Azərbaycan Respublikası adından QƏRAR Xaçmaz şəhəri İş № 1(067)-53/2023 07.06.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1995-ci ildə Xaçmaz rayonunun Arzu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin Bölgələr üzrə ticarət nümayəndəsi vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə edərək həmin Cəmiyyətlə bağladığı 01 fevral 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən “İşəgötürən”ə məxsus olan nağd pul vəsaitlərinin və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin və vəsaitlərin qorunmasını təmin etmək; öz vəzifəsini yerinə yetirərkən “İşəgötürən”ə (müəssisəyə və ya təşkilata) heç bir səbəb üzündən ziyan vurmamaq, yəni xidməti ərazilərində olan obyektlərin bağlanması ilə problemlərin yaranmasına, mal-məhsulların zay olmasına yol verməmək; nağd pulun və məhsulların, həmçinin digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat proseduralarını müvafiq qaydalara uyğun olaraq həyata keçirmək; pul yığımı zamanı məbləğlərdə kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol verməmək; ona etibar edilmiş nağd pul və digər qiymətlilərin, maddi sərvətlərin, məhsulların mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını və “İşəgötürən”in tələbi ilə ona tam və keyfiyyətli şəkildə təhvil verilməsini təmin etmək; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq uçotunu aparmaq; müəyyən edilmiş qaydada hesabat hazırlayıb “İşəgötürən”ə təqdim etmək kimi vəzifələri öz öhdəsinə götürməklə 01 fevral 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək ona təhkim olunmuş “LENOVO” markalı, “TB- X104F” modelli, HA0ZM3UU(10) nömrəli terminalla 62211,42 manat dəyərində Cəmiyyətə məxsus qeyri-qida məhsullarını satış üçün Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən satış nöqtələrinə şəxsən sifariş verərək 51 mağazaya təhvil verilmiş və satışdan əldə olunmuş nağd pul vəsaitini, yəni özgə əmlakı olan Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən həmin satış nöqtələrindən, o cümlədən “Quba-Baki yolu Aygunlu market” adlı satış nöqtəsindən 50 manat, “Şabran Dənizçi market” adlı satış nöqtəsindən 12,64 manat, “Şabran-Euro market (Habil Müslümov)” adlı satış nöqtəsindən 949,22 manat, “Siyəzən-Amin market (Sətdar Xudaverdiyev) ” adlı satış nöqtəsindən 98,60 manat, “Siyəzən-Binə Sədərək” adlı satış nöqtəsindən 32 manat, “Siyəzən-Təmizlik vasitələri” adlı satış nöqtəsindən 101,95 manat, “Xaçmaz qayali Azer Seferov topdan” adlı satış nöqtəsindən 92,96 manat, “Xaçmaz-Aptek bazar” adlı satış nöqtəsindən 65,53 manat, “Xaçmaz- Elşən Qumur market” adlı satış nöqtəsindən 338,68 manat, “Xaçmaz-Euro topdan Avtovağzal Ramin” adlı satış nöqtəsindən 451,60 manat, “X4” adlı satış nöqtəsindən 600,73 manat, “Xaçmaz-Gümür market Elşən” adlı satış nöqtəsindən 114,64 manat, “Xaçmaz-Kanal market Aydin” adlı satış nöqtəsindən 160,73 manat, “Xaçmaz-Şahid10” adlı satış nöqtəsindən 168,01 manat, “Xaçmaz- Nərimanov...şimal aptek” adlı satış nöqtəsindən 40 manat, “Xaçmaz-Qardaşlar store” adlı satış nöqtəsindən 401,87 manat, “Xaçmaz-Sabir mini market” adlı satış nöqtəsindən 91,56 manat, “Xaçmaz-Tofiq Ucuzluq Bazar” adlı satış nöqtəsindən 355,09 manat, “Xaçmaz- Turist mağaza (Nərimanov küç) ” adlı satış nöqtəsindən 1201,45 manat, “Xaçmaz-Ucuzluq market Azər GİG” adlı satış nöqtəsindən 69,16 manat, ümumilikdə isə 5396,42 manat məbləğində pulu yığaraq "xxxx" MMC-nin Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ofisində şirkətin Şimal bölgə müdiri Nümayəndə təhvil verməyib vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə edib "xxxx" MMC-nin qeyriqida məhsullarının topdan və pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuş, bununla da o, öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını mənimsəmiş, yəni öz qulluq mövqeyindən istifadə etməklə, xeyli miqdarda ziyan vurmaqla ona etibar edilmiş özgə əmlakını talamış, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 01 fevral 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMC-nin Bölgələr üzrə ticarət nümayəndəsi vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui istifadə edərək həmin Cəmiyyətlə bağladığı 01 fevral 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən həmin müqavilədə göstərilən vəzifə səlahiyyətləri üzrə vəzifələri öz öhdəsinə götürməklə 01 fevral 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək ona təhkim olunmuş “LENOVO” markalı, “TB- X104F” modelli, HA0ZM3UU(10) nömrəli terminalla 62211,42 manat dəyərində Cəmiyyətə məxsus qeyri-qida məhsullarını satış üçün Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən satış nöqtələrinə şəxsən sifariş verərək 51 mağazaya təhvil verilmiş və satışdan əldə olunmuş nağd pul vəsaitini, həmin satış nöqtələrindən, o cümlədən “Quba-Baki yolu Aygunlu market” adlı satış nöqtəsindən 50 manat, “Şabran Dənizçi market” adlı satış nöqtəsindən 12,64 manat, “Şabran-Euro market (Habil Müslümov)” adlı satış nöqtəsindən 949,22 manat, “Siyəzən-Amin market (Sətdar Xudaverdiyev)” adlı satış nöqtəsindən 98,60 manat, “Siyəzən-Binə Sədərək” adlı satış nöqtəsindən 32 manat, “Siyəzən-Təmizlik vasitələri” adlı satış nöqtəsindən 101,95 manat, “Xaçmaz qayali Azer Seferov topdan” adlı satış nöqtəsindən 92,96 manat, “Xaçmaz-Aptek bazar” adlı satış nöqtəsindən 65,53 manat, “Xaçmaz- Elşən Qumur market” adlı satış nöqtəsindən 338,68 manat, “Xaçmaz-Euro topdan Avtovağzal Ramin” adlı satış nöqtəsindən 451,60 manat, “X4” adlı satış nöqtəsindən 600,73 manat, “Xaçmaz-Gümür market Elşən” adlı satış nöqtəsindən 114,64 manat, “Xaçmaz-Kanal market Aydin” adlı satış nöqtəsindən 160,73 manat, “Xaçmaz-Şahid10” adlı satış nöqtəsindən 168,01 manat, “Xaçmaz-Nərimanov...şimal aptek” adlı satış nöqtəsindən 40 manat, “Xaçmaz-Qardaşlar store” adlı satış nöqtəsindən 401,87 manat, “Xaçmaz-Sabir mini market” adlı satış nöqtəsindən 91,56 manat, “Xaçmaz-Tofiq Ucuzluq Bazar” adlı satış nöqtəsindən 355,09 manat, “Xaçmaz-Turist mağaza (Nərimanov küç) ” adlı satış nöqtəsindən 1201,45 manat, “Xaçmaz-Ucuzluq market Azər GİG” adlı satış nöqtəsindən 69,16 manat, ümumilikdə isə 5396,42 manat məbləğində pulu yığaraq "xxxx" MMC-nin Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ofisində şirkətin Şimal bölgə müdiri Nümayəndə təhvil verməyib mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə etməklə hüquqi şəxsə maddi zərər vurmuşdur. Hazırda etdiyi əməllərdən peşmandır, "xxxx" MMC-yə vurduğu ümumilikdə 5396 manat 42 manat məbləğində ziyanı tamamilə ödəmiş və barışıq əldə etmiş, eləcə də həmin ziyan məbləğinin 25 faizi miqdarında 1350 manat vəsaiti dövlət büdcəsinə ödəmişdir. Odur ki, barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə onun cinayət məsuliyyətindən azad edilməsini və barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nümayəndə göstərmişdir ki, Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək olan müddət ərzində "xxxx" MMCnin Bölgələr üzrə ticarət nümayəndəsi vəzifəsində işləyərkən vəzifə səlahiyyətlərindən sui istifadə, yəni xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq istifadə edərək həmin Cəmiyyətlə bağladığı 01 fevral 2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqaviləyə əsasən “İşəgötürən”ə məxsus olan nağd pul vəsaitlərinin və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin və vəsaitlərin qorunmasını təmin etmək; öz vəzifəsini yerinə yetirərkən “İşəgötürən”ə (müəssisəyə və ya təşkilata) heç bir səbəb üzündən ziyan vurmamaq, yəni xidməti ərazilərində olan obyektlərin bağlanması ilə problemlərin yaranmasına, mal-məhsulların zay olmasına yol verməmək; nağd pulun və məhsulların, həmçinin digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat proseduralarını müvafiq qaydalara uyğun olaraq həyata keçirmək; pul yığımı zamanı məbləğlərdə kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol verməmək; ona etibar edilmiş nağd pul və digər qiymətlilərin, maddi sərvətlərin, məhsulların mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını və “İşəgötürən”in tələbi ilə ona tam və keyfiyyətli şəkildə təhvil verilməsini təmin etmək; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq uçotunu aparmaq; müəyyən edilmiş qaydada hesabat hazırlayıb “İşəgötürən”ə təqdim etmək kimi vəzifələri öz öhdəsinə götürməklə 01 fevral 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək ona təhkim olunmuş “LENOVO” markalı, “TB- X104F” modelli, HA0ZM3UU(10) nömrəli terminalla 62211,42 manat dəyərində Cəmiyyətə məxsus qeyri-qida məhsullarını satış üçün Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən satış nöqtələrinə şəxsən sifariş verərək 51 mağazaya təhvil verilmiş və satışdan əldə olunmuş nağd pul vəsaitini, yəni özgə əmlakı olan Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən həmin satış nöqtələrindən, o cümlədən “Quba-Baki yolu Aygunlu market” adlı satış nöqtəsindən 50 manat, “Şabran Dənizçi market” adlı satış nöqtəsindən 12,64 manat, “Şabran-Euro market (Habil Müslümov)” adlı satış nöqtəsindən 949,22 manat, “Siyəzən-Amin market (Sətdar Xudaverdiyev)” adlı satış nöqtəsindən 98,60 manat, “Siyəzən-Binə Sədərək” adlı satış nöqtəsindən 32 manat, “Siyəzən-Təmizlik vasitələri” adlı satış nöqtəsindən 101,95 manat, “Xaçmaz qayali Azer Seferov topdan” adlı satış nöqtəsindən 92,96 manat, “Xaçmaz-Aptek bazar” adlı satış nöqtəsindən 65,53 manat, “Xaçmaz- Elşən Qumur market” adlı satış nöqtəsindən 338,68 manat, “Xaçmaz-Euro topdan Avtovağzal Ramin” adlı satış nöqtəsindən 451,60 manat, “X4” adlı satış nöqtəsindən 600,73 manat, “Xaçmaz-Gümür market Elşən” adlı satış nöqtəsindən 114,64 manat, “Xaçmaz-Kanal market Aydin” adlı satış nöqtəsindən 160,73 manat, “Xaçmaz-Şahid10” adlı satış nöqtəsindən 168,01 manat, “Xaçmaz- Nərimanov...şimal aptek” adlı satış nöqtəsindən 40 manat, “Xaçmaz-Qardaşlar store” adlı satış nöqtəsindən 401,87 manat, “Xaçmaz-Sabir mini market” adlı satış nöqtəsindən 91,56 manat, “Xaçmaz-Tofiq Ucuzluq Bazar” adlı satış nöqtəsindən 355,09 manat, “Xaçmaz- Turist mağaza (Nərimanov küç) ” adlı satış nöqtəsindən 1201,45 manat, “Xaçmaz-Ucuzluq market Azər GİG” adlı satış nöqtəsindən 69,16 manat, ümumilikdə isə 5396,42 manat məbləğində pulu yığaraq "xxxx" MMC-nin Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən ofisində şirkətin Şimal bölgə müdiri Nümayəndə təhvil verməyib vahid niyyətlə əhatə olunan qəsdlə mənimsəyərək öz şəxsi ehtiyacları üçün istifadə edib "xxxx" MMC-nin qeyriqida məhsullarının topdan və pərakəndə satışı üzrə sahibkarlıq fəaliyyəti ilə bağlı hüquqlarına və qanuni mənafelərinə mühüm zərər vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs "xxxx" MMC ilə barışıq əldə etməklə cəmiyyətə vurduğu ümumilikdə 5396,42 manat məbləğində maddi ziyanı tam şəkildə ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, ünvan 2 ünvanda yerləşən “Ucuzluq” marketinin sahibi olmaqla əvvəllər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq etmişdir. Verdiyi sifarişlər əsasında həmin şirkət tərəfindən qeyriərzaq məhsulları mağazaya gətirilərək təhvil verilmiş, mallar təhvil verildikdən sonra isə sahə nümayəndəsi mağazaya gələrək nisyə satılmış malların dəyərini toplamışdır. Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış nümayəndəsi kimi tanımış, o, sifariş verilmiş malların dəyərini həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödəmişdir. 2022-ci ilin iyul ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Təqsirləndirilən şəxslə birlikdə mağazaya gələrək yoxlama aparmış, yoxlama zamanı müvafiq sistemdə onun şirkətə 600,73 manat məbləğində borcunun olduğu bildirilsə də o, nümayəndəyə şirkətə heç bir borcu olmadığını, verilən malların pulunu Təqsirləndirilən şəxs həmişə nağd şəkildə ödədiyini bildirimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən “Evro 2” marketinin satış direktoru olmaqla əvvəllər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq etmişdir. Verdiyi sifarişlər əsasında həmin şirkət tərəfindən qeyri-ərzaq məhsulları mağazaya gətirilərək təhvil verilmiş, mallar təhvil verildikdən sonra isə sahə nümayəndəsi mağazaya gələrək nisyə satılmış malların dəyərini toplamışdır. Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış nümayəndəsi kimi tanımış, o, sifariş verilmiş malların dəyərini həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödəmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Təqsirləndirilən şəxslə birlikdə mağazaya gələrək yoxlama aparmış, yoxlama zamanı müvafiq sistemdə onun şirkətə 600,73 manat məbləğində borcunun olduğu bildirilsə də o, nümayəndəyə şirkətə heç bir borcu olmadığını, verilən malların pulunu Təqsirləndirilən şəxs həmişə nağd şəkildə ödədiyini bildirimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən “Evro” marketdə xəzinədar vəzifəsində işləməklə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edir. Verdiyi sifarişlər əsasında həmin şirkət tərəfindən qeyri-ərzaq məhsulları mağazaya gətirilərək təhvil verilmiş, mallar təhvil verildikdən sonra isə sahə nümayəndəsi mağazaya gələrək nisyə satılmış malların dəyərini toplamışdır. Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış nümayəndəsi kimi tanımış, o, sifariş verilmiş malların dəyərini həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödəmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Təqsirləndirilən şəxslə birlikdə mağazaya gələrək yoxlama aparmış, yoxlama zamanı müvafiq sistemdə onun şirkətə 600,73 manat məbləğində borcunun olduğu bildirilsə də o, nümayəndəyə şirkətə heç bir borcu olmadığını, verilən malların pulunu Təqsirləndirilən şəxs həmişə nağd şəkildə ödədiyini bildirimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, o, Siyəzən şəhəri, Babək küçəsi ünvanında yerləşən “Yuyucu və təmizləyici vasitələr” marketinin sahibi olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edir. Verdiyi sifarişlər əsasında həmin şirkət tərəfindən qeyri-ərzaq məhsulları mağazaya gətirilərək təhvil verilmiş, mallar təhvil verildikdən sonra isə sahə nümayəndəsi mağazaya gələrək nisyə satılmış malların dəyərini toplamışdır. Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış nümayəndəsi kimi tanımış, o, sifariş verilmiş malların dəyərini həmişə Təqsirləndirilən şəxs vaxtlı-vaxtında ödəmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Təqsirləndirilən şəxslə birlikdə mağazaya gələrək yoxlama aparmış, yoxlama zamanı müvafiq sistemdə onun şirkətə 600,73 manat məbləğində borcunun olduğu bildirilsə də o, nümayəndəyə şirkətə heç bir borcu olmadığını, verilən malların pulunu Təqsirləndirilən şəxs həmişə nağd şəkildə ödədiyini bildirimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən “Qayalı” marketin direktoru olmaqla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edir. Verdiyi sifarişlər əsasında həmin şirkət tərəfindən qeyriərzaq məhsulları mağazaya gətirilərək təhvil verilmiş, mallar təhvil verildikdən sonra bağlanmış müqaviləyə əsasən həmin malların pulunu bank vasitəsilə şirkətin hesabına ödəmişdir. Təqsirləndirilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin satış nümayəndəsi kimi tanımışdır. Sifariş verilmiş malların dəyərini elektron qaydada ödəmiş, Həzrət Təqsirləndirilən şəxs pul verməmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Təqsirləndirilən şəxslə birlikdə mağazaya gələrək yoxlama aparmış, yoxlama zamanı müvafiq sistemdə marketin şirkətə 92,96 manat məbləğində borcunun olduğu qeyd etsə də o, nümayəndəyə şirkətə heç bir borcu olmadığını bildirimişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 göstərmişdir ki, o, Xaçmaz şəhəri, N.Nərimanov prospektində yerləşən “Evim” mağazasının sahibi olmaqla "xxxx" MMC ilə əməkdaşlıq edir. Verdiyi sifarişlər əsasında həmin şirkət tərəfindən mağazaya qeyri-ərzaq məhsulları gətirilərək təhvil verimiş, mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi mağazaya gələrək nisyə satılmış məhsulların dəyərini yığmışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin satış nümayəndəsi kimi tanımış, sifariş verilmiş nisyə malların dəyərini həmişə Həzrətə vaxtı-vaxtında ödəmişdir. 2022-ci ilin iyul ayının əvvəlində "xxxx" MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxslə birlikdə onun işlədiyi mağazaya gələrək yoxlama aparmış, yoxlama zamanı müvafiq sistemdə onun həmin şirkətə 168.01 manat məbləğində borcu olduğu qeyd edilsə də, o, heç bir borcunun olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 göstərmişdir ki, 2020-ci ilin əvvəllərindən "xxxx" MMC-nin təftiş şöbəsinin müdiri vəzifəsində işləyir. "xxxx" MMC qeyriqida məhsullarının satışı üzrə fəaliyyət göstərir. Həmin müəssisə ölkənin müxtəlif bölgələrində yerləşən mağaza və apteklərə qeyri-qida məhsulları satır. Təqsirləndirilən şəxs 01 fevral 2022-ci ildə "xxxx" MMC-nin Xaçmaz, Şabran və Siyəzən rayonu üzrə satış nümayəndəsi kimi işə qəbul olunmuşdur. Təqsirləndirilən şəxs vəzifəsi Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən, əməkdaşlıq etdiyi satış nöqtələrindən sifarişləri götürmək və həmin satış nöqtələrinə paylanmış məhsulların dəyərini alaraq müəssisənin Xaçmaz şəhəri ərazisində yerləşən ofisində şimal bölgə müdiri Nümayəndə İsbala oğluna təhvil verməkdən ibarət olmuşdur. Belə ki, hər bir satış nümayəndəsində «Lenovo” markalı, “TB-x104F” modelli, “HA0ZM3UU (10)” nömrəli planşet vardır. Satış nümayəndələri həmin cihazla öz şəxsi hesablarına daxil olub onlara həvalə olunmuş satış nöqtələrindən sifarişləri cihazla qəbul edib sistemə daxil edirlər. Satış nümayəndəsi satış nöqtəsinə satılmış məhsulun dəyərini satış nöqtəsindən alarkən nağd şəkildə aldığı pulun məbləğini sistemin ödəniş bölməsində qeyd edir. Hər bir satış nümayəndəsinin hesabında satış nöqtələrinə paylanmış məhsulların məbləğində borcu qeyd olunur, satış nöqtələri məhsulun dəyərini nağd şəkildə ödədikdən sonra bu barədə sistemin ödəniş bölməsində müvafiq qeydiyyat aparılarkən həmin məbləğ satış nöqtəsinin və satış nümayəndəsinin borcundan silinir. Təqsirləndirilən şəxs Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən 51 satış nöqtəsi üzrə satış nümayəndəsi təyin olunmuşdur. 05-06 iyul 2022-ci il tarixlərdə "xxxx" MMC-nin təftiş şöbəsinin təftişi işləmiş Şahid14 tərəfindən Təqsirləndirilən şəxs satış nümayəndəsi olduğu, Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən, sistem üzrə borc qalıqları olan mağaza və apteklərdə yoxlama aparılmış və yoxlama nəticəsində Təqsirləndirilən şəxs 5396 manat 42 qəpik məbləğində mənimsəməyə yol verdiyi müəyyən edilmişdir. Satış nümayəndələri bəzən satış nöqtəsindən məhsulun dəyərini nağd şəkildə alarkən həmin məbləği ya sistemin ödəniş bölməsində ümumiyyətlə qeyd etmir, ya da ki sistemdə məbləğin bir hissəsini qeyd edərək yerdə qalan məbləği isə özünə götürür. Bu barədə o, Təqsirləndirilən şəxs soruşmuş, sonuncu, ona etiraf edərək qeyd etdiyi məbləğdəki pulu öz şəxsi problemləri olduğundan xərcləndiyini bildirərək müəssisəyə maddi ziyan vurduğunu demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid14 göstərmişdir ki, xx.xx.2021-ci ildən xx.xx.2022-ci ilədək "xxxx" MMC-nin təftiş şöbəsinin təftiş nümayəndəsi vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin Xaçmaz, Şabran və Siyəzən rayonu üzrə satış nümayəndəsi işləmiş, həmin rayonlar ərazisində fəaliyyət göstərən 51 satış nöqtəsi üzrə satış nümayəndəsi təyin olunmuşdur. 05-06 iyul 2022-ci il tarixlərdə onun və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun satış nümayəndəsi olduğu, Xaçmaz, Şabran və Siyəzən rayonları ərazisində fəaliyyət göstərən, sistem üzrə borc qalıqları olan 32 mağaza və apteklərdə yoxlama aparılmış və yoxlama nəticəsində Təqsirləndirilən şəxs 5396 manat 42 qəpik məbləğində mənimsəməyə yol verdiyi müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs etiraf edərək qeyd olunan etdiyi məbləğdə pulu öz şəxsi problemləri olduğundan xərcləndiyini bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş "xxxx" MMC-nin xəzinədarı Şahid15 və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Şahid16 şahidlər Şahid13 və Şahid14 ifadələrində göstərdikləri xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, ünvan 5 ünvanında yerləşən paltar mağazasının sahibi olmaqla "xxxx" MMC ilə əməkdaşlıq etmişdir. Verdiyi sifarişlər əsasında həmin şirkət tərəfindən mağazaya qeyri-ərzaq məhsulları gətirilərək təhvil verimiş, mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi mağazaya gələrək nisyə satılmış məhsulların dəyərini yığmışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin satış nümayəndəsi kimi tanımış, sifariş verilmiş nisyə malların dəyərini həmişə Həzrətə vaxtı-vaxtında ödəmişdir. 2022-ci ilin iyul ayının əvvəlində "xxxx" MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxslə birlikdə onun işlədiyi mağazaya gələrək yoxlama aparmış, yoxlama zamanı müvafiq sistemdə onun həmin şirkətə 355,09 manat məbləğində borcu olduğu qeyd edilsə də, o, heç bir borcunun olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, o, Xaçmaz rayonunun Arzu kəndi ərazisində yerləşən “Aydın” marketin sahibi olmaqla "xxxx" MMC ilə əməkdaşlıq edir. Verdiyi sifarişlər əsasında həmin şirkət tərəfindən mağazaya qeyri-ərzaq məhsulları gətirilərək təhvil verimiş, mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi mağazaya gələrək nisyə satılmış məhsulların dəyərini yığmışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin satış nümayəndəsi kimi tanımış, sifariş verilmiş nisyə malların dəyərini həmişə Həzrətə vaxtı-vaxtında ödəmişdir. 2022-ci ilin iyul ayının əvvəlində "xxxx" MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxslə birlikdə onun işlədiyi mağazaya gələrək yoxlama aparmış, yoxlama zamanı müvafiq sistemdə onun həmin şirkətə 160,73 manat məbləğində borcu olduğu qeyd edilsə də, o, heç bir borcunun olmadığını bildirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Həzrət oğlu göstərmişdir ki, o, Şabran rayonunun Aygünlü kəndi ərazisində yerləşən “Aygünlü” supermarketdə satıcı işləyir. İşlədiyi market "xxxx" MMC ilə əməkdaşlıq edir. Verdikləri sifarişlər əsasında həmin şirkət tərəfindən mağazaya qeyri-ərzaq məhsulları gətirilərək təhvil verimiş, mallar təhvil verildikdən sonra isə satış nümayəndəsi mağazaya gələrək nisyə satılmış məhsulların dəyərini yığmışdır. Təqsirləndirilən şəxs "xxxx" MMC-nin satış nümayəndəsi kimi tanımış, sifariş verilmiş nisyə malların dəyərini həmişə Həzrətə vaxtı-vaxtında ödəmişdir. 2022-ci ilin iyul ayının əvvəlində "xxxx" MMC-nin nümayəndəsi Təqsirləndirilən şəxslə birlikdə onun işlədiyi mağazaya gələrək yoxlama aparmış, yoxlama zamanı müvafiq sistemdə onun həmin şirkətə 50 manat məbləğində borcu olduğu qeyd edilsə də, o, heç bir borcunun olmadığını bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş, ifadələri məhkəmə iclasında elan olunaraq araşdırılmış şahidlər X3, Şahid11, Şahid12, Şahid17 və Şahid18 eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, xxxxxxx000400 nömrəli əmək müqaviləsi üzrə bildirişin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022- ci il tarixli əmək müqaviləsi əsasında "xxxx" MMC-də bölgələr üzrə ticarət nümayəndəsi vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, KQ2/22 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan əmrlə xx.xx.2022-ci il tarixdən həmin müəssisənin bölgələr üzrə ticarət nümayəndəsi vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 11 oktyabr 2022-ci il tarixli, 9/6804 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan qaimələr, qərarın təsviri hissəsindəki məlumatlar və xx.xx.2022-ci il tarixli audit rəyindən göründüyü kimi, "xxxx" MMC üzrə Təqsirləndirilən şəxs hesabında yaranmış çatışmazlıq 5.396,42 manat məbləğində müəyyən edilir. İş materiallarında olan məhkəmə-xətşünaslıq ekspertizasının 01 dekabr 2022-ci il tarixli, 4/1680 nömrəli rəyindən görünür ki, "xxxx" MMC-nin 06 iyul 2022-ci il tarixli təhvilqəbul aktının 2-ci vərəqinin aşağı hissəsində “Təhvil verən” qrafasında “Təqsirləndirilən şəxs” yazılarının qarşısında olan imza- Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. İş materiallarında olan audit prosedurlarının aparılmasına dair xx.xx.2022- ci il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə 1.357.57 manat məbləğində malları öhdəsinə mal qəbul etmiş, audit olunan dövrdə, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi 62.211,42 manat məbləğində anbardan mal qəbul etmiş, audit olunan dövrdə 2.661.62 manat məbləğində anbara mal qaytarmış, 52.862,27 manat məbləğində audit olunan dövrdə satılmış malların pulunu ödəmiş, Cəmiyyətin daxili auditoru tərəfindən aparılan yoxlama zamanı satış nöqtələrində 2.648,68 manat mal qalığı qalmış və xx.xx.2022- ci il tarixə öhdəsində 5396,42 manat çatışmazlığın olması aşkar edilmişdir. İş materiallarında olan “Təqsirləndirilən şəxs işlədiyi dövr ərzində müştərilər üzrə hərəkət cədvəli”ndən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan müddət ərzində dövrün əvvəlinə 1357,57 manat məbləğində malı öhdəsinə qəbul etmiş, yazdığı qaimə-fakturalar əsasında 62211,42 manat məbləğində malı anbardan çıxarmış, 2661,62 manat məbləğində malı anbara qaytarmış, 52862,27 manat pul vəsaitini şirkətin kassasına ödəmişdir. Dövrün sonuna onun öhdəsində 8045,10 manat mal qalmalı olduğu satış nöqtələrində halda, faktiki olaraq 2648,68 manat mal qalığının olması təsdiqlənmiş, “Quba-Baki yolu Aygunlu market” adlı satış nöqtəsindən 50 manat, “Şabran Dənizçi market” adlı satış nöqtəsindən 12,64 manat, “Şabran-Euro market (Habil Müslümov)” adlı satış nöqtəsindən 949,22 manat, “Siyəzən-Amin market ( Səttar Xudaverdiyev)” adlı satış nöqtəsindən 98,60 manat, “Siyəzən-Binə Sədərək” adlı satış nöqtəsindən 32 manat, “Siyəzən-Təmizlik vəsaitləri” adlı satış nöqtəsindən 101,95 manat, “Xaçmaz qayali Azer Seferov topdan” adlı satış nöqtəsindən 92,96 manat, “Xaçmaz-Aptek bazar” adlı satış nöqtəsindən 65,53 manat, “Xaçmaz-Elşən Qumur market” adlı satış nöqtəsindən 338,68 manat, “Xaçmaz-Euro topdan Avtovağzal Ramin” adlı satış nöqtəsindən 451,60 manat, “X4r” adlı satış nöqtəsindən 600,73 manat, “Xaçmaz- Gümür market Elşən” adlı satış nöqtəsindən 114,64 manat, “Xaçmaz-Kanal market Aydin” adlı satış nöqtəsindən 160,73 manat, “Xaçmaz-Şahid10” adlı satış nöqtəsindən 168,01 manat, “Xaçmaz-Nərimanov...şimal aptek” adlı satış nöqtəsindən 40 manat, “Xaçmaz-Qardaşlar store” adlı satış nöqtəsindən 401,87 manat, “Xaçmaz-Sabir mini market” adlı satış nöqtəsindən 91,56 manat, “Xaçmaz-Tofiq Ucuzluq Bazar” adlı satış nöqtəsindən 355,09 manat, “Xaçmaz- Turist mağaza (Nərimanov küç) ” adlı satış nöqtəsindən 1201,45 manat, “Xaçmaz-Ucuzluq market Azər GİG” adlı satış nöqtəsindən 69,16 manat, ümumilikdə isə 5396,42 manat məbləğində fərq yaranmışdır. İş materiallarında olan "xxxx" MMC-nin direktorunun xx.xx.2022-ci il tarixli, KX 73/22 nömrəli əmrindən görünür ki, ilə müəssisənin bölgələr üzrə ticarət nümayəndəsi işləyən Təqsirləndirilən şəxs ilə əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən və 72-ci maddəsinin “c” bəndində əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Tam fərdi maddi məsuliyyət haqqında” müqaviləsinin surətindən görünür ki, bölgələr üzrə ticarət nümayəndəsi Təqsirləndirilən şəxs “İşəgötürən”ə məxsus olan nağd pul vəsaitlərinin və digər qiymətlilərin, ona etibar edilmiş başqa maddi sərvətlərin və vəsaitlərin qorunmasını təmin etmək; öz vəzifəsini yerinə yetirərkən “İşəgötürən”ə (müəssisəyə və ya təşkilata) heç bir səbəb üzündən ziyan vurmamaq, yəni xidməti ərazilərində olan obyektlərin bağlanması ilə problemlərin yaranmasına, mal-məhsulların zay olmasına yol verməmək; nağd pulun və məhsulların, həmçinin digər qiymətlilərin qəbulu və verilməsi zamanı əməliyyat proseduralarını müvafiq qaydalara uyğun olaraq həyata keçirmək; pul yığımı zamanı məbləğlərdə kənarlaşmaya (artıqgəlmə, əskikgəlmə və s.) yol verməmək; ona etibar edilmiş nağd pul və digər qiymətlilərin, maddi sərvətlərin, məhsulların mühafizə qaydalarına uyğun olaraq qorunub saxlanmasını və “İşəgötürənin tələbi ilə ona tam və keyfiyyətli şəkildə təhvil verilməsini təmin etmək; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin dəqiq uçotunu aparmaq; müəyyən edilmiş qaydada hesabat hazırlayıb “İşəgötürən”ə təqdim etmək kimi vəzifələri öz öhdəsinə götürmüşdür. İş materiallarında olan zərərçəkmiş şəxs qismində tanınma haqqında müstəntiqin qərarından görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınma haqqında müstəntiqin qərarından görünür ki, cinayət işi üzrə Nümayəndə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunn 19 yanvar 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 5396,42 (beş min üç yüz doxsan altı) manat məbləğində vəsaiti zərərçəkmiş hüquqi şəxsə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan 11 aprel 2023-cü il tarixli, 13640 nömrəli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş 5396,42 (beş min üç yüz doxsan altı) manat məbləğində ziyanın 25 (iyirmi beş) faizi miqdarında (1350 manat) Dövlət Büdcəsinə ödəniş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs maddi məsul vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgəyə məxsus əmlakı vahid niyyətlə mənimsəyərək talaması, vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək dövlətin qanunla qorunan mənafelərinə vahid niyyətlə xeyli miqdarda zərər vuraraq vəzifə səlahiyyətlərindən sui istifadə etməsi əməllərini törətməsi məhkəmə baxışı zamanı özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə tövsif edilmişdir. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Dövlət ittihamçısı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin Azərbaycan Respublikasınn Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğunu, Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinin həmin Məcəllənin 308.1-ci maddəsinə nisbətdə xüsusi norma sayıldığını, ümumi norma ilə xüsusi normalar rəqabət apardıqda xüsusi norma tətbiq edildiyini bildirməklə verilmiş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin xaric edilməsini təklif etmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə verilmiş ittihamın davam etdirilməsini, lakin təqsirləndirilən şəxsin dəymiş zərəri tam şəkildə ödəməsi və vurulmuş zərərin 25 faizi miqdarında (1350 manat) pulu dövlət büdcəsinə ödəməsi nəzərə alınmaqla onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməsini və həmin maddələrlə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. Həmin Məcəllənin 43.1.1, 43.1.2-ci maddələrinə əsasən, məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə və bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, onun əməllərində Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlləri düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasınn Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsi ilə tam əhatə olunduğundan ona irəli sürülmüş ümumi ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci maddəsi xaric edilməli, CM-nin 179.2.3, 179.2.4-cü maddələri ilə isə təqsirli bilinməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə, Təqsirləndirilən şəxs və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, şahidlərin ifadələrini dinləyərək, müdafiə tərəfinin ərizəsini, dövlət ittihamçısının təklifini nəzərə alıb iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə elan edilmiş ittihamdan Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə irəli sürülmüş ittiham xaric edilməli, ilk dəfə az ağır cinayət törətmiş Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına, zərərçəkmiş hüquqi şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmadığına görə, bundan başqa, onun cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etməsi ilə əlaqədar barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməli və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilməli, onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək olan müddət ərzində ona təhkim olunmuş terminal vasitəsilə yazdığı qaimə-fakturalar cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan ümumilikdə 224 manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 321, 321.2.1, 346, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə elan edilmiş ittihamdan CM-nin 308.1-ci maddəsi xaric edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4-cü maddələri ilə təqsirli bilinib, zərərçəkmiş hüquqi şəxsə vurduğu maddi ziyanı tamamilə ödəyərək onunla barışdığına və cinayət nəticəsində vurulmuş ziyanın 25 (iyirmi beş) faizi miqdarında Dövlət Büdcəsinə ödəniş etdiyinə görə Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və həmin maddələr ilə təqsirləndirilməsinə dair cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs 01 fevral 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək olan müddət ərzində ona təhkim olunmuş terminal vasitəsilə yazdığı qaimə-fakturalar cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 224 (iki yüz iyirmi dörd) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X1, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Qərardan qərar elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında apellyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev.
Məhkəmə qərarları › İş №1(067)-53/2023
Xaçmaz Rayon Məhkəməsi Qərar — İş №1(067)-53/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver