Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-54/2021 10.08.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Xəlilov İlkin Ələkbər oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Tağıyev Natiq Əkbər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə 19 avqust 1973-cü ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : 12 noyabr 2020-ci il tarixdə saat 19 radələrində DİN-in 102 xidmətindən daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına öz razılığı ilə keçirilmiş baxış zamanı yataq otağındakı çarpayının yanından bir ədəd qara rəngli torbanın içərisində təmiz çəkisi 85.0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, dolabda asılmış gödəkcənin ön sol cibindən tərkibində ümumilikdə 2.51 qram təsiredici maddə tramadol preparatı olmaqla 10 və 2\1 ədəd tərkibində 2, 36 qram təsiriedici maddə tramadol preparatı olan qırmızı rəngli dərman tabletləri, 03 ədəd tərkibində 0.15 qram təsiriedici maddə tramadol preparatı olan ağ-göy rəngli dərman kapsulları, həmin gün Xaçmaz rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.119 qram, 0.060 qram, 0.100 qram, 0.096 qram, 0.072 qram, 0.074 qram, 0.070 qram, 0.059 qram olmaqla ümumilikdə təmiz çəkisi 0.650 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.075 qram, 0.009 qram, 0.293 qram olmaqla ümumi təmiz çəkisi 0.377 qram olan kustar üsulla hazırlanmış, psixotrop maddə metafetamin aşkar edilərək götürülmüş, bununla da o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşımış, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-in 234.2 və 240.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, özü rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Bir il yarımdır ki, həm narkotik vasitə olan heroindən, həm narkotik vasitə olan qurudulmuş marixuanadan, həm də şüşə adlanan digər narkotik vasitədən istifadə edir. O, narkotik vasitə olan heroindən inyeksiya yolu ilə istifadə edir. Tutulmazdan 5 gün öncə təxminən 08 noyabr 2020-ci il tarixdə yaşadığı evin yaxınlığından piyada keçən zaman dəmiryolunun kənarında selofan torbanın olduğunu görmüşdür. Sellofan torbanın içərisinə baxan zaman orada bitki kütləsinin və həmçinin siqaret qutusunun olduğunu görmüşdür. Bitki kütləsinin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bilimişdir. Siqaret qutusunu götürüb içərisinə baxdığı zaman içərisində iki ədəd bükümlərin və həblərin olduğunu görmüşdür. O, narkotik vasitə olan heroindən istifadə etdiyindən həmin bükümlərdən birində olan qəhvəyi rəngli kütlənin narkotik vasitə olan “kakos” yəni heroin olduğunu, digərində olan ağ rəngli maddənin isə “şüşə” adlandırılan narkotik vasitə olduğunu bilmişdir. Həmçinin həblərin isə narkotik vasitənin ağrıkəsicisi olduğunu bilmişdir. O, həmin siqaret qutusunu və torbanı birlikdə götürmüşdür ki, narkotik vasitələrdən və həblərdən gələcəkdə istifadə edər. O, həmin bükümlərdəki heroini və şüşə adlanan narkotik vasitəni istifadəsi üçün nəzərdə tutduğu kiçik kağız bükümlərə ayrmışdır. O, həmin narkotik vasitələrdən istifadə etmiş, qalanını isə bir ədəd kibrit qutusunda üzərində saxlamışdır. Həbləri də həmçinin bir ədəd kibrit qutusuna qoyub evdə paltarının cibində şkafda saxlamışdır. Lakin həbləri yalnız ağrıları olanda istifadə etmək üçün saxlamışdır. 12.11.2020-ci il tarixdə axşam saatlarında yaşadığı evdə olan vaxt Xaçmaz RPŞ-nin əməkdaşları gələrək onu küçəyə dəvət etmişlər. O, evin qarşısına çıxdığı zaman Xaçmaz RPŞ-nin əməkdaşları özlərini təqdim edərək barəsində Xaçmaz RPŞ-yə yaşadığı evdə narkotik vasitə satmağı barədə şikayət daxil olduğunu bildirmişlər. Onun razılığı ilə videoçəkilişlə yaşadığı evə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdən dolabın içərisindəki gödəkçəsinin cibinə qoyduğu kibrit qutusunun içərisindən həmin həblər, çarpayının yanından bir ədəd torbada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmçinin evdən müxtəlif dərman preparatları, narkotik vasitə izləri olan pambıq tamponları, folqa, şprislər, kalium permanqanat, 2 ədəd mobil telefon və sair aşkar edilərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları ilə birlikdə Xaçmaz RPŞ-nə getmişdir. Lakin artıq evindən narkotik vasitə çıxdığı üçün cibindəkiləri atmağın mənası olmamışdır. Həm də düşünmüşdür ki, cibindən çıxarıb atsa polis əməkdaşları görər. Şöbədə şübhəli şəxs qismində tutulduqdan, hüquq və vəzifələri elan olunduqdan sonra müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı cibindən bir ədəd siqaret qutusunda içərisində narkotik vasitə heroin olan 8 ədəd və içərisində “şüşə” adlandırılan psixotrop maddə olan 3 ədəd büküm aşkar edilərək götürülmüşdür. Üzərindən aşkar edilənlər polis əməkdaşları tərəfindən götürülüb qablaşdırılaraq möhürlənmişdir. Şəxsi axtarış onun razılığı ilə polis əməkdaşı tərəfindən videolentə alınmışdır. O, heç kimə narkotik vasitə və ya güclü təsir edən dərman vasitəsi satmamış, Xaçmaz RPŞ-yə narkotik vasitə satması barədə daxil olmuş məlumat yalandır, o, narkotik vasitələrdən yanız istifadə edir. Törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, qonşu küçə olan S.Mehmandarov küçəsi 36-da yaşayan Təqsirləndirilən şəxs qonşu kimi çoxdan tanıyır, aralarında ədavət və düşmənçiliyi olmamışdır. Cavanşir əvəllər narkotik vasitə istifadə etməsi və digər cinayətlərə görə məhkum olunmuşdur. Belə ki, Cavanşirin yaşadığı evə mütəmadi olaraq müxtəlif markalı və dövlət qeydiyyat nişanlı avtomobillə tanımadığı şəxslər nəinki gündüzlər hətta gecələr də gəlirlər. Cavanşir həmin şəxslərə narkotik vasitə satır. Hətta Cavanşir və həmin şəxslərin bir-biriləri ilə dəfələrlə pulla bağlı mübahisə etmələrini görmüşdür. O, bir neçə dəfə həmin şəxslərə iradını bildirərək küçəyə gəlməmələrini desə də onlar ona məhəl qoymamışlar. Cavanşirin evinə gələn şəxslər ümumiyyətlə onların küçəsində yaşamayan tanımadığı şəxslərdir. Həmin şəxslərin bir neçəsi uzun saqqalı, düşüncəsinə görə cinayətkar aləmə meyilli şəxslərdir. Cavanşirin yaşadığı evın qarşısında səs-küy olur, qonşuları narahat edirlər. Dəfələrlə bu hallar təkrar olunmuşdur. Bir müddət öncə o, Cavanşirin yanına gəlib gedənləri müşahidə eləmiş və əmin olmuşdur ki, həmin şəxslər özlərini narahat və qeyri adekvat aparır, onlar narkomandılar. O, dəfələrlə Cavanşirə bu əməllərindən əl çəkməyini desə də Cavanşir buna əhəmiyyət verməyərək, öz çirkin əməllərini davam etdirmişdir. O, uzun müddətdir ki, Cavanşirin narkotik vasitə satmasını bilsə də qonşuluq münasibətinə və ailəsini tanıdığına görə bu barədə polisə məlumat verməmişdir. Yeniyetmələr də son zamanlar Cavanşirin satdığı narkotik vasitələri alaraq oradan qaçaraq uzaqlaşırlar. Cavanşirin bu əməlləri digər qonşulara da məlumdur. Cavanşirin narkotik vasitə satmasını ondan başqa Əli adlı qonşusu da görmüşdür. O, bir vətəndaş kimi və dövlətinin narkomaniyaya qarşı apardığı mübarizəyə kömək məqsdilə DİN-nin 102 zəng xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Cavanşirin məsuliyyətə cəlb edilməsini xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, 2012-ci ildən ünvan 3 ünvanında yaşayır. Təqsirləndirilən şəxs və Şahid1 onun qonşusudur, heç biri ilə aralarında ədavət olmamışdır. Şahid1 dəfələrlə ona məlumat vermişdir ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə satmaqla məşğuldur. O, özü həmin ünvanda uşaqlıqdan yaşamadığı üçün sakinlərin hamısını dəqiq tanımamışdır. Elman ona hər dəfəsində məlumat vermişdir ki, küçəyə tanımadığı avtomobillər gəlir, Cavanşirdən narkotik vasitə alıb gedirlər. Elman həmçinin ona demişdir ki, küçədən dəfələrlə narkotik vasitələr istifadə edilmiş iynələr tapmışdır. O, da demişdir ki, diqqətli ol, lazım olarsa bu barədə şikayət edib öz sözünü dövlət orqanlarına deyərsən. 12 noyabr 2020-ci il tarixdə saat 19 radələrində Elman ona zəng edərək küçəyə çağırmış, o da evdən küçəyə çıxmışdır. Elman ona demişdir ki, Cavanşirin evinə gələn avtomobillərin ardı-arası kəsilmir. Bir neçə dəqiqə əvvəl saqqallı bir kişi Cavanşirgilə narkotik vasitə almağa gəlmişdir. Elman ona demişdir ki, Cavanşirlə mübahisə etmiş, Cavanşirə “nə mal satırsansa get kənarda sat, küçədə bazar açma” sözlərini demişdir. Həmçinin həmin saqqallı şəxs də Elmanla mübahisə etmişdir. Buna görə də Elman, DİN-in 102 xidmətinə zəng edərək şikayət etmişdir. Bir neçə dəqiqə sonra da həmin ünvana polis əməkdaşları gəlmiş, o, həmin vaxt küçədə olmuşdur. Polis əməkdaşları Cavanşirin yaşadığı evə baxış keçirib rayon polis şöbəsinə aparmışlar. O, da artıq əmin olmuşdur ki, Cavanşir narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur və buna görə də tutulmuşdur. Təqsirləndirilən şəxs onun qonşusu olduğundan Cavanşirin cinayət əməli törətməsi barədə heç vaxt şikayət etməmiş, hazırda da şikayətçi deyildir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid3 bildirdi ki, 12 noyabr 2020-ci il tarixdə Xaçmaz şəhər sakini Şahid1 Azərbaycan Respublikası DİN-nin 102 zidməti-zəng mərkəzindən qonşusu Cavanşir adlı şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə telefon məlumatı rayon polis şöbəsinə daxil olmuşdur. Həmin müraciətlə əlaqədar RPŞ-nin İB-nin müstəntiqi polis baş leytenantı Nemət Xasayev, RPŞ-nin CAB-ın ə/m polis kapitanı Şahid4 və RPŞ-nin KTQ-nin baş inspektoru polis mayoru Fariz Muradovla birlikdə ünvan 2-da yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına çağırdıqdan sonra yaşadığı ünvana gəlmələrinin səbəbi izah edilərək videoçəkilişlə və özünün razılığı ilə yaşadığı evə baxış keçirməyə başlamışlar. Evə baxış zamanı Təqsirləndirilən şəxs evdə hər-hansı qanunsuz əşya və predmet olmadığını bildirsə də yataq otağındakı çarpayının yanından qara rəngli sellofan torba aşkar etmişlər, həmin torba açılmış, bu zaman içərisində narkotik vasitə marixuanaya bənzər maddə aşkar edilmişdir. Daha sonra həmin otaqdakı şkafda paltarların cibinə baxan zamanı bir ədəd kibrit qutusunda tərkibində narkotik vasitələr olması ehtimal etdiyi dərman həbləri və həmin kibrit qutusunda bir ədəd kağız bükümündə kaliumpermanqanata bənzər maddə aşkar edilmişdir. Həmçinin həmin evdən kağız borucuq və falqa aşkar edilmiş, Təqsirləndirilən şəxs onları narkotik vasitə qəbul etmək üçün istifadə etdiyini bildirmişdir. Daha sonra evdəki rəfdən bir ədəd qazan aşkar edilmiş, həmin qazanın içərisində siqaret qutuları olmuşdur. Siqaret qutularının birinin içərisində kağız borucuqlar, digərinin içərisində isə sellofan bükümndə olan tamponlar olmuşdur. Bundan başqa müstəntiq rəfdən bir ədəd sellofan torba aşkar etmiş, həmin torbada müxtəlif dərman həbləri, falqa, ampula, şprislər olması müəyyən edilmişdir. Həmçinin həmin evdən çarpayının üzərindən 2 ədəd mobil telefon aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin mobil telefonları istifadə etmədiyini bildirmişdir. Aşkar edilmiş predmetlər müstəntiq Nemət Xasayev tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və ucadan oxunaraq imzalanmışdır. Təqsirləndirilən şəxs onlarla birlikdə rayon polis şöbəsinə aparılmışdır. Şöbədə vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda 11 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs bükülüdə narkotik vasitələr olduğunu bildirmişdir. Həmin bükümlər açılıb baxılan zaman 8 ədədinin içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddə, 3 ədədinin içərisində isə ağ kristalvari kütlələr aşkar edilmişdir. Həmin maddələr də müstəntiq Nemət Xasayev tərəfindən qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş və ucadan oxunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 anoloji məzmunda ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 11 iyul 1997-ci il 1 №-li qərarının 18-ci bəndində göstərilmişdir ki, bu məddələrin müəyyən edilməsi xüsusi bilik tələb etdiyi üçün onların qanunsuz dövriyyəsi ilə əlaqədar işlərin istintaqı və məhkəmə baxışı zamanı bu və ya digər obyektlərin narkotik vasitələrə, yaxud psixotrop maddələrə aid edilməsi haqqında bioloji və ya kimyəvi ekspertizanın rəyi olmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14.11.2020-cı il tarixli 7/799 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış 01 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi - 85.0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə bitkisindən hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin 14.11.2020-cı il tarixli 6/2481 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən...” və s. sözləri yazılmış 01 ədəd kağız paketdəki 01 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 0.119 qram, 0.060 qram, 0.100 qram, 0.096 qram, 0.072 qram, 0.074 qram, 0.070 qram, 0.059 qram, ümumi təmiz çəkisi 0.650 qram qəhvəyi rəngli maddə kütlələri kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 08 bükümdəki heroinlər kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. 03 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.075 qram, 0.009 qram, 0.293 qram, ümumi təmiz çəkisi 0.377 qram ağ rəngli kristal şəkilli kütələlər kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 03 bükümdəki metamfetaminlər kimyəvi tərkibinə görə öz aralarında eynilik təşkil edirlər. - Üzərində “...Təqsirləndirilən şəxs evindən...” və s. yazılar olan kağız paketdə 10 və 2\1 ədəd qırmızı rəngli dərman tabletlərinin tərkibində təsiredici maddə olaraq 2,36 qram tramadol preparatı, 3 ədəd ağ-göy rəngli dərman kapsullarının tərkibində təsiriedici maddə olaraq 0.15 qram tramadol preparatı, ümumilikdə 2.51 qram tramadol preparatı müəyyən edildi. Tədqiqata təqdim edilmiş bir ədəd predmet zavod üsulu ilə hazırlanmış, beysbol idman oyununda istifadə olunan toxmaqlara uyğun gəlir, soyuq silah hesab edilmir, üzərində əlavə və dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş bir ədəd tapança zavod üsulu ilə istehsal edilmiş, sıxılmış hava təzyiqi iş prinsipinə malik olan 6 mm diametrli plastik güllə atan oyuncaq tapançadır, odlu, soyuq, qaz silahı hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır, üzərində əlavə və dəyişiklik edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 10.12.2020-ci il tarixli, 3428 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidllərini tərkibində saxlayan maddələrdən, Çətənə bitkisi peraparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcbiri müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq təmiz çəkisi 85.0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, dolabda asılmış gödəkcənin ön sol cibindən tərkibində ümumilikdə 2.51 qram təsiredici maddə tramadol preparatı olmaqla 10 və 2\1 ədəd tərkibində 2, 36 qram təsiriedici maddə tramadol preparatı olan qırmızı rəngli dərman tabletləri, 03 ədəd tərkibində 0.15 qram təsiriedici maddə tramadol preparatı olan ağ-göy rəngli dərman kapsulları, 8 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.119 qram, 0.060 qram, 0.100 qram, 0.096 qram, 0.072 qram, 0.074 qram, 0.070 qram, 0.059 qram olmaqla ümumilikdə təmiz çəkisi 0.650 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 3 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0.075 qram, 0.009 qram, 0.293 qram olmaqla ümumi təmiz çəkisi 0.377 qram olan kustar üsulla hazırlanmış, psixotrop maddə metafetamini satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib saxlamaqla daşıma, habelə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.2 və 240.1-ci maddələri ilə tövsif edilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrinin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövrəyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Qərarının 3-cü bəndinə görə, əldə etmə dedikdə, narkotik vasitələrin satın alınması, başqa əmlaka və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə ödənilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaşxaşın və ya onların müəyyən hissəsinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahəsindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması və sair hərəkət başa düşülməlidir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekusorlarının narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən beynəlxalq adı «Marixuana – Kannabis» olan narkotik vasitənin qurudulmuş halda şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi kimi 5 qram miqdarı göstərilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmüinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə təqsiriləndirilən şəxsə cəza növü və ölçüsü müəyyən edərkən, cəzasını yüngülləşdirən halları nəzərə alıb, hesab edir ki, o, cəmiyyətdən təcrid edilməklə islah olunmalıdır. Odur ki, məhkəmə ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-in müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 10 avqust 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş çəkisi 0.650 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra 0.570 qram qalığı, 0.377 qram psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından sonra 0.317 qram qalığı, 0.218 qram kalium-permanqanatın 0.198 qram qalığı, yaşadığı evdən aşkar edilərək götürülmüş 85 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 84.9 qram qalığı, ekspertiza tədqiqatı zamanı hər birindən bir tablet (kapsul) istifadə edilmiş tərkibində tramadol preparatı olan 10 və 2/1 ədəd qırmızı rəngli dərman kapsullarının, 03 ədəd ağ-göy rəngli dərman kapsullarının qalığı məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə və polis şöbəsində üzərinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan cəmi 187,82 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351- 353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 04 (dörd) il 03 (üç) ay müddətinə, CM-in 240.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 12 noyabr 2020-ci il tarixdən 25 fevral 2021-ci il tarixədək tutularaq həbsdə saxlanıldığı 03 (üç) ay 13 (on üç) gün ona təyin edilmiş azadlıqdan məhrumetmə növündə cəzadan çıxılaraq üzərində qəti cəza 04 (dörd) il 02 (iki) ay 17 (on yeddi gün) müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 10 avqust 2021-ci il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınsın. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş çəkisi 0.650 qram narkotik vasitə olan heroinin ekspertiza tədqiqatından sonra 0.570 qram qalığı, 0.377 qram psixotrop maddə metafetaminin ekspertiza tədqiqatından sonra 0.317 qram qalığı, 0.218 qram kalium-permanqanatın 0.198 qram qalığı, yaşadığı evdən aşkar edilərək götürülmüş 85 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra 84.9 qram qalığı, ekspertiza tədqiqatı zamanı hər birindən bir tablet (kapsul) istifadə edilmiş tərkibində tramadol preparatı olan 10 və 2/1 ədəd qırmızı rəngli dərman kapsullarının, 03 ədəd ağ-göy rəngli dərman kapsullarının qalığı məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evə və polis şöbəsində üzərinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 187,82 manat Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142319 olan hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim : İlkin Xəlilov.
Məhkəmə qərarları › İş №1(067)-54/2021
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-54/2021
10.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver