 saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 2,5,7,8 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri və 2 №li zərfdə təqdim edilmiş 7 saylı daktilolentlərin səthlərindəki ovuc izi, 1 “a”, “b”, 8,14,16 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdırlar. Təqdim edilmiş 1,2,3,4,5,6,7,8,9,10,11,12,13,14,15,16,17,18 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. 1 №li zərfdə təqdim edilmiş 1”a”,”b”,”c” saylı daktilolentlərin səthlərindəki ovuc izləri Təqsirləndirilən şəxs sol ovucundan, 2 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izi onun sağ əlinin baş barmağından, 5,7 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri onun sol əlinin şəhadət barmağından, 8 isə onun sağ əlinin böyük barmağından və 2 №li zərfdə təqdim edilmiş 1 “a" saylı daktilolentlərin səthlərindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 1”b’' onun sağ əlinin şəhadət barmağından, 8 sol əlinin böyük barmağından, 14 sağ əlinin adsız barmağından, 16 isə onun sol əlinin orta barmağından qalmışdır. Tədqiqatın obyektləri – 1-ci zərfdə Zərərçəkmiş şəxs11 yaşadığı Xaçmaz şəhəri, B.Məcidov küçəsi ev 27 ünvanından götürülmüş 8 ədəd əl-barmaq izləri, 2-ci zərfdə Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 7 ünvanından götürülmüş 18 ədəd əl-barmaq izləridir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 17 iyul 2024cü il tarxli, 9/4609 nömrəli rəyindən müəyyən edilir ki, anoloji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən müxtəlif adda malların 2024-cü ilin fevralmart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış maddi sübut kimi əldə edilməsi mümkün olmayan 45 adda mallar - 13362,30 manat; digər 34 adda mallar barədə ətraflı məlumat (markası, modeli, istehsal yeri, istismar müddəti, ölçüləri, materialı və s. barədə) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. - Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış maddi sübut kimi əldə edilmiş 6 adda mallar (tədqiqata təqdim edilməyib) - 425,00 manat; digər 7 adda mallar barədə ətraflı məlumat ( markası, modeli, istehsal yeri, istismar müddəti, ölçüləri, materialı və s. barədə) olmadığından həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (zərər çəkmiş şəxslərə məxsus olan 4 ədəd markasız qənd qabının hər biri 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində, 1 ədəd 2x3 ölçülü Türkiyə istehsallı xalçanın 100 manat dəyərində, 1 ədəd Türkiyə istehsallı 12 hissəli nəlbəki dəstinin 24 manat dəyərində, 2 qutu yerli istehsal, 12 hissədən ibarət xrustal çay stəkanlarının hər biri 80 manat dəyərində olmaqla ümumilikdə 160 manat dəyərində, 1 ədəd 750 əyarlı, 17,5 qram çəkidə qızıl boyunbağının 1925 manat dəyərində, 1 ədəd 750 əyarlı, 7,5 qram çəkidə qızıl qolbağın 825 manat dəyərində, 1 ədəd 583 əyarlı 5 qram çəkili qızıl üzüyün 425 manat dəyərində, 1 ədəd 583 əyarlı 2 qram çəkidə qızıl üzüyün 170 manat dəyərində, 1 kiloqramlıq bankanın 0,30 manat dəyərində, 1 ədəd 750 əyarlı, 12 qram çəkidə qızıl boyunbağının 1320 manat dəyərində, 1 ədəd 583 əyarlı, 28 qram çəkidə qızıl boyunbağının 2380 manat dəyərində, 1 ədəd 583 əyarlı 5 qram çəkidə qızıl klonun 425 manat dəyərində, 1 ədəd 583 əyarlı 6 qram çəkidə qızıl üzüyün 510 manat dəyərində, 1 ədəd 583 əyarlı 5 qram çəkidə qızıl üzüyün 425 manat dəyərində, 1 ədəd 583 əyarlı 7 qram çəkili qızıl üzüyün 595 manat dəyərində, 1 cüt 583 əyarlı 10 qram çəkili qızıl sırğanın 850 manat dəyərində, 1 ədəd 7 qram çəkidə 750 əyarlı qızıl qolbağın 770 manat dəyərində, 1 ədəd 50 litrlik dəmir çəlləyin 120 manat dəyərində, 1 cüt 583 əyarlı 10 qram çəkili qızıl sırğanın 850 manat dəyərində, 1 ədəd istifadə edilməyən 50 kiloqram çəkidə çuqundan hazırlanmış ceyran peçinin 30 manat dəyərində, 1 ədəd dəmir lomun 15 manat dəyərində) İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 19 sentyabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs9 məxsus oğurlanmış əşyaların dəyərləri ifadəsində qeyd etdiyi dəyərlər kimi qəbul edilməsi qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 iyul 2024-cü il tarixli, 9/4609 rəyində dəyərləri zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri dəyərlərdən yuxarı müəyyən olunan əşyaların dəyərləri rəydə qeyd olunan kimi, dəyərləndirilməsi mümkün olmayan və dəyərləri zərərçəkmiş şəxslərin ifadəsində daha yüksək göstərilən əşyaların dəyərləri isə zərərçəkmiş şəxslərin ifadələrində qeyd etdikləri kimi qəbul edilməsi qərara alınmışdır. Həmin qərardan müəyyən edilir ki, məhkəmə əmtəəşünaslıq ekspertizasının 17 iyul 2024-cü il tarixli, 9/4609 rəyinin 11-ci sırasında 6 ədəd Türkiyə istehsallı əl-üz dəsmalının ümumi dəyəri 30 manat, maddi sübut kimi əldə edilməsi mümkün olmayan 45 adda malların cəmi dəyəri 13362,30 manat kimi qəbul edilməsi qərara alınmışdır İş materiallarından, həmçinin 26 iyul 2024-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 19 sentyabr 2025-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, 1) 3 ədəd çay dəsti, 6 ədəd razetka, 1 ədəd televizor, 1 ədəd mikrodalğalı soba, 1 dəst musiqi mərkəzi, 1 ədəd qazan dəsti, 1 ədəd şirəçəkən aparat, 1 ədəd çəngəl-qaşıq-bıçaq dəsti, 1 ədəd boşqab dəsti, 1 ədəd zenit markalı drel və 1 ədəd xalça iş üzrə maddi sübut kimi tanınmış və Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılır. 2) 1 nömrəli zərfdə götürülmüş 1, 2, 5, 7, 8 saylı, 2 nömrəli zərfdə götürülmüş 1,8, 14, 16 saylı daktilolentlər maddi sübut kimi tanınmış və 1 nömrəli zərfədə olan 3, 4, 6 saylı və 2 nömrəli zərfdə olan 2, 3, 4, 5, 6, 7, 9, 10, 11, 12, 13, 15, 17 və 18 saylı daktilolentlər sübut əhəmiyyəti daşımadığından maddi sübut kimi tanınmamış və hər iki zərf cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan sübutların qiymətləndirilməsinə dair 19 sentyabr 2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid2 və Şahid1 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 194-cü maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Lakin məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə düzgün tövsif edilsə də, Zərərçəkmiş şəxs9 aid hissədə Təqsirləndirilən şəxs etdiyi oğurluq cinayətini təkrarlıq kimi qiymətləndirməkdə düzgün qənaətə gəlməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 münasibətdə 2024-cü ilin yanvar ayının sonlarından həmin ilin fevral ayının ilk günlərinədək törətdiyi oğurluq cinayət əməlləri vahid niyyətlə əhatə olunan əməllər olduğundan həmin əməl təkrarlıq kimi deyil, vahid niyyətlə törədilən bir əməl (bir epizod) kimi qiymətləndirilməlidir. Belə ki, Zərərçəkmiş şəxs9 da ifadələrində bildirmişdir ki, o, 17 yanvar 2024-cü il tarixdən 03 fevral 2024-cü il tarixədək olan müddət ərzində Xaçmaz şəhəri, X.Şirvani küçəsində yerləşən 15 saylı evində onun özü, ailə üzvləri də daxil heç kim yaşamamış, həmin evində müxtəlif, çox sayda məişət əşyaları, avadanlıq olmuşdur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 evindən etdiyi oğurluqla əlaqədar ifadəsində bildirmişdir ki, 2024-cü ilin yanvar ayının ortalarında ünvan 1 ünvanının qarşısından keçən zaman həmin evin darvazasının qıfıllı olduğunu görmüşdür. Sonrakı günlərdə də həmin evin qarşısından 3-4 dəfə fərqli vaxtlarda keçdikdə yenidən həmin evin darvazasının qıfıllı olduğunu görmüşdür. Bundan anlamışdır ki, evdə daimi yaşayış yoxdur. Buna görə də evdən oğurluq etmək qərarına gəlmişdir. 2024-cü ilin yanvar ayının sonlarında axşam saatlarında qeyd edilən ünvanın qarşısına gəlmişdir. Əvvəl ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin hasarını aşmaqla evin həyətinə daxil olmuşdur. Ardınca isə evin plastik pəncərəsini açmaq üçün özü ilə gətirdiyi kiçik bir dəmir parçası ilə evin plastik pəncərəsini açaraq içəri daxil olmuşdur. Evə daxil olduqda bir-bir otaqları gəzmişdir. Ardınca otaqlardan birində cehizlik üçün olduğunu zənn etdiyi müxtəlif ev avadanlıqlarının qutularında bir kənarda yığıldığını aşkar etmişdir. Həmin vaxt orada müxtəlif qab-qacaqlar və məişət əşyaları olmuşdur. Orada olan avadanlıqlar çox olduğuna görə onları birdəfəlik oğurlaya bilməzmiş. Buna görə də gücü çatan qədər aparmağı, sonrakı günlərdə də qalanını aparmağı qərarlaşdırmışdır. Beləcə, ilk gün evdən 1 ədəd ətçəkən maşını, 1 ədəd ütünü, 1 ədəd qazan dəstini, 3 ədəd şirəli qazanı, 1 ədəd saç fenini, 1 ədəd elektrikli samovar, 02 dəst xrustal stəkanı, 04 ədəd xrustal qənd qabını, 03 ədəd meyvə qabını və 1 ədəd güldanı özü ilə gətirdiyi 02 ədəd ağ rəngli kisələrə yığmışdır. Ardınca isə gəldiyi kimi də evi tərk eləmişdir. Evdən çıxan zaman qeyd etdiyi avadanlıqları çıxartdığı qutuları yenidən səliqəli formada yerinə yığmışdır, çıxanda da pəncərini örtmüşdür ki, birdən ev yiyələri gəlsə oğurluqdan xəbərləri olmasın. Oğurladığı avadanlıqları tanımadığı müxtəlif şəxslərə dəyər-dəyməzə satmışdır. Ancaq tam dəqiq neçəyə satmağı xatırlamır. Hamısını ümumilikdə 150 manata yaxın məbləğə satmışdır. Əldə etdiyi pula da özü üçün ərzaq almışdır. Sonrakı günlərdə yenidən pulu bitdiyinə görə yenidən həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də yenidən 2024-cü ilin yanvar ayının sonlarında qeyd edilən ünvana gələrək əvvəl ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasarı aşmaqla həyətə, oradan isə əvvəl daxil olduğu pəncərədən yenidən evə daxil olmuşdur. Bu zaman yenə həmin otaqda olan 02 ədəd xalçanı və 1 ədəd velosipedi götürərək yenidən gəldiyi kimi evi tərk eləmişdir. Onları da yenidən tanımadığı iki nəfər şəxsə səhəri gün ümumilikdə 200 manata satmışdır. Həmin pulu da özü üçün xərcləmişdir. Pulu qurtardığına görə yenidən bir gün sonra 2024-cü ilin yanvar ayının sonlarında həmin qayda ilə yenidən həmin evə daxil olmuşdur. Bu zaman isə evdən 2 ədəd dolçanı, 4 dəst bıçaq dəstini, 1 dəst boşqab dəstini, 3 ədəd sinini, 24 ədəd nəlbəkini, 24 ədəd mürəbbə qabını, 3 dəst bakalı, 2 dəst stəkan-bakal dəsti, 4 dəst fincan-nəlbəki dəstini, 1 dəst yemək servisini, 05 dəst boşqab dəstini, 01 ədəd qəfədanı, 1 ədəd çərəz qabı dəstini, 2 ədəd şüşə vazı, 2 ədəd şüşə tavanı və 1 dəst kasanı yenidən keçən səfərki kimi özü ilə gətirdiyi 2 ədəd kisəyə yığaraq gəldiyi kimi yenə də evi tərk etmişdir. Keçən səfərki kimi qeyd etdiyi avadanlıqları qutularından çıxaran zaman qutuları səliqəli formada əvvəlki qaydada yerinə qoymuşdur ki, birdən evə kimsə gəlsə heç nədən şübhələnməsin. Ardınca isə gəldiyi kimi də evi tərk etmişdir. Oğurladığı qab-qacaqları kisələrə tez-tələsik yığdığına və hadisə yerindən tələsik kimsə görməsin deyə qaçdığına görə qab-qacaqların bir qismi kisədə olan zaman sınmışdır. Yerdə qalan qab-qacaqları isə Xaçmaz şəhəri ərazisində səhəri gün gəzməklə tanımadığı müxtəlif şəxslərə satmışdır. Həmin günü oğurladığı avadanlıqları ümumilikdə 70 manata satmış və həmin pula da özünə yemək və siqaret almışdır. Yenidən pulu bitdiyinə görə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Buna görə də 01 fevral 2024-cü il tarixdə axşam saatlarında əvvəlki qaydada evə daxil olmuşdur. Bu zaman isə evdən 2 dəst salat qabını, 1 dəst qənd qabını, 1 dəst qaşıq dəstini, 4 ədəd yataq dəstini, 1 ədəd tirmə şalı, 2 ədəd yataq örtüyünü, 2 ədəd ədyalı, 3 ədəd süfrəni və 3 dəst dəsmal dəstini əvvəlki qaydada özü ilə gətirdiyi 2 ədəd kisələrə yığaraq əvvəlki qaydada evi tərk etmişdir. Bu səfər də evdən oğurluq edən zaman qeyd etdiyi avdanlıqları qutularından çıxarandan sonra qutuları səliqəli formada yerinə yığmışdır. Oğurladığı avadanlıqları da səhəri gün Xaçmaz şəhəri ərazisində tanımadığı şəxslərə ümumilikdə 50 manata satmış və həmin pulu da özünə yemək və siqaret almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ibtidai istintaq orqanında verdiyi ifadəsində “...həmin vaxt orada müxtəlif qab-qacaqlar və məişət əşyaları var idi. Həmin avadanlıqlar çox olduğuna görə onları birdəfəlik oğurlaya bilməzdi. Buna görə də gücü çatan qədər aparmağı, sonrakı günlərdə də qalanını aparmağı qərarlaşdırdım” bildirməsinin ardınca onun “PULUM BİTDİYİNƏ GÖRƏ həmin evdən YENİDƏN oğurluq etmək QƏRARİNA GƏLDİM” bildirilməsi ilə əlaqədar olan - biri əməlin vahid niyyətlə törədilməsini ehtiva edən, digəri isə təkrar törədilməsi təəssüratı yaradan - bir-birinə uyğun olmayan xüsusatlara münasibətdə hesab edir ki, həmin xüsusatlardan ikincisi işin halları, tərəflərin ifadələri ilə qarşılıqlı olaraq nəzərdən keçirilərək işin faktiki hallarına uyğun deyildir, birinci xüsusat isə işin halları, tərəflərin ifadələri ilə, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar da (əvvəllər bir neçə dəfə oğurluq cinayətləri törətməklə cəzalara məhkum olunması) nəzərə alınmaqla, həqiqətə uyğunluq təşkil edir. Belə ki, zərərçəkmiş şəxsin 17 yanvar 2024-cü il tarixdən həmin evdə olmadığını, təqsirləndirilən şəxsin həmin ayda 3-4 dəfə fərqli vaxtlarda həmin evin qarşısından keçərkən darvazasının qıfılla kilidli olduğunu görməsini və oradan ilk oğurluq əməlini bundan sonra etməyə başlamaqla 2024-cü ilin fevral ayının 1-dək davam etməsini nəzərə aldıqda, onun həmin evdən hər dəfə oğurluq edib əmlakları növbəti gün satıb bundan sonra pulunu xərcləməsi və pulu bitərək həmin evdən oğurluğu yenidən etmək qərarına gəlməsi hazırkı cinayət işin faktiki hallarına uyğun gəlmir və həqiqəti əks etdirmir. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bununla da, iş üzrə təqsirləndirilən şəxsin ifadəsinin Zərərçəkmiş şəxs9 ilə bağlı hissəsi həmin zərərçəkmiş şəxsin ifadəsi ilə, cinayət əməlinin həmin hissədə törədilməsini göstərən hallarla əlaqəli şəkildə tədqiq etdikdə müəyyən olunur ki, iş üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 məxsus olan Xaçmaz şəhəri, X.Şirvani küçəsində yerləşən 15 saylı evin həyət qapısının qıfılla kilidli olduğunu görmüş, bundan sonra bir neçə gün ərzində həmin evin qarşısından keçdikdə qapının hər dəfə qıfıllı olduğunu gördükdən sonra həmin evdə daimi yaşayış olmadığı qənaətinə gəlmiş və bundan sonra 2024-cü ilin yanvar ayının sonlarında oğurluq etmək məqsədilə ilk dəfə həmin evə qanunsuz olaraq daxil olmuş, həmin vaxt evin otaqlarını gəzərək evdə olan məişət əşyalarının, avadanlıqların çox olduğunu görmüş və buna görə də onları birdəfəlik oğurlaya bilməyəcəyindən qərara gəlmişdir ki, həmin əmlaklardan gücü çatan qədərini aparsın, sonrakı günlərdə də qalanını aparacaqdır. Bundan sonra o, 2024-cü ilin yanvar ayının sonlarından həmin ilin fevral ayının ilk günlərinədək olan müddətdə həmin evədən, yəni daimi yaşayışın olmadığına əmin olduğu, ilk dəfə həmin evə oğurluq üçün daxil olduğu vaxt orada oğurlaması üçün çox sayda əmlakın olduğunu görüb bildiyi həmin evdən növbəti günlərdə də əmlakların qalanlarını oğurlamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 evindən etdiyi oğurluq cinayəti davam edən cinayət olmaqla vahid niyyətlə bağlı olmuşdur. Cinayətlərin çoxluğuna bənzəyən, lakin konkret cinayət sayılan əməlləri cinayətlər çoxluğundan fərqləndirmək lazımdır. Konkret mürəkkəb cinayətlərin uzanan, davam edən və mürəkkəb tərkibli cinayətlər kimi növləri var. Davam edən cinayətlər ümumi kriminal məqsədə doğru yönələn bir sıra eyni ictimai təhlükəli hərəkətlərin birlikdə yaratdığı vahid cinayət əməlidir. Cinayətlər çoxluğu - təkrar cinayətlər, cinayətlərin məcmusu, residiv cinayətlərdən ibarətdir. Cinayətin təkrar törədilməsi halının müəyyən edilməsinin məsuliyyətə təsiri baxımından cinayət-hüquqi əhəmiyyəti vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, davam edən cinayətlər zaman baxımından ara verməklə vahid niyyətlə əhatə olunan mütəmadi törədilən eyni cinayət əməllərindən ibarətdir. Davam edən cinayətlərə aşağıdakı əlamətlər aiddir: 1) bu cinayətlər iki və daha artıq müstəqil, yəni bir-birindən zamana görə ayrılan oxşar cinayət əməllərindən ibarətdirlər; 2) cinayətlər bir-biri ilə vahid niyyət və ümumi, yekun nəticənin əldə olunması istəyi ilə birləşir; 3) həmin cinayətlər cinayətlərin çoxluğu kimi deyil, bir konkret cinayət kimi qiymətləndirilir və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunur. Şəxs, talamanı oğurluq yolu ilə edərək düşünülmüş cinayəti bir neçə mərhələdə həyata keçirirsə onun əməlləri digər tövsifedici əlamətlər olmadığı halda Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə əhatə olunan bir davam edən cinayət kimi tövsif olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2005-ci il 3 mart tarixli Qərarında göstərilmişdir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə bu qənaətə gəlir ki, ittiham üzrə təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs9 aid hissədə törətdiyi cinayət əməli təkrarlıqla deyil, vahid niyyətlə əhatə olunan qəsd olaraq bir epizod kimi nəzərə alınmalıdır. İş materillarından müəyyən edilir ki, Zərərçəkmiş şəxs9 qarşı törədilmiş cinayət əməli ittihamın birinci epizodudur. Həmçinin Zərərçəkmiş şəxs9 evindən oğurlanmış əmlakların ümumilikdə məbləği 4565 manat təşkil edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 başqa digər zərərçəkmiş şəxslərə qarşı da oğurluq cinayətini törətməklə onun əməlində cinayətlərin təkrar törədilməsi halı da olmaqla onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü madələri ilə düzgün tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən təkrar; yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla; xeyli miqdarda ziyan vurmaqla törədildikdə həmin Məcəllənin müvafiq olaraq 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibi yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə görə, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Həmin Qərarın 20-ci bəndinə görə, yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür; bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür; anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin Qərarın 22-ci bəndinə görə, şəxs oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törədərkən, qapıları, qıfılları, gözlükləri və s. qırmaqla, sındırmaqla yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olursa, o zaman əməl, müvafiq olaraq, CM-nin 177.2.3, 180.2.3 və ya 181.2.3-cü maddəsi ilə tövsif edilməli, əməlin əlavə olaraq CM-nin 186-cı maddəsi ilə də tövsif edilməsinə ehtiyac qalmır. Belə ki, bu halda zərərçəkmişin qeyd edilən əmlakının qəsdən məhv edilməsi ağırlaşdırıcı halda talama cinayətinin törədilməsi üsuludur. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 02 il 06 ay 10 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə xx.xx.2023-cü il tarixdə 02 ay 02 gün şərti olaraq vaxtından əvvəl cəzadan azad olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda, özgənin əmlakını gizli olaraq talama məqsədilə 2024-cü ilin yanvar ayının sonlarından 01 fevral 2024-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə ümumilikdə dörd dəfə Zərərçəkmiş şəxs9 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, həmin evdə heç kəsin olmadığına əmin olduqdan sonra evin həyətyanı sahəsini əhatə edən hasardan aşıb həyətə, oradan isə plastik pəncərəni dəmir parçası ilə açmaqla yaşayış sahəsi hesab edilən evə qanunsuz daxil olmaqla evdən 1 ədəd 350 manat dəyərində “Gorenje” markalı ətçəkən maşını, 1 ədəd 250 manat dəyərində “Tefal” markalı ütünü, 1 dəst 420 manat dəyərində “Korkmaz” markalı qazan dəstini, hər biri 30 manat olmaqla ümumi dəyəri 90 manat olan 3 ədəd şirəli qazanı, 1 ədəd 50 manat dəyərində "Broni" markalı saç fenini, 1 ədəd 90 manat dəyərində tutumu 3 litrlik olan elektrikli samovarı, ümumi dəyəri 130 manat olan 2 dəst xrustal stəkanı, ümumi dəyəri 80 manat olan 4 ədəd xrustal qənd qabını, ümumi dəyəri 170 manat olan 3 ədəd meyvə qabını və 1 ədəd 50 manat dəyərində güldanı, ümumi dəyəri 350 manat olan 2 ədəd xalçanı, dəyəri 150 manat olan velosipedi, ümumi dəyəri 60 manat olan 2 ədəd dolçanı, ümumi dəyəri 150 manat olan 3 dəst bıçaq dəstini, 300 manat dəyərində 1 dəst boşqab dəstini, ümumi dəyəri 50 manat olan 3 ədəd sinini, ümumi dəyəri 100 manat olan 1 dəst çəngəl-bıçaq dəstini, ümumi dəyəri 100 manat olan 24 ədəd nəlbəkini, ümumi dəyəri 80 manat olan 24 ədəd mürəbbə qabım, ümumi dəyəri 80 manat olan 3 dəst bakalı, ümumi dəyəri 120 manat olan 4 dəst fincan-nəlbəki dəstini, 250 manat dəyərində 1 dəst yemək servisini, ümumi dəyəri 100 manat olan 05 dəst boşqab dəstini, 50 manat dəyərində 01 ədəd qəfədam, 35 manat dəyərində 1 ədəd çərəz qabı dəstini, ümumi dəyəri 20 manat olan 2 ədəd şüşə vazı, ümumi dəyəri 80 manat olan 2 dəst stəkan-bakal dəstini, ümumi dəyəri 30 manat olan 2 ədəd şüşə tavanı və 20 manat dəyərində 1 dəst kasanı, ümumi dəyəri 25 manat olan 2 dəst salat qabını, 20 manat dəyərində 1 dəst qənd qabını, 25 manat dəyərində 1 dəst qaşıq dəstini, ümumi dəyəri 150 manat olan 4 ədəd yataq dəstini, 50 manat dəyərində 1 ədəd tirmə şalı, ümumi dəyəri 50 manat olan 2 ədəd yataq örtüyünü, ümumi dəyəri 70 manat olan 2 ədəd ədyalı, 80 manat dəyərində 1 ədəd toxunma süfrəni, ümumi dəyəri 150 manat olan 2 ədəd süfrəni və ümumi dəyəri 140 manat olan 3 dəst dəsmal dəstini gizli olaraq talayıb zərərçəkmişə ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs5 məxsus ünvan 2 ünvanda yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, oradan tapdığı burğacla evin arxa hissəsində olan plastik pəncərəni aralamaqla açaraq evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub oradan 1 ədəd 6 hissəli 18 manat dəyərində çay dəstini, 1 ədəd “Arzum Mikrojet AR 282 Mıcrowave oven with grill” markalı və modelli 280 manat dəyərində mikrodalğalı sobanı, 1 ədəd “Netlon” markalı, 11 hissəli 120 manat dəyərində qazan dəstini, 1 ədəd 6 hissəli “Sitra” markalı 50 manat dəyərində çay dəstini, 1 ədəd “Galaksi” markalı 100 manat dəyərində şirəçəkən aparatı, 1 ədəd “Alper Berg” markalı 84 hissəli 100 manat dəyərində çəngəl qaşıq bıçaq dəstini, 1 ədəd Yağmur markalı 40 manat dəyərində 2 hissəli çay dəstini, 1 ədəd 25 manat dəyərində yapon istehsallı “BSB” markalı 10 hissəli boşqab dəstini, 3 ədəd hər biri 100 manat olmaqla 300 manat dəyərində markasız güldanı, 2 ədəd hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində markasız meyvə qabım, 1 ədəd 12 hissəli 220 manat dəyərində Türkiyə istehsallı çəngəl, bıçaq, qaşıq dəstini, 4 ədəd hər biri 10 manat olmaqla ümumilikdə 40 manat dəyərində olan markasız qənd qabını, 2 ədəd hər biri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində markasız çayniki, 1 ədəd 12 hissəli 200 manat dəyərində Türkiyə istehsallı bıçaq dəstini, 1 ədəd 240 manat dəyərində ət maşınını, 1 ədəd 2x3 ölçülü Türkiyə istehsallı 100 manat dəyərində xalçanı, 1 ədəd 52 manat dəyərində elektrik peçini, 2 ədəd hər biri 50 manat olmaqla ümumilikdə 100 manat dəyərində Türkiyə istehsallı yorğan üzlük dəstini, 6 ədəd hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 60 manat dəyərində Türkiyə istehsallı əl üz dəsmalım, 4 ədəd hər biri 20 manat dəyərində olmaqla ümumilikdə 80 manat dəyərində markasız süfrəni, 12 ədəd hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 120 manat dəyərində olan Türkiyə istehsallı çay dəsmallarını, 1 ədəd 12 hissəli 24 manat dəyərində Türkiyə istehsallı nəlbəki dəstini, 1 ədəd 6 hissəli 60 manat dəyərində Türkiyə istehsallı kompot qabı dəstini, 1 ədəd 6 hissəli 220 manat dəyərində Türkiyə istehsallı qazan dəstini və evin əşyalar yığılan otağındakı sandığın içərisindən 300 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 2989 (iki min doqquz yüz səksən doqquz) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs11 məxsus ünvan 2 ünvanda yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin ön hissəsindəki taxta pəncərənin şüşəsini çıxarıb evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub oradan 1 ədəd “arçelik” markalı 1 ədəd 19 V, 57W max göstəricili, 500 manat dəyərində televizoru, 1 ədəd 2x3 ölçülü Türkiyə istehsallı 700 manat dəyərində xalçanı, 1 ədəd 3 hissəli “JVC" markalı CA-DXJİO modelli 400 manat dəyərində musiqi mərkəzini, 1 ədəd 48 hissəli Türkiyə istehsallı, 200 manat dəyərində boşqab dəstini, 1 ədəd 30 manat dəyərində markasız külqabını, 3 ədəd hər biri 20 manat olmaqla ümumilikdə 60 manat dəyərində markasız bulud boşqabları, 1 ədəd 60 manat dəyərində markasız çayniki, 6 ədəd hər biri 5 manat olmaqla ümumilikdə 30 manat dəyərində markasız rumkanı qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 1980(min doqquz yüz səksən) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs6 məxsus ünvan 3 ünvanda yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, oradan tapdığı burğacla evin plastik pəncərəsini aralamaqla açaraq evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı paltar rəfindən 12 ədəd Türkiyə istehsallı hər biri 20 manat dəyərində olmaqla ümumilikdə 240 manat dəyərində döşəkağını, 10 ədəd hər biri 15 manat dəyərində olmaqla ümumilikdə 150 manat dəyərində əl-üz dəsmalını, 8 ədəd hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 400 manat dəyərində olan süfrə, 2 qutu yerli istehsal, hər biri 12 hissədən ibarət 80 manat dəyərində olmaqla ümumilikdə 160 manat dəyərində xrustal çay stəkanları, 1 ədəd 1 litrlik "‘Beluga” markalı 80 manat dəyərində araq və 2 ədəd hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində olan Türkiyə istehsallı qadın şərflərini qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 1090 (min doxsan) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 4 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin plastik pəncərəsini oradan tapdığı balta ilə aralamaqla açaraq evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağındakı güzgülü rəfin çəkməcəsindən 1 ədəd 750 əyarlı, 17,5 qram çəkidə 1925 manat dəyərində qızıl boyunbağını, 1 ədəd 750 əyarlı, 7,5 qram çəkidə 825 manat dəyərində qızıl qolbağı, 1 ədəd 750 əyarlı üzərində 12 ədəd brilyant qaşlar olan 8 qram çəkidə 1000 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 5 qram çəkidə 425 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 2 qram çəkidə 170 manat dəyərində qızıl üzüyü və 500 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 4845 (dörd min səkkiz yüz qırx beş) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs4 məxsus ünvan 5 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin giriş qapısının sol hissəsində olan plastik pəncərəni dəmirlə aralamaqla açaraq evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin giriş qapısından soldan birinci otaq olan zalından 1 ədəd '‘Nikai NTV3216LED2” markalı 650 manat dəyərində televizoru, həmin zalda olan masanın üzərindəki pul qabının içərisindən 112 manat pulu, həmin zaldakı qab rəfindən 5 ədəd hər biri 25 manat dəyərində olmaqla ümumilikdə 125 manat dəyərində yerli istehsal xrustal qablar, 1 dəst 6 hissəli 45 manat dəyərində Türkiyə istehsallı şirniyyat qabları, 1 ədəd qızıldan hazırlanmış 600 manat dəyərində saat, 2 ədəd 3x6 ölçüdə hər biri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində markasız süfrə, evin giriş qapısından sağdan ikinci otaq olan yataq otağındakı paltar rəfindən 2 ədəd hər biri 60 manat dəyərində olmaqla ümumilikdə 120 manat dəyərində dəst halında Türkiyə istehsallı oğlan uşaq paltarı, 1 ədəd 200 manat dəyərində Türkiyə istehsallı kişi kostyumu, evin giriş qapısı ilə üzbəüz olan yataq otağındakı tumbadan 1 cüt 10 qram çəkidə 583 əyarlıq 1200 manat dəyərində qızıl sırğa, həmin yataq otağındakı paltar rəfindən 1 ədəd 80 manat dəyərində Türkiyə istehsallı 3 hissəli hamam dəsmal dəsti, 2 ədəd hər biri 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində Türkiyə istehsallı yataq dəsti, eyni rəfin içərisində olan paltonun sağ yan cibindən 1105 manat dəyərində 650 ABŞ dolları pul, həmin yataq otağında olan sandıqdan 4 ədəd hər biri 30 manat dəyərində olmaqla ümumilikdə 120 manat dəyərində Türkiyə istehsallı hamam dəsmalları, 2 ədəd paket halında hər biri 70 manat olmaqla ümumilikdə 140 manat dəyərində Türkiyə istehsallı qadın gecə paltarı, evin mətbəxindən 1 ədəd “Eurolux” markalı, “EU-MG3160YR” modelli 175 manat dəyərində ət çəkən maşın, 1 ədəd “Tefal” markalı ZE370138 modelli 95 manat dəyərində şirəçəkən maşın, evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidən 1 ədəd 5 litrlik dörd ayaqlı çuqundan olan 500 manat dəyərində odun samovarı, 2 ədəd nikeldən hazırlanmış 3 litrlik hər biri 45 manat dəyərində olmaqla ümumilikdə 90 manat dəyərində qəfədanlar, 1 ədəd “Zenit” markalı 45 manat dəyərində drel, 2 ədəd qablaşdırılmış topa halında misdən hazırlanan bir ədədi 75 manat olmaqla ümumilikdə 150 manat dəyərində elektrik naqilləri, 6 ədəd hər biri 2.5 manat dəyərində olmaqla ümumilikdə 15 manat dəyərində “Pulmo” markalı razetkalar, 1 ədəd istifadə edilməyən 50 kiloqram çəkidə 30 manat dəyərində çuqundan hazırlanmış ceyran peçi, 2 topa halında hər biri 30 manat dəyərində olmaqla ümumilikdə 60 manat dəyərində olan aliminiumdan hazırlanmış elektrik naqilləri, 1 ədəd 15 manat dəyərində dəmir lom, 2 ədəd hər biri 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində dəmir mismarçıxaran, 1 ədəd 40 metr uzunluğunda 35 manat dəyərində udliniteli qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 5847 (beş min səkkiz yüz qırx yeddi) manat xeyli miqdarda maddi ziyan vurmaqla, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, xeyli miqdarda ziyan vurmaqla, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs7 məxsus ünvan 6 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin eyvanında olan plastik pəncərəni dəmirlə aralamaqla açaraq evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin yataq otağında olan paltar rəfinin sağ üstdən ikinci gözündəki qadın çantasının içərisindən 1 ədəd sadə 7 qram çəkidə 50 manat dəyərində üzüyü və 1 ədəd 5 qram çəkidə 583 əyarlıq 500 manat dəyərində qızıl üzüyü qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 550 (beş yüz əlli) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus ünvan 7 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin eyvan hissəsində olan pəncərəsinin mismarlarını çıxarmaqla oradan evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub evin mətbəxindən 1 ədəd aliminiumdan hazırlanmış 50 manat dəyərində 5 litrlik qazanı, 1 ədəd paslanmayan poladdan olan 50 manat dəyərində 3 litrlik qəfədam, 1 ədəd 50 manat dəyərində balon bağlayanı, 2 ədəd diametri 40 sm olan Türkiyə istehsallı hər biri 40 manat olmaqla ümumilikdə 80 manat dəyərində tavanı, 2 ədəd diametri 30 sm olan Türkiyə istehsallı hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində tavanı. 1 ədəd 4 hissəli Türkiyə istehsallı 30 manat dəyərində mantı qazanını, evin yataq otağından 1 cüt Türkiyə istehsallı 60 manat dəyərində kişi ayaqqabısını, 4 ədəd Türkiyə istehsallı, hər biri 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində yastığı, 5 ədəd paket halında hər biri 10 manat dəyərində olmaqla ümumilikdə 50 manat dəyərində Türkiyə istehsallı kişi alt paltarlarını, 1 ədəd Türkiyə istehsallı 30 manat dəyərində yun yorğanı, həmçinin evin zirzəmisindən 1 ədəd 80 manat dəyərində dəmir manqalı, 1 ədəd kafel kəsmək üçün olan 200 manat dəyərində laqondanı, 1 ədəd 50 litrlik 120 manat dəyərində dəmir çəlləyi, 40 metr uzunluğunda 100 manat dəyərində dəmir turbanı qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 1040 (min qırx) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs3 kirayədə yaşadığı ünvan 8 ünvanında yerləşən evinin həyətyanı sahəsinə həyət qapısını aşaraq daxil olmuş, evin taxta pəncərəsinin mismarlarını əli ilə boşaldaraq çıxarmaqla şüşəni çıxarıb yerə qoyduqdan sonra evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağındakı paltar rəfinin sol üst gözündə olan pul kisəsindəki 2500 manat pulu, həmin kisənin yanında olan 1 kiloqramlıq 0,30 manat dəyərində bankanı və içərisində olan 200 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla cəmi 2700,3 (iki min yeddi yüz manat otuz qəpik) manat dəyərində maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs8 məxsus ünvan 9 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarını aşaraq daxil olmuş, evin yataq otağında olan pəncərəsini sərt itələyətək açmaqla oradan evə yəni yaşayış sahəsinə qanunsuz daxil olub yataq otağında olan paltar rəfındəki kişi pencəyinin cibindən 500 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla eyni məbləğdə maddi ziyan vurub təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakım gizli olaraq talama məqsədilə xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs10 məxsus ünvan 10 ünvanında yerləşən evinin həyətyanı sahəsinə hasarın aşaraq daxil olmuş, evin plastik pəncərəsini oradan tapdığı dabankeşlə açaraq evə, yəni yaşayış sahəsinə qanunsuz daxil olub qonaq otağındakı paltar rəfinin orta üst gözündəki qadın çantasından 1 ədəd 750 əyarlı, 12 qram çəkidə 1320 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 583 əyarlı, 28 qram çəkidə 2380 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 583 əyarlı 5 qram çəkidə 425 manat dəyərində qızıl klonu, 1 ədəd 583 əyarlı 6 qram çəkili 510 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 5 qram çəkili 425 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 7 qram çəkili 595 manat dəyərində qızıl üzüyü, 1 cüt 583 əyarlı 10 qram çəkili 850 manat dəyərində qızıl sırğanı, 1 ədəd 7 qram çəkidə 750 əyarlı 770 manat dəyərində qızıl qolbağı və 3000 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 10275 (on min iki yüz yetmiş beş) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etmiş, bununla da o, təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan hökmlərin, qərarın surətlərindən, Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 2014-cü il, 2015-ci il, 2020-ci il və 2021-ci illərdə olmaqla Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib (2014-cü il istisna olmaqla) azadlıqdan məhrumetmə cəzalarına məhkum edilmişdir. O, məhkumluğu ödənilməmiş (və ya götürülməmiş) şəxsdir. Habelə sonuncu cəzasından vaxtından əvvəl şərti olaraq azad edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı idarəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində həmin idarəyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını müəyyən etdi. Belə ki, iş materiallarında olan hökmlərin, qərarın surətlərindən, tələbnamədən, Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinin məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına məhkum edilmiş; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il azadlıqdan məhrumetmə cəzasına və 3500 manat cərimə cəzasına (CM 67.1, 68.2) məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə azadlıqdan məhrumetmə cəzasının sonu ilə azad edilmiş; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib (CM-nin 67.1, 68.2) 02 il 06 ay 10 gün azadlıqdan məhrumetmə cəzasına və 3500 manat cərimə cəzasına məhkum edilmiş; Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzaçəkmənin əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına və 3500 manat cərimə cəzasına (CM-nin 66.5, 68.2) məhkum edilmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 2 ay 2 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə görə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayət əməlinə görə məhkum olunduğu azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 02 ay 02 gün hissəsindən xx.xx.2023-cü il tarixdə şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədən (və ya götürülmədən) 2024-cü ilin yanvar ayının sonlarında, 01 fevral 2024-cü il, 03 fevral 2024-cü il və bundan sonrakı digər tarixlərdə hazırkı iş üzrə cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halların olmamasını, barəsində cəzanı ağırlaşdıran hal kimi cinayətlərin (təhlükəli) residivi halını, eləcə də eyni növ cinayət əməlini (əvvəllər də) dəfələrlə törətməsi halını, zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməməsi və zərərçəkmiş şəxslərin (əksəriyyətinin) ona qarşı şikayətçi olmaları halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(067)-139/2021 saylı hökmünə əsasən Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.5, 69.3cü maddələrinə əsasən üzərində qəti olaraq 03 il 05 ay 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 manat cərimə cəzası saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(011)-705/2023 saylı qərarı ilə Xaçmaz Rayon Məhkəməsinin qeyd olunan xx.xx.2021-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 02 (iki) gün cəza müddətindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayət əməlini bir neçə epizodda olmaqla 2024-cü ilin yanvar ayının sonlarında, 01 fevral 2024, 03 fevral 2024, xx.xx.2024, xx.xx.2024 və digər tarixlərdə törətmişdir. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(067)-139/2021 saylı hökmünə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzasının çəkilməmiş qalan vaxtından əvvəl şərti azad olunduğu 02 (iki) ay 02 gün hissəsi ərzində törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə görə, cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. İş materiallarına əlavə edilmiş Xaçmaz Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 3500 manat cərimə cəzası hazıradək icra edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə, cərimə növündə cəza azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(067)-139/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 7(011)-705/2023 saylı qərarı ilə çəkilməmiş qalan 02 (iki) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021ci il tarixli, 1(067)-139/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 02 (iki) gün hissəsi hazırkı hökmlə ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, habelə Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(067)-139/2021 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası isə tam birləşdirilərək üzərində hökmlərin məcmusu üzrə qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası və 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası və cərimə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən müstəqil icra olunmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 10 mart 2024-cü il tarixli protokoldan və Xaçmaz Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 4(067)-35/2024 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 mart 2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Bununla da Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 10 mart 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan, 3 ədəd çay dəsti, 6 ədəd razetka, 1 ədəd televizor, 1 ədəd mikrodalğalı soba, 1 dəst musiqi mərkəzi, 1 ədəd qazan dəsti, 1 ədəd şirəçəkən aparat, 1 ədəd çəngəl-qaşıqbıçaq dəsti, 1 ədəd boşqab dəsti, 1 ədəd zenit markalı drel və 1 ədəd xalça hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs5 qaytarılmalıdır. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş - 02 ədəd zərfdə olmaqla - 1 nömrəli zərfdə götürülmüş 1, 2, 5, 7, 8 saylı, 2 nömrəli zərfdə götürülmüş 1, 8, 14, 16 saylı daktilolentlərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 112 (yüz on iki) manat 29 (iyirmi doqquz) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülməlidir. İş materiallarında olan Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş iddia ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində ona məxsus ünvan 10 ünvanında yerləşən evindən qonaq otağındakı paltar rəfinin orta üst gözündəki qadın çantasından 1 ədəd 750 əyarlı, 12 qram çəkidə 1320 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 583 əyarlı, 28 qram çəkidə 2380 manat dəyərində qızıl boyunbağı, 1 ədəd 583 əyarlı 5 qram çəkidə 425 manat dəyərində qızıl klonu, 1 ədəd 583 əyarlı 6 qram çəkili 510 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 5 qram çəkili 425 manat dəyərində qızıl üzüyü, 1 ədəd 583 əyarlı 7 qram çəkili 595 manat dəyərində qızıl üzüyü, 1 cüt 583 əyarlı 10 qram çəkili 850 manat dəyərində qızıl sırğanı, 1 ədəd 7 qram çəkidə 750 əyarlı 770 manat dəyərində qızıl qolbağı və 3000 manat pulu qanunsuz olaraq qəsdən götürüb aparmaqla ümumilikdə 10275 (on min iki yüz yetmiş beş) manat dəyərində xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. İttiham tərəfindən ona dəyən ziyan 10275 manat qiymətləndirilsə də, əslində, ona məxsus oğurlanan qızıl zinət əşyaları daha bahalı, qiymətli olmuşdur. Ona böyük məbləğdə maddi ziyan dəymişdir. Qeyd olunanlara əsasən, Təqsirləndirilən şəxs 10275 (on min iki yüz yetmiş beş) manat məbləğində maddi ziyanın və ödənilmiş 121 manat dövlət rüsumunun tutulub ona verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs10 həmin iddia tələbi ilə bağlı 121 manat dövlət rüsumu ödəmişdir. Həmçinin iş materiallarında olan Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş iddia ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs ona məxsus əmlakları oğurlaması nəticəsində vurduğu və ittihamla təsdiq edilmiş ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat pul, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altmış yeddi) manat vəsaitin Təqsirləndirilən şəxs tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs9 həmin iddia tələbi ilə bağlı 67 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçılar iddia ərizələrinin təmin edilməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs-mülki cavabdeh qeyd olunan mülki iddiaların təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan mülki iddialar təmin olunmalıdır. Belə ki, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs10 təqsirləndirilən şəxsmülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində 10275 manat məbləğində maddi ziyanın vurulması, həmçinin zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat məbləğində maddi ziyanın vurulması həmin zərərçəkmiş şəxslərin ifadələri və təqsirləndirilən şəxsin ifadəsi, ekspertiza rəyi ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş mülki iddia təmin edilərək maddi ziyanın məbləği olan 10275 (on min iki yüz yetmiş beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 manat təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs10 ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş mülki iddia təmin edilərək maddi ziyanın məbləği olan 4565 (dörd min beş yüz altmış beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altmış yeddi) manat dövlət rüsumu təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 354, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və barəsində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(067)- 139/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli 7(011)-705/2023 saylı qərarı ilə çəkilməmiş qalan 02 (iki) ay 02 (iki) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(067)- 139/2021 saylı hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 02 (iki) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, habelə Xaçmaz Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 1(067)-139/2021 saylı hökmü ilə təyin edilmiş və ödənilməmiş qalan 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası isə tam birləşdirilərək üzərində hökmlərin məcmusu üzrə qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası və 3500 (üç min beş yüz) manat məbləğində cərimə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, təyin edilmiş azadlıqdan məhrumetmə cəzası və cərimə cəzası müstəqil icra olunsunlar. Azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan - 3 ədəd çay dəsti, 6 ədəd razetka, 1 ədəd televizor, 1 ədəd mikrodalğalı soba, 1 dəst musiqi mərkəzi, 1 ədəd qazan dəsti, 1 ədəd şirəçəkən aparat, 1 ədəd çəngəl-qaşıqbıçaq dəsti, 1 ədəd boşqab dəsti, 1 ədəd zenit markalı drel və 1 ədəd xalça hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs5 qaytarılsın. İş üzrə maddi sübut kimi cinayət işinin materiallarına əlavə edilmiş - 02 ədəd zərfdə olmaqla - 1 nömrəli zərfdə götürülmüş 1, 2, 5, 7, 8 saylı, 2 nömrəli zərfdə götürülmüş 1, 8, 14, 16 saylı daktilolentlərin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 112 (yüz on iki) manat 29 (iyirmi doqquz) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən hesabına köçürülsün. İş üzrə Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş mülki iddia təmin edilərək maddi ziyanın məbləği olan 10275 (on min iki yüz yetmiş beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 121 (yüz iyirmi bir) manat təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs10 ödənilsin. İş üzrə Zərərçəkmiş şəxs9 tərəfindən verilmiş mülki iddia təmin edilərək maddi ziyanın məbləği olan 4565 (dörd min beş yüz altmış beş) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 67 (altmış yeddi) manat dövlət rüsumu təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs9 ödənilsin. Hökmdən elan edildiyi (həbsdə olan şəxsə isə təqdim olunduğu) andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir Bayramov
Məhkəmə qərarları › İş №1(067)-49/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-49/2025
26.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver