Məhkəmə qərarları › İş №1(067)-52/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-52/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-52/2023 22.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1992-ci ildə Xaçmaz rayonunun Qırağlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Qırağlı kəndində qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqla daşımışdır. Belə ki, o, Xaçmaz şəhəri, H.Əliyev prospektində saxlanılaraq Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə dəvət edilib ünvan 1 ünvanda yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə 06 noyabr 2022-ci il tarixdə, saat 20:55-21:05 müddətində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxladığı «Sobranie» markalı siqaret qutusunun içərisində 09 ədəd kağız bükümdə 0,777 qram, 0,769 qram, 0,754 qram, 0,511 qram, 0,639 qram, 0,660 qram, 0,661 qram, 0,619 qram, 0,886 qram çəkilərdə olmaqla ümumilikdə 6,276 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Bununla da o, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, 2022-ci ilin noyabr ayında çay içmək üçün Xaçmaz şəhərində, “Kamran” şadlıq sarayının yanında olan çayxanaya gedəndə üzərindən aşkar olunmuş həmin narkotik vasitəni yerdən tapmışdır. Çay içdikdən sonra çayxanadan çıxıb gedərkən polis əməkdaşları yaxınlaşıb onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində videoçəkilişlə qeydə alınan axtarış zamanı onun üzərindən taparaq üzərində saxladığı 09 ədəd bükümdə marixuana narkotik vasitəsi aşkar edilmişdir. Həmçinin bildirmişdir ki, o, uzun müddətdir, təxminən bir il olar ki, narkotik vasitədən istifadə etmişdir. O, narkotik vasitədən, yəni marixuanadan toy məclislərində, digər şənlik məclislərində istifadə etmişdir. O, öz istifadəsi üçün marixuana narkotik vasitəsini pul ilə almamışdır, başqa şəxslər ona çəkmək üçün əvəzsiz olaraq vermişlər. O, həmin narkotik vasitəni tapdığı gün çayxanaya getmiş, çayxanada 20-25 dəqiqə oturmuşdur. O, çayxanada tək olmuş, kiminləsə görüşməmiş, görüşmək üçün kimsəni gözləməmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitəni çayxanaya gedərkən tapmış, çayxanaya gedib çay içərək oradan çıxıb getmişdir. Onun tapdığı həmin narkotik vasitə siqaret qutusunda olmuş, polis şöbəsində üzərindən aşkar olunanda bilmişdir ki, həmin bükümlərin sayı 9 ədəddir. O, siqaret qutusunu yerdən götürüb baxanda içərisində bükümlərin olduğunu görmüş, birini açıb baxmış, qoxusundan marixuana olduğunu bilmiş, lakin həmin vaxt bükümləri saymamış, hamısını açaraq baxmamışdır. Əvvəllər yerdən narkotik vasitə tapması halı olmamış, bu, ilk dəfə olmuşdur. O, özünü narkotik vasitəni üzərində saxlayaraq daşımada təqsirli bildiyini, lakin narkotik vasitə satmaqda təqsirli bilmədiyini və özünün narkotik satmaqla məşğul olmadığını bildirərək, xəstə anasının olmasının, ziyalı ailəsi olmasının nəzərə alınaraq barəsində ağır cəza təyin edilməməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, valideynləri ilə birlikdə Xaçmaz rayonu, Qırağlı kəndində yaşayır. İki il olar ki, narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkir. 06 noyabr 2022-ci il tarixdə, günorta saatlarında Xaçmaz şəhəri ərazisində yerləşən soyuducu anbara getmiş, həmin gün saat 18 radələrində isə çay içmək üçün Xaçmaz şəhəri, H.Əliyev prospektində yerləşən çayxanaya gəlmişdir. Təxminən saat 19:20 radələrində evə getmək məqsədi ilə bayıra çıxıb çayxananın qarşısında olan səki ilə gedərkən orada əkilmiş ağaclardan birinə yaxın yerdə bir ədəd «Sobranie» markalı siqaret qutusu olduğunu görmüş və həmin siqaret qutusunu əlinə götürüb açanda görmüşdür ki, içərisində 08 ədəd qəhvəyi və 01 ədəd gümüşü rəngli olmaqla 09 ədəd kağız bükümlər var. O, kağız bükümləri tək-tək açıb baxdıqda isə görmüşdür ki, hamısının içərisində narkotik vasitə olan qurudulmuş marixuna var. Özü də narkotik vasitədən istifadə etdiyi üçün «Sobranie» markalı siqaret qutusunun içərisində tapdığı qurudulmuş marixuananı atmayaraq əynində olan şalvarın sol yan cibinə qoyub saxlamışdır ki, sonradan özü istifadə etsin. Bundan sonra o, piyada həmin səki ilə getmiş və təxminən saat 19:30 radələrində Xaçmaz şəhəri, H.Əliyev prospekti ilə gedərkən ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu Xaçmaz RPŞ-nə dəvət etmişlər, o da etiraz etməyərək avtomobilə əyləşib polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə gəlmişdir. Xaçmaz RPŞ-nin inzibati binasında müstəntiq tərəfindən ona hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitələri əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra müstəntiq tərəfindən ona videoçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək ona təklif olunmuşdur ki, üzərində olan əşyaları çıxarıb təqdim etsin. O, əynində olan şalvarın sol yan cibindən bir ədəd «Sobranie» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra polis əməkdaşları tərəfindən onun üzərinə şəxsi axtarış keçirilsə də, üzərində başqa heç nə aşkar olunmamışdır. Müstəntiq «Sobranie» markalı siqaret qutusunu açıb içərisində olan kağız bükümləri görmüş və həmin kağız bükümləri çıxararaq masanın üstünə qoymuşdur. Bundan sonra müstəntiq onun və müdafiəçinin iştirakı ilə bütün kağız bükümləri tək-tək açıb içərilərində olan bitki kütləsinin nə olduğunu, haradan aldığını soruşmuş, o da hər şeyi könüllü olaraq etiraf edərək bildirmişdir ki, siqaret qutusunda olan kağız bükümlərdəki bitki kütlələri narkotik vasitə olan qurudulmuş marixuanadır, özünə məxsusdur, Xaçmaz şəhəri, H.Əliyev prospektində yerdən tapmışdır və üzərində saxlamışdır ki, sonradan özü istifadə etsin. Üzərində aşkar olunmuş kağız bükümlərdəki qurudulmuş marixuanalar müstəntiq tərəfindən «Sobranie» markalı siqaret qutusunun içərisinə yığıldıqdan sonra bir ədəd ağ rəngli zərfə qoyulub qablaşdırılaraq protokol tərtib edilmiş, o da üzərində aşkar olunmuş qurudulmuş marixuananın qablaşdırıldığı zərfin üstünə və bununla bağlı yazılmış protokola imza etmişdir. O, heç kimdən narkotik vasitə almamış və heç kimə də narkotik vasitə satmamışdır. Üzərində aşkar olunmuş qurudulmuş marixuananı isə 06 noyabr 2022- ci il tarixdə Xaçmaz şəhəri, H.Əliyev prospektində yerdən tapmışdır və gələcəkdə özünün istifadə etməsi üçün üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz RPŞ-yə Xaçmaz rayonunun Qırağlı kənd sakini Rəsul adlı şəxsin, yəni Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Onlar Xaçmaz şəhəri, H.Əliyev prospektində Qırağlı kənd sakini olan Rəsul adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, təqsirləndirilənə üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı olduğunu bildirərək sonuncunu Xaçmaz RPŞ-yə dəvət etmişlər. Polis şöbəsində müstəntiq tərəfindən təqsirləndirilənin üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərindən “Sobranie” markalı siqaret qutusu və həmin qutunun içərisindən biri gümüşü rəngli olmaqla cəmi 09 bükümdə marixuana narkotik vasitəsinə bənzər kütlə aşkar olunmuşdur. Həmin bükümlər müstəntiq tərəfindən ekspertizaya göndərilmişdir. Həmçinin bildirmişdir ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirləri haqqında qərarın məzmununda təqsirləndirilən şəxsin narkotik vasitə satması məsələsinin müəyyən edilməsi barədə qeyd olsa da, müstəntiqin əməliyyat tapşırığına əsasən onlar tərəfindən təqsirləndirilənin narkotik vasitə satması müəyyən olunmamış, yəni narkotik vasitə satdığı şəxslər müəyyən edilməmişdir. Əməliyyat məlumatı təqsirləndirilənin üzərində narkotik vasitələr gəzdirməsi barədə olub, lakin hansı məqsədlə gəzdirməsi istintaq zamanı müəyyən edilir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz RPŞ-nin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Qırağlı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitəni qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə məlumat daxil olmuşdur. Narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 06 noyabr 2022-ci il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun, narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Şəhriyar Kərimliyə həvalə olunmuşdur. Həmin gün təxminən saat 19:30 radələrində Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, H.Əliyev prospektində olduğunu müəyyənləşdirərək ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu Xaçmaz RPŞ-nə dəvət etmişlər. Rəsul Bağırh etiraz etmədən Xaçmaz RPŞ-nə gəlməyə razılaşmış və onlar onu polis şöbəsinə gətirmişlər. Xaçmaz RPŞ-də X6 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq təqdim olunan vəkilin iştirakı ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli şəxs qismində tutulmuş, sonra isə ona videoçəkilişlə üstünə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra X6 Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa özü təqdim etsin. X3 təklifindən sonra Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd «Sobranie» markalı siqaret qutusunu çıxarıb masanın üstünə qoymuşdur. Bundan sonra X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də, onun üzərində başqa heç nə aşkar olunmamışdır. X6 «Sobranie» markalı siqaret qutusunu açıb içərisində olan 08 ədəd qəhvəyi rəngli və 01 ədəd gümüşü rəngli kağız bükümləri çıxarıb masanın üzərinə qoymuş, sonra isə Təqsirləndirilən şəxs və vəkil Nadir Lalayevin iştirakı ilə kağız bükümləri tək-tək açanda görmüşlər ki, bütün kağız bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar bitki kütləsi var. X6 kağız bükümlərdə olan bitki kütlələrinin nə olduğunu, haradan əldə etdiyini, narkotik vasitə istifadəçisi olduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, kağız bükümlərdə olan bitki kütləsi qurudulmuş marixuanadır, özünə məxsusdur. Xaçmaz şəhəri, H.Əliyev prospektində yerdən tapmışdır və tanıdığı üçün götürüb üzərində saxlamışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş 09 ədəd kağız bükümlərdə olan bitki kütlələri X6 tərəfindən «Sobranie» markalı siqaret qutusunun içərisinə, siqaret qutusu isə bir ədəd ağ rəngli kağız paketə qoyulub qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilib oxunduqdan sonra iştirakçılar paketin üstünə və protokola imza etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüləri Narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid3 tərəfindən əvvəldən axıra kimi videoçəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs barəsində Xaçmaz RPŞ-yə onun qanunsuz olaraq üzərində narkotik vasitələr daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə Xaçmaz RPŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən polis şöbəsinin rəhbərliyinə məruzə olunmuş, bundan sonra onlar təqsirləndirilən şəxsin Xaçmaz şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olduğunu müəyyənləşdirmiş, onlar orada təqsirləndirilənə yaxınlaşaraq onlarla polis şöbəsinə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən onlara etiraz etmədən onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmiş, polis şöbəsində müstəntiqin iştirakı ilə, müdafiəçi ilə birlikdə, videoçəkiliş vasitəsilə təqsirləndirilənin üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı təqsirləndirilənin üzərindən 09 ədəd bükümdə narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmiş və həmin kütlələr məhkəmə ekspertizası mərkəzinə göndərilməsi üçün götürülmüşdür. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Həmçinin bildirmişdir ki, narkotik vasitə təqsirləndirilən şəxsin əynində olan geyiminin cibindən aşkar olunmuş, üzərindən aşkar olunmuş bükümlərin hansı qabın içərisində olduğunu xatırlamır, lakin həmin narkotik vasitə 09 ədəd kağız bükümdə olmuş, bükümlərdən biri gümüşü rəngli olmuşdur. Təqsirləndirilən şəxsin barəsində əməliyyat məlumatı onun üzərində narkotik vasitələr daşıması barədə olmuş, satışı ilə məşğul olmasına dair olmamış, təqsirləndirilən şəxsin narkotik vasitə satması barədə sonradan da məlumat daxil olmamışdır. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, o, şahidlər Şahid1 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 06 noyabr 2022-ci il tarixli raportdan və həmin tarixli “Əməliyyataxtarış tədbirlərinin keçirilməsi haqqında” qərardan müəyyən edilir ki, Xaçmaz RPŞ-yə iş üzrə Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə etibarlı mənbədən əməliyyat yolu ilə məlumat daxil olmuşdur. İş materiallarında olan 06 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskə məhkəmə iclasında kompüter vasitəsi ilə baxış keçirilərək müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nın müstəntiqi X4, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilləri Şahid1, Şahid2, NMQ-nun baş əməliyyat müvəkkili Şahid3, Xaçmaz rayon vəkil bürosunun vəkili X5 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd “Sobranie” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üstündən heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “Sobranie” markalı siqaret qutusu açıldıqda həmin siqaret qutusunun içərisindən 08 ədəd qəhvəyi rəngli və 01 ədəd gümüşü rəngli olmaqla cəmi 09 ədəd kağız bükümlər aşkar edilmişdir. Həmin kağız bükümlər ayrı-ayrılıqda açıldıqda həmin bükümlərin hər birinin içərisində tünd yaşıl rəngli bitki mənşəli kütlənin olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bitki mənşəli, tünd yaşıl rəngli kütlələrin narkotik vasitə - qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni yerdən tapıb üzərində gəzdirdiyini, əvəllər də narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki mənşəli kütlələr olan bükümlər “Sobranie” markalı siqaret qutusununa qoyulmuş və həmin siqaret qutusu da müstəntiq tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənməklə götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 noyabr 2022-ci il tarixli, 7/1284 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “.Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş.......” yazılar və imzalar olan kağız paketdəki 01 (bir) ədəd “SOBRANİE” siqaret qutusunda 09 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,777 qram; 0,769 qram; 0,754 qram; 0,511 qram; 0,639 qram; 0,660 qram; 0,661 qram; 0,619 qram; 0,886 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi – 6,276 qramdır. Təqdqiqata hər obyektdən 0,02 qram olmaqla, cəmi 0,18 qram sərf edildikdən sonra qalıq – 6,096 qram təşkil etmişdir. İş materiallarında olan 07 noyabr 2022-ci il tarixli “Maddi sübutun tanınması barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 6,276 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq təmiz çəkisi 6,096 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 18 noyabr 2022-ci il tarixli, 6960 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabioidlərdən epizodik istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı ifadələrində qurudulmuş marixuana narkotik vasitəsindən hərdənbir özünün şəxsi istehlakı üçün istifadə etdiyini, həmçinin narkotik vasitədən toy və digər şənlik məclislərində ona əvəzsiz olaraq verildikdə istifadə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadələrində üzərindən aşkar olunmuş 09 ədəd bükümdə olan marixuana narkotik vasitəsini küçədə, yerə atılmış siqaret qutusunu götürərək içərisinə baxmaqla tapdığını və şəxsi istehlakı üçün cibinə qoyaraq saxladığını və onun polis əməkdaşları tərəfindən məhz həmin narkotik vasitəni tapdığı gün də saxlanıldığını bildirmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxt yerdən narkotik vasitə tapmasının ilk dəfə olduğunu bildirmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin həmin narkotik vasitəni yerdən tapmasını, həmçinin polis tərəfindən saxlanıldığı məhz həmin gün tapmasını təsdiqləyən hər hansı hal müəyyən edilməmişdir. Bundan başqa, şəxsin qurudulmuş marixuana narkotik vasitəsini bir-birinə yaxın çəkilərdə kiçik bükümlərə (09 ədəd) ayıraraq üzərində daşıması özünün şəxsi istehlakı üçün saxlayaraq daşıması məqsədinə deyil, satmaq məqsədinə daha çox dəlalət edir. İş üzrə verilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2 №-li qərarının 9-cu bəndində izah edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi barədə ittihamda özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşaraq, bu ifadəni təqsirləndirilən şəxsin özünü müdafiə xarakteri daşıyan ifadə kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD diski, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 9-cu bəndində izah edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə, narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma həmin Məcəllənin 234.2-ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Çinartala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs işgüzar və bacarıqlıdır. Subaydır. Kənd təsərrüffatı ilə məşğuldur. Yoldaşları və kənd camaatı arasında hörməti vardır. Qonşuları ilə münasibətləri yaxşıdır. Barəsində kənd camaatı və əlaqədar təşkilatlar tərəfindən Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini (cəzasını) ağırlaşdıran və yüngülləşdirən halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 06 noyabr 2022-ci il tarixli protokoldan, 08 noyabr 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi barədə qərardan və iltizamdan müəyyən edilir ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyinə əsasən, onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş 09 ədəd kağız bükümdə olan 0,777 qram, 0,769 qram, 0,754 qram, 0,511 qram, 0,639 qram, 0,660 qram, 0,661 qram, 0,619 qram, 0,886 qram çəkilərdə olmaqla ümumilikdə çəkisi 6,276 qram narkotik vasitə - qurudulmuş marixuanalardan təqdqiqata cəmi 0,18 qram sərf edildikdən sonra qalıq – 6,096 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ümumilikdə çəkisi 6,276 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 6,096 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,096 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə, Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,096 qram təşkil edən qurudulmuş marixuana narkotik vasitəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar