Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-50/2022 31.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şəhər (rayon) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2 barəsində "polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış və bu fakt 01 dekabr 2021 -ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən “Şeş-beş” çay evində saxlanılıb Xaçmaz rayon Polis Şöbəsinə gətirilərək həmin gün Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında onun üzərində saat 17:50-dən 18:00-dək olan müddətdə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol arxa cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunda saxladığı l(bir) ədəd bükümdə 0,378 qram çəkidə narkotik vasitə olan heroin, 3(üç) ədəd bükümdə ayrı ayrılıqda 0,098 qram, 0,713 qram, 0139 qram ümumilikdə 0,950 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, “kakos” kimi tanıdığı narkotik vasitədən tüstüsünü çəkməklə istifadə etmiş, 01.12.2021 -ci il tarixdə səhər saat 10-11 radələrində yaşadığı evdən çıxaraq işlədiyi Xaçmaz şəhəri N.Nərimanov küçəsinə gəlmiş, həmin zaman yaşadığı Xaçmaz şəhəri, 28 may küçəsində olan zibilqabınm yaxınlığında siqaret qutusu tapmış, o, özü siqaret istifadəçisi olduğundan həmin siqaret qutusunun içərisində siqaret olmasını düşünərək yerdən götürmüş, həmin zaman o, tək olmuş, o, siqaret qutusunun içərisinə baxdığı zaman orada iki ədəd kağız və bir ədəd sellofan bükümdə ağ rəngli "patı” kimi tanıdığı psixotrop maddənin, bir ədəd sellofan bükümdə “kakos” kimi tanıdığı narkotik vasitənin və bir ədəd sellofan bükümdə “nəşə” kimi tanıdığı narkotik vasitənin həmçinin boru formasında bükülmüş kağızın olmasını görmüş, o, həmin tapdıqlarını daha sonradan özü istifadə etmək üçün üzərində saxlamış, bundan sonra iş yerinə getmiç, günorta saatlarından sonra o, həmin tapdiğı narkotik vasitəni istifadə etmək üçün Xaçmaz şəhərində yerləşən “Şeş-beş” kafesinə getmiş, o, orada oturaraq üzərində olan kağızdan borucuq düzəltmiş və “kakos” kimi tanıdığı narkotik vasitəni yandıraraq həmin tüstünü boru vasitəsilə ağzından çəkmiş, lakin həmin kağız yandığından o, 5 manatlıq pul əskinasından boru düzəltmiş, bu zaman kafeyə polis əməkdaşlarının daxil olmasını görmüş, o, həmin zaman əlindəkiləri cibinə qoymuş, lakin onun özünü həyəcanlı aparmağını polis əməkdaşları hiss edərək onu Xaçmaz RPŞ-nə dəvət etmiş, Xaçmaz RPŞ-də ona müdafiəçi təqdim edilmiş və bundan sonra üzərinə polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən həmin tapdığı siqaret qutusu, içərisində olan 3 ədəd bükümdə patı, bir ədəd bükümdə kakos, bir ədəd bükümdə nəşə, bir ədəd boru formasında bükülmüş boş kağız aşkar edilmiş, həmçinin üzərindən kakos istifadə etmək üçün boru halına saldığı bir ədəd kağız və bir ədəd beş manatlıq pul əskinası aşkar edilmiş, həmin aşkar edilmiş predmetlər müvafiq qaydada qablaşdırılaraq götürülmüş, o və digər iştirakçılar zərfin üzərini imzalarla təsdiq etmiş, üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o və digər iştirakçılar tərəfindən protokol imzalarla təsdiq edilmiş, verilən suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilənləri yaşadığı Xaçmaz şəhəri 28 may küçəsində olan zibil qutularının yaxınlığında tapmış, üzərində gəzdiməyinin məqsədi şəxsi istifadəsi olmuş, heç kimə narkotik vasitə satmamış, heç kimdən narkotik vasitə almadığını bildirmişdir. Törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirir, ona güzəşt edilməklə yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X19 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 göstərdi ki, 01 dekabr 2021-ci il tarixdə Xaçmaz şəhəri, N.Nərimanov prospektində Xaçmaz RPŞ-nin PPXB-nin, polis nəfəri, polis baş serjantı Şahid3 Şahkərəm oğlu və Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X8 ilə birlikdə xidmətdə olan zaman saat 16:50-də həmin prospektdə yerləşən “Şeş-Beş” adlı çay evində bir nəfər şəxsin narkotik vasitələrdə istifadə etdiyini, onları gördükdə özünü şübhəli apararaq ordan uzaqlaşmağa cəhd etdiyini görmüş, bundan sonra onlar həmin şəxsə özlərini təqdim etdik. Xaçmaz RPŞ-yə gətirmiş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ünvan 6an Təqsirləndirilən şəxs olması müəyyən edilmiş, bundan sonra Xaçmaz RPŞ-nin inzibati binasında Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X12 xidməti iş otağında Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2, onun. Xaçmaz RPŞ-nin PPXB-nin, polis nəfəri, polis baş serjantı Şahid3 Şahkərəm oğlunun, Xaçmaz RPŞ-nin PPXB-nin, polis nəfəri, polis serjantı X3 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə İbrahimov FSrid Elxan oğlunun üzərinə şəxsi axtarış keçirilmiş, müstəntiq özünü təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs müraciət edərək, özünü təqdim etməsini tələb etmiş, həmin vaxt saxlanılan şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, müstəntiq Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, onun üzərində narkotik vasitələri qanunsuz olaraq saxlamaqla daşımaqda şübhəli bilinərək Xaçmaz RPŞ-nə gətirildiyini bildirmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Xaçmaz rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 təqdim edilməsi bildirilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb xidməti otaqda masanın üzərinə qoyması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən bir ədəd üzərində “Sobranie” yazılan siqaret qutusunu, gödəkcənin sol yan cibindən bir ədəd qulaqcığı, bir ədəd topa halda kağız bükümü, bir ədəd şirniyyat kağızı bükümünü, gödəkcənin sağ yan cibindən üzərində “Winston” yazılan siqaret qutusunu, şalvarın sol yan cibindən bir ədəd dəsmalı, şalvarın sağ arxa cibindən 35 manatlıq pul əskinasım çıxararaq stolun üzərinə qoymuş, topa halda bükülmüş kağız açıldıqda içərisində iki ədəd boru halında olan kağızlar və bir ədəd boru halında 5 manatlıq pul əskinası aşkar olunmuş, üzərində “Winston” yazılan siqaret qutusu açıldıqda içərisində istifadə edilməmiş siqaretlərin olması müəyyən edilmiş, şirniyyat kağız bükümü açıldıqda içərisində gümüşü rəngli, içərisi boş olan kağız kəsikləri aşkar edilmiş, üzərində “Sobranie” sözü yazılmış siqaret qutusunun içərisinə baxılan zaman orada iki ədəd gümüşü rəngli kağız bükümlər, üç ədəd sellofan bükümlər aşkar edilmiş, iki ədəd gümüşü rəngli kağız bükümlər açıldıqda içərisindən kristalşəkilli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin “patı” yəni psixotrop maddə metamfetamin olduğunu bildirmiş, üç ədəd sellofan bükümlər açıldıqda bir sellofan bükümdə ağ rəngli kristalşəkilli maddə, növbəti sellofan büküm açıldıqda içərisindən tünd yaşıl rəngli, bitki mənşəli kütlə, növbəti sellofan büküm açıldıqda isə içərisində tünd qəhvəyi rəngli kütlənin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs sellofan bükümdə aşkar edilən ağ rəngli kristalşəkilli maddənin “patı”, yəni psixotrop maddə metamfetamin, digər sellofan bükümdə aşkar edilən tünd qəhvəyi rəngli kütlənin “kakos”, yəni narkotik vasitə heroin, digər sellofan bükümdə aşkar edilən tünd yaşıl rəngli bitki mənşəli kütlənin isə “nəşə”, yəni narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirmiş, həmin narkotik vasitə və psixotrop maddələri tapdığını, kağız borulardan həmin narkotik vasitə və psixotrop maddələri qəbul etmək üçün istifadə etdiyini bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə, həmin bükümlərin olduğu “Sobranie” markalı siqaret qutusu, iki ədəd boru halında kağız və bir ədəd boru halında 5 manatlıq pul əskinası ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılıb möhürlənərək müstəntiq tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd dəsmal, 35 manat pul, qulaqcıqlar, üzərində “Winston” yazılan siqaret qutusu götürülməyərək özünə qaytarılmış, bu barədə protokol tərtib edilmiş, o və şəxsi axtarışda iştirak edən digər şəxslər qablaşmanın üzərini imzaları ilə təsdiq etmişdirlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X19 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 Şahkərəm oğlu və Xaçmaz rayon X11 Mübarizə Qrupunun əməliyyat müvəkkili, Şahid2 məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon X19 Patrul Xidməti Bölüyünün polis nəfəri, polis serjantı Şahid1 ifadəsinə oxşar ifadə verərək qeyd olunan xüsusatları təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 01 dekabr 2021-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, barəsində şəxsi axtarış aparılan şəxs Təqsirləndirilən şəxs yaşıl rəngli gödəkçə, göy rəngli köynək və qara rəngli şalvar olmuş, şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən bir ədəd üzərində “Sobranie” yazılan siqaret qutusunu, gödəkcənin sol yan cibindən bir ədəd qulaqcığı, bir ədəd topa halda kağız bükümü, bir ədəd şirniyyat kağızı bükümünü, gödəkcənin sağ yan cibindən üzərində “Winston” yazılan siqaret qutusunu, şalvarın sol yan cibindən bir ədəd dəsmalı, şalvarın sağ arxa cibindən 35 manatlıq pul əskinasını çıxararaq stolun üzərinə qoymuş, topa halda bükülmüş kağız açıldıqda içərisində iki ədəd boru halında olan kağızlar və bir ədəd boru halında 5 manatlıq pul əskinası aşkar olunmuş, üzərində “Winston” yazılan siqaret qutusu açıldıqda içərisində istifadə edilməmiş siqaretlərin olması müəyyən edilmiş, şirniyyat kağız bükümü açıldıqda içərisində gümüşü rəngli, içərisi boş olan kağız kəsikləri aşkar edilmiş, üzərində “Sobranie” sözü yazılmış siqaret qutusunun içərisinə baxılan zaman orada iki ədəd gümüşü rəngli kağız bükümlər, üç ədəd sellofan bükümlər aşkar edilmiş, iki ədəd gümüşü rəngli kağız bükümlər açıldıqda içərisindən kristalşəkilli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin “patı” yəni psixotrop maddə metamfetamin olduğunu bildirmiş, üç ədəd sellofan bükümlər açıldıqda bir sellofan bükümdə ağ rəngli kristalşəkilli maddə, növbəti sellofan büküm açıldıqda içərisindən tünd yaşıl rəngli, bitki mənşəli kütlə, növbəti sellofan büküm açıldıqda isə içərisində tünd qəhvəyi rəngli kütlənin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs sellofan bükümdə aşkar edilən ağ rəngli kristalşəkilli maddənin “patı”, yəni psixotrop maddə metamfetamin, digər sellofan bükümdə aşkar edilən tünd qəhvəyi rəngli kütlənin “kakos”, yəni narkotik vasitə heroin, digər sellofan bükümdə aşkar edilən tünd yaşıl rəngli bitki mənşəli kütlənin isə “nəşə”, yəni narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirmiş, həmin narkotik vasitə və psixotrop maddələri tapdığını, kağız borulardan həmin narkotik vasitə və psixotrop maddələri qəbul etmək üçün istifadə etdiyini bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə, həmin bükümlərin olduğu “Sobranie” markalı siqaret qutusu, iki ədəd boru halında kağız və bir ədəd boru halında 5 manatlıq pul əskinası ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılıb möhürlənərək müstəntiq tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd dəsmal, 35 manat pul, qulaqcıqlar, üzərində “Winston” yazılan siqaret qutusu götürülməyərək özünə qaytarılmış, daha sonra bu barədə protokol tərtib edilmiş, o və şəxsi axtarışda iştirak edən digər şəxslər qablaşmanın üzərini imzalarıyla təsdiq etmişdirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan video diskdən görünür ki, Xaçmaz RPŞ-nin istintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X12 xidməti iş otağında Xaçmaz RPŞ-nin, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1, Xaçmaz RPŞ-nin PPXB-nin, polis nəfəri, polis baş serjantı Şahid3 Şahkərəm oğlunun, Xaçmaz RPŞ-nin PPXB-nin, polis nəfəri, polis serjantı X2 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, müstəntiq özünü təqdim etdikdən sonra, saxlanılan şəxsə müraciət edərək, özünü təqdim etməsini tələb etmiş, həmin vaxt saxlanılan şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, müstəntiq Təqsirləndirilən şəxs hüquqlarını izah edərək, üzərində narkotik vasitələri qanunsuz olaraq saxlamaqla daşımaqda şübhəli bilinərək Xaçmaz RPŞ-nə gətirildiyini bildirmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Xaçmaz rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 təqdim edilməsi bildirmiş, daha sonra onun üzərində vəkilinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirmiş, şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində olan əşyaları çıxarıb xidməti otaqda masanın üzərinə qoyması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol arxa cibindən bir ədəd üzərində “Sobranie” yazılan siqaret qutusunu, gödəkcənin sol yan cibindən bir ədəd qulaqcığı, bir ədəd topa halda kağız bükümü, bir ədəd şirniyyat kağızı bükümünü, gödəkcənin sağ yan cibindən üzərində “Winston” yazılan siqaret qutusunu, şalvarın sol yan cibindən bir ədəd dəsmalı, şalvarın sağ arxa cibindən 35 manatlıq pul əskinasını çıxararaq stolun üzərinə qoymuş, topa halda bükülmüş kağız açıldıqda içərisində iki ədəd boru halında olan kağızlar və bir ədəd boru halında 5 manatlıq pul əskinası aşkar olunmuş, üzərində “Winston” yazılan siqaret qutusu açıldıqda içərisində istifadə edilməmiş siqaretlərin olması müəyyən edilmiş, şirniyyat kağız bükümü açıldıqda içərisində gümüşü rəngli, içərisi boş olan kağız kəsikləri aşkar edilmiş, üzərində “Sobranie” sözü yazılmış siqaret qutusunun içərisinə baxılan zaman orada iki ədəd gümüşü rəngli kağız bükümlər, üç ədəd sellofan bükümlər aşkar edilmiş, iki ədəd gümüşü rəngli kağız bükümlər açıldıqda içərisindən kristalşəkilli kütlə aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin “patı” yəni psixotrop maddə metamfetamin olduğunu bildirmiş, üç ədəd sellofan bükümlər açıldıqda bir sellofan bükümdə ağ rəngli kristalşəkilli maddə, növbəti sellofan büküm açıldıqda içərisindən tünd yaşıl rəngli, bitki mənşəli kütlə, növbəti sellofan büküm açıldıqda isə içərisində tünd qəhvəyi rəngli kütlənin olması aşkar edilmiş, Təqsirləndirilən şəxs sellofan bükümdə aşkar edilən ağ rəngli kristalşəkilli maddənin “patı”, yəni psixotrop maddə metamfetamin, digər sellofan bükümdə aşkar edilən tünd qəhvəyi rəngli kütlənin “kakos”, yəni narkotik vasitə heroin, digər sellofan bükümdə aşkar edilən tünd yaşıl rəngli bitki mənşəli kütlənin isə “nəşə”, yəni narkotik vasitə-qurudulmuş marixuana olduğunu bildirmiş, həmin narkotik vasitə və psixotrop maddələri tapdığını, kağız borulardan həmin narkotik vasitə və psixotrop maddələri qəbul etmək üçün istifadə etdiyini bildirmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd gümüşü rəngli kağız bükümdə və 01 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetaminə bənzər maddə, 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər maddə, 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlə, həmin bükümlərin olduğu “Sobranie” markalı siqaret qutusu, iki ədəd boru halında kağız və bir ədəd boru halında 5 manatlıq pul əskinası ekspertizaya təqdim edilməsindən ötrü qablaşdırılıb möhürlənərək müstəntiq tərəfindən götürülmüş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən bir ədəd dəsmal, 35 manat pul, qulaqcıqlar, üzərində “Winston” yazılan siqaret qutusu götürülməyərək özünə qaytarılmış, «DVD» formatlı diskdə olan video görüntü 08 dəqiqə 26 saniyə davam etmiş, video görüntüyə baxış keçirilən zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 da baxışda iştirak etmiş və Təqsirləndirilən şəxs video görüntüdəki şəxsin özü olduğunu bildirmiş və baxış keçirilməsi, bu barədə tərəfindən protokol tərtib olunması ilə bağlı heç bir vəsatətinin və etirazının olmadığını bildirmişdir. İş materiallarından görünür ki, X6 üzərində şəxsi axtarış aparılan zaman aparılmış videoçəkilişin köçürüldüyü, şəxsi axtarış protokoluna əlavə edilmiş 01 (bir) ədəd DVD disk 05 dekabr 2021-ci il tarixli qərarla cinayət işi üzrə maddi sübut hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 02 dekabr 2021-ci il tarixli, 6/5345 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs (imza)” yazısı olan zərfdəki l(bir) ədəd bükümdə təmiz çəkisi 0,378qr tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış«? narkotik vasitə heroindir, 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,098qr, 0,713qr, 0,139qr, ümumi təmiz çəkisi 0,950qr ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və bir ədəd boruşəkilli kağız parçasının içərisində heroinin, 5 manatlıq boruşəkilli pul əskinazının içərisində metamfetaminin izləri vardır. Şəkilində olduğu üçün, heroinin və metamfetaminin çəkisini və bükümlərdəki heroinlə və metamfetaminlə eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 05 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən maddi sübut kimi aşkar edilərək götürülmüş 0,378 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,328 qramı, 0,950 qram çəkidə psixotrop maddə - ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,800 qram metamfetaminin saxlanılması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsi tərəfindən verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamasının 17 dekabr 2021-ci il tarixli, 5167 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsəhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 665 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs orta təhsillidir, subaydır, Xaçmaz şəhəri. Dədə Qorqud küçəsi ev 27 ünvanında daimi qeydiyyatda olsa da faktiki olaraq atası X1, anası X10 və bacısı X9 ilə birlikdə Xaçmaz şəhəri, 28 may küçəsi ev 97 ünvanında yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayon İcra Hakimiyyət Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ictimai xasiyyətnaməydən görünür ki, Təqsirləndirilən şəxs əsasən müsbət xarekterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istifadəsi üçün istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış və bu fakt 01 dekabr 2021 -ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz şəhəri, Nərimanov prospektində yerləşən “Şeş-beş” çay evində saxlanılıb Xaçmaz rayon Polis Şöbəsinə gətirilərək həmin gün Xaçmaz şəhəri, H.Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz rayon Polis Şöbəsinin inzibati binasında onun üzərində saat 17:50-dən 18:00-dək olan müddətdə şəxsi axtarış aparılan zaman əynində olan şalvarın sol arxa cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunda saxladığı l(bir) ədəd bükümdə 0,378 qram çəkidə narkotik vasitə olan heroin, 3(üç) ədəd bükümdə ayrı ayrılıqda 0,098 qram, 0,713 qram, 0139 qram ümumilikdə 0,950 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayər əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə peşmançılıq hissi keçirməsini və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, eləcə də cəzanın ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilməklə onun dərhal məhkəmə iclas zalında həbsə alınması məqsədəmüvafiqdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdən 03 dekabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanılmışdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 31 may 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,378 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,328 qramı, 0,950 qram çəkidə psixotrop maddə - ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,800 qram metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə ekspertiza xərci olan 202 (iki yüz iki) manat 70 (yetmiş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 dekabr 2021-ci il tarixdən 03 dekabr 2021-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddətinin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 31 may 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunsun və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 0,378 qram çəkidə narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,328 qramı, 0,950 qram çəkidə psixotrop maddə - ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,800 qram metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin köçürüldüyü və maddi sübut kimi tanınmış bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə müsadirə edilməli əmlakın və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 202 (iki yüz iki) manat 70 (yetmiş) qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-50/2022
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-50/2022
31.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver