Məhkəmə qərarları › İş №1(067)-56/2020

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-56/2020

03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-56/2020 03.11.2020 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə idarənin birinci instansiya məhkəmələri üzrə şöbsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkən şəxs və mülki iddiaçı “xxxxxxxxx” MMC-nin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə xx xxxxxx 1997-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi ev 44, mənzil 6-da qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə, xx xxxx 1993-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonunun İnili kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi ev 38/25-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib xx xxxx 2019-cu il tarixdə, saat 21 radələrində təmir işləri gördükləri “xxxxxxxxx” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksinin 3 saylı binasının “E” blokunun şaxtasından 1044 manat 80 qəpik dəyərində 160 metr uzunluğunda 3x10 mm2 N2XH markalı və 779 manat 20 qəpik dəyərində 80 metr uzunluğunda 3x16 mm2 N2XH markalı elektrik kabelini, xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində yenədə həmin yaşayış kompleksinin 3 saylı binasının “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsində olan kabel barabanından 1844 manat 15 qəpik dəyərində 77 metr uzunluğunda 1x185 mm2 N2XH markalı elektrik kabelini, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində yenə də həmin yaşayış kompleksinin 3 saylı binasının “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsindən həmin binanın “B1” bloku istiqamətində çəkilmiş 1652 manat 55 qəpik dəyərində 69 metr uzunluğunda 1x185 mm2 N2XH markalı elektrik kabelini və xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində yenə də həmin yaşayış kompleksinin 3 saylı binasının zirzəmisində olan baş paylayıcı lövhədən transformatorun 0.4 kVa BPL-nə quraşdırılan 1855 manat dəyərində ümumi diametri 24,4 mm olmaqla 53 metr uzunluğunda “PRYSMİAN AFUMEX N2XH-J” markalı elektrik kabelini vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq “xxxxxxxxx” MMC-yə xeyli miqdarda, yəni ümumilikdə 7175 manat 70 qəpik məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa o, təkrarən xx xxxxxx 2019-cu il tarixdə, saat 10:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Mərdanov qardaşları küçəsi, 49 nömrəli evə qapını açmaqla qanunsuz daxil olaraq qonaq otağından 500 manat dəyərində bir ədəd 107 diaqonallı “Sony” markalı televizoru, mətbəxdən isə 150 manat dəyərində bir ədəd 72 diaqonallı “LG” markalı televizoru oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa o, təkrarən xx xxxxxx 2020-ci il tarixdə, saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X2 yaşadığı Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, 44 nömrəli evin 3 nömrəli mənzilinə eyvanın pəncərəsini açmaqla qanunsuz daxil olaraq yataq otağında döşəməyə sərilmiş xalçanın altında olan əl dəsmalının içərisindən 1400 manat pulu, digər otaqdakı termonun rəfində olan dəmir qutunun içərisindən isə qəpiklərdən və 1, 5, 10, 20 manatlıq əsginaslardan ibarət 165 manat pulu oğurlamaqla zərər çəkmiş şəxs Valentina Cəfərovaya ümumilikdə 1565 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Məmmədli X4 Cavid Akif oğlu ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib xx xxxx 2019-cu il tarixdə, saat 21 radələrində təmir işləri gördükləri “xxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksinin 3 saylı binasının “E” blokunun şaxtasından 1044 manat 80 qəpik dəyərində 160 metr uzunluğunda 3x10 mm2 N2XH markalı və 779 manat 20 qəpik dəyərində 80 metr uzunluğunda 3x16 mm2 N2XH markalı elektrik kabelini, xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində yenə də həmin yaşayış kompleksinin 3 saylı binasının “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsində olan kabel barabanından 1844 manat 15 qəpik dəyərində 77 metr uzunluğunda 1x185 mm2 N2XH markalı elektrik kabelini, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində yenə də həmin yaşayış kompleksinin 3 saylı binasının “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsindən həmin binanın “B1” bloku istiqamətində çəkilmiş 1652 manat 55 qəpik dəyərində 69 metr uzunluğunda 1x185 mm2 N2XH markalı elektrik kabelini və xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində yenə də həmin yaşayış kompleksinin 3 saylı binasının zirzəmisində olan baş paylayıcı lövhədən transformatorun 0.4 kVa BPL-nə quraşdırılan 1855 manat dəyərində ümumi diametri 24,4 mm olmaqla 53 metr uzunluğunda “PRYSMİAN AFUMEX N2XH-J” markalı elektrik kabelini vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq “xxxxxxxxx” MMC-yə xeyli miqdarda, yəni ümumilikdə 7175 manat 70 qəpik məbləğində maddi ziyan vurmuşlar. Bununla da Təqsirləndirilən şəxs2 Fizulu oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, atası Akif, qardaşı Etibar, babası Niftulla və nənəsi Sara ilə birlikdə Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi ev 44, mənzil 6-da yaşayır. Anası Amaliya isə onun iki yaşı olarkən atasından ayrılmışdır və o, anasının harada yaşadığını bilmir. Təxminən 5 il əvvəl Bakı şəhəri, Keşlə qəsəbəsində yaşayan dostu Tağının evində qonaq olarkən qonşuluqda yaşayan, iş üzrə digər Təqsirləndirilən şəxs2 ilə tanış olmuş və həmin vaxtdan sonra aralarında yaxın münasibət yaranmışdır. Tanışlıqlarından iki il keçdikdən sonra o, Turalın yanında rəngsazlıq işini öyrənmiş və onlar Bakı şəhərində yeni tikilməkdə olan evlərdə təmir işləri apararaq divara suvaq, divar kağızları və boyalar vurmuşlar. 2018-ci ilin payız aylarından başlayaraq onunla Tural birlikdə “xxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576 ünvanında yerləşən hündürmərtəbəli binanın “C” blokunda olan mənzillərdə təmir işləri görmüşlər. Dəqiq tarixi xatırlamır, 2018-ci ilin noyabr ayında o, “C” blokunda yerə atılmış 40-50 sm uzunluqda elektrik kabelləri görüb Turala demişdir ki, həmin kabellərin içində mis var, kabellərin içərisində olan misi satıb gəlir əldə etmək olar. Həmin vaxt onlar təmir işləri apardıqları mənzillərdə olan elektrik kabellərinə toxunmamışlar. 2019-cu ilin iyul ayında o, Turala təklif etmişdir ki, təmir işləri apardıqları binadakı elektrik kabellərindən hissələr kəssinlər və içərisində olan misi çıxarıb satsınlar. Tural onunla razılaşmış və xx xxxx 2019-cu il tarixdə, saat 21 radələrində işlədikləri “E” blokunda olan şaxtadan 160 və 80 metr uzunluğunda elektrik kabellərini kəsib həmin blokda olan 830 nömrəli məzilə aparmışlar və divar kağızlarını kəsməkdə istifadə etdikləri bıçaqla kabelin üst hissəsində olan plastmas üzlüyü, yəni üzərindəki izolyasiyanı kəsərək içərisində olan mis məftilləri çıxarmışlar. Sonra o, çıxardıqları mis məftilləri aparıb Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Türk metal qəbulu” məntəqəsinə satmış, əldə etdiyi pulu da gətirib Turalla bölmüşdür. Əldə etdikləri pulu xərcləyib qutardıqdan sonra Turalla birlikdə işlədikləri blokdan elektrik kabeli oğurlayaraq içərisində olan mis məftilləri çıxarıb satmaq qərarına gəlmişlər. Bu məqsədlə də xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsində olan kabel barabanının bir hissəsindən 38 metr, digər hissəsindən isə 39 metr olmaqla ümumilikdə 77 metr uzunluğunda kabeli kəsib həmin blokda olan 830 nömrəli məzilə aparmışlar və divar kağızlarını kəsməkdə istifadə etdikləri bıçaqla kabelin üst hissəsində olan plastmas üzlüyü kəsərək içərisində olan mis məftilləri çıxarmışlar. Sonra o, çıxardıqları mis məftilləri aparıb Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Türk metal qəbulu” məntəqəsinə satmış, əldə etdiyi pulu da gətirib Turalla bölmüşdür. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 22 radələrində yenə də Turalla birlikdə “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsindən 69 metr uzunluğunda kabeli kəsib həmin blokda olan 830 nömrəli məzilə aparmışlar və divar kağızlarını kəsməkdə istifadə etdikləri bıçaqla kabelin üst hissəsində olan plastmas üzlüyü kəsərək içərisində olan mis məftilləri çıxardıqdan sonra o, çıxardıqları mis məftilləri aparıb Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Türk metal qəbulu” məntəqəsinə satmış, əldə etdiyi pulu da gətirib Turalla bölmüşdür. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Turalla birlikdə “C” blokunun transformatorunda olan 53 metr uzunluğunda kabeli kəsib həmin blokda olan 830 nömrəli məzilə aparmışlar və divar kağızlarını kəsməkdə istifadə etdikləri bıçaqla kabelin üst hissəsində olan plastmas üzlüyü kəsərək içərisində olan mis məftilləri çıxarmışlar. Həmin mis məftilləri də sonradan o, aparıb “Türk metal qəbulu” məntəqəsinə satmalı idi. Lakin xx xxxxxx 2019-cu il tarixdə “C” blokunda işlədikləri zaman polis əməkdaşaları gəlib onları Yasamal RPİ-nin 28-ci PB-nə aparmışlar. Polis bölməsində onlar işlədikləri blokdan elektrik kabellərini oğurlayaraq içərisində olan mis məftilləri çıxarıb satdıqlarını etiraf etmişlər. Bundan başqa, o, Bakı şəhərində yaşayan, iş üzrə Zərərçəkmiş şəxs1 təxminən 11-12 il olar ki, tanıyır. Belə ki, Hüseynin atası Yusif əvvəllər Xaçmaz RPŞ-nin rəis müavini vəzifəsində işləmişdir. Xaçmaz şəhəri, Mərdanov qardaşları küçəsində Hüseyngilə məxsus iki mərtəbəli fərdi yaşayış evi var və Hüseynin atası Yusif evin həyət qapısının açarını onun babası Niftullaya vermişdir ki, gecələr gedib həyətində olan işıqları yandırsın. Bu səbəbdən də axşamlar babası gedib Hüseyngilə məxsus evin həyət qapısını açıb həyətdə olan işıqları yandırdıqdan sonra yenidən qapıları bağlayıb evə gəlmişdir. Evin giriş qapısının açarları isə babasına verilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə, axşam saatlarında evdə olarkən babası Niftulla ilə aralarında mübahisə yaranmış və o, evdən çıxıb bir müddət küçədə gəzmiş, sonradan isə fikirləşmişdir ki, Hüseyngilə məxsus evdə heç kim yaşamır, həmin evə daxil olub gecəni orada qalsın. O, evin arxa tərəfinə gəlib əvvəlcə ətrafa nəzər yetirmiş və tamamilə sakitçilik olduğunu görüb hasarın üstündən keçərək həyətə daxil olmuş, sonra isə evin giriş qapısına yaxınlaşmışdır. Əli ilə qapını itələmiş və bağlı olduğunu görüb pəncərələrə baxmışdır ki, açıq pəncərə olsa oradan içəri daxil olsun. Evin ön tərəfində olan bütün pəncərələr bağlı olduğu üçün o, evlə üzbəüz dayandıqda evin sağ yan tərəfinə gəlmiş və hamamın kiçik ölçüdə olan pəncərəsinin açıq olduğunu görüb həyətdəki pilləkəni gətirib divara söykəyərək üstünə çıxıb əvvəlcə pəncərənin üzərində olan toru kəsmiş, sonra isə həmin yerdən içəri daxil olub arxadan evin giriş qapısını açmışdır. Həmin gün o, heç nəyə toxunmamış və ikinci mərtəbədə pilləkənlə üzbəüz otağa daxil olub elektrik sobasını yandıraraq həmin otaqda olan çarpayının üstünə uzanıb yatmış, xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 10 radələrində isə evin arxa tərəfində olan qapını açıb bayıra çıxmışdır. Həmin gün axşamadək Xaçmaz şəhərində gəzmiş, gecə saat 23-24 radələrində gəlib evin arxa tərəfində olan qapıdan həyətə, daha sonra isə evin giriş qapısından içəri daxil olub yenə də ikinci mərtəbədə olan çarpayının üstünə uzanıb yatmış, xx xxxxxx 2019-cu il tarixdə, səhər saat 10 radələrində isə evin arxa tərəfində olan qapıdan çıxıb getmişdir. Evin giriş qapısını və arxa tərəfdə olan həyət qapısını örtsə də bağlamamışdır. Yenə də bütün günü Xaçmaz şəhərində müxtəlif yerləri gəzmiş, gecə saat 01 radələrində qayıdıb Hüseyngilə məxsus evə gəlmiş və soyuq olduğuna görə ikinci mərtəbədə pilləkəndən sağ tərəfdə olan otağa daxil olub elektrik sobasını stulun üstünə qoyaraq yandırmış və həmin otaqda olan çarpayının üstünə uzanıb yatmışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 09 radələrində yuxudan oyanıb evin arxa tərəfində olan qapıdan küçəyə çıxmış və bir müddət küçədə gəzdikdən sonra pulu olmadığına görə qərara gəlmişdir ki, Hüseyngilə məxsus evin birinci mərtəbəsində olan qonaq otağındakı “SONY” markalı televizoru oğurlayıb satsın. Televizoru kimə satacağını bilməmiş və saat 10:30 radələrində küçədə tanıdığı Bəhramla rastlaşarkən sonuncuya demişdir ki, “məndə bir ədəd SONY markalı televizor var, həmin televizoru verim apar sat, sənə də pul verərəm”. Bəhram onunla razılaşmış və onlar birlikdə Hüseyngilə məxsus evin arxa tərəfinə gəlmişlər və o, evin arxa tərəfində olan həyət qapısını açıb həyətə daxil olmuş, Bəhram da onun arxasınca gəlmişdir. Bəhram əvvəllər onun bir neçə dəfə Hüseyngilə məxsus evə girib-çıxdığını gördüyü üçün ondan heç nə soruşmamış və o, evin giriş qapısını açıb qonaq otağında olan televizoru götürərək gətirib dəhlizdə Bəhrama vermiş, sonuncu da televizoru qucağına alıb aparmışdır. Təxminən iki saat keçdikdən sonra o, Bəhramla görüşmüş və sonuncu onun verdiyi televizoru 90 manata satdığını bildirərək cibindən çıxarıb ona 90 manat pul vermiş, o da həmin pulun 10 manatını qaytarıb Bəhrama vermiş, qalan 80 manatını isə özünə götürmüşdür. Ancaq Bəhram televizoru kimə satması barədə ona heç bir söz deməmiş və ondan ayrılıb getmişdir. Bəhramdan aldığı 80 manat pulu isə sonrakı günlərdə şəxsi ehtiyacları üçün xərcləmişdir. O, Bəhrama satması üçün verdiyi televizoru həmin evdən oğurlaması barədə heç bir söz deməmiş, Bəhram özü də ondan heç nə soruşmamışdır. Ancaq Bəhram onun bir neçə dəfə Hüseyngilə məxsus evə girib-çıxdığını görmüşdür. Bəhram televizoru satmaq məqsədi ilə ondan götürərkən televizorun oğurluq olmasını bilməmişdir. O, Hüseynə məxsus evdən televizorları oğurlamışdır. Bundan başqa, o, 2019-cu ilin axırlarında babası Niftulla onlarla eyni binada birinci mərtəbədə yaşayan Valentina adlı qadından borc olaraq 150 manat pul istəmiş, sonuncu isə babasına pulu olmadığını bildirmişdir. Ancaq o, Valentinanın pulu olduğunu, bilərəkdən babasına pul vermədiyini bilmişdir. xx xxxxxx 2019-cu il tarixdə, günorta saatlarında həyətdə olarkən Valentinanın evinə diqqət yetirmiş və səs gəlmədiyini görüb başa düşmüşdür ki, evdə adam yoxdur. Oğurluq etmək məqsədi ilə Valentinanın evinə daxil olmaq qərarına gəlmiş və küçədə gəzib evin qarşısında sakitçilik yaranmasını gözləmişdir. xx xxxxxx 2020-ci il tarixdə, gecə saat 03 radələrində yaşadığı evin qarşısında sakitçilik yaranmış və o, yaxınlaşıb Valentinanın yaşadığı evin eyvanının pəncərəsini əli ilə itələdikdə pəncərə açılmış və o, pəncərədən içəri daxil olmuşdur. Evin içərisi qaranlıq olduğu üçün o özü ilə gətirdiyi alışqanın fənərini yandırıb otaqları axtarmışdır. Yataq otağını axtararkən döşəməyə sərilmiş xalçanın çarpayının altında olan hissəsinin bir qədər dik olduğunu görüb əli ilə yoxlamış və xalçanın altında bükülü nəyinsə olduğunu hiss edib qaldıranda görmüşdür ki, bükülü vəziyyətdə əl dəsmalı var. O, əl dəsmalını götürüb açmış və içərisində bir ədəd təqaüd kartının, 7 ədəd 100 manatlıq və 14 ədəd 50 manatlıq əsginasların olduğunu görmüşdür. O, təqaüd kartını əl dəsmalına büküb xalçanın altına, 1400 manat pulu isə cibinə qoymuş və həmin otaqdan çıxıb digər otağa gəlmişdir. Gəldiyi otaqda olan termonun alt hissəsindəki qapağı açıb baxanda dəmir qutu olduğunu görmüş və qutunun qapağını açıb baxanda görmüşdür ki, içərisində qəpiklər, 1, 5, 10 və 20 manatlıq əsginaslar var. O, dəmir qutunun içərisində olan 1, 5, 10, 20 manatlıq əsginasları və qəpikləri götürdükdən sonra evin giriş qapısını arxadan açıb bayıra çıxmışdır ki, ondan şübhələnən olmasın, qapının açıq olduğunu görüb evdən oğurluq edəni öz ailələrində axtarsınlar. Bundan sonra o, piyada Xaçmaz şəhəri, Bakı prospektində olan avtomobil dairəsinin yaxınlığına gəlmişdir ki, taksi avtomobillərindən birinə əyləşib Bakı şəhərinə getsin. Xaçmaz şəhəri, Bakı prospektinə gələrkən dəmir qutunun içərisindən götürdüyü qəpikləri və əsginasları saymış, ümumilikdə qəpiklərlə birlikdə 165 manat pul olduğunu görmüşdür. Bakı prospektinə gəldikdən sonra bir qədər orada gözləmiş, sonra isə avtomobillərdən birinə əyləşib Bakı şəhərinə getmişdir. Valentinanın evindən ümumilikdə 1565 manat pul oğurlamış, həmin pulu da sonrakı günlərdə Bakı şəhərində şəxsi ehtiyacları üçün xərcləmişdir. O, yalnız ifadəsində göstərdiyi evlərdən oğurluq etmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 və Valentina Cəfərovaya cinayət nəticəsində vurduğu zərəri ödədiyini, zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-yə cinayət nəticəsində vurduqları zərərdən talanmış elektrik kabellərinə görə öz payına düşən hissədən 1000 manat ödədiyini, mülki iddianı talanmış elektrik kabellərinə görə vurulmuş zərər hissədə qəbul etdiyini, lakin yararsız hala düşmüş elektrik kabellərinə görə vurulmuş zərər hissəsində mülki iddianı qəbul etmədiyini bildirmişdir. Törətdiyi cinayət əməllərinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Cəlilabad rayonunun İnili kəndində qeydiyyatda olsa da, valideynləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Aşıq Qurban küçəsi ev 38/25-də kirayədə yaşayır. Sifariş olduqda fərdi yaşayış evlərində və ya yeni tikilməkdə olan hündürmərtəbəli binalarda təmir işləri aparır. Onlar əvvəllər Bakı şəhəri, Keşlə qəsəbəsində kirayədə yaşamışlar. Xaçmaz şəhərində yaşayan, iş üzrə digər Təqsirləndirilən şəxs1 da təxminən 5 il əvvəl Bakı şəhəri, Keşlə qəsəbəsində yaşayarkən onlarla qonşuluqda yaşamış Tağının evində görüb tanımışdır. Sonradan Cavidlə aralarında yaxın münasibət yaranmış, bir neçə il keçdikdən sonra isə Cavid onun yanında rəngsazlıq işini öyrənmiş və onlar Bakı şəhərində yeni tikilməkdə olan evlərdə təmir işləri apararaq divara suvaq, divar kağızları və boyalar vurmuşlar. 2018-ci ilin payız aylarından başlayaraq Cavidlə birlikdə “xxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576 ünvanında yerləşən hündürmərtəbəli binanın “C” blokunda olan mənzillərdə təmir işləri görmüşlər. Dəqiq tarixi xatırlamır, 2018-ci ilin noyabr ayında “C” blokunda təmir işləri apararkən Cavid yerə atılmış 40-50 sm uzunluqda elektrik kabellərini ona göstərib demişdir ki, həmin kabellərin içində mis var, kabellərin içərisində olan misi satıb gəlir əldə etmək olar. Həmin vaxt onlar təmir işləri apardıqları mənzillərdə olan elektrik kabellərinə toxunmamışlar. 2019-cu ilin iyul ayında Cavid ona təklif etmişdir ki, təmir işləri apardıqları binadakı elektrik kabellərindən hissələr kəssinlər və içərisində olan misi çıxarıb satsınlar. O, Cavidlə razılaşmış və xx xxxx 2019-cu il tarixdə, təxminən saat 21 radələrində işlədikləri “E” blokunda olan şaxtadan 160 və 80 metr uzunluğunda kabelləri kəsib həmin blokda olan 830 nömrəli məzilə aparmışlar və divar kağızlarını kəsməkdə istifadə etdikləri bıçaqla kabelin üst hissəsində olan plastmas üzlüyü, yəni üzərindəki izolyasiyanı kəsərək içərisində olan mis məftilləri çıxarmışlar. Sonra Cavid çıxardıqları mis məftilləri aparıb Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Türk metal qəbulu” məntəqəsinə satmış, əldə etdiyi pulu da gətirib onunla bölmüşdür. Əldə etdikləri pulu xərcləyib qutardıqdan sonra Cavidlə birlikdə işlədikləri blokdan elektrik kabeli oğurlayaraq içərisində olan mis məftilləri çıxarıb satmaq qərarına gəlmişlər. Bu məqsədlə də xx xxxx 2019-cu il tarixdə, saat 22 radələrində “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsində olan kabel barabanının bir hissəsindən 38 metr, digər hissəsindən isə 39 metr olmaqla ümumilikdə 77 metr uzunluğunda elektrik kabelini kəsib həmin blokda olan 830 nömrəli məzilə aparmışlar və divar kağızlarını kəsməkdə istifadə etdikləri bıçaqla kabelin üst hissəsində olan plastmas üzlüyü kəsərək içərisində olan mis məftilləri çıxarmışlar. Sonra Cavid çıxardıqları mis məftilləri aparıb Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Türk metal qəbulu” məntəqəsinə satmış, əldə etdiyi pulu da gətirib onunla bölmüşdür. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 22 radələrində yenə də Cavidlə birlikdə “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsindən 69 metr uzunluğunda kabeli kəsib həmin blokda olan 830 nömrəli məzilə aparmışlar və divar kağızlarını kəsməkdə istifadə etdikləri bıçaqla kabelin üst hissəsində olan plastmas üzlüyü kəsərək içərisində olan mis məftilləri çıxardıqdan sonra Cavid çıxardıqları mis məftilləri aparıb Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Türk metal qəbulu” məntəqəsinə satmış, əldə etdiyi pulu da gətirib onunla bölmüşdür. Sonuncu dəfə xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Cavidlə birlikdə “C” blokunun transformatorunda olan 53 metr uzunluğunda kabeli kəsib həmin blokda olan 830 nömrəli məzilə aparmışlar və divar kağızlarını kəsməkdə istifadə etdikləri bıçaqla kabelin üst hissəsində olan plastmas üzlüyü kəsərək içərisində olan mis məftilləri çıxarmışlar. Həmin mis məftilləri də sonradan Cavid aparıb “Türk metal qəbulu” məntəqəsinə satmalı idi. Lakin xx xxxxxx 2019-cu il tarixdə “C” blokunda işlədikləri zaman polis əməkdaşaları gəlib onları Yasamal RPİ-nin 28-ci PB-nə aparmışlar. Polis bölməsində onlar işlədikləri blokdan elektrik kabellərini oğurlayaraq içərisində olan mis məftilləri çıxarıb satdıqlarını etiraf etmişlər. Zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-yə cinayət nəticəsində vurduqları zərərdən talanmış elektrik kabellərinə görə öz payına düşən hissədən 3600 manat ödədiyini, mülki iddianı talanmış elektrik kabellərinə görə vurulmuş zərər hissədə qəbul etdiyini, lakin yararsız hala düşmüş elektrik kabellərinə görə vurulmuş zərər hissəsində mülki iddianı qəbul etmədiyini bildirmişdir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs və mülki iddiaçı “xxxxxxxxx” MMCnin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, xx xxxxxx 2018-ci il tarixdən “xxxxxxxxx” MMC-də hüquqşünas işləyir. “xxxxxxxxx” MMC sifarişlər olduqda Bakı şəhəri ərazisində hündürmərtəbəli yaşayış binalarının tikintisini həyata keçirir. Təxminən 5-6 il olar ki, “xxxxxxxxx” MMC Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576 ünvanında “Renessans Palace” yaşayış kompleksinin inşasına başlamış, təxminən iki il olar ki, yaşayış kompleksinin tikintisi başa çatmışdır. Yaşayış kompleksinin tikintisi başa çatdıqdan sonra isə təmir işləri başlamışdır. Bakı şəhərində yaşayan Təqsirləndirilən şəxs2 və Xaçmaz şəhərində yaşayan Təqsirləndirilən şəxs1 da 2018-ci ilin axırlarından xx xxxxxx 2019-cu il tarixədək “xxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksində təmir işləri aparmışlar. xx xxxx 2019-cu il tarixdə “xxxxxxxxx” MMC-nin mütəxəssisləri tərəfindən Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksinə baxış keçirilərkən 3 saylı binanın “E” blokunun şaxtasından 160 metr uzunluğunda 3x10 mm2 N2XH markalı və 80 metr uzunluğunda 3x16 mm2 N2XH markalı elektrik kabelinin kəsilərək oğurlandığı aşkar edilərək akt tərtib olunmuşdur. Sonrakı bir neçə gün ərzində sakitçilik olmuş və xx xxxx 2019-cu il tarixdə “xxxxxxxxx” MMC-nin mütəxəssisləri tərəfindən yenidən Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksinə baxış keçirilərkən 3 saylı binanın “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsində olan kabel barabanının bir hissəsindən 38 metr, digər hissəsindən isə 39 metr olmaqla ümumilikdə 77 metr uzunluqda 1x185 mm2 N2XH markalı elektrik kabelinin oğurlanması aşkar edilərək akt tərtib edilmişdir. “Renessans Palace” yaşayış kompleksində elektrik kabelinin oğurlanması davam etdiyi üçün xx xxxx 2019-cu il tarixdə əvvəlcə mühafizənin rəisi Ruslan Rəsulbəyli Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermiş, sonra isə həmin gün o özü Yasamal RPİ-nin 28-ci PB-nə gedib bununla bağlı şikayət ərizəsi yazmışdır. xx xxxxxx 2019-cu il tarixdə “xxxxxxxxx” MMC-nin mütəxəssisləri tərəfindən yenidən Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksinə baxış keçirilmiş, baxış zamanı 3 saylı binanın “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsindən 3 saylı binanın “B1” bloku istiqamətində çəkilmiş 69 metr uzunluğunda 1x185 mm2 N2XH markalı elektrik kabelinin oğurlanması aşkar edilmiş və bu barədə də akt tərtib edilmişdir. Sonuncu dəfə isə xx xxxxxx 2019-cu il tarixdə mühafizəçilər tərəfindən “Renessans Palace” yaşayış kompleksinə baxış keçirilərkən 3 saylı binanın zirzəmisində olan baş paylayıcı lövhədən transformatorun 0,4 kVa BPL-nə quraşdırılmış 53 metr uzunluğunda 1x185 mm2 N2XH-J markalı elektrik kabelinin kəsilərək 3 saylı binanın “C” blokunun 830 nömrəli mənzilinin taxta döşəməsinin altına yığıldığı aşkar edilmiş və bu barədə də akt tərtib edilmişdir. Sonradan məlum olmuşdur ki, “xxxxxxxxx” MMC-nin Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksindən elektrik kabellərini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 kəsərək oğurlamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq cinayəti məqsədi ilə həmin yaşayış kompleksində kabellərin kəsilməsi nəticəsində yaşayış binasına çəkilmiş elektrik kabeli kəsilən yerlərdə istifadəyə yararsız hala düşmüş və hazırda yeni kabellə əvəz olunmuşdur. Təqsirləndirilən şəxslər tərəfindən talanmış elektrik kabellərinə görə zərərçəkmiş “xxxxxxxxx” MMC-yə 7175 manat 70 qəpik, yararsız hala düşmüş elektrik kabellərinə görə isə 31278 manat 30 qəpik məbləğində maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 tərəfindən talanmış elektrik kabellərinə görə 3600 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 tərəfindən isə 1000 manat məbləğində pul ödənilmişdir. Bununla da zərərçəkmiş “xxxxxxxxx” MMC-yə talanmış elektrik kabellərinə görə vurulmuş maddi ziyandan 4600 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanların nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş zərərin əvəzi kimi talanmış elektrik kabellərinə görə 2575 (iki min beş yüz yetmiş beş) manat 70 qəpik məbləğində pulun tutularaq “xxxxxxxxx” MMC-nin xeyrinə ödəməsini, bundan başqa, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş zərərin əvəzi kimi yararsız hala düşmüş elektrik kabellərinə görə 31278 (otuz bir min iki yüz yetmiş səkkiz) manat 30 qəpik məbləğində pulun birgə (müştərək) qaydada tutularaq “xxxxxxxxx” MMC-nin xeyrinə ödəməsini xahiş etmişdir. Məhkəmə iclasındakı çıxışında təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza, Təqsirləndirilən şəxs1 isə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 ifadəsindən müəyyən edilir ki, o, valideyinləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Yeni yaşayış massivi, ünvan 3 ünvanında yaşayır. Atası Yusif əvvəllər Xaçmaz RPŞ-nin rəis müavini işləmişdir. Atası Xaçmaz RPŞ-nin rəis müavini işləyərkən Xaçmaz şəhəri, Mərdanov qardaşları küçəsində 0,06 ha torpaq sahəsi alıb həmin torpaq sahəsidə iki mərtəbəli fərdi yaşayış evi tikdirmişdir. Atası Xaçmaz RPŞ-də işləyərkən onlar ailəliklə Xaçmaz şəhəri, Mərdanov qardaşları küçəsində olan özlərinə məxsus evdə qalmışlar, atası təqaüdə çıxdıqdan sonra isə onlar gedib Bakı şəhərində olan özlərinə məxsus evdə yaşamışlar. Atası xəstə olduğu üçün Xaçmaz şəhərinə gələ bilməmiş, ancaq o özü iki həftədən bir Xaçmaz şəhərinə gəlib bir neçə gün özlərinə məxsus həmin evdə qalmış, sonradan isə qayıdıb Bakı şəhərinə getmişdir. Sonuncu dəfə 2019-cu ilin noyabr ayının axırlarında o, Xaçmaz şəhərində olan özlərinə məxsus həmin evdə olmuş və həmin vaxt bütün əşyaların yerində olduğunu görmuşdür. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 18 radələrində o, Xaçmaz şəhərinə özlərinə məxsus həmin evə gəlmiş və həyət qapısını açıb həyətə daxil olduqdan sonra açarla evin giriş qapısını açmaq istədikdə qapının açıq olduğunu görüb başa düşmüşdür ki, evdə olmadıqları müddətdə kimsə evə daxil olmuşdur. O, evə daxil olub baxanda görmüşdür ki, qonaq otağından bir ədəd 107 diaqonallı “Sony” markalı televizor, mətbəxdən isə bir ədəd 72 diaqonallı “LG” markalı televizor oğurlanıb. Bundan sonra o, telefonla zəng vurub bu barədə Xaçmaz RPŞ-nə məlumat vermişdir. Bir müddət keçdikdən sonra onların evinə polis əməkdaşları gəlmişlər və onun iştirakı ilə evə baxış keçirmişlər. Cinayət işinin məhkəmə hazırlıq iclasında ərizə verərək, işin növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmiş, evlərindən oğurluq etmiş Təqsirləndirilən şəxs1 qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkən şəxs X5 ifadəsində göstərmişdir ki, o, oğlunun ailəsi ilə birlikdə ünvan 5-də yaşayır. Yeni ili qeyd etmək üçün o özu Ukrayna Respublikasına, oğlu isə ailəsi ilə birlikdə Bakı şəhərinə arvadının qohumlarının yanına getmişdir. xx xxxxxx 2020-ci il tarixdə o, Xaçmaz şəhərinə yaşadığı evə gələndə evin dağınıq olduğunu, yataq otağında olan termonun açıldığını, çarpayının üzərində olan döşəyin qaldırıldığını görmüşdür. Özünə məxsus pensiya kartını və pulları saxladığı yerə, yəni döşəməyə sərilmiş xalçanın altına baxanda pensiya kartının yerində olduğunu, lakin pulların orada olmadığını görmüşdür. Bundan sonra digər yataq otağına gedib baxanda görmüşdür ki, nəvələrinin içərisinə pul yığdığı dəmir qutu da termonun rəfində yoxdur. Həmin dəmir qutunun içərisində 165 manat pul olmuşdur. Sonra eyvana gələndə pəncərənin şüşəsinin çıxarıldığını, pəncərənin isə açıq olduğunu görmüşdür. Bu səbəbdən də xx xxxxxx 2020-ci il tarixdə Xaçmaz RPŞ-nə gedib şikayət ərizəsi ilə müraciət etmişdir. Yaşadığı evdən ümumilikdə 1565 manat pul oğurlanmışdır. Hazırda evindən oğurluq etmiş Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmişdir. Onun Təqsirləndirilən şəxs1 qarşı heç bir iddiası və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 təxminən iki il olar ki, tanıyır. xx xxxxxx 2019-cu il tarixdə, təxminən saat 10:30 radələrində Cavid ona zəng vurub görüşmək istədiyini bildirmiş və o, evdən çıxıb Qələbə küçəsinə gələrək Cavidlə görüşmüşdür. Cavid ona təzə televizor aldıqlarını, ona görə də əvvəllər evdə istifadə etdikləri “SONY” markalı televizoru satmaq istədiklərini, almaq istəsə münasib qiymətə ona satacağını bildirdikdə o, Cavidə gətir baxım demiş və onunla birlikdə Xaçmaz şəhəri, Mərdanov qardaşları küçəsi istiqamətində getmişdir. Mərdanov qardaşları küçəsinə çatanda Cavid həmin küçədə yerləşən iki mərtəbəli evin arxa tərəfində olan qapını açıb həyətə daxil olmuş, o özü isə küçədə dayanıb gözləmişdir. O, Cavidin özünün və babasının həmin evə girib-çıxdıqlarını dəfələrlə görmüş, ona görə də elə bilmişdir ki, həmin ev Cavidgilə məxsusdur. Təxminən 15-20 dəqiqə keçdikdən sonra Cavid evdən çıxıb gələndə sonuncunun qucağında televizor gətirdiyini görüb ona tərəf getmiş və gətirdiyi “SONY” markalı televizora baxdıqdan sonra 90 manata ala biləcəyini bildirmişdir. Cavid həmin qiymətə televizoru ona satmağa razılaşmış və o, üstündə pul olmadığını, evdən pul gətirib verəcəyini bildirdikdə Cavid etiraz etməyib televizoru ona vermişdir. O, televizoru aparıb evə qoyduqdan sonra pul götürüb Cavidin olduğu yerə gəlmiş və evdən götürdüyü 90 manat pulu sayıb Cavidə vermişdir. Cavid ondan aldığı pulun 10 manatını geri qaytarıb onun özünə vermiş, 80 manatını isə özünə götürmüşdür. Sonra atası evdə televizor olduğunu, əlavə televizora ehtiyac olmadığını bildirmiş və səhəri gün o, Caviddən aldığı “SONY” markalı televizoru aparıb yaşadığı küçədə çayxana işlədən Səxavət adlı oğlana 105 manata satmışdır. 2020-ci ilin yanvar ayının ortalarında o, Xaçmaz RPŞ-nə dəvət olunanda bilmişdir ki, Cavid ona satdığı “SONY” markalı televizoru başqa evdən oğurlamışdır. O bunu bildikdən sonra gedib Səxavətlə görüşmüş və sonuncuya satdığı televizoru Cavidin başqa evdən oğurlayıb ona satdığını bildirərək aldığı 105 manat pulu Səxavətin özünə qaytarmışdır. Cavid “SONY” markalı televizoru ona satarkən həmin televizorun özlərinə məxsus olduğunu demişdir. Cavidi əvvəlcədən tanımış və Cavidin ona satdığı televizorun özlərinə məxsus olduğunu düşünərək almışdır. Əgər Cavidin həmin televizoru başqa evdən oğurladığını bilsəydi, heç vaxt onunla razılaşıb almazdı. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Xaçmaz şəhər sakini Şahid1 təxminən 15 il, Təqsirləndirilən şəxs1 isə təxminən bir il olar ki, tanıyır. Bəhram Xaçmaz şəhəri, H.Əliyev prospektində işlətdiyi çayxananın yaxınlığında yaşayır, Cavidin isə harada yaşadığını bilməmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində o, çayxanada oturmuş müştərilərə demişdir ki, yaşadığı evdə istifadə etməsi üçün ucuz qiymətə televizor axtarır, kimdə varsa gətirib ona satsın. Həmin vaxt Bəhram da çayxanada olmuş və sonuncu da onun dediyi sözləri eşitmişdir. xx xxxxxx 2019-cu il tarixdə Bəhram onun işlətdiyi çayxanaya gəlib ona özündə bir ədəd “SONY” markalı televizor olduğunu, satmaq istədiyini bildirdikdə o, Bəhramdan televizorun harada olduğunu soruşmuş, sonuncu da ona evdə olduğunu demişdir. O, Bəhrama gətir baxım, xoşuma gəlsə alaram demiş və Bəhram çayxanadan çıxıb getmişdir. Təxminən 15 dəqiqə keçdikdən sonra Bəhram bir ədəd “SONY” markalı televizoru çayxanaya gətirmiş və o, yoxlamaq məqsədi ilə televizoru elektrikə qoşmuşdur. Televizor işləmiş və o, Bəhramdan televizoru haradan aldığını və neçəyə satmaq istədiyini soruşduqda, sonuncu demişdir ki, televizoru tanışından almışdır, 150 manata satır. Ancaq Bəhram həmin televizoru kimdən alması barədə ona heç bir söz deməmişdir. O, Bəhrama televizoru baha qiymətə satdığını bildirdikdə sonuncu televizoru ona 105 manata satmağa razılaşmış, o da Bəhrama 105 manat pul verib televizoru almışdır. 2020-ci ilin yanvar ayında o, Xaçmaz RPŞ-nə dəvət olunanda bilmişdir ki, Bəhramdan aldığı “SONY” markalı televizoru Təqsirləndirilən şəxs1 başqa evdən oğurlayıb Bəhrama, Bəhram da ona satmışdır. O bu barədə bildikdən sonra Bəhramdan aldığı “SONY” markalı televizoru Xaçmaz RPŞ-nə gətirib polis əməkdaşlarına təhvil vermişdir. Sonra Bəhram çayxanaya gəlib ona satdığı televizora görə aldığı 105 manat pulu onun özünə qaytarıb verərək demişdir ki, ona satdığı həmin televizoru Caviddən almış, Cavid özü də həmin televizorun özlərinə məxsus olduğunu demişdir. O, Bəhramdan aldığı “SONY” markalı televizoru Cavidin başqa evdən oğurlayıb Bəhrama satdığını bilsəydi, heç vaxt Bəhramla razılaşıb həmin televizoru almazıdı. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid X3 ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, ev 95 Ada yaşayır. O, Bakı şəhəri, Yasamal rayonu, 2-ci Alatava, Dadaş Bünyadzadə küçəsində yerləşən əlvan metal qəbulu məntəqəsini işlədir. Bir neçə ay əvvəl üzdən tanıdığı iki nəfər şəxs ona yaxınlaşıb mis naqil satmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərdən naqillərin kimə məxsus olduğunu və haradan əldə etdiklərini soruşduqda sonuncular elektrik işlədiklərini, mis naqilləri istifadəyə yararsız kabellərdən əldə etdiklərini bildirmişlər. Sonra həmin şəxslər ondan misin bir kiloqramını hansı qiymətə alacağını soruşmuşlar, o onlara misin bir kiloqramını 8 manat 50 qəpiyə alacağını bildirdikdə onlar onunla razılaşmışlar. Həmin vaxt onun yanına gələndərdən biri demişdir ki, bundan əvvəl mis naqilləri onun işlədiyi yerdən bir qədər aralıda yerləşən türk milliyətindən olan alıcıya satmışdır. Bundan sonra həmin iki nəfər şəxs hər 5-10 gündən bir gətirib ona mis naqil satmışlar. Ümumilikdə o, həmin şəxslərdən 150 kiloqram mis almışdır. Mis naqil alarkən o, hər bir şəxsdən sənəd tələb etmiş, ancaq həmin şəxslərdən şübhələnmədiyi üçün onlardan sənəd tələb etməmişdir. Aldığı 150 kiloqram misə görə o, həmin şəxslərə 1275 manat pul vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə edilən zəng barədə xx.xx.2019-cu il tarixli raportdan və zərərçəkən şəxs “xxxxxxxxx” MMC tərəfindən verilmiş həmin tarixli ərizəndən müəyyən edilir ki, “Renessans Palace” layihəsi üzrə tikilmiş yaşayış binalarından naməlum şəxs və ya şəxslər tərəfindən elektrik kabellərinin kəsilərək, izolyasiyası soyularaq oğurlandığı barədə müraciət olunmuşdur. İş materiallarında olan “Hadisə yerinə baxış keçirmə haqqında” xx xxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-yə məxsus, ünvan 1 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksinin binasındakı otaqlara, binanın şaxtasına baxış keçirilərək kəsilmiş, izolyasiyası soyulmuş elektrik kabelləri olduğu aşkar edilmişdir. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-yə məxsus, ünvan 1 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksinin 3-cü binasının 8-ci mərtəbəsində olan 830 saylı mənzilə baxış keçirilmiş, həmin mənzilin otağında diktin altında elektrik kabellərindən çıxarılaraq topa şəkildə bükülmüş 63 kq çəkidə mis naqillər, digər otağındakı diktin altında kəsilmiş vəziyyətdə olan, ümumi uzunluğu 53 metr təşkil edən elektrik kabelləri aşkar edilmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək - zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-yə məxsus “Renessans Palace” yaşayış kompleksindən elektrik kabellərini Təqsirləndirilən şəxs1lə oğurladıqlarını, hara satdıqlarını və harada gizlətdiklərini əyani olaraq göstərmişdir. İş materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək - zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-yə məxsus “Renessans Palace” yaşayış kompleksindən elektrik kabellərini Təqsirləndirilən şəxs2 ilə oğurladıqlarını, hara satdıqlarını və harada gizlətdiklərini əyani olaraq göstərmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 21356/21357 №-li ekspert rəyindən müəyyən olunur ki, tədqiqata təqdim edilmiş nümunələr əsasında 1 ədəd kabelin orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -qara rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli naqillərdən ibarət, üzərində «PRYSMİAN AFUMEX N2XH-J» «MADE İN TURKEY CC 2016» və digər yazılar olan, ümumi diametri 24,4 mm, qırmızımtıl-sarı rəngli naqillərdən bir ədədinin diametri 2,4 mm olan kabelin istifadə olması nəzərə alınaraq 1 metrinin qiyməti-35,0 manat, 53 metrinin qiyməti-1855,0 manat. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2019-cu il tarixli, 21776 №-li ekspert rəyindən müəyyən olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, Respublika ərazisində fəaliyyət göstərən inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən, tədqiq edilən tədqiqata təqdim edilməyən üç adda elektrik kabellərinin xx xxxxxx 2019-cu il tarixə, qərarın təsviri hissəsində göstərilən və təqdim edilmiş məktubda olan məlumatlara əsasən nəzəri hesablama yolu ilə şərti olaraq respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -160 metr 3x10 mm2 N2XH markalı elektrik kabelinin köhnəlmə faizini nəzərə alaraq 1044,80 manat; -80 metr 3x16 mm2 N2XH markalı elektrik kabelinin köhnəlmə faizini nəzərə alaraq 779,20 manat; -77 metr 1x185 mm2 N2XH markalı elektrik kabelinin köhnəlmə faizini nəzərə alaraq 1844,15 manat; -69 metr 1x185 mm2 N2XH markalı elektrik kabelinin köhnəlmə faizini nəzərə alaraq 1652,55 manat olmaqla təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-yə məxsus yaşayış kompleksindən oğurluqla taladıqları əmlak 7175,70 manat məbləğində olmuşdur. İş materiallarında olan xx xxxxxx 2019-cu il tarixli ərizədən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Xaçmaz RPŞ-nə müraciət edərək ona məxsus Xaçmaz şəhəri, Mərdanov qardaşları küçəsi, 49 nömrəli evdən bir ədəd 107 diaqonallı “Sony” markalı televizorun və bir ədəd 72 diaqonallı “LG” markalı televizorun oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Mərdanov qardaşları küçəsi, 49 nömrəli evə baxış keçirilərək yataq otağında çarpayının üzərindəki yataq dəstinin dağılmış vəziyyətdə, çarpayının yanında stulun üzərinə elektrik qızdırıcı sobanın olması, qonaq otağında və mətbəxdə televizor qoyulması üçün olan iki yerdə televizorların olmaması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin xx xxxxxx 2020-ci il tarixli tədqiqatın nəticəsindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixdə Xaçmaz şəhəri, Mərdanov qardaşları küçəsi ev 49-da baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri DİN-in KTİ-nin AES-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmiş, müqayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədinin xx.xx.1997-ci ildə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin şəhadəd və orta barmaqları ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar edilməmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Əşyanın götürülməsi haqqında” qərardan, həmin tarixli protokoldan və xx xxxxxx 2020-ci il tarixli “Maddi sübutun tanınması barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 məxsus evdən oğurladığı və Şahid2 təqdim etdiyi 01 ədəd “SONY” markalı televizor maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-də saxlanılır. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3579 №-li ekspert rəyindən müəyyən olunur ki, aparılmış ekspert tədqiqatı nəticəsində, tədqiq edilən ekspertizaya təqdim edilməyən istifadə olunmuş 2 ədəd televizorun, xx xxxxxx 2019-cu il tarixə, qərarın təsviri hissəsində göstərilən məlumatlara əsasən fiziki köhnəlməsini nəzərə alaraq respublikadaxili orta bazar satış qiymətləri nəzəri hesablama yolu ilə şərti olaraq aşağıdakı kimi müəyyən edilir: -bir ədəd 107 diaqonallı “Sony” markalı televizor 500,00 manat; -bir ədəd 72 diaqonallı “LG” markalı televizor 150,00 manat olmaqla Zərərçəkmiş şəxs1 məxsus evdən ümumilikdə 650 manat məbləğində əmlakı oğurlamışdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli ərizədən müəyyən olunur ki, zərərçəkmiş şəxs X5 Xaçmaz RPŞ-nə müraciət edərək xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2020-ci il tarixə keçən yaşadığı ünvan 5-dən 1600 manat pulun oğurlanması barədə məlumat vermişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, zərərçəkmiş şəxs X2 yaşadığı ünvan 5 ünvanında baxış keçirilmiş, Valentina Cəfərova pulları saxladığı xalçanın çarpayının alt hissəsinə düşən hissəsini və termonun içərisini göstərərək pullarını həmin yerlərdə saxladığını, hazırda isə oğurlandığını bildirmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Şahid1, Şahid2, X3 və Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Türk metal qəbulu” məntəqəsində işləyən şəxslərin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194-cü maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini və hazırkı cinayət işi üzrə yuxarıda sadalanan digər sənədləri sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində, Təqsirləndirilən şəxs2 Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs1 törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” x xxxx 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndində izah edilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Həmin maddənin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Ali Məhkəmənin yuxarıda qeyd olunan Qərarının 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 11-ci bəndinə görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn,şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeyd hissəsinə əsasən bu Məcəllənin 177-183-cü, habelə 213-3,217,227,232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177-183-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin hər hansı birinin yenidən törədilməsi (bu məcəllənin 16.3-cü maddəsində göstərilən hallar istisna olunmaqla) onların təkrar törədilməsi hesab olunur. İstintaq və məhkəmə təcrübəsində bəzən təkrar oğurluğu vahid davam edən oğurluqdan fərqləndirmək zərurəti yaranır. Vahid davam edən oğurluq eynicinsli olsa da, bir neçə təkrar hərəkətlə törədildiyindən təkrar oğurluğa bənzəyir. Lakin bir sıra obyektiv amillər (vahid davam edən oğurluqda cinayət aktlarının eyni cinsli olması, bir-birindən qısa zaman fasiləsi ilə ayrılması və ümumiyyətlə, vahid cinayətin ayrı-ayrı epizodları olması) və subyektiv amillər (vahid davam edən oğurluqda təqsirkarın özgənin əmlakını qanunsuz və əvəzsiz götürməyə yönəlmiş vahid məqsədi, ayrı-ayrı cinayət aktlarının vahid kriminal niyyətlə əhatə olunması və s.) nəzərə alınmaqla təkrar oğurluq vahid davam edən oğurluqdan fərqləndirilir. Özgəsinin əmlakına qanunsuz yiyələnmə kimi ümumi bir məqsəd daşıyan, təqsirli şəxsin vahid qəsdi ilə əhatə olunan və öz cəminə görə bir cinayət təşkil edən bir sıra eyni cinayətkar hərəkətlərdən ibarət olan özgəsinin əmlakını dəfələrlə qanunsuz talama davam edən qanunsuz talama hesab edilir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib xx xxxx 2019-cu il tarixdə, saat 21 radələrində təmir işləri gördükləri “xxxxxxxxx” MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksinin 3 saylı binasının “E” blokunun şaxtasından 1044 manat 80 qəpik dəyərində 160 metr uzunluğunda 3x10 mm2 N2XH markalı və 779 manat 20 qəpik dəyərində 80 metr uzunluğunda 3x16 mm2 N2XH markalı elektrik kabelini, xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində yenədə həmin yaşayış kompleksinin 3 saylı binasının “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsində olan kabel barabanından 1844 manat 15 qəpik dəyərində 77 metr uzunluğunda 1x185 mm2 N2XH markalı elektrik kabelini, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində yenə də həmin yaşayış kompleksinin 3 saylı binasının “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsindən həmin binanın “B1” bloku istiqamətində çəkilmiş 1652 manat 55 qəpik dəyərində 69 metr uzunluğunda 1x185 mm2 N2XH markalı elektrik kabelini və xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində yenə də həmin yaşayış kompleksinin 3 saylı binasının zirzəmisində olan baş paylayıcı lövhədən transformatorun 0.4 kVa BPL-nə quraşdırılan 1855 manat dəyərində ümumi diametri 24,4 mm olmaqla 53 metr uzunluğunda “PRYSMİAN AFUMEX N2XH-J” markalı elektrik kabelini vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq “xxxxxxxxx” MMC-yə xeyli miqdarda, yəni ümumilikdə 7175 manat 70 qəpik məbləğində maddi ziyan vurmuşlar. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən xx xxxxxx 2019-cu il tarixdə, saat 10:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs1 məxsus Xaçmaz şəhəri, Mərdanov qardaşları küçəsi, 49 nömrəli evə qapını açmaqla qanunsuz daxil olaraq qonaq otağından 500 manat dəyərində bir ədəd 107 diaqonallı “Sony” markalı televizoru, mətbəxdən isə 150 manat dəyərində bir ədəd 72 diaqonallı “LG” markalı televizoru oğurlamaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 650 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən xx xxxxxx 2020-ci il tarixdə, saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə X2 yaşadığı Xaçmaz şəhəri, Səid Qurbanov küçəsi, 44 nömrəli evin 3 nömrəli mənzilinə eyvanın pəncərəsini açmaqla qanunsuz daxil olaraq yataq otağında döşəməyə sərilmiş xalçanın altında olan əl dəsmalının içərisindən 1400 manat pulu, digər otaqdakı termonun rəfində olan dəmir qutunun içərisindən isə qəpiklərdən və 1, 5, 10, 20 manatlıq əsginaslardan ibarət 165 manat pulu oğurlamaqla zərər çəkmiş şəxs Valentina Cəfərovaya ümumilikdə 1565 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı həmçinin müəyyən olundu ki, Məmmədli X4 Cavid Akif oğlu ilə birlikdə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edib xx xxxx 2019-cu il tarixdə, saat 21 radələrində təmir işləri gördükləri “xxxxxxxxx” MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576 ünvanında yerləşən “Renessans Palace” yaşayış kompleksinin 3 saylı binasının “E” blokunun şaxtasından 1044 manat 80 qəpik dəyərində 160 metr uzunluğunda 3x10 mm2 N2XH markalı və 779 manat 20 qəpik dəyərində 80 metr uzunluğunda 3x16 mm2 N2XH markalı elektrik kabelini, xx xxxx 2019-cu il tarixdə saat 22 radələrində yenə də həmin yaşayış kompleksinin 3 saylı binasının “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsində olan kabel barabanından 1844 manat 15 qəpik dəyərində 77 metr uzunluğunda 1x185 mm2 N2XH markalı elektrik kabelini, xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində yenə də həmin yaşayış kompleksinin 3 saylı binasının “C” blokunun zirzəmisinin mənfi iki mərtəbəsindən həmin binanın “B1” bloku istiqamətində çəkilmiş 1652 manat 55 qəpik dəyərində 69 metr uzunluğunda 1x185 mm2 N2XH markalı elektrik kabelini və xx xxxxxx 2019-cu il tarixdə saat 21 radələrində yenə də həmin yaşayış kompleksinin 3 saylı binasının zirzəmisində olan baş paylayıcı lövhədən transformatorun 0.4 kVa BPL-nə quraşdırılan 1855 manat dəyərində ümumi diametri 24,4 mm olmaqla 53 metr uzunluğunda “PRYSMİAN AFUMEX N2XH-J” markalı elektrik kabelini vahid niyyətlə əhatə olunan qəsdlə talayaraq “xxxxxxxxx” MMC-yə xeyli miqdarda, yəni ümumilikdə 7175 manat 70 qəpik məbləğində maddi ziyan vurmuşlar. Bununla da Təqsirləndirilən şəxs2 Fizulu oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Fizulu oğlunun törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Fizulu oğlu isə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barələrində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxslərə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Fizulu oğlu əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 Fizulu oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş zərərçəkən şəxs X2 notarial qaydada təsdiqlənmiş ərizəsindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir iddiası və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkən şəxs Zərərçəkmiş şəxs1 ərizəsindən müəyyən olunur ki, evindən oğurluq etmiş Təqsirləndirilən şəxs1 qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərərçəkən şəxs “xxxxxxxxx” MMC-nin nümayəndəsi tərəfindən verilmiş ərizədən müəyyən edilir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğurluq cinayəti nəticəsində talanmış elektrik kabellərinə görə vurduqları zərərdən məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 1000 (min) manat, Təqsirləndirilən şəxs2 isə 3600 (üç min altı yüz) manat ödəmişlər, zərərin qalan məbləği isə hazıradək ödənilməmişdir. Bundan başqa, zərərçəkən şəxsin nümayəndəsi məhkəmə iclasındakı çıxışında təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini, Təqsirləndirilən şəxs2 isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf edərək cinayət əməllərindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, cinayət əməli nəticəsində zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-yə talanmış elektrik kabellərinə görə vurulmuş zərərdən 1000 manat, yəni cinayət nəticəsində dəymiş ziyanın bir qismini ödəməsini, “xxxxxxxxx” MMC istisna olmaqla digər zərərçəkmiş şəxslərin ona qarşı şikayəti və tələblərinin olmamasını, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayəti etiraf edərək cinayət əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə talanmış elektrik kabellərinə görə vurulmuş zərərdən 3600 manat, yəni cinayət nəticəsində dəymiş ziyanın bir qismini ödəməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin barələrində cəzanı yüngülləşdirən halları, barələrində cəzanı ağırlaşdıran halların olmamasını və təqsirləndirilən şəxlərin cinayət əməllərinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın, Təqsirləndirilən şəxs2 isə Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Belə ki, iş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 hazırkı cinayət işi üzrə cinayət əməllərinin törədilməsində fəal iştirak etmiş, təkrar olaraq üç dəfə oğurluq cinayət əməlini törətmiş, üç şəxsin əmlakını gizli olaraq talamış, iş üzrə digər təqsirləndirilən şəxsə işlədikləri yerdən oğurluq etməyi o təklif etmişdir. Bundan başqa, onun barəsində ibtidai istintaq zamanı başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, işin məhkəmə istintaqı zamanı bir neçə dəfə məhkəmə çağırışlarına gəlməmiş, barəsində məcburi gətirmə, həmçinin axtarış elan olunaraq həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 barəsində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza növünün təyin edilməsi onun islah olunması üçün qənaətbəxş deyildir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan və “Müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan (Yasamal RPİ), “Şübhəli şəxsin tutulması haqqında” xx xxxxxx 2020-ci il tarixli protokoldan (Xaçmaz RPŞ), Xaçmaz rayon məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(067)-4/2020 saylı qərarından və xx.xx.2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 04 (dörd) gün müddət tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 04 (dörd) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan Xaçmaz rayon məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 1(067)-56/2020 saylı axtarış elan edilməsi və barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair qərarından, “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan və istintaq təcridxanasının məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2020-ci il tarixdə tutularaq saxlanması üçün istintaq təcridxanasına təhvil verilmişdir. Odur ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə digər Təqsirləndirilən şəxs2 ilə bağlı isə qeyd edir ki, Təqsirləndirilən şəxs2 hazırkı cinayət işində bir cinayət hadisəsi üzrə ittiham olunur və həmin cinayət əməlini Təqsirləndirilən şəxs1 təklifi ilə törətmişdir. Bundan əlavə o, cinayət nəticəsində zərərçəkmiş şəxsə bilavasitə (talanmış elektrik kabellərinə görə) vurulmuş ziyan olan 7175 manat 70 qəpik məbləğində pulun 3600 manat hissəsini, yəni yarısından çox hissəsini ödəməklə həmin ziyandan özünə aid hissəni tam şəkildə ödəmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs2 barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin olunmasını onun islah olunması üçün qənaətbəxş hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə görə: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx xxxxxx 2019-cu il tarixli protokoldan və “Müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi haqqında” xx xxxxxx 2019-cu il tarixli qərardan (Yasamal RPİ) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı 02 (iki) gün müddət tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutularaq saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq, 04 (dörd) gün ona təyin olunacaq cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzasının icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cəzanın icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərardan (Xaçmaz RPŞ) müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilməməlidir. İş üzrə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Maddi sübutun tanınması barədə” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs1 evindən oğurladığı 107 diaqonallı, “SONY” markalı 01 ədəd televizor Xaçmaz RPŞ-də saxlanılır. Odur ki, iş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, 107 diaqonallı, “SONY” markalı 01 ədəd televizor hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 226 (iki yüz iyirmi altı) manat 30 qəpik məbləğində pul vəsaitinin 176 (yüz yetmiş altı) manat 30 qəpik məbləği təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə (müştərək) qaydada, 50 (əlli) manat məbləği isə Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Məhkəmə mülki iddia ilə bağlı olaraq qeyd edir ki, mülki iddia qismən təmin olunmalıdır. Belə ki, zərərçəkəmiş şəxs və mülki iddiaçı “xxxxxxxxx” MMC Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vurulmuş zərərin əvəzi kimi talanmış elektrik kabellərinə görə 7175 (yeddi min yüz yetmiş beş) manat 70 qəpik və yararsız hala düşmüş elektrik kabellərinə görə isə 31278 (otuz bir min iki yüz yetmiş səkkiz) manat 30 qəpik məbləğində pul vəsaitinin “xxxxxxxxx” MMC-nin xeyrinə tutulmasını xahiş etmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs “xxxxxxxxx” MMC-yə məxsus “Renessans Palace” yaşayış kompleksinin 3 saylı binasında olan elektrik kabellərini müxtəlif vaxtlarda hissə-hissə kəsərək bir qismini gizli olaraq talamışlar. Bununla da onların kəsməklə taladıqları elektrik kabellərinin qalan hissəsi yararsız hala düşmüşdür. İş materiallarında olan xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 və xx.xx.2019-cu il tarixli aktlar, Azərbaycan respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il, xx.xx.2019-cu il tarixli (talanmış elektrik kabelləri) və xx xxxxxx 2020-ci il tarixli 419 №-li (yararsız hala düşmüş elektrik kabelləri) rəyləri tədqiq edilərək müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxs və mülki iddiaçı “xxxxxxxxx” MMC-dən gizli yolla taladıqları elektrik kabellərinin ümumilkdə dəyəri 7175 (yeddi min yüz yetmiş beş) manat 70 qəpik, talamaları nəticəsində yarasız hala düşmüş elektrik kabellərinin dəyəri isə 31278 (otuz bir min iki yüz yetmiş səkkiz) manat 30 qəpik təşkil etmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 419 №-li rəydən (yararsız hala düşmüş elektrik kabelləri) müəyyən edilir ki, aparılmış ekspert tədqiqatı nəticəsində Respublika ərazisində fəaliyyət göstərən inşaat materiallarının satışı məntəqələrində mövcud olan qiymətlərə əsasən tədqiq edilən tədqiqata təqdim edilməyən üç adda elektrik kabellərinin xx xxxx 2019-cu il tarixə, köhnəlmə faizi nəzərə alınaraq, təqdim edilmiş məktub və arayışda olan məlumatlara əsasən nəzəri hesablama yolu ilə şərti olaraq respublikadaxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: -2000 metr 3x10 mm2 N2XH markalı elektrik kabeli 13060,00 manat; -1000 metr 3x16 mm2 N2XH markalı elektrik kabeli 9740,00 manat; -354 metr 1x185 mm2 N2XH markalı elektrik kabeli 8478,30 manat. Məhkəmə iclasında mülki iddiaçı “xxxxxxxxx” MMC-nin nümayəndəsi çıxış edərək bildirmişdir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 tərəfindən talanmış elektrik kabellərinə görə mülki iddiaçıya 3600 manat məbləğində pul, Təqsirləndirilən şəxs1 tərəfindən isə talanmış elektrik kabellərinə görə 1000 manat məbləğində pul ödənilmişdir. Bununla da “xxxxxxxxx” MMC-yə talanmış elektrik kabellərinə görə vurulmuş maddi ziyandan 4600 manat məbləğində pul ödənilmişdir. Qeyd olunanların nəzərə alınaraq, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş zərərin əvəzi kimi talanmış elektrik kabellərinə görə 2575 (iki min beş yüz yetmiş beş) manat 70 qəpik məbləğində pulun tutularaq “xxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsini, bundan başqa Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş zərərin əvəzi kimi yararsız hala düşmüş elektrik kabellərinə görə 31278 (otuz bir min iki yüz yetmiş səkkiz) manat 30 qəpik məbləğində pul birgə (müştərək) qaydada tutularaq “xxxxxxxxx” MMC-nin xeyrinə ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin edilərək, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş zərərin əvəzi kimi talanmış elektrik kabellərinə görə 2575 (iki min beş yüz yetmiş beş) manat 70 qəpik məbləğində pul, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş zərərin əvəzi kimi yararsız hala düşmüş elektrik kabellərinə görə 31278 (otuz bir min iki yüz yetmiş səkkiz) manat 30 qəpik məbləğində pul birgə (müştərək) qaydada tutularaq “xxxxxxxxx” MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 04 (dörd) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu müddət, yəni 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün olmaqla hesablanaraq 04 (dörd) gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Cəzasının əvvəli cəzasını icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzasının icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddia qismən təmin edilsin: 1.Təqsirləndirilən şəxs1 cinayət nəticəsində vurulmuş zərərin əvəzi kimi talanmış elektrik kabellərinə görə 2575 (iki min beş yüz yetmiş beş) manat 70 qəpik məbləğində pul tutularaq “xxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin;

2. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət nəticəsində vurulmuş zərərin əvəzi kimi yararsız hala düşmüş elektrik kabellərinə görə 31278 (otuz bir min iki yüz yetmiş səkkiz) manat 30 qəpik məbləğində pul birgə (müştərək) qaydada tutularaq “xxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-də saxlanılan, 107 diaqonallı, “SONY” markalı 01 ədəd televizor hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 226 (iki yüz iyirmi altı) manat 30 qəpik məbləğində pul vəsaitinin 176 (yüz yetmiş altı) manat 30 qəpik məbləği təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 birgə (müştərək) qaydada, 50 (əlli) manat məbləği isə Təqsirləndirilən şəxs1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, Dövlət Xəzinədarlığı Agentliyi, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar