Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-5/2021 21.09.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin, birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Müdafiəçi2 iştirakı ilə xx xxxx 2001-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, ünvan 3 hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 02 (iki) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Sumqayıt Apellyasiya məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 1(105)-66/2021 saylı qərarı ilə Qusar yayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 1(029)-18/2020 saylı hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 263-1.1-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 17 noyabr 2019-cu il tarixdən həbsdə olan-Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 23 fevral 2019-cu il tarixdə gecə saat 02 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə çəpərdən keçməklə Zərərçəkmiş şəxs2 məxsus Xaçmaz rayonu Ağyazı-Buduq kəndində yerləşən evin həyətyanını torpaq sahəsinə, daha sonra həyətyanı torpaq sahəsindəki tövlənin qapısını açmaqla qanunsuz içəri daxil olub oradan 924 manat dəyərində 140 kq çəkidə 01 (bir) baş iribuynuzlu heyvanı (dananı) oğurlamışdır. Bundan başqa o, təkrarən 03 aprel 2019-cu il tarixdə saat 22 radələrində özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə hasardan aşmaqla Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən evin həyətinə, bundan sonra həyətdən götürdüyü açarla evin giriş qapısının üzərindəki asma qıfılı açıb dəhlizə, daha sonra pəncərəni dartıb açaraq qanunsuz evin içərisinə daxil olmuş, yataq otağındakı yorğandöşəyin arasından hər bir ədədi təxminən 2 qram olan 240 manat dəyərində 02 ədəd 583 əyarlı qızıl qadın üzüyünü və təxminən 2 qram çəkidə 120 manat dəyərində 01 ədəd 583 əyarlı qızıl qadın boyunbağısını, digər otaqdakı dolabın üstündəki pul qabının içərisindən 200 manat məbləğində nağd pulu oğurlamaqla zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 560 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü ona elan olunmuş Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda təqsirli bilərək göstərdi ki, anası Arzu Məmmədquliyeva ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin harada iş olsa işləyib ailələrinin dolanmasına kömək edir. Xaçmaz şəhər sakini X5 2019-cu ilin yanvar ayından tanıyır. Belə ki, o, əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə məhkum olunmuş və 2019-cu ilin yanvar ayında cəzasını çəkib qurtarandan sonra azadlığa buraxılmışdır. Zaur Tağıyev onların evlərinin yaxınlığında yaşadığından cəzaçəkmə müəssisəsindən qayıdandan sonra onunla ünsiyyət qurmağa başlamış, özü yaşca Zaurdan kiçik olmasına baxmayaraq onunla yoldaşlıq etmişdir. Bundan sonra 2019-cu ilin fevral ayından başlayaraq sentyabr ayına kimi olan müddət ərzində Xaçmaz, Qusar və Quba rayonları ərazisində Zaurla birlikdə təxminən 9 dəfə oğurluq etmişdir. Həmin oğurluq hadisələrindən yalnız ikisini, yəni Xaçmaz rayonu Ağyazı-Buduq kəndində yerləşən adını sonradan bildiyi Zərərçəkmiş şəxs2 məxsus evin həyətindəki tövlədən bir baş dana, 03 aprel 2019-cu il tarixdə isə Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən adını sonradan bildiyi Zərərçəkmiş şəxs1 məxsus evdən nağd pul və qızıl-zinət əşyalarını özü tək oğurlamışdır. Xaçmaz rayonu ərazisində törətdiyi qeyd olunan oğurluq hadisələrində Zaur onunla birlikdə iştirak etməmiş və onun həmin oğurluq hadisələri barədə heç bir məlumatı olmamışdır. X17 Qusar RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən Qusar rayonu ərazisində törətdikləri oğurluq hadisələri ilə bağlı ifadə verən zaman onun adını çəkdiyindən o, özü də sonradan Xaçmaz rayonu ərazisində törətdiyi oğurluq hadisələri ilə bağlı Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən saxlanılarkən guya Zərərçəkmiş şəxs2 məxsus evin həyətindəki tövlədən bir baş dananı Zaur Tağıyevlə birlikdə oğurladığını göstərmişdir. Əslində isə həmin oğurluğu o, özü tək törətmiş və Zaurun həmin hadisələrlə bağlı heç bir əlaqəsi olmamışdır. Belə ki, Xaçmaz rayonu Ağyazı-Buduq kəndinə gedibgəldiyindən Davudun evinin həyətindəki tövlədə dana saxladığını və bağ sahələri tərəfdən onun evinin arxa tərəfində yerləşən tövləyə yol olduğunu bilmişdir. Altıncı və bazar günləri Xaçmaz rayonu ərazisindəki heyvan bazarında heyvanların alqı-satqısı başladığından və 22 fevral 2019-cu il tarixi həftənin beşinci günü olduğuna görə həmin gecə Davudun həyətindəki dananı oğurlayıb altıncı gün səhər heyvan bazarına aparıb satmağı planlaşdırmışdır. Bu məqsədlə Xaçmaz rayonunda heyvan bazarının yaxınlığında tanımadığı şəxsin idarə etdiyi «Qazel» markalı bir yük avtomobilinin sürücüsü ilə danışmış, ona həyətlərində bir baş heyvan olduğunu, həmin heyvanı bazara gətirib satmaq istədiyini və bunun üçün ona yük avtomobili lazım olduğunu demişdir. Mal bazarı səhər tezdən açıldığından və hər kəs orada özü üçün yer tutdundan sürücü ilə səhərə yaxın saat 04 radələrində Ağyazı-Buduq kəndindəki bağların qarşısına gəlib dananı götürməsini xahiş etmişdir. Bundan sonra saat 24 radələrində Xaçmaz-Quba taksilərindən biri ilə Xaçmaz rayonu Ağyazı-Buduq kəndinin qarşısına gedib orada düşmüş və bağların arası ilə Davudun evinin arxa tərəfinə gedib orada gözləmişdir. 23 fevral 2019-cu il tarixdə saat 00:30 radələrində evlərin işıqları sönəndən sonra arxa tərəfdəki çəpərdən keçib bağ sahəsinə daxil olmuş və dəmir torla hörülmüş bağın qapısını açmışdır. Bundan sonra tövlənin qapısını açaraq içəri keçmiş və axurun yanına bağlanmış dananın boynundakı ipdən tutub tövlədən çıxartmışdır. Daha sonra dananın boynundakı ipdən tutub bağların arası ilə yolun kənarına gətirmişdir. Yolun kənarına çatandan sonra sürücüyə zəng edib dananın bağlarının qarşısında olduğunu və bazar açılana qədər gedib yer tutmaq üçün həmin yerə gəlib onu bazara aparmasını xahiş etmişdir. Bundan sonra sürücü həmin yerə gəlmiş və o, dananı avtomobilin yük yerinə mindirəndən sonra oradan Xaçmaz rayonundakı heyvan bazarının qarşısına gəlmişlər. Dananı avtomobildən düşürən kimi bazara heyvan satmaq üçün gəlmiş tanımadığı başqa bir şəxs ona yaxınlaşmış və danaya baxıb əgər münasib qiymətə verərsə onu alacağını demişdir. Hava işıqlanana kimi dananı satıb getməli olduğundan danışıb razılaşaraq dananı 500 manata həmin şəxsə satmış və sürücüyə yol haqqı olaraq 40 manat pul verəndən sonra bazardan çıxıb getmişdir. Həmin oğurluqdan əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 03 aprel 2019-cu il tarixdə saat 22 radələrində usta işləyən və Qaraqurtlu kəndində kirayədə yaşayan tanışı Zaurun yanına getmişdir. Lakin Zaurun yaşadığı evin yerini dəqiq olaraq bilmədiyi üçün oradan qayıdıb gələndə bir küçədəki evin işıqlarının yanmadığını görmüş, evdə heç kimin olmadığını hiss etmiş və buna görə də həmin evdən oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə daş hasardan aşmaqla həyətə keçmiş, həyətə giriş qapısından sol tərəfdə yerləşən balaca tikilinin qarşısındakı krandan su içmək üçün ora yaxınlaşmış və alışqanın işığını yandırıb baxanda orada bir-birinə bağlanmış vəziyyətdə iki ədəd açar olduğunu görmüşdür. Həmin açarları götürüb həyətə girişdən sol tərəfdə yerləşən evə yaxınlaşmış və açarla taxta qapını açmışdır. Lakin içəri evə daxil olmaq üçün qapını aça bilməmiş, ona görə də əvvəlcə qapının sol tərəfindəki pəncərənin üstündəki parça toru dartıb cırmış və bundan sonra pəncərəni dartıb açmışdır. Pəncərədən içəri daxil olmuş və otaqları axtarmağa başlamışdır. Yataq otağında yığılmış yorğan-döşəyin arasına baxanda oradan iki ədəd üzük və bir ədəd kiçik ölçülü boyunbağıdan ibarət qızıl-zinət əşyaları tapmışdır. Onları götürüb cibinə qoyandan sonra digər otağa keçib əşyaların arasını axtarmış, dəqiq yeri yadında qalmasa da, qızıl-zinət əşyalarından əlavə həmin evdən 200 manat məbləğində nağd pul tapıb götürmüşdür. Bundan sonra astaca evdən çıxıb qapının asma kilidini bağlamış və açarları su kranının yanına atıb həyətdən çıxaraq oradan uzaqlaşmışdır. Səhəri gün Bakı şəhərinə getmiş və Yasamal bazarının qarşısında oğurladığı həmin qızıl-zinət əşyalarını tanımadığı bir nəfərə təklif etmişdir. Həmin şəxs əvvəlcə qızıl əşyalarını almaq istəməsə də, ona pula ehtiyacı olduğundan həmin qızılları satdığını demiş və hətta şəxsiyyət vəsiqəsini də verə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs etiraz etməmiş və 100 manat məbləğində pul verib həmin qızılları ondan almışdır. Bundan sonra o, işlərini görüb Xaçmaz şəhərinə qayıtmış və əldə etdiyi pulları öz ehtiyaclarına xərcləmişdir. 22 oktyabr 2019-cu il tarixdə Xaçmaz RPŞ-nə dəvət olunanda polis əməkdaşlarının onu oğurluq etməkdə şübhəli olduğu üçün çağırdıqları ona məlum olmuş, ona görə də hər şeyi olduğu kimi etiraf etmiş və bununla bağlı ifadə vermiş, hətta törətdiyi oğurluq hadisələrini hadisə yerində əyani olaraq göstərmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 bildirdi ki, ailəsi ilə birlikdə yaşayır və təsərrüfatla məşğul olur. Daha çox bağçılıqla, həmçinin hərdən öz həyətindəki tövlədə iribuynuzlu heyvanlar saxlayaraq bir müddət qulluq göstərib yemlədikdən sonra satmaqla məşğul olur. Yaşadığı evin arxa tərəfində bağ sahəsi, bağ sahəsinin içərisində isə evə çox yaxın məsafədə tövlə vardır və aldığı iribuynuzlu heyvanları həmin tövlədə saxlayır. 2018-ci ilin sentyabr ayında Xaçmaz rayon mal bazarından 900 manata təxminən 90 kq çəkisi olan bir baş iri buynuzlu heyvan alıb həyətə gətirmiş və qeyd olunan vaxtdan etibarən həyətindəki tövlədə həmin heyvanı yemələyib qulluq göstərmişdir. Həmin hevan həmişə tövlədə olmuş, onu heç vaxt çölə çıxarmamış və buna görə də artıq onun çəkisi təxminən 140 kq olmuşdur. Sonuncu dəfə 22 fevral 2019-cu il tarixdə saat 19 radələrində arvadı tövləyə girib heyvanın yemini vermiş, 23 fevral 2019-cu il tarixdə saat 08 radələrində yuxudan oyanıb bağ sahəsinə keçmiş və tövləyə baxan zaman tövlənin qapısının açıq vəziyyətdə olduğunu və orada saxladığı heyvanın yerində olmadığını görmüşdür. Bu barədə dərhal Azərbaycan Respublikası DİN-nin 102 Xidmətinə zəng edərək məlumat vermiş və bundan sonra polis əməkdaşları gələrək özünün və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmiş və bu barədə protokol tərtib edilmişdir.İbtidai istintaq zamanı hadisə yerinə baxış istintaq hərəkəti aparılarkən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək, özü könüllü surətdə cinayəti necə törətdiyini, həyətə necə daxil olaraq, dananı tövlədən necə apardığını göstərmişdir və bu zaman ona heç bir təzyiq olmamışdır. Məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş Zərərçəkmiş şəxs1 ifadəsindən görünür ki, oğlu Pərvizlə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, evdar qadındır və oğlu Pərviz hazırda Gürcüstan Respublikasında fəhlə kimi işlədiyindən özü də arada gedib onun yanında qalır. Evinin həyətində olan digər evdə kirayənişinlər yaşadığı üçün oğlunun yanına gedərkən evin qapısını bağlayaraq gedir və buna görə də evin açarları özündən başqa heç kimdə olmur. 2019-cu ilin mart ayının birinci ongünlüyündə Gürcüstan Respublikasına, oğlu Pərvizin yanına getmiş və 27 aprel 2019cu il tarixdə evinə baş çəkmək üçün gəlmişdir. Evə gələndə dəhlizdən otaqlara açılan pəncərənin açıq olduğunu və içəri daxil olub baxanda isə yataq otağında, döşəklərin altında saxladığı qızıl-zinət əşyaları olan əski bağlamanın yerində olmadığını görmüşdür. Dərhal digər otaqdakı dolabın üstündə olan, içərisinə 200 manat pul qoyduğu pul qabını açıb baxmış və pul qabının içərisindəki 200 manat pulun da yerində olmadığını görmüş və bundan sonra evdə olmadığı müddət ərzində evə oğru girdiyini bilmişdir. Ona görə də dərhal istifadəsində olan mobil telefonla Azərbaycan Respublikası DİN-in 102 Xidmətinə zəng edib bu barədə məlumat vermiş və telefon zəngindən bir qədər sonra polis əməkdaşları evinə gələrək özünün iştirakı ilə hadisə yerinə baxış keçirmişlər. O, həmçinin göstərmişdir ki, evindən iki ədəd göy qaşlı qızıl qadın üzükləri və bir ədəd qızıl boyunbağı oğurlanmış, oğurlanmış qızıl-zinət əşyalarının qramları az olduğundan onların dəyəri ümumilikdə 300 manat təşkil etmiş, evindən 200 manat məbləğində nağd pulunun və qeyd olunan qızıl-zinət əşyalarının oğurlanması nəticəsində ona ümumilikdə 500 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmədə iclasında şahid qismində ifadə vermiş Xaçmaz RPŞ-nin CAB-nin rəisi vəzifəsini müvəqqəti icra edən, polis mayoru X9 bildirdi ki, 23 fevral 2019-cu il tarixə keçən gecə naməlum şəxsin (şəxslərin) Xaçmaz rayonu Ağyazı-Buduq kənd sakini Zərərçəkmiş şəxs2 məxsus evin həyətində yerləşən tövləyə qanunsuz daxil olub 900 manat dəyərində bir baş iribuynuzlu heyvanı gizli olaraq talaması faktına görə 23 noyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış və cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından 12 may 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən icraatı dayandırılmış ********* №-li və 2019-cu ilin mart ayının əvvəllərindən 27 aprel 2019-cu il tarixə kimi olan müddət ərzində naməlum şəxsin (şəxslərin) Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən evə qanunsuz daxil olub 200 manat məbləğində nağd pul və 300 manat dəyərində qızıl-zinət əşyalarını gizli olaraq talaması faktına görə 29 may 2019-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə başlanmış və cinayəti törətmiş şəxsi müəyyən etmək mümkün olmadığından 29 iyul 2019-cu il tarixdə Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən icraatı dayandırılmış ********* №-li cinayət işləri ilə bağlı Xaçmaz RPŞ-nin CAB-də əməliyyat-axtarış işləri olmuş və həmin cinayət işləri üzrə hadisələri törətmiş şəxslərin müəyyən edilməsindən ötrü mütəmadi olaraq əməliyyat tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qeyd olunan hər iki oğurluq hadisəsinin ünvan 4 ünvanında qeydiyyatda olmaqla Xaçmaz şəhəri C.Cahangirov küçəsi ev 17 ünvanında yaşayan xx.xx.2001-ci il təvəllüdlü Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş və bununla bağlı o, Xaçmaz RPŞ-nə dəvət olunmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs həqiqətən 23 fevral 2019-cu il tarixə keçən gecə qonşuluğunda yaşayan və əvvəllər törətdiyi müxtəlif cinayət hadisələri ilə bağlı bir neçə dəfə məhkum olunmuş X7 ilə birlikdə Xaçmaz rayonu Ağyazı-Buduq kəndində yerləşən evlərdən birinin həyətindəki tövlədən bir baş dana oğurladıqlarını və həmin dananı Zaur Tağıyevin idarə etdiyi VAZ-21130 markalı, A684XK134-rus dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə yerləşdirməklə Sumqayıt şəhərinə apardıqlarını və orada tanımadıqları qəssaba satdıqlarını, bundan başqa özünün tək 03 aprel 2019-cu il tarixdə saat 22 radələrində Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən bir evdən 200 manat məbləğində nağd pul, iki ədəd kiçik ölçülü qızıl qadın üzüyü və bir ədəd kiçik ölçülü qızıl boyunbağı oğurladığını, oğurladığı həmin qızıl-zinət əşyalarını Bakı şəhəri Yasamal bazarının qarşısında tanımadığı şəxsə satdığını və əldə etdiyi pulları öz ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs tanışı Zaur Tağıyevlə qabaqcadan əlbir olan bir qrup şəxs halında 2019-cu ilin avqust-sentyabr aylarında Qusar rayonunun bir neçə kəndində ayrı-ayrı şəxslərə məxsus tövlələrdən iri və xırdabuynuzlu heyvanlar oğurlamaları, qeyd olunan faktlarla bağlı 15 sentyabr 2019-cu il tarixdə Qusar RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* №-li cinayət işinin başlanması, 11 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs və Zaur Tağıyevə qeyd olunan maddələrlə ittiham elan olunması, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam, Zaur Tağıyevin barəsində isə həbs qətimkan tədbiri seçilməsi müəyyən edilmişdir. Zaur Tağıyevin barəsində həbs qətimkan tədbiri seçildiyindən onun Xaçmaz RPŞ-nə dəvət edilməsi və qeyd olunanlarla bağlı söhbət aparılması mümkün olmamışdır. Bundan sonra 22 oktyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs dindirilməsi və digər istintaq hərəkətlərinin yerinə yetirilməsindən ötrü Xaçmaz RPŞ-nin İB-nə təqdim olunmuşdur. İstintaq bölməsində ifadəsi alınarkən Təqsirləndirilən şəxs Xaçmaz rayonu Ağyazı-Buduq kəndindəki evlərin birinin həyətindəki tövlədən bir baş dana və Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən evlərin birindən isə 200 manat məbləğində nağd pul və qızıl-zinət əşyaları oğurladığını bir daha təsdiq etmişdir. Hətta istintaq zamanı ifadəsi yerində yoxlanılarkən o, həm Ağyazı-Buduq kəndində, həm də Qaraqurtlu kəndində oğurluq etdiyi evlərin yerlərini sərbəst formada göstərməklə ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq təsdiq etmişdir. Təqsirləndirilən şəxs Xaçmaz rayonu Ağyazı-Buduq kəndində oğurluq etdiyi evin Zərərçəkmiş şəxs2, Xaçmaz rayonu Qaraqurtlu kəndindəki evin isə Zərərçəkmiş şəxs1 məxsus olması öz təsdiqini tapdığından hər iki faktla bağlı Təqsirləndirilən şəxs ittiham elan olunmuş və bundan sonra onun barəsində olan cinayət işləri ibtidai istintaqın davam etdirilməsi üçün Qusar RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə istintaq olunan ********* №-li cinayət işi ilə bir icraatda birləşdirilməsindən ötrü 07 noyabr 2019-cu il tarixdə aidiyyəti üzrə Qusar RPŞ-nin İB-nə göndərilmişdir. Lakin Qusar RPŞ-nin İB-də aparılmış istintaq zamanı Təqsirləndirilən şəxs Xaçmaz rayonu Ağyazı-Buduq kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətindəki tövlədən və Xaçmaz rayonu Qaraqurtlu kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evdən oğurluq etmədiyini bildirməklə həmin hadisələrlə bağlı Xaçmaz RPŞ-də verdiyi ifadələrində qeyd etdiyi xüsusatları təkzib etdiyinə görə həmin faktlarla bağlı onun barəsində olan ********* və ********* №-li cinayət işləri Təqsirləndirilən şəxs və qeyrilərinin barələrində Qusar RPŞ-nin İB-də istintaq olunan ********* №-li cinayət işindən ayrılaraq yenidən Xaçmaz RPŞ-nin İB-nə göndərilmişdir. Qusar RPŞ-nin İB-də aparılan cinayət işi üzrə Təqsirləndirilən şəxs 18 noyabr 2019-cu il tarixdə yenidən ittiham elan olunaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməklə həmin tarixdə Qusar rayon Məhkəməsi tərəfindən barəsində həbs qətimkan tədbiri seçildiyindən 08 yanvar 2020-ci il tarixdə həm Təqsirləndirilən şəxs, həm də Zaur Tağıyev Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı X2 RPŞ-nin müvəqqəti saxlama yerinə keçirilmişdir. Xaçmaz RPŞ-də aparılmış söhbətlər, həmçinin dindirmə zamanı Zaur Tağıyev Təqsirləndirilən şəxslə birlikdə Qusar rayonu ərazisində oğurluq hadisələri törətdiyini etiraf etmiş, lakin o, Xaçmaz rayonu ərazisində Təqsirləndirilən şəxslə birlikdə heç bir oğurluq hadisəsi törətmədiyini və Təqsirləndirilən şəxs Xaçmaz rayonu ərazisində törətdiyi oğurluq hadisələri barədə heç bir məlumatının olmadığını bildirmişdir. Zaur Tağıyev üzləşdirmə zamanı da Xaçmaz rayonu ərazisində Təqsirləndirilən şəxslə birlikdə heç bir oğurluq hadisəsi törətmədiyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs həm Zaur Tağıyevlə üzləşməsində, həm də ifadələrində bildirmişdir ki, həqiqətən Xaçmaz rayonu ərazisində qeyd olunan oğurluq hadisələrini özü tək törətmiş və Zaurun həmin oğurluq hadisələri ilə bağlı onunla heç bir əlaqəsi olmamış, hətta həmin hadisələrlə bağlı Zaura heç nə deməmişdir. Əslində isə 23 fevral 2019-cu il tarixdə Xaçmaz rayonu Ağyazı Buduq kənd sakini Zərərçəkmiş şəxs2 evinin həyətindən bir baş dananı, 03 aprel 2019-cu il tarixdə isə Xaçmaz rayonu Qaraqurtlu kənd sakini Zərərçəkmiş şəxs1 evindən 200 manat məbləğində nağd pul və qızıl-zinət əşyalarını özü tək oğurlamış və Zaur Tağıyev həmin oğurluq hadisələrində iştirak etməmişdir. Qusar RPŞ-nin İB-də aparılan istintaq zamanı isə Xaçmaz rayonu Ağyazı-Buduq kəndində və Xaçmaz rayonu Qaraqurtlu kəndində törətdiyi oğurluq hadisələri ilə bağlı ona əlavə maddə ilə ittiham elan olunacağını və məsuliyyətinin ağırlaşacağını fikirləşmiş, buna görə də həmin oğurluq hadisələrini təkzib etmiş və guya həmin ərəfələrdə Xaçmaz şəhərində törətdiyi yol-nəqliyyat hadisəsi ilə bağlı Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən ona köməklik ediləcəyini fikirləşib 03 aprel 2019-cu il tarixdə özünün tək Xaçmaz rayonu Qaraqurtlu kəndində yaşayan Zərərçəkmiş şəxs1 evindən pul və qızıl-zinət əşyaları, Zaur Tağıyevlə birlikdə isə onun idarə etdiyi VAZ-21130 markalı, A684XK134 rus dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz rayonu Ağyazı-buduq kənd sakini Zərərçəkmiş şəxs2 məxsus bir baş dananı oğurladıqlarını göstərmişdir. Bununla bağlı Qusar RPŞ-nin İB-nin müstəntiqi tərəfindən Zaur Tağıyevlə üzləşdirilmiş və üzləşdirmə zamanı Zaur Tağıyev onunla birlikdə Xaçmaz rayonu ərazisində heç bir oğurluq hadisəsi törətmədiyini demişdir. Əslində 23 fevral 2019-cu il tarixdə Xaçmaz rayonu Ağyazı Buduq kənd sakini Zərərçəkmiş şəxs2 evinin həyətindən bir baş dananı, 03 aprel 2019-cu il tarixdə isə Xaçmaz rayonu Qaraqurtlu kənd sakini Zərərçəkmiş şəxs1 evindən 200 manat məbləğində nağd pul və qızıl-zinət əşyalarını özü tək oğurlamış və həqiqətən həmin oğurluq hadisələri ilə bağlı Zaur Tağıyevin onunla heç bir əlaqəsi olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 şahid Aydın Bağırovun ifadəsi ilə analoji ifadə vermişdir. Məhkəmədə iclasında şahid qismində ifadə vermiş Xaçmaz rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X3 bildirdi ki, Təqsirləndirilən şəxs qanunvericiliyə müvafiq qaydada istintaq aparılmaqla məsuliyyətə cəlb edilmişdir. O, dindirilərkən ona qarşı hər hansı təzyiqlər olub-olmadığını dəfələrlə ondan soruşmuşdur. Ümumiyyətlə o, istintaq apararkən bütün təqsirləndirilən şəxslərdən onlara qarşı hər hansı bir təzyiq olubolmamasını soruşur. Təqsirləndirilən şəxs özü hadisə yerinin müayinəsi zamanı həyətə haradan keçdiyini, hadisəni neçə törətdiyini könüllü surətdə göstərmiş və təqsirini etiraf etmişdir. Zərərçəkmiş şəxslər özləri təqsirləndirilən şəxsin onlara dəymiş ziyanı ödədiklərini demişlər. Zərərçəkmiş şəxslərin deməsinə görə onlara dəymiş ziyanı təqsirləndirilən şəxsin anası onlara ödəmişdir. Təqsirləndirilən şəxsin anası tərəfindən zərərçəkmiş şəxslərə ödənilməsi üçün hər hansı məbləğdə pul verilməmiş, təqsirləndirilən şəxsin anasının ziyanı zərərçəkmiş şəxslərə hansı şəraitdə ödəməsi barədə məlumatı yoxdur. Məhkəmədə iclasında şahid qismində ifadə vermiş X6 bildirdi ki, Xaçmaz Rayon Polis Şöbəsində istintaq aparılarkən onu bölməyə müstəntiq Vüqar Əmirov zəng edib çağırmışdır. Lakin şöbəyə gələrkən müstəntiq Elxan Allahverdiyev onu öz otağna dəvət etmişdir. Elxan ona zərərçəmiş şəxslərə oğlu tərəfindən vurulmu ziyanın ödənilməsi ilə bağlı ərizə yazmasını demiş, o, da cavabında zərərçəkmiş şəxslərə oğlu tərəfindən vurulmuş ziyanı ödəməsinə baxmayaraq ərizə yazmaq istəməməsini demiş və ərizə yazmamışdır. Elxan Allahverdiyevin otağı polis şöbəsində ikinci mərtəbədə sağ tərəfdə yerləşir. Həmin vaxt müstəntiq Vüqar Əmirov Bakı şəhərində olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 22 noyabr 2019-cu il tarixli, 26790 №-li rəyinə əsasən aparılmış ekspert tədqiqatı nəticəsində, Bakı şəhərində yerləşən ticarət şəbəkələrində və xüsusiləşmiş zərgərlik məmulatlarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən ortada olmayan 02 adda zərgəlik məmulatlarının 2019-cu ilin aprel ayı ərzində respublikadaxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq aşağıdakı kimi müəyyən olunur: - bir ədədinin çəkisi təxminən 2 qram olan 02 ədəd 583 əyarlı qızıl qadın üzüyü 240,00 manat; - bir ədəd təxminən 2 qram olan 583 əyarlı qızıl qadın boyunbağısı 120,00 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 dekabr 2019-cu il tarixli, 27720 №-li rəyinə əsasən aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən bir baş dananın qərarın təsviri hissəsində olan məlumatlara görə 23 fevral 2019-cu il tarixə respublikadaxili orta bazar satış qiyməti nəzəri hesablama yolu ilə şərti olaraq təxminən aşağıdakı kimi müəyyən edilir: - bir baş diri çəkisi 140 kq olan dana 924,00 manat. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Quba rayon Məhkəməsinin 19 fevral 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, 29 may 2019-cu il tarixdə cəriməni tam ödəmiş, məhkumluğunun ödənilməsindən ötrü qanunvericilikdə nəzərdə tutulmuş müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. İş materiallarında olan ünvan 3 hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə 02 (iki) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 1(105)-66/2021 saylı qərarı ilə Qusar yayon məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 1(029)-18/2020 saylı hökmü dəyişdirilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 263-1.1 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, 263-1.1-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon İcra Hakimiyyətinin Xaçmaz şəhər İƏD tərəfindən verilmiş xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun törətdiyi əməl düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloci keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə, həmçinin, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 4-cü bəndinə əsasən CM-in 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun təqsirini etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. AR JM-nin 66.5-ji maddəsinə əsasən jinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinji iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa jinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə jəza təyin edilir. Bu halda birinji hökmə əsasən çəkilən jəza qəti jəza müddətinə hesablanır. Məhkəmə təqsiriləndirilən şəxsə cəza növü və ölçüsü müəyyən edərkən, cəzasını yüngülləşdirən göstərilən halları nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilməklə islah olunmasını əsaslı hesab edir. Odur ki, məhkəmə, Təqsirləndirilən şəxs oğluna təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməyi təqsirləndirilən şəxsin islah olunması üçün qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, təyin ediləcək cəza CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 17 noyabr 2019-cu il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri həbs növündə qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından, həmçinin, hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırki cinayət işi üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia verilməmişdir. Zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzası Sumqayıt Apelyasiya məhkəməsinin Cinayət Kollegiyasının 03 iyun 2021-ci il tarixli, 1(105)-66/2021 saylı qərarı ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 17 noyabr 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs əvvəlki hökm üzrə həbsdə olduğundan bu cinayət işi üzrə barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə maddi sübut olmaması və zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq dövründə tam olaraq ödənilməsi nəzərə alınsın.. İş üzrə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-5/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-5/2021
21.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver