Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-55/2025 14.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1987-ci ildə Balakənn rayonu, Tülü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Balakənn rayonu, Tülü kəndində qeydiyyatda olmaqla həmin ünvanda, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Mürşiid-oba kəndi ərazisindən keçən 31-ci kilometrliyində idarə etdiyi “Mersedes Benz 1828” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili sükan idarə etmə sistemini hadisədən əvvəl nasaz vəziyyətdə istismar edərək, Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasında bu Qanunun 1 saylı əlavəsinə uyun olaraq, nəqliyyat vasitəsini texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib, idarə etdiyi avtomobil əks hərəkət zolağına çıxaraq qarşıdan gələn X6 idarə etdiyi “Mersedes Sprinter” markalı 90- XY-792 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mersedes Sprinter” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilidə olan sərnişin Zərərçəkmiş şəxs baş beyinin əzilməsi ilə müşaiyət olunan üz və burun sümüklərinin çoxsaylı sınıqları, baş və üz nahiyələrinin yumşaq toxumaların şişkinlikləri kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, “Mersedes Sprinter” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü X7 baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşaiyət sol göz ətrafının qançırı, boyun və sol əl nahiyələrinin sıyrıqları, alt çənənin sol şaxəsinin və sol saidin hər iki sümüyünün sınıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, avtomobil idarə etmək üçün “BCDE” kateqoriyalı sürücülük vəsiqəsi vardır. O, “BC” dərəcəli sürücülük vəsiqəsini ilk dəfə 26 noyabr 2008-ci ildə, sonuncu dəfə isə “BCED” kateqoriyalı sürücülük vəsiqəsini 03 may 2017-ci il tarixdə almışdır. xx.xx.2024-cü il tarixdə saat təxminən 07 radələrində etibarnamə ilə idarə etdiyi “Mersedes Ateco” yük markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Xaçmaz rayonu Xudat şəhərində yerləşən soyuducuya plastik yeşik aparıb boşaltmış və həmin günü saat təxminən 15 radələrində Bakı şəhərinə qayıtmaq üçün yola çıxmışdır. Həmin vaxt avtomobili saatda 60 km saat sürətlə Gəndob- Yalama yolu ilə üzü Bakı istiqamətində idarə etmişdir. O, avtomobili Bakı istiqamətində idarə edərkən avtomobilin sükanında boşluq hiss etmiş və sükanın işləmədiyini görüb, sükan çubuğunun yerindən çıxdığını bilmişdir. Həmin vaxt o, idarəetməni itirmiş və avtomobil əks hərəkət zolağına çıxaraq əks hərəkət zolağında hərkət edən “Mersedes Sprinter” markalı avtomobillə toqquşmuş və həmin avtomobili sürüyərək yolun kənarında su arxına kimi aparmışdır. Bundan sonra avtomobildən aşağı düşmüş və hadisə yerinə toplaşan insanların köməyi ilə “Mersedes Sprinter” markalı avtomobildə olan şəxsləri avtomobildən çıxarib hadisə yerinə gələn təcili tibbi yardım avtomobili ilə Xaçmaz MRX-na yola salmışlar. Hadisə baş verən zaman sürücülük vəsiqəsi avtomobildə olmuş, hadisə baş verəndən sonra avtomobilin qarşı tərəfi əzildiyindən o, sürücülük vəsiqəsini tapa bilməmişdir. Məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X3 göstərdi ki, mərhum Üzeyir Novruzlu oğludur. X20 18 fevral 1994-cü il təvəllüdlü olmaqla, orta təhsilli idi, evli və hərbi mükəlləfiyyəti i idi. Üzeyir onunla eyni ünvanda Quba rayonu, İ Nügədi kəndində yaşamışdır. X20 fiziki cəhətdən tam sağlam olmuş, heç bir xroniki xəstəlikdən əziyyət çəkməmişdir. Üzeyir etibarnamə ilə “Mersedes Sprinter” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə yük daşımışdır. 15 fevral 2024-cü il tarixdə saat 14 radələrində oğlu X17 şəhərinə gedəcəyini etibarnamə ilə idarə etdiyi “Mersedes Sprinter” markalı avtomobilini, avtomobili təmiri sexindən götürəcəyini bildirmiş və İ Nügədi kənd sakinləri Şahid və Zərərçəkmiş şəxsla birlikdə qaynatası Pərvizə məxsus “Opel Astra” markalı 90- MP-834 dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərinə yola düşmüşlər. 15 fevral 2024-cü il tarixdə təxminən saat 17 radələrində ona oğlu Üzeyirin həmin gün saat 15 radələrində Gəndob- Yalama avtomobil yolunun 31 -ci kilometrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı ağır bədən xəsarətləri aldığı üçün ilkin tibbi yardım göstərilməsindən ötrü Xaçmaz rayon mərkəzi xəstəxanasına aparıldığını öyrənmişdir. O. bunu bilən kimi qohumları ilə birlikdə Xaçmaz rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada olarkən oğlu Üzeyirin 15 fevral 2024-cü il tarixdə saat 15 radələrində Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu, Mürşüd-oba kəndi ərazisindən keçən 31-ci kilometrində idarə etdiyi «Mersedes Sprinter» markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat istiqamətində hərəkətdə olarkən Bakı istiqamtinddə hərkətdə olan “Mersedes Axor” yük markalı avtomobil onun yoluna çıxaraq toqquşduğunun və aldığı xəsarətlərdən Xaçmaz MRX-da öldüyünü bilmişdir. Bundan sonra Üzeyirin meyitini məhkəmə tibbi müayinədən keçirilməsi üçün onun iştirakı ilə Xaçmaz rayon mərkəzi xəstəxanasının həyətində yerləşən Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin meyitxanasına göndərdilər. Mərhum oğlum Üzeyir Novruzlunun meyiti Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinin meyitxanasında məhkəmə tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün həmin gün saat 19 radələrində ona təhvil verilmişdir. Üzeyirin cənazəsini 16 fevral 2024-cü il tarixdə saat 11 radələrində Quba rayonu, İ Nügədi kənd qəbristanlığında dini adətlərə uyğun dəfn etmişdir. Əlavə olaraq notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olamadan baxılmasını, təqsirləndirilən şəxsə cəza təyin edərkən ona ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, mərhum X8 basıcının əri olmuşdur. 15 fevral 2024-cü il tarixdə saat 14 radələrində Üzeyir ona Xaçmaz şəhərinə gedəcəyini, etibarnamə ilə idarə etdiyi "Mersedes Sprinter” markalı avtomobilini, avtomobili təmiri sexindən götürəcəyini bildirmişdir. Bundan sonra o, Üzeyir və İ Nügədi kənd sakini Şahid birlikdə atası Pərvizə məxsus '‘Opel Astra” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərinə yola düşmüşlər. Xaçmaz şəhərində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında atası Pərvizə məxsus avtomobildən düşdükdən sonra, yaxınlıqda olan avtomobillərin təmiri sexinə getmişlər. Həmin vaxt Üzeyir etibarnamə ilə idarə etdiyi “Mersedes Sprinter” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili sexdən götürmüş və o Cavadla birlikdə avtomobilə əyləşmişlər. O, həmin vaxt Üzeyirinin yanında. Cavad isə sağ qapının yanında oturduqdan sonra Üzeyir avtomobili Gəndob-Yalama yolu ilə üzü Xudat istiqaəmitndə idarə etməyə başlamışdır. Bundan sonra hadisə baş vermiş, baş vermiş hadisəni ağır bədən xəsarəti aldığından hadisənin hansı şəraitdə baş verməsini xatırlamamışdır. Təxminən o. 1 aya yaxın Quba RDM-də müalicə almış, sonradan Üzeyirin etibarnamə ilə idarə etdiyi "Mersedes Sprinter” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xudat istiqamətində hərəkətdə olarkən Bakı istiqamətindən gələn yük avtomobili yoldan çıxaraq Üzeyirin idarə etdiyi avtomobilin yoluna çıxaraq toqquşmasını, həmin vaxt Üzeyir aldığı xəsarətlərdən Xaçmaz MRX-da öldüyünü bilmişdir. O. Cavadla birlikdə hadisə zamanı bədən xəsarəti almış, buna görə hadisənin hansı şəraitdə baş verdiyini xatırlamadığını göstərmişdir. Əlavə olaraq notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışmasını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını, növbəti məhkəmə iclasına gələ bilməyəcəyini, işə onun iştirakı olamadan baxılmasını, təqsirləndirilən şəxsə cəza təyin edərkən ona ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid göstərdi ki, 15 fevral 2024-cü il tarixdə saat 12 radələrində Üzeyir ona mobil telefonla zəng edərək birlikdə Xaçmaz şəhəırinə getmək istədiyini demiş, o da Üzeyirlə razılaşdıqdan sonra həmin günü saat 14 radələrində Quba rayonu İ nügədi kəndində görüşmüşlər. Üzeyir Xaçmaz şəhərinə gedəcəyini, etibarnamə ilə idarə etdiyi “Mersedes Sprinter” markalı avtomobilini, avtomobili təmiri sexindən götürəcəyini bildirmişdir. Bundan sonra o, Üzeyir və 1 Nügədi kənd sakini Balakişi ilə birlikdə atası Pərvizə məxsus “Opel Astra” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xaçmaz şəhərinə yola düşmüşlər. Xaçmaz şəhərində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında Pərvizə məxsus avtomobildən düşdükdən sonra yaxınlıqda olan avtomobillərin təmiri sexinə getmişlər. Həmin vaxt Üzeyir etibarnamə ilə idarə etdiyi "Mersedes Sprinter" markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobili sexdən götürmüş və o. Balakişi ilə birlikdə avtomobilə əyləşmişdir. Balakişi həmin vaxt Üzeyirinin yanında, o isə sağ qapının yanında oturduqdan sonra Üzeyir avtomobili Gəndob-Yalama yolu ilə üzü Xudat istiqaəmitndə idarə etməyə başlamışdır. Üzeyir avtomobili üzü Xudat istiqamətində saatda təxminən 60 km saat sürəti ilə idarə edərkən Xudat isitqamətindən “Mersedes Axor” yük markalı avtomobil gəldiyini görmüş, həmin vaxt avtomobil bizə yaxınlaşmağa az qalmış, avtomobilin sürücüsünün baş nahiyəsinin sükan tərəfə əyildiyini, daha sonra Üzeyir siqnal verdikdən sonra sürücünün ayıldığın və həmin vaxt sürücünün idarə etdiyi avtomobil qəflətən onların hərəkət zolağına çıxdıqdan sonra toqquşma baş vermişdir. Bundan sonra o özünə gələndə orada olan tanımadığı şəxslərin köməyi ilə onları avtomobildən çıxqardıqdan sonra Xaçmaz MRX-na yola salmışlar. Xəstxanada olarkən Üzeyirin aldığı xəsarətlərdən öldüyünü bilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 05 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 1994-cü il təvəllüdlü, mərhum X6 meyitinin məhkəmə-tibbi müayinəsinə və labarator cavablarına əsaslanaraq aşağıdakı nəticəyə gəlinmişdir: l.Ü.T.Novruzlunun meyitinin bədənində aşağıdakı həyatı xəsarətlər- baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşaiyət olunmuş sol göz ətrafının qançırı, boyun və sol əl nahiyəsinin sıyrıqları, alt çənənin sol şaxəsinin və sol saidin hər iki sümüyünün sınıqları aşkar edilmişdir. Qeyd oluana xəsarətlərdən baş beyin toxuma və mədəciklərinə qansızma ağırlıq dərəcəsinə görə onun ölümünə səbəb olduğunda dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli bədən xəsarətinə, alt çənənin sol şaxəsinin və sol saidin hər iki sümüyünün sınıqları az-ağır zərər vurmaya aid, sol göz ətrafının qançırı, boyun və sol əl nahiyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilmir. Göstərilən xəsarətlər qərarda göstərilən vəziyyətdə, yəni 15 fevral 2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi.
2. Ü.T.Novruzlunun ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxuma və mədəciklərinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti meyitin meyitxanada müayinəsindən 2-3 saat əvvələ uyğun gəlir.
3. Ü.T.Novruzlunun meyitindən götürülmüş qanın məhkəmə-kimya təhqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 176 nömrəli rəyindən görünür ki, 2006-cı il təvəllüldü Zərərçəkmiş şəxs məhkəmə tibbi-müyinəsi zamanı onun bədəni üzərində açkar olunmuş xəsarətlər-baş beyin əzilməsi ilə müşaiyət olunmuş üz və burun sümüklərinin şoxsaylı sınıqları, baş və üz nahiyələrinin yumşaq toxumaların şişkinlikləri bər küt əşya (əşyalar) tərəfindən törənməklə. qərarda qeyd olunduğu kimi xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024- cü il tarixli 23 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, X18 ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan xx.xx.2024- cüil tarixli BDYPİ-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs adma xx.xx.2017-ci 41 tarixdə ‘'BCDE” dərəcəli AE seriyalı 030042 nömrəli sürücülük vəsiqəsi verimlmiş və o, sürücülük hüququndan məhrum edilməmişdir. İş materiallarında olan AC № 527948 seriya nömrəli şəhadətnamədən görünür ki, ** OF *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 1848 Yük” markalı nəqliyyat vasitəsi X9 məxsusdur. İş materiallarında olan etibarnamədən görünür ki, mülkiyyətçi X13 ** OF *** dövlət qeydiyyat nişanlı “Mersedes Benz 1848 Yük” markalı nəqliyyat vasitəsini Təqsirləndirilən şəxs idarə etmək üçün etibarnamə vermişdir. Etibarnamə xx.xx.2027-ci il tarixədək qüvvədədir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 06 avqust 2024-cü il tarixli, 8/1049- 8/1060 nömrəli rəyindən məlum olur ki,
1. Sürücü Təqsirləndirilən şəxs Ah oğlu “Mersedes Benz” 1828 markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükan idarə etmə sistemi hadisədən əvvəl nasaz vəziyyətdə istismat etmiş, sürücünün həmin nasazlığı vaxtında aşkar etməyə imkanı olmuşdur, - Tədqiq olan şəraitdə “Mersedes Benz” 1828 markalı 90-ÜF-948 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs Ah oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa, texniki olmuşdur və sürücünün hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Məhkəmə yolnəqliyyat hadisəsi ekspertizasının 19 sentyabr 2024-cü il tarixli, 8/2571 nömrəli rəyindən məlum olur ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mersedes Sprinter markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. 3.4. 06 avqust 2024-cü il tarixli, 8/1049-8/1060 nömrəli rəydə aparılmış tədqiqatdan məlum olduğu kimi "Mersedes Benz" 1828 markalı **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki olmuşdur və sürücünün hərəkətlərində Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 37-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan iş üzrə «Mersedes benz» 1828 markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmış, Mersedes benz» 1828 markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinin uzununa sükan dartqısı dönmə yumruğunun linginə birləşdirən oynaqlı barmaq-yuva birləşməsi maddi sübut kimi tanınaraq saxlanılması üçün maddi sübutların saxlanılma otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Balakən rayon İcra Hakimiyyət Başçısının Tülü kənd İnzibati Dairəsi tərəfindən verilmiş xasiyyətnamadən görünür ki, X19 ailəlidir birinci evliliyindən bir, ikinci evliliyindən isə iki övladı var, yaşadığı yer üzrə müsbət xaraketrizə olunur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Balakən rayon İcra Hakimiyyət Başçısının Tülü kənd İnzibati Dairəsi tərəfindən verilmiş 02 sentyabr 2024cü il tarixli, 669 nömrəli arayışından görünür ki, X4 rayonu, Tülü kəndində yaşayır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X3 tərəfindən məhkəmə tədqim olunmuş 08 oktyabr 2024-cü il tarixli, **********163 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X1 təqsirləndirilən şəxs X14 qarşı heç br şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan iş üzrə Zərərçəkmiş şəxs tərəfindən məhkəmə tədqim olunmuş 08 oktyabr 2024-cü il tarixli, **********165 nömrəli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs X14 qarşı heç br şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Balakən rayon İcra və Probasiya Şöbəsi tərəfindən məhkəməyə təqdim edilməsi üçün ünvanlanmış 08 iyul 2024-cü il tarixli, 947/4 saylı arayışdan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixli, 2(019)-593/2021 saylı icra sənədi üzrə 03 yanvar 2009-cu il təvəllüdlü X12 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 175 manat məbləğində aliment X2 ödəməlidir. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-eti il tarixdə saat 15 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Mürşiid-oba kəndi ərazisindən keçən 31-ci kilometrliyində idarə etdiyi “Mersedes Benz 1828” markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobili sükan idarə etmə sistemini hadisədən əvvəl nasaz vəziyyətdə istismar edərək, Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, mexaniki nəqliyyat vasitəsinin sürücüsü yola düşməzdən qabaq nəqliyyat vasitələrinin istismara buraxılmasında bu Qanunun 1 saylı əlavəsinə uyun olaraq, nəqliyyat vasitəsini texniki cəhətdən sazlığını yoxlamalı və onu yol boyu təmin etməli və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib, idarə etdiyi avtomobil əks hərəkət zolağına çıxaraq qarşıdan gələn X6 idarə etdiyi “Mersedes Sprinter” markalı 90- XY-792 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “Mersedes Sprinter” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilidə olan sərnişin Zərərçəkmiş şəxs baş beyinin əzilməsi ilə müşaiyət olunan üz və burun sümüklərinin çoxsaylı sınıqları, baş və üz nahiyələrinin yumşaq toxumaların şişkinlikləri kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, “Mersedes Sprinter” markalı **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobillin sürücüsü X7 baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşaiyət sol göz ətrafının qançırı, boyun və sol əl nahiyələrinin sıyrıqları, alt çənənin sol şaxəsinin və sol saidin hər iki sümüyünün sınıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alıb ölməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfü axarı zəmnində ilk dəfə ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxs ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətlərinin və tələblərinin olmamasını, himayəsində üç azyaşlı uşaqlarının olmaqla ailənin yeganə qazanc gətirəni olmasını və müsbət səciyyələndirilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzası təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə növündə cəzanın aşağıdakı cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut kimi tanınaraq maddi sübutların saxlanılma otağında saxlanılan “Mersedes benz” 1828 markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinin uzununa sükan dartqısı dönmə yumruğunun linginə birləşdirən oynaqlı barmaqyuva birləşməsi qanuni sahibinə qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış «Mersedes benz» 1828 markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 356 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasın təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq maddi sübutların saxlanılma otağında saxlanılan “Mersedes benz” 1828 markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkərinin uzununa sükan dartqısı dönmə yumruğunun linginə birləşdirən oynaqlı barmaqyuva birləşməsi “Mersedes benz” 1828 markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi (qanuni sahibi) X9 qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış «Mersedes benz» 1828 markalı, **-OF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 356 (üç yüz əlli altı) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X5, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası Xaçmaz rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
HAKİM SƏRXAN SƏMƏDZADƏ