Azərbaycan Respublikası adından HÖKM Xaçmaz şəhəri İş № 1(067)-58/2024 12.06.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi izrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1989-cu ildə Xaçmaz rayonun Qımıl-qışlaq kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Xaçmaz rayonun Qımıl-qışlaq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində, həmin kənd tam orta məktəbi ilə üzbə-üz 40 metr aralı məsafədə yerləşən evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən 09 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 25 sentyabr 2023-cü il tarixdə saat 09:30-dan 09:45-dək müddət ərzində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində, həmin kənd tam orta məktəbi ilə üzbə-üz 40 metr aralı məsafədə yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 6260,0 qram olan 09 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs öz hərəkəti ilə Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərir ki, o, əvvəllər narkotik vasitə sayılan marixuanadan istifadə etmişdir. Əkdiyi çətənə bitkilərinin toxumlarını o, yol kənarında siqaret qutusunda tapmışdır. Tapdığı siqaret qutusunun içərisində 15 ədəd çətənə bitkisi toxumları olmuşdur. 2023-cü ilin iyun ayının əvvəllərində yaşadığı Xaçmaz rayonun, Qımılqışlaq kəndindəki evinin arxa tərəfində tapdığı 15 ədəd toxumun hamsın əkmiş onlardan yalnız 09 ədədi bitmişdir. 25 sentyabr 2023-cü il tarixdə evdə olduğu zaman polis əməkdaşları onun yaşadığı evə gələrək evin həyatyanı sahəsinə aqronomun iştirakı ilə baxış keçirərək əkdiyi çətənə bitkilərini aşkar edərək götürmüşlər. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yaşayır. Təxminən 5-6 ay olarkı narkotik vasitə olan qurudulmuş marixuananı papirosa doldurmaq yolu ilə çəkir. Əvvəllər qurudulmuş marixuananı papirosa doldurub çəkərkən içərisində çətənə toxumları olmuş və o, çətənə toxumlarını götürüb özündə saxlamışdır. 2023-cü ilin iyun ayının əvvəllərində qərara gəlmişdir ki, özündə olan çətənə bitkisi toxumlarını əkib yetişdirsin və gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Bu məqsədlə də o, yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndindəki evinin arxa tərəfində, həyətyanı torpaq sahəsində meyvə ağacları və qurumuş ağac budaqları ilə əhatə olunmuş sahənin torpağını bellə yumşaldıb çətənə bitkisi toxumlarını əkməsi üçün yer hazırlamış və özündə olan 09 ədəd çətənə bitkisi toxumlarını həmin yerdə sıra ilə əkib sulamışdır. Təxminən 7-8 gün keçdikdən sonra baxanda görmüşdür ki, əkdiyi çətənə toxumlarınin bir hissəsi cücərib. Bir neçə gün keçdikdən sonra əkdiyi digər çətənə toxumlarıda cücərmiş və o, həmin çətənə bitkilərini yetişdirmək məqsədi ilə qulluq göstərməyə, yəni diblərinə su tökməyə başlamışdır. Əkdiyi çətənə bitkilərinə qulluq etməkdə məqsədi o olmuşdur ki, yetişdirdikdən sonra həmin bitkilərin yarpaqlarını yığıb qurutmaqla gələcəkdə özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Sonrakı günlərdə əkdiyi çətənə bitkiləri böyüyərək bəziləri 1 metr, bəziləri isə 1,5 metr hündürlükdə olmuşdur. Əkdiyi çətənə bitkilərinin yarpaqları sınmasın deyə o, sintetik materialdan olan iplərlə çətənə bitkilərinin bəzilərinin budaqlarını bir-birinə, bəzilərinin budaqlarını isə ətrafda olan ağac budaqlarına bağlamışdır. 25 sentyabr 2023cü il tarixdə təxminən saat 09:30 radələrində evdə olduğu vaxt yaşadığı evin həyət qapısı döyülmüş və o, qapını açanda qapının qarşısında dayanmış şəxslər polis əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ona yaşadığı evin həyətində çətənə bitkiləri əkib-becərməsi barədə məlumat olduğunu deyərək vdieoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirmişlər və ona hüquq və vəzifələrini izah etdikdən sonra yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazının olub-olmadığını soruşmuşlar, o, da etirazı olmadığını bildirərək yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etiraz etməmiş və polis əməkdaşlarım baxış keçirmələri üçün yaşadığı evin həyətinə dəvət etmişdir. Polis əməkdaşları ona narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmişlər, o, da polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət edərək onları çətənə bitkilərini əkdiyi yerə aparmışdır. Polis əməkdaşları əkdiyi çətənə bitkilərini görüb ondan həmin bitkilərin nə bitkiləri olduğunu, nə vaxt əkdiyini soruşmuşlar, o, da əkdiyi bitkilərin «nəşə», yəni çətənə bitkiləri olduğunu, 3-4 ay əvvəl özünün əkibyetişdirdiyini bildirmişdir. Baxışda iştirak edib özünii aqronom kimi təqdim edən şəxs onun əkdiyi çətənə bitkilərinə baxdıqdan sonra bildirmişdir ki, onun əkdiyi bitkilər çətənə bitkiləridir, 2-3 ay əvvəl əkilib, diblərinə su, peyin tökülərək aqrotexniki qaydada qulluq göstərilib. Sonra əkdiyi çətənə bitkiləri onun iştirakı ilə tək-tək kökündən çıxarıb sayılmış və əkdiyi çətənə bitkilərinin 09 ədəd olduğu məlum olmuşdur. Bundan sonra onun iştirakı ilə yaşadığı evin həyətyanı torpaq sahəsində əkib- yetişdirdiyi çətənə bitkiləri 02 ədəd sintetik materialdan olan torbalarda qablaşdırılıb möhürləndikdən sonra onun, aqronomun və digər iştirakçıların iştirakı ilə protokol tərtib edilmiş, o, da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra isə o, izahatının alınması üçün Xaçmaz RPŞ-nə dəvət olunmuş və o, etiraz etməyərək polis əməkdaşalrı ilə birlikdə Xaçmaz RPŞ-nə gəlib izahat verərək yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə bitkilərini özünün əkdiyini bildirmişdir. O, heç kimdən narkotik vasitə almamış və heç kimədə narkotik vasitə satmamışdır. Yaşadığı evin həyətyanı torpaq sahəsində isə çətənə bitkiləri əkmişdir ki, gələcəkdə yarpaqlarını yığıb qurutmaqla özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Ona elə gəlir ki, yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə bitkisi əkib-yetişdirməsini əvvəlcədən görən və bu barədə məlumatı olan olmamışdır. Yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyi çətənə bitkisindən istifadə etməmiş və istifadə məqsədi ilə başqa heç kimə verməmişdir. Çətənə bitkiləri əkməsi barədə ona heç kim tapşırıq verməmişdir. Həmin çətənə bitkilərini özü tək əkmişdir ki, yığıb qurutmaqla özünün istifadə etməsi üçün qurudulmuş marixuana əldə etsin. Məhkəmədə şahid qismində ifadə vermiş Xaçmaz rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilər əkib-becərməsi barəsində Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirləri keçirilməsi ilə əlaqədar olaraq Elşad Bababəyovun yaşadığı Xaçmaz rayonunun, Qımıl-qışlaq kəndindəki evinə gedmişlər. Onlar Təqsirləndirilən şəxs onun yaşadığı evin həyatyanı torpaq sahəsinə aqronomun iştirakı ilə baxış keçirilməsi barədə bildirmişlər. Təqsirləndirilən şəxs baxış keçirilmsinə etirazı olmadığını və könüllü olaraq əkib-becərdiyi çətənə kollarını göstərmiş və baxış keçirilərkən çətənə kollarının 09 ədəd olduğu müəyyən edilmişdir. O, həmin çətənə kollarını özünün istifadəsi üçün əkib becərdiyini bildirmişdir. Şahid Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 25 sentyabr 2023-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və Xaçmaz RPŞ-nin PPXB-niin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin baş aqronomu Şahid4 mütəxəssis qismində dəvət edildikdən sonra həmin gün təxminən saat 09 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımıl-qılşaq kəndindəki evin qarşısına getmişlər. Qapını açan Təqsirləndirilən şəxsə özlərini təqdim etdikdən sonra X7 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olubolmamasım soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X7 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olub evin arxa tərəfinə getmişlər. Evin arxa tərəfinə gələndə qurumuş ağac budaqları və meyvə ağacları ilə əhatə olunmuş yerdə çətənə bitkilərinə oxşar 1-1,5 metr hündürlükdə bitkilərin əkilibyetişdirildiyini, sintetik materialdan olan iplərlə bitkilərin bəzilərinin budaqlarının bir-birinə, bəzilərinin budaqlarının isə ətrafda olan ağac budaqlarına bağlandığım görmüşlər. Həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşar bitkilərin dibləri yumşaldılmaqla su və peyin tökülərək qulluq göstərilmişdir. X7 Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkiləri olduğunu, nə vaxt əkdiyini soruşduqda Təqsirləndirilən şəxs «nəşə», yəni çətənə bitkiləri olduğunu, 3-4 ay əvvəl özünün əkib-yetişdirdiyini bildirmişdir. X7 baxışda iştirak edən aqronom Şahid4 həmin yerdə əkilib-yetişdirilmiş bitkilərə baxmasını təklif etmiş, aqronom Şahid4 bitkilərə baxdıqdan sonra həmin bitkilərin çətənə bitkiləri olduqlarını, 2-3 ay əvvəl əkildiyini, diblərinə su, peyin tökülərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxsıı iştirakı ilə çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılıb sayıldıqda 09 ədəd olduğu müəyyən edilmiş və həmin bitkilər 02 ədəd sintetik materialdan olan torbalarda qablaşdırılaraq möhürlənib götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilib oxunmuş, iştirakçılarda protokola imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndindəki evin həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərlə bağlı aqronom Şahid4 tərəfindən rəy yazılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımıl-qılşaq kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin MSY-nin polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Şahid Xaçmaz rayon Polis Şöbəsinin MSY-nin polis nəfəri Şahid3 bildirdi ki, o, Xaçmaz RPŞ-nin MSY-nin polis nəfəri vəzifəsində işləyir.25 sentyabr 2023-cü il tarixdə işdə olarkən Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımıl-qılşaq kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsi ilə və orada video çəkiliş aparılması ilə əlaqədar dəvət olunmuşdur. Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 09 ədəd çətənə kolları aşkar olunmuşdur. Şahid Xaçmaz rayon Polis Şöbəsinin MSY-nin polis nəfəri Şahid3 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, Xaçmaz RPŞ-nin MSY-nin polis nəfəri, polis baş serjantı vəzifəsində işləyir. Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 25 sentyabr 2023-cü il tarixdə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və Xaçmaz RPŞ-nin PPXB-niin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin baş aqronomu Şahid4 mütəxəssis qismində dəvət edildikdən sonra həmin gün təxminən saat 09 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımıl-qılşaq kəndindəki evin qarşısına getmişlər. Qapını açan Təqsirləndirilən şəxsə özlərini təqdim etdikdən sonra X7 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasım soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X7 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olub evin arxa tərəfinə getmişlər. Evin arxa tərəfinə gələndə qurumuş ağac budaqları və meyvə ağacları ilə əhatə olunmuş yerdə çətənə bitkilərinə oxşar 1-1,5 metr hündürlükdə bitkilərin əkilib-yetişdirildiyini, sintetik materialdan olan iplərlə bitkilərin bəzilərinin budaqlarının bir-birinə, bəzilərinin budaqlarının isə ətrafda olan ağac budaqlarına bağlandığım görmüşlər. Həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşar bitkilərin dibləri yumşaldılmaqla su və peyin tökülərək qulluq göstərilmişdir. X7 Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkiləri olduğunu, nə vaxt əkdiyini soruşduqda Təqsirləndirilən şəxs «nəşə», yəni çətənə bitkiləri olduğunu, 3-4 ay əvvəl özünün əkib-yetişdirdiyini bildirmişdir. X7 baxışda iştirak edən aqronom Şahid4 həmin yerdə əkilib-yetişdirilmiş bitkilərə baxmasını təklif etmiş, aqronom Şahid4 bitkilərə baxdıqdan sonra həmin bitkilərin çətənə bitkiləri olduqlarını, 2-3 ay əvvəl əkildiyini, diblərinə su, peyin tökülərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxsıı iştirakı ilə çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılıb sayıldıqda 09 ədəd olduğu müəyyən edilmiş və həmin bitkilər 02 ədəd sintetik materialdan olan torbalarda qablaşdırılaraq möhürlənib götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilib oxunmuş, iştirakçılarda protokola imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımılqışlaq kəndindəki evin həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərlə bağlı aqronom Şahid4 tərəfindən rəy yazılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımılqılşaq kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri onun əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Xaçmaz rayon Mənzil Komunal İdarəsinn baş aqronomu Şahid4 göstərdi ki, o, Xaçmaz rayon Mənzil Komunal İdarəsinn baş aqronomu vəzifəsində işləyir. 25 sentyabr 2023-cü il tarixdə polis əməkdaşları ona yaxınlaşaraq Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımıl-qılşaq kəndindəki evin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkilib-yetişdirilməsi barədə Xaçmaz rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş və Təqsirləndirilən şəxs torpaq sahəsinə baxış keçirilməsi ilə və orada aqranom kimi iştirak etməsini təklif etmişlər. O, polis əməkdaşlarının təklifinə etiraz etməyərək onlarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs həyətyanı torpaq sahəsinə baxış keçirilməsini bildirdikdə o, etiraz etməmişdir. Müstəntiqin Təqsirləndirilən şəxs nakotik tərkibli bitkilərin əkdiyi yeri göstərməsini təklif etdikdə o, onları yaşadığı evin arxa tərəfinə apararaq əkdiyi çətənə kollarını göstərmişdir. O, əkilən çətənə bitkilərinə baxış keçirərkən onların hündürlkləri 1-1,5 metr olduğu və onlara aqrotexniki qaydada qulluq göstərilməsi barədə rəy vermişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs çətənə kollarını özünün istifadəsi üçün əkdiyini bildirmişdir. Şahid Xaçmaz rayon Mənzil Komunal İdarəsinn baş aqronomu Şahid4 ibtidai istintaq zamanı verdiyi iş materiallarında olan ifadəsindən müəyyən edilir ki, o, ailəsi ilə birlikdə Xaçmaz şəhəri, R.Sadıqov küçəsi, ev 121 -də yaşayır. Xaçmaz Rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsində baş aqronom işləyir. 25 sentyabr 2023-cü il tarixdə o, Xaçmaz RPŞ-nə dəvət olunmuş və Xaçmaz RPŞ-nin İB-nin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılov tərəfindən qəbul edilmiş mütəxəssis təyin olunmasına dair qərarla tanış olduqdan sonra ona hüqüq və vəzifələri' izah olunmuşdur. X4 Xaçmaz rayonu, Qııuıl-qışlaq kəndində olan evlərdən birinin həyətyanı torpaq sahəsində narkotik tərkibli çətənə bitkiləri əkilib-yetişdirilməsi barədə məlumat daxil olduğunu və həmin evin həyətyanı torpaq sahəsinə baxış keçirmək istədiklərini bildirib onunda mütəxəssis qismində iştirak etməsini xahiş etmişdir. O, etiraz etməmiş və həmin gün saat 09 radələrində o, X7, NMQ-nun əməliyyat müvəkkili Şahid1, polis nəfərləri Şahid2 və Şahid3 birlikdə Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində olan evlərdən birinin qarşısına getmişlər. Qapını açan şəxs Təqsirləndirilən şəxs olduğunu və həmin evdə yaşadığını bildirmişdir. Polis əməkdaşları özlərini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra X7 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olubolmamasını soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X7 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Elşad. Balabəyovun yaşadığı evin həyətinə daxil olub evin arxa tərəfinə getmişlər. Evin arxa tərəfinə gələndə qurumuş ağac budaqları və meyvə ağacları ilə əhatə olunmuş yerdə çətənə bitkilərinə oxşar 1-1,5 metr hündürlükdə bitkilərin əkilibyetişdirildiyini, sintetik materialdan olan iplərlə bitkilərin bəzilərinin budaqlarının bir-birinə, bəzilərinin budaqlarının isə ətrafda olan ağac budaqlarına bağlandığını görmüşlər. Həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşar bitkilərin dibləri yumşaldılmaqla su və peyin tökülərək qulluq göstərilmişdir. X7 Təqsirləndirilən şəxsdän həmin bitkilərin nə bitkiləri olduğunu, nə vaxt əkdiyini soruşduqda Təqsirləndirilən şəxs «nəşə», yəni çətənə bitkiləri olduğunu, 3- 4 ay əvvəl özünün əkib-yetişdirdiyini bildirmişdir. X4 təklif etmişdir ki, həmin yerdə əkilmiş bitkiləri nəzərdən keçirib onlara aqrotexniki qaydada qulluq göstərilibgöstərilməməsini müəyyən etsin. O, həmin bitkiləri nəzərdən keçirib müəyyən etmişdir ki, həmin bitkilər tərkibində narkotik maddələr olan çətənə bitkiləridir, dibləri yumşaldılmaqla su və peyin tökülərək aqrotexniki qaydada qulluq olunmuşdur, hündürlükləridə 1 metrdən 1,5 metrə qədərdir. Təqsirləndirilən şəxs iştirakı ilə çətənə bitkiləri tək-tək kökündən çıxarılıb sayıldıqda 09 ədəd olduğu müəyyən edilmiş və həmin bitkilər 02 ədəd sintetik materialdan olan torbalarda qablaşdırılaraq möhürlənib götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilmiş, o, da protokolu oxuduqdan sonra düzgün yazıldığını görüb protokola imza etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndindəki evin həyətyanı torpaq sahəsində aşkar edilmiş narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq göstərilməklə əkilib-yetişdirilməsi barədə rəy yazaraq müstəntiqə təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımılqışlaq kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin MSY-nin polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. Məhkəmədə ifadəsi elan olunmuş Şahid2 ifadəsindən görünür ki, Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna Xaçmaz rayonu, Qımıl-qışlaq kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Xaçmaz Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupuna daxil olmuş həmin məlumatın yoxlanılması məqsədi ilə 25 sentyabr 2023-cü il tarixdə Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilib şöbə rəisi tərəfindən təsdiq olunduqdan sonra onun və Xaçmaz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmış və bununla bağlı araşdırmanın aparılması İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Mətləb İsmayılova həvalə olunmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçiriləcək baxışda iştirak etmək üçün Xaçmaz rayon Mənzil Kommunal Təsərrüfatı İdarəsinin baş aqronomu Şahid4 mütəxəssis qismində dəvət edildikdən sonra həmin gün təxminən saat 09 radələrində onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımıl-qılşaq kəndindəki evin qarşısına getmişlər. Qapını açan Təqsirləndirilən şəxsə özlərini təqdim etdikdən sonra X7 Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi barədə məlumat olduğunu, videoçəkiliş vasitəsi ilə yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçiriləcəyini bildirərək ona hüquq və vəzifələrini izah etdikdən sonra ondan yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olub-olmamasım soruşmuş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirərək onları yaşadığı evin həyətinə dəvət etmişdir. X7 Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkdiyi yeri göstərməsini təklif etmiş və onlar Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olub evin arxa tərəfinə getmişlər. Evin arxa tərəfinə gələndə qurumuş ağac budaqları və meyvə ağacları ilə əhatə olunmuş yerdə çətənə bitkilərinə oxşar 1-1,5 metr hündürlükdə bitkilərin əkilib-yetişdirildiyini, sintetik materialdan olan iplərlə bitkilərin bəzilərinin budaqlarının bir-birinə, bəzilərinin budaqlarının isə ətrafda olan ağac budaqlarına bağlandığım görmüşlər. Həmin yerdə əkilmiş çətənə bitkilərinə oxşar bitkilərin dibləri yumşaldılmaqla su və peyin tökülərək qulluq göstərilmişdir. X7 Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkiləri olduğunu, nə vaxt əkdiyini soruşduqda Təqsirləndirilən şəxs «nəşə», yəni çətənə bitkiləri olduğunu, 3-4 ay əvvəl özünün əkib-yetişdirdiyini bildirmişdir. X7 baxışda iştirak edən aqronom Şahid4 həmin yerdə əkilib-yetişdirilmiş bitkilərə baxmasını təklif etmiş, aqronom Şahid4 bitkilərə baxdıqdan sonra həmin bitkilərin çətənə bitkiləri olduqlarını, 2-3 ay əvvəl əkildiyini, diblərinə su, peyin tökülərək aqrotexniki qaydada qulluq göstərildiyini bildirmişdir. Təqsirləndirilən şəxsıı iştirakı ilə çətənə bitkisinə oxşar bitkilər tək-tək kökündən çıxarılıb sayıldıqda 09 ədəd olduğu müəyyən edilmiş və həmin bitkilər 02 ədəd sintetik materialdan olan torbalarda qablaşdırılaraq möhürlənib götürülmüşdür. Sonra bu barədə protokol tərtib edilib oxunmuş, iştirakçılarda protokola imza etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımılqışlaq kəndindəki evin həyətyanı torpaq sahəsində aşkar edilmiş bitkilərlə bağlı aqronom Şahid4 tərəfindən rəy yazılmışdır. Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu, Qımılqılşaq kəndindəki evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinin görüntüləri Xaçmaz RPŞ-nin MSY-nin polis nəfəri, polis baş serjantı Şahid3 tərəfindən əvvəldən axıra kimi video çəkiliş vasitəsi ilə qeydə alınmışdır. İş materillarında olan baxış keçirilməsi haqqında 25 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 2 mərtəbəli evin arxa tərəfində bağ sahəsində torpaqda əkilmiş bitkilər olması aşkar edilmişdir. Mütəxəssis Şahid4 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmaqla su peyin tökülərək qulluq göstərilmişdir. Bundan sonra aşkar edilmiş bitkilər kökündən çıxarılaraq sayıldı və onların 09 ədəd olması, həmin bitkilərin uzunluqdlarının 1-1,5 metr hündürlükdə olması müəyyən edildi. Torpaqda əkilmiş tərkibində narkotik tərkibli maddələr olan çətənə kollarına bənzər bitkilər 02 ədəd sintetik torpaya yığılaraq qablaşdırıldı və imzalanıb möhürlənərək götürülmüşdür. İş materiallarında olan Xaçmaz rayon Mənzil Komunal İdarəsinn baş aqronomu Şahid4 tərəfindən tərtib edilmiş 25 sentyabr 2023-cü il tarixli rəydən görünür ki, 25 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən evin həyətyanı torpaq sahəsində aşkar edilmiş ümumilikdə 09 (doqquz) ədəd, uzunluqları 1-1,5 metr hündürlüqdə olan bitkilər çətənə (kannabis) bitkiləridir. Həmin bitkilərin diblərinə su, peyin tökülərək aqrotexniki qaydada qulluq edilməklə kultivasiya edilmişdir. İş materiallarında olan Məhkəmə-bioloji ekspertizasının bioloji ekspertizalar şöbəsinin 26 sentyabr 2023-cü il tarixli 3-16-16/2-7/1352 nömrəli ekspert rəyndən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu....çətənə bitkilərinə bənzər bitkilər....» yazı və imza olan iki ədəd sintetik torbada ümumi sayı 09 ədəd yaş vəziyyətdə ümumi çəkisi 6260,0 qram bitki nümunələri tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləridir. Təqdim edilmiş aqronomun rəyinə əsasən həmin çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. İş materiallarında olan elektron məlumat daşıyıcısına baxış keçirilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülməklə cinayət işinin materiallarına əlavə olunmuş 01 ədəd CD diskə Təqsirləndirilən şəxs iştirakları ilə baxış keçirilmiş, baxış zamanı həmin diskdə Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonu Qımıl-qışlaq kəndində yerləşən kəndində yerləşən evin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən 2 mərtəbəli evin arxa tərəfində bağ sahəsində torpaqda əkilmiş bitkilər olması aşkar edilmişdir. Mütəxəssis Şahid4 həmin bitkilərə baxaraq onların çətənə bitkiləri olmasını, aqrotexniki qaydada qulluq edildiyini, diblərinin yumşaldılmasını, suvarılmasını bildirdi. Bundan sonra aşkar edilmiş bitkilər kökündən çıxarılaraq sayıldı və onların 09 ədəd olması, həmin bitkilərin uzunluqdlarının 1-1,5 metr hündürlükdə olması müəyyən edildi. Torpaqda əkilmiş tərkibində narkotik tərkibli maddələr olan çətənə kollarına bənzər bitkilər 02 ədəd sintetik torpaya yığılaraq qablaşdırılıb imzalanaraq möhürləndiyi görünür. İş materiallarında olan maddi sübutun tanınması haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 23 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə baxış keçirilməsinə dair video görüntülər köçürülmüş 01 ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, 13 (on üç) ədəd ümumi çəkisi 2 kq 110 qram bitki nümunəli, əkilib-becərməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri 01 (bir) ədəd sintetik torbada qablaşdırılıb möhürlənmiş vəziyyətdə saxlanılmasından ötrü Xaçmaz RPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 30 noyabr 2023-cü il tarixli 7844 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qımıl-qışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Xaçmaz rayonunun, Qımıl-qışlaq kəndində yaşayır, ailə tərkibi xx.xx.1994-cü il təvəllüdlü arvadı X1, xx.xx.2014-cü il təvəllüdlü oğlu X5 və xx.xx.2021-ci il təvəllüdlü oğlu X6 ibarətdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Qımıl-qışlaq İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində inzibati ərazi Dairəsinə heç bir sorğu və şikayət daxil olmamışdır. Beləliklə məhkəmə istintaqı zamanı təsdiq olunan sübutlara qiymət verərək məhkəmə belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayının əvvəllərində yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində, həmin kənd tam orta məktəbi ilə üzbə-üz 40 metr aralı məsafədə yerləşən evinin həyətyanı torpaq sahəsində qanunsuz olaraq əkdiyi xeyli miqdar təşkil edən 09 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərməklə kultivasiya etmiş, bu fakt 25 sentyabr 2023-cü il tarixdə saat 09:30-dan 09:45-dək müddət ərzində Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində, həmin kənd tam orta məktəbi ilə üzbə-üz 40 metr aralı məsafədə yerləşən evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən yaş vəziyyətdə ümumi çəkisi 6260,0 qram olan 09 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilib götürülməklə təsdiq edilmiş, bununla da o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya (əkmə, yetişdirmə) etmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplamağa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəları baxımından yanaşaraq, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, onun əməlində Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin tərkibi vardır. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırlmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən isə cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəzanın məqsədi sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir. “Azərbaycan Respublikiasının Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 1999-cu il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza törədilmiş cinayət üçün yalnız sitəm xarakterli olmamaqla insanlarda vahimə yaratmaq xarakteri deyil, məhkumun islah edilməsi, tərbiyələndirilməsi, habelə yeni cinayət edilməsinin qarşısını almaq xarakteri daşıyır. Bundan əlavə, cəza təyin etmənin məqsədi yalnız cinayət törətmiş şəxsi cəzalandırmaq, tənbeh etmək deyil, həmçinin onun islah olunmasını nəzərə almaqdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağın olmasını və törətdiyi cinayət əməlini səmimi etiraf edib hərəkətlərindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ və həddə cəzanın təyin olunması məsələsinə baxaraq, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi əməldə bilavasitə ümumilikdə cəmiyyətin, əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd edildiyini, bununla da cəmiyyətdə mənfi emosiyalar doğurduğunu, eləcə də şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni və əsaslı, eləcə də ədalətli hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddəti tutulduğu gündən, yəni 12 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməli və o, ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1-ci və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla), həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Hazırkı cinayət işi üzrə isə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonun Qımıl-qışlaq kəndindəki evin həyatyanı torpaq sahəsində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 6259,55 qram olan 09 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilməlidir. İş üzrə maddi sübut kimi cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə keçirilən baxış zamanı aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanımalıdır. İş üzrə ekspertiza xərci olan 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məsəlləsinin 344-347, 349, 351-353, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri dəyişdirilərək “həbs” növündə qətimkan tədbiri ilə əvəz olunmaqla o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən, yəni 12 iyun 2024-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Xaçmaz rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı Xaçmaz rayonun Qımıl-qışlaq kəndindəki evin həyatyanı torpaq sahəsində aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalmış təmiz çəkisi 6259,55 qram olan 09 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aparılmış video çəkilişin köçürüldüyü bir ədəd CD disk cinayət işində saxlanılsın. İş üzrə ekspertiza tədqiqatlarının xərci olan cəmi 70 (yetmiş) manat pul Təqsirləndirilən şəxs tutularaq ekspertizanı aparmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişində göstərilən Az.MEM, VÖİN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, AZ 41 NABZ 013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatı kodu 142595 olan hesabına köçürülsün. Hazırki cinayət işi üzrə xüsusi müsadirə olunmalı əmlakın müəyyən edilməməsi, həmçinin mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən hökm elan edildiyi (həbsdə saxlanılan məhkum hökmün surətinin ona verildiyi) andan 20 gün müddətinə Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə nəzərdə tutulmuş 20 gün müddətin başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №1(067)-58/2024
Xaçmaz Rayon Məhkəməsi Hökm — İş №1(067)-58/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver