Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-51/2021 07.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X9 , Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirlənidirilən şəxs Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə 13 avqust 1978-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Sabir-oba kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1992-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Xaçmazrayonu Ağtala kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs2 qabaqcadan bir qrup şəxs halında əlbir olduğu Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 364,066 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanam əldə edib üzərində daşımaqla saxlamış, 21 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumat əsasında özünün razılığı ilə yaşadığı evdə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı evin yataq otağında olan əl çantasından bir ədəd şüşə bankada təmiz çəkisi 140 qram, əl çantasındakı sellofan torbanın içərisində olan 8 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 35 qram, 34.004 qram, 5.194 qram, 29.980 qram, 34.761 qram, 35.087 qram, 1.475 qram, 33.298 qram, həmin torbanın içərisindəki 4 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 4.161 qram, 3.050 qram, 3.580 qram və 4.476 qram olmaqla ümumilikdə təmiz çəkisi 364.066 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 2020-ci ilin yay aylarında yaşadığı Xaçmaz rayonunun Ağtala kəndi ərazisində yerləşən meşə sahəsində yabanı halda bitmiş iki ədəd çətənə kolunun hissələrini toplamaqla ümumilikdə təmiz, çəkisi 409,066 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Xaçmaz rayonunun Ağtala kəndində olan fərdi evinə daşımaqla saxlamış, 2020-ci ilin sentyabr ayında həmin narkotik vasitə qurudulmuş marixuananın 45,0 qramını ayıraraq bir ədəd şüşə bankada yaşadığı evin həyətyanı sahəsindəki torpaqda basdırmış, 364,066 qramını isə 1 ədəd şüşə bankaya, 8 ədəd kağız bükümə və 4 ədəd kibrit qutusuna yığaraq qabaqcadan bir qrup şəxs halında əlbir olduğu Təqsirləndirilən şəxs2 verərək birgə saxlamış, 22 oktyabr 2020-ci il tarixdə, saat 02 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evə keçirilmiş baxış zamanı həyatyani sahədəki torpağın içərisindən bir ədəd şəffaf şüşə bankaya doldurulmuş vəziyyətdə ümumi təmiz çəkisi 45.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kiistar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 26 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində tanışı, eləcə də uzaq qohumu Təqsirləndirilən şəxs1 onun işlədiyi çörək sexinə gələrək əlində olan bir ədəd göy rəngli selofan paketi göstərib sellefanun içərisində marixuananın olduğunu demiş, həmin marixuananı qaldığı evdə saxlamasını xahiş etmişdir. O etiraz etməyərək marixuananı Ruslandan götürüb özü ilə Xaçmaz şəhəri bazar yolu adlanan ərazidə kirayə yaşadığı evə aparmışdır. Evdə selofan paketin içərisinə baxdıqda paketin içərisində ürək formalı dəmir ətir qabı və bir ədəd ağzı bağlı bir şüşə banka olduğunu, dəmir qabın içərisinə baxdıqda isə içərisində narkotik vasitə qurudulmuş marixuana olan bir neçə kağız büküm və bir neçə kibrit qutusunun olduğunu görmüşdür. Həmçinin şüşə bankanın da içərisində marixuana olmuşdur. 03 oktyabr 2020-ci il tarixdə həmin selofan paketi paltarları ilə birlikdə əl çantasına qoyub Xaçmaz rayonunun Sabiroba kəndində olan evinə aparmışdır. 21 oktyabr 2020-ci il tarixdə həyat yoldaşı Güloğlan Seyidəhmədov çantasına baxdıqda narkotik vasitə marixuananı görüb yaşadıqları evdə narkotik maddə saxlaması barədə Azərbaycan Respublikasının DİN-in "102” xidmətinə məlumat vermiş, polis əməkdaşları həmin məlumat əsasında yaşadığı evə gəlib baxış keçirərək həmin narkotik vasitələri aşkar edib götürmüşlər. Təqsirləndirilən şəxs1 qurudulmuş marixuananı 2020-ci ilin yay aylarında yaşadığı Xaçmaz rayonu Ağtala kəndi ərazisində yerləşən meşə sahəsində bitmiş 2 ədəd çətənə bitkilərindən topladığını bildirmişdir. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 4-5 il olar ki, siqaretə doldurma yolu ilə qurudulmuş marixuna qəbul edir. 2020-ci ilin yay aylarında pay torpaq sahəsinin yaxınlığındakı meşə ərazisində iki ədəd çətənə bitkisinin kollarını tapmış, həmin bitkilərin hissələrini toplayaraq qurutmuş və yaşadığı evə aparmışdır. Tapdığı çətənə bitkisinin yarpaq və hissələrini toplayaraq əldə etdiyi qurudulmuş marixuananı bir ədəd şəffaf bankaya qoyaraq yaşadığı evin həyətyanı sahəsində olan torpaqda gizlətmişdir. Digər nisbətən böyük çətənə kolundan yığdığı kolları isə bir ədəd göy rəngli selofan paketə qoyub yaşadığı evdə saxlamışdır. 2020-ci ilin sentyabr ayında göy rəngli sellofan paketə yığdığı narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini bir ədəd bankaya, bir hissəsini göy rəngli ürək formalı ətir qabının içərisində kağız bükümlərə və kibrit qutularının içərisinə dolduraraq sellofan paketə qoymuş və tanışı həmin selofan paketdə Təqsirləndirilən şəxs2 işlədiyi çörək sexinin qarşısına getmişdir. Orada Ramilə ilə görüşərək selofan paketi göstərib içərisində içərisində narkotik vasitə marixuana olduğunu, əvvəlcədən razılaşdığı kimi həmin paketi özü ilə götürüb bir müddət evində saxlamasını xahiş etmişdir. Ramilə ondan selofan paketi alaraq getmişdir. 21 oktyabr 2020-ci il tarixdə Ramilənin əri yaşadıqları evdə onun Ramiləyə verdiyi marixuananı əl çantasında aşkar polisə şikayət etmiş və polis əməkdaşları gəlib həmin narkotik vasitəni aşkar edərək götürmüşlər. Daha sonra onun yaşadığı evə polis əməkdaşları gəlib onun razılığı ilə video çəkilişlə həyətyanı sahəsinə baxış keçirməklə həyətyanı sahədə şüşə bankanın işərisində saxladığı qurudulmuş marixuananı aşkar edib qablaşdıraraq götürmüşlər. O narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün əldə etmişdir. Başqa heç bir məqsədi olmamışdır. Əməlindən peşman olmaqla ona güzəşt edilib yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1 Xanbaba oğlu göstərdi ki, 21 oktyabr 2020-ci il tarixdə Xaçmaz rayonunun Sabir-oba kəndində yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitə əldə etməsi və saxlaması barədə daxil olmuş məlumat əsasında o və digər polis əməkdaşları Sabir-oba kəndinə getmişlər. Orada Təqsirləndirilən şəxs2 razılığı ilə yaşadığı evdə baxış keçirilmiş və həmin zaman evin yataq otağında olan ona məxsus əl çantasının içərisindən bir ədəd şüşə bankada, həmçinin həmin əl çantasındakı sellofan torbanın içərisində olan bir ədəd ürək formalı qabın içərisində 8 ədəd kağız bükümlərdə və 4 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olması müşahidə edilmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə qurudulmuş marixuana olan şüşə banka, kağız bükümlər və kibrit qutuları qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 şifahi olaraq həmin bitki kütlələri barədə soruşularkən o, həmin bitki kütlələrinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs2 ifadəsində aşkar edilmiş narkotik vasitəni tanışı Təqsirləndirilən şəxs1 aldığını bildirdiyindən 22 oktyabr 2020-ci il tarixdə həmin məlumat əsasında o və digər polis əməkdaşları Xaçmaz rayonunun Ağtala kəndinə gedərək Təqsirləndirilən şəxs1 razılığı ilə yaşadığı evə baxış keçirmiş və baxış zamanı evin həyətyanı sahəsindən qalaqlanmış torpağa basdırılmış bir ədəd şüşə balon (banka) aşkar edilmişdir. Həmin balonun içərisinə baxıldığı zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsinin olması müəyyən edilmişdir. Aşkar edilmiş marixuana olan bir ədəd balon qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin birki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xaçmaz rayon X14 Patrul Xidməti Bölməsinin polis nəfəri X5 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Xaçmaz rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləmiş Şahid3 eyni məzmunlu ifadələr verərək Şahid1 Xanbaba oğlunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2020-ci il tarixli, 739 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Seyidəhmədovanın yaşadığı evdən....” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şüşə bankada təmiz çəkisi- 140 qram olan bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkoyik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində“... Seyidəhmədovanın yaşadığı evindən ....” yazısı və imzalar olan kağız paketdəki 08 (səkkiz) ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 35,0 qram; 34,004 qram; 5,194 qram;, 29,980 qram;, 34,761 qram, 35,087 qram;1, 475 qram;, 33,298 qram və 04 (dörd) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri: 4,161 qram; 3,050 qram; 3,580 qram;, 4,476 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim olunmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Marixuananın ümumi təmiz çəkisi 364,066 qram olmuş, tədqiqata sərfdən sonra marixuananın qalıq çəkisi 363, 416 qram təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 oktyabr 2020-ci il tarixli, 738 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs1 yaşadığı....” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd şüşə bankada təmiz çəkisi- 45,0 qram olan bitki mənşəli kütlə tərkibindəki narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkoyik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərfdən sonra marixuananın qalıq çəkisi 44,95 qram təşkil edir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 22 oktyabr 2020-ci il, 04 noyabr 2020-ci il və 17 noyabr 2020-ci il tarixli qərarlardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Vahid oğlunun yaşadıqları ünvanlardan aşkar edilmiş ümumi təmiz çəkisi 364,066 qram, tədqiqata sərfdən sonra qalıq çəkisi 363,416 qram təşkil edən və təmiz çəkisi 45,0 qram, tədqiqata sərfdən sonra qalıq çəkisi 44,95 qram narkotik vasitə qurudulmuş marixuana və ünvanlara baxış keçirilməsinə dair videogörüntüləri olan 02 ədəd disk daşıyıcılar işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduqlarından cinayət işi üzrə maddi sübut kimi tanınmış, narkotik vasitə olan qurudulmuş marixuanalar saxlanmasından ötrü Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerinə təhvil verilmiş və iki ədəd disk isə iş materiallarına əlavə edilmişdir. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 09 dekabr 2020-ci il tarixli, 3420 nömrəli ekspert rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əziyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materillarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertizanın 09 dekabr 2020-ci il tarixli 3421 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intiksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəsiyyətinə tinqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materillarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 02.11.2020-ci il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvəllər məhkum olunmamışlar. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Nərəcan kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 oktyabr 2020-ci il tarixli, 1633/2 saylı arayışdan, 10 sentyabr 2011-ci il tarixli, AZ-İ seriyalı 706090 nömrəli nikah haqqında, 14 oktyabr 2013-cü il tarixli, AZ-İİİ 191175 nömrəli və 13 iyul 2015-ci il tarixli, AZ-İİİ 564291 doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, təqsirləndiirlən şəxs İsayev X10 rayonunun Ağtala kəndində yaşayır. Ailəli olmaqla ailə tərkibi arvadı X8, 13 may 2013-cü il təvəllüdlü uşağı X12 və 04 iyun 2015-ci il təvəllüdlü uşağı X6 ibarətdir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan bir qrup şəxs halında əlbir olduğu Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 364,066 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanam əldə edib üzərində daşımaqla saxlamış, 21 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Xaçmaz rayon Polis Şöbəsinin növbətçi hissəsinə daxil olmuş məlumat əsasında özünün razılığı ilə yaşadığı evdə Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı evin yataq otağında olan əl çantasından bir ədəd şüşə bankada təmiz çəkisi 140 qram, əl çantasındakı sellofan torbanın içərisində olan 8 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 35 qram, 34.004 qram, 5.194 qram, 29.980 qram, 34.761 qram, 35.087 qram, 1.475 qram, 33.298 qram, həmin torbanın içərisindəki 4 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri müvafiq olaraq 4.161 qram, 3.050 qram, 3.580 qram və 4.476 qram olmaqla ümumilikdə təmiz çəkisi 364.066 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 2020-ci ilin yay aylarında yaşadığı Xaçmaz rayonunun Ağtala kəndi ərazisində yerləşən meşə sahəsində yabanı halda bitmiş iki ədəd çətənə kolunun hissələrini toplamaqla ümumilikdə təmiz, çəkisi 409,066 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Xaçmaz rayonunun Ağtala kəndində olan fərdi evinə daşımaqla saxlamış, 2020-ci ilin sentyabr ayında həmin narkotik vasitə qurudulmuş marixuananın 45,0 qramını ayıraraq bir ədəd şüşə bankada yaşadığı evin həyətyanı sahəsindəki torpaqda basdırmış, 364,066 qramını isə 1 ədəd şüşə bankaya, 8 ədəd kağız bükümə və 4 ədəd kibrit qutusuna yığaraq qabaqcadan bir qrup şəxs halında əlbir olduğu Təqsirləndirilən şəxs2 verərək birgə saxlamış, 22 oktyabr 2020-ci il tarixdə, saat 02 radələrində Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən yaşadığı evə keçirilmiş baxış zamanı həyatyani sahədəki torpağın içərisindən bir ədəd şəffaf şüşə bankaya doldurulmuş vəziyyətdə ümumi təmiz çəkisi 45.0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kiistar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.5-ci madəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 4cü bəndinə görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişlər, onların əməllərində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməlləri düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, qadın olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini cəzanı ağırlaşdıran hal kimi, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 cəza təyin edərkən ona hansı növ cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, , ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, himayəsində 4 nəfər ailə üzvü, o cümlədən 2 nəfər azyaşlı uşaqları olmaqla ailənin yeganə qazanc gətirəni olmasını və yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi, cinayəti qabaqcadan əlbir olmuş bir qrup şəxs halında törətməsini cəzanı ağırlaşdıran hal kimi, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında 21 oktyabr 2020-ci il tarixli protokoldan, müstəntiqin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması barədə 23 oktyabr 2020-ci il tarixli qərarından və həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 21 oktyabr 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və 23 oktyabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə Xaçmaz rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Həmçinin iş materiallarında olan şübhəli şəxsi tutma haqqında 22 oktyabr 2020-ci il tarixli protokoldan, müstəntiqin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad olunması barədə 23 oktyabr 2020-ci il tarixli qərarından və həmin tarixli başqa yerə getməmək haqqında iltizamdan görünür ki, Təqsirləndirilən şəxs1 22 oktyabr 2020-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş və 23 oktyabr 2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə Xaçmaz rayon Polis Şöbəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsiniun 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21 oktyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 gün, Təqsirləndirilən şəxs1 22 oktyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 gün müddət onlara təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərlərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs2 yaşadığı ünvanda əl çantasından və Təqsirləndirilən şəxs1 həyətyanı sahəsində basdırılmış şüşə bankadan aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatlarından sonra qalan müvafiq olaraq 363,416 qram və 41,95 qram qalıqları məhv edilməli, maddi sübut kimi cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Vahid oğlunun yaşadıqları ünvana baxış keçirilən zaman aparılmış video çəkilişlərin köçürüldüyü iki ədəd CD disklər cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 139,64 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdsə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 30 mart 2021-ci il tarixli, 1(067)-51/2021 saylı qərarı əsasında Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsinə dövlət hesabına 20 iş saatı sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdikləri 20 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 hər birinə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq 120 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 21 oktyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 22 oktyabr 2020-ci il tarixdən 23 oktyabr 2020-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 01 (bir) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, təqsirləndirilən şəxs X2 əl çantasından və Təqsirləndirilən şəxs1 həyətyanı sahəsindəki basdırılmış şüşə bankadan aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanın ekspertiza tədqiqatından sonra qalan müvafiq olaraq 363,416 qram və 44,95 qram qalıqları məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Vahid oğlunun yaşadıqları ünvana baxış keçirilən zaman aparılmış video çəkilişlərin köçürüldüyü iki ədəd CD disklər cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 139 (bir yüz otuz doqquz) manat 64 (altmış dörd) qəpik pul təqsirləndirilən şəxslər X1 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdsə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı dövlət hesabına göstərdikləri 20 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 hər birinə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq 120 (bir yüz iyirmi) manat pul ödənilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-51/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-51/2021
07.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver