Məhkəmə qərarları › İş №1(067)-55/2021

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-55/2021

02.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-55/2021 02.06.2021 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, Məhkəmə iclas katibi X4, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1999-cu ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə Apellyasiya məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.2.1, 32.5, 330.2.1, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən 03 il 10 ay 06 gün azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş, məhkumluğu ödənilməmiş, Cəbrayıl rayonunun Hasanlı kəndində qeydiyyatda olub faktiki olaraq ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 09 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsi, bir nömrəli evin qarşısında şiferlə hasara alınmış yerdə odun doğrayarkən qonşusu Zərərçəkmiş şəxs ikinci mərtəbədə olan 5 nömrəli mənzilinin pəncərəsindən bayıra baxdığını görüb özünün üstünlüyünü nümayiş etdirərək ondan pəncərəni bağlayıb içəri keçməsini tələb etmiş, Zərərçəkmiş şəxs pəncərəni bağlamadıqda o, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik göstərməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi taxta parçasını Zərərçəkmiş şəxs üstünə ataraq ona sol göz ətrafının qançırı, sol göz almasına qansızma və sol yanaq nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, bununla da o, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, nənəsi Xədicə ilə birlikdə Xaçmaz şəhəri, Qələbə küçəsi, ev 1, mənzil 87-də yaşayır. 09 iyul 2020-ci il tarixdə saat 19 radələrində həyətdə işlədikdən sonra dayısı Zaur və xalası oğlu Azada kabab bişirib yemələrini təklif etmiş və onlar razılaşdıqdan sonra yaşadıqları binanın həyətindəki şiferlə hasara alınmış yerdə Azad manqala odun qoyub içəri keçmiş, o, isə balta ilə həmin yerdə olan ağacları doğramaqla məşğul olmuşdur. Həmin vaxt başını yuxarı qaldırıb baxdıqda qonşuluqda yaşayan Zərərçəkmiş şəxs binanın ikinci mərtəbəsində olan mənzilinin pəncərəsindən onlara baxdığını görüb ona «keç içəri, görürsən ki, oğlanlar var burada» demişdir. Təranə əsəbi halda ona «küçük, sən qudurmusan» deyərək cavab vermiş, o, Təranəyə fikir verməməyə çalışsa da Təranə sakitləşməyib onu söymüşdür. Təranənin hərəkətləri onu əsəbləşdirmiş və o, əlindəki taxta parçasını ona tərəf atmışdır. Atdığı taxta parçası Təranənin sol gözünün altına dəymişdir. Təranə başını içəri çəkmiş və bir neçə dəqiqə keçdikdən sonra pilləkənlə birinci mərtəbəyə düşərək mərtəbələrarası dəhlizdə olan açıq pəncərə yerindən ona bu hərəkətinə görə şikayət edəcəyini demişdir. Həmin vaxt Təranə əli ilə sol gözünü tutmuş, onun ünvanına söyüşlər söydüyü üçün oradan uzaqlaşıb getmişdir. Təxminən iki saata yaxın evə gəlməyib küçədə gəzmiş, sonra isə qayıdıb yaşadığı evin qarşısına gəlmişdir. Həmin vaxt bilmişdir ki, təcili-tibbi yardım avtomobili gəlib Təranəni Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bir neçə gün keçdikdən sonra Təranənin onun barəsində Xaçmaz rayon Polis Şöbəsinə şikayət etdiyini bilmişdir. Hazırda öz əməlindən peşman olmaqla ona güzəşt edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs qonşusudur. 09 iyul 2020-ci il tarixdə, saat 19 radələrində hava almaq üçün pəncərədən küçəyə baxarkən Ramazanın yaşadıqları mənzilin qarşısındakı şiferlə hasarladıqları balaca sahədə odun doğradığını, Ramazanın xalası oğlu Azadın isə kabab bişirmək üçün manqal qaladığını, dayısı Zaurun isə samovarı qaynatdığını görmüşdür. Təxminən 5 dəqiqə sonra Ramazan heç bir səbəb olmadan ona "bağla pəncərəni, keç içəri" demişdir. O, Ramazana "bağlamıram, niyə bağlamalıyam ki, öz pəncərəmdir, baxıram" demiş, Ramazan ona qarşı nalayiq söyüşlər söyərək qəflətən əlindəki taxta parçasını ona tərəf atmış və atdığı taxta parçası onun gözünün altına dəyərək otağın ortasına düşmüşdür. O, otaqdan çıxaraq binanın ikinci mərtəbəsinə qalxan pilləkənə gəlmiş və oradakı boş pəncərə yerindən üzünü Ramazana tutaraq "qudurmusan, üstümə taxta atırsan?" demiş, Ramazan da "əcəb edirəm" deyərək nalayiq ifadələr işlətməklə ona qarşı yenidən söyüş söymüşdür. Ramazanın yaratdığı səs-küyə ətrafda olan digər qonşular və yoldan keçən şəxlər yaşadqları binanın qarşısına toplaşıb Ramazanın hərəkətlərini pisləmişlər. Təqsirləndirilən şəxs hərəkətləri təxminən 15 dəqiqə davam etmiş, qonşular və ətrafda toplaşmış adamlar R.Behudovun hərəkətlərindən çox narahat olmuşlar. Bundan sonra Səbinə yaş dəsmal gətirmiş, dəsmalı taxta dəyən gözünün altına qoymuşdur. Daha sonra zəng edərək təcili tibbi yardım çağırıb xəstəxanaya getmiş və onun bu halından xəbər tutan bacısı Əsmər "102" xidmətinə zəng edərək məlumat vermişdir. Təqsirləndirilən şəxs şikayətçi olmaqla ona qanuni cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, iş üzrə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. 09 iyul 2020-ci il tarixdə təxminən saat 19 radələrində işdən evə gələrkən Təranəgilin yaşadığı binanın qarşısında çoxlu insanların toplaşdığını görmüşdür. Həmin vaxt Təranənin başına toplaşmış adamlar onu sakitləşdirmiş, qonşular və oradan keçən şəxslər isə dayanıb onlara baxmışlar. Yaxınlaşdıqda Təranənin gözünün altının şişərək qanadığını, üst-başının qana bulaşdığını və onun ağlayıb qışqırdığını görmüşdür. Ona məlum olmuşdur ki, Təranə öz yaşadığı mənzilin pəncərəsindən həyətə baxarkən Ramazan taxta parçasını ataraq Təranənin gözünün altına xəsarət yetirmişdir. Bir müddət sonra işdən evə gələn anası da adamların toplaşdığını görüb həmin yerə yaxınlaşmışdır. Daha sonra təcili tibbi yardım avtomobili gəlib Təranəni xəstəxanaya aparmışdır. Bu hadisə təxminən 10-15 dəqiqə davam etmiş və bundan çox narahat olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. 08 iyul 2020-ci il tarixdə Şabran rayonunda yaşayan nəvəsi Azad onun evinə gəlmiş və həmin gün onun evində qalıb həyətdə tikdirdiyi hamamın tikintisində Ramazanla oğlu Zaura köməklik göstərmişdir. 09 iyul 2020-ci il tarixdə Zaur, Ramazan, Azad həyətdə işlədikdən sonra saat 19 radələrində Azad evə gələrək yorulduqlarını, kabab bişirib yemək istədiklərini bildirmişdir. O, etiraz etməmiş və onlar şiferlə bağlı yerdə odun doğrayıb manqal yandırmışlar. Sonra o, oğlu Zauru çağırıb aldığı əti ona vermiş, Zaurda əti götürüb dəhlizdə olan stolun üstünə qoyub doğramış, o, özü də dəhlizə gəlib Zaurun yanında dayanaraq onun əti doğramasına baxmışdır. Saat 19 radələrində Təranə sifət nahiyyəsi qanlı vəziyyətdə birinci mərtəbəyə düşüb ona mənzilinin pəncərəsindən bayıra baxarkən nəvəsi Ramazanın ona içəri keçib pəncərəni bağlamasını dediyini, o, içəri keçmədikdə Ramazanın ona qarşı söyüş söyərək əlində olan taxta parçasını ona tərəf ataraq sol gözünə xəsarət yetirdiyini demişdir. O, baxdıqda Təranənin sol gözünün alt nahiyəsindən qan axdığını görmüş, sonra onların yanına Təranənin bacısı Əsmər və digər qonşular gəlmiş, onlar Təranəni sakitləşdirməyə çalışmışlar. Sonra tibbi yardım avtomobili gəlmiş və Əsmər bacısı Təranəni təcili tibbi yardım avtomobilinə əyləşdirib Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, Təqsirləndirilən şəxs bacısı oğludur. 08 noyabr 2020-ci il tarixdə Ramazan onu çağırıb şiferlə hasara aldığı yerdə hamam tikdirmək istədiyini deyib, ona köməklik göstərməsini xahiş etmişdir. Həmin gün o, gəlib Ramazana kömək edərək bünövrə qazmış, səhəri gün isə Şabran rayonu, Xırda-oymaq kəndində yaşayan bacısı Aidənin oğlu Azad da gəlib onlara köməklik göstərmişdir. 09 iyul 2020-ci il tarixdə axşam saatlarına kimi işlədikdən sonra saat 19 radələrində Ramazan onlara kabab bişirib yeməyi təklif etmişdir. Onlar Ramazanla razılaşmış, şiferlə hasara alınmış yerdə Azad manqala odun qoyub yandırmış, Ramazan isə balta ilə həmin yerdə olan ağacları doğramaqla məşğul olmuşdur. Həmin vaxt anası onu evə çağırmış və aldığı əti verib aparıb dəhlizdə doğramasını demişdir. O, qabda olan əti götürüb dəhlizə gəlmiş və orada olan stolun üstünə qoyub doğramışdır. Anası da dəhlizə gəlib onun yanında dayanmışdır. Az sonra Təranə sifət nahiyyəsi qan içində qışqıra-qışqıra birinci mərtəbəyə düşüb anası Xədicəyə mənzilinin pəncərəsindən bayıra baxarkən Ramazanın ona içəri keçib pəncərəni bağlamasını dediyini, o, içəri keçmədikdə Ramazanın əlində olan taxta parçasını ona tərəf atdığını və atdığı taxta parçasının onun sol gözünün altına dəyərək xəsarət yetirdiyini demişdir. O, baxdıqda Təranənin sol gözünün alt nahiyəsindən qan axdığını görmüşdür. Sonra onların yanına Təranənin bacısı Əsmər və digər qonşular gəlmiş, Təranəni sakitləşdirməyə çalışmışlar. Bir qədər sonra evin qarşısına təcili tibbi yardım avtomobili gəlmiş və Əsmərin bacısı Təranəni təcili tibbi yardım avtomobilinə əyləşdirib Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 Ağamalı qızı göstərdi ki, Zərərçəkmiş şəxs bacısıdır. 09 iyul 2020-ci il tarixdə saat 21 radələrində gəlini ona zəng vurub qonşuluqda yaşayan Təqsirləndirilən şəxs taxta parçası ilə Təranənin gözünə vurub xəsarət yetirdiyini demişdir. Bundan sonra o, Təranənin evinə gəlib baxdıqda bacısının sol gözünün altında xəsarət olduğunu görüb nə baş verdiyini soruşmuş, Təranə yaşadığı mənzilin pəncərəsindən küçəyə baxarkən qonşusu Ramazanın kobud şəkildə ona söyüş söyüb içəri keçib pəncərəni bağlamasını dediyini, o, pəncərəni bağlamayacağını bildirdikdə Ramazanın əlində olan taxta parçasını ona tərəf atdığını və atdığı taxta parçasının onun sol gözünün altına dəyərək xəsarət yetirdiyini bildirmişdir. Təranənin sol gözü şişdiyi üçün o, öz mobil telefonu ilə 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, sonra isə Təranəni təcili tibbi yardım avtomobilinə əyləşdirib Xaçmaz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Bu hadisə ona və qonşulara çox pis təsir etmiş, bundan çox narahat olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayırlar. 09 iyul 2020-ci il tarixdə saat 19:30 radələrində o, işdən evə gələrkən Təranəgilin yaşadığı binanın qarşısında çoxlu sayda adamların toplaşdığını, Təranənin ətrafına toplaşmış adamların onu sakitləşdirdiklərini, yaxınlaşdıqda Təranənin gözünün altının şişərək qanadığını, üstbaşının isə qana bulaşdığını görmüşdür. Orada olan qonşulardan və Təranənin özündən nə baş verdiyini soruşduqda onlar Təranənin yaşadığı evin pəncərəsindən həyətə baxarkən binanın qarşısında odun doğrayan Ramazanın «pəncərədən niyə baxırsan, keç içəri» deməklə əlindəki taxta parçasını atıb Təranənin gözünün altından vurduğunu və ətrafdakı şəxslərin baş vermiş həmin hadisə ilə bağlı yaranmış səs-küyə binanın qarşısına toplaşdığını bildirmişlər. Bu hadisədən çox narahat olmuşlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, X1 və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayırlar. 09 iyul 2020-ci il tarixdə saat 19:30 radələrində o, işdən evə gələrkən yaşadığı məhəllədə çoxsaylı adamların toplaşdığını görmüşdür. Həmin vaxt mübahisə və dava-dalaş səsləri eşitsə də nə baş verməsi barədə maraqlanmayıb evinə getmişdir. Sonradan həmin camaatın Ramazanın Təranənin gözündən odun parçası ilə vurduğu üçün yaranmış səs-küyə toplaşdıqlarını bilmişdir. Məhkəmə istintaqında dövlət ittihamçısının vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, X1 və Təqsirləndirilən şəxs qonşu binada yaşayırlar. 09 iyul 2020-ci il tarixdə saat 20 radələrində işdən evə gələrkən onların yaşadığı binanın qarşısında çoxlu camaat toplaşmaqla səs-küy olduğunu, yaxınlaşdıqda qonşusu Təranənin gözünün altının şişərək qanamaqla, üst-başının qana bulaşdığını, Təranənin gözünü tutub dayandığını və ətrafda yaşayan qonşuların onu sakitləşdirdiklərini görmüşdür. Nə baş verdiyi ilə maraqlandıqda ona məlum olmuşdur ki, Təranə yaşadığı mənzilin pəncərəsindən həyətə baxarkən Ramazan “niyə həyətə baxırsan?” deyərək əlindəki taxta parçasını ataraq Təranənin gözünün altından vurmuşdur. Bir qədər sonra oraya təcili tibbi yardım gəlmiş və Təranənin xəstəxanaya aparmışdır. Bu hadisədən o və qonşular çox narahat olmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında ifadələri elan olunaraq araşdırılmış Şahid8, Şahid9 və Şahid10 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ilə eyni məzmunlu ifadələr vermişlər. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 10 iyul 2020-ci il tarixli 436 nömrəli ekspert rəyindən görünür ki, 1976-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə- tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol göz ətrafının qançırı, sol göz almasına qansızma və sol yanaq nahiyyəsinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, 09 iyul 2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Gəncə Apellyasiya məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.2.1, 32.5, 330.2.1, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 62 və 66.2-ci maddələrinə əsasən 02 il 02 ay 12 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə Tərtər hərbi məhkəməsinin hökmü dəyişdirilərək o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.2.1, 32.5, 330.2.1, 332.2.3-cü maddələri ilə təqsirli bilinib Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən 03 il 10 ay 06 gün azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. İş materiallarında olan Xaçmaz Mənzil Komunal Təsərrüfatı idarəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 09 iyul 2020-ci il tarixdə saat 19 radələrində yaşadığı Xaçmaz şəhəri, Qələbə küçəsi, bir nömrəli evin qarşısında şiferlə hasara alınmış yerdə odun doğrayarkən qonşusu Zərərçəkmiş şəxs ikinci mərtəbədə olan 5 nömrəli mənzilinin pəncərəsindən bayıra baxdığını görüb özünün üstünlüyünü nümayiş etdirərək ondan pəncərəni bağlayıb içəri keçməsini tələb etmiş, Zərərçəkmiş şəxs pəncərəni bağlamadıqda o, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarına saymamazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik göstərməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi taxta parçasını Zərərçəkmiş şəxs üstünə ataraq ona sol göz ətrafının qançırı, sol göz almasına qansızma və sol yanaq nahiyəsinin əzilmiş yarası ilə nəticələnən sağlamığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş, bununla da o, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən xuliqanlıq etmişdir. Məhkəmə işin yuxarıda qeyd edilən hallarını, hüquq normalarının tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşmaqla və məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Məhkəmədə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəza təyin edilərkən cinayətlərin təkrar törədilməsi, cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməlini törətməklə cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır və barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın çəkilməli olubolmaması məsələsinə baxaraq, işin hallarını, təqsirləndirilən şəxsin cəzadan azad edilməsi, yaxud barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq olunması üçün əsasların olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs ona təyin ediləcək cəzanı çəkməlidir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3, 83.3.1-ci maddələrinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 330.2.1, 32.5, 330.2.1, 332.2.3-cü maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.2 və 69.3-cü maddələrinə əsasən 03 il 10 ay 06 gün azadlıqdan mərhum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən təyin edilmiş cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmiş və o, qeyd olunan cinayət əməlini sınaq müddəti bitməmiş, məhkumluğu ödənilmədən 09 iyul 2020-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs sınaq müddətində qəsdən az ağır cinayət törətdiyindən Gəncə Apellyasiya məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə onun barəsində tətbiq edilmiş şərti məhkum etmə ləğv edilməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən 67.4. Hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində şərti məhkum etməni ləğv edib ona Cinayət Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edərkən Gəncə Apellyasiya məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 03 il 10 ay 06 gün müddətə azadlıqdan məhrum etmə cəzasının hazırkı hökm üzrə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmaqla o, dərhal məhkəmə iclas zalından həbs olunmalı və cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 02 iyun 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərсləri yoxdur. İş materiallarından görünür ki, Xaçmaz rayon məhkəməsinin 13 aprel 2021-ci il tarixli, 1(067)-55/2021 saylı qərarı əsasında Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə dövlət hesabına 20 iş saatı sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-193.3-cü maddələrinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 may 2018-ci il tarixli, 202 №-li qərarı əsasında “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli,11 №-li qərarına edilmiş dəyişikliklərə uyğun olaraq təqsirləndirilən şəxslərin hüquqlarını müdafiə etmələrinə görə müdafiəçilərə hər iş saatı üçün 6 manat məbləğində haqq ödənilməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 20 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 120 manat pul ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən X2 Gəncə Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 1 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs X2 Gəncə Apellyasiya Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli qərarı ilə təyin edilmiş 03 (üç) il 10 (on) ay 06 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti cəza 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 02 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi cəmi 20 iş saatı hüquqi yardıma görə Xaçmaz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına xidmət haqqı olaraq cəmi 120 (bir yüz iyirmi) manat ödənilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar