Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-50/2024 24.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Xaçmaz rayon vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə xx xxxxxxxx 1990-cı ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, əməlində cinayətlərin residivi olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Penitensiar Xidmətin 3 saylı istintaq təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə, xx xxxx 1994-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” növündə iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 194.1-ci və 234.1-ci maddələriilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 Xaçmaz Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə, Salyan Rayon Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 06 ay azaldılmasına və 07 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talamaq məqsədilə Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivindən keçən hissəsində yerləşən “Kamaz servis” adlı yük avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı mərkəzindən oğurluq etmək məqsədilə 01 oktyabr 2022-ci il tarixdən 02 oktyabr 2022-ci il tarixinə keçən gecə Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivindən keçən hissəsində avtomobil yolundan sağ tərəfdə, yoldan 15 metr məsafədə yerləşən “Kamaz servis” adlı yük avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı mərkəzindəki təmir sexlərinin arxasında yerləşən əraziyə gedib qabaqcadan razılaşdıqları kimi orada Zərərçəkmiş şəxs məxsus hər biri 30 manat olmaqla 08 ədəd ümumilikdə 240 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin mühərrik başlıqlarını, 01 ədəd 150 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin ramalarının arasında olan travesini, 01 ədəd 100 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin ştanqasını, 01 ədəd 240 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin travesinin kəpənək formasında olan ehtiyyat hissəsini qanunsuz götürüb aparmaqla ümumilikdə 730 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar eyni niyyətlə Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz şəhəri, 61ci kvartal, yeni yaşayış massivindən keçən hissəsində yerləşən “Kamaz servis” adlı yük avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı mərkəzindən oğurluq etmək məqsədilə 02 oktyabr 2022-ci il tarixdən 03 oktyabr 2022-ci il tarixinə keçən gecə Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivindən keçən hissəsində avtomobil yolundan sağ tərəfdə, yoldan 15 metr məsafədə yerləşən “Kamaz servis” adlı yük avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı mərkəzindəki təmir sexlərinin arxasında yerləşən əraziyə gedib orada Zərərçəkmiş şəxs məxsus hər biri 30 manat olmaqla 12 ədəd 360 manat dəyərində “Kamaz" markalı yük avtomobilinin mühərrik başlıqlarını, hər biri 40 manat olmaqla 03 ədəd 120 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin arxa oxunun dayaqlarını, 01 ədəd 40 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin arxa ötürücü körpüsünün valını qanunsuz götürüb aparmaqla ümumilikdə 520 manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar eyni niyyətlə Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz şəhəri, 61ci kvartal, yeni yaşayış massivindən keçən hissəsində yerləşən “Kamaz servis" adlı yük avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı mərkəzindən oğurluq etmək qərarına gələrək bu məqsədlə 03 oktyabr 2022-ci il tarixdən 04 oktyabr 2022-ci il tarixinə keçən gecə Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivindən keçən hissəsində avtomobil yolundan sağ tərəfdə, yoldan 15 metr məsafədə yerləşən “Kamaz servis” adlı yük avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı mərkəzindəki təmir sexlərinin arxasında yerləşən əraziyə gedib orada Zərərçəkmiş şəxs məxsus 01 ədəd 500 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin mufta mexanizminin ehtiyyat hissəsini, hər biri 50 manat olmaqla 04 ədəd 200 manat dəyərində “Kamaz” markalı avtomobilin barabanını, 01 ədəd 100 manat dəyərində, işlək vəziyyətdə olmayan “Kamaz” markalı yük avtomobilinin valını, hər biri 120 manat olmaqla 12 ədəd 1440 manat dəyərində “Kamaz” markalı avtomobilin palos dəmirlərini və 01 ton 200 kq çəkidə 500 manat dəyərində yararsız ehtiyyat hissələrinin dəmirlərini qanunsuz götürüb aparmaqla ümumilikdə 2740 manat məbləğində maddi ziyan vurub təkrar oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını gizli olaraq talama məqsədilə Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivindən keçən hissəsində yerləşən “Kamaz servis” adlı yük avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı mərkəzindən oğurluq etmək məqsədilə 01 oktyabr 2022-ci il tarixdən 02 oktyabr 2022-ci il tarixinə keçən gecə Xaçmaz-Bakı avtomobil yolunun Xaçmaz şəhəri, 61-ci kvartal, yeni yaşayış massivindən keçən hissəsində avtomobil yolundan sağ tərəfdə, yoldan 15 metr məsafədə yerləşən “Kamaz servis” adlı yük avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı mərkəzindəki təmir sexlərinin arxasında yerləşən əraziyə gedib qabaqcadan razılaşdıqları kimi orada Zərərçəkmiş şəxs məxsus hər biri 30 manat olmaqla 08 ədəd 240 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin mühərrik başlıqlarını, 01 ədəd 150 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin ramalarının arasında olan travesi, 01 ədəd 100 manat dəyərində “Kamaz" markalı yük avtomobilinin ştanqasını, 01 ədəd 240 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin travesinin kəpənək formasında olan ehtiyat hissəsini qanunsuz götürüb aparmaqla ümumilikdə 730 manat məbləğində maddi ziyan vurub qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmiş, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, 03 oktyabr 2022-ci il tarixdə, Xaçmaz şəhəri, 61-ci kvartal adlanan ərazidə qabaqcadan vəd etmədən tanışı Təqsirləndirilən şəxs1 oğurluq edərək Zərərçəkmiş şəxs məxsus hər biri 30 manat olmaqla 12 ədəd 360 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin mühərik başlıqlarını, hər biri 40 manat olmaqla 03 ədəd 120 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin arxa oxunun dayaqlarını, 01 ədəd 40 manat dəyərində “Kamaz” markalı yük avtomobilinin arxa ötürücü körpüsünün valını, ümumilikdə isə 520 manat məbləğində əmlakın cinayət yolu ilə əldə edildiyini bilə-bilə əldə edərək Şahid2 məxsus Xaçmaz-Xudat avtomobil yolunun üzərində yerləşən “Yaşıl” marketlə üzbəüz metal qəbul etmə sexinə satmaqla qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə digər əmlakı əldə edərək onlara sərəncam vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini üzərində saxlamaqla daşımış, bu fakt o, Xaçmaz şəhəri, H.Əliyev prospektində 27 yanvar 2023- cü il tarixdə saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib Xaçmaz şəhəri, Heydər Əliyev prospekti 63 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 27 yanvar 2023-cü il tarixdə, saat 19:45-dən 19:55-dək olan vaxt müddətində şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli gödəkcəsinin sol yan cibində “Magna” markalı siqaret qutusunun üzərində olan sellofanın içərisində 1 ədəd qara rəngli kağız bükümdə təmiz çəkisi 0,294 qram çəkidə psixotrop maddə metamfetamin aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 194.1 və 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismindədin dirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, həmin əməlin cinayət olduğunu bilməmişdir. Həmin yer zibillik və həmçininaçıq,nəzarətsiz ərazi olduğu üçün başqa şəxslər tərəfindən dəora daxil olaraq oğurluq əməlini törədə biləcəyini bildirmişdir. Sahibini tanımadığı həmin ərazi evinə yaxın yerdir. Metal hissələri götürüb, yarısını satıb qalan hissəsini isə gizlətmiş, lakin ikinci dəfə həmin yerə getməmişdir. Törətdiyi oğurluq əməlinin səhəri günü dostu Təqsirləndirilən şəxs2 ona həmin metalları daşımaqda və satmaqda köməklik etməsini xahiş etmiş, lakin dostunun həmin metalların oğurluq olmasından xəbəri olmamışdır. Satmaq məqsədilə daşıyaraq yığdığı metalları bir hissəsini Sədi ilə birlikdə həmin yerdən götürmüş və satmış, növbəti gün isə həmin metalları saxladığı yerdən Sədi ilə birlikdə gedib qalan hissəsini götürmüşdür. Taleh adlı taksi sürücüsünə həmin metalların onun özünə məxsus olmasını dedikdə Taleh Xudat şəhəri uzaq məsafədə olduğu üçün Xaçmazda sata biləcəklərini təklif etmiş, lakin o razılaşmayaraq, Xudat şəhərində satmaqlarını bildirmişdir. Talehə metalları sonuncunun avtomobili ilə Xudat şəhərinə aparması müqabilində 10 manat məbləğdə pul təklif etmiş, lakin Taleh razılaşmayaraq 20 manat istədikdən sonra o razılaşmışdır. O, Talehə 20 manat puldan əlavə siqaret almışdır. Səhər saatlarında metal qəbulu sexinə getdiklərində sexin sahibinin şəriki sexdə olmadığına görə və sexə aid pulların həmin şəxsdə olduğu üçün gözləməli olmuşlar. Həmin şəxsi görərək metal satdıqlarını təklif etdikdə oğurluq olub-olmadığı barədə sexin sahibi onlardan soruşmuşdur. O, həmin metalların oğurluq olmadığını bildirmişdir. Taleh adlı taksi sürücüsü onlara yükləri boşaltmaqda köməklik göstərməmiş, Sədi ilə birlikdə boşaltmışlar. Onlar 08 ədəd mühərrik başlığı, 01 ədəd rama arası travesini, 01 ədəd yük avtomobilinin ştanqası və 01 kəpənək formasında yük avtomobilləri ehtiyat hissəsini 120 manata satmışlar.Metal hissələri Xudat şəhərində satdıqdan sonra travesini 26 manat dəyərində Xaçmazda satmışlar. Növbəti dəfə kolluqdan qalan metalları götürərək sahibini tanımadığı yol maşını ilə 5 manat müqabilində aparmışlar. O, etdiyi cinayət əməlində təkrarçılığın olmadığını bildirmişdir. Götürdüklərinin hamısını ibtidai istintaq zamanı bildirmişdir. Lakin oradan oğurlanan malların hamısı onun tərəfindən oğurlanmamışdır. Cinayət əməlini hansı tarixdə törətdiyini və hansı predmetləri götürdüyünü xatırlamır. Sədiyə kömək etməyinin əvəzində yanlız “poz qazan” loteriya və siqaret almış, lakin pul verməmişdir. Daha sonra o, zərərçəkmiş şəxsin şikayət etdiyindən və taksi sürücüsünün saxlanıldığından xəbərdar olub. Taksi sürücüsü həmin metalların oğurluq olmasını bilməmişdir. Zərərçəkmiş şəxs taksi sürücüsünün avtomobilini özündə saxlayaraq avtomobilin qaytaracağı müqabilində onunla birlikdə cinayət əməlini törədən şəxslərin kimliyini və həmin metalların yerini bildirməsini tələb edib. O, Sədiyə zərərçəkmişin şikayət etməyəcəyini deyərək sonuncunun yanına birlikdə getməklərini demişdir. Taleh hadisə barədə polisə məlumat vermişdir. Həmin metalların hər birinin ayrı-ayrılıqda təxminlə 50 manat dəyəri olduğu halda, 400-500 manat dəyərində hesablanıb. İttiham aktında dəymiş ziyanla əlaqədar olan metalların hamısını gedib geri götürərək təhvil vermişdir. Əvvəllər narkotik və oğurluq əməllərinə görə cəza çəkmişdir. Lakin digər cinayət işi üzrə oğurluq əməli başqa şəxs tərəfindən qızıl-zinət əşyaları oğurlandığını, o isə yalnız satmaqda köməklik göstərdiyini bildirmişdir. Hazırkı cinayət işi başqa müstəntiqin icraatına keçdikdən sonra ona barəsində axtarış elan olunduğu bildirilmişdir, lakin bu barədə əvvəldən onun xəbəri olmamışdır. Həmçinin, zərərçəkmiş şəxsə məxsus metalların olduğu ərazinin müşahidə kameraları olmamışdır. O, etdiyi əməlin oğurluq olduğunu və belə nəticə verəcəyini əvvəldən bilməmişdir, lakin nəticənin belə olacağını bilmiş olsaydı, həmin əməlin əvəzinə gedib hansısa evdən oğurluq edərək daha yüksək gəlir əldə edə biləcəyini bildirmişdir. O, növbəti dəfə Sədiyə həmin yerdən yenidən dəmir götürdüyünü bildirib köməklik etməyini xahiş etməsi ilə əlaqədar ittiham aktında göstərilənlərlə razı deyil. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 194.1-ci və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edib ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 səhər saatlarda ona oğurluq dəmirlərin olduğunu və köməyinə ehtiyacı olduğunu bildirmişdir. O, Kamaz servisə daxil olmadığını, metalları otluq ərazidən taksiyə yükləyib Xudat şəhərində sataraq Xaçmaz şəhərinə qayıdıb pulları xərclədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 Xaçmazda şəhərində yerləşən metal qəbulu sexlərinə borcu olduğu üçün Xudat şəhərinə apararaq orada satmışlar. Qalan metalları isə səhəri gün Xaçmaz şəhərində yerləşən “Yaşıl market”in yanında metal qəbulu sexinə satmışlar. Lakin Təqsirləndirilən şəxs1 metalları haradan oğurladığını bilməmiş, satdıqdan sonra Kamaz servisdən oğurladığını bildirmişdir. Onun 01 oktyabr tarixdə baş vermiş oğurluq hadisəsindən xəbəri olmamışdır və 01 oktyabr tarixdə gecə saatlarında yaşadığı küçədə olmuşdur. Taleh adlı taksi sürücüsünə metalları satmaq üçün səhər saatlarında müraciət etmişlər. Taleh soruşduqda Allahverdi metalların özünə aid olduğunu bildirmişdir. O, metalların yığıldığı yerlə Kamaz servisin arasındakı məsafənin 40-50 metr olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs1 təklifini qəbul etdiyi üçün peşmandır. Barəsində narkotiklə əlaqədar ittiham aktında qeyd edilənlərlə razıdır. O, həmin narkotik vasitəni tapdığında Xaçmaz şəhərində “Muzikalni sentr” adlanan ərazidə, kafelin üstündə, kağız parçasının içərisində olmuşdur. Narkotik vasitəni siqaret qutusunun içərisinə qoyub cibinə qoymuşdur. Ona həmin narkotik vasitənin orada olmasını heç kim deməmişdir. Lakin tapdığı narkotikin vasitənin miqdarını dəqiq bilmir. O, yalnız metamfetamin istifadə etmiş, heroin və marixuanadan istifadə etməmişdir. Qazancı təsadüfü hallardan asılıdır. Belə ki, metal yığıb satmaqla qazanc əldə edir. Ünvanını dəyişdikləri üçün 3-cü sinifdən orta məktəbdən ayrılmışdır. Təqsirləndirilən şəxs1 təkrar qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq əməlini törətməsi barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Eyni zamanda Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etməsi, qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə digər əmlakı əldə edərək onlara sərəncam verməklə və satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşıması barədə məhkəmə istintaqında verdiyi etirafedici ifadəsi obyektiv araşdırılmış digər sübutlarla tam təsdiq olunduğundan məhkəmə qeyd edilən hissədə təqsirləndirilən şəxsin ifadəsini mötəbər və həqiqi sübut növü kimi qəbul edir və qiymətləndirir. Məhkəmə istintaqızamanı xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs göstərdi ki,ona məxsus metalların saxlanılma yerindən oğurluq olduğunu bildikdən sonra müşahidə kameralarına baxmış və görüntünü yaxınlaşdırdıqda yanında olan başqa bir şəxs Təqsirləndirilən şəxs1 tanıdığını ona bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı yerə getmiş, lakin onu orada tapa bilməmişdir. Metalların oğurlandığı yerdə yerləşən kamera görüntülərinə baxdıqda “Opel” markalı avtomobili görüb sahibini tanımışdır. O, həmin “Opel” markalı avtomobilin sahibi olan Şahid1 yanına gedib soruşduqda Taleh ona metalları onun avtomobili ilə aparıldığını etiraf etməmişdir. Daha sonra Talehin avtomobilinə əyləşmişdir və sonuncunun tərəfindən avtomobil idarə edilərək metalların oğurlandığı əraziyə getmişlər. Müşahidə kameralarının görüntülərinə baxdıqdan sonra Taleh hər şeyi etiraf etmişdir. O, Talehin avtomobilinin açarlarını əlindən alıb avtomobili orada saxlamış və ona bildirmişdir ki, həmin oğurluq əməlini törədən şəxslərlə birlikdə yanına gəlsinlər. Səbəb olaraq onu göstərmişdir ki, yanına gəldiklərindən sonra metalları hara veriblərsə yerlərini göstərsinlər, o, pulunu verib metallarını geri alsın. Ola bilsin ki, dəyərindən çox ucuz qiymətə, yararsız metal qiymətinə satıblar, lakin həmin metalların qiymətləri yüksəkdir. Taleh getdikdən sonra Allahverdi ilə birlikdə yanına qayıtmışlar. Allahverdi ilə birlikdə ona məxsus avtomobillə Şahid2 məxsus metal qəbulu sexinə gedərək 26 manata satdıqları metalların pulunu verib həmin metalları geri almışdır. O, Allahverdiyə başqa hara metal satıblarsa gedib geri götürməklərini dedikdə Allahverdi onu aladadaraq bildirmişdir ki, digər metal satılan yerləri Təqsirləndirilən şəxs2 bilir və Sədi ilə birlikdə yanına qayıdacaqlar. Allahverdi ona Xudat şəhəri, Qusarçay kəndi, Qaraçay adlanan ərazidə və Yalama yolunda həmin metalları təhvil verdiyini demişdir. Lakin AllahverdiSadıxovvə Təqsirləndirilən şəxs2 onun yanına getməmişlər. Növbəti gün o özünə məxsus avtomobillə metal qəbulu sexlərinə getmişdir. Xudat şəhərində yerləşən metal qəbulu sexində onu aldadaraq “Opel” markalı avtomobillə yox, digər markalı avtomobillə həmin metalların gətirildiyi deyilmişdir. Lakin ətraf obyektlərin müşahidə kameralarının görüntülərinə baxdığında “Opel” markalı avtomobillə həmin sexə daxil olduqlarını görmüşdür. Daha sonra oğurlanmış metal hissələri Şahid7 da geri almışdır. Metalların satıldığı Müzəffər adlı şəxsin yanına növbəti gün getdiyində artıq gec idi, çünki Müzəffərə məxsus metal qəbulu sexindən metallar yüklənərək göndərilmişdi. 5 gün sonra o, Xaçmaz RPŞ-yə çağırılmış və ona bildirilmişdir ki, cinayətkar aləmin nüfuzu ilə həmin oğurluq əməlini həll etmişdir və ondan niyə vaxtında polisə şikayət etmədiyi barədə soruşulmuşdur. O,barəsində olan şikayətlə əlaqədar soruşduqda Sədi, Allahverdi və Talehə qarşı zor tətbiq etdiyi, onları döyərək Talehə məxsus avtomobili əlindən aldığıüçün şikayət edildiyi deyilmişdir. PŞ-da o, Sədi və Allahverdinin şikayət ərizəsi ilə tanış olunmuşdur. Şahid1 polis şöbəsinə dəvət olunmuş və avtomobildə sonuncunun baş nahiyəsinə taxta parçası ilə onun tərəfindən vurulduğunu bildirmişdir. O, elə mübahisənin olmadığı barədə iş yerindəki müşahidə kameralarının görüntülərini çıxardaraq PŞ-ya təqdim etmişdir. O, PŞ-da axşam saatlarına qədər saxlanılmışdır. Talehə məxsus avtomobili əlindən niyə aldığı barədə izahatı alındıqda o, oğurluq hadisəsi olduğunu və həmin oğurluq əməlini həmin “Opel” markalı avtomobillə törədildiyini bildirmişdir. Xaçmaz RPŞ-nin müstəntiqi Şəhriyar Kərimli icraatında olan hazırkı cinayət işi ilə əlaqədar metal hissələrin yığıldığı ona məxsus ərazinin müşahidə kameralarından qeydə alınmış görüntülərə baxmış , lakin cinayət işinə əlavə edilməsi üçün görüntülərin olduğu faylı götürüb-götürmədiyini xatırlamamışdır. Həmçinin bildirmişdir ki, təqsirləndirilənlərə qarşı şikayəti yoxdur, dəymiş ziyan aradan qaldırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərdi ki, ittiham aktında qeyd edilənlər onun ifadəsidir və ziddiyyət yoxdur. 2023-cü il tarixdə adlarını bilmədiyi 3 nəfər şəxsin 120 manat pul dəyərində satmaq məqsədilə metal hissələr apararaq ona satmışlar. O, əvəzində pulunu verərək həmin metalları almışdır. Metal hissələr istifadəyə yararsız olduqda ucuz, lakin yararlı olduqda qiyməti baha olur, həmin metal hissələr isə işlənmiş vəziyyətdə olmuşdur. Ona satılan metalların pulunu verib geri aparmışlar. O, satılan metal hissələrin təzə və ya köhnə olmasının əhəmiyyət kəsb etmədiyini, çünki hamısının yararsız kimi hesablanaraq satıldığını bildirmişdir. O, həmin şəxslərin metalları gətirdiklərində oğurluq olduğunu onlardan soruşmuş, lakin həyətlərindən gətirdiklərini bildirmişlər. O, həmin şəxslərdən şəxsiyyət vəsiqələrinin surətini götürməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, ona xatırlamadığı 3 nəfər şəxs tərəfindən 26 manat dəyərində metal hissələr satılmışdır. O, aldığı predmetləri təxminlə bir həftə ərzində göz qarşısında saxlayır, çünki oğurluqla əlaqədar axtarıldıqda tez tapılsın. Zərərçəkmiş şəxs ona yaxınlaşmış və həmin metalların ona məxsus olmasını bildirmişdir. 26 manata aldığı həmin metalların əvəzində pulunu aldıqdan sonrazərərçəkmiş şəxs aparmışdır.O, məhkəmə iclas zalında Təqsirləndirilən şəxs1 tanış gəldiyini, lakin Təqsirləndirilən şəxs2 isə tanış gəlmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki, Xudat şəhərində yerləşən Faiq adlı şəxsə məxsus metal qəbulu sexindən iki ədəd Kamaza aid metal hissələri almışdır. Bir neçə gün keçdikdən sonra dostu Zərərçəkmiş şəxs ona zəng etmiş və telefon vasitəsilə görüntülü zəngini açmağını bildirmişdir. O, görüntülü zəngi açdıqda, Zərərçəkmiş şəxs həmin dəmirlərin ona aid olmasını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs həmin metalları gəlib aparmasını demişdir.O. Zərərçəkmiş şəxs geri götürdüyü həmin metal hissələrin qarşılığında pul almamışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərdi ki, o, ibtiadi istintaqa verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında ifadəsi elan olunarkən olanları xatırladığını bildirmişdir. Satılan həmin metal hissələri aldıqda hamısı köhnə vəziyyətdə olmuşdur. Xeyli müddət keçdiyi üçün dəqiq xatırlamır, lakin təxminlə bir nəfər şəxsin sürücü ilə birlikdə gəldiklərini bildirmişdir. Məhkəmə iclas zalında təqsirləndirilən şəxs qismində iştirak edən şəxslərin həmin şəxslər olmasını xatırlamamışdır. Həmin metal hissələri zərərçəkmiş şəxsə qaytarmış, lakin əvəzində pulunu verməmişlər. 120 manat pul qaytarılacaq deyilsə də qaytarılmamışdır. Xəstəliyi olduğu üçün olanları tez unudur və hadisə ilə əlaqədar həmin şəxsləri xatırlamır. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində daşıması ilə əlaqədar Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Onun və Şahid4 tərkibində olduğumuz əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs2in Xaçmaz şəhəri, Heydər Əliyev küçəsində hərəkətdə olduğunu müəyyənləşdirmişlər və ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra onlarla Xaçmaz RPŞ-yə getməsini bildirmişlər. Ona narkotik vasitələrdən istifadə etməsi və daşıması ilə əlaqədar Xaçmaz RPŞ-də müdafiəçi təyin olunduqdan sonra videoçəkilişlə şəxsi axtarış aparılan zaman onun üzərindən 1 büküm psixotrop maddə olan metamfetamin müəyyən edilərək götürülmüş və ekspertizaya göndərilmişdir. Məhkəmə istintaqı zamanı Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, istifadə etməsi və saxlaması barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Xaçmaz RPŞnin rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu yaradılaraq həmin əməliyyat qrupunun bir üzvü də o təyin edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 27 yanvar tarixdə, saat 18-19 radələrində Heydər Əliyev küçəsində tərəflərindən saxlanılmış və üzərinə şəxsi axtarış aparılması üçün Xaçmaz RPŞ-yə dəvət olunaraq istintaq bölməsinə təhvil verilmişdir. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi tərəfindən Təqsirləndirilən şəxs2 müdafiəçi ilə təmin edilmiş və üzərinə şəxsi axtarış aparılmışdır. Onun üzərinə şəxsi axtarış aparılan zaman təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı maddə və ya predmet varsa təqdim etsin. Həmin vaxt “Maqna” markalı siqaret qutusunu könüllü olaraq təqdim etmişdir. Həmin siqaret qutusuna baxış keçirilərkən içərisindən 01 ədəd qara rəngli bükülü müəyyən edilmişdir. Bükülünü açdıqda isə kristal maddə aşkar edilərək həmin maddə ekspertizaya təqdim edilməsi üçün qablaşdırılmış və üzəri tərəflərindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 27 yanvar 2023-cü il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə (cild 01, vərəq 21-23) baxış keçirərkən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X9, Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid5, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4, Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili X16 vəXaçmaz rayon vəkil bürosunun vəkili X13 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs2 başında qara rəngli, üzərində ağ rəngli hərflərlə “adidas” yazılmış papaq, əynində qara rəngli, ön tərəfdən qarşısını bağlamaq üçün bir ədəd zəncirbənd olan jaket, boz rəngli idman dəsti, yəni köynək və idman şalvarı, ayağında isə qara rəngli ayaqqabı vardır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 təklif olundu ki, üzərində narkotik vasitə və yaxud psixatrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli jaketin (qara rəngli yun qış gödəkçəsinin) sol yan cibindən bir ədəd “Magna” markalı siqaret qutusunu çıxarıb otaqda olanan masanın üzərinə qoydu. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilən zaman hər hansı başqa əşya aşkar olunmadı. Təqsirləndirilən şəxs2 təqdim etdiyi siqaret qutusunun içərisinə baxan zaman qutunun içərisində 18 ədəd siqaret olması müəyyən edildi. Daha sonra həmin siqaret qutusunun üzərinə baxış keçirəndə, qutunun üzərində olan sellofanın altında, qutunun arxa tərəfində bir ədəd qara rəngli kağız büküm olması müəyyən edildi. Həmin büküm Xaçmaz RPŞ-nin müstəntiqi Mətləb İsmayılov tərəfindən açılan zaman içərisində ağ rəngli kristal halında maddə olması müəyyən edildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 həmin maddənin “patı” yəni, psixotrop maddə olan metamfetamin olmasını və onu tapdığını bildirdi. Onun üzərindən aşkar olunmuş bir ədəd qara rəngli kağız büküm Xaçmaz RPŞ-nin müstəntiqi Mətləb İsmayılov tərəfindən bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılıb ekspertizaya təqdim edilməsi üçün götürüldü. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili X16 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 27 yanvar 2023-cü il tarixli protokoldan (cild 01, vərəq 19), 29 yanvar 2023-cü il tarixli iltizamdan (cild 01, vərəq 47), təqsirləndirilən şəxsin tutmadan azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında 29 yanvar 2023-cü il tarixli qərardan (cild 01, vərəq 45) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 yanvar 2023-cü il tarixli, 6/510 (cild 01, vərəq 31) nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş büküm.....” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz 0,294 qram olan ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,244 qram təşkil etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 28 yanvar 2023-cü il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 37) görünür ki, Təqsirləndirilən şəxs2 sübhəli şəxs qismində dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan (cild 01, vərəq 38) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 29 yanvar 2023-cü il tarixli təqsirləndirilənşəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 44) görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismindədindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş olan Xaçmaz rayon məhkəməsinin 01 fevral 2023-cü il tarixli, 5(067)-18/2023 saylı qərarından (cild 01, vərəq 49) müəyyən edilir ki, Azərbaycan Respublikası DİN-nin Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid4 27 yanvar 2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs2 narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və istifadə etməsi barədə şübhə olduğundan baxış, vətəndaşların sorğusu və soraqlaşma növündə əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərarı qanuni hesab edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 fevral 2023-cü il tarixli “Əməliyyat tapşırığı”ndan (cild 01, vərəq 50) və 05 fevral 2023-cü il tarixli raportdan (cild 01, vərəq 51) müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda bu istiqamətdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 24 fevral 2023-cü il tarixli, 1068 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən (cild 01, vərəq 55) müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 13 mart 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işinin tövsif edilməsi haqqında (cild 01, vərəq 60) qərardan görünür ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar Kərimlinin icraatında olan ********* və ********* nömrəli cinayət işləri üzrə aparılmış istintaq zamanı həmin cinayət əməllərini Təqsirləndirilən şəxs2 törətməsi müəyyən edilmişdir. Bununla da, ********* nömrəli cinayət işi 23078021 nömrəli cinayət işinə birləşdirilərək istintaq ********* nömrəli cinayət işi üzrə davam etdirilmiş, həmçinin ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsindən həmin məcəllənin 177.2.1, 177.2.2, 194.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2022-ci il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında (cild 01, vərəq 62) qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar Kərimli tərəfindən faktla bağlı Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2022-ci il tarixli ərizədən (cild 01, vərəq 65) müəyyən edilir ki, Zərərçəkmiş şəxs Xaçmaz RPŞ-yə ərizə ilə müraciət edərək 02 oktyabr 2022-ci il tarixdən 05 oktyabr 2022-ci il tarixədək olan müddət ərzində işlədiyi “Kamaz servis” adlı yük avtomobillərinin təmiri və ehtiyat hissələrinin satışı mərkəzindən ona məxsus dəmirləri naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması və hadisə nəticəsində 5 990 manat maddi ziyan dəyməsi barədə məlumat vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəqə 68-72), Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X4, Xaçmaz RPŞnin CAB-nin əməliyyat müvəkkili X10, Xaçmaz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili X11, Zərərçəkmiş şəxs, həmçinin hal şahidləri Zaur Ələskərovun və Rəşad Bəşirovun iştirakları ilə hadisə yerinə baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, ona məxsus olan “Kamaz” markalı yük avtomobillərinin ehtiyat hissələri oğurlandıqdan sonra Xaçmaz şəhəri ərazisində və Xudat şəhəri ərazisində fəaliyyət göstərən metal qəbulu məntəqələrindən maraqlanmış və həmin ehtiyat hissələrinin bir hissəsini həmin metal qəbulu məntəqələrində görüb tanımış və təhvil almışdır. Bununla yanaşı həmin ehtiyat hissələrini təhvil alan zaman metal qəbulu məntəqələrindən maraqlandıqda Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs1 və Sədi adlı şəxsin həmin ehtiyat hissələrini oğurladıqdan sonra aparıb metal qəbulu məntəqələrinə satdığını öyrənmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs metal qəbulu məntəqələrindən təhvil aldığı ehtiyat hissələrin mülkiyyətçisi Zərərçəkmiş şəxs mühafizəsində qalması məqsədəmüvafiq hesab edildiyindən həmin ehtiyat hissələri Zərərçəkmiş şəxs götürülməmişdir. Zərərçəkmiş şəxs göstərdiyi yerlərin şəkilləri Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar Kərimli tərəfindən istifadəsində olan mobil telefon vasitəsi ilə çəkilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2022-ci il tarixli “Əməliyyat tapşırığı”ndan (cild 01, vərəq 74) və həmin tarixli raportdan (cild 01, vərəq 87) müəyyən edilir ki, HK-1/3239 nömrəli material üzrə verilmiş əməliyyat tapşırığının icrası ilə əlaqədar X7 və Təqsirləndirilən şəxs2 Xaçmaz şəhəri ərazisində müəyyən edilərək, Xaçmaz RPŞ-nə dəvət edilmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan (cild 01, vərəq 75) müəyyən edilir ki, Zərərçəkmiş şəxs ********* №-li cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2022-ci il tarixli zərərçəkmiş şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 80) görünür ki, Zərərçəkmiş şəxs 16 oktyabr 2022-ci il tarixdə saat 13:20-dən 14:30-dək zərər çəkmiş şəxs qismində dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2022-ci il tarixli şahidin dindirilməsi protokollarından (cild 01, vərəq 89, 94) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şahid qismində dindirilərkən törədilmiş cinayət əməli onların birgə hərəkətləri nəticəsində qabaqcadan planlaşdırılaraq özlərinin tərəfindən həyata keçirildiyini etiraf etmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 112) görünür ki, Təqsirləndirilən şəxs2 sübhəli şəxs qismində dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 oktyabr 2022-ci il tarixli şübhəli şəxsin dindirilməsi haqqında protokoldan (cild 01, vərəq 128) görünür ki, Təqsirləndirilən şəxs1 sübhəli şəxs qismində dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 16 oktyabr 2022-ci il tarixli protokoldan (cild 01, vərəq 125) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 16 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(067)-184/2022 saylı qərarı ilə (cild 01, vərəq 166) 16 oktyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində 3 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şübhəli şəxsin tutulması haqqında” 16 oktyabr 2022-ci il tarixli protokoldan (cild 01, vərəq 109) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 16 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(067)-185/2022 saylı qərarı ilə (cild 01, vərəq 187) 16 oktyabr 2022-ci il tarixdən hesablanmaqla barəsində 2 ay həddində həbs qətimkan tədbiri seçilmiş və 16 dekabr 2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri (cild 01, vərəq 204) seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 oktyabr 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəqə 131-134), Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X4, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X10, Zərərçəkmiş şəxs, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X3 və Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1 istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə həmin ifadələri onun iştirakı ilə yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs1 göstərdiyi yerə getdikdə orada üstüstə yığılmış avtomobil ehtiyat hissələrini və dəmir əşyaların yığıldığı yeri göstərib bildirdi ki, 02 oktyabr 2022-ci il tarixinə keçən gecə Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olaraq həmin yerdən 08 ədəd “Kamaz” markalı yük avtomobilinin mühərrik başlıqlarını və digər 03 ədəd “Kamaz” markalı yük avtomobillərinin ehtiyat hissələrini oğurlamışdırlar. Bununla yanaşı 03 oktyabr 2022-ci il tarixinə keçən gecə və 04 oktyabr 2022-ci il tarixinə keçən gecə həmin təmir sexinin arxa tərəfində olan “Kamaz” markalı yük avtomobillərinin ehtiyat hissələrini oğurlayıb aparıb sexlərdən aralıda kolluq-zibillik əraziyə yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs1 göstərdiyi yerlərin və hadisə yerinin şəkilləri “İ-Phone 8” mobil telefon vasitəsi ilə çəkilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 oktyabr 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəqə 135-137), Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X4, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X10, Zərərçəkmiş şəxs, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X3 və Xaçmaz rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs2 istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə həmin ifadələri onun iştirakı ilə yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs2 göstərdiyi yerə getdikdə orada üst-üstə yığılmış avtomobil ehtiyat hissələrini və dəmir əşyaların yığıldığı yeri göstərib bildirdi ki, 02 oktyabr 2022-ci il tarixinə keçən gecə Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olaraq həmin yerdən 08 ədəd “Kamaz” markalı yük avtomobilinin mühərrik başlıqlarını və digər 03 ədəd “Kamaz”markalı yük avtomobillərinin ehtiyat hissələrini oğurlayıb aparıb sexlərdən aralıda kolluq-zibillik əraziyə yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 göstərdiyi yerlərin və hadisə yerinin şəkilləri “İ-Phone 8” mobil telefon vasitəsi ilə çəkilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 oktyabr 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəqə 138-140), Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X4, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X10, Zərərçəkmiş şəxs, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X3 və Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs1 istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə həmin ifadələri onun iştirakı ilə yerində yoxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs1 ifadəsinin yerində yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs1 02 oktyabr 2022-ci il tarixinə keçən gecə Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olaraq oğurladığı “Kamaz” markalı yük avtomobilinin ehtiyat hissələrini satdığı yeri göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təklifi ilə Xaçmaz RPŞ-nin xidməti “Fiat Doblo” markalı avtomobilinə əyləşib əvvəlcə Xaçmaz-Xudat avtomobil yolu ilə hərəkət edib, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsinə getmişlər. Təqsirləndirilən şəxs1 giriş hissəsində, divarda “Деjирман” yazısı olan və həyətində müxtəlif dəmir əşyaların və metal tullantılarının olduğu metal qəbulu məntəqəsini göstərib bildirdi ki, 02 oktyabr 2022-ci il tarixinə keçən gecə Təqsirləndirilən şəxs2la əlbir olub oğurladıqları metal əşyaları həmin metal qəbulu məntəqəsinə satmış və 110 manat pul əldə etmişdirlər. Təqsirləndirilən şəxs1 göstərdiyi yerlərin və hadisə yerinin şəkilləri “İ-Phone 8” mobil telefon vasitəsi ilə çəkilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 oktyabr 2022-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki (cild 01, iş vərəqə 141-143), Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X4, Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X10, Zərərçəkmiş şəxs, Xaçmaz RPŞ-nin PPXB-nin polis nəfəri X3 və Xaçmaz rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Təqsirləndirilən şəxs2 istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyünü müəyyən etmək və ya dəqiqləşdirmək məqsədilə həmin ifadələri onun iştirakı ilə yerində yoxlanılmışdır. Belə ki, Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması məqsədilə Təqsirləndirilən şəxs2 02 oktyabr 2022-ci il tarixinə keçən gecə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq oğurladığı “Kamaz” markalı yük avtomobilinin ehtiyat hissələrini satdığı yeri göstərməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 təklifi ilə Xaçmaz RPŞ-nin xidməti “Fiat Doblo” markalı avtomobilinə əyləşib əvvəlcə Xaçmaz-Xudat avtomobil yolu ilə hərəkət edib, Xaçmaz rayonu, Xudat şəhəri, M.F.Axundov küçəsinə getmişlər. Təqsirləndirilən şəxs1 giriş hissəsində, divarda “Деjирман” yazısı olan və həyətində müxtəlif dəmir əşyaların və metal tullantılarının olduğu metal qəbulu məntəqəsini göstərib bildirdi ki, 02 oktyabr 2022-ci il tarixinə keçən gecə Təqsirləndirilən şəxs1la əlbir olub oğurladıqları metal əşyaları həmin metal qəbulu məntəqəsinə satmış və 110 manat pul əldə etmişdirlər. Təqsirləndirilən şəxs2 göstərdiyi yerlərin və hadisə yerinin şəkilləri “İ- Phone 8” mobil telefon vasitəsi ilə çəkilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 17 oktyabr 2022-ci il tarixli “Cinayət əməlinin tövsif edilməsi” qərarından (cild 01, vərəq 144) görünür ki, 22078098 saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2 və 194.1-ci maddələrinə tövsif edilməklə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194.1-ci maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 146) və təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (cild 01, vərəq 155) görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə ittiham elan edilmiş və 18 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 oktyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan (cild 01, vərəq 170) və təqsirləndirilən şəxsin dindirilməsi protokolundan (cild 01, vərəq 178) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 194.1-ci maddələri ilə ittiham elan edilmiş və 18 oktyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 22 oktyabr 2022-ci il tarixli “Əməliyyat tapşırığı”ndan (cild 01, vərəq 189) və 28 oktyabr 2022-ci il tarixli raportdan (cild 01, vərəq 191) müəyyən edilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi “Vaz 21010” markalı avtomobilin sahibinin kimliyini müəyyən etmək mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2022-ci il tarixli və 15 noyabr 2022-ci il tarixli şahidin dindirilməsi protokollarından(cild 01, vərəq 193-196) müəyyən edilir ki, Şahid2 və Şahid3 şahid qismində dindirilmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 yanvar 2023-cü il tarixli (cild 01, vərəq 223) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun, ll dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci və 194.1-ci maddələri ilə istintaq olunan 220780198№ cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə, 05 ayadək, yəni- 16 yanvar 2023-cü il tarixdən 16 mart 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli, 4(067)-4/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni 16 mart 2023-cü il tarixədək uzadılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 fevral 2023-cü il tarixli, 9/97№li (cild 01, vərəq 243) nömrəli ekspert rəyindən müəyyən edilir ki, ekspertiza təyini haqqında qərarda göstərilən fotoşəkilləri təqdim edilmiş 10 adda ehtiyat hissələrin orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2022-ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 3690,00 manat müəyyən edilir. Digər 2 adda ehtiyat hissəsi haqqında kifayət qədər məlumat (təyinatı, hansı hissəyə aid olması və s.) olmadığından həmin ehtiyat hissələri üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 fevral 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan (cild 2, vərəq 1) və təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolundan (cild 02, vərəq 12) görünür ki,Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmiş və 10 fevral 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 mart 2023-cü il tarixli və 11 mart 2023-cü il tarixli şahidin dindirilməsi protokollarından (cild 02, vərəq 19-22-32) müəyyən edilir ki,Şahid6, Şahid7 və Şahid5 şahid qismində dindirilmişlər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin həbsdən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi haqqında qərardan və iltizamdan (cild 02, vərəq 25-27) görünür ki, 16 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 barəsində «Başqa yerə getməmək haqqında İltizam» qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra və Probasiya Şöbəsinin 18 aprel 2023-cü il tarixli məktubundan (cild 02, vərəq 34) görünür ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası XM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsiri bilinib 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs1 cəza müddəti xx.xx.2020-ci tarixdə başa çatdığı üçün Xaçmaz rayon icra və probasiya şöbəsində qeydiyyatdan çıxarılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 20 aprel 2023-cü il tarixlitəqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərardan (cild 02, vərəq 35) və həmin tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 02, vərəq 38) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilərək ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsin olduğu yer müəyyən olunmadığından həmin şəxsin tutularaq istintaqın sərəncamına verilənə kimi cinayət təqibi üzrə icraat dayandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 19 avqust 2023-cü il tarixli raportdan (cild 02, vərəq 41) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Şəhriyar Kərimli tərəfindən iş yerinin dəyişməsi ilə əlaqədar olaraq icraatında olan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq aparılmasının istintaq bölməsinin digər müstəntiqinə həvalə edilməsinə göstəriş verilməsini xahiş etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2023-cü il tarixli “Cinayət işinin icraata götürülməsi və icraatın təzələnməsi haqqında” qərardan (cild 02, vərəq 43) müəyyən edilir ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X22 tərəfindən ********* nömrəli cinayət işi icraatına qəbul edilmiş və dayandırılmış icraat təzələnmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan (cild 02, vərəq 46) və təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolundan (cild 02, vərəq 57) görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci, 194.1-ci və 234.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və 07 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi barədə” qərardan (cild 02, vərəq 60) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri Xaçmaz RPŞ-nin İBnin müstəntiqi Taleh Ağayev tərəfindən təsdiq edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolundan (cild 02, vərəq 68) görünür ki,Təqsirləndirilən şəxs2 07 oktyabr 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin təsdiq edilməsi barədə” qərardan (cild 02, vərəq 71) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri Xaçmaz RPŞ-nin İBnin müstəntiqi Taleh Ağayev tərəfindən təsdiq edilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxsin əlavə dindirilməsi protokolundan (cild 02, vərəq 82) görünür ki, Zərərçəkmiş şəxs 07 oktyabr 2023-cü iltarixdə zərərçəkmiş şəxs qismində əlavə dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 09 oktyabr 2023-cü il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan (cil 02, vərəq 85) və 21 noyabr 2023ci il tarixli “Toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş təmiz çəkisi 0,294 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,244 qram təşkil edən psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 10 oktyabr 2023-cü il tarixli (cild 02, vərəq 88) müəyyən edilir ki, Azərbaycan Respublikası Baş prokurorunun, ll dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov tərəfindən Xaçmaz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 194.1-ci və 234.1-ci maddələri ilə istintaq olunan 230780021№ cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay müddətinə, 05 ayadək, yəni- 15 oktyabr 2023-cü il tarixdən 15 dekabr 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 11 oktyabr 2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” qərardan (cild 02, vərəq 89) və “Cinayət təqibi üzrə icraatın dayandırılması haqqında qərardan (cild 02, vərəq 91) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilmiş və ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsin yeri müəyyən olunmadığından həmin şəxsin tutularaq istintaqın sərəncamına verilənə kimi cinayət təqibi üzrə icraat dayandırılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli “axtarışda olan şəxsin tutulaması haqqında” protokoldan (cild 02, vərəq 99) və “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan” (cild 02, vərəq 100) müəyyən edilir ki, təqsirləndirilən şəxs qismində xx.xx.2023-cü il tarixdən 780535 nömrəli axtarış işi üzrə axtarış elan olunmuş Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 oktyabr 2023-cü il tarixdə Xaçmaz rayonu ərazisində tutularaq Xaçmaz RPŞ-nin növbətçi hissəsinə təhvil verilmiş və ********* saylı cinayət işi üzrə dayandırılmış icraat təzələnərək iş üzrə istintaq davam etdirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş təqsirləndirilən şəxsin əlavə dindirilməsi protokolundan (cild 02, vərəq 103) görünür ki, Təqsirləndirilən şəxs1 23 oktyabr 2023-cü iltarixdə təqsirləndirilən şəxs qismində əlavə dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz Rayon Məhkəməsinin 23 oktyabr 2023-cü il tarixli, 4(067)-141/2023 saylı qərarından (cild 02, vərəq 114) görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay həddində təyin olunmuşdur. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 26 oktyabr 2023-cü il tarixli şahidin dindirilməsi protokolundan (cild 02, vərəq 119) müəyyən edilir ki,X17 şahid qismində dindirilmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Salyan rayon məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 7(057)-818/2021 saylı məhkum barəsində amnistiyanın tətbiq edilməsi haqqında qərarından (cild 02, vərəq 122) müəyyən edilir ki, Xaçmaz rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən, qəti olaraq 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 5 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs1 “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli, 395- VİQR nömrəli Qərarın 4-cü bəndinə əsasən çəkilməmiş qalan cəzası 06 ay azaldılmışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli, 1(067)-128/2021 saylı hökmündən (cild 02, vərəq 125) müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin Əsas Qanunda və digər normativhüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, həmin sübutları mübahisələndirmək imkanına malik olmuşdur. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, təqsirləndirilən şəxs həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu mübahisələndirməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, şəxsin təqsirliliyi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanılır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasınaəsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,294 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Qeyd olunan siyahıya əsasən həmin miqdar Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, şahidlərin ifadələrinə yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməllərininTəqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilməsi tam sübuta yetirilir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməlləri düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 194.1 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq 177.2.1 və 177.2.2 maddələri ilə tövsif edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərTəqsirləndirilən şəxs2Cinayət Məcəlləsinin 177.2.1, 194.1 və 234.1-ci maddələrinəzərdə tutulan cinayət əməllərini və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini təqsirli olaraq törətmələri tam sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs2177.2.1, 194.1 və 234.1-ci maddələri ilə və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2-ci maddələr ilə təqsirli bilinərək, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdırlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci və Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özlərini qismən təqsirli bilmələrinə dair məhkəmə iclasında verdikləri ifadaləri iş üzrə toplanmış sübutlarlavə işin faktiki halları ilə tam təkzib edildiyindən, həmçinin iş materiallarında olan sübutlarla təsdiq edilmədiyindən və işin faktiki halları ilə uyğunluq təşkil etmədiyindən məhkəmə təqsirləndirilən şəxslərin həmin ifadələrini işin faktiki hallarına uyğun olmayan və özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin cinayət əməlləri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Beləliklə, təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməllərini törətməkdə təqsirlidirlər və əməllərinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini, Təqsirləndirilən şəxs2 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə, 194.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə azadlıqdlığın məhdudlaşdırılması növündə, 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini və cəzaların qismən toplanılması yolu ilə qəti olaraq azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və təkrar törədildikdə həmin Məcəllənin 177.2.1 və 177.2.2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 194.1-ci maddəsinin sanksiyasında üç min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması cəzası nəzərdə tutulmuşdur. Bundan başqa, həmin məcəllənin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 mart 2011-ci il tarixli Qərarı). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onların şəxsiyyətlərini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzaları yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzaların şəxslərin islah olunmalarına və onların ailələrinin həyat şəraitlərinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli nəticəsində ona vurulmuş ziyan tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü və 177.2.4-cü maddələrinə əsasən 10 ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Xaçmaz Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1, 69.3-cü maddələrinə əsasən 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmasına və cəzasının sonu ilə xx.xx.2022-ci il tarixdə azad olunmasına baxmayaraq məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda əməllərində cinayətin residivi yaranmaqla Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.2-ci maddələrinə əsasən oğurluq hadisəsini törətmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İHB-nın Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən (cild 01, vərəq 240) müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs X7həmin ünvanda yaşadığı müddət ərzində ailə üzvləri və qonşularla yaxşı münasibətdə olmuşdur. İctimaiyyət arasında özünü intizamlı aparmağa, ətrafındakılara qarşı mehriban olmağa səy göstərmişdir. Yaşadığı müddət ərzində çalışmışdır ki, qohum-qonşuları ondan narazı qalmasınlar. Onun barəsində Xaçmaz şəhər İƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 28 yanvar 2023-cü il tarixli məktubdan (cild 01, vərəq 236) görünür ki, Təqsirləndirilən şəxs1 “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. Məhkəmə X5 törətdiyi cinayət əməlinə görə peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində, cinayətlərin residivinin olmasını Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir və cəzanın təyin edilməsində nəzərə alır. Cinayətişinin materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Xaçmaz rayon İcra Hakimiyyəti Mənzil Komunal Təsərrüfatı İdarəsi tərəfindən verilmiş xasiyyətnamədən (cild 01, vərəq 235) müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yaşayır. Subaydır. Yaşadığı müddətdə Xaçmaz Mənzil Kommunal Təsərrüfatı İdarəsinə heç bir şikayət daxil olmamışdır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş “Xaçmaz Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxs tərəfindən daxil olmuş 28 yanvar 2023-cü il tarixli məktubdan (cild 01, vərəq 237) görünür ki, Təqsirləndirilən şəxs2 “Xaçmaz RMX” PHŞ-də həkim-narkoloqun və həkim-psixatrın qeydiyyatında yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı Xaçmaz rayon məhkəməsinə rəsmi qaydada dəvət olunsa da, gəlməkdən boyun qaçırdığından barəsində xx.xx.2024-cü il tarixdə “Məcburi gətirilmə haqqında” qərar qəbul olunmuşdur. Cinayət Məcəlləsinin 83.3 və 83.3.3-cü maddələrinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuşşəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 69.3-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır “Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardı. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Qutsardi İtaliyaya” qarşı işində göstərmişdir ki, Avropa Konvensiyasının 5-ci maddəsinin 1-ci bəndində “azadlıq hüququ” bəyan edilərkən şəxsin fiziki azadlığı nəzərdə tutulur. Məhkəmələrin qarşısında duran məqsəd heç kəsin qanunsuz olaraq “azadlıqdan məhrum” edilməməsini təmin etməkdir. 5-ci maddənin mənası baxımından hər hansı şəxsin “azadlıqdan məhrum” edilib-edilmədiyini müəyyənləşdirərkən çıxış nöqtəsi kimi onun konkret vəziyyəti götürülməli və bütün meyarlara, məsələn, sözügedən tədbirin növünə, bu növ tədbirlərin məhkuma təsiri, tədbir növlərinin müddətinə, nəticələrinə və həyata keçirilmə üsuluna diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin barəsində cəzalarını yüngülləşdirən halları, barələrində cəzanı ağırlaşdıran halı, yəni cinayətlərin residivini, cinayət əməlinin törədilməsi hallarını və təqsirləndirilən şəxslərin şəxsiyyətlərini xarakterizə edən hallarınəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci və 177.2.2-ci maddələrinin və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci, 194.1-ci və 234.1-ci maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələblərinə görə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Bundan başqaiş üzrə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən məcburi müalicəyə ehtiyacı var və ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədə müvafiqdir. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 50(əlli manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq, həmçininİş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizası tədqiqatlarının dəyəri olan 88(səksən səkkiz manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X6, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin344-347-ci, 349-cu, 351-353-cü, 356-cı , 358-ci və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinsin və barəsində 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 16 oktyabr 2022-ci il tarixdən 16 mart 2023-cü il tarixədək, 05 (beş) ay müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 1 (bir) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilsin və cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 21 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 194.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsinə əsasən 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinə əsasən 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalarıqismən toplamaq yolu ilə 2 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 16 oktyabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək 2 (iki) ay müddət və 27 yanvar 2023-cü il tarixdən 29 yanvar 2023-cü il tarixədək 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam növündə qətimkan tədbiri ləğv edilsin, “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin.(hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Xaçmaz RPŞ-də maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,244 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd audio-video disk daşıyıcıda iş materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri olan 50(əlli manat) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq, həmçinin iş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertizası tədqiqatlarının dəyəri olan 88(səksən səkkiz manat) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X6, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT(SFİFT) BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi (həbsdə saxlanılan məhkum tərəfindən hökmün surətinin ona verildiyi) andan 20 gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Aynur Əliyeva
Məhkəmə qərarları › İş №1(067)-50/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-50/2024
24.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver