Məhkəmə qərarları › İş №1(067)-58/2022

Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-58/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-58/2022 24.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Sadıqov Anar Böyükkişi oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Xaçmaz rayon vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 24 avqust 1992-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xaçmaz rayonunun Yergüc kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 16 aprel 2021-ci il tarixdə, saat 23 radələrində Xaçmaz şəhəri, Bünyat Sərdarov küçəsi, 14 nömrəli evin qarşısından keçərkən ətrafda heç kimin olmadığına əmin olduqdan sonra orada saxlanılan Zərərçəkmiş şəxs7 məxsus 2300 (iki min üç yüz) manat dəyəri olan “VAZ-21063” markalı, Az **-BK-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə yaxınlaşmış, həmin avtomobilin qapılarının açıq olmasından istifadə edib avtomobilin sürücü oturacağına əyləşərək sükanın altında olan naqilləri bir-birinə toxundurma yolu ilə mühərriki işə saldıqdan sonra 22 manat dəyərində 1 dəst Az **-BK-*** dövlət qeydiyyat nişanı və salonda olan avtomobilə Zərərçəkmiş şəxs7 tərəfindən sonradan quraşdırılmış 300 manat dəyərində 2 ədəd səsgücləndiricisi olan “Pioneer” markalı maqnitofon da daxil olmaqla həmin avtomobili idarə edib apararaq ayrıayrı hissələrə bölüb satmaqla ümumilikdə 2622 (iki min altı yüz iyirmi iki) manat dəyərində oğurluq etmiş, yəni özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 02 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Daş bazarına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra orada olan Zərərçəkmiş şəxs4 məxsus Az **-BJ-*** dövlət qeydiyyat nişanlı, “Kamaz 5511 yük” markalı yük avtomobilinin hər birinin dəyəri 80 manat olmaqla, ümumilikdə 160 manat dəyərində “VEGA” 6CT-190A3(EN) markalı 2 ədəd akkumuyatorunu çıxarıb aparmaqla oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021- ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Daş bazarına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra orada olan Zərərçəkmiş şəxs5 məxsus Az **-BF-*** dövlət qeydiyyat nişanlı “Kamaz 5511 yük” markalı yük avtomobilinin hər birinin dəyəri 80 manat olmaqla, ümumilikdə 160 manat dəyərində “VEGA” 6CT- 190A3(EN) markalı 2 ədəd akkumuyatorunu çıxarıb aparmaqla oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021-ci il tarixdə, saat 01 radələrində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Daş bazarına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra orada olan Zərərçəkmiş şəxs1 məxsus Az **-BC-*** dövlət qeydiyat nişanlı, “Maz 5549 yük” markalı yük avtomobilinin hər birinin dəyəri 80 manat olmaqla, ümumilikdə 160 manat dəyərində “VEGA” 6CT-190A3(EN) markalı 2 ədəd akkumulyatorunu çıxarıb aparmaqla oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021- ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Daş bazarına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra orada olan Zərərçəkmiş şəxs2 məxsus Az **-BX-*** dövlət qeydiyat nişanlı "Kamaz 65115 62 yük” markalı yük avtomobilinin hər birinin dəyəri 80 manat olmaqla, ümumilikdə 160 manat dəyərində “VEGA” 6CT- 190A3(EN) markalı 2 ədəd akkumulyatorunu çıxarıb aparmaqla oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2021- ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Daş bazarına gələrək ətrafda heç kimin olmadığına əmin olduqdan sonra orada olan Zərərçəkmiş şəxs3 idarə etdiyi **-VR-*** dövlət qeydiyat nişanlı “Kamaz 541150 yük" markalı yük avtomobilinə qoydurduğu özünə məxsus olan hər birinin dəyəri 80 manat olmaqla, ümumilikdə 160 manat dəyərində “VEGA” 6CT-190A3(EN) markalı 2 ədəd akkumulyatorunu çıxarıb aparmaqla oğurluq etmiş, yəni təkrar özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, özgənin əmlakını ələ keçirmək niyyəti ilə 2020-ci ilin avqust ayının ortalarında Zərərçəkmiş şəxs6 məxsus üzərindəki bir cüt Az **-GP-*** dövlət qeydiyyat nişanı ilə birlikdə ümumilikdə 5522 (beş min beş yüz iyirmi iki) manat dəyəri olan “Vaz 21213 minik” markalı, minik avtomobilini təmir etmək bəhanəsi ilə sonuncunu aldadıb həmin avtomobili götürməklə onu təmir edəcəyinə vəd verərək bu məqsədlə 2020-ci ilin sentyabr ayının sonlarında Xaçmaz rayonu, Alıcqışlaq kəndində Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətində sonuncudan 450 manat, 2020-ci ilin oktyabr ayının əvvəllərində Alıcqışlaq kəndində Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətində eyni məqsədlə sonuncudan 700 manat, 2020-ci ilin oktyabr ayının ortalarında Alıcqışlaq kəndində Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətində eyni məqsədlə sonuncudan 500 manat, bir neçə gündən sonra, 2020-ci ilin oktyabr ayının ortalarında Alıcqışlaq kəndində Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətində eyni məqsədlə sonuncudan 150 manat, 2020ci ilin oktyabr ayının sonlarında Alıcqışlaq kəndində Zərərçəkmiş şəxs6 yaşadığı evin həyətində eyni məqsədlə sonuncudan 500 manat, 2021-ci ilin aprel ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən Xaçmaz rayon polis şöbəsinin yaxınlığında eyni məqsədlə Zərərçəkmiş şəxs6 100 manat pul vəsaitini almaqla, vədinə əməl etməyərək həmin avtomobildə hər hansı bir təmir işləri aparmadan vahid niyyətini başa çatdırmaq üçün 2021-ci ilin aprel ayında Xaçmaz rayonu, Yergüc kəndi ərazisində avtomobili hissələrə ayırmaqla həmin avtomobilin banını 4 ədəd təkərlərlə birlikdə Şahid6, digər ehtiyat hissələrini istintaqa məlum olmayan şəxslərə satmaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə xeyli miqdar təşkil edən 7922 (yeddi min doqquz yüz iyirmi iki) manat dəyərində dələduzluq etmiş, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o,Zərərçəkmiş şəxs7 məxsus “VAZ 2106” markalı avtomobili Xaçmaz şəhərində oğurlayaraq Elgünə vermiş və sonuncu da ona həmin avtomobilə görə 200 manat vermiş, Elgün daha 200 manatı da sonradan ona verəcəyini bildirmişdir. Lakin o, həmin avtomobili hissələrə ayıraraq satmamışdır, bunu Elgün etmişdir. Həmçinin Elgünün həmin avtomobilin oğurluq olduğundan məlumatı olmuş, o, avtomobilin qiymətini Elgünə 500 manata təklif etmiş, Elgün isə ona 200 manat vermiş, avtomobilin real qiyməti isə 2000 manat olardı. Elgün oğurluq, sənədi olmayan avtomobilləri alaraq hissələrə ayırıb satmaqla məşğuldur. O, iki il əvvəl də Elgünə sənədsiz avtomobil satmışdır. O, Elgünün bu hərəkətləri barədə ibtidai istintaq zamanı polisə bildirmişdir. Lakin o, Camərdin avtomobilini oğurlaması ilə bağlı Elgünlə əvvəlcədən razılaşmamış, yəni Elgünün onun avtomobil oğurlayacağından əvvəlcədən məlumatı olmamış, o, Elgünə oğurluq avtomobil olduğunu həmin avtomobili sonuncuya satan zaman bildirmişdir. Bundan başqa, o, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 məxsus olmaqla, Xaçmaz şəhərində yerləşən Daş bazarında saxladıqları yük avtomobillərindən hərəsindən 02 ədəd olmaqla cəmi 10 ədəd akkumulyatoru oğurlamışdır. Bundan başqa, o, Zərərçəkmiş şəxs6 sonuncuya məxsus “VAZ 21213” markalı minik avtomobilini təmir etməsi üçün götürmüşdür. Belə ki, o, dəmirçi kimi işləmişdir. O da Zakirə dəmirçi olduğunu bildirdiyi üçün sonuncu ona həmin avtomobilini düzəltmək üçün vermişdir. O, Zakirin avtomobilində dəmirçi işini işlərinin çox olmasından bir qədər gec də olsa, görüb qurtardıqdan sonra avtomobili rənglənmə işi üçün kənddə rəngsaz işləyən Elşənin yanına aparmış, Elşən isə işinin çox olmasını bildirərək Zakirin avtomobilini rəngləməmişdir. Avtomobil təxminən bir ay Elşənin yanında qalmışdır. Bundan sonra o, avtomobili Xaçmaz şəhərində rəngsazın yanına gətirmiş, həmin rəngsaz avtomobili rəngləmiş, lakin həmin rənglənmə Zakirin xoşuna gəlməmiş və şikayətlənmişdir. Rəngsaz isə ona avtomobili sexindən götürüb aparmasını demişdir. Zakirin avtomobili həmin sexdə xeyli qaldıqdan sonra o, həmin avtomobili götürərək Osmanın köməkliyi ilə Xaçmaz rayonunun Üçgün kəndində olan rəngsazın yanına aparmağa başlamışlar. Xaçmaz rayonunun Yergüc kəndinə çatanda, oradakı çayxananın qarşısında Zakirin avtomobilinin təkərlərində kilidlənmə olmuş, buna görə də o, avtomobili orada qoyaraq getmişdir ki, səhəri gün gəlib aparar. O, səhəri gün gələndə Zakirin avtomobilinin orada olmadığını görmüş, o, Osmangilin evinə getmiş və Osmanın evin həyətində Zakirin avtomobilini hissələrə ayırdığını görmüşdür. O, Osmana etirazını bildirdikdə, sonuncu ona “narahat olma, mənlikdir” demişdir. Osmangilin həyətində videomüşahidə kamerası da olmuşdur. Bundan təxminən bir həftə sonra o, polis tərəfindən saxlanılmışdır. Lakin o, Osmanın avtomobili sökməsini görüb bilsə də, bu barədə Zakirə məlumat verməmişdir. Bu barədə Zakirə xəbər verməməsinin səbəbini isə bilmədiyini bildirmişdir. Daha sonra Osman da adam bıçaqladığına görə tutulmuşdur. O, avtomobili Osmanın götürərək sökməsi barədə polis şöbəsində bildirmiş, onlar üzləşdirilmişdir. X15 avtomobili ilə bağlı ona heç bir məbləğdə pul verməmiş, o, həmin avtomobili Osmana satmamış, yaxud da avtomobili hissələrə ayırmaq üçün verməmişdir. Osman özü avtomobili onun saxladığı yerdən götürərək aparıb sökmüş, Osmanın həmin avtomobili apararaq sökməsini bildiyi gün o, 102 xidmətinə də zəng edib bu barədə məlumat vermiş, polis şöbəsinə də bildirmişdir. Həmçinin bildirmişdir ki, Zərərçəkmiş şəxs6 avtomobilinin təmiri üçün ümumilkdə 2400 manat deyil, 700 manat pul almışdır. O, Zakirdən təmir üçün müxtəlif vaxtlarda pul alsa da, əvvəl aldığı pul məbləğindən sonra aldığı pul məbləğlərinə qədər keçən müddətlər arasında hər dəfə aldığı məbləğə uyğun təmir işlərini tam gördürməmişdir. Beləliklə, o, Camərdin avtomobilini oğurlamaqda və digər zərərçəkmişlərdən avtomobillərinin akkumulyatorlarını oğurlamaqda özünü təqsirli bilmiş, lakin Zakiri aldadaraq onun əmlakını ələ keçirməkdə özünü təqsirli bilməmişdir. Barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, Zərərçəkmiş şəxs7 əvvəllər tanımamışdır. Onunla aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Onun son zamanlarda maddi cəhətdən çətinlikləri olmuşdur. 16 aprel 2021-ci il tarixdə, saat 20 radələrində o, Xaçmaz şəhərində yerləşən Oba marketin yaxınlığındakı adını bilmədiyi kafedə olmuşdur. O həmin kafedə özü tək Jaquar” adlı spirtli içki içmişdir. Saat təxminən 22-23 radələrində kafedən çıxaraq yaşadığı Xaçmaz rayonunun Yergüc kəndinə getmək istəmişdir. O, bu məqsədlə mərkəzi bazar istiqamətində bir qədər irəliləmişdir. Daha sonra isə N.Nərimanov küçəsinə çıxmaq üçün küçələrə daxil olmuşdur. Bir qədər irəli getdikdən sonra Vaz 2106 markalı avtomobilin olduğunu görmüşdür. O, həmin avtomobilin yanından keçdikdə avtomobilin qapılarının açıq olduğunu bilmişdir. O, həmin zaman pula ehtiyacı olduğundan avtomobili oğurlayaraq satmaq qərarına gəlmişdir. Bu məqsədlə içkili olduğundan çox düşünmədən avtomobilə əyləşmişdir. O, həmin avtomobilin naqillərini toxundurma yolu ilə işə salıb sürərək Xaçmaz-Bakı yolu üzərində yerləşən Xaçmaz rayonu Hülövlü kəndinə qədər getmişdir. Bir qədər sonra avtomobili yolun kənarında saxlamış və yuxusu gəldiyindən orada yuxuya getmişdir. Növbəti gün səhər saat 10-11 radələrində yuxudan oyanmışdır. O, həmin aavtomobili necə "əldən çıxara" biləcəyini düşündüyü zaman tanışı olan avtomobil alqısatqısı ilə məşğul olan Şahid9 zəng etmişdir. O, Elgünə özündə 2106 markalı avtomobilin olduğunu, satmaq istədiyini bildirmişdir. Elgün ondan həmin avtomobil və sənədləri barədə soruşduqda Elgünü inandırmaq üçün avtomobilin Şabran rayonundan olan tanışına aid olmasını, həmin şəxsin boşanması səbəbindən avtomobilinin sənədlərinin məhkəmədə olmasını bildirmişdir. O həmin avtomobili həmin şəxsdən münasib qiymətə aldığını, gələcəkdə sənədləri də həll edəcəyini demiş və satmaq istədiyini bildirmişdir. Elgün avtomobilə baxmaq istədiyini bildirdikdə o, olduğu yeri bildirmişdir. O həmin zaman “İpək yolu” üzərində olan “Pirəzənbil” pirinin yaxınlığında olmuşdur. Elgün isə gələcəyini bildirmişdir. Onlar təxminən 15-20 dəqiqə sonra pirin yaxınlığında Elgünlə görüşmüşlər. Elgün bir nəfər onun tanımadığı şəxslə özünün idarə etdiyi ağ rəngli avtomobillə gəlmişdir. O həmin avtomobili sahibindən münasib qiymətə aldığını və 900 manata satmaq istədiyini bildirmişdir. Elgün isə həmin zaman üzərində o qədər pulunun olmadığını, sadəcə 200 manat pulunun olduğunu bildirmişdir. O, Elgündən bir qədər də artıq verməsini istədikdə Elgün 200 manat verdiyini, artıq verə bilməyəcəyini, gələcəkdə avtomobili satdıqda bir qədər də verə biləcəyini demişdir. O həmin avtomobili özündə saxlaya bilməyəcəyini bildiyindən həmin qiymətə və daha sonra yenidən bir miqdar pul müqabilində avtomobili satmağa razılaşmışdır. Elgün həmin zaman ona 200 manat pul vermişdir. Bundan sonra Elgün onun satdığı avtomobili, digər şəxs isə gəldikləri digər avtomobili sürərək oradan uzaqlaşmışlar. O isə piyada şəkildə Xaçmaz şəhərinə gəlmişdir. Bundan təxminən bir ay yarım sonra o, polis əməkdaşları tərəfindən Xaçmaz RPŞ-yə dəvət edilmişdir. Elgün avtomobil alqı-satqısı ilə məşğul olduğundan həmin avtomobili almışdır. Həmin avtomobili oğurladığı zaman o heç kimlə əlbir olmamışdır. Onun həmin avtomobili oğurlaması barədə Elgünün məlumatı olmamışdır. Onlar Elgünlə bu barədə əvvəlcədən razılığa gəlməmişlər. O, bir anlıq avtomobili oğurlayıb satmaq fikrinə düşmüşdür. O, Elgünə avtomobilin sənədlərinin olmamasını, gələcəkdə sənədləri alacağını bildirmişdir. Bundan başqa, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 əvvəllər tanımamışdır. Onlarla aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. 2021-ci ilin iyul ayında o, maddi cəhətdən çətinlikdə olmuşdur. İş tapa bilməmişdir. Pul əldə etmək məqsədilə oğurluq etmək qərarına gəlmişdir. Həmin ərəfələrdə Xaçmaz rayonu, Bakı prospektində olduğu zaman orada Daş bazarının yerləşməsinin və həmin ərazidə yük avtomobillərinin saxlanıldığını bilmişdir, düşünmüşdür ki, orada olan yük avtomobillərinin akkumulyatorlarını oğurlasın. Bu məqsədlə 24 iyul 2021-ci il tarixdə, gecə saat 02 radələrində Daş bazarının arxasından bazarın ərazisinə girmişdir. Həmin bazar ərazisi bağlı yer deyildir. O, oradan 2 ədəd dövlət qeydiyyat nişanlarına diqqət etmədiyi yük avtomobillərindən hər birindən 2 ədəd olmaqla ümumilikdə 4 ədəd akkumulyator oğurlamışdır. O, akkumulyatorları özü ilə götürdüyü qaz açarı ilə açmışdır. Oğurladığı akkumulyatorları Daş Bazarının yaxınlığında olan fındıq bağında gizlətmişdir. Növbəti gün həmin akkumulyatorları Quba şəhərində dəmir alışı məntəqəsinə satmaq qərarına gəlmişdir. Məqsədi həm Xaçmaz şəhərində satmamaq olmuş, həm də Quba şəhərində daha baha satmaq istəməsi olmuşdur. Bu məqsədlə, tanıdığı, taksi fəaliyyəti ilə məşğul olan Şahid1 ilə əlaqə saxlamışdır. O, Natiqə Quba şəhərinə getməli olduğunu, onu aparmasını demişdir. Bir qədər sonra Natiq onun olduğu yerə gəlmişdir. O, Natiqin avtomobilinə mindikdən sonra Natiqə “Daş bazarında” lazımsız akkumulyatorları aldığını, onları satmaq üçün Quba şəhərinə aparmalı olduğunu bildirmişdir. Natiq ondan nə üçün Xaçmazda satmadığını soruşduqda o, Natiqə Quba şəhərində daha baha qiymətə aldıqlarını bildirmişdir. Bundan sonra Natiq heç nə deməmişdir. O əvvəlcədən, yəni səhər saatlarında akkumulyatorları gizlətdiyi yerdən apararaq yolun kənarına gətirmişdir. Natiqə həmin akkumulyatorları qoyduğu yola sürməsini demişdir. Bundan sonra özü akkumulyatorları avtomobilə yükləmiş və onlar Quba şəhərinə yola düşmüşlər. Quba şəhərində o həmin 4 ədəd akkumulyatoru ümumilikdə 233 manat 80 qəpiyə satmışdır. Bundan sonra yol haqqı kimi Natiqə 10 manat pul vermişdir. Ona həmin oğurluğu edərkən heç bir şəxs köməklik etməmişdir, akkumulyatorları satdığı şəxs və Natiq onun həmin akkumuyatorları oğurlamasını bilməmişlər. Bundan başqa, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Onlarla aralarında hər hansı nünaqişə, dava-dalaş və ədavət olmamışdır. 2021-ci ilin iyul ayında o, maddi cəhətdən çətinlikdə olmuşdur. İş tapa bilməmişdir. Pul əldə etmək məqsədilə oğurluq etmək qərarına gəlmişdir. Düşünmüşdür ki, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Daş bazarındakı akkumulyatorları oğurlasın. Həmin bazarın ərazisində gecə vaxtları çoxlu Kamazlar olur. Bu məqsədlə 27 iyul 2021-ci il tarixdən 28 iyul 2021-ci il tarixə keçən gecə, saat 01 radələrində Daş bazarının arxasından bazarın ərazisinə girmişdir. Həmin bazar ərazisi bağlı yer deyildir. O, oradan 3 ədəd dövlət qeydiyyat nişanlarına diqqət etmədiyi avtomobillərindən hər birindən 2 ədəd olmaqla ümumilikdə 6 ədəd akkumulyator oğurlamışdır. O həmin akkumulyatorları Daş bazarının yaxınlığında olan fındıq bağında gizlətmişdir. Növbəti gün həmin akkumulyatorları satmaq qərarına gəlmişdir. O, düşünmüşdür ki, növbəti gün həmin akkumulyatorları taksi ilə Quba şəhərinə apraraq satar. Lakin polis əməkdaşları qeyd etdiyi oğurluq əməlinin onun tərəfindən törədilməsini aşkar etmiş və onu Xaçmaz RPŞ-yə dəvət etmişdir. Həmin zaman o, bilmişdir ki, oğurladığı akkumulyatorlardan 2 ədədi Zərərçəkmiş şəxs3, 2 ədədi Zərərçəkmiş şəxs2, 2 ədədi isə Zərərçəkmiş şəxs1 məxsusdur. Bundan başqa, 2020-ci ilin avqust ayında Xaçmaz rayonunun Alıcqışlaq kəndinə tanışının avtomobilini təmir etmək üçün getmişdir. O həmin kənddə Zakir adlı şəxslə tanış olmuşdur. Zakir söhbət əsnasında özünün “Vaz 21213 minik” markalı avtomobili olduğunu bildirmişdir. Zakir ona həmin avtomobili təmir etdirmək istədiyini bildirmişdir. O, Zakirə onun avtomobil dəmirçisi olduğunu demişdir. Daha sonra həmin “Vaz 21213 minik” markalı avtomobilə baxmışdır. Zakir həmin avtomobilin dəmir işlərini gördürmək istədiyini bildirmişdir. Onlar bir qədər danışdıqdan sonra ayrılmışlar. Bundan təxminən 1-2 gün sonra Zakir onun mobil nömrəsinə zəng etmiş və onu avtomobili ilə bağlı evinə çağırmışdır. O həmin gün Zakirin evinə getmişdir. Zakir ona “əgər dəmirçisənsə, avtomobili sənə düzəltdirim” demişdir. O, Zakirə onun avtomobil dəmirçisi olduğunu demişlər. O, Zakirlə razılaşmış və sonuncudan ilkin olaraq zəhmət haqqı olaraq 450 manat pul almış və avtomobili götürərək həmin zaman işlədiyi Xaçmaz rayonunun Hacıəlibəy kəndinə aparmışdır. Belə ki, Zakir avtomobilin dəmir işləri üçün ehtiyat hissələrini Xaçmaz şəhərindən almışdır. O orada avtomobilin dəmir işlərini görməyə başlamışdır. Bir qədər sonra xatırlamadığı tarixdə Zakirdən sonuncunun evində avtomobilin oturacaqlarını təmir edəcəyi adı ilə 250 manat almışdır. O, təxminən 2 aydan sonra dəmirçi işlərini bitirmişdir. Zakir ona avtomobili rənglətmək istədiyini bidirmişdir. O həmin zaman kənddə Elşən adlı rəngsaz olduğunu Zakirə demiş və Zakirin razılığı ilə avtomobili Elşənin işlədiyi yerə aparmışdır. Lakin Elşənin işləri çox olduğundan avtomobilin işlərini görə bilməmişdir. Təxminən 1 ay sonra o, vəziyyətin belə olduğunu bilib tanışı Şahid8 zəng edərək həmin avtomobili oradan götürərək evakuatorla Xaçmaz şəhərində rəngsaz işləyən Tahirin yanına gətirməsini bildirmişdir. Elşən bu barədə Zakirə dediyi zaman Zakir polisə şikayət etmiş və o, Zakirə avtomobili başqa rəngsaza apardığını demişdir. Həmin zaman Zakirdən rəng işləri üçün 100 manat da pul almışdır. X17 istəklərinin çətinliyindən narahat olduğundan ona avtomobili rəngləməyəcəyini bildirmişdir. Tahir ona həmin avtomobili oradan götürməyini tapşırmışdır. Avtomobil ümumilikdə 3-4 ay Tahirin sexində qalmışdır. Zakir ondan avtomobillə maraqlanmışdır. O, avtomobilin rəng işlərinin bitirilməsi üçün Xaçmaz rayonunun Üçgün kəndində olan başqa rəngsazla razılaşmışdır ki, həmin avtomobili rəngləsin. 2021-ci ilin aprel ayının əvvəllərində bu məqsədlə tanışı Osmandan həmin avtomobili avtomobilinə qoşaraq Üçgün kəndinə aparmasını xahiş etmişdir. Osman onunla razılaşmışdır. Onlar Osmanın avtomobilinə həmin “Vaz 21213 minik” markalı avtomobili qoşmuş və yola düşmüşlər, Yergüc kəndində “Tamilanın” çayxanasının yanında “Vaz 21213 minik” markalı avtomobilin təkərləri kilidə düşmüşdür. Onlar orada avtomobili saxlamışlar və o, oradan Xaçmaz şəhərinə gəlmişdir. O, növbəti gün həmin yerə getdiyi zaman avtomobilin orada olmadığını görmüşdür. O həmin gün Osmanın evinə getdiyi zaman Osmanın həyətində avtomobilin söküldüyünü görmüşdür. O, Osmana nə üçün belə etdiyini dedikdə Osman yaxşı edirəm demiş və onu həyətindən qovmuşdur. Bundan sonra Osman ona avtomobili verməmişdir. O ilkin olaraq Zakirdən 2020-ci ilin avqust ayının ortalarında yaşadığı evin həyətində 450 manat pulu almışdır ki, avtomobilin dəmirçi işlərini həll etsin. Bundan sonra xatırlamadığı tarixdə Zakirin evinin həyətində 250, sonuncu dəfə 2021-ci ilin aprel ayının əvvəllərində Zakirdən Xaçmaz RPŞ-nin yaxınlığında 100 manat pul almışdır, lakin həmin 100 manatı avtomobilin hansı hissəsinin təmiri üçün aldığı yadından çıxmışdır. O, avtomobilin üzərində dəmir işlərini görmüşdür. O bir müddət işləri çox olduğundan dəmir işlərini gec qurtarmışdır. Daha sonra Zakir ona həmin avtomobilin rəng işlərinin görülməsi üçün rəngsaza verməyini bildirmişdir. O, həmin avtomobilin rəng işlərini görməsi üçün Xaçmaz rayonunun Hacıəlibəy kəndində rəngsaz kimi işləyən Elşənə tapşırmışdır. Lakin Elşən 2 ay müddətinə avtomobili rəngləməmişdir. Elşən əlində işinin çox olmasını bildirmişdir. O, Osmana avtomobil satmaq istəməmişdir. Osmandan avtomobili Üçgün kəndinə aparmasını xahiş etmişdir. Osman özü avtomobili hissələrə ayıraraq satmışdır. Osman ona avtomobilin hissələrinin satılması ilə bağlı pul verməmişdir. O, Osmangilin həyətində heç bir maşın sökməmişdir. O, Osmanın atasına avtomobillə bağlı bildirdikdə, Osmanın atası ona “məni bu işə qarışdırmayın” demişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs ilə ata evinin olduğu Xaçmaz rayonunun Alıcqışlaq kəndində olarkən təsadüfən tanış olmuşdur. Belə ki, Tərlan orada ona avtomobil ustası olmasını demişdir. O, Tərlana “Vaz 21213 minik” markalı, ** GP *** dövlət nömrə nişanlı avtomobilində dəmirçi və rəngsaz işlərini görə biləcəyi barədə soruşmuş, Tərlan da ona həmin işləri görə biləcəyinə söz vermiş və həmin avtomobili götürərək Xaçmaz rayonunun Hacıəlibəy kəndində işlətdiyi sexə aparmışdır. Tərlan ilkin olaraq ondan 450 manat almışdır. İki gün sonra o, avtomobilə baxmaq üçün Hacıəlibəy kəndinə getmiş və Tərlanın avtomobildə heç bir təmir işləri aparmadığını görmüşdür. Bu zaman Tərlan ona narahat olmamasını, avtomobilində dəmirçi işini görəcəyini, digər işləri də sonra görəcəyini bildirmiş, o da Tərlana inanmış və Bakı şəhərinə, evinə qayıtmışdır. Bundan sonra o, Tərlanla əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Təxminin iki ay sonra Hacıəlibəy kəndinə gəlmiş və avtomobilinin Elşən adlı rəngsazın həyətində olduğunu görmüşdür. Lakin dəmirçi işinin görülmədiyini, avtomobilə yalnız qurunt vurulduğunu görmüş, bu barədə Tərlandan soruşanda sonuncu ona işlərinin çox olduğunu bildirərək avtomobilini tam təmir edərək verəcəyinə söz verib onu inandırmış və bundan sonra müxtəlif vaxtlarda ondan avtomobilin təmiri üçün 700, 500, 250, 150, 250, 100 manat olmaqla, ümumilikdə 2400 manat pul almışdır. Sonra isə ona məlum olmuşdur ki, Tərlana təmir üçün verdiyi avtomobili Osmanla hissələrə ayıraraq satmışdır. Həmçinin bildirmişdir ki, o, Tərlanla avtomobili tam təmir etməklə bağlı ümumi məbləğ barədə əvvəlcədən danışmamışlar. Tərlan onun avtomobilində dəmirçi işi görməli, rəngsaz işini gördürməli, avtomobilin içərisini yenilməli idi. O, Tərlana 700 manatı yalnız rənglənmə işi üçün vermişdir. O, Tərlanın onun avtomobilini hələ də təmir etmədiyini gördüyü halda avtomobili Tərlandan geri götürməməsinin səbəbi onun sonuncuya artıq pul verməsi, Tərlanın onu avtomobili düzəldəcəyinə söz verərək inandırması olmuşdur. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, təqsirləndirilən şəxs vurduğu ziyanla bağlı hazıradək ona heç bir məbləğ ödəməmişdir. Lakin təqsirləndirilənin ona hər ay 300 manat ödəyəcəyi barədə razılığa gəlmişlər. Təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, qardaşı X2 vəfatından sonra sonuncuya məxsus olan “Vaz 21213 minik” markalı, ** GP *** dövlət nömrə nişanlı avtomobil ona qalmışdır, o həmin avtomobili istifadə etmişdir. Lakin o özü Bakı şəhərində olduğundan həmin avtomobili Xaçmaz rayonunun Suxtaqalaqışlaq kəndində yaşayan xalası oğlu X5 adına sənədləşdirmişdir. Lakin həmin avtomobil ona məxsusdur. Özü etibarnamə ilə həmin avtomobili idarə etmişdir. 2020-ci ilin avqust ayının ortalarında o, yaşadığı Bakı şəhərindən ata evinə, Xaçmaz rayonunun Alıcqışlaq kəndinə gəlmişdir. Həmin zaman kəndlərinə gələn, Xaçmaz rayonunun Yergüc kəndindən olan Tərlan adlı şəxslə tanış olmuşdur. Söhbət əsnasında Tərlan bildirmişdir ki, maşın ustasıdır. O, Tərlana mərhum qardaşının “Vaz 21213 minik” markalı avtomobilini təmir etdirmək fikrində olduğunu dedikdə Tərlan ona demişdir ki, özü maşını tam təmir edəcək. Bu məqsədlə Tərlan avtomobili işə salıb onun razılığı ilə Xaçmaz rayonunun Hacıəlibəyli kəndinə aparmışdır ki, orada işlədiyi avtomobil təmiri sexində maşını düzəltsin. Tərlan avtomobildə dəmir işlərini gördükdən sonra rəngləmə işlərini görməli idi. Tərlan ondan ilk öncə 450 manat pul almışdır. Təxminən 2 gün sonra Hacıəlibəyli kəndinə getmiş və görmüşdür ki, Tərlan maşında hər hansı bir təmir işləri görməmişdir. Tərlan ona dəmirçi işini gördükdən sonra digər işləri də görəcəyini bildirmişdir. Bundan sonra o Tərlana inanaraq Bakı şəhərinə, evinə getmişdir. Avtomobili verdikdən təxminən 2 ay sonra o, Hacıəlibəy kəndinə, maşına baxmağa gəlmişdir. Həmin zamana qədər Tərlanla əlaqə saxlamağa çalışsa da, bunu bacara bilməmişdir. Bakı şəhərindən Xaçmaz rayonuna gəlməyə imkan tapdığı zaman isə dərhal maşına baxmağa gəlmişdir. Lakin Tərlanla əlaqə saxlaya bilmədiyindən o, kənd sakinlərindən həmin avtomobillə bağlı soruşmuşdur. Orada ona demişlər ki, avtomobil Elşən adlı ustanın sexindədir. O həmin sexə getdiyi zaman orada Tərlan da olmuşdur. O Tərlandan avtomobili soruşduqda Tərlan avtomobilin Elşənin həyətində olduğunu demişdir. O, Elşənin razılığı ilə avtomobilə həyətində baxmışdır. O həmin zaman Elşənə demişdir ki, avtomobili ondan xəbərsiz heç kimə verməsin. Tərlan isə yenidən ona avtomobili təmir etdirəcəyini bildirmişdir. Həmin zaman avtomobilin üzərinə onun gözünü boyamaq üçün yalandan qurunt vurulduğunu görmüşdür. Tərlan onu aldatmaq üçün bunu etmişdir. O həmin zaman Tərlandan nə üçün avtomobili təmir etmədiyini soruşmuşdur. Tərlan ona bəhanə gətirərək başqa işləri olduğuna görə təmir işləri ilə məşğul olmadığını bildirmişdir. Tərlan ona söz vermişdir ki, qısa zamanda avtomobili təmir edəcək. Tərlan bundan sonra ondan avtomobilin təmiri üçün 700 manat pul almışdır. Bundan sonrakı müddətlərdə Tərlan ondan fərqli zamanlarda 500, 250, 150, 250 manat pulları alaraq avtomobilin təmirində işlədəcəyini bildirmişdir. O, Tərlana inanaraq həmin miqdarda pulları verirmiş. Bir müddət sonra Elşən ona zəng edib bildirmişdir ki, bir qadın evakuatorla avtomobilini götürüb aparmaq istəyir. O həmin zaman Xaçmaz rayonunun Alıcıqışlaq kəndində olmuşdur. O tez bir zamanda oraya getmişdir. O oraya çatdığı zaman artıq oradan avtomobili aparmışlar. O həmin zaman 102 xidmətinə zəng etmiş və həmin avtomobil tapılmışdır. Belə ki, həmin avtomobili Tərlanın qeyri-rəsm olaraq faktiki yaşadığı Aygün adlı qadın aparmışdır. Tərlan ona həmin zaman avtomobili başqa yerdə düzəldəcəyini bildirmişdir. O, ümumilikdə Tərlana hissə-hissə 2400 manat pul vermişdir. Həmin pulun sonuncu 100 manatını maşın tapıldığı gün vermişdir ki, Tərlan təmir işlərini yekunlaşdırsın. Tərlan həmin maşını Xaçmaz-Quba yolunun sağ kənarında yerləşən avtomobil sexinə aparmışdır ki, orada avtomobili təmir etdirsin. O özü isə Bakı şəhərinə getmişdir. Təxminən 10 gün sonra, yəni 2021-ci ilin mart ayının axırları Xaçmaz şəhərinə gəlmişdir ki, maşına baxsın. Lakin orada işləyən ustalardan biri demişdir ki, maşın yoxdur. Tərlan həmin avtomobili aparıb. O, Tərlana dəfələrlə zəng etsə də, Tərlan telefona cavab verməmişdir. O təxminən 10 gün Tərlana zəng etmişdir. Tərlan onun zənglərinə cavab verməmişdir. Bunda sonra özü Bakı şəhərində olduğu üçün bacısı Durnaya zəng etmişdir ki. Xaçmaz RPŞ-yə ərizə ilə müraciət etsin. O, Tərlana təxminən 2020-ci ilin sentyabr ayının sonlarında 450 manat, bundan təxminən 1 həftə sonra, yəni 2020-ci ilin oktyabr ayının əvvəllərində 700 manat, 2020-ci ilin oktyabr ayının ortalarında 500 manat, bundan 3-4 gün sonra 150 manat, 2020-ci ilin oktyabr ayının sonlarında 250 manat, 2020-ci ilin oktyabr ayının sonlarında yenidən 250 manat, 2021-ci aprel ayının əvvəllərində isə 100 manat vermişdir. Tərlan həmin pulları avtomobili düzəltdirəcəyi adı ilə ondan almışdır. O həmin pulları verdiyi zaman onların yanında heç kim olmamışdır. Həmin pulların ilkin 2300 manatını Alıcqışlaq kəndində yerləşən evində vermiş, sonuncu 100 manatı isə Xaçmaz RPŞ-nin yaxınlığında vermişdir. O Osman adlı şəxsi tanımır. Həmin şəxslə Tərlan arasında olan danışıq və ya razılaşma ilə bağlı heç bir məlumatı yoxdur. Tərlan onun avtomobilini təmir etmək adı ilə ondan almış, həmçinin təmir adı ilə ondan ümumilikdə 2400 maant pul almışdır, bundan sonra nə pulunu qaytarmamış, nə avtomobilini təmir etməmiş, nə də ki, avtomobilini qaytarmamışdır. Tərlan heç bir təmir işləri görmədiyi halda onun pullarıını xərcləmiş, həmçinin avtomobilini hissələrə ayıraraq satmışdır. Bundan başqa, o əlavə olaraq ifadəsində bildirmişdir ki, cinayət işi üzrə təyin edilərək keçirilən məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2021-ci il tarixli rəyində ona məxsus olan “Vaz 21213 minik” markalı avtomobilin müəyyən edilən qiymətləri ilə, yəni dövlət qeydiyyat nişanları ilə birlikdə ümumilikdə dəyərinin 5522 manat olması ilə razıdır. Özü ifadəsində həmin avtomobilin qiymətini təxmini olaraq bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, onun özünə məxsus olan “VAZ 21063” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 1987-ci il buraxılışlı tünd göy rəngli olmuşdur. Həmin avtomobili baş etibarnamə ilə almışdır. xx.xx.2021-ci il tarixdə, saat 19:45 dərində həmin avtomobillə ailə üzvlərini götürüb yaşadığı evdən çıxmış və Xaçmaz şəhəri, B.Sərdarov küçəsində yaşayan qohumu Elşəngilin evinə qonaq getmişdir. Saat 20 radələrində həmin ünvana çatıb avtomobili Elşəngilin qapısının ağzında saxlamışdır, avtomobili saxladıqdan sonra onlar avtomobildən düşmüşlər və evə daxil olmuşlar, avtomobilin qapıları açarla bağlanmadığı üçün qapısını açıq qoymuşdur, avtomobilin qapısı daim açıq qalır. Onlar içəri daxil olduqdan təxminən 2 saat sonra, yəni saat 22:40 radələrində siqaret çəkmək üçün küçəyə çıxmışdır, evin qarşısında dayanıb siqaret çəkmişdir, həmin vaxt avtomobili saxladığı kimi elə küçədə olmuşdur. Siqaret çəkdikdən sonra o təkrar evə daxil olmuşdur, qohumları ilə yenidən oturmuşdur, təxminən 1 saat sonra, yəni saat 23:30 radələrində küçəyə çıxmışdır ki, avtomobilin mühərrikini işə salsın, mühərrik qızışsın ki, ailə üzvlərini götürüb evə getsin. O həmin küçəyə çıxan zaman görmüşdür ki, avtomobil yerində yoxdur. İlk öncə düşünmüşdür ki, küçə dardır, ola bilsin iri qabaritli avtomobil keçmək üçün avtomobili bir qədər irəli itələyiblər. Lakin o, küçənin hər tərəfində, həmçinin digər yaxın küçələrə baxmışdır, lakin avtomobili tapa bilməmişdir. Buna görə dərhal DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, onlar ondan ərizə almış, daha sonra isə təhqiqat bölməsində araşdırma aparmışlar. Lakin araşdırma zamanı avrtomobilin yerini müəyyən edə bilməmişlər. Bir müddət sonra isə rayon polis şöbəsindən ona zəng gəlmiş və deyilmişdir ki, avtomobilinin kuzası, matoru və sürətlər qutusu tapılıb, gəlib baxmalıdır. O da həmin hissələrin olduqları yerlərə gedərək baxmışdır. Avtomobilin banına və matorla birlikdə sürətlər qutusuna baxan kimi dəqiqliklə bilmişdir ki, ona məxsusdur. Belə ki, bir neçə ay əvvəl avtomobilin alt hissəsini tam olaraq yeni detallarla təmir etdirmiş, təmir zamanı avtomobilin altına özü ustaya göstərib bir neçə yerdən qaynaq etdirmişdir. Həmçinin avtomobilin mator və sürətlər qutusundakı zədə və təmir yerlərindən avtomobilin onun özünə məxsus olmasını bilmişdir. Təmir zamanı qaynaq edilən yerləri o özü şəxsən etdirdiyindən onları görən kimi tam əminliklə tanımışdır. O, avtomobilinə baxan zaman onun kuzasının yaşıl rənglə rəngləndiyini, qabaq oturacaqlardan başqa digər hissələrin sökülüb götürüldüyünü görmüşdür. O, həmin avtomobilinin üzərində olmuş təkərləri, amortizatorları yeni almışdır ki avtomobil təqsirləndirilən tərəfindən oğurlanmış və təkərlər də, həmçinin maqnitofon, starter və digər hissələr avtomobilinin üzərindən sökülərək çıxarılmışdır. O, avtomobilinin qiymətini 4000 manat hesab edir. Belə ki, ekspertiza rəyi ilə onun avtomobili buraxılış ilinə və bu kimi göstəricilərinə görə 2322 manat qiymətləndirilsə də, o, avtomobilinin detallarını oğurlanmazdan əvvəl yenicə dəyişərək təzələri ilə əvəz etmişdir. Hətta avtomobilinin dövlət qeydiyyat nişanlarını da yoxa çıxarmışlar, banın və mühərrikin nömrəsini silmişlər. Təqsirləndirilən şəxs vurduğu ziyanla bağlı ona 1000 manat ödəmiş, hesab edir ki, təqsirləndirilən 1000 manat da ödəyərsə, ona dəymiş ziyan ödənilmiş olar. Növbəti iclasda bildirmişdir ki, təqsirləndirilən ona 1000 manatdan əlavə 450 manat da ödəniş etmiş, ödəməli qaldığı 250 manatı isə bağışlayır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, onun özünə məxsus “Maz” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə mişar daşı satmaqla ailəsini dolandırır. Təxminən 2 ilə yaxındır ki, yük avtomobili sürücüsü işləyir. Həmin yük avtomobilini təxminən 1 il bundan əvvəl almışdır. 26 iyul 2021-ci il tarixdə, saat 14 radələrində özünə məxsus sözügedən kamazla mişar daşı gətirərək Xaçmaz şəhərində yerləşən Daş bazarı ərazisində saxlamışdır. Sonradan 27 iyul 2021-ci il tarixdə, saat 18 radələrində Daş bazarı ərazisinə özünə məxsus “MAZ” markalı yük avtomobilinə baxış keçirməyə gəlmişdir. Həmin vaxt avtomobilinin yükünün qaydasında olduğuna əmin olub evinə qayıtmışdır. Belə ki, 28 iyul 2021-ci il tarixdə, səhər saat 09 radələrində Daş bazarına gəlmişdir ki, özünə məxsus “Maz” markalı avtomobilinə baxış keçirən zaman 02 ədəd akkumulyatorun yerində olmadığını aşkar etmişdir. Daha sonra Azərbaycan Respublikasi DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş ziyan tam olaraq ödənilmiş, onun təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, X10 məxsus “Kamaz” markalı avtomobili etibarnamə ilə idarə edir. Həmin **-VR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə mişar daşı satmaqla ailəsini dolandırır. Təxminən 15 ilə yaxındır ki, yük avtomobili sürücüsü işləyir. 27 iyul 2021-ci il tarixdə, saat 13 radələrində həmin avtomobil ilə mişar daşı gətirərək Xaçmaz şəhərində yerləşən Daş bazarı ərazisində saxlamışdır. Sonradan 27 iyul 2021-ci il tarixdə, saat 18 radələrində Daş bazarı ərazisinə həmin “Kamaz” markalı yük avtomobilinə baxmağa gəlmişdir. Həmin vaxt avtomobilin və yükün qaydasında olduğuna əmin olub evinə qayıtmışdır. 28 iyul 2021-ci il tarixdə, səhər saat 09 radələrində Daş bazarına gələrək yük avtomobilinə baxdığı zaman 02 ədəd, özünün alaraq həmin avtomobilə qoyduğu özünə məxsus olan akkumulyatorların yerində olmadığını aşkar etmişdir. Daha sonra Xaçmaz RPŞ-yə gedərək bu barədə müraciət etmişdir. Onun idarə etdiyi həmin avtomobilin mülkiyyətçisi X14 olsa da, oğrulanmış akkumulyatorlar ona məxsus olmuş və o həmin akkumulyatorları özü alaraq həmin avtomobilə qoymuşdur. Təqsirləndirilən şəxsin ona vurduğu ziyan ödənilmiş, onun təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbi yoxdur. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs5 ifadəsindən müəyyən edilir ki, o özünə məxsus olan “Kamaz” markalı, **-BF-*** qeydiyyat nişanlı yük maşını idarə edərək müştərilər üçün daş çatdırır. xx.xx.2021-ci il tarixdə yük maşınını Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Daş bazarı” adlanan yerdə saxlamışdır. xx.xx.2021-ci il tarixdə o, daşını satmışdır. Lakin həmin daşı xx.xx.2021-ci il tarixdə müştəriyə təhvil verəcəkmiş. xx.xx.2021-ci il tarixdə, saat 08:00 radələrində “Daş bazarı”na daşı müştəriyə təhvil vermək üçün gələn zaman maşının 02 ədəd akkumulyatorunun yerindən sökülüb oğurlandığını görmüşdür. Buna görə də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq bildirmişdir. O, həmçinin tanışı Zərərçəkmiş şəxs4 məxsus yük avtomobilindən də akkumulyatorların oğurlanmasını bilib ona da bu barədə məlumat vermişdir. O, hadisə ilə bağlı hər hansı bir şəxsdən şübhələnməmişdir. Ona həmin akkumulyatorların oğurlanması nəticəsində 600 manat maddi ziyan dəymişdir. Onun oğurlanan hər iki akkumulyatorunun üzərində “vega” yazılmışdır. Akkumulaytorlarının biri qara rəngdə, digəri isə ağ rəngdə olmuşdur. Həmçinin akkumulyatorların üzərlərində “energy” sözü olan yapışqan kağızlar olmuşdur. Bundan başqa o, əlavə olaraq ifadəsində bildirmişdir ki, cinayət işi üzrə təyin edilərək keçirilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2021-ci il tarixli, 9/8857 nömrəli rəyində ona məxsus olan oğurlanmış akkumulyatorların müəyyən edilən qiymətləri ilə, yəni bir ədədinin dəyəri 80 manat olmaqla iki ədədinin qiymətinin 160 manat olması ilə razıdır. Özü ifadəsində həmin akkumulyatorların qiymətini təxmini olaraq bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs4 ifadəsindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 06 radələrində o, idarə etdiyi “Kamaz” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Daş bazarı”nda saxlamışdır. xx.xx.2021-ci il tarixdə, saat təxminən 08 radələrində digər yük maşınının sürücüsü Zərərçəkmiş şəxs5 onun mobil telefonuna zəng vuraraq demişdir ki, idarə etdiyi Kamaz markalı avtomaşının akkumulyatoru naməlum şəxs və ya şəxslər tərəfindən oğlurlanmışdır. Bundan sonra o dərhal “Daş bazarı”na getmiş və həqiqətən da yük maşınının akkumulyatorunun oğurlandığını görmüşdür. Bunun üçün də o, hadisə ilə əlaqədar DİN-nin “102” xidmətinə zəng vuraraq məlumat vermişdir. O, hadisə ilə bağlı hər hansı bir şəxsdən şübhələnməmişdir. Hadisə zamanı ona 500 manat maddi ziyan dəymişdir. Onun hər iki akkumulyatoru “vega” markalı olmuşdur. Akkumulaytorlarının biri qara rəngdə olmuşdur. Həmçinin hər iki akkumulyatorun üzərində “power” sözü olan yapışqan kağızlar olmuşdur. Bundan başqa o, əlavə olaraq ifadəsində bildirmişdir ki, cinayət işi üzrə təyin edilərək keçirilən məhkəmə-əmtəəşünashq ekspertizasının 30 dekabr 2021-ci il tarixli, 9/8857 nömrəli rəyində ona məxsus olan oğurlanmış akkumulyatorların müəyyən edilən qiymətləri ilə, yəni bir ədədinin dəyəri 80 manat olmaqla iki ədədinin qiymətinin 160 manat olması ilə razıdır. Özü ifadəsində həmin akkumulyatorların qiymətini təxmini olaraq bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Zərərçəkmiş şəxs2 ifadəsindən müəyyən edilir ki, onun özünə məxsus “Kamaz” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili vasitəsilə mişar daşı satmaqla ailəsini dolandırır. Təxminən 25 ilə yaxındır ki, “Kamaz” sürücüsü işləyir. Özünə məxsus həmin **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini təxminən 7 ay bundan əvvəl almışdır. 26 iyul 2022-ci il tarixdə, gecə saat 03 radələrində özünə məxsus sözügedən “Kamaz”la mişar daşı gətirərək Xaçmaz şəhərində yerləşən Daş bazarı ərazisində saxlamışdır. Sonradan 27 iyul 2021-ci il tarixdə, saat 18 radələrində Daş bazarı ərazisinə özünə məxsus “Kamaz” markalı yük avtomobilinə baxış keçirməyə gəlmişdir. Həmin vaxt avtomobilinin və yükünün qaydasında olduğuna əmin olub evinə qayıtmışdır. 28 iyul 2021-ci il tarixdə, səhər saat 09 radələrində Daş bazarına gəlmişdir ki, özünə məxsus “Kamaz” markalı yük avtomobilinə baxış keçirən zaman 02 ədəd, hər birinin dəyəri ayrı-ayrılıqda 220 manat olamaqla ümumi dəyəri 440 manat olan akkumulyatorlarının yerində olmadığını aşkar etmişdir. Onun hadisə ilə bağlı şübhələndiyi şəxs olmamışdır. Hadisə zamanı ona ümumilikdə 440 manat maddi ziyan dəymişdir. Bundan başqa o, əlavə olaraq ifadəsində bildirmişdir ki, cinayət işi üzrə təyin edilərək keçirilən məhkəmə-əmtəəşünashq ekspertizasının 30 dekabr 2021-ci il tarixli, 9/8857 nömrəli rəyində ona məxsus olan oğurlanmış akkumulyatorların müəyyən edilən qiymətləri ilə, yəni bir ədədinin dəyəri 80 manat olmaqla iki ədədinin qiymətinin 160 manat olması ilə razıdır. Özü ifadəsində həmin akkumulyatorların qiymətini təxmini olaraq bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid9 ifadəsində göstərdi ki, o, avtomobil alqı-satqısı ilə məşğuldur, bu vaxtadək təxminən 10-15 dəfə olar ki, avtomobil alaraq satmışdır. Təqsirləndirilən şəxs ona zəng edərək satlıq avtomobil olduğunu bildirmişdir. O, gedərək Tərlanın bildirdiyi avtomobilə baxmış, həmin avtomobil 2106 markalı olmuş, həmçinin yan tərəfində əzik olmuş, üzərində dövlət qeydiyyat nişanı olmamışdır. O, Tərlana demişdir ki, gedib avtomobili sənədləşdirsinlər. Bu zaman Tərlan ona demişdir ki, həmin avtomobilin sahibi Şabran şəhərindəndir, arvadı ilə boşanma işi olduğundan avtomobilin sənədləri Şabran rayon məhkəməsindədir. O, Tərlandan avtomobili hansı qiymətə satdığını soruşmuş, sonuncu 900 manata satdığını bildirmişdir. O, avtomobilin sənəndlərinin hələ ki, olmaması səbəbindən Tərlana beh kimi 200 manat məbləğdə pul verəcəyini, qalan məbləği isə avtomobili sənədləşdirəndən sonra verəcəyini bildirmiş, Tərlan da onun bu təklifi ilə razılaşmış və o, Tərlana 200 manat vermişdir. Bundan sonra o, həmin avtomobili Tərlandan götürərək yaşadığı kəndə aparmış və düzəltdirdikdən sonra satması üçün avtomobil ustası işləyən Elvinə vermiş, Elvin avtomobilə baxaraq təmirinə çox xərc çıxacağını bildirmiş və Elvin həmin avtomobili sonuncuya satmasını təklif etmişdir. O da razılaşaraq həmin avtomobili Elvinə 350 manata satmışdır. O, həmçinin Elvinə bildirmişdir ki, avtomobilin sənədləri təxminən bir aydan sonra gətiriləcək. O, həmin avtomobili Elvinin yanında qoyaraq getmişdir. Elvin avtomobili təmir etmək üçün sökmüş, lakin onu düzəltmək çox xərc tələb etmişdir. Beləliklə, o, Elvinə avtomobilin kuzasını 350 manata satmışdır. O, həmin avtomobilin mühərrikini və sürətlər qutusunu isə Xaçmaz şəhərində yaşayan Əlipaşaya 400 manata satmışdır. Daha sonra onu poli şöbəsinə dəvət etmişlər. Həmçinin bildirmişdir ki, təqsirləndirilənin onun həmin avtomobilin oğurluq olmasından xəbərinin olması, onun sənədsiz avtomobilləri alaraq satması, bundan da əvvəl təqsirləndirilənin ona guya başqa bir sənədsiz avtomobil satması ilə bağlı dedikləri tamamilə yalandır. Təqsirləndirilən ilk dəfə idi ki, ona avtomobil satmışdır. Həmin avtomobilin sənədləri ona təqdim edilməsə də, avtomobili hissələrə ayıraraq satmışdır. Çünki təqsirləndirilən ona sənədlərini gətirəcəyini bildirmişdir. O, həmin avtomobilin mühərrikinin və kuzasının nömrəsini silməmişdir. Avtomobili Elvin sökmüşdür. Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, o, avtomobil alqı-satqısı ilə məşğul olaraq öz dolanışığını təmin edir. O, avtomobilləri internetdə və Xaçmaz rayonu ərazisində satır. Zərərçəkmiş şəxs7 əvvəllər tanımamışdır. Aralarında hər hansı bir münaqişə, dava-dalaş və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs Xaçmaz rayonunun Yergüc kənd sakini kimi tanımışdır. Tərlanla da aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Tərlan onun avtomobil alqı-satqısı ilə məşğul olduğunu bilmişdir. Təxminən 2021-ci ilin aprel ayının ortalarında Tərlan onun mobil telefonuna zəng edərək özündə “VAZ 2106” markalı avtomobilin olmasını və satmaq istədiyini bildirmişdir. O, Tərlandan həmin avtomobil barədə soruşduqda Tərlan ona həmin avtomobilin sənədlərinin məhkəmədə olmasını bildirmişdir. Tərlan həmin avtomobilin Şabran rayonundan olan bir şəxsə aid olduğunu, həmin şəxsin boşandığını və buna görə avtomobilin sənədlərinin məhkəmədə olmasını bildirmişdir. Tərlan həmin sənədləri gələcəkdə həll edəcəyini bildirmişdir. Elgün özünün İpək yolunda olduğunu bildirmişdir. O, həmin zaman özünə məxsus olan ağ rəngli “VAZ 2106” markalı avtomobili ilə razılaşdıqları kimi ipək yoluna etmişdir. Həmin zaman onunla birlikdə tanışı Səyyar da gəlmişdir. Bir qədər sonra onlar Tərlanla ipək yolunun üzərində yerləşən pirin yaxınlığında görüşmüşlər. O, Tərlandan həmin avtomobilin özündə necə olmasını soruşduqda Tərlan avtomobili sahibindən ucuz qiymətə aldığını bildirmişdir. O, Tərlandan həmin avtomobilin sənədlərini soruşduqda Tərlan sənədlərin olmadığını, kənddə sahəyə getmək üçün hər hansı bir kəndliyə avtomobili sata biləcəyini bildirmişdir. Özünün gələcəkdə sənəd məsələsini həll edəcəyini demişdir. Tərlan həmin avtomobili 900 manata satmaq istədiyini demişdir. O isə Tərlana o qədər pulunun olmadığını bildirmişdir. Bu zaman Tərlan avtomobili 500 manata sata biləcəyini demişdir. O, həmin zaman pulqabını çıxararaq sadəcə 200 manat pulunun olduğunu bildirmişdir. O daha sonra avtomobili satdığı zaman Tərlana yenidən pul verməyi şərtilə həmin avtomobili ona satmışdır. O, Tərlana 200 manat pul vermiş və daha sonra həmin avtomobili satdığı zaman Tərlana pul verəcəkdi. O, Tərlandan həmin avtomobilin bəzi yerlərində vuruğunun olmasını soruşduqda Tərlan avtomobilin köhnə sahibinin alkaş olmasını, avtomobilə baxmamasını demişdir. Tərlan bundan sonra onlardan ayrılmışdır. O, Tərlandan aldığı avtomobili işə salmış və həmin avtomobili sürərək Xaçmaz rayonunun Haput kəndində olan Elvin adlı avtomobil ustasına gətirmişdir, onun avtomobilini isə Səyyar sürərək arxasınca gəlmişdir. O, istəmişdir ki, avtomobildə olan əzikləri Elvinə düzəltdirsin. O, avtomobili Elvinin yanında düzəltməsi üçün qoyaraq oradan uzaqlaşmışdır. Növbəti gün Elvin ona zəng edərək həmin avtomobilin dəyişilməli hissələrini demişdir. O, xərcinin çox olacağını düşündüyündən həmin avtomobili hissələrini satmaq qərarına gəlmişdir. Bundan sonra avtomobili yaşadığı evə gətirmişdir. Yaşadığı evdə avtomobilin sürətlər qutusunu və matorunu Əlipaşa adlı başqa tanışına 400 manat müqabilində satmışdır. Elvin isə onunla avtomobilin kuzasını və digər hissələrini almaq barədə razılığa gəlmişdir. Elvin ona avtomobilin aldığı hissələri müqabilində 350 manat pulu vermişdir. Yəni 300 manat pul vermiş, 50 manat isə onun özünə olan borcunu silmişdir. Əlipaşa isə təxminən 15 gün ərzində həmin 400 manat pulu ona hissə-hissə vermişdir. O, avtomobil alqısatqısı ilə məşğul olduğundan satmaq məqsədilə həmin avtomobili almışdır. O, həmin avtomobilin oğurluq olmasını bilməmişdir. Tərlanla heç bir razılığa gəlməmişdir. O, həmin avtomobili kənd sahəsinə gedib-gəlmək istəyən hər hansı şəxsə sata biləcəyini düşündüyündən sənədsiz almışdır. O, avtomobili Tərlandan aldığı zaman onun üzərində maqnitofon olmamışdır. Məhkəmə istintaqı zamanı şahid Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs6 onun qardaşıdır. Təqsirləndirilən şəxs Zakirdən “NİVA” markalı avtomobili təmir edəcəyi adı ilə götürüb aparmış, lakin həmin avtomobili hissələrə ayıraraq yararsız vəziyyətə salmışdır. Həmin avtomobil digər qardaşına məxsus olmuş, qardaşı vəfat edəndən sonra avtomobil qardaşı Zakirin istifadəsində olmuşdur. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, qardaşı Zərərçəkmiş şəxs6 mərhum qardaşı Ənvər Arzumanovdan qalan “Vaz 21213 minik” markalı, ** GP *** dövlət nömrə nişanlı avtomobili təxminən 2020-ci ilin avqust ayında təsadüfən tanış olduğu maşın ustası Təqsirləndirilən şəxs vermişdir ki, avtomobili təmir etsin. Tərlan avtomobili Xaçmaz rayonunun Hacıəlibəy kəndinə aparıb orada maşın təmir edən Elşən və Davud adlı ustaların yanında saxlamışdır. Tərlan bir neçə dəfə qardaşı Zakirdən avtomobilin təmiri üçün hissə-hissə pul alsa da, maşını təmir etməmişdir. Təxminən bir neçə ay keçəndən sonra Eİşən Zakirə zəng edib bildirmişdir ki, Tərlan maşını atıb çıxıb gedib, heç bir təmir işləri aparmır və bir qadın gəlib maşını aparmaq istəyir. Zakir həmin vaxt Bakı şəhərindən Xaçmaz rayonunun Alıcqışlaq kəndinə qonaq gəlmişdir. Bunu bilən kimi tez Hacıəlibəyli kəndinə getmişdir. Qardaşı kəndə çatanadək həmin qadın avtomobili aparmışdır. Bundan sonra onların şikayətinə əsasən maşın Xaçmaz-Quba yolunda Xaçmaz rayonu ərazisində yerləşən avtomobil sexində tapılmışdır. Tərlan qardaşına demişdir ki, maşını özü gətirib həmin sexə qoydurub. Avtomobilin təmir işlərini həmin sexdə görəcək. Hətta qardaşı Zakirdən əlavə olaraq yenə 100 manat da almışdır. Qardaşı bundan sonra Bakı şəhərinə getmişdir. Bir müddət, yəni 10 gün keçdikdən sonra qardaşı yenidən Xaçmaz şəhərinə gəlmiş və avtomobilə baxmaq üçün təmir sexinə getdikdə orada işləyən, adını xatırlamadığı usta qardaşına demişdir ki, maşını Tərlan aparmışdır. Zakir Tərlana zəng etmiş, lakin Tərlan telefona cavab verməmişdir. Təxminən 10 gün qardaşı Zakir Tərlanı axtarmışdır. Lakin tapa bilməmiş, yəni qardaşı Bakı şəhərində evindən Tərlana zənglər etmiş, ancaq Tərlan zənglərə cavab verməmişdir. 23 aprel 2021-ci il tarixdə Zakir ona zəng edib demişdir ki, hadisə ilə bağlı polisə şikayət etsin. Bu səbəbdən o, Xaçmaz RPŞ-yə gəlib şikayət etmişdir. Tərlan qardaşı Zakirdən ümumilikdə 2400 manat pul almışdır. Məhkəmə istintaqı zamanı Şahid7 ifadəsində göstərdi ki, o, Şahid4 atasıdır. Tarixini dəqiq xatırlamadığı bir gün, təxminən mart ayında o, evinin qarşısında olan kiçik bağda ağac qələmləri sulayarkən oğlu Osmanın evə bir avtomobil gətirdiyini görmüş və o, Osmandan həmin avtomobil barədə soruşmuşdur. Osman isə ona həmin avtomobili yedəklə apararkən onların yaşadıqları kəndin yaxınlığında yolda təkərlərində kilidlənmə olmuş, həmin avtomobili təqsirləndirilən Təqsirləndirilən şəxs satdığını və almaq istədiyini bildirmişdir. O, əsəbiləşərək Osmana avtomobili qaytarmasını bildirmiş və o, işini görməyə davam etmişdir. Osman isə avtomobili evin yaxınlığına apararaq yedəkdən ayırmışdır. Daha sonra Eldəniz adlı bir oğlan da gəlmiş və Osmanla avtomobilə baxmışlar. Bir qədər sonra isə o, elə həmin bağda olarkən Tərlanın gəlib çağırdığını görmüş və Tərlandan nə istədiyini soruşmuşdur. Tərlan isə ona Osmana bir avtomobil verdiyi demişdir. O, Tərlandan avtomobilin kimə məxsus olduğunu soruşmuş, sonuncu da avtomobilin özünə məxsus olduğunu demişdir. O, Tərlandan avtomobilin sənədləri barədə soruşduqda, sonuncu demişdir ki, sənədləri evdədir, avtomobilə görə 500 manat indi versinlər, sənədləri gətirib verəndə isə 1000 manatı da verərlər. O isə Tərlana demişdir ki, onun avtomobilə ehtiyacı yoxdur, üstəlik də təkərləri işləmir, ona görə də avtomobili istəmir, götürərək avtomobilini aparsın. Bundan sonra X12 yanına, yəni avtomobilin yanına getmişdir. Sonra o, elə işlədiyi yerdən baxaraq görmüşdür ki, Tərlan, Osman və Eldəniz avtomobilin ətrafında nəsə edirlər, onun həyətində videomüşahidə kameraları da olmuşdur. O, Eldənizdən nə etdiklərini soruşmuş, Osmanı da danlamışdır. Eldəniz ona avtomobili düzəldərək hərəkətə gətirmək üçün çalışdıqlarını bildirmişdir. O, qələmlərin sulanması üçün qoşduğu suyun kəsildiyini görüb, suyun haradan kəsilməsini müəyyən etmək üçün evdən təxminən beş yüz metr məsafədə ayrılmış və evinə geri qayıdanda görmüşdür ki, avtomobili sökürlər. Eldənizdən nə etdiklərini soruşduqda sonuncu demişdir ki, heç bir problem yoxdur, avtomobil Tərlanın özünündür, onlara söküb aparacağanı deyir. O, onlara həyətini zibilxanaya çevirməməyi, hər şeyi həyətdən yığışdırıb getmələrini deməklə iradını bildirmiş və yenidən işini görmək üçün onlardan aralanmışdır. O, işini görəndə Eldənizin avtomobili ilə getdiklərini görmüşdür. O isə həyətə gedib görmüşdür ki, avtomobili tamamilə sökmüşlər. O, Eldənizə zəng edərək niyə görə avtomobili sökdüklərini və onun həyətində qaldığını soruşmuşdur. Eldəniz isə cavab vermişdir ki, gəlib aparacaq. Avtomobili Tərlan gələndən sonra sökməyə başlamışlar, yəni Tərlan buna icazə verdikdən sonra, həmin vaxtadək Osman və Eldəniz avtomobili sökməmişlər. O, Eldənizə gəlib avtomobili həyətindən aparmalarını, əks halda, polisə şikayət edəcəyini demişdir. O, axşam saatlarında öz avtomobili ilə evindən çıxanda qarşıdan bir avtomobilin gəldiyini görmüş və həmin avtomobil onun yanında saxlamış, içərisindən Tərlan demişdir ki, sökdükləri avtomobilin padpresini (ön şüşəsini) aparmaq üçün gəlmişdir. O, Tərlana demişdir ki, təkcə o şüşəni yox, sökdükləri avtomobilin hər şeyini yığışdırıb aparsın. Tərlan gedənə kimi gözləmiş, sonuncu şüşəni götürərək gedəndən sonra o da getmişdir. O, evinə qayıdandan sonra axşam təxminən saat 11 radələrində yenidən Eldənizə zəng edərək avtomobili niyə görə həyətindən hələ də aparmadıqlarını soruşmuş, Eldəniz isə bu gecə olmasa da, səhər mütləq aparacaqlarını bildirmişdir. Səhəri gün o, arvadı ilə Quba şəhərinə xəstəxanaya getmiş, günorta saat təxminən 01 radələrində evinə qayıtmış və sökülmüş həmin avtomobilin artıq həyətində olmadığını, artıq apardıqlarını görmüşdür. Bundan xeyli müddət keçəndən sonra, yəni may ayında polis əməkdaşı ona zəng edərək çağırmış və ondan həmin sökülmüş avtomobil barədə soruşmuş, o da Tərlanın götürərək apardığını bildirmişdir. O, polis şöbəsində həyətində videomüşahidə kameralarının olduğunu bildirmiş, lakin həmin videokameraların qeyd etdiyi görüntülər bir ay müddətində yaddaşda saxlanıldığı üçün Tərlangilin avtomobili sökmələrinin videogörüntüləri yaddaşdan silinmişdir. Həmçinin bildirmişdir ki, o, həmin avtomobilin oğurluq olmasını bilməmişdir. Belə ki, təqsirləndirilənin atası avtomobil ustasıdır və buna görə də o, fikirləşmişdir ki, ola bilsin, həmin avtomobil özlərinindir, satmaq istəmişlər. Oğlu Osman həmin avtomobili oğurlayaraq evə gətirməmişdir. Çünki Osman avtomobili evə gətirən gün Tərlan da onlara gəlmiş və onun Tərlanla həmin vaxt ilkin söhbəti zamanı sonuncu həmin avtomobil üçün 500 manat əvvəldən verməyi, 1000 manatı isə sənədlərini təqdim etdikdə vermələrini təklif etmiş, bundan sonra həyətə girərək avtomobili sökmüşlər. O isə avtomobil almaq istəmədiyindən həmin avtomobili götürüb aparmalarını tələb etmişdir. Əlavə olaraq bildirmişdir ki, əgər təqsirləndirilən şəxs guya Osmanın avtomobili ondan xəbərsiz götürüb evə gətirərək sökməsi barədə 102 xidmətinə məlumat vermişdirsə, polis əməmkdaşları həmin gün tədbir görmüş olardılar, lakin həmin avtomobilin söküldüyü gündən bir aya yaxın müddət keçəndən sonra hadisə aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı Şahid12 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs7 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs tanımamışdır. Şahid11 isə onun qohumudur. 2021-ci ilin aprel ayında Elvin tanışının Vaz 2106 markalı avtomobilin kuzasını satdığını bildirmişdir. Onlar söhbət edərək qərara gəlmişlər ki, həmin avtomobilin kuzasını, yəni banını alsınlar, daha sonra üzərinə mühərrik qoyaraq kənd ərazisində sürsünlər. Onlar düşünmüşlər ki, kuzanı düzəldərək təsərrüfatda işlədərlər. Onlar razılaşmışlar ki, kuzanın pulunu onlardan biri verər, daha sonra mühərriki də onlardan digəri alar. Bundan sonra Elvin Elgün adlı tanışına zəng etmişdir. Elgün isə həmin kuzanın həyətdə olmasını, nə vaxt istəsələr götürə bilmələrini bildirmişdir. Növbəti gün axşam tərəfi onlar birlikdə Elgüngilə getmişlər. Elgünlə telefon vasitəsilə əlaqə saxladıqda sonuncu Xaçmaz şəhərində olduğunu, atasına bu barədə bildirdiyini, evlərinə gedərək kuzanı götürərək pulu atasına verə biləcəklərini demişdir. Onlar Elgüngilin evinə çatdıqda Elgünün atası Mahir Abbasovu çağırmışlar. Elgünün atası həyət qapısına çıxdıqda sonuncuya kuzanı almaq üçün gəldiklərini bildirmişlər. Mahir onlara kuzanın yerini göstərmişdir. Onlar həmin kuzanı itələyərək həyətdən çıxarmışlar. Onlar həmin kuzanı götürdükdən sonra Mahirə 300 manat pul vermişlər. Geriyə qalan 50 manatı isə Elgünün Elvinə borcu olduğundan həmin borcu silmişdir. Onlar həmin kuzanı evə gətirmişlər. Bundan təxminən 20-25 gün sonra polis şöbəsinə dəvət olunduqları zaman həmin avtomobilin oğurluq olmasını bilmişlər. Həmçinin ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla o, qeyri-rəsmi olaraq ər-arvaddırlar və onların üç uşağı var. Onun Tərlanın avtomobil oğurlamasından xəbəri olmamışdır, avtomobili Osman sökərək satmış, lakin Tərlan təqsirləndirilmişdir. Tərlanın Zərərçəkmiş şəxs6 avtomobilini təmir etmək üçün götürməsndən xəbəri olmuşdur. Zakir Tərlana təmir üçün 700-800 manat pul vermişdir. Həmin puldan təxminən 150-200 manat pul qalmış və həmin pulu Tərlan Zakirə qaytarmışdır. Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs qeyri-rəsmi əridir. Onların 2 azyaşlı qız övladları vardır. Zərərçəkmiş şəxs6 əvvəllər tanımamışdır, onunla aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. 2020-ci ilin avqust ayında Tərlan özü ilə “VAZ 21213” minik markalı avtomobil gətirmişdir. Tərlan özü təmir ustası olduğundan həmin avtomobili evin yaxınlığında təmir etmişdir. Həmin avtomobil təxminən 2 aydan bir qədər çox müddətə Xaçmaz rayonunun Hacıəlibəy kəndindəki kirayədə yaşadıqları evin yaxınlığında saxlayaraq dəmir işlərini görmüşdür, həmin müddət ərzində Tərlan Zakirlə həmin avtomobili bildiyi qədərilə ustaya aparmışdır. Bundan sonra Tərlan avtomobili rənglənmə işlərinin görülməsi üçün Hacıəlibəy kəndində usta işləyən Elşənin sexinə aparmışdır. Həmin avtomobil təxminən 1 aya yaxın Elşəndə qalmışdır. Həmin ərəfələrdə Tərlan avtomobili təmir edib təhvil vermədiyinə görə avtomobilin sahibi Zakir Tərlana zəng edərək polisə müraciət edəcəyini bildirmişdir. O, Tərlana avtomobili təmir etdirməsini deyirmiş. Tərlan ona avtomobilin Elşəndə olmasını, Elşəni gözlədiyini bildirmişdir. O, həmin zaman Elşən avtomobili təmir etmirsə, başqa şəxsə verməsini Tərlana demişdir. Lakin həmin ərəfələrdə Elşənlə Tərlanın arasında narazılıq yaranmışdır. Tərlanın evinə gəlməməsini bildirmişdir. Bu zaman o, Elşənə avtomobili Tərlanın götürməli olduğunu dedikdə Tərlan ona sən gəl, lakin Tərlan gəlməsin demişdir. Bundan sonra o, Tərlanın tanıdığı Xaçmaz RPŞ-nin polis əməkdaşı Hikmətlə əlaqə saxlayaraq avtomobili oradan götürmək istədiyini, Tərlanla Elşənin arasında narazılıq olduğunu bildirmişdir. Həmçinin Tərlanın həmin avtomobili təmir etdirməli olduğunu demişdir. Hikmət isə gedib avtomobili götürməyini, hansısa bir narazılıq olsa, deməyini ona bildirmişdir. Bundan sonra o, Xaçmaz şəhəri, N.Nərimanov dairəsindən evakuator tutaraq Elşənin evinə getmişdir. O, oradan Elşənin razılığı ilə avtomobili götürmüşdür. O, Tərlanın ona bildirdiyi kimi, avtomobili Xaçmaz-Quba yolu üzərində yerləşən Tahirin avtomobil təmiri sexinə qoymuşdur. Bundan sonra isə yaşadığı evə getmişdir. O daha sonra həmin avtomobillə bağlı nə baş verməsini bilməmişdir. Zakir Tərlana avtomobilin təmiri üçün xatırladığı qədərilə fərqli zamanlarda 100, 150, 200 manat pul vermişdir. X13 bildiyi qədərilə təxminən 700 manat pul vermişdir ki, avtomobilini Tərlan təmir etsin. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsindən müəyyən edilir ki, xx.xx.2021-ci il tarixdə, saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs Polda oğlu ona zəng vuraraq Xaçmaz şəhəri ərazisindən özünü götürməyini istəmişdir. O isə Təqsirləndirilən şəxs dediyi əraziyə getmişdir. Tərlan ona özünü Quba rayonuna aparmağını istəmişdir. O, Tərlanla razılaşmış və Quba rayonu istiqamətində hərəkətə başlamışdır. Lakin Quba rayonu istiqamətində Xaçmaz şəhərindən çıxan zaman, Təqsirləndirilən şəxs ona demişdir ki, magistiral yolun kənarında 4 ədəd akkumulyator var, onu Quba rayonuna satmağa aparmalıdır. Tərlan ona həmin akkumulyatorları lazımsız olduğu üçün Daş bazarından aldığını bildirmişdir. O, Tərlandan nə üçün Xaçmaz şəhərində həmin akkumulyatorları satmadığını soruşduqda Tərlan ona Xaçmazda ucuz aldıqlarını bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs dediyi yerə avtomobili sürmüşdür. Həmin yerdə Tərlan akkumulyatorları idarə etdiyi “VAZ 21011” markalı, **-BF-*** qeydiyyat nömrə nişanlı avtomaşının yük yerinə yükləmişdir. Bundan sonra onlar Quba rayonunda yerləşən əlvan metal qəbulu məntəqəsinə getmişlər. Tərlan həmin akkumulyatorları orada satmışdır. Tərlan ona yol pulu kimi 10 manat pul vermişdir. O, Tərlanın həmin akkumulyatorları oğurlamasını polis əməkdaşları onu Xaçmaz RPŞ-yə dəvət etdikləri zaman bilmişdir. O, həmin akkumulyatorların oğurluq olmasını bilməmişdir. O, Tərlanın həmin akkumulyatorları neçəyə satmasını bilməmişdir. Amma Tərlan ona yol pulu kimi sadəcə 10 manat pul vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsindən müəyyən edilir ki, o, fərdi sahibkarlıqla məşğul olaraq öz dolanışığını təmin edir. Quba şəhəri, 29-cu məhəllədə yerləşən metal qəbulu məntəqəsinin sahibidir. İşi ilə əlaqədar olaraq müxtəlif şəxslərdən metal və tərkibində metal olan əşyaları məntəqədə qəbul etmişdir. xx.xx.2021-ci il tarixdə, saat 12 radələrində Xaçmaz şəhər sakini Təqsirləndirilən şəxs 04 ədəd yük maşını üçün olan akkumulyatorları gətirmişdir. Həmin akkumulyatorlar üçün o, Təqsirləndirilən şəxs 233 manat 80 qəpik pul ödəmişdir. Bundan sonra Tərlan getmişdir. Tərlan həmin akkumuyatorları tək başına satmışdır və həmin akkumulyatorların özünə məxsus olmasını bildirmişdir. O, akkumulyatorları aldıqdan sonra özündə saxlamışdır. O, həmin akkumulyatorların oğurluq olmasını bilməmişdir. Tərlan akkumulyatorların özünə məxsus olduğunu demişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 ifadəsindən müəyyən edilir ki, onun Xaçmaz rayonunun Hacıəlibəy kəndində yaşadığı evin yaxınlığında özünə məxsus olan avtomobil təmiri sexi var. O, həmin sexdə avtomobilin dəmir, rəngsaz işlərini görür. Zərərçəkmiş şəxs6 əvvəllər tanımamışdır. Onunla aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Təqsirləndirilən şəxs isə Xaçmaz rayonunun Yergüc kənd sakini kimi tanımışdır. Tərlanla da aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. 2021-ci ilin noyabr ayında Tərlan onun sexinə gələrək özünə məxsus olan “Vaz 21213 minik” markalı avtomobilinin olduğunu, həmin avtomobili rənglətdirmək istədiyini bildirmişdir. O, həmin gündən 1 ay öncəsindən etibarən Tərlanın həmin avtomobili kəndlərinin ərazisində sürməsini gördüyündən avtomobilin Tərlanın olduğuna inanmışdır. O, Tərlanla razılaşaraq avtomobili gətirməsini, rənglənmə işlərini görəcəyini demişdir. Danışıqlarına əsasən Tərlan ona rənglənmə işlərinə görə 200 manat pul verəcəkmiş. Həmin gün axşam saat 20 radələrində Tərlan avtomobili idarə edərək onun sexinə gəlmişdir. Tərlanın gətirdiyi avtomobil “Vaz 21213 minik” markalı olmuşdur. Üzərində rəng olmamışdır. Tərlan avtomobili onun həyətyanı sahəsinə salmışdır. Tərlan ona bildirmişdir ki, növbəti gün onunla birlikdə gedərək avtomobilin rəngini alarlar. Bundan sonra Tərlan sexdən ayrılmışdır. Avtmobilin dövlət qeydiyyat nişanları üzərində bağlı halda olmamışdır. O, növbəti gün Tərlanla avtomobilin rənglənməsi ilə bağlı danışdıqda Tərlan ona hələ pul tapa bilmədiyini bildirmişdir. Belə ki, təxminən 1 həftə sonra Tərlan onun işlədiyi sexə yenidən gəlmişdir. Tərlan ona və yanındakı digər sexi işlədən X7 “VAZ 21213 minik” markalı avtomobilinin ön ötürücüsünü (razdatkasını), arxa mostunu və sürətlər qutusunu (karobkasını) satmaq istədiyini bildirmişdir. Tərlan avtomobili onun rəngləməyi üçün rəng almağa pulunun olmadığını bildirmişdir. Tərlan Davudun özünün “VAZ 21213 minik” markalı avtomobili olmasını bilmişdir. Buna görə özünün olduğunu bildirdiyi “Vaz 21213 minik” markalı avtomobilin yuxarıda qeyd etdiyi hissələrini Davuda satmaq istədiyini təklif etmişdir. Belə ki, o, Davuda qeyd etdiklərinin ümumilikdə 600 manat olduğunu bildirmişdir. Tərlan Davuda əgər Davud öz avtomobilində olan eyni hissələri və üzərində 300 manat versə, qeyd etdiklərini Davuda sata biləcəyini bildirmişdir. Davud ilk öncə buna razı olmamışdır. Tərlan bundan sonra sexdən getmişdir. Tərlan rəng almaq üçün pul tapdıqdan sonra gələcəyini bildirmişdir. Növbəti gün Tərlan yenidən sexə gəlmişdir. Tərlan Davuda yenidən özünə məxsus olduğunu bildirdiyi “VAZ 21213 minik” markalı avtomobilin sürətlər qutusu (karobkası) istisna olmaqla avtomobilinin ön ötürücüsünü (razdatkasını) və arxa mostunu sata biləcəyini, bunun müqabilində Davudun avtomobilinin eyni hissələrini və üzərində 250 nanat pul istədiyini demişdir. Davud Tərlanın təklifi ilə razılaşmışdır. Tərlan həmin zaman ondan 250 manat pulu götürmüşdür ki, gedib rəng alsın. Lakin avtomobillərin hissələri öz üzərlərində qalmışdır. Bundan sonra təxminən 3 gün müddətində Tərlan sexə gəlməmişdir. Tərlana zəng etsələr də telefonuna zəng çatmamışdır. 3 gün sonra sexə Zakir adlı şəxs gəlmişdir. Zakir ona yaxınlaşaraq sexdə “VAZ 21213 minik” markalı avtomobilin olmasını, Tərlanın həmin avtomobili gətirməsini və həmin avtomobilin özünə aid olmasını bildirmişdir. O, “bəli” deyərək avtomobili Zakirə göstərmişdir. Onlar birlikdə avtomobilin içərisinə baxdıqda avtomobilin arxa oturacaq yerində dövlət qeydiyyat nişanının olmasını görmüşlər. Belə ki, avtomobilin dövlət qeydiyyat nişanı ** GP *** olmuşdur. Zakir həmin avtomobilin ona mərhum qardaşından qalmasını, Tərlana avtomobili təmir etməsi üçün verdiyini bildirmişdir. O, həmin zaman Tərlana 1000 manatdan yuxarı pul verdiyini də demişdir. Zakir ondan avtomobilin nə üçün burada olduğunu soruşduqda o, Tərlanın həmin avtomobilin özünə məxsus olduğunu dediyini və rəngləmə işi ilə bağlı onun yanına gətirdiyini demişdir. Bundan sonra Zakir ona Tərlan gəldiyi zaman deməyini bildirmiş və oradan getmişdir. O, bu barədə Davuda bildirmişdir. Davud Tərlanla bu barədə əlaqə saxlamağa çalışsa da, bunu bacara bilməmişdir. Bundan iki gün sonra Zakir yenidən gələrək Tərlanı soruşmuşdur. Bu zaman Davud Zakirdən soruşmuşdur ki, “bu avtomobil sənindi, ya Tərlanın?”. Zakir isə avtomobilin özünə məxsus olmasını demişdir. Davud həmin zaman Tərlanın ondan 250 manat pul almasını, bunun müqabilində onunla avtomobilinin ehtiyat hissələrini dəyişəcəyini bildirməsini demişdir. Zakir isə avtomobilin heç bir hissəsinə dəyməmələrini, avtomobilin özünə məxsus olmasını demişdir. Bundan təxminən 3 gün sonra Tərlan yenidən sexə gəlmişdir. Davud Tərlandan avtomobilin kimin olması barədə soruşduqda Tərlan avtomobili Zakirdən aldığını, lakin pulu tam vermədiyi üçün Zakirin avtomobili ondan almaq istədiyini bildirmişdir. O da onların yanında dayanmışdır. Davud həmin zaman Tərlandan verdiyi pulu geri istəmişdir. Tərlan isə bir-iki günə pulu gətirərək avtomobili götürəcəyini demişdir. Tərlan orada olduğu zaman o, Zakirə zəng etmişdir ki, sexə gəlsin. Lakin Zakir gəlib çatanadək Tərlan sexdən getmişdir. Zakir gəldikdə isə o Zakirə Tərlanın avtomobili götürəcəyini bildirmişdir. Zakir isə verməməyini dedikdə o, avtomobili Tərlanın gətirdiyini demişdir. Öz məsələlərini aralarında həll etmələrini istəmişdir. Bundan təxminən 3 gün sonra Aygün adlı qadın evakuatorla sexə gəlmişdir. Həmin zaman Tərlan Davudun pulunu geri qaytarmışdır. Aygün Tərlanın qeyri-rəsmi arvadıdır. Aygün evakuatorla avtomobili aparmışdır. Bunadan sonra o, həmin avtomobili görməmişdir. Davud həmin hadisədən bir qədər sonra işləmək üçün Rusiya Federasiyasına getmişdir. Tərlan həmin avtomobilin özünə məxsus olmasını bildirmişdir. Həmçinin Tərlan avtomobilin hissələrini satmaq istəmişdir. Sonradan Zakir həmin avtomobilin özünə məxsus olmasını bildirmişdir. O başa düşmüşdür ki, Tərlan və Zakirin arasında avtomobillə bağlı narazılıq var. Lakin avtomobilin həqiqətdə kimə aid olmasını bilməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid4 Şahhüseyn oğlunun ifadəsindən müəyyən edilir ki, o, Təqsirləndirilən şəxs tanıyır. Tərlan onun həmkəndlisidir. Aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. 2021- ci ilin aprel ayında kənddə Tərlanla görüşdükləri zaman Tərlan ona özünə məxsus “VAZ 21213 minik” markalı avtomobilinin olduğunu, həmin avtomobilin Xaçmaz şəhərində təmir sexində olduğunu və onu satmaq istədiyini bildirmişdir. O, Tərlandan həmin avtomobillə bağlı maraqlandığı zaman Tərlan ona həmin avtomobili daha sonradan pulunu ödəməyi şərtilə sata biləcəyini bildirmişdir. Belə ki, Tərlan ona həmin avtomobilin müqabilində 500 manatı ilkin olaraq həmin zaman, daha sonra isə 1000 manat verə biləcəyini bildirmişdir. O, Tərlandan maşını almaq istədiyini, lakin valideynindən icazə almalı olduğunu bildirmişdir. Həmin gün avtomobildən anlayışı olduğunu fikirləşdiyi həmkəndlisi olan Şahid5 ilə danışdığı zaman Tərlanın avtomobil satdığını və özünün həmin avtomobili almaq istədiyini bildirmişdir. Bir neçə gün sonra həmin avtomobilə baxmaq məqsədilə o, Eldəniz və Tərlan Xaçmaz şəhərinə yollanmışlar. Onlar Xaçmaz şəhərində “Vaz” adlı avtomobil təmir sexinə getmişlər. O, orada “Vaz 21213 minik” markalı avtomobilin boyasının yandırılaraq çıxarılmış vəziyyətdə olduğunu görmüşdür. O, Tərlana atasının da həmin avtomobilə baxmasını və daha sonradan qərarını verəcəyini bildirmişdir. Tərlan həmin zaman avtomobilə benzin alıb kəndə sürməyi və atasının həmin avtomobilə baxmasını təklif etmişdir. Onlar avtomobilə benzin almışlar. Tərlan avtomobili işə salıb bir qədər irəli getdikdən sonra avtomobil sönmüşdür. Tərlan avtomobili işə sala bilmədiyindən onlar həmin avtomobili onun avtomobilinə kəndirlə bağlamışlar və bu formada kəndə aparmışlar. Lakin kənddə olan Tamillanın çayxanasının yanında həmin avtomobilin təkərləri kilidə düşmüşdür. Onlar məcbur avtomobili orada saxlamışlar. Həmin zaman onun avtomobilinin motoru qızdırmışdır. Onlar avtomobili oraya qoymuş və evə getmişlər. Həmin zaman Tərlan ona avtomobili daha sonradan evlərinə aparmağını bildirmişdir. O, həmin gün bir neçə saat sonra yenidən avtomobili ilə oraya gələrək həmin “VAZ 21213 minik” markalı avtomobili həmkəndlisi Eldənizin köməkliyi ilə küçələrinə aparmışdır. Növbəti gün isə avtomobili həyətyanı sahələrinə salmışdır. Həmin gün səhər saat 11 radələrində atası X4 evə gəlmişdir. O, atasına bildirmişdir ki, Tərlan həmin avtomobili satmaq istəyir, o da almaq istəyir. Əgər razı olsa, 500 manat indi verəcək, yayda isə 1000 manat verəcək. Atası ona “bizə avtomobil lazım deyil” demiş və avtomobili həyətdən çıxartmağını tapşırmışdır. Bundan sonra atası evdən çıxaraq getmişdir. Həmin gün saat 14 radələrində Tərlan onlara gəlmişdir. Bir qədər sonra atası da evə geri qayıtmışdır. Eldəniz də həmin zaman onların evlərində olmuşdur, atası Tərlandan avtomobilin sənədlərinin olubolmamasını soruşmuşdur. Tərlan həmin zaman avtomobilin sənədlərinin olmasını atasına bildirmişdir. Lakin atası avtomobil lazım olmadığını bildirmişdir. Atası Tərlana avtomobilini götürərək oradan getməsini bildirmişdir. Tərlan avtomobili işə sala bilmədiyindən avtomobilin motor hissəsini və digər detallarını çıxararaq bu formada satacağını ona bildirmişdir. Bu səbəbdən avtomobilin ehtiyat hissələrini sökməyə başlamışdır. Tərlan avtomobili onun köməkliyi ilə sökmüşdür. Lakin həmin gün avtomobilin heç bir hissəsini aparmamışdır. Növbəti gün evdə olmadığı zaman Tərlan onlara gələrək avtomobilin bəzi hissələrini götürmüşdür, bundan bir gün sonra da kimə məxsus olmasını bilmədiyi boz rəngli “QAZ 24” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə tək gəlmiş və “VAZ 21213 minik” markalı avtomobilin digər hissələrini də götürmüşdür. Avtomobilin sadəcə kuzası və təkərləri qalmışdır. Tərlan ona avtomobilin kuzasını satmağa kömək etməyini, yəni müştəri tapmağını bildirmişdir. Lakin atası avtomobilin hələ də onlarda olmasına əsəbləşdiyindən o, Eldənizin köməkliyi ilə avtomobilin kuzasını təkərsiz vəziyyətdə onun avtomobilində olan qoşquya qoyub Xaçmaz rayonunun Üçgün kəndinə aparmışdır. O, dəfələrlə Tərlana avtomobilin kuzasını da gəlib götürməsini desə də, Tərlan gəlib avtomobili götürməmişdir. Tərlan ona həmin avtomobili yaxınlıqda olan digər kəndə, yəni Üçgün kəndində aparmasını bildirdiyindən o, həmin avtomobilin kuzasını oraya aparmışdir. Həmin kənddə onu tanıdıqlarından avtomobilin kuzasına heç nə olmayacağını bilmişdir. O, Tərlana bu barədə bildirmiş və avtomobilin təkərlərini də gəlib həyətdən götürməsini Tərlana demişdir. Lakin Tərlan həmin zaman kənddə olmadığını, daha sonra təkərləri gəlib aparacağını bildirmişdir. O, kuzanın satılması ilə bağlı bir neçə nəfərə bildirmişdir. Təxminən bir neçə gün sonra axşam saatlarında ona zəng gəlmişdir. Ona zəng edən şəxsin adının sonradan Sədi olmasını bilmişdir. O, bu barədə Tərlana dedikdə Tərlan özünün uzaqda olmasını deyərək kuzanı müştəriyə göstərməyini ondan xahiş etmişdir. Sədi ondan “VAZ 21213 minik” markalı avtomobilin kuzası barədə maraqlanmışdır və həmin gün onlar görüşmüşlər. Sədi ona avtomobilin kuzasına görə 400 manat verəcəyini bildirmişdir. O, Tərlana bu barədə dedikdə Tərlan həmin qiymətlə razılaşmışdır. Həmin şəxs ondan sənədlərin olub-olmamasını soruşduğu zaman o, Tərlanın sözünə əsasən olmasını bildirmişdir. Sədi kuzanı almaqda razılaşıb beh olaraq 100 manat pul vermiş və növbəti gün gəlib 300 manat pul verərək kuzanı götürəcəyini bildirmişdir. O, bu barədə Təralana bildirmişdir. Bundan sonra növbəti gün Sədi onunla əlaqə saxlayaraq gəlib ona 300 manat pul vermiş və avtomobilin kuzasını götürmüşdür. O, Tərlanla əlaqə saxlayaraq avtomobilin kuzasını təkərlərlə birlikdə satdığını bildirmişdir. Tərlan bir qədər sonra gələcəyini bildirmiş və təxminən 4-5 saat sonra onunla əlaqə saxlamış və onlar görüşmüşlər. O, Tərlana 400 manat pulu vermişdir. Bundan təxminən 2- 3 gün sonra Sədi adlı şəxs razılaşmalarına əsasən gələrək təkərləri də ondan götürmüşdür. Təkərlərin pulu da kuzanın pulunun içərisində hesablanmışdır. O, Tərlanın həmin avtomobilin digər hissələrini kimlərə satmasını bilmir. O, həmin avtomobilin Tərlana aid olmasını bilirmiş. O, ilk öncə həmin avtomobili almaq istəmişdir. Bu məqsədlə avtomobili yaşadığı evə gətirmişdir ki, valideyni ilə məsləhətləşsin. Lakin avtomobil işə düşmədiyindən həyətdə qalmışdır. Bundan sonra Tərlan avtomobili hissələrə ayıraraq 1-2 iki gün ərzində satmışdır. O, Tərlana kuzanı onun həyətindən götürməsini dediyi zaman Tərlan ona kuzanı hissələrə doğrayıb satmağını bildirmiş, lakin o, bununla razı olmamışdır. Bundan sonra isə atası əsəbləşdiyindən və Tərlan kuzanı götürmədiyindən o, kuzanı Üçgün kəndinə aparmış və orada yolun kənarına qoymuşdur. Avtomobil onların həyətində sökülmüşdür. O, Tərlana avtomobili sökməyinə kömək etsə də, Tərlanın öz avtomobili olduğunu düşündüyündən bunu etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsindən müəyyən edilir ki, 2021-ci ilin aprelin əvvəllərində həmkəndlisi Osman ona zəng dərək bildirmişdir ki, "VAZ 21213 minik" markalı maşın var, satılır və həmin maşını almaq istəyir. Həmin gün axşam onlar Osmanla görüşərək maşına baxmağa getmişlər, maşına baxmağa getdikdə o, orada həmkəndlisi Tərlanı görmüşdür. Tərlan ona bildirmişdir ki, maşın özünündür və Osmana satır. Həmin maşın da Xaçmaz-Quba magistral yolunda yerləşən “VAZ” avtomobil təmir sexindədir. O, Osmandan soruşmuşdur ki, Tərlanla aralarında alqısatqı məsələsini necə danışıblar. Osman ona demişdir ki, maşının qiymətini 1500 manata danışıblar, avtomaşını evə gətridikdən sonra 500 manatı Tərlana verəcək, daha sonra da yayda pulun qalan hissəsini Tərlana verdikdə Tərlan maşını Osmanın adına rəsmiləşdirəcək. Amma pul verilənə qədər maşının sənədləri Tərlanın özündə qalacaq. Bundan sonra Tərlan onlara bildirmişdir ki, maşında benzin yoxdur, benzin almaq lazımdır və Tərlan özü 5 azn pulu onlara verərək benzin gətirmələrini istəmişdir, onlar yaxınlıqdakı benzin doldurma məntəqəsindən benzin alaraq gətirib maşına tökmüşlər. Daha sonra Tərlan maşını işə salmış, onlar da gəldikləri maşına əyləşmişlər, Tərlan avtomaşını işə salıb sürmüş və təxminən 30 metr məsafə qət etdikdən sonra maşın dayanmışdır. Onlar görmüşlər ki, "VAZ 21213 minik" markalı maşın işə düşmür. Tərlan yenidən "VAZ 21213 minik" markalı maşının sükan arxasında əyləşmiş və onlar da öz idarə etdikləri avtomaşına "VAZ 21213 minik" markalı maşını qoşaraq maşını Xaçmaz rayonu Yergüc kəndinə gətirmişlər. Onlar görmüşlər ki, artıq “Vaz 21213 minik” markalı avtomobili dartmaq üçün qoşduqları Osmanın idarə etdiyi “Passat” markal avtomobil “Vaz 21213 minik" markalı avtomobili dartmaqda çətinlik çəkir və maşının nasazlamasından ehtiyat edərək “VAZ 11213” minik markalı avtomobili elə Yergüe kəndinin içərisində bir qıraqda saxlamışlar. Tərlan həmin zaman işi olduğunu bildirərək orada onlarda ayrılmışdır. Daha sonradan Tərlan avtomobilə görə gələcəkmiş. O və Osman isə bir qədər kəndin içərisində avtomobillə hərəkət etmişlər. Bundan yarım saatdan sonra maşının yolda qalmasının təhlükəli olacağını düşünmüşlər və yenidən Passat markalı avtomobilə qoşaraq avtomobili Osmanın yaşadığı məhəlləyə, yolun ağzına aparıb saxlamışlar. Səhəri gün Osman ona zəng edərək evlərinə çağırmışdır. O da evdən çıxaraq Osmangilə getmişdir. Osmangilə gedib çatdıqda görmüşdür ki, “VAZ 21213 minik” markal maşın artıq həyətin arxa tərəfindədir. O, avtomobili Osmanın oraya gətirdiyini bilmişdir. Təxminən 5 dəqiqə sonra Tərlan həyətə daxil olmuş və bildirmişdir ki, Osmanın atası maşını almağa razı deyil. Həmin zaman səhər saatları olmuşdur. Osman da demişdir ki, avtomaşın xarabdır, atası razı deyil. Tərlan maşını işə salmaqdan ötrü bildirmişdir ki, maşının matoruna açıb baxacaq. Bu bəhanə ilə o görmüşdür ki, Tərlan avtomobili söküb müəyyən ehtiyat issələrini yerə qoymuşdur. Təxminən 1 saat sonra Osmanın atası Şahhüseyn bağın yanından Tərlanın maşını sökməsini görüb nə etdiyini soruşmuşdur. Tərlan da bildirmişdir ki, avtomaşın işə düşmür, təmir də edə bilməyib, bu səbəbdən söküb və hissə-hissə aparıb satacaq. Həmin vaxt Şahhüseyn təkidlə Tərlana demişdir ki, maşını həyətdən götürüb aparsın. Tərlan isə avtomobili aparacağını bildirmişdir. Daha sonra o öz evinə getmişdir. Səhəri gün axşam saatlarında Osmanın atası ona zəng edərək Tərlana maşını gəlib həyətindən aparmasını deməyini bildirmişdir. O, bu barədə Osmana və Tərlana bildirmişdir. Təxminən iki gün sonra o, Şahhüseyndən soruşanda Şahhüseyn ona bildirmişdir ki, Tərlan maşını aparıb. O daha sonradan bilmişdir ki. Osman həmin avtomobilin kuzasının, yəni banının satılmasına Tərlana kömək etmiş və 400 manat pulu Tərlana vermişdir. Onun avtomobilin hissələrinin kimə satılması barədə heç bir məlumatı olmamışdır. Həmin avtomobili Osman almaq məqəsdilə öz həyətinə gətirmişdir. Daha sonradan həmin avtomobili almasına Osmanın atası razı olmadığından Tərlan avtomobili hissələrə ayıraraq satmışdır. O, Osmanı və Tərlanı uzun müddətdir ki, tanıyır. Həmin avtomobil işləmədiyi üçün Tərlan sökdüyü zaman o, bəzi işlərə kömək etmişdir. Məsələn ağır hissələri qaldırmışdır. Lakin bunu hörmət üçün, yəni Tərlana orada olduğundan kömək üçün etmişdir. Həmçinin Osman da bu məqsədlə Tərlana kömək etmişdir. Tərlan özü avtomobil ustasıdır. Nə o, nə də Osman avtomobil ustası deyillər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Etibar petrol” yanacaqdoldurma məntəqəsinin yanında yerləşən avtomobil təmiri sexində dəmirçi işləyir. 2021-ci ilin aprel ayının əvvəllərində Xaçmaz rayonunun Yeni Həyat kəndində yaşayan tanışı Elçin ona demişdir ki, Xaçmaz rayonunun Yergüc kəndində “VAZ 21213 minik” markalı avtomobilin kuzası var. Əgər istəsə almaq olar. O da dəmirçi işlədiyindən düşünmüşdür ki, ucuz olsa alıb düzəldib satar. Bu məqsədlə Elçin ona həmin “Vaz 21213 minik” markalı avtomobilin kuzasını satan, adını sonradan Osman olduğunu bildiyi şəxsin nömrəsini vermişdir. O daha sonra Osmana zəng etmişdir. Osmanla razılaşaraq həmin gün axşam işdən sonra saat 21-22 radələrində Xaçmaz rayonunun Yergüc kəndinə getmişdir. Orada Osmanla görüşmüşdür. Onlar Osmanla birlikdə avtomobilin olduğu evə getmişlər. Orada avtomobilin kuzasına baxmışdır. Belə ki, kuzanın üzərində rəngi yonularaq çıxarılmışdır. Həmçinin təkərləri olmamışdır. O, Osmana kuzanı alacağını bildirmişdir. Osman həmin avtomobilin özünə məxsus olmadığını, Tərlan adlı tanışına aid oİduğunu bildirmişdir. O, Osmandan həmin avtomobilin oğurluq olub-olmamasını soruşmuşdur. Bu zaman Osman həmin avtomobilin Tərlan adlı şəxsə aid olduğunu bildirmişdir. O, bundan sonra beh kimi Osmana 100 manat pul vermiş və növbəti gün avtomobili gəlib götürəcəyini demişdir. Növbəti gün o, evakuatorla həmin kuzanı işlədiyi sexə gətirmişdir. O, həmin gün 300 manat pulu Osmana vermişdir. Bundan 2 gün sonra o, həmin kuzanın təkərlərini də Osmandan götürmüşdür. Osman həmin avtomobilin Tərlan adlı şəxsə aid olmasını bildirmişdit. Həmçinin Osman onun yanında telefonla Tərlan kimi çağırdığı şəxslə danışmışdır. Onun avtomobilinin kuzasını almaq istədiyini ona bildirmişdir. Lakin o Tərlan adlı şəxsi görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid10 ifadəsindən müəyyən edilir ki, onun adı Əlipaşa olsa da, hamı onu “Əli” deyərək qısaldılmış formada çağırır, rəsmi olaraq işləmir, fərdi əməklə məşğul olaraq Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən obyektdə mobil telefon ustası işləyir. Özünə məxsus “VAZ-21011” markalı, **-BD-*** dövlət qeydiyyat nömrəli avtomobili vardır. Son beş aydır ki avtomobilin mühərriki nasaz vəziyyətdə olmuşdur. Bu səbəbdən avtomobili istifadə edə bilməmişdir. Avtomobilinin mühəriki demək olar ki, yararsız vəziyyətdə olmuşdur, bir neçə dəfə təmirə aparsa da, təmir edilməsi mümkün olmamışdır. Bu məqsədlə o öz tanışlarına işlənmiş vəziyyətdə satlıq avtomobil mühərriki olduğunda ona məlumat vermələrini bildirmişdir. 2021-ci ilin aprel ayının axırlarında Xaçmaz rayon, Qaraciq-Zeyid kəndində yaşayan dostu Şahid9 ona zəng edərək bildirmişdir ki, “Əli satlıq avtomobil mühərriki və sürət ötürücülər qutusu vardır.” O, Elgünə bildirmişdir ki, “yaxşı, işlək vəziyyətdədirsə, alım”. Elgün avtomobil alqı-satqısı ilə məşğul olur. O, Elgünə bildirmişdir ki, “mənim başım çıxmır, sən özün bax, əgər işlək vəziyyətdədirsə, al, götür”. Eİgün ona bildirmişdir ki, “tanış adamdı, narahat olma, mühərriki və sürət ötürücülər qutusunu ikisini birlikdə 400 manata satır”. Ertəsi gün Elgün onun iş yerinə gələrək ondan 400 (dörd yüz) manat pul almışdır ki, mühərrik və sürət ötürücülər qutusunun pulunu versin. İki gün sonra o, tanımadığı taksi avtomobili ilə Elgünün yaşadığı Qaracik-Zeyid kəndinə getmiş və bir ədəd avtomobil mühərrikini və sürət ötürücülər qutusunu Eİgündən götürərək yaşadığı evə gətirmişdir. May ayının sonlarında iş yerində olduğu vaxt Xaçmaz RPŞ-nin polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək onu polis şöbəsinə dəvət etmişlər. O, onlarla birlikdə Xaçmaz polis şöbəsinə gəlmişdir. Burada ona məlum olmuşdur ki, Elgündən aldığı mühərrik və sürət ötürücülər qutusu oğurluqdur. Belə ki, Tərlan adlı şəxs Camərd adlı şəxsə məxsus avtomobili oğurladıqdan sonra Elgünə satmış, Elgün isə avtomobilin hissələrini ona satmışdır. Onun avtomobilin hissələrinin oğurluq olması barədə heç bir məlumatı olmamışdır. O, həmin mühərriki və sürət ötürücülər qutusunu dostundan aldığı üçün heç bir şübhəsi olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş Şahid11 ifadəsindən müəyyən edilir ki, o, yaşadığı kənddə evinin həyətyanı sahəsində avtomobil təmiri ilə məşğul olur. Zərərçəkmiş şəxs7 əvvəllər tanımamışdır. Aralarında hər hansı bir münaqişə, dava-dalaş və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs tanımır. Aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. Şahid9 Xaçmaz rayonunun Qaracik-zeyid kənd sakini kimi tanıyır, aralarında hər hansı bir münaqişə, dava-dalaş və ədavət olmamışdır. 2021-ci ilin aprel ayının ortalarında, axşam saat 22-23 radələrində Elgün onun mobil telefonuna zəng edərək ona yaşadığı evin qarşısına, küçəyə çıxmağını bildirmişdir. O, küçəyə çıxdığı zaman Elgünün “VAZ 2106” markalı avtomobillə gəldiyini görmüşdür. O, avtomobildən düşərək ona yaxınlaşmışdır. Elgün ona həmin avtomobilin ön hissəsinin əzildiyini, təmir etdirmək istədiyini bildirmişdir. O, Elgündən həmin avtomobillə bağlı DYPdən sənəd istədikdə Elgün avtomobilin sənədinin olmadığını demişdir. O, sənədsiz həmin avtomobili təmir etməyəcəyini Elgünə demişdir. Bundan sonra Elgün oradan uzaqlaşmışdır. Bundan təxminən 1 həftə sonra Elgün yenidən ona zəng edərək “VAZ 2106” markalı avtomobilin kuzasının olduğunu, satdığını bildirmişdir. O, həmin avtomobilin qiymətini soruşduqda Elgün 350 manata satdığını bildirmişdir. O, Elgünə istəyən olsa, xəbər edəcəyini bildirmişdir. Bundan təxminən 1-2 gün sonra o, qohumu Şahid12 ilə birlikdə yaşadığı evdə olduğu zaman Cabbara həmin kuza barədə bildirmişdir. Cabbar isə ona kənd ərazisində sürmək üçün almalarını bildirmişdir. Cabbar ona özünün həmin avtomobili almasını, onun isə mator qoyaraq düzəltməsini, daha sonra təsərrüfatlarında işlətmələrini bildirmişdir. O, Cabbarla razılaşmış və o, həmin günün axşamı tək olduğu zaman Elgünə zəng etmiş və əmisi oğlu Cabbarın həmin kuzanı almaq istədiyini bildirmişdir. Elgün isə həmin kuzanın həyətdə olmasını, nə vaxt istəsələr götürmələrini bildirmişdir. Növbəti gün axşam tərəfi o, Cabbarla birlikdə Elgüngilə getmişdir. Elgünlə telefon vasitəsilə əlaqə saxladıqda Elgün ona Xaçmaz şəhərində olduğunu, atasına bu barədə bildirdiyini, evlərinə gedərək kuzanı götürərək pulu atasına verə biləcəklərini demişdir. Onlar Elgüngilin evinə çatdıqda Elgünün atası Mahir Abbasovu çağırmışlar. Mahir həyət qapısına çıxdıqda kuzanı almaq üçün gəldiklərini bildirmişlər. Mahir onlara kuzanın yerini göstərmişdir. Onlar həmin kuzanı itələyərək həyətdən çıxarmışlar. O, həmin zaman bilmişdir ki, həmin kuza Elgünün ona əvvəlcədən gətirdiyi yuxarıda qeyd etdiyi avtomobilin kuzasıdır. Həmin kuzanın üzərində sadəcə iki ədəd ön oturacaq və təkərlər olmuşdur. O, həmin kuzanı götürdükdən sonra Mahirə 300 manat pul vermişdir. Geriyə qalan 50 manatı isə Elgünün ona əvvəlcədən borcu olduğundan həmin borcu silmişdir. Onlar həmin kuzanı yaşadıqları evə gətirmişlər. Bundan təxminən 20-25 gün sonra polis şöbəsinə dəvət olunduqları zaman həmin avtomobilin oğurluq olmasını bilmişlər. O, həmin avtomobili kənddə sahəyə gedib gəlmək üçün işlədə biləcəyini düşünmüş, buna görə sənədsiz almağa razılaşmışdır. İş materiallarında olan raportdan, ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs7 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və ünvan 3 ünvanında saxladığı “VAZ 2106” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilinin xx.xx.2021-ci il tarixdə, saat 23:15 radələrində saxladığı yerdən oğurlanması barədə bildirərək həmin şəxsin, yaxud şəxslərin tapılaraq cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri Xaçmaz şəhəri, Bünyad Sərdarov küçəsi 14 saylı evin qarşısıdır. Həmin 14 saylı ev Xaçmaz şəhəri B.Sərdarov küçəsindən Xaçmaz şəhəri, N.Nərimanov küçəsi istiqamətində sol tərəfdə yerləşir. Zərərçəkmiş şəxs7 14 saylı evin qarşısını göstərərək bildirmişdir ki, o, xx.xx.2021-ei il tarixdə, saat 20 radələrində həmin evin qarşısında özünə məxsus olan “Vaz 21063 minik” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilini saxlayaraq həmin ünvanda yaşayan qohumugilə getmişdir. Həmin tarixdə, saat 23 radələrində yaşadığı evə geri qayıtmaq istədiyi zaman avtomobilinin saxladığı yerdə olmadığını görmüşdür. O, avtomobili saxladığı zaman qapısının açıq olduğunu demişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Şahid11 tərəfindən təqdim edilən kuzanın “Vaz 21063” markalı avtomobilə aid olması, kuzanın yaşıl rəngdə olması, kuzanın üzərində dörd ədəd təkərin olması, ön və arxa oturacaqların olması müşahidə edilmişdir. Mühərrik hissənin isə olmadığı müşahidə edilmişdir. Şahid11 həmin kuzanı Şahid9 350 manat müqabilində aldığını bildirmişdir. Zərərçəkmiş şəxs7 həmin nəqliyyat vasitəsinin kuzasına baxaraq onun özünə aid olmasını bildirmişdir. O, həmin kuzanı oğurluq olmamışdan bir neçə ay əvvəl təmir etdirdiyini, təmir zamanı özünün şəxsən həmin kuzanın bəzi hissələrini təmir ustasına qaynaq etdirdiyini bildirmişdir. O, həmin qaynaq yerlərini görən kimi avtomobilinin kuzasını tanıdığını qeyd etmişdir. Nəqliyyat vasitəsinin kuzasına baxılan zaman orada nömrələrin silinməsi müşahidə edilmişdir. Həmin “VAZ 21063” markalı avtomoilin kuzası müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan müəyyən edilir ki, Şahid10 tərəfindən təqdim edilən mühərrik və sürətlər ötürücüsünün bəzi hissələrinin paslanmış olması, bəzi hissələrinin təmir olunmuş oluması müşahidə edilmişdir. Şahid10 həmin mühərrik və sürətlər qutusunu Şahid9 ümumilikdə 400 manat müqabilində aldığını bildirmişdir. Həmin mühərrikə və sürətlər ötürücüsünə baxan Zərərçəkmiş şəxs7 həmin avtomobil hissələrinin onun özünə aid olan “VAZ 21063” markalı avtomobilin mühərriki və sürətlər ötürücüsü olduğunu bildirmişdir. O, həmin avtomobili oğurluq olmamışdan bir neçə ay əvvəl təmir etdirdiyini, təmir zamanı özünün şəxsən həmin mühərrik və sürətlər ötürücüsünün bəzi hissələrini təmir ustasına təmir etdirdiyini, həmçinin mühərrikin və sürətlər ötürücüsünün üzərində açar zədə izlərinin olmasını bildirmişdir. O, həmin xüsusiyyətlərə görə mühərrik və sürətlər ötürücüsünü tanıdığını qeyd etmişdir. Mühərrikin üzərinə baxılan zaman orada nömrələrin silinməsi müşahidə edilmişdir. Həmin “VAZ 21063” markalı avtomobilin mühərriki və sürətlər ötürücüsü müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 iyul 2021-ci il tarxli, 9/4427 nömrəli rəyindən müəyyən edilir ki, 1987-ci il buraxılışlı, VAZ 21063” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı 200000 km məsafə qət etmiş avtomobilin normal vəziyyətdə 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 2300 (iki min üç yüz) manat müəyyən olunur. Respublika DYPX-nin tarif qiymətlərinə əsasən 1 dəst avtomobil nömrə nişanının dövlət rüsumu 22 manat nəzərdə tutulmuşdur. İş materiallarında olan raportdan, ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Daş bazarı” adlanan yerdə saxladığı onun özünə məxsus “KAMAZ” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən naməlum şəxs və ya şəxslərin “Vega” markalı, birinin rəngi qara olmaqla və üzərlərində “power” sözü yazılmış 02 ədəd akkumulyatoru oğurlaması barədə bildirmiş və həmin şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs4 “KAMAZ” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən akkumulyatorların oğurlandığı Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Daş bazarı” adlanan əraziyə və həmin avtomobilə baxış keçirilmiş, həmin avtomobilin oğurlanmış akkumulyatorlarının avtomobilin yük yeri ilə salonu (sürücü olan hissə) arasında yerləşdiyi müəyyən edilmiş, avtomobildə heç bir əzik izi aşkar edilməmişdir. Həmçinin ətrafda hadisəni qeydə alan təhlükəsizlik kameraları olmamışdır. İş materiallarında olan raportdan, ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixə keçən gecə, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Daş bazarı” adlanan yerdə saxladığı onun özünə məxsus “KAMAZ” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən naməlum şəxs və ya şəxslərin “Vega” markalı, birinin rəngi qara, digəri ağ rəngdə olmaqla və üzərlərində “energy” sözü yazılmış 02 ədəd akkumulyatoru oğurlaması barədə bildirmiş və həmin şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, Zərərçəkmiş şəxs5 “KAMAZ” markalı, ** BF *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən akkumulyatorların oğurlandığı Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Daş bazarı” adlanan əraziyə və həmin avtomobilə baxış keçirilmiş, həmin avtomobilin oğurlanmış akkumulyatorlarının avtomobilin yük yeri ilə salonu (sürücü olan hissə) arasında yerləşdiyi müəyyən edilmiş, avtomobildə heç bir əzik izi aşkar edilməmişdir. Həmçinin ətrafda hadisəni qeydə alan təhlükəsizlik kameraları olmamışdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Sənədə və əşyaya baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş sənədin təsdiqlənmiş surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs4 məxsus “KAMAZ” markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobildən 02 ədəd akkumulyatoru oğurlayaraq satdığı Quba şəhəri, 29-cu məhəllədə yerləşən Şahid2 məxsus metal qəbulu məntəqəsinə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin metal qəbulu məntəqəsi iki otaqlı tikilidir. Məntəqənin kiçik həyəti var. Məntəqədə mis və alüminiumdan olan əşyalar, həmçinin akkumulyatorların olması görünmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Daş bazarından oğurladığı 04 ədəd akkumulyatoru həmin məntəqəyə satdığını bildirmişdir. Məntəqənin sahibi Şahid2 Tərlanın dediyini təsdiqləmiş və həmin akkumulyatorların hələ də məntəqədə olduğunu bildirmişdir. O həmçinin Tərlanın ona həmin 4 ədəd akkumulyatoru xx.xx.2021-ci il tarixdə satması barədə özünün qeydiyyat kitabında qeydiyyat apardığını bildirmişdir. Akkumulyatorlara baxan Zərərçəkmiş şəxs5 həmin akkumulyatorlardan iki ədədini təqdim edərək onların özünə məxsus olmasını bildirmişdir. O, həmin akkumulyatorları rənglərindən və üzərlərində yapışdırılan “energy” yazılı kağızdan tanıdığını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs4 da 02 ədəd akkumulyatoru təqdim edərək onları rənglərindən, üzərlərində olan yapışdırılmış “power” yazılı kağızdan tanıdığını bildirmişdir. Bundan sonra Şahid2 Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 təqdim etdikləri akkumulyatorları Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Həmin akkumulyatorlara baxılan zaman onların üzərində 2015-ci il istehsalı, “VEGA markalı” və 6CT-190A3(EN) göstəricili olmaları, bir ədədinin ağ, digər 3 ədədinin qara rəngdə olması, həmçinin iki ədədinin üzərinə “energy”, iki ədədinin üzərinə isə “power" sözləri kağızların yapışdırılması müəyyən edilmişdir. Bundan başqa, Şahid2 təqdim etdiyi qeydiyyat kitabının son səhifəsindən orada əl yazısı ilə Təqsirləndirilən şəxs 04 ədəd “KAMAZ” akkumulyatoru satması ilə bağlı qeydiyyatın olması müəyyən edilir. Həmin 04 ədəd akkumulyator müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Həmçinin qeydiyyat kitabçasının son səhifəsinin surəti müvafiq qaydada götürülmüşdür. İş materiallarında olan raportdan, ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2021-ci il tarixdə saat 18 radələrindən xx.xx.2021-ci il səhər saat 09 radələrinədək olan müddət ərzində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Daş bazarı” adlanan yerdə saxladığı onun özünə məxsus “MAZ” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən naməlum şəxs və ya şəxslərin “Vega” markalı 02 ədəd akkumulyatoru oğurlaması barədə bildirmiş və həmin şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri və predmeti Xaçmaz şəhəri, Daş bazarı ərazisində dayanmış Zərərçəkmiş şəxs1 məxsus **- BC-*** dövlət qeydiyyat nişanlı "Maz" markalı yük avtomobilidir. Zərərçəkmiş şəxs1 məxsus "Maz" markalı yük avtomobili göy rəngli olmaqla, yük hissəsi göy rənglidir. Yük hissəsi mişar daşı ilə doldurulmuşdur. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 26 iyul 2021-ci il tarixdə, saat 14 radələrində özünə məxsus "Maz" markalı yük avtomobilinin yük hissəsini mişar daşı ilə doldurulmuş vəziyyətdə Xaçmaz şəhərində yerləşən Daş bazarı adlanan əraziyə gətirərək orada saxlamışdır. 27 iyul 2021-ci il tarixdə, saat 18 radələrində "Maz" markalı yük avtomobilinə baxış keçirdiyini və hər şeyin qaydasında olduğunu bildirmişdir. Sonradan 28 iyul 2021-ci il tarixdə, səhər saat 09 radələrində Daş bazarına gəldiyini və "Maz" markalı yük avtomobilinə baxış keçirən zaman 02 ədəd akkumulyatorun yerində olmadığını aşkar etmişdr. İş materiallarında olan raportdan, ərizədən və izahatdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə və Xaçmaz RPŞ-yə müraciət edərək xx.xx.2021-ci il tarixdə saat 18 radələrindən xx.xx.2021-ci il səhər saat 09 radələrinədək olan müddət ərzində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Daş bazarı” adlanan yerdə saxladığı onun özünə məxsus “KAMAZ” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən naməlum şəxs və ya şəxslərin “Vega” markalı 02 ədəd akkumulyatoru oğurlaması barədə bildirmiş və həmin şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri və predmeti Xaçmaz şəhəri, Daş bazarı ərazisində dayanmış Zərərçəkmiş şəxs2 məxsus **- BX-*** dövlət qeydiyyat nişanlı "KAMAZ" markalı yük avtomobilidir. Zərərçəkmiş şəxs2 məxsus "KAMAZ" markalı yük avtomobili qırmızı (narmcı) rəngli olmaqla, yük hissəsi də eyni rənglidir. Yük hissəsi mişar daşı ilə doldurulmuşdur. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs2 bildirmişdir ki, 26 iyul 2021-ci il tarixdə, gecə saat 03 radələrində özünə məxsus "Kamaz" markalı yük avtomobilinin yük hissəsini mişar daşı ilə doldurulmuş vəziyyətdə Xaçmaz şəhərində yerləşən Daş bazarı adlanan əraziyə gətirərək orada saxlamışdır. 27 iyul 2021-ci il tarixdə, saat 18 radələrində "KAMAZ" markalı yük avtomobilinə baxış keçirdiyini, hər şeyin qaydasında olduğunu bildirmişdir. Sonradan 28 iyul 2021-ci il tarixdə, səhər saat 09 radələrində Daş bazarına gəldiyini və "KAMAZ" markalı yük avtomobilinə baxış keçirən zaman 02 ədəd akkumulyatorunun yerində olmadığını aşkar etmişdir. İş materiallarında olan ərizədən və izahatdan müəyyən olunur ki, zərərçəkmiş şəxs Əliyev X8 RPŞ-yə müraciət edərək xx.xx.2021-ci il tarixdə saat 18 radələrindən xx.xx.2021-ci il səhər saat 09 radələrinədək olan müddət ərzində Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Daş bazarı” adlanan yerdə saxladığı onun özünə məxsus “KAMAZ” markalı, ** VR *** dövlət qeydiyyat nişanlı yük avtomobilindən naməlum şəxs və ya şəxslərin “Vega” markalı 02 ədəd akkumulyatoru oğurlaması barədə bildirmiş və həmin şəxsin və ya şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən olunur ki, hadisə yeri və predmeti Xaçmaz şəhəri, Daş bazarı ərazisində dayanmış Zərərçəkmiş şəxs3 məxsus **- VR-*** dövlət qeydiyyat nişanlı "KAMAZ" markalı yük avtomobilidir. Zərərçəkmiş şəxs3 məxsus "KAMAZ" markalı yük avtomobili boz rəngli olmaqla, yük hissəsi sarı rənglidir. Yük hissəsi mişar daşı ilə doldurulmuşdur. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 27 iyul 2021-ci il tarixdə, saat 13 radələrində özünə məxsus "Kamaz" markalı yük avtomobilinin yük hissəsini mişar daşı ilə doldurulmuş vəziyyətdə Xaçmaz şəhərində yerləşən Daş bazarı adlanan əraziyə gətirərək orada saxlamışdır. 27 iyul 2021-ci il tarixdə, saat 18 radələrində "KAMAZ" markalı yük avtomobilinə baxış keçirdiyini, hər şeyin qaydasında olduğunu bildirmişdir. Sonradan 28 iyul 2021-ci il tarixdə, səhər saat 09 radələrində Daş bazarına gəldiyini və "KAMAZ" markalı yük avtomobilinə baxış keçirən zaman 02 ədəd akkumulyatorunun yerində olmadığını aşkar etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Əşyaya baxış keçirilməsi haqqında” protokoldan müəyyən olunur ki, Xaçmaz şəhəri, Bakı prospektində yerləşən “Daş bazarı”nın arxasındakı fındıq bağının yaxınlığında Təqsirləndirilən şəxs təqdim etdiyi 06 ədəd akkumulyatora baxış keçirilərək həmin akkumulyatorların üzərində 2015-ci il istehsalı, “VEGA” markalı və 6CT-190A3(EN) göstəricili olmalarının qeyd edildiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin akkumulyatorları 27 iyul 2021-ci il tarixdə axşam saatlarında Xaçmaz şəhəri, Bakı prospektində yerləşən Daş bazarından oğurladığını bildirmişdir. Qeyd olunan akkumulyatorlara baxan Zərərçəkmiş şəxs1 həmin akumlyatorlardan iki ədədini təqdim edərək həmin akkumulyatorların onun özünə məxsus olmasını və akkumulyatorları üzərinə yapışdırılan kağızlardan və üzərlərində olan əziklərdən tanıdığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs2 həmin akkumulyatorlardan iki ədədini təqdim edərək həmin akkumulyatorların onun özünə məxsus olmasını və akkumulyatorların birinin üzərində yazılan VEGA sözündəki V hərfinin pozulmasından, digərini isə üzərinə yapışdırılmış göy rəngli yapışdırıcıdan tanıdığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs3 həmin akkumulyatorlardan iki ədədini təqdim edərək həmin akkumulyatorların onun özünə məxsus olmasını və akkumulyatorları tutacaqlarının materialı və aşınmasından, həmçinin üzərində olan yapışdırıcılardan tanıdığını bildirmişdir. Baxış zamanı 06 ədəd akkumulyator maddi sübut əhəmiyyəti daşıdığından müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2021-ci il tarxli, 9/8857 nömrəli rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş “VEGA” markalı, 6CT-190A3(EN) göstəricili 10 ədəd akkumulyatorun hər birinin qiyməti onların istifadədə olması nəzərə alınaraq 2021-ci ilin iyul ayına olan orta bazar qiyməti 80 manat müəyyən edilməklə, 10 ədəd akkumulyatorun ümumi dəyəri təxminən 800 manat müəyyən olunmuşdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən və izahatdan müəyyən edilir ki, Zərərçəkmiş şəxs6 Xaçmaz RPŞ-yə müraciət edərək 2020-ci ilin avqust ayında Təqsirləndirilən şəxs təmir edəcəyi adı ilə onun olan “NİVA” markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobili, həmçinin həmin avtomobilin təmiri xərcləri üçün ondan müxtəlif vaxtlarda ümumilikdə 2400 manat pulu almış, lakin nə onun avtomobilini düzəltdirməmiş, nə pulunu, nə də avtomobilini geri qaytarmamış, avtomobilini hissələrə ayıraraq müxtəlif şəxslərə satmışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Zərərçəkmiş şəxs6 “NİVA” markalı avtomobilinin banına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, həmin avtomobil Xaçmaz şəhəri, Bakı prospektində, Bakı şəhəri istiqamətinə görə yolun sağ tərəfində yerləşən “Etibar petrol» yanacaqdoldurma məntəqəsinin yanında yerləşən avtomobil təmiri sexinin yaxınlığında, yolun sağ tərəfindədir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs8 bildirmişdir ki, həmin yolun kənarında qoyulmuş Niva markalı avtomobil qardaşı Zərərçəkmiş şəxs6 məxsusdur. O, həmin avtomobili xarici görünüşündən, ön sağ qapının dəstəyindəki çatdan, damındakı əzikdən və digər xarici görünüş əlamətlərindən tanıdığını bildirmişdir. Qeyd olunan avtomobil dövlət nömrə nişansız olmaqla boyası yonulmuş vəziyyətdə olmuşdur. Avtomobildə hər hansı bir ehtiyat hissə, o cümlədən fara və təkərlər olmamışdır. Şahid6 həmin avtomobili Osman adlı şəxsdən aldığını, sonuncunun deməsinə görə avtomobilin sahibinin Tərlan adlı şəxs olmasını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2021-ci il tarxli, 9/8857 nömrəli rəyindən müəyyən edilir ki, ekspertizaya təqdim edilmiş 2000-ci buraxılış illi, 280000 km yürüşlü, “LADA NİVA” (VAZ 2121) minik markalı, ** GP *** dövlət qeydiyyat nişanlı avtomobilin orta istismar müddəti və istismar intensivliyi parametrlərinə uyğun olaraq 2020-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 5522 (beş min beş yüz iyirmi iki) manat müəyyən olunmuşdur. İş materiallarında olan 03 mart 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan müəyyən edilir ki, Şahid2, Şahid6, Şahid9, Şahid11, Şahid10, Şahid12, Şahid5 və Şahid7 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194cü maddəsinin tərkibini yaratmadığından həmin xüsusatlar üzrə cinayət təqibi başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 179, 178.2.1 və 185-ci maddələri ilə, Şahid8 barəsində CM-nin 178.2.1-ci maddəsi ilə və Şahid1 barəsində CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibi başlanması rədd edilmişdir. Həmin qərardan müəyyən edilir ki, Şahid4 Şahhüseyn oğlunun əməlləri Azərbaycan Respublikası CM-nin 194 və 322-ci maddələrinin tərkibini yaratmadığından həmin xüsusatlar üzrə cinayət təqibi başlanması rədd edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı, ona elan olunmuş ittihamın bir hissəsində özünü təqsirli bilməyərək həmin hissədə ifadəsində bildirdiyi xüsusatları onun özünü müdafiə xarakteri daşıyan və təyin olunacaq cəzasının yüngülləşdirilməsinə nail olunmasına cəhd kimi qiymətləndirir. Belə ki, iş materiallarından, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ibtidai istintaqda və məhkəmə iclaslarında verdikləri ifadələrindən müəyyən edilir ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 avtomobili həmin avtomobildə təmir işləri (dəmirçi, rəngsaz işləri) təmir işləri görmək adı ilə 2020-ci ilin avqust ayında götürüb aparmış, həmin vaxt Zərərçəkmiş şəxs6 450 manat almış, zərərçəkmiş bundan iki gün sonra, daha 02 ay sonra olmaqla iki dəfə gələrək avtomobilinin vəziyyətinə baxmış və avtomobildə heç bir təmir işləri görülmədiyini, yalnız avtomobilin banının rənginin yonulduğunu (qopardıldığını) görmüş, həmin vaxt təqsirləndirilən ona işlərinin çox olması ilə bağlı təmir edə bilmədiyini bildirmiş və təmir edəcəyinə söz vermiş, bundan sonra zərərçəkmişdən avtomobilin rənglənmasi üçün 700 manat pul almışdır. Sonrakı müddətlərdə isə zərərçəkmişdən avtomobilin təmir işləri üçün 500, 250, 150, 250 və 100 manat pul məbləğləri almışdır. Təqsirləndirilən şəxs isə ifadələrində onun Zərərçəkmiş şəxs6 əmlakını ələ keçirmək niyyətinin olmamasını, avtomobili və həmin pulu zərərçəkmişin avtomobilinin təmiri məqsədilə aldığını, işlərinin çoxluğu ilə bağlı, həmçinin rəngsaz olan digər ustaların işlərinin çoxluğu ilə bağlı avtomobilin təmirinin başa çatmamasını, avtomobili isə ondan xəbərsiz və onun iradəsinə zidd olaraq Şahid4 apararaq ehtiyat hissələri kimi söküb satdığını bildirmişdir. Həmçinin Zərərçəkmiş şəxs6 cəmi 800 manat pul aldığını bildirmişdir. Lakin iş materiallarından müəyyən edilir ki, həmin avtomobilin banında hər hansı təmir işləri (dəmirçi, rəngsaz) görülməmiş, yalnız üzərində olmuş rəng yondurulmuş, həmçinin avtomobilin hissələri sökülmüş və yalnız banı (kuzası) qalmışdır. Zərərçəkmişin ifadəsində bildirdiyi kimi, 2020-ci ilin avqust ayında həmin avtomobili təqsirləndirilənə təmir üçün verdikdən iki ay sonra avtomobildə edilmiş dəyişiklik yalnız banın üzərində olan rəngin yonulmasından ibarət olmuşdur. Həmçinin təqsirləndirilən şəxs ifadələrində özü də göstərmişdir ki, avtomobili Zərərçəkmiş şəxs6 götürdüyü vaxtdan keçən uzun müddət ərzində avtomobilin rənglənmə işini gördürə bilməmiş, daha sonra isə avtomobili Şahid4 onun iradəsinə zidd olaraq götürüb hissələrə ayıraraq satmışdır. Təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs6 həmin avtomobilini onun razılığı olmadan Şahid4 sökərək hissələrini satması barədə ifadəsində bildirdiyi xüsusata münasibətdə isə məhkəmə qeyd edir ki, təqsirləndirilən ifadəsinin bu hissəsində bildirmişdir ki, o, həmin avtomobili Şahid4 avtomobilinə yedəkləyərək təmir üçün aparan zaman zərərçəkmişin avtomobilinin təkərlərində nasazlıq (kilidlənmə) yarandığından o, avtomobili orada qoyaraq getmiş, səhəri gün gəlib baxdıqda avtomobilin yerində olmadığını görmüş, həmin vaxt Osmangilin evinə gedərək avtomobilin Osman tərəfindən sonuncunun yaşadığı evin həyətində söküldüyünü görmüş, o, Osmana bununla bağlı etirazını bildirdikdə, sonuncu onu evindən qovmuşdur. Lakin təqsirləndirilən şəxs ona təmir üçün verilmiş avtomobilin onun iradəsinə zidd olaraq sökülməsinin qarşısını hansı səbəbdən ala bilməməsi, yaxud buna mane ola bilməməsinin, həmçinin bu barədə zərərçəkmiş Zərərçəkmiş şəxs6la əlaqə saxlayaraq sonuncuya məlumat verməməsinin səbəbləri barədə heç nə göstərə bilməmişdir. Lakin iş materiallarında olan, həmçinin məhkəmə iclasında ifadə vermiş şahidlərin ifadələrindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs özü Şahid4gilin evinin həyətinə gedərək həmin avtomobilin təkərlərini hərəkətə gətirə bilmədiklərindən o, həmin avtomobili sökərək hissələrini satmaq qərarına gəldiyini bildirmiş və bundan sonra avtomobili orada sökərək hissələrini götürərək aparmışdır. Bundan əlavə, məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi Cinayət Məcəlləsinin 178.2.4-cü maddəyə münasibətdə ifadəsində avtomobil ustası kimi işlərinin çox olduğunu bildirmiş, CM-nin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini isə işinin olmaması, maddi vəziyyətinin pis olması səbəbindən törətdiyini bildirmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə, özgənin əmlakını gizli olaraq talama, yəni oğurluq cinayəti şəxs tərəfindən təkrar törədildikdə həmin Məcəllənin 177.2.2-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli 1 №-li Qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin Qərarın 7-ci bəndinə görə, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək) oğurluq cinayəti bitmiş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə əsasən, bu Məcəllənin müxtəlif maddələri ilə nəzərdə tutulmuş iki və ya daha çox cinayətin törədilməsi, yalnız həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Qərarın 18-ci bəndinə görə, şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, Cinayət Məcəlləsinin 16.2-ci maddəsinə müvafiq olaraq, Cinayət Məcəlləsinin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş “təkrar” törədilmiş cinayət kimi tövsif edilməlidir. Həmin Qərarın 27-ci bəndinə əsasən, talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Talanmış əmlakın qiyməti barədə məlumat olmadıqda, talanmış əmlakın qiyməti ekspert rəyi ilə müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair 23 aprel 2018-ci il tarixli Qərarına əsasən, oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə görə, bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinə görə, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə cinayət hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli, 7 №-li Qərarının 1-ci bəndində izah edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinə görə, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Həmin Qərarın 3-cü bəndinə görə, dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Həmin Qərarın 35-ci bəndinə görə, dələduzluğun təkrarən törədilməsi (CM-nin 178.2.2-ci maddəsi) məsələsi CM-nin 16-cı maddəsinin və 177-ci maddəsinin “Qeyd” hissəsinin 3-cü bəndinin tələblərinə əsasən həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən, müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yergüc kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan və iş materiallarında əlavə edilmiş elektron portaldan çıxarışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs dörd azyaşlı uşağı var. İş materiallarında olan Xaçmaz rayon İHB-nın Yergüc kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı kənddə kənd sakinləri ilə, xüsusən də həmyaşıdları ilə yaxşı münasibətdədir. Onun barəsində Nümayəndəliyə heç bir mənfi xüsusiyyətli şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyan təqsirləndirilən tərəfindən tamamilə ödənilmiş, onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 notarial qaydada tərtib edilmiş ərizəsindən, həmçinin onun məhkəmə iclasında verdiyi ifadəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş ziyandan 1450 manat ödəniş etmiş, ödəməli qaldığı digər məbləği isə bağışlayır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 ərizələrindən müəyyən edilir ki, təqsirləndirilən şəxs vurduğu ziyanla bağlı hazıradək ona heç bir məbləğ ödəməmişdir. Lakin təqsirləndirilənin ona hər ay 300 manat ödəyəcəyi barədə razılığa gəlmişlər. Təqsirləndirilənə qarşı heç bir şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs7 vurduğu zərərlə bağlı qismən ödəniş etməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, dörd azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, barəsində cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin Zərərçəkmiş şəxs7 vurulmuş ziyanı tam ödəməməsi, Zərərçəkmiş şəxs6 vurduğu ziyanla bağlı heç bir ödəniş etməməsi, digər zərərçəkmiş şəxslərdən oğurladığı əşyaların isə polis tərəfindən aşkar edilərək götürülməsi hallarını, cinayət əməlinin törədilməsi hallarını (bir neçə epizod üzrə) və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən cəzaları qismən toplamaq yolu ilə ona azadlıqdan məhrumetmə növündə qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə görə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan “Cinayəti törətməkdə şübhəli şəxsi tutma haqqında” 20 avqust 2021-ci il tarixli protokoldan, Xaçmaz rayon məhkəməsinin 22 avqust 2021-ci il tarixli 4(067)-100/2021 saylı qərarından, qətimkan tədbirinin seçilməsi barədə 20 yanvar 2022-ci il tarixli qərardan və iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 05 (beş) ay müddətdə həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə olma müddəti, yəni 05 (beş) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq, 05 (beş) ay müddət ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. İş materiallarından müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbsə alınmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş materiallarından müəyyən edilir ki, cinayət işi üzrə müvafiq qaydada götürülmüş ümumilikdə 10 ədəd “VEGA” markalı, 6CT-190A3(EN) göstəricili akkumulyator; bir ədəd “VAZ 21063” minik markalı avtomobilə aid olan - ban (kuza), 4 ədəd təkər; 01 ədəd mühərrik və 01 ədəd sürətlər qutusu; bir ədəd “VAZ 21213” (NİVA) minik markalı avtomobilə aid olan - ban (kuza) cinayət işi üzrə maddi sübut kimi tanınmış və həmin əşyalar müvafiq qaydada saxlanmasından ötrü Xaçmaz RPŞ-nin saxlanc yerinə və dayanacağına təhvil verilmişdir. İş üzrə maddi sübutlar - Xaçmaz RPŞ-nin saxlanc yerində və dayanacağında saxlanılan 10 ədəd “VEGA” markalı, 6CT-190A3(EN) göstəricili akkumulyatordan 02 ədədi Zərərçəkmiş şəxs1 (ona məxsus olanı), 02 ədədi Zərərçəkmiş şəxs2 (ona məxsus olanı), 02 ədədi Zərərçəkmiş şəxs3 (ona məxsus olanı), 02 ədədi Zərərçəkmiş şəxs4 (ona məxsus olanı) və 02 ədədi Zərərçəkmiş şəxs5 (ona məxsus olanı); həmçinin Zərərçəkmiş şəxs7 məxsus bir ədəd “VAZ 21063” minik markalı avtomobilə aid olan - ban (kuza), 4 ədəd təkər, 01 ədəd mühərrik və 01 ədəd sürətlər qutusu; Zərərçəkmiş şəxs6 məxsus bir ədəd “VAZ 21213” (NİVA) minik markalı avtomobilə aid olan - ban (kuza) hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq olaraq zərərçəkmiş şəxslərin özlərinə qaytarılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Мəcəlləsinin 177.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə barəsində 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddət, yəni 05 (beş) ay Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün olmaqla hesablanaraq 05 (beş) ay ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək barəsində “həbs” növündə qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsə alınsın. (hökmün bu hissədə icrası Xaçmaz Rayon Polis Şöbəsinə və Xaçmaz Rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun) Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Xaçmaz RPŞ-nin saxlanc yerində və dayanacağında saxlanılan 10 ədəd “VEGA” markalı, 6CT-190A3(EN) göstəricili akkumulyatordan 02 ədədi Zərərçəkmiş şəxs1 (ona məxsus olanı), 02 ədədi Zərərçəkmiş şəxs2 (ona məxsus olanı), 02 ədədi Zərərçəkmiş şəxs3 (ona məxsus olanı), 02 ədədi Zərərçəkmiş şəxs4 (ona məxsus olanı) və 02 ədədi Zərərçəkmiş şəxs5 (ona məxsus olanı); həmçinin Zərərçəkmiş şəxs7 məxsus bir ədəd “VAZ 21063” minik markalı avtomobilə aid olan - ban (kuza), 4 ədəd təkər, 01 ədəd mühərrik və 01 ədəd sürətlər qutusu; Zərərçəkmiş şəxs6 məxsus bir ədəd “VAZ 21213” (NİVA) minik markalı avtomobilə aid olan - ban (kuza) hökm qanuni qüvvəsini aldıqdan sonra müvafiq olaraq zərərçəkmiş şəxslərin özlərinə qaytarılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan ümumilikdə ümumilikdə 100 (yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X3, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Anar Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar