Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-51/2023 11.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi İzzətli Anar İzzət oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi5, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi3 iştirakı ilə xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, himayəsində dörd yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olmayan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Məşədi Əzizbəyov küçəsi ev 43-də qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə, xx xxx 1992-ci ildə Xaçmaz rayonunun Çarxı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə, xx xxxxxx 1987-ci ildə Dəvəçi (Siyəzən) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı olan, məhkumluğu olan, Xaçmaz rayonunun Çarxı kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 "xxxx" QSCdə elektrik-qaz qaynaqçısı işlədiyi dövrdə müqaviləyə əsasən ona göstərilən etimaddan istifadə etməklə 29 iyul 2022-ci il tarixdə, saat 10:45-dən saat 11 radələrinədək, həmin QSC-də montyor işləyən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən Qusarçay-Xudat mənzilinin 165-ci kilometrliyində 5, 6 və 7-ci piketlərdən ADY QSC-nin mülkiyyətində olan ümumilikdə 369 manat dəyərində 36 ədəd KB-65 tipli rels altlıqlarını qanunsuz götürərək oğurlamağa cəhd edərkən Yalama st. X4 Post Patrul Xidmətinin polis nəfəri, polis serjantı Şahid tərəfindən müəyyən edilərək əməlinin ifşa edilməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yol xətlərinə münasibətdə oğurluğa cəhd etmiş, yəni özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yol xətlərinə münasibətdə gizli olaraq talamağa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Təqsirləndirilən şəxs2 "xxxx" QSC-də yol montyoru işlədiyi dövrdə müqaviləyə əsasən ona göstərilən etimaddan istifadə etməklə 29 iyul 2022-ci il tarixdə, saat 10:45-dən saat 11 radələrinədək, həmin QSC-də elektrik-qaz qaynaqçısı işləyən Təqsirləndirilən şəxs1 və montyor işləyən Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən Qusarçay- Xudat mənzilinin 165-ci kilometrliyində 5, 6 və 7-ci piketlərdən ADY QSC-nin mülkiyyətində olan ümumilikdə 369 manat dəyərində 36 ədəd KB-65 tipli rels altlıqlarını qanunsuz götürərək oğurlamağa cəhd edərkən Yalama st. X4 Post Patrul Xidmətinin polis nəfəri, polis serjantı Şahid tərəfindən müəyyən edilərək əməlinin ifşa edilməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yol xətlərinə münasibətdə oğurluğa cəhd etmiş, yəni özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yol xətlərinə münasibətdə gizli olaraq talamağa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Əzimov X3 Ağır Cinayətlər Məhkəməsinin 07 mart 2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2. 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 06 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 22 may 2020-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 il 14 gün vaxtından əvvəl şərti azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və ya götürülmədiyi halda "xxxx" QSC-də yol montyoru işlədiyi dövrdə müqaviləyə əsasən ona göstərilən etimaddan istifadə etməklə 29 iyul 2022-ci il tarixdə, saat 10:45-dən saat 11 radələrinədək həmin QSC-də elektrik-qaz qaynaqçısı işləyən Təqsirləndirilən şəxs1 və montyor işləyən Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yolu xətlərinə münasibətdə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə "xxxx"Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən Qusarçay-Xudat mənzilinin 165-ci kilometrliyində 5, 6 və 7-ci piketlərdən ADY QSC-nin mülkiyyətində olan ümumilikdə 369 manat dəyərində 36 ədəd KB-65 tipli rels altlıqlarını qanunsuz götürərək oğurlamağa cəhd edərkən Yalama st. X4 Post Patrul Xidməti Manqasının polis nəfəri, polis serjantı Şahid tərəfindən müəyyən edilərək əməlinin ifşa edilməsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yol xətlərinə münasibətdə oğurluğa cəhd etmiş, yəni özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında, dəmir yol xətlərinə münasibətdə gizli olaraq talamağa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2021-ci ildən “Kontur Arxitektura Layihə Sənaye» MMC şirkətində elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. 29 iyul 2022-ci il tarixdə onları, yəni Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və bir nəfər qatar tərtibatçısı Asif Yolçiyevi birlikdə Xaçmaz rayonu Çarxı kəndində yerləşən həmin şirkətin bazasından şirkətin avtobusu ilə 08:30 radələrində Qusarçay dəmir yolu stansiyasına aparmışlar. Həmin vaxt qatar tərtibatçısı Asif onlara yorğun olduğunu deyərək, teplovozun kabinasında yatıb istirahət etmişdir. Asif getdikdən sonra o, yanında olan Elçinlə İlqara anasının xəstə olduğunu, anasına gözünün əməliyyatı üçün pul lazım olmasını bildirmiş, buna görə də onlara olduqları yerdən dəmir yolu xətlərinə aid olan təmirlə əlaqədar yerindən çıxarılmış rels altlıqlarını götürərək həmin ərazidə duran teplovoz vaqonunun platformasına yığmaqda kömək etmələrini Elçin və İlqardan xahiş etmiş, sonunculara həmin rels altlıqlarını apararaq metal qəbulu məntəqəsinə satacağını bildirmiş, həmin rels altlıqlarını özü üçün götürməsi barədə Elçin və İlqara müdriyyətdən icazə aldığı barədə yalan məlumat vermişdir. Yəni Elçin və İlqarın onun həmin rels altlıqlarını oğurlamasından məlumatları olmamışdır. Elçin və İlqar da onun xahişi ilə həmin rels altlıqlarını teplovoz vaqonunun platformasına yükləməkdə kömək etmişlər. O, Elçin və İlqara həmin rels altlıqlarını oğurlamağı təklif etməmiş, sonuncuların həmin əmlakla bağlı hər hansı maddi gözləntiləri olmamışdır. Onlar rels altlıqlarını vaqonun platformasına yüklədikdən sonra polis əməkdaşı gələrək əməlini ifşa etmişdir. Həmin rels altlıqları təmirlə bağlı artıq yerindən çıxarılmış vəziyyətdə olmuşdur. Rels altlıqları köhnə olmuş, onlar yenisi ilə əvəz edilmək üçün yerindən çıxarılmışdır. O, ibtidai istintaqda verdiyi ifadəsində iş üzrə digər təqsirləndirilən şəxslərə həmin əmlakı oğurlaması barədə bildirməsinə dair xüsusatı təsdiq etmir, ifadəsinin qalan hissəsini isə təsdiq edir. O, törətdiyi cinayət əməlinə görə peşman olduğunu, arvadı ilə nikahının məhkəmə qaydasında pozulduğunu, himayəsində dörd yetkinlik yaşına çatmayan uşağının və xəstə anasının olmasını, hazırkı cinayəti anasının əməliyyat olunması üçün pul lazım olduğundan törətdiyini bildirərək barəsində ədalətli qərar qəbul olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, xx.xx.2021-ci ildən "xxxx" MMC-də elektro qaz qaynaqçısı vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə, saat 08:00-da Xaçmaz rayonunun Çarxı kəndi ərazisində yerləşən "xxxx" MMC-nin bazasında olarkən şirkətin iki nəfər işçisi Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və bir nəfər qatar tərtibatçısı Yolçiyev Asiflə birlikdə Xaçmaz rayonu ərazisində yerləşən Qusarçay-Xudat mənzilinin tək yolunda sabahısı gün aparılacaq demontaj işlərinə hazırlıq edilməsinə göstəriş verilmişdir. Həmin günü onları Çarxı kəndində yerləşən şirkətin bazasından şirkətin avtobusu 08:30 radələrində Qusarçay dəmir yolu stansiyasına aparmışdır. Orada onları görüləcək hazırlıq işləri üçün bir teplovoz və ona qoşulmuş platforma gözləmiş, həmin vaxt qatar tərtibatçısı Asif onlara yorğun olduğunu demiş, teplovozun kabinasında yatıb istirahət etmək istədiyini bildirmiş, onlar da Asifə narahat olmamasını, özləri öz işlərini görəcəklərini demişdirlər. Asif getdikdən sonra o, fürsətdən istifadə edib yanında olan Elçinlə İlqara anasının xəstə olduğunu, anasına əməliyyat üçün pul lazım olmasını bildirmiş, buna görə də onlara olduqları yerdən dəmir yolu xətlərinə aid olan təmirlə əlaqədar yerindən çıxarılmış rels altlıqlarını gizlin yığıb kənarda gizlətmələrini, sonradan həmin altlıqları aparıb metal qəbulu məntəqələrinə təhvil verib pul əldə etmələrini təklif etmişdir. Buna görə də Elçin və İlqar ona köməklik edərək dəmir yolu xətləri ərazisindən həmin günü saat 10:45 radələrindən saat 11 radələrinədək xətlərə aid 36 ədəd rels altlıqlarını çıxardıb həmin ərazidə duran teplovoz vaqonunun platformasında iki ədəd qırmızı rəngdə olan çənlərin arxasında gizlədəndə onlara polis əməkdaşı yaxınlaşmış, onlardan nə etdiklərini soruşmuş, onlar da hərəkətlərini dayandıraraq hər şeyi olduğu kimi etiraf etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də yeni işə düzəlmişdir. Onun peşəsi yol montyoru olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 08 radələrində Emin və Elçinlə birlikdə Xaçmaz rayonunun Çarxı kəndindən avtobusla dəmir yolunun Xaçmaz rayonu Qusarçay kəndi hissəsinə işləri ilə bağlı göndərilmişlər. Həmin yerdə işləyərkən Emin onlara anasının xəstə olduğunu, əməliyyat üçün pul lazım olduğunu, bu səbəbdən də həmin vaxt işlədikləri yerdə olan, dəmir yolunda təmir məqsədi ilə çıxarılaraq kənara yığılmış köhnə rels altlıqlarını özü üçün satmaq məqsədilə götürməsi barədə müdriyyətdən icazə aldığını bildirərək, həmin relslərin teplovozun platformasına yığılmasında ona (Eminə) kömək etmələrini xahiş etmişdir. Onlarla birlikdə işlədikləri həmin yerə getmiş qatar tərtibləyicisi Asif isə yorğun olduğundan həmin vaxt teplovozun kabinasında yatmışdır. Eminin bu xahişinə görə o və Elçin köməklik edərək rels altlıqlarını vaqonun platformasına yığmışlar və bu zaman polis əməkdaşı gələrək onlardan nə etdiklərini soruşmuş, o, polis əməkdaşına Eminin onlara müdriyyətdən rels altlıqlarını aparması üçün icazə almasını deməsi və bu səbəbdən də Eminin xahişi ilə sonuncuya kömək etdiklərini bildirmişdir. Onun həmin relsləri oğurlamaq məqsədi olmamış, Eminin həmin relsləri oğurlamaq istədiyindən onun məlumatı olmamışdır. O yalnız, Eminin sözünə inanaraq sonuncuya köməklik etmişdir. Onun həqiqətən də, Eminin həmin rels altlıqlarını oğurlamaq istədiyindən xəbəri olmamışdır. Bundan başqa, onun həmin rels altlıqlarını açaraq yerindən çıxarçası üçün aləti və s. olmamışdır. Qeyd olunan rels altlıqları qısa ölçüdə və bir nəfərin rahatlıqla gücü çatan çəkidə olmuşdur. O, ibtidai istintaqda verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 həmin əmlakı oğurlaması barədə onlara bildirməsinə dair xüsusatı təsdiq etmir, ifadəsinin qalan hissəsini isə təsdiq edir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, 29 iyul 2022-ci il tarixindən "Kontur Arxitektura Layihə Sənaye” şirkətində işə başlamış, həmin gün saat 08:00-da o, işdə olarkən ona tanışı Xaçmaz rayonunun Çarxı kənd sakini Təqsirləndirilən şəxs3 və həmin şirkətdə uzun müddət işləyən Təqsirləndirilən şəxs1 rəhbərlikdən 30 iyul 2022-ci il tarixdə Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən dəmir yolu xətlərində aparılacaq demontaj işlərinə hazırlıq görülməsi üçün həmin yerə getmələrinə göstəriş gəlmişdir. Buna görə də onlar həmin vaxt şirkətə məxsus avtobusla Qusarçay kəndinə yola düşmüşlər. Xaçmaz rayonu, Qusarçay kəndinə getdikdə onlarla birlikdə olan qatar tərtibatçısı Asif yorğun olduğunu demiş, orada duran teplovoza istirahət etməyə getmək istədiyini bildirmişdir. Onlar da Asifə etiraz etməmişlər. Asif getdikdən sonra onlar öz işlərini görməyə başlamışlar. Bu vaxt onunla Elçinə onlarla birlikdə işləyən Təqsirləndirilən şəxs1 anasının xəstə olduğunu, buna görə də onun pula ehtiyacı olduğunu bildirib işlədikləri ərazidən dəmir yoluna məxsus altlıqları gizlin götürüb metal qəbulu məntəqələrindən birinə təhvil verib pul əldə etməkdə ona köməklik etmələrini, onunla gizlin altlıqları qatarın platformasına yığmalarını xahiş etmişdir. Onlar da altlıqları onunla birlikdə dəmir yolu xətlərindən çıxardaraq saat 10:45-dən saat 11 radələrinədək qatarın platformasına yığmağa başlamışlar. Bu vaxt onlara bir nəfər polis serjantı yaxınlaşmış, özünü təqdim edib orada nə etdiklərini soruşmuş, platformanı yoxlayıb oradan altlıqları aşkar etmişdir. Bu vaxt polis əməkdaşı onlardan altlıqlar barədə soruşmuş, onlar da hər şeyi olduğu kimi etiraf etmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə elan olunmuş ittihamla bağlı özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, "xxxx" MMC-də yeni işə düzəlmişdir. Belə ki, o, hazırkı cinayət hadisəsi ilə bağlı saxlanılarkən işə başladığı ilk gün olmuşdur. Onun peşəsi yol montyoru olmuşdur. xx.xx.2022-ci il tarixdə Emin və İlqarla birlikdə dəmir yolunun Xaçmaz rayonu Qusarçay kəndi hissəsində işləyərkən Emin onlara anasının xəstə olduğunu, əməliyyat üçün pul lazım olduğunu, bu səbəbdən də həmin vaxt işlədikləri yerdə olan, dəmir yolunda təmir məqsədi ilə çıxarılaraq kənara yığılmış köhnə rels altlıqlarını özü üçün satmaq məqsədilə götürməsi barədə müdriyyətdən icazə aldığını bildirərək, həmin relslərin teplovozun platformasına yığılmasında ona (Eminə) kömək etmələrini xahiş etmişdir. Onlarla birlikdə işlədikləri həmin yerə getmiş qatar tərtibləyicisi Asif isə yorğun olduğundan həmin vaxt teplovozun kabinasında yatmışdır. Eminin bu xahişinə görə o və İlqar köməklik edərək rels altlıqlarını vaqonun platformasına yığmışlar və bu zaman polis əməkdaşı gələrək onlardan nə etdiklərini soruşmuş, o, polis əməkdaşına Eminin onlara müdriyyətdən rels altlıqlarını aparması üçün icazə almasını deməsi və bu səbəbdən də Eminin xahişi ilə sonuncuya kömək etdiklərini bildirmişdir. Onun Eminin həmin rels altlıqlarını oğurlamaq məqsədilə götürdüyünü bilməmişdir, Emin onlara anasının xəstəliyi ilə bağlı əməliyyatı üçün pul lazım olduğunu, yenisi ilə əvəz olunmaq üçün çıxarılmış həmin köhnə rels altlıqlarını da bu məqsədlə satmaq istədiyini, bunun üçün müdriyyətdən icazə aldığını bildirdiyindən o, Eminə inanmış, sonuncuya anasına görə kömək etməyi özünə mənəvi borc bilmişdir. O həmin rels altlıqlarını oğurluq niyyəti ilə götürüldüyünü bilsəydi, onlara əlini də vurmazdı. Bundan başqa, işlədiyi həmin şirkətin onun yaşadığı Çarxı kəndində bazası mövcuddur, hansı ki, bütün bu kimi istismardan çıxarılmış rels hissələri həmin bazada toplanmış, həmin yer isə mühafizə olunmur, onun oğurlamaq fikri olsaydı, həmin bazadan oğurlayaraq satardı. O, təzəliklə cəza çəkib həbsdən çıxmış və hazırda işləyərək pul qazanmaq istəmişdir. O, ibtidai istintaqda verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 həmin əmlakı oğurlaması barədə onlara bildirməsinə dair xüsusatı təsdiq etmir, ifadəsinin qalan hissəsini isə təsdiq edir. Barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, "xxxx" şirkətində fəhlə işləyir. O, 29 iyul 2022-ci il tarixindən "xxxx" şirkətində işə başlamış, həmin gün saat 08:00-da o, işdə olarkən ona tanışı Xaçmaz rayonu, Çarxı kənd sakini Təqsirləndirilən şəxs2 və həmin şirkətdə uzun müddət işləyən Təqsirləndirilən şəxs1 rəhbərlikdən 30 iyul 2022-ci il tarixdə Xaçmaz rayonu, Qusarçay kəndi ərazisində yerləşən dəmir yolu xətlərində aparılacaq demontaj işlərinə hazırlıq görülməsi üçün həmin yerə getmələri ilə bağlı göstəriş gəlmişdir. Buna görə də onlar həmin vaxt şirkətə məxsus avtobusla Qusarçay kəndinə yola düşmüşlər. Xaçmaz rayonu, Qusarçay kəndinə getdikdə onlarla birlikdə gedən qatar tərtibatçısı Asif də onlara yorğun olduğunu deyərək orada duran teplovoza istirahət etməyə getmək istədiyini demişdir. Onlar da buna etiraz etməmişlər. Vaqon tərtibatçısı Asif getdikdən sonra onlar öz işlərinə başlamışlar. Bu vaxt onunla İlqara iş yoldaşı Təqsirləndirilən şəxs1 anasının xəstə olduğunu deyərək pula ehtiyacı olduğunu bildirmiş, işlədikləri ərazidən dəmir yoluna məxsus altlıqları metal qəbulu məntəqələrindən birinə təhvil verib pul əldə etməsi üçün köməklik etmələrini, altlıqları qatarın platformasına onunla gizlin yığmalarını xahiş etmişdir. Onlar da altlıqları Eminlə birlikdə dəmir yolu xətlərindən gizlin çıxardaraq saat 10:45-dən saat 11 radələrinədək qatarın platformasına yığmağa başlamışlar. Bu vaxt onlara bir nəfər polis serjantı yaxınlaşmış, özünü təqdim etmiş, orada nə etdiklərini soruşmuş, platformanı yoxlayıb orada altlıqları aşkar etmişdir. Həmin vaxt polis əməkdaşı onlardan altlıqlar barədə soruşmuş, onlar da hər şeyi olduğu kimi etiraf etmişlər. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs "xxxx" QSC-nin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, o, ADY QSC-nin 1 saylı Xaçmaz yol sahəsinin SƏTƏM üzrə mühəndisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxslərin oğurlamağa cəhd etdikləri 36 ədəd KB-65 tipli rels altlıqları zərərçəkmiş şəxsə qaytarılmışdır. Həmçinin bildirmişdir ki, həmin rels altlıqları köhnə olduğundan həmin ərazidən sürətli qatar yolu çəkildiyi üçün çıxarılmışdır. Həmin rels altlıqları təyinatı üzrə yenidən istifadə olunmayacaq, onlar dəmiryoluna təhvil verilir və yəqin ki, emal edilərək yeni hansısa hissələr düzəldilir. Zərərçəkmişə həmin rels altlıqları qaytarıldığından ziyan dəyməmiş, bu səbəbdən zərərçəkmişin təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid ifadəsində göstərdi ki, 29 iyul 2022-ci il tarixdə, saat təxminən 11-12 radələrində o, xidmətdə olduğu zaman dəmir yolunun Qusarçay- Xudat mənzilində üç nəfər şəxsin rels altlıqlarını vaqona yüklədiklərini görmüş, o, həmin şəxslərə yaxınlaşaraq iradını bildirmiş, həmin altlıqları yükləmələrinin səbəbini soruşmuş, İlqar və Elçin həmin rels altlıqlarını Eminin onlara anasının xəstə olması səbəbindən Eminin xahişi ilə kömək etdiklərini bildirmişlər. O da bu barədə rəhbərliyinə məruzə etmiş, növbətçi hissəyə məlumat vermiş. Bundan sonra təhqiqatçı hadisə yerinə gəlmiş, fotoşəkillər çəkilmiş, maddi sübutlar götürülərək PB-yə aparılmışdır. Həmçinin bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, hadisə yerində təqsirləndirilənlərdən həmin rels altlıqlarını vaqona niyə yüklədiklərini soruşduqda, İlqar və Elçin Eminin anasının ağır xəstə olması və həmin altlıqları müalicəsi üçün satmaq üçün Eminə kömək etdiklərini bildirmişlər. Təqsirləndirilən şəxslər həmin rels altlıqlarını icazəsiz götürdüklərini bildirmişlər. Şahid ibtidai istintaq zamanı verditi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz st. XPŞ-nin Yalama st. XPB-nin, PPXM-nin polis nəfəri, polis serjantı vəzifəsində xidmət edir. Belə ki, 29 iyul 2022-ci il tarixdə, saat 11 radələrində o, Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən "xxxx" QSC-nin Qusarçay-Xudat mənzilinin tək baş yolunun 165-ci km-də tərtib edilmiş cədvələ əsasən xidmətdə olmuş, orada üç nəfər şəxsin dəmir yolu xətlərinə aid olan altlıqları platformaya daşıdıqlarını və özlərini şübhəli apardıqlarını görmüş, buna görə də dərhal həmin şəxslərə yaxınlaşmış, onlardan nə etdiklərini soruşmuş, həmin şəxslər hərəkətlərini dayandıraraq altlıqları icazəsiz götürdüklərini və metal qəbulu məntəqələrindən birinə təhvil verib pul əldə etmək məqsədi ilə yığdıqlarını etiraf etmişlər. Buna görə də o, rəhbərliyə bu barədə məlumat verərək hadisə barədə demişdir. Sonradan həmin şəxslər Yalama st. XPB-nə dəvət edilmiş, həmin şəxslərin gizlin və qanunsuz yığıb gizlətdikləri 36 ədəd altlıqları maddi sübut kimi bölmənin təhqiqatçısı tərəfindən götürülərək bölməyə aparılmışdır. İş materiallarında olan 29 iyul 2022-ci il tarixli raportdan müəyyən olunur ki, həmin tarixdə Yalama st. XPB-nin PPXM-nın polis nəfəri Şahid raportla müraciət edərək bildirmişdir ki, tərtib edilmiş cədvələ əsasən xx.xx.2022-ci il tarixdə xidməti ərazisi olan Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən "xxxx" QSC-nin Qusarçay-Xudat mənzilinin tək baş yolundan 165-ci km-dən piket 5, 6 və 7-də xidmətdə olarkən 36 ədəd KB-65 tipli rels altlıqlarını dəmir yolu xətlərindən gizlin götürərək platformaya yığarkən onun tərəfindən üç nəfər şəxs – Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğu və Təqsirləndirilən şəxs3 saat 11 radələrində aşkar olunmuşdur. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 29 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonu, Qusarçay kəndində yerləşən Qusarçay-Xudat dəmir yolu stansiyasının 165-ci kilometrliyidir. Həmin yerə baxış "xxxx" QSC-nin 1 saylı Xaçmaz yol sahəsinin rəis müavini Müsənnif Balakişiyev və digər şəxslərlə baxış keçirilərkən 1 saylı Xaçmaz yol sahəsinin balansında olan 36 ədəd KB-65 tipli rels altlıqlarının sökülərək ələ keçirildiyi müəyyən olunmuşdur. Baxışda iştrak edən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sorğu zamanı səmimi etiraf edərək Qusarçay-Xudat dəmir yolu mənzilinin 165-ci km-nin 5, 6 və 7-ci piketlərindən 36 ədəd rels altlıqlarını gizlin çıxardaraq yaxınlıqda durmuş vaqonun platformasında, iki ədəd qırmızı rəngli çənlərin arxasında gizlətdiklərini bildirmişlər. Baxış zamanı ADY QSC-nin 1 saylı Xaçmaz yol sahəsinin rəis müvaini Müsənnif Balakişiyev qeyd olunan 36 ədəd rels altlıqlarının ADY QSC-nin 1 saylı Xaçmaz yol sahəsinə məxsus olmasını qeyd etmişdir. İş materiallarında olan "xxxx" QSC-nin 11 avqust 2022-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğu və Təqsirləndirilən şəxs3 tərəfindən Xaçmaz dəmir yolu stansiyası ərazisindən oğurlanmasına cəhd edilmiş yarım-yararlı 36 ədəd KB-65 tipli rels altlığının bütün bağlayıcılarla birlikdə 1 ədədinin dəyəri 10,25 (on manat iyirmi beş qəpik) manat olmaqla, ümumi ziyanın dəyəri 369 (üç yüz altmış doqquz) manat təşkil edir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 sentyabr 2022-ci il tarixli, 9/5992 nömrəli ekspert rəyindən müəyyən edilir ki, "xxxx" QSC tərəfindən tərtib edilmiş məktubdan istifadə etməklə, həmin QSC-yə məxsus yarım-yararlı 36 ədəd KB-65 tipli rels altlıqlarının 2022-ci ilin iyul ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri nəzəri qaydada təxminən 369 (36 əd.x10,25 man.) manat müəyyən edilir. İş materiallarında olan 23 sentyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan və 06 dekabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğu və Təqsirləndirilən şəxs3 29 iyul 2022-ci il tarixdə oğurlamağa cəhd etdikləri 36 ədəd KB- 65 tipli rels altlıqları iş üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarında olan "xxxx" QSC-nin 02 noyabr 2022-ci il tarixli cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həmin QSC-də elektrik qaz qaynaqçısı peşəsində işləmiş, Təqsirləndirilən şəxs2 oğu xx.xx.2022-ci il tarixdən həmin QSC-də yol montyoru (təmirçisi) peşəsində, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən həmin QSC-də yol montyoru (təmirçisi) peşəsində işləyirlər. Məhkəmə Təqsirləndirilən şəxs1 ifadəsində hazırkı cinayət əməlini törədərkən iş üzrə digər təqsirləndirilən şəxslərin onun həmin əmlakı gizli olaraq götürməsindən xəbərləri olmadıqları, onlara həmin əmlakı icazə alaraq özü üçün götürərək aparıb satmasını bildirməsi, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğunun və Təqsirləndirilən şəxs3 həmin əmalkları oğurlamaq məqsədi ilə götürmədikləri, Eminin həmin əmlakı oğurlamaq məqsədilə götürdüyünü bilməmələri və Eminin həmin əmlakı icazə alaraq götürdüyünü onlara bildirərək onlardan əmlakı vaqonun platformasına yükləməsini xahiş etdiyi üçün sonuncuya bu səbəbdən kömək etmələri barədə bildirdikləri xüsusata tənqidi yanaşaraq, bu halı onların özlərini müdafiə xarakteri daşıdığı, cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıdığı qənaətinə gəlir. Belə ki, iş materiallarında olan iş üzrə təqsirləndirilən şəxslərin 29 iyul 2022-ci il tarixli izahatlarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 rels altlıqlarını oğurlayaraq axşam işdən sonra apararaq metal qəbulu məntəqəsinə sataraq əlavə pul əldə etməyi təklif etmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 anasının xəstəliyi ilə əlaqədar pula ehtiyacının olduğunu bildirərək rels altlıqlarını oğurlamaqda ona (Təqsirləndirilən şəxs1) köməklik etmələrini xahiş etdiyindən onlar da Təqsirləndirilən şəxs1 kömək etmişlər. Qeyd olunan izahatlarda təqsirləndirilən şəxslər ayrı-ayrılıqda həmin izahatlarının onlara ucadan oxunduğunu, onların öz sözləri ilə yazıldığını, əlavələrinin olmadığını yazıları və imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan Təqsirləndirilən şəxs1 02 noyabr 2022-ci il tarixli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 05 dekabr 2022-ci il tarixli ifadələrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 rels altlıqlarını anasının müalicəsi üçün pul əldə etmək məqsədilə vaqonun platformasına gizli olaraq yığmaqda köməklik etmələrini xahiş etmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 anasının xəstəliyi ilə əlaqədar pula ehtiyacının olduğunu bildirərək rels altlıqlarını vaqonun platformasına yığmaqda ona (Təqsirləndirilən şəxs1) köməklik etmələrini xahiş etdiyindən onlar da Təqsirləndirilən şəxs1 kömək etmişlər. Qeyd olunan ifadələrdə təqsirləndirilən şəxslər ayrı-ayrılıqda ifadələrində həmin ifadələrinin onlara ucadan oxunduğunu, onların öz sözləri ilə yazıldığını, əlavələrinin olmadığını yazıları və imzaları ilə təsdiq etmişlər, həmin ifadələr həmçinin müdafiəçilərinin də imzaları ilə təsdiq edilmişdir. Qeyd olunan ifadələrdən həmçinin müəyyən edilir ki, təqsirləndirilən şəxslərin heç biri həmin izahat və ifadələrində Təqsirləndirilən şəxs1 oğurlanmasına cəhd edilmiş rels altlıqlarını Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 icazə əsasında götürməsi barədə xüsusat göstərməmişlər. Bundan başqa, iş materiallarından müəyyən edilir ki, cinayət işinin ibtidai istintaq dövründə təqsirləndirilən şəxslərin heç biri verdikləri ifadələrlə bağlı hər hansı etiraz və ya vəsatətlə müraciət etməmişlər. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1 və 29,177.2.3-2-ci maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, oğurluq cinayəti şəxs tərəfindən neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə həmin Məcəllənin 177.2.3-2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən, cinayətə hazırlıq və cinayət etməyə cəhd başa çatmayan cinayət hesab olunur. Həmin Məcəllənin 27.3-cü maddəsinə əsasən, başa çatmayan cinayətlərə görə cinayət məsuliyyəti bu Məcəllənin 28 və 29-cu maddələrinə istinad olunmaqla bu Məcəllənin başa çatmış cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələrinə uyğun olaraq müəyyən edilir. Ali Məhkəmənin qeyd olunan qərarının 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin “Qeyd” hissənin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan, həmçinin iş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin, qətnamənin, icra və probasiya şöbəsinin məktubunun, şəxsiyyət vəsiqələrinin surətlərindən, Bakı şəhəri Qaradağ RİHB-nın Ələt qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan və tibbi sənədlərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 himayəsində dörd yetkinlik yaşına çatmayan uşağı, həmçinin 1947ci il təvəllüdlü olmaqla xəstə anası vardır. İş materiallarında olan Bakı şəhəri Qaradağ RİHB-nın Ələt qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində Nümayəndəliyə heç bir şikayət tərkibli ərizə və müraciətlər daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan, həmçinin iş materiallarına əlavə edilmiş Xaçmaz RİHB-nın Çarxı kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan və doğum haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 bir azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Çarxı kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində Nümayəndəliyə heç bir yazılı və şifahi xarakterli şikayət daxil olmamışdır. İş materiallarında olan qərarın surətindən və Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxs Əzimov X3 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 66.3-cü maddəsinə əsasən ona qəti olaraq 06 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş; Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(002)-455/2020 saylı qərarına əsasən qeyd olunan hökmlə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş; 07 iyun 2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. İş materiallarına əlavə edilmiş Xaçmaz RİHB-nın Çarxı kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan və EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Çarxı kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində Nümayəndəliyə heç bir yazılı və şifahi xarakterli şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş ərizədən, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurlamağa cəhd etdikləri əmlaklar - 36 ədəd KB-65 tipli rels altlıqları zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılmış, təqsirləndirilən şəxslərə qarşı heç bir tələbinin olmadığı, cəzanın təyin edilməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyi bildirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayəti etiraf edərək əməlindən peşman olmasını, himayəsində dörd yetkinlik yaşına çatmayan uşağının, xəstə anasının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.13-cü maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətin müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" QSC-də elektrik qaz qaynaqçısı peşəsində işləmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.13-cü maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətin müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən "xxxx" QSC-də elektrik qaz qaynaqçısı peşəsində işləyir. Məhkəmə Təqsirləndirilən şəxs3 biri azyaşlı olmaqla iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətlərin residivi halını, həmin Məcəllənin 61.1.13-cü maddəsində göstərilən cəzanı ağırlaşdıran hal kimi cinayətin müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi halını müəyyən etdi. Belə ki, iş materiallarından müəyyən edilir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 7(002)-455/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs3 ona Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 14 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş materiallarından həmçinin müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdən "xxxx" QSC-də elektrik qaz qaynaqçısı peşəsində işləyir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə görə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Həmin Məcəllənin 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs3 22 may 2020-ci il tarixdə məhkəmənin qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilsə də, onun həmin cinayət əməlinə görə məhkumluğu ödənilmədən o, 29 iyul 2022-ci il tarixdə hazırkı iş üzrə cinayət əməlini törətdiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bununla da o, məhkumluğu ödənilmədən (və ya götürülmədən) hazırkı cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə isə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə görə, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin maddənin 2-ci bəndinə görə isə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, Təqsirləndirilən şəxs1 münasibətdə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran cinayətin müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi halını, həmçinin cinayət əməlinin törədilməsi halını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinin (29,177.2.1 və 29,177.2.3-2) sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə qeyd olunanları nəzərə almaqla cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran cinayətin müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi halını, həmçinin cinayət əməlinin törədilməsi halını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinin (29,177.2.1 və 29,177.2.3-2) sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə tapşırılmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 münasibətdə qeyd olunanları nəzərə almaqla cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzanı yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran cinayətlərin residivi halını və cinayətin müqaviləyə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi halını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-2-ci maddələrinin (29,177.2.1 və 29,177.2.3-2) sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə görə azadlıqdan məhrumetmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs3 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş ərizədən, həmçinin zərərçəkmiş şəxsin nümayəndəsinin məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğurlamağa cəhd etdikləri əmlaklar – 36 ədəd KB-65 tipli rels altlıqları zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılmışdır. Odur ki, iş üzrə maddi sübut olan, Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılmış 36 ədəd KB-65 tipli rels altlıqlarının zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Xaçmaz rayonunun ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29, 177.2.1 və 29, 177.2.3-2-ci maddələri ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs3 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan, Xaçmaz st. XPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılmış 36 ədəd KB-65 tipli rels altlıqlarının zərərçəkmiş şəxs "xxxx" QSC-yə qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 birgə qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Bakı Şəhər Probasiya İdarəsinə, Bakı şəhəri Qaradağ Rayon İcra Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-51/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-51/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver