Məhkəmə qərarları › İş №1(067)-53/2025

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-53/2025

12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-53/2025 12.02.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxx 1980-ci ildə Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əməllərində cinayətlərin residivi olan, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.2.4, 150.2.4-cü maddələri ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli hökmü ilə xx.xx.2010-cu ildən hesablanmaqla 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və 24 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 2024-cü ilin may ayının ortalarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində “Şəhidlər abidəsindən'’ cənub-qərbə doğru 1 km məsafədə yerləşən yaşadığı evinin həyətyanı sahəsində qanunsuz olaraq qəsdən əkdiyi xeyli miqdar təşkil edən 06 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 25 iyul 2024-cü il tarixdə saat 11:20-dən 11:40-dək olan müddətdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində “Şəhidlər abidəsindən” cənub-qərbə doğru 1 km məsafədə yerləşən sonuncunun yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 410,0 qram olan 06 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 237.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərir ki, həyətyanı torpaq sahəsində əkdiyi marixuana toxumlarını Suriyada rəhmətə gedən iki dostu 2010-cu ildə ona vermişlər. Qeyd olunan toxumları o, yaşadığı həyətyanı torpaq sahəsində 2024-cü il tarixdə əkmişdir. Onun həyətyanı torpaq sahəsində əkdiyi marixuna toxumları 25 iyul 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür.O, həmin toxumları özünün istifadəsi üçün əkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, 4 aydır narkotik vasitə qurudulmuş marixuanadan yandıraraq tüstüsünü qəbul etməklə istifadə edirmiş. Lakin narkotik vasitə qurudulmuş marixuana əldə etməkdə çətinlik çəkdiyi üçün çətənə bitkisi əkərək narkotik vasitə hazırlamaq fikrinə düşmüşdüm. Bu məqsədlə istifadə etdiyi qurudulmuş marixuanadan toxumlarını ayıraraq saxlayıb toxumları yaşadığı evin həyətyanı sahəsində əkmişdir. 2024cü ilin may ayının ortalarında yaşadığı Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən evinin həyətyanı sahəsində istifadə etdiyi qurudulmuş marixuanadan əldə etdiyi toxumları bağının 3 fərqli kənar şəxslər tərəfindən görülməyəcəyini düşündüyü hissəsində əkmişdir. Həmin əkdiyi toxumlardan 6 ədəd çətənə bitkisi bitmiş və bitkilərə mütəmadi olaraq qulluq etməyə başlamışdır. Həmin bitkilərin diblərini yumşaltmış, mütəmadi olaraq sulamış və gübrə vermişdir. xx.xx.2024- cü il tarixdə saat 11 radələrində yaşadığı Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən evində olduğu zaman evin həyət qapısı döyülmüşdür. O, küçəyə çıxdığı zaman qapını döyən şəxslərin polis əməkdaşları olmasını bilmişdir. Polislər özlərini təqdim edərək yaşadığı evin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etməkdə şübhəli olmağını bildirmişdirlər. Polislər yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməli olmasım bildirdikdə, polislərin artıq həmin bitkilərdən məlumatları olmasını bilib polisləri həyətyanı sahəsində çətənə bitkiləri olmasını etiraf etmişdir. Onun razılığı ilə videoçəkilişlə, aqronom və polis əməkdaşlarının iştirakları ilə yaşadığım evin həyətyanı sahəsinə baxış keçirimişdir. Baxış zaman evinin 3 hissəsində əkdiyi ümumilikdə 6 ədəd çətənə bitkisini polis əməkdaşlarına təqdim etmişdir. Aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edilməsini bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin 6 ədəd çətənə bitkisi qablaşdırılaraq götürülmüşdür. O və iştirakçılar tərəfindən həmin qablaşdırmanın üzəri imzalarımızla təsdiq edildi. Çətənə bitkilərini özü tək əkib becərmiş, bununla bağlı heç kimə bir söz deməmişdir. Polis əməkdaşlarının yaşadığı evin həyətyanı sahəsinə baxış keçirmələrinə özü icazə vermişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş aqranom-mütəxəssis Şahid3 bildirdi ki, 25 iyul 2024-cü il tarixdə Xaçmaz rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq Xaçmaz rayonunun, Köhnə Xaçmaz kəndində yerləşən evin həyət yanı torpaq sahəsində keçirilən baxışda aqranom-mütəxəssis kimi iştirak etməsini bildirdilər. O, etiraz etməyərək polis əməkdaşları ilə qeyd olunan ünvana getmişdir.Onlar Xaçmaz rayonunun, Köhnə Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən, həyətyanı torpaq sahəsində 6 ədəd çətənə bitkiləri əkib becərmişdir. Aşkar olunmuş 6 ədəd çətənə bitkiləri aqrotexniki qaydada qulluq edilməklə, suvarılmış və kultivasiya edilmişdir. Şahid aqranom-mütəxəssis Şahid3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, , ali təhsilli aqronomdur, 25 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Xaçmaz RPŞ-nin əməkdaşlarının dəvəti ilə keçiriləcək baxışda aqronommütəxəssis kimi iştirak etmək üçün Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi istiqamətinə getmişdir. Baxış keçirilməzdən əvvəl Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Nemət Xasayev tərəfindən ona qanunvericilikdə nəzərədə tutulmuş hüquq və vəzifələri izah olunmuşdur. Baxış keçirəcəyi ünvana, yəni Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndinin ərazisinə çatdıqdan sonra ona şəxsiyyəti barədə öyrəndiyi Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyi məlum olmuşdur. Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Nemət Xasayev tərəfindən Əfqan Abdulayevə qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə polisdə məlumatın olduğunu bildirərək, yaşadığı evinin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirərək, özünün razılığı ilə yaşadığı evinin həyətinə daxil olmuşdurlar. Təqsirləndirilən şəxs evin həyətinin giriş qapısından daxil olduqdan sonra sağa doğru hərəkət edərək hasarın kənarında olan yaşıllıq arasında iki ədəd torpağa əkilmiş bitkini təqdim etmişdir. Həmin iki ədəd bitkiyə baxılan zaman xarici görünüşlərinə görə çətənə bitkisinə bənzər bitkilər olması müşahidə edilmişdir. O, həmin bitkilərə qulluq edilməklə, suvarıldıqlarını, kultivasiya edildiklərini bildirmişdir. Həmin iki ədəd bitki kökündən çıxarılmış, bundan sonra Təqsirləndirilən şəxs evinin sol arxa hissəsində olan yaşıl kol bitkiləri ilə əhatə olunmuş əraziyə gedərək orada bir ədəd torpağa əkilmiş bitkini təqdim etmişdir. Həmin bitkiyə baxılan zaman xarici görünüşünə görə çətənə bitkisinə bənzər bitki olması müşahidə edilmişdir. O həmin bitkiyə qulluq edilməklə, suvarıldığını, kultivasiya edildiyini bildirmişdir. Həmin bir ədəd bitki də kökündən çıxarılmış, bundan sonra Təqsirləndirilən şəxs evinin sağ arxa hissəsində olan yaşıl kol bitkiləri ilə əhatə olunmuş əraziyə gedərək orada iki ədəd torpağa əkilmiş və 1 ədəd torbadakı torpağa əkilmiş ümumilikdə 3 ədəd bitkini təqdim etmişdir.. Həmin bitkilərə baxılan zaman xarici görünüşlərinə görə çətənə bitkisinə bənzər bitkilər olması müşahidə edilmişdir. O həmin bitkilərə də qulluq edilməklə, suvarıldıqlarını, kultivasiya edildiklərini bildirmişdir. Həmin üç ədəd bitki də kökündən çıxarılmış, baxış keçirilən evin həyətyanı sahəsindən aşkar edilmiş ümumilikdə 6 ədəd çətənə bitkisinə bənzər bitki müstəntiq tərəfindən bir ədəd torbada qablaşdırılmışdır. Müstəntiq tərəfindən baxış keçirilməsi və maddi sübut kimi götürülüb qablaşdırılması barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün o və digər iştirakçılar protokola imza etmişdirlər. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Şahid Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, Şahid2 məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkilərini kultivasiya etməklə əkib-becərir.Bununla bağlı rəhbərliyə məlumat verildikdən sonra əməliyyat qrupu yaradılmıidır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonunun, Köhnə Xaçmaz kəndində yerləşən həyətyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı onun həyətyanı torpaq sahəsindən 4-5 ədəd çətənə kolları aşkar edilərək götürülmüşdür. Sorğu sual zamanı Təqsirləndirilən şəxs özü etiraf etmişdir ki, özünün istifadəsi üçün əkmişdir. Şahid Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, Şahid2 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib- becərməsi, kultivasiya etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında Xaçmaz RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmışdır. Bu məqsədlə əvvəlcədən dəvət edilmiş mütəxəssis-aqranom Şahid3 iştirakı ilə 25 iyul 2024-cü il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişdirlər. Xaçmaz RPŞ-nin İB-ni'n müstəntiqi polis kapitanı Nemət Xasayev tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik tərkibli bitkiləri əkib-becərməsi və istifadə etməsi barədə polisdə məlumatın olduğunu bildirərək, yaşadığı evinin həyətyanı torpaq sahəsinə videoçəklişdən istifadə etməklə baxış keçirilməsi zərurətinin olduğu izah edilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etməmiş və məlumatın doğru olduğunu bildirərək, özünün razılığı ilə yaşadığı evinin həyətinə daxil olmuşdurlar. Bundan sonra Təqsirləndirilən şəxs könüllü olaraq evin həyətyanı sahəsinə daxil olmuşdur. Evin həyətyanı sahəsində bir mərtəbəli kürsülü evin olması müşahidə edilmişdir. Təqsirləndirilən şəxs evin həyətinin giriş qapısından daxil olduqdan sonra sağa doğru hərəkət edərək hasarın kənarında olan yaşıllıq arasında iki ədəd torpağa əkilmiş bitkini təqdim etmişdir. Həmin iki ədəd bitkiyə baxılan zaman onların xarici görünüşlərinə görə çətənə bitkisinə bənzər bitkilər olması müşahidə edilmişdir. Aqronom Şahid3 həmin bitkilərə qulluq edilməklə, suvarıldıqlarını, kultivasiya edildiklərini bildirmişdir. Həmin iki ədəd bitki kökündən çıxarılmış, bundan sonra Təqsirləndirilən şəxs evinin sol arxa hissəsində olan yaşıl kol bitkiləri ilə əhatə olunmuş əraziyə gedərək orada bir ədəd torpağa əkilmiş bitkini təqdim etmişdir. Həmin bitkiyə baxılan zaman bitkinin xarici görünüşünə görə çətənə bitkisinə bənzər bitki olması müşahidə edilmişdir. Aqronom Şahid3 həmin bitkiyə qulluq edilməklə, suvarıldığını, kultivasiya edildiyini bildirmişdir. Həmin bir ədəd bitki də kökündən çıxarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs evinin sağ arxa hissəsində olan yaşıl kol bitkiləri ilə əhatə olunmuş əraziyə gedərək orada iki ədəd torpağa əkilmiş və 1 ədəd torbadakı torpağa əkilmiş ümumilikdə 3 ədəd bitkini təqdim etmişdir. Həmin bitkilərə baxılan zaman onların xarici görünüşlərinə görə çətənə bitkisinə bənzər bitkilər olması müşahidə edilmişdir. Aqronom Şahid3 həmin bitkilərə qulluq edilməklə, suvarıldıqlarını, kultivasiya edildiklərini bildirmişdir. Həmin üç ədəd bitki də kökündən çıxarılmışdır. Baxış keçirilən evin həyətyanı sahəsindən aşkar edilmiş ümumilikdə 6 ədəd çətənə bitkisinə bənzər bitki müstəntiq tərəfindən bir ədəd torbada qablaşdırılmışdır. Müstəntiq tərəfindən baxış keçirilməsi barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunmuş, protokolun məzmunu olduğu kimi yazıldığı üçün Təqsirləndirilən şəxs, daha sonra o və digər iştirakçılar protokola və maddi sübut kimi götürülmüş qablaşmanın üzərinə imza etmişdirlər. Məhkəmədə ifadəsi elan olunmuş şahid Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis leytenantı Şahid1, ibtidai istintaq zamanı Şahid2 ifadəsi ilə analoji ifadə vermişdir. İş materillarında olan baxış keçirilməsi haqqında 25 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 1 mərtəbəli evin sağ tərəfində hasarın kənarında olan yaşıllıq arasında iki ədəd, evin sağ arxa tərəfində olan yaşıl kol bitkiləri ilə əhatə olunmuş ərazidə bir ədəd, evin sol arxa hissəsində olan yaşıl kol bitkiləri ilə əhatə olunmuş ərazidə iki ədəd və bir ədəd ağ rəngli sintetik torpada torpağa əkilmiş ümümilikdə 3 ədəd bitkilər olması aşkar edilmişdir. Mütəxəssis Şahid3 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, suvarıldığını, kultivasiya edildiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər kökündən çıxarılaraq sayılmış və onların 06 ədəd olması müəyyən edilmişdir. Torpaqda əkilmiş tərkibində narkotik tərkibli maddələr olan çətənə kollarına bənzər bitkilər 06 ədəd torbaya yığılaraq qablaşdırılmış və imzalanıb möhürlənərək götürülmüşdür. İş materiallarında olan Xaçmaz rayon Mənzil Komunal İdarəsinn baş aqronomu Şahid3 tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli rəydən görünür ki, 25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən evin həyətyanı torpaq sahəsində aşkar edilmiş ümumilikdə 06 (altı) ədəd olan bitkilər çətənə (kannabis) bitkiləridir. Həmin bitkilərin dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının bioloji ekspertizalar şöbəsinin 26 iyul 2024-cü il tarixli 3-16-16/2-7/1214 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs....» yazı və imza olan qara rəngli polietilen bağlamada yaş vəziyyətdə, ümumi sayı 06 ədəd yaş vəziyyətdə ümumi çəkisi 410,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 01 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Köhnə Xaçmaz kəndində yerləşən kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 1 mərtəbəli evin bağ sahəsində torpaqda əkilmiş bitkilər olması aşkar edilmişdir. Mütəxəssis Şahid3 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, dibləri boşaldılmış, aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edildiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər kökündən çıxarılaraq sayılmış və onların 06 ədəd olması müəyyən edilmişdir. Torpaqda əkilmiş tərkibində narkotik tərkibli maddələr olan çətənə kollarına bənzər bitkilər 01 ədəd torbaya yığılaraq qablaşdırılıb imzalanaraq möhürləndiyi görünür. İş materiallarında olan maddi sübutun tanınması haqqında 27 iyul 2024-cü il tarixli qərardan görünür ki, 25 iyul 2024-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, 06 (altı) ədəd ümumi çəkisi 410,0 qram bitki nümunəli, əkilib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri 01 (bir) ədəd torbada qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 27 avqust 2024-cü il tarixli 5885 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.2.4, 150.2.4, 66.3-cü maddələri ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli hökmü ilə 12 il azaqdlıqdan məhumetmə cəzasına məhkum edilmiş, 24 iyun 2022-ci il tarixdə cəzasının sonu.ilə azad edilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müşkür İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Köhnə Xaçmaz kəndində yaşayır. Onun yaşadığı ərazidə kənd sakinləri və qonşular ilə münasibəti qismən normal olmuşdur. Təqsirləndirilən şəxs haqqında Hüquq Mühafizə orqanları tərəfindən Nümayəndəliyə dəfələrlə sorğu daxil olmuşdur. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 149.2.4, 150.2.4-cü maddələri ilə təqsirli bilinərək Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 30 sentyabr 2010-cu il tarixli hökmü ilə xx.xx.2010-cu ildən hesablanmaqla 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə və 24 iyun 2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad edilməsinə baxmayaraq, məhkumluğu ödənilmədiyi və götürülmədiyi halda 2024-cü ilin may ayının ortalarında Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində “Şəhidlər abidəsindən'’ cənub-qərbə doğru 1 km məsafədə yerləşən yaşadığı evinin həyətyanı sahəsində qanunsuz olaraq qəsdən əkdiyi xeyli miqdar təşkil edən 06 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 25 iyul 2024-cü il tarixdə saat 11:20-dən 11:40-dək olan müddətdə Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisində “Şəhidlər abidəsindən” cənub-qərbə doğru 1 km məsafədə yerləşən sonuncunun yaşadığı evinin həyətyanı sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 410,0 qram olan 06 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə və yetişdirmə) etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 65.1-ci maddəsiə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1 və 61.1-ci maddələrində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar sadalanmışdır. Həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etmədi. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin residivini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, əldə etdiyi narkotik vasitənin miqdarını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 25 iyul 2024-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs həmin tarixdə tutulmuş, həmçinin təqsirləndirilən şəxs barəsində 27 iyul 2024-cü il tarixli qərarı ilə qeyd olunan tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2024-ci il tarixdən 27 iyul 2024-cü il tarixədək tutularaq həbsdə olduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 409,7 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 25 iyul 2024-cü il tarixdən 27 iyul 2024-cü il tarixədək tutularaq həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 12 fevral 2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evin həyatyanı sahəsindən aşkar edilərək götürülmüş, tədqiqata sərfdən sonra qalıq çəkisi 409,7 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 72 (yetmiş iki) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar