Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-56/2023 04.04.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ahmatov Bəxtiyar Mamat oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsnın, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxx 2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, işləməyən, Zaqatala rayonunun Qımıl kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Nəriman Əliyev küçəsi yeni tikilən evdə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində 02 oktyabr 2022- ci ildə saat 21.30 radələrində Gəndov-Yalama yolunun Xaçmaz rayonu, Nərəcan kəndi ərazisindən keçən 34-cü kilometrində Şahid1 idarə etdiyi “OPEL ASTRA” minik markalı, 99GH158 dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin qismində olub avtomobillə Gəndov qəsəbəsi istiqamətində hərəkətdə olarkən, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları, yəni hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalı olduğu halda bunu etməyib «X5» Azaybaycan Respublikası Qanununun 41-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, avtomobilin sükanını əli ilə özünə tərəf, yəni, hərəkət istiqamətinin sağına doğru çəkmiş, sürücü idarəetməni itirdiyindən avtomobil yolun sağına çıxaraq ağaca çırpılmış, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan burun çəpərinin əyriliyi və burunla tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün sınığı xəsarətini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs həmin cinayət əməli aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Günel adlı xanımla 2022-ci ilin sentyabr ayının axırında tanış olmuşdur. Günel qramla ətir satışı ilə məşqul olur. Onlar əvvələcədən razılşadıqları kimi 30 sentyabr 2022-ci ildə Günel və digər tanışı Aysu ilə birlikdə sonradan adını bildiyi Sulduz adlı şəxsin idarə etdiyi “Opel Astra” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhərindən Xaçmaz rayonuna yola düşmüşlər. Xaçmaz və Quba rayonunda ətirlər satıb gecələr isə Quba rayonunda kirayə götürdükləri evdə qalmışlar. xx.xx.2022-ci ildə saat 21.30 radələrində Sulduzun idarə etdiyi “Opel Astra” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissədə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən Günel qabaq sərnişin oturcağında, özü sürücünün arxasında əyləşmişdir. Avtomoibildə olarkən “Go” adlı spirtli içki qəbul etmiş və sərxoş olmuşdur. Bundan sonra, o musiqiyə uca səslə qulaq asmaq istəmiş, Sulduz isə maqintofonun səsini aşağı salırmış. Bu bir neçə dəfə davam etmişdir. Birdən görmüşdür ki, Sulduz musiqinin səsini sükanda olan düymələrdən alır və özü qəflətən əl atıb sükanı tutaraq var gücü ilə sükanı özünə tərəf çəkdiyindən avtomobil yolun sağına istiqamətlənib ağaca dəymişdir. Baş vermiş hadisə nəticəsində onlar xəsarət alaraq Xaçmaz rayon MX-na müraciət etmişlər. Hazırda hamilə olduğunu, zərərçəkmiş şəxsin şikayətin olmamasını nəzərə alaraq, barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Günel adlı xanımla 2022-ci ilin yay aylarında tanış olmuşdur. Günel qramla ətir satışı ilə məşğul olur. Onlar əvvələcədən razılşadıqları kimi 30 sentyabr 2022-ci ildə Günel və digər tanışı Milanə ilə birlikdə sonradan adını bildiyi Sulduz adlı şəxsin idarə etdiyi “Opel Astra” markalı ** GH *** dövlət qeydiyyat nişanlı ävtomobillə Xırdalan şəhərindən çıxıb Xaçmaz rayonuna yola düşmüşlər. Onlar Xaçmaz və Quba rayonunda ətirlər satıb gecələr isə kirayə götürdükləri evdə qalmışlar. xx.xx.2022-ci ildə, saat 21.30 radələrində onlar Sulduzun idarə etdiyi “Opel Astra” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndov-Yalama yolunun Xaçmaz rayonunun Nərəcan kəndi ərazisindən keçən hissədə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən Günel qabaq sərnişin oturcağında, özü Günelin arxasında, Milanə isə sürücünün arxasında əyləşmişdir. Həmin vaxt Milanə avtomobilin içərisində spirtli içki olan “GO” içmiş, özü isə əlində olan telefona baxırmış. Buna görə fikiri ancaq telefonda olmuşdur. Bu zaman bir də baxmışdır ki, sərnişini olduğu avtomobil silkələnir və başını qaldıranda avtomobil yolun sağında olan ağaca dəymişdir. Baş vermiş hadisə nəticəsində onlar xəsarət alaraq Xaçmaz rayon MXna müraciət etmişlər. Hadisə nəticəsində onun burnu sındığından, əməliyyat üçün xərc tələb olunur. Bununla bağlı, Milanə ilə razılaşmışlar ki, 0na 1800 manat pul ödəniləcək. Hazırda Milanədən şikayətçi deyil və mülki iddiası yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, BC kateqoriyalı sürücülük hüququ olmaqla özünə məxsus olan “Opel Astra” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobillə taksi fəaliyyəti və sifariş əsasında müştərinin daşınması ilə məşqul olur. Öz telefon nömrəsini elan formasında “tap.az” sosial şəbəkəsinə qoyaraq elanda sürücü işləmək istədiyini bildirmişdir. 27 sentyabr 2022-ci ildə sonradan adının Günel olduğunu bildiyi xanım öz nömrəsi ilə onu yığıb sürücü kimi onunla birlikdə işləməyi xahiş etmişdir. Günel əlavə olaraq bildirmişdir ki, o ətir satışı ilə məşğuldur və həmin ətirləri rayonlara aparıb satmaq istəyir. Onunla razılaşaraq 30 sentyabr 2022-ci ildə idarə etdiyi “Opel Astra” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhərinə gəlib Günel və onun tanışları olan sonradan adlarını bildiyi Milanə və Aysu adlı şəxsləri idarə etdiyi avtomobilə götürüb əvvəlcədən danışdıqları kimi Xaçmaz rayonuna yola düşmüşlər. Günelgil qramla satılan ətirlərin satışı ilə məşqul olmuşlar. Xaçmaz və Quba rayonu ərazisində olan ticarət obyektlərinə gedib orada ətirlərin satışı ilə məşqul olmağa başlamışlar və onlar Quba rayonu ərazisində Günel tərəfindən kirayəyə götürülmüş evdə qalmışlar. xx.xx.2022-ci ildə saat 21.30 radələrində idarə etdiyi “Opel Astra” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndov-Yalama yolunun Xaçmaz rayonu, Nərəcan kəndi ərazisindən keçən hissədə Xaçmaz şəhəri istiqamətində təxminən 70 km/saat sürəti ilə hərəkətdə olarkən avtomobildə Günel, Aysu və Milanə də olmuşlar. Günel qabaq sərnişin oturcağında, Milanə onun arxasında, Aysu isə Günelin arxasında əyləşmişdir. Milanə musiqiqnin səsini bir neçə dəfə qaldırmışdır ki, uca səslə musiqiyə qulaq assın, o isə musiqinin səsini aşağı salmışdır. Milanə həmin vaxt içki içdiyindən sərxoş vəziyyətdə olmuşdur. Milanə musiqinin səsinin avtomobilin sükanında olan düymə vasitəsi ilə onun tərəfindən azaldığını görərək, qəflətən əl atıb var gücü ilə avtomobiln sükanını sağa burmuşdur. O, sükanı sola burmaq istəsə də, buna müvəffəq olmamışdır. avtomobil artıq yolun sağına istiqamələnmişdir. Ayağını tormoza atıb avtomobili saxlamaq istəsə də buna macal tapa bilməmiş və avtomobil idarə olunmaz vəziyyətdə yolun sağına istiqamətlənib ağaca dəymişdir. Baş vermiş hadisə nəticəsində onlar xəsarət alaraq Xaçmaz rayon MX-na müraciət etmişlər. Hadisədən əvvəl özü hər hansı bir spirtli içki, güclü təsiredici vasitə qəbul etməmiş və avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobilinə zərər dəysə də, bununla bağlı Milanə ilə razılaşmış və zərərin bir qismi ona artıq ödənilmiş, qalan hissəsi isə razılaşmaya əsasən ödəniləcək. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, təxminən 7 ilə yaxındır ki, qramla ətir satışı ilə məşqul olur. Adətən tək və qrup şəkilində müxtəlif rayonlara gedir və orada ətir satışı ilə məşqul olur. Əvvəlcədən razaılşama əsasında 30 sentyabr 2022-ci ildə tanışları Aysu və Milanə ilə birlikdə sürücü kimi danışıdığı Sulduz adlı şəxsin idarə etdiyi “Opel Astra” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Xırdalan şəhərindən çıxıb Xaçmaz rayonuna yola düşmüşlər. Xaçmaz və Quba rayonunda ətirlər satıb gecələr isə Qubada kirayə götürdükləri evdə qalmışlar. xx.xx.2022-ci ildə, saat 21:30 radələrində onlar Sulduzun idarə etdiyi “Opel Astra” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndov-Yalama yolunun Xaçmaz rayonu, Nərəcan kəndi ərazisindən keçən hissədə Xaçmaz şəhəri istiqamətində hərəkətdə olarkən özü qabaq sərnişin oturcağında, Milanə ilə Aysu isə arxa sərnişin oturacağında əyləşmişlər. Həmin vaxt Milanə avtomobilin içərisində spirtli içki olan “GO” içmişdir. Milanə tez-tez avtomobilin maqintofonunun səsini qaldırmış, Sulduz isə aşağı salmışdır. Sulduz avtomobilin sükanında olan səs düyməsi ilə səsi aşağı salmış, bunu görən Milanə gözlənilmədən əl atıb sükanı özünə tərəf var gücü ilə burmuşdur. O, Milanənin əlini sükandan çəkməyi istəsə də, buna macal tapmamış və avtomobil yolun sağına çıxaraq ağaca dəymidir. Baş vermiş hadisə nəticəsində onlar xəsarət alaraq Xaçmaz rayon MX-na müraciət etmişlər. Hadisə nəticəsində onun da bədəninə, əsasən də dizlərinə xəsarət dəymişdir. Məhkəmə hökmü çıxdıqdan sonra, Milanədən müalicə xərclərini tələb edəcək. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafedici ifadəsi ilə yanaşı aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli 571 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxsnın bədəni üzərində aşkar olunmuş xəsarətlər- burun çəpərinin əyriliyi və burunla tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün sınığı bərk küt əşya təsirindən xx.xx.2022-ci ildə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gəlmişdir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan iş üzrə təyin edilmiş məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 19 dekabr 2022-ci il tarixli 8/3543 №-li rəyindən görünür ki, mövcud metodikanın tələblərinə əsasən məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və sərnişinlərin hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətlərinə aid deyildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan rəyə əsasən OPEL ASTRA minik markalı ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «X5» Azaybaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Şahid1 idarə etdiyi OPEL ASTRA minik markalı 99GH158 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 20 dekabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində 02 oktyabr 2022- ci ildə saat 21.30 radələrində Gəndov-Yalama yolunun Xaçmaz rayonu, Nərəcan kəndi ərazisindən keçən 34-cü kilometrində Şahid1 idarə etdiyi “OPEL ASTRA” minik markalı, 99GH158 dövlət qeydiyyat nişanlı avtomobilində sərnişin qismində olub avtomobillə Gəndov qəsəbəsi istiqamətində hərəkətdə olarkən, nəqliyyat vasitələrinin təhlükəsiz işləməsini təmin edən qaydaları, yəni hərəkət vaxtı sürücünün diqqətini nəqliyyat vasitəsini idarə etməkdən yayındırmamalı olduğu halda bunu etməyib «X5» Azaybaycan Respublikası Qanununun 41-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozaraq, avtomobilin sükanını əli ilə özünə tərəf, yəni, hərəkət istiqamətinin sağma doğru çəkmiş, sürücü idarəetməni itirdiyindən avtomobil yolun sağma çıxaraq ağaca çırpılmış, nəticədə Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan burun çəpərinin əyriliyi və burunla tənəffüsün çətinləşməsi ilə müşayiət olunan burun sümüyünün sınığı xəsarətini yetirərək sağlamlığına az ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, həmçinin Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətdiyini, törətdiyi əməli etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan – Şahid1 idarə etdiyi OPEL ASTRA minik markalı 99GH158 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Həmin Məcəllənin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsluiyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslə razılığa gəldiyini bildirsə də, cinayət təqibi başlanandan məhkəmə istintaqı başlananadək Təqsirləndirilən şəxs qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində ona dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası CPM-nin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Zərərçəkmiş şəxs izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüquqları vardır. «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumata əsasən təqsirləndirilən şəxs X1 rayonu, Çobankol ərazi dairəsi, Qımıl kəndində qeydiyyatdadır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasənvə Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2000 (iki min) manat məbləğində cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan – Şahid1 idarə etdiyi OPEL ASTRA minik markalı 99GH158 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddianın və müsadirə olunası əmlakın olmaması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 85 (səksən beş) manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖEN **********, AZ 34 CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22 (büdcə təsnifatının kodu 142319) nömrəli hesabına köçürülsün. Hökmün icrası məhkum Təqsirləndirilən şəxs qıznın qeydiyyatda olduğu Zaqatala rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən hökm elan edildiyi andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. HAKİM SƏRXAN SƏMƏDZADƏ
Məhkəmə qərarları › İş №1(067)-56/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-56/2023
04.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver