Məhkəmə qərarları › İş №1(067)-56/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-56/2022

17.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-56/2022 17.05.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, 12 avqust 1995-ci il tarixdə Xaçmaz rayonu, Qədmalıqışlaq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, himayəsində azyaşlı uşağı olan, Xaçmaz rayonu, Qədmalıqışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 iyul 2021ci il tarixdə saat 13:57-də etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən 18-ci kilometrliyində yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə 60 km/saat sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq sola və ya geriyə dönərkən eyni əhəmiyyətli yolda qarşı tərəfdən düzünə və ya sağa hərəkət edən nəqliyyat vasitələrinə yol verməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməmiş, hərəkəti istiqamətində sol tərəfə, yəni Xaçmaz rayonu, Çarxı kəndinə dönmək üçün avtomobilin sürətini 20-30 km/saata qədər azaldıb sola dönmə işığını qoşaraq sola dönmə manevri edərək qarşı yola çıxmış və qarşıdan əks istiqamətdə 60 km/saat sürətlə hərəkətdə olan sürücü Şahid1 idarə etdiyi “Hyundai Azera” markalı, **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi onun idarə etdiyi avtomobilin sağ qabaq qanad hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan “VAZ-2101” markalı avtomobildə olan sərnişin X2 baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşayiət olunmuş kəllə qapağı (sağ təpə) sümüklərinin açıq, çoxqəlpəli basılmış sınığı, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alt dodağın selikli qişasına qansızma kimi dərəcəsinə görə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran bədən xəsarətləri alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək göstərdi ki, 03 oktyabr 2018-ci il tarixdən “BC” kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yol-nəqliyyat hadisəsi törətməmişdir. Sürücülük hüququndan məhrum olunmamışdır. X3 mülkiyyətində olan “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili 16 may 2021-ci il tarixdən baş etibarnamə əsasında idarə edir. 29 iyul 2021-ci il tarixdə saat 13:57-də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ-2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə 60 km/saat sürətlə Gəndob istiqamətində düzünə hərəkət edərkən avtomobilində yük olmasa da, üç nəfər sərnişin olmuşdur. X5 avtomobilin salonunda qabaq sağ oturacaqda, Şahid2 arxa oturacağın sol tərəfində, X6 isə arxa oturacağın sağ tərəfində əyləşmişdir. Yolun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən 18-ci kilometrliyində hərəkətdə olarkən hərəkəti istiqamətində sol tərəfə, yəni Xaçmaz rayonu Çarxı kəndinə dönməli olmuş, bu məqsədlə idarə etdiyi avtomobilin sürətini 20-30 km/saata qədər azaldaraq sola dönmə işığını qoşmuşdur. Həmin vaxt qarşıda hərəkət edən, sola dönmə işığı yanan qara rəngli markasına və dövlət qeydiyyat nişanına fikir vermədiyi başqa bir minik avtomobili də sol tərəfə dönməkdə olmuşdur. Qarşısındakı avtomobilin sürücüsü qarşıdan əks istiqamətdən, yəni Gəndob istiqamətindən yolun Yalama istiqamətindəki hərəkət hissə ilə Yalama istiqamətində hərəkət edən avtomobillərin gəlib keçməyini, yolun Yalama istiqamətindəki hərəkət hissəsinin boşalmağını gözləmiş və əks istiqamətdən gələn avtomobillərin uzaqda olduğunu görüb sola dönmüşdür. O, da yolun əks istiqamətinə, yəni yolun Yalama istiqamətindəki hərəkət hissəsinə nəzər salanda ağ rəngli “Hyundai” markalı avtomobilin Gəndob istiqamətindən gəldiyini görsə də, həmin avtomobilin uzaqda olduğunu və o, avtomobil çatana qədər sol tərəfə dönə biləcəyini zənn etmişdir. Buna görə də idarə etdiyi avtomobilin sükanını sol tərəfə burmaqla avtomobili sol tərəfə doğru döndərməyə başlamış və sonradan “Hyundai” markalı avtomobillə toqquşmadan yayınmaq üçün ayağını tormoza atmışdır. Buna baxmayaraq idarə etdiyi “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qanad hissəsi ilə sonradan adını bildiyi sürücü Şahid1 idarə etdiyi “Hyundai” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi arasında yolun Yalama istiqamətində sağ kənarında toqquşma baş vermiş və toqquşmadan sonra hər iki avtomobil idarəetmədən çıxmış vəziyyətdə yolun sağ kənarındakı su arxına düşmüşdür. Bundan sonra yaxınlıqdakı tanımadıqları şəxslərin köməkliyi ilə hər iki avtomobildə olan şəxslər avtomobillərdən düşürülmüşdür. O, avtomobildən düşəndən sonra görmüşdür ki, baş, kürək və sinə nahiyələrindən xəsarət almışdır. Hadisə yerində olarkən ona məlum olmuşdur ki, hadisə nəticəsində idarə etdiyi “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X5 ölmüş, avtomobilində olan digər sərnişinlər, eləcə də “Hyundai” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 və həmin avtomobildə olan, adlarını bilmədiyi sərnişinlər xəsarət almışlar. Odur ki, o da daxil olmaqla hadisə zamanı xəsarət almış bütün şəxsləri hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri ilkin tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparmışlar. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, hadisə zamanı onun diqqətini yol şəraitindən yayındıran hər-hansı bir səbəb və səhhəti ilə bağlı heç bir problem olmamış, hadisə vaxtı yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, quru, hamar, asfalt-beton olmuşdur. Onun sürücülük vəsiqəsi var, 2 il 9 aydır ki, sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir və hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, o, 2005-ci ildə X7 ilə ailə qurmuş, həmin nikahdan üç övladı dünyaya gəlmiş, iki oğlu, bir qızı var. İlk övladı – mərhum X5 07 iyul 2006-cı il təvəllüdlü olmaqla, subay, natamam orta təhsilli idi və onunla eyni ünvanda yaşamışdır. İkinci övladı X4 20 aprel 2008-ci il təvəllüdlü olmaqla 8-ci sinif şagirdidir, onunla eyni ünvanda yaşayır. Üçüncü övladı X9 12 aprel 2012-ci il təvəllüdlüolmaqla 4-cü sinif şagirdidir, onunla eyni ünvanda yaşayır. Mərhum oğlu Hidayət Piriverdiyev yaşadığı Alıcqışlaq kənd orta məktəbində 9-cu sinfə qədər təhsil almış, 2021-ci ilin iyun ayında 9 illik təhsil barədə şəhadətnaməsini alaraq məktəbdən çıxmışdır. Hidayət məktəbdən çıxandan sonra dülgər işində və fərdi təsərrüfatlardakı digər işlərdə ona kömək etmişdir. Mərhum oğlu Hidayət fiziki cəhətdən tam sağlam olmuş, heç bir xəstəlikdən əziyyət çəkməmişdir. 29 iyul 2021-ci il tarixdə saat 15 radələrində yaşadığı evin həyətində işləyərkən ona xəbər verilmişdir ki, təxminən bir saat əvvəl Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən 18-ci kilometrliyində qardaşı Emil Piriverdiyev yol-nəqliyyat hadisəsi törətmiş, Xaçmaz rayon mərkəzi xəstəxanasındadır. O, bu məlumatı alan kimi Xaçmaz rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanaya çatandan sonra bilmişdir ki, qardaşı Emil heç bir hadisə törətməmiş, ona qorxub həyəcanlanmasın deyə bu barədə yalnış məlumat verilibdir. Amma xəstəxanada ona məlum olmuşdur ki, 29 iyul 2021-ci il tarixdə saat 13:57-də Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən 18-ci kilometrliyində oğlu X1 olduğu, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ- 2101” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə sürücü Şahid1 idarə etdiyi “Hyundai Azera” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin olan oğlu X5 ölmüş, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs, eləcə də həmin avtomobildə olan digər sərnişinlər – Şahid2 və X6, “Hyundai Azera” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1, həmin avtomobildə olan dörd nəfər sərnişin xəsarət almışdır. Mərhum oğlu Hidayət Piriverdiyevin meyiti “Məhkəmə-tibb ekspertizası və Patoloji Anatomiya” Birliyinin Xaçmaz rayon şöbəsinin meyitxanasında məhkəmə tibbi müayinədən keçirildikdən sonra dəfn edilməsi üçün onlara təhvil verilmişdir. Hidayətin cənazəsini 29 iyul 2021-ci il tarixdə saat 18 radələrində yaşadığı Xaçmaz rayonu Alıcqışlaq kənd qəbiristanlığında el adətinə uyğun dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 29 iyul 2021-ci il tarixdə saat 13:57-də sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ-2101” markalı **-BB- *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə düzünə hərəkət etmişlər. Avtomobildə o, da daxil olmaqla üç nəfər sərnişin olmuşdur. X5 avtomobilin salonunda qabaq sağ oturacaqda, o, arxa oturacağın sol tərəfində, X6 isə arxa oturacağın sağ tərəfində əyləşmişdir. Yolun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən 18-ci kilometrliyində hərəkətdə olarkən hərəkət etdikləri istiqamətdə sol tərəfə, yəni Xaçmaz rayonu Çarxı kəndinə dönməli olmuşlar. Bu məqsədlə Əmrağa idarə etdiyi avtomobilin sürətini azaldaraq sola dönmə işığını qoşmuşdur. Həmin vaxt qarşılarında hərəkət edən, sola dönmə işığı yanan qara rəngli markasını və dövlət qeydiyyat nişanını bilmədiyi başqa bir minik avtomobili də sol tərəfə dönməkdə olmuşdur. Qarşıdakı avtomobilin sürücüsü qarşıdan əks istiqamətdən, yəni Gəndob istiqamətindən yolun Yalama istiqamətindəki hərəkət hissə ilə Yalama istiqamətində hərəkət edən avtomobillərin gəlib keçməyini, yolun Yalama istiqamətindəki hərəkət hissəsinin boşalmağını gözləmiş və əks istiqamətdən gələn avtomobillərin uzaqda olduğunu görüb sola dönmüşdür. Həmin vaxt əks istiqamətdən yolun Yalama istiqamətindəki hərəkət hissəsi ilə ağ rəngli markasını bilmədiyi bir avtomobil gəlsə də, Əmrağa həmin avtomobil çatana qədər sol tərəfə dönə biləcəyini zənn edib idarə etdiyi avtomobilin sükanını sol tərəfə burmaqla avtomobili sol tərəfə doğru manevr etdirərək sürəti artırmışdır. Belə olan halda sərnişini olduğu “VAZ-2101” markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan hissəsi ilə sonradan adını bildiyi sürücü Şahid1 idarə etdiyi “Hyundai” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı həmin ağ rəngli avtomobilin qabaq sol tərəfi arasında toqquşma baş vermiş və toqquşmadan sonra hər iki avtomobil idarəetmədən çıxmış vəziyyətdə yolun sağ kənarındakı su arxına düşmüşdür. Bundan sonra yaxınlıqdakı tanımadığı şəxslərin köməkliyi ilə hər iki avtomobildə olan şəxslər avtomobillərdən düşürülmüşdür. Onlar avtomobildən düşəndən sonra görmüşdür ki, Əmrağa da, Şəbinə də, o da bədən xəsarətləri almışlar. Hadisə yerində olarkən ona məlum olmuşdur ki, hadisə nəticəsində “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan digər sərnişin X5 ölmüşdür. Onları isə hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri ilkin tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş Şahid4 ifadəsindən görünür ki, 29 iyul 2021-ci il tarixdə saat 13:57-də qohumu Şahid1 idarə etdiyi “Hyundai Azera” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Yalama istiqamətindəki hərəkət hissəsi ilə Yalama istiqamətində düzünə hərəkət etmişlər. Avtomobildə yük olmasa da, o, da daxil olmaqla dörd nəfər sərnişin olmuşdur. Qohumu Şahid3 avtomobilin salonunda qabaq sağ oturacaqda, o, arxa oturacağın sağ tərəfində, azyaşlı qızı Şahid5 arxa oturacağın sol tərəfində, azyaşlı oğlu Şahid6 isə arxa oturacağın orta hissəsində əyləşmişdir. Yolun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən 18-ci kilometrliyində hərəkətdə olarkən əks istiqamətdən, yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə hərəkət edən “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun bərabərindən ötüb keçmələrinə çox az məsafə qalmış qəfildən gözləmədiyi halda sol tərəfə dönmüşdür. Belə olan halda həmin “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qanad hissəsi ilə onun sərnişini olduğu “Hyundai Azera” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi arasında yolun Yalama istiqamətində sağ kənarında toqquşma baş vermiş və toqquşmadan sonra hər iki avtomobil idarəetmədən çıxmış vəziyyətdə yolun sağ kənarındakı su arxına düşmüşdür. Bundan sonra yaxınlıqdakı tanımadıqları şəxslərin köməkliyi ilə hər iki avtomobildə olan şəxslər avtomobillərdən düşürülmüşdür. Avtomobildən düşəndən sonra görmüşdür ki, o, da daxil olmaqla hər iki avtomobildə olan şəxslər müxtəlif bədən xəsarətləri almışlar. Odur ki, “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmaqla hadisə zamanı xəsarət almış şəxsləri hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri ilkin tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə zamanı xəsarət alsalar da onları qohumları yaşadıqları Şabran şəhərinə aparmışlar. Bir neçə saatdan sonra bilmişlər ki, “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan, hadisə zamanı xəsarət almış şəxslərdən biri – X5 aldığı xəsarətlər səbəbindən ölmüşdür. O, həmin gün Şabran rayon mərkəzi xəstəxanasına müraciət etsə də, hadisə zamanı xəsarət almış qohumları və övladları ev şəraitində müalicə olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, o, 29 iyul 2021-ci il tarixdə saat 13:57-də oğlu Şahid1 idarə etdiyi “Hyundai Azera” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama avtomobil yolunun Yalama istiqamətindəki hərəkət hissəsi ilə Yalama istiqamətində 60 km/saat sürətlə düzünə hərəkət etmişlər. Avtomobildə yük olmasa da, o da daxil olmaqla dörd nəfər sərnişin olmuşdur. O, avtomobilin salonunda qabaq sağ oturacaqda, qohumu Şahid4 arxa oturacağın sağ tərəfində, Səcarənin azyaşlı qızı Şahid5 arxa oturacağın sol tərəfində, Səcarənin azyaşlı oğlu Şahid6 isə arxa oturacağın orta hissəsində əyləşmişdir. Yolun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən 18-ci kilometrliyində hərəkətdə olarkən əks istiqamətdən, yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə eyni istiqamətdə hərəkət edən “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil onun bərabərindən ötüb keçmələrinə çox az məsafə qalmış qəflətən gözləmədiyi halda sol tərəfə dönmüşdür. Belə olan halda həmin “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qanad hissəsi ilə sərnişini olduğu “Hyundai Azera” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol tərəfi arasında yolun Yalama istiqamətində sağ kənarında toqquşma baş vermiş və toqquşmadan sonra hər iki avtomobil idarəetmədən çıxmış vəziyyətdə yolun sağ kənarındakı su arxına düşmüşdür. Bundan sonra yaxınlıqdakı tanımadığı şəxslərin köməkliyi ilə hər iki avtomobildə olan şəxslər avtomobillərdən düşürülmüşdür. Avtomobildən düşəndən sonra görmüşdür ki, o, da daxil olmaqla hər iki avtomobildə olan şəxslər müxtəlif bədən xəsarətləri almışlar. Odur ki, “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmaqla hadisə zamanı xəsarət almış şəxsləri hadisə yerinə gəlmiş təcili tibbi yardım briqadasının həkimləri ilkin tibbi yardım göstərilməsi üçün təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə zamanı xəsarət alsalar da onları qohumları yaşadıqları Şabran şəhərinə aparmışlar. Bir neçə saatdan sonra bilmişlər ki, “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan, hadisə zamanı xəsarət almış şəxslərdən biri – X5 aldığı xəsarətlər səbəbindən ölmüşdür. Qohumu Səcarə həmin gün Şabran rayon mərkəzi xəstəxanasına müraciət etsə də, onlar ev şəraitində müalicə olunmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş yetkinlik yaşma çatmayan Şahid6 ifadəsindən görünür ki, 29 iyul 2021-ci il tarixdə günorta qohumu Şahid1 idarə etdiyi “Hyundai” markalı avtomobillə Gəndob-Yalama yolunun Yalama istiqamətindəki hərəkət hissəsi ilə Yalama istiqamətində düzünə hərəkət etmişlər. Sürücü Hikmətin anası Sevinc avtomobilin salonunda qabaq sağ oturacaqda, anası Səcarə arxa sağ oturacağın sağ tərəfində, bacısı Yağmur arxa oturacağın sol tərəfində, o, arxa oturacağın orta hissəsində oturmuşdur. Yolun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən əks istiqamətdən gələn “VAZ-2101” markalı avtomobil onun yanından ötüb keçməklərinə çox az məsafə qalmış qəflətən gözlənilmədən sol tərəfə dönmüşdür. Belə olan halda həmin “VAZ-2101” markalı avtomobilin qabaq sağ hissəsi ilə sərnişini olduğu “Hyundai” markalı avtomobilin qabaq sol tərəfi arasında yolun Yalama istiqamətində sağ kənarında toqqşuşma baş vermişdir və toqquşmadan sonra hər iki avtomobil yolun sağ kənarındakı su arxına düşmüşdür. Bundan sonra yaxınlıqdakı tanımadıqları şəxslərin köməkliyi ilə hər iki avtomobildə olan şəxslər avtomobillərdən düşürülmüşdür. Avtomobildən düşəndən sonra görmüşdür ki, o da daxil olmaqla hər iki avtomobildə olan şəxslər xəsarət almışlar. “VAZ- 2101” markalı avtomobildə olmaqla hadisə zamanı xəsarət almış şəxsləri hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə ilkin yardım göstərilməsi üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə zamanı xəsarət alsalar da onları hadisə yerinə gəlmiş qohumları yaşadıqları Şabran şəhərinə aparmışlar. Valideynlərinin söhbəti zamanı eşitmişdir ki, “VAZ-2101” markalı avtomobildə olmaqla hadisə zamanı xəsarət almış şəxslərdən biri – Hidayət adlı oğlan ölmüşdür. Anası Səcarə həmin gün Şabran rayon mərkəzi xəstəxanasına müraciət etsə də, onlar ev şəraitində müalicə olunmuşlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqında elan olunaraq tədqiq edilmiş yetkinlik yaşma çatmayan Şahid5 göstərmişdir ki, 29 iyul 2021-ci il tarixdə günorta qohumu Şahid1 idarə etdiyi “Hyundai” markalı avtomobillə Gəndob-Yalama yolunun Yalama istiqamətindəki hərəkət hissəsi ilə Yalama istiqamətində düzünə hərəkət etmişlər. Sürücü Hikmətin anası Sevinc avtomobilin salonunda qabaq sağ oturacaqda, anası Səcarə arxa sağ oturacağın sag tərəfində, o, arxa oturacağın sol tərəfində, qardaşı Əlihyedər arxa oturacağın orta hissəsində oturmuşdur. Yolun Xaçmaz rayonu Çarxı kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən əks istiqamətdən gələn “VAZ-2101” markaı avtomobil onun yanından ötüb keçmələrinə çox az məsafə qalmış qəflətən gözlənilmədən sol tərəfə dönmüşdür. Belə olan halda həmin “VAZ-2101” markalı avtomobilin qabaq sağ hissəsi ilə sərnişini olduğu “Hyundai” markalı avtomobilin qabaq sol tərəfi arasında yolun Yalama istiqamətində sağ kənarında toqquşma baş vermişdir və toqquşmadan sonra hər iki avtomobil yolun sağ kənarındakı su arxına düşmüşdür. Bundan sonra yaxınlıqdakı tanımadıqları şəxslərin köməkliyi ilə hər iki avtomobildə olan şəxslər avtomobillərdən düşürülmüşdür. Avtomobildən düşəndən sonra görmüşdür ki, o da daxil olmaqla hər iki avtomobildə olan şəxslər xəsarət almışlar. “VAZ-2101” markalı avtomobildə olmaqla hadisə zamanı xəsarət almış şəxsləri hadisə yerinə gəlmiş təcili tibbi yardım avtomobili ilə yardım göstərilməsi üçün Xaçmaz rayon mərkəzi xəstəxanasına aparmışlar. Hadisə zamanı xəsarət alsalar da onları hadisə yerinə gəlmiş qohumları yaşadıqları Şabran şəhərinə aparmışlar. Valideynlərinin söhbəti zamanı eşitmişdir ki, “VAZ-2101” markalı avtomobildə olmaqla hadisə zamanı xəsarət almış şəxslərdən biri – Hidayət adlı oğlan ölmüşdür. Anası Səcarə həmin gün Şabran rayon mərkəzi xəstəxanasına müraciət etsə də, onlar ev şəraitində müalicə olunmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində göstərdi ki, 29 iyul 2021-ci il tarixdə idarə etdiyi “Hyundai Azera” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şabrandan Xaçmaz rayon istiqamətində hərəkət etmişdir. Çarxı ətrafındakı radarı 2 metr keçdikdəndən sonra qarşısından bir nəqliyyat vasitəsi dönərək onun qarşısına girmişdir. Ondan sonra nə baş verməsi yadında qalmamışdır. Avtomobillər toqquşandan sonra kanala gedib girmişdir. Hadisə yeri radarı keçəndən sonra beş metr məsafədə yerləşir. Həmin radarın 90 km/saat üçün nəzərdə tutulmuş radar olduğunu və həmin vaxt da onun radara uyğun olaraq sürəti 85-86 km/saat olmuşdur. Hadisə onun öz yolu ilə getdiyi zaman 3-4 metr qalmış həmin nəqliyyat vasitəsi burularaq onun qarşısına çıxmışdır. Həmin vaxt hər hansı bir xoşagəlməz hadisənin baş verməməsi üçün o, tormoz əyləcindən istifadə etsə də də o, baş verə biləcək hadisədən qaça bilməmişdir. Həmin vaxt qabaq sərnişin nəzərdə tutulmuş oturacaqda anası, arxa oturacaqda isə əmisinin gəlini və uşaqları olmuşdur. Avtomobildə cəmi beş nəfər olmuşlar. Digər nəqliyyat vasitəsində neçə nəfə adam olması tam yadında deyil. Baş vermiş hadisə zamanı oraya toplaşan insanlar onlara yaxınlaşaraq köməklik göstərmişlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomoya” Birliyinin Xaçmaz rayon şöbəsinin 14.08.2021-ci il tarixli 33 saylı rəyindən görünür ki, X2 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyin toxuma və mədəciklərinə qansızma ilə müşayiət olunmuş kəllə qapağı (sağ təpə) sümüklərinin açıq, çoxqəlpəli basılmış sınığı, sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, alt dodağın selikli qişasına qansızma bərk küt əşya təsirindən törənməklə, 29 iyul 2021 -ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Həmin xəsarətlərdən baş-beyin toxuma və mədəciklərinə qansızma ilə müşayiət olunmuş kəllə qapağı sümüklərinin açıq sınığı dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Mərhumun ölümünə səbəb başın küt travması nəticəsində baş-beyin toxuma və mədəciklərinə qansızma olmuşdur. Ölümün baş vermə müddəti müayinədən 3-5 saat əvvələ uyğun gəlir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə-trasoloji ekspertizasının 13 sentyabr 2021-ci il tarixli 8/1836 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ilkin kontakt halında toqquşma “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan hissəsi (qabaq sağ qanad) ilə “Hyundai Azera” markalı **-SX- *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi (qabaq sol qanad) arasında təxminən 55-60 dərəcə bucaq altında baş veirmişdir. Ekspertizanın təyini haqqındakı qərarda hadisə yerində toqquşmaya kimi nəqliyyat vasitələrinə məxsus təkər (tormoz) izinin qalması haqqında məlumat olmadığından ilkin kontakt anında nəqliyyat vasitələrinin yola nəzərən vəziyyətlərini və nəticə etibarı ilə hadisənin baş vermə mexanizmini ekspertiza yolu ilə müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr, izlər sağdan sola doğru, “Hyundai Azera” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr qabaqdan arxaya nisbətən soldan sağa doğru istiqamətlənmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının 08 fevral 2022-ci il tarixli 8/46 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında”Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan 29 iyul 2021-ci il tarxli 236 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. İş materiallarında olan məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamələrdən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ-dən alınmış 10.08.2021-ci il tarixli 016-93286-1221 nömrəli məktubdan məlum olur ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə 03.10.2018-ci il tarixdə (03.10.2028-ci il tarixədək müddətə etibarlı olan) “BC” kateqoriyalı AE seriyalı 623437 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bununla yanaşı müvafiq sistemdə vətəndaş Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. İş materiallarında olan və sürücülük vəsiqəsinin surətindən görünür ki, Şahid1 03.12.2019-cu il tarixdə (03.12.2029-cu il tarixədək müddətə etibarlı olan) “BC” kateqoriyalı AE seriyalı 623437 nömrəli sürücülük vəsiqəsi verilmişdir. İş materiallarında olan məhkəmə istintaqında tədqiq olunan ƏN seriyalı 781937 nömrəli etibarnamənin surətindən görünür ki, Bakı şəhər sakini X16 özünə məxsus “Hyundai Azera” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobili Şahid1 10 ay 13 gün müddətinə, yəni 31.03.2022-ci il tarixədək vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Şabran rayonu “Surra” Avtomobillərin Servis Xidməti Mərkəzindən alınmış 24.08.2021-ci il tarixli 48 nömrəli qüsur aktı ilə müəyyən edilmişdir ki, “Hyundai Azera” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 11730 (on bir min yeddi yüz otuz) manat ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri idarəetmə xidmətindən daxi olmuş bir ədəd diskə baxış keçirilərkən Gəndob istiqamətində hərəkət edən “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkəti istiqamətində yolun solunda yerləşən Xaçmaz rayonu Çarxı kəndinə getmək məqsədilə sola dönərək yolun Yalama istiqamətindəki əks hərəkət hissəsinə çıxdığı, bu zaman qarşıdan Gəndob istiqamətdən öz yolu ilə Yalama istiqamətində düzünə hərəkətdə olan “Hyundai Azera” markalı avtomobillə yolun Yalama istiqamətindəki hərəkət hissəsinin sağ kənarında toqquşduğu, zərbədən hər iki avtomobilin yolun Yalama istiqamətində sağ kənarına çıxaraq su arxına aşdığı müəyyən edilmişdir. İş materiallarından görünür ki, “Hyundai Azera” markalı **-SX-*** və “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillər, habelə Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri idarəetmə xidmətindən daxi olmuş bir ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, avtomobillər sahiblərinə qaytarılmış, disk cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan 23 fevral 2022-ci il tarixli qəbzdən görünür ki, 29 iyul 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zədələnmiş “Hyundai Azera” markalı **- SX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şahid1 tərəfindən dayanacaqdan götürülmüşdür. İş materiallarında olan 12 oktyabr 2021-ci il tarixli, AZ-İV 512327 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şahid7 ilə birgə nikahlarından 16 sentyabr 2020-ci il tarixdə doğulmuş Zeynalova Sahilə ad-soyadlı bir nəfər azyaşlı uşağları vardır. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iş üzrə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam olaraq ödənildiyindən onun Təqsirləndirilən şəxs qarşı həç bir iddiası və şikayəti olmayacağına dair notarial qaydada ərizə verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14 və 59.1.12-ci maddələrinə əsasən himayəsində bir azyaşlı uşağının olması və zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, əməlini səmimi etiraf edib peşmançılıq hissi keçirməsini, ailənin yeganə qazanc gətirəni olmasını da onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə görə, bu Məcəllənin 59.1.8, 59.1.10 – 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqdam və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, eləcə də cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin təqsirləndirilən şəxsin şəxsiyyətini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrumetmə cəzası təyin olunmasını qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün – məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai araşdırma zamanı onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılması məqsədə müvafiqdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilmədiyindən ona qarşı xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut hesab edilən “Hyundai Azera” markalı **-SX-*** və “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut hesab edilən Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri idarəetmə xidmətindən daxil olmuş bir ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən iş materialında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 200 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X8, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut hesab edilən “Hyundai Azera” markalı **-SX-*** və “VAZ-2101” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut hesab edilən Azərbaycan Respublikası DİN-in Növbətçi Hissələri idarəetmə xidmətindən daxil olmuş bir ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən iş materialında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 200 (iki yüz) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X8, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmdən, elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar