Məhkəmə qərarları › İş №1(067)-52/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-52/2022

26.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-52/2022 26.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxx 1989-cu ildə Quba rayonunun Zərdabi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Quba rayonunun Zərdabi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi «Ford Tranzit» markalı ** ZP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsinə gedib sürücü Şahid1 həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə orada olan 138 ədəd kiçik ölçülü plastmas taraların hər birində 12 kiloqram çəkidə, 37 ədəd böyük ölçülü plastmas taraların hər birində isə 15 kiloqram çəkidə alma olmaqla bir kiloqramı 01 manat qiymətində olan 2211 kq çəkidə ağ və qırmızı rəngli palmet növündə almanı və hər biri 1 manat 20 qəpik dəyərində olan 175 ədəd plastmas taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub aparmaqla ümumilikdə 2421 manat məbləğində oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar, 02 oktyabr 2021-ci il tarixdə saat 03:40 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi «Qazel 33021» markalı, ** OS *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Quba rayonu, Hacıhüseynli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus bağ sahəsinə gedib sürücü Şahid2 həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə oradan hər tarada 25 kiloqram çəkidə alma olmaqla bir kiloqramı 01 manat qiymətində olan 2525 kq çəkidə ağ rəngli palmet növündə almanı və hər biri 3 manat dəyərində olan 101 ədəd taxta taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub aparmaqla ümumilikdə 2828 manat məbləğində təkrar oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar, 07 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan X4 idarə etdiyi «Ford» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ sahəsinə gedib sürücü Elşən Heydərova həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə oradan hər tarada 22 kiloqram çəkidə alma olmaqla bir kiloqramı 01 manat qiymətində olan 1100 kq çəkidə ağ rəngli palmet növündə almanı və hər biri 1 manat 50 qəpik dəyərində olan 50 ədəd taxta taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub aparmaqla ümumilikdə 1175 manat məbləğində təkrar oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar, 07 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan X4 idarə etdiyi «Ford» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən bağ sahəsinə gedib sürücü Elşən Heydərova həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə oradan hər tarada 22 kiloqram çəkidə alma olmaqla bir kiloqramı 01 manat qiymətində olan 242 kq çəkidə ağ rəngli palmet növündə almanı və hər biri 2 manat dəyərində olan 11 ədəd taxta taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub aparmaqla ümumilikdə 264 manat məbləğində təkrar oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ayrı-ayrı şəxslərdən alma meyvəsi almış və Bakı şəhərinə aparıb 8-ci kilometr adlanan ərazidə olan bazarda və «Meyvəli» adı ilə tanınan bazarda satmışdır. Başqa-başqa şəxslərə müxtəlif məbləğlərdə borcları olduğundan meyvə oğurluğu etmək qərarına gəlmiş, bu məqsədlə 30 sentyabr 2021-ci il tarixdə, saat 02 radələrində yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi «Ford Tranzit» markalı ** ZP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsinə gedib sürücü Şahid1 həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə orada olan 138 ədəd kiçik ölçülü plastmas taraların hər birində 12 kiloqram çəkidə, 37 ədəd böyük ölçülü plastmas taraların hər birində isə 15 kiloqram çəkidə alma olmaqla 2211 kq çəkidə ağ və qırmızı rəngli palmet növündə almanı və 175 ədəd plastmas taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub Bakı şəhərinə aparmaqla 8-ci kilometr adlanan ərazidə olan bazarda həmin malları tanımadığı şəxslərə sataraq ümumilikdə 645 manat pul əldə etmişdir. Alıcılardan aldığı 645 manat pulun 150 manatını meyvəni gətirdiyinə görə «Ford Tranzit» markalı avtomobilin sürücüsünə, 30 manatını bazarın nəzarətçisinə vermiş, qalan 465 manat pulu isə sonrakı günlərdə özü xərcləmişdir. Bundan başqa 02 oktyabr 2021-ci il tarixdə saat 03:40 radələrində yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi «Qazel 33021» markalı, ** OS *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Quba rayonu, Hacıhüseynli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus bağ sahəsinə gedib sürücü Şahid2 həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə oradan hər tarada 25 kiloqram çəkidə alma olmaqla 2525 kq çəkidə ağ rəngli palmet növündə almanı və 101 ədəd taxta taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub 15-20 metr hərəkətə başladıqdan sonra avtomobil həmin yerdə olan palçıqlı sahədə batmışdır. Yerə düşüb avtomobilin arxa təkərlərinin altına ağac atmaqla və itələməklə avtomobili batdığı yerdən çıxarmağa çalışsalar da çıxara bilməmişlər. Sonra daş gətirib avtomobilin arxa təkərlərinin altına ataraq avtomobili çıxarmağa çalışsalar da avtomobili batdığı yerdən çıxara bilməmişlər və o, sürücüyə demişdir ki, avtomobildə oturub gözləsin, bir qədər getdikdən sonra o, Xaçmaz-Quba avtomobil yolu ilə hərəkətdə olan avtomobillərdən birinə əyləşib Xaçmaz şəhərinə gəlmiş, orada başqa taksi avtomobilinə əyləşib Bakı şəhərinə getmişdir. Bundan başqa 07 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində yenə də yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan X4 idarə etdiyi «Ford» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ sahəsinə gedib sürücü Elşən Heydərova həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə oradan hər tarada 22 kiloqram çəkidə alma olmaqla 1100 kq çəkidə ağ rəngli palmet növündə almanı və 50 ədəd taxta taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub hərəkətə başlamışlar, bir qədər getdikdən sonra saat 03:30 radələrində həmin kənd ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ sahəsinə gedib sürücü Elşən Heydərova həmin bağ sahəsinin də öz qohumlarına məxsus olmasını bildirməklə oradan da hər tarada 22 kiloqram çəkidə alma olmaqla 242 kq çəkidə ağ rəngli palmet növündə almanı və 11 ədəd taxta taraları oğurlayıb həmin yük avtomobilinin yük bölməsinə qoymuşdur. Sürücü avtomobili hərəkətə gətirib getmək istədikdə avtomobil palçıqda batmışdır. Avtomobili irəli-geri hərəkət etdirsə də batdığı yerdən çıxara bilməmiş və o, sürücüyə avtomobili batdığı yerdən çıxarması üçün traktor gətirəcəyini deyərək avtomobildən düşüb piyada Quba rayonu, Zərdabi kəndinə yaşadığı evə getmişdir. 12 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə dəvət edildikdən sonra ondan Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində olan bağ sahəsindən alma oğurlayıboğurlamaması soruşulmuş, o, da hər şeyi olduğu kimi etiraf etmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşmançılıq hissi keçirir və ona güzəşt edilməklə barəsində həbslə əlaqədar olmayan yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 göstərdi ki, yaşadığı Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində onun və ailə üzvlərinin adına 1,50 ha bağ sahəsi vardır. 2021-ci ilin sentyabr ayının ortalarından başlayaraq o, öz bağ sahəsində olan ağ və qırmızı palmet növündə almanı hissə-hissə yığdırıb bir kiloqramı 55 qəpikdən olmaqla satmışdır. Yığdırdığı almanı günəşdən və yağışdan qorumaq üçün bağ sahəsində torpağa basdırdığı taxtalar üzərinə vurulumuş polietilen örtüyün altında saxlamış, müştəri gəldikdə isə satmışdır. Yerə basdırdığı taxtaların üzərinə vurulmuş polietilen örtüyün yan tərəfləri isə açıq vəziyyətdə olmuşdur. 2021-ci ilin senytabr ayının 20-dən başlayaraq o, bağ sahəsində olan almanı hissə-hissə yığdırıb hər birini 1 manat 20 qəpikdən aldığı 300 ədəd kiçik ölçülü plastmas taralara və 150 ədəd böyük ölçülü plastmas taralara doldurmuşdur ki, müştəri gəldikdə sata bilsin. 29 sentyabr 2021-ci il tarixdə səhər saatlarında o, öz bağ sahəsinə gəlmiş, ancaq həmin gün hava yağışlı olduğu üçün bağda çox qala bilməyib evə qayıtmışdır. 30 sentyabr 2021-ci il tarixdə səhər saatlarında bağ sahəsinə gəldikdə plastmas taralarda olan almanın bir hissəsinin olmadığını görmüşdür. O, plastmas taraları saydıqda 138 ədəd kiçik ölçülü plastmas taralar və 37 ədəd böyük ölçülü plastmas taraların oğurlandığını müəyyən etmişdir. İşinin çox olması ilə bağlı o, həmin gün və sonrakı günlərdə heç bir yerə gedə bilməmiş, 04 oktyabr 2021-ci il tarixdə Xaçmaz rayon Polis Şöbəsinə gələrək bağ sahəsindən alma oğurlanması barədə məlumat vermişdir. Sonradan bağ sahəsindən oğurluğu Təqsirləndirilən şəxs etdiyi ona məlum olmuşdur. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərdi ki, yaşadığı Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində onun özünə məxsus 0,287 ha bağ sahəsi vardır. 2021-ci ilin senytabr ayının sonlarınadək o, öz bağ sahəsində olan almanın bir hissəsini yığdıraraq satmışdır. 2021-ci ilin oktyabr ayının əvvəllərində o, bağ sahəsində olan almanın bir hissəsini yığdırıb hər birini 1 manat 50 qəpikdən aldığı 50 ədəd taxta taralara doldurmuşdur ki, müştəri gəldikdə sata bilsin. Həmin vaxt hər bir tarada 22 kiloqram ağ palmet növündə alma olmuşdur. Bağında olan almanı yığdırarkən yağış yağmış və o, yığdırdığı almanı bağ sahəsində düzəltdiyi polietilen örtüyün altına qoyaraq evə getmiş, sonrakı günlərdə hava yağışlı olduğu üçün bağ sahəsinə gələ bilməmişdir. 07 oktyabr 2021-ci il tarixdə səhər saatlarında həmkəndlisi Abas ona zəng vurub demişdir ki, gecə avtomobillə gəlib özünə və ona məxsus bağ sahələrindən alma oğurlamaq istəmişlər, avtomobil bağda batıb qalmışdır. Abasla danışdıqdan sonra o, evdən çıxıb öz bağ sahəsinə gəldikdə Abasa məxsus bağ sahəsində «Qazel» markalı ** BZ *** qeydiyyat nişanlı avtomobilin palçıqda batdığını, avtomobilin yanında isə tanımadığı bir nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxs avtomobilin sürücüsü olduğunu bildirərək onlara demişdir ki, Bakı şəhərində yaşayır, Bakı şəhərində olarkən tanımadığı bir nəfər ona Xaçmaz rayonu ərazisində özünə məxsus bağ sahəsi olduğunu, öz bağ sahəsindən Bakı şəhərinə alma apracağını deyərək onu sifarişlə həmin yerə gətirmiş, avtomobil həmin yerdə olan palçıqda batdıqda isə onu gətirmiş şəxs traktor gətirəcəyini deyərək çıxıb getmişdir. Sürücüdən onunla gəlmiş şəxsi tanıyıb- tanımadığını soruşduqda isə demişdir ki, sifarişlə onu Xaçmaz rayonuna gətirmiş şəxsi tanımır. Bundan sonra onlar avtomobilin yük yerinə yığılmış taralardakı almanı yerə boşaltmışlar və sürücüyə kömək edərək avtomobili batdığı yerdən çıxarmışlar, sonra isə özü Xaçmaz raqyon Polis Şöbəsinə gəlib şikayət ərizəsi yazaraq bağından 50 ədəd tarada alma oğurlanması ilə bağlı məlumat vermişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 göstərdi ki, yaşadığı Xaçmaz rayonunun Qımıl-qışlaq kəndi ərazisində onun özünə məxsus 0,87 ha bağ sahəsi var. 2021-ci ilin sentyabr ayının ortalarından başlayaraq o, öz bağ sahəsində olan ağ və qırmızı palmet növündə almanı hissə-hissə yığdırıb bir kiloqramı 50 qəpikdən olmaqla satmışdır. Yığdırdığı almanı günəşdən və yağışdan qorumaq üçün bağ sahəsində torpağa basdırdığı taxtalar üzərinə vurulumuş polietilen örtüyün altında saxlamış, müştəri gəldikdə isə satmışdır. Yerə basdırdığı taxtaların üzərinə vurulmuş polietilen örtüyün yan tərəfləri isə açıq vəziyyətdə olmuşdur. 2021-ci ilin oktyabr ayının əvvəllərində o, bağ sahəsində olan almanın bir hissəsini yığdırıb hər birini 2 manata aldığı 100 ədəd taxta taralara doldurmuşdur ki, müştəri gəldikdə sata bilsin. Həmin vaxt hər bir tarada 22 kiloqram ağ palmet növündə alma olmuşdur. Bağında olan almanı yığdırarkən yağış yağmış və o, yığdırdığı almanı bağ sahəsində düzəltdiyi polietilen örtüyün altına qoyaraq evə getmişdir. Sonrakı günlərdə hava yağışlı olduğu üçün yığdırdığı almanı sata bilməmiş və taralara yığılmış bütün alma bağda qalmışdır. 07 oktyabr 2021-ci il tarixdə səhər saatlarında həmkəndlisi Məzahir ona zəng vurub demişdir ki, gecə avtomobillə gəlib onun bağ sahəsindən alma oğurlamaq istəmişlər, avtomobil bağda batıb qalmışdır. Məzahirlə danışdıqdan sonra o, evdən çıxıb öz bağ sahəsinə gəldikdə ona məxsus bağ sahəsində «Qazel» markalı ** BZ *** qeydiyyat nişanlı avtomobilin palçıqda batdığını, avtomobilin yanında isə tanımadığı bir nəfər şəxsin olduğunu görmüşdür. Həmin şəxs avtomobilin sürücüsü olduğunu bildirərək ona demişdir ki, Bakı şəhərində yaşayır, Bakı şəhərində olarkən tanımadığı bir nəfər şəxs ona Xaçmaz rayonu ərazisində özünə məxsus bağ sahəsi olduğunu, öz bağ sahəsindən Bakı şəhərinə alma apracağını deyərək onu sifarişlə həmin yerə gətirmiş, avtomobil həmin yerdə olan palçıqda batdıqda isə onu gətirmiş şəxs traktor gətirəcəyini deyərək çıxıb getmişdir. Sonra sürücü avtomobilin yük yerinə haradan alma yığdıqlarını göstərmiş və o, görmüşdür ki, onlar həmkəndlisi Asifə məxsus bağ sahəsindən də avtomobilin yük yerinə alma yığmışlar. O, zəng vurub bu barədə Asifə bildirmiş və bir qədər keçdikdən sonra Asif onların yanma gəlmişdir. O, öz bağ sahəsində olan alma ilə dolu taraları, Asif isə öz bağ sahəsində olan alma ilə dolu taraları saymış və məlum olmuşdur ki, avtomobilin yük yerinə ona məxsus bağ sahəsindən alma ilə dolu 11 ədəd taxta tara, Asifin bağ sahəsindən isə alma ilə dolu 50 ədəd taxta tara yığılmışdır. Onlar avtomobilin yük yerinə yığılmış alma ilə dolu taraları yerə boşaldıb sürücüyə kömək edərək avtomobili batdığı yerdən çıxarmışlar, sonra isə o, özü Xaçmaz rayon Polis Şöbəsinə gedib şikayət ərizəsi yazaraq bağından alma oğurlanması ilə bağlı məlumat vermişdir. Ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 göstərdi ki, yaşadığı Quba rayonunun Hacıhüseynli kəndi ərazisində onun və ailə üzvlərinin 0,56 ha bağ sahələri vardır. Onlara məxsus həmin bağ sahəsində alma ağacları əkilmişdir. 2021-ci ilin sentyabr ayının ortalarından başlayaraq o, öz bağ sahələrində olan ağ və qırmızı palmet növündə almanı hissə-hissə yığdırıb bir kiloqramı 60 qəpikdən olmaqla satmışdır. Yığdırdığı almanı bağ sahəsində saxlamış, müştəri gəldikdə isə satmışdır. 2021-ci ilin senytabr ayının sonlarmadək o, öz bağ sahəsində olan almanın bir hissəsini yığdıraraq satmışdır. 01 oktyabr 2021-ci il tarixdə o, bağ sahəsində olan palmet növündə almanın bir hissəsini yığdırıb hər birini 3 manata aldığı 101 ədəd taxta taralara doldurmuşdur ki, müştəri gəldikdə sata bilsin. Həmin vaxt hər bir tarada 25 kiloqram ağ palmet növündə alma olmuşdur. O, yığdırdığı almanı bağ sahəsində saxlamış və axşam bağdan çıxıb yaşadığı evə getmişdir. 02 oktyabr 2021-ci il tarixdə saat 08:45 radələrində həmkəndlisi Zöhrab ona zəng vurub demişdir ki, ona məxsus bağ sahəsində «Qazel» markalı avtomobil batmışdır. Zöhrabla danışdıqdan sonra ona başqa mobil telefon nömrəsindən zəng gəlmiş və o, telefona cavab verdikdə danışan şəxs adının Elşən olduğunu bildirərək demişdir ki, ona məxsus bağ sahəsində batmış avtomobilin sürücüsüdür. O, evdən çıxıb öz bağ sahəsinə gəldikdə ona məxsus bağ sahəsində «Qazel» markalı ** OS *** qeydiyyat nişanlı avtomobilin palçıqda batdığını, sürücünün isə avtomobilin yanında dayandığını görmüşdür. Elşən adlı sürücü ona demişdir ki, Bakı şəhərində yaşayır, Bakı şəhərində olarkən tanımadığı şəxs ona Quba rayonu ərazisində bağ sahəsi olduğunu, öz bağ sahələrindən Bakı şəhərinə alma apracaqlarını deyərək onu sifarişlə həmin yerə gətirmiş, avtomobil həmin yerdə olan palçıqda batdıqda isə həmin şəxs traktor gətirəcəklərini deyərək çıxıb getmişlər. O, baxdıqda bağ sahəsində olan 101 ədəd taxta taralara yığdığı bütün almanın «Qazel» markalı avtomobilin yük yerinə yığıldığını görmüşdür. Bundan sonra onlar avtomobilin yük yerinə yığılmış taralardakı almanı yerə boşaltmış və sürücüyə köməklik edərək avtomobili batdığı yerdən çıxarmışlar. Sonra isə o, özü Quba rayon Polis Şöbəsinə gedib şikayət ərizəsi yazaraq bağından 101 ədəd tarada alma oğurlanması ilə bağlı məlumat vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. X3 məxsus «Qazel 33021» markalı ** OS *** qeydiyyat nişanlı avtomobili idarə edib yük daşıyır. 02 oktyabr 2021-ci il tarixdə təxminən saat 00:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində «Papanin» adı ilə tanınan yerdə «Opel Zafira» markalı avtomobilini saxlayıb sərnişin gözləyərkən atası Camal ona zəng vurub demişdir ki, “müştəri var, Quba rayonundan alma gətirmək istəyir, o, gəlib «Qazel 33021» markalı avtomobili idarə edib müştəri ilə birlikdə Quba rayonuna getsin”. O, etiraz etməmiş və özünə məxsus «Opel Zafira» markalı avtomobili idarə edib yaşadığı evə gəlmişdir. Evdə atası Camal ona demişdir ki, tanımadığı bir nəfər onun mobil telefonuna zəng vuraraq demişdir ki, mobil telefon nömrəsini avtomobilin üzərindən götürmüşdür, Quba rayonu ərazisində olan bağından alma gətirib Bakı şəhərində satmaq istəyir, onu Quba rayonuna aparıb-gətirmələri mümkündürsə onlarla görüşüb qiymət barədə söhbət etmək istəyir. O, evdən çıxıb atasına məxsus «Qazel 33021» markalı avtomobilin mühərrikini işə salaraq atası ilə birlikdə Bakı şəhərində «Şamaxinka» adı ilə tanınan yerə gəlmişlər. Həmin yerdə dayanıb bir qədər gözlədikdən sonra onların yanına biri 25-30, digəri isə 30- 35 yaşlarında olan tanımadığı iki nəfər yaxınlaşmışlar. O, həmin şəxslərdən haradan meyvə gətirmək istədiklərini soruşduqda sonradan adı onlara məlum olan Təqsirləndirilən şəxs ona demişdir ki, Quba şəhərindən 16 km aralı məsafədə yerləşən kənddə yaşayır, həmin kənd ərazisində özünə məxsus bağ sahəsi var, özünə məxsus bağ sahəsindən alma meyvəsi gətirmək istəyir. O, qiymət razılaşdıqdan sonra saat 01:30 radələrində onlar Quba rayonuna yola düşmüşlər. Saat 03:40 radələrində onlar Quba rayonu ərazisində olan bir bağ sahəsinə çatmışlar. Bağ sahəsinin yaxınlığında torpaq yolla təxminən 40-50 metr getdikdən sonra orada olan bağ sahəsində alma ilə dolu taxta taraların 3 cərgə düzüldüyünü görmüşdür. Meyvə taralarının olduğu yerin yaxınlığında avtomobili saxlayıb avtomobilində olan şəxsdən gəldikləri bağ sahəsinin kimə məxsus olduğunu soruşmuş, o, da demişdir ki, həmin bağ sahəsi onunla gəlmiş oğlanın dayısına məxsusdur. Həmin şəxslər taxta taralarda olan almanı gətirib avtomobilin yük yerinə yığmışlar. Sonra Mehman avtomobilə əyləşib ona demişdir ki, avtomobili geri döndərib bir qədər getdikdən sonra daşlıq yola çıxacaqdır. O, avtomobili geri döndərib təxminən 15-20 metr getdikdən sonra avtomobil həmin yerdə olan palçıqlı sahədə batmışdır. O, avtomobili irəli-geri hərəkət etdirsə də çıxara bilməmiş və avtomobili ilə gətirdiyi şəxslərə demişdir ki, daş gətirib avtomobilin arxa təkərləri altına atsınlar. Onlar daş gətirib avtomobilin arxa təkərləri altına atsalarda avtomobili batdığı yerdən çıxara bilməmişlər. Mehman ona gözləməsini, traktor gətirib gələcəklərini bildirərək piyada çıxıb getmişdir. O, 3 saatdan çox avtomobilin batdığı yerdə dayanıb gözləmiş və həmin şəxslər qayıdıb gəlmədikləri üçün atasına zəng vurub demişdir ki, avtomobili Quba rayonu ərazisində tanımadığı yerdə batmışdır, avtomobilində olan şəxslər traktor gətirmək üçün getmişlər, ancaq onlar qayıdıb gəlməmişlər. Atası ilə danışdıqdan sonra o, bağlar arası torpaq yolla piyada 100 metr getmiş və qarşısına tanmadığı bir şəxs çıxmışdır. O, baş verənləri həmin şəxsə danışdıqdan sonra o, gəldikləri bağ sahəsinin Seymur adlı şəxsə məxsus olduğunu bildirmiş və zəng vurub bağ sahibi Seymurla danışdıqdan sonra Seymurun mobil telefon nömrəsini ona demişdir. O, özü də Seymura zəng vurub baş verənləri olduğu kimi ona danışdıqdan sonra atasına zəng vurub Seymurun mobil telefon nömrəsini atasına da demişdir. Bir qədər keçdikdən sonra Seymur olduğu yerə gəlmiş və o, baş verənləri bir daha üzbəüz Seymura danışmış, sonuncu da ona demişdir ki, ona məxsus bağ sahəsindən alma oğurlanması ilə bağlı Quba rayon Polis Şöbəsinə şikayət edəcəkdir. Seymur zəng vurub polisə məlumat verdikdən sonra olduqları yerə polis əməkdaşları gəlib baxış keçirmiş, avtomobilinin yük yerində olan alma yerə boşaldılmış və o, orada olan şəxslərin köməkliyi ilə avtomobilini batdığı yerdən çıxarıb əvvəlcə Quba rayon Polis Şöbəsinə gedərək izahat vermiş, daha sonra isə Bakı şəhərinə yaşadığı evə getmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, 2 saylı yataqxanada yaşayır. Onun özünə məxsus «Ford Tranzit» markalı ** ZP *** qeydiyyat nişanlı avtomobil var və o, sifariş olduqda özünə məxsus həmin avtomobillə yük daşıyır. 29 sentyabr 2021-ci il tarixdə saat 20:10 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək rayondan Bakı şəhərinə satmağa meyvə gətirmək üçün avtomobil sifariş vermiş və həmin şəxs saat 23 radələrində görüşüb yola düşəcəklərini bildirmişdir. Təxminən saat 23:30 radələrində Bakı şəhərində 3-cü mikrorayonda Mehmanla görüşüb Xaçmaz rayonuna yola düşmüşlər. Xaçmaz şəhərində olan avtomobil dairəsinə çatdıqda Mehman ona dairədən sola dönüb Quba rayonu istiqamətində getməsini demişdir. Xaçmaz-Quba avtomobil yolunda olan kanalı keçdikdən sonra həmin şəxs ona sağa dönməsini bildirmiş, o, da sağa dönüb bir qədər getdikdən sonra həmin yolda olan ikinci körpüdən keçib sağa dönmüş və qarşılarına bir kənd çıxmışdır. Söhbət əsnasında Mehman özü bu kənddə yaşadığını bildirmiş, kəndi keçdikdən sonra ona demişdir ki, bir qədər qarşıda ehtiyyatlı olsun, yol yaxşı deyildir, avtomobili batıra bilər. Bir qədər getdikdən sonra bağ sahələrinə çatmışlar. Həmin vaxt orada o, xeyli sayda plastmas taralara alma meyvəsi yığıldığını görmüşdür. Taraların yığıldığı yerdən 10 metr aralı məsafədə avtomobili saxlamış, Mehman avtomobildən düşüb içərilərində alma olan taraları iki-iki gətirmiş, o, da onun gətirdiyi taraları sıra ilə avtomobilinə yığmışdır. Onlar avtomobilin yük yerinə alma ilə dolu 138 ədəd kiçik plastmas tara, 30-dan yuxarı isə böyük plastmas tara yığmışlar. Sonra avtomobili hərəkətə gətirib gəldikləri yolla qayıtmaq istədikdə avtomobili palçıqda batırmışdır. Çətinliklə də olsa avtomobili batdığı yerdən çıxardıqdan sonra getdiyi yolla da geri qayıtmış və 30 sentyabr 2021-ci il tarixdə təxminən saat 06:30 radələrində onlar Bakı şəhərinə 8-ci kilometr adlanan ərazisində olan bazara çatmışlar. Həmin bazarda Mehman almaları tanımadığı iki nəfər şəxsə satmış və ona zəhmət haqqı olaraq 150 manat pul vermişdir. Bakı şəhərinə gətirdiyi almaların oğurluq olmasını bilməmişdir. İş materiallarında olan şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim olunması haqqında 09 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs fotoşəkili Şahid1 tanınmaya təqdim olunmuş, Şahid1 Təqsirləndirilən şəxs tanımış və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan şəxsin fotoşəkillər üzrə tanınmaya təqdim olunması haqqında 21 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs fotoşəkili Şahid2 tanınmaya təqdim olunmuş, Şahid2 Təqsirləndirilən şəxs tanımış və bu barədə protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin 19 noyabr 2021-ci il tarixli 9/7883 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən ağ və qırmızı rəngli palmet növündə olan almanın 1 kiloqramının 2021ci ilin sentyabr ayına olan bazar qiyməti nəzəri qaydada təxminən 1,00 manat müəyyən edilir. Plastmas taranın ölçüləri və texniki vəziyyəti məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin 06 may 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 31 oktyabr 2016-cı il tarixli qərarı ilə əməli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək cəzası dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 28 mart 2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 16 iyul 2018-ci il tarixli qərarı ilə 04 ay 26 gün cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, 12 dekabr 2018-ci il tarixdə isə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Zərdabi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 04 fevral 2022-ci il tarixli, 177 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Quba rayonunun Zərdabi qəsəbəsində yaşayır, ailə tərkibi 1955-ci il təvəllüdlü atası X7, 1954-cü il təvəllüdlü anası X9, 1988-ci il təvəllüdlü bacısı X10 və 1994-cü il təvəllüdlü bacısı X5 ibarətdir. İş materiallarında olan Quba rayon İcra Hakimiyyəti Başçısının Zərdabi qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarında olan zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 təqdim etdikləri ərizələrindən müəyyən olunur ki, onlara dəymiş ziyan təqsirləndirilən şəxs X12 tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 30 sentyabr 2021-ci il tarixdə, saat 02 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan Şahid1 idarə etdiyi «Ford Tranzit» markalı ** ZP *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ sahəsinə gedib sürücü Şahid1 həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə orada olan 138 ədəd kiçik ölçülü plastmas taraların hər birində 12 kiloqram çəkidə, 37 ədəd böyük ölçülü plastmas taraların hər birində isə 15 kiloqram çəkidə alma olmaqla bir kiloqramı 01 manat qiymətində olan 2211 kq çəkidə ağ və qırmızı rəngli palmet növündə almanı və hər biri 1 manat 20 qəpik dəyərində olan 175 ədəd plastmas taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub aparmaqla ümumilikdə 2421 manat məbləğində oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar, 02 oktyabr 2021-ci il tarixdə saat 03:40 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan Şahid2 idarə etdiyi «Qazel 33021» markalı, ** OS *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Quba rayonu, Hacıhüseynli kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs4 məxsus bağ sahəsinə gedib sürücü Şahid2 həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə oradan hər tarada 25 kiloqram çəkidə alma olmaqla bir kiloqramı 01 manat qiymətində olan 2525 kq çəkidə ağ rəngli palmet növündə almanı və hər biri 3 manat dəyərində olan 101 ədəd taxta taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub aparmaqla ümumilikdə 2828 manat məbləğində təkrar oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar, 07 oktyabr 2021-ci il tarixdə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan X4 idarə etdiyi «Ford» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ sahəsinə gedib sürücü Elşən Heydərova həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə oradan hər tarada 22 kiloqram çəkidə alma olmaqla bir kiloqramı 01 manat qiymətində olan 1100 kq çəkidə ağ rəngli palmet növündə almanı və hər biri 1 manat 50 qəpik dəyərində olan 50 ədəd taxta taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub aparmaqla ümumilikdə 1175 manat məbləğində təkrar oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa Təqsirləndirilən şəxs təkrar, 07 oktyabr 2021-ci il tarixdə saat 03:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə yük daşımaq adı ilə əvvəldən sifariş etdiyi və əvvəllər tanımadığı yük daşıma fəaliyyəti ilə məşğul olan X4 idarə etdiyi «Ford» markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Xaçmaz rayonu, Qımılqışlaq kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən bağ sahəsinə gedib sürücü Elşən Heydərova həmin bağ sahəsinin özünə məxsus olmasını bildirməklə oradan hər tarada 22 kiloqram çəkidə alma olmaqla bir kiloqramı 01 manat qiymətində olan 242 kq çəkidə ağ rəngli palmet növündə almanı və hər biri 2 manat dəyərində olan 11 ədəd taxta taraları həmin yük avtomobilinin yük bölməsinə qoyub aparmaqla ümumilikdə 264 manat məbləğində təkrar oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza tətin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Sərəncamın 8-ci bəndində isə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsində cəzanı yüngülləşdirən hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, zərərçəkmiş şəxslərlə razılıq əldə etməklə və ziyanı ödəməklə sonuncuların ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. İş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 12 oktyabr 2021-ci il tarixli qərardan və həmin tarixli protokoldan, müstəntiqin təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi barədə 14 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 12 oktyabr 2021-c il il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 14 oktyabr 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə o, Xaçmaz rayon X8 Saxlama Yerindən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 gün müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məsəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin ediliş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. Həmin Məcəllənin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçü ona xidmət etmək;n 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini 23:00-dan növbəti gün 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci olan 50 manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdsə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun 12 oktyabr 2021-ci il tarixdən 14 oktyabr 2021-ci il tarixədək tutulduğu 02 (iki) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Quba rayonu ərazisi hüdudlarını tərk etməmək; məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Quba rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmün icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, eləcə də iş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar