Məhkəmə qərarları › İş №1(067)-55/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-55/2023

29.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-55/2023 29.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə xx xxx 1985-ci ildə Xaçmaz rayonu Xudat şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmuş, Xaçmaz rayonu, Xudat şəhəri, K/Zavod qəsəbəsi ev 5, mənzil 9-da qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsindən həmin Məcəllənin 315-ci maddəsinə tövsif edilərək 04 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarı tətbiq edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən xx.xx.2021-ci il tarixdə vaxtından əvvəl cəzadan azad edildikdən sonra 20 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində alkoqol sərxoşluğu vəziyyətində Xaçmaz rayonu, Xudat şəhəri, Zaur Mahmudov küçəsində yerləşən 1 nömrəli evdən şərq istiqamətində 30 metr aralı məsafədə tanışı Zərərçəkmiş şəxs oqlı ilə görüşüb Rusiya Federasiyasına getmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs cüzi səbəb olan Rusiya Federasiyası prezidentinin ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib özünün üstünlüyünü nümayiş etdirərək kənar şəxslərin gözü qarşısında, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adətənənə və qarşılıqlı davranış qaydalarına saymazlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, ucadan söyüşlər söyməklə ətrafdakı digər şəxslər üçün əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı turist bıçağını silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs baş və döş qəfəsinin ön və arxa tərəflərindən dörd dəfə qəsdən vuraraq sonuncuya alının sol tərəfində, sol yanaqda, döş qəfəsinin sol ön və arxa divarında boşluqlara nüfuz etməyən dörd ədəd deşilmiş-kəsilmiş yara ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ağırlaşdırıcı halda xuliqanlıq, yəni silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ibtidai istintaqda ifadə vermiş və ifadəsini də imzası ilə təsdiq etmişdir. Törətdiyim əməldən çox müddət keçdiyindən tam xatırlamır, yadında ötəri qalmışdır. O, spirtli içki qəbul edərək sərxoş olduğundan zərərçəkmişə sataşmışdır. Həmçinin bildirmişdir ki, o, Zərərçəkmiş şəxs Ruslanın qardaşı kimi tanımış, zərərçəkmişi uşaqlıq vaxtı görmüş, ondan sonra görməmişdir. Hadisə günü yaşadığı evdə spirtli içki qəbul etdikdən sonra küçəyə gəzişməyə çıxmış, həmin gün axşam saatlarında küçədə gəzişərkən zərərçəkmiş Zərərçəkmiş şəxsla rastlaşmış, salamlaşmış, zərərçəkmiş ona demişdir ki, “burada işsiz qalmısan, işləyib etmirsən”. Onun da xarici pasportu olduğundan fikirləşmişdir ki, bəlkə, zərərçəkmiş onu Rusiyaya aparıb işləməyə köməklik edə bilər, ona görə də zərərçəkmişə yaxınlaşıb bu barədə demiş, sonuncu isə ondan nə iş bacardığını soruşmuş, o da zərərçəkmişə fəhləlik edə biləcəyini demiş, onların söhbəti baş tutmamışdır, həmçinin zərərçəkmiş şəxs Rusiya Federasiyasının hazırkı prezidentinin ünvanına söyüş söydüyündən o, zərərçəkmişə buna görə iradını bildirərək demişdir ki, “sən Rusiyada yaşayırsan, oranın vətəndaşısan, oranın yeməyini yeyirsən, suyunu içirsən, Putini söymək sənə yaraşmaz”. Bunu deyib getmək istəyəndə zərərçəkmiş onu saxlayaraq söhbət etmək istədiyini bildirmiş, ona qarşı əl-qol atmış, o da gücü çatmadığı üçün bıçaqla zərərçəkmişi vurmuşdur. Zərərçəkmiş onu təhqir etməmiş, ona qarşı pis nəsə deməmiş, sərxoş olduğuna görə bu əməli törətmişdir. Onun bıçağı üzərində saxlamasının səbəbi özünü müdafiə üçün olmuşdur, yəni birdən kiminləsə mübahisəsi yaranar, gücü çatmasa bıçaqdan istifadə edər. O, zərərçəkmişi bıçaqla sifət nahiyəsindən, xatırladığı qədər, bel nahiyəsindən də vurmuşdur. O, zərərçəkmişə təxminən üç-dörd dəfə bıçaq zərbəsi vurmuşdur. Zərərçəkmişi bıçaqla vurduqdan sonra sonuncu qaçmışdır. O da zərərçəkmişin arxasınca ona görə qaçmışdır ki, sonuncunu başa salsın ki, hadisə olub qurtarmış, onun üstünə kimisə gətirməsin, o, zərərçəkmişin arxasınca vurmaq üçün qaçmamış, danışıb başa salmaq üçün qaçmışdır. Törətdiyi cinayət əməlindən peşman olduğunu bildirmiş, barəsində düzgün qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, anası ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Subaydır, heç vaxt evli olmamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Azərbaycan dilində latın qrafikası ilə yazmağı və oxumağı bacarır. O, 20 oktyabr 2022-ci il tarixdə nahar yeməyində, evdə spirtli içki, yəni araq içdikdən sonra, təxminən saat 15 radələrində darıxdığı üçün yaşadığı evdən çıxmışdır. Evdən çıxdıqdan sonra bir qədər yaşadığı evin yerləşdiyi küçədə dayanıb, daha sonra Xudat şəhəri, M.F.Axundov küçəsində yerləşən bazarda bir qədər gəzdikdən sonra, saat 20 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsi ilə Zaur Mahmudov küçəsinin kəsişməsində yerləşən “Məxməri” adlanan kafenin qarşısına gəlmişdir. Belə ki, “Məxməri” kafesinin ön tərəfi M.F.Axundov küçəsi olsa da, kafenin sağ yan tərəfi Zaur Mahmudov küçəsinə düşmüşdür. “Məxməri” kafesinin yanında əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs oqlı ilə rastlaşmışdır. Zərərçəkmiş şəxs həmin vaxt Zaur Mahmudov küçəsində, “Məxməri” kafesinin sağ yan tərəfində bir nəfər şəxslə dayanmışdır. İslamın yanında olan şəxsin adı Orxan olmuşdur. O, Orxanı üzdən tanımış, ancaq sonuncu ilə münasibəti olmamışdır. O, İslamdan söz soruşmaq üçün sonuncuya yaxınlaşanda Orxan İslamın yanından çıxıb getmişdir. O, İslama yaxınlaşıb salamlaşdıqdan sonra, sonuncuya Rusiya Federasiyasına getmək istədiyini bildirib bunun üçün nə qədər pul lazım olduğunu, ümumiyyətlə pul taparsa onu Rusiya Federasiyasına apara biləcəyini soruşduqda, İslam ona demişdir ki, “Rusiya Federasiyasının prezidenti Putin oturub orda heç kimi işləməyə qoymur”. Bundan sonra Zərərçəkmiş şəxs Rusiya Federasiyasının prezidentinin ünvanına xoşa gəlməz sözlər işlətmişdir. O da İslama hazırda Putin yanlarında olmadığını, onun yanında olmayan adamın barəsində, yəni onun yanında olamayan adamın arxası ilə danışa bilməyəcəyini, onun belə şeyi xoşlamadığını, ağıllı olmasını demişdir. Bu zaman İslam ona gedib işi ilə məşğul olmasını demiş və Rusiya Federasiyasının prezidentinin barəsində öz sözlərinə davam etmişdir. Zərərçəkmiş şəxs onun sözlərinə qulaq asmayıb öz hərəkətlərinə davam etdiyi üçün, onun sözünə hörmət qoymadığı üçün, onun sözünü yerə saldığı üçün o, sərxoş olduğuna görə əvvəlcə Zərərçəkmiş şəxs əynində olan gödəkçənin yaxasından tutub sonuncuya “mənim yanımda belə şeylər edə bilməzsən” demişdir. Bu zaman İslam əllərini yaxasından çəkərək onu itələmişdir. Həmin vaxt onların səs-küyünə kafedən insanlar çıxmış və onlara baxmışlar. İnsanların onlara baxdığını görən kimi Zərərçəkmiş şəxs ona bir az buradan uzaqlaşmalarını demişdir. Onlar İslamın sözünə görə “Məxməri” kafesindən təxminən 10 metr aralıya, yəni Zaur Mahmudov küçəsində yerləşən ağaclıq yerin yanına getmişlər. Orada o, İslama demişdir ki, “sən bir də mənim yanımda Putin barəsində danışsan sənin üçün pis olacaq”, bu zaman Zərərçəkmiş şəxs yenə də Rusiya Federasiyasının prezidentinin barəsində xoşa gəlməz sözlər işlətmişdir. O, yenə də sözünə hörmət qoyulmadığını, onun yanında olmayan adamın barəsində onun yanında danışdığı üçün o, əynində olan şalvarın sağ yan cibində saxladığı qatlanan cib bıçağını cibindən çıxarıb sağ əlində tutub əvvəlcə Zərərçəkmiş şəxs baş nahiyəsindən iki dəfə, yəni sol qaş nahiyəsindən və boyun nahiyəsinin sol tərəfindən, daha sonra iki dəfə də bədənindən, yəni bir dəfə onun qarın nahiyəsindən, daha sonra İslam arxaya çevrilib qaçmaq istəyəndə isə bir dəfə də sonuncunun döş qəfəsinin arxa nahiyəsindən bıçaqla vurub xəsarət yetirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs bədənini görməsə də, sonuncunun sifət nahiyəsindən qan axdığını görmüşdür. O, Zərərçəkmiş şəxs dörd dəfə bıçaqla vurub xəsarət yetirdikdən sonra İslam qaçaraq yerə əyilib daş götürmək istəyəndə, o, əlində bıçaqla İslamın arxası ilə qaçmışdır ki, İslam onu vurmamış, o yenə də İslamı vursun. Onun arxası ilə gəldiyini görən Zərərçəkmiş şəxs yaşadığı evə tərəf qaçmağa başlamışdır. O, fikirləşmişdir ki, İslam yaşadığı evə tərəf qaçır ki, qardaşını köməyə çağırsın və İslam qardaşı ilə birlikdə ikisi gəlib onu döysünlər. Buna görə o da İslamın arxası ilə sonuncunun yaşadığı evə tərəf qaçmışdır ki, İslama çatsın və sonuncunu başa salsın ki, bu işdə səhv İslamdadır, boş yerə kimisə çağırıb onların söhbətinə salmasın, bu işin olmasında günahın çoxu İslamdadır. İslam yaşadığı evə tərəf qaçmış, ancaq o da İslama çatmaq üçün İslama “dayan, qaçma” deyərək arxası ilə qaçmışdır. İslam yaşadığı evə çatanadək o, İslama çata bilməmişdir. İslam yaşadığı evin yerləşdiyi binanın yanına çatanda sonuncunun qardaşı Ruslan və qohumu Şahid2 da küçəyə, İslamın yanına çıxmışdır. Bu zaman İslamın qardaşı Ruslan və qohumu İlyasov X8 üst-başının və sifətinin qan olduğunu, həmçinin onun əlində bıçağın olduğunu görüb İslamı həmin vaxt ondan uzaqlaşdırıb Şahid2 idarə etdiyi “Mercedes Benz” markalı avtomobilə əyləşdirmişlər. O, həmin vaxt İslamın barəsində nalayiq ifadələr işlətmişdir. Ruslanla Şahid2 ona İslamla söhbət etməyə icazə verməmişlər və onun üzərinə hücum etmək istədikləri üçün o, həmin yerdən yenidən “Məxməri” kafesinə tərəf gəlməyə başlamışdır. Oradan təxminən 40-50 metr uzaqlaşdıqdan sonra onun yanına Xaçmaz RPŞ-nin Xudat PB-nin PPX-nin əməkdaşları gəlmişlər. O, bilmişdir ki, İslamı bıçaqladığına görə polis əməkdaşları onun yanına gəlmişlər. PPX avtomobili onun yanında dayanmış və avtomobilin içərisindən polis əməkdaşları enib ona yaxınlaşmışlar və ondan şikayət olunduğunu, Zərərçəkmiş şəxs bıçaqladığını bildirmişlər. O da Zərərçəkmiş şəxs bıçaqladığını etiraf edib, əynində olan şalvarın sağ yan cibində saxladığı cib bıçağını çıxarıb Xudat PB-nin manqa komandiri Şahid3 təqdim etmişdir. Daha sonra o, Xaçmaz RPŞ-yə gəlib izahat vermiş və etdiyi əməli etiraf etmişdir. O, Zərərçəkmiş şəxs Rusiya Federasiyasına getmək istədiyini bildirdikdən sonra X14 Federasiyası prezidentinin ünvanına söyüş ifadələri işlətmiş, bu hal onun xoşuna gəlməmişdir. Çünki onun yanında olmayan adamın arxası ilə onun yanında heç kim danışa bilməz. O, Zərərçəkmiş şəxs Xaçmaz rayonu, Xudat şəhəri, Zaur Mahmudov küçəsində, «Məxməri» çay evinin arxa tərəfində üzərində olan qatlanan cib bıçağı ilə vurmuşdur və hadisə ərəfəsində o, sərxoş vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Hadisə vaxtı onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. O, üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs vuran zaman ətrafda insanlar olmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs oqlının (oğlunun) ifadəsindən müəyyən edilir ki, o, faktiki olaraq Rusiya Federasiyası vətəndaşı olsa da, Azərbaycan Respublikasında doğulmuşdur. Orta təhsilini 8-ci sinfə qədər Xaçmaz rayonu, Xudat şəhərində yerləşən 3 nömrəli məktəbdə almış, 8-ci sinifdən sonra 3 il də Xaçmaz şəhərində yerləşən “Peşə məktəbində” təhsil almışdır. 1990cı ilə qədər Azərbaycan Respubliaksında yaşamış, ancaq 1990-cı ildən sonra Rusiya Federasiyasına gedib orada yaşamağa başlamışdır. O, hazırda Rusiya Federasiyasının Saxa-Yakutiya Respublikasının Xanqallaski rayonunun Moxsoqollox qəsəbəsində ailəsi ilə birlikdə yaşayır. Onun atası, anası və qardaşı hazırda ünvan 2 ünvanında yaşayırlar. O da 2022-ci ilin oktyabr ayının 4-də valideynlərini ziyarət etmək məqsədi ilə Azərbaycan Respublikasına gəlmişdir. Burada ata və anasının yaşadığı evdə qalmışdır. 20 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində Xudat şəhəri, M.F.Axundov küçəsi ilə Zaur Mahmudov küçəsinin kəsişməsində yerləşən “Məxməri” adlanan kafenin yan tərəfində, yəni Xudat şəhəri, Zaur Mahmudov küçəsində dostu Orxan adlı şəxslə dayanmışdır. Həmin vaxt oraya əvvəlcədən tanıdığı Təqsirləndirilən şəxs gəlmişdir. Bəhruz həmin vaxt sərxoş vəziyyətdə olmuşdur. Bəhruz ona yaxınlaşıb salam vermiş və ona işləmək üçün Rusiya Federasiyasına getmək istədiyini deyərək, oraya getmək üçün ümumiyyətlə nə qədər pul lazım olduğunu soruşmuş, o, Rusiya Federasiyasında müharibə şəraiti olduğunu, hazırda orada iş olmadığını, Rusiya Federasiyasının prezidenti Putinin oturub orda heç kimi işləməyə qoymadığını demişdir. Bu zaman Bəhruz ona demişdir ki, “Rusiya Federasiyasının prezidenti Vladimir Putin bizim yanımızda yoxdur, sən mənim yanımda olmayan adamın arxası ilə mənim yanımda danışa bilməzsən, mən belə şeyi xoşlamıram, ağıllı ol”. Bu zaman o da Bəhruza “get işinlə məşğul ol” demişdir. Bu zaman Bəhruz ona yaxınlaşıb əlləri ilə onun əynində olan paltarın yaxasından tutub dartmaq istəyəndə, o, Bəhruzun əllərini itələmiş və sakit olmasını demişdir. Həmin vaxt Bəhruz qışqıraraq danışmağa və nalayiq ifadələr işlətməyə başlamışdır. Bəhruzun qışqırıq səslərinə və uca səslə nalayiq ifadələr işlətməsinin səsini “Məxməri” kafesindən eşidən insanlar çıxıb onlara baxmışlar. O, həmin yerdə çoxlu sayda insanların onlara baxdığını görüb Bəhruza bir daha sakit olmasını, bir az kənara çəkilib danışa biləcəyini demişdir. Onun sözündən sonra Bəhruzla o, “Məxməri” kafesindən təxminən 10 metr aralıda olan Zaur Mahmudov küçəsində yerləşən ağaclıq yerə getmişlər. Orada Bəhruz yenə də qışqıraraq ona demişdir ki, “sən bir də mənim yanımda Putin barəsində danışsan sənin üçün pis olacaq”, o da demişdir ki, “çıx get burdan işinlə məşğul ol”. Bu zaman Bəhruz əynində olan şalvarın sağ yan cibində saxladığı, qatlanan cib bıçağını cibindən çıxarıb sağ əli ilə əvvəlcə onun baş nahiyəsindən iki dəfə, yəni sol qaş nahiyəsindən və boyun nahiyəsinin sol tərəfindən, daha sonra iki dəfə də bədənindən, yəni bir dəfə qarın nahiyəsindən bıçaqla vurmuş, daha sonra o, arxaya çevrilib qaçmaq istəyəndə bir dəfə də onun döş qəfəsinin arxa nahiyəsindən bıçaqla vurub ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyini görən kimi o, qaçaraq yerə əyilib yerdən özünü müdafiə etmək məqsədi ilə daş götürmək istəyəndə, Bəhruz əlində olan bıçaqla onu vurmaq üçün arxasınca qaçmışdır. O, həmin vaxt yaşadığı evə tərəf asta qaçmış, arxaya çevrilib baxanda Bəhruzun da əlində bıçaqla onun arxası ilə gəldiyini görmüşdür. Ona görə də o, dayanmadan yaşadığı evə tərəf qaçmışdır. “Məxməri” kafesinin yanından yaşadığı evə qədər təxminən 80-100 metr məsafə olmuşdur. O, evə tərəf qaçanda qardaşı Ruslana zəng edərək onu bıçaqladıqlarını, bıçaqlayan şəxsin də arxası ilə gəldiyini, onun üçün təcili avtomobil tapmasını demişdir. O, yaşadığı evin yerləşdiyi binaya çatanda qardaşı Ruslan binanın həyətində olmuşdur. O, Ruslanın orada olmasını görüb sonuncuya tərəf qaçmışdır. O, Ruslanın yanına çatanda bibisi oğlu Şahid2 da onların yanına gəlmişdir. Həmin vaxt Bəhruz da əlində bıçaqla onların yanına çatıb ona tərəfə gəlmək istəyəndə qardaşı Ruslan və bibisi oğlu İlyasov X6 üstünə qışqırmışlar. Bu zaman Bəhruz dayanmış və onunla söhbət etmək istədiyini bildirmişdir. X11 X9 ona yaxınlaşmağa qoymamışlar. Həmin vaxt qardaşı Ruslan onu Şahid2 avtomobilinə əyləşdirmişlər. Bu zaman Bəhruz orada uca səslə onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bəhruzun ona söyüş söydüyünü görəndə, qardaşı Ruslan Bəhruza çıxıb getməsini, yoxsa polisə şikayət edəcəyini demişdir. Bu zaman Bəhruz arxaya çevrilib getməyə başlamış, o da Şahid2 idarə etdiyi avtomobil ilə Xaçmaz RMX-na gəlmişdir. Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs bıçaqla onu vuran zaman onlara kənardan insanlar baxmışlar. İş materiallarına əlavə edilmiş teleqramdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs oqlı məhkəməyə teleqram ünvanlayaraq Rusiya Federasiyasında olduğuna görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, sonuncuya qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Hadisə günü o, evdə olmuş, qardaşı İslam ona zəng edərək evdən aşağı düşərək ona köynək gətirməsini istəmişdir. O, evdən çölə çıxıb görmüşdür ki, qardaşı İslamın vəziyyəti yaxşı deyil və sonuncunu xəstəxanaya aparmışlar. Həmçinin bildirmişdir ki, o, təqsirləndirilən şəxsi əvvələr tanımışdır, belə ki, sonuncu onunla qonşuluqda yaşamışdır. X15 Federasiyası vətəndaşıdır, orada yaşayır, hazırkı hadisə baş verən vaxtlarda qardaşı onlara qonaq gəlmişdir. Hadisə günü qardaşı İslam ona zəng edəndə o, yaşadığı binadan küçəyə çıxmış və İslamın sifətinin qan olduğunu görmüş, sonuncudan nə baş verdiyin soruşanda Bəhruzla mübahisə düşdüyünü və Bəhruzun onu bıçaqla vurduğunu bilmişdir. İslam təqsirləndirilən tərəfindən bıçaqlanan vaxt evə özü tək gəzərək gəlmişdir. İslamın bədənindəki xəsarətləri isə sonuncunu xəstəxanaya apardıqdan sonra görmüşdür. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvanında yaşayır. Zərərçəkmiş şəxs oqlı onun doğma qardaşıdır. Qardaşı əvvəllər Azərbaycan Respublikasında onlarla birlikdə yaşasa da, uzun müddətdir ki, işləmək üçün Rusiya Federasiyasına getmişdir. Uzun müddətdir ki, Rusiya Federasiyasında yaşadığından, İslam artıq Rusiya Federasiyasının vətəndaşıdır. Qardaşı İslam orta məktəbi Xudat şəhərində yerləşən 3 nömrəli tam orta məktəbdə oxumuşdur. İslam Rusiya Federasiyasının vətəndaşı olsa da, Azərbaycan dilində sərbəst danışa və başa düşə bilir. 20 oktyabr 2022-ci il tarixdə saat 20 radələrində o, yaşadığı evdə olan zaman qardaşı İslam ona zəng edərək təngi-nəfəs halda ona bıçaqlandığını, bıçaqlayan şəxsin hazırda onun arxası ilə gəldiyini, özünün isə qaçaraq yaşadıqları evə tərəf gəldiyini, xəstəxanaya çatmaq üçün təcili avtomobil tapmasını demişdir. O da İslamın zəngini söndürüb tez bibisi oğlu Şahid2 zəng edib yaşadıqları evin həyətinə dəvət etmişdir. Şahid2 yaşadığı ev onun yaşadığı evin yaxınlığındadır. O, Şahid2 ilə danışdıqdan sonra tez paltarlarını geyinib yaşadığı mənzilin yerləşdiyi binanın həyətinə düşmüşdür. Həyətə düşdükdən bir neçə saniyə sonra İslamın qaçaraq ona tərəf gəldiyini görmüşdür. İslam gələnə qədər Şahid2 da artıq onun yaşadığı mənzilin yerləşdiyi binanın həyətinə gəlmişdir. Şahid2 ilə o, İslamın onlara tərəf qaçdığını, Təqsirləndirilən şəxs isə İslamın arxası ilə iti addımlarla gəldiyini və əlində bıçaq olduğunu görmüşdür. Şahid2 ilə o, İslamın sifət nahiyəsindən və bədənindən qan axdığını görüb sonuncunu tez Şəmsinin idarə etdiyi “Mercedes” markalı avtomobilə əyləşdirmişlər. Həmin vaxt Bəhruz da əlində bıçaqla onların yanına çatıb İslamın yanına gəlmək istəyəndə o və İlyasov X6 üstünə qışqırmışlar. Bu zaman Bəhruz dayanmış və İslamla söhbət etmək istədiyini bildirmişdir. Ancaq Şəmsi ilə o, Bəhruzu İslama yaxınlaşmağa qoymamışlar. Həmin vaxt artıq onlar İslamı Şəmsinin avtomobilinə əyləşdirmişlər. Bu zaman Bəhruz orada uca səslə İslamın ünvanına nalayiq ifadələr işlətmişdir. Onlar Bəhruzun sərxoş olduğunu görüb sonuncuya çıxıb getməsini, yoxsa polisə şikayət edəcəklərini demişlər. Bu zaman Bəhruz arxaya çevrilib getməyə başlamış, onlar da İslamı Şahid2 idarə etdiyi avtomobil ilə Xaçmaz RMX-na gətirmişlər. Xaçmaz RMX-da İslama ilkin tibbi yardım göstərilmiş və müəyyən olunmuşdur ki, Bəhruz ona üzərində gəzdirdiyi bıçaqla dörd dəfə vuraraq xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə qardaşı Zərərçəkmiş şəxs əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Ancaq Bəhruz cinayət törətməyə meylli adamdır, ona görə də sonuncu bir neçə dəfə məhkum olunmuşdur. Xudat şəhəri, Z.Mahmudov küçəsində yerləşən “Məxməri” kafesindən onun yaşadığı evin həyətinə qədər təxminən 80-100 metr məsafə olmuşdur. Qardaşı Zərərçəkmiş şəxs hər il valideynlərini ziyarət etmək məqsədi ilə yaşadığı Rusiya Federasiyasından Azəraycan Respublikasına gəlmişdir. Hazırda isə Zərərçəkmiş şəxs artıq Rusiya Federasiyasındadır, 16 noyabr 2022-ci il tarixdən Rusiya Federasiyasına getmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, Xaçmaz RPŞ-nin Xudat PB-nin manqa komandiri vəzifəsində işləyir. 2022-ci ilin təxminən oktyabr ayının ortaları, axşam saatlarında onun mobil telefonuna zəng gəlmiş və bildirilmişdir ki, Təqsirləndirilən şəxs Xudat şəhərində, avtovağzalın yanında, təqsirləndirilənin yaşadığı evin yaxınlığında yerləşən “Məxməri” çay evinin yanında əlində bıçaqla kiminsə arxasınca qaçaraq qovur. O, həmin vaxt xidməti avtomobil ilə hadisə yerinə getmiş və təqsirləndirilən şəxsin “Məxməri” çay evinin yanında olduğunu görmüş və təqsirləndirilənə yaxınlaşmış, sonuncu üzərində olan qatlanan bıçağı ona təqdim etmiş, təqsirləndiriləni xidməti avtomobilə əyləşdirib polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs özü etiraf edərək bildirmişdir ki, o, zərərçəkmişi bıçaqlamışdır. Həmçinin bildirmişdir ki, hadisə yerinə gedəndə təqsirləndirilən şəxsin sərxoş vəziyyətdə olduğunu görmüşdür. Hadisə yerində təqsirləndirilən şəxs onlara qarşı bir qədər müqavimət göstərmişdir. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, 20 oktyabr 2022ci il tarixdə saat 20 radələrində Xaçmaz rayonu, Xudat şəhərində xidmətdə olan zaman tanımadığı bir nəfər şəxs istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək Xaçmaz rayonu, Xudat şəhəri, Konserv Zavod küçəsində Təqsirləndirilən şəxs bir nəfər şəxsi əlində bıçaqla qovalaması barədə məlumat vermişdir. Həmin vaxt o, Xudat şəhəri, M.F.Axundov küçəsində xidmətdə olmuş və deyilən ünvana yaxında olmuşdur. Ona görə də xidməti avtomobil ilə dərhal Xudat şəhəri, Konserv Zavod küçəsinə getmişdir. O, Təqsirləndirilən şəxs əvvəlcədən tanımışdır. Çünki Təqsirləndirilən şəxs cinayət törətməyə meylli adamdır və dəfələrlə cinayət törətdiyinə görə məhkum olunmuşdur. Xudat şəhəri, Konserv Zavod küçəsində xidməti avtomobil ilə hərəkətdə olan Təqsirləndirilən şəxs piyada gəldiyini görüb xidməti avtomobili sonuncunun yanında saxlamış və adam bıçaqlaması barədə məlumat daxil olduğunu bildirmişdir. Bəhruz həmin vaxt sərxoş vəziyyətdə olmuş və həmin vaxt etdiyi əməli etiraf edib üzərində olan qatlanan qara rəngli cib bıçağını çıxarıb ona təqdim etmişdir. O da həmin bıçağı Təqsirləndirilən şəxs götürüb özündə saxlamış və sonuncunu xidməti avtomobilə əyləşdirib Xaçmaz RPŞ-nə gətirmiş, bıçaqla birlikdə Təqsirləndirilən şəxs şöbənin növbətçi hissəsinə təhvil vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlaması barədə materialın araşdırılması Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi Mətləb İsmayılova həvalə edildiyindən, o, Təqsirləndirilən şəxs bıçaqla birlikdə müstəntiq Mətləb İsmayılovun xidməti iş otağına aparmış və sonuncu ilə bıçağı müstəntiqə təhvil vermişdir. Xidməti otaqda müstəntiq Mətləb İsmayılov tərəfindən onun və Təqsirləndirilən şəxs iştirakı ilə bıçağa baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş və fotoşəkillər şəkilərək protokola əlavə edilmişdir. Həmin protokolu Təqsirləndirilən şəxs və o imzalamışlar. Daha sonra həmin gecə Təqsirləndirilən şəxs hadisə yerinə baxış keçirilməsi üçün Xudat şəhəri, Z.Mahmudov küçəsinə aparmışlar, orada Təqsirləndirilən şəxs hadisə yerini onlara təqdim etmişdir. Daha sonra müstəntiq tərəfindən müvafiq prosessual hərəkətlər keçirilmiş, bundan başqa olanlar barəsində hər hansı bir məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli raportdan müəyyən edilir ki, Xaçmaz RMX-nın tibb bacısı Nemətova xx.xx.2022-ci il tarixdə, saat 20:53 radələrində Xaçmaz RPŞ-nin Növbətçi hissəsinə zəng edərək Xudat şəhəri, Konserv Zavod qəsəbəsi, ev 6, mənzil 6-da yaşayan, xx.xx.1969-cu il təvəllüdlü X3 “döş qəfəsinin ön və arxa divarlarının kəsilmiş-deşilmiş yaraları 2 yerdə, başın və üzün kəsilib-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya daxil olması, xəstənin onu Bəhruz adlı şəxsin bıçaqlamasını deməsi barədə məlumat vermişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 20 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkildən müəyyən edilir ki, hadisə yeri Xaçmaz rayonu, Xudat şəhəri, Zaur Mahmudov küçəsində yerləşən “Məxməri” çay evinin arxa tərəfidir. Baxış zamanı Təqsirləndirilən şəxs hadisə yerini təqdim edərək aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs oqlını üzərində gəzdirdiyi qatlanan cib bıçağı ilə dörd dəfə vurub xəsarət yetirdiyini bildirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə gediş-gəlişin olduğu ictimai yer hesab edilən küçənin bir tərəfidir. Baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla aralarında mübahisə olan zaman ətrafa kənar şəxslərin toplandığını bildirmişdir. İş materiallarında olan “Əşyaya baxış keçirilməsi haqqında” 20 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində Xaçmaz rayonu, Xudat şəhəri, Z.Mahmudov küçəsində tanışı Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi cib bıçağını Xaçmaz rayonu, Xudat şəhəri, Konserv Zavod qəsəbəsində Xaçmaz RPŞ-nin Xudat PBnin manqa komandiri Şahid3 təqdim etmişdir. Təqsirləndirilən şəxs tərəfindən təqdim olunmuş bir ədəd bıçaq tiyə və dəstəkdən ibarət olmaqla ümumi uzunluğu 156 mm-dir. Bıçağın tiyəsi qara rəngli metaldan hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Kəsici tərəf hər iki üzdən itilənmişdir. Tiyənin ucu küt tərəfin maili formada aşağıya və kəsici tərəflərin qövsvari formada yuxarıya doğru istiqamətlənərək birləşməsi nəticəsində əmələ gəlmişdir və orta xətt üzərində yerləşir. Bıçağın tiyəsinin orta xətdən uzunluğu 67 mm, orta hissədə eni 16 mm, qalınlığı isə 1.8 mm-dir. Bıçağın dəstəyi qara rəngli metal üzlüklərin vintlər vasitəsilə bərkidilməklə hazırlanmış və tiyənin davamı deyildir. Dəstək taylarını birləşdirən vintlərdən biri yerində olmadığından, dəstək tayları yerində hərəkət edir. Dəstəyin ön-sol üzündə tiyəni açıb-bağlamaq üçün nəzərdə tutulan düyməcik vardır, həmin düyməcikdən yuxarıda isə tiyəni açıb-bağlamaq üçün olan düyməciyi qoruyucu vəziyyətə keçirmək və qoruyucu vəziyyətdən çıxarmaq üçün nəzərdə tutulmuş düyməcik vardır. Bıçağın dəstəyinin orta xətdən uzunluğu 89 mm, orta hissədə eni 20 mm, qalınlığı isə 10 mm-dir. Xaçmaz RPŞ-nin inzibati binasında bıçağa keçirilən baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs həmin bıçaqla vurduğunu, Şahid3 isə Təqsirləndirilən şəxs təqdim etdiyi bıçağın həmin bıçaq olduğunu bildirmişdir. Qeyd olunan bıçaq iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən Təqsirləndirilən şəxs və Şahid3 iştirakları ilə, fotoşəkili çəkilməklə qablaşdırılıb, 58 saylı möhürlə möhürlənərək götürülmüşdür. İş materiallarında olan “Əşyaya baxış keçirilməsi haqqında” 21 oktyabr 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Xaçmaz MRX-nın cərrahiyyə şöbəsinin təsərrüfat bacısı X5 20 oktyabr 2022-ci il tarixdə xəsarətlə xəstəxanaya daxil olmuş Zərərçəkmiş şəxs oqlının əynində olmuş bir ədəd qış gödəkçəsini, bir ədəd uzun qol köynəyi və bir ədəd maykanı təqdim etmişdir. Təqdim olunmuş qış gödəkçəsin üzəri qara rəngli, içərisi isə göy rəngli olmaqla polietilen materialdandır, ön tərəfdən gödəkçənin qarşısını bağlamaq üçün bir ədəd zəncirbənd vardır, zəncirbənd olan hissədə bir-birindən aralı məsafədə 4 yerdə metal düyməcikləri vardır. Gödəkçənin yan hissələrində iki ədəd cibləri vardır. Gödəkçənin ön hissəsinin sol tərəfində, yəni sol yan cibin üst hissəsində bir ədəd gözlə nəzərə çarpan, 25 mm uzunluğunda deşilmiş-çırılmış zədə yeri və arxa hissəsinin sol tərəfində, gödəkçənin ətəyindən 270 mm yuxarıda, sol yan tikiş yerindən isə 14 mm solda bir ədəd 15 mm uzunluğunda gözlə nəzərə çarpan deşilmiş-çırılmış zədə yeri vardır. Gödəkçənin içəri tərəfindən baxdıqda həmin zədə yerlərinin üzərində və ətrafında qeyri-müəyyən formalı qan ləkələrinə oxşar ləkələr vardır. Təqdim olunmuş bir ədəd ağ rəngli qolsuz maykanın səthində qeyri-müəyyən formalı qan ləkələrinə oxşar ləkələr vardır. Maykanın uzunluğu 710 mm, qoltuqaltı hissədən eni isə 510 mm-dir. Maykanın ön hissəsinin sol tərəfində, ətəyindən 290 mm yuxarıda 15 mm uzunluğunda bir ədəd zədə yeri vardır, maykanın ön hissəsinin nisbətən sol tərəfində ətəyindən 300 mm yuxarıda 12 mm uzunluğunda bir ədəd zədə yeri vardır. Qeyd olunan qan ləkələrinə bənzər ləkələr göstərilən zədələrin ətrafında toplanmışdır. Təqdim olunmuş bir ədəd köynək göy rəngli olmaqla, damalıdır, ön hissəsində yeddi ədəd düymə və düymə ilgəyi vardır. Köynəyin səthində qəhvəyi rəngli qanabənzər ləkələr vardır. Təqdim olunmuş köynəyin uzunluğu 750 mm, çiyin hissəsindən eni isə 750 mm-dir. Köynəyin ön hissəsində iki ədəd düymə ilgəyinin kənarları kəsilmiş vəziyyətdədir. Köynəyin ön hissəsinin sol tərəfində, sol tərəfdə ətəyindən 230 mm yuxarıda bir ədəd 19 mm uzunluğunda gözlə nəzərə çarpan deşilmiş-çırılmış zədə yeri, köynəyin arxa hissəsinin sol lərəfində, ətəyindən 460 mm yuxarıda bir ədəd 11 mm uzunluğunda gözlə nəzərə çarpan deşilmiş-çırılmış zədə yeri vardır. Həmin zədə yerlərinin ətrafında və köynəyin düymə ilgəklərinin cırıldığı nahiyədə qəhvəyi rəngli qan ləkələrinə bənzər ləkələr vardır. Baxış zamanı Elnarə Seyidova bildirmişdir ki, 20 oktyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Xaçmaz MRX-yə gətirildiyi vaxt əynində həmin paltarlar olmuşdur. Təqdim olunmuş bir ədəd qış gödəkçəsi, bir ədəd uzun qol köynək və bir ədəd mayka gələcəkdə iş izrə sübut əhəmiyyət kəsb etdiyi üçün müstəntiq tərəfindən qablaşdırılıb, 58 saylı möhürlə möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 noyabr 2022-ci il tarixli, 3/1552, 3/1571 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, təsərrüfat-məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir; Təqdim edilmiş bir ədəd maykanın, bir ədəd köynəyin, bir ədəd gödəkçənin səthində rəyin tədqiqi hissəsində təsvir edilmiş zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə tiyəsi həmin xassəyə malik bıçaqlar da aiddir. Ümumi əlamətlərinə əsasən, bir ədəd maykanın, bir ədəd köynəyin, bir ədəd gödəkçənin səthində olan zədələrin təqdim edilmiş bir ədəd bıçağın (bıçaq tiyəsinin) də təsirindən yaranması mümkündür. Lakin həmin zədələrdə zədə yaradan predmetin xüsusi əlamətləri əks olunmadığından zədələrin hər hansı konkret bir bıçaqla, o cümlədən tədqiqata təqdim edilmiş bıçaqla təsir nəticəsində yaranıb-yaranmadığını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş bir ədəd maykanın, bir ədəd köynəyin, bir ədəd gödəkçənin səthində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin tiyəsinin öndən arxaya istiqamətdə, iti tərəfi zərərçəkmişə nisbətdə müxtəlif istiqamətlərdə olmaqla yetirilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 publik hüquqi şəxsin Xaçmaz rayon şöbəsinin 21 oktyabr 2022-ci il tarixli, 583 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1969-cu il təvəllüdlü X3 məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş xəstəlik tarixində qeyd olunanlara əsaslanaraq, onun bədənində aşkar edilmiş xəsarətlər – alının sol tərəfində, sol yanaqda, döş qəfəsinin sol ön və arxa divarında boşluqlara nüfuz etməyən dörd ədəd deşilmişkəsilmiş yara deşici-kəsici alətin (bıçağın) təsirindən törənməklə, yetirilmə müddəti qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 06 dekabr 2022-ci il tarixli qərardan və sübutların qiymətləndirilməsi haqqında 22 dekabr 2022-ci il tarixli qərardan müəyyən edilir ki, hadisə zamanı Zərərçəkmiş şəxs oqlının əynində olmuş 01 ədəd qış gödəkçəsi, 01 ədəd mayka və 01 ədəd uzunqol köynək, eləcə də Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman silah qismində istifadə edərək Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq, Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş materiallarında olan 20 oktyabr 2022-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi xuliqanlıq cinayət əməlini – ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirir. Maddənin dispozisiyasına görə, aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi: İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgə yaşayış qaydalarının sistemi başa düşülür; ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür; cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür; xuliqanlıq cinayəti gedişində şəxslərə zor tətbiq edilməsi dedikdə, zərərçəkən şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin tərkibini yaradır. Bu maddənin məzmunundan görünür ki, şəxsin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi); belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərərçəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşayiət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərərçəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində xuliqanlığın xüsusilə ağırlaşdırıcı tərkib əlaməti qismində CM-nin 221.1 və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunması nəzərdə tutulmuşdur. Bu, xüsusi ilə qərəzli xuliqanlıq hesab edilir. “Xidməti və Mülki silah haqqında” 30 dekabr 1997-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, silah, canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarəvermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir. Silahlar növlərinə görə odlu və soyuq silahlara bölünürlər. Qeyd olunan qanuna əsasən odlu silah dedikdə barıtın və ya digər alışan maddələrin yanmasından yaranan enerji hesabına mərmisi istiqamətlənmiş hərəkət edərək müəyyən məsafədən hədəfi mexaniki zədələmək və ya sıradan çıxarmaq təyinatına malik olan silahlar başa düşülür. Soyuq silah dedikdə konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahlar başa düşülür. Silah qismində istifadə edilən əşyalar dedikdə, sağlamlığa zərər vurmaq, hətta adam öldürmək üçün istifadə edilə bilən, istər xüsusi hazırlanmış və ya düzəldilmiş, istərsə də adi təsərrüfat-məişət təyinatlı olan və ya heç bir təyinatı olmayan predmetlər başa düşülür. Belə predmetlərə təsadüfi metal və ya taxta parçası, içərisi qurğuşunla doldurulmuş rezin şlanq parçası, balta, ling, bel, dəyənək, ülgüc və s. aşyalar aiddir. Silah qismində istifadə olunan əşyalara, həmçinin, hədəfi vurmaq, zərərçəkmişi halsızlaşdırmaq, onun müqavimətini qırmaq üçün nəzərdə tutulmuş predmetlər aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Pelnumunun 17 fevral 2006-cı il tarixli qərarında göstərilmişdir ki, silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. CM-in 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi - ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin 15 iyul 2020-ci il tarixli qərarından və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 16 saylı CÇM-nin 10 noyabr 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsindən həmin məcəllənin 315-ci maddəsinə tövsif edilərək 04 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. Tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə məhkum edilmişdir. İş materiallarında olan Xaçmaz RİHB-nın Xudat şəhər İƏD-də nümayəndəsi tərəfindən verilmiş 20 dekabr 2022-ci il tarixli xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xudat şəhərində yaşadığı müddətdə onun barəsində Nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş teleqramdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs oqlı məhkəməyə teleqram ünvanlayaraq Rusiya Federasiyasında olduğuna görə məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini, Təqsirləndirilən şəxs ilə barışmadığını bildirərək, sonuncuya qanuni cəza verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək həmin cinayət əməlinə görə peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsi ilə təqsirli bilinib 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 315.2-ci maddəsindən həmin məcəllənin 315-ci maddəsinə tövsif edilərək 04 il 03 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 2.4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixdə cəzadan azad edilmişdir. «8 Noyabr – Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında» Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 7-ci bəndinə əsasən, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülür. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halı, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, eləcə də cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(067)186/2022 saylı qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, hadisə zamanı Zərərçəkmiş şəxs oqlının əynində olmuş 01 ədəd qış gödəkçəsi, 01 ədəd mayka və 01 ədəd uzunqol köynək, eləcə də Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman silah qismində istifadə edərək Zərərçəkmiş şəxs xəsarət yetirdiyi 01 ədəd bıçaq maddi sübut kimi tanınaraq, Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs oqlının əynində olmuş 01 ədəd qış gödəkçəsi, 01 ədəd mayka və 01 ədəd uzunqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin və barəsində 03 (üç) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 21 oktyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. (hökmün bu hissədə də icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına həvalə olunsun) İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin saxlanc yerində saxlanılan, hadisə zamanı Zərərçəkmiş şəxs oqlının əynində olmuş 01 ədəd qış gödəkçəsi, 01 ədəd mayka və 01 ədəd uzunqol köynək hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 160 (yüz altmış) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın olmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar