Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-58/2023 26.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Qasımova Vüsalə Yadigar qızının sədrliyi, məhkəmə iclasının katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs və onun vəkili-nümayəndəsi Müdafiəçi1, müdafiəçi – Bakı şəhəri 24 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1994-cü ildə Tovuz rayonunun Qovlar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Qovlar şəhəri, subay, orta təhsilli, N.Gəncəvi küçəsi ev 1-də qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Zarat qəsəbəsi, Yeni məhəllə ev 18-də yaşayan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə müəyyənetdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs 11 avqust 2022-ci ildə, saat 11:15-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «X9» markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən 27-ci kilometrində, Gəndob istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü yerdəyişməzdən, dönməzdən və dayanmazdan qabaq etdiyi manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib sola dönmə işıq siqnalını yandıraraq yolun sol tərəfində olan dayanacağa daxil olarkən qarşısına piyada Zərərçəkmiş şəxs çıxdığından avtomobili dayandırmış, bu zaman piyada Zərərçəkmiş şəxs da dayanmış, Təqsirləndirilən şəxs yenidən idarə etdiyi «X11» markalı yük avtomobili ilə dayandığı yerdən hərəkətə başlayarkən irəliyə doğru yenidən hərəkət edən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol bud sümüyünün sınığı və sağ ayaq nahiyəsinin əzilmiş yarasından ibarət dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır bədən xəsarəti yetirməsinə səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, avtomobil yolunda qırıqqırıq xəttin üzərindən idarə etdiyi avtomobil ilə dönərək dayanmış, zərərçəkmiş şəxs də həmin avtomobilin qabaq yan tərəfindən dayanmışdır. O, sağ tərəfə digər avtomobillərin gəlib-gəlmədiyi üçün baxmış, sonra avtomobili hərəkətə gətirərkən avtomobilin təkəri ilə zərərçəkmiş şəxsin bir ayağının üstünə çıxmış, o, bunu hiss edərək dərhal avtomobili saxlamışdır. O, hadisə yerində dayanmış, təcili-tibbi yardım avtomobili gələrək zərərçəkmiş şəxsi xəstəxanya aparmış, o da özünün idarə etdiyi avtomobil ilə zərərçəkmişin arxasınca xəstəxanaya getmişdir. Sonra isə polis əməkdaşları ilə hadisə yerinə getmişlər, onun ifadəsi alınmışdır. O, zərərçəkmişi Bakı şəhərində xəstəxanaya aparmış, zərərçəkmiş tərəfin bildirməsi ilə o, zərərçəkmişin əməliyyat olunması üçün orada 800 manat pul vermiş, bundan başqa, zərərçəkmiş tərəfin istəməsi ilə zərərçəkmişi xəstəxanaya aparmaq üçün yol pulu kimi o hər dəfə 60 manat olmaqla zərərçəkmişə vermişdir. Daha sonra zərərçəkmiş şəxsin qohumları ondan on səkkiz min manat pul istəmişlər, o, razılaşmamışdır. Daha sonra isə zərərçəkmiş tərəfindən onu hədələməyə başlamışlar, telefonunda bu barədə səs yazıları da qalmaqdadır, həmçinin onun qarşısını kəsib hədələmişlər. Həmçinin bildirdi ki, o, zərərçəkmiş şəxsi əvvəllər tanımamış, sonuncu ilə aralarında ədavət və düşmənçilk olmamışdır. Zərərçəkmişə xəsarəti o, idarə etdiyi avtomobil ilə Xudat şəhərindən gələrək “Bərəkətli” marketə mal vermək üçün dönərkən, günorta saatlarında yetirmişdir. O, dönərək marketin dayanacağına daxil olarkən piyada olan zərərçəkmişi görərək avtomobili dayandırmış, fikirləşmişdir ki, piyada hərəkətini dayandırmayaraq keçmək istəyər, yol versin. Həmin vaxt zərərçəkmiş də hərəkətini dayandırmışdır. Bu zaman o, fikirləşmişdir ki, avtomobili hərəkətə gətirib keçsin, zərərçəkmiş avtomobilin arxasından keçər. O, avtomobili hərəkətə gətirərək dayanacağa daxil olan zaman zərərçəkmişin səsini eşitmiş və avtomobili dərhal saxlamış, hadisə yerində gözləmiş və təcili-tibbi yardım avtomobili gələrək zərərçəkmişi xəstəxanaya aparmışlar, o da arxalarınca xəstəxanaya getmişdir. Zərərçəkmiş şəxs və o, bir-birinə yol vermək üçün başları ilə işarə vermiş, o, ora dayanacaq olduğundan və onun ora daxil olmaqda üstünlüyü olduğunu fikirləşdiyindən, zərərçəkmiş şəxsin ona yol verdiyini, həmçinin zərərçəkmişin onu gözləyərək avtomobilin arxasından keçəcəyini fikirləşdiyindən o, avtomobili hərəkətə gətirmişdir. Lakin zərərçəkmiş şəxs ona keçməsini bildirən işarə etməmişdir. O, dayanacağa daxil olmuş, buna görə də avtomobili çox aşağı sürətlə idarə etmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobildə iş yoldaşı, yəni ekspeditor da olmuş, hadisə zamanı onlar özləri təcili-tibbi yardıma zəng edərək çağırmışlar. Zərərçəkmiş tərəf ona ilk vaxtlarda “narahat olma, heç nə olmaz” demiş, o, ziyanla bağlı ödəmələri rəsmi olaraq etməmişdir. O, avtomobili saxlayaraq baxdıqda görmüşdür ki, idarə etdiyi avtomobilin təkəri izərərçəkmiş şəxsin ayağının aşağı hissəsinin üzərindən keçmiş, zərərçəkmiş yerə yıxılmış vəziyyətdədir. O, zərərçəkmişə maddi yardım etmək üçün işlədiyi şirkətdən 3000 manat borc almış, 800 manat zərərçəkmişin əməliyyatı üçün vermiş, zərərçəkmişin yeməyinə pul xərcləmiş, zərərçəkmiş üçün hətta paltar da almış, bundan başqa zərərçəkmiş tərəf ondan yol pulu olaraq 60 manat istəmiş, o, onlara zərərçəkmişi xəstəxanaya öz tanışının avtomobili apara biləcəyini bildirsə də, zərərçəkmiş tərəf bununla razılaşmayaraq onların özlərinin tanışının avtomobili aparacaqlarını və bunun üçün də 60 manat lazım olduğunu bildirmişlər, o da həmin məbləğdə pulu zərərçəkmişə vermiş, o, zərərçəkmişlə gedərək sonuncunun müalicəsi üçün dərmanlar almış, əlavə olaraq da 100 manat pul vermişdir. O, 3000 manatı zərərçəkmişin müalicəsi ilə əlaqədar zərərçəkmiş xəstəxanada olarkən xərcləmiş, xəstəxanadan buraxıldıqdan sonra isə zərərçəkmişə maddi yardım kimi kiçik məbləğlər olmaqla əlavə ödənişlər də etmişdir. O, bir gün zərərçəkmişin atasına zəng edərək evlərinə gəlmək istədiyini bildirmiş, sonuncu ona acıqlı cavab verərək etiraz etmişdir. Zərəçəkmiş tərəfdən onu “Nasosnu” adlanan yerdə yaşayan qohumunun yanına yönəltmişlər, həmin şəxs də onunla zərərçəkmişin müalicəsi üçün pul məbləği barədə danışmışdır. Zərərçəkmiş tərəf ondan on min manat pul tələb etmişdir. O, hazırkı cinayət hadisəsini törətdikdən sonra zərərçəkmişin müalicəsi, sonuncuya maddi yardım etməklə bağlı borc pullar almış, onun madi vəziyyəti də pisləşmiş, əvvəli məhkəmə iclaslarında onun zərərçəkmişə 2000 manat ödəməyə maddi imkanı olmuş və həmin məbləği ödəmək üçün, zərərçəkmişlə barışıq əldə etmək üçün dəfələrlə cəhdlər etmiş, lakin zərərçəkmiş şəxs həmin məbləği qəbul etməmiş, onunla barışmamışdır. Hazırda isə onun zərərçəkmiş şəxsə hər hansı məbləğdə ödəniş etməyə maddi imkanı yoxdur. O, iş üzrə verilmiş mülki iddianı qəbul etmir. Törətdiyi cinayət əməlinə görə peşman olduğunu bildirərək barəsində ən yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi cinayət işinin materiallarında olan ifadəsindən müəyyən edilir ki, bu günə kimi ruhi xəstəlikdən əzab çəkməmiş və hazırkı müddətə kimi ruhi-əsəb dispanserində qeydiyyatda olmamışdır. xx.xx.2019-cu il tarixdən «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla avtomobil idarə edir. Hazırkı sürcülük vəsiqəsi də «BC» kateqoriyalıdır. Avtomobil idarə etdiyi müddət ərzində heç vaxt yolnəqliyyat hadisəsi törətməmişdir. Sürücülük hüququndan məhrum olunmamışdır. X3 məxsus olan “X8” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini xx.xx.2021-ci il tarixdən etibarnamə əsasında idarə edir. 11 avqust 2022-ci il tarixdə, saat 11:15-də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “X8” markalı, **-NP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən 27-ci kilometrində yolun Gəndob istiqamətindəki hərəkət hissəsi ilə 30 km/saat sürətlə düzünə hərəkətdə olmuşdur. Bu zaman Yalama istiqamətində yolun sağ tərəfində yerləşən “Bərəkətli” marketin dayanacağına daxil olmaq üçün geriyə qayıtmaq məqsədi ilə idarə etdiyi avtomobilin sürətini azaldıb sola dönmə işığını qoşaraq yolun icazə verilən hissəsindən hərəkəti istiqamətində sol tərəfə manevr etməklə yolun Yalama istiqamətindəki hərəkət hissəsindən keçərək Yalama istiqamətindəki sağ ehtiyat hissəyə çıxmış, marketin qarşısındakı dayanacağa qismən daxil olmuşdur. Bu dayanacaqda üzü Gəndob istiqamətində adi yerişlə hərəkətdə olan adını sonradan bildiyi piyada Zərərçəkmiş şəxs qəflətən qarşısına çıxmışdır. Həmin an piyada Zərərçəkmiş şəxs da dayanmış, o da idarə etdiyi avtomobilin hərəkətini dayandırmışdır. İslam ona əli ilə nə isə işarə etmişdir. O da İslama əl hərəkətləri ilə keçməsini işarə etmişdir. Lakin İslam ani olaraq tərpənməmiş, o zənn etmişdir ki, İslam dayanaraq onun keçməsini gözləyir. Birbirlərini yanlış anladıqlarına görə İslam piyada, o da idarə etdiyi avtomobillə eyni zamanda irəliyə doğru, yəni qarşı-qarşıya hərəkət etmişlər. Belə olan halda o, idarə etdiyi avtomobilin qabaq sol künc hissəsi ilə piyada Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. Odur ki, Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilməsi üçün hadisə yerindən təcili tibbi yardım avtomobili ilə Xaçmaz rayon mərkəzi xəstəxansına aparmışlar. O da onlarla birlikdə xəstəxanaya getmişdir. Xəstəxanaya çatan kimi İslama lazımi ilkin yardım göstərilmişdir. Xəstəxanada olarkən oraya yol polisi əməkdaşları gəlmişdir. O, polis əməkdaşlarına yaxınlaşaraq özünü təqdim etmiş və idarə etdiyi avtomobillə piyadanı vurduğunu bildirmişdir. Oradan da İslamı müayinə olunması və müalicəsini davam etdirməsi üçün Bakı şəhərində yerləşən Travmatologiya və Ortopediya İnstitutuna göndərmişlər. O da İslamla birlikdə Travmatologiya və Ortopediya İnstitutuna getmişdir. Sonra təhqiqatçı tərəfindən Saray qəsəbəsində yerləşən DYP postunda izahatı alınmışdır. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, hadisə vaxtı idarə etdiyi avtomobilin sürəti 30 km/saatdan çox olmamış, diqqətini yol şəraitindən yayındıran hər-hansı bir səbəb olmamış, səhhəti ilə bağlı heç bir problem olmamış, yol şəraitini aydın müşahidə edə bilmiş, hadisə yerində yol örtüyü düz, hamar, quru, asfalt olmuş, idarə etdiyi yük avtomobilində yük və sərnişin olmamış, hadisədən əvvəl heç bir spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, 07 avqust 2022-ci ildə yeni ailə qurmuş, həmin ayın 11-i yaşadığı evdən çıxaraq ərzaq almaq üçün marketə yollanmış, bu məqsədlə avtobusla gələrək “Bərəkətli” adlı marketin qarşısında düşmüşdür. Onun düşdüyü həmin yer avtomobil yolu olmamış, piyadalar üçün yol olmuşdur. Həmin vaxt ağ rəngli “Ford” avtomobili gələrək onun yanında, ondan üç-dörd metr aralı məsafədə dayanmış, həmin avtomobilin sürücü tərəfdən yan şüşəsi aşağı (açıq) olmuş, o, sürücünün, yəni iş üzrə sonradan tanıdığı təqsirləndirilən şəxsin ona yol vermək üçün dayandığını düşünmüş, buna görə də o, təqsirləndirilən şəxsə başını əyərək işarə etmiş, sonuncu da onun bu işarəsinə cavab olaraq başını əyərək işarə etmiş və bundan sonra o, sürücünün ona keçməsini bildirdiyini düşünərək həmin avtomobilin qarşısından keçəndə təqsirləndirilən avtomobili hərəkətə gətirmiş və avtomobilin sürücü tərəfdən, qabaq sol tərəfinin küncü ona dəymiş, onun ayaqları bir-birinə dolaşaraq yıxılmış, təqsirləndirilənin idarə etdiyi avtomobilin təkəri onun ayağının üzərindən keçmiş, onun başı yerə dəymiş, o, hadisə yerində huşunu itirmiş və polis əməkdaşları onun üzünə su çilədikdən sonra, təcili tibbi yardımda ayılmışdır. Hadisə yerində olmuş “KAMAZ” markalı avtomobil sürücüsü sonradan ona demişdir ki, təqsirləndirilən şəxs onu vurduqdan sonra hadisə yerində həmin sürücü təqsirləndiriləndən hadisənin necə baş verdiyini soruşmuş, sonuncu isə avtomobilinin sürüşərək gedib təqsirləndirilənə dəydiyini demiş, təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşmaq istəmiş, lakin həmin sürücü təqsirləndirilənin qolundan tutub polis əməkdaşları gələnədək saxlamışdır, bunları ona həmin “Kamaz” sürücüsü demişdir. Həmçinin onun yaxınları da təqsirləndirilənin əlindən mobil telefonunu alaraq saxlamışlar ki, təqsirləndirilən hadisə yerindən qaça bilməsin. Hadisə baş verəndən sonra onu təcilitibbi yardım avtomobili ilə Xaçmaz RMX-yə aparmışlar, lakin orada həkimlər bildirmişlər ki, həmin xəsarətlər ağırdır, müalicəsi bu xəstəxanada mümkün deyildir. Bundan sonra təcilitibbi yardım avtomobili onu Bakı şəhərində travmatologiya və Ortopediya İnstitutuna göndərərək aparmışlar. Həmin İnstitutda üç gün ona morfin iynələri vurulmuşdur. Xəstəxanada onun əməliyyatı üçün 700 manat pul lazım olmuş, atası həmin məbləğdə pulu başqa bir şəxsdən borc olaraq almış, təqsirləndirilən isə sonradan həmin 700 manatı həmin şəxsə qaytarmışdır. Yəni təqsirləndirilən pulu o, əməliyyat olunan zaman verməmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs 3000 manat xərcləməmişdir, bu, ola bilməz, az xərcləmişdir. Onun hazıradək ağrıları olur, dərmanlar qəbul edir. O, Qusar, Quba, Xaçmaz rayonlarında və Bakı şəhərində olan tibb müəssisələrində müalicə olunmuş, hazırda onun müalicə almaq üçün maddi imkanı yoxdur. Onlar ailədə dörd nəfərdirlər, ailəyə qazanc gətirən şəxs yeganə olaraq o özüdür, o, bağban, rəngsaz kimi işləyərək ailəsini saxlamış, lakin artıq səkkiz aydır ki, o, aldığı xəsarətlərlə bağlı işləyə bilmir. Təqsirləndirilənin onu avtomobillə vurmasını bildikdə babasının da ürəyi dayanaraq ölmüşdür. Təqsirləndirilən onun atasına zəng edərək onlara gəlmək istədiyini deyən zaman babasının yas mərasimi olmuş, buna görə də atası hirsli olmuşdur. Təqsirləndirilən şəxsin “Nasosnu” adlandırılan yerdə yaşayan şəxs də onun qayınatası olmuş, belə ki, onlar təqsirləndirilənlə onların arasında barışıq əldə olunması üçün təqsirləndirilənə qayınatası ilə danışmalarını bildirmişlər. Qusar rayonundakı tibb müəssisəsində müalicədə olarkən həkim ona demişdir ki, onun ayağı artıq iflicdir, sağala bilən deyil. Həkim tərəfindən ona bildirilmişdir ki, üç il müddətinə o, fiziki işlərdə işləyə bilməz. Onun atası və anası da xəstədirlər, ailədə işləyən yoxdur, marketlərə borcları yaranmış, onda hərdən hallüsinasiyalar baş verir, əsəbiləşir, evdəki əşyaları sındırır. Sonradan təqsirləndirilən şəxsin mobil telefon nömrəsinə zənglər etsələr də, zəng çatmamış, təqsirləndirilən şəxs telefonu söndürmüş və onlarla əlaqəni kəsmişdir. Bundan sonra onlar DİN-ə, digər nazirliklərə müraciət etməyə başlamışlar və işə yenidən baxılmağa başlanılmışdır. Avqust ayında ayağında növbəti əməliyyat olacaqdır, təqsirləndirilən şəxsin onu avtomobillə vurması nəticəsində onun bud sümüyünün yerdəyişən sınığı xəsarəti almış, həkim həmin sınığın hələ yerinə oturmadığını, ola bilsin ki, oynağın baş hissəsini kəsib latun qoymaq zərurəti olacağını, həmin əməliyyatın isə 3000-4000 manat olduğunu bildirmişdir. O, təqsirləndirilənə demişdir ki, “gəl məni avtomobilin ilə Bakı şəhərinə xəstəxanaya apar, müalicəmi etdirib sağlamlığımı geri qaytar, səndən başqa heç nə istəmirəm”. Bunları nəzərə alaraq o, mülki iddia vermişdir ki, həmin məbləğ təqsirləndiriləndən alınsın ki, o, müalicəsini etdirə bilsin. Ona görə də mülki iddianın təmin edilməsini xahiş edir. Həmçinin bildirdi ki, təqsirləndirilən şəxs avtomobili ilə onu vurduqda o, yerə yıxılmış və huşunu itirmiş, təcili-tibbi yardım avtomobili ilə Xaçmaz RMX-yə aparılarkən yolda ayılmışdır. O, təcili-tibbi yardıma kimin zəng etməsini bilmir. O, hazırkı hadisədən üç gün sonra əməliyyat olunmuşdur, belə ki, xəstəxanada onun əməliyyatı üçün lazım olan alətlərin olmadığı, həmin alətlərin gətizdiriləcəyi bildirilmiş və o, üç gündən sonra əməliyyat olunmuşdur. O, əməliyyatla bağlı xəstəxanada olarkən təqsirləndirilən şəxs də orada olmuşdur. Təqsirləndirilən şəxs ona barışıq üçün yalnız 2000 manat pul verməyi təklif etmiş, o, həmin məbləğlə razılaşmamışdır. Təqsirləndirilən şəxs əməliyyatı ilə bağlı 700 manat vermiş (aldıqları borcu qaytarmaqla), bundan əlavə isə xırda xərclər çəkmiş – “Bizon” içkisi, xəstəxanada geyinmək üçün şəpik, sadə idman şalvarı və köynək almış, beləliklə, təqsirləndirilən şəxs onun üçün təxminən 1000 manat xərcləmişdir. O, ittihamla razı deyildir, belə ki, təqsirləndirilən şəxsin ona vurduğu xəsarət az ağır deyil, ağır xəsarətdir. O, xəsarət aldığı zaman həkim müayinəsində olmuş, xəsarətinin dərəcəsi də həmin xəstəxanada tərtib edilmiş sənədlər əsasında təyin edilmişdir. O hesab edir ki, əslində, ən azı on yeddi-on səkkiz gün xəstəxanda yatmalı olmuş, lakin təqsirləndirilənin onu vuraraq xəsarət yetirdiyi avtomobilin sahibi, təqsirləndirilənin işlədiyi şirkətin müdiri olan Natiq adlı şəxs o, xəstəxanada yatdığı zaman xəstəxanaya gəlmiş və həkimə pul verərək onun xəstəxanadan evə tez buraxılmasına nail olmuşdur. Onun xəsarətlərinin dərəcəsi yalnız Bakı şəhərindəki xəstəxanada müayinə nəticəsində tərtib edilmiş sənədlərə əsasən təyin edilmiş, lakin o, Qusar şəhərində, regionda tanınmış cərrah-travmatoloqun müayinələrində olmuş, həmin həkim ona bud sümüyünün boyun tərəfinin yerini dəyişdiyini, bunun isə asanlıqla öz yerini tutmadığını, yerini tutmadığı təqdirdə latun oynaq qoyulmalı olduğunu bildirmişdir. Onun ayağı sinirlərlə bağlı işləmir, o, ayağını əli ilə açıb-bükür. O, Qusar, Quba və Xaçmaz rayonunda xəstəxanlarda maddi imkanı olmadığından yataraq müalicə almamış, bu səbəbdən də ona xəsarətləri barədə hər hansı arayış verilməmiş, ona həkimlər bud sümüyünün öz yerini tutub-tutmayacağını əminliklə deyə bilmədikləri yalnız müayinələr zamanı şifahi olaraq bildirilmişdir. O, Bakı şəhərindəki xəstəxanata avqust ayının 11-dən 18-ə kimi olmuşdur. Ayın 18-i evə buraxılsa da, o, həmin vaxt özünü evə buraxılan vəziyyətdə hiss etməmişdir. O, hesab edir ki, xəstəxanada onu tez buraxmalarına səbəb qarşı tərəfdən rüşvət almaları olmuşdur. Onun xəsarəti ağır olmasaydı, o, hazıradək indiki vəziyyətdə olmazdı. O, xəstəxandan öz razılığı ilə çıxmamışdır, hətta xəstəxandan buraxılanda həkimdən çıxarışı çətinliklə almışdır, çıxarış vermək istəməmişlər. O, hazırkı hadisə nəticəsində aldığı baş beyin silkələnməsi ilə bağlı Qusar rayonundakı tibb müəssisəsində MRT müayinəsindən keçmiş və baş beyin silkələnməsi müəyyən olunmuşdur. Həmin xəsarətlə bağlı onda hər gün baş ağrıları, ürək bulanmalar olur, əsəbi olur və evdə əşyaları sındırır. O, xəsarətlə bağlı sığorta haqqı olaraq 1500 manat almışdır. Təqsirləndirilən şəxs onu avtomobil ilə vurarkən onun yalnız bir ayağının üzərindən keçmişdir. O, valideynləri də təqsirləndirilən şəxsə on-on beş dəfə zəng edərək gəlib onu müalicə edib sağaltmasını demişlər. Təqsirləndirilən şəxs onu vurduqdan dərhal sonra qaçıb getməmişdir, avtomobildən yerə düşmüşdür, təqsirləndirilən sonradan çıxıb getmək istəmiş, orada olan şəxslər təqsirləndirilənin getməsinə imkan verməmişlər. O, hazırkı xəsarətləri almazdan əvvəl qeyri-rəsmi olaraq bağban, yaxud da rəngsaz kimi işləyərək gündəlik 25-30 manat pul qazanmış, lakin onun həmin qazancı barədə təqdim etmək üçün sübutu yoxdur. Onu təqsirləndirilən şəxs avtomobili ilə vurduqdan sonra o, yerə yıxılmış, təcili-tibbi yardım gələnədək o təxminən yarım saatadək yerdə uzanmış vəziyyətdə qalmış, həmin müdətdə o, bir neçə dəfə huşunu itirərək yenidən özünə gəlmiş, bir dəfəsində təqsirləndirilənin ona yaxınlaşaraq gülə-gülə “sən neylədin?!” deyərək getməsini görmüş, bundan sonra təqsiləndirilən şəxsi özünün yaxınlığında görməmişdir. O, təqsirləndirilən şəxs hazırda ona 5000 manat ödəyərsə, barışar. Lakin təqsirləndirilən şəxs ona tələb etdiyi məbləğlə bağlı heç bir ödəniş etməmişdir. O, ailəlidir, işləmək qabiliyyətini itirib. Mülki iddianın təmin edilməsini və təqsirləndirilən şəxsə ən ağır cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan DİN-nin BDYPİ-nin növbətçi hissəsinə 2-ci taqım tərəfindən verilmiş 11 avqust 2022-ci il tarixli məlumatdan müəyyən edilir ki, həmin tarixdə, saat 11:15 radələrində Gəndob-Yalama avtomobil yolunun Xaçmaz şəhəri ərazisindən keçən 27-ci kilometrində sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “X8” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob istiqamətində yolun sağ kənarında olan piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs bədən xəsarəti almışdır. İş materiallarında olan 11 avqust 2022-ci il tarixli raportdan müəyyən edilir ki, Xaçmaz RMX-nın tibb bacısı Həsənova Xaçmaz RPŞ-nin növbətçi hissəsinə zəng edərək iş üzrə Zərərçəkmiş şəxs “sol bud sümüyünün boynun qapalı öz yerini dəyişmiş sınığı, sağ oynaq pəncəsinin sıyrılmış yarası” diaqnozu ilə xəstəxanaya daxil olması barədə və xəstənin onu avtomobil vurmasını bildirməsi barədə məlumat vermişdir. İş materiallarında olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 11 avqust 2022-ci il tarixli protokoldan müəyyən edilir ki, iş üzrə hadisənin törədildiyi yerə baxış keçirilmiş, yol-nəqliyyat hadisəsinin sxemi tərtib edilmiş və hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 sentyabr 2022-ci il tarixli, 8/2191 nömrəli ekspert rəyindən müəyyən edilir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X8” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə istintaqı zamanı tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 publik hüquqi şəxsin 08 sentyabr 2022-ci il tarixli, 480 nömrəli ekspert rəyindən müəyyən edilir ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsinə və adına tərtib edilmiş tibbi sənədlərdə qeyd olunanlara əsaslanaraq, onun bədəni üzərində aşkar edilmiş xəsarətlər – baş beyin silkələnməsi ilə müşayiət olunmuş sol bud sümüyünün sınığı və sağ ayaq nahiyəsinin əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən törənməklə, qərarda qeyd olunduğu kimi, xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. İş materiallarında olan sürücülük vəsiqəsinin təsdiqlənmiş surətindən və Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs adına verilmə tarixi xx.xx.2019-cu il, etibarlılıq müddəti xx.xx.2029cu ilədək olan “BC” kateqoriyalı, AE 339156 nömrəli sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. İş materiallarında olan “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin təsdiqlənmiş surətindən müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin cinayət əməlini törətdiyi zaman idarə etdiyi “X8” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r. İş materiallarında olan “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqqında” etibarnamənin təsdiqlənmiş surətindən və DİN BDYPİ tərəfindən verilmiş cavab məktubundan müəyyən edilir ki, iş üzrə təqsirləndirilən şəxsin cinayət əməlini törətdiyi zaman idarə etdiyi “X8” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil X5 tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2021-xx.xx.2029-cu il müddətinədək etibarnamə əsasında verilmişdir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını, həmçinin ekspert rəylərini sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tərkibini yaradır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli, 5 №-li Qərarının 13-cü bəndində göstərilir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar olmadığından o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində qanuni və ədalətli cəza təyin edilməlidir. Məhkəmə iş üzrə təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakı halları nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması,ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəmnində ehtiyatsızlıqdan az ağır olmaqla ilk dəfə cinayət törətməsini, törətdiyi cinayət əməlinə görə peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Мəhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cəzasını yüngülləşdirən halları, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını, cinayət əməlinin törədilməsi şəraitini, eləcə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı şikayətçi olması və təqsirləndirilənin zərərçəkmişlə barışıq əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Аzərbaycan Respublikası Cinayət Мəcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədə müvafiqdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə görə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxsin cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. İş materiallarından müəyyən edilir ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsiinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır. İş üzrə məhkəmə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, АZ34CТRЕ ********************, X2, Kod 210005, VÖEN **********, АZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddiaya dair isə məhkəmə aşağıdakıları qeyd edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia ərizəsindən müəyyən edilir ki, cavabdeh Təqsirləndirilən şəxs 11 avqust 2022-ci il tarixdə, saat 11:15 radələrində idarə etdiyi «X10» markalı, **- NP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəndob-Yalama yolunun Xaçmaz rayon ərazisində keçən 27-ci km-də Gəndob istiqamətində hərəkətdə olarkən avtomobilin qabaq hissəsi ilə onu vurmuş və ona baş-beyin silkələnməsi ilə müşayiət olunan sol bud sümüyünün sınığı, oynaq hissəsindən sağ ayaq nahiyəsinin əzilmiş yarasından ibarət dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan ağır xəsarət yetirmişdir. Xəsarətlər alandan sonra təcili yardım avtomobili ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilmiş və təcili yardım göstəriləndən sonra dərhal vəziyyəti ağır olduğu üçün onu Bakı şəhərində yerləşən Travmatologiya Xəstəxanasına aparmışlar. Həmin xəstəxanada əməliyyat olunandan sonra tam sağalmamış, ağır vəziyyətdə onu xəstəxanadan məcbur çıxarmışlar. Odur ki, hazıra kimi daim intensiv müalicə olunur. Bu müddət ərzində 2 dəfə Qusar rayon xəstəxanasında və 1 dəfə Quba rayon xəstəxanasında müayinədən keçmiş, müalicəni davam etdirir. Hazırda vəziyyəti ağırdır, xəsarətləri sağalmamışdır. Ağrıkəsici dərmanlarla bir təhər özünü idarə edir. Başı daim ağrıyır, tez-tez yediyini qaytarır, ona görə də vəziyyəti daha da ağırlaşmışdır. Bütün bu müddət ərzində cavabdeh ona heç bir kömək etməmiş və hətta gəlib halından xəbər bilməmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində ona və ailəsinə külli miqdar zərər vurulmuşdur. Belə ki, 2022-ci ilin avqustun 11-dən hazıra kimi müxtəlif xəstəxanalarda və evimdə intensiv müalicə olunaraq müxtəlif müayinələrə, dərmanlara və ona qulluq ediməsinə 5000 manat pul xərcləmişdir. Bundan əlavə 4 nəfər ailəsinin yeganə gəlir gətirib dolandıranı kimi hər gün fərdi işlərdə işləməklə 30 manat pul qazanmışdır. Lakin cavabdehin təqsirli hərəkətləri nəticəsində həmin gəlirlərdən məhrum olmuşdur. Belə ki, 2022-ci ilin 11 avqust tarixindən hazıra kimi həmin gündəlik gəlirdən məhrum olunaraq ona 5220 manat maddi zərər vurulmuşdur ki, həmin zərəri də cavabdeh ödəməlidir. Bundan əlavə ona və ailəsinə ölçüyə gəlməz dərəcədə mənəvi zərər vurulmuşdur. Sonra çox ağır vəziyyətdə olmaqla ağrıkəsici dərmanlar qəbul etməklə ölümlə çarpışır. Bütün bunlar onu və ailəsini stresə salmışdır. Qanuna əsasən mənəvi zərər maddiləşdirilməlidir. Odur ki, ona və ailəsinə vurulmuş mənəvi zərəri 20000 manat məbləğində qiymətləndirir ki, həmin zərəri də qanuna əsasən cavabdeh ödəməlidir. Göstərilənlərə əsasən, cavabdeh Təqsirləndirilən şəxs təqsirli hərəkətləri nəticəsində ona vurulmuş 7800 manat məbləğində maddi zərərin və 2000 manat məbləğində mənəvi zərərin, həmçinin rüsum kimi ödədiyi 120 manat məbləğində pulun və etibarnamə almağına görə ödədiyi 18 manat məbləğində pul ilə birlikdə hüquqi yardıma görə ödədiyi 68 (50+18) manat məbləğində pulun, cəmi 9988 manat məbləğində pulun cavabdeh Təqsirləndirilən şəxs alınaraq ona verilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs-mülki iddiaçı tərəf mülki iddianın təmin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs-mülki cavabdeh isə mülki iddianı qəbul etmədiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Məhkəmə mülki iddia ərizəsini, iş materiallarını nəzərdən keçirib, tərəflərin mülki iddia ilə bağlı izahatlarını dinləyib hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalıdır. Belə ki, mülki iddia ərizəsində zərərçəkmiş şəxs-mülki iddiaçı ona hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində yetirilmiş xəsarətlərlə bağlı müalicə xərclərinin, həmin xəsarətlər nəticəsində səhhətində yaranmış problemlərlə bağlı işləyə bilməməsi və buna görə də ona xəsarət yetirildiyi vaxtdan hazıradək gündəlik işləyərək əldə edəcəyi qazancların əldən çıxması nəticəsində, həmçinin mənəvi zərər vurulmasının ümumilikdə dəymiş ziyan məbləğini 9988 manat hesab edərək həmin məbləği tələb etdiyini göstərmiş və qeyd olunan ziyanın sübutu kimi mülki iddia ərizəsinə kassa (satış) çeklərini əlavə etmiş, lakin həmin çeklərdən ödənişin kim tərəfindən edilməsi və dərmanların hansı təyinat üzrə alınmasını müəyyən etmək olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iddiaçının zəruri sübutlar toplayaraq gələcəkdə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək imkanını saxlamaq məqsədi ilə hazırkı mülki iddia baxılmamış saxlanılmalıdır. Həmçinin zərərçəkmiş şəxsə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. İş materiallarında olan 26 sentyabr 2022-ci il tarixli “Maddi sübut kimi tanıma haqqında” qərardan müəyyən edilir ki, “X8” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınmış və avtomobil saxlanılması üçün sahibinə qaytarılmışdır. Odur ki, iş üzrə maddi sübut “X8” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrumetmə növündə əlavə cəza azadlıqdan məhrumetmə növündə əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alıb icraya yönəldilənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə ekspertiza xərci olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən VÖEN **********, AZ34CTRE ********************, X2, Kod 210005, VÖEN **********, AZ41NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 (büdcə təsnifatının kodu 142595) nömrəli hesabına köçürülsün. İş üzrə mülki iddia baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxsə hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsin cinayət əməli nəticəsində ona vurulmuş ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. İş üzrə maddi sübut “X8” markalı, ** NP *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Hökmdən elan edildiyi andan 20 gün müddətinə Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(067)-58/2023
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-58/2023
26.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver