Məhkəmə qərarları › İş №1(067)-57/2023

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-57/2023

03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-57/2023 03.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə xx xxxxxxx 1980-ci ildə Xaçmaz rayonunun Canaxır kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmamış, Xaçmaz rayonunun Canaxır kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda, istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə o, Xaçmaz şəhəri, E.Tahirov küçəsində saxlanılıb gətirilərək həmin tarixdə, saat 20:00-dan 20:15-dək olan müddətdə ünvan 1 ünvanında yerləşən Xaçmaz Rayon Polis Şöbəsinin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkçənin sağ yan cibindəki “Magna” markalı siqaret qutusunun içərisindən 01 ədəd sellofan bükümündə təmiz çəkisi 0,293 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da o, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, narkotik vasitələrin, psixotrop maddələrin istifadəçisi olmamış, hətta spirtli içki də qəbul etməmişdir. Lakin onun övladının vəfat etməsi, ardınca qardaşının vəfat etməsi onda stress yaratmış, o bu gərginlikdən xilas olmaq üçün psixotrop maddədən istifadə etməyə başlamışdır. Daha sonra atası vəfat etmiş, anası isə xəstəliyi ilə bağlı xəstəxanada müalicə olunur. O, bu əməli ilə səhv etdiyini anlayır və bu cinayət əməlinə görə peşmandır. Həmçinin bildirmişdir ki, onun övladı xx.xx.2020-ci ildə vəfat etmiş və o, həmin vaxtadək heç vaxt psixotrop maddədən, narkotik vasitədən istifadə etməmiş, metamfetamindən uşağının vəfatından bir neçə gün sonra sakitləşdirici kimi istifadə etmiş, daha sonra qardaşının vəfatından sonra istifadə etməyə başlamışdır. O, yalnız metamfetamin psixotrop maddəsindən istifadə etmiş, digər psixotrop maddələrdən, narkotik vasitələrdən istifadə etməmişdir. O, istifadə etməsi üçün həmin psixotrop maddəni satan adamlar olanda onlardan almışdır. O, hazırkı cinayət işi üzrə ondan aşkar edilmiş metamfetamini isə xx.xx.2022-ci il tarixdə, axşam saatlarında, Xaçmaz şəhərində “Avtobaza” adlanan ərazidə, maye qazın yaxınlığında yerdən tapmış, həmin psixotrop maddə bir ədəd sellofanda olmuş, o, həmin sellofanda metamfetamin psixotrop maddəsinin olduğunu bilmiş, həmin sellofanı götürərək cibinə qoymuş, tapdığı yerdən təxminən 200-300 metr getdikdən sonra, yəni həmin tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış və üzərində saxladığı həmin bükülü üzərinə axtarış keçirilərək aşkar edilmişdir. O, tapdığı içərisində metamfetamin psixotrop maddəsi olan sellofanı açaraq içərisində neçə büküm olduğuna baxmamış, bir qədər kənarlaşandan sonra baxmağı düşünmüşdür, lakin polis tərəfindən saxlanılmışdır. O həmin bükülünü sellofanın içərisində olmaqla tapmış, elə tapdığı kimi də cibinə qoymuş, tapdığı vaxt bükülü siqaret qutusunun içərisində olmamış və özü də bükülünü siqaret qutusunun içərisinə qoymamış, lakin həmin bükülü ilə özünə məxsus siqareti eyni cibində olmuşdur. O, yerdən tapdığı həmin psixotrop maddədən istifadə edə bilməmişdir. Həmin psixotrop maddəni onun üçün yerə kimsə qoymamış, o, marketə gedərkən təsadüfən yerdə rastına çıxmışdır. Əlavə olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd olunan bəzi xüsusatlar səhvən yazılmış, belə ki, o, psixotrop maddəni tapdıqdan təxminən 15-20 dəqiqə sonra polis tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş, həmin maddə siqaret qutusunda olmamış, siqaret qutusu ilə psixotrop maddə ayrı-ayrılıqda onun geyiminin eyni cibində olmuşlar. İbtidai istintaq zamanı tərtib edilmiş ifadəsini oxumadan imzalamışdır. Onun məhkəmə istintaqında ifadəsində bildirdiyi xüsusatlar doğrudur, hadisəni düzgün xatırlayır. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək ailəsinə qazanc gətirən yeganə ailə üzvü olmasının, anasının xəstə olmasının nəzərə alınaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, ailə üzvlərilə birlikdə Xaçmaz rayonu, Canaxır kəndində yaşayır. Evlidir, azyaşlı bir övladı vardır. Əvvəllər məhkum olunmamışdır. 23 sentyabr 2022-ci il tarixdə, saat 16 radələrində Xaçmaz şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olan zaman yerdə olan bir ədəd ağ rəngli büküm onun diqqətini cəlb etmişdir. O, əyilib həmin bükümü yerdən götürüb baxanda görmüşdür ki, içərisində psixotrop maddə olan metamfetamindir. Tapdığı bükümün içərisinə baxdıqdan sonra, bükümün ağzını alışqanla əridib birləşdirmişdir. Bundan sonra həmin bükümü cibində olan, üzərinə “Magna” yazılmış siqaret qutusunun içərisinə qoymuşdur. 24 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində piyada Xaçmaz şəhəri, E.Tahirov küçəsi ilə hərəkətdə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb bildirmişlər ki, onun qanunsuz olaraq üzərində narkotik vasitə saxlamağı və daşımağı barədə Xaçmaz RPŞ-yə məlumat daxil olmuşdur və onlar da Xaçmaz RPŞ-nin əməkdaşlarıdır. Ona görə də üzərinə şəxsi axtarış keçirilməsi üçün onu Xaçmaz RPŞ-yə dəvət etmişlər. RPŞ-də o, şübhəli kimi tutulmuş və ona vəkil təqdim olunmuşdur. Vəkilin iştirakı ilə Xaçmaz RPŞ-də üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, cibində olan siqaret qutusunun içərisində saxladığı bükümü çıxarıb təqdim etmişdir. Müstəntiq tərəfindən həmin büküm açılıb içərisinə baxılanda, içərisində ağ rəngli kristal şəkilli maddənin olması müşahidə edilmişdir. O həmin maddənin pxisotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Şəxsi axtarış zamanı həmin büküm bir ədəd zərfdə qablaşdırılaraq müstəntiq tərəfindən götürülmüşdür. İçərisində siqaretlər olan siqaret qutusu onun özünə qaytarılmışdır. O, etdiyi əməldən peşmandır. Əlavə olaraq bildirmişdir ki, o, narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik vasitə satmamışdır. O, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. Onun hüquqları pozulmamışdır, ona qarşı heç bir qanunsuzluq və kobud hərəkət edilməmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərdi ki, o, Xaçmaz RPŞ-nin NMQ-nun əməliyyat müvəkkilidir. Xaçmaz rayon sakini olan Təqsirləndirilən şəxs narkotik vasitələr əldə etməsi, daşıması, istifadə etməsi barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs Xaçmaz rayonu ərazisində onlar tərəfindən saxlanılaraq Xaçmaz RPŞ-yə gətirilmiş, RPŞ-də Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə, videoçəkiliş vasitəsilə axtarış keçirilmiş və üzərindən bir ədəd sellofan büküm və həmin bükümün içərisində metamfetamin psixotrop maddəsinə bənzər kütlə aşkar edilərək ekspertizaya göndərilməsi üçün müstəntiq tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmçinin bildirmişdir ki, təqsirləndirilən şəxsi Xaçmaz rayonu ərazisində saxlamışlar, lakin təqsirləndiriləni harada, həmçinin nə vaxt saxladıqlarını hazırda xatırlamır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı satış məqsədi ilə bağlı olmamış, istifadə etməsi barədə olmuşdur. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Xaçmaz rayonu, Canaxır kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə məlumat əldə etdiyindən bu barədə raport yazaraq rəhbərliyə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və bu qərar şöbə rəisi tərəfindən təsdiq edildikdən sonra müvafiq əməliyyat tədbirlərinin keçirilməsindən ötrü işlədiyi bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, E.Tahirov küçəsində olduğunu müəyyən etmişlər və 24 sentyabr 2022-ci il tarixdə, saat 19 radələrində onu əməliyyat müşahidəsinə götürmüşlər. Təxminən 10 dəqiqə sonra həmin yerdə ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri daşımaqda şübhəli olduğu üçün Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Yolda gələrkən Təqsirləndirilən şəxs hərəkətlərini daim nəzarətdə saxlamışlar ki, əgər üzərində narkotik vasitə və yaxud qanunla qadağan olunan digər bir əşya varsa onları tullaya bilməsin. X5 RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılacağı izah olunmuş və Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Üzərinə şəxsi axtarış zamanı müstəntiq Mətləb İsmayılov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunan nə varsa hamısını çıxararaq təqdim etməsi təklif edilmişdir. Müstəntiqin bu təklifindən sonra Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan gödəkçənin sağ yan cibindən siqaret qutusu çıxarıb təqdim etmişdir. Həmin siqaret qutusunun içərisinə baxılan zaman içərisində 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə və 02 ədəd siqaret aşkar edilmişdir. Aşkar edilmiş siqaretlər Təqsirləndirilən şəxs qaytarılmışdır, psixotrop maddəyə bənzər kütlə isə müstəntiq tərəfindən götürlmüş və ekspertizaya təqdim edilməsindən ötrü kağız zərfdə qablaşdırılaraq üzəri imzalanmaqla bu barədə protokol tərtib edilmişdir. Protokol ucadan oxunduqdan sonra doğru olmasını o və digər iştirakçılar imzalamışdır. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, düşmənçilik və ya ədavəti olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə etməmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərdi ki, Xaçmaz rayonu, Canaxır kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə Xaçmaz RPŞ-yə əməliyyat məlumatı daxil olduğundan həmin RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 bu barədə raportla rəhbərliyə məruzə etmişdir. Əməliyyat tədbirlərinin keçirilməsindən ötrü işlədiyi bölmənin əməliyyat müvəkkili Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Onlar əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Xaçmaz şəhəri, E.Tahirov küçəsində hərəktdə olduğunu müəyyən etmişlər və təxminən 10 dəqiqə sonra həmin yerdə təqsirləndirilən şəxsə yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələri daşımaqda şübhəli olduğu üçün Xaçmaz Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə Xaçmaz RPŞ-yə gəlmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq müdafiəçi ilə təmin edildikdən sonra videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İbtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Həmçinin bildirmişdir ki, səhv xatırlamırsa, təqsirləndirilən şəxsi Xaçmaz şəhəri, E.Tahirov küçəsində saxlamışlar. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş metamfetamin psixotrop maddəsi bir ədəd sellofan bükümdə olmuş və həmin büküm səhv xatırlamırsa, siqaret qutusunun içərisində olmuşdur. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan 24 sentyabr 2022-ci il tarixli “Şəxsi axtarış aparılması haqqında” protokoldan və şəxsi axtarışın aparılmasının videoçəkilişinin qeydə alındığı DVD diskdən müəyyən olundu ki, Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi X3, Xaçmaz RPŞ-nin NMQnun əməliyyat müvəkkili Şahid2, həmin RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Xaçmaz RPŞ-nin inzibati binasındakı xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində narkotik vasitə və yaxud psixotrop maddə varsa onları çıxarıb təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən üzərinə “Magna” yazılmış siqaret qutusunu çıxarıb həmin siqaret qutusunun içərisində olan iki ədəd siqareti və bir ədəd ağ rəngli sellofan bükümü təqdim etmişdir. Müstəntiq tərəfindən həmin ağ rəngli sellofan büküm açılan zaman içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş iki ədəd siqaret üzərinə “Magna” yazılmış siqaret qutusunun içərisinə qoyularaq Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər maddə olan büküm bir ədəd ağ rəngli zərfdə qablaşdırılıb müstəntiq tərəfindən ekspertizaya təqdim etmək üçün götürülmüşdür. Videoçəkiliş Xaçmaz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X4 tərəfindən aparılmışdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2022-ci il tarixli, 6/5511 nömrəli ekspert rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №58” dairəvi möhür əksləri olan, “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm...” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,293 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq – 0,243 qram təşkil etmişdir. İş materiallarında olan 29 sentyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanımaq haqqında” qərardan və 22 dekabr 2022-ci il tarixli “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,293 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,243 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq saxlanması üçün Xaçmaz RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin 09 dekabr 2022-ci il tarixli, 7483 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Əməliyyat tapşırığı”ndan və ona cavabdan müəyyən edilir ki, keçirilmilş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamini şəxsi istifadə üçün əldə edərək üzərində saxlaması müəyyən edilmiş, həmin psixotrop maddəni kimdənsə alması müəyyən edilməmiş, həmin maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin onun narkotik vasitələrin və yaxud psixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə edilməmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli, 5(067)- 159/2022 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, daşıması və saxlaması barədə “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” 24 sentyabr 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, iş materiallarında olan şəxsi axtarışın aparılmasının videoçəkilişi qeyd olunmuş 01 ədəd DVD, həmçinin ekspert rəyini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayətişləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 2№-li qərarının 4-cü bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd olunan qərarının 5-ci bəndində izah edilir ki, Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,293 qram, yəni şəxsi istehlak miqdarından artıq miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının 14-cü bəndində izah edilir ki, satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1ci maddəsinin tərkibini yaradır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsinin tərtib etdiyi tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz RİHB-nın Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən, iş materiallarına əlavə edilmiş EMİS-dən çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs bir azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz RİHB-nın Hülövlü kənd İƏD-də nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, təqsirləndirilən şəxs şəxs Təqsirləndirilən şəxs evlidir, bir övladı var. Yaşadığı kənddə kənd sakinləri ilə yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç vaxt heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 24 sentyabr 2022-ci il tarixli protokoldan, qətimkan tədbirinin seçilməsi barədə 26 sentyabr 2022-ci il tarixli qərardan və xx.xx.2022-ci il tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 02 (iki) gün müddətdə həbsdə saxlanılmışdır (tutulmuşdur). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 02 (iki) gün müddət təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə əsasən müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmasını, həmçinin ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını məqsədəmüvafiq sayır. Belə ki, iş materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyindən müəyyən edilir ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin rəyindən müəyyən olunur ki, hazırkı iş üzrə ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,293 qram olan psixotrop maddə metamfetamindən təqdqiqata 0,05 qram sərf edildikdən sonra qalıq 0,243 qram təşkil etmişdir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0,293 qram təşkil etmiş, ekspertiza tədqiqatından sonra isə qalıq çəkisi 0,243 qram təşkil edən metamfetamin psixotrop maddəsi maddi sübut kimi tanınaraq Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılır. İş üzrə maddi sübut – Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,243 qram təşkil edən metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə olduğu (tutulduğu) 02 (iki) gün müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, 02 (iki) gün ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 05 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2023-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Xaçmaz RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,243 qram metamfetamin psixotrop maddəsi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aparılmış videoçəkilişin (01 ədəd videofayl) köçürüldüyü 01 (bir) ədəd DVD cinayət işində saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 55 (əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmün icrası Xaçmaz Rayon Polis Şöbəsinə, Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar