Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-52/2021 30.03.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 iştirakı ilə X1 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayətlə Xaçmaz Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Xaçmaz şəhəri, Ü.Hacıbəyov küçəsi ev 24-də anası X4 məxsus evdə anası və azyaşlı uşaqları ilə birlikdə yaşayır. Mülkiyyət hüququ əsasında ev və evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi anasına məxsusdur. Dayısı oğlu X2 onların həyətində qeyri-qanuni yaşayış evi tikib və ailəsi ilə birlikdə həmin evdə yaşayırlar. X7 Xaçmaz rayon məhkəməsində qanunsuz tikilinin sökülməsi ilə bağlı İslam Kərimova qarşı iddia qaldırmışdır. xx xxxxxx 2021-ci il tarixdə, saat 12:30 radələrində İslam Kərimov və sonuncunun arvadı Aynur heç bir əsaslı səbəb olmadan onu nalayiq küçə söyüşləri ilə təhqir edərək ona “sənin uşaqların bicdir, özün də üç kişidən doğulmusan, anan da sənin tayındır” və deyiləsi mümkün olmayan sözlərlə onu təhqir etmişdir. O, orada Aynura demişdir ki, sonuncunun uşağı daşla vuraraq onun oğlunun gözünü zədələmiş, uşağını başa salsın ki, daşla vurmasın. Həmin vaxt sahə inspektoru Nurlan, X7 və bütün qonşular buna şahid olmuşlar. Onun hərəkətləri davam etdiyindən o məcburiyyət qarşısında “102” xidmətinə zəng etmiş və bu barədə məlumat vermişdir. Xaçmaz RPŞ-dən aldığı cavab məktubunda göstərilmişdir ki, təhqir olunması ilə bağlı araşdırmanın aparılması və qərar qəbul edilməsi məhkəmə orqanlarının səlahiyyətinə aiddir və bununla bağlı məhkəməyə müraciət edə bilər. Ona görə də onu nalayiq söyüşlərlə təhqir edərək şərəf və ləyaqətini alçaltdığına görə Kərimova Aynur və Kərimov İslam barəsində qanuni tədbir görülməsi üçün aidiyyəti üzrə göstəriş verilməsini istəmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs şikayəti müdafiə edərək şikayətin icraata qəbul edilməsini və məhkəmə baxışının keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayətin məzmunu qanunvericliyin tələblərinə tam cavab vermədiyindən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, şikayətdən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs göstərdiyi əməlin məhz hansı şəxs tərəfindən törədildiyini dəqiq göstərməmiş və bunu təsdiqləyəcək sübutlar təqdim etməmişdir. Bundan başqa, şikayət vermiş şəxs, barəsində şikayət vermiş şəxslər haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən qeyd olunmalı məlumatları şikayətində göstərməmişdir. Bundan əlavə, şikayət vermiş şəxs şikayətdə göstərdiyi cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, hansı digər sübutlarla təsdiq edildiyini göstərməmişdir. Bundan başqa, şikayətdə cinayət məsuliyyətinə cəlb edilmə barədə xahiş də qeyd olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4-cü maddəsinə əsasən, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5-ci maddəsinə əsasən, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı şikayətdə qanunvericiliyin yuxarıda göstərilən tələblərinə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs tərəfindən riayət olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə görə, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə görə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi və hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli Qərarında qeyd olunur ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlanılmalıdır. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə Cinayət-Prosessual Məcəlləsinin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Odur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin yazılı şikayətində cinayət əməllərinin barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər tərəfindən törədilməsini təsdiq edən sübutlar təqdim etmədiyindən, bundan başqa cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş göstərilmədiyindən, həmçinin barəsində şikayət verilmiş şəxslərin barəsində məlumatlar natamam olduğundan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Anar Sadıqov
Məhkəmə qərarları › İş №1(067)-52/2021
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-52/2021
30.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver