Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-5/2025 04.03.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxs və onun Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1982-ci ildə Xaçmaz rayonu, Mürşüdoba kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Xaçmaz rayonu, Mürşüdoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası ƏN PX-nin 3 saylı İstintaq Təcridxanasmda saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 263.1-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 arvadı Şahid2 xəstəliyi ilə əlaqədar sonuncuya sosial təqaüdün verilməsini həll edəcəyinə dair yalan vədd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 04 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən Heydər Əliyev parkında 2500 (iki min beş yüz) manat. 18 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonu Mürşüdoba kəndi əazisində yerləşən Xaçmaz-Xudat yolu üzərindəki dayanacaqda 5600 (beş min altı yüz) manat şəxsən alıb, həmçinin 11 aprel 2021-ci il tarixdə, saat 12:09-da Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən Amin marketdə quraşdırılmış 21083 nömrəli “MilliÖn” terminalından onun istifadəsində olan anası X9ma məxsus 6****9337 nömrəli "xxxx" ASC-nin plastik karta mədaxil edilmiş 301 (üç yüz bir) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs1 xeyli miqdar təşkil edən 8401 (səkkiz min dörd yüz bir) manat məbləğində maddi ziyan vurub dələduzluq etmiş, yəni, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Zərərçəkmiş şəxs4 xx.xx.2020-ci il tarixdə şəhid olmuş oğlu X12 Xaçmaz rayonu Mürşüdoba kənd qəbiristanlığında yerləşən qəbrinin ətrafını hasarlatmaq, çardaq qurmaq və xatirə üçün otaq düzəltdirmək vədi ilə etibarından sui-istifadə edib aldadaraq Zərərçəkmiş şəxs4 adına xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin Xaçmaz rayon filialında GTKR341 1503A166 nömrəli müqavilə əsasında rəsmiləşdirmiş 8000 (səkkiz min) manat məbləğində kredit vəsaitini həmin bankın qarşısında Zərərçəkmiş şəxs4 alıb ələ keçirməklə təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə, saat 17:10-da Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Palçıqoba kəndi ərazisindən keçən 38-ci kilometrində idarə etdiyi “Ravon R 3V markalı “**-PE-***” dövlət qeydiyyat nişanlı avtomobillə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq 80 km/saat sürətlə Yalama istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cii bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə zərər vurmamalı və həmin maddənin tələblərinə riayət etməli olduğu halda, həmin tələblərə əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin təhlükəsiz hərəkətini təmin etməyərək idarəetməni itirdiyindən avtomobil yolun sağına çıxaraq ağaca dəymiş, nəticədə onun bu hərəkətləri ehtiyatsızlıqdan “Ravon R 35' markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs2 döş qəfəsinin küt travması ilə əlaqədar sağdan İX,X, soldan İX,X,Xİ qabırğaların qəlpəli sınıqları, sağ tərəfli pnevmotoraks, hidrotoraks, sağ ağciyərin parenximasının yayılmış və sol ağ ciyərin bazal hissəsinin əzilməsi, hər iki almacıq-əng kompleksinin, burun sümüklərinin sınıqları, alt çənədə hər iki bucaqda və simfızdə sınıqları, sağ mental nahiyyədə yerdəyişmiş sınıq, üst və alt alveollarm sınıqları, sağ sirkə kasası dibinin, sağ oturaq və qasıq sümüyünün sınığı, sol bazu said nahiyyəsinin əzilmiş cırılmış yaraları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid. habelə həmin avtomobildə olmuş digər sərnişin Zərərçəkmiş şəxs3 döş qəfəsinin küt travması ilə əlaqədar sol tərəfli hemopnevmotoraksla müşayət olunan İV.V.Vİ,Vİİ,Xİİ qabırğaların sınıqları, sol almacıq-əng kompleksinin və alt çənə sümüyünün soldan vertikal şaxəsinin və sağdan mental hissəsinin sınıqları, sol orbita ətrafı nahiyyəsinin hemotoması kimi dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirilməsinə səbəb olmuş, bununla da, o, idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxslərin sağlamlıqlarına ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 tanıyır. Onlarla əvvəllər aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Yeganə Şahpazova onun bacısının həyat yoldaşı olan Osmanov Mənsurun keçmiş qeyri rəsmi həyat yoldaşı olmuşdur. Belə ki, bildiyinə görə təxminən 20-25 il bundan öncə ayrılmışlar. Mənsur və Yeganənin övladları olan iki oğlan uşağı yəni X20 və X2 himayəsində qalmışdır. Belə ki, Mənsur və onun bacısı X15 təxminən 15-16 il bundan öncə Mənsurla evlənmişdir. Həmin zaman Mənsurun övladları olan Orxan və Mürsəl onlarla birlikdə yaşamağa başlamışlar. Lakin onlar bacısının iki uşağa baxa bilməsinin çətin olmasını düşünərək Mənsur və Yeganənin övladları olan Orxanı götürərək öz evlərinə yəni Xaçmaz rayonu Miirşiidoba kəndinə gətirmişlər. Belə ki. Orxan onlarla Mürsəl isə Mənsur və bacısı ilə birlikdə yaşamışdır. Orxana uşaqlığından onun anası X5 baxmışdır. Orxan təxminən 2018-ci ildə əsgərliyə gedərək 1 il 06 ay müddətinə hərbi xidmət etmiş və yenidən Miirşiidoba kəndində anası və mərhum atasının evinə geri qayıdaraq yenidən orada yaşamağa davam etmişdir. Bundan sonra o, 2020-ci ilin əvvəlində MAXE kimi Mingəçevir rayonunda quru qoşunlarında xidmətə davam etmişdir. Orxan 2020-ci il tarixdə baş vermiş 2-ci Qarabağ müharibəsinin iştirakçısı olmuş və Suqovuşan istiqamətindəki döyüşlərdə şəhid olmuşdur. Orxan onların evinə gətirilərək təntənəli sürətdə kənddə torpağa verilmişdir. Bundan sonrakı mərhələdə o Yeganə Şahpazova və Zərərçəkmiş şəxs1 tanımışdır. Belə ki, sonuncular Orxanın anası və dayısı kimi onların evində yas mərasimində iştirak etmişlər. Həmin zamanlarda aralarında münasibət yaranmışdır. Bildirim ki. yas mərasimində Zərərçəkmiş şəxs1 ona arvadının xəstə olmasını bildirmişdir. O isə həmin zaman Səxavətə arvadının xəstəliyi üçün təqaüd düzəldə biləcəyimi bildirmiş və ilkin olaraq 2500 manat pulun lazım olmasını demişdir. Həmin dövrdə o maddi cəhətdən çətinlikdə olduğundan düşünürmüş ki. ondan həmin məbləğdə pulu alaraq öz şəxsi ehtiyaclarını ödəyər. Bir müddətdən sonra isə işin alınmamasını bildirərək pulu geri qaytarar. Bu söhbət aralarında 2020-ci ilin sonlarında olmuşdur. Zərərçəkmiş şəxs1 2021-ci ilin yanvar ayının əvvəlində ona 2500 (iki beş yüz) manat pulu Xudat şəhərində yerləşən H.Əliyev parkının qarşısında vermişdir. Daha sonra 2021-ci ilin yanvar ayının ortalarında o Səxavət Şahbazova arvadının təqaüdü üçün əlavə 5600 (beş min) manat pulun lazım olmasını bildirmişdir. Səxavət Şahbazov isə bir neçə gün sonra ona həmin məbləğdə pulu yaşadığı Xaçmaz rayonu MürşLidoba kəndindəki dayanacaqda vermişdir. Daha sonradan isə 2021ci ilin aprel ayında Səxavət Şahbazovdan arvadı Fərqiyyənin təqaüdü üçün 500 manat pul istəmişdir. Səxavət Şahbazov pulunun olmadığını bildirdikdə ona 301- manat göndərməyini daha sonradan 200 manatı da kartı aldıqda verə biləcəyini bildirmişdir. Səxavət Şahbazov həmin zaman onun anası X1 301 manat yükləmişdir. O həmin pulları şəxsi işləri üçün xərcləmişdir. Həmin kart anasının adma qeydiyyatda olsa da o istifadə edirmiş. Bundan başqa o göstərmişdir ki. Orxanın valideyinləri olduqlarına görə Yeganə və Mənsurun hər birinə aylıq 250 manat pul verilir. Həmin pulların aylıq verilməsi barədə o Yeganəyə məlumat vermişdir. Çünki Orxanın adına verilən 500 manat pulun hamısı Mənsura verilirmiş. Daha sonradan Yeganə ana kimi onun iştirakı olmadan müraciət etmiş və 500 manat pulun yarısı Yeganəyə verilməyə başlanmışdır. Orxanın şəhid olmasından təxminən 2 ay sonra Heydər Əliyev fondunun nümayəndələri Orxanın qeydiyyatda olduğu və yaşadığı ev onların evi olduğundan onların evinə gələrək Orxanın adma 10000 manat pul verilməsi nəzərdə tutulduğunu demişlər. Nümayəndələr Orxanın valideyinlərinin kim olması ilə maraqlanmışlar. Belə ki, O və ailəsi bildirmişlər ki, orxanın anası Yeganə atası isə Mənsurdur. Nümayəndələr onlara həmin pulun 5000 manatının anaya 5000 manatının isə ataya veriləcəyini bildirmişlər. O bu zaman Yeganəyə məlumat vermişdir. Yeganə yaşadığı Xaçmaz rayonu Xudat şəhərindən onların evinə gəlmişdir. Belə ki, həmin gün Fond tərəfindən Yeganəyə 5000 manat pul verilmişdir. Yeganə özü həmin pulu qol çəkərək götürmüşdür. Fondun nümayəndələri ondan Orxanın atası Mənsurun yaşayış yerini soruşmuşlar və geriyə qalan 5000 manatı Mənsura verəcəklərini bildirmişlər. Yeganə həmin 5000 manat puldan 2600 mantını özü həmin zaman Orxanın yas mərasimində yaranmış borcun ödənilməsi üçün onun anasına vermişdir. Bundan başqa bildiyinə görə Yeganə və Mənsura qan pulu kimi ümumilikdə hər birinə 5500 manat olmaqla 11000 manat pul verilmişdir. Bundan başqa Orxanın ölümündən təxminən 3-4 ay sonra Yaşat fondu ümumilikdə 5000 manat Orxana yaşadığı yəni onların evilərinin təmiri üçün pul ayırmış, həmin pulun 2500 manatı Yeganəyə 2500 manatı isə Mənsura verilmiş, lakin yeganə və Mənsur həmin pulları özləri xərcləmişlər. O oğlunun şəhidliyi ilə bağlı Yeganəyə çox köməklik etmişdir. Lakin Yeganədən şəhid qəbrinin düzəldilməsi və ya başqa bir şey üçün pul almamışdır. Vurulmuş maddi ziyandan 2000 manatı Zərərçəkmiş şəxs1 ödəmiş, hazırda zərərçəkmiş şəxslərə ümumilikdə 14 400 manat pul verməlidir, həmin pulu imkan olduqca qaytaracaq. Bundan başqa, xx.xx.2014- cü il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə etmişdir. Avtomobil idarə etdiyi müddət ərzində yol-nəqliyyat hadisəsi törətməmişdir. Sürücülük hüququndan məhrum olunmamışdır. "xxxx" MMC-nin mülkiyyətində olan «Ravon R3» markalı. ** PE *** dövlət qeydiyyat nişanlı avtomobili lizinq müqaviləsinə əsasən həmin MMC tərəfindən ayda bir dəfə verilən yol vərəqi ilə idarə edirmiş. 13 iyul 2022-ci il tarixdə saat 17:10-da idarə etdiyi «Ravon R3» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Yalama istiqamətindəki hərəkət hissəsi ilə 80 km/saat sürətlə eyni istiqamətdə düzünə hərəkət edirmiş. Avtomobildə yük olmasa da. iki nəfər sərnişin olmuşdur. Belə ki. sərnişin Zərərçəkmiş şəxs2 avtomobilin salonunda arxa oturacağın sol tərəfində, sərnişin Zərərçəkmiş şəxs3 arxa oturacağın sağ tərəfində əyləşmişdir. Yolun Xaçmaz rayonu Palçıqoba kəndi ərazisindən keçən 38-ci kilometrində Yalama istiqamətində hərəkətdə olarkən yolun Gəndob istiqamətindəki əks hərəkət hissəsi ilə qarşıdan gələn. Gəndob istiqamətində hərəkət edən kombaynın arxasından bir ininik avtomobili ötməyə çıxmışdır. O da həmin ötməyə çıxan avtomobildən yayınmaq üçün idarə etdiyi avtomobili hərəkəti istiqamətində sağ tərəfə manevr etdirmişdir. Bu səbəbdən də idarə etdiyi avtomobil hərəkət istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxıb sürüşmüş və fırlanaraq sol yanı ilə yolun sağ kənarındakı çinar ağacına dəymişdir. Hadisə nəticəsində o heç bir xəsarət almasa da, avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 müxtəlif bədən xəsarətləri almışlar. Buna görə o dərhal təcili tibbi yardıma məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilkin tibbi yardım göstərilməsi üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar. O da onların arxasınca xəstəxanaya getmişdir. Xəstəxanaya çatan kimi Emil və Salehə tez bir zamanda lazımi ilkin tibbi yardım göstərilmişdir. Emil və Salehin vəziyyəti ağır olduğu üçün onları müayinə və müalicə olunmalarından ötrü təcili tibbi yardım avtomobili ilə Bakı şəhərində yerləşən X25 göndərmişlər. O isə hadisə yerinə qayıtmış və onun iştirakı ilə polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər. Onun sosial müdafiə fondunda və ya digər qurumlarda tanışı yoxdur. O Zərərçəkmiş şəxs1 aldadaraq pulunu ələ keçirmək məqsədilə arvadına təqaüd düzəldəcəyini bildirmişdir. Həqiqətdə onun məqsədi Zərərçəkmiş şəxs1 pulları alıb həmin zaman olan şəxsi ehtiyaclarını ödəmək, daha sonradan isə işin alınmadığını bildirərək pullarını geri qaytarmaq olmuşdur. Lakin sonradan pulu olmadığından Zərərçəkmiş şəxs1b aldığı pulları geri qaytara bilməmişdir. Təxminən 2021-ci ilin yanvar fevral ayında Yeganə onunla əlaqə saxlayaraq şəhid kartı ilə kredit alıb ala bilməyəcəyini soruşmuşdur. O Yeganəyə göstərmişdir ki, maraqlanmaq lazımdır. Bundan sonra Yeganə ona özünü Xudat şəhərindən götürməyini bildirmişdir. O yeganəni götürərək Xaçmaz şəhərinə gətirmişdir. Onlar Xaçmaz şəhərində yerləşən Kapital bankın filialına getmişlər. Onlar həmin gün banka daxil olaraq kreditlə bağlı banka müraciət etmişlər. Bunu Yeganə özü də bilirmiş. O həmin zaman Yeganənin yanında olmuşdur. Yeganə özü şəhid kartını kapital bankın kredit şöbəsində işləyən orada olduğu zaman adının Şəhriyar olduğunu bildiyi mütəxəssis həmin karta baxaraq Yeganəyə aylıq 500 manat pul aldığını maksimum bunun müqabilində 10000 manat kredit verilə biləcəyini bildirmişdir. O həmin zaman mütəxəssisə göstərmişdir ki. həmin karta aylıq 250 manat köçürülür. Bundan sonra mütəxəssis Yeginəyə təxminən 8000-9000 manat kredit ayıra biləcəyini bildirmişdir. Bundan sonra Yeganə adına kredit sənədləşdirilmişdir. Yeganə özü həmin sənədlərə qol çəkmişdir. Yeganəyə bank işçisi şifahi olaraq da izah etmişdir ki, kreditə görə şəhid kartından aylıq 250 manat kredit tutulacaq. Yeganə şəxsən özü kreditə görə müraciət etmişdir. Yeganə özü kredit sənədləşməsindən sonra kassadan pulu götürmüşdür. Bundan sonra o Yeganəni apararaq Xudat şəhərinə düşürtmüşdür. O Yeganədən Orxanın qəbrüstündə otaq, çardaq düzəltmək və məzarının ətrafını hasarlamaq adı ilə 8000 manat pul almamışdır. Yeganə yalan demişdir. Yol nəqliyyat hadisəsi zamanı onun idarə etdiyi avtomobilin hərəkət surəti saatda 80 kilometrdən çox olmamışdır. Yol nəqliyyat hadisəsi hadisə vaxtı onun diqqətini yol, şəraitindən yayındıran hər-hansı bir səbəb olmamışdır. Yol nəqliyyat hadissi zamanı onun səhhəti ilə bağlı hərhansı bir problem olmamışdır. Yol nəqliyyat hadisəsi zamanı o yol şəraitini aydın müşahidə edə bilmişdir. Yol nəqliyyat hadisə yerində yol örtüyü düz. hamar, quru, asfalt olmuşdur. Yol nəqliyyat hadisəsi zamm onun idarə etdiyi avtomobildə iki nəfər sərnişin olsa da. yük olmamışdır. Onun xx.xx.2014-cü il tarixdən "BC" kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edirir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadələrində göstərmişdir ki. xx.xx.2020-ci ildə bacısı oğlu Orxan şəhid olduğundan sonuncunun dəfn mərasimində iştirak etmək məqsədi ilə Xaçmaz rayonu Mürşüdoba kəndinə getmişdir. Yas mərasimində Miirşiid-oba kəndində yaşayan Orxanın ögəy dayısı Təqsirləndirilən şəxs Cəlal oğlu ilə tanış olmuşdur. Həmin gündən sonra onların münasibətləri yaxşlaşmış və bir-birlərinin evinə gedib-gəlirmişlər. 2020-ci ilin dekabr ayında o Təqsirləndirilən şəxsgilin evində qonaq olduğu zaman söhbət əsnasında arvadının onurğa fəqərəsində yırtığın olmasını və tez-tez arvadını Bakı şəhərinə müalicəyə apardığını demişdir. Təqsirləndirilən şəxs ona göstərmişdir ki. tanış həkimlərin vasitəsi ilə arvadı üçün əlillik pensiyası düzəldə bilər. Bunun müqabilində ilkin olaraq 2500 (iki min beş yüz) manat pul lazım olduğunu demişdir. 0 evdən həmin məbləği götürərək xx.xx.2021 -ci il tarixdə Xudat şəhərində yerləşən H.Əliyev parkının qarşısında arvadının şəxsiyyət vəsiqəsinin surəti ilə birlikdə Təqsirləndirilən şəxs vermişdir. Həmin zaman parkda onunla birlikdə arvadı Şahid2 da olmuşdur. Belə ki. Fərqiyyə onun sözünə görə bir qədər onlardan kənarda dayanmışdır. xx.xx.2021 -ci il tarixdə Səxavət onunla yenidən əlaqə saxlayaraq arvadının müayinə olunaraq pensiyaya çıxması üçün əlavə olaraq 5600 (beş min altı yüz) manat pulun lazım olduğunu bildirmişdir. O şəhid anası olan, bacısı Yeganədən 900 (doqquz yüz) manat pulu borca almışdır. xx.xx.2021 -ci il tarixdə isə Xaçmaz şəhərində yerləşən "Bank of Baku” bankından 9000 (doqquz min) manat kredit alıb 4300 (dörd min üç yüz) manatını adında olan krediti bağlamaq üçün həmin banka verdikdən sonra 4700 (dörd min yeddi yüz) manat pulu götürmüşdür. Həmin pulun üzərinə bacısından aldığı 900 (doqquz yüz) manatı da qoyub elə həmin gün Xaçmaz rayonu Mürşüd-oba kəndində avtobus dayanacağında Təqsirləndirilən şəxs vermişdir. Belə ki. həmin zaman o Təqsirləndirilən şəxs 5600 (beş min altı yüz) manat pul vermişdir. Həmin pulu verdiyi zaman o dayanacağa Xaçmaz Xudat avtombusu ilə getmişdir, yanında isə dosdıı Qəmbər olmuşdur. Qəmbər onunla birlikdə Xaçmaz şəhərində avtobusa əyləşmiş və söhbət əsnasında o Qəmbərə üzərində olan 5600 (beş min altı yüz) manat pulu sonuncuya əvvəlcədən haqqında danışdığı adaşı Təqsirləndirilən şəxs verəcəyini bildirmişdir. Belə ki, onun avtobusdan düşərək Təqsirləndirilən şəxslə görüşməyini Qəmbər görmüşdür. Lakin Qəmbər avtobusdan onunla birlikdə düşməmişdir. Belə ki, o daha öncədən Qəmbərə Təqsirləndirilən şəxs onun arvadının xəstəliyi ilə bağlı pensiya düzəltməsini bildirmişdir. Bu məqsədlə Qəmbərdən 500 manat borc alaraq 2500 manat pulu Təqsirləndirilən şəxs vermişdir. O 5600 manat pulu Təqsirləndirilən şəxs verdikdən sonra 10 aprel 2021 -ci il tarixdə Səxavət onunla yenidən əlaqə saxlayaraq təqaüd məsələsinin tam həll edilməsi üçün 301 (üç yüz bir) manat pulun da verilməli olmasını bildirmişdir. O Təqsirləndirilən şəxs 11 aprel 2021 -ci il tarixdə anasının təqaüd kartı vasitəsilə 301 manat pul köçürmüşdür. Beləliklə ümumilikdə o Təqsirləndirilən şəxs 8401 (səkkiz min dörd yüz bir) manat pulu arvadı Fərqiyyə Şəhapazovanın xəstəliyi ilə bağlı təqaüdə çıxması üçün vermişdir. Lakin bundan sonra arada bir o Təqsirləndirilən şəxs evinə gedərək və mobil telefonuna zəng edərək pensiya işinin nə yerdə olduğu ilə maraqlananda Təqsirləndirilən şəxs, kobud şəkildə ona cavablar qaytarırmış. O Təqsirləndirilən şəxs belə hərəkətlərindən şübhələnərək 2021 -ci ilin may ayında arvadının şəxsiyyət vəsiqəsini götürüb Xaçmaz rayon SMF-na getmişdir. Orada işçidən xahiş etmişdir ki. kompyuterdə arvadının adının olub-olmamasını yoxlayaraq ona bir söz desin. Həmin əməkdaş kompyuterdə siyahıya baxandan sonra arvadının adının pensiyaya çıxmış şəxslərin siyahısında olmadığını bildirmişdir. O SMF-dan Səxavətə zəng etmiş, lakin Təqsirləndirilən şəxs, zəngə cavab vermədiyini görüb sonuncuya ismarıc yazaraq arvadının adının sistemdə olmadığını bildirmişdir. Cavabında Təqsirləndirilən şəxs ona ismarıc yazmışdır ki, '"nə qədər bu işə burnuvu soxacaqsan arvadının işi düzəlməyəcək". Bundan sonra o Təqsirləndirilən şəxs mobil telefonuna dəfələrlə zəng etsə də sonuncu zənglərə cavab verməmişdir. O hətda Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Mürşüd-oba kəndindəki evinə getsə də Təqsirləndirilən şəxs evdə tapa bilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını bilmişdir. Həmin ərəfədə atasının xəstəliyi olduğundan bacısı Yeganə öz şəxsiyyət vəsiqəsini atasına verərək Xudat şəhərində yerləşən Molbulak bankından kredit almasını və müalicə olmasını bildirmişdir. Atası Molbulak bankından kredit almaq istədikdə atasına bacısının adma yüksək məbləğdə kreditin olması barədə bildirmişlər. Atası bu barədə bacısına dedikdə Yeganə, Molbulak bankına gələrək adına olan kreditlə maraqlananda yeganəyə adma 8000 (səkkiz min) manat Kapital bankda kreditinin olmasını və may ayından həmin kreditin ödənmədiyini bildirmişlər. Bu səbəbdən də Yeganə, 2021 -ci ilin iyun ayında Xaçmaz şəhərində yerləşən Kapital banka getmiş və orada sonuncuya bildirmişlər ki. xx.xx.2021 -ci il tarixdə Kapital bankdan 8000 (səkkiz min) manat 5 il müddətinə, ayda 177 (yüz yetmiş yeddi) manat ödəmək şərti ilə kredit almış və may ayının ödənişi olunmamışdır. Bundan sonra yeganənin yadına düşmüşdür ki. şəhid ailələrinə ev təmiri üçün "Yaşat” fondundan pul almaq üçün 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxs təklifi ilə Kapital banka onunla birlikdə gələrək orada hansısa kağızlara imza etmiş və ona verilmiş 8000 (səkkiz min) manat pulu bankın çıxacağında Təqsirləndirilən şəxs vermişdir. O Təqsirləndirilən şəxs 2500 (iki min beş yüz) manat pulu xx.xx.2021 -ci il tarixdə Xudat şəhəri H.Əliyev parkının qarşısında arvadı Şahid2nm yanında yəni sonuncu onları gördüyü zaman. 5600 (beş min altı yüz) manat pulu xx.xx.2021 -ci il tarixdə Xaçmaz rayonu Mürşüd-oba kəndində avtobusların dayanacağında dosdu Qəmbərin yanında yəni sonuncu onu kənardan gördüyü zaman vermişdir. 301 (üç yiiz bir) manat pulu isə Təqsirləndirilən şəxs anasının təqaüd kartına 11 aprel 2021-ci il tarixdə Xudat şəhərində ödəniş terminalı vasitəsilə göndərmişdir. O həmin ümumilikdə 8401 (səkkiz min dörd yüz bir) manat pulu arvadının xəstəliyi ilə bağlı təqaüdə çıxması üçün Təqsirləndirilən şəxs vermişdir. Bacısı Zərərçəkmiş şəxs4 deməsinə görə Təqsirləndirilən şəxs 8000 (səkkiz min) manat pulu sonuncudan Xaçmaz rayonu Mürşüd-oba kəndində yerləşən şəhidin qəbrinin hasarlanması, qəbir üzərində çardaq və həmçinin xatirə otağı düzəltmək adı ilə almışdır. Təqsirləndirilən şəxs arvadı Şahid2mn xəstəliyi ilə bağlı təqaüdə çıxmasını təşkil etməsi üçün ümumilikdə verdiyi 8401 (səkkiz min dörd yüz bir) manat pulun 301 manatını Təqsirləndirilən şəxs anası X3 təqaüd kartına 11 aprel 2021-ci il tarixdə Xudat şəhərində ödəniş terminalı vasitəsilə göndərmişdir. Belə ki. həmin pulu göndərməsi ilə bağlı qəbzin surətini cinayət işinə əlavə edilməsi məqsədilə təqdim etmişdir. Vurulmuş maddi ziyandan cəmi 2000 manat pul Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, onun keçmiş həyat yoldaşı Mənsurun indiki həyat yoldaşı Xaçmaz rayonu Mürşüdoba kəndində yaşayan Təqsirləndirilən şəxs bacısıdır və Təqsirləndirilən şəxs onun oğlu Orxanın ögey dayısıdır. Oğlu Orxan 2020-ci ilin oktyabr ayında şəhid olmuşdur. O öz həyat yoldaşı ilə boşandıqdan sonra oğlu Orxan ögey nənəsigildə Səxavətlə birlikdə yaşadıqları evdə böyümüşdür. O Təqsirləndirilən şəxs oğlunun yas mərasimində tanımışdır. O yas mərasimdə olduğu zaman bilmişdir ki. onun oğlunun iki ögey dayısı vardır. 2021-ci ilin fevral ayında dövlət tərəfindən şəhid oğlunun adına verilən pensiya kartının içində pul olmadığı üçün Səxavət ondan götürmüş və həmin pensiya kartı onda qalmışdır. Bundan sonra Səxavət onun Xudat şəhərində yaşadığı evə gələrək şəhid ailələrinə verilən bütün şeylərin və dövət tərəfindən verilən mükafatların alınmasında kömək edəcəyini bildirmişdir və bununla bağlı maraqlanmışdır. xx.xx.2021 -ci il tarixində Səxavət yaşdığı ünvana gəlmiş, onun oğlunun qəbrinin üzərində çardaq, həmçinin xatirə otağı düzəltdirə biləcəyini bildirmişdir. Lakin bunun üçün pul lazım olmasını demişdir. Həmçinin Təqsirləndirilən şəxs ona şəhid oğlunun adma Yaşat fondu tərəfindən pul gəldiyini, buna görə də bəzi sənədlərə qol çəkməyinin lazım olduğunu demişdir. O həmin pulu götürərək Səxavətə oğlunun qəbri üzərində çardaq, otaq düzəltməsi həmçinin qəbrin ətrafının hasarlanması üçün Təqsirləndirilən şəxs verə biləcəyini bildirmişdir. Bundan sonra o yazıb oxuması olmadığı üçün Səxavətə qızının da onlarla birlikdə getməsini istədiyini bildirmiş. Təqsirləndirilən şəxs isə buna icazə verməmiş və “işimiz tez qurtaracaq deyib” qızının gəlməsinə icazə verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu Kapital Banka aparmış və orda onun özünü pis hiss etməyindən istifadə edərək ona müəyyən sənədlərə qol çəkməyinin lazım olmasına inandırmışdır. Təqsirləndirilən şəxs ona hər şeyin Yaşat fondu tərəfindən qarşılanacağına inandırmışdır. Belə ki, Təqsirləndirilən şəxs ona Bankda müəyyən sənədlərə qol çəkməli olmasına inandırmışdır. Sənədləşmədən sonra o kassadan pulu götürmüş və çölə çıxandan sonra o həmin pulu tam şəkildə Səxavətə vermişdir. O həmin vaxt Kapital Bankın kassasından 8000 manat pul götürmüş və Təqsirləndirilən şəxs ona həmin pulun Yaşat fondu tərəfindən göndərildiyini bildirmişdir. O həmin pulun kredit olduğunu isə sonradan atası kredit almaq məqsədilə “Molbulak" banka getdiyi zaman öyrənmişdir. Belə ki. O həmin pulu bankdan götürdüyü və bank işçisinin ona aylıq ödəniş barədə bildirdiyi zaman o elə düşünmüşdür ki, həmin ödənişlər Yaşat fondu tərəfindən ödənəcək. Təqsirləndirilən şəxs həmin pulu ondan şəhid oğlunun məzarı üzərində xatirə otağı, çardaq düzəltmək və məzarın ətrafını hasarlamaq məqsədilə almışdır. Lakin sonradan vədinə əməl etməmişdir. O özünü pis hiss etdiyindən bank işçisinin ona kreditlə bağlı məlumat verib vermədiyini xatırlamır. Lakin xatırlayır ki. bank işçisi kredit rəsmiləşdirməsi haqqında və həmçinin aylıq ödəniş etməsi haqqında ona bildirmişdir. O Səxavətin dediyinə əsasən həmin pulların Yaşat fondu tərəfindən qarşılanacağını düşünmüşdür. Bankdan 8000 (səkkiz min) manat kredit almağı ilə bağlı ona təqdim edilmiş sənədlərin kserosurətlərini işə əlavə edilməsi üçün təqdim etmişdir. Həmin təqdim etdiyi sənədlərdən görünür ki. kredit alan şəxsin qohumlarının adının qeyd olunduğu anket hissədə Təqsirləndirilən şəxs ona bildirmədən özünün və ailə üzüvlərinin yəni, oğlu Sərvətin, qızı Leylanın, arvadı Saniyənin və anası Zülhüccənin müvafiq mobil nömrələrini qeyd etmişdir. O qohumları haqqında məlumat verilməli olmasını bilsə idi başqa şəxsləri qeyd edəcəkmiş. Belə ki, adlarını qeyd olunan şəxslərlə onun ünsiyyəti olmamış, onların mobil nömrələrini də bilmir. Bundan başqa Səxavət ona bildirmədən kredit müqaviləsinin sonunda rekvizitlər hissəsində onun adının qarşısında öz mobil nömrəsini yazdırmışdır. Zərərçəkmiş şəxs1 oğnun qardaşıdır. Belə ki, Təqsirləndirilən şəxs qardaşını, arvadının xəstəliyi ilə bağlı təqaüdə çıxa biləcəyinə inandıraraq 8401 manat pulunu almışdır. Qardaşı həmin pulun 900 manatını 2021-ci ilin yanvar ayının ortalarında ondan borc kimi almışdır. Səxavət qardaşına qarşı da dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki. 13 iyul 2022-ci il tarixdə saat 17:10-da sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Ravon R3» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Yalama istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkət edirmişlər. Avtomobilin salonunda o arxa oturacağın sol tərəfində, həmkəndlisi Zərərçəkmiş şəxs3 isə arxa oturacağın sağ tərəfində əyləşmişlər. Səxavət avtomobili həddindən artıq yüksək sürətlə idarə edirmiş. Yolun Xaçmaz rayonu Palçıqoba kəndi ərazisindən keçən 38-ci kilometrində Yalama istiqamətində hərəkətdə olduqları zaman sürücü Səxavət avtomobilin idarəetməsini itirmiş və bu səbəbdən avtomobil hərəkətləri istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxıb sürüşmüş və fırlanaraq sol yanı ilə yolun sağ kənarındakı çinar ağacına dəymişdir. Hadisə nəticəsində Səxavət heç bir xəsarət almasa da, həmkəndlisi Zərərçəkmiş şəxs3 və o müxtəlif ağır dərəcəli bədən xəsarətləri almışlar. Odur ki, Salehlə onu hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsi üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanaya çatan kimi Salehlə ona tez bir zamanda lazımi ilkin tibbi yardım göstərilmişdir. Lakin vəziyyətləri çox ağır olduğu üçün onları Xaçmaz rayon mərkəzi xəstəxanasından təcili tibbi yardım avtomobili ilə Bakı şəhərində yerləşən X25 göndərmişlər. Orada cərrahi əməliyyat olunmuş və bir müddət müalicə almışdır. Hazırda da sağlamlıq vəziyyəti normal deyil, ev şəraitində müalicəsi davam edir. Məhkəmə istintaqı zamanı Səxavət ona dəymiş maddi ziyanı tamamilə ödəmiş, buna görə də Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə saat 17:10-da sürücü Təqsirləndirilən şəxs idarə etdiyi «Ravon R3» markalı, ** PE *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Yalama istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkət edirmişlər. Avtomobilin salonunda həmkəndlisi Zərərçəkmiş şəxs2 arxa oturacağın sol tərəfində, o isə arxa oturacağın sağ tərəfində əyləşmişdir. Səxavət avtomobili həddindən artıq yüksək sürətlə idarə edirmiş. Yolun Xaçmaz rayonu Palçıqoba kəndi ərazisindən keçən 38-ci kilometrində Yalama istiqamətində hərəkətdə olduqları zaman sürücü Səxavət avtomobilin idarəetməsini itirmiş* və bu səbəbdən avtomobil hərəkətləri istiqamətində yolun sağ ehtiyat hissəsinə çıxıb sürüşmüş və fırlanaraq sol yanı ilə yolun sağ kənarındakı çinar ağacına dəymişdir. Hadisə nəticəsində Səxavət heç bir xəsarət almasa da, həmkəndlisi Zərərçəkmiş şəxs2 və o müxtəlif ağır dərəcəli bədən xəsarətləri almışlar. Odur ki. Emillə onu hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin tibbi yardım göstərilməsi üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanaya çatan kimi Emillə ona tez bir zamanda lazımi ilkin tibbi yardım göstərilmişdir. Lakin vəziyyətləri çox ağır olduğu üçün onları Xaçmaz rayon mərkəzi xəstəxanasından təcili tibbi yardım avtomobili ilə Bakı şəhərində yerləşən X25 göndərmişlər. Orada cərrahi əməliyyat olunmuş və bir müddət müalicə almışdır. Hazırda sağlamlıq vəziyyəti normallaşmaq üzrədir. Məhkəmə istintaqı zamanı Səxavət ona dəymiş maddi ziyanı tamamilə ödəmiş, buna görə də Təqsirləndirilən şəxs şikayətçi deyil, onunla barışmışdır və işə xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun həyat yoldaşıdır. Onun onurğa sütununda yırtıq vardır və 2018-ci ildən həmin xəstəliyi ilə bağlı müalicə alır. Xaçmaz rayonu Mürşüdoba kəndində yaşayan Təqsirləndirilən şəxs ilə onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 baldızı Yeganənin şəhid oğlunun 2020-ci ilin oktyabr ayında olan yas məclisində tanış olmuşdur. Ondan öncə isə bir-birilərini tanımamışlar. Həmin yas məclisindən sonra Təqsirləndirilən şəxs baldızı Yeganə ilə şəhid olan oğlu Orxana veriləcək birdəfəlik 11000 manat pulun anasına verilməsində köməklik etmək adı ilə 2 dəfə onların evlərində olmuşdur. O Təqsirləndirilən şəxs belə tanımış, daha sonrasında isə həyat yoldaşı Zərərçəkmiş şəxs1 2020-ci ilin dekabr ayının ortalarında yas məclisi ilə bağlı Təqsirləndirilən şəxsgilin evinə getdiyi zaman Təqsirləndirilən şəxs ərinə onun üçün xəstəliyi ilə bağlı pensiya yəni aylıq sosial yardım verilməsində köməklik edəcəyini bildirmiş, özünün həkim tanışlarının olduğunu və bu yolla işi həll edəcəyini demişdir. Bundan sonra 2021-ci ilin yanvar ayının 4ii Səxavət həyat yoldaşına zəng edərək pensiyaya çıxmağını düzəltmək üçün ilkin olaraq 2500 manat pul istəmişdir. Həyat yoldaşı həmin pulu və onun şəxsiyyət vəsiqəsinin surətini Xudat şəhərində Heydər Əliyev parkının qarşısında Səxavətə vermişdir. Belə ki, əri həmin evdə özüləri üçün yığıdıqları puldan götürmüşdür. Həmin zaman onlar ikisi Xudat şəhəri Heydər Əliyev parkına birlikdə getmişlər. Pul və onun şəxsiyyət vəsiqəsinin surəti ərində olmuşdur. Əri ona kənarda dayanmağını bildirərək özü Təqsirləndirilən şəxslə görüşmüşdür. O onlardan kənarda olsa da görmüşdür ki, əri özündə olan pulu və şəxsiyyət vəsiqəsinin surətini Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra isə xx.xx.2021-ci il tarixində Təqsirləndirilən şəxs yenidən ərinə zəng vurmuş və onun müalicəsini həkimlərlə danışdığını bildirmişdir. Həyat yoldaşı Zərərçəkmiş şəxs1 xx.xx.2021-ci il tarixində Xaçmaz rayonunda yerləşən Bank of Bakunun filialından 9000 manat kredit götürmüş, həmin puldan həmin bankda olan köhnə kreditləri 4300 manat pulu ödəmiş, daha sonra isə bacısı Yeganədən 900 manat pul da borc alaraq qalan 4700 manat pul ilə birlikdə, ümumilikdə 5600 manat pulu Xaçmaz rayonu Mtirşüdoba kəndində yerləşən dayanacağın yanında Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra yenidən əri Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs istəyinə uyğun olaraq sonuncunun anasının təqaüd kartına 301 manat pul da köçürmüşdür. Beləliklə ümumilikdə Təqsirləndirilən şəxs ərindən 8401 (səkkiz min dörd yüz bir) manat pulu onun xəstəliyi ilə bağlı təqaüdə çıxarmaq adı ilə almışdır. Bundan sonra 2021-ci ilin may ayında həyat yoldaşı Zərərçəkmiş şəxs1 Sosial müdafiə fondunun Xaçmaz rayon filialına getmiş və orda sistemdə adını yoxladan zaman onun adının orda olmadığını gördükdən sonra Səxavətin onları aldatdığını öyrənmişdir. Həyat yoldaşı Təqsirləndirilən şəxs zəng etsə də həmin hadisədən sonra Təqsirləndirilən şəxs ərinin zənglərinə cavab verməmiş, evinə getdiyi zaman isə evdə tapılmamışdır. Təqsirləndirilən şəxs onların ümumilikdə 8401 (səkkiz min dörd yüz bir) manat pullarını ona xəstəliyi ilə pensiya, yəni aylıq sosial yardım düzəltmək adıyla götürmüşdür. Qaynatası 2021-ci ilin iyun ayının ortalarında Yeganənin şəxsiyyət vəsiqəsi ilə Xudat şəhərində yerləşən Molbulaka kredit almağa getdiyi zaman ordan qaynatasına Yeganənin adında kredit olduğunu və buna görə də sonuncuya əlavə kredit verilməyəcəyini bildirmişlər. Bundan sonra Yeganə adında kredit olduğunu öyrənmişdir. Həmin məsələdən qabaq isə 2021-ci ilin fevral ayında Səxavət baldızı Yeganəni Kapital banka Yaşat fondu tərəfindən şəhid oğlunun adma 8000 manat pul gəlməsi adı ilə aparmış və müyyən sənədlərə orda imza atdırmışdır. Daha sonra isə bankda Yeganı Şahbazova verilən 8000 manat pulu Xaçmaz rayonu Kapital bankın qarşısında Təqsirləndirilən şəxs vermişdir. Belə ki. Təqsirləndirilən şəxs Yeganədən həmin pulu şəhid oğlu Orxanın adına Xaçmaz rayonu Mtirşüdoba kəndindəki qəbri üzərində xatirə otağı, çardaq və hasarın çəkilməsi adı, ilə almışdır. Lakin Təqsirləndirilən şəxs həmin işləri görməyərək pulu özü xərcləmiş və Yeganəyə geri qaytarmamışdır. Əri Təqsirləndirilən şəxs ümumilikdə 3 dəfəyə yuxarıda qeyd etdiyi zaman və yerlərdə 8401 manat pul vermişdir. Həmin pulları Təqsirləndirilən şəxs onun xəstəliyi ilə bağlı təqaüdə çıxmağı üçün vermişdir. Belə ki, Təqsirləndirilən şəxs təqaüdün düzəlməsi üçün onun müalicə olunmağı, müayinə olunmağı kimi məsələlərində pulla həll edilməsini deyərək həmin məbləğdə pulları ərindən istəmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dosdudur. Onunla aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə əvvəllər tanımasa da bilir ki, dosdu Səxavətin bacısının şəhid oğlunun ögey dayısıdır. Onunla da aralarında hər hansı bir münaqişə dava-dalaş və ədavət olmamışdır. Zərərçəkmiş şəxs1 ona bildirməsinə görə Təqsirləndirilən şəxs arvadı üçün xəstəliklə bağlı təqaüd düzəltməlidir. Bunun müqabilində Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ümumilikdə 8401 manat pul vermişdir. Belə ki, 2021-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ondan Təqsirləndirilən şəxs arvadının xəstəliyi ilə bağlı təqaüd məsələsini həll etməsi üçün pul verməli olmasını bildirərək 500 manat borc pul istəmişdir. O da həmin pulu sonuncuya vermişdir. Bundan başqa həmçinin 2021-ci ilin yanvar ayının 18-i tarixində o günorta saatlarında şəxsi işləri ilə bağlı Xaçmaz şəhərində olmuşdur. Xudat şəhərinə geri qayıtdığı zaman avtobusda Zərərçəkmiş şəxs1la qarşılaşmışdır. Belə ki. Zərərçəkmiş şəxs1la söhbət etdikləri əsnada Zərərçəkmiş şəxs1 ona bankdan kredit götürdüyünü bildirərək ümumilikdə 5600 (beş min altı yüz) manat düzəltdiyini və həmin pulu da Təqsirləndirilən şəxs arvadının xəstəliklə bağlı təqaüdünü düzəltməsi üçün verəcəyini demişdir. Zərərçəkmiş şəxs1 açıq şəkildə cibində olan topa pulları ona göstərmişdir. O isə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs güvənib güvənmədiyini soruşduqda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs qohumu və adaşı olmasını bildirərək özünü aldadmayacağım demişdir. O Zərərçəkmiş şəxs1 “ adam bu qədər pulu başqasına etibar edər?” deyə bildirmişdir. Zərərçəkmiş şəxs1 isə etibar etdiyini bildirmişdir. Onların olduqları avtobus Xaçmaz rayonu Mürşüdoba kəndi ərazisindən keçdiyi zaman Zərərçəkmiş şəxs1 avtobusdan düşmüşdür ki. orada Təqsirləndirilən şəxslə görüşsün və üzərində olan pulları sonuncuya versin. O avtobusun pəncərəsindən baxdığı zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dayanacaqda gözləməsini və onların bir birlərinə yaxınlaşaraq görüşmələrini görmüşdür. Lakin bundan sonra avtobus hərəkət etdiyindən o onların nə etmələrini bilməmişdir. O onların yanlarında olmadığından pulun verilməsinə birbaşa şahid olmamışdır. Lakin Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs arvadının xəstəliyi ilə bağlı təqaüdə çıxması üçün pul vermək məqsədilə ondan 500 manat borc almış, həmçinin o Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxslə xx.xx.2021 -ci il tarixdə görüşmələrini, Zərərçəkmiş şəxs1 həmin zaman özü ilə topa şəkildə 5600 manat olduğunu bildirdiyi pulu aparmasını bilmişdir. Həmçinin dəfələrlə Zərərçəkmiş şəxs1 onun yanımda telefonla Təqsirləndirilən şəxslə arvadının təqaüd məsələsi ilə bağlı danışmışdır. O həmçinin eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 bacısı olan, şəhid anası Zərərçəkmiş şəxs4 8000 manat pul almışdır ki, şəhid oğlunun qəbri üzərində müvafiq işlər görəcəkdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan üzləşdirmə protokollarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs X11 arasında keçirilmiş üzləşdirmə zamanı, hər iki şəxs eyni məzmunlu ifadə verərək bir birlərinin ifadələrini təsdiq etmişlər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 arvadı Şahid2 xəstəliyi ilə əlaqədar olaraq təqaüd almasını təşkil edə biləcəyini vəd edərək ümumilikdə 8401 (səkkiz min dörd yüz bir) manat aldığını bir daha etiraf etmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan baxış protokolundan görünür ki, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayonu Mürşüdoba kəndində yerləşən kənd qəbristanlığında mərhum şəhid X12 qəbirinə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, qəbirin ətrafında hər hansı hasarlanma işləri aparılmamış, həmçinin şəhidin adma xatirə otağı tikilməmiş və qəbir üzərinə çardaq salınmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan "xxxx" MMC-nin 14 aprel 2022-ci il tarixli 6192 nömrəli məktubu ilə daxil olmuş bir ədəd disk daşıyıcıdakı telefon zənglərinin və SMS-lərin siyahısına xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə, saat 13:40:20-də Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsinə, məzmununda “X27” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:07:59 və 16:08:25-də Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsinə, məzmununda “Zəng vuracam”, “Yazda can səxi” sözləri yazılan, xx.xx.2021 -cı ıl tarixdə, saat 17:04:04-də Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Salam qardaş,necesen? incimisen, haralardasan sesin gelmir. Mama, evdekiler necedi. Bizlerde incimek yoxdur, gardaslig sona gederdir.Cavab ver gardas” sözləri yazılan. xx.xx.2021 -ci il tarixdə, saat 21:57:02-də Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “salam,necesen,mama evdekiler necedir, sms cavab vermirsen. Ne fıkirlesdin Orxanin kartina gore, deyirdin kart anasinda qalacaq, anasina ve bacisna verdiyi soz yerde galdi. Pul iki yere bolunur bir cavab yaz. Bir xeber almirsan. bele etme qardaş. Men Qusardayam, qayidanda seninle gorusımek isteyirem meslehetlesek” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:04:49-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi salam,hardasan,cavab vermirsen.sabah odemedir size gelecem.bilmirem sabaha pul tap.tufurum o masina ve ondan gelen xeyre eger bu geder söhbet yaradir” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:12:34-də. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda “Manim mulkuma hec kim tupura bilmaz hamin adamin nasilna var yoxnunun agzinda dilin man bilaram na gayiram man edan azyatlarida halaligin vermiram xow haramin olsun birda ki 1100 manatda vermiwam xow getdin butun zahmatmida haram elayiram ya allah haram xownuz olsun halalik .” sözləri yazılan. xx.xx.2021 - ci il tarixdə, saat 16:21:16-da. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda “Birdaki manim xeyimada ziyanmada kimisa bawi ucun deyil hamin adaml man biliram na edaram bildun daniwanda biraz digatli of’ sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:23:28-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “yetim gordun xetrine deydi.men ne dedim sen ne fıkirlesdin” sözləri yazılan. xx.xx.2021 -ci il tarixdə, saat 16:27:48-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “sen pulu alanda bele demişdin ay Sexi.balalarin canina and içdin sen, budur senin mene yaxsiligin.men sene ne pislik etdim de” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:28:13-də. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 .oğlunun istifadəsində olan **********06 nömrəsinə, məzmununda "Neysa san yaxwi bilisan na yazmisan yena deyiram mawinma xeyirma kimsa tupura bilmaz neysa manim anaıuin azyatini kimsa yiya bilmaz ozu halalig vermasa neysa halal elamiram“ sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:32:32-də. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda'“O pulun içini sikiım demiwaıu demali verilacak manim balamdan hecna va hec kimsa ardig ola bilmaz halalik” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:34:36-da, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “zeng edirem danisaq” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:35:16-da, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda “Lazim deyil sag ol” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:38:45-da, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “lazim deyilnen olmur,men ne yazdimki sen bele sozler yazirsan.men senden ayligi istedim.baska hecne istemedim" sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 19:57:31-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Salam Sexi, necesen, mama, evdekiler necedi? Qardaş haralardasan, bestide incidin, yetim biz dostluq qardasliq etmedikki inciyek, şeytan aramiza girmesin Sexi” sözləri yazdan, xx.xx.2021 -ci il tarixdə, saat 10:48:25-da, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi men pensionadayam, yoldasmin adini sisteme vurdular hecne cixmadi. Sexi bu niye bele oldu, bir cavab ver, hardasan cavab ver” sözləri yazdan. xx.xx.2021 -ci il tarixdə, saat 10:50:34-də, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda “Ozun bil kim dedi ged ora ozun bilan yaxwidi nagadar bela edacaksan belada olacag halalik” sözləri yazdan. xx.xx.2021 -ci il tarixdə, saat 10:51:21 -də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Men xacmazdayam. Efsanenin söhbeti ile maraqlandim o söhbet de yoxdur.gardas niye bele oldu cavab yaz" sözləri yazdan. xx.xx.2021 -ci il tarixdə, saat 10:53:33-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “2800 manat ne olacaq” sözləri yazdan, xx.xx.2021 -ci il tarixdə, saat 14:58:48-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi cin nomrem baqlidir. nardanda zeng etmek olmur” sözləri yazdan. xx.xx.2021-ci il tarixdə, saat 13:00:14-də, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsinə, məzmununda “Bir iki gun sabirli ol” sözləri yazdan, xx.xx.2021-ci il tarixdə, saat 13:02:41-də. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Zeng edirem cavab ver danisaq.Xeyirdi Sexi?” sözləri yazdan, xx.xx.2021-ci il tarixdə, saat 13:08:07-də, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsinə, məzmununda “Yaz iwim var” sözləri yazdan, xx.xx.2021-ci il tarixdə, saat 13:10:33-də Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi isin bitende viziv at, zeng edim danisaq” sözləri yazdan, xx.xx.2021-ci il tarixdə, saat 13:11:31də, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsinə, məzmununda “Yaz na masaladi” sözləri yazdan, xx.xx.2021-ci il tarixdə, saat 13:12:53-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi pensiya karti meselesi ne yerdedir” sözləri yazdan. xx.xx.2021-ci il tarixdə, saat 13:23:36-da Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi cavab gelmedi. pensiya söhbeti ne yerde qaldi. maraqlandinmi pensiyanan” sözləri yazdan. xx.xx.2021 - ci il tarixdə, saat 12:02:00-da, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi biz getdik uşaqlar yoruldu ayağda durmağdan,imkan et bir gun gorusek” sözləri yazdan, xx.xx.2021 -ci il tarixdə, saat 18:07:39-da, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “salam Sexi, necesen. ishlerin necedir. mama. baci. uşaqlar necedir. haralardasan. Yetim pensiya söhbeti ile maraqlanmisan pensiya söhbeti ne yerde qaldi” sözləri yazdan, xx.xx.2021 -ci il tarixdə, saat 13:43:30-da, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsinə, məzmununda “Men galecem xudata axwam gelersen men deyen yere” sözləri yazdan. xx.xx.2021 -ci il tarixdə, saat 13:44:42-də. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Xudatda goruserik bu gun" sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 21:57:02-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexavet Xudata gelmedin, 4600 bir,2800 bir ve 200 dord ayin faizi, bu pullari ne vaxt qaytaracaqsan? Yaxsiliq evezine yamanliq gordum, borclar meni sixir, iki gune menim pulumu catdir borclarmi qaytarim, sonrasi incilik olmasin bunu bil" sözləri yazılan SMS-lər göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan "xxxx" MMC-nin 18 aprel 2022-ci il tarixli BKC/LGL-5925/22 nömrəli məktubu ilə daxil olmuş bir ədəd disk daşıyıcıdakı telefon zənglərinin və SMS-lərin siyahısına tərəfimdən xx.xx.2022-ci il tarixdə baxış keçirilməklə müəyyən edilmişdir ki, xx.xx.2021 -ci il tarixdə, saat 13:02:41-də. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Zeng edireım cavab ver danisaq.Xeyirdi Sexi?" sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 13:10:33-də Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi isin bitende viziv at, zeng edim danisaq" sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 13:12:53-də. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda "Sexi pensiya karti meselesi ne yerdedir” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 13:23:36-da Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi cavab gelmedi, pensiya söhbeti ne yerde qaldi. maraqlandinmi pensiyanan" sözləri yazılan, xx.xx.2021 - ci il tarixdə, saat 12:02:00-da. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi biz getdik uşaqlar yoruldu ayağda durmağdan,imkan et bir gun gorusek" sözləri yazılan, xx.xx.2021-ci il tarixdə, saat 18:07:39-da. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “salam Sexi, necesen, ishlerin necedir, mama, baci, uşaqlar necedir, haralardasan. Yetim pensiya söhbeti ile maraqlanmisan pensiya söhbeti ne yerde qaldi" sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 13:44:42-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Xudatda goruserik bu gun” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 21:57:02-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********32 nömrəsindən, Təqsirləndirilən şəxs oğlunun istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexavet Xudata gelmedin, 4600 bir,2800 bir ve 200 dord ayin faizi, bu pullari ne vaxt qaytaracaqsan? Yaxsiliq evezine yamanliq gordum. borclar meni sixir, iki gune menim pulumu catdir borclarmi qaytarim, sonrasi incilik olmasin bunu bil" sözləri yazılan SMS-lər göndərilmişdir İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan "xxxx" MMC-nin 14 aprel 2022-ci il tarixli AZF/LGL-7985/22 nömrəli məktubu ilə daxil olmuş bir ədəd disk daşıyıcıdakı telefon zənglərinin və SMS-lərin siyahısına tərəfimdən xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki, xx.xx.2021 -ci il tarixdə, saat 21:57:02-də Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “salam,necesen.maıma evdekiler necedir. sırıs cavab vermirsen. Ne fıkirlesdin Orxanin kartina gore. deyirdin kart anasinda qalacaq, anasina ve bacisna verdiyi soz yerde galdi. Pul iki yere bolunur bir cavab yaz. Bir xeber almirsan, bele etme qardaş. Men Qusardayam, qayidanda seninle gorusmek isteyirem meslehetlesek" sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:04:49-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi salam,hardasan,cavab vermirsen,sabah odemedir size gelecem,bilmirem sabaha pul tap,tufurum o masina ve ondan gelen xeyre eger bu geder söhbet yaradir” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:12:34-də, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda '•Manim mulkuma hec kim tupura bilmaz hamin adamin nasilna var yoxnunun agzinda dilin man bilaram na gayiram man edan azyatlarida halaligin vermiram xow haramin olsun birda ki 1100 manatda vermiwam xow getdin butun zahmatmida haram elayiram ya allah haram xownuz olsun halalik sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:21:16-da, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda “Birdaki manim xeyimada ziyanmada kimisa bawi ucun deyil hamin adaml man biliram na edaram bildun daniwanda biraz digatli ol” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:23:28-də. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “yetim gordun xetrine deydi,men ne dedim sen ne fıkirlesdin” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:27:48-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “sen pulu alanda bele demişdin ay Sexi.balalarin canina and içdin sen, budur senin mene yaxsiligin.men sene ne pislik etdim de” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:28:13-də, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda “Neysa san yaxwi bilisan na yazmisan yena deyiram mawinma xeyirma kimsa tupura bilmaz neysa manim anarnin azyatini kimsa yiya bilmaz ozu halalig vermasa neysa halal elamiram” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:32:32~də, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda “O pulun içini sikim demiwaın demali verilacak manim balamdan lıecna va hec kimsa ardig ola bilmaz halalik" sözləri yazılan. xx.xx.2021 -ci il tarixdə, saat 16:34:36-da. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “zeng edirem danisaq” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:35:16-da, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən. Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda “Lazim deyil sag ol” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 16:38:45-da, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “lazim deyilnen olmur,men ne yazdimki sen bele sozler yazirsan,men senden ayligi istedim.baska hecne istemedim” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 19:57:31-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda‘“Salam Sexi, necesen. mama, evdekiler necedi? Qardaş haralardasan, bestide incidin, yetim biz dostluq qardasliq etmedikki inciyek. şeytan aramiza girmesin Sexi" sözləri yazılan. xx.xx.2021 -ci il tarixdə, saat 10:48:25-da, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi men pensionadayam, yoldasmin adini sisteme vurdular hecne cixmadi. Sexi bu niye bele oldu, bir cavab ver, hardasan cavab ver” sözləri yazılan. xx.xx.2021 -ci il tarixdə, saat 10:50:34-də. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsindən, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsinə, məzmununda “Ozun bil kim dedi ged ora ozun bilan yaxwidi nagadar bela edacaksan belada olacag halalik” sözləri yazılan. xx.xx.2021 -ci il tarixdə, saat 10:51:21-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən. Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda "Men xacmazdayam, Efsanenin söhbeti ile maraqlandim o söhbet de yoxdur.gardas niye bele oldu cavab yaz” sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 10:53:33-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “2800 manat ne olacaq" sözləri yazılan, xx.xx.2021 -ci il tarixdə, saat 14:58:48-də, Zərərçəkmiş şəxs1 istifadəsində olan 9947Q6916506 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “Sexi cin nomrem baqlidir, nardanda zeng etırıek olmur” sözləri yazılan. xx.xx.2021-ci il tarixdə, saat 18:07:39-da, Zərərçəkmiş şəxs1 istifadəsində olan **********06 nömrəsindən, Təqsirləndirilən şəxs istifadəsində olan **********64 nömrəsinə, məzmununda “salam Sexi, necesen, ishlerin necedir, mama, baci. uşaqlar necedir, haralardasan. Yetim pensiya söhbeti ile maraqlanmisan pensiya söhbeti ne yerde qaldi” sözləri yazılan SMS-lər göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi, içərisində özü ilə Təqsirləndirilən şəxs səs yazısının olduğunu bildirdiyi bir ədəd diskdə olan 9 ədəd elektron səs sənədində olan səs yazılarına tərəfimdən 21,08.2022-ci il tarixdə baxış keçirilmiş və müəyyən edilmişdir ki. diskdə olan “ 1” adlı səs sənədində sıra ilə birinci səs “Mənə bax. Kod səhf göstərir”, ikinci səs “Səhf göstərir?”, birinci səs “Bəli bəli”, ikinci səs “Gözdə indi yığaram səni”, “2” adlı səs sənədində sıra ilə birinci səs “Salam əleykum”, ikinci səs “Bağışda ki sənə cavab verə bilmədim”, birinci səs “Yox ata, mən sənə zəng, evdəydim elə, əmi dedi ki. mən gəlirəm dedi. Dedim gəl bir dənə soruşub deyərəm sənə", ikinci səs “mənə bax e”, birinci səs “haycan?”, ikinci səs “düzəlib”, birinci səs “nə qədər”, ikinci səs “iki min düzəlib, beş yüzü də sabah günortaya kimi söz veriblər”, birinci səs “Onda bir dəyqə sən dayan, mən deyim buna sabah axşama kimi bunun kəsiri olacaq. Yəni açıq olsun da”, ikinci səs “hə hə”, birinci səs “Sabah axşama kimi belə olacaq. Razısan sabah axşam birlikdə gətirim. Ya istəyirsən gətirim bunu verim. Sabah axşam da o birini verərəm”, ikinci səs “Sən mənə xəbər edərsən”, “3” adlı səs sənədində sıra ilə birinci səs “Bir də ki”, ikinci səs “Hə”, birinci səs “Yoldaşının şeyi var e. o pensiya söhbəti?”, ikinci səs “Hə” , birinci səs “Danışdım. Daha rahatam biraz. Səhər gələrsən telefonluq deyil. Danışaq pramoy görüşəcəyik. Nədir nə deyil 6 ay ərzində verəcək kartı” . ikinci səs “hə” , “4" adlı səs sənədində sıra ilə birinci səs “Hə olsun ata. Saat 4 üçün sən də hazırla pulu" , ikinci səs “Yaxşı yaxşı. Mən uje dosdumdan götürmüşəm. Narahat olma” , birinci səs “Uje hazırdı?” , ikinci səs “Hə. Mən yeməy yeyirdim. Çıxacaqdım inşallah sənə zəng etməyə” , birinci səs “Hə olsun ata olsun. Sən narahat olma. Özüm elə ordan elə gələcəm. Xaçmazdan” , ikinci səs “Hə”, birinci səs “Gəlib səni görüb söhbət edib qayıdacam” , ikinci səs “Oldu qardaş” , “5” adlı səs sənədində sıra ilə birinci səs “Otuzdurdum. 301 manat. Mamaşanın kartına”, ikinci səs “İndi bir dəqiqə dayan. Bir dənə qəbzini saxla başqa heç nə lazım deyil", birinci səs “Oldu can. Axşam sənə şəklini göndərəcəm görəssən ki, var”, ikinci səs “hə yaxşı. Oturmuyub”, birinci səs “Narahat olma da. Fso oturdu uje. Mən burda şəkli çekim. Qəbzi də götürdüm”, ikinci səs Qəbzi uje çıxdı səndə?”, “6” adlı səs sənədində sıra ilə birinci səs “Qəbzi götürdüm uje məndədi”, ikinci səs “298 manat oturdu”, birinci səs “mən 301 manat otuzdurmuşam. Narahat olma arxayın ol”, ikinci səs “bir dənə qəbzi saxla”, birinci səs “oldu səxi”, ikinci səs “eşidirsən?”, birinci səs “hə”, ikinci səs “sən göndərdiyin 301 manat var ha səxi, Saniyənin nömrəsinə at da onu”, birinci səs “Qəbzi? Prablem yoxdu. Mən sənin öz Whatsappına atacam pramoy”, ikinci səs “Hə at at mənim Whatsappıma”, birinci səs “İnşallah səninlə əmanəti götürəy ayın axırına”, ikinci səs “Allah qoysa, qurban olum allaha yaxşı olacaq inşallah”, “7" adlı səs sənədində sıra ilə birinci səs “Mənə o pensiya üçün, yoldaşının pensiyası üçün zəng etmişdilər. Eşidirsən", ikinci səs'"Hə”, birinci səs “Qadın. Deməli Allahın köməkliyi ilə birinci qrup amma ki, bulara pul lazımdı. Aprelin axırına kimi həll edib kartı çıxardıb verəcəklər”, ikinci səs “Hə”, birinci səs "Daha iyun ayına saxlamır. Deməli bir qadındı. Adı da ki.... nə bilib bir təhər adı var idi. Opşim mənə zəng ediblər. Bayaq gedmişdim pensiyonnu fonda. Pramoy əminin özü ilə danışdım. Burdadı. Dedi ki, aprelin axırma birinci qrup üçün isdiyirsənsə kartı almaq denən mənə”, ikinci səs “Mənə bax e yoldaşımın söhbətidi də?”, birinci səs “Hə hə hə. O pensiya var idi ha. Gəlinbacı üçün”, ikinci səs “Nə vaxd düzəlir o kart söhbəti. Düzəlir ya yox”, birinci səs “Yox e aaa. O nə deməkdi. O indi bu dəyqa bax. Orxanın göru haqqı, atamın goru haqqı deyirəm. Bayaq gedmişdim ora. Dedi bu dəqiqə aprelin axırına rahlanmaq üçün birinci qrup üçün 500 manat pul göndər rahlayım verim”, ikinci səs “Belə isə iyun ayında?", birinci səs “Belə iyun ayında iyun ayında. O da ki, ikici qrup ikici qrup", ikinci səs “Olsun e səxi indi pul yoxdu yetim”, birinci səs “Mən ona dedim ki. deyərəm məsləhət görərəm. Amma belə belə o sərf edir ki, aprelin axırına birinci qrupnan”, “8” adlı səs sənədində sıra ilə birinci səs “Zəng elədim mən. Səxi. danışdım”, ikinci səs “Hə”, birinci səs “Xammnan danışdım, kişi ilə də. Əmi dedi ki, 301 manat vursun. Qalan 200 manatı saxlasın danışdığımız kimi. 300 manat ora köçməlidi. Yəqin 200 manat onun öz cibinə gedəndi”, ikinci səs “Hə. Bilmirəm. Keçən dəfə sənə demişdim pul götürmüşdüm e dosdardan. Baxım görüm olar maaş alıb. Axır söz veriblər”, birinci səs “Demişəm ona bayaqları. Çıxardıb atıb bu ayın şeyinə. Gözdiiyür ki, 301 manat ora otursun. Oların dövlət rüsumudu. 200 manat yəqin özünündü. Açıq dedi mənə. Onu da danışdığımız kimi. Dedim yaxşı prablem yoxdur", ikinci səs “Oldu inşallah o kartı aprelin axırı ya da mayın 1 alacayıq da yəni? Çünki mən uşaqlara”, birinci səs “Aym biri ikisi maksimum. Uzağı uzağı. İnşallah”, ikinci səs “Sabah inşallah”, birinci səs “Oldu? Sabah allah qoysa saat doqquza-ona həll edərsən zəng eliyərsən mənə. Mən zəng eliyəcəm ora alacam kod. Vurarsan ora qəbzi də saxlayarsan”, ikinci səs "Oldu yaxşı yaxşı”, “9” adlı səs sənədində sıra ilə birinci səs “Danışdım. Ya ciyər, ya da ki böyrək dalaq söhbəti var e?”, ikinci səs “Hə”, birinci səs “Olardan sən özün orda hansı bir normal həkim varsa eləsən. Elə bil ki 233 manatla çıxacaq bacı pensiyaya”, ikinci səs “Hə. Orda (anlaşılmayan söz) istiyirəm mən”, birinci səs “yox yox o lazım deyil”, ikinci səs “O lazım deyil hə?”, birinci səs "Mən sənə deyəcəm səxi. Mən sənə deyəcəm əmi mənə deyəndə yoxdu? Sən hansı ki kağız alacaqsan e həkimdən”, ikinci səs “Hə”, birinci səs “Ona uyğun xaçmazın öz həkimləri var da bilir. Kağızımızı verəcəy həqiqətən də yararsız kimi. Ya ciyər ya böyrək dalaq. Çalış bulardan elə ki sora da düzəlsin", ikinci səs "Mənə bax e. Həmin bu işi düzəldən özü həkimə bizi yönəldəcəy də yəni?”, birinci səs “Necə necə?”, ikinci səs "Bizim söhbətimizin üsdünə düşən şəxs o həkimlərin yanma yönəldəcəydə bizi. Nə etmək lazımdır nə etmək yox?”, birinci səs “Özü bilirdə Səxi. Bizim nəyimizə lazım. Bizə deyəcəy get “Səxinin” yanma. Gələciy hə danq peçatın vurdu fso”, ikinsi səs “Hə fso da hə qardaşımsan”, birinci səs "Prosta indi sabah danışanda haqq hesabın düz e bunun”, ikinci səs “Hə o heç də təbii ki”, birinci səs “Elə bil ki, 28 may, may iyin ayının on beşinə iyirmisinə kartın alacaq, ikinci səs Oldu. Sabah inşallah onun yarısı....”, sözlərini işlətmişdir. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 “1”, “5” və “6” adlı səs sənədlərində birinci səsin özünə, ikinci səsin Təqsirləndirilən şəxs, “2”, “3”, “4”, “7”, “8” və “9” adlı səs sənədlərində birinci səsin Təqsirləndirilən şəxs, ikinci səsin özünə aid olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə fonoskopik ekspertizasının 10 noyabr 2022-ci il tarixli 4/1463-4/1471 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi Təqsirləndirilən şəxs məxsusdur. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO" markalı CD-R diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqində imitasiya və ya səsin texniki vasitələrlə dəyişdirilməsi əlamətləri müəyyən olunmadı. Ekspertizaya təqdim olunmuş 1 ədəd “PRİNCO” markalı CD-R diskdə olan mübahisəli fonoqramlar ilkin deyildir. “9" adlı mübahisəli fonoqramın 18-ci saniyəsində montaj üçün xarakterik olan faydalı siqnalın qısa müddətli itməsi və həmin hissədə sözlərarası məntiqi rabitənin itməsi qeydə alınmışdır. Digər mübahisəli fonoqramlardakı danışıqlarda, həmçinin “9” adlı mübahisəli fonoqramın digər hissələrində məntiqi ardıcıllığın pozulması, kəskin fon sıçrayışları və audosiqnalın itməsi, diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi, akustik fonun kəskin şəkildə dəyişməsi qeydə alınmamışdır. Lakin, mübahisəli fonoqramlar ilkin olmadığından və mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər montaj əlamətlərinin eləcə də digər dəyişikliklərin olub olmamasını müəyyən etmək mükün olmadı. Məhkəmə fonoskopik ekspertiza rəyinin mətnlərində “K2” kimi işarə olunmuş diktorun səsi zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi disk daşıyıcıdakı 9 ədəd elektron səs sənədində olan səs yazılarına baxış keçirilərkən tərtib edilmiş protokolda sonuncunun Təqsirləndirilən şəxs məxsus olmasını bildirdiyi səslərlə üst üstə düşür. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi, arvadı Şahid2 xəstəliyi ilə əlaqədar olaraq təqaüdə çıxması üçün Təqsirləndirilən şəxs verdiyi 8401 (səkkiz min dörd yüz bir) manat pulun 301 (üç yüz bir) manatını göndərməsi barədə qəbzə tərəfimdən baxış keçirilmiş və müəyyən edilmişdir ki. qəbz “Milliön elektron ödəmə sisteminə" məxsus olan 21083 nömrəli Xaçmaz rayonu. Xudat şəhəri H.Əliyev küçəsi “Amin" marketdə yerləşdirilmiş terminala məxsus olmaqla xx.xx.2021 -ci il tarixli qəbzdir. Qəbzin üzərində "xxxx" xidmətinin nağd ödənişi əməliyyatının aparılması, ödəniş olunan kartın sahibinin Ad soyad Ad hissəsində X6 qeyd olunması, 301,00 AZN məbləğdə pulun 6****9337 nömrəli karta ********* nömrəli əməliyyatla köçürülməsi qeyd edilmişdir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs qəbzdə qeyd olunan X3 onun doğma anası olması, 301 manat pulun həqiqətəndə xx.xx.2021-ci il tarixdə yuxarıda qeyd edilən anasının təqaüd kartına Zərərçəkmiş şəxs1 tərəfindən arvadının xəstəliyi ilə bağlı təqaüdə çıxmasını təşkil etməsi üçün köçürülməsini, həmin kartın daimi olaraq anasının icazəsi ilə öz istifadəsində olmasını həmin 301 manat pulu özünün çıxararaq istifadə etməsini bir daha etiraf etmişdir. Fləmçinin baxışda iştirak edən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs dediklərini təsdiq edərək həmin pulu özünün qəbzdə qeyd olunduğu kimi köçürməsini qəbzin şəklini də Səxavətdən şübhə etdiyi üçün çəkdiyini bildirdi. O həmin pulu Təqsirləndirilən şəxs öz arvadının xəstəliklə bağlı təqaüdə çıxması üçün verməsini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə tibbi ekspetizasının 12 avqust 2022-ci il tarixli 345/MEŞ saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs3 “döş qəfəsinin küt travması ilə əlaqədar sol tərəfli hemopnevmotoraksla müşayiət İV, V, Vİ, Vİİ, Xİİ qabırğaların sınıqları, sol almacıq-əng kompleksinin və alt çənə sümüyünün söldan vertikal şaxəsinin və sağdan mental hissəsinin sınıqları, sol orbita ətrafı nahiyənin hematoması" aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtomaşının salonunda yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə tibbi ekspetizasının 12 avqust 2022-ci il tarixli 344/MEŞ saylı rəydən görünür ki. Zərərçəkmiş şəxs2 "döş qəfəsinin küt travması ilə əlaqədar sağdan İX. X soldan İX, X, Xİ qabırğaların qəlpəli sınıqları, sağ tərəfli pnevımotoraks. Hidrotoraks, sağ ağciyərin parenximasının yayılmış və sol ağciyərin bazal hissəsinin əzilməsi, hər iki almacıq-əng kompleksinin, burun sümüklərinin sınıqları, alt çənədə hər iki bucaqda və simfizdə sınıqlar, sağ mental nahiyədəyerdəyişmiş sınıq, üst və alt alveolların sınıqları, sağ sirkə kasası dibinin, sağ oturaq və qasıq sümüyünün sınığı, sol bazu said nahiyəsinin əzilmiş cırılmış yaraları" aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir, yolnəqliyyat hadisəsi nəticəsində sərnişini olduğu avtomaşının salonunda yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 11 oktyabr 2022-ci il tarixli 8/2768 nömrəli rəyindən görünür ki, İstintaq tərəfindən təqdim ediliş materiallara əsasən Ravon R3 markalı ** PB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında’' Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan "xxxx" MMC-nin 14 aprel 2022-ci il tarixli 6192 nömrəli məktubu ilə daxil olmuş bir ədəd, "xxxx" MMC-nin 14 aprel 2022-ci il tarixli AZF/LGL-7985/22 nömrəli məktubu ilə daxil olmuş bir ədəd, "xxxx" MMC-nin 18 aprel 2022-ci il tarixli BKC/LGL5925/22 nömrəli məktubu ilə daxil olmuş bir ədəd və Zərərçəkmiş şəxs1 təqdim etdiyi içərisində səs yazıları olan bir ədəd disk daşıyıcılar xx.xx.2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışlar. Maddi sübut kimi tanınmış 4 ədəd disk daşıyıcı cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs2 notarial qaydada verdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Zərərçəkmiş şəxs3 notarial qaydada verdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Göründüyü kimi, Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsi üzrə zərərçəkmiş şəxslərlə barışdığından cinayət qanunvericiliyinin tələblərinə əsasən onun məsuliyyətdən azad edilməsi üçün əsaslar mövcuddur. Belə olan halda, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət təqibinə xitam verilməli, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə isə barəsində ittiham hökmü çıxarılmaqla cəzalandırılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə niyyəti ilə tanışı Zərərçəkmiş şəxs1 arvadı Şahid2 xəstəliyi ilə əlaqədar sonuncuya sosial təqaüdün verilməsini həll edəcəyinə dair yalan vədd verib aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 04 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonu, Xudat şəhərində yerləşən Heydər Əliyev parkında 2500 (iki min beş yüz) manat. 18 yanvar 2021-ci il tarixdə Xaçmaz rayonu Mürşüdoba kəndi əazisində yerləşən Xaçmaz-Xudat yolu üzərindəki dayanacaqda 5600 (beş min altı yüz) manat şəxsən alıb, həmçinin 11 aprel 2021-ci il tarixdə, saat 12:09-da Xaçmaz rayonu, Xudat şəhəri, H.Əliyev küçəsində yerləşən Amin marketdə quraşdırılmış 21083 nömrəli “MilliÖn” terminalından onun istifadəsində olan anası X9ma məxsus 6****9337 nömrəli "xxxx" ASC-nin plastik karta mədaxil edilmiş 301 (üç yüz bir) manat məbləğində pul vəsaitini alıb ələ keçirməklə ümumilikdə Zərərçəkmiş şəxs1 xeyli miqdar təşkil edən 8401 (səkkiz min dörd yüz bir) manat məbləğində maddi ziyan vurub dələduzluq etmiş, yəni, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Bundan başqa o, təkrar, eyni niyyətlə tanışı Zərərçəkmiş şəxs4 xx.xx.2020-ci il tarixdə şəhid olmuş oğlu X12 Xaçmaz rayonu Mürşüdoba kənd qəbiristanlığında yerləşən qəbrinin ətrafını hasarlatmaq, çardaq qurmaq və xatirə üçün otaq düzəltdirmək vədi ilə etibarından sui-istifadə edib aldadaraq Zərərçəkmiş şəxs4nm adma xx.xx.2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" ASC-nin Xaçmaz rayon filialında GTKR341 1503A166 nömrəli müqavilə əsasında rəsmiləşdirmiş 8000 (səkkiz min) manat məbləğində kredit vəsaitini həmin bankın qarşısında Zərərçəkmiş şəxs4 alıb ələ keçirməklə təkrar, xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, yəni, təkrar, xeyli miqdarda ziyan vurmaqla etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi həmin əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayəti şəhid anasına qarşı törətməsi, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 263.1-1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan olunmuş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından yayındığından Xaçmaz rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(067)-59/2023 saylı qərarı ilə barəsində axtarış elan edilmiş və polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X4 25 iyul 2023-cü il tarixdə saxlanılaraq MSY-yə yerləşdirilmişdir. 14 may 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs yenə də məhkəmə istintaqından yayındığına görə Xaçmaz rayon məhkəməsinin 09 iyul 2024-cü il tarixli 1(067)-8/2024 saylı qərarı ilə barəsində axtarış elan edilmiş və başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək, həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, X4 21 noyabr 2024-cü il tarixdə saxlanılaraq MSY-yə yerləşdirilmişdir və hal-hazıradək həbsdə saxlanılır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 21 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdən 14 may 2024-cü il tarixədək həbsdə saxlanıldığı 09 ay 19 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılmalıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanlarını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsələr də, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərər çəkmiş şəxs zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 335 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilməlidir Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 09 ay 19 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 il 08 ay 11 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 21 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış 4 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mülki iddia və xüsusi müsadirənin olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İş üzrə ekspertiza xərci olan cəmi 335 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X7, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına keçirilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-5/2025
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-5/2025
04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver