Məhkəmə qərarları › İş №1(067)-57/2024

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-57/2024

14.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-57/2024 14.02.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X3, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1980-ci ildə Xaçmaz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Xaçmaz rayon məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 02 (iki) 10 (on) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin 08 may 2023-cü il tarixdə baxılmasından ötrü Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrar, 21 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Sabiroba kəndi, Həzi Aslanov küçəsində yerləşən evin qarşısına gedib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin sağ yan tərəfində olan açıq sahədən keçməklə Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə daxil olaraq evin arxa tərəfində olan dəmir pilləkəni divara söykəyərək üstünə çıxıb özü ilə gətirdiyi vintaçanı dəhlizin plastik materialdan olan pəncərəsinin arasına salıb açmaqla evə qanunsuz daxil olub vintaçanı yataq otağının qapısının arasına salıb itələməklə açdıqdan sonra yataq otağına daxil olmuş və həmin otaqdakı sandığın qapağını vintaçanla açıb içərisindən 13000 manat pulu, 1200 manat dəyərində 10 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 600 manat dəyərində 7 qram çəkidə 585 əyarlı qızıl kişi üzüyünü, 2200 manat dəyərində 30 qram çəkidə 585 əyarlı qızıl üzük, qolbağı, boyunbağı dəstini, 800 manat dəyərində, 4 qram çəkidə 585 əyarlı, üzərində bir ədəd briliyant qaş olan qızıl qadın üzüyünü, 500 manat dəyərində 4 qram çəkidə 585 əyarlı, üzərində xırda ağ qaşlar olan qızıl qadın üzüyünü, 650 manat dəyərində 5 qram çəkidə 585 əyarlı, üzərində ağ qaşlar olan yumru formalı qızıl qadın üzüyünü, 700 manat dəyərində 4 qram çəkidə 585 əyarlı, üzərində mavi rəngdə qaşlar olan qızıl qadın üzüyü, 250 manat dəyərində 2 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğanı, 800 manat dəyərində 6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını qanunsuz götürüb aparmaqla ümumilikdə 20700 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, eyni niyyətlə 04 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi, H.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ət dükanının qarşısına gedib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin yerdən götürdüyü dəmir parçası ilə dükanın sol yan tərəfində olan plastik üzlüyü sındırıb həmin yerdən dükana qanunsuz daxil olaraq soyuducudan bir kiloqramı 15 manat olmaqla ümumilikdə 330 manat dəyərində olan 22 kiloqram çəkidə erkək dana ətini və bir kiloqramı 18 manat olmaqla ümumilikdə 54 manat dəyərində olan 03 kiloqram çəkidə erkək quzu ətini hər biri 5 qəpik olmaqla ümumilikdə 50 qəpik dəyərində olan 10 ədəd sellofan torbalara yığıb qanunsuz götürüb aparmaqla ümumilikdə 384 manat 50 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlləri aşağıdakı sübutlarla təsdiq olunur. Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilərək göstərdi ki, həqiqətən içkili olduğundan 21 iyul 2023cü il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Sabiroba kəndində yerləşən evin sağ yan tərəfində olan açıq sahədən keçməklə Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə daxil olaraq evin arxa tərəfində olan dəmir pilləkəni divara söykəyərək üstünə çıxıb özü ilə gətirdiyi vintaçanı dəhlizin plastik materialdan olan pəncərəsinin arasına salıb açmaqla evə daxil olub vintaçanı yataq otağının qapısının arasına salıb itələməklə açdıqdan sonra yataq otağına daxil olaraq həmin otaqdakı sandığın qapağını vintaçanla açıb içərisindən 13000 manat pulu, qızıl boyunbağını, qızıl kişi üzüyünü, qızıl üzük, qolbağı, boyunbağı dəstini, üzərində bir ədəd briliyant qaş olan qızıl qadın üzüyünü, üzərində xırda ağ qaşlar olan qızıl qadın üzüyünü, üzərində ağ qaşlar olan yumru formalı qızıl qadın üzüyünü, üzərində mavi rəngdə qaşlar olan qızıl qadın üzüyü, bir cüt qızıl sırğanı, qızıl boyunbağını oğurlamışdır. Bundan başqa 04 sentyabr 2023-cü il tarixdə gecə saatlarında Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən tanışı Zərərçəkmiş şəxs1 məxsus ət dükanının qarşısına gələrək həmin yerdən götürdüyü dəmir parçası ilə dükanın sol yan tərəfində olan plastik üzlüyü sındırıb həmin yerdən dükana daxil olaraq soyuducudan 22 kiloqram çəkidə erkək dana ətini və 03 kiloqram çəkidə erkək quzu ətini 10 ədəd sellofan torbalara yığıb oğurlamışdır. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Valideynləri dost olublar. Təqsirləndirilən şəxs oğurluq olmamışdan 1 həftə əvvəl dükana gəlmişdi. Bildirdi ki, atası Əli rəhmətə gedib. Onun heç xəbəri yox idi. Sonra da o, atasına Alikin rəhmətə getdiyini məlumat vermişdir. Atası da gedib rəhmətliyin yas mərasimində iştirak etmişdir. Həqiqətən də Təqsirləndirilən şəxs 04 sentyabr 2023-cü il tarixdə gecə saatlarında Xaçmaz rayonu, Mürşüdoba kəndində yerləşən ona məxsus ət dükanından, dükanın sol yan tərəfində olan plastik üzlüyü sındırıb həmin yerdən dükana daxil olaraq soyuducudan bir kiloqramı ümumilikdə 330 manat dəyərində olan 22 kiloqram çəkidə erkək dana ətini və ümumilikdə 54 manat dəyərində olan 03 kiloqram çəkidə erkək quzu ətini oğurlamaqla ona ümumilikdə 384 manat məbləğində ziyan vurub. Dükana gələndə birinci oğurluq olmasını hiss etməmişdir. Qapıya əl atdıqda görmüşdür ki, qapının qulpu qırılıb. İçəri daxil olanda dükanın sol yan tərəfində olan plastik üzlüyün qalxdığını görmüşdür. Soyuducuya və ətrafa baxdıqda mal ətinin və quzu ətinin oğurlandığını görmüşdür. Ətlərin hamısını deyil az bir miqdarını aparmışdır. Bu şəxslə başqa ədavəti və qərəzçiliyi yoxdur və olmayıb. Ondan şikayətçi olmaq istəmir. Sadəcə ziyanı ödəməsini istəyir. İş üzrə digər Zərərçəkmiş şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkmə iclaslarına gəlməmiş, məhkəməyə xx.xx.2024-cü il tarixdə teleqram və xx.xx.2024-cü il tarixdə ərizə göndərərək, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, heç bir şikayətinin olmadığını bildirmiş və işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkmə digər proses iştirakçılarının fikrini dinləyərək Zərərçəkmiş şəxs2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İbtidai istintaqda zərərçəkmiş şəxs qismində dindirilmiş, ifadəsi məhkəmə istintaqında elan olunaraq araşdırılmış Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, anası Səkinə, arvadı Lamiyə, 2021-ci il təvəllüdlü oğlu Bayram və 02 may 2023-cü il təvəllüdlü oğlu Rəsulla birlikdə Xaçmaz rayonu, Sabiroba kəndində yaşayır. Xaçmaz Rayon Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində xidmət edir. Xaçmaz rayonu, Sabiroba kəndində olan evi bir mərtəbəli olmaqla küçə tərəfdən daş hasarla əhatə olunmuşdur, sağ, sol və arxa tərəflərində isə hasar yoxdur. Yaşadığı evin həyət qapısı iki laylı, evin giriş qapısı bir laylı dəmir qapıdır, evin pəncərələrində isə dəmir barmaqlıqlar yoxdur. 2023-cü ilin iyun ayında o, öz bağ sahəsində olan gilas meyvəsini yığdırıb satmış və əldə etdiyi 13000 manat pulu gətirib yataq otağında olan sandığın içərisinə qoymuşdur. Yataq otağında olan həmin sandıqda ona məxsus 10 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 7 qram çəkidə 585 əyarlı qızıl kişi üzüyünü, öz pulu ilə alıb arvadı Lamiyəyə verdiyi 30 qram çəkidə 585 əyarlı qızıl üzüyünü, qolbağını, boyunbağı dəstini, üzərində bir ədəd briliyant qaş olan 4 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyünü, üzərində xırda ağ qaşlar olan 4 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyünü, üzərinəd ağ qaşlar olan 5 qram çəkidə 585 əyarlı yumru formada olan qızıl qadın üzüyünü, üzərində mavi rəngdə qaşlar olan 4 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyünü, 2 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğanı, 6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını saxlamışlar. 21 iyul 2023-cü il tarixdə təxminən saat 15:20 radələrində o, anası Səkinə və arvadı Lamiyə ayzaşlı övladları Bayram və Rəsuluda götürüb istirahət etmək üçün Xaçmaz rayonu, Nabran kəndinə getmişlər, həmin gün saat 18:30 radələrində isə qayıdıb yaşadıqları evə gəlmişlər. O, əvvəlcə həyət qapısını açıb həyətə daxil olmuş, sonra isə evin giriş qapısını açıb içəri daxil olanda görmüdür ki, dəhlizin pəncərəsi açıqdır. Evdən çıxarkən dəhlizin pəncərəsini bağladıqlarını bildikləri üçün düşünmüşdür ki, evdə olmadıqları müddətdə kimsə pəncərəni açıb evə daxil olmuşdur. Ona görə də o tez yataq otağına getmişdir ki, sandığa baxsın. Yataq otağına daxil olanda görmüşdür ki, sanıdığın qapağına bağladıqları asma qıfıl sındırılmışdır. Qapağı qaldırıb baxanda sandıqda saxladıqları 13000 manat pulun və qızıl-zinyət əşyalarının yerində olmadığını görüb başa düşmüşdür ki, evdə olmadıqları müddətdə kimsə dəhlizin pəncərəsini açıb içəri daxil olmuşdur və yataq otağında olan sandığın qapağını açmaqla içərisində olan pulları və qızıl-zinyət əşyalarını oğurlamışdır. Bundan sonra o zəng vurub bu barədə əmisi Sahibə məlumat vermiş, sonradan bilmişdir ki, əmisi Sahib də Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng vurub onların evindən oğurluq olması barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra yaşadığı evə polis əməkdaşları gəlib baxış keçirmişlər və o şikayət ərizəsi yazıb yaşadığı evdən 13000 manat pulun və 3-4 min manat dəyərində qızıl-zinyət əşyalarının oğurlanması barədə məlumat vermişdir. Yaşadığı evin yataq otağında olan həmin sandıqda ona məxsus 13000 manat pul, 1200 manata aldığı 10 qram çəkidə 585 əyarlı qızıl boyunbağı, 600 manata aldığı 7 qram çəkidə 585 əyarlı qızıl kişi üzüyü, 2200 manata alıb arvadı Lamiyəyə verdiyi 30 qram çəkidə 585 əyarlı qızıl üzük, qolbağı, boyunbağı dəsti, 800 manata aldığı üzərində bir ədəd briliyant qaş olan 4 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyü, 500 manata aldığı üzərində xırda ağ qaşlar olan 4 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyü, 650 manata aldığı üzərində ağ qaşlar olan 5 qram çəkidə 585 əyarlı yumru formada olan qızıl qadın üzüyü, 700 manata aldığı üzərində mavi rəngdə qaşlar olan 4 qram çəkidə 585 əyarlı qızıl qadın üzüyü, 250 manata aldığı 2 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğa, 800 manata aldığı 6 qram çəkidə 585 əyarlı qızıl boyunbağı oğurlanmışdır. Yaşadığı evdən oğurlanmış pul ona məxsus olmuşdur, qızıl-zinyət əşyalarını da o, öz pulu ilə almışdır. İş materiallarında olan 21 iyul 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı ev Xaçmaz rayonu, Sabiroba kəndində yerləşməklə iki mərtəbəli, sağ və sol tərəfi qonşu evlərlə əhatələnmiş, yaşayış evi üç otaq və bir mətbəxdən ibarətdir, evin yataq otağında olan sandığın içərisindən Zərərçəkmiş şəxs2 məxsus pul və qızıl-zinət əşyaları oğurlanmışdır İş materiallarında olan 04 sentyabr 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs1 işlətdiyi Xaçmaz rayonu, Mürşüd-oba kəndində yerləşən ət dükanıdır. Baxış zamanı hadisə yerində olan sökülmüş lambirlərin üzərindən baş inspektor-kriminalist Fariz Muradov tərəfindən oğurluq etmiş naməlum şəxsə məxsus 06 ədəd əl-barmaq izləri aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə X2 və X1 06 noyabr 2023-cü il tarixli 3-16-16/2-3/1721 nömrəli rəyindən görünür ki, təqdim edilmiş 2,6 saylı daktilolentlərin səthindəki əl-barmaq izləri, 3 saylı daktilolentin səthindəki ovuc izi və 4 saylı daktilolentin səthindəki “a”, “b” əl-barmaq izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Təqdim edilmiş 2,3,4,6 daylı daktilolentlərin səthindəki əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdırlar. Təqdim edilmiş 2 saylı daktilolentin səthindəki əl-barmaq izi Təqsirləndirilən şəxs sağ əlinin orta barmağından, 3 saylı daktilolentin səthindəki ovuc izi onun sol əlinin ovucundan, 4 saylı daktiloletin səthindəki “a” əl-barmaq izi onun sol əlinin şəhadət barmağından, 4 saylı daktilolentin səthindəki “b” əl-barmaq izi onun sağ əlinin adsız barmağından və 6 saylı daktilolentin səthindəki əl-barmaq izi onun sağ əlinin baş barmağından qalmışdır. İş materiallarında olan 15 noyabr 2023-cü il tarixli maddi sübut hesab edilməsi haqqında qərardan müəyyən olunur ki, 04 sentyabr 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən Zərərçəkmiş şəxs1 işlətdiyi Xaçmaz rayonu, Mürşüd-oba kəndi, H.Əliyev küçəsində yerləşən ət dükanına baxış keçirilərkən hadisə yerində olan sökülmüş lambirlərin üzərindən baş inspektor-kriminalist Fariz Muradov tərəfindən götürülərək 06 ədəd daktilolentə köçürülüş əl-barmaq izlərindən 2,3,4 və 6 rəqəmləri ilə nömrələnmiş 05 ədəd əl-barmaq izləri köçürülmüş daktilolentlər iş üçün əhəmiyyət kəsb etdiyindən cinayət işi üzrə tərəfimdən qəbul edilmiş 15 noyabr 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 27 sentyabr 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Xudat şəhəri, 28 may küçəsində yerləşən 12 nömrəli evin yataq otağında olam çarpayının üstündə olan yataq dəstinin altından seriya və nömrələri C0488633, C 66027757, C 39570017, C 95543628, B 03183034, C 43279729, D 13708536, C15973080, B 00190108, C 35596879, A 11523406, A 93027847 olan 12 ədəd 100 manatlıq əskinazlar və bir ədəd qızıl boyunbağı aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 28 sentyabr 2023-cü il maddi sübutun tanınması barədə qərardan və qəbzdən müəyyən olunur ki, İş üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Sabiroba kəndi, Həzi Aslanov küçəsində yerləşən evdən oğurlanmış və Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanından aşkar olunmuş seriya və nömrələri C 0488633, C 66027757, C 39570017, C 95543628, B 03183034, C 43279729, D 13708536, C15973080, B 00190108, C 35596879, A 11523406, A 93027847 olan 12 ədəd 100 manatlıq əskinazlar və bir ədəd qızıl boyunbağı iş üçün əhəmiyyət kəsb etdiyindən Xaçmaz RPŞ-nin İB-nin baş müstəntiqi, polis mayoru X6 28 sentyabr 2023-cü il tarixli qərarı ilə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs2 qaytarılmışdır. İş materiallarında olan tələbnamədən və Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon Polis şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işi 08 may 2023-cü il tarixdə baxılması üçün Xaçmaz Rayon Məhkəməsinə göndərilmiş və Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinərək ona qəti olaraq 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu cəmi 07 (yeddi) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 07 (yeddi) ay 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 02 (iki) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müdddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 18 və 83-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olsa da, onun əməlində cinayətlərin residivi yoxdur. Beləliklə məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Xaçmaz Rayon Polis şöbəsinin İstintaq bölməsində istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə və barəsində ittiham aktı tərtib edilməklə həmin cinayət işinin 08 may 2023-cü il tarixdə baxılmasından ötrü Xaçmaz Rayon Məhkəməsinə göndərilməsinə baxmayaraq təkrar, 21 iyul 2023-cü il tarixdə saat 16:30 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Zərərçəkmiş şəxs2 yaşadığı Xaçmaz rayonu, Sabiroba kəndi, Həzi Aslanov küçəsində yerləşən evin qarşısına gedib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra evin sağ yan tərəfində olan açıq sahədən keçməklə Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətinə daxil olaraq evin arxa tərəfində olan dəmir pilləkəni divara söykəyərək üstünə çıxıb özü ilə gətirdiyi vintaçanı dəhlizin plastik materialdan olan pəncərəsinin arasına salıb açmaqla evə qanunsuz daxil olub vintaçanı yataq otağının qapısının arasına salıb itələməklə açdıqdan sonra yataq otağına daxil olmuş və həmin otaqdakı sandığın qapağını vintaçanla açıb içərisindən 13000 manat pulu, 1200 manat dəyərində 10 qram çəkidə 585 əyarlı qızıl boyunbağını, 600 manat dəyərində 7 qram çəkidə 585 əyarlı qızıl kişi üzüyünü, 2200 manat dəyərində 30 qram çəkidə 585 əyarlı qızıl üzük, qolbağı, boyunbağı dəstini, 800 manat dəyərində, 4 qram çəkidə 585 əyarlı, üzərində bir ədəd briliyant qaş olan qızıl qadın üzüyünü, 500 manat dəyərində 4 qram çəkidə 585 əyarlı, üzərində xırda ağ qaşlar olan qızıl qadın üzüyünü, 650 manat dəyərində 5 qram çəkidə 585 əyarlı, üzərində ağ qaşlar olan yumru formalı qızıl qadın üzüyünü, 700 manat dəyərində 4 qram çəkidə 585 əyarlı, üzərində mavi rəngdə qaşlar olan qızıl qadın üzüyü, 250 manat dəyərində 2 qram çəkidə 585 əyarlı bir cüt qızıl sırğanı, 800 manat dəyərində 6 qram çəkidə 585 əyarlı qızıl boyunbağını qanunsuz götürüb aparmaqla ümumilikdə 20700 manat məbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, yaşayış sahəsinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar, eyni niyyətlə 04 sentyabr 2023-cü il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Xaçmaz rayonu, Mürşüdoba kəndi, H.Əliyev küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus ət dükanının qarşısına gedib ətrafda heç kimin olmadığına əmin olduqdan sonra həmin yerdən götürdüyü dəmir parçası ilə dükanın sol yan tərəfində olan plastik üzlüyü sındırıb həmin yerdən dükana qanunsuz daxil olaraq soyuducudan bir kiloqramı 15 manat olmaqla ümumilikdə 330 manat dəyərində olan 22 kiloqram çəkidə erkək dana ətini və bir kiloqramı 18 manat olmaqla ümumilikdə 54 manat dəyərində olan 03 kiloqram çəkidə erkək quzu ətini hər biri 5 qəpik olmaqla ümumilikdə 50 qəpik dəyərində olan 10 ədəd sellofan torbalara yığıb qanunsuz götürüb aparmaqla ümumilikdə 384 manat 50 qəpik məbləğində ziyan vurmaqla oğurluq etmiş, yəni təkrar, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər, onların əməllərində Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən təqsirləndirilən şəxslərin əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərini səmimi etiraf etməklə hərəkətlərindən peşman olmalarını, zərərçəkmiş şəxsə vurulmiş ziyanın ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs onlara təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona qəti olaraq 03 (üç) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutularaq həbsdə olduğu cəmi 07 (yeddi) ay 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanaraq, 07 (yeddi) ay 01 (bir) gün ona təyin olunmuş cəzadan çıxılmaqla ona qəti olaraq 02 (iki) il 10 (on) ay 29 (iyirmi doqquz) gün müdddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 iyul 2022-ci il tarixli Plenumunun Qərarına əsasən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi və Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il hökmünün qəbul edildiyi 1(067)-132/2023 saylı iş üzrə həbsdə olduğu 07 (yeddi) ay 01 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində qəti olaraq müəyyən müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılması məqsədəmüvafiqdir. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli 19 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edlmiş əl-barmaq izləri köçürülmüş 04 ədəd daktilolent cinayət işinin materiallarında saxlanılmalı, maddi sübut olmuş seriya və nömrələri C 0488633, C 66027757, C 39570017, C 95543628, B 03183034, C 43279729, D 13708536, C15973080, B 00190108, C 35596879, A 11523406, A 93027847 olan 12 ədəd 100 manatlıq əskinazlar və bir ədəd qızıl boyunbağının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia verilməmişdir. İş üzrə ekspertiza tədqiqatının xərci olan 161 manat 11 qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilmənişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 183.1.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 183.2.-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə məsuliyyət qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3.-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişdirsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Hazırki cinayət işi üzrə Zərərçəkmiş şəxs1 onlara vurulmuş maddi ziyanın ödənilmədiyini və ziyanlarını Təqsirləndirilən şəxs tələb etdiyini bildirsə də təqsirləndirilən şəxsə qarşı cinayət mühakimə icraatı qaydasında cinayət nəticəsində onlara dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət etməmişdir. Ona görə də Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq zərərçəkmiş şəxsl Zərərçəkmiş şəxs1 izah olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiyindən onun Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Xaçmaz rayon məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il hökmünün qəbul edildiyi 1(067)-132/2023 saylı iş üzrə həbsdə olduğu 07 (yeddi) ay 01 (bir) gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilmiş qəti cəzadan çıxılaraq üzərində qəti olaraq 03 (üç) il 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin 19 sentyabr 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edlmiş əl-barmaq izləri köçürülmüş 04 ədəd daktilolent cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olmuş seriya və nömrələri C 0488633, C 66027757, C 39570017, C 95543628, B 03183034, C 43279729, D 13708536, C15973080, B 00190108, C 35596879, A 11523406, A 93027847 olan 12 ədəd 100 manatlıq əskinazlar və bir ədəd qızıl boyunbağının Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının xərci olan 161 manat 11 qəpik pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTRE AZ 22, büdcə təsnifatı kodu 142593 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinin tələbinə müvafiq olaraq Təqsirləndirilən şəxs qarşı cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki mühakimə icraatı qaydasında ümumi əsaslarla iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar