Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-54/2023 07.02.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 1998-ci ildə Xaçmaz rayonu, Gödəkli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Xaçmaz rayonu, Gödəkli kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının sonlarında saat 12 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində, Xan arxı su kanalından şərq istiqamətində 30 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olduqdan sonra anbardan götürdüyü açarla bağ sahəsində olan otağın və anbarın giriş qapısını açıb içəri qanunsuz daxil olaraq otaqdan 500 manat dəyərində olan mobil telefonun Bluetooth qulaqçığını, 150 manat dəyərində olan 01 ədəd «Puma» markalı saç qırxanı, anbardan isə hər biri 170 manat dəyərində olan 02 ədəd «Bosch» markalı laqondanı, hər biri 200 manat dəyərində olan 02 ədəd «Bosch» markalı vint açanı, hər biri 180 manat dəyərində olan 02 ədəd «Bosch» markalı dreli, 50 manat dəyərində olan 01 ədəd elektrik gərginliyini yoxlamaq üçün istifadə olunan testeri, 40 manat dəyərində olan avtomobil təmirində istifadə olunan açar dəstini, 800 manat dəyərində olan plastmas qutudakı 01 ədəd «Bosch» markalı hamarlayıcı aparatı, 01 ədəd «Bosch» markalı vint açanı, 01 ədəd «Bosch» markalı bolt açan, 01 ədəd «Bosch» markalı ağac kəsən aparat dəstini götürüb aparmaqla ümumilikdə 2640 manat məbləğində oğurluq etmiş, yəni yaşayış sahəsinə və anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, 2020-ci ilin may ayının ortalarında saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində, Xan arxı su kanalından şərq istiqamətində 30 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olduqdan sonra həmin bağ sahəsində olan anbarın giriş qapısını açmaqla içəri qanunsuz daxil olub 1200 manat dəyərində 01 ədəd «HONDA» markalı su pompasını götürüb aparmaqla ümumilikdə 1200 manat məbləğində oğurluq etmiş, yəni təkrar, anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, 2021-ci ilin oktyabr ayının ortalarında saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində, Xan arxı su kanalından şərq istiqamətində 30 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olub «Qaz-53» markalı yük avtomobilinə aid 800 manat dəyərində dəmir materialdan olan' körpünü, «UAZ 469» markalı avtomobilə aid 200 manat dəyərində sürət ötürücülər qutusunun üzərində olan gücləndiricini (Razdadkanı), «UAZ 330362» markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 300 manat dəyərində olan «Pioneer» markalı maqnitafonu, 200 manat dəyərində olan səs gücləndiriciləri, 40 manat dəyərində olan səs siqnalını, 70 manat dəyərində olan qaldırıcını, 30 manat dəyərində olan açar dəstini, «Toyota Camry» markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən 350 manat dəyərində olan 01 ədəd səsgücləndiricini, 50 manat dəyərində olan açar dəstini götürüb aparmaqla ümumilikdə 2040 manat məbləğində oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar, 2021-ci ilin dekabr ayının əvvəllərində saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində Xan arxı su kanalından şərq istiqamətində 30 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olduqdan sonra bağ sahəsində olan otağın və anbarın giriş qapısını açmaqla içəri qanunsuz daxil olub otaqdan 170 manat dəyərində olan «Комфорт» markalı elektrik qızdırıcını, 100 manat dəyərində olan «Tefal» markalı ütünü, 130 manat dəyərində olan 01 ədəd «Silver» markalı tozsoranı, anbardan isə 350 manat dəyərində olan 01 ədəd «Fantom 200» markalı qaynaq aparatını götürüb aparmaqla ümumilikdə 750 manat məbləğində oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə və anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, 2022-ci ilin mart ayının sonlarında saat 14 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində, Xan arxı su kanalından şərq istiqamətində 30 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olub “MTZ 82.1» markalı AZ 90F 295 dövlət qeydiyyat nişanlı traktorun üzərində 30 manat dəyərində olan şüşə silənləri, 70 manat dəyərində olan kardanı, 150 manat dəyərində olan dinamonu, 270 manat dəyərində olan starteri, 50 manat dəyərində olan bir ədəd yan güzgünü, 70 manat dəyərində olan yanacaq filtirini mühərrikə bağlayan detalı, 140 manat dəyərində olan akkumulyatoru, 300 manat dəyərində olan «Pioneer» markalı maqnitafonu, bağ sahəsində olan anbardan isə hər biri 62 manat dəyərində 02 ədəd 20 litrlik qablarda olan traktorun mühərrik yağlarını götürüb aparmaqla ümumilikdə 1204 manat məbləğində oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə və anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Gödəkli kəndində yaşayır. Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində Bakı şəhər sakini Zərərçəkmiş şəxs məxsus bağ sahəsi var və o, 2014-cü ildən 2020-ci ilin may ayınadək olan müddət ərzində mövsümü olaraq Mürşüdoba kəndi ərazisində yerləşən Nəsimiyə məxsus bağ sahəsində fəhlə işləmişdir. Mürşüdoba kəndi ərazisində yerləşən Nəsimiyə məxsus bağ sahəsinin ətrafı tor hasarla əhatə olunmuşdur və qərb istiqamətində bağın ərazisinə daxil olmaq üçün dəmir barmaqlıqlardan düzəldilmiş iki ədəd giriş qapısı vardır. Nəsimi Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsində özünün qalması üçün dəmir kostruksiyadan iki ədəd otaq, bağ sahəsində istifadə olunan əşyaların saxlanması üçün isə mişar daşından bir mərtəbəli anbar inşa etdirmişdir. Nəsimi qaldığı otaqların və mişar daşından inşa edilmiş anbarın giriş qapılarının açarlarını heç kimə verməyib özündə saxlamışdır. 16 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Xaçmaz rayonu, Mürşüdoba kəndinə gəlib Nəsimiyə məxsus bağ sahəsində axtarış aparmışlar və bağ sahəsində avtomat silahı aşkar olunduğu üçün onlar Nəsimini özləri ilə Bakı şəhərinə aparmışlar. Bir neçə gün keçdikdən sonra isə o, X1 Xidmətinin əməkdaşları tərəfindən həbs olunduğunu eşitmişdir. Həmin vaxtdan sonrada o, fasilələrlə Nəsimiyə məxsus bağ sahəsinə gedib işləmişdir. Nəsimi həbs olunduqdan bir ay sonra Nəsiminin arvadı, oğlu və qaynı Mürşüdoba kəndinə gəlib 15-20 gün öz bağ sahələrində olan otaqda qalaraq meyvəni yığmışlar. Nəsiminin arvadı qayıdıb Bakı şəhərinə getdikdən sonra bağ nəzarətsiz qalmış və o, özü aradabir gedib Nəsimiyə məxsus bağ sahəsinə baxmışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin aprel ayının sonlarında təxminən saat 12 radələrində Mürşüdoba kəndinə gedib bağın giriş qapısını açaraq Nəsimiyə məxsus bağ sahəsinə daxil olmuş, daha sonra isə bağ sahəsində olan otağın giriş qapısını anbardan götürdüyü açarla açaraq içəri daxil olub baxanda «Ayfon» markalı mobil telefona aid qulaqcıqları və «Puma» markalı saç qırxanı görüb fikirləşmişdir ki, həmin qulaqcıqları və saç qərxanı götürüb özü istifadə etsin. Qulaqcığı və saçqırxanı götürüb bayıra çıxdıqdan sonra həyətdə olan anbarın qapısını açıb içəri daxil olub baxanda görmüşdür ki, anbarda da elektrik gərginliyinin yoxlanılmasında istifadə olunan tester aparatı, «Bosch» markalı laqonda, «Bosch» markalı vint açan, direl, avtomobil təmirində istifadə olunan açar dəsti, plastmas qutunun içərisində «Bosch» markalı hamarlayıcı aparat, «Bosch» markalı vint açan, «Bosch» markalı bolt açan, «Bosch» markalı ağac kəsən aparat dəsti var. Nəsimi həbsdə olduğuna və ona məxsus bağ sahəsi nəzarətsiz qaldığına görə qərara gəlmişdir ki, anbarda olan testr aparatını, açar dəstini, direlləri, laqondanı, boltaçanı aparıb satsın. Bu məqsədlə də Nəsimiyə məxsus bağ sahəsində olan anbardan 01 ədəd elektrik gərginliyinin yoxlanılmasında istifadə olunan testr aparatını, 02 ədəd «Bosch» markalı laqondanı, 02 ədəd «Bosch» markalı vint açanı, 02 ədəd «Bosch» markalı direli, avtomobil təmirində istifadə olunan açar dəstini, plastmas qutunun içərisində olan 01 ədəd «Bosch» markalı hamarlayıcı aparatı, 01 ədəd «Bosch» markalı vint açanı, 01 ədəd «Bosch» markalı bolt açanı, 01 ədəd «Bosch» markalı ağac kəsən aparatı özü ilə gətirdiyi torbanın içərisinə yığıb piyada yolun kənarına aparmış, sonra isə tanımadığı şəxsin idarə etdiyi avtomobillə Xaçmaz şəhərinə gəlib Nəsimiyə məxsus bağ sahəsindən oğurladığım testri, açar dəstini, «Bosch» markalı laqondanı, vint açanı, direli, hamarlayıcı aparatı, bolt açanı, ağac kəsən aparatı tanımadığı şəxsə 200 manata satıb aldığı pulu sonrakı günlərdə öz şəxsi ehtiyacları üçün xərcləmiş, qulaqcıqları və «Puma» markalı saç qırxanı isə evə apararaq sonrakı müddətdə özü istifadə etmişdir. Sonrakı aylarda o, yenədə fasilələrlə Nəsimiyə məxsus bağ sahəsinə gedib baxmışdır. 2020-ci ilin may ayının ortalarında səhər saatlarında giriş qapısını açaraq Nəsimiyə məxsus bağ sahəsinə daxil olub orada olan su pompası ilə bağda əkilmiş ağacları sulamış, sonra isə qərara gəlmişdir ki, həmin su pompasını satıb pul əldə etsin. Həmin gün o, Xaçmaz rayonu, Qadaşoba kəndinə getmişdir ki, mağazadan özü üçün yemək alsın. Qadaşoba kəndində olan mağazada olarkən Niyaməddinlə görüşərək ona demişdir ki, işlədiyi bağ sahəsində su pompası var, bağın sahibi satmaq istəyir. Niyaməddin su pompasına baxmaq istədiyini bildirmiş və həmin gün təxminən saat 13 radələrində onlar birlikdə Mürşüdoba kəndi ərazisində yerləşən Nəsimiyə məxsus bağ sahəsinə getmişlər. Niyaməddin su pompasına baxdıqdan sonra neçəyə satmaq istədiklərini soruşduqda o, bağ sahibinin onu 250 manata satmaq istədiyini bildirmişdir. Niyaməddin su pompasını 180 manata almaq istədiyini bildirmiş, o, da Niyaməddinlə razılaşaraq su pompasını 180 manata ona satmışdır. Niyaməddindən aldığı 180 manat pulu isə, sonrakı günlərdə özü üçün yemək və siqaret almaqla xərcləmişdir. 2021-ci ilin yay-payız aylarında da o, aradabir Mürşüdoba kəndinə gedib Nəsimiyə məxsus bağ sahəsinə baxmışdır. 2021-ci ilin oktyabr ayının ortalarında təxminən saat 11 radələrində Mürşüdoba kəndinə gedib giriş qapısını açaraq Nəsimiyə məxsus bağ sahəsinə daxil olmuş və qərara gəlmişdir ki, bağ sahəsində olan Nəsimiyə məxsus «UAZ 330362» markalı avtomobilin salonundan «Pioneer» markalı maqnitafonu, səs siqinalım, səs gücləndiriciləri, qaldırıcını, açar dəstini, «Toyota» markalı avtomobilin arxa yük yerindən səs gücləndiricini, açar dəstini, «Qaz-53» markalı yük avtomobilə aid dəmir materialdan olan körpünü və «UAZ 469» markalı avtomobilə aid sürət ötürücülər qutusunun üzərində olan gücləndiricini (Razdadka) aparıb satsın və özünün xərcləməsi üçün pul əldə etsin. O, «Qaz-53» markalı yük avtomobilinə aid dəmir materialdan olan körpünü və «UAZ 469» markalı avtomobilə aid sürət ötürücülər qutusunun üzərində olan gücləndiricini (Razdadkanı) tanımadığı şəxsin idarə etdiyi «Qazel» markalı avtomobillə Xaçmaz şəhərinə gətirib H.Əliyev prospektində yerləşən metal qəbulu məntəqəsinə satıb 83 manat pul almış, «UAZ 330362» markalı avtomobildən götürdüyü qaldırıcını, açar dəstini, «Toyota Camry» markalı avtomobildən götürdüyü açar dəstini tanımadığı şəxsə satıb 60 manata pul almış, aldığı puluda öz şəxsi ehtiyacları üçün xərcləmişdir. «UAZ 330362» markalı avtomobilin salonundan çıxardığı «Pioneer» markalı maqnitafonu, səs siqinahnı, səs gücləndiriciləri və «Toyota» markalı avtomobildən götürdüyü 01 ədəd səs gücləndiricini isə özündə saxlamış, sonradan isə onlar zədələndikləri üçün atmışdır. 2021-ci ilin dekabr ayının əvvəllərində təxminən saat 13 radələrində o, yenədə Mürşüdoba kəndinə gedib giriş qapısını açmaqla Nəsimiyə məxsus bağ sahəsinə daxil olmuş, sonra isə otağın giriş qapısını anbardan götürdüyü açarla açaraq içəri daxil olub otaqda olan 01 ədəd «Silver» markalı tozsoranı, 01 ədəd «Komfort» markalı elektrik qızdırıcısını, 01 ədəd «Tefal» markalı ütünü, anbardan isə 01 ədəd «Fantom 200» markalı qaynaq aparatını götürüb yaşadığı evə aparmışdır. Həmin əşyaları isə Nasimi Xaçmaz rayon polis şöbəsinə şikayət etdikdən sonra aparıb onun özünə qaytarmışdır. 2022-ci ilin mart ayında o, Xaçmaz rayonu, Çinartala kəndində yaşayan Zaur adlı şəxsə məxsus «Belarus» markalı traktoru idarə etmişdir. Zaurun traktorunun stateri və maqnitafonu yaxşı işləmədiyinə görə qərara gəlmişdir ki, Nəsimiyə məxsus «MTZ 82.1» markalı traktorun starterini və maqnitafonunu söküb Zaura məxsus traktorun detalları ilə dəyişdirsin. 2022-ci ilin mart ayının sonlarında təxminən saat 14 radələrində o, Zaura heç bir söz demədən Mürşüdoba kəndinə gedib giriş qapısını açmaqla Nəsimiyə məxsus bağ sahəsinə daxil olmuş və heç kimə demədən Nəsimiyə məxsus «MTZ 82.1» markalı traktordan starteri, kardanı, «Pioneer» markalı maqnitafonu, şüşə silənləri, bir ədəd yan güzgünü açıb Zaurun traktorunun üzərinə, Zaurun traktorundan açdığı detalları isə Nəsimiyə məxsus traktorun üzərinə bağlamışdır. Nəsimiyə məxsus traktorun üzərindən açdığı dinamonu, yanacaq fikirini mühərrikə bağlayan detalı və akkumulyatoru tanımadığı şəxsə satıb 120 manat pul almış, Nəsiminin öz bağ sahəsində olan anbarda saxladığı 20 litrlik qablarda olan mühərrik yağlarını isə 2022-ci ilin mart ayının sonlarında Nəsimiyə məxsus traktorun mühərrikinə tökmüşdür. O, başqa heç bir yerdən oğurluq etməmiş, o, ancaq Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən Nəsimiyə məxsus bağ sahəsindən adlarını qeyd etdiyi əşyaları oğurlamışdır. Nəsimiyə məxsus bağ sahəsində olan anbardan oğurladığı testr aparatını, «Bosch» markalı laqondanı, vint açanı, direli, hamarlayıcı aparatı, bolt açanı, ağac kəsən aparatı, avtomobil təmirində istifadə olunan açar dəstini, «UAZ 330362» markalı avtomobildən götürdüyü qaldırıcını, açar dəstini, «Toyota Camry» markalı avtomobildən götürdüyü açar dəstini, traktorun üzərindən açdığı dinamonu, yanacaq fikirini mühərrikə bağlayan detalı, akkumulyatoru, «Qaz- 53» markalı yük avtomobilinə aid dəmir materialdan olan körpünü, «UAZ 469» markalı avtomobilə aid sürət ötürücülər qutusunun üzərində olan gücləndiricini (Razdadkanı) satdığı şəxsləri və onları Xaçmaz şəhərinə gətirdiyi «Qazel» markalı yük avtomobilinin sürücüsünü tanımamışdır və həmin şəxslərə demişdir ki, satdığı əşyalar özünə məxsusdur, pula ehtiyacı olduğu üçün satır. Həmin şəxslərdə ona inanıb satdığı əşyaları almışlar. Su pompasmı Niyaməddinə satarkəndə sonuncu onun su pompasını Nəsiminin icazəsi olmadan satdığını bilməmişdir. Zaurun xəbəri olmadan isə o, Nəsimiyə məxsus «MTZ 82.1» markalı traktorun üzərindən starteri, kardanı, «Pioneer» markalı maqnitafonu, şüşə silənləri, bir ədəd yan güzgünü açıb Zaurun traktorunun üzərinə, Zaurun traktorundan açdığı detalları isə Nəsimiyə məxsus traktorun üzərinə bağlamışdır. Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən Nəsimiyə məxsus bağ sahəsinə daxil olub hansısa əşyanı oğurlayıb apararkən o, yenidən həmin bağ sahəsinə qayıdıb oğurluq etməyi əvvəlcədən planlaşdırmamışdır. O, oğurladığı əşyanı aparıb satmışdır və əldə etdiyi pulu öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Hansısa işlə bağlı Mürşüdoba kəndinə gedəndə yenidən Nəsmiyə məxsus bağ sahəsinə daxil olub baxmışdır və gördüyü başqa əşyaları aparıb satmışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Qasımbəy Hacıbabəyov küçəsi, ev 44A-da yaşayır. Təqaüdçüdür və Azərbaycanın Milli Qəhrəmanıdır. Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində onun özünə məxsus 3,3 ha bağ sahəsi var. Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsinin ətrafı bütünlüklə tor hasarla əhatə olunmuşdur və qərb istiqamətində bağın ərazisinə daxil olmaq üçün iki ədəd giriş qapısı vardır. O, Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsində özünün qalması üçün dəmir kostruksiyadan iki ədəd otaq, bağ sahəsində istifadə olunan əşyaların saxlanması üçün isə mişar daşından bir mərtəbəli anbar inşa etdirmişdir. Qaldığı otaqların və mişar daşından inşa edilmiş anbarın giriş qapılarının açarlarını heç kimə verməyib özündə saxlamış, ehtiyyat açarları isə anbarın içərisində divardan asmışdır. 2020-ci ilin mart-aprel aylarında Xaçmaz rayonu, Gödəkli kəndində yaşayan Təqsirləndirilən şəxs ona məxsus «MTZ-82.1» markalı AZ 90F 295 dövlət qeydiyyat nişanlı traktoru idarə etmişdir. Murad hər gün saat 09 radələrində Mürşüdoba kəndi ərazisində yerləşən ona məxsus bağ sahəsinə gəlib traktoru idarə edərək bağın ərazisində işləmiş, axşam isə traktoru bağın ərazisində qoyaraq evinə getmişdir. O, bağın giriş qapılarının və bağın ərazisində olan tikililərin giriş qapılarının açarlarını Murada verməmişdir. Mürşüdoba kəndi ərazisində olan bağ sahəsində mişar daşında inşa edilmiş anbarın ön tərəfində olan çardağın altında isə o, özünə məxsus «Toyota Camry» markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobili və «UAZ 330362» markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobili saxlamış, ehtiyac olanda isə həmin avtomobilləri özü idarə etmişdir. 16 aprel 2020-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsinə gəlib axtarış aparmışlar və onun bağ sahəsində olan tikilidə «AKSU» markalı avtomat silahı aşkar olunduğu üçün o, Azərbaycan Respublikası CM-nin 228.2.2-ci maddəsi ilə təqsirli bilinərək həbs olunmuşdur. O, həbs olunarkən Murad ona məxsus bağ sahəsində işləmiş, o, bağın giriş qapısının və bağın ərazisində olan tikililərin giriş qapılarının açarlarını Murada verməyərək ona demişdir ki, daha onun bağ sahəsində işləməyib evinə getsin. Sonrakı illərdə o, həbsdə olduğu üçün Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsi və həmin bağ sahəsində qalmış «Toyota Camry» markalı, «UAZ 330362» markalı avtomobilləri və «MTZ 82.1» markalı traktoru nəzarətsiz qalmışdır. Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq İdarəsində onun barəsində cinayət işi başlanıb istintaq aparılmış və ona əlavə olaraq Azərbaycan Respublikası CM-nin 206-cı maddəsi ilə də ittiham elan olunmuş və cinayət işi baxılması" üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilmişdir. Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə o, Azərbaycan Respublikası CM-nin 228.2.2-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuşdur. 03 mart 2022-ci il tarixdə o, cəzadan vaxtından əvvəl azad olunmuş və bir neçə gün keçdikdən sonra Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsinə gəlib baxanda görmüşdür ki, bağ sahəsində qalmış «UAZ 330362» markalı avtomobilinin maqnitafonu, səs gücləndiriciləri, səs siqnalı, qaldırıcısı, avtomobilin təmirində istifadə olunan açar dəsti, «Toyota Camry» markalı avtomobilinin arxa yük yerində olan bir ədəd səs gücləndiricisi, avtomobilin təmirində istifadə olunan açar dəsti, «MTZ 82.1» markalı traktorun şüşə silənləri, kardanı, dinamosu, starteri, yan güzgüsü, yanacaq filtirini mühərrikə bağlayan detal, akkumulyatoru, «Pioneer» markalı maqnitafonu yoxdur. Bundan sonra o, bağın ərazisində inşa etdirdiyi anbarın qapısını açıb içəri daxil olmuş və baxanda görmüşdür ki, anbarın içərisindən də ona məxsus 02 ədəd «Bosch» markalı laqonda, 02 ədəd «Bosch» markalı vint açan, 02 ədəd «Bosch» markalı direl, 01 ədəd «Fantom 200» markalı qaynaq aparatı, avtomobil təmirində istifadə olunan 01 ədəd açar dəsti, 01 ədəd «HONDA» markalı su pompası aparılıb. Sonra o, həmin tikilinin içərisində olan plastmas qutunu açıb baxanda görmüşdür ki, qutunun içərisində olan 01 ədəd «Bosch» markalı hamarlayıcı aparat, 01 ədəd «Bosch» markalı vint açan, 01 ədəd «Bosch» markalı bolt açan, 01 ədəd «Bosch» markalı ağac kəsən aparat dəstidə yoxdur. Bundan sonra o, tikilidən bayıra çıxıb ətrafa baxanda görmüşdür ki, anbarın yan tərəfinə qoyduğu «Qaz-53» markalı yük avtomobilinə aid dəmir materialdan olan korpü və «UAZ 469» markalı avtomobilə aid sürət ötürücülər qutusunun üzərində olan gücləndirici (Razdadka) yoxdur. O, qaldığı otağa daxil olub baxanda isə günmüşdür ki, otaqdan da ona məxsus bir ədəd «Silver» markalı tozsoran, bir ədəd «Komfort» markalı elektrik qısdırıcısı, bir ədəd «Tefal» markalı ütü, 01 ədəd «Puma» markalı saç qırxan, mobil telefonunun Bluetooth qulaqçığı, elektrik gərginliyini yoxlamaq üçün istifadə olunan testr aparatı götürülüb. O, bağ sahəsindən həmin əşyaları kimin oğurladığını bilmədiyi üçün əvvəlcə bu barədə heç bir yerə şikayət etməmiş və maraqlananda bilmişdir ki, bağ sahəsindən həmin əşyaları əvvəllər bağ sahəsində işləmiş Təqsirləndirilən şəxs oğurlamışdır və o, bağ sahəsindən oğurladığı «HONDA» markalı su pompasını Xaçmaz rayonu, Qadaşoba kəndində yaşayan Niyaməddinə, traktorunun səs gücləndiricilərini, kardanı, yan güzgüsünü, şüşə silənlərini və starterini Xaçmaz rayonu, Çinartala kəndində yaşayan Zaur adlı şəxsə, «Qaz-53» markalı yük avtomobilinə aid dəmir materialdan olan körpünü və «UAZ 469» markalı avtomobilə aid sürət ötürücülər qutusunun üzərində olan gücləndiricini (Razdadkanı) Xaçmaz şəhərinə gətirib metal qəbulu məntəqəsinə satmışdır, mobil telefonunun Bluetooth qulaqçığını, «Silver» markalı tozsoranı, «Комфорт» markalı elektrik qızdırıcısını, «Tefal» markalı ütünü, «Fantom 200» markalı qaynaq aparatını isə evinə aparmışdır. O, adlarını qeyd etdiyi bütün əşyaları Muradın oğurladığını başa düşmüş və Muradı çağırıb demişdir ki, oğurladığı əşyaları gətirib onun özünə qaytarsın. Murad bağ sahəsindən həmin əşyaları oğurlayıb satdığını bildirərək demişdir ki, o, həbs olunarkən bağ sahəsində olan anbara daxil olub ehtiyyat açarları götürərək özündə saxlamışdır və həmin açarlardan istifadə etməklə bağın giriş qapısını, bağda olan anbarın və qaldığı otağın qapılarını açmaqla içəri daxil olub həmin əşyaları oğurlayaraq aparıb satmışdır. Murada vaxt verərək ona dəymiş maddi ziyanı ödəməsini tələb etmişdir. Murad isə ona dəymiş maddi ziyanı ödəməmiş, bu səbəbdən də o, Xaçmaz RPŞ-nə gəlib Murad barəsində şikayət etmişdir. Murad Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən ona məxsus bağ sahəsinə, bağ sahəsində olan anbara və qaldığı otağa qanunsuz daxil olaraq ona məxsus «UAZ 330362» markalı avtomobilin salonundan 300 manata aldığı «Pioneer» markalı maqnitafonu, 200 manat aldığı səs gücləndiriciləri, 40 manat dəyərində olan səs siqnalını, 70 manat dəyərində olan qaldırıcını, 30 manata aldığı açar dəstini, «Toyota Camry» markalı avtomobilin arxa hissəsində olan 350 manat dəyərində bir ədəd səsgücləndiricini, 50 manat dəyərində olan açar dəstini, «MTZ 82.1» markalı traktorun 30 manat dəyərində olan şüşə silənlərini, 70 manat dəyərində olan kardanı, 150 manat dəyərində olan dinamosunu, 270 manat dəyərində olan starterini, 50 manat dəyərində olan bir ədəd yan güzgüsünü, 70 manat dəyərində olan yanacaq Filtirini mühərrikə bağlayan detalını, 140 manat dəyərində olan akkumulyatorunu, 300 manata aldığı «Pioneer» markalı maqnitafonu, bir ədədini 170 manata aldığı 02 ədəd «Bosch» markalı laqondanı, bir ədədini 200 manata aldığı 02 ədəd «Bosch» markalı vint açanı, bir ədədini 180 manata aldığı 02 ədəd «Bosch» markalı direli, 350 manata aldığı 01 ədəd «Fantom 200» markalı qaynaq aparatını, 40 manata aldığı 01 ədəd açar dəstini, 1200 manata aldığı 01 ədəd «HONDA» markalı su pompasını, 800 manata aldığı plastmas qutuda 01 ədəd «Bosch» markalı hamarlayıcı aparat, 01 ədəd «Bosch» markalı vint açan, 01 ədəd «Bosch» markalı bolt açan, 01 ədəd «Bosch» markalı ağac kəsən aparat olan dəsti, 800 manata aldığı «Qaz-53» markalı yük avtomobilinə aid dəmir materialdan olan körpünü, 200 manata aldığı «UAZ 469» markalı avtomobilə aid sürət ötürücülər qutusunun üzərində olan gücləndiricini (Razdadkanı), 130 manata aldığı bir ədəd «Silver» markalı tozsoranı, 150 manata aldığı 01 ədəd «Puma» markalı saç qırxanı, 500 manata aldığı mobil telefonunun Bluetooth qulaqçığını, 50 manata aldığı elektrik gərginliyini yoxlamaq üçün istifadə olunan testri, 170 manata aldığı «Комфорт» markalı elektrik qızdırıcısını, 100 manata aldığı «Tefal» markalı ütünü, hər biri 20 litr olmaqla iki ədəd plastmas qablarda olan traktorun mühərrik yağlarını oğurlamışdır. 20 litrlik qablarda olan traktorun mühərrik yağlarının bir ədədini isə o, 62 manata almışdır. Murad tərəfindən oğurlanmış adlarını qeyd etdiyi əşyalarla bağlı ona ümumilikdə 7834 manat maddi ziyan dəymişdir. O, həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfində vurulmuş ziyan ödənilməmiş və onunla barışmamışdır. Ona görə də, onun barəsində həbslə əlaqədar cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qadaşoba kəndində yaşayır. Xaçmaz rayonu, Qadaşoba kəndi ərazisində onun özünə məxsus mağazası var və o, özünə məxsus mağazada ərzaq mallarının satışı ilə məşğuldur. Xaçmaz rayonu, Gödəkli kəndində yaşayan Təqsirləndirilən şəxs təxminən iki il olarkı tanıyır. Murad Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ sahəsində işləmiş və mütəmadi olaraq Nəsmiyə məxsus traktorla Qadaşoba kəndinə gəlib ona məxsus mağazadan ərzaq və ya siqaret almışdır. Dəqiq tarixi xatırlamır, 2020-ci ilin may ayının ortaları olardı Murad ona məxsus mağazaya gəlib demişdir ki, işlədiyi bağ sahəsində su pompası var, bağın sahibi yeni su pompası aldığı üçün köhnə su pompasını satmağı ona tapşırmışdır, ehtiyacı varsa həmin su pompasını o, alsın. O, su pompasına baxmaq istədiyini bildirdikdə Murad ona demişdir ki, birlikdə işlədiyi bağ sahəsinə getsinlər, o, su pompasını ona göstərsin. O, Muradla razılaşmış və onlar birlikdə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsinə getmişlər. Murad bağ sahəsində olan işlənmiş su pompasını ona göstərib demişdir ki, bağ sahibinin satmaq istədiyi həmin su pompasıdır. Muradın mütəmadi olaraq Nəsmiyə məxsus bağ sahəsində olmasını və bağın ərazisində rahat hərəkət etməsini gördüyü üçün onun su pompasını bağ sahibinin tapşırığı ilə satmasına inanmış və ondan bağ sahibinin su pompasını neçəyə satdığını soruşduqda Murad ona bağ sahibinin su pompasını 250 manata satmaq istədiyini bildirmişdir. Murada su pompasından çox istifadə olunduğu və baha satdıqlarını bildirərək demişdir ki, bağ sahibi ilə danışsın, 180 manata satmaq istəyirsə o, alsın. Murad onunla razılaşaraq demişdir ki, o, su pompasını aparsın, özü bağ sahibi ilə danışıb su pompasını 180 manata satdığını ona deyəcəkdir. Bundan sonra o, Murada 180 manat pul verərək su pompasını alıb yaşadığı evə gətirmişdir. Sonrakı müddətdə su pompası onun özündə qalmışdır. 2022-ci ilin yaz ayları olardı həmkəndlisi Bəhmənlə söhbət edərkən sonuncu ona demişdir ki. Murad Nəsimiyə məxsus bağ sahəsindən su pompasını oğurlayıb satmışdır. Bəhmənə su pompasını Muradın ona satdığını bildirmiş və həmin gün su pompasını Bəhmənə verərək demişdir ki, aparıb Nəsimiyə versin. Murad su pompasını Nəsimidən xəbərsiz satdığını ona deməmişdir və özünündə bundan məlumatı olmamışdır. Murad ona demişdir ki, işlədiyi bağ sahəsində su pompası var, bağın sahibi yeni su pompası aldığı üçün köhnə su pompasını satmağı ona tapşırmışdır, ehtiyacı varsa həmin su pompasını o, alsın. O, da Murada inanıb həmin su pompasını almışdır. Muradın su pompasını Nəsmidən xəbərsiz satdığını bilsəydi o, həmin su pompasını almazdı. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadəsi elan olunaraq araşdırılmış Şahid1 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Çinartala kəndində yaşayır. Onun özünə məxsus «MTZ 892» markalı AZ 90A 420 qeydiyyat nişanlı traktor var və o, həmin traktoru öz şəxsi təsərrüfatında istifadə edir. O, Xaçmaz rayonu. Gödəldi kəndində yaşayan Təqsirləndirilən şəxs iki ildən çox olarkı tanımış, Bakı şəhər sakini Zərərçəkmiş şəxs isə tanımamışdır. 2021-ci ilin yay aylarından 2022-ci ilin iyun ayının sonlarınadək Murad ona məxsus «MTZ 892» markalı AZ 90A 420 qeydiyyat nişanlı traktoru idarə etmişdir. Traktorunu idarə etməsi ilə bağlı Murada hansısa bir məbləğdə əmək haqqı verməsi ilə aralarında razılaşma olmamış, ancaq görüdüyü işlərin müqabilində o, hər gün Murada 15-20 manat pul vermişdir. Bəzən isə Murad anasının və ya arvadının xəstə olduğunu deyib ondan borc olaraq pul istəmiş, o, da ona bəzən 100 manat, bəzəndə 200 manat pul vermişdir. Murad ondan borc olaraq aldığı pulu qaytarmamış və sonuncunun ona 1200 manta yaxın borcu yaranmışdır. 2022-ci ilin may ayının əvvəllərində o, müalicə olunması üçün Naftalan şəhərinə gedib bir həftə orada qalmışdır. Naftalan şəhərində olarkən oğlu Murad ona zəng vurub demişdir ki, tanmadığı iki nəfər kişi gəlib onun traktorunun fotoşəkillərini çəkmişlər. Bir neçə gün keçdikdən sonra Xaçmaz rayonu, Qadaşoba kəndində yaşayan Balasoltan ona zəng vurub demişdir ki, traktorunu idarə edən Təqsirləndirilən şəxs başqa şəxsin traktorunun starterini, kardanını, maqnitafonunu, yan güzgüsünü açıb onun traktorunun detalları işə dəyişmişdir. O, Balasoltana bu barədə məlumatı olmadığını bildirərək demişdir ki, Murad başqa şəxsin traktorunun üzərindən hansı detalları açıb onun traktorunun üzərinə bağlamışdırsa ya gedib həmin detalları açıb götürsünlər, ya da ki, traktorun sahibi mağazadan həmin detalların yenisini götürsün, pulunu özü ödəyəcəkdir. 2022-ci ilin may ayının ortalarında o, qayıdıb yaşadığı Xaçmaz rayonu, Çinartala kəndinə gəlmiş və Muradla görüşərək ondan kimin traktorunun üzərindən detallar açdığını soruşduqda sonuncu demişdir ki, ondan xəbərsiz Nəsimi adlı şəxsə məxsus traktorun üzərindən starteri, kardanı, maqnitafonu, yan güzgünü açıb onun traktorunun detalları ilə dəyişdirmişdir və mağazadan həmin detalların yenisini alıb Nəsimiyə vermişdir. Murad Nəsimiyə məxsus traktorun üzərindən hansı detalları açdığını ona deməmiş və onun özünündə bundan məlumatı olmamışdır. Muradın başqa şəxsə məxsus traktorun üzərindən hansısa detaları açıb ona məxsus traktorun detalları ilə dəyişdirdiyini əvvəlcədən bilsəydi Muradın həmin detalları dəyişdirməsinə icazə verməzdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X4 tərəfindən tərtib olunmuş baxış keçirilməsi haqqında 17 iyun 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 ədəd «Silver» markalı tozsoranı, 01 ədəd «Tefal» markalı ütünü, 01 ədəd «Комфорт» markalı elektrik qızdırıcısını, 01 ədəd «Fantom 200» markalı qaynaq aparatını təqdim edərək Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsindən oğurladığını bildirmiş, Zərərçəkmiş şəxs da Təqsirləndirilən şəxs təqdim etdiyi «Silver» markalı tozsoranın, «Tefal» markalı ütünün, «Комфорт» markalı elektrik qızdırıcısının, «Fantom 200» markalı qaynaq aparatının Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsindən oğurlandığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz RPŞ-nin TB-nin təhqiqatçısı X4 tərəfindən tərtib olunmuş baxış keçirilməsi haqqında 19 iyun 2022ci il tarixli protokoldan görünür ki, Şahid2 01 ədəd «HONDA» markalı su pompasını təqdim edərək 2020-ci ilin may ayının ortalarında Təqsirləndirilən şəxs 180 manata aldığını, Yusifov X2 Piriyevin təqdim etdiyi «HONDA» markalı su pompasını Zərərçəkmiş şəxs məxsus Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsində olan anbardan oğurladığını, Zərərçəkmiş şəxs da Şahid2 təqdim etdiyi «HONDA» markalı su pompasını Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində yerləşən bağ sahəsindən oğurlandığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Silver» markalı tozsoran, 01 ədəd «Tefal» markalı ütü, 01 ədəd «KÖMiJıopT» markalı elektrik qızdırıcısı, 01 ədəd «Fantonı 200» markalı qaynaq aparatı, Şahid2 təqdim etdiyi 01 ədəd «HONDA» markalı su pompası 10 oktyabr 2022-ci il tarixh, qərar ilə maddi sübut hesab edilmiş və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, o, əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayonu, Çaykənarı kənd İƏD-dən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur, evlidir, Xaçmaz rayonu, Gödəkli kəndində qeydiyyatda olmaqla faktiki olaraq həmin ünvanda yaşayır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Xaçmaz rayonu, Çaykənarı kənd İƏD-dən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 17 oktyabr 2022-ci il təvəllüdlü X3 adında bir qızı vardır. Beləliklə, Təqsirləndirilən şəxs 2020-ci ilin aprel ayının sonlarında saat 12 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində, Xan arxı su kanalından şərq istiqamətində 30 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olduqdan sonra anbardan götürdüyü açarla bağ sahəsində olan otağın və anbarın giriş qapısını açıb içəri qanunsuz daxil olaraq otaqdan 500 manat dəyərində olan mobil telefonun Bluetooth qulaqçığını, 150 manat dəyərində olan 01 ədəd «Puma» markalı saç qırxanı, anbardan isə hər biri 170 manat dəyərində olan 02 ədəd «Bosch» markalı laqondanı, hər biri 200 manat dəyərində olan 02 ədəd «Bosch» markalı vint açanı, hər biri 180 manat dəyərində olan 02 ədəd «Bosch» markalı dreli, 50 manat dəyərində olan 01 ədəd elektrik gərginliyini yoxlamaq üçün istifadə olunan testeri, 40 manat dəyərində olan avtomobil təmirində istifadə olunan açar dəstini, 800 manat dəyərində olan plastmas qutudakı 01 ədəd «Bosch» markalı hamarlayıcı aparatı, 01 ədəd «Bosch» markalı vint açanı, 01 ədəd «Bosch» markalı bolt açan, 01 ədəd «Bosch» markalı ağac kəsən aparat dəstini götürüb aparmaqla ümumilikdə 2640 manat məbləğində oğurluq etmiş, yəni yaşayış sahəsinə və anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, 2020-ci ilin may ayının ortalarında saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində, Xan arxı su kanalından şərq istiqamətində 30 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olduqdan sonra həmin bağ sahəsində olan anbarın giriş qapısını açmaqla içəri qanunsuz daxil olub 1200 manat dəyərində 01 ədəd «HONDA» markalı su pompasını götürüb aparmaqla ümumilikdə 1200 manat məbləğində oğurluq etmiş, yəni təkrar, anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, 2021-ci ilin oktyabr ayının ortalarında saat 11 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində, Xan arxı su kanalından şərq istiqamətində 30 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olub «Qaz-53» markalı yük avtomobilinə aid 800 manat dəyərində dəmir materialdan olan' körpünü, «UAZ 469» markalı avtomobilə aid 200 manat dəyərində sürət ötürücülər qutusunun üzərində olan gücləndiricini (Razdadkanı), «UAZ 330362» markalı ** FR *** dövlət qeydiyyat nişanlı avtomobilin salonundan 300 manat dəyərində olan «Pioneer» markalı maqnitafonu, 200 manat dəyərində olan səs gücləndiriciləri, 40 manat dəyərində olan səs siqnalını, 70 manat dəyərində olan qaldırıcını, 30 manat dəyərində olan açar dəstini, «Toyota Camry» markalı ** ME *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən 350 manat dəyərində olan 01 ədəd səsgücləndiricini, 50 manat dəyərində olan açar dəstini götürüb aparmaqla ümumilikdə 2040 manat məbləğində oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrar, 2021-ci ilin dekabr ayının əvvəllərində saat 13 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində Xan arxı su kanalından şərq istiqamətində 30 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olduqdan sonra bağ sahəsində olan otağın və anbarın giriş qapısını açmaqla içəri qanunsuz daxil olub otaqdan 170 manat dəyərində olan «Комфорт» markalı elektrik qızdırıcını, 100 manat dəyərində olan «Tefal» markalı ütünü, 130 manat dəyərində olan 01 ədəd «Silver» markalı tozsoranı, anbardan isə 350 manat dəyərində olan 01 ədəd «Fantom 200» markalı qaynaq aparatını götürüb aparmaqla ümumilikdə 750 manat məbləğində oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə və anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs təkrar, 2022-ci ilin mart ayının sonlarında saat 14 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi ərazisində, Xan arxı su kanalından şərq istiqamətində 30 metr aralı məsafədə yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı tor hasarla əhatə olunmuş bağ sahəsinə qapını açmaqla qanunsuz daxil olub “MTZ 82.1» markalı AZ 90F 295 dövlət qeydiyyat nişanlı traktorun üzərində 30 manat dəyərində olan şüşə silənləri, 70 manat dəyərində olan kardanı, 150 manat dəyərində olan dinamonu, 270 manat dəyərində olan starteri, 50 manat dəyərində olan bir ədəd yan güzgünü, 70 manat dəyərində olan yanacaq filtirini mühərrikə bağlayan detalı, 140 manat dəyərində olan akkumulyatoru, 300 manat dəyərində olan «Pioneer» markalı maqnitafonu, bağ sahəsində olan anbardan isə hər biri 62 manat dəyərində 02 ədəd 20 litrlik qablarda olan traktorun mühərrik yağlarını götürüb aparmaqla ümumilikdə 1204 manat məbləğində oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə və anbara qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Odur ki, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən işdə olan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə etmiş, cəzanı ağırlaşdıran halları müəyyən etməmiş, təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində bir azyaşlı qız uşağının olması, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməlləri nəticəsində vurulmuş ziyanın ödənilməməsini, cinayəti təkrarən törədilməsini, eləcə də təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan və məhkəmə istintaqında tədiqiq olunan şübhəli şəxsi tutma haqqında 07 noyabr 2022-ci il tarixli protokoldan və müstəntiqin həmin tarixli qərarından, həmçinin müstəntiqin şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad olunması və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməsi haqqında 09 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 09 noyabr 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən həbsdən azad edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixədək həbsdə olduğu 02 gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddətindən çıxılmaqla üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Silver» markalı tozsoran, 01 ədəd «Tefal» markalı ütü, 01 ədəd ««Комфорт» markalı elektrik qızdırıcısı, 01 ədəd «Fantom 200» markalı qaynaq aparatı, Şahid2 təqdim etdiyi 01 ədəd «HONDA» markalı su pompasının saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onların Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə ekspertiza xərci yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə qaldığı müddətin 01 (bir) günü 01 (bir) gün azadlıqdan məhrumetməyə bərabər tutularaq, 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 07 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək «həbs» növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları izah edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd «Silver» markalı tozsoran, 01 ədəd «Tefal» markalı ütü, 01 ədəd ««Комфорт» markalı elektrik qızdırıcısı, 01 ədəd «Fantom 200» markalı qaynaq aparatı, Şahid2 təqdim etdiyi 01 ədəd «HONDA» markalı su pompasının saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə olunan əmlakın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ.
Məhkəmə qərarları › İş №1(067)-54/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-54/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver